Microsoft Word ashabanov236. doc



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix05.04.2018
ölçüsü0,72 Mb.
#36027
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

 

 

24 



ödəmək  üçün  lazım  olan  istehsal  resursları  (torpaq  və  ya  xammal,  materiallar, 

kapital,  əmək  və  sahibkarlıq  qabiliyyəti)  məhduddur.  Yəqin  ki,  tələbatın  durma-

dan  artdığı  və  iqtisadi  resursların  məhdudluğu  və  onların  getdikcə  tükənmələri 

şə

raitində iqtisadiyyatın qarşısında nə kimi çətin vəzifələr durur.  



nfrastrukturlar  sosial-iqtisadi  tələbatın  artması  prosesilə  bağlı  olub,  daim 

mənafelər  problemi  ilə  üzləşir.  Odur  ki,  mənafelərə  tələbatın  konkret  bir  təzahur 

forması  kimi  yanaşılmalı,  müəyyən  təsnifatla  xarakterizə  olunmalıdır.  Sosial-

iqtisadi tələbatların artmasına uyğun olaraq mənafelərin fərdi, kollektiv, ümumi və 

xüsusi  kimi  qruplarda  təsnifləşdirilməsi  vacibdir.  Mənafe  qrupları  arasında  üzvi 

vəhdət prinsipi və daxili əlaqələrin daimiliyi, sürəkliliyi prinsipi mövcuddur.  

stehsala  xidmət  göstərən  müəssisələrin  əsas  istehsalın  tələbatını  ödəmək 

qabiliyyəti istehsala xidmətə olan tələbi müəyyən  edir.  stehsala xidmətlərə tələb 

1) maddi istehsal sahələrinin gəlirlərinin səviyyəsindən; 2) istifadə olunan istehsal 

xidmətlərinin  qarşılıqlı  əvəz  olunmasında;  3)maddi  nemətlər  istehsal  edən 

müəssisələrin sayından; 4) innovasiyanın tətbiqindən asılıdır. 

Ölkə  iqtisadiyyatının  səmrəli  fəaliyyəti  təkcə  maddi  istehsal  sahələrinin  in-

kişaf  səviyyəsindən  asılı  deyil,    həm  də  onların  köməkçi  istehsallara  olan  təla-

batının ödənilməsindən asılıdır. Göründüyü kimi, istehsala xidmət sahələrinin in-

kişafı ölkədə maddi istehsal sahələrinin inkişafında əhəmiyyətli dərəcədə asılıdır.  

Bazar  iqtisadiyyatına  keçid  şəraitində  xüsusi  olaraq  böhran,  büdcə  kəsri, 

istehlak  bazarında  tarazlığın  pozulduğu  dövrdə  pullu  xidmətlər  bazarının  əsaslı 

şə

kildə  yenidən  qurulması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bundan  başqa,  ictimai 



istehsalın səmərəliliyinin yüksəldilməsində, xalqın maddi və mənəvi tələbatlarının 

ödənilməsində xidmət sahəsinin rolu daha da artır. 

stehsala  xidmət  sahəsi  bilavasitə  ictimai  istehsalın  səmərəliliyinin  artması,  iş 

vaxtı itkisinin azaldılması və əmək məhsuldarlığının artması ilə sıx surətdə bağlıdır. 

Qeyd  etmək  lazımdır  ki,  infrastruktur  qurumların  fəaliyyəti,  iqtisadi  sistemin 

mahiyyətindən  asılı  olmayaraq  obyektiv  zərurətdən  doğur  və  cəmiyyətin  ümumi 

tərəqqisində, sosial-iqtisadi proseslərin dinamik inkişafında mühüm rol oynayır. La-

kin  sosialist  təsərrüfatı  sistemində  infrastruktur  qürumlar,  əsasən,  dövlət  mülkiyyəti 




 

 

25 



çərçivəsində  idilərsə,  bazar  sistemi  ölkələrində  bu  qurumlar  müxtəlif  mülkiyyət 

münasibətlərinə  uyğun  olaraq  fəaliyyət  göstərirlər.  Belə  ki,  bazar  iqtisadiyyatı 

ölkələrində dövlət mülkiyyəti ilə yanaşı, müxtəlif çeşidli xüsusi mülkiyyət formaları 

(səhmdar  cəmiyyəti,  bələdiyyə)  böyük  üstünlük  təşkil  edir.  Bu  isə,  xeyli  dərəcədə 

sahibkarlıq fəaliyyətinin inkişafı ilə əlaqədardır.  

Konkret  mülkiyyət  forması  daxilində  fəaliyyət  göstərən  infrastruktur  obyektlər 

mövcud  sistemin  sosial-iqtisadi  münasibətlər  kompleksinə  qoşulmaqla  bu 

kompleksdə öz mövqelərini müəyyənləşdirirlər. Zaman keçdikcə bütövlükdə mövcud 

iqtisadi  sistemdə  öz  yerini  daha  da  möhkəmləndirən  infrastrukturlar,  nəinki  xidmət 

göstərdikləri sahələrin normal fəaliyyətini təmin edirlər, hətta onlarsız təkrar istehsal 

prosesi çox səmərəsiz və müəyyən qurumların fəaliyyət göstərməsi mümkünsüz olur.  

nfrastrukturların  ən  mühüm  əlamətlərindən  biri  də  onların  fəaliyyətinin  funk-

sional  xarakterə  malik  olmasındadır.  nfrastrukturların  funksional  fəaliyyətinin  əhatə 

dairəsi  geniş  və  çoxşaxəli  olmaqla  yanaşı,  həm  də  dinamikdir.  Bundan  başqa,  əgər 

infrastrukturların  fəaliyyətində  effektli  nəticələr  müşahidə  olunmursa,  onda  bunu  cə-

miyyətin tərəqqisi üçün xarakterik hesab etmək olmaz. Belə ki, sivilizasiyanın müxtəlif 

pillələrində  infrastrukturların  fəaliyyəti  nəticə  etibarilə  faydalılığın,  səmərəliliyin, 

sosial-iqtisadi  dəyərliliyin  artmasına  və  bütövlükdə  sivilizasiyanın  tərəqqisinə  gətirib 

çıxarmalıdır. Deməli, cəmiyyətin inkişaf səviyyəsinə daim uyğunlaşmaq və  mütərəq-

qilik meyli infrastrukturların funksional fəaliyyətinin mühüm cəhətlərindən biridir.  

stehsal infrastrukturunun inkişafına təsir göstərən amillərdən birincisi və ən 

mühümü  investisiya  amilidir.  nvestisiyalara  ayrılan  vəsaitlərin  xüsusi  çəkisi  ilə 

bir  ölkənin  iqtisadi  inkişafının  səviyyəsi  müəyyən  olunur.  nvestisiya  qoyuluşu 

çox olan ölkələrdə iqtisadi inkişafın səviyyəsi yüksək, az olan ölkələrdə isə aşağı 

olur.  nzibati  amirlik  sistemi  dövündə  bu  prosesdən  tamamilə  kənarda  qalmış 

Azərbaycanda iqtisadi münasibətlərin inkişaf edib dünyanın inkişaf etmiş ölkələri 

səviyyəsinə  çıxması  üçün  köklü  dəyişikliklərin  aparılması  zəruridir.  Bunun  üçün 

ölkənin  başlıca  məqsədi  xarici  və  daxili  bazarlarda  sənayenin  səmərəliliyini  və 

rəqabətqabiliyyətliliyini yüksəltmək və  artımını təmin etməkdən ibarətdir. Bunun 

üçün  isə  digər  sahələrlə  yanaşı  normal  inkişaf  etmiş  istehsal  infrastrukturu 




 

 

26 



sahələrinin  yaradılması  vacib  və  əhəmiyyətlidir.  Belə  məsələlərin  həlli  isə 

uzunmüddətli xarakter daşıyır və böyük həcmdə investisiya tələb edir.  

Ölkənin istehsala xidmət sahələrinin inkişafına təsir göstərən əsas amillərinə 

təbii-coğrafi, iqtisadi, texniki-texnoloji, siyasi-hüquqi və sosial mədəni amillərdir. 

Bu  amillərin  konkret  kombinasiyası  ölkədə  istehsala  xidmət  sahələrinin  inkişaf 

xüsusiyyətlərini  müəyyən  edir və bu  sahələrə daxil olan həlqələrin təşkili forma-

larının  və  onların  yerinə  yetidiyi  funksiyaların  reallaşdırılması  üsullarının  müx-

təlifliyinə təsir göstərir.  

Təbii  amillər  istehsala  xidmət  sahələrinin  strukturunun  müəyyən  olunmasında 

ə

həmiyyətli amillərdəndir. Məhz bu amil çox vaxt ölkədə və ya ölkənin müəyyən re-



gionunda  istehsala  xidmətin  hansı  sahəsinin  inkişaf  etdirilməsinə  üstünlük  veril-

məsinin  müəyyən  olunmasına  əsaslı  şəkildə  təsir  göstərir.  Məsələn,  ölkədə  çayların 

olması, dəniz sahilində olması çay nəqliyyatının və ya dəniz nəqliyyatının inkişafını 

müəyyən edir. Təhlil göstərir ki, respublikada çay nəqliyyatı istisna olmaqla, avtomo-

bil, dəmiryolu, dəniz nəqliyyatı, hava və boru nəqliyyatı nisbətən inkişaf etmişdir.  

Ölkədə  iqtisadiyyatın  səmərəli  inkişafını  təmin  etmək  üçün  inkişaf  etmiş 

enerji  kompleksinin,  nəqliyyat  sisteminin,  sənaye  və  kənd  təsərrüfatının  satışı 

sisteminin və s. mövcud olması vacibdir.  

Təbii-coğrafi amillərlə yanaşı istehsala xidmət sahələrinin inkişafına iqtisadi 

amillər də təsir göstərir. Belə ki, maddi istehsal sahələrində baş verən meyllər öz 

ə

ksini  istehsala  xidmət  sahələrində  də  tapır.  Maddi  istehsal  sferasının  iqtisadi 



vəziyyti istehsala xidmətə olan təlabatı müəyyən edir.   

Texniki-texnoloji  amillərin  təsiri  ölkədə  biznesin  inkişafında  vacib  rol 

oynayan  istehsal  xidmətlərinin  keyfiyyətinə  əhəmiyyətli  dərəcədə  təsir  göstərir. 

Təhlil  göstərir  ki,  istehsala  xidmət  sahələrinin  əsas  fondlarının  əksəriyyəti 

köhnəlmişdir və yenidən qurulmaya ehtiyac vardır. 

stehsala  xidmət  sahələrinin  texniki-texnoloji  bazasının  istehsala  xidmətin 

keyfiiyətini təmin etməməsi və maddi istehsal sahələrinin müəssisələrinin təlabat-

larına çavab verməməsi onların vəziyyətinə  mənfi təsir göstərir.  Ölkədə istehsala 

xidmət sahələrinin texniki-iqtisadi vəziyyətinin yaxşılaşdırılması bu sahədə sahib-



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə