12
Bu konsolidә edilmiş maliyyә hesabatları aşağıdakı mühasibat uçotu qaydalarında izah edildiyi kimi
tarixi (ilkin) dәyәr әsasında hazırlanmışdır.
Tarixi
dәyәr adәtәn aktivlәrin mübadilәsi әvәzindә әldә olunan vәsaitlәrin әdalәtli dәyәrinә bәrabәrdir.
Әdalәtli dәyәr bilavasitә müşahidә edilә bilәn olmasından vә ya digәr qiymәtlәndirmә vasitәlәrini
istifadә etmәklә hesablanmasından asılı olmayaraq qiymәtlәndirmә tarixindә bazar iştirakçıları
arasındakı әmәliyyat üzrә aktivin satılması üçün alınmış vә ya öhdәliyin ötürülmәsi üçün ödәnilmiş
qiymәtdir. Qiymәtlәndirmә tarixindә bazar iştirakçıları aktiv vә ya öhdәliyә qiymәtqoyma zamanı
onların xüsusiyyәtlәrini nәzәrә aldıqda Qrup da hәmin aktiv vә ya öhdәliklәrin әdalәtli dәyәrini
hesablayarkәn onların xüsusiyyәtlәrini nәzәrә alır. Bu maliyyә hesabatlarında qiymәtlәndirmә vә/vә
ya açıqlama mәqsәdlәri üçün әdalәtli dәyәr MHBS 2-yә daxil olan pay alәtlәri әsasında ödәmә
әmәliyyatları, MUBS 17-yә daxil olan lizinq әmәliyyatları, elәcә dә әdalәtli dәyәr qiymәtlәndirmәsinә
oxşar olan, lakin әdalәtli dәyәr qiymәtlәndirmәlәri olmayan, mәsәlәn, MUBS 2-dә qeyd edilәn xalis
satış dәyәri vә ya MUBS 36-da qeyd edilәn istifadә dәyәri kimi qiymәtlәndirmәlәr istisna olmaqla
yuxarıdakı kimi müәyyәn edilir.
Bundan әlavә, maliyyә hesabatı mәqsәdilә әdalәtli dәyәr qiymәtlәndirmәlәri belә qiymәtlәndirmәlәr
üçün giriş mәlumatlarının müşahidә edilә bilmә dәrәcәsindәn vә bütövlükdә әdalәtli dәyәr
qiymәtlәndirmәlәri üçün giriş mәlumatlarının әhәmiyyәtliliyindәn asılı olaraq Sәviyyә 1, 2, 3 kimi
tәsniflәşdirilir. Bu sәviyyәlәr aşağıdakılardır:
Sәviyyә 1 giriş mәlumatları, qiymәtlәndirmә tarixindә müәssisәnin istifadә edә bilәcәyi, fәal
bazarda eyni aktiv vә öhdәliklәr üçün tәyin edilәn (düzәliş edilmәmiş) qiymәtlәrdir;
Sәviyyә 2 giriş mәlumatları, Sәviyyә 1-ә daxil olan tәyin edilmiş qiymәtlәr istisna olmaqla, birbaşa
vә ya dolayısı ilә aktiv vә öhdәliklәr üzrә müşahidә edilә bilәn giriş mәlumatlarıdır; vә
Sәviyyә 3 giriş mәlumatları aktiv vә ya öhdәliklәr üzrә müşahidә edilә bilinmәyәn giriş
mәlumatlarıdır.
Azәrbaycan Respublikasında qeydiyyatdan keçmiş Holdinq vә onun konsolidә edilmiş törәmә
müәssisәlәri mühasibat uçotunu yerli mühasibat uçotu qaydalarına uyğun olaraq aparır. Lakin
Holdinqin xarici konsolidә edilmiş törәmәlәri öz mühasibat uçotu qeydlәrini fәaliyyәt göstәrdiklәri
ölkәnin müvafiq qaydalarına uyğun aparırlar. Bu konsolidә edilmiş maliyyә hesabatları yerli mühasibat
uçotu qaydalarına istinadәn hazırlanmış vә MHBS-ә uyğunlaşdırılması üçün onlara düzәlişlәr
edilmişdir.
Qrup maliyyә vәziyyәti haqqında konsolidә edilmiş hesabatını likvidlik ardıcıllığı ilә geniş şәkildә
tәqdim edir. Hesabat (cari) tarixindәn sonrakı 12 ay әrzindә vә ya hesabat tarixindәn sonra 12 aydan
çox müddәt (uzunmüddәtli) әrzindә әvәzlәşdirilәcәk vә ödәnilәcәk mәblәğlәr üzrә tәhlil 36 saylı
Qeyddә göstәrilir.
Әsas mühasibat uçotu qaydaları aşağıda tәqdim olunur.
Әmәliyyat valyutası
Qrupun maliyyә hesabatlarına daxil olan maddәlәr müәssisәnin fәaliyyәt göstәrdiyi әsas iqtisadi
mühitdәki valyuta mәzәnnәsindәn (“әmәliyyat valyutası”) istifadә etmәklә qiymәtlәndirilir. Qrupun
әmәliyyat valyutası Azәrbaycan manatıdır. Bankın maliyyә hesabatlarının tәqdim edildiyi valyuta
Azәrbaycan manatıdır. Başqa cür qeyd edilәn hallar istisna olmaqla, bütün rәqәmlәr manata
uyğunlaşdırılaraq yuvarlaqlaşdırılır.
Әvәzlәşdirmә
Maliyyә aktivlәri vә maliyyә öhdәliklәri yalnız uçotda tanınmış mәblәğlәrin әvәzlәşdirilmәsi üçün
qanuni hüquq mövcud olduqda vә xalis mәblәğ әsasında hesablaşmalar aparılması, yaxud eyni
vaxtda aktivlәrin satılması vә öhdәliyin yerinә yetirilmәsi nәzәrdә tutulduqda bir-birinә qarşı
әvәzlәşdirilir, xalis mәblәği isә maliyyә vәziyyәti haqqında konsolidә edilmiş hesabatda bildirilir. Gәlir
vә xәrc hәr hansı mühasibat uçotu standartları vә şәrhi ilә tәlәb olunan vә ya icazә verilәn vә Qrupun
uçot siyasәtindә xüsusi açıqlanan hallar istisna olmaqla mәcmu gәlirlәr haqqında konsolidә edilmiş
hesabatda әvәzlәşdirilmir.
13
Konsolidasiyanın әsasları
Hazırkı konsolidә edilmiş maliyyә hesabatlarına Holdinqin vә onun nәzarәtindә olan müәssisәlәrin
(struktur müәssisәlәr daxil olmaqla), elәcә dә törәmә müәssisәlәrinin maliyyә hesabatları daxildir.
Nәzarәt aşağıdakı hallarda hәyata keçirilir:
Holdinq investisiya qoyulan müәssisә üzәrindә sәlahiyyәtә malik olduqda;
Holdinq investisiya qoyulan müәssisә ilә iş birliyindәn gәlir әldә etdikdә vә ya belә gәlirlәr üçün
hüquqa malik olduqda; vә
Holdinq gәlirlәrә tәsir etmәk üçün öz sәlahiyyәtindәn istifadә etmәk qabiliyyәtinә malik olduqda.
Fakt vә mövcud vәziyyәtlәr nәzarәtin yuxarıda qeyd olunan üç elementindәn birinә vә ya bir neçәsinә
dәyişikliklәr edildiyini göstәrәrsә, Holdinq investisiya qoyulan müәssisәyә nәzarәt edib-etmәyәcәyini
yenidәn qiymәtlәndirir.
Holdinq, investisiya qoyulan müәssisәnin sәsvermә hüquqlarının daha az hissәsinә sahib olarsa, belә
müәssisә üzәrindә sәlahiyyәtә o zaman malikdir ki, sәsvermә hüquqları hәmin müәssisәnin müvafiq
fәaliyyәtini birtәrәfli qaydada idarә edә bilmәk üçün kifayәt etsin. Holdinq investisiya qoyulan şirkәtdә
olan sәsvermә hüquqlarının ona nәzarәt etmә sәlahiyyәti vermәk üçün yetәrli olub-olmamamasını
müәyyәn etmәk mәqsәdilә bütün uyğun faktları vә halları, elәcә dә aşağıdakıları nәzәrә alır:
Qrupun sәsvermә hüquqlarının hәcminin digәr sәsvermә hüququna malik tәrәflәrin hüquqlarının
hәcminә vә bölgüsünә nisbәti;
Holdinqin, digәr sәs sahiblәrinin vә tәrәflәrin sahib olduğu potensial sәsvermә hüquqları;
Digәr razılaşmalardan irәli gәlәn hüquqlar; vә
Sәhmdarların әvvәlki yığıncaqlarındakı sәs bölgüsü daxil olmaqla, qәrarların qәbul edilmәli olduğu
zaman Holdinqin müvafiq fәaliyyәtlәri idarә etmәk qabiliyyәtinin olub-olmamasını göstәrәn hәr
hansı әlavә faktlar vә hallar.
Törәmә müәssisәnin konsolidasiyası Holdinq bu törәmә müәssisә üzәrindә nәzarәt әldә etdiyi zaman
başlayır vә Holdinq bu nәzarәti itirdiyi zaman dayandırılır. Xüsusilә, il әrzindә törәmә müәssisәnin
әldә edilәn vә ya xaric olunan gәlir vә xәrclәri Holdinqin müvafiq nәzarәti әldә etdiyi tarixdәn vә belә
nәzarәtin dayandırıldığı tarixә qәdәr mәnfәәt vә ya zәrәr vә digәr mәcmu gәlirlәr haqqında konsolidә
edilmiş hesabata daxil olunur.
Mәnfәәt vә ya zәrәr vә digәr mәcmu gәlirlәrin hәr bir komponenti Holdinqin sәhmdarlarına vә qeyri-
nәzarәt paylarına aid edilir. Törәmә müәssisәlәrin cәmi mәcmu gәliri, hәtta qeyri-nәzarәt payları üzrә
balansda kәsir yaransa belә, Holdinqin sәhmdarlarına vә qeyri-nәzarәt paylarına aid edilir.
Lazım olduqda törәmә müәssisәlәrdә tәtbiq edilәn mühasibat uçotu qaydalarının Qrupdakı digәr
müәssisәlәr tәrәfindәn istifadә olunan mühasibat uçotu qaydalarına uyğunlaşdırılması üçün törәmә
müәssisәlәrinin maliyyә hesabatlarına düzәlişlәr edilir.
Bütün qrupdaxili aktivlәr vә öhdәliklәr, kapital, gәlir, xәrclәr vә Qrupun üzvlәri arasında әmәliyyatlarla
bağlı pul vәsaitlәri konsolidasiya zamanı tam çıxarılır.
Qeyri-nәzarәt payları
Qeyri-nәzarәt payları Qrupun birbaşa vә ya dolayısı ilә sahib olmadığı törәmә müәssisәlәrinin mәnfәәt
vә ya zәrәrinin, habelә xalis aktivlәrinin bir hissәsidir.
Qeyri-nәzarәt payları mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda, elәcә dә maliyyә vәziyyәti
haqqında konsolidә edilmiş hesabatda ana müәssisәnin sәhmdar kapitalından ayrılıqda kapital üzrә
göstәrilir.
Qrupun hazırkı törәmә müәssisәlәrin kapitalındakı iştirak payında dәyişikliklәr
Qrupun törәmә müәssisәlәr üzәrindә nәzarәtinin itirilmәsinә sәbәb olmayan törәmә müәssisәlәrin
kapitalındakı iştirak payında dәyişikliklәr kapital әmәliyyatları kimi uçota alınır
Qrupun törәmә
müәssisәlәrdәki aidiyatı payları üzrә dәyişikliklәri әks etdirmәk mәqsәdilә Qrupun paylarının vә qeyri-
nәzarәt paylarının balans dәyәrlәrinә düzәlişlәr edilir. Qeyri-nәzarәt paylarına düzәliş olunan mәblәğ
ilә ödәnilmiş vә ya alınmış mәblәğin әdalәtli dәyәri arasındakı hәr hansı fәrq birbaşa kapitalda tanınır
vә ya Qrupun tәsisçilәrinә aid edilir.