Microsoft Word aslan ve ferhad doc



Yüklə 184,84 Kb.
səhifə4/5
tarix25.06.2018
ölçüsü184,84 Kb.
#51809
1   2   3   4   5

www.cafarcabbarli.org 

 

 

 



günlüyə bağa gedib, yenə də qayıdırdı. 

Yayın orta ayı idi. Fərhad istidən dayana bilməyib bağa getdi. Aslan şəhərdə qaldı. Gözəl yay 

gecəsi  idi.  Hava sakitdi.  Ay çıxıb  bütün aləmi  müzəyyən  bir  ziya  ilə  münəvvər etmişdi. Bağda 

olan  meynələr  öz  yarpaqlan  ilə  yumşaq  qumun  üstünü  örtmüşdü.  Təbiət  olduqca  gözəl  bir 

mənzərə almışdı. Gülzar ipək bir köynək geymiş, dö-şünü açmiş və gecənin lətafətindən məftun 

olaraq, bağın içində zərif yarpaqlar arasında bir quş misali həzin bir halda gəzişirdi. Uzun, şəvə 

saçlan gəlinlərə  məxsus  şux çiyinlərini qara  bulud kimi  bürümüş  və əsən  xəfif  küləkdən arabir 

ləpələnirdi.  Hava  gözəl  olduğundan  Gülzarın  yanaqları  daha  da  xoşrəng  olub  duru-al  bir  rəng 

almışdı.  Zərif  ləbləri  bir  lalə  kimi  yanırdı.  Fərhad  da  gecənin  gözəlliyindən  həzz  alaraq  bir 

meynənin  altında,  yumşaq  qumun  üstündə  uzanmışdı.  Gülzar  bağın  içində  gəzişib  Fərhadın 

yanına  çatdı.  Buradan  daha  keçməyib  Fərha-dm  yanında  oturdu  və  qulluqçuya  dedi  ki,  bağın 

içinə onlar üçün çay gətirsin. O saat qulluqçu çay gətirdi. 

Aydınlıq,  sakit  yay  gecəsi,  yumşaq  qumun  üstü  zərif,  yaşü  yarpaqlara  bürünmüş,  hər  yandan 

üzüm salxımları sallanmış, bir tərəfdə də çay- belə fövqəladə lətif bir mənzərə! Gülzar ilə Fərhad 

söhbət  edirdilər.  Gülzarın  təbii  olaraq  naz  ilə  kəsmə-kəsmə  danışması  və  danışdıqca  gözəllərə 

məxsus olan bir tövrlə gözlərini süzüb özünü əzməsi, Fərhadı, səyinə baxmayaraq, az qalırdı bihuş 

etsin. Hərdən Fərhadın gözü Gülzarın  lalə kimi qızarmiş yanaqlarına sataşanda, onun ürəyində bir 

hiss oya-mrdi, amma yenə Aslan yadına düşüb, gözünü qeyri bir tərəfə döndərirdi. Onun ürəyində iki 

hiss  bir-birilə  mübarizə edirdi: gözəllik  və  lətafət ara-smda Gülzara qarşı  yaranmiş  məhəbbət, bir 

də, qardaşlıq vəzifəsi. 

Bir dəfə çay içdilər. Dübarə çay gəldi. Fərhad artıq, demək olar ki, bihuş bir halda idi. Gülzar 

da özünü belə hiss edirdi. Xəlvət, səssiz bag içi. Yarpaqlar arası. Aydınlıq gecə. Şux və həvəsli bir 

qız,  yanında  gözəl  bir  oğlan.  Gülzar  hərdən  iri  gözlərini  Fərhadın  cavanlıq  şəhdi  ilə  ləbaləb  olan 

gözəl üzünə dikib baxırdı. Bir tərəfdən ərinin fikri, digər tərəfdən Fərhadın ürəyini bilmədiyi üçün 

onun qorxusu, o biri tərəfdən də şuxluq və həvəs. Onlar bir qədər bu halda söhbət elədilər. Ətrafda 

səs  yoxdu.  Ancaq  arabir  ilbizlər  bir-birinə  səs  verib  fit  çalırdı.  Xəfif  bir  külək  arabir  dilaviz 

rayihəsilə  insanın  ürəyini  oxşayırdı.  Budur,  meh  vurub  Gülzarın  saçlarını  titrədərək,  Fərhadın 

üzünə səpdi. Fərhad  yumşaq gəlin  saçlan-nm üzünə toxunduğundan  bilmənə  məst olub, saçlann 

ətrindən mövcu-diyyəti yadından çıxdı. Gülzar tez, vəhşi ahular kimi, başınm hərəkəti ilə saçlarını 

çiyinlərinə  atdı.  Fərhad  gözlərini  qaldınb  Gülzarın  qırmızı  yanaqlarına  dikdi.  Gülzarın 

yanaqlarında elə bil ki, zərif dodaqlarında bir müzəyyən təbəssüm, iri gözlərində bir nişaneyi-eşq 

və həvəs görünür-dü. Fərhad özünü saxlaya bilməyib, ürəkdən bir ah çəkdi. Gülzar: 

-  Ox, Fərhad, - dedi, - belə gözəl bir mənzərəyə tamaşà edən insan da ah çəkərmi? 

-  Bəli,  doğrudan  da  sizin  isbati-vücudunuzla  daha  da  gözəlləşən  təbiət  mütləq  məni  ah 

çəkməyə məcbur etdi. 

-  Mənim  olmağımla  təbiət  əsla  gözəlləşmir,  xəta  edirsiniz.  Mən  zənn  edirəm  ki,  mənsiz 

təbiət daha gözəl olar, - deyə Gülzar naz ilə gülümsədi. 

-  Yox, təbiət nə qədər gözəlsə də, siz ondan daha gözəlsiniz. 

Gülzar gözlərini süzüb dedi: 

-  Siz allah, Fərhad, mənə gülməyin. Mən nə qədər gözəl olsam da, sizdən gözəl ola bilmərəm 

ki, bir baxişla gözləriniz insanı məftun edir. 

Fərhad Gülzarın fikrini anlayib dedi: 

- Ox,  mən çox  şad olub, özümü  xoşbəxt  hesab edirəm. Əgər siz  mənə məftun olsaydımz... - 

Fərhad peşman olmuş kimi diksindi, - yəni onu demək istəyirəm ki, mənə heç kəs məftun olmaz. 

Gülzar eşq  və  həvəsin kəsrətindən özünü tamamilə  itirib,  bir  əlini  Fərhadın dizi üstə və  bir 

əlini o biri tərəfə uzadib yerə uzandi: 

-  Ax, bu gün o qədər gəzmişəm ki, lap yorulmuşam. 

 

Gülzar  əlini  Fərhadın  dizi  üstə  qoyanda  sanki  Fərhadın  bədəninə  elektrik  qüvvəsi  keçdi. 



Fərhad tez Gülzarın qolunu qaldırıb üzünə tərəf apardıqda, Gülzar işvə ilə qalxıb gözlərini süzdü, 

Fərhadın  üzünə  baxdı.  Onun  gözlərində  bir  təbəssüm  parladi.  Fərhad  Gülzarın  əlini  bəx-tiyar 

dodaqlarına  apardı.  Gülzar  əsla  mümaniət  etmədi.  Nazla  gülərək:  -  Ox,  Fərhad,  dinc  dayan,  - 

deyə  başını  Fərhadın  çiyninə  qoydu.  Fərhad  huşa  gəlmiş  kimi,  tez  əlini  çəkdi.  Amma  Gülzarın 

başını  öz  çiynində  və  yumşaq  yanaqlarım  üzünə  yapişmiş  görəndə,  daha  dayana  bilmədi. 

Gülzarın  təbəssümlərlə  oynayan  gözlərinə  bir  də  baxıb,  hər  iki  qolunu  onun  boynuna  salaraq, 




www.cafarcabbarli.org 

 

 

 



qam axacaq qədər zərif olan dodaq-lanm öz dodaqlarına sıxdı. Gülzar isə, həvəs və eşqdən bihuş 

bir halda özünü Fərhadın ağuşuna atdı... 

Xəyanət! İkitərəfli bir xəyanət! Bəli, bu gərdişin məlunanə hərəkəti! Zənnimcə, Fərhad kimi 

həris və məlun bir İnsandan belə bir xəyanətin baş verməsini gözləmək imkan xaricində deyildi. 

Biz  Fərhadı  çoxdan  taniymq  və  onun  belə  bir  xəyanətini  görəndə  bizə  təəccüb  gəlmir.  Amma 

Aslan,  o  zəhmətkeş  və  mərhəmətli  insan,  o  insan  surətində  göydən  enmiş  mələk,  Fərhadın 

xəbisliyini bilmədiyi üçün və ona başqa bir nəzərlə baxdığı üçün min nəfər də and içsəydi, belə 

bir işə inanardımı? Əsla! Aslan elmli deyildi, amma insaniyyətin tam mənası ilə axırıncı pilləsinə 

yetişdi  və  hamını  özü  kimi  zənn  edirdi.  Hətta  Fərhad  oxumuş  olduğu  üçün  onu  özündən  daha 

mərhəmətli, insaniyyətpərvər və safdil zənn edirdi. Odur ki, Fərhadın belə bir xəyanət edəcəyini 

ağlına da gətirmirdi. 

Məlumdur ki, Fərhad qardaşından elmli və bilikli idi. Aslan mərhəmətli və əxlaqı düzgün bir 

şəxs  idi.  Həmişə  təcrübə  olunsa  görünər  ki,  insan,  ola  bilər  ki,  ziyalı  olsun,  mədəni  olsun  və 

bununla  belə  pozğun  bir  əxlaqa  malik  olsun.  İnsan,  ola  bilər  ki,  aqil  olsun,  əqlən  və  fəhmən 

mükəmməl olsun, lakin əxlaqı pozğun olsun. Dərin bir ağla malik olan, elm və bilik sahibi olan bir 

şəxsə demək olmaz ki, hökmən bu şəxs əxlaqən və vicdanən düzgündür. Ola bilər ki, insan aqil və 

bilikli olsun, amma öz əql və biliyini pislik tərəfinə çevirsin. Azmı aqil var, oğurluğa və xəyanətə 

irişib, öz iti ağlını özü üçün bir alət edib, ondan sui-istifadə edir?! Əksərən də belədir. Bütün aqil 

və  alim  insanların  çoxusu  özü  nəşr  etdiyi  qanuna  özü  riayət  etmir,  xalqa  göstərdiyi  yolla  özü 

getmir,  büruzə  çıxardığı  və  xalqa  tövsiyə  etdiyi  bir  məsləkə  özü  boyun  əymir.  Onu  demək 

istəyirəm  ki,  insan  ola  bilər  ağıllı,  elmli,  bilikli  olsun,  amma  insan  olmasm.  Əksi  də  ola  bilər; 

elmsiz, biliksiz və çox da dərin bir ağla malik olmayan bir şəxs Aslan kimi olsun. Bir kəlmə, alim 

olmaq asandır,  insan  olmaq  çətin!  Oxuyub  Fərhad  kimi  vicdansız  bir  mühəndis  olmaq  asandır, 

amma Aslan kimi İnsan olmaq çətindir. 

Bir neçə gündən sonra Aslangil şəhərə köçdülər. Artıq Gülzar Aslanı görmək  istəmirdi. Bütün 

fikri-zikri Fərhadda idi. Fərhad da bir tövrlə Aslanı evdən rədd etmək istəyirdi ki, Gülzar ilə vaxt 

keçirməyə daha geniş bir flirsət tapsın. Bu aralıq biçarə Züleyxa evinə gəldi. Onu demək gərək 

ki, Əsgər Züleyxanı əsla döyməzdi, söyməzdi, amma elə müamilə edərdi ki, bu, döyməkdən də, 

söyməkdən də, betər idi. Çox olurdu ki, həftələrlə evə gəlmirdi. Bir dəfə qonşuluğunda olan iki 

nəfər arvad (ki, Züleyxa onları özündən çox istəyirdi) Züleyxagilə qonaq gəlmişdi. Züleyxa çox 

şad  olub  onları  mehmannəvazlıqla  qəbul  etdi.  Necə  oldusa,  xanımın  balaca  oğlu  Əsgərin  stol 

üstündə olan kağızına toxundu. Bundan ötrü Əsgərin əsəbi məcazhğı cuşə gəlib, dərhal xanımları 

evdən qovdu. Bu, Züleyxa üçün ölümdən betər deyildimi?! Bundan sərfi-nəzər edən Əsgər başqa 

yerdə pul uduzar, lakin acığını Züleyxadan alardı. Odur ki, Züleyxa çəkdiyi məşəqqətlərdən cana 

gəlib öz qardaşının evinə pənah gətirdi. Aslan Züleyxanı çox şadlıqla qarşılayıb, üzündən öpərək 

dedi: 


- Qorxma, bacım, bilirəm çoxdandır əzab içindəsən, amma indi şükür olsun Allaha ki, bizim 

də  işlərimiz  çox  yaxşıdır. Mən ayda  yüz  manata  kimi qazanıram. Fərhad da üç  yüz  manat alır, 

məgər biz ölmüşük ki, sən əzab və məşəqqət çəkəsən? Eybi yoxdur, həmişə qardaşlarının evində 

böyüksən, anam öləndə səni mənə tapşırıb, mən də razı ola bilmərəm ki, sənə bir kəlmə ağır söz 

deyilsin. 

Doğrudan da, Aslan bacısına  bir gül qədər də ağırlıq düşməsinə razı deyildi. Amma  Fərhad 

da  bunu  istəyirdimi?  Yox.  Məlumdur  ki,  Züleyxa  evdə  olanda  Fərhad  Gülzara  yavuq  düşə 

bilməyəcəkdi. Odur ki, Züleyxanın evdə olmasına razı ola bilməzdi. 

Züleyxa iki gün qardaşının evində qalandan sonra Fərhad mütləq geri qayıtmağını tələb etdi 

və  Züleyxanın  məlul-məlul  baxan  ala  gözlərindən  bahar  buludu  kimi  yaş  tökülməsinə 

baxmayaraq,  məcburi  Əsgərin  evinə  göndərdi.  Bu  işə  Aslan  nə  qədər  ürəkdən  müəzzəb  oldusa 

da, bir şey edə bilmədi, zira o, Fərhadı da çox istəyirdi. Hətta o qədər istəyirdi ki, əgər bir şəxs 

Fərhadın  adına  onun  canını  istəsəydi,  yəqinən  ki,  Aslan  əsirgəməzdi.  Bu  məhəbbətlə  Aslan 

Fərhadın xəyanətini xəyalına belə gətirə bilərdimi? 

Axşam  vaxtı  Fərhad  ilə  Gülzar  xəlvət  evdə  oturub,  bir-birinə  öz  məhəbbətlərini  təşrih 

edirdilər. Hər iki xəbis, öz xainanə və çirkin məhəbbətlərini yek-digərinə söyləyirdi: bu xainanə 

məhəbbətin  ən  dərin  yerində,  bir  zamanda  ki,  Gülzarın  nazik  beli  Fərhadın  qolları  arasında  və 

dodaqları Fərhadın dodaqlarına sıxılmış idi, Aslan qapını açib içəri girdi. Sanki bütün ev Aslanın 




Yüklə 184,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə