Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 



salına və ölkə əhalisinin həyat fəaliyyəti üçün normal şəraitin yaradılmasına xidmət 

edir.  Buraya  ticarət  sahələri,  məişət  xidməti,  ictimai  iaşə,  maarif,  mədəniyyət, 

səhiyyə, kadr hazırlığı, istilik sistemləri, sərnişin nəqliyyatının və rabitənin (əhaliyə 

xidmət  göstərməklə  məşğul  olan)  bütün  növləri,  şəhər  kommunikasiya  qurğuları, 

mehmanxana  təsərrüfatı,  sosial  təminat  və  qeyri-istehsal  sahəsinin  digər  bölmələri 

daxildir.  Bütün  bunlarla  yanaşı  iqtisadi  ədəbiyyatda  bütövlükdə  iqtisadiyyatın 

konkret sahələrini xarakterizə edən infrastruktur anlayışı da işlədilir. Bu baxımdan, 

məsələn,  nəqliyyat  sahəsinin  infrastrukturuna – körpülər,  kanallar,  tunellər,  yollar, 

gəmi  tərsanələri  və  s.;  səhiyyənin  infrastrukturuna  –  xəstəxanalar,  poliklinikalar, 

tibb diaqnostika mərkəzləri və s.; tədrisin infrastrukturuna – ali və orta ixtisas mək-

təbləri və s. aid edilir. 

Bütövlükdə  infrastrukturun  məzmunu  haqqında  deyilənlər  bazar  iqtisadiyya-

tının  müstəqil  quruluşu  kimi  fəaliyyət  göstərən  bazar  infrastrukturu  anlayışına  da 

ş

amildir. Belə ki, infrastrukturu iqtisadiyyatın ümumi quruluşunun bazar sisteminə 



xidmət edən və onun fəaliyyəti üçün zəruri şərait yaradan tərkib hissəsi kimi başa 

düşülür.  nkişaf etmiş bazar sistemi çox mürəkkəb quruluşa malikdir. Müasir bazar 

münasibətləri  şəraitində  bazarın  ən  vacib  strukturlarından  biri  onun  obyektlərinin 

iqtisadi  təyinatına  görə  bir-birindən  fərqləndirilməsi  nəticəsində  yaranır  və 

aşağıdakıları əhatə edir: istehlak şeyləri bazarı, əmək bazarı, elmi-texniki yeniliklər 

bazarı  və  s.  Bazar  iqtisadiyyatı  şəraitində  bu  bazarların  hər  birinin  həm  ayrıliqda 

normal  fəaliyyəri,  həm  də  onların  səmərəli  qarşılıqlı  əlaqəsi  inkişaf  etmiş  bazar 

infrastrukturu şəraitində mövcud olur onun vasitəsilə həyata keçirilir. Deməli, bazar 

infrastrukturu bazarın  müxtəlif  formalarının fəaliyyəti  üçün  zəruri  iqtisadi  mühitin 

yaranmasına xidmət edir, nəticədə isə bütövlükdə bazar iqtisadi sisteminin normal 

fəaliyyəti təmin edilir. Bazar infrastrukturunun ən vacib tərkib hissələri kimi əmtəə, 

fond, valyuta və əmək birjaları, lizinq kompaniyaları, banklar, auksionlar, yarmar-

kalar vəs. çıxış edirlər. 

Bəzi  istehsal  infrastrukturu  sahələri  maddi  nemətlər  istehsalında    bilavasitə 

iştirak etməsə də iqtisadi mahiyyəti etibarilə cəmiyyətin istehsal sferasını tamam-

lamaqla onun iri sahə komplekslərinin inkişafına xidmət göstərirlər. 




 

 

10 



Mikro  səviyyədə  yanaşıldıqda  qeyd  etmək  lazımdır  ki,  istehsal  infrastrukturu 

firma  və  müəssisələrin  xarici  mühitini  təşkil  edir.  stehsal  prosesinə  təsirin  xarak-

terinə görə xarici mühit amillərini aşağıdakı əsas dörd qrupda dəstləşdirmək olar: 

1)  stehsal  prosesinin  fasiləsizliyini  təmin  edən  amillər,  buraya  məhsullara 

münasibət, məlumatların toplanması, ötürülməsi, yığılması və işlənməsi, texnoloji 

və idarəetmə məsələləri ilə bağlı məsləhətləşmələr və s. daxildir.  

2)  şçi  qüvvəsinin  təkrar  istehsalı  amilləri:  buraya  fəhlə  və  qulluqçuların 

səhhətinin  qorunması,  onların  ümumi  təhsil  və  ixtisas  hazırlığı,  istirahətlərinin 

təşkili və s. məsələlər aiddir.  

3)  ctimai istehsalda makroiqtisadi göstəricilərin tarazlaşdırılması.  

4)  qtisadi inkişafda ekoloji mühit amilləri. 

Müəssisələrin  iqtisadi  fəaliyyətinə  təsir  edən  xarici  mühit  amillərinin  bu 

qaydada dəstləşdirilməsinə müvafiq olaraq, V.V.Vlasova görə, bizim də razılaşdı-

ğ

ımız kimi, infrastrukturu dörd sahəyə bölmək olar:



6

 

1.  stehsal  infrastrukturu.  Bu,  müəssisədə  proseslərin  fasiləsizliyini  təmin 



edən kompleks xarici mühit amilləri dəstindən ibarətdir. Buraya aşağıdakılar aid-

dir: yük nəqliyyatı, topdansatış ticarət, elektrik, qaz və su təchizatı, anbar təsərrü-

fatı, rabitə və məlumat xidməti. Eyni zamanda aşağıdakı işgüzar xidmət sahələri: 

reklam,  marketinq xidməti, icarə və  lizinq xidməti,  məsləhət xidməti  (investisiya 

siyasəti və idarəetmə ilə bağlı və s. məsləhətlər), injinirinq (mühəndis-məsləhət və 

layihə xidmətləri sahəsi) və s. daxildir. 

2.  Sosial  infrastruktur.  Bu  işçi  qüvvələrinin  təkrar  istehsalı  ilə  bağlı  olan 

kompleks  sahələrdir.  Buraya  səhiyyə,  maarif,  mədəniyyət,  incəsənət,  pərakəndə 

ticarət, sərnişin nəqliyyatı, mənzil-kommunal təsərrüfatı, xidmətlərin  təşkili sahə-

ləri, ictimai iaşə sahələri, ev təsərrüfatı üzrə xidmətlər və s. aiddir. 

3.  nstisional  infrastruktur.  Bu  iqtisadiyyatın  makroiqtisadi  tənzimlənməsini 

həyata keçirən, milli iqtisadiyyatın inkişaf etməsinə təkan verən kompleks iqtisadi 

sahələri  əhatə  edir.  Buraya  dövlətin  iqtisadi  tənzimləmə  aparatı,  maliyyə-kredit, 

vergi, gömrük və s. sahələr aiddir. 

                                                 

6

 



Власов

 В.В. Япония: производственная инфраструктура. М.: Наука, 1991.

 



 

 

11 



4. Ekoloji infrastruktur. Bu ictimai istehsalın inkişafına xidmət edən və insan-

ların iqtisadi fəaliyyəti zamanı ətraf mühitə dəyə biləcək zərərlərin qarşısını almaq 

üçün  fəaliyyət  göstərən  mühəndis-texniki  qurğulardan  ibarət  kompleks  sahələrin 

məcmusudur.  nfrastrukturun  bu  növünə  ətraf  mühitin  qorunmasına  nəzarət  edən 

hökumət  və  qeyri-hökumət  orqanları,  dəniz  və  çayların,  meşə  və  dağların  qorun-

ması üzrə hökumət orqanlarının mühəndis qurğuları və s. aiddir. 

stehsal  infrastrukturunun  tikinti  obyektləri  də  istehsal  infrastrukturuna  aid 

edilir. Belə ki, onlar xidmətlər yaratmır, lakin ayrı-ayrı mühəndis qurğuları lazım 

olan maddi ləvazimatlarla təchiz edir. Ona görə də, belə fəaliyyət növü istehsalın 

maddi  təchizat  sahəsini  özündə  birləşdirdiyindən  istehsal  infrastrukturuna  aiddir. 

Fikrimizcə, elektrik enerjisi də istehsal infrastrukturuna aiddir. Çünki iqtisadiyya-

tın bu sahəsi xidmətlər göstərmək məqsədi ilə deyil, maddi nemətlərin istahsalına 

sərf  olunur.  Ölkədə  elektrik  enerjisi  istehsalı  artdıqca  maddi  nemətlərin  artım 

dinamikası da inkişaf edir. Eyni zamanda elm də istehsal infrastrukturunun tərkib 

hissələrindən hesab edilməlidir. Çünki elmin köməyi ilə həqiqətən, istehsalın ayrı-

ayrı  sahələrini  inkişaf  etdirmək,  yeni-yeni  məhsulların  istehsalına  nail  olmaq,  is-

tehsal texnologiyasını təkmilləşdirmək, nəticədə məhsuldarlığı artırmaq və iqtisadi 

effektivliyə  nail  olmaq  mümkündür.  Bununla  belə  ictimai  istehsalın  inkişafını 

təmin  edən  intellektual  baza,  məhz  elmin  köməyilə  yaradılır  ki,  bu  da  öz  növbə-

sində bütün iqtisadi sahələrin inkişaf etdirilməsi üçün əsas hesab olunur. Həmçinin 

elmin  yerinə  yetirdiyi  funksiyaları  yalnız  ictimai  istehsalın  xarici  mühitinin 

yaradılması ilə məhdudlaşdırmaq olmaz, zənnimizcə, istehsal infrastrukturuna aid 

hesab  etdiyimiz  elm  bütün  iqtisadi  sahələrin  elmi  şəkildə  əlaqələndirilməsini, 

informasiya sistemləri ilə təchiz edilməsini, məsləhət və injinirinq xidmətini əhatə 

edir.  Göründüyü  kimi,  elm  təkcə  istehsal  infrastrukturunun  bir  hissəsi  deyil, 

ümumiyyətlə bütün iqtisadi sahələrin əsas tərkib hissəsidir. 

Bunlarla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  yuxarıda  göstərilən  istehsal  infrast-

rukturuna  aid  olan  sahələr  təkcə  istehsala  deyil,  eyni  zamanda  əhaliyə  də  xidmət 

edir. Belə ki, nəqliyyat, rabitə, elektroenergetika, qaz və su təchizatı, informasiya 

xidməti  və  s.  sahələr  istehsala  xidmət  etdiyi  kimi,  əhalinin  də  tələbatının 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə