Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   2   3   4   5   6   7   8   9   ...   24

keçirmək  və  öz  gəlirlərini  artırmaq  idi.  Səlib  yürüşlərinin  işğalçılıq  məqsədləri 

"müqəddəsin  qəbri"nin  və  "Müqəddəs  torpağ"ın  (Fələstinin)  "kafirlər"dən 

(müsəlmanlardan)  azad  edilməsi  kimi  dini  şüarlarla  bəzədilmişdi.  Bəhanələr  bir 

olsa  da,  səbəblər  hərə  üçün  müxtəlif  idi:  feodalların  varlanmaq  hərisliyi, 

cəngavərlərin  nüfuzlarını  bərpa  etmək  istəyi,  xristian  ruhanilərinin  yeni  torpaqlar 

ə

lə keçirmək arzusu, yoxsulların isə azad olmaq cəhdi. 



Səlib  yürüşlərinin  əsas  qüvvəsini  var-yoxdan  çıxmış  cəngavərlər  təşkil  edirdi. 

Birinci  səlib  yürüşü  (1096  -  99)  üçün  bəhanə  1071-ci  ildə  səlcuq  türklərinin 

Yerusəlimi tutmaları oldu.  lk səlib yürüşü xaçlılar tərəfindən Yerusəlimin səlcuq 

türklərindən alınması və Yerusəlim krallığının yaradılması ilə başa çatdı.  

XII  əsrdə  müsəlman  dövlətlər  birləşməyə  başladılar.  Bunun  nəticəsində 

səlibçilər  öz  mülklərini  itirməyə  başladılar.  kinci  səlib  yürüşü  (1147  -  49)  üçün 

bəhanə  1144-cü  ildə  Şərqdə  yaradılmış  və  Yerusəlim  krallığından  vassal 

asılılığında olan Edessa qraflığının səlcuq türkləri tərəfindən tutulması oldu.  kinci 

xaçlı  səfərinin  nəticələri  qeyri-qənaətbəxş  olduğuna  görə,  Fələstin  torpaqlarında 

vəziyyət dəyişməyə başlamışdı. Səlibçilər mövqelərini əldən verirdilər və qüvvələr 

nisbəti onların əleyhinə çevrilirdi. Kiçik xaçlı dövlətləri artıq qüvvətlənməkdə olan 

müsəlman-türk  hökmdarları  ilə  bacara  bilmirdilər  və  məğlubiyyətlər  sıralanırdı. 

Edessa  qraflığının  1144-cü  ildə  itirilməsindən  sonra,  Qüdsün  də  vəziyyəti 

ağırlaşmışdı. Bütün bu məğlubiyyətlər son olaraq Qüdsün 2 oktyabr 1187-ci ildə, 

Səlahəddin  Əyyubi  tərəfindən  fəth  edilməsi  ilə  nəticələnmişdi.  Üçüncü  səlib 

yürüşü  üçün  bəhanə  1187-ci  ildə  Səlahəddin  Əyyubinin  Yerusəlimi  xaçlılardan 

geri alması oldu.  kinci və üçüncü səlib yürüşləri nəticəsiz başa çatdı.  

Roma  papası  III  nnokentinin  təşəbbüsü  və  Venesiya  tacirlərinin  qüvvəsi  ilə 

təşkil  olunan  dördüncü  səlib  yürüşü  (1202  -  1204)  Bizansa  qarşı  yönəlmişdi  və 

Konstantinopol  xaçlılar  tərəfindən  tutulandan  sonra  1204-cü  ildə  imperiyanın  bir 

hissəsində səlibçilərin dövləti - Latın imperiyası yaradıldı. 

1217-ci ildə beşinci səlib yürüşü başladı. Bu dəfə Misir hədəf olaraq seçilmişdi. 

Səlibçilər  1219-cu  ildə  Dimyat  şəhərini  ələ  keçirsələr  də,  uğurun  davanı  gəlmədi 

və  nəhayət  1221-ci  ildə  heç  nə  əldə  etmədən  geri  çəkilmək  məcburiyyətində 

qaldılar. 

1228-ci ildə yeni səfər başladı. Orduya, Almaniya imperatoru II Fridrix başçılıq 

edirdi. Bu dəfə müharibə deyil, danışıqlara üstünlük verən imperator Misir sultanı 

ilə razılığa gəldi və 17 mart 1229-cu ildə Qüdsə sahib oldu. Ancaq bu dəfə Qüds 

cəmi on beş il səlibçilərin əlində qaldı. 1244-cü ildə misirlilər şəhərə yenidən sahib 

çıxdılar. Beləliklə daha bir səfər uğursuz sona yetdi. 

Yeddinci  Səlib  Yürüşü  1249-cu  ildə  Misir  üzərinə  hücumla  başladı.  Xaçlılara 

Fransa  kralı  IX  (Müqəddəs)  Lüdoviq  başçılıq  edirdi.  Əsgərlərin  demək  olar  ki, 

hamısı fransız idi. Dimyatı ələ keçirən səlibçilər, Misir sultanı Turan Şahın onları 

blokadaya  alması  nəticəsində,  acınacaqlı  vəziyyətə  düşmüş,  sonunda  isə  kral  da 

ə

sir alınmışdı. IX Lüdoviq ağır girov verərək qurtulsa da, yürüş məğlubiyyətlə başa 



çatmışdı. 

1270-ci  ildə,  dindarlığı  ilə  seçilən  kral  IX  Lüdoviq  yeni  bir  səlib  yürüşünə 

başladı.  Amma  bu  dəfə  marşrut  Yaxın  Şərq  deyil,  Tunis  seçilmişdi.  Gəmilərlə 

sahilə  yan  alan  kral,  şəhəri  mühasirəyə  aldı.  Lakin  qəfil  baş  verən  epidemiya 




nəticəsində  kral,  onun  oğlu  və  bir  çox  əsilzadə  vəfat  etdi.  Sağ  qalanlar  da 

mühasirəni ataraq Fransaya qayıtdılar. Beləliklə də səlib yürüşləri epopeyası başa 

çatdı. 

Ard-arda baş verən uğursuzluqlar Fələstindəki səlibçi dövlətlərinin son qalıqları 



üzərindəki qara buludları daha da sıxlaşdırırdı. Misir sultanı Baybars 1265-ci ildə 

Qeysəriyyə  və  Arsufu  almışdı.  Daha  sonra  Antakyanın  üzərinə  gedən  sultan,  18 

may  1268-ci  ildə  bu  şəhəri  fəth  etdi  və  səlibçi  knyazlığına  son  vermişdi.  Ondan 

sonra hakimiyyətə gələn sultan Kalavun 1287-ci ildə Lazikiyyəni , 1289-cu ildə isə 

Tripolini tutmuşdu. Səlibçilərin əsas mərkəzi olan Qüds krallığından geriyə qalan 

son  böyük  şəhər  olan  Aqranın  1291-ci  ildə  müsəlmanlara  keçməsi  ilə  xaçlılar 

Yaxın Şərqdə əldə etdikləri torpaqlarını tamamilə itirdilər.  

Nəticə  olaraq  onu  demək  olar  ki,  Səlib  yürüşləri  ideyasının  uğursuzluqla  başa 

çatmasının  bir  neçə  mühüm  səbəbi  vardır.  Birincisi,  hətta  Fələstin  ərazisində  də 

xaçlılar öz köhnə ədavətlərindən əl çəkməmiş, yenə də tez-tez taxt-tac davalarına 

çıxmış  və  daxili  müharibələrin  də  ardı-arası  kəsilməmişdir.  Həm  də,  bir  çox 

Avropa  hökmdarları  Səlib  Yürüşü  fikrindən  yalnız  öz  şəxsi  məqsədləri  üçün 

istifadə edərək daha çox öz maraqlarının yerinə yetirilməsinə diqqət ayırmış, Xaçlı 

səfərlərinə  barmaqarası  yanaşmışlar.  Buna  misal  olaraq,  birinci  yürüşdə  heç  bir 

kralın  iştirak  etməməsi,  üçüncü  səfərdə  Fransa  kralı  II  Filippin  Qüdsə  çatmadan 

tezliklə  qayıtmasını  göstərmək  olar.  Almaniya  imperatoru  II  Fridrix  isə  yalnız 

anafema(dindən  çıxarılma)  qorxusu  altında  müharibəyə  yollanmağa  razılıq 

vermişdi,  lakin  bu  da  onu  qurtarmadı  və  Papa  IX  Qriqori  imperatoru  katolisizm 

xaricində elan etdi. 

Bundan  başqa  səlibçilər  yerli  xalqın  dəstəyinə  sahib  deyildilər.  Avropadan 

kömək  üçün  tez-tez  müxtəlif  şəxslər  Fələstinə  gəlsə  də,  iqlimin  əlverişsiz  olması 

səbəbindən onların bir çoxu tez ölürdü. 

Səlib  yürüşü  Avropaya  bir  çox  yeniliklər  gətirdi.  nsanlar  gigiyenaya  riayət 

etməyə,  müntəzəm  surətdə  çimməyə,  şəkərdən  istifadə  etməyə,  ipək  paltarlar 

geyməyə,  ipək  xalılardan  istifadəyə,  çini  qablar,  şüşə  məmulatları,  müxtəlif 

ə

dviyyatlar işlətməyə başladılar. Xaçlı səfərləri memarlığı da əhəmiyyətli surətdə 



dəyişdirdi.  Qəsrlərdə  gizli  yollar,  müdafiə  qüllələri  və  başqa  yeniliklər  Avropada 

yayılmağa başladı. 

 

 

9. Yüzillik müharibə 

Yüzillik  müharibə  -  1337  -  1453-cü  illərdə  Giyen,  Normandiya,  Anju  və 

Flandriya  üstündə  ngiltərə  ilə  Fransa  arasında  baş  vermişdir.  ngiltərə  kralı  III 

Eduardın  (Fransa  kralı  IV  Gözəl  Filippin  nəvəsi)  Fransa  taxt-tacına  iddia  etməsi 

Yüzillik müharibə üçün bəhanə oldu. "Sipər pulu" sayəsində əla təşkil edilmiş və 

peşəkar  şəkil  almış  ingilis  qoşunları  fransız  rıtsarlarından  daha  üstün  idilər. 

ngilislərin  çoxsaylı  piyadaları  azad  kəndlilərdən  təşkil  olunmuşdu.  ngilis 

ordusunun  yaxşı  donanması  vardı.  Onlar  bu  donanmanın  köməyi  ilə  La-Manş 

boğazını  keçib  Fransa  ərazisində  hərbi  əməliyyatlara  başladılar.  Müharibənin 

ə

vvəlində  fransızlar  məğlub  olmağa  başladılar.  ngilislər  Normandiyanı  tutdular. 



Onlar  1346-cı  ildə  Kresi  döyüşündə  fransız  qoşunlarını  məğlub  etdilər.  Kresi 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə