Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
  1   2   3   4   5   6   7   8   9   ...   24


Avropa və Amerika ölkələri tarixi fənnindən imtahan suallarının  

cavabları (az) 

 

 

1.Yunanıstanda ictimai-siyasi həyat 

Qədim  Yunanıstanda  cəmiyyətdə  insanlar  kölələr  və  azad  insanlara  ayrılırdı. 

nanılan dinə, cinsiyyətə, əhəmiyyətli bir mövqedə olan qohuma sahib olmağa ya 

da  soylu    olmağa  görə  ictimai  vəzifə  və  məsuliyyətlərdə  fərqliliklər  var  idi. 

Afinadakı  ictimai  həyat  Spartadakı  ilə    müqayisədə    Yunan  dünyasına  daha  çox 

nümunə olmuşdur. 

Yunan  şəhər  dövlətlərində  yalnız  azad  insanlar  qanunların  qəti  qorumasına 

malik  idi.  Roma  xaric  digər  heç  bir  şəhərdə  ictimai  sinif  fərqlilikləri  xüsusi 

haqqlara  sahib  olunmasına  icazə  vermirdi.  Məsələn  birinin  hər  hansı  bir  ailəyə 

mənsub olaraq doğulması həmin şəxsə birbaşa bir haqq gətirməzdi. Afinada əhali 

gəlir vəziyyətinə görə dörd təbəqəyə ayrılmışdı. Pul qazanaraq zəngin olan insanlar 

üst sinfə keçə bilərdilər. Spartada bütün kişi vətəndaşlar təhsil təhsillərinə davam 

etdikləri  müddətcə  bərabər  idi.  Kölələr  hər  hansı  bir  haqqa  ya  da  ictimai  statusa 

sahib  deyillərdi.  Evlənib  yuva  qurma  haqqları  olmasına  baxmayaraq  siyasətlə 

məşğul  olma  və  ya  səs  vermə  haqqları  yox  idi.  E.ə  600-cü  illərdə  kənardan  kölə 

gətirmə  adəti  başladı.  E.ə  V  əsrdə  kölələr  artıq  əhalinin  üçdə  birini  təşkil  edirdi.  

Afinada  əhalinin  beşdə  ikisi  (bəzi  yazarlara  görə  beşdə  dördü)  kölə  idi.    Sparta 

xaricində demək olar ki, heç bir yerdə kölələr qiyam qaldırmamışdır, çünki digər 

yerlərdəki kölələr mütəşəkkil ola bilmək üçün çox seyrək və dağınıq idilər. Bir çox 

ailə ev işlərində və insan gücünə ehtiyac duyulan işlər üçün kölədən istifadə edirdi. 

Ə

n  kasıb  ailələrin  belə  kölələri  var  idi.  Sahiblərin  kölələri  döymə  ya  da  öldürme 



kimi bir haqqları yox idi. Sahibləri kölələri daha çox işlətmək üçün zaman zaman 

onları gələcəkdə azad edəcəklərini söyləyirdi. Roma xaric, azad edilən kölələr yenə 

də bir vətəndaş olaraq qəbul edilməzdi, onun yerinə digər şəhərlərdən gəlib rəsmi 

olaraq şəhərdə yaşamalarına icazə verilmiş metik adı verilən  qrupa qarışırlardı. Bu 

qrupdakılar  nə  azad  bir  vətəndaş  kimi  haqqlara  sahib  idilər,  nə  də  bir  kölə  kimi 

çalışdırılırldı 

Bundan  başqa  şəhər  dövlətləri  də  kölələrə  sahib  idi.    Öz  özlərinə  yaşayan  və 

yalnız  müəyyən  vəzifələr  icra  edən  dövlət  kölələri,    xüsusi  kölələrdən  (ayrı-ayrı 

şə

xslərə məxsus kölələr) daha çox haqqa sahib idi. Dövlətə işləyən bu kölələrdən 



Afinada  olanlar  yalnız  bazarda  olan  saxta  pullara  nəzarət  etməklə  vəzifəli  idi. 

Bəziləri isə məbədlərdə təmizlik işlərinə baxırdılar. 

Sparta  bütün  şəhər  dövlətlərindən  daha  fərqli  bir  köləlik  sisteminə  sahib  idi. 

Helot  adı  verilən  hər  bir  kölə  Spartalıların  döyüş  əsirləri  idi.  Bunlar  dövlət 

tərəfindən  tutular  və  ailələrə  təsis  edilərdi.  Sparta  vətəndaşları,  öz  şəhərlərindən 

olanları  kölə    etməzdi.Sahibləri  Spartadakı  kölələrə  çox  sərt  və  incidici 

davrandığından bir çox qiyamlar baş vermişdi. 

 

2. Antik Yunan mədəniyyəti 

Qədim Yunanıstanda yaranan mədəniyyət müasir dövrün sivilizasiyasının təməli 

olmuşdu. Bu dövrdə yaranmış və inkişaf etmiş bir sıra elmlər: riyaziyyat, nücum, 



təbiətşünaslıq,  astronomiya  və  s.müasir  elmdə  çox  hallarda  ehkama  çevrilmişdi. 

Qədim  Yunan  mədəniyyəti  dünya  sivilizasiyasının  inkişafında  güclü  təsir 

göstərmişdir. 

Qədim  Şərq  mədəniyyətləri  –  Mesopotamiya,  Fələstin,  Finikiya,  Suriya,  Hettlər, 

Elam,  ran  ilk  sivilizasiyalarının  təməlini  qoymuş,  sonralar  sönməyə  başlayaraq 

b.e.ə.I minillikdə zəngin Şərq mədəniyyətinin davamı Aralıq dənizinin ərazilərində 

yerləşən  regionlarında  davam  etmişdi.  Qeyd  olunan  regionda  b.e.ə.VII  əsrdən 

başlayaraq  Yunanıstan  mədəniyyət  mərkəzinə  çevrilmişdi.  Yunanıstan  qədim 

dövrlərdə  yaranmış  sivilizasiyalarının  bir  növ  varisi  olmuş,  sonralar  onu  daha  da 

zənginləşdirmişdi.  Qədim  yunan  mədəniyyətinin  yaranmasına  Krit-Miken, 

Finikiyalılar, Misir,  ran sivilizasiyalarının böyük tövhəsi olmuşdu. 

Qədim  Yunanıstan  (Qədim  Ellada)  tarixi  şərti  olaraq  doqquz  inkişaf 

mərhələlərinə bölünür: 

1)Paleolit dövrü 

2)Neolit dövrü 

3) lk və orta tunc dövrü 

4)Tunc dövrünün son mərhələsi 

5)Dəmir dövrü 

6)Polis quruluşunun yaranması və inkişafı 

7)Quldarlıq quruluşunun klassik dövrü 

8)Ellinizm inkişafı və möhkəmlənməsi 

9)Ellenizm  dövlətlərinin  tənəzzülü,  Roma  tərəfindən  Yunanıstanın  işğal 

edilməsi. 

Qədim  Yunanıstan  mədəniyyətinin  keçdiyi  tarixi  yol  adətən  Krit-Miken 

dövründən  başlanır.  Krit-Miken  mədəniyyətinə  aid  Minoy  mədəniyyəti 

(e.ə.təqribən  3-2-ci  minilliklər)  mərkəzi  Knos  olan  Krit  dövlətində  yaranmışdı. 

Kritdə  piktoqrafik  yazı  sistemi  yayılmışdır.  Balkan  yarımadasında  Minoy 

mədəniyyəti  ilə  eyni  dövrdə  yaranan  Ellada  mədəniyyəti  də  Krit-Miken 

mədəniyyətinə  aiddir.  Ellada  mədəniyyətinin  son  mərhələsi  Mikena  mədəniyyəti 

ilə səciyyələnir. Mikenada müdafiə tikililəri, saraylar, hökmdar sərdabası, ticarət-

sənətkarlıq məhəllələrinin qalıqları aşkar edilmişdir. Kiklad mədəniyyəti (Mərkəzi 

Melos)  e.ə.təqribən  1400  ildən  sonra  Minoya  və  Ellada  mədəniyyətinin  təsirinə 

məruz  qaldı.  Avropa  ərazisində  Krit-Miken  mədniyyət  dövründə  ilk  dəfə  sinifli 

cəmiyyət  və  dövlət,  yazı  yaranmış,  memarlıq,  heykəltəraşlıq  və  s.yüksək  inkişaf 

etmişdi. 

B.e.ə.XI-IX əsrlərin Qədim Yunan mədəniyyəti Homer dövrü adlanır. Homerin 

məşhur “ liada” və “Odisseya” əsərləri ilə dünya ədəbiyyatı siyahısına töhfə bəxş 

etmişdir.  

B.e.ə.VIII  əsrin  ortaları  VI  əsrin  axırları  arxaik  dövr  kimi  qiymətləndirilərək 

Yunanıstanda müstəqil polislərin təşəkkül tapdığı çağdır.Arxaik dövrün məbədləri 

ə

sasən dorik üslubla tikilirdi. 



Arxaik  dövr  incəsənətinin  mühüm  sahələrindən  birini  də  heykəltəraşlıq  təşkil 

edirdi.  Arxaik  çağın  xüsusiyyətlərindən  birini  də  elmin  inkişafı  təşkil  edirdi. 

Xüsusilə,  fəlsəfi  sistemin  –  natur  fəlsəfənin  əsasının  qoyulması  ilk  antik  fəlsəfi 

məktəbin yaranmasınan sübutu idi. Pifaqor və onun ardıcılları, mövcud cisimlərin 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə