Microsoft Word Audit Ataholding ifrs cons fs 2013-az revised doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68253
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

 

 

20

 



Pul vәsaitlәri vә onların ekvivalentlәri 

 

Pul vәsaitlәri vә onların ekvivalentlәri kassadakı nağd vәsaitlәrdәn, ilkin ödәniş müddәti 90 gündәn az 



vә  ya  90  günә  bәrabәr  olan  Azәrbaycan  Respublikası  Mәrkәzi  Bankındakı  müxbir  hesablar  vә 

müddәtli depozitlәr üzrә sәrbәst qalıqlardan, o cümlәdәn, kredit tәşkilatlarından alınacaq ilkin ödәniş 

müddәti  90  gündәn  az  vә  ya  90  günә  bәrabәr  olan  vә  hәr  hansı  müqavilә  öhdәliklәrindәn  azad 

mәblәğlәrdәn ibarәtdir.  



 

ARMB-dә saxlanılan mәcburi ehtiyatlar 

 

ARMB-dә saxlanılan mәcburi ehtiyatlar ARMB-dәki mәcburi ehtiyatları әks etdirir ki, onlar da Qrupun 

gündәlik  әmәliyyatlarını  maliyyәlәşdirmәk  üçün  nәzәrdә  tutulmamışdır.  Bu  sәbәbdәn  dә  onlar  pul 

vәsaitlәrinin  hәrәkәti  haqqında  hesabatda  pul  vәsaitlәri  vә  onların  ekvivalentlәri  kimi  nәzәrdәn 

keçirilmir.  

 

Geri alınmış aktivlәr  

 

Geri alınmış aktivlәr maliyyә lizinqinin lәğv edilmәsi nәticәsindә sonrakı satış vә ya maliyyә lizinqinә 



köçürmә  üçün  öz  öhdәliklәrini  yerinә  yetirmәyәn  icarәyә  götürәn  tәrәfdәn  alınmış  avadanlıqdan 

ibarәtdir.  Geri  alınmış  aktivlәr  ilk  olaraq  әdalәtli  dәyәr  ilә  tanınır,  daha  sonra  isә  satış  dәyәri 

çıxılmaqla balans vә әdalәtli dәyәrin daha aşağı mәblәği ilә ölçülür.  

 

Әmlak, avadanlıq vә qeyri-maddi aktivlәr  

 

Әmlak, avadanlıq vә qeyri-maddi aktivlәr (şәxsi torpaq vә tikintisi başa çatdırılmamış әmlaklar istisna 



olmaqla), elәcә dә ödәmә müddәti olmayan lisenziyalar yığılmış köhnәlmә, amortizasiya vә yığılmış 

dәyәrsizlәşmә zәrәrlәri çıxılmaqla, maya dәyәri әsasında qeydә alınır.  

 

Köhnәlmә  vә  amortizasiya  düz  xәtt  metodundan  istifadә  etmәklә  aktivlәrin  faydalı  istismar  müddәti 



üzrә  qalıq  dәyәri  çıxıldıqdan  sonra  onların  ilkin  dәyәrini  vә  ya  qiymәtlәndirmәsini  hesabdan  silmәk 

mәqsәdilә  uçotda  tanınır.  Tәxmin  edilәn  faydalı  istismar  müddәtlәri,  qalıq  dәyәrlәri  vә  köhnәlmә 

metodu gәlәcәk dövrlәr üzrә tәxminlәrdә hәr hansı dәyişikliklәrin tәsiri nәzәrә alınmaqla hәr hesabat 

dövrünün sonunda tәhlil edilir.  

 

Köhnәlmәnin hesablanmasında aşağıdakı tәxmin edilәn faydalı istismar müddәtlәri istifadә olunur: 



 

Binalar 


7%

Kompüter vә rabitә avadanlıqları 

20-25%

Nәqliyyat vasitәlәri 



25%

Mebel vә avadanlıq  

20-25%

İcarәdә olan әmlakın tәkmillәşdirilmәsi 



20%

Digәr әsas vәsaitlәr 

20%

Qeyri-maddi aktivlәr  



10%-100%

 

 



Şәxsi torpaq sahәsinә vә tikintisi başa çatmamış әmlaka amortizasiya hesablanmır. 

 

Ayrı-ayrılıqda alınmış qeyri-maddi aktivlәr.  



 

Müәyyәn  istismar  müddәti  olan,  ayrı-ayrılıqda  alınmış  qeyri-maddi  aktivlәr  yığılmış  amortizasiya  vә 

yığılmış  dәyәrsizlәşmә  zәrәrlәri  çıxılmaqla  ilkin  dәyәr  ilә  uçotda  qeyd  edilir.  Amortizasiya  düz  xәtt 

metodundan  istifadә  etmәklә  aktivlәrin  faydalı  istismar  müddәtlәri  üzrә  tanınır.  Hesablanmış  faydalı 

istismar  müddәti  vә  amortizasiya  metodu  gәlәcәk  dövrlәr  üzrә  uçota  alınan  tәxminlәrdәki  hәr  hansı 

dәyişikliklәrin tәsiri nәzәrә alınmaqla hәr hesabat dövrünün sonunda tәhlil edilir. 

 

Әmlak, avadanlıq vә qeyri-maddi aktivlәrin tanınmasının dayandırılması  

 

Әmlak,  avadanlıq  vә  qeyri-maddi  aktivlәrin  obyektlәri  hesabdan  silindikdә  vә  ya  onların  davamlı 



istifadәsi  artıq  iqtisadi  mәnfәәt  gәtirmәdikdә,  belә  aktivlәrin  tanınması  dayandırılır.  Әmlak  vә 

avadanlıq vәsaitlәrinin satılaraq hesabdan silinmәsi vә ya istismardan çıxarılmasından irәli gәlәn hәr 

hansı gәlir vә ya zәrәrlәr belә aktivlәrin balans dәyәri ilә satışdan әldә olunmuş gәlirlәr arasında fәrq 

kimi müәyyәn edilir vә mәcmu gәlirlәr haqqında hesabatda tanınır.  

 



 

 

21

 



Maddi vә qeyri-maddi aktivlәrin dәyәrsizlәşmәsi  

 

Qrup  maddi  vә  qeyri-maddi  aktivlәrin  dәyәrsizlәşmә  zәrәrinә  mәruz  qalıb-qalmadığını 



müәyyәnlәşdirmәk  üçün  hәr  hesabat  dövrünün  sonunda  belә  aktivlәrin  balans  dәyәrini  tәhlil  edir. 

Dәyәrsizlәşmәnin  baş  verdiyinә  dәlalәt  edәn  hәr  hansı  hallar  mövcud  olarsa,  dәyәrsizlәşmә  üzrә 

zәrәrin  (әgәr  varsa)  hәcmini  müәyyәn  etmәk  üçün  aktivin  bәrpa  dәyәri  hesablanır.  Aktivin  fәrdi 

hallarda  bәrpa  dәyәrini  hesablamaq  mümkün  olmazsa,  Qrup  belә  aktivin  aid  olduğu  gәlir  gәtirәn 

aktivlәr  qrupunun  bәrpa  dәyәrini  müәyyәn  edir.  Aktivin  yerlәşdirilmәsinә  müvafiq  vә  ardıcıllığı 

gözlәnilәn әsaslar müәyyәn edildiyi hallarda, korporativ aktivlәr dә fәrdi gәlir gәtirәn aktivlәr qrupunda 

yerlәşdirilә bilәr, yaxud әks halda, müvafiq qaydada vә ardıcıllığı gözlәnilmәklә yerlәşdirilmә әsasları 

müәyyәn edilmiş әn kiçik gәlir gәtirәn aktivlәr qrupunda yer alır.  

 

Qeyri-müәyyәn istifadә müddәti olan vә istifadәyә hazır olmayan qeyri-maddi aktivlәr әn azı ildә bir 



dәfә  vә  aktivin  dәyәrsizlәşә  bilәcәyinә  dair  göstәrici  olduqda  dәyәrsizlәşmә  baxımından  nәzәrdәn 

keçirilir.  

 

Bәrpa  dәyәri  әdalәtli  dәyәrdәn  satış  vә  istifadә  dәyәrlәrini  çıxıldıqdan  sonra  alınan  daha  yüksәk 



mәblәğdir. İstismar dәyәrini qiymәtlәndirәrkәn tәxmin edilәn gәlәcәk dövrlәrin pul axınları pulun vaxt 

üzrә dәyәrinin vә gәlәcәk pul axınları ilә bağlı tәxminlәrә düzәlişlәrin edilmәdiyi aktiv üçün sәciyyәvi 

olan  risklәrin  hazırkı  bazar  qiymәtlәndirilmәsini  özündә  әks  etdirәn  vergiyә  qәdәrki  diskont 

dәrәcәsindәn istifadә etmәklә cari dәyәrinә qәdәr diskontlaşdırılır.  

 

Aktivin  (yaxud  gәlir  gәtirәn  aktivlәr  qrupunun)  bәrpa  dәyәrinin  onun  balans  dәyәrindәn  az  olduğu 



hesablanarsa, belә aktivin (yaxud gәlir gәtirәn aktivlәr qrupunun) balans dәyәri bәrpa dәyәrinә kimi 

azaldılır. Dәyәrsizlәşmә zәrәrinin yenidәnqiymәtlәndirmәdәn irәli gәlәn azalma kimi hesab edildiyi hal 

olaraq,  müvafiq  aktiv  uçotda  yenidәn  qiymәtlәndirilmiş  dәyәrdә  әks  olunmazsa,  belә  zәrәr  dәrhal 

mәcmu gәlirlәr haqqında hesabatda tanınır.  

 

Dәyәrsizlәşmә  üzrә  zәrәr  sonradan  әvәzlәşdirilәrsә,  aktivin  (yaxud  gәlir  gәtirәn  aktivlәr  qrupunun) 



balans  dәyәri  hesablanmasına  düzәliş  verilmiş  bәrpa  dәyәrinә  qәdәr  artırılır,  bu  şәrtlә  ki,  artırılmış 

belә balans dәyәri aktivin (yaxud gәlir gәtirәn aktivlәr qrupunun) dәyәrsizlәşmә zәrәrinin tanınmadığı 

keçmiş  illәrdә  müәyyәn  edilmiş  balans  dәyәrindәn  artıq  olmasın.  Dәyәrsizlәşmә  üzrә  zәrәrin 

әvәzlәşdirilmәsinin yenidәnqiymәtlәndirmәdәn irәli gәlәn artım kimi hesab edildiyi hal olaraq, müvafiq 

aktiv yenidәn qiymәtlәndirilmiş dәyәrlә  uçotda әks etdirilmәyәnә qәdәr belә zәrәrin әvәzlәşdirilmәsi 

dәrhal mәcmu gәlirlәr haqqında hesabatda tanınır.  

  

Sığorta әmәliyyatları 

 

Sığorta müqavilәlәri – tәsniflәşdirmә   



 

Qrup sığorta risklәrini ötürәn sığorta müqavilәlәri bağlayır. Sığorta müqavilәlәri ilә әhәmiyyәtli sığorta 

risklәri  ötürülür.  Ümumi  qayda  olaraq,  әhәmiyyәtli  sığorta  risklәri  o  risklәr  hesab  olunur  ki,  sığorta 

hadisәsinin  baş  vermәsi  nәticәsindә  ehtimal  olunan  ödәnilәcәk  mәblәğ,  hәmin  hadisәnin  baş 

vermәyәcәyi halda ödәnilәcәk mәblәğdәn әn az 10% çox olsun. 

 

Sığorta haqları  



 

Hesablanmış  xalis  sığorta  haqları  tәkrarsığortaçılara  ötürülәn  tәkrarsığorta  haqları  çıxılmaqla 

hesablanmış  ümumi  sığorta  haqlarını  әks  etdirir.  Sığorta  haqları  sığorta  müqavilәsinin  bağlandığı 

tarixdәn  etibarәn  uçotda  әks  etdirilir  vә  müvafiq  sığorta  polisinin  müddәti  әrzindә  hissә-hissә  gәlirә 

yazılır.  Qazanılmamış  sığorta  haqları  ehtiyatı  sığorta  haqlarının  sığorta  polisinin  qüvvәdә  olduğu 

dövrә aid hissәsini әks etdirir vә maliyyә vәziyyәti haqqında әlavә edilәn konsolidә edilmiş hesabata 

öhdәlik kimi daxil edilir. 

 

İddialar  



 

Ümumi  iddialar  sığorta  polislәrinin  sahiblәrinә  ödәnilmiş  iddialardan,  sığortalanmış  şәxslә 

müqavilәlәrdәn  yaranan  öhdәliklәrin  qiymәtlәndirilmәsindә  dәyişikliklәrdәn,  habelә  xilasetmә  vә 

subroqasiya üzrә ödәnişlәr çıxılmaqla, daxili vә xarici iddialarla bağlı әlavә xәrclәri әks etdirir.   

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə