Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   2   3   4   5   6   7   8   9   ...   24

Makedoniaydan  kənardakı  bütün  mülklərini  itirdi  və  hərbi  donanmasını  Romaya 

verdi. 


Roma  Yunanıstanda  keçmiş  müttəfiqlərinin  mənafeləri  ilə  hesablaşmadan 

hərəkət  edirdi  ;  dövlətlərin  sərhədlərini  özbaşına  müəyyənləşdirirdi.  Korinf, 

Demitriada,  Xalkidada  öz  qarnizonlarını  yerləşdirirdi.  Romalılar  müttəfiqlərindən 

Romaya boyun əyməyən Spartaya qarşı müharibəyə girməyi tələb etdi. E.ə. 192-ci 

ildə Sparta öz müstəqilliyini itirdi və Axey  ttifaqına daxil edildi. 

Aralıq dənizinin şərq sahilində Romanın hakimiyyətinin yayılması onu Selevki 

çarlığı ilə üz-üzə qoydu. Suriya çarı III Antiox  şərqdə bir sıra yeni əraziləri özünə 

tabe  etmişdi.  Antiox  Roma  ilə  müharibənin  labüdlüynü  anlayır  və  hazırlaşırdı. 

Hannibal onun ən yaxın məsləhətçisi olmuşdu. 

Hannibal Antioxa Karfagen-Makedoniya-Suriya üçlüyünü yaratmağı təklif etdi. 

Ancaq Antiox bu planı qəbul etmədi və Yunanıstanda uzun sürən müharibə yolunu 

seçdi. E.ə 190-cı ildə Maqneziyada Antiox qəti məğlub oldu. Roma ilə imzalanan 

müqaviləyə  görə  Antiox  Avropadakı  bütün  mülklərindən,  Asiyada  isə  Tavr 

çayından  şimaldakı  torpaqlardan  əl  çəkdi.  Romanın  Selevkilər  üzərində 

qələbəsindən  sonra  ellin  dövlətlərindən  heç  biri  daha  Aralıq  dənizinin  Şərq 

hövzəsində  hegemonluğa iddia edə bilməzdi. 

Makedoniya  çarı  V  Filip  yenidən  öz  gücünü  bərpa  etməyə,  yeni  ərazilər  ələ 

keçirməyə çalışırdı. V Filipin varisi Persey də Balkanlarda Roma hegemonluğuna 

son qoymaq istəyirdi.  

E.ə. 171-ci ildə III Makedoniya müharibəsi başlandı. E.ə. 168-ci ildə Perseyi və 

onun müttəfiqlərini darmadaöın edən romalılar Makedoniya şahlığını ləğv etdilər. 

Makedoniya və Yunanıstanı itaətə məcbur edən Roma Kiçik Asiya dövlətlərinə 

hücuma başladı. 

E.ə  168-ci  ildə  Roma  diplomatiyası  Suriya  çarı  IV  Antiox  üzərində  parlaq 

qələbə çaldı. E.ə. 64-cü ildə Pompey onu Suriya əyaləti kimi Romaya birləşdirdi. 

Beləliklə,  e.ə.  II  əsrdə  Roma  işğalçı  müharibələr    nəticəsində  nəhəng  dövlətə 

çevridi və bütün Aralıq dənizi sahillərində hegemonluöu ələ keçirdi.  

 

 



6. Roma imperiyasının tənəzzülü və süqutu 

Romada  sərkərdələr  arasında  gedən  mübarizədə  Konstantin  (306-337)  qalib 

gəldi.  O,  Romanı  sevmirdi  və  şərqdə  yaşayırdı.  Konstantin  Bosfor  boğazının 

Avropa  hissəsində  yerləşən  qədim  Vizanti  (Bizans)  yunan  şəhərini  paytaxt  seçdi. 

330-cu  ildə  paytaxt  Vizantiyə  köçürüldü.  Şəhər  Konstantinopol  (indiki  stanbul) 

adlandı. 

IV  əsrin  sonlarından  başlayaraq  barbarların  Roma  imperiyasına  hücumu 

gücləndi.  Roma  imperatorları  barbarlara  xərac  verməyə  məcbur  olurdular,  bəzən 

barbar  tayfalarından  muzdla  istifadə  edirdilər.  IV  əsrin  sonunda  Xəzərətrafı 

çöllərdən hunlar qərbə doğru hərəkət etdilər. Onlar Qara dənizin şimalında yaşayan 

ostqot tayfalarını qərbə sıxışdırdılar. Ostqotlar Dunay sahillərinə çəkildilər. Roma 

imperatoru  imperiyanın  sərhədlərini  müdafiə  etmək  üçün  ostqotlara  imperiya 

sərhədlərində məskən salmağa icazə verdi və onları ərzaqla təmin etməyi öhdəsinə 

götürdü. Lakin imperator vədini yerinə yetirmədi, bir parça çörək üçün oğlunu və 




özünü  satmağa  məcbur  olan  ostqotlar  üsyan  etdilər.  378-ci  ildə  üsyançılar 

imperator qoşununu məğlub etdi və imperator Valenti öldürdülər. Yeni imperator 

Böyük  Fedosi  üsyançıların  başçısını  ələ  alıb  üsyanı  yatırdı.  Qotları  Balkan 

yarımadasının  şimal-qərbində  yerləşdirdi.  mperator  Böyük  Fedosi  ölümündən 

ə

vvəl  imperiyanı  iki  oğlu  arasında  bölüşdürmüşdü.  395-ci  ildə  Roma  imperiyası 



Qərb və Şərq imperiyalarına ayrıldı. Balkan yarımadası, Misir və Asiyadakı Roma 

torpaqları Şərq imperiyasına, yəni Bizansa daxil idi. Paytaxt Konstantinopol oldu. 

Bizansın  başında  kiçik  qardaş  Arkadi  dururdu.  Qərb  imperiyasına  taliya,  Qərbi 

Avropa  və  şimali  Afrikadakı  qərb  əyalətləri  daxil  idi.  Ona  böyük  qardaş  Honori 

başçılıq edirdi. 

Roma  imperiyasının  zəifləməsindən  istifadə  edən  Alarixin  başçılığı  ilə  qotlar 

Yunanıstan  və  Makedoniyanı  tutdular.  Onlar  təcrübəli  döyüşçü  Alarixin  başçılığı 

altında  hücumu  davam  etdirib  taliyaya  soxuldular.  410-cu  ildə  onlar  Romanı 

tutdular.  Avropa,  Asiya,  Afrika  xalqlarını  itaətdə  saxlayan  Roma  barbarların 

hücumuna dözə bilmədi. Qullar, kəndlilər və kolonlar barbarlara kömək edirdilər. 

Şə

hər  üç  gün  qarət  edildikdən  sonra  qotlar  çıxıb  getdilər.  Qotlarla  yanaşı,  Roma 



imperiyasına  başqa  xalqlar  da  hücum  edirdi.  Vandallar  Qalliyanı,  daha  sonra 

spaniyanı  tutdular,  daha  sonra  Afrikaya  köç  edib  burada  Vandal  Alan  krallığı 

yaratdılar.  V  əsrin  əvvəllərində  hunlar  Romaya  hücum  etdilər.  451-ci  ildə  hun 

imperatoru  Atilla  ilə  Roma  sərkərdəsi  Aetüs  arasında  Fransa  ərazisində  gedən 

Katalaun  vuruşmasında  hər  iki  tərəf  böyük  itki  verdi.  Bir  ildən  sonra  452-ci  ildə 

Atilla  Roma  şəhərini  mühasirəyə  aldı.  Roma  papası  I  Leon  başda  olmaqla 

nümayəndə  heyəti  şəhərə  aman  verilməsini  xahiş  etdilər.  Atilla  onların  xahişini 

yerinə  yetirdi.  Bandal-Alan  kralı  Kayzerix  455-ci  ildə  Afrikadan  taliyaya  keçib 

Romanı  ələ  keçirdi  və  talan  etdi.  Vandallar  heykəlləri  sındırır,  kitabları  yandırır, 

incəsənət əsərlərini məhv edirdilər. Vandalların hücumundan sonra Romada cəmi 7 

min əhali qalmışdı. Romanın qarət edilməsindən sonra «vandalizm» sözü meydana 

gəldi.  Bu  söz,  incəsənət  və  digər  maddi-mədəniyyət  abidələrinin  amansızlıqla 

məhv edilməsi mənasında işlənir. 

Roma  imperiyasında  ağalıq  edən  barbar  başçıları  imperatorlarla  oyuncaq  kimi 

rəftar  edirdilər.  Onlar  imperiyada  istədikləri  kimi  davranır,  imperatorlara  məhəl 

qoymurdular.  476-cı  ildə  german  qoşununun  başçısı  Odoakr  sonuncu  Roma 

imperatoru  Romul  Avqustu  taxtdan  saldı,  imperatorluq  nişanını  Şərqi  Roma 

imperiyasına  göndərdi  və  Roma  imperiyasının  məhv  olduğunu  elan  etdi.  Bizans 

imperiyası  isə  çətinliklə  olsa  da,  barbarlara  qarşı  müqavimət  göstərir  və  öz 

varlığım qoruyurdu. 

476-cı  ildə  Qədim  Roma  imperiyası  süqut  etdi,  beləliklə,  Qərbi  Romada 

quldarlıq  quruluşu  dağıldı,  qədim  dünya  tarixi  sona  çatdı.  Orta  əsrlər  tarixi 

başlandı. 

 

 



7.Qədim Roma mədəniyyəti 

Roma  Qədim  Yunanıstandan  sonra  antik  dünyanın  ən  böyük  quldar  dövləti 

olmuşdur.  E.ə.  I  əsrdə  Balkan  yarımadası  və  Kiçik  Asiya  ölkələri  Roma 

imperiyasının  tabeliyində  olduğuna  görə  Roma  mədəniyyətində  yunan 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə