Microsoft Word Asiq Elesger doc



Yüklə 233,25 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü233,25 Kb.
#53882


 

1

 



AZƏRBAYCAN  RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM 

NAZİRLİYİ 

 

F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI 

ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

 



 

 

 



 

 

 

 

Azərbaycan saz, söz sənətinin böyük nümayəndəsi 

Aşıq Ələsgərin anadan olmasının  190 

illik yubileyi münasibətilə

 

 

 

 

 

 

 

 

 

 

 

     

Təbiət aşiqi, gözəllik nəğməkarı. 

 (metodik 

vəsait) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

B A K I – 2011 

 



 

2

I Bölmə: Həyat və yaradıcılığı: 

 

 

 



 

 

 



 

Yüz il dövran sürən aşıq Ələsgər, 

 

 

 

 

 

 

Min-min məclislərə yaraşıq oldu. 

 

 

 

 

 

 

Çoxları saz tutub gəlib-getdilər, 

 

 

 

 

 

 

Ələsgər zülmətdə gur işıq oldu. 

 

 

Kökü çox-çox qədimlərdən  şirə  çəkən Azərbaycan aşıq sənətinin on 

doqquzuncu yüzillikdən azman ustadları  sırasında aşıq  Ələsgərin yeri ayrıcadır. 

Onun bulaq kimi çağlayan coşqun ilhamından bizlərə yadigar qalan saz-söz inciləri 

neçə  qərinədir ki, xalqımızın dilində  əzbərdir. Dədə  Ələsgərin könüllər bəzəyən 

qoşmaları,  şaqraq gəraylıları, dərdlərə  məlhəm təcnisləri hər zaman saz-söz 

məclislərimizin yaraşığıdır.  

 

Qədim Azərbaycan mahallarından birində indi yağılar  əlində qalmış ulu 



Göyçədə göz açıb, saz sehri, söz tilsimiylə bütün Qafqazı, Türkiyə  və  İranı 

heyrətdə qoyan Aşıq Ələsgər Dədə Qorquddan, Qurbanidən, Tufarqanlı Abbasdan, 

Xəstə Qasımdan üzü bəri xalq arasında böyük şöhrət qazanmış ustadlar cərgəsinə 

qoşula bilmişdir. Möhtəşəm saz sənətinin incəliklərinə  dərindən bələd olmaqla 

yanaşı, o, aşıq adının, ustad hörmətinin uca tutulub xətirli saxlanılmasında əvəzsiz 

xidmətlər göstərmişdir. 

 

 

 



 

 

Aşıq olub diyar-diyar gəzənin 



 

 

 

 

 

Əzəl başdan pürkamalı gərəkdi. 

     Oturub 

durmaqda 

ədəbin bilə, 

 

 

 

 

 

Mərifət elmində dolu gərəkdi. 

 

 Saflıq, doğru-dürüstlük, halallıq ölçülərini həyat və  sənət amalına çevirən 

böyük aşığın ustad kəlamları hər zaman dəyərli və tutarlı öyüd-örnəklərdir. 

 

 



 

 

 



El içində düz otura, düz dura, 

 

 

 

 

 

Dalısınca xoş sədalı gərəkdi! 

 

Ələsgər şeiri Azərbaycan ruhunun güzgüsüdür. Doğma torpağa bağlılıq, ana 



yurdun axar-baxarlı gözəlliklərinə vurğunluq, alın tərindən nur alan güzəran 

şirinliyinə heyranlıq, mərdlik, sədaqət, dünyasının  şah damarıdır. Babalarımızın 

vüqar, ucalıq yerində tərifə mindirdiyi başı qarlı ulu dağlarımız da elə bu səbəbdən 

Ələsgər sazından  əzəli və  əbədi bir vətən sevgisi kimi boy göstərir. Özü də bu 

dağlarda Azərbaycan ellərinin hay-haraylı, çal-çağırlı binələri, bərəkətli ağacları, 

qonaq-qaralı oymaqları baş-başadır. Oradakı durna gözlü bulaqlar aşığın, hər bir 

sözündə, səsində çağlayır. 

 

 



 

 

 



Xəstə üçün təpəsində qar olur, 

 

 

 

 

 

Hər cür çiçək açır, laləzar olur. 

 

 

 

 

 

Çeşməsindən abi-həyat car olur

 

 

 

 

 

Dağıdır möhnəti, məlalı dağlar.  

 

 Elə bil ki, Dədə  Ələsgər candan əziz bildiyi Göyçə dağlarının nə vaxtsa 



əldən çıxıb yad-yağılara qismət olacağından duyuq düşübmüş. Azərbaycan 


 

3

torpağının qaymağı olan Göyçə yaylaqlarının eldən ayrı düşəcəyinin xiffətini, 



ağrısını ustad sənətkar necə də uzaqgörənliklə söyləyib. 

 

 



 

 

 



Hanı mən gördüyüm qurğu-büsatlar? 

 

 

 

 

 

Dərdməndlər görsə, tez bağrı çatlar. 

 

 

 

 

 

Mələşmir sürülər, kişnəşmir atlar. 

 

 

 

 

 

Onçu pərişandı halların, dağlar!.. 

 Çox 


gəzib, çox görüb, çox öyrənən Dədə  Ələsgər özü demişkən, “hər 

elmdən halı” sənətkardı. Dövrünün şeir, sənət ,eləcə də şərq fəlsəfəsi və islam dini 

ilə bağlı biliklərə dərindən yiyələnməsi onun yaradıcılığında aydın şəkildə görünür. 

Ətraflı  məlumata və geniş  təssəvvürə malik olması sayəsində Tufarqanlı Abbas, 

Xəstə Qasım kimi böyük sənətkarların yüz illər boyu kilidli qalan bir çox qıfılbənd 

və bağlamalarını  məhz Aşıq  Ələsgər aça bilmişdir. Özünün düzüb qoşduğu 

qıfılbənd, divani və müxəmməslərdə    o,  elmi  məlumatları qüdrətli istedadı ilə 

qovuşduraraq əvəzsiz ağıl və könül inciləri yaratmışdır.  

 Ustadın sinəsində çağlayan müdriklik çeşməsindən haqq-ədalət yoluna 

çağırış, mehribançılıq, böyüyə ehtiram, dost-yoldaş, qohum-qonşu arasında 

səmimiyyətə səsləyən öyüdlər axır.  

 

 



 

 

 



“Can” deməklə candan can əskik olmaz, 

 

 

 

 

 

Məhəbbət artırar, mehriban eylər. 

     “Çor” 

deməyin nəfi nədi dünyada?! 

 

 

 

 

 

Abad könülləri pərişan eylər. 

Abad könülləri pərişan eyləmək, dünyanı düzlüyə  səsləmək, haqqı nahaq, mərdi 

namərd ayağına verməmək Ələsgər şeirlərinin başlıca qayəsi idi. Ələsgər şeirində 

Azərbaycan torpağı, Azərbaycan ruhu kimi Azərbaycan dilinin  incəlikləri də 

özünəməxsus bir gözəlliklə cilvələnir. Canlı el danışığının bütün şəhdi-şəkəri, 

aşığın  şeir dilinə bulaq saflığı, bal şirinliyi gətirmişdir. Ana dilinin incə çalarları 

hesabına  ərsəyə  gələn təcnisin cığalı, dodaqdəyməz, dildönməz kimi nadir 

incilərini Dədə Ələsgər Azərbaycan dilinin dərin qatlarına baş vuraraq yaratmışdır.  

 

 

 



 

 

Qışda dağlar ağ geyinər, yaz qara, 



 

 

 

 

 

Sağ dəstinlə ağ kağıza yaz qara. 

 

 

 

 

 

Əsər yellər, qəhr eyləyər yaz qara, 

 

 

 

 

 

Daşar çaylar, gələr daşlar çata-çat. 

Əsrarəngiz təbiətimizin göz oxşayan yaraşığından tutmuş el gözəllərinin 

vəsfini, mərd igidlərin tərifini saz-söz sehriylə ucalardan ucalara qaldıran böyük 

ustadın ilk kəlməsindən son kəlamınacan bütün söz dünyasında Azərbaycan 

ruhunun və Azərbaycan dilinin saflığı hakimdir. Əzəmətli aşıq  Ələsgər sənətini 

yüzillikləri fəth etməyə aparan da onun bağrındakı saf və yenilməz xalq qüdrətidir. 

 

 

 



 

 

 



 

 



 

4

II Bölmə: Yubiley tədbirlərinin keçirilməsi 



 

Aşıq poeziyası və aşıq sənəti Azərbaycan xalqının bədii təfəkkürünün parlaq 

və zəngin bir sahəsidir. Ədəbiyyat və incəsənət xəzinəmizin qiymətli incilərindən 

olan aşıq sənəti öz mahiyyəti etibarı ilə həmişə xalq həyatına yaxın olmuş, müxtəlif 

tellərlə xalqın gündəlik mübarizəsi və mənəviyyatı ilə bağlanmışdır. Həmişə xalqla 

qırılmaz  əlaqədə olan aşıq yaradıcılığı  həyatın və  zəmanənin tələblərinə uyğun 

inkişaf edərək müxtəlif mərhələlərdən keçmiş, bəzən parlayıb çiçəklənmiş, bəzən 

süquta uğramış, bir dövrdə kamil ustalar yetirdiyi halda, başqa bir dövrdə orta 

səviyyədən yuxarı qalxa bilməyən  şəxsiyyətlərlə kifayətlənmişdir. Aşıq sənətinin 

yüksəlişi və intibah mərhələləri bir qayda olaraq böyük, ustad aşıqların və qüdrətli 

xalq dastanlarının yaranması ilə bağlı olmuş, xalqımızın bədii fikir tarixinin yeni 

mərhələsi kimi qeyd olunmuşdur.  Qurbani (XVI əsr), Tufarqanlı Abbas (XVI-

XVII  əsrlər), Xəstə Qasım, Aşıq Valeh (XVIII əsr), Dilqəm, Molla Cuma, Aşıq 

Hüseyn Şəmkirli (XIX əsr), Aşıq Ələsgər, Çoban Əfqan, Aşıq Hüseyn Bozalqanlı 

(XIX-XX  əsrlər) və  nəhayət Aşıq  Əsəd, Aşıq Mİrzə, Aşıq  Şəmşir  və bu kimi 

aşıqların yaradıcılığı  aşıq sənətinin yüksəliş dövrlərini ifadə edir. Onların içində 

aşıq sənəti çərçivəsindən kənara çıxaraq Azərbaycan və dünya ədəbiyyatının 

klassik simaları ilə yanaşı duran şəxsiyyətlər də vardır.  Əlbəttdə ki, bu barədə 

danışılanda birinci olaraq hamımız Abbas Tufarqanlını  və xüsusən də  Aşıq 

Ələsgəri xatırlayırıq.  

Ələsgər poeziyası xalq ruhunun, milli düşüncə  və  təfəkkürümüzün parlaq 

ifadəsidir. Şeirləri dillər əzbəri olan, o taylı-bu taylı Azərbaycanda, ümumən Türk 

dünyasında sevilən bu qüdrətli saz şairinin ədəbi irsinə  dövlət səviyyəsində həmişə 

diqqət göstərilmişdir. 2004-cü il dekabr ayının 20-də Heydər Əliyev adına sarayda 

ustad sənətkarın anadan olmasının 180 illiyinə  həsr olunmuş  təntənəli yubiley 

mərasimi keçirilmişdir.  

Bu il görkəmli saz-söz ustadları Aşıq Ələsgərin anadan olmasının 190, Aşıq 

Alının isə 210 illiyi tamam olur. Bu münasibətlə  Mədəniyyət və Turizm 

Nazirliyinin dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə 2011-ci il “Aşıq 

Ələsgər ili” elan edilmiş və silsilə tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. 

Bu da  dövlətimizin Aşıq Ələsgər yaradıcılığına və ümumiyyətlə saz-söz sənətinə 

diqqət və qayğının təzahürü idi. 

Aşıq Ələsgər klassik ədəbiyyatımızın qaynaqlarından şirə almış, zəngin aşıq 

sənətini dərindən-dərinə  mənimsəmiş, böyük bir novator sənətkar kimi onu yeni 

mərhələyə qaldıra bilmişdir. Beləliklə, bu il yubileyinə hazırlaşdığımız, sənət 

aləmində özünə əbədi heykəl ucaltmış sənətkarlardan biri də Aşıq Ələsgərdir. Bu 

münasibətlə respublikamızın hər bir müəssələrində kitabxanalarda, məktəblərdə, 

lisey və gimnaziyalarda bir sözlə aşıq sənətinə qiymət verən dövlət müəssələrində 

tədbirlər planı hazırlanmışdır. Həmçinin, F.Köçərli adına  Respublika Uşaq 

Kitabxanasında da belə  tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Belə 

tədbirlərin siyahısına foto sərgisini, kitab sərgisini, aşıq sənəti ilə bağlı kitab 

müzakirəsini,  ədəbi-bədii gecəni bə başqa tədbirləri  daxil etmək olar. Əvvəlcə 

kitabxanada Aşıq Ələsgərin foto sərgisini, sonra isə Aşıq Ələsgərin kitablarını bir 

sözlə  aşıq sənəti ilə bağlı olan bütün kitabların sərgisini təşkil etmək olar. Sərgi 




 

5

müxtəlif başlıqlar altında keçirilə bilər. Məsələn, “Sazın əbədiyyət yolu”, “Saz-söz 



ustadı”, “Aşıq Ələsgər-190”, “Aşıq sənəti və Aşıq Ələsgər”, “Xatirələrdə yaşayan 

sənətkar”, “Ələsgərəm, hər elmdən halıyam...” və s. İndi isə  sərginin sxemini 

nümunə üçün veririk: 

1.

 



Başlıq. 

Aşıq Ələsgər-190. 

Foto-stend. 

2.

 



Kitablarının nümayişi. 

3.

 



Dövrü mətbuatda çap olunan materialların nümayişi. 

4.

 



Görkəmli insanların Aşıq sənəti və  Aşıq  Ələsgər haqqında söylədikləri 

sitatlar. 

5.

 

Şeir parçası. 



Aşıq olub tərki-vətən olanın  

Əzəl başdan pürkamalı gərəkdi. 

Oturub durmaqda ədəbin bilə, 

Mərifət elmində dolu gərəkdi. 

 

Sitatlar: 

1.

 



Aşıq  Ələsgərin yaradıcılığı Azərbaycan poetik fikrinin inkişafında parlaq və 

gözəl bir səhifədir ki, o, insanın ürəyində doğrudan da çox nəcib duyğular 

oyadır, insana böyük zövq və ləzzət verir.  

Mirzə İbrahimov 

 Xalq 

yazıçısı 

2.

 



Aşıq  Ələsgərin yaradıcılığında insan gözəlliklərinin təsviri və  tərənnümü 

xüsusi yer tutur. 



İslam Ələsgər 

Filologiya elmləri namizədi 

3.

 



Gözəllik nəğməkarı olmuş ustad aşığın dastan yaradıcılığına münasibəti həm 

dastan yaradıcılığı üsullarının öyrənilməsi, həm də  aşığın sənətə verdiyi 

ictimai-siyasi əhəmiyyətin ifadəsi kimi maraqlı və qiymətlidir.  

Şamxəlil Məmmədov 

Pedaqoji elmlər namizədi 

4.

 



Dədə Ələsgərin yaradıcılığını türk xalqının ensiklopediyası adlandırmaq olar.  

Tamilla Əliyeva 

Filologiya elmləri namizədi 

 

Azərbaycanın böyük xalq sənətkarı, mütəfəkkiri Aşıq Ələsgərin yubileyinin 

keçirilməsi bir tərəfdən ustadın zəngin yaradıcılığından ilham alıb bugünkü sosial-

mənəvi ehtiyacımızı ödəməyə kömək edirsə, digər tərəfdən, həmin yaradıcılığın 

hərtərəfli öyrənilib lazımi səviyyədə təbliğ olunması üçün geniş imkanlar açır. Bu 

baxımdan da Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi üçün kitabxanada 

orta və böyük yaş qrup oxucular arasında söhbətin keçirilməsi daha məqsədəuyğun 

olardı. Söhbəti kitabxanaçı belə başlaya bilər: 

 

“Əziz, uşaqlar, bildiyiniz kimi, Aşıq  Ələsgəri zaman bizdən çox ayırmasa 



da, onun yüz əlli ildən artıq davam etmiş həyatı barədə çox şey bildiyimizi deyə 


 

6

bilmərik.  Əslində isə bildiklərimizin də çoxu təxminidir. 1821-ci ildə Göyçə 



mahalının Ağkilsə  kəndində kasıb bir ailədə doğulmuş, yeniyetməlik çağında 

nökərçilik etmiş, 17-18 yaşlarından isə  qızılvəngli ustad aşıq Alıya  şəyird 

olmuşdur. Lakin çox keçmədən özü də ustad aşıq kimi sərbəst fəaliyyətə başlamış, 

ondan artıq  şəyird yetişdirmişdir. Aşıq  Ələsgər Göyçə, Kəlbəcər, Naxçıvan, 

Dərələyəz,  Şərur,  İrəvan, Qarabağ,  Şınıq, Gəncə,  Şəmkir, Qazax, Borçalı  və b. 

mahallarda ağır toylar, məclislər keçirmiş  və bununla da böyük hörmət-izzət 

qazanmışdır. Özü isə şeirlərinin birində belə qeyd etmişdir: 

 

 



 

 

Yaxşı hörmətinən, təmiz adınan 



 

 

 

 

Mən dolandım bütün Qafqaz elini. 

 

 

 

 

Pirə ata dedim, cavana qardaş, 

Ana, bacı bildim qızı, gəlini. 

Aşıq  Ələsgərin xalq arasında böyük nüfuza malik olmasının  bir səbəbi onun 

haqdan gələn qeyri-adi, tükənməz istedadı, müdrikliyi, mənəvi möhkəmliyi yüksək 

ədəb-ərkanı idi.  

 

 

 



 

Aşıq olub tərki-vətən olanın 

 

 

 

 

Əzəl başdan pürkamalı gərəkdi. 

    Oturub 

durmaqda 

ədəbin bilə, 

 

 

 

 

Mərifət elmində dolu gərəkdi.   

Müasirləri xatırlayırlar ki, “Ələsgər ucaboy, enlikürək, bədəncə çox sağlam

çox da qüvvətli bir insan idi. Qara gözləri, qalın, qara çatma qaşları, dolu sifəti, iri 

burnu vardı. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyər, başına 

buxara papaq qoyardı. Həmişə başını qırxdırar, üzündə xətt saxlardı. Həmişə sazı 

sol  əli ilə çalar, zil səslə oxuyardı”. Aşıq  Ələsgər istər özündən  əvvəl, istərsə  də 

özündən sonra heç bir xalq şairi, aşığı ilə müqayisə olunmayacaq qədər müxtəlif 

janrlarda  əsərlər yaratmışdır. Ustadnamə, zəncirləmə, gəraylı, varsağı, təcnis, 

qıfılbənd, həcv, hərbə-zorba,  şikayətnamə, dodaqdəyməz, dildönməz, divani, 

müxəmməs, müqəddəs, qəzəl, deyişmə v. s.  

 

Aşıq  Ələsgər yaradıcılığı mövzu baxımından çox rəngarəngdir. O, Vətənin 



gözəllərini necə ilhamla tərənnüm edirdisə, Vətənin igidlərini də o cür qürurla 

tərifləyir, onların mərdliyindən vəcdə gəlir, şəninə dastanlar yazırdı. O, həmçinin, 

dastan yazmaqla kifayətlənmir,  şəyirdlərindən tələb edir ki, həmin dastanları  hər 

yerdə oxusunlar, yaysınlar. Həmçinin Aşıq  Ələsgər M.P.Vaqif kimi gözəlliyi

gözəlləri öz dastanlarında həmişə tərənnüm edirdi. Dastanlarında yer alan Gülpəri, 

Müşgünaz, Güllü, Gülxanım, Güləndam, Salatın, Telli, Şəkər, Nənəpəri həmin 

gözəlllərin hələ tam olmayan siyahısıdır. Qeyd etdiyimiz kimi, Aşıq  Ələsgərin 

gözəllik barəsindəki təsəvvürü daha genişdir. Onun Vətənin gözəlliyi, təbiəti  

haqqında yazdığı dastanlar daha çox diqqəti cəlb edir. Məsələn, Dəlidağ,  Şəki, 

Kəlbəcər, Qarabağ,  Şirvan, Qoşqar, Muğan, Göyçə, Xaçın, Narışdar, Murov, 

Çilgöz, Uzunyoxuş və s.   

 

Əziz uşaqlar, Aşıq  Ələsgər barəsində xalq arasında çoxlu əfsanələr, 



rəvayətlər dolaşır, lakin onların heç də hamısı dastanlaşa, mükəmməl sənət  əsəri 

səviyyəsinə qalxa bilməmişdir. Bunun da əsas səbəbi onda idi ki, əsrimizin 

əvvəllərindən sonra zaman artıq dastan zamanı deyildi. Ancaq bütün bunlara 

baxmayaraq, Aşıq Ələsgər böyük bir məktəb yaratdı. Bu böyük məktəbdə onlarla 




 

7

gözəl sənətkarlar, müasir aşıq sənətini irəli aparanlar  yetişdi. Amma indi Aşıq 



Ələsgərin onun məktəbinin pərvəriş tapıb qarış-qarış  gəzdiyi torpaqlar Göyçə, 

Zəngəzur, Dərələyəz, Qaraqoyunlu, Kəlbəcər, Qarabağ bu gün düşmən  əlindədir. 

Və bu düşmən yalnız torpaqlarımızı tutaraq əhalimizi didərgin salmamış, həm də 

mənəvi-estetik dünyamızda təcavüz etmiş, böyük tarixi olan etnik-mədəni bir 

mühiti dağıtmışdır-aşıq  Ələsgər mühitini. Sonda, qeyd etmək istəyirəm ki, gün 

gələcək Azərbaycan xalqı Aşıq  Ələsgərin yubileyini öz doğma torpaqlarımız olan 

Kəlbəcər, Göyçə elində keçirəcək. Qoy bundan sonra Aşıq Ələsgər ruhu  nigaran 

qalmasın.” 

 Kitabxanada 

keçiriləcək tədbirlərin siyahısına görüşü də daxil etmək olar. 

Beləki, kitabxanaçı  Aşıq  Ələsgərin 190 illik yubileyinə tanınmış  şair, Milli 

məclisin deputatı  Zəlimxan Yaqubu, Aşıq  Ələsgər irsinin toplanıb nəşr 

edilməsində  şifahi  ədəbiyyatımızın  ən yaxşı naşirlərindən biri olan Hümmət 

Əlizadəni, Aşıq Ədaləti, Aşıq Zülfiyyəni, Aşıq Tellini və  “Aşıq Pəri” məclisinin 

bir qrup tanınmış  aşıqlarını oxucularla görüşə  dəvət edə bilər. Kitabxanaçı  Aşıq 

Ələsgərin zəngin yaradıcılığından bir qədər söhbət edəndən sonra sözü tanınmış 

şair, Aşıq sənətinin vurğunu olan Zəlimxan Yaquba  verir. Zəlimxan Yaqub öz 

növbəsində oxuculara Aşıq Ələsgər haqqında bir qədər geniş məlumat verir. Sonra 

çıxış üçün söz növbəti qonaqlara verilir. 

Kitabxanada keçiriləcək tədbirlərin siyahısına  şeir müsabiqəsini də daxil etmək 

olar. Kitabxanaçı  əvvəlcədən hazırladığı elanı hazırlayır. Elanda yuxarı sinif 

şagirdlərindən yaxşı şeir demək bacarığı olan uşaqların iştirak etməsi qeyd olunur.  

Müsabiqədə yaxşı  şeir deyən uşaqlar kitabxananın müdriyyəti tərəfindən 

mükafatlandırılırlar.  

F. Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilən tədbirlərin 

siyahısına  ədəbi-bədii gecəni də daxil etmək olar. Beləki,  ədəbi-bədii gecənin 

keçirilməsi oxucuların yaddaşında silinməz izlər buraxır. Çünki, belə  tədbirlərə 

yubiliyarın sənət yoldaşları, onu daima xatırlayanlar təşrif buyururlar. Bu tədbir 

oxucuların  ən çox sevdiyi tədbirlərdən biridir. Tədbirə kitabxanaçı 2 ay 

qabaqcadan hazırlaşır. Bura Aşıq Ələsgərin yaradıcılığını yaxından izləyən aşıqlar, 

sənət adamları və s. qonaqlar dəvət olunur.  

“Saz-söz ustadı Aşıq Ələsgər” adlı başlıq divardan asılır. Səhnə gül-çiçəklə 

bəzədilir. Səhnənin önündən Aşıq  Ələsgərin  şəkli asılır. Tədbir musiqi sədaları 

altında başlayır. Aparıcılar səhnəyə daxil olurlar. 

I aparıcı:                Əziz və hörmətli qonaqlar! Bildiyiniz kimi, aşıq poeziyasının  

görkəmli nümayəndələrindən olan Aşıq Ələsgərin aşıq 

şeirimizin inkişafında, onun ideya-məzmun və bədii sənətkarlıq 

cəhətdən zənginləşməsində müstəsna xidmətləri vardır.  

Yüz səksən il bundan əvvəl göyçəli Alməmməd kişi dünyaya 

göz açan körpəsinin bütün nəslinin adını  əbədiyyətə 

qovyşduracağını, yəqin ki, ağlına belə  gətirməzdi. Oğlu 

Ələsgəri oxutmağa imkanı olmayan Alməmməd kişi maddi 

çətinliklər cəhətindən onu Kərbəlayı Qurban adlı varlı  şəxsə 

nökərçiliyə vermiş  və    Ələsgər 4 il onun yanında qalmışdır. 

Ələsgər bu illər  ərzində  qızılvəngli Aşıq Alıdan aşıqlıq 




 

8

sənətinin sirlərini öyrənmiş, el-el, oba-oba gəzərək çoxlu toy 



məclisləri aparmış, hər yerdə özünün yüksək  ədəb və  mərifəti, 

gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyran qoymuşdur.  



 

(Oxucular səhnəyə daxil olur.  Aşıq Ələsgərin “Xoş Gəldin” gəraylısını                     

                                                söyləyirlər) 

 

 

II aparıcı:                         Qədəm qoyub asta-asta, 



Sən bu diyara, xoş gəldin! 

 

    Süzdürüb 



ala 

gözləri. 

Qaşları qara, xoş gəldin! 

 

Oğrun durub, qıya baxdın, 



Müjganın sinəmə çaxdın, 

Cismimi yandırıb yaxdın, 

Alışdım nara, xoş gəldin! 

 

Qaynayıb, peymanım dolub, 



Saralıb gül rəngim solub, 

Həsrətin çəkməkdən olub, 

Sinəm sədpara, xoş gəldin! 

 

Dostun vəfasını gördüm, 



Seçib, sevib, könül verdim, 

Təzələndi köhnə dərdim

Dərdimə çara, xoş gəldin! 

 

Sinəmdi eşqin dəftəri, 



Sənsən dilimin əzbəri, 

Yazıq Aşıq Ələsgəri, 

Çəkməyə dara, xoş gəldin! 

I aparıcı:                İlk məhəbbətini unuda bilməyən Ələsgər 40 yaşına 

qədər subay qalmış, sonra Kəlbəcərli Anaxanım adlı bir qızla 

ailə qurmuşdur. Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdir. O, 

aşıqlıq sənətinin sirlərini kənd camaatının içində, el 

sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdir. Aşıq 

Alının Ələsgəri tapması da, onu özünə “şəyird” götürməsi   

göyçə toylarının birində baş verən bir hadisədir. Cavan aşıqları 

toylarda sınaqdan keçirən Aşıq Alı Ələsgərin bədahətən 

söylədiyi qoşmaları eşitdikdən, onun sazına qulaq asdıqdan 

sonra onu özünə “şəyird” götürüb özü ilə Qızılvəng kəndinə 

aparır. Bundan sonra Ələsgər Aşıq Alının yanında şagird olmuş, 

aşıqlıq sənəti ilə bərabər ədəb, mərifət qaydalarını da 

öyrənmişdir. Elə buna görə də ustadına saz-söz yarışmasında 




 

9

qalib gəldiyi bir vaxtda “bir şagird ki, ustadına kəm baxa, 



onun gözlərinə qan damar”- deyib ona öz hörmətini bildirib. 

II aparıcı:               İndi isə əziz qonaqlar, gəlin bir qədər də Aşıq Ələsgərin məzəli 

əhvalatlarına qulaq asaq. 

(Oxucular söyləyir) 

I Oxucu: 

Bir

   


gün Aşıq  Ələsgər başında iri bir papaq  məclisə  gəlir. 

Aşığın bəy dostlarından biri onun papağına sataşmaq məqsədilə 

deyir:

 

 



 

 

Aşıq qardaşın varmı? 



Aşıq Ələsgər arif olduğu üçün mətləbi o saat başa düşür: 

Var, amma heyf, onun papağı mənimkindən də iridir. 

II Oxucu: 

Rəvayətə görə, Aşıq  Ələsgərin arvadı Anaxanım  əri ilə tez-tez 

dalaşarmış. Yenə soyuq qış günlərinin birində  aşıq arvadını 

danlamış, o da küsüb evdən getmişdi. Aşıq oğlu ilə səhərə qədər 

arvadını axtarmış, lakin onu tapa bilməmişdir. Arvadının sağ-

salamat olduğunu bilincə  aşıq sevinmiş  və  məzahla dolu 

“Salamatdı” qoşmasını demişdir: 

Çox obadan, ağır eldən keçibdi, 

Pələng, əjdahalı koldan keçibdi, 

Coşqun dərya, daşqın seldən keçibdi, 

Öldürməyib boran, qar salamatdı. 

I Aparıcı: Belə  rəvayət edirlər ki, Aşıq  Ələsgər son nəfəsində onun 

üstündə Quran oxuyan mollanın səhvini düzəldir və bu onun 

yanındakıları heyrətə salır. Aşıq  Ələsgərin ölümü bütün şeir, 

sənət həvəskarlarının dərin kədərinə  səbəb olur. Həmin ağır 

günlərdə  aşığın yaxın dostu Zodlu Abdulla xalqın qəmini, 

hüznünü belə ağlar bir dillə söyləmişdir: 

   


 

 

Dağlar qan ağlayır düşüb borana, 



     Daha 

bundan 


sonra 

çətin yarana. 

 

 

 



 

 

Göyçə qana batsın, qaldı virana, 



 

 

 



 

 

Daha Ələsgər tək ad alan varmı?!  



II Aparıcı: Bütün 

həyatı toylarda, şadlıqlarda keçən aşıq ömrünün 

sonlarında evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən 

şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat 

barədə düşünüb kədərlənirdi: 

 

 



 

 

 



Səksəni, doxsanı keçibdir yaşım, 

 

 



 

 

 



Əzrayıl həmdəmim, məzar yoldaşım. 

 

 



 

 

 



Gor deyə tərpənir bəlalı başım, 

 

 



 

 

 



Daha köç təblini çal, qoca baxtım. 

I Aparıcı: Beləliklə, Aşıq  poeziyasının görkəmli nümayəndələrindən olan 

Dədə  Əlsgər 105 il ömür sürdükdən sonra, Ağkilsə  kəndində 

1926-cı  il  mart  ayının 7-də  gözlərini  əbədi yummuş  və bu 

torpaqda da dəfn edilmişdir.  

II Aparıcı: 

Bundan sonra  Aşıq  Ələsgərin ölümü bütün şeir, sənət 

həvəskarlarının dərin kədərinə  səbəb olmuşdur.  İndi isə  Aşıq 




 

10

Ələsgərin pərvəriş tapıb qarış-qarış  gəzdiyi torpaqlar Göyçə, 



Zəngəzur, Dərələyəz, Qaraqoyunlu, Kəlbəcər, Qarabağ bu gün 

düşmən  əlindədir. Və düşmən bu gün də yalnız torpaqlarımızı 

tutaraq əhalimizi öz yurd-yuvalarından didərgin salmamış, həm 

də mənəvi-estetik dünyamızda təcavüz etmiş, böyük tarixi olan 

etnik-mədəni bir mühiti dağıtmışdır.  Bu  da  Aşıq  Ələsgər 

mühitidir.     



 

 

 

 

 

S O N 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

11

İstifadə olunan ədəbiyyat siyahısı: 



 

İnternetdə: 

 

www.adam.az. 



www.google.az 

 

Kitabları: 



 

1. Aşıq Ələsgər. Əsərləri: Şeirlər, dastan-rəvayətlər .- Təkrar nəşr .- Bakı: Şərq-

Qərb, 2004. - 400 s.  

2. Aşıq Ələsgər. Şerlər, dastan-rəvayətlər, xatirələr.- Bakı: Çinar-çap, 2003.- 496 s.  

 

 

Dövrü mətbuatda: 



 

1. A.Ələsgər Düşdü. Gördüm. Dəyməmiş. Yanə-yanə. Yaylaq. Gözəl / Aşıq 

Ələsgər // Azərbaycan. - 2006. - №8. - S.3-6.  

 

Dövrü mətbuatda haqqında:  



 

1. N. Azər. Aşıq Ələsgər-şerin ən uca  zirvələrindən boylanan sənətkar / A.Nuriyev  

    // Kaspi.- 2011.- 3 iyun.- № 97.- S. 12.  

2. S. Fəxrəddin. Bir ozanın bəxti: Aşıq Ələsgər haqqında / F. Salim  // Kaspi.-    

    2011.- 9 fevral.- № 24.- S. 13.  

3. Ə.İslam. Ustadlar ustadı: Aşıq Ələsgər - 190 / İ. Ələsgər //  Respublika.- 2011.-  

    14 aprel.- № 75.- S. 6 

4. A.QədirAşıq sənətinin korifeyi: Aşıq Ələsgər- 190 / Q. Aslan  // Respublika.- 

    2011.- 4 iyun.- № 115.- S. 7. 

5. L.Ə. Mahmud. Ələsgər poeziyasının qüdrəti: Aşıq Ələsgər -190 / Ə. M. Lələdağ  

    // Azərbaycan müəllimi.- 2011.- 1 aprel.- № 12.- S. 13 

6. N. Məhəmməd. Dərsi azlar Ələsgərdən dərs aldı... : Aşıq Ələsgər - 190 / 

    M. Nərimanoğlu // Azərbaycan.- 2011.- 2 iyun.- № 117.- S. 7 

7. A.Tahir. Qədəm: Aşıq Ələsgər - 190 / T. Abbaslı  //  Mədəniyyət.- 2011.- 20  

    aprel.- № 27.- S. 12.  

 

 



 

Tərtib edəni:                  Könül Səmədzadə - F. Köçərli adına Respublika Uşaq  

                  Kitabxanasının baş kitabxanaçısı 

 

 



Redaktor:                     Fizurə Quliyeva - F. Köçərli adına Respublika Uşaq  

                                       Kitabxanasının direktoru   



 

 

Yüklə 233,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə