Microsoft Word Audit Ataholding ifrs cons fs 2013-az revised doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68253
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

 

 

30

 



31 dekabr 2012-ci il tarixinә Qrup bilvasitә AtaSanaye” MMC vasitәsilә “Zәyәm Kәnd Maş” ASC-nin 

30%-nә sahib olmuşdur. Qalan 59% vә 11% müvafiq olaraq cәnab M.Rәfiyevin vә digәr sәhmdarların  

mülkiyyәtindәdir.  Qrupun  “Zәyәm  Kәnd  Maş”  ASC-nә  30%  hәcmindә  investisiyası  bu  şirkәtin  rәsmi 

qeydiyyatından  әvvәl  qoyulmuşdur.  2013-cü  ilin  may  ayınadәk  “Zәyәm  Kәnd  Maş”  ASC  Qrupun 

nәzarәtindә idi. Qrupun investisiya obyekti üzәrindә sәlahiyyәtlәri olmuşdur vә Qrupun  öz gәlirlәrini 

dәyişmәk üçün bu sәlahiyyәtlәrdәn istifadә etmәk imkanları var idi. “Zәyәm Kәnd Maş ASC konsolidә 

edilmiş  maliyyә  hesabatlarında  30  aprel  2013-cü  il  tarixinәdәk  (“Zәyәm  Kәnd  Maş”  ASC  üzәrindә 

nәzarәt digәr şirkәtә verilәnәdәk) törәmә müәssisә kimi tәqdim olunmuşdur. 

 

MHBS 10-nun ilk tәtbiq tarixindә (1 yanvar 2013-cü il) Qrupun rәhbәrliyi yeni nәzarәt anlayışına vә 



MHBS 10-da qeyd edilәn aidiyyatı tәlimata әsasәn onun “Zәyәm Kәnd Maş ASC üzәrindә nәzarәtә 

malik olub-olmaması barәdә qiymәtlәndirmә aparmışdır. Qrup “Zәyәm Kәnd Maş ASC üzәrindә tam 

sәlahiyyәti olduğundan, rәhbәrlik onun “Zәyәm Kәnd Maş ASC üzәrindә tәsis olunduğu müddәtdәn 

etibarәn sәlahiyyәtә malik olması qәrarına gәlmişdir. Bu sәbәbdәn dә, MHBS 10-nun tәlәblәrinә 

uyğun olaraq 18 yanvar 2006-cı il tarixdәn “Zәyәm Kәnd Maş ASC Qrupun törәmә müәssisәsi 

olmuşdur. 2013-cü ilin may ayından etibarәn Qrup “Zәyәm Kәnd Maş ASC üzәrindә nәzarәti itirmiş 

vә konsolidә edilmiş maliyyә hesbaatlarında asılı müәssisә kimi tәqdim etmişdir.   

 

2012-ci il üçün müqayisәli mәblәğlәr vә 1 yanvar 2012-ci il tarixinә aidiyyatı mәblәğlәr MHBS 10-da 



müәyyәn olunan müvafiq keçid müddәalarına әsasәn yenidәn qeyd edilmişdir.   

 

MHBS 11-in tәtbiqinin tәsiri .  MHBS  11  Birgә  müәssisәlәrdә  iştirak  payları  haqqında  MUBS  31-i 

әvәz  edir  vә  ŞDK  13  Birgә  Nәzarәt  edilәn  Müәssisәlәr  -  Sahibkarlar  tәrәfindәn  Qeyri-Monetar 

Yardımlar  adlı  müvafiq  şәrhdә  göstәrilәn  qayda  MUBS  28-ә  (2011-ci  ildә  düzәliş  edilmiş)  daxil 

edilmişdir. MHBS 11 iki vә ya daha artıq tәrәfin nәzarәtinin olduğu birgә razılaşmanın tәsniflәndirilmә 

vә  uçota  alınma  qaydasını  nәzәrdә  tutur.  MHBS  11-ә  әsasәn  birgә  razılaşmaların  yalnız  iki  növü 

vardır  –  birgә  әmәliyyatlar  vә  birgә  müәssisәlәr.  MHBS  11  üzrә  birgә  razılaşmaların  tәsnifatı  birgә 

razılaşma  tәrәflәrinin  hüquq  vә  öhdәliklәrinә  әsasәn,  razılaşmaların  strukturunu,  hüquqi  formalarını, 

belә  tәrәflәr  arasında  razılaşdırılmış  şәrtlәri,  elәcә  dә  müvafiq  hallarda  digәr  fakt  vә  vәziyyәtlәri 

nәzәrә almaqla müәyyәn edilir. Birgә әmәliyyat, razılaşma üzrә birgә nәzarәtә malik tәrәflәrә (birgә 

payçılar)  belә  razılaşma  ilә  әlaqәdar  aktivlәr  üzrә  hüquqlar  vә  öhdәliklәr  verәn  birgә  razılaşmadır. 

Birgә  müәssisә,  razılaşma  üzrә  birgә  nәzarәtә  malik  tәrәflәrә  (birgә  sahibkarlar)  razılaşma  ilә  bağlı 

xalis  aktivlәrә  hüquq  verәn  birgә  razılaşmadır.  Әvvәllәr  MUBS  31  birgә  razılaşmaların  üç  növünü 

nәzәrdә tuturdu – birgә nәzarәt edilәn müәssisәlәr, birgә nәzarәt edilәn әmәliyyatlar vә birgә nәzarәt 

edilәn  aktivlәr.  MUBS  31  üzrә  birgә  razılaşmaların  tәsnifatı  başlıca  olaraq  razılaşmanın  hüquqi 

forması әsasında müәyyәn edilmişdir (mәs., ayrıca müәssisә üzrә müәyyәn edilmiş birgә razılaşma 

birgә nәzarәt edilәn müәssisә kimi uçota alınmışdır).  

 

Birgә müәssisәlәrin vә әmәliyyatların ilkin vә sonrakı uçotu fәrqlәnir. Birgә müәssisәlәrә investisiyalar 



iştirak  payı  metodu  ilә  tanınır  (proporsional  konsolidasiya  metoduna  artıq  icazә  verilmir).  Birgә 

әmәliyyatlara investisiyaların uçot qaydası isә hәr birgә payçının öz aktivlәrini (elәcә dә birgә sahib 

olduğu aktivlәr üzrә hissәsini), öz öhdәliklәrini (elәcә dә birgә götürülmüş öhdәliklәr üzrә hissәsini), 

öz  gәlirini  (elәcә  dә  birgә  әmәliyyat  mәhsulunun  satışından  әldә  edilәn  gәlir  üzrә  hissәsini)  vә  öz 

xәrclәrini  (elәcә  dә  birgә  çәkilmiş  xәrclәr  üzrә  hissәsini)  tanınmasından  ibarәtdir.  Hәr  birgә  payçı 

birgә әmәliyyatdakı payı ilә bağlı aktiv vә öhdәliklәri, gәlir vә xәrclәri tәtbiq edilәn standartlara uyğun 

uçota alır. 

 

MHBS 12-nin tәtbiqinin tәsiri. MHBS 12 açıqlamalarla bağlı yeni standartdır vә törәmә müәssisәlәr, 

birgә  razılaşmalar,  asılı  müәssisәlәr  vә/vә  ya  konsolidә  edilmәmiş  strukturlu  müәssisәlәrdә  payları 

olan  müәssisәlәrә  aid  edilir.  Ümumilikdә  MHBS  12-nin  tәtbiqi  konsolidә  edilmiş  maliyyә 

hesabatlarında daha geniş açıqlamaların verilmәsi ilә nәticәlәnmişdir. 

 

“Maliyyә Alәtlәri: Mәlumatın Açıqlanması” adlı MHBS 7-yә düzәlişlәr 

 

Qrup  bu  il  Mәlumatın  Açıqlanması  -  Maliyyә  aktivlәrinin  köçürülmәsi  haqqında  MHBS  7-yә  edilmiş 



düzәlişlәri tәtbiq etmişdir. Düzәlişlәr maliyyә aktivlәrinin köçürülmәsi zamanı yaranacaq risklәrlә bağlı 

daha yüksәk şәffaflığı tәmin etmәk üçün maliyyә aktivlәrinin köçürülmәsi әmәliyyatları üzrә açıqlama 

tәlәblәrini artırır.  

 

Cari  ildә  Qrup  tanınması  dayandırılmamış  hәr  hansı  maliyyә  aktivlәrinin  köçürülmәsini  hәyata 



keçirmәmişdir.  Bu  sәbәbdәn  düzәlişlәrin  tәtbiqinin  Qrupun  maliyyә  hesabatlarına  heç  bir  tәsiri 

müşahidә edilmәmişdir.  



 


 

 

31

 



“Maliyyә  hesabatlarının  tәqdimatı”  haqqında  MUBS  1-ә  düzәlişlәr  (2011-ci  ilin  iyun  ayında 

düzәliş edilmiş)  

 

Qrup  Digәr  Mәcmu  Gәlir  Maddәlәrinin  Tәqdimatı  adlı  MUBS  1-ә  düzәlişlәri  tәtbiq  etmişdir.  Düzәliş 



mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda tәlәb olunan açıqlama dәrәcәsini artırır.  

 

Bu  düzәlişin  tәsiri  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatdakı  müvafiq  maddәlәrin  aid 



edildiyi  MHBS-ә  müvafiq  olaraq  sonradan  mәnfәәt  vә  ya  zәrәr  kimi  yenidәn  tәsniflәşdirilmәyәcәk 

maddәlәrlә sonradan mәnfәәt vә ya zәrәr kimi yenidәn tәsniflәşdirilәcәk maddәlәrin tәhlilindәn ibarәt 

olmuşdur.  Konsolidә  edilmiş  maliyyә  hesabatlarına  da  mәnfәәt  vergisinin  eyni  әsasda  tәhlili 

mәqsәdilә  düzәlişlәr  edilmişdir.  Düzәlişlәr  retrospektiv  qaydada  tәtbiq  edilmişdir  vә  buna  görә  dә 

dәyişikliyi  әks  etdirmәk  üçün  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatın  maddәlәri 

yenilәnmiş  şәkildә  tәqdim  edilmişdir.  Yuxarıda  qeyd  edilәn  tәqdimat  dәyişikliklәri  istisna  olmaqla, 

MUBS 1-ә düzәlişlәrin tәtbiqi mәnfәәt vә ya zәrәrә, mәcmu gәlirә vә cәmi konsolidә edilmiş mәcmu 

gәlirә tәsir göstәrmәmişdir.  



 

MUBS 19 “İşçilәrin mükafatlandırılması” (2011-ci ilin iyun ayında düzәliş edilmiş) 

 

Qrup bu il İşçilәrin Mükafatlandırılması adlı MUBS 19-u (2011-ci ilin iyun ayında düzәliş edilmiş) tәtbiq 

etmişdir.  MUBS  19-a  düzәlişlәr  müәyyәn  olunmuş  pensiya  ödәnişlәri  vә  işdәn  çıxma  müavinәtlәri 

üçün uçot qaydalarını dәyişir. Әn mühüm dәyişikliklәr müәyyәn olunmuş müavinәt öhdәliklәrindә vә 

plan  aktivlәrindә  dәyişikliklәrin  uçotu  ilә  bağlıdır.  Qrupun  müәyyәn  edilmiş  müavinәt  planları 

olmadığına görә MUBS 19-un (iyun 2011-ci il) tәtbiqi әhәmiyyәtli tәsirә malik olmamışdır. 

 

MHBS 13 “Әdalәtli Dәyәrin Ölçülmәsi” 

  

 



Qrup  MHBS  13-ü  bu  il  ilk  dәfә  tәtbiq  etmişdir.  MHBS  13  әdalәtli  dәyәrin  ölçülmәsi  vә  açıqlanması 

üçün vahid qaydaları müәyyәn edir. MHBS 13-n әhatә dairәsi genişdir; MHBS 13 üzrә әdalәtli dәyәrin 

ölçülmәsi  tәlәblәri  hәm  maliyyә,  hәm  dә  qeyri-maliyyә  alәtlәri  maddәlәrinә  şamil  olunur  ki,  bununla 

әlaqәdar  digәr  MHBS-lәr,  müәyyәn  olunmuş  hallar  istisna  olmaqla,  әdalәtli  dәyәrin  ölçülmәsini  vә 

onunla bağlı açıqlamaları tәlәb edir vә ya buna icazә verir

.  


 

MHBS  13  әdalәtli  dәyәri  hazırkı  bazar  şәraitindә  qiymәtlәndirmә  tarixinә  әsas  (vә  ya  әn  üstün) 

bazarda düzgün tәşkil olunmuş әmәliyyat üzrә aktivin satılmasından әldә oluna bilәn vә ya öhdәliyin 

ötürülmәsi  üçün  ödәnilmiş  qiymәt  kimi  müәyyәn  edir.  MHBS  13-ә  әsasәn  әdalәtli  dәyәr  qiymәtin 

bilavasitә  müşahidә  olunmasından  vә  ya  digәr  qiymәtlәndirmә  vasitәsini  istifadә  etmәklә 

hesablanmasından  asılı  olmayaraq  son  qiymәtdir.  Hәmçinin,  MHBS  13-ә  geniş  açıqlama  tәlәblәri 

daxildir

.   


 

Әlavә  açıqlamalardan  başqa,  MHBS  13-ün  tәtbiqinin  maliyyә  hesabatlarındakı    mәblәğlәrә 

әhәmiyyәtli tәsiri olmamışdır

 



Maliyyә hesabatlarının tәqdimatı haqqında MUBS 1-ә düzәlişlәr (2009-2011-ci illәri әhatә edәn 

vә 2012-ci ilin may ayında buraxılmış MHBS-lәrә illik tәkmillәşmәlәrin bir hissәsi kimi)  

 

2009-2011-ci  illәri  әhatә  edәn  illik  tәkmillәşmәlәr  çәrçivәsindә  MHBS-lәrә  çoxlu  sayda  düzәlişlәr 

edilmişdir.  Qrupa  aid  olan  düzәlişlәrә  keçmiş  dövrün  әvvәlinә  (maliyyә  vәziyyәti  haqqında  üçüncü 

hesabat) maliyyә vәziyyәti haqqında konsolidә edilmiş hesabatın vә aidiyyәti qeydlәrin tәqdim olunma 

vaxtı ilә bağlı  MUBS 1-ә edilmiş düzәlişlәr daxildir. Düzәlişlәr maliyyә vәziyyәti haqqında konsolidә 

edilmiş üçüncü hesabatın (a) Qrup mühasibat uçotunu keçmiş dövrlәrә aid etmәklә tәtbiq etdikdә vә 

ya  maliyyә  hesabatlarındakı  maddәlәri  keçmiş  dövrlәrә  aid  etmәklә  yenidәn  bәyan  etdikdә  vә  ya 

yenidәn tәsniflәndirdikdә vә (b) keçmiş dövrlәrә aid olunan tәtbiq, yenidәn bәyannamә vә ya yenidәn 

tәsniflәndirmә  maliyyә  vәziyyәti  haqqında  konsolidә  edilmiş  üçüncü  hesabatdakı  mәlumata  mühüm 

tәsir  etdikdә  tәlәb  olunduğunu  müәyyәn  edir.  Düzәlişlәrә  әsasәn  maliyyә  vәziyyәti  haqqında 

konsolidә edilmiş üçüncü hesabata әlaqәdar qeydlәrin әlavә olunmaması tәlәb edilmir.  

 

“Açıqlamalar - Maliyyә aktivlәrinin vә maliyyә öhdәliklәrinin әvәzlәşdirilmәsi” üzrә MHBS 7-yә 

düzәlişlәr  

 

MUBS  32  “Maliyyә  Alәtlәri:  Tәqdimat”  müәyyәn  meyarlar  tәmin  edildikdә  maliyyә  aktivlәrinin  vә 



maliyyә  öhdәliklәrinin  әvәzlәşdirilmәsini  tәlәb  edir.  MHBS  7-yә  düzәlişlәr  müәssisәlәrdәn  qüvvәdә 

olan qarşılıqlı әvәzlәşdirmә haqqında әsas razılaşmaya vә ya oxşar razılaşmalara әsasәn konsolidә 

edilmiş maliyyә alәtlәri üzrә әvәzlәşdirmә vә әlaqәdar әmәliyyatlar (mәsәlәn, girovun uçotu ilә bağlı 

tәlәblәr) üçün hüquqlara dair mәlumatın açıqlanmasını tәlәb edir. 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə