Microsoft Word Audit Ataholding ifrs cons fs 2013-az revised doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68253
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

 

 

18

 



Digәr mәcmu gәlirlәr haqqında hesabatda tanınmış mәcmu gәlir vә ya zәrәr tanınması davam edәn 

hissә  ilә  belә  hissәlәrin  nisbi  әdalәtli  dәyәri  әsasında  tanınması  artıq  dayandırılmış  hissә  arasında 

bölüşdürülür.  

 

Maliyyә öhdәliklәri vә buraxılmış kapital alәtlәri   

 

Borc vә ya kapital qismindә tәsniflәşdirmә 

 

Borc  vә  kapital  alәtlәri  müqavilә  şәrtlәrinә,  habelә  maliyyә  öhdәliyi  vә  kapital  alәti  anlayışlarına 



әsasәn maliyyә öhdәliklәri vә ya kapital kimi tәsnif edilir. 

  

Kapital alәtlәri  

 

Kapital  alәti  bütün  öhdәliklәr  çıxıldıqdan  sonra  müәssisәnin  aktivlәri  üzrә  qalan  pay  hüququnu 



tәsdiqlәyәn hәr hansı müqavilәdir. Qrup tәrәfindәn buraxılmış kapital alәtlәri birbaşa emissiya xәrclәri 

çıxılmaqla әldә edilmiş vәsaitlәr kimi tanınır.  

 

Qrupun öz kapital alәtlәrinin geri alınması birbaşa kapitalda tanınır vә çıxılır. Eyni zamanda, Qrupun   



öz  kapital  alәtlәrinin  alınması,  satılması,  buraxılması  vә  ya  lәğv  edilmәsi  üzrә  mәcmu  gәlirlәr 

haqqında konsolidә edilmiş hesabatda heç bir gәlir vә ya itkilәr tanınmır.  

 

Digәr maliyyә öhdәliklәri  

 

Digәr  maliyyә  öhdәliklәri,  o  cümlәdәn  Azәrbaycan  Respublikasının  Mәrkәzi  Bankındakı  depozitar 



alәtlәr,  bank  vә  müştәri  depozitlәri,  dövlәt  qurumlarından  alınmış  kreditlәr  vә  digәr  öhdәliklәr  ilkin 

anda әmәliyyat xәrclәri çıxılmaqla әdalәtli dәyәrlә ölçülür.  

 

Digәr maliyyә öhdәliklәri sonradan effektiv faiz metodu istifadә edilmәklә vә faiz xәrclәri effektiv gәlir 



әsasında tanınmaqla amortizasiya olunmuş dәyәrlә ölçülür.  

 

Effektiv  faiz  metodu  maliyyә  öhdәliyinin  amortizasiya  olunmuş  dәyәrinin  hesablanması  vә  faiz 



xәrclәrinin  müvafiq  dövr  üzrә  bölüşdürülmәsi  üsuludur.  Effektiv  faiz  dәrәcәsi  tәxmin  edilәn  gәlәcәk 

nağd  pul  ödәmәlәrini  maliyyә  öhdәliyinin  güman  edilәn  müddәti  yaxud  (mәqsәdәmüvafiq  hallarda) 

daha qısa müddәt әrzindә ilkin tanınma zamanı xalis balans dәyәrinә qәdәr dәqiqliklә diskontlaşdıran 

dәrәcәdir.  

 

Maliyyә zәmanәti müqavilәlәri   

 

Maliyyә zәmanәti müqavilәsi borc alәti üzrә şәrtlәrә әsasәn ödәnişin edilmәli olduğu tarixdә müәyyәn 



debitorun belә ödәnişlәri yerinә yetirә bilmәmәsi sәbәbindәn qiymәtli kağızın sahibinә dәymiş zәrәrin 

әvәzinin ödәnilmәsini emitentdәn tәlәb edәn müqavilә formasıdır.  

 

Qrup  tәrәfindәn  buraxılmış  maliyyә  zәmanәti  müqavilәlәri  ilkin  olaraq  әdalәtli  dәyәrlә  ölçülür  vә 



ӘDMZ-dә  tanınan  kimi  tәyin  edilmәdiyi  halda,  sonradan  aşağıdakı  mәblәğlәrdәn  daha  yüksәyi  ilә 

ölçülür:  

 

 

Yaradılmış ehtiyat fondları,  şәrti öhdәliklәr vә  şәrti aktivlәr  adlı  MUBS  37-ә  әsasәn  müәyyәn 



olunduğu kimi müqavilә üzrә öhdәlik mәblәğindәn; vә   

 

Mәqsәdәmüvafiq  hallarda  gәlirlәrin  tanınması  qaydalarına  әsasәn  uçotda  tanınmış  yığılan 



amortizasiya çıxılmaqla ilkin tanınmış mәblәğdәn.   

 

Maliyyә öhdәliklәrinin tanınmasının dayandırılması  

 

Maliyyә öhdәliklәrinin tanınması yalnız Qrup öz ödәniş öhdәliyini yerinә yetirdikdә, belә öhdәlik lәğv 



olunduqda,  yaxud  müddәti  başa  çatdıqda  dayandırılır.  Mövcud  maliyyә  öhdәliyi  tam  başqa  şәrtlәrlә 

eyni  kreditorun  tәqdim  etdiyi  digәr  öhdәliklә  әvәzlәnәrsә,  yaxud  mövcud  öhdәliyә  әhәmiyyәtli 

düzәlişlәr  edilәrsә,  belә  әvәzlәmә  vә  ya  düzәliş  ilkin  öhdәliyin  tanınmasının  dayandırılması  vә  yeni 

öhdәliyin  tanınması  kimi  qәbul  edilir.  Tanınması  dayandırılmış  maliyyә  öhdәliyinin  balans  dәyәri  ilә 

öhdәliklәr üzrә ödәnilmiş vә ödәnilәcәk mәblәğlәr arasındakı fәrq mәcmu gәlirlәr haqqında konsolidә 

edilmiş hesabatda tanınır.  

 



 

 

19

 



Lizinq 

 

Lizinqin  şәrtlәrinә  әsasәn  mülkiyyәt  hüququ  üzrә  bütün  risk  vә  mükafatlar  icarәyә  götürәn  tәrәfә 

ötürüldüyü zaman belә lizinq maliyyә lizinqi kimi tәsniflәşdirilir. Bütün digәr lizinqlәr әmәliyyat lizinqi 

kimi tәsniflәşdirilir. 

 

Әmәliyyat lizinqi – Qrup, icarәyә verәn tәrәf kimi 

 

Әmәliyyat  lizinqlәri  ilә  bağlı  gәlirlәr  müvafiq  lizinqin  müddәti  üzrә  düz  xәtt  metodu  ilә  tanınır. 

Әmәliyyat  lizinqi  razılaşmasının  bağlanması  vә  rәsmilәşdirilmәsi  ilә  bağlı  ilkin  birbaşa  xәrclәr  lizinq 

subyekti olan aktivlәrin balans dәyәrinә әlavә edilir vә lizinq müddәtindә düz xәtt metodu ilә tanınır.  



 

Әmәliyyat lizinqi – Qrup, icarәyә götürәn tәrәf kimi 

 

Әmәliyyat  lizinqi  ilә  bağlı  ödәnişlәr,  lizinq  obyekti  olan  aktiv  üzrә  iqtisadi  mәnfәәtin  tanınması  üçün 



belә mәnfәәtin daxil olduğu müddәti daha uyğun әks etdirәn digәr bir metodun istifadә edildiyi hallar 

istisna  olmaqla,  lizinq  müddәti  әrzindә  düzxәtli  metod  әsasında  xәrc  kimi  tanınır. Әmәliyyat 

lizinqlәrindәn irәli gәlәn şәrti icarә haqları yarandığı dövr üzrә xәrc kimi tanınır.  

 

Әmәliyyat  icarәsi  sövdәlәşmәsinin  bağlanması  üçün  icarә  stimulları  әldә  olunduqda  belә  stimullar 



öhdәlik  kimi  tanınır.  Stimullar  üzrә  ümumi  mәnfәәt,  lizinq  obyekti  olan  aktiv  üzrә  iqtisadi  mәnfәәtin 

tanınması  üçün  belә  mәnfәәtin  daxil  olduğu  müddәti  daha  uyğun  әks  etdirәn  digәr  bir  metodun 

istifadә edildiyi hallar istisna olmaqla, düz xәtt üsulu әsasında icarә xәrclәrinin azalması kimi tanınır.  

 

Maliyyә lizinqi – Qrup, icarәyә verәn tәrәf kimi  

 

Qrup lizinq üzrә icarәyә verәn tәrәf olaraq mülkiyyәt hüququ ilә bağlı bütün risk vә mükafatları әsas 



etibarı  ilә  icarәyә  götürәn  tәrәfә  ötürdükdә  icarәyә  götürülmüş  aktivlәr  alınacaq  maliyyә  lizinqi  kimi 

tәqdim  olunur  vә  uçotda  gәlәcәk  lizinq  ödәnişlәrinin  cari  dәyәri  ilә  qeyd  edilir.  Maliyyә  lizinqi  üzrә 

debitor  borcları  başlanğıc  tarixindә  müәyyәn  olunmuş  diskont  dәrәcәsindәn  istifadә  etmәklә  lizinq 

üzrә fәaliyyәtin başlandığı anda tanınır.   

 

Lizinqin  başlanması  dedikdә  lizinq  müqavilәsindәki  әn  erkәn  tarix  vә  lizinq  müqavilәsi  üzrә  әsas 



müddәaların tәrәflәr vasitәsilә icrasına başlanma tarixi nәzәrdә tutulur.  

 

Lizinqin başlanma tarixi icarәyә götürәn tәrәfin icarәyә götürülmüş aktivdәn istifadә hüququnu yerinә 



yetirmәk  üçün  sәlahiyyәtlәr  әldә  etdiyi  tarixdir.  Bu,  lizinqin  ilkin  tanınma  tarixidir  (yәni  icarәdәn 

yaranan aktivlәrin, öhdәliklәrin, gәlir vә ya xәrclәrin müvafiq qaydada tanınması).  

 

Maliyyә  lizinqi  başlandıqda,  Qrup  minimum  lizinq  ödәnişlәrinin  cәmindәn  ibarәt  olan  lizinq  üzrә  xalis 



investisiya  qoyuluşlarını  vә  qazanılmamış  maliyyә  lizinqi  gәlirlәri  çıxılmaqla,  tәmin  olunmamış  qalıq 

dәyәrini (lizinq üzrә ümumi investisiyanı) qeydә alır.    

 

Alınacaq ümumi mәblәğlә cari dәyәr arasındakı fәrq qazanılmamış maliyyә gәliri mәblәğini әks etdirir. 



Maliyyә lizinqi üzrә gәlir qazanılmamış maliyyә lizinqi gәlirinin amortizasiyasından ibarәtdir. Gәlir xalis 

investisiya metodundan (vergidәn әvvәl) istifadә etmәklә icarә müddәti üzrә tanınır ki, bu da  sabit dövri 

gәlir dәrәcәsini әks etdirir.  İcarәnin razılaşdırılması vә tәşkili ilә birbaşa bağlı olan әlavә xәrclәr maliyyә 

lizinqi  üzrә  debitor  borcların  ilkin  qiymәtlәndirmәsinә  daxil  edilir  vә  icarә  müddәti  üzrә  tanınmış  gәlir 

mәblәğini azaldır.   

 

Lizinq mәqsәdlәri üçün alınmış avadanlıq   

 

Qrup,  avadanlığın  alınması  ilә  bağlı  maliyyә  lizinqinә  köçürülәcәk  kapital  xәrclәrini  lizinq  mәqsәdlәri 



üçün  alınmış  avadanlıq  kimi  qeydә  alır.  Bu  xәrclәr,  avadanlıq  istifadәyә  hazır  olana  vә  icarәçiyә 

verilәnәdәk toplanmaqda davam edir.   

 

İcarә mәqsәdlәri üçün alınmış avadanlıq üzrә hesablaşmalar Qrup keçmiş hadisәlәr nәticәsindә cari 



hüquqi  vә  ya  konstruktiv  öhdәliyә  malik  olduqda  vә  öhdәliklәrin  yerinә  yetirilmәsi  üçün  iqtisadi 

mәnfәәti  tәşkil  edәn  vәsaitlәrin  istifadә  olunması  ehtimal  edildikdә,  elәcә  dә  öhdәlik  mәblәğinin 

etibarlı qiymәtlәndirilmәsi mümkün olduqda tanınır. 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə