Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   2   3   4   5   6   7   8   9   ...   24

mahiyyətini kəmiyyət münasibətlərində görürdü. Dövrün ən nəhəng filosoflarından 

biri  Heraklit  (b.e.ə.554-483)  idi.B.e.ə.VI  əsrə  doğru  yunan  ədəbiyyatında  təmsil 

xüsusi bir janr kmi təşəkkül tapır. Onun görkəmli nümayəndəsi Ezop hesab edilir. 

Qədim  yunan  mədəniyyətinin  çiçəklənmə  dövrlərindən  birini  də  b.e.ə.VI  əsrləri 

ə

hatə  edən  klassik  dövr  təşkil  edir.  Bu  dövr  erkən  klassika  (b.e.ə.VI-V  əsrin  I 



yarısı),  orta  klassika  (b.e.ə.V  əsrin  ortaları)  və  son  klassika  (b.e.ə.V-VI  əsrin 

sonları) çağlarına bölünür. 

Dövrün  ən  məşhur  müdriki  Sokrat  (b.e.ə.470-399),  Demokrit  idi.  Orta  klassik 

dövründə  ədəbiyyatda  irəliləyiş  Esxil,  Sofokl,  Evripid,  Aristofan  kimi  yazarların 

adı  ilə  bağlıdır.  Esxil  klassik  yunan  faciəsinin  banisi  hesab  edilir.  Teatra 

dekorasiya, maskaların daxil edilməsi Esxilin adı ilə bağlıdır. 

Dövrün  digər  faciə  ustadı  Sofokl  hesab  edilir.  Klassik  dövrünün  məşhur 

komediya ustadı Aristofan hesab edilir.  

Son  klassika  dövrünün  məşhur  filosofları  Platon  və  Aristotel  idi.  Beləliklə, 

qədim  yunan  mədəniyyətində  klassika  dövrünün,  onun  ayrı-ayrı  çağların  çox 

böyük rolu vardır. 

Qədim Yunanıstanda şərab tanrısı Dionisin şərəfinə təşkil edilmiş bayram, onun 

barəsində əfsanələrin səhnələşdirilib nümayiş etdirilməsi ilə qədim yunan teatrının 

ə

sası qoyuldu. Qədim Yunanıstanda teatra "böyüklər üçün məktəb" deyirdilər. E.ə. 



VI  əsrin  sonu  V  əsrdə  Afinada  açıq  havada  tamaşa  göstərmək  üçünilk  teatrlar 

tikildi.  Yunan  sözü  olan  "teatr"  "tamaşa  yeri"  deməkdir.  Xorun  çıxış  etdiyi  yer 

"orkestra", aktyorların oynadığı yer "skena" adlanırdı. 

Yunanlar  e.ə.  II  minillikdə  unutduqları  öz  yazılarına  bir  daha  qayıtmadılar. 

Onlar  e.ə.  IX  əsrdə  finikiyalıların  əlifbasına  sait  səsi  bildirən  2  işarə  əlavə  edib 

24hərfdən  ibarət  yunan  əlifbasını  tərtib  etdilər.  Onlar  mətni  papirus,  gil  lövhə, 

üzərinə mum çəkilmiş taxta parçası üzərində stil adlanan metaldan düzəldilmiş ucu 

ş

iş  çubuqla  yazırdılar.  Azad  yunanların  uşaqları  7  yaşından  məktəbə  gedirdi. 



Sənətkar  və  kəndli  uşaqları  ibtidai  məktəbdə,  dövlətli  uşaqları  18  yaşınadək 

gimnaziyada  oxuyurdu.  Onlar  Homerin,  Hesiodun  və  başqa  yazıçıların  əsərlərini 

ə

zbər  bilirdilər.  Şagirdlərə  şəkil  çəkməyi,  rəqs  etməyi,  mahnı  oxumağı  və  lirada 



çalmağı,  valideynlərinə  və  yaşlılara  ehtiramla  yanaşmaq  qaydalarını  öyrədirdilər. 

Qızlar və qullar oxumurdular. 

 

 

3.Pelopennes müharibəsi 

I.  Peloponez  müharibəsi,  e.ə  460  -  446-cı  illər  arasında,  Spartanın  əsas  güc 

olduğu  Peloponnes  Birliyi  ilə  Afina  mperatorluğu  və  bəzi  müttəfiqləri  arasında 

reallaşan  bir  silsilə  bir  müharibədir.  Müharibə    bir  neçə  səbəblə  izah  olunur. 

Bunlar,  Afinanın  şəhər  ilə  liman  arasında  "uzun  divarlar"ı  tikməsi,  Attikadakı 

Megara  şəhərinin  Peloponnes  Birliyindən  ayrılması  və  Afina  mperatorluğunun 

inkişafından Spartanın  narahat olmasıdır. Müharibə e.ə  460-cı ildə  başlamışdır. 

Afina  döyüşün  ilk  mərhələlərində  üstün  donanması  sayəsində  dənizdə  bəzi 

müvəffəqiyyətlər əldə etmişdir. Quru müharibələrində də müvəffəqiyyətli nəticələr 

ə

ldə  etdilər.  Bununla  birlikdə  e.ə  457-ci    ildə  Sparta  və  müttəfiqləri  qarşısında 



məğlubiyyətə  uğradılar.  Ancaq  Afinanın  Misirə  göndərdiyi  donanma  və  ordunun 


e.ə 454-cü ildə məğlubiyyətə uğraması vəziyyəti Afina baxımından pisləşdirmişdir. 

Bunun  üzərinə  Sparta  ilə  beş  illik  bir  atəşkəs  andlaşması  edilmişdir.  Bu  atəşkəs 

müddətinin  sona  çatmasının  ardından  e.ə  448-ci    ildə  müharibə  yenidən 

başlamışdır.I.  Peloponnes  müharibəsi,  Afina  ilə  Sparta  arasında,  Otuz  il  sülhü 

olaraq bilinən bir barış andlaşmasıyla sona çatdırılmışdır. Andlaşma MÖ 446 - 445 

qışında edilmişdir. Bu andlaşmanın hökmlərinə görə hər iki tərəf də öz torpaqlarına 

çəkiləcək.  Afina  dənizdə  hakim  vəziyyətini  davam  etdirərkən  Sparta  da  quruda 

hakim vəziyyətdə qalmışdır. Döyüş sonunda Megara Peloponez Birliyinə qayıtdı. 

Aegina isə  Delos Birliyinin vergisini ödəyən  bir üzv oldu. 

 II  Peloponnes  müharibəsi  (e.ə  431-404),  Antik  Yunanıstanda    böyük  şəhər 

dövlətlərindən  Afina  və  onun  imperatorluğunun,  Sparta  və  Peloponnes  Birliyi 

qarşısında iştirak etdiyi döyüşdür. 

E.ə  431-ci  ildə  Afina  və  Sparta  arasındakı  müharibənin  səbəbi  qaynaqdan 

qaynağa  dəyişir,  amma  bütün  bunların  arasında  ən  tutarlıları  köhnə  Yunan 

tarixçiləri  Fukidid  və  Plutarxının  söylədikləridir.  Yazılanlara  görə  Korinf  və 

koloniyalarından biri olan Korfu, Afinanın təsiri ilə bir-birinə düşmən olur. Daha 

sonra  Afina ilə  Korinf  arasında  Potidaeanın    idarəsi  üzərinə, Afinanın  Potidaeanı 

mühasirəsi  ilə  nəticələnən  bir  rəqabət  başladı.  Sonunda  Afina,  Megoria  Fərmanı 

adı  ilə  iqtisadi  fərmanlar  silsilə  qəbul  etdi  və  bununla  30  illik  Peloponnes  Sülh 

Andlaşmasını  pozmaqla  günahlandırıldı.  Beləcə,  hər  iki  tərəfin  də  əvvəldən 

qərarlaşdırdıqları hökmlərə əsasən  Sparta, Afinaya müharibə elan etdi. 

Afina ilə Sparta arasında uzun zamandan bəri münaqişə mövcud idi. Bunun əsas 

səbəblərindən biri onların fərqli dövlət quruluşlarına malik olmasında idi. Afinada 

demokratiya, Spartada isə oliqarxiya üsul-idarəsi bərqərar idi. Hər iki tərəf onlara 

müttəfiq  olan  polislərdə  eyni  idarə  üsulunu  hakim  etməyə  çalışırdı.  Bunlardan 

ə

lavə  münaqişənin  səbəblərindən  biri  də  bu  şəhərlərin  əhalisinin  fərqli  xalqlara 



mənsub olmasında idi, belə ki, afinalılar (və onların müttəfiqlərinin böyük hissəsi) 

ioniyalı, öz növbəsində spartalılar və onun müttəfiqləri dorilər idi. 

Tarixçilər  ənənvi  olaraq  Peloponnes  müharibəsini  iki  hissəyə  bölür.  Birinci 

mərhələdə  (Arxidam  müharibəsi)  spartalılar  müntəzəm  olaraq  Attikaya  soxulur, 

afinalılar isə Peloponnes ətrafında dəniz reydləri edir və öz mütttəfiqləri arasındakı 

narazılıqları  yatırırdılar.  Bu  mərhələ  e.ə.  421-ci  ildəki  Niki  sülhü  ilə  başa  çatdı. 

Lakin  bu  sülh  Peloponnesdəki  toqquşmalara  görə  uzun  sürmədi.  E.ə.  415-ci  ildə 

afinalılar  Sirakuzaya  hücum  etmək  məqsədilə,  Siciliyaya  ekspedisiya  yolladılar. 

Hücum afinalıların sarsıdıcı məğlubiyyəti ilə bitdi; ekspedisiya qüvvələri tamamilə 

məhv edildi. Bu müharibənin son mərhələsi olan Dekeliya və ya  oniya müharibəsi 

adlanır. Bu dövrdə  randan böyük yardım alan Sparta qüdrətli donanma yaratdı. Bu 

da onlara Egey dənizi və  oniyada yerləşmiş, Afinadan asılı olan dövlətlərə yardım 

göstərməyə,  Afinanın  qüdrətini  tamamilə  yox  etməyə  və  afinalıların  dənizdəki 

ağalığına son verməyə imkan verdi. E.ə. 405-cü ildə Eqospotam döyüşündə Afina 

donanmasının  tamamilə  məhv  edilməsi  nəticəsində  onların  müharibəni  davam 

etdirmək imkanları tamamilə tükəndi və Afina sonrakı il təslim oldu. 

Müharibəni  Sparta  qazanmasına  baxmayaraq,  bu  iqtidar  mübarizəsindən 

zamanla  Afina  qalib  çıxmışdır.  E,ə  480-479  Kserkesin  məğlubiyyətindən  sonra 

Pelopennes  müharibəsinin  başlanğıcına  qədər  olan  müddət  başda  Afina  olmaqla, 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə