ngiltərədə hakimiyyətə gəldi və bu Stüartların restavrasiyası və ya məhdud
monarxiyanın bərpası idi. Onun
oğlu II Yakov (1658-1688) katolik idi. Onlar
Stüartların əvvəlki qeyri-məhdud hüquqlarını bərpa etməyə çalışırdılar. Lakin hər
iki kralın yeritdiyi siyasi xətt çox tezliklə ngiltərə parlamentində və hakimiyyət
elitasında yeni müxalifətin meydana gəlməsini şərtləndirdi, ölkədə ictimai-siyasi
vəziyyət yenidən olduqca kəskin xarakter aldı.
Parlament partiyaları – torilər, viqlər və anqlikan kilsəsi Fransanın dəstəyindən
istifadə edərək Stüartların qadın xətti ilə qohumlarından olan II Yakovun qızı
Mariyanın əri protestant Oranlı Vilhelmə müraciət edərək onu ngiltərəyə kral
taxtına dəvət etdilər. 1688-ci il dekabr ayında Vilhelm (1688-1702) Londona daxil
oldu və II Yakov tələsik şəkildə Londonu tərk etmək məcburiyyətində qaldı.
Beləliklə, 1688-ci il «şanlı inqilabı» adlanan bu hadisə ilə də ngiltərə burjua
inqilabı başa çatdı. ngilis tarixşünaslarınının «şanlı inqilab» adlandırdığı epizod
1688-1689-cu illərin hadisələri ilə bağlı olmuşdur.
ngiltərə burjua inqilabının qələbəsi ngiltərənin dünya birinciliyi yoluna çıxmasını
təmin etmişdi. ngiltərə tarixşünaslığı belə bir məsələdə həmrəydir ki, XVII əsrin
sonları üçün inqilabdan sonra keçən 40 il ərzində ngiltərə dünyanın ən böyük
müstəmləkə dövlətinə çevrildi.
25.
Fransa burjua inqilabının ilkin şə
rtlə
ri və
sə
bə
blə
ri
XVII əsrdə mütləq monarxiyanın mövcud olduğu Fransa Qərbi Avropanın ən
güclü dövlətlərindən biri idi. Ölkədə ali hakimiyyət krala məxsus idi.Baş Ştatlar
(parlament) qanunvericilik deyil,məhkəmə və inzibati orqan kimi fəaliyyət
göstərirdi.
Feodal gerilik onu müstəmləkələr uğrunda ngiltərə ilə mübarizədə məğlubiyyətə
uğratmışdı.Yeddiillik müharibənin(1756-1763) gedişində ngiltərə Kanadanı ələ
keçirmiş və Hindistanda üstünlüyə nail olmuşdu.
Kral hakimiyyəti və imtiyazlı silklər- zadəganlar və ruhanilər hər hansı islahat
keçirilməsinin qəti əleyhinə çıxırdılar. XVIII əsrin ortalarında Fransada sənaye və
ticarət xeyli genişlənmişdi.Bu zaman istehsalda manufakturalar həlledici rola malik
idi.
XVIII əsrin ikinsi yarısında Fransanın kənd təsərrüfatında, sənayesində və
ticarətində məhsuldar qüvvələrin artmasına mane olan köhnəlmiş feodal
qaydalarını ləğv etmək zərurəti yaranmışdı.
XVIII əsrdə Fransada sosoial –iqtisadi inkişafı ləngidən amillərdən biri əhalinin
silklərə bölünməsi idi.Əhali üç silkə (təbəqəyə) bölünürdü:
1.ruhanilər; 2.zadəganlar; 3.burjuaziya,kəndli,sənətkar, fəhlələr.
ngiltərədə hələ inqilabdan əvvəl zadəganların bir hissəsi sənaye və ticarətlə
məşğul olur, istehsalda muzdlu əməkdən istifadə edirdi, mütləqiyyətin
məhdudaşdırılmasında maraqlı idilər. Fransada isə ngiltərədən fərqli olaraq
belələri azlıq təşkil edirdi.
XVIII əsrin ikinci yarısında mütləqiyyətə qarşı güclü müxalifət qüvvələri meydana
gəlmişdi ki, bunlar da müxtəlif sosial təbəqələri əhatə edirdi.Onların qabaqcıl
dəstəsi güclənməkdə olan burjuaziya idi. Burjuaziya, yəni tacirlər,manufaktura
sahibləri,bankirlər iqtisadi cəhətdən güclü olsalar da , onlar silki imtiyazlar
sistemindən və hüquqsuzluqdan əziyyət çəkirdilər. Mütləqiyyətə qarşı mübarizədə
burjuaziyanın müttəfiqləri kəndlilər, sənətkarlar və fəhlələr idilər. Həmçinin birinci
və ikinci silklərdən olan bəzi mütərəqqi nümayəndələr narazı zadəganlar və
ruhanilərin aşağı hissəsi də islatların keçirilməsini tələb edirdilər. Üçüncü silkin
bütün təbəqələri ruhanilərin və zadəganların silki imtiyazlarının ləğv edilməsinə və
kral hakimiyyətinin məhdudlaşdırılmasına çalışırdılar.
Beləliklə,silki quruluşun və mütləqiyyətin ləğv edilməsi yetişməkdə olan burjua
inqilabının qarşısında duran mühüm vəzifələrdən biri idi.
26. " nsan və vətəndaş hüquqları bəyannaməsi"
Geniş xalq kütlələrinin inqilabi əhvali-ruhiyyəsinin yüksəlişi,burjuaziyanın
qazanılmış müvəffəqiyyətləri möhkəmləndirmək cəhdləri tezliklə Müəssislər
Məclisi tərəfindən “ nsan və vətəndaş Hüquqları Bəyannaməsi”nin işlənilib
hazırlnmasına gətirib çıxartdı. Mühüm əhəmiyyətə malik olan bu sənəd ABŞ-ın
“ stiqlaliyyət Bəyannəməsi”(1776) nümunəsi əsasında hazırlanmışdı. Müəssislər
Məclisi bu sənədi 1789-cu il avqustun 26-da elan etdi.
Bəyannamədə:
1.Xalq,Millət bütün hakimiyyətin yeganə mənbəyi hesab olunurdu;
2.Söz,visdan və mətbuat azadlığı elan edilirdi;
3.Silki imtiyazlar və mütləqiyyət rədd edilirdi;
4.Qanunsuz həbslər qadağan edilirdi;
5.Mülkiyyət toxunulmaz və müqəddəs elan olunurdu;
6.Zülmə qarçı mübarizə müqavimət hüquqnu təntənəli surətdə elan edilirdi.
Beləliklə,”Bəyannamə” mövcud quruluşa qarşı mübarizədə çox böyük inqilabi və
mütərəqqi əhəmiyyətə malik idi. O,Fransada geniş inqilabi yüksəlişə səbəb oldu və
digər ölkələrdəki qabaqcıl adamlar tərəfindən böyük sevinclə qarşılandı.
“ nsan və vətəndaş hüquqları Bəyannaməsi”nin qəbul
edilməsi Müəssislər
Məclisinin xalq arasındakı nüfuzunu möhkəmləndirdi.
27.Fransada 1791-ci il Konstitusiyası
Konstitutisiya hələ 1789-cu ilin payızında işlənilib hazırlandı. Lakin
konstitutisiya 1791-ci ilin sentyabrında qüvvəyə mindi.
Bu Konstitutisiyaya görə:
1.
Fransada konstitutisiyalı monarxiya quruluşu bərqərar edilirdi;
2.
Kral icraedici hakimiyyətin başçısı elan olunurdu.O,nazirləri təyin
edirdi və Nazirlər də ancaq kral qarşısında məsuliyyət daşıyırdı;
3.
Ali qanunvericilik hakimiyyət Qanunverici məclisə verilirdi.Lakin
kral hər hansı qanunu dayandıra və təxirə sala bilərdi;
4.
Ancaq
mülkiyyəti
olan
adamlar
seçki
hüququna
malik
olurdular.Milyonlarla yoxsul seçki hüququndan məhrum edilirdi;
5.
Senyorlar məhkəməsi andlılar məhkəməsi ilə əvəz olunurdu: əhali
tərəfindən seçilən bu andlılar məhbusun günahı olub-olmadığı məsələsini həll
edirdi;