Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 



Müxtəlif  vaxtlarda  ayrı-ayrı  tədqiqatçılar  tərəfindən  istehsal  infrastrukturuna 

müxtəlif  aspektdən  yanaşılmış,  onun  mahiyyəti  və  xarakterik  xüsusiyyətləri  haqda 

çoxsaylı fikirlər formalaşmışdır. Müasir qərb iqtisadçılarından K.R.Makkonel  və L. 

Bryu  təyinatından  asılı  olmayaraq  istehsal  infrastrukturunun  dövlət  tərəfindən  təş-

kili və tənzimlənməsi fikirlərini irəli sürmüşlər. Onlar göstərmişlər ki, iri kompleks 

layihələr tələb edən su təchizatı, yanacaq-enerji kompleksi, istehsalat tullantıları və 

yüklərin daşınması, konstruksiya işləri, bank xidmətləri və s. ağır əmək tutumlu sa-

hələr olduğundan yalnız dövlət və ya ixtisaslaşmış firmalar tərəfindən yaradılmalı-

dır.

3

 Bəzi  iqtisadçılar  istehsal  infrastrukturuna  istehsalın  və  əhalinin  ehtiyac  və 



tələbatını ödəyən xidmətlər göstərən sahələrin:  yollar,  anbarlar, nəqliyyat, kom-

munal, məişət xidməti və başqa sahələrin məcmusu kimi yanaşırlar. Bu qaydada 

yanaşma  iqtisadi  kateqoriya  kimi  istehsal  infrastrukturunu  müxtəlif  aspektdən 

ə

ks  etdirdiyindən  bir  çoxları  tərəfindən  qəbul  edilir.  Bununla  yanşı,  rus  iqtisad-



çısı  E.Vlasov  infrastrukturun  təyinatı  istehsal  üçün  ümumi  şəratin  yaradılması     

və    əsas  istehsalın  fəaliyyətinin  təmin  edilməsində  görür.

4

 Professor  T.Vəliyev  



infrastrukturları  istehsal,  sosial,  kommunal-məişət  və  bazar  infrastrukturları  kimi 

təsnifləşdirmişdir.

5

 Bu  infrastrukturlar  özləri  də  birbaşa  ikinci  və  bəzən  üçüncü 



yarımqruplara, komponentlərə ayrıldığından, bu qruplaşmanı infrastrukturlar sahəsin-

də iri, böyük təsnifat adlandırmışdır.  stehsal infrastrukturunu isə ilk növbədə maddi 

istehsal  sahələrinə  və  müvafiq  yarımqruplara  bölmüşdür.  Bilavasitə  maddi  istehsal 

sahələrini isə müasir bölgü ilə aşağıdakı kimi təsnifləşdirmişdir: sənaye, kənd təsərrü-

fatı,  tikinti,  meşə  təsərrüfatı,  ovçuluq-balıqçılıq,  istehsalata  xidmət  edən  rabitə,  yük 

nəqliyyatı, energetika təsərrüfatı, maddi-texniki təchizat, ticarət (istehsalın davamı ilə 

ə

laqədar olaraq) və ictimai iaşə. Fikrimizcə, bazar iqtisadiyyatında infrastruktur bir-



biri ilə qarşılıqlı əlaqədə olan müxtəlif bazar subyektlərinin – istehsal, sosial, bazar, 

maliyyə-kredit,  institusional,  kommersiya,  ekoloji  və  informasiya  sistemlərinin 

ümumi şəraitini təmin edən sahələrin məcmusunu əhatə etməlidir.  stehsal amillərinin 

                                                                                                                                                                  

 

3

 Макконнел Кэмпбелл Р., Брю Стэнли Л. Экономикс: Принципы, проблемы и политика. 



Пер

. с англ. Т.2, М.: ИНФРА-М, 2003. 

4

 Борисов Е.Ф. Основй экономики.  Юрист, 2012. 



5

 Vəliyev T.S.  nfrastrukturlar: mahiyyəti, təsnifatı və əhəmiyyəti, Bakı, “Elm”, 2000.

 



 

 



qarşılıqlı  əlaqəsinə,  istehsalın  təbiət  və  xüsusiyyətlərinə,  eləcə  də  müasir  iqtisadi 

baxışlara  əsaslanaraq  istehsal  infrastrukturuna  isə  aşağıdakı  kimi  yanaşmaq, 

fikrimizcə  daha  məqsədəuyğun  olardı:  stehsal  infrastrukturu  -  istehsalın  inkişafına 

xidmət  edən,  enerji-yanacaq,  yük  nəqliyyatı,  rabitə-informasiya,  su  təchizatı  və 

kanalizasiya kimi kompleks xarici mühit amilləri dəstidir.  

Buradan aydın olur ki, istehsal infrastrukturu ayrı-ayrı sahələrə xidmət göstərən 

özəklərin məcmusudur. O, bir sahəyə xidmət göstərməklə öz funksiyasını yerinə ye-

tirir.  stehsal  infrastrukturuna,  əsasən,  kollektiv  istehlak  xarakteri  aid  edilir.  steh-

sala və ya yardım etdiyi başqa sahəyə xidmət edən infrastruktur qurum həmin pro-

sesə bilavasitə təsir göstərsə də, oradakı texnoloji və digər müvafiq prosesdən, adə-

tən, kənardadır. Beləliklə, infrastruktur dedikdə, yerinə yetirdiyi funksiyalardan irəli 

gələn, mahiyyətinə uyğun olaraq iqtisadi sistemin əsası, onun daxili quruluşu başa 

düşülür.  stehsal  infrastrukturu  özünəməxsus  xarakterik  xüsusiyyətləri  ilə  digər 

sosial-iqtisadi  sahələrdən  fərqlənir.  Belə  ki,  onun  başlıca  xüsusiyyətlərindən  biri 

fərdi yox, kollektiv və ictimai tələbatların ödənilməsinə xidmət etməsidir. O, əsasən 

xalq  təsərrüfatının  mühüm  sahələri  olan  sənaye  və  kənd  təsərrüfatı  istehsalı 

kompleksini əhatə edir. 

Nəzəri-iqtisadi baxımdan yanaşıldıqda istehsal, sosial və bazar infrastrukturları 

bir-birindən  fərqlənirlər.  stehsal  inrastrukturuna  ölkənin  maddi  istehsalı  ilə 

bilavasitə  əlaqədar  olan  sahələr:  bütün  nəqliyyat  növləri  və  nəqliyyat  təsərrüfatı 

(dəmiryol dayanacaqları, dəniz və çay limanları, anbarlar, neft və qaz kəmərlərinin 

fasiləsiz  işini  təmin  edən  obyektlər  və  s.),  müxtəlif  miqyaslı  enerji  sistemlərini 

ə

mələ gətirən elektrik xətləri, məlumatların verilməsi və işlənilməsinin qarşılıqlı tə-



sir vasitələrinin məcmusu, təbii ehtiyatlardan səmərəli istifadəni təmin edən obyekt-

lər  və  maddi  nemətlər  istehsalında  bilavasitə  istifadə  edilməyən,  lakin  istehsalın 

normal  davam  etməsi  üçün  lazım  ilan  sistemlər  və  qurğular,  eləcə  də  mexaniki 

təchizat sistemi, rabitə, su təchizatı, mühəndis qurğuları, kanallar, avtomat idarəet-

mə sistemləri, limanlar, anbar təsərrüfatı və s. aid edilir.  stehsal infrastrukturunun 

qurğuları  və  obyektləri,  xalq  təsərrüfatında  onların  bolluğu  bütövlükdə  istehsalın 

səmərəliliyini müəyyənləşdirir. Sosial infrastruktur isə işçi qüvvəsinin təkrar isteh-



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə