Microsoft Word aslan ve ferhad doc



Yüklə 184,84 Kb.
səhifə2/5
tarix25.06.2018
ölçüsü184,84 Kb.
#51809
1   2   3   4   5

www.cafarcabbarli.org 

 

 

 



gizlətsin.  Aslan  gecə-gündüz  səy  edir,  çalışırdı,  Hacı  isə  bunu  görüb  onlarla  daha  da  gözəl 

müamilə edirdi. Fərhad və Züleyxa balaca Aslanın zəhməti sayəsində dolanırdı. 

Bu  vaxtdan  on  il  keçdi.  Aslanın  məvacibi  bir  qədər  artmışdı.  Fərhadı  isə  Hacı  məktəbə 

qoymuşdu;  iki  il  qalmışdı  ki,  gimnaziyanı  qurtarıb  instituta  girsin,  oxuyub  mühəndis  olsun. 

Aslan  isə əziz  və  bu qədər zəhmətlə saxladığı  qardaşının dörd və  ya  beş  ildən sonra  mühəndis 

olub gələcəyini xəyalına gətirəndə şadlığından ağlayırdı və həmişə dua edirdi ki, ilahi, hər bəla 

ki ona gələcək, mənə gəlsin, çünki o, anamın əmanətidir... 

Züleyxa böyüdükcə gözəlləşirdi; yanaqlarında olan qızartı, səhər vaxtı gün çıxmamış şərqdə 

göy  üzünü  bürüyən  zərif  qızartıdan  daha  gözəl,  daha  xoş  idi.  Hələ  qızılgül  yarpaqlan  kimi 

təravətli  və  ondan  daha  qırmızı  olan,  qam  axar  dərəcəsinə  qədər  zərif  olan  dodaqları  in-sam 

badeyi-məhəbbət kimi bihuş edirdi. 

Hacı Saleh qızı  böylə canıal  sahibi görüb, oğlu Əsgərə təklif etdi ki,  Züleyxanı alsın. O  isə 

Züleyxanın sərvi-qamətinə, bulud kimi  bürünən qara saçlarına çoxdan  vurulmuşdu. Züleyxanın 

iri,  qara  gözləri  kimin  üzünə  gülsəydi,  onu  əfsunlamazdı?  Amma  Əsgərin  Aslandan  çox  acığı 

gəlirdi: o, çalışqan olduğuna görə atasının ona olan məhəbbətinə həsəd edirdi. Hər tövrlə olursà 

çalışırdı  ki,  onu  evdən  rədd  etsin.  Lakin  atası  onun  sözünə  baxmırdı.  Züleyxanın  da  məhəbbəti 

qoymurdu  ki,  Aslana  bir  söz  desin.  Aslan  nə  qədər  səy  eləyirdi  ki,  Əsgərin  hüsn-rəğbətini 

qazansın,  mümkün  olmurdu.  Hacı  Saleh  çox  çalışırdı  ki,  oğlunu  oxutsun,  ancaq  Əsgər 

şarlatanlıqdan  əl  çəkib  oxumadı.  Nəhayət,  Hacı,  Züleyxanı  almağı  ona  təklif  etdi.  Əsgər 

məmnuniyyətlə  razı  oldu.  Hacı  bu  işi  Aslana  söylədikdə,  Aslan  bacısının  dövlətli  evində  bəlkə 

xoşbəxt olacağını zənn edib, bacısına xəbər verdi. Amma Züleyxa, Əsgərin əziz qardaşı ilə olan 

pis rəftarını  görüb, Əsgəri  sevmirdi. Lakin qardaşının  xahişinə əməl etməyə  məcbur oldu; zira, 

görürdü  ki,  qardaşının  hər  bir  işi  Hacının  əlindədir.  “Bəlkə  bu,  qardaşımın  da  dolanacağma 

təfavüt elədi", - deyə xah-naxah razı oldu. 

Bir az keçmədi ki, Züleyxa gəlin gedib Əsgərin arvadı oldu. Hacının Aslana olan məhəbbəti 

daha da artdı. Amma Əsgərin Aslana olan münasibəti get-gedə pisləşirdi. Ola bilsin ona görə ki, 

qorxurdu bəlkə atası Aslanı da onunla öz malma şərik elədi. 

Çox keçmədi, Hacı vəfat etdi. Əsgər iki gündən sonra Aslanı evindən çıxartdı. Aslan isə naçar 

öz qardaşını götürüb bir balaca ev tutub, orada sakin oldu. Züleyxa ərinə nə qədər yalvardısa da 

Aslana  kömək  etsin,  Əsgər deyinib  ona  acıqlanırdı.  Züleyxa  bir  tərəfdən  ərinin  rəftarının,  digər 

tərəfdən  qardaşının  zəlalətini  görüb,  gün-gündən  sınıxırdı.  Aslanın  indi  bir  qədər  pulu  var  idi, 

Fərhad oxuduğu üçün ona xərcləyirdi. Lakin  bir qədər pulla  ahş-veriş etdi. Amma get-gedə pulu 

azalırdı: o qədər ki, Fərhad ondan pul alırdı, o gərək dövlətli olaydı ki, buna davam gətirəydi, ancaq 

Aslan deyirdi: "Canımı da istəsə, onun yolunda qoyaram. Oxuyur, qoy oxusun, qurtarsm, sonra o, 

mənə kömək edər". 

Amma  Fərhad  daha  əvvəlki  kimi  dərsinə  səy  edib  həvəslə  oxumurdu.  Məktəbin  axırıncı 

sinfində idi ki, yoldaşları bir-iki dəfə onu güclə bulvara, bağa və bəzi yaramaz yerlərə apardılar. 

Fərhadı  bir  neçə  qızla  tanış  etdilər.  Əvvəlləri  Fərhad  çox  fikir  verməyib  qızları  başından  rədd 

etmək istəyirdi. Amma sonradan yavaş-yavaş ürəyində elə bir hiss oyandı ki, daha özünü saxlaya 

bilməyib, o hissə tabe olmağa məcbur oldu. Şəhvət hissi Fərhadın ürəyində bir dərəcəyə çatdırdı 

ki, tamam dərs, məktəb nəzərindən qeyb oldu. 

Əvvəlləri  Fərhad  qardaşının  çəkdiyi  zəhmətləri,  onun  üçün  çalışmasını  görüb,  ürəyində 

deyirdi:  "Mühəndis  olan  kimi  qardaşımın  başının  altına  bir  qu  balış  qoyub,  heç  bir  işə  onu  əl 

vurmağa  qoymayacağam.  Mən  qazanacağam,  o  yeyəcək.  Bəlkə  bu  tövrlə  onun  xəcalətindən 

çıxam".  Qardaşının  güzəran  üçün  çətinlik  çəkdiyini  görüb  utanardı.  Amma  indi  tamamilə 

dəyişmişdi. Qardaşının etdiyi  yaxşılığı unutmuşdu. Fikrində  bulvar qızlarından  başqa  bir  şey  yox 

idi. Məktəbə gəlir, bir tövrlə bir saat oturursa, az qala bağrı çatlayırdı. Tez cumub özünü bulvara 

salır, gah o qızın, gah bu qızın dalınca düşürdü. Gündə də gəlib Aslana deyirdi ki, mənə filan şey 

lazımdır... bir beş manat ver, filan şey üçün də on manat lazımdır... 

Aslan  da  hər  gün  öz  fəhləliyində  olub,  Fərhadın  işindən  xəbəri  yox  idi.  Ancaq  dərs  pulu, 

kitab  pulu  verirdi.  Bir  vaxt  Aslan  gördü  ki,  qəpik  pulu  qalmayib.  Lakin  o,  qardaşının  başqaları 

yanında  xəcalət  çəkməsini  istəmirdi.  İndi  o,  daş  işində  işləyir,  gecələri  isə  evə  gəlib  özünə  və 

qardaşına xörək hazırlayırdı. Fərhadın isə ürəyi elə bərkimişdi ki, gündə qardaşının qazandığını, 

“Mənə filan şey lazımdır", - deyə alıb xərcləyirdi. Ömründə bir dəqiqə rahatlıq görməyən Aslan 




www.cafarcabbarli.org 

 

 

 



Fərhada  güldən  ağır  söz  demirdi.  Onu  görəndə,  ürəyində  olan  dərdlərə  baxmayıb,  yalandan  da 

olsa  gülümsəyirdi  ki,  qoy  Fərhadın  ürəyi  şad  olsun.  Bu  zəhmətkeş  insan  həmişə  çalışır,  amma 

Fərhad onun əməyini puç edirdi. Şəhvət hissi Fərhadı tamamilə çaşdırmışdı. 

Bir gecə Fərhad bir başqası ilə bir qızın dalınc düşüb tanış olmaq istədilər. Qız onlara dedi ki: 

"Altmış manata bir üzük var, hansınız onu mənim üçün alsanız, onunla tanış olaram". Fərhad tez 

evə  gəldi.  Bu  vaxtı  Aslan  özü  və  qardaşı  üçün  xörək  bişirirdi.  Öz  fəqirliyini  düşünüb  çəkdiyi 

zəhmətlərdən  inləyirdi.  Amma  Fərhadın  mühəndis olacağı  yadına düşəndə, sanki gözlərinə  işıq 

gəlirdi: “Barı o mənim kimi hambal olmaz, bir parça çörək sahibi olar". 

Aslanın bir fəxri vardısàa, o da Fərhaddı. Hara getsə, kimi görsə, Fərhadı tərifləyirdi. Amma 

Fərhadın  yaramaz  hərəkətlərə qoşulması  heç  yuxusuna da girməzdi. O heç güman edə bilməzdi 

ki, Fərhad onun bu qədər zəhmətini görüb, belə pis işlərin yanından da keçsin. 

Fərhad evə çatanda üz-gözünü turşudub, bir tərəfdə oturdu. Aslan  Fərhadı pərişan görüb nə 

olduğunu soruşdu. Fərhad bilirdi ki, Aslan onun halını mütəğəyyir görüb tez soruşacaq. Ona görə 

də özü bir söz deməyə hacət görmürdü. 

Fərhad Aslanın sualına cavab vermədi. Aslan dübarə soruşdu: 

-  Qardaşım, nə olub? Halın niyə pərişandır? 

Fərhad yalandan üz-gözünü daha da yığıb dedi: 

     - Mənə bir mühəndis dəzgahı lazımdır ki, qiyməti altmış manatdır, hərgah bu gecə ondan alıb 

aparmasam, məni məktəbə qoymayacaqlar. İndi bu saat da məktəbdən gəlirəm. 

Aslanın  ürəyi  inlədi.  Bu  saat  heç  bir  qəpiyə  də  gümanı  yox  idi.  Gündə  bir  manata  işləyən 

adamın  altmış  manat  pulu  tapılarmı?  Onsuz  da  bu  qədər  xərc-məxaric...  Hələ  15  gün  olmaz  ki, 

Fərhad  gəlib  yalandan  demişdi  ki:  "Məni  sabah  paltarsız  məktəbə  qoymayacaqlar,  təzə  qanun 

çıxıb ki, gərək paltarların hamısı bir tövr olsun. Ucuz paltar da əlli manatdır. Aslan o vaxt axırıncı 

qəpiyinə  qədər  qoyub  paltar  almışdı,  indi  isə  bir  qəpiyi  də  yox  idi.  Bir  yandan  da  Fərhadın 

fəlakətini təsəvvür edib düşünürdü: "Neçə ildir zəhmət çəkirik... mən də, o da... Heç rəvamıdır, 

indi onu qovsunlar... bütün zəhmətimiz puça çıxsın?.. ”. 

Aslan hərçi fikir etdisə, heç bir gümanı gəlməyib, naçar qardaşının başını qucaqlayıb dedi: 

-  Fərhad,  qardaşım  özün  görürsən  ki,  indi  mənim  bir  qəpiyim  də  yoxdur.  Nə  qədər  də 

borcluyuq. Olmaz ki yalvarıb beş-altı gün möhlət alasan, görək bəlkə Allah bir yerdən yol açdı, 

düzəltdik. İstəyirsən, məni də apar, gedim, yıxılım müəllimlərin ayağına, bəlkə möhlət verdilər. 

Fərhad özü bilirdi ki, Qardaşının heç bir şeyi yoxdur, amma ürəyi o qədər bərkimişdi ki: 

-  Olmaz, - dedi, - mən çox yalvarıb ağladım, baş tutmadı. 

Aslan çox  fikirləşdi. O kimdən pul ala  bilərdi? Belə bir adam  yox  idi. Axırda  gümanına  bircə 

bacısının əri gəldi. Bilirdi ki, onun da ondan acığı gəlir. Amma çarəsizlikdən durub: 

- Sən dayan, mən görüm nə çarə edərəm, -deyə yavaş-yavaş pərişanhal qapıdan çıxıb, qorxa-

qorxa bacısının yanına getdi. 

Biçarə Züleyxa daha əvvəlki Züleyxa deyildi; dərd-qəmdən saralıb solmuşdu. 

Aslan  yavaşca  Züleyxaya  əhvalatı  bildirdi  ki,  Fərhad  altmış  manat  pul  verməzsə,  onu 

məktəbdən qovacaqlar. 

Züleyxa ərinin  yanına getdi, ona  yalvarıb, qardaşına  bir az əl tutmasın təmənna etdi. Əsgər 

çığıraraq: 

- Yenə  yapışdın  yaxama! - deyə  Züleyxanı  itələyib  yıxdı. -Doğrudan  da  yolçu  tayfasısınız,  bir 

adamı tanıdınızmı, daha əl çəkməzsiniz. 

Züleyxa gəlib ağlaya-ağlaya əhvalatı Aslana söylədi, o da naümid evə qayıtdı. Yol ilə gedə-

gedə fikir edirdi; birdən yadına düşdü ki, Hacı Saleh öləndə öz qızıl saatını ona bağışlamışdı. Tez 

onu  aparıb  qonşularına  65  manata  satdı,  pulu  gətirib  Fərhada  verdi.  Fərhad  isə  fərəhnak  pulu 

aparıb  üzüyü  aldı.  Həmin  Liza  xanimla  tanış  oldu.  Daha  ondan  başqa  heç  kəslə  gəzmirdi.  Bu 

tövrlə  Fərhad  ölə-ölə  məktəbi  tamam  etdi.  Aslan  borc-xərc  pul  düzəldib,  onu  Kiyevə  instituta 

göndərdi. 

Fərhad orada da gecə-gündüz gəzirdi. Belə insan öz işində böyük bir məharət göstərə bilməz. 

Ölə-ölə tələbə yoldaşlarının dalınca sürünürdü. Həftə səkkiz mən doqquz, kağız yazıb Aslandan 

pul  istəyirdi.  O  da  min  zəhmətlə  yığdığı,  öz  boğazına  qiymadiği  beş-altı  şahını  Fərhada 

göndərirdi. Aslan gündüzlər işləyir, gecələr də keşiş çəkirdi ki, bəlkə xərci ödəyə bilsin. 

İl qurtardı. Fərhad evə gəldi. Aslan qardaşını görcək, onun boynunu qucaqlayıb, şadlığından 




Yüklə 184,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə