Microsoft Word Audit Ataholding ifrs cons fs 2013-az revised doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68253
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

 

 

14

 



Qrup törәmә müәssisә üzәrindә nәzarәti itirdikdә, gәlir vә ya zәrәr (i) әldә olunmuş vәsaitlәrin әdalәtli 

dәyәri ilә saxlanmış hәr hansı payın әdalәtli dәyәrinin cәmi vә (ii) aktivlәrin (qudvil daxil olmaqla) 

әvvәlki balans dәyәri, vә törәmә müәssisәnin öhdәliklәri vә hәr hansı qeyri nәzarәt payları arasında 

fәrq kimi hesablanır vә mәnfәәt vә ya zәrәr hesablarında uçota alınır. Hәmin törәmә müәssisә ilә 

bağlı әvvәllәr digәr mәcmu gәlirlәr haqqında hesabatda tanınmış bütün mәblәğlәr uçotda törәmә 

müәssisәnin hәmin aktivlәrinin vә ya öhdәliklәrininQrup tәrәfindәn birbaşa satıldığı (yәni mәnfәәt vә 

ya zәrәr hesabları üzrә yenidәn tәsniflәşdirilmiş vә ya müvafiq MHBSlәrdә müәyyәn edildiyi kimi 

kapitalın digәr kateqoriyasına köçürülmüş) kimi qeyd edilir.  Әvvәlki törәmә müәssisәdә saxlanılan 

istәnilәn investisiyanın әdalәtli dәyәri nәzarәtin itirildiyi tarixdә “Maliyyә Alәtlәri: Tanınma vә Ölçülmә 

adlı ”39 saylı Mühasibat Uçotunun Beynәlxalq Standartına әsasәn növbәti uçot üçün ilkin tanınma 

zamanı әdalәtli dәyәr kimi, vә ya uyğun olduqda, asılı müәssisәyә investisiyanın ilkin tanınması 

zamanı ilkin dәyәri kimi götürülür.  



 

Gәlirin tanınması  

 

Faiz gәliri vә xәrcinin tanınması 

 

Faiz  gәliri  vә  xәrci  effektiv  faiz  metodundan  istifadә  etmәklә  hesablama  metodu  ilә  uçot  әsasında 



tanınır.  Effektiv  faiz  metodu  maliyyә  aktivi  vә  ya  maliyyә  öhdәliyinin  (yaxud  maliyyә  aktivlәri  vә  ya 

öhdәliklәri qrupunun) amortizasiya olunmuş dәyәrinin hesablanması vә faiz gәliri vә ya faiz xәrcinin 

müvafiq dövr üzrә bölüşdürülmәsi üsuludur.  

 

Effektiv faiz dәrәcәsi borc alәtinin nәzәrdә tutulan müddәti vә ya (tәtbiq olunarsa) daha qısa müddәt 



әrzindә hesablanmış gәlәcәk nağd pul daxilolmalarını (o cümlәdәn, effektiv faiz dәrәcәsinin ayrılmaz 

hissәsini tәşkil edәn mәntәqәlәrdә ödәnilmiş yaxud alınmış bütün haqlar, әmәliyyat xәrclәri vә digәr 

mükafat yaxud endirimlәr) ilkin tanınma anında xalis balans mәblәğinәdәk dәqiqliklә diskontlaşdıran 

dәrәcәdir.  

 

Maliyyә  aktivi,  yaxud  analoji  maliyyә  aktivlәri  qrupu  ehtimal  olunan  dәyәrsizlәşmә  zәrәrinin  baş 



vermәsi nәticәsindә hesabdan silinәrsә (qismәn), faiz gәliri bundan sonra dәyәrsizlәşmә üzrә zәrәrin 

qiymәtlәndirilmәsi mәqsәdilә gәlәcәk pul vәsaitlәri hәrәkәtinin diskontlaşdırılması üçün tәtbiq edilәn 

faiz dәrәcәlәrindәn istifadә olunmaqla uçotda tanınır.  

 

Әdalәtli dәyәrlә qeyd edilәn aktivlәr üzrә qazanılmış faizlәr faiz gәliri üzrә tәsnif edilir. 



 

Gәlirin tanınması – digәr  

 

Haqq vә komissiya gәlirinin tanınması  



 

Kreditlәrin  verilmәsinә  görә  komissiyalar  birbaşa  әlaqәdar  xәrclәr  ilә  birlikdә  tәxirә  salınır  vә  kredit 

üzrә  effektiv  faiz  dәrәcәsinә  düzәliş  kimi  uçotda  tanınır.  Kreditin  ayrılması  öhdәliyinin  xüsusi  kredit 

razılaşmasının bağlanması ilә nәticәlәnәcәyi ehtimal edilәn hallarda, kreditin ayrılması öhdәliyi üzrә 

komissiyalar birbaşa әlaqәdar xәrclәr ilә birlikdә tәxirә salınır vә nәticәdә verilәn kreditin effektiv faiz 

dәrәcәsinә  düzәliş  kimi  uçotda  tanınır.  Kreditin  ayrılması  öhdәliyinin  xüsusi  kredit  razılaşmasının 

bağlanması ilә nәticәlәnәcәyi ehtimal edilmәdiyi hallarda, kreditin ayrılması öhdәliyi üzrә komissiyalar 

kredit  öhdәliyi  müddәtinin  qalan  dövrü  üzrә  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatda 

tanınır.  Kreditin  ayrılması  öhdәliyinin  müddәti  kredit  verilmәdәn  başa  çatarsa,  belә  öhdәliyә  görә 

komissiya  müddәt  başa  çatdığı  anda  mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatda  tanınır. 

Kredit xidmәti haqları xidmәtlәr yerinә yetirildikdә gәlirlәr kimi uçotda tanınır. Bütün digәr komissiyalar 

yalnız xidmәtlәr göstәrildikdәn sonra tanınır.   

 

Mehmanxana әmәliyyatlarından gәlirlәr  



 

Xidmәtlәrin göstәrilmәsi ilә bağlı müqavilәlәr üzrә gәlir müqavilәnin tamamlanma mәrhәlәsinә istinad 

etmәklә  tanınır.  Mehmanxana  әmәliyyatlarından,  o  cümlәdәn  “Excelsior”  adı  altında  fәaliyyәt 

göstәrәn  mehmanxanada  otaqların  kirayәsindәn,  qida  malları  vә  içkilәrin  satışından  әldә  olunan 

gәlirlәr otaqlar tutulduqda, qida vә içkilәr satıldıqda tanınır. 

 

Gәlirlәr hesablama metodu ilә uçotda әks etdirilir.   



 

Qrup öz üzvlәrindәn aylıq/illik әsasda üzvlük haqları alır. Bundan başqa, әvvәlcәdәn ödәnilmiş üzvlük 

haqları tәxirә salınır. Qrup üzvlәrinә aylıq vә illik üzvlük imkanlarını tәklif edir vә üzvlük haqlarını aid 

olduqları aylar üzrә tanıyır.

 

 



 

 

15

 



Qrup şәxsi tәlim, spa vә digәr tәkliflәr daxil olmaqla, bir sıra xidmәtlәr göstәrir. Bu xidmәtlәrlә bağlı 

gәlir xidmәtlәr göstәrilәn zaman tanınır. 

 

 

Restoranlardan, spa vә kafe mәhsullarından daxil olan gәlir müştәriyә satış mәntәqәsi üzrә tanınır.  



 

İcarә gәlirinin tanınması  

 

İcarәyә  verәn  tәrәf  kimi  Qrupun  әldә  etdiyi  gәlirin  tanınması  siyasәti  “Lizinq”  bölmәsindә  müәyyәn 



edilir. 

 

Tәxirә salınmış gәlir 



 

Tәxirә  salınmış  gәlir  üzvlük  haqları  әvvәlcәdәn  ödәnildikdә  yaranır.  Üzvlük  haqları  aid  olduqları  ay 

üzrә tanınır.  

 

Maliyyә alәtlәri 

 

Qrup  alәt  üzrә  müqavilә  öhdәliyinә  tәrәf  olunduğu  halda  maliyyә  aktivlәri  vә  öhdәliklәrini  maliyyә 



vәziyyәti  haqqında  konsolidә  edilmiş  hesabatda  tanıyır.  Maliyyә  aktivlәri  vә  öhdәliklәrinin  standart 

prosedurlara  әsasәn  alınması  vә  satılması  hesablaşma  tarixi  üzrә  uçot  üsulundan  istifadә  etmәklә 

tanınır.   

 

Maliyyә aktivlәri vә maliyyә öhdәliklәri ilkin anda әdalәtli dәyәrlә ölçülür. Maliyyә aktivlәri vә maliyyә 



öhdәliklәrinin  alınması  vә  buraxılmasına  birbaşa  aidiyyәti  olan  әmәliyyat  xәrclәri  (әdalәtli  dәyәri 

mәnfәәt vә ya zәrәrdә tanınan maliyyә aktivlәri vә maliyyә öhdәliklәri istisna edilmәklә) uçotda ilkin 

tanınma anında maliyyә aktivlәri, yaxud maliyyә öhdәliklәrinin müvafiq olaraq әdalәtli dәyәrinә әlavә 

edilir vә ya bu dәyәrdәn çıxılır.  Maliyyә aktivlәri vә ya öhdәliklәrinin mәnfәәt vә ya zәrәrdә tanınan 

әdalәtli  dәyәrlә  alınmasına  birbaşa  aidiyyәti  olan  әmәliyyat  xәrclәri  dәrhal  mәcmu  gәlirlәr  haqqında 

konsolidә edilmiş hesabatda tanınır.  

 

Maliyyә aktivlәri 

 

Maliyyә aktivlәri aşağıdakı xüsusi kateqoriyalar üzrә tәsnif edilir:  “satılabilәn” (SB) maliyyә aktivlәri vә 



“kreditlәr vә debitor borcları”. Tәsniflәşdirmә maliyyә aktivlәrinin mahiyyәti vә mәqsәdindәn asılıdır vә 

ilkin tanınma anında müәyyәn olunur.   

 

Satılabilәn maliyyә aktivlәri  

 

Satılabilәn (SB) maliyyә aktivlәri, satılabilәn kimi müәyyәn edilmiş vә ya kreditlәr vә debitor borcları 



kimi tәsnif olunmayan qeyri-derivativlәrdir.  

 

Qrupa mәxsus olan vә fәal bazarda alınıb-satılan listinq subyekti olan notlar vә istiqrazlar satılabilәn 



kimi tәsniflәşdirilir vә әdalәtli dәyәrlә qeyd edilir.   

 

Mәcmu  gәlirlәr  haqqında  konsolidә  edilmiş  hesabatda  tanınan  müvәqqәti  olmayan  dәyәrsizlәşmә 



zәrәri,  effektiv  faiz  metodu  ilә  hesablanan  faizlәr,  dividend  gәliri  vә  monetar  aktivlәr  ilә  bağlı  xarici 

valyuta  әmәliyyatları  üzrә  mәnfәәt  vә  ya  zәrәr  istisna  olmaqla,  әdalәtli  dәyәrin  dәyişmәsi  üzrә 

yaranan  gәlir  vә  zәrәr  digәr  mәcmu  gәlirlәrdә  tanınır  vә  satılabilәn  aktivlәrin  yenidәn 

qiymәtlәndirilmәsi  üzrә  ehtiyatda  toplanır.  İnvestisiyanın  silindiyi  vә  ya  dәyәrsizlәşdiyi  halda 

satılabilәn  aktivlәrin  yenidәn  qiymәtlәndirilmәsi  üzrә  ehtiyatda  yığılmış  mәcmu  gәlir  vә  ya  zәrәr 

mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabat kimi yenidәn tәsniflәşdirilir.  



 

Xarici  valyutada  olan  monetar  satılabilәn  aktivlәr  hәmin  valyutada  müәyyәn  edilir  vә  hesabat 

dövrünün  sonuna  olan  mәzәnnә  ilә  ifadә  olunur.  Mәnfәәt  vә  zәrәrdә  tanınmış  xarici  valyuta 

әmәliyyatları  üzrә  gәlir  vә  zәrәr  monetar  aktivin  amortizasiya  olunmuş  dәyәri  әsasında  müәyyәn 

edilir. Digәr xarici valyuta әmәliyyatları üzrә gәlir vә zәrәr digәr mәcmu gәlirdә tanınır.   

 

Fәal  bazarda  qiymәti  bәyan  edilmәmiş  vә  әdalәtli  dәyәri  düzgün  ölçülә  bilmәyәn  satılabilәn  kapital 

investisiyaları  hәr  hesabat  dövrünün  sonunda  müәyyәn  olunmuş  hәr  hansı  ehtimal  olunan 

dәyәrsizlәşmә zәrәri çıxılmaqla maya dәyәri ilә ölçülür.     

 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə