16
Kreditlәr vә debitor borcları
Sabit vә ya müәyyәn oluna bilәn ödәnişlәri olan vә fәal bazarda qiymәti bәyan edilmәmiş ticarәt
debitor borcları, kreditlәr vә digәr debitor borcları “kreditlәr vә debitor borcları” kimi tәsnif edilir.
Kreditlәr vә debitor borcları effektiv faiz dәrәcәsi metodundan istifadә etmәklә dәyәrsizlәşmә
çıxıldıqdan sonra amortizasiya olunmuş dәyәrdә ölçülür. Faiz gәliri, faizin tanınması cüzi әhәmiyyәt
kәsb etdiyi qısamüddәtli kreditlәr istisna edilmәklә, effektiv faiz dәrәcәsini tәtbiq etmәklә uçotda
tanınır.
Qiymәtli kağızların geri alışına dair (әks-repo) müqavilәlәr
Adi biznes fәaliyyәtindә Qrup maliyyә aktivlәrinin satışı vә geri alışına dair müqavilәlәr (“әks- repo”)
bağlayır. Әks-repo müqavilәlәri xәzinәnin idarә edilmәsi elementi kimi Qrup tәrәfindәn istifadә edilir.
Әks-repo müqavilәlәri çәrçivәsindә alınan aktivlәr qiymәtli kağızlar vә digәr aktivlәr ilә tәmin edilmiş
depozitlәrә yerlәşdirilmiş nağd pul şәklindә konsolidә edilmiş maliyyә hesabatlarında qeydә alınır vә
banklardan alınacaq vәsaitlәr vә/vә ya müştәrilәrә verilәn kredit vә avanslar çәrçivәsindә
tәsniflәndirilir.
Maliyyә aktivlәrinin dәyәrsizlәşmәsi
Әdalәtli
dәyәri mәnfәәt vә zәrәrdә tanınan aktivlәr istisna olmaqla, digәr maliyyә aktivlәri hәr hesabat
dövrünün sonunda dәyәrәsizlәşmәnin müәyyәn edilmәsi mәqsәdilә nәzәrdәn keçirilir. Maliyyә
aktivlәrinin ilkin tanınmasından sonra baş vermiş bir vә ya bir neçә hadisә nәticәsindә investisiyalar
üzrә gәlәcәk pul daxilolmalarının tәsirә mәruz qaldığını göstәrәn obyektiv sübut olarsa, maliyyә
aktivlәri dәyәrsizlәşmiş hesab edilir.
Satılabilәn kimi tәsniflәşdirilmiş listinq subyekti olmayan kapital investisiyaları halında, tәminatın
әdalәtli dәyәrinin onun öz dәyәrindәn әhәmiyyәtli dәrәcәdә vә ya uzun müddәtә azalması
dәyәrsizlәşmә üçün әsas ola bilәr.
Bütün digәr maliyyә aktivlәri üçün dәyәrsizlәşmәni göstәrәn amillәrә aşağıdakılar aid ola bilәr:
Emitent vә ya qarşı tәrәfinin әhәmiyyәtli maliyyә çәtinliklәri; yaxud
Faizlәrin vә ya әsas borc mәblәğinin vaxtında ödәnilmәmәsi vә ya ödәmә öhdәliyinin yerinә
yetirilmәmәsi halları kimi müqavilә şәrtlәrinin pozulması; vә ya
Borcalanın müflisliyә uğrayacağı vә ya maliyyә strukturunun yenidәn tәşkil edәcәyi güman
olunduqda; yaxud
Maliyyә çәtinliklәri sәbәbindәn qeyd olunan maliyyә aktivinin tәqdim edildiyi fәal bazar
mәkanlarının yox olması.
Kreditlәr vә debitor borcları kimi müәyyәn maliyyә aktivi kateqoriyaları halında, ayrı-ayrılıqda
dәyәrsizlәşmәdiyi müәyyәn edilәn aktivlәr, әlavә olaraq, dәyәrsizlәşmәnin müәyyәn olunması
mәqsәdilә birlikdә tәhlil edilir. Kreditlәr vә debitor borcları portfelinin dәyәrsizlәşdiyini göstәrәn
obyektiv sübutlara Qrupun ödәnişlәrin yığılması ilә bağlı keçmiş tәcrübәsi, portfeldә vaxtı gecikdirilәn
ödәmәlәrin sayının artması, elәcә dә debitor borcu öhdәliyinin yerinә yetirilmәmәsinin әlaqәlәndirildiyi
yerli iqtisadi şәraitlәrdә müşahidә olunan dәyişikliklәr aid edilә bilәr.
Amortizasiya olunmuş dәyәrlә qeyd edilәn maliyyә aktivlәri halında, uçotda tanınmış dәyәrsizlәşmә
zәrәrinin mәblәği aktivin balans dәyәri ilә maliyyә aktivinin ilkin effektiv faiz dәrәcәsindә
diskontlaşdırılmış tәxmin edilәn gәlәcәk pul hәrәkәtinin cari dәyәri arasındakı fәrqdәn ibarәtdir.
İlkin dәyәri ilә qeyd edilәn maliyyә aktivlәri halında isә, ehtimal olunan dәyәrsizlәşmә zәrәrinin
mәblәği aktivin balans dәyәri ilә bәnzәr maliyyә aktivi üçün tәtbiq olunan cari bazar gәlirlilik norması
dәrәcәsindә diskontlaşdırılmış tәxmin edilәn gәlәcәk pul vәsaitlәri hәrәkәtinin cari dәyәri arasındakı
fәrqlә ölçülür. Belә dәyәrsizlәşmә zәrәri sonrakı dövrlәrdә әvәzlәşdirilmir.
Maliyyә aktivinin balans dәyәri, belә dәyәrin ehtiyatlar hesabına azalmasını nәzәrdә tutan kreditlәr vә
debitor borcları halı istisna edilmәklә, bütün maliyyә aktivlәri üçün birbaşa olaraq ehtimal olunan
dәyәrsizlәşmә zәrәri mәblәğindә azaldılır. Kreditlәrin vә ya debitor borclarının yığılması mümkün
olmadıqda, belә mәblәğlәr ehtiyatlar hesabına silinir. Әvvәllәr silinmiş mәblәğlәrin daha sonra
qaytarılması ehtiyat hesabına kreditlәşdirilir. Ehtiyatlar hesabının balans mәblәğindәki dәyişikliklәr
mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda tanınır.
17
Satılabilәn maliyyә aktivi dәyәrsizlәşmiş hesab olunduqda digәr mәcmu gәlir üzrә tanınmış mәcmu
gәlir vә ya zәrәrlәr dövr üzrә mәnfәәt vә ya zәrәr şәklindә yenidәn tәsniflәşdirilir.
Amortizasiya olunmuş dәyәrlә qiymәtlәndirilәn aktivlәr halında, sonrakı dövrdә ehtimal olunan
dәyәrsizlәşmә zәrәri azalarsa vә bu azalma dәyәrsizlәşmәnin uçotda tanındığı andan sonra baş
vermiş hadisә ilә obyektiv şәkildә әlaqәlәndirilә bilәrsә, bundan qabaq uçotda tanınmış
dәyәrsizlәşmә zәrәri mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda әvәzlәşdirilir, bu şәrtlә ki,
dәyәrsizlәşmәnin әvәzlәşdirildiyi tarixdә investisiyanın balans mәblәği dәyәrsizlәşmә uçotda
tanınmadığı tәqdirdә amortizasiya dәyәrindәn artıq olmasın.
Satılabilәn pay qiymәtli kağızlarına gәldikdә, әvvәllәr mәcmu gәlirlәr haqqında konsolidә edilmiş
hesabatda
tanınmış dәyәrsizlәşmә zәrәrlәri mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda
әvәzlәşdirilmir. Dәyәrsizlәşmә zәrәrindәn sonra әdalәtli dәyәrdә baş vermiş hәr hansı artım digәr
mәcmu gәlirlәr haqqında hesabatda tanınır vә investisiyaların yenidәn qiymәtlәndirilmәsi üzrә ehtiyat
başlığı altında toplanılır
.
SB borc qiymәtli kağızları halında isә, investisiyaların әdalәtli dәyәrindәki artım dәyәrsizlәşmә
zәrәrinin tanındığı andan sonra baş vermiş hadisә ilә obyektiv şәkildә әlaqәlәndirildikdә,
dәyәrsizlәşmә zәrәrlәri mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda әvәzlәşdirilir.
Şәrtlәri tәkrar razılaşdırılmış kreditlәr
Mümkün olan hallarda Qrup girova sahib çıxmaq әvәzinә kreditin ödәmә vaxtının tәkrar
razılaşdırılmasına çalışır. Bu, ödәniş müddәtinin uzadılması vә yeni kredit şәrtlәrinin razılaşdırılmasını
nәzәrdә tuta bilәr. Şәrtlәr yenidәn razılaşdırıldıqda, hәr hansı dәyәrsizlәşmә şәrtlәrdә dәyişikliklәrin
edilmәsindәn әvvәl hesablanmış ilkin effektiv faiz dәrәcәsindәn istifadә etmәklә ölçülür vә kredit vaxtı
ötmüş hesab edilmir. Rәhbәrlik bütün meyarlar üzrә tәlәblәrin yerinә yetirildiyini vә gәlәcәk
ödәnişlәrin baş tutacağını tәmin etmәk mәqsәdilә şәrtlәri tәkrar razılaşdırılmış kreditlәri nәzәrdәn
keçirir. Kreditlәr, ilkin effektiv faiz dәrәcәsindәn istifadә etmәklә hesablanan dәyәrsizlәşmә üzrә fәrdi
vә ya birgә qiymәtlәndirmәnin obyekti olmağa davam edir.
Kreditlәrin vә avansların silinmәsi
Kreditlәr vә avanslar, yığılması mümkün olmadıqda ehtimal olunan dәyәrsizlәşmә zәrәri üçün
ehtiyatlar hesabına silinir. Rәhbәrlik Qrupa ödәnilmәli olan borcların yığılması üçün bütün mümkün
vasitәlәrdәn istifadә etdikdәn vә Qrup saxladığı bütün girov vәsaitlәrini satdıqdan sonra kreditlәr vә
avanslar hesabdan silinir. Әvvәllәr hesabdan silinmiş mәblәğlәrin sonradan bәrpa edilmәsi
ödәnişlәrin qaytarılması dövründә mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda maliyyә
aktivlәrinin dәyәrsizlәşmәsi mәblәğinә qarşı әvәzlәşdirilir. Yerli qanunvericiliyin tәlәblәrinә görә
kreditlәr yalnız Müşahidә Şurasının razılığı ilә vә müәyyәn hallarda, mәhkәmәnin müvafiq qәrarı ilә
silinә bilәr.
Maliyyә aktivlәrinin tanınmasının dayandırılması
Qrup yalnız aktivdәn pul daxilolmaları üzrә onun müqavilә hüquqlarının vaxtı bitdikdә, yaxud maliyyә
aktivini vә aktiv üzrә mülkiyyәt hüquqları ilә bağlı bütün risk vә mükafatları әsas etibarilә digәr tәrәfә
ötürdükdә maliyyә aktivinin tanınmasını dayandırır. Qrup aktiv üzrә mülkiyyәt hüquqları ilә bağlı bütün
risk vә mükafatları әsas etibarilә digәr tәrәfә köçürmәzsә vә ya özündә saxlamazsa vә köçürülmüş
aktiv üzәrindә nәzarәtini davam etdirәrsә, o, aktiv üzrә saxlanılmış payını vә bununla әlaqәdar
ödәyәcәyi mәblәğlәr müqabilindә öhdәliyi uçotda tanıyır. Qrup ötürülmüş aktiv üzrә mülkiyyәt hüququ
ilә bağlı risk vә mükafatları әsas etibarilә özündә saxlayarsa, o, belә maliyyә aktivini uçotda tanımağa
davam edir vә aldığı mәblәğlәr ilә әlaqәdar girovu tәmin edilmiş borc vәsaitlәrini dә uçotda tanıyır.
Maliyyә aktivinin tanınması tamamilә dayandırıldığı halda, maliyyә aktivinin balans dәyәri ilә alınmış
vә alınacaq mәblәğlәr vә digәr mәcmu gәlirlәrdә tanınmış vә kapitalda toplanmış mәcmu gәlir vә ya
zәrәrlәr arasındakı fәrq mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda tanınır.
Maliyyә aktivinin tanınmasının tamamilә dayandırılması halından başqa digәr hallarda (mәs., Qrup
ötürülmüş aktivlәrin bir hissәsini almaq hüququnu saxlayırsa), Qrup maliyyә aktivinin әvvәl müәyyәn
edilmiş balans dәyәrini iştirakın davam etdiyi müddәtdә tanımağa davam etdiyi hissә ilә aktivlәrin
ötürülmәsi tarixindә hәmin hissәlәrin nisbi әdalәtli dәyәrlәri әsasında artıq tanınmayan hissә arasında
bölüşdürür. Artıq tanınmayan hissәyә aid edilmiş balans dәyәri ilә artıq tanınmayan hissә üzrә
alınmış ödәniş mәblәği vә ona aid edilmiş, digәr mәcmu gәlirlәr haqqında hesabatda tanınmış hәr
hansı yığılmış gәlir vә ya zәrәr arasında fәrq mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda
tanınır.