Microsoft Word Audit Ataholding ifrs cons fs 2013-az revised doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68253
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

 

 

22

 



Xilasetmә vә subroqasiya  

 

Bәzi  sığorta  müqavilәlәri  iddianın  (mәsәlәn,  xilasetmә)  hәll  edilmәsi  zamanı  әldә  olunmuş  (adәtәn 



zәdәlәnmiş) әmlakı satmağı Qrupa icazә verir. Hәmçinin, Qrup üçüncü tәrәflәrdәn bәzi vә ya bütün 

xәrclәri (mәsәlәn, subroqasiya) tәlәb etmәk hüququna malik ola bilәr. Xilasetmә ödәnişlәrinin tәxmini 

hesablamaları iddialar üzrә sığorta öhdәliyinin ölçülmәsi ehtiyatı kimi daxil edilir vә öhdәliklәr yerinә 

yetirildikdә  xilas  edilәn  әmlak  digәr  aktivlәrdә  tanınır.  Ehtiyat  әmlakın  satılması  üzrә  bәrpa  edilmәsi 

mümkün  olan  mәblәğdir.  Subroqasiya  ödәnişlәri  dә  hәmçinin  iddialar  üzrә  sığorta  öhdәliklәrinin 

ölçülmәsi  zamanı  ehtiyat  kimi  nәzәrә  alınır  vә  öhdәlik  yerinә  yetirildikdә  digәr  aktivlәrdә  tanınır. 

Ehtiyat  cavabdeh  kәnar  tәrәflә  bağlı  fәaliyyәtdәn  әldә  oluna  bilәn  mәblәğin  qiymәtlәndirmәsini  әks 

etdirir.   

 

Akvizisiya xәrclәri  



 

Qrup tәkrarsığortaçılar üçün sığorta haqlarının nәzәrdә tutulması mәqsәdilә agentlәrә vә brokerlәrә 

komissiyalar ödәyir. Bu növ komissiya mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda sığorta 

fәaliyyәtinin  nәticәsi  üzrә  qeydә  alınır.  Komissiya  xәrci  hesablanmış  aidiyyәti  sığorta  haqlarının 

qazanıldığı dövr üzrә tәxirә salınır vә amortizasiya olunur.  

 

 



Komissiya gәliri  

 

Qrup  sığorta  haqlarının  tәkrarsığortaçılara  ötürülmәsinә  görә  komissiyalar  alır.  Sığortaçıların  cәlb 



edilmәsi ilә bağlı xәrclәrin bәrpa olunmasını nәzәrdә tutan ötürülmüş tәkrarsığorta әmәliyyatlarından 

komissiya  gәliri  amortizasiya  olunmamış  müvafiq  akvizisiya  xәrclәrini  elә  bir  tәrzdә  azaldır  ki,  xalis 

akvizisiya  xәrclәri  uçotda  tanınmış  xalis  gәlirә  mütәnasib  olaraq  kapitalizasiya  edilәrәk  xәrclәr 

hesabına yazılır.  

 

Tәkrarsığorta 



 

 

Qrup  müәyyәn  tәsirlәr  nәticәsindә  yaranan  potensial  itkilәri  azaltmaq  üçün  adi  fәaliyyәti  zamanı 

tәkrarsığorta  müqavilәlәri  bağlayır.  Ötürülmüş  tәkrarsığorta  haqları  birbaşa  vә  ya  ehtimal  olunan 

tәkrarsığorta  biznesinin  tәkrar  sığortalanması  üçün  aidiyyәti  sığorta  haqları  ilә  eyni  dövrdә  uçotda 

qeydә alınır. 

 

 



Tәkrarsığorta öhdәliklәri ötürülmüş tәkrarsığorta üçün ödәnilmәli sığorta haqlarından ibarәtdir vә vaxtı 

çatdıqda xәrc kimi tanınır. 

 

 

Tәkrarsığorta aktivlәrinә tәkrarsığorta şirkәtlәrindәn tәkrarsığorta üzrә nәzәrdә tutulan sığorta haqları, 



ödәnilmiş  vә  ödәnilmәmiş  zәrәrlәr  üçün  alınacaq  vәsaitlәrin  qalığı  daxildir.  Tәkrarsığorta  aktivlәri 

nәzәrdә  tutulan  sığorta  ilә  bağlı  mәblәğlәrә  vә  tәkrarsığorta  müqavilәsinin  şәrtlәrinә  uyğun  olaraq 

ölçülür.  Tәkrarsığorta әvәzlәşdirmә hüququ olduqda aktiv kimi qeyd edilir, bu halda әlaqәli öhdәliklәr 

tәkrarsığortanı nәzәrә almaq üçün azaldılır.

 

 

Tәkrarsığorta  aktivlәri  dәyәrsizlәşmә  yoxlamasından  keçir  vә  onların  balans  dәyәri  bәrpa 



dәyәrinәdәk  azaldılır.  Dәyәrsizlәşmә  zәrәri  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatda 

xәrc kimi tanınır. Qrupun tәkrarsığortaçılardan alınmalı mәblәğlәri toplaya bilmәyәcәyi ehtimalına dair 

obyektiv sübut olduqda aktiv dәyәrsizlәşmiş hesab edilir. 

 

 



Sığorta müqavilәlәri ilә bağlı debitor vә kreditor borcları 

 

Kreditor vә debitor borcları ödәnişlәrin vaxtı çatdıqda tanınır. Buraya agentlәrә, brokerlәrә vә sığorta 



müqavilәsi sahiblәrinә ödәnilәcәk vә onlardan alınacaq mәblәğlәr daxildir.  

 

Sığorta debitor borclarının dәyәrsizlәşmәsinә dair әsaslı sübut olarsa Qrup sığorta debitor borclarının 



balans dәyәrini müvafiq mәblәğdә azaldır vә hәmin dәyәrsizlәşmә zәrәrini mәcmu gәlirlәr haqqında 

konsolidә  edilmiş  hesabatda  tanıyır.  Qrup  kreditlәr  vә  debitor  borcları  üçün  qәbul  edilmiş  eyni 

prosesdәn istifadә etmәklә sığorta debitor borclarının dәyәrsizlәşmәsinә dair әsaslı sübutlar toplayır. 

Dәyәrsizlәşmә zәrәri bu maliyyә aktivlәri üçün istifadә olunan eyni metod әsasında hesablanır. 

 



 

 

23

 



Tәxirә salınmış yeni sığortaçıların cәlb edilmәsi (“akvizisiya”) xәrclәri  

 

Ödәnilmiş  komissiyaları  әks  etdirәn  sığortaçıların  cәlb  edilmәsi  xәrclәri  hesablanmış  sığorta 



haqlarının  qazanıldığı  dövr  әrzindә  tәxirә  salınır  vә  amortizasiya  edilir.  Yeni  sığortaçıların  cәlb 

edilmәsi  üçün  bütün  xәrclәr  yarandıqları  zaman  tutulur.  Tәxirә  salınmış  yeni  sığortaçıların  cәlb 

edilmәsi  xәrclәri  onların  hәr  hesabat  dövrünün  sonunda  gәlәcәk  hesablamalar  әsasında  bәrpa 

edilmәsini  tәmin  etmәk  üçün  sığorta  polisinin  verildiyi  tarixdә  vә  hәr  hesabat  dövrünün  sonunda 

fәaliyyәt sahәlәri tәrәfindәn nәzәrdәn keçirilir. Yeni sığortaçıların cәlb edilmәsi xәrclәri mәcmu gәlirlәr 

haqqında konsolidә edilmiş hesabatda xalis әsasda göstәrilir.     

 

Qazanılmamış sığorta haqları üçün ehtiyat 



 

 

Qazanılmamış sığorta  haqları  üçün  ehtiyat  qәbul  olunmuş  sığorta  haqlarının,  vasitәçilәrә  ödәnilmәli 



ümumi  komissiyaların  növbәti  dövrlәrdә  qazanılması  tәxmin  edilәn  hissәsini  әks  etdirir.  Ehtiyatda 

dәyişiklik gәlirin risk dövrü üzrә tanınması üçün 

mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda

 

qeyd edilir.  



 

 

Sığorta zәrәri ehtiyatları 



 

Ödәnilmәmiş iddialar üçün ehtiyatlara iki növ ehtiyatlar daxildir: hesabat olunmuş, lakin ödәnilmәmiş 

zәrәrlәr üçün ehtiyat (“RBNS”) vә çәkilmiş, lakin hesabat olunmamış zәrәrlәr üçün ehtiyat (“IBNR”). 

RBNS ehtiyatı yerinә yetirilmәmiş hәr bir iddia üçün hesablanır. Zәrәrin mәblәği müәyyәn edilmәzsә, 

sığorta polisindә qeyd edilmiş sığorta hәddini aşmayan әn mümkün zәrәr mәblәği  RBNS kimi qәbul 

edilir. IBNR tarixi mәlumat, ehtimal olunan yekun zәrәr әmsalları vә hesabat olunan tәxmini iddiaların 

artması faktorlarına әsaslanmaqla zәrәrin artması modellәrinin müәyyәn edilmәsi üçün istifadә olunan 

aktuar  metodlar  әsasında  müәyyәn  edilir.  Bu  cür  tәxminlәrin  müәyyәn  edilmәsi  metodları  vә  son 

ehtiyatların tәmin edilmәsi davamlı olaraq nәzәrdәn keçirilir vә yenilәnir. Yekun düzәlişlәr yarandıqları 

dövrdә  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatda  әks  etdirilir.  İddiaların  bildirilmәsi  vә 

ödәnişi üçün nisbәtәn sürәtli model olduğundan zәrәr ehtiyatı diskontlaşdırılmış әsasda hesablanır.   

 

Sığorta riski  



 

Hәr  hansı  sığorta  müqavilәsi  üzrә  sığorta  riski  sığortalanmış  hadisәnin  baş  vermәsi  ehtimalını  vә 

nәticәdә qeyri-müәyyәn mәblәğdә iddianın yaranmasını әks etdirir.  Sığorta müqavilәsinin növündәn 

asılı olaraq bu risk çox nadir hallarda yaranır vә bu sәbәbdәn dә proqnozlaşdırılması mümkün deyil.  

 

Qiymәtlәndirmә  vә  ehtiyatlarla  bağlı  ehtimal  nәzәriyyәsinin  tәtbiq  olunduğu  sığorta  müqavilәlәri 



portfeli halında, Qrupun öz sığorta müqavilәlәri ilә bağlı üzlәşdiyi әsas risk faktiki iddiaların vә sığorta 

mәblәği  ödәnişlәrinin  sığorta  öhdәliklәrinin  balans  mәblәğini  aşmasından  ibarәtdir.  Bu,  iddiaların 

daha  ciddi  vә  tez-tez  yaranması  vә  onlarla  bağlı  ödәnişlәrin  hesablanan  mәblәğlәrdәn  daha  çox 

olması  sәbәbindәn  baş  verir.  Sığorta  hadisәlәri  tәsadüfi  hallarda  yaranır  vә  iddiaların  faktiki  sayı, 

mәblәği vә onlarla bağlı ödәnişlәr statistik vasitәlәrdәn istifadә etmәklә müәyyәn edilmiş sәviyyәdәn 

asılı olaraq ildәn ilә dәyişәcәk.  

 

Tәcrübә göstәrir ki, analoji sığorta müqavilәlәrinin portfeli nә qәdәr böyük olarsa, gözlәnilәn nәticәnin 



nisbi  dәyişikliyi  bir  o  qәdәr  az  olar.  Bundan  әlavә,  portfelin  tәrkibi  nә  qәdәr  müxtәlif  olarsa  portfelin 

hәr  hansı  alt-qrupunda  dәyişikliyin  tәsirinin  bir  o  qәdәr  az  olması  ehtimal  edilir.  Qrup  qәbul  edilmiş 

sığorta  risklәrinin  növlәri  üzrә  müxtәlifliyi  saxlamaq  vә  gözlәnilәn  nәticәnin  dәyişkәnliyini  azaltmaq 

mәqsәdilә  bu  kateqoriyaların  hәr  birinin  daxilindә  risklәrin  kifayәt  qәdәr  geniş  populyasiyasına  nail 

olmaq üçün özünün sığorta anderraytinq strategiyasını hazırlamışdır.  

 

Sığorta  riskini  pislәşdirәn  amillәrә  növ  baxımından  risklәrin  müxtәlif  olmaması,  risklәrin  mәblәği 



coğrafi yer vә müvafiq olan sәnaye sahәsi daxildir. 

 

Öhdәliyin adekvatlıq testi  



 

Hәr  hesabat  tarixindә  sığortaçıların  cәlb  edilmәsi  ilә  bağlı  tәxirә  salınmış  әlaqәli  xәrclәr  çıxılmaqla 

müqavilә öhdәliklәrinin adekvatlığını tәmin etmәk üçün öhdәliyin adekvatlıq testlәri hәyata keçirilir.  

 

Öhdәliyin  adekvatlığı  testi  yeni  әn  dәqiq  tәxminlәrә  әsaslanan  ehtimalların  qәbul  olunmasını  tәlәb 



etdikdә, bu cür ehtimallar (әks kәnarlaşma üzrә marjalar tәtbiq edilmәdәn) hәmin öhdәliklәrin sonrakı 

qiymәtlәndirilmәsi üçün istifadә edilir. Bu cür test nәticәsindә silinmiş hәr hansı tәxirә salınmış xәrclәr 

sonradan bәrpa edilә bilmәz.  

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə