Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   20   21   22   23   24   25   26   27   28

 

 

75 



Təbii  inhisarların  məhsul  və  xidmətlərinin  qiymətlərinin  birbaşa  yaxul  dolayı 

yollarla tənzimlənməsi prosesi eyni zamanda kapital (sərmayə) qoyuluşları veriminin 

norması üzərində nəzarət metodu (variantı) ilə də hazırlanıb həyata keçirilə bilər.  

Dünya təcrübəsi göstərir ki, maksimum mənfəət normasının  müəyyənləşdirilib 

tənzimlənməsi istehsalın həcminin artmasına və xərclərin isə aşağı salınmasına səbəb 

olur.  Bu    variant,  tariflərin  son  istehsal  xərcləri  həddinə  yaxın  bir  səviyyədə 

formalaşmasını  təmin  edərək,  təbii  inhisar  sahələrinin  dövlət  tərəfindən 

maliyyələşdirilməsini aradan  qaldırır.  

Təbii inhisarlar öz məhsul və xidmətləri üçün ikidərəcəli (pilləli) tarif qiymətləri 

variantından  da  istifadə  edə  bilərlər.  Bu  sistemin  əsasında  belə  bir  prinsip  durur: 

tarifin  birinci  hissəsi,  təbii  inhisarların  məhsul  və  xidmətlərindən  istifadə  etmək 

(məsələn,  elektrik-istilik-qaz  xəttinə,  yaxud  rabitə-telefon-televiziya-internet 

şə

bəkəsinə  qoşulmaq)  hüququ  əldə  etməyə  görə  müəyyən  edilmiş  (fiskal  qaydada) 



məbləğ ödənilir. Tarifin  (qiymətin) sonrakı, ikinci ödənişi təbii inhisarların məhsul 

və xidmətlərinin istehlakı, sərfi, həcmi əsasında hesablanıb alınır.  

Bu variantda təbii inhisarlar, maksimum mənfəət əldə etmək üçün öz məhsul və 

xidmətləri  ilə  bağlı  qiymətləri  son  istehsal  xərcləri  həddində  müəyyənləşdirirlər. 

Müəyyənləşdirilmiş  (fiskal)  ödəniş  haqqı  isə  istehlakçı  artığı  həcmi  səviyyəsində 

nəzərdə tutulub hesablanır. 

Ə

gər  standart  (adi)  qiymətqoyma  təcrübəsində,  təbii  inhisarların  son  mənfəəti 



tam istehsal xərclərinə bərabər olduqda istehlakçılar faydalana bilərlərsə, ikidərəcəli 

tarif şəraitində isə təbii inhisarlar, müxtəlif üsullarla istehlakçıları bu üstünlüklərdən 

məhrum  edə  bilərlər.  Məsələn,  təbii  inhisarlar  məhsul  və  xidmətlərdən  istifadə 

(ikidərəcəli tariflərin ikinci hissəsi) qiymətlərini aşağı salmaqla yanaşı, eyni zamanda 

onun  xidmətlərindən  istifadə  etmə  hüquqi  tariflərini  (ikidərəcəli  tariflərin  birinci 

hissə) qaldıra bilərlər. Qeyd  olunmalıdır ki, fiskal (müəyyən edilmiş) tarifin həmin  

məhsul  və  xidmətlərdən  istifadə  həcminə,  vaxt  qrafikinə,  müddətinə  görə 

dəyişdirilməsi (artırılıb-azaldılması) meyli də mümkündür.  

Təbii  inhisarların  meydana  çıxıb  formalaşması  və  fəaliyyət  nəticələrinin 

dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbaycan Respublikasında istehsal 




 

 

76 



və  xidmət,  habelə  satış  sahəsindəki  təcrübəsini  tənqidi  baxımdan  dəyərləndirib, 

obyektiv surətdə ümumiləşdirərək, eyni zamanda müasir inkişaf səviyyəsində onların 

təsərrüfat  həyatının  müəyyən  sahələrində  mövcudluğu  zəruriliyini  nəzərə  alaraq,  bu 

tipli  şirkət  və  subyektlərin  iqtisadi-sosial,  milli  iqtisadiyyatın  təhlükəsizliyi 

mövqeyindən  çıxış  edərək,  onların  inkişafında  səmərəlilik,  optimal  variantların 

tapılması  meyarları əsasında fəaliyyətini daha da təkmilləşdirmək xüsusi zərurətdən 

irəli gəlir. 

Milli iqtisadiyyatda təbii inhisarların mövqeyi və fəaliyyət dairəsi, onların dövlət 

tərəfindən  tənzimlənməsi  mexanizmi  barəsində  bir  sıra  alimlərin,  mütəxəssislərin 

mənfi və ziddiyyətli fikir, habelə mülahizələrinə baxmayaraq, hesab edirik ki, bu tipli 

ş

irkətlərin  müasir  inkişaf  mərhələsində,  təsərrüfat  həyatının  müəyyən  istehsal, 



xidmət, satış sahələrində fəaliyyət göstərməsi obyektiv zərurət xarakteri daşıyır. Təbii 

inhisarların  hazırda  və  gələcəkdə  dövlətin,  bələdiyyələrin,  xüsusi  (yerli  və  xarici) 

ş

irkətlərin  mülkiyyətində  və  ya  istifadəsində,  habelə  sərəncamında  olmasına 



baxmayaraq,  burada  həlledici  meyar  iqtisadi,  iqtisadi-sosial,  milli  iqtisadiyyatın 

təhlükəsizliyi  kimi  kompleks  şərtlərin  səmərəli  son  nəticələr  sayılmalıdır.  Təbii 

inhisarların  bütövlükdə  istehsal-xidmət-satış  fəaliyyətinin  dövlət  və  bu  sahəni 

tənzimləyən  orqan  tərəfindən  təkmilləşdirilmiş  qanunlar,  habelə  normativ  aktlar 

ə

sasında  tənzimlənməsi  həyata  keçirilməli,  onun  nəticələri  daha  geniş  şəffaflıq, 



obyektivlik prizmasından müzakirə edilib qiymətləndirilməlidir. 

Təbii inhisarların perspektivdə qarışıq-dövlət, bələdiyyə, xüsusi (yerli və xarici) 

bölmələrin  şərikrli  mülkiyyət,  yaxud  aktivləri  əsasında  təşkil  olunub  fəaliyyət 

göstərməsi, onun idarəetmə sisteminin müasir tələblər baxımından təkmilləşdirilməsi, 

bütövlükdə  dövlətin,  cəmiyyətin,  istehlakçının  və  təbii  inhisar  subyektinin  ümumi 

mənafeyi baxımından daha səmərəli nəticələr verə bilər. 

 



 

 

77 



NƏT CƏ 

Dissertasiya  işində  Azərbaycanda  istehsal  infrastrukturunun  инкишафынын 

mövcud  vəziyyətinin  kompleks  tədqiqi  əsasında  aşağıdakı  nəticə  və  təkliflər  irəli 

sürülmüşdür: 

1.  stehsal  infrastrukturu  dedikdə,  ayrı-ayrı  istehsal  sahələrinin  səmərəli 

fəaliyyətinə xidmət edən, bu sahələrin xarici  mühitini təşkil edən  enerji-yanacaq, 

nəqliyyat,  rabitə-informasiya,  su  təchizatı,  kanalizasiya,  anbar  təsərrüatı, 

topdansatış  ticarət  və  digər  sahələrin  məcmusundan  ibarət  vahid  bir  sistem  başa 

düşülür.  nfrastruktura əmək bölgüsünün asanlaşması, texnologiyanın yayılması və 

yeni təşkilati metodların tətbiqi, və ya daha iri bazarlara daxil olmaq, yeni resurslar 

və  aralıq  məhsullar  əldə  etmək  imkanı  vermək  kimi  yollarla  buraxılışın  artımına 

təsir göstərir. 

stehsala  xidmət  göstərən  müəssisələrin  əsas  istehsalın  tələbatını  ödəmək 

qabiliyyəti istehsala xidmətə olan tələbi müəyyən  edir.  stehsala xidmətlərə tələb 

1) maddi istehsal sahələrinin gəlirlərinin səviyyəsindən; 2) istifadə olunan istehsal 

xidmətlərinin  qarşılıqlı  əvəz  olunmasında;  3)maddi  nemətlər  istehsal  edən 

müəssisələrin sayından; 4) innovasiyanın tətbiqindən asılıdır. 

Ölkə  iqtisadiyyatının  səmrəli  fəaliyyəti  təkcə  maddi  istehsal  sahələrinin  in-

kişaf  səviyyəsindən  asılı  deyil,    həm  də  onların  köməkçi  istehsallara  olan  təla-

batının ödənilməsindən asılıdır. Göründüyü kimi, istehsala xidmət sahələrinin in-

kişafı ölkədə maddi istehsal sahələrinin inkişafında əhəmiyyətli dərəcədə asılıdır.  

Bazar  iqtisadiyyatına  keçid  şəraitində  xüsusi  olaraq  böhran,  büdcə  kəsri, 

istehlak  bazarında  tarazlığın  pozulduğu  dövrdə  pullu  xidmətlər  bazarının  əsaslı 

şə

kildə  yenidən  qurulması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bundan  başqa,  ictimai 



istehsalın səmərəliliyinin yüksəldilməsində, xalqın maddi və mənəvi tələbatlarının 

ödənilməsində xidmət sahəsinin rolu daha da artır. 

stehsala  xidmət  sahəsi  bilavasitə  ictimai  istehsalın  səmərəliliyinin  artması,  iş 

vaxtı itkisinin azaldılması və əmək məhsuldarlığının artması ilə sıx surətdə bağlıdır. 

stehsal infrastrukturunun inkişafına təsir göstərən amillərdən birincisi və ən 

mühümü  investisiya  amilidir.  nvestisiyalara  ayrılan  vəsaitlərin  xüsusi  çəkisi  ilə 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə