Microsoft Word Audit Ataholding ifrs cons fs 2013-az revised doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68253
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

 

 

32

 



Buraxılmış, lakin hәlә qüvvәyә minmәmiş yeni vә düzәliş edilmiş MHBS-lәr   

 

Qrup buraxılmış, lakin hәlә qüvvәyә minmәmiş aşağıdakı yeni vә düzәliş edilmiş MHBS-lәri tәtbiq 



etmәmişdir:  

 

MHBS 9 Maliyyә alәtlәri  



MHBS 9-un icbari tәtbiq tarixi vә keçid açıqlamaları haqqında MHBS 9 vә MHBS7-yә düzәlişlәr 

MHBS 10, MHBS 12 vә İnvestisiya mülkiyyәti haqqında MUBS 27-yә düzәlişlәr

Maliyyә aktivlәrinin vә maliyyә öhdәliklәrinin әvәzlәşdirilmәsi haqqında MUBS 32-yә düzәlişlәr 



Aktivlәrin dәyәrsizlәşmәsi  haqqında MUBS 36-ya düzәlişlәr

Maliyyә Alәtlәri: Tanınma vә qiymәtlәndirmә haqqında MUBS 39-a düzәlişlәr



İcbari ödәnişlәr haqqında MHBSKŞ 21-ә düzәlişlәr

 

1



 Daha erkәn tәtbiqinә icazә verilmәklә, 1 yanvar 2014-cü il tarixdә başlayan vә ya ondan sonrakı illik 

dövrlәr üçün qüvvәdәdir.   

 

MHBS 9 Maliyyә Alәtlәri  

 

2009-cu ilin noyabr ayında buraxılmış MHBS 9 maliyyә aktivlәrinin tәsnifatı vә qiymәtlәndirilmәsi üçün 



yeni  tәlәblәri  tәqdim  edir.  Maliyyә  öhdәliklәrinin  tәsnifatı  vә  ölçülmәsi,  habelә  tanınmasının 

dayandandırılması ilә bağlı yeni tәlәblәrin daxil edilmәsi mәqsәdilә 2010-cu ilin oktyabrında MHBS 9-

a düzәliş olunmuşdur.  

 

MHBS 9 üzrә әsas tәlәblәr:   



 

 

Maliyyә Alәtlәri: Tanınma vә Ölçülmә” adlı 39 saylı MUBS-un әhatә dairәsinә daxil olan bütün 



tanınmış  maliyyә  aktivlәrinin  sonradan  amortizasiya  olunmuş  yaxud  әdalәtli  dәyәrlә  ölçülmәsi 

tәlәb  olunur.    Xüsusilә  dә,  müqavilә  üzrә  pul  daxilolmalarının  yığılması  mәqsәdini  daşıyan 

biznes  modeli  çәrçivәsindә  saxlanılan  vә  müqavilә  üzrә  pul  daxilolmaları  yalnız  әsas  borc 

mәblәği, elәcә dә ödәnilmәmiş әsas borc mәblәği üzrә faizlәrin ödәnilmәsindәn ibarәt olan borc 

investisiyaları  ümumiyyәtlә  növbәti  hesabat  dövrlәrinin  sonunda  amortizasiya  edilmiş  dәyәrlә 

ölçülür. Bütün digәr borc vә kapitala investisiya qoyuluşları növbәti hesabat dövrlәrinin sonunda 

әdalәtli dәyәrlә ölçülür. Bundan başqa Maliyyә alәtlәri haqqında MHBS 9-a әsasәn müәssisәlәr 

(ticarәt  üçün  saxlanılmayan)    yalnız  dividend  üzrә  gәliri  mәcmu  gәlirlәr  haqqında  konsolidә 

edilmiş  hesabatda  tanımaq  şәrtilә  kapitala  investisiyanın  әdalәtli  dәyәrindә  sonrakı 

dәyişikliklәrin  digәr  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatda  tәqdim  edilmәsi  ilә 

bağlı yekun seçim edә bilәrlәr.  

 

9  saylı  MHBS-ә  әsasәn  әdalәtli  dәyәri  mәnfәәt  vә  ya  zәrәrdә  tanınan  kimi  müәyyәn  edilmiş 



maliyyә  öhdәliklәri  halında,  bu  cür  maliyyә  öhdәliyi  üzrә  kredit  riskindәki  dәyişikliyә  aid  edilәn 

onun әdalәtli dәyәrindә baş vermiş dәyişiklik öhdәlik üzrә kredit riskindә baş vermiş dәyişikliyin 

tәsir  nәticәlәrinin  digәr  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatda  tanınması 

mәnfәәt  vә  ya  zәrәr  üzrә  uçot  qeydlәrindә  uyğunsuzluqların  baş  vermәsinә  vә  ya  artmasına 

gәtirib  çıxarmadığı  halda  digәr  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatda  tәqdim 

olunur.  Maliyyә  öhdәliyinin  kredit  riskinә  aid  edilәn  әdalәtli  dәyәrdә  baş  vermiş  dәyişiklik 

sonradan  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatda  tәkrar  tәsnif  edilmir.  39  saylı 

MUBS-ә  әsasәn  әdalәtli  dәyәri  mәnfәәt  vә  ya  zәrәrdә  tanınan  kimi  müәyyәn  edilmiş  maliyyә 

öhdәliyinin  әdalәtli  dәyәrindәki  dәyişikliklәrin  mәblәği  bütövlüklә  mәcmu  gәlirlәr  haqqında 

konsolidә edilmiş hesabatda tәqdim olunur.   

 

Hecinq uçotunu riskin idarә edilmәsinә daha yaxşı uyğunlaşdırmaq üçün hecinqin uçotu ilә bağlı 



tәlәblәrә düzәliş edilmişdir. Bu standart müәssisәlәrә uçot siyasәtlәri ilә әlaqәdar MHBS 9-dakı 

hecinqin uçotu tәlәblәrini tәtbiq etmәk vә ya bütün hecinqlәr üçün MUBS 39-un tәtbiqini davam 

etdirmәk seçimini verir, belә ki, standart hazırda makro hecinqin uçotu ilә bağlı mәsәlәlәri әhatә 

etmir. 


 

MHBS 9 2018-ci ilin yanvar ayından etibarәn qüvvәdә olacaq.  

 

Qrupun  rәhbәrliyi,  MHBS  9-un  gәlәcәkdә  tәtbiqinin  onun  maliyyә  alәtlәri  vә  maliyyә  öhdәliklәri  ilә 



bağlı  açıqlanan mәblәğlәrә әhәmiyyәtli dәrәcәdә tәsir edә  bilәcәyini düşünür. Lakin  tam tәhlil başa 

çatmayana qәdәr MHBS 9-un tәsiri ilә bağlı әsaslı tәxminin irәli sürülmәsi mәqsәdәuyğun deyildir. 



 


 

 

33

 



İnvestisiya müәssisәlәri haqqında MHBS 10, MHBS 12 vә MUBS 27-yә düzәlişlәr   

 

MHBS  10-a  düzәlişlәr  investisiya  müәssisәsini  müәyyәn  edir  vә  investisiya  müәssisәsi  anlayışına 

uyğun olan hesabatçı müәssisәdәn öz törәmә müәssisәlәrini konsolidasiya etmәmәyi, bunun әvәzinә 

onları öz konsolidә edilmiş vә fәrdi maliyyә hesabatlarında mәnfәәt vә ya zәrәr hesabları üzrә әdalәtli 

dәyәrlә göstәrmәyi tәlәb edir.  

 

İnvestisiya  müәssisәsi  kimi  fәaliyyәt  göstәrmәk  üçün  hesabatçı  müәssisәdәn  aşağıdakılar  tәlәb 



olunur:  

 

 



Bir vә ya daha çox investordan onları peşәkar investisiya idarәetmә xidmәtlәri ilә tәmin etmәk 

üçün vәsaitlәr almaq;  

 

İnvestorlar qarşısında biznes mәqsәdinin yalnız kapitalın dәyәrindәki artımdan vә ya investisiya 



gәlirindәn  vә  ya  hәr  ikisindәn  mәnfәәtin  әldә  edilmәsindәn  ibarәt  olması  barәdә  öz  üzәrinә 

öhdәlik götürmәk; vә  

 

Bütün  investisiyalar  üzrә  әdalәtli  dәyәr  әsasında  fәaliyyәt  nәticәlәrini  qiymәtlәndirmәk  vә 



müәyyәn etmәk.  

 

İnvestisiya müәssisәlәri üçün yeni açıqlama tәlәblәrini tәtbiq etmәk mәqsәdilә MHBS 12-yә vә MUBS 



27-yә  növbәti  düzәlişlәr  edilmişdir.  Qrup  investisiya  müәssisәsi  olmadığından  Qrupun  rәhbәrliyi 

investisiya  müәssisәlәrinә  düzәlişlәrin  onun  maliyyә  hesabatlarına  hәr  hansı  tәsir  edәcәyini 

düşünmür. 

 

MHBS 14 Tariflәrin tәnzimlәnmәsi üzrә tәxirә salınmış hesablar 

 

MHBS  14  faiz  dәrәcәlәrinin  tәnzimlәnmәsindәn  yaranan  tәxirә  salınmış  hesab  qalıqları  üçün  uçotu 



müәyyәn  edir.  Bu  standart  faiz  dәrәcәsinin  tәnzimlәnmәsinә  aid  edilәn  mәblәğlәri  uçotda  әvvәllәr  

ÜQMUP-a uyğun olaraq әks etdirәn vә MHBS-lәri yalnız ilk dәfә tәtbiq edәn tәrәflәrә aiddir. MHBS 14 

MHBS-lәri ilk dәfә tәtbiq edәnlәrә müәyyәn dәyişikliklәr etmәklә faiz dәrәcәlәrini әvvәlki ÜQMUP-in 

uçot qaydaları ilә tәnzimlәmәkdә davam etmәyә icazә verir. Bu standart tariflәrin tәnzimlәdiyi tәxirә 

salınmış hesab qalıqlarının maliyyә vәziyyәti haqqında hesabatda vә hәmin qalıqlardakı hәrәkәtlәrin 

mәnfәәt vә ya zәrәr vә digәr mәcmu gәlirlәr haqqında hesabatda ayrıca tәqdim olunmasını tәlәb edir. 

Tariflәrin  tәnzimlәnmәsi  formalarını  onların  mahiyyәtini  vә  aidiyyәti  risklәri  müәyyәn  etmәk  üçün 

açıqlamalar tәlәb olunur. MHBS 14 müәssisәnin ilk MHBS әsasında hazırlanmış maliyyә hesabatları 

üçün daha erkәn tәtbiqinә icazә verilmәklә, 1 yanvar 2016-cı il vә ya bu tarixdәn sonrakı dövrlәr üçün 

qüvvәdәdir. 

 

MHBS 15 Müştәrilәrlә Müqavilәlәr üzrә Gәlirlәr 

 

Bu  standart  Mühasibat  Uçotunun  Bәynәlxalq  Standartları  Şurası  ilә  Maliyyә  Uçotunun  Bәynәlxalq 

Standartları Şurası arasında 2002-ci ildә başlamış konvergensiya layihәsi nәticәsinde hazırlanmışdır. 

Standart  1  yanvar  2017-ci  il  tarihindә  başlayan  ve  bu  tarixdәn  sonraki  dövrler  üçün  icbari  şekilde 

tәtbiq edilmәlidirş Bununla bәlә, her hansı yerli qanunvericilik tәlәblәrinden asılı olaraq erkәn tәtbiqinә 

icaze verilir. 

 

MHBS  15,  MHBS-ә  әsaslanan  hesabatları  teqdim  edәn  tәrәfin  gәlirlәri  necә  ve  nә  zaman 



tanıyacağını  müәyyәn  edirç  elәcә  dә  maliyyә  hesabatı  istifadәçilerini  mәlumatlandırıcı  vә  müvafıq 

açıqlamalarla tәmin etmәyi belә müәssisәlәrdәn tәlәb edir. Hәmçinin, bu standart, müştәrilәrlә bütün 

müqavilәlәre  tәtbiq  edilmәli  olan  vahid,  müәyyәn  prinsiplәrә  әsaslanan  beş  mәrhәlәli  model  tәqdim 

edir. 


 

Qrupun  rәhbәrliyi  bu  standartın  tәtbiqinin  onun  konsolidә  edilmiş  maliyyә  hesabatlarına  hәr  hansı 

әhәmiyyәtli tәsiri olacağını düşünmür. 

 

Maliyyә aktivlәrinin vә Maliyyә öhdәliklәrinin  әvәzlәşdirilmәsi haqqında MUBS 32-yә 



düzәlişlәr.  MUBS  32-yә  düzәlişlәr  maliyyә  aktivlәrinin  vә  maliyyә  öhdәliklәrinin  әvәzlәşdirilmәsi  ilә 

bağlı tәlәblәrә aydınlıq gәtirir. Xüsusilә dә, bu düzәlişlәr “hazırda әvәzlәşdirmә üçün hüquqi qüvvәyә 

malik olan” vә “eyni zamanda satış vә hesablaşmanın aparılması” ifadәsinin mәnasına aydınlıq gәtirir.   

 

Qrup  әvәzlәşdirilmәli  olan  hәr  hansı  maliyyә  aktivlәrinә  vә  ya  maliyyә  öhdәliklәrinә  malik 



olmadığından onun rәhbәrliyi MUBS 32-yә bu düzәlişlәrin tәtbiqinin Qrupun konsolidә edilmiş maliyyә 

hesabatlarına mühüm tәsir edәcәyini düşünmür. 

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə