Microsoft Word Avropa Amerika 2015. doc



Yüklə 0,55 Mb.

səhifə1/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19


 



AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

 

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

 

 



“Beynəlxalq münasibətlər” kafedrası 

 

 



 

Bakalavr pilləsi üçün 

 

 



 

 

 

 

AVROPA VƏ AMER KA ÖLKƏLƏR  

TAR X  

 

fənninin 

 

 

P R O Q R A M I



 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

.

 



 

 

БАКЫ – 2015 




 

Програм Азярбайжан Дювлят Игтисад 



Университетинин «Бейнялхалг мцнасибятляр» 

кафедрасында щазырланмышдыр. 

 

 

 



 

 

Tərtibçilər: 

 

t.ü.f.d S. Budaqova 

b/m T.Qarayeva  

  

   

 

 

Redaktor:  



 

dos. R.M.Qurbanov  

 

Rəyçilər:   

 

dos. S.M.Gözəlova 

t.ü.f.d A.K.Eyyubov  

 

 

 

 

 

 


 



 



Tədris fənlərinin öyrənilmə məqsədləri 

-  Qədim  sivilizasiya  tarixinə,  onun  inkişaf  yollarının  xüsusiyyətlərinə,  Avropa  və 

Amerika ölkələrində tarixi proseslərin xüsusi cəhətlərini şərtləndirən amillərə dair dərin 

və çoxcəhətli anlayışları formalaşdırmaq 

 

- Təhsil müəssisəsini bitirdikdən sonra əldə edilmiş biliklərdən araşdırma və təhlil 



işində istifadə etməyi öyrənmək. 

 

I Mövzu.  



Giriş

Avropa və Amerika ölkələri tarixinin öyrənilməsinə əsas yanaşmalar. Dövrləşdirmə 

və xronologiya problemi. Tarixi mənbələr və ədəbiyyat. 

 

 

II Mövzu. Qədim Yunanıstan və Qədim Roma. 

Qədim Yunanıstan. 

Krit  və  Miken  sivilizasiyası  (e.ə  XI  əsrədək  ).  XVIII-XV  əsrlərdə  Krit  dəniz 

dövlətinin  tərəqqisi.  XIV-  XIII  əsrlərdə  Mikenin  üstünlük  qazanması.  XII-XI  əsrlərdə 

dorilərin köçürülmələri və Miken dövlətlərinin süqutu. 



Yunanıstan Homerin dövründə (XI - IX əsrlər)  qtisadiyyatın tənəzzülü. Yunan 

tayfalarının Egeida adalarında və Kiçik Asiyanın qərb sahilərində məskunlaşdırılması. 



Qədim  Yunanıstan  (VIII-VI  əsrlər)  Böyük  yunan  kolonizasiyası.  Qədim  şəhər-

dövlət fenomeni. Vətəndaşlıq anlayışı. Peloponnes ittifaqı və onun xarici siyasəti. Afina 

demokratiyasının dövlət sistemi və rolu. 

Klassik  Yunanıstan  (V-IVəsrin  I  yarısı)  Yunan- ran  müharibələri.  ranlıların 

Yunanıstana ilk müdaxiləsi, Marafon döyüşü. 481 ildə Korinf qurultayı. Salamin, Plateya 

və  Mikaledə  iranlıların  məğlub  olması.  Afinanın  hegemonluğu  və  müttəfiqlərin 

narazılığı.  Kalli  sülhü.  Klassik  dövrdə  Yunanıstanın  iqtisadi  inkişafı.  Peloponnes 

müharibəsi. IV əsrin birinci yarısında Yunanıstanın siyasi tarixi. Spartanın hegemonluğu 

və  buna  münasibət.  Sparta- ran  müharibəsi  və  onun  nəticələri.  Korinf  müharibəsindən 

sonra  Yunanıstanda  ranın  təsirinin  güclənməsi.  Levktra  və  Mantineya  döyüşləri  və 

Peloponnes ittifaqının dağılması.  kinci Afina dəniz ittifaqı. 



Makedoniyanın  yüksəlişi.  Makedoniya  II  Filippin  dövrünə  qədər.  II  Filippin 

fəaliyyəti.  Afina  Makedoniyanın  əsas  rəqibidir.  Xeroneya  döyüşü  və  Yunanıstanda 

Makedoniya  hegemonluğunun  bərqərar  edilməsi.  Korinf  (panellin)  konqresi  və  orada 

rana yürüş barədə qərar qəbul edilməsi. 



Ellinizm  dövrü.  Aleksandr  Makedonskinin  Şərq  yürüşləri.  Aleksandr 

Makedonskinin  istila  olunmuş  ərazilərdə  siyasəti.  Aleksandr  Makedonskinin  “varisliyi” 

uğrunda  mübarizə  və  ellin  dövlətləri  sisteminin  yaranması.  Ən  böyük  ellin  dövlətləri: 

Misir, Selevkilər dövləti, Perqam çarlığı. Onların quruluşunda ümumi və xüsusi cəhətlər. 

Makedoniya çarlığı. Romanın Makedoniya çarlığını darmadağın etməsi və Yunanıstanın 

demaqoq “müstəqilliy”inin elan edilməsi. 



Qədim Roma. 

Padşahlıq  dövrü  (VIII-VI  əsrlər).  Romanın  əsasının  qoyulmasına  dair  Roma 

ə

nənəsi.  Roma  vətəndaş  cəmiyyətinin  formalaşması.  Romada  padşah  hakimiyyəti. 



Tarkvinilərin Etrusk sülaləsi. Padşahlığın süqutu və Roma respublikasının yaradılması. 


 



Erkən  Respublika  (V-III  əsrlər).  Erkən  respublikanın  dövlət  quruluşu.  Senat. 

Roma  magistratlar  sistemi.  V-III  əsrlərdə  Romanın  xarici  siyasəti.  taliyanın  Roma 

tərəfindən  tam  ələ  keçirilməsi.  taliya  sərhədləri  xaricində  Romanın  hərbi  ekspansiya 

sahəsindəki  ilk  addımları.  Karfagenlə  müharibələr.  Birinci  Pun  müharibəsi  və  onun 

nəticələri.  kinci  Pun  /  Hannibal/  müharibəsi.  Hannibal  yürüşü.  Müharibənin  nəticələri. 

Romanın Şərqi Aralıq dənizində ekspansiyası. Makedoniya və Yunanıstanın darmadağın 

edilməsi. 



Son  Respublika  (II-I  əsrlər).  Romanın  istila  olunmasının  taliyada  sosial-iqtisadi 

proseslərin sürətlənməsinə təsiri. II-I əsrlərin sonuncu rübündə Roma cəmiyyətində sinfi 

və ictimai ziddiyyətlərin kəskinləşməsi. 

Böhran  və  Roma  respublikasının  süqutu.  Mitridat  VI  Yevpator  -  şərq 

vilayətlərində  antiroma  hərəkatının  lideridir.  Sulla  diktaturası.  Spartakın  başçılığı  ilə 

qullar  üsyanı.  Pompeyin  Şərq  yürüşləri.  Birinci  triumvirat  antisenat  qüvvələrin  təşkilatı 

kimi.  Sezar  konsulluğu.  Sezarla  Pompey  arasında  vətəndaş  müharibələri.  Sezar 

diktaturası. Qay Yulius Sezar. Oktavian.  kincu triumviratın yaradılması. Filipp döyüşü. 

Mark  Antoni  Şərqdə.  Kleopatra.  Oktavianla  Antoninin  ali  hakimiyyət  uğrunda 

mübarizəsi.  Antoninin  ölümü.  Romada  vətəndaş  müharibələrinin  sona  çatması.  Roma 

hüququnun  mənbələri.  Mülki  hüququn  əsas  prinsipləri.  Pretor  hüququ.  Yustinian 

kodlaşdırılması.  

Prinsipatlıq dövrü. Oktavian Auqust və Yuli-Klavdi və Flavi sülalələri. Britaniya, 

Qalliya  və  udeyada  üsyanlar.  Neron.  Flavi  sülaləsinin  bərqərar  olması.  Antoninlər 

sülaləsi.  Roma  imperiyasının  “Qızıl  dövrü”.  “Roma  sülhü”  anlayışı.  Trayanın 

hakimiyyəti. Roma imperiyasının sonuncu ərazi ekspansiyası. Strateji müdafiə siyasətinə 

keçid.  lk qala tipli sərhəd istehkamlarının tikilməsi. Prinsipatın nəticələri. 

III əsr böhranı. 193-197 illərin siyasi böhranı və vətəndaş müharibəsi. Qalliyenin 

dövründə  imperiyanın  siyasi  cəhətdən  dağılması.  Barbarların  sərhəd  istehkamlarını 

yarması  və  Roma  ərazisində  onların  ilk  yaşayış  məntəqələrinin  yaranması.  III  əsrdə 

Roma iqtisadiyyatının böhranı. Xristianlığın yaranması və erkən tarixi. Xristian kilsəsinin 

genezisi. Dövlət orqanları ilə tədricən yaxınlaşma istiqamətində kilsənin təkamülü. 

Son  Roma  mperiyası  (IV-V  əsrlər).  Roma  mütləqiyyəti.  Xristianların  təqib 

olunması. Konstantinin fəaliyyəti. Konstantinin dövründə dini siyasətin dəyişməsi. Nikey 

kilsəsi  –  kilsə  ilə  dövlət  arasındakı  münasibətlərdə  dönüş  nöqtəsidir.  Konstantinopolun 

ə

sasının qoyulması və imperiya iqamətgahının oraya köçürülməsi. Barbarların əyalətlərdə 



məskunlaşması və Roma imperiyasının barbarlaşdırılmasının başlanması. 

Qərbi  Roma  imperiyasının  süqutu.  Xalqların  böyük  köçünün  başlanması. 

Vestqotların  ölkəyə  soxulması.  Adrianopol  döyüşü.  I  Feodosun  imperiyanın  tamlığını 

qoruyub saxlamaq uğrunda mübarizəsi. Roma imperiyasının Qərb və Şərq imperiyalarına 

/  Bizansa  /  bölünməsi.  Vestqotlar,  hunlar  və  vandalların  taliya  ərazisinə  soxulması.  V 

ə

srin  50-70-ci  illərində  imperiyanın  möhkəmləndirilməsi  üçün  son  uğursuz  cəhdlər  / 



Mayoran islahatları /. Romul Avqustul – sonuncu imperator. 

  

III Mövzu. Avropa Orta əsrlərdə (V-XVII əsrin ortaları). 

Xalqların  böyük  köçü  və  barbar  çarlıqlarının  yaranması.  II-III  əsrlərdə  alman 

tayfalarının  yer  dəyişdirmələri.  Qotlar  III-IV  əsrlərdə.  Hun  yürüşü.  Vestqotlar  IV  əsrin 

sonuncu  rübü  -V  əsrin  əvvəllərində.  Vandallar,  alanlar  və  sveylər  IV  -V  əsrin 

ə

vvəllərində. Burqundlar III-V əsrin birinci yarısında. Hunlar V əsrdə. Franklar, anqllar, 



sakslar,  yutlar  və  frizlər  III-V  əsrlərdə.  Ostqotlar  V  əsrdə.  Odoakr  dövləti.  VI-VII 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə