Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   20   21   22   23   24   25   26   27   28

 

 

78 



bir  ölkənin  iqtisadi  inkişafının  səviyyəsi  müəyyən  olunur.  Ölkənin  istehsala 

xidmət  sahələrinin  inkişafına  təsir  göstərən  əsas  amillərinə  təbii-coğrafi,  iqtisadi, 

texniki-texnoloji, siyasi-hüquqi və sosial mədəni amillərdir. Bu amillərin konkret 

kombinasiyası  ölkədə  istehsala  xidmət  sahələrinin  inkişaf  xüsusiyyətlərini 

müəyyən  edir və bu  sahələrə daxil olan həlqələrin təşkili formalarının və onların 

yerinə  yetidiyi  funksiyaların  reallaşdırılması  üsullarının  müxtəlifliyinə  təsir 

göstərir.  

2. 2004-2010-cu illlərdə milli iqtisadiyyatda əlavə dəyər göstəricisinə görə ən 

yüksək    artmı  mədənçıxarma  sənayesində  baş  vermişdir.  Belə  ki,  qeyd  edilən 

dövrdə bu sahədə artım ölkə üzrə orta göstəricidən təqribən 1,7 dəfə çox olmuşdur.  

Nəqliyyat  və  anbar  sahəsində  yaradılan  əlavə  dəyərin  həcmi  qeyd  edilən  dövrdə 

ə

sasən  neft  hasilatı  sahəsi  ilə  əlaqədar  olmuşdur.  Belə  ki,  2006-cı  ildən 



Azərbaycanda  hasil  edilmiş  karbohidrogenlərin  dünya  bazarına  nəql  edilməsi  üçün 

layihə gücü ildə 50,0 milyon ton olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas 

neft  ixrac  kəməri,  eləcə  də  Bakı-Tbilisi-Ərzurum  Cənubi  Qafqaz  boru  kəməri 

istismara  verilmiş  və  beləliklə  Azərbaycan  neft  və  qaz  ixracatçıları  sırasına  daxil 

olmuşdur.    2010-2014-cü  illər  ərzində  mədənçıxarma    sənaysində  yaradılan  əlavə 

dəyərin həcminin azaldığı bir şəraitdə yaradılan cəmi əlavə dəyərin həcminin artımı 

davam etmişdir. Belə şal əsasən istehsal, sosial və institusional infrastrukturun inkişaf 

etdirilməsi hesabına yaranmışdır.  nfrastruktur sahələrin inkişafına iri həcmli dövlət 

investisiya qoyuluşların bu sahələrdə yaradılan dəyərin də həcminin artmasına səbəb 

olmuşdur.  

2014-cü  ildə  elektrik  enerjisinin  istehsalı  1990-cı  il  səviyyəsini  üstələmişdir. 

Son  illərdə  elektrik  enerjisinin  buraxılışında  da  müsbət  irəliləyişlər  əldə 

olunmuşdur. Belə ki, 2014-cü ildə elektrik enerjisinin istehsalı 2000-ci ilə nisbətən 

32,2 faiz artmışdır. 2014-ci il ərzində istehsal edilmiş elektrik enenrjisinin təqribən 

94 faizi istilik elektrik stansiyalarınının payına düşmüşdür.  

Hazırda ölkənin qaz sənayesinin işində ən ciddi irəliləyişlər müşahidə olunur. 

Artıq  bu  sahədə  uzun  illər  davam  edən  böhranın  qarşısı  tamamilə  alınmışdır. 

Ümumi  qaz  hasilatı  1995-2014-cü  illər  ərzində  6,6  mlrd.m

3

  -dən  29,6  mlrd.  m



3

-ə 



 

 

79 



çatmışdır. Ölkədə qaz hasilatının artması qaz paylama şəbəkəsinin inkişafı üçün də 

ə

lverişli  şərait  yaratmışdır.  Belə  ki,  ölkə  əhəalisinin   təbii  qazla  təchizatın 



yaxşılaşdırılması  məqsədilə  40  min  kilometrədək  qaz  xətləri  çəkilmiş  və  ya  təmir 

edilmiş, yaşayış evlərinin qazlaşma səviyyəsi 34 faizdən 83,4 faizə çatdırılmışdır. 

Son  illərdə  ölkədə  su  təchizatı  və  kanalizasiya  sisteminin  uzun  müddətli 

istismar  nəticəsində  köhnəlmiş,  istismara  yararsız  hala  düşmüş  hissəsinin  yenidən 

qurulması  istiqamətində  irimiqyaslı  işlər  yerinə  yetirilmiş,  əhaliyə  verilən  suyun 

keyfiyyətinin  yaxşılaşdırılması,  su  təchizatı  və  kanalizasiya  sisteminin  normal 

istismarının  təmin  edilməsi  üçün  digər  zəruri  tədbirlər  həyata  keçirilmişdir.  2004-

2013-cü illər ərzində regionlarda 3,4 min kilometrdən çox su, 1,2 min kilometrdən 

çox kanalizasiya xətti çəkilmiş, 96 su anbarı tikilmişdir. 

Azərbaycan,  Gürcüstan  və  Türkiyə  arasında  imzalanmış  “Bakı-Tbilisi-Qars 

yeni  dəmiryol  xətti  haqqında”  Sazişə  müvafiq  olaraq  Türkiyə  və  Gürcüstanın 

ə

razilərində dəmir yolu xətlərinin inşası və yenidənqurulması işləri aparılır və yaxın 



gələcəkdə  Türkiyə  ilə  Azərbaycan  arasında  birbaşa  dəmir  yolu  əlaqəsinin 

yaradılması  ilə  Qara  dəniz  və  Xəzəryanı  ölkələrinin  Avropanın  dəmir  yolu 

şə

bəkəsinə qoşulması mümkün olacaqdır.  



2004-2013-cü  illər  ərzində  ölkədə  8,3  min  kilometr  respublika  və  yerli 

ə

həmiyyətli  avtomobil  yolları  tikilmiş  və  ya  təmir  olunmuş,  regionlarda  307  yeni 



körpü  və  yol  ötürücüsü  tikilmiş  və  ya  təmir  edilmiş,  Naxçıvan,  Gəncə,  Lənkəran, 

Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilmişdir.  

2014-cü ildə nəqliyyatda yükdaşımanın həcmi 1990-cı ilə nisbətən 2,3 dəfə 

azalmışdır.  Qeyd  edilən  dövrdə  bu  sahədə  əhəmiyyətli  azalma  dəmiryolu 

nəqliyyatı  və  dəniz  nəqliyyatında  baş  vermişdir.  Bununla  yanaşı,  nəqliyyat 

sahəsində 2000-ci ildə başlayaraq artım meyilləri baş vermişdir. Belə ki, 2014-cü 

ildə nəqliyyatda yükdaşımanın həcmi 2000-ci ilə nisbətən 2,3 dəfə artmışdır. Bu 

artım  əsasən  neftin  ixracı  hesabına  təmin  edilmişdir.  Belə  ki,  magistral  boru 

kəmərləri  nəqliyyatın  növlərindən  biridir.  Boru  nəqliyyatının  yükdaşımalarda 

payı  1990-cı  ildə  4,7  faiz  təşkil  edirdisə,  bu  göstərici  2000-ci  ildə  19,5  faizə, 

2014-cü ildə isə 28,9 faizə qədər artmışdır.  



 

 

80 



Azərbaycanın  informasiya-kommunikasiya  texnologiyalarının  dinamik  inkişafı 

ə

nənəvi rabitə sahələrinin daha intensiv şəkildə istismarı, habelə yeni xidmət növlərinin 



yaranması ilə səciyyələndirilir. 2014-cü ildə rabitə sahəsində əlavə dəyərin həcmi 2000-

ci  ilin  səviyyəsini  təqribən  9  dəfə  ötərək,  1067,6  milyon  manat  təşkil  etmişdir.  2004-

2013-cü illər ərzində plkədə 1400-dək ATS, 1000-ə yaxın poçt binası tikilmiş və ya 

ə

saslı təmir edilmişdir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 1,6 dəfə, mobil 



telefon abunəçilərinin sayı 9,6 dəfə artmış, hər 100 nəfərdən 70-i internet istifadəçisi 

olmuşdur. 

kl   iqtisadi  resurslardan  istifad nin  s m r liliyin   birba a 

t sir göst rir.  

3.  Azərbaycanda  infrastruktur  sahələrin  aşağıdakı  istiqamətlərdə  inkişaf 

etdirilməsi nəzərdə tutulmuşdur: 

•  regionlarda  inkişaf  etmiş  informasiya  və  kommunikasiya  infrastrukturunun 

yaradılması, informasiya və kommunikasiya xidmətlərinin daha da genişləndirilməsi; 

•  regionlarda  əhalinin  KT  sahəsində  bilik  və  kadr  hazırlığı  səviyyəsinin 

yüksəldilməsi; 

• regionlarda televiziya yayımı keyfiyyətinin daha da yüksəldilməsi; 

• ölkənin enerji sistemində yeni güclərin yaradılması işlərinin davam etdirilməsi, 

yeni stansiyaların və ötürücü şəbəkələrin tikintisi və yenidən qurulması; 

• alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi; 

•  regionlarda  yeni  istilik  və  su  elektrik  stansiyalarının  tikintisi,  mövcud  enerji 

bloklarının modernizasiyası işlərinin davam etdirilməsi; 

•  regionlarda  qaz  təchizatının  daha  da  yaxşılaşdırılması  tədbirlərinin  davam 

etdirilməsi; 

•  regionlarda  müasir  istilik  sistemlərinin  qurulması,  mövcud  istilik  sistemlərinin 

bərpası, modernləşdirilməsi və yenidənqurulması işlərinin davam etdirilməsi; 

•  regionlarda  su  təchizatı  və  kanalizasiya  sisteminin  yenidən  qurulması  və 

yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; 

•  regionlarda  nəqliyyat  sisteminin  davamlı  inkişaf  etdirilməsi,  nəqliyyat 

sektorunun,  o  cümlədən  nəqliyyat  xidmətləri  bazarında  rəqabət  mühitinin  daha  da 

təkmilləşdirilməsi; 



 

 

81 



•  ölkənin  regionlararası,  şəhər  və  rayondaxili  yol-nəqliyyat  infrastrukturunun 

daha da inkişafı; 

•  regionlarda  magistral  yolların  tikintisi  və  yenidənqurulması,  xüsusi  ilə  kənd 

yollarının tikintisi, əsaslı təmiri ilə bağlı tədbirlərin davam etdirilməsi. 

4.  Son  illərdə  infrastruktur  sahələrdə  fəaliyyət  göstərən  şirkətlərdə 

restrukturizasiyalar  aparılmış,  onların  yeni  şərtlərə  uyğunlaşdırılması  üçün  tədbirlər 

görülmüşdür.  Məsələn,  “Azərenerji”  Açıq  Səhmdar  Cəmiyyəti  tərəfindən  həyata 

keçirilən  elektrik  enerjisi  ilə  istehlakçıların  təmin  olunması  fəaliyyəti 

“Bakıelektrikşəbəkə”  Açıq  Səhmdar  Cəmiyyətinin bazasında  yaradılmış  “Azərişıq” 

Açıq  Səhmdar  Cəmiyyətinə  ötürülmüşdür.  Hazırda  “Azərişıq”  Açıq  Səhmdar 

Cəmiyyəti  Azərbaycan  Respublikasının  ərazisində  elektrik  enerjisini  satın  almaqla 

istehlakçıları  etibarlı,  təhlükəsiz  və  səmərəli  şəkildə  elektrik  enerjisi  ilə  təchizatını 

həyata  keçirir,  bu  sahədə  yeni  texnologiyaların  tətbiqini,  maddi-texniki  bazanın 

müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı 

digər işləri yerinə yetirir. Bundan başqa, “Azıriqaz” ASC ləğv edilərək Dövlət Neft 

Ş

irkətinin  tərkibinə  verilmişdir.



 

Azərbaycan  Respublikası  Prezidentinin  08  iyun 

2005-ci  il tarixli sərəncamına  əsasən  “Azəristiliktəchizat”  ASC  yaradılmışdır  ki, bu 

ş

irkət  hazırda  ölkədə  mərkəzləşdirilmiş  şəkildə  yaşayış  evlərinin  və  binalarının, 



habelə sosial və digər təyinatlı obyektlərin istiliklə təchizatını həyata keçirir. Bununla 

belə,  hazırda  nəqliyyat  sahəsində  iqtisadi  islahatların  davam  etdirilməsi 

məqsəduyğundur.  Bu  nəqliyyatın  infrastrukturu  ilə  nəqliyyat  xidmətlərinin 

ayrılmasınə  nəzərdə  tutur.  Həmçinin  energetikada  paylanma  şəbəkəsi  ilə  elektrik 

enerjisinin istehsalının ayrılmasıdır.  

5.  stehsal infrastrukturunun bazarn münasibətlərinin tələblərinə uyğunlaşdırılma-

sının mühüm istiqamətlərindən biri bu sahədə fəaliyyət göstərən şirkətlərin özəlləşdiril-

məsi ilə bağldıdır. Dünyanın əksər ölkələrində belə şirkətlərin fəaliyyəti üzərində nəza-

rətin təmin edilməsi üçün bu şirkətlərin səhmlərinin müəyyən hissəsi özəlləşdirilmişdir.  

Bütövlükdə, istehsal infrastrukturu obyektlərinin əksəriyyəti təbii inhisarlara aid 

olduğundan onların inkişaf strategiyası formalaşdırılmalıdır. Təbii inhisarların inkişaf 



 

 

82 



strategiyasının  hazırlanmasında  aşağıdakı  zəruri  xüsusiyyətlərin  nəzərə    alınması 

məqsədəuyğundur: 

•  Təbii  inhisarların  texnoloji  fəaliyyət  prosesində  konkret  ərazi  ilə  bağlı 

mürəkkəb  mühəndis  infrastrukturundan  istifadə  olunur.  Məhz  bu  baxımdan  həmin 

sahələr  üzrə  spesifik  ərazi  resursları  xarakterik  əhəmiyyət  kəsb  edir  və  onların 

istifadəsinə  yanaşma  maraqlı  tərəflər  arasında  münasibətlərin  formalaşmasına 

ə

həmiyyətli dərəcədə təsir göstərir.  



•  Təbii inhisarların istehsal və ya xidmət  prosesi, o cümlədən elektrik və istilik 

enerjisinin, suyun, qazın ötürülməsi və bölgüsü qırılmaz və ciddi davamiyyətliliyi ilə 

həyata  keçirilməlidir.  Bu  məqsədlə,  istehsal  prosesi  xarici  təsir  amillərinin  həssas 

təsiri  və  tələbatı  əsasında  formalaşdığından  burada  dəqiq  və  ciddi  koordinasiyanın 

təmin  edilməsi  və  bu  mərhələlərin  istehsal-istehlakçı  ardıcıllığı  ilə  gözlənilməsi 

xüsusi zərurətdən irəli gəlir.  

•  Əksər təbii inhisar subyektlərinin məhsullarını, xidmətlərini (elektrik enerjisi, 

rabitə xidməti, nəqliyyat) ehtiyat məqsədilə saxlamaq qeyri-mümkündür. Həmçinin, 

bu  məhsulların,  xidmətlərin  müəyyən  müddət  istehsal  edilməməsi  də  iqtisadiyyatın 

digər sahələrinin fəaliyyətinə, istehlakçıların mənafeyinə ciddi təsir göstərə bilər. Bu 

məqsədlə, həmin məhsul və xidmətlərin istehsalının və bölgüsünün dayanıqlılığının, 

ritmik davamlılığının təmin olunması zəruridir.  

 

 

 




 

 

83 



ST FADƏ ED LM Ş  ƏDƏB YYAT 

1.

  “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-



2015-ci illər) üzrə Dövlət Proqramı”, 14 fevral 2005-ci il. 

2.

  “Neft  və  qaz  gəlirlərinin  idarə  olunması  üzrə  uzunmüddətli  Strategiya”, 



Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il fərmanı.  

3.

  A.Ə.Əliyev,  Ə.Qasımov,  N.Qasımov.  Milli  iqtisadiyyatın  dirçəlməsində 



Böyük  pək Yolunun əhəmiyyəti. Bakı, 1999. 

4.

  Azərbaycanın  Daxili  Resurs  Dəyərinin  təhlili.  Yekun  hesabat.  USAID.  18 



mart 2009-cu il. 

5.

  Azərbaycanın statistik göstəriciləri, Statistik məcmuə, Bakı, Səda, 2015. 



6.

 Cəbiyev  R.M.  Azərbaycanda  bazar  infrastrukturunun  formalaşması  və 

inkişafı, Bakı, AzTU, 2000. 

7.

  Əliyev  E.Ə.  Azərbaycan  respublikasının  nəqliyyat  hüququ.  “Hüquq 



ə

dəbiyyatı”, Bakı, 2005. 

8.

  Həsənov R.T. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının bazar 



modelinin yaradılmasının konseptual əsasları. Bakı, “Elm”, 1998. 

9.

  .A.Məmmədov, Z.S.Abdullayev.  stehsala xidmətin iqtisadiyyatı və idarə 



edilməsi. Dərslik, Bakı, 2001. 

10.


  Vəliyev  T.S.  nfrastrukturlar:  mahiyyəti,  təsnifatı  və  əhəmiyyəti,  Bakı, 

Elm, 2000. 

11.

 Мəmmədov  Z.S.  Хəzər  dənizinin  Azərbaycanın  nəqliyyat-iqtisadi  əlaqələ-



rində rolu // АМЕА-nın xəbərləri ( qtisadiyyat), 2002, №1, s. 87-92. 

12.


 Бабашкин А.М. Государственное регулирование нацональной экономики. 

М

.: Финансы и статистика, 2005. 



13.

 Борисов Е.Ф. Основй экономики.  Юрист, 2012. 

14.Гафаров З.М., Алиев Э.А. Применение современного международного 

транспортного

 права в Азербайджанской Республике. М.: Олма-Пресс, 2002. 

15.


  Государства  и  отрасли  инфраструктуры  в  современной  рыночной 

экономике

. М., Наука, 2001. 

16.


 Власов В.В. Япония: производственная инфраструктура. М.: Наука, 1991.   


 

 

84 



17.

 Джабиев Р.М. Рыночная инфраструктура и особенности ее формиро-

вания

, Тренд., № 1, 1998. 



18.

 Ибрагимов Л.А. Инфраструтура товарного рынка. М., «ПРИОР», 2001. 

19.

 Макконнел  Кэмпбелл  Р.,  Брю  Стэнли  Л.  Экономикс:  Принципы, 



проблемы

 и политика. Пер. с англ. Т.2, М.: ИНФРА-М, 2003. 

21.

 Могилевкин  И.  Мировой  транспорт:  время  перемен  //  Мировая 



экономика

 и международные отношения, 1999, № 8, с. 59-63. 

22.

  Могилевкин И. Мировой транспорт: новые горизонты и новые пробле-



мы

 // Мировая экономика и международные отношения, 2000, № 9, с. 29-36. 

23.

  Назаренко В.М., Назаренко К.С. Транспортное обеспечение внешне-



экономической

 деятельности. М.: Центр экономики  и маркетинга, 2000. 

24.

 Нуруллаев  Т.  Нужна концепция развития  транспорта  // Consulting & 



Business, 2003, № 2(69), с. 26. 

25.


 Тагиров  А.  Перспективы  межрегиональной  программы  Европейской 

Комиссии


 ТРАSЕКА и ее значение в интеграционных процессах. Газ. «Trans 

Caspian news», Баку, 2003, 21-23 мая. 

26.

 Титов  А.Б.,  Горенбургов  М.А.,  Ивчук  Е.В.,  Крутик  А.Б.  Малый 



бизнес

 и инфраструктураю Спб., Изд-во СПбУЭФ, 1995. 

27.

 Douglas  Sutherland,  Sonia  Araujo,  Balázs  Égert,  Tomasz  Kozluk. 



Infrastructure investment: links to growth and the role of public policies. Economics 

Department Working Paper No. 686 ECO/WKP(2009)27. 

28.

 David  Alan  Aschauer.  Public  Investment  and  Private  Sector  Growth.  The 



Economic Benefits of Reducing America’s  “Third Deficit”. Washington: Economic 

Policv Institute, 1990. 

29.

 Aoki, N. and P. Roberts.  “Transport as a Factor in the Investment Climate”, 



Transport Notes

, No. TRB-34, World Bank Group, Washington DC: 2006. 

 



 

 

85 



РЕЗЮМЕ

 

Повышение



  объема  валового  внутреннего  продукта  и  достижение  эконо-

мического

 развития в стране требует осуществления комплекса мероприятий по 

направлениям

 развития и совершенствования всех отраслей производственной 

инфраструктуры

.  С  этой  точки  зрения  необходимо  обеспечение  развития 

производственной

  инфраструктуры,  в  особенности,  топливно-энергетического 

комплекса

, транспорта, коммуникаций. 

Цель


  исследования заключается  в  разработке научно-обоснованных  пред-

ложений


 и рекомендаций по направлению совершенствования развития произ-

водственной

 инфраструктуры в условиях рыночных отношений. 

Первая


  глава диссертационной работы называется «Теоретические основы 

развития


  отраслей  инфраструктуры».  В  этой  главе  раскрываются  сущность 

отраслей


  инфраструктуры,  определяются  их  характерные  особенности, 

факторы


, влияющие на развитие отраслей инфраструктуры. 

Вторая


  глава  диссертационной  работы  называется  «Анализ  современного 

состояния

 

развития


 

отраслей


 

производственной

 

инфраструктуры



 

в

 



Азербайджане

».  В  этой  главе  анализируется  современное  состояние  отраслей 

инфраструктуры

  в  стране,  оценивается  влияние  современного  состояния 

производственной

 инфраструктуры на экономическое развитие. 

Третья

 глава диссертационной работы называется «Направления развития 



отраслей

 производственной инфраструктуры в условиях рыночной экономики». 

В

 этой главе определяются направления развития отраслей инфраструктуры. 




 

 

86 



THE RESUME

 

Increase  of  volume  of  a  total  internal  product  and  achievement    of  economic 



development  in  the  country  demands  realisation  of  a  complex  of  actions  for 

directions  of  development  and  perfection  of  all  branches  of  an  industrial 

infrastructure. From this point of view maintenance of development of an industrial 

infrastructure, in particular, a fuel and energy complex, transport, communications is 

necessary. 

The  research  objective  consists  in  working  out  of  the  scientifically-proved  

offers  and recommendations about a direction of perfection of development  of an 

industrial  infrastructure  in  the  conditions  of  market  relations  on  the  basis  of    the 

complex analysis of a modern condition of restoration «Silk Way». 

Chapter 1 of dissertational work is called «Theoretical bases of development of 

branches  of  an  infrastructure».  In  this  chapter  reveal  essence  of  branches  of  an 

infrastructure,  their  prominent  features,  the  factors  influencing  development  of 

branches of an infrastructure are defined. 

The second chapter of dissertational work is called «the Analysis of a modern 

condition  of  development  of  branches  of  an  infrastructure  of  production  in 

Azerbaijan». In this chapter the modern condition of branches of an infrastructure in 

the  country,  influence  of  a  modern  condition    of  an  industrial  infrastructure  on 

economic development is estimated. 

The third chapter of dissertational work is called «Directions of development of 

branches of an infrastructure in the conditions of market economy». In this chapter 

directions of development of branches of an infrastructure are defined. 

 

 



 

 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə