10
Şirkәt 2011-ci ilin dekabr ayında nәqliyyat vasitәlәri vә әmlakın icbari sığortası üzrә lisenziya almış vә
2012-ci ilin yanvar ayında aidiyyatı fәaliyyәtә başlamışdır.
“AtaLizinq” ASC Holdinq Şirkәtin 64% birbaşa, 36%-nә isә “AtaBank” ASC-ti vasitәsilә dolayı
sahiblik etdiyi törәmә müәssisәsidir, belәliklә dә, şirkәt Holdinqin tam nәzarәtindәdir. “AtaLizinq”
ASC Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә 21 iyul 2004-cü il tarixindә qeydiyyatdan
keçmişdir vә 2004-cü ildә öz fәaliyyәtinә başlamışdır. “AtaLizinq” ASC müştәrilәrinә lizinq vә tәkrar
maliyyәlәşdirmә xidmәtlәrini göstәrir. “AtaLizinq” ASC Azәrbaycanın Lizinq Şirkәtlәri Assosiasiyasının
üzvüdür.
“AtaTurizm” MMC Holdinq Şirkәtin 90% birbaşa, 10% isә “Ataİnşaat” MMC tәrәfindәn dolayı sahiblik
etdiyi törәmә müәssisәsidir vә belәliklә dә şirkәt Holdinqin tam nәzarәtindәdir. “AtaTurizm” MMC
Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә 7 mart 2003-cü il tarixindә 0103-P7-37374 saylı
qeydiyyat nömrәsi ilә qeydiyyatdan keçmişdir vә 2003-cü ildә öz әmәliyyatlarına başlamışdır.
“AtaTurizm” MMC öz müştәrilәrinә müxtәlif turizm vә istirahәt xidmәtlәri göstәrir.
“Ataİnkişaf” fondu Holdinq Şirkәtin 100% birbaşa sahiblik etdiyi törәmә müәssisәsidir, belәliklә dә,
şirkәt Holdinq şirkәtin tam nәzarәtindәdir. “Ataİnkişaf Fondu” ASC 25 may 2007-ci il tarixindә
Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә N 1107-Q18-2372 saylı qeydiyyat nömrәsi ilә
qeydiyyatdan keçmişdir. “Ataİnkişaf Fondu” MMC qeyri-mәnfәәt xeyriyyә fondudur.
“AtaTexnologiya” MMC Holdinq Şirkәtin 90% birbaşa, 10% isә “Ataİnşaat” MMC tәrәfindәn dolayı
sahiblik etdiyi törәmә müәssisәsidir vә belәliklә dә şirkәt Holdinqin tam nәzarәtindәdir.
“AtaTexnologiya” MMC Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә 15 oktyabr 2004-cü il
tarixindә N 0104-P75-41179 saylı qeydiyyat nömrәsi ilә qeydiyyatdan keçmişdir vә 2005-ci ildә öz
әmәliyyatlarına başlamışdır. “AtaTexnologiya” MMC öz müştәrilәrinә müxtәlif informasiya
texnologiyaları xidmәtlәri göstәrir.
“Ataİnşaat” MMC Holdinq Şirkәtin 90% birbaşa, 10% isә “AtaTurizm” MMC tәrәfindәn dolayı sahiblik
etdiyi törәmә müәssisәsidir vә belәliklә dә şirkәt Holdinqin tam nәzarәtindәdir. “Ataİnşaat” MMC
Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә 28 mart 2003-cü il tarixindә N 0103-P9-37499 saylı
qeydiyyat nömrәsi ilә qeydiyyatdan keçmişdir vә 2003-cü ildә öz әmәliyyatlarına başlamışdır.
“Ataİnşaat” MMC öz müştәrilәrinә müxtәlif inşaat vә infrastrukturun qurulması xidmәtlәrini göstәrir.
“Interservice” MMC Holdinq Şirkәtin 61% birbaşa, 30% “AtaTurizm” MMC vә 9% “Ataİnşaat” MMC
tәrәfindәn dolayı sahiblik etdiyi törәmә müәssisәsidir vә belәliklә dә şirkәt Holdinqin tam
nәzarәtindәdir. “Ataİnşaat” MMC Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә 3 noyabr 1997ci il
tarixindә N 170 saylı qeydiyyat nömrәsi ilә qeydiyyatdan keçmişdir vә hәmin ildә dә öz
әmәliyyatlarına başlamışdır. “İnterservis” MMC-nin әsas fәaliyyәti “Excelsior” (Azәrbaycan
Respublikasının Bakı şәhәrindә yerlәşәn dәbdәbәli otel) mehmanxana binasının idarә edilmәsindәn
ibarәtdir.
“AtaSәnaye” MMC Holdinq Şirkәtin 90% birbaşa, 10% isә “Ataİnşaat” MMC tәrәfindәn dolayı
sahiblik etdiyi törәmә müәssisәsidir vә belәliklә dә şirkәt Holdinqin tam nәzarәtindәdir. “AtaSәnaye”
ASC Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә 16 aprel 2003-cü il tarixindә N 0103-P11-
37604 saylı qeydiyyat nömrәsi ilә qeydiyyatdan keçmişdir vә 2003-cü ildә öz әmәliyyatlarına
başlamışdır. “AtaSәnaye” MMC Qrupun bütün sәnaye vә istehsal şirkәtlәrinin idarәetmә obyektidir.
“Şәmkir Quşçuluq” MMC Holdinq Şirkәtin 100% bilvasitә sahiblik etdiyi törәmә müәssisәsidir.
(“Şәmkir Quşçuluq” 100% “AtaSәnaye” MMC-nin sahibliyindәdir, “AtaSәnaye” MMC isә 90% birbaşa
“Ataholdinq” ASC, 10% isә dolayı “Ataİnşaat” MMC-nin sahibliyindәdir). “Şәmkir Quşçuluq” MMC
Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә 18 sentyabr 2005-ci il tarixindә qeydiyyatdan
keçmişdir vә 2005-cü ildә fәaliyyәtә başlamışdır. “Şәmkir Quşçuluq” MMC әsasәn kәnd tәsәrrüfatı
fәaliyyәtlәrindә iştirak edir, daha dәqiq desәk quşçuluq vә yumurta istehsalı ilә mәşğul olur.
“SaSa Әt Mәhsulları” MMC 100% birbaşa “AtaSәnaye” MMC-nin sahibliyindәdir. “SaSa Әt Mәhsulları”
MMC Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә 4 mart 2003-cü il tarixindә N 0103-P737369
saylı qeydiyyat nömrәsi ilә qeydiyyatdan keçmişdir vә 2003-cü ildә öz әmәliyyatlarına başlamışdır.
SaSa Әt Mәhsulları” MMC әt mәhsulları, kolbasa vә digәr әt yarım-fabrikatlarının hazırlanması ilә
mәşğul olur.
11
“AtaQida” MMC Holdinq Şirkәtin 64% birbaşa, 36% isә “AtaSәnaye” MMC tәrәfindәn dolayı sahiblik
etdiyi törәmә müәssisәsidir vә belәliklә dә şirkәt Holdinqin tam nәzarәtindәdir. “AtaQida” ASC
Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә 28 dekabr 2005-ci il tarixindә N 0105-P193-44849
saylı qeydiyyat nömrәsi ilә qeydiyyatdan keçmişdir vә 2006-cı ildә öz әmәliyyatlarına başlamışdır.
“AtaQida” MMC әsasәn kәnd tәsәrrüfatı mәhsullarının istehsalı ilә mәşğul olur.
“AtaTravel” MMC Holdinq Şirkәtin 100% birbaşa sahiblik etdiyi müәssisәdir vә belәliklә dә şirkәt
Holdinqin tam nәzarәtindәdir. “AtaTravel” MMC Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә 5
sentyabr 2011-ci il tarixindә 1402076671 saylı qeydiyyat nömrәsi ilә qeydiyyatdan keçmişdir.
“AtaTravel” MMC turizm vә yerli vә xarici turlarla istirahәt, sağlamlıq vә fitnes xidmәtlәri habelә
tәyyarә biletlәrinin satışı, qәbul vә yerlәşdirmә xidmәtlәri ilә mәşğul olur.
Interturizm” MMC Holdinq Şirkәtin 100% birbaşa sahiblik etdiyi törәmә müәssisәdir vә belәliklә dә,
şirkәt Holdinqin tam nәzarәtindәdir. “Interturizm” MMC Azәrbaycan Respublikasının Әdliyyә
Nazirliyindә 13 dekabr 2004-cü il tarixindә N 0104-P86-41681 saylı qeydiyyat nömrәsi ilә
qeydiyyatdan keçmişdir. “Interturizm” MMC turizm sahәsinә investisiyalar etmәk üçün yeni layihәlәrin
araşdırılması, hazırlanması vә tәtbiqi mәqsәdilә yaradılmışdır.
“AtaHolding Gürcüstan” MMC Holdinq Şirkәtin 100% birbaşa sahiblik etdiyi törәmә müәssisәdir vә
belәliklә dә şirkәt Holdinqin tam nәzarәtindәdir. “AtaHolding Gürcüstan” MMC Azәrbaycan
Respublikasının Әdliyyә Nazirliyindә 10 oktyabr 2005-ci il tarixindә N 576/006 saylı qeydiyyat
nömrәsi ilә qeydiyyatdan keçmişdir. “AtaHolding Gürcüstan” Gürcüstanda olimpiya kompleksidir.
Bank VTB (Azәrbaycan) ASC-nin qeydiyyatdan keçmiş kapitalı “VTB BANK (Azәrbaycan)” ASC-nin
Rusiya payçısı ilә (sәhmlәrin 51%-i) “AtaHoldinq” ASC-yә mәxsus (sәhmlәrin 49%-i) Azәrbaycan
payçısı arasında bölünür. Bank VTB (Azәrbaycan) ASC müştәrilәrә müxtәlif bank xidmәtlәrini
göstәrәn qlobal kommersiya bankıdır. Hәmçinin Bankın göstәrdiyi xidmәtlәr sırasına VTB Qrupunun
törәmә müәssisәlәri tәrәfindәn müştәrilәrә tәklif olunan qeyri-bank xidmәtlәri dә daxildir.
“Zәyәm Kәnd Maş” ASC-nin 30%-i “AtaSәnaye” MMC vasitәsilә Qrupun bilvasitә sahibliyindәdir.
Qalan 59% M.Rәfiyevin vә 11% digәr sәhmdarların sahibliyindәdir. “Zәyәm Kәnd Maş” MMC
Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә 18 yanvar 2006-cı il tarixindә N 0806-S2-547 saylı
qeydiyyat nömrәsi ilә qeydiyyatdan keçmişdir vә 2006-cı ildә öz әmәliyyatlarına başlamışdır. “Zәyәm
Kәnd Maş” ASC әsasәn kәnd tәsәrrüfatı maşınları vә avadanlığı ilә ticarәt aparır. 2013-cü ilin May
ayınadәk “Zәyәm Kәnd Maş” ASC Qrupun nәzarәtindә olmuş vә onun konsolidә edilmiş maliyyә
hesabatlarında törәmә müәssisә kimi tәqdim olunmuşdur. 2013-cü ilin may ayından başlayaraq Qrup
“Zәyәm Kәnd Maş” ASC üzәrindә nәzarәti itirmiş vә konsolidә edilmiş maliyyә hesabatlarında onu
asılı müәssisә kimi tәqdim etmişdir.
“Azerbaijan Global Investments” ASC-nin 33%-i Qrupun , 35%-i Paşa Holdinq ASC-nin, 32%-i isә
“Synergy Group”un birbaşa sahibliyindәdir. “Azerbaijan Global Investments” ASC 11 noyabr 2013-cü
il tarixdә Azәrbaycan Respublikasının Әdliyyә Nazirliyindә qeydiyyatdan keçmişdir. “Azerbaijan
Global Investments” ASC-nin әsasәn inşaat sektoruna cәlb edilmәsi planlaşdırılır.
Bu konsolidә edilmiş maliyyә hesabatlarının buraxılması 30 iyun 2014-cü il tarixdә İdarә Heyәti
tәrәfindәn tәsdiq olunmuşdur.
2.
MÜHÜM MÜHASİBAT UÇOTU QAYDALARI
Uyğunluq haqqında bәyanat
Bu konsolidә edilmiş maliyyә hesabatları Mühasibat Uçotunun Beynәlxalq Standartları Şurası
(“MÜBSŞ”) tәrәfindәn buraxılmış Maliyyә Hesabatlarının Beynәlxalq Standartlarına vә Beynәlxalq
Maliyyә Hesabatlarının Şәrhi Komitәsi (“BMHŞK”) tәrәfindәn verilmiş şәrhlәrә müvafiq olaraq
hazırlanmışdır.
Tәqdimat meyarlarının digәr әsası
Bu konsolidә edilmiş maliyyә hesabatları Qrupun öz fәaliyyәtini yaxın gәlәcәkdә fasilәsizlik prinsipi ilә
davam etdirә bilәcәyi fәrziyyәsi әsasında hazırlanmışdır.
Başqa qeydlәr olmayanadәk bu konsolidә edilmiş maliyyә hesabatları Azәrbaycan Manatı (“AZN”) ilә
ifadә edilir.