Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 

15 



Ə

sas  istehsal  sahələrinin  istehsal  infrastrukturu  ilə  təmin  olunması  səviyyəsini 

müəyyən  etmək  üçün  zaman  amilinə  görə  istehsal  infrastrukturunu  aşağıdakı  kimi 

təsnifləşdirmək olar: irəli getmiş, gecikmiş və müasir istehsal infrasrukturu. Ölkənin 

neft sənayesinə xidmət edən istehsal infrastrukturu xarici investisiyanın və mütərəqqi 

texnologiyanın  tətbiqi  hesabına  nisbətən  irəli  getmiş,  kənd  təsərrüfatı  məhsullarının 

istehsalını  həyata  keçirən  aqrar sənaye  sahələrində  mövcud olan  istehsal  infrastruk-

turu  maliyyə  mənbələrinin  çatışmaması  hesabına  gecikmiş,  rabitənin  inkişafına 

xidmət  edən  istehsal  infrastrukturu  isə  müasir  texnika  və  texnologiyanın  tətbiqi 

nəticəsində yeniləşdirildiyindən müasir istehsal infrastrukturuna aid etmək olar. 

stehsal infrastrukturunu üç böyük qrupda da birləşdirmək olar: sahələrarası, sa-

hədaxili və istehsaldaxili. Sahələrarası dedikdə rabitə, nəqliyyat, su, qaz, istilik, elek-

trik təchizatı; sahədaxili dedikdə meliorasiya, aqrokimya və s.; istehsaldaxili dedikdə 

isə  bir  sahəyə  xidmət  göstərən  istehsal  infrastrukturları  başa  düşülür.  Əsas  istehsal 

sahələrinin xüsusiyyətlərinə görə istehsal infrastrukturları  sənaye, kənd təsərrüfatı və 

tikinti sahələrində maddi istehsalın müxtəlif mərhələlərinə xidmət göstərən sahələrə 

bölünür.  Buraya  xammal  və  hazır  məhsulun  daşınmasına  xidmət  edən  nəqliyyat, 

məhsulların saxlanılmasını təmin edən anbarlar, bina və qurğular, rabitənin istehsala 

xidmət  edən sahələri aid edilir.  darəetmə üsuluna görə təsnifləşdirdikdə isə istehsal 

infrastrukturları  hər  bir  iqtisadi  sistemin  xüsusiyyətlərinə  müvafiq  olaraq  idarə 

olunduğuna görə bir-birindən fərqlənirlər. Belə ki, əvvəllər inzibati amirlik idarəetmə 

üsuluna  uyğun  olaraq  istehsal  infrastrukturları  dövlət  inhisarında  idisə,  hazırda 

idarəetmənin bazar formasına uyğun olaraq idarəetmə üsulu tətbiq olunur. 

stehsal  infrastrukturunu  aidiyyətinə  görə  xidmət  etdiyi  sahəyə  uyğun  olaraq 

magistral, rayon və lokal infrastrukturlara aid etmək olar. Magistral infrastrukturlara 

respublika əhəmiyyətli istehsal infrastrukturunu, məsələn, dəmir yolu, su, avtomobil 

və  hava  yolu  və  s.  hansı  ərazidən  keçməsindən  asılı  olmayaraq  respublika  əhəmiy-

yətli  funksiyaları  yerinə  yetirdiyindən  magistral  istehsal  infrastrukturuna  aid  etmək 

olar.  Bir  inzibati  rayon  ərazisində  yerləşən  istehsal  sahələrinə  xidmət  edən  istehsal 

infrastrukturu  rayon  istehsal  infrastrukturuna,  yalnız  bir  istehsal  sahəsinə  aid  olan 

istehsal  infrastrukturu  isə  lokal  infrastruktura  aid  etmək  olar.  Məsələn,  istehsalın 



 

 

16 



səmərəliliyini təmin etmək məqsədilə yaradılan əlavə bina, anbar, elevator qurğular, 

hazır məhsulun daşınmasına xidmət edən yük nəqliyyatı vasitələri, istehsala aid olan 

su təmizləyici qurğular və s. lokal istehsal infrastrukturlarına aid edilir. 

Tələb və təklifin miqyasına görə, istehsal infrastrukturunu yerli, regionlararası 

və geniş əhatəli olmaqla üç böyük qrupa bölmək olar. Hər hansı bir iqtisadi rayon 

ə

razisində  formalaşan  istehsal  sahəsinin  tələbatına  müvafiq  olaraq  ona  xidmət 



edən istehsal infrastrukturu sahəsi yerli tələbatı ödədiyindən yerli, bir-birinə yaxın 

ə

razilərdə yerləşən iki və daha artıq iqtisadi rayonlarda mövcud olan oxşar istehsal 



sahələrini  əlaqələndirən  və  onların  fəaliyyətinə  xidmət  edən  istehsal  infrasrtruk-

turları regionlararası istehsal infrastrukturları, ölkə ərazisindəki iqtisadi rayonlarda 

fəaliyyət göstərən istehsal sahələrini əhatə edən istehsal infrastrukturu sahələri isə 

geniş əhatəli istehsal infrastrukturu adlandırıla bilər.  



1.2.  stehsala xidmətin forma və növləri 

nfrastrukturun  əsas  cəhətlərindən  biri  onun  fərdi  yox,  kollektiv    və  ictimai 

tələbin  ödənilməsinə  xidmət  etməkdədir.  Bundan  əvvəl,  iqtisadiyyatın  infrastruk-

turu  həm  də  ictimai  təkrar  istehsalın  bütün  fazaları,  istehsal,  bölgü,  mübadilə  və 

istehlak arasında qarşılıqlı əlaqənin formalaşmasına  yönəlmişdir. 

nfrastruktur konkret olaraq iqtisadiyyatın normal funksional şəraitini, əmtəə 

dövriyyəsini, insanların həyat fəaliyyətini təmin edən sahələr kompleksi kimi çıxış 

edir. Buraya yollar, nəqliyyat, rabitə, terminallar, enerji  və su təchizatı, elm, təhsil, 

səhiyyə və digər  bu kimi xidmət sahələri  aiddir. 

stehsal  xidmətləri  dəyərə  malikdir.  Belə  ki,  onların  reallaşması  üçün 

resurslar  və  əsas  istehsalı  təmin  edən  istehsal  dəyəri  tələb  olunur.  nfrastruktur 

xidməti üçün istifadə olunan  bu resurslar məhdud həcmdədir.  stehsal infrastruk-

turunun xərclərin formalaşmasında əsas istehsal məhsulunun faydalılığında iştirak 

edir.  stehsal  xidməti əsas istehsalın tələblərinin ödənilməsi xidmətə tələbi forma-

laşdırır. 

Bazar  iqtisadiyyatında  infrastruktura  iqtisadi  subyektlərin  müxtəlif  bazarlarda 

fəaliyyəti  üçün  şərait  yaratmaq  məqsədi  daşıyan  qarşılıqlı  əlaqəli  institutların 



 

 

17 



altsistemini  əks  etdirir.  Bu  altsistemə  istehsal,  maliyyə-kredit,  institsional,  kom-

mersiya, sosial, ekoloji və informasiya infrastrukturu daxildir. 

Xidmət sahəsi məhsulun istehlakçıya çatdırılmasına, istehsalın tədavül dairə-

sində  başa  çatdırılmasına,  əhalinin  sağlamlığının  qorunmasına,  cəmiyyətin  əsas 

məhsuldar  qüvvəsi  olan  insanın  ümumi  təhsil  və  mədəni-texniki  səviyyəsinin 

yüksəldilməsinə, istehsalın inkişafı və təkmilləşdirilməsi prosesinə xidmət edir. 

Xidmət  sahəsinin  müstəqil  sahə  kimi  formalaşması,  məhsuldar  qüvvələrin 

inkişafının və əmək bölgüsünün dərinləşməsinin nəticəsidir. Belə ki, istehsalın da-

xilində  ictimai  əmək  bölgüsünün  dərinləşməsi  əmək  məhsuldarlığının  o  dərəcədə 

yüksəldilməsinə  səbəb  oldu  ki,  bu  da  müəyyən  sahələrin  istehsala,  əhaliyə  və 

cəmiyyətə xidmət etmək funksiyasını yerinə yetirməyə şərait yaratdı. 

Xidmət  sahəsi  iqtisadi  artımın  təmin  edilməsi  və  ümumi  milli  məhsulun 

yaradılmasında  mühüm  rol  oynayır.  Belə  ki,  xidmət  sahəsi  yeni  məhsulların 

yaradılması  və  ya  onların  keçmiş  istehlak  dəyərlərinin  bərpa  edilməsində  (təmir, 

bərpa və s.) yaxından iştirak edir. 

Xidmət sahəsini bütövlükdə üç iri sahəyə bölmək olar: 

-istehsala xidmət sahəsi və ya istehsal infrastrukturu; 

-əhaliyə xidmət sahəsi və ya mədəni-məişət infrastrukturu; 

-cəmiyyətə xidmət sahəsi və ya intitutsional infrastruktura. 

stehsal infrastrukturunun iqtisadiyyatın sərbəst sferası kimi formalaşmasının 

səbəbi ictimai əmək bölgüsüdür.  stehsal infrastrukturunun yaranması ilk növbədə 

ə

mək  prosesinin  əsas  və  koməkçi  hərəkətlərə  bölünməsi  əsasında  baş  vermişdir. 



Bu proses müəssisə daxilində baş verir.  xtisaslaşma və koperasiyanın inkişafı nə-

ticəsində  köməkçi  funksiyaların  təmərküzləşdiyi  müəssisələrin  əmələ  gəlməsi 

istehsala xidmət sahələrinin yaranmasına səbəb olmuşdur. Beləliklə, xarici və da-

xili  istehsal  infrastrukturu  yaranmışdır.  Birinci  müstəqil  ixtisaslaşdırılmış  müəs-

sisələrdən,  ikinci  isə  müəssisə  daxilində  köməkçi  və  xidmətedici  sex  və 

təsərrüfatlardan ibarətdir. 

stehsala  xidmət  sahələri  (istehsal  infrastrukturu)  köməkçi  xarakter  daşıyan 

maddi və qeyri-maddi istehsal təyinatlı xidmətlər göstərirlər. 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə