Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 

12 



ödənilməsini  təmin  edir.  Lakin  bu  heç  də  o  demək  deyil  ki,  əhali  bu  fəaliyyət 

sahələrinin əsas obyekti hesab edilməlidir. 

Ölkə iqtisadiyyatının inkişafına əsaslı təsir göstərə bilən istehsal infrastruktu-

runun hansı fərqləndirici əlamətlərlə xarakterizə olunduğunu aydınlaşdırmağa çalı-

ş

aq. Tədqiqatlardan görünür ki, istehsal infrastrukturunun başlıca xüsusiyyətlərini 



nəzərdən  keçirərkən  M.P.Komorov  onu  müxtəlif  əlamətlər  üzrə  aşağıdakı  kimi 

təsnifləşdirməyə cəhd etmişdir: 1)  nsanların fəaliyyət sferası üzrə; 2) Fəaliyyətin 

sahələri  (funksiyaları)  üzrə;  3)  Tətbiqi  miqyasına  görə;  4)  Ətrafda  formalaşma 

xüsusiyyətlərinə görə. 

Fikrimizcə,  infrastrukturlar  daha  geniş  mənada  insanların  həyat  fəaliyyətləri 

boyunca  onları  əhatə  edən  bütün  sahə  və  sferalarda  fəaliyyət  göstərirlər.  stehsal 

infrastrukturu isə öz növbəsində istehlak şeyləri istehsal edən sahələrin və istehsalı 

yaradan şeyləri istehsal edən sahələrin infrastrukturlarına bölünməlidir. O, sənaye 

və kənd təsərrüfatı məhsullarının istehsalı prosesində əmtəə ehtiyatlarının hərəkə-

tini təmin edən maddi-texniki sistemlərin məcmusu kimi başa düşülməlidir. Əmtəə 

ehtiyatlarının təsnifləşdirilməsinə müvafiq olaraq istehsal infrastrukturunun funk-

siyaları  aşağıdakı  kimi  qruplaşdırılmalıdır:  istehsal  prosesinin  maddi  vəsaitlərlə, 

təbii  ehtiyatlar,  enerji,  hazır  məhsullar;  istehsalın  işçi  qüvvəsi  və  ya  əmək  ehti-

yatları ilə, istehsalın maliyyə vəsaitləri və informasiya ilə təmin olunması. Beləlik-

lə, xidmət etdiyi sahələrdən asılı olaraq yerinə yetirdiyi funksiyalara görə istehsal 

infrastrukturu xarici, daxili və qarışıq formada çıxış edirlər. Bu funksiyalar özlü-

yündə istehsal prosesini həyata keçirmək üçün böyük əhəmiyyətə malikdir. 

stehsal infrastrukturunu müxtəlif əlamətlər üzrə də təsnifləşdirmək olar. Belə 

ki,  istehsal  mühiti  üzrə  o,  aşağıdakı  kimi  təsnifləşdirilir:  1)  Müəssisənin  istehsal 

infrastrukturu;  2)  Regionların  istehsal  infrastrukturu;  3)  Dövlətin  istehsal  infras-

trukturu;  4)  Əməkdaşlıq  edən  dövlətlərin  istehsal  infrastrukturu;  5)  Beynəlxalq 

istehsal infrastrukturu. 

Sahə  prinsipləri  üzrə  isə  istehsal  infrastrukturlarını  aşağıdakı  kimi  təsnifləşdir-

mək olar: ayrı-ayrı istehsal sahələrinin istehsal infrastrukturu; müəssisə və təşkilatla-

rın istehsal infrastrukturları; sahələrin istehsal infrastrukturu. Eyni zamanda istehsalın 



 

 

13 



yerinə yetirdiyi funksiyalardan asılı olaraq istehsal infrastrukturu təsnifləşdirilə bilər. 

Bu cür təsnifləşdirməni istehsal infrastrukturunun ünsürlərinin sahə tərkibi adlandırıb, 

onlara  aşağıdakıları  aid  etmək  olar:  1)  Nəqliyyat  (nəqliyyat  kommunikasiya);  2) 

Enerji  təsərrüfatı  (enerji-yanacaq);  3)  Rabitə  (informasiya-kommunikasiya);  4)  Su 

təchizatı; 5) Kanalizasiya; 6) Anbar təsərrüfatı; 7) Topdansatış ticarət; 8) Elm.  steh-

sal  infrastrukturunun  belə  təsnifləşdirilməsi  ictimai  həyatın  inkişafı  və  idarə  olun-

masına sistemli iqtisadi yanaşma metodlarının tətbiq edilməsinə və ayrı-ayrı istehsal 

infrastrukturu sahələrinin inkişaf etdirilməsinə kömək edə bilər. 

stehsalın yerinə yetirdiyi funksiyalardan asılı olaraq istehsal infrakstrukturu 

təsnifləşdirilə  bilər.  Bu  cür  təsnifləşdirməni  istehsal  infrakstrukturunun 

ünsürlərinin sahə tərkibi adlandırıb, onlara aşağıdakıları aid etmək olar:  

1.Nəqliyyat (nəqliyyat kommunikasiya);  

2.Enerji təsərrüfatı (enerji-yanacaq); 

3. Rabitə (informasiya-kommunikasiya);  

4. Su təchizatı; 

5. Kanalizasiya;  

6. Anbar təsərrüfatı; 

7. Topdansatış ticarət;  

8. Elm.  

stehsal infrakstrukturunun təsnifləşdirilməsi ictimai həyatın inkişafı və idarə 

olunmasına  sistemli  iqtisadi  yanaşma  metodlarının  tətbiq  edilməsinə  və  ayrı-ayrı 

istehsal infrastrkturu sahələrinin inkişaf etdirilməsinə kömək edir. 

stehsal  infrastruktunu  üç  böyük  qrupda  da  birləşdirmək  olar:  sahələrarası, 

sahə daxili və istehsal daxili. Sahələrarası dedikdə rabitə, nəqliyyat, su, qaz, istilik, 

elektrik təchizatı; sahə daxili dedikdə meliorasiya, aqrokimya və s.; istehsal daxili 

dedikdə  isə,  bir  sahəyə  xidmət  göstərən  istehsal  infrastrukturları  başa  düşülür. 

Ə

sas  istehsal  sahələrinin  xüsusiyyətlərinə  görə  istehsal  infrastrukturları  sənaye, 



kənd  təsərrüfatı  və  tikinti  sahələrində  maddi  istehsalın  müxtəlif  mərhələlərinə 

xidmət göstərən sahələrə bölünür. Buraya xammal və hazır məhsulun daşınmasına 

xidmət  edən  nəqliyyat,  məhsulların  saxlanılmasını  təmin  edən  anbarlar,  bina  və 



 

 

14 



qurğular,  rabitənin  istehsala  xidmət  edən  sahələri  aid  edilir.  darəetmə  üsuluna 

görə  təsnifləşdirdikdə  isə,  istehsal  infrastrukturları  hər  bir  iqtisadi  sistemin 

xüsusiyyətlərinə  müvafiq  olaraq  idarə  olunduğuna  görə  bir-birindən  fərqlənirlər. 

Belə ki, əvvəllər inzibati-amirlik idarəetmə üsuluna uyğun olaraq istehsal infrast-

rukturları  dövlət  inhisarında  idisə,  hazırda  idarəetmənin  bazar  formasına  uyğun 

olaraq idarəetmə üsulu tətbiq olunur. 

stehsal  infrastrukturlarının  maddi  istehsal  sahələrinə  və  müvafiq  yarım-

qruplara  bölgüsünü  nəzərdə  tutaraq  onlar  maddi  istehsal  sahələrinə  sənaye,  kənd 

təsərrüfatı,  tikinti,  meşə  təsərrüfatı,  ovçuluq  və  balıqçılıq,  istehsala  xidmət  edən 

rabitə,  yük  nəqliyyatı,  energetika  təsərrüfatı,  maddi-texniki  təchizat,  ticarət  və 

ictimai iaşəni aid edirlər. Onların fikrincə, sosial və kommunal-məişət infrastruk-

turlarına  təhsil,  səhiyyə,  sosial-təminat  müəssisələri,  elm  sahəsi,  kommunal, 

mənzil-məişət təsərrüfatı, şəxsi istehlaka xidmət edən təmir emalatxanaları, sosial-

mədəni  təyinatlı  müəssisələr,  incəsənət,  ticarət  və  ictimai  iaşə,  kurort  təsərrüfatı, 

ə

haliyə ximət edən sahələr, o cümlədən kommunikasiya sistemi, ictimai nəqliyyat, 



ictimai rabitə, maliyyə-kredit təsərrüfatı hissəsi, dini qurumlar, bədən tərbiyəsi və 

idman təşkilatları, stadionlar daxil edilməlidir. 

stehsalın  planlaşdırılması  və  proqnozlaşdırılması  zamanı  istehsal  infrastruk-

turunu mövcud vəziyyətdən asılı olaraq formalaşan, tərəqqi edən və tənəzzül edən 

istehsal  infrstrukturlarına  bölmək  olar.  Azərbaycanın  istehsal  infrastrukturu  bu 

baxımdan  formalaşan  və  tərəqqi  edən  infrastrukturlara  aid  edilir.  Məlum  olduğu 

kimi, təbii resursların, xarici investisiyaların və ölkədə gedən demoqrafik proses-

lərin  təsiri  ilə  artıq  istehsal  infrastrukturunun  formalaşması  və  inkişafı  prosesləri 

başlamışdır.  Lakin  maşınlı  texnikanın  azlığı,  enerji  qıtlığı  və  maliyyə  vəsaitinin 

çatışmaması  nəticəsində  ölkənin  kənd  təsərrüfatında  mövcud  olan  istehsal 

infrastrukturu kompleksi  tənəzzülə doğru meyl etməkdədir. Azərbaycan Respub-

likası prezidentinin müvafiq fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası 

regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı  (2004-2008)”nda  bu  sahədə 

həyata  keçirilməsi  nəzərdə  tutulmuş  tədbirlər  kənd  təsərrüfatının,  eləcə  də  onun 

istehsal infrastrukturunun inkişafına müsbət təsir göstərəcəkdir. 



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə