Microsoft Word Avtomobil muhazira



Yüklə 8,07 Mb.
Pdf görüntüsü
səhifə11/89
tarix15.04.2023
ölçüsü8,07 Mb.
#105787
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   89
Avtomobillerin konstruksiyasi-Kerimov Z-Low resol

porşenin gedişi 
– 

adlanır. YÖN-dә yerlәşәn porşendәn yuxarıda qalan hәcm 


16 
yanma kamerasının hәcmi 
– 
V
s
, porşenin YÖN-dәn AÖN-ә hәrәkәti zamanı 
boşaltdığı hәcm isә 
silindrin işçi hәcmi 
– 
V
h
 
adlanır. Yanma kamerasının vә 
silindrin işçi hәcmlәrinin cәmi 
silindrin tam hәcmi 
adlanır: 
V
a
 = V
h
 + V
s
.
Mühәrrikin işçi hәcmi bütün silindrlәrin işçi hәcmlәrinin cәmidir vә litrlә 
ölçülür. 
Şәkil 8. Porşenin gedişi vә mühәrrikin silindrinin hәcmi: 
a)
 
porşen alçaq ölü nöqtәdә; b) porşen yuxarı ölü nöqtәdә 
 
Sıxma dərəcəsi

– silindrin tam 
hәcminin 
yanma 
kamerasının 
hәcminә 
nisbәtidir. 
Şәkil 9. Bir silindrli mühәrrikin iş 
prinsipinin sxemi 

 

V


V

Bu parametr porşenin AÖN-dәn YÖN-ә 
hәrәkәt etdikdә silindrin tam hәcminin neçә dәfә 
azalmasını göstәrir. 
Mühәrrikin gücü vә burucu momenti nazim 
çarx vasitәsi ilә avtomobilin transmissiyasına 
ötürülür vә belәliklә dә avtomobilin hәrәkәti 
tәmin edilir. Mühәrrikin kömәkçi aqreqatları da 
öz hәrәkәtini dirsәkli valdan (qabaq tәrәfә 
birlәşdirilmiş qasnaqlardan) alır. 
Hәlә ki, biz sizinlә bir silindrli mühәrrikә 
baxırıq, ümumiyyәtlә isә müasir avtomobillәrin 
mühәrriklәrindә bir qayda olaraq – 4, 6, 8 vә 
hәtta 12 silindr olur. İşçi hәcm nә qәdәr böyük olarsa – mühәrrik uyğun olaraq bir 
o qәdәr güclü olur. 
Mühәrrik boş gedişdә tәqribәn dәqiqәdә 800 – 900 dövr tezliklә fırlanır (13 

15 dövr/san). Avtomobilin orta vә böyük hәrәkәt sürәtlәrindә dirsәkli valın dövrlәr 


17 
sayı dәqiqәdә 2000-dәn 7000-ә qәdәr tәşkil edir. Avtomobil yarışmaları gedişindә 
xüsusi hazırlanmış avtomobillәrin mühәrriklәri 12000 dövr/dәq-yә qәdәr (saniyәdә 
200 dövr) vә daha çox sürәtlәnir. Porşenlәr silindrlәrdә çox böyük sürәtlә hәrәkәt 
edir. Dirsәkli valın bir dövrü әrzindә hәr porşen yuxarı qalxır, «dönür» vә aşağı 
düşür (vә ya әksinә 

әvvәl aşağı, sonra yuxarı). Porşenlәrin bir ölü nöqtәdәn 
digәrinә hәrәkәti saniyәnin yüzdә birindә baş verir. Bununla bәrabәr silindrlәrin 
daxilindә işçi gedişdә çox böyük temperatur vә tәzyiq yaranır, mühәrrik belә 
mürәkkәb şәraitdә işlәyir. 
Biz sizinlә bir silindrli mühәrrikin daxilindә baş verәn mürәkkәb prosesi 
aydınlaşdırdıq. Çox silindrli mühәrrik prinsipcә bir silindrli sadә mühәrrikdәn heç 
nә ilә fәrqlәnmir. 

Yüklə 8,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə