78
Aşağıdakı cәdvәllәr 31 dekabr 2013 vә 2012-ci il tarixlәrinә müqavilә şәrtlәrinә daxil olan
sığortalanmış zәrәr hәdlәrinin (ümumi vә tәkrarsığortaçıların payı) hәr müqavilә növü üzrә
cәmlәşmәsini açıqlayır:
31 dekabr 2013-cü il
31 dekabr 2012-ci il
Ümumi
Tәkrarsığorta
-çının payı
Xalis
saxlanma
Ümumi
Tәkrarsığorta-
çının payı
Xalis
saxlanma
Avtomobil
1,884,436,449
(27,900,791)
1,856,535,658
2,861,054
-
2,861,054
Әmlak
588,820,635
(325,267,696)
263,552,939
52,352,421
(29,524,847)
22,827,574
Tibbi
127,232,810
(248,772)
126,984,038
265,545,805
(18,117,348)
247,428,457
Üçüncü tәrәflәr
qarşısında öhdәliyin
sığortası
18,070,150
(16,412,527)
1,657,623
4,629,200
(3,900,141)
729,059
İşәgötürәnin
mәsuliyyәtinin
sığortası
6,447,979
(5,422,375)
1,025,604
496,114
(94,718)
401,396
Bank әmәliyyatları
1,000,000
(3,000,000)
(2,000,000)
254,919,964
(185,476,436)
69,443,528
Gәmilәr
495,411,750
(495,411,750)
-
-
-
-
Karqo
3,316,273
(1,989,015)
1,327,258
211,784,736
(32,058,726)
179,726,010
İstismar müddәti
-
-
3,370,000
(3,250,000)
120,000
Digәr
-
(66,500)
(66,500)
6,000
-
6,000
Cәmi
3,124,736,046
(875,719,426)
2,249,016,620
795,965,294
(272,422,216)
523,543,078
Yuxarıdakı cәdvәldә açıqlanan bütün sığorta risklәri Azәrbaycan Respublikası üzrә cәmlәşmişdir.
Tәkrarsığorta siyasәti
Tәkrarsığorta sığorta riskini idarә etmәk üçün bir vasitә kimi istifadә olunur. Lakin bu, Qrupu әsas
sığortaçı kimi öhdәlikdәn azad etmir. Әgәr tәkrarsığortaçı hәr hansı sәbәbdәn iddia üzrә ödәniş edә
bilmәzsә, Qrup sığorta polisi sahibinә bu ödәnişi etmәk öhdәliyi daşıyır. Tәkrarsığortaçının kredit
ödәmә qabiliyyәtinә hәr il istәnilәn yeni müqavilә tәsdiq olunmazdan әvvәl maliyyә imkanları
nәzәrdәn keçirmәklә yenidәn baxılır. Qrupun nәqliyyat vasitәlәri, üçüncü tәrәflәr qarşısında öhdәlik
vә işәgötürәnin mәsuliyyәt öhdәliyi, bәdbәxt hadisәdәn fәrdi sığortalanma vә әmlakın
sığortalanması portfellәrinin mühüm hissәsi xarici tәkrarsığorta şirkәtlәri tәrәfindәn 50,000 Avrodan
artıq lakin 2,000,000 Avro hәddinә qәdәr zәrәrlәri әhatә edәn müqavilәlәr әsasında
tәkrarsığortalanır.
Yuxarıda qeyd olunan müqavilәlәrdәki hәddi aşan digәr böyük risklәr xarici fakultativ tәkrarsığorta
müqavilәlәri әsasında ödәnilir, lakin kiçik risklәrin әksәriyyәti Qrup tәrәfindәn o şәrtlә saxlanılır ki,
istәnilәn sığorta polisi әsasında saxlanılan risk Qrupun sәhmdar kapitalının 10 %-dәn çox olmasın.
Qrupun tәkrarsığorta qaydalarını idarә edәn Tәkrarsığorta departamenti bütün tәkrarsığortaçıların
kredit ödәmә qabiliyyәtini reytinq agentliklәri tәrәfindәn tәqdim olunan kredit dәrәcәlәrini vә
ictimaiyyәtә açıq olan digәr maliyyә mәlumatını nәzәrdәn keçirmәklә qiymәtlәndirir. Qrupun
әmәkdaşlıq etdiyi tәkrarsığorta şirkәtlәri әsasәn Böyük Britaniyada, Amerika Birlәşmiş Ştatlarında,
Almaniyada, Rusiya vә Fransada yerlәşәn şirkәtlәrdir. Tәkrarsığorta departamenti müqavilәlәr vә
uzunmüddәtli sığorta polislәrin tәkrarsığortaçıları üçün beynәlxalq reytinqlәr üzrә minimum hәdlәri
“A” kimi müәyyәn etmiş, lakin tәkrarsığorta şirkәtlәrinin seçilmәsi üçün bütün digәr yerlәşdirmәlәrlә
bağlı beynәlxalq reytinqlәr üzrә minimum hәdlәr hәlә müәyyәn olunmamışdır.
Ayrı-ayrı әmәliyyat bölmәlәri davamlı olaraq biznes әmәliyyatları apardıqları mühüm müqavilә
sahiblәri ilә ödәniş tarixlәrinin qeydiyyatını aparır. Fәrdi qarşı tәrәflәrә tәsiri digәr mexanizmlәrlә
tәnzimlәnir, mәsәlәn, әvәzlәşdirmә hüququ, burada qarşı tәrәflәr hәm Qrupun debitorları, hәm dә
kreditorlarıdır. Qrupa hesabat olunan idarәetmә mәlumatına kreditlәr vә debitor borcları üzrә
dәyәrsizlәşmә ehtiyatlarının vә sonrakı silinmәlәrin tәfsilatı daxildir. Daxili audit Qrupun kredit
prosedurlarının yerinә yetirilmә dәrәcәsini qiymәtlәndirmәk üçün mütәmadi yoxlamalar keçirir. Fәrdi
sığorta polisi sahiblәrinә vә bir qrup sığorta polisi sahiblәrinә tәsirlәr kredit ödәmә qabiliyyәti ilә bağlı
nәzarәtlәrin davamlı monitorinqi zamanı toplanır.
79
Fәrdi sığorta polisi sahiblәrinә vә ya sığorta polisi sahiblәrinin eyni qruplarına mühüm tәsir olduqda
Qrupun risk departamenti tәrәfindәn maliyyә tәhlili aparılır.
Sığorta zәrәri ehtiyatlarının tәxmin edilmәsi
Zәrәrlәr üçün ehtiyatlar Qrupun әvvәlki dövrlәrә aid mәlumatlarına әsaslanan aktuari üsulu ilә
hesablanır. Ödәnilmәmiş iddiaların (hesabat olunmuş vә olunmamış) tәxmini dәyәrini hesablayarkәn
Qrup, zәrәr әmsalı ilә bağlı tәxminlәrә (zәrәr әmsalı, sığorta iddialarının mәcmu dәyәri vә bu cür
iddialarla bağlı müәyyәn maliyyә ilindә qazanılmış sığorta mükafatları arasında nisbәt kimi müәyyәn
edilir) vә hәmin tәxminlәr әvvәlcәdәn müәyyәn edilmiş formulu istifadә etmәklә daha çox әhәmiyyәt
verilәn faktiki iddialar tәcrübәsinә әsaslanır.
İlkin zәrәr әmsalının hesablanması qiymәtlәndirmә vasitәsi kimi mühüm amildir vә sığorta
haqlarındakı dәyişikliklәr, gözlәnilәn bazar tәcrübәsi vә iddialar üzrә әvvәlki dövrün inflyasiyası kimi
faktorları nәzәrә alan keçmiş illәrin tәcrübәsinә әsaslanır. Cari il üçün istifadә edilәn zәrәr әmsalların
ilkin tәxmini (tәkrarsığortadan әvvәl) cari vә әvvәlki ildә qazanılmış sığorta haqlarının risk növünә
görә tәhlil edilir.
Baş vermiş, lakin bildirilmәmiş zәrәrlәr ehtiyatının (“IBNR”) tәxmin edilmәsi artıq hesabat olunmuş
iddialarla әlaqәli xәrcin tәxmin edilmәsinә nisbәtәn daha qeyri-müәyyәndir. Baş vermiş, lakin
bildirilmәmiş iddialar onların yaranmasına sәbәb olan hadisәdәn bir neçә il keçmәyәnә qәdәr Qrupa
mәlum olmaya bilәr.
Hesabat olunmuş, lakin ödәnilmәmiş iddiaların dәyәri üzrә öhdәliyi hesablayarkәn Qrup zәrәr
qiymәtlәndiricilәrindәn әldә edilmiş istәnilәn mәlumatı vә әvvәlki dövrlәrdә oxşar xüsusiyyәtlәrә
malik iddiaların ödәnilmәsi xәrcinә dair mәlumatı nәzәrә alır. Böyük iddialar fәrdi qaydada
qiymәtlәndirilir vә ya onların artımının vә fәaliyyәt sahәsinin portfelin digәr hissәsinә mümkün
tәhrifedici tәsirini nәzәrә almaq üçün ayrıca proqnozlaşdırılır. Mümkün olduqda, Qrup ehtiyatların
tәlәb olunan sәviyyәsini müәyyәn etmәk üçün müxtәlif üsullardan istifadә edir. Bu, proqnozlaşdırılan
tәcrübәyә xas olan tendensiyalar haqqında daha çox mәlumat әldә etmәyә imkan yaradır. Müxtәlif
metodologiyalar vasitәsilә verilmiş proqnozlar da mümkün nәticәlәrin hәcminin qiymәtlәndirilmәsinә
kömәk edir. Müvafiq hesablama üsulu fәaliyyәt növünün xüsusiyyәtlәrini vә bәdbәxt hadisәnin baş
verdiyi hәr il üzrә artım dәrәcәsini nәzәrә almaqla seçilir.
İddiaların artımı cәdvәllәri
Aşağıdakı cәdvәllәrdә dövr üzrә iddiaların hәm ümumi artımı, hәmdә tәkrarsığorta bazası
çıxılmaqla artımı göstәrilir.
İddiaların artım tәhlili – ümumi :
İddianın ödәnildiyi il
İllәr
0
1
2
3
Hadisә
ili
2009
500
3,996
-
-
2011
1,620,383
563,735
127
2012
2,374,213
459,299
2013
2,482,429
İddiaların artım tәhlili – xalis:
İddianın ödәnildiyi il
İllәr
0
1
2
Hadisә
ili
2011
117,547
37,057
32
2012
102,277
196,119
2013
221,560
80
Fәrziyyәlәr vә hәssaslıqlar
İddiaların tezliyi vә әhәmiyyәtliliyi.
Qrup iddiaların tezliyi vә әhәmiyyәtliliyi ilә bağlı risklәri özünün anderraytinq strategiyası, müvafiq
tәkrarsığorta tәdbirlәri vә iddiaların fәal hәlli yolu ilә idarә edir.
Anderraytinq strategiyası sığortalanmış risklәrin riskin növü vә mәblәği, elәcә dә aid olduğu sәnaye
sahәsi üzrә müxtәlifliyini tәmin etmәyә yönәlmişdir.
Anderraytinq hәdlәri müvafiq riskin seçilmәsi meyarını yerinә yetirmәk üçün qaydasındadır. Mәsәlәn,
Qrup fәrdi sığorta polislәrini yenilәmәmәk hüququna malik deyildir , o, vәsaitlәrin tutulmasını tәlәb
edә bilәr vә o, saxtakarlıq iddiasına görә ödәnişdәn imtina etmәk hüququna malikdir. Sığorta
müqavilәlәri hәmçinin Qrupa bәzi vә ya bütün xәrclәrin (mәsәlәn, subroqasiya) ödәnilmәsi üçün
üçüncü tәrәflәri tәqib etmәk hüququ verir. Tәkrarsığorta tәdbirlәrinә artıq vәsaitlәr, zәrәrin
mәhdudlaşdırılması vә bәdbәxt hadisәlәrin bәrpası daxildir.
Tәkrarsığortadan әvvәl vә sonra qәbul olunmuş sığorta riskinin bütün növlәri ilә bağlı sığorta riskinin
tәsiri aşağıda icmallaşdırılır:
Vergidәn әvvәl mәnfәәt
2013
2012
Zәrәr әmsallarında 5% artım
Ümumi
(139,151)
(195,568)
Xalis
(133,690)
(171,218)
Zәrәr әmsallarında 5% artım
Ümumi
139,151
195,568
Xalis
133,690
171,218
Gәlәcәk iddialar üzrә ödәnişlәrin hesablanmasında qeyri-müәyyәnlik mәnbәlәri
Sığorta müqavilәlәri üzrә iddialar yarandığı zaman ödәnilir. Zәrәr müqavilә müddәtindәn sonra aşkar
olunsa belә, sığorta müqavilәsinin müddәti әrzindә baş vermiş bütün sığortalanmış hadisәlәrә görә
Qrup mәsuliyyәt daşıyır. Nәticә etibarilә, öhdәliklә bağlı iddialar uzun müddәt әrzindә hәll edilir vә
iddia ehtiyatının daha böyük elementi çәkilmiş lakin hesabat olunmamış xәrclәrә aid olur
(IBNR).
Sığorta müqavilәlәrindәki pul vәsaitlәri axınının mәblәğinә vә vaxtına tәsir göstәrәn bәzi dәyişikliklәr
mövcuddur. Onlar әsasәn müqavilәni imzalayan fiziki şәxslәrin hәyata keçirdiyi biznes fәaliyyәtlәrinә
xas olan risklәrә vә qәbul etdiklәri risklәrin idarә edilmәsi prosedurlarına aiddir. Qrupun müqavilәlәri
üzrә ödәnişlәr әsasәn verilmiş pul mükafatlarını әks etdirir. Bu cür ödәnişlәr birdәfәlik aparılır vә
itirilmiş gәlirin vә bәdbәxt hadisә nәticәsindә zәrәr çәkmiş tәrәfin çәkәcәyi reabilitasiya xәrclәrinin
cari dәyәri kimi hesablanır.
İddiaların hesablanmış dәyәrinә gözlәnilәn subroqasiya dәyәri vә qaytarılan digәr vәsaitlәr
çıxılmaqla iddialar üzrә hesablaşma zamanı çәkilәcәk birbaşa xәrclәr daxildir. Qrup iddialar üzrә
mәruzqalmalarla bağlı lazımi mәlumata sahib olmaq üçün bütün müvafiq addımları atır. Lakin,
iddialar üçün ehtiyatların yaradılmasında qeyri-müәyyәnlik olarsa yekun nәticәnin müәyyәn olunan
hәqiqi öhdәlikdәn fәrqli olacağı ehtimal edilir. Bu müqavilәlәr üçün öhdәlik çәkilmiş lakin hesabat
olunmamış xәrclәr üzrә ehtiyatdan, hәlә ödәnilmәmiş iddialar üçün ehtiyatdan vә hesabat dövrünün
sonunda müddәti başa çatmamış risklәr üçün ehtiyatdan ibarәtdir.
İddiaların mәblәği әsasәn mәhkәmә ilә tәyin olunan ödәnilmәli zәrәr mәblәğlәrinin sәviyyәsindәn vә
müqavilә mәsәlәlәri elәcә dә qanun pozuntusu üzrә hüquqi presedentin hazırlanmasından daha çox
asılıdır. Sığorta müqavilәlәri hәmçinin latent iddiaların yeni növlәrinin yaranmasından asılıdır, lakin
hesabat dövrünün sonunda bununla bağlı heç bir ehtiyat daxil edilmir.
Ödәnilmәmiş iddiaların (hesabat olunmuş vә olunmamış) tәxmini dәyәrini hesablayarkәn Qrup, zәrәr
әmsalı ilә bağlı tәxminlәrә (zәrәr әmsalı, sığorta iddialarının mәcmu dәyәri vә bu cür iddialarla bağlı
müәyyәn maliyyә ilindә qazanılmış sığorta mükafatları arasında nisbәt kimi müәyyәn edilir) vә hәmin
tәxminlәr әvvәlcәdәn müәyyәn edilmiş formulu istifadә etmәklә daha çox әhәmiyyәt verilәn faktiki
iddialar tәcrübәsinә әsaslanır.
81
İlkin zәrәr әmsalının hesablanması qiymәtlәndirmә mexanizminin mühüm ehtimalıdır vә sığorta
ödәnişlәrinin dәrәcәsi, gözlәnilәn bazar tәcrübәsi vә tarixi iddiaların inflyasiyası kimi amillәri nәzәrә
almaqla keçmiş illәrin tәcrübәsinә әsaslanır. Cari il üçün istifadә olunan zәrәr әmsallarının ilkin
tәxminı (tәkrarsığortadan әvvәl) aşağıda cari vә әvvәlki illәrdә qazanılan mükafatlar üçün әrazi,
risklәrin növü vә sığortalanmış tәrәfin fәaliyyәt göstәrdiyi sәnaye sahәsi üzrә tәhlil edilir.
Baş vermiş, lakin bildirilmәmiş zәrәrlәrin tәxmin edilmәsi (“IBNR”) tәxmin edilmәsi artıq Qrupa
hesabat olunmuş iddialarla әlaqәli xәrcin tәxmin edilmәsinә nisbәtәn daha qeyri-müәyyәndir. Baş
vermiş, lakin bildirilmәmiş iddialar onların yaranmasına sәbәb olan hadisәdәn bir neçә il keçmәyәnә
qәdәr Qrupa mәlum olmaya bilәr. Sığorta müqavilәlәri üçün ümumi öhdәliyin baş vermiş lakin
bildirilmәmiş hissәsi böyük olmaqla yanaşı belә öhdәliklәrin hesablanmasında çoxlu çәtinliklәr
olduğundan ilkin tәxminlәrlә yekun nәticәlәr arasında mühüm fәrqlәri әks etdirәcәk.
Hesabat olunmuş, lakin ödәnilmәmiş iddiaların dәyәri üzrә öhdәliyi hesablayarkәn Qrup zәrәr
qiymәtlәndiricilәrindәn әldә edilmiş istәnilәn mәlumatı vә әvvәlki dövrlәrdә oxşar xüsusiyyәtlәrә
malik iddiaların ödәnilmәsi xәrcinә dair mәlumatı nәzәrә alır. Böyük iddialar fәrdi qaydada
qiymәtlәndirilir vә ya onların artımının vә fәaliyyәt sahәsinin portfelin digәr hissәsinә mümkün
tәhrifedici tәsirini nәzәrә almaq üçün ayrıca proqnozlaşdırılır.
Mümkün olduqda, Qrup ehtiyatların tәlәb olunan sәviyyәsini müәyyәn etmәk üçün müxtәlif
üsullardan istifadә edir. Bu, proqnozlaşdırılan tәcrübәyә xas olan tendensiyalar haqqında daha geniş
anlayış verir. Müxtәlif metodologiyalar vasitәsilә verilmiş proqnozlar da mümkün nәticәlәrin hәcminin
qiymәtlәndirilmәsinә kömәk edir. Müvafiq hesablama üsulu fәaliyyәt növünün xüsusiyyәtlәrini vә
bәdbәxt hadisәnin baş verdiyi hәr il üzrә artım dәrәcәsini nәzәrә almaqla seçilir.
Qeyd 11-dә göstәrilәn il üçün hesabat olunmuş iddialarla bağlı yekun iddia dәyәrinin hesablaması
tәqdim olunur. Bu Qrupun iddialarla bağlı ödәnişlәr üçün qiymәtlәndirmә vasitәlәrinin düzgünlüyünü
әks etdirir.
Ümumi sığorta müqavilәlәri ilә bağlı risklәr mürәkkәbdir vә bir sıra dәyişikliklәrә mәruzdur ki, bu da
kәmiyyәt hәssaslığı tәhlilini çәtinlәşdirir. Qrup keçmiş iddiaların hazırlanması tәcrübәsinә
әsaslanmaqla müxtәlif statistik vә sığorta mexanizmlәrindәn istifadә edir. Buna orta iddia dәyәri,
yekun iddiaların sayı vә gözlәnilәn zәrәr әmsalı daxildir. Qrup tәrәfindәn öhdәliklәrin hesablanması
zamanı istifadә olunan әsas metodlar aşağıdakılardır:
Zәncirvari pillәkәn;
Gözlәnilәn zәrәr әmsalı.
Qrup hesab edir ki maliyyә vәziyyәti haqqında hesabatda tanınmış ümumi sığorta iddiaları üzrә
öhdәlik düzgündür. Lakin faktiki tәcrübә gözlәnilәn nәticәdәn fәrqlәnәcәk.
Öhdәliyin adekvatlıq testi.
Öhdәliyin adekvatlıq testinә әsasәn 2013 vә ya 2012-ci illәrdә heç bir zәrәr yaranmamışdır.
Әmәliyyat riski
Әmәliyyat riski sistemin işlәmәmәsi, insan sәhvi, fırıldaqçılıq vә ya xarici hadisәlәrin tәsiri nәticәsindә
yaranan zәrәr riskidir. Nәzarәt sistemi düzgün fәaliyyәt göstәrmәdikdә әmәliyyat risklәri nüfuza xәlәl
yetirә, habelә hüquqi vә ya qanuni nәticәlәrә sәbәb ola, yaxud da maliyyә itkilәri ilә nәticәlәnә bilәr.
Qrup bütün әmәliyyat risklәrinin aradan qaldırılmasını planlaşdıra bilmәsә dә, belә risklәri nәzarәt
qaydaları vasitәsilә, elәcә dә mümkün risklәrin monitorinqini vә onlara cavab tәdbirlәrini hәyata
keçirmәklә idarә etmәyә sәy göstәrir. Nәzarәt tәdbirlәrinә vәzifәlәrin effektiv bölgüsü, çıxış, tәsdiqlәmә
vә üzlәşdirmә proseslәri, habelә işçilәrin tәlimi vә qiymәtlәndirmә proseslәri daxildir.
82
37. HESABAT TARİXİNDӘN SONRAKI HADİSӘLӘR
2014-cü ilin iyun ayında Qrup hәr birinin nominal dәyәri 2 AZN olan 19,422,500 әlavә sәhm qeydiyyata
almışdır ki, bu da sәhmdar kapitalının 38,845,000 manat mәblәğindә artmasına sәbәb olmuşdur.
Sәhmdar kapitalında artım 2013-cü ilin sonunda elan olunmuşdur.
Hesabat tarixindәn sonra sәhmdar olan Asbet” Limited şirkәtindәn kreditlәr üzrә 22,576,642 AZN
mәblәğindә ödәniş qәbul olunmuşdur (Qeyd 26).
Dostları ilə paylaş: |