Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   16   17   18   19   20   21   22   23   24

Türkiyə  Ərəbistan,  Sudan,  Tripolitaniya,  Mesopotamiya,  Fələstin,  Tripolotamiya, 

Suriya və başqa əraziləri itirdi. Bununla belə, Türkiyənin əsas əraziləri saxlanıldı. 

Kipr  Türkiyəyə,  Dodekanes  adaları  İtaliyaya,  Egey  dənizində  bir  sıra  adalar 

Yunanıstana güzəştə gedildi. 

Türkiyədə  işğal  rejimi,  beynəlxalq  maliyyə  nəzarəti,  türk  ordusu  üzərindəki 

məhdudiyyətlər ləğv edildi. 

Boğazlar  açıq  elan  edilirdi.  İstanbul  və  Çanakkala  boğazları  hərbsizləşdirildi. 

İstanbulda  türk  nümayəndəsinin  sədrliyi  ilə  beynəlxalq  boğazlar  komissiyası  təsis 

olundu. 

Ermənilərin  Türkiyə  ərazisində  dövlət  yaratmaq  arzuları  puça  çıxdı.  Uydurma 

erməni məsələsi Lozannada dəfn edildi.  

 

45.Paris sülh konfransı (1919) və onun qərarları 



Antanta  dövlətləri  qələbə  çaldıqdan  sonra  müharibədən  sonrakı  dünyanıntaleyini 

müəyyənləşdirmək  məqsədilə  sülh  konfransı  çağırmaq  qərarına  gəldilər.  Uzun 

diplomatik  mübahisələrdən  sonra  konfransın  Parisdə  çağırılması  barədə  razılıq  əldə 

edildi.  Almaniya  və  digər  məğlub  dövlətlərlə  sülh  müqaviləsinin  hazırlanması  üçün 

1919-cu  il  yanvarın  18-də  Parisdə  Versal  sarayında  sülh  konfransı  açıldı.  27  dövlətin 

iştirak  etdiyi  konfrans  Fransanın  baş  naziri  Klemanso,  Böyük  Britaniyanın  baş  naziri 

Lloyd  Corc  və  ABŞ  prezidenti  Vudro  Vilson  tərəfindən  idarə  olunurdu.  Rəsmi 

nümayəndə heyətləri 4 kateqoriyaya bölünmüşdü: 

1.  Döyüşən  və  qalib  gələn  iri  dövlətlər:  ABŞ,  Böyük  Britaniya,  Fransa,  İtaliya  və 

Yaponiya.  Bu  dövlətlər  konfransın  bütün  iclaslarında  və  komissiyalarda  iştirak 

edirdilər. Onlar ümumi xarakterli maraqlara malik idilər. 

2.  “Müəyyən  xarakterli  maraqları  olan”  döyüşən  dövlətlər:  Belçika,  Braziliya,  Böyük 

Britaniya  dominianları,  Hindistan,  Rumıniya,  Portuqaliya,  Serbiya,  Çexoslovakiya, 

Yunanıstan və s. Bu dövlətlər yalnız onlara aid olan məsələlər müzakirə edilən 

iclaslarda iştirak etmək hüququna malik idilər. 

3. Almaniya ilə diplomatik əlaqələri kəsmək vəziyyətində olan dövlətlər: Peru, Boliviya, 

Ekvador  və  Uruqvay.  Onlar  da  özlərinə  aid  məsələlər  müzakirə  ediləcəyi  iclaslarda 

iştirak edə bilərdilər. 

4. Bitərəf dövlətlər və yeni yaranmış dövlətlər: Onlar ölkələrinə aid məsələ müzakirə 

 ediləndə  ya  yazılı,  ya  da  şifahi  çıxış  edə  bilərdilər.  Paris  sülh  konfransının  başlıca 

məqsədi Almaniya və onun müttəfiqləri ilə sülh müqaviləsi bağlamaq idi. Konfransda 

qalib dövlətlər arasında dünyanı bölmək uğrunda ziddiyyətlər üzə çıxırdı. ABŞ dünya 

ağalığına, mənəvi rəhbərliyə can atırdı. O, Almaniya və Türkiyədən alınmış ərazilərin 

yaradılması  nəzərdə  tutulan  Millətlər  Cəmiyyətinin  nəzarəti  altına  verilməsini  tələb 

edirdi.  ABŞ  Millətlər  Cəmiyyətini  özünə  tabe  etməyə  ümid  bəsləyirdi.    1919-cu  il 

iyunun  28-də  Sarayevo  qətlinin  il  dönümündə  Parisdə  Versal  sarayında  Almaniya  ilə 

sülh müqaviləsi imzalandı. Müqaviləyə görə, Almaniya və onun müttəfiqləri müharibə 

təqsirkarları  elan  edildilər.  Onlar  vurulan  ziyana  görə  təzminat  ödəməli  idilər.  Paris 

sülh  müqaviləsinin  şərtlərinə  görə:  Almaniyanın  Elzas  və  Lotaringiya  vilayətləri,  Saar 

kömür hövzəsi Fransanın mülkiyyəti elan olundu. Fransa həmçinin Almaniyanın Toqo 

və  Kamerun  müstəmləkələrinin  bir  hissəsini,  Suriya  və  Livanı  aldı.  Saar  kömür 



mədənləri  15  il  müddətinə  Millətlər  Cəmiyyətinin  nəzarətinə  verildi.  Bu  müddət 

bitdikdən  sonra  onun  taleyi  yerli  əhalinin  sorğusu  ilə  həll  olunmalı  idi.  İngitərə 

Toqonun digər hissəsini və Tanqanikanı, Şərqi Akrikadakı alman mülklərini, Fələstini, 

İraqı  aldı.  İtaliya  Triyesti  aldı,  Avstriya  ilə  sərhəd  zolağına  yiyələndi.  Belçika  Eyren 

dairəsini  və  Malmedi  aldı,  həmçinin  Ruanda  və  Urundini,  Almaniyanın  Cənub-Qərbi 

Afrikadakı  müstəmləkələrini  ələ  keçirdi.  Danimarka  Şlezviqin  şimal  hissəsinə  sahib 

oldu. Yaponiya Sakit okeandakı Marşal, Marian və Karolin adalarına sahib oldu. Polşa 

Poznan, Pomeraniya, Qərbi və Şərqi Prussiya və Sileziyanın yuxarı hissəsinə yiyələndi. 

Almaniya  Poşanın  müstəqilliyini  tanıyaraq  Dansiqdən  əl  çəkdi.  Bu  liman  Millətlər 

Cəmiyyətinin himayısi altında azad şəhər elan olundu.  

 

 

46. 1920-ci illərin əvvəllərində beynəlxalq münasibətlərin səciyyəvi cəhətləri 



 Ziddiyyətlərlə  dolu  olan  Versal  müqaviləsi  faktiki  olaraq  müharibə  dövründə 

imzalanmış  müttəfiqlik  haqqında  müqavilələri  ləğv  etdi.  Versal  sülh  konfransından 

sonra yaranan ziddiyyətlər yeni problemlər meydana çıxartdı. Bu vəziyyətdən istifadə 

edən Almaniya hər vasitə ilə Versal sülh müqaviləsinin şərtlərinin həyata keçirilməsinə 

mane olmağa başladı.  Yaxın Şərqdə də siyasi vəziyyət gərginləşməyə başlamışdı. Belə 

vəziyyətdə  Fransa  və  İngiltərə  bu  problemləri  həll  etmək  üçün  birləşmək  qərarına 

gəldilər.  Təzminat  məsələsi  və  Yaxın  Şərq  problemini  həll  etmək  məqsədilə  konfrans 

çağırmaq qərara alındı. 1921-ci il fevralın 21-dən martın 14-nə kimi keçirilən I London 

konfransında  təzminat  və  Yaxın  Şərq  məsələləri  müzakirə  edildi.  Konfransda 

Türkiyənin tələbi aşağıdakılardan  ibarət idi: Türkiyənin 1913-cü  il  sərhədlərinin bərpa 

edilməsi; İzmirin yunanlardan azad edilməsi və türklərə qaytarılması; 

Boğazlardan  sərbəst  keçid  şəraitində  Türkiyənin  suverenliyinin  və  təhlükəsizliyinin 

təmin edilməsi; 

Türkiyəyə özünü müdafiə etmək üçün hərbi dəniz donanmasının saxlanılması 

hüququnun verilməsi. 

Martın  3-də  İngiltərə  və  Fransa  Almaniyaya  bəyannamə  təqdim  etdilər.  Bu 

bəyannamədə Almaniyadan Versal sülhünün şərtlərinə əməl olunması tələb olunurdu. 

Əgər Almaniya martın 7-ə qədər şərtləri qəbul etməsəydi, müttəfiqlər Reyn çayının sağ 

sahilindəki  əraziləri  tutmalı  idilər.  Almaniya  qoyulan  müddətlə  razılaşmadığından 

müttəfiqlər onun bir sıra ərazilərini tutub Almaniyaya qarşı iqtisadi sanksiyalar tətbiq 

etdilər.  Almaniya  şərtləri  qəbul  etməyə  məcbur  oldu.  Martın  11-də  Fransa  və  İtaliya 

Türkiyəyə, İngiltərə isə Yunanıstana bəzi təkliflər 

etdilər: Müttəfiq qoşunları Türkiyədən çıxarılır. 

Müttəfiqlərin Türkiyədəki beynəlxalq maliyyə nəzarət komissiyasında türklər də iştirak 

edir. 

Yunan  qoşunları  İzmirdə  qalmaq  şərti  ilə  burada  türk  suverenliyi  bərpa  olunur.  Nə 



türklər,  nə  də  yunanlar  bu  şərtləri  qəbul  etmədi.  Konfrans  uğursuzluqla  nəticələndi. 

Yunanlar hərbi əməliyyatlara başladılar, türklər isə ruslarla danışıqlara başladılar. 1921-

ci  il  aprelin  29-dan  mayın  5-nə  qədər  keçirilən  II  London  konfransında  Almaniyanın 

təzminat  ödəməsi  məsələsi  müzakirə  edildi.  Müttəfiqlər  Almaniyadan  132  mlrd.  qızıl 




marka  təzminat  ödəməyi,  tərksilah  keçirməyi  və  müharibə  canilərini  təhvil  verməyi 

tələb etdilər. Almaniya müqavimət göstərsə də, mayın 11-də bütün şərtləri qəbul etdi. 

Yunanlar Sakarya döyüşündə türklərə məğlub olduqdan sonra 1921-ci il oktyabrın 20- 

də  Fransa  ilə  Türkiyə  arasında  Ankara  müqaviləsi  imzalandı.  Bu  müqaviləyə  görə, 

hərbi  əməliyyatlar  dayandırılır,  fransız  qoşunları  Kilikiyadan  çıxarılır,  türk  dəmir 

yollarında fransızlar konsessiya alır. Bu müqavilə İngiltərənin böyük narazılığına səbəb 

oldu. Beləliklə, Versal sistemində ilk çatlar meydana gəldi. Avropada gərgin beynəlxaq 

münasibətlər  iri  dövlətlərdən  başqa  digər  dövlətlər  arasında  da  baş  verirdi.  Belə  ki, 

Almaniya,  Çexoslovakiya,  Avstriya,  Polşa  və  Macarıstan  arasında  da  kəskin 

ziddiyyətlər  yarandı.  Fransa  Mərkəzi  və  Cənub-Şərqi  Avropa  ölkələrini  Almaniyaya 

qarşı  qoymaq  üçün  onların  ittifaqını  yaratmaq  qərarına  gəldi.  1921-1922-ci  illərdə 

Rumınya, Çexoslovakiya və Yuqoslaviya ayrı-ayrılıqda müqavilələr imzalayaraq “Kiçik 

Antanta” ittifaqı yaratdılar. Bu ittifaqı yaratmaqla Fransa Avropada hegemonluğa nail 

olmağa və məğlub dövlətlərin Avropadakı iddialarının qarşısını almağa çalışırdı. 

 

47.   I Dünya müharibəsindən sonra Avropada siyasi vəziyyət 



         1922-1923-cü  illərdə  Versal  sistemində  əsası  qoyulan  cəbhələşmə  meyllərinin 

əleyhinə gedən mübarizə Millətlər Cəmiyyətinin adı altında aparılırdı. Belə ki, Millətlər 

Cəmiyyətinin  1922-ci  ilin  sentyabrında  keçirilmiş  asambleyasının  14-cü  qətnaməsində 

Millətlər  Cəmiyyətinin  üzvləri  arasında  kollektiv  təhlükəsizlik  müqaviləsinin 

bağlanması nəzərdə tutulurdu. Bu ideyanı inkişaf etdirmək üçün 1923-cü ildə qarşılıqlı 

yardım  müqaviləsinin  layihəsini  müzakirə  obyektinə  çevirdilər.  Lakin  müqavilə 

iştirakçıları  arasında  bir-birinə  qarşılıqlı  yardım  mexanizmi  ətrafında  kəskin 

ziddiyyətlər  meydana  çıxdı.  Lakin  Rur  böhranından  sonra  və  Böyük  Britaniya  və 

Fransada  yeni  siyasi  qüvvələrin  hakimiyyətə  gəlməsilə  beynəlxalq  vəziyyətdə  kəskin 

dəyişiklik baş verdi. 

Fransanın  baş  naziri  Errio  Millətlər  Cəmiyyətinin  əsas  fəaliyyəti  kimi  dünya 

siyasətinin  partsivist  cərəyanını  formalaşdırmışdır  və  bunu  digər  dövlətlərə  qəbul 

etməyi  təklif  etdi.  Partsivizm  beynəlxalq  münasibətlərdə  qlobal  və  hərtərəfli  sistem 

kimi  qəbul  edilərək  bütün  ölkələrin  bərabərhüquqluluğuna  və  güc  tətbiq 

olunmamasına əsaslanır. Millətlər Cəmiyyətinin nəzarəti ilə beynəlxalq arbitr kollektiv 

təhlükəsizlik  formalaşdırılır.  Effektli  tərksilah  sistemi  təmin  olunurdu.  Bu  ideyaların 

həyata  keçirilməsi  üçün  beynəlxalq  münasibətlərin  dinc  vasitələrlə  həll  edilməsi 

haqqında  Cenevrə  protokolunun  layihəsi  hazırlandı.  Bu  layihəyə  əsasən  bütün 

dövlətlər  mübahisəli  məsələləri  həll  etmək  üçün  onu  beynəlxalq  məhkəmənin  daimi 

orqanına  verməyi  öz  öhdələrinə  götürməli  idilər.  Bu  arbitrajdan  imtina  edən  hər  bir 

dövlət  işğalçı  kimi  qəbul  olunurdu.  Millətlər  Cəmiyyətinin  şurasında  üzvlərinin  2/3 

hissəsinin razılığı ilə bu dövlətə qarşı lazımi tədbirlər həyata keçirilməli idi. 

1924-1925-ci illərdə bu layihə iri dövlətlər arasında müzakirə obyektinə çevrilmiş 

oldu.  Nəticədə  ingilis  diplomatiyası  onu  qəbul  etmədi.  Böyük  Britaniya  hökuməti 

partsifist siyasətini Avropada “bərabər səviyyə” və “qüvvələrin idraki nisbəti” sistemi 

kimi qəbul edirdi. 

Avropada  “bərabər  səviyyə”li  sistemin  yaradılmasında  və  mübahisəli 

problemlərin nizamlanmasında atılmış  ilk addımlar “rus və alman məsələləri”nin həll 




edilməsi oldu. 1924-cü ildə SSRİ-nin tanınma dövrü başlandı. Sovet ittifaqı ilə ilk rəsmi 

diplomatik münasibət yaradan Böyük Britaniya Makdonaldın leyborist hökuməti oldu. 

Bu dövrdə bir sıra dövlətlər SSRİ-ni tanıdılar. Bu tanımaların ardınca SSRİ-nin iqtisadi 

əlaqələri  də  genişləndi.  Lakin  1930-cu  ilin  əvvəllərinə  qədər  SSRİ  beynəlxalq 

münasibətlər  inkişafında  əsas  rol  oynamadığı  üçün  onu  Millətlər  Cəmiyyətinə  qəbul 

etməmişdilər. 

Rur  münaqişəsindən  sonra  Fransanın  Böyük  Britaniya  ilə  ziddiyyətləri  daha  da 

kəskinləşdi.  Hər  2    dövlət  bir-birlərinin  xarici  siyasətini  tənqid  atəşinə  tuturdular. 

Fransa Reyn və Bavariyada yaranan separatçı hərəkatları müdafiə etməyə başladı. 1923-

cü  ilin  oktyabrında  Fransa  müstəqil  Reyn  Respublikasını  tanıdı.  Almaniyada  gərgin 

ictimai  siyasi  vəziyyət  yarandı.  Ölkədə  solçu  və  nasional  sosialist  təşkilatlarının 

fəaliyyəti gücləndi. 1923-cü ilin noyabrında Bavariyanın mərkəzi Münhendə A.Hitlerin 

rəhbərliyi  ilə  nasional  sosialist  təşkilatının  “pivə  qiyamı”  adlanan  hadisəsi  baş  verdi. 

Fransa Rur sənayeçiləri ilə 1923-cü ilin noyabrın 23-də müqavilə imzaladı. İlk baxışdan 

bu  Fransanın  qələbəsi  olsa  da,  o,  özü  də  ağır  iqtisadi  çətinliyə  düşmüş  oldu.  Ağır 

vəziyyətə düşmüş Almaniya təzminatı ödəməkdən imtina etdi. 1923-cü ilin avqustunda 

Almaniyanın borcu 1300  bilion markaya çatmışdı. 

 

48. Lokarno sazişləri 



   Fransa  Ruru  işğal  etdikdən  sonra  Avropada  təhlükəsizlik  üçün  etibarlı  təminat 

yaradılması məsələsi böyük dövlətlər arasında müzakirə obyektinə çevrildi. Fransanın 

beynəlxalq  mövqeləri  getdikcə  zəifləyirdi.  Onun  mövqelərinə  təsir  edən  məsələlərdən 

biri  də  Fransanın  Suriyada  yerli  əhaliyə  qarşı  apardığı  hərbi  əməliyyatlar  idi.  1925-ci 

ildə  Millətlər  Cəmiyyətinin  Mosul  rayonunu  İraqa  verməsi  Türkiyə  tərəfindən  böyük 

narazılıqla  qarşılandı.  Belə  bir  şəraitdə  təminat  qərarının  imzalanması  məsələsi  böyük 

zərurətə çevrildi. 

Təminat məsələsinə həsr edilmiş Lokarno konfransı 1925-ci il oktyabrın 5-16-da 

keçirildi.  Konfransda  Böyük  Britaniya,  Fransa,  Almaniya,  İtaliya,  Belçika,  Polşa  və 

Çexoslovakiya nümayəndələri iştirak edirdi. Konfransın sədri Ostin Çemberlen idi. 

Lokarno konfransı aşağıdakı sənədləri qəbul etdi: 

  Konfransın yekun aktı; 

  Almaniya,  Belçika,  Fransa,  Böyük  Britaniya  və  İtaliya  arasında  təminat  müqaviləsi 

və ya Reyn paktı; 

  Almaniya ilə ayrı-ayrılıqda Belçika, Fransa, Polşa və Çexoslovakiya arasında arbitraj 

müqaviləsi; 

  Fransa ilə Polşa arasında saziş; 

  Fransa ilə Çexoslovakiya arasında saziş. 

Reyn  təminat  paktını  imzalayan  dövlətlər  Versal  sülh  müqaviləsi  ilə  müəyyən 

olunmuş  ərazilərdə  status-kvoya  hörmət  edəcəklərini  bildirərək,  bir-birlərinə  qarşı 

müharibələrdən  imtina  etmək  və  sərhədlərinin  toxunulmazlığına  dair  öhdəlik 

götürürdülər.  İngiltərə  və  İtaliya  arbitraj  sazişlərinin  təminatçıları  oldular.  Lokarno 

sazişləri  ilə  Almaniya  1926-cı  il  sentyabrın  10-da  Millətlər  Cəmiyyətinə  üzv  qəbul 

olundu. 



Lokarno  konfransından  sonra  böyük  dövlətlər,  xüsusən  də  İngiltərə  ilə  Fransa 

arasında ziddiyyətlər xeyli kəskinləşdi. Fransanın Avropada hegemonluğunun qarşısını 

almaq  üçün  İngiltərə  Almaniya  və  İtaliya  ilə  əməkdaşlığa  başladı.  1925-ci  ildə 

Rapolloda  Çemberlen  ilə  Mussolini  arasında  saziş  imzalandı.  1926-cı  ildə  İngiltərə  ilə 

İtaliya  arasında  hərbi  borclar  məsələsinə  dair  sazişlər  imzalandı.  İngiltərənin  bu 

addımına  cavab  olaraq  Fransa  Rumınıya  ilə  müqavilə  imzaladı.  Fransa  və  İngiltərə 

Balkanlarda  nüfuz  uğrunda  mübarizə  apararaq  1926-cı  ildə  Türkiyə  ilə  ayrı-ayrılıqda 

dostluq müqavilələri imzaladılar. 

  

49.  Brian-Kelloq paktı 



      1920-ci  illərin  sonunda  dövlətlərarası  münasibətlərdə  müharibələrdən  imtina 

edilməsi məsələsi ön plana keçmiş oldu. Fransanın xarici işlər naziri Brian 1927-ci ildə 

ABŞ-a  dostluq  münasibətlərini  bildirərək  onunla  istənilən  qarşılıqlı  öhdəlik  götürmək 

və müharibəni qanundankənar elan etmək haqqında saziş bağlamağı təklif etdi.  

İyunun 20-də Brian Amerikanın Parisdəki səfirinə “Əbədi dostluq haqqında Fransa-

Amerika  müqaviləsi”

nin  layihəsini  təqdim  etdi.  Fransa  bu  addım  ilə  frankın  dəyərini 

möhkəmləndirmək,  ABŞ  qarşısında  olan  borclarını  tənzimləmək  və  Avropada  öz 

mövqelərini gücləndirmək niyyətində idi. 

Amerika  diplomatiyası  bu  təklifdən  öz  daxili  və  xarici  siyasət  məqsədləri  üçün 

bacarıqla  istifadə  etdi.  ABŞ-ın  dövlət  katibi  Kelloq  bu  müqavilənin  yalnız  Fransa  ilə 

bağlanmasını  mümkünsüz  sayaraq  bütün  başlıca  dövlətlərlə    belə  bir  müqavilə 

imzalamasını  təklif  etdi.  Fransanın  ikitərəfli  müqavilə  bağlamaq  əvəzinə  ABŞ-ın 

çoxtərəfli  müqavilə  bağlamaq  təklifi  Parisdə  narazılıq  yaratdı.  Belə  şəraitdə  ingilis-

fransız  yaxınlaşması  üçün  addımlar  atıldı.  Bunu  görən  ABŞ  1928-ci  ildə  Lokarno 

sazişlərini  imzalayan  dövlətlərə  müharibədən  imtina  etmək  haqqında  müqavilənin 

layihəsini göndərdi. Layihə bütün dövlətlər tərəfindən qəbul olundu. 

 

Brian-Kelloq  paktının  imzalanması  mərasimi  1928-ci  il  avqustun  27-də  Parisdə 



keçirildi.  Bu  mərasimdə  Böyük  Britaniya,  Belçika,  Almaniya,  İtaliya,  Polşa,  Fransa, 

Çexoslovakiya və Yaponiyanın nümayəndələri iştirak edirdilər. Pakt 3 maddədən ibarət 

idi: 

1.

  Tərəflər qarşılıqlı münasibətlərində mübahisə və müharibələrdən imtina edirdilər. 



2.

  Mübahisələri və münaqişələri dinc yollarla həll etməli idilər. 

3.

  Bu pakt bütün dövlətlər üçün açıq elan edilirdi. 

 

50

.  II Dünya müharibəsi ərəfəsində beynəlxalq münasibətlər 



       1938-ci ilin əvvəlində Avropa müharibə astanasında idi. Bu dövrdə faşist dövlətləri 

işğalçı planlarını həyata keçirməyə başladılar. Almaniya “Vahid xalq, vahid dövlət, vahid 

fürer”

  şüarı  altında  bütün  almanlar  yaşayan  torpaqları  birləşdirmək  uğrunda 



mübarizəyə  başladı.  İlk  hədəf  Hitlerin  vətəni  olan  Avstriya  oldu.  Almanlar  Avstriya 

sərhədlərini keçdilər. Avstriyanın müstəqilliyinə son qoyuldu. Avstriyanın müstəqilliyi 

məsələsinə  dair  plebisist  keçirildi.  Plebisistin  nəticəsinə  görə,  Avstriya  əhalisinin 

əksəriyyəti Almaniyaya birləşmək qərarını qəbul etdi. Beləliklə, 1938-ci il martın 13-də 

Avstriya  dinc  yolla  Almaniya  imperiyasının  tərkibinə  qatıldı.  Avstriyanın  anşlüsü 



Avropa  dövlətləri  tərəfindən  birmənalı  qarşılanmadı.  İtaliya  onu  bəyəndi,  İngiltərə  və 

Fransa  isə  ona  etiraz  etdi.  Lakin  sonradan  sakitləşərək  bunu  qəbul  etməyə  məcbur 

oldular. 

Həbəşistan,  İspaniya  və  Avstriyanın  ardınca  Çexoslovakiya  gəlirdi.  Almaniya 

Çexoslovakiyanın  almanlar  yaşayan  Sudet  vilayətini  özünə  birləşdirməyə  çalışırdı. 

1938-ci il sentyabrın 29-30-da Münhendə Almaniya, Böyük Britaniya, Fransa və İtaliya 

nümayəndə heyətlərinin konfransı keçirildi. Konfransda Hitler, Çemberlen, Daladye və 

Mussolini  iştirak  edirdilər.  Münhen  sövdələşməsinə  görə,  Çexoslovakiyanın  almanlar 

yaşayan  bütün  sərhəd  rayonları  Almaniyaya  verildi.  Maraqlıdır  ki,  Çexoslovakiya 

konfransa dəvət olunmamışdı. Sudet vilayətini  birləşdirdikdən sonra Almaniya bütün 

Çexoslovakiyanı işğal etdi. 

1939-cu  il  mayın  22-də  Almaniya-İtaliya  arasında  qarşılıqlı  yardım  haqqında 

müqavilə  imzalandı. Bu müqavilə “Polad pakt” adlanırdı. İtaliya Albaniyanı da  işğal 

etdi. 


Almaniyanın  təcavüzkarlıq  hərəkətlərinə  qarşı  Fransanın  Avropa  dövlətlərini 

birləşdirmək  cəhdləri  heç  bir  nəticə  vermədi.  1939-cu  ilin  mart-avqust  aylarında 

keçirilən  ingilis-fransız-sovet  danışıqları  uğursuzluqla  nəticələndi.  Çünki  danışıq 

aparan tərəflər eyni zamanda seperat şəkildə Almaniya ilə də danışıqlar aparmağa cəhd 

edirdilər. 

1939-cu  ilin  mayında  Yaponiya  Monqolustana  hücum  etdi.  SSRİ-nin  yardımı 

nəticəsində bu hücumun qarşısı alınmış oldu. Belə bir gərgin şəraitdə Almaniya SSRİ-yə 

hücum etməmək haqqında müqavilə imzalamağı təklif etdi. 1939-cu il avqustunda SSRİ 

ilə Almaniya arasında iqtisadi və ticarət yardımı haqqında saziş, 10 il müddətində bir-

birlərinə  hücum  etməmək  haqqında  pakt  və  əlavə  gizli  protokollar  imzaladılar. 

Müqaviləni  Almaniyanın  xarici  işlər  naziri  Ribbentrop  və  SSRİ  Xalq  Xarici  işər 

komissarı  Molotov  imzaladılar.  Molotov-Ribbentrop  adını  almış  bu  müqaviləyə  görə, 

tərəflər  bir-birlərinə  qarşı  hər  cür  zorakılıqdan,  təcavüzkarlıq  hərəkətlərindən  və 

hücum etməkdən imtina edirdilər. SSRİ ilə Almaniya gizli protokollara görə, Polşanı və 

ətraf  əraziləri  öz  nüfuz  dairələrinə  bölürdülər.  Bu  sənədlər  Almaniya  və  SSRİ-nin 

işğalçı hücumlarına əsas vermiş oldu. 

Beləliklə,  dövlətlərin  siyasəti,  beynəlxalq  münasibətlərin  kəskin  və  ziddiyyətli 

inkişaf meylləri nəticəsində dünya müharibə astanasında idi. 

             

 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə