63
31 dekabr 2013-cü il
31 dekabr 2012-ci il
Sәviyyә 2
Cәmi
Sәviyyә 2
Cәmi
Maliyyә aktivlәri:
Azәrbaycan
Respublikasının Mәrkәzi
Bankına yerlәşdirilmiş pul
vәsaitlәri vә qalıqlar
73,881,417
73,881,417
24,741,127
24,741,127
Satılabilәn investisiyalar
31,103,551
31,103,551
50,256,559
50,256,559
Maliyyә lizinqinә xalis
investisiya
90,310
90,310
561,254
561,254
Digәr maliyyә aktivlәri
1,379,867
1,379,867
2,076,445
2,076,445
Maliyyә öhdәliklәri:
Digәr borc alınmış
vәsaitlәr
74,554,325
74,554,325
28,836,034
28,836,034
Digәr maliyyә öhdәliklәri
2,292,962
2,292,962
2,184,637
2,184,637
Satılabilәn investisiyalar maliyyә vәziyyәti haqqında hesabatda әdalәtli dәyәrlә tanınır. Bazar şәrtlәri
әsasında qeyd edilәn maliyyә alәtlәrinә dair bağlanan müqavilәlәrin qısamüddәtli olması
sәbәbindәn, ARMB-dәki nağd vәsaitlәrin vә qalıqların, digәr maliyyә aktivlәrinin vә öhdәliklәrinin,
banklara ödәnilәcәk vәsaitlәrin balans dәyәri tәxmini olaraq onların әdalәtli dәyәrini әks etdirir.
35. KAPİTAL RİSKİNİN İDARӘ EDİLMӘSİ
Kapitalı idarә edәrkәn Qrupun mәqsәdi Azәrbaycan Respublikası Mәrkәzi Bankı vә Maliyyә Nazirliyi
tәrәfindәn tәyin edilmiş tәlәblәrә riayәt etmәk, Qrupun gәlәcәkdә fasilәsiz fәaliyyәtini qorumaq vә
kapitalın adekvatlığı әmsalına vә kapitalın strukturuna nail olmaq üçün kifayәt qәdәr kapital bazası
saxlamaqdır.
Azәrbaycan Respublikası Mәrkәzi Bankı tәrәfindәn tәyin edilmiş kapitalın adekvatlığı әmsalının
yerinә yetirilmәsi hesablamaların daxil edildiyi vә hәr ay Maliyyә Direktoru, Baş mühasib, Audit
Departamentinin rәhbәri, Audit Komitәsinin rәhbәri vә Qrupun törәmә müәssisәsi olan “AtaBank”
ASC-nin Müşahidә Şurasının Rәhbәri tәrәfindәn tәhlil olunaraq imzalanmış hesabatla tәnzimlәnir.
Kapital idarәedilmәsinin digәr göstәricilәri illik qiymәtlәndirilir.
Azәrbaycan Respublikası Mәrkәzi Bankı tәrәfindәn tәyin edilmiş cari kapital tәlәblәrinә әsasәn
banklar: (a) minimum olaraq AZN 50,000,000 AZN mәblәğindә cәmi kapital saxlamalı (2012:
10,000,000 AZN) ; (b) risk üzrә ölçülmüş aktivlәrlә bağlı idarәetmә kapitalı әmsalını (“nizamnamә
kapitalı әmsalı”) minimum 12% hәcmindә vә ya daha yüksәk sәviyyәdә saxlamalı (2012:12%) vә (c)
risk üzrә ölçülmüş aktivlәrlә bağlı 1-ci dәrәcәli kapital әmsalını 6% hәcmindә vә ya daha yüksәk
sәviyyәdә saxlamalıdır (2012: 6%).
Azәrbaycan Respublikasının Mәrkәzi Bankının tәlәblәrinә әsasәn 31 dekabr 2013 vә 2012-ci il
tarixlәrinә “Atabank” ASC-nin hesablanmış kapital strukturu aşağıdakı cәdvәldә göstәrilmişdir:
31 dekabr
2013-cü il
31 dekabr
2012-ci il
1-ci dәrәcәli kapital
36,510,698
27,086,369
Cәmi kapital
45,318,404
34,729,984
1-ci dәrәcәli kapital әmsalı
10.91%
10.10%
Yerli kapital әmsalı
13.54%
12.73%
Qrupun törәmә şirkәti olan “AtaSığorta” ASC-nin rәhbәrliyi kapital strukturunu hәr rüb nәzәrdәn
keçirir. Bu yoxlamanın bir hissәsi kimi rәhbәrlik kapitalın dәyәrini vә kapitalın hәr sinfi üzrә risklәri
nәzәrdәn keçirir. Qrupun kapital strukturu kapitalda dәyişikliklәr haqqında hesabatda açıqlandığı kimi
investisiyalardan vә buraxılmış kapital, ehtiyatlar vә bölüşdürülmәmiş mәnfәәtdәn tәşkil olunmuş
kapitaldan ibarәtdir. Rәhbәrlik kapitalın strukturunu hәr rüb nәzәrdәn keçirir.
64
Aşağıdakı cәdvәldә tәlәb olunan minimum kapitalın vә “AtaSığorta” ASC tәrәfindәn saxlanılan
idarәetmә kapitalının icmalı tәqdim olunur:
31 dekabr
2013-cü il
31 dekabr
2012-ci il
Saxlanılan mәcburi idarәetmә kapitalı
6,745,668
5,551,425
Minimum idarәetmә kapitalı
5,000,000
4,000,000
Sәhmdar kapitalı
7,600,000
5,000,000
Saxlanılan mәcburi idarәetmә kapitalının hesablamalarında MHBS rәqәmlәri әsas götürülmәmişdir.
“AtaSığorta” ASC kapitalın adekvatlığını Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi tәrәfindәn
tәsdiq olunmuş formada hesablamaq üçün prudensial hesabatlardan istifadә edir.
36. RİSKİN İDARӘ EDİLMӘSİ QAYDALARI
Risklәrin idarә edilmәsi Qrupun bankçılıq vә sığorta fәaliyyәti üçün mühüm әhәmiyyәt kәsb edir vә
Qrup әmәliyyatlarının әsas elementini tәşkil edir. Qrupun әmәliyyatlarına xas olan әsas risklәr
aşağıdakılarla bağlıdır:
Kredit riski;
Likvidlik riski;
Bazar riski;
Sığorta riski.
Qrup effektiv vә sәmәrәli riskin idarәedilmәsi prosesinin tәtbiqinin önәmli olması faktını qәbul edir.
Belә prosesin tәtbiqinә imkan yaratmaq üçün Qrup riskin idarә edilmәsi çәrçivәsini yaratmışdır ki,
bunun әsas mәqsәdi dә Qrupu risklәrdәn qorumaqdan vә Qrupa qarşıda qoyulmuş fәaliyyәt
mәqsәdlәrinә nail olması üçün imkan yaratmaqdan ibarәtdir. Risklәrin idarә edilmәsi çәrçivәsi
vasitәsilә Qrup aşağıdakı risklәrin idarә edilmәsini hәyata keçirir:
Kredit risk
Qrup kredit riskinә mәruz qalır ki, bu da maliyyә alәti üzrә bir tәrәfin öz öhdәliklәrini yerinә yetirә
bilmәmәmәsi vә bunun digәr tәrәfә maliyyә zәrәrinin dәymәsi ilә nәticәlәnmәsindәn yaranan riskdir.
Riskin idarәedilmәsi vә monitorinqi müәyyәn edilmiş sәlahiyyәtlәr çәrçivәsindә hәyata keçirilir. Bu
proseslәr Kredit Komitәsi vә Qrupun İdarә Heyәti tәrәfindәn icra edilir.
Kredit Komitәsi tәrәfindәn hәr hansı müraciәt edilmәyәnә qәdәr, kredit proseslәri üzrә bütün tövsiyәlәr
(borcalan üçün tәsdiq edilmiş hәdlәr vә ya kredit razılaşmalarına edilmiş düzәlişlәr vә sair) filialın riskin
idarәedilmәsi üzrә direktoru yaxud Risklәrin İdarәedilmәsi Departamentinin meneceri tәrәfindәn tәhlil
edilir vә tәsdiqlәnir. Gündәlik riskin idarәedilmәsi prosesi Kredit Departamentlәrinin vә Filialların Kredit
Bölmәlәrinin rәhbәri tәrәfindәn hәyata keçirilir.
Qrup bir borcalan yaxud borcalan qrupları vә sәnaye seqmentlәri üzrә qәbul edilmiş risklәrin
mәblәğini mәhdudlaşdırmaqla üzәrinә götürdüyü kredit risklәri sәviyyәsini strukturlaşdırır. Borcalan
yaxud mәhsul (sәnaye sektoru) üzrә kredit riski sәviyyәsinә qarşı qoyulmuş mәhdudiyyәt İdarә
Heyәti tәrәfindәn rüblük tәsdiqlәnir. Banklar vә brokerlәr daxil olmaqla hәr hansı bir borcalan halında
riskә mәruzqalma hәddi daha sonra balans vә balansdankәnar maddәlәrlә bağlı risklәri әhatә
etmәklә Kredit Komitәsi tәrәfindәn müәyyәn olunmuş alt-limitlәrlә mәhdudlaşır. Limitlәr üzrә faktiki
riskә mәruzqalma hallarına gündәlik nәzarәt olunur.
Müvafiq hesab edilәn hallarda vә әksәr kreditlәrlә әlaqәdar olaraq Qrup girov, elәcә dә fәrdi vә
korporativ zәmanәtlәr qәbul edir. Bәzi kredit mәblәğlәri qeyd olunan tәminat vasitәlәrinin әldә
edilmәsi mümkün olmayan fәrdi şәxslәrә verilmiş kreditlәrdәn ibarәtdir. Belә kreditlәr davamlı olaraq
nәzarәtdә saxlanılır vә illik yaxud daha qısa müddәtlәrdә tәhlil edilir.
Kreditlәrin ayrılması üzrә öhdәliklәr kredit, zәmanәt vә ya akkreditiv formasında çıxış edәn istifadә
edilmәmiş kredit vәsaitlәrindәn ibarәtdir. Balansdankәnar maliyyә alәtlәri üzrә kredit riski müqavilә
tәrәfinin müqavilә şәrtlәri vә müddәalarına әmәl edә bilmәmәsi nәticәsindә zәrәrin baş vermә