2
ÖN SÖZ
XUTBƏTUL-HACƏ
Həmd ancaq Allahadır,
Ona həmd edir, Ondan yardım və məğfirət
diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq.
Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz,
kimi də
azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki,
Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm
ki, Muhəmməd onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman
olduğunuz halda ölün». (Ali-İmran 102).
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan
zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar
törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər)
istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən
qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər
belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar.
Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə)
nail olar». (əl-Əhzab 70-71)
1
.
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi
Muhəmməd
- sallallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi
sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl
(iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır),
hər bir zəlalət isə
oddadır
2
.
1
Xutbətul-Hacə adı ilə məşhur olan bu duanı, cümə və s. xütbələrdə Peyğəmbər
- səllallahu aleyhi və
səlləm - oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyətmişdir. Hədisin ilk hissəini
bizə: – Əhməd 1/392-393,432, Əbu Davud 2188, Tirmizi 1105, Nəsəi 3/104-105, 6/69 və «Əməlul
Yəum vəl Leyl» 488, İbn Məcə 1892, Darimi 2202, Tayalisi «Musnəd» 1557, AbdurRazzaq
«Musənnəf» 10449, Bəzzar «Musnəd» - Kəşful Əstar 1/314, Əbu Yəla «Musnəd» 5233-5234,5257,
Tahavi «Şərhul Müşkilil Asar» 1-3, Təbərani «Məcmuul Kəbir» 10/10079-10080, Həkim
«Mustədrək» 2744, Beyhəqi «Sünnənul Kubra» 3/214-215, Bəğavi «Şərhus Sunnə» 2268 İbn Məsud
-
radıyallahu anhu – yolu ilə, Müslim «Şərhu Nəvəvi» 6/156-158, Əhməd 1/302,350, Nəsəi 6/89-90,
İbn Məcə 1893 və Tahavi «Şərhul Müşkilil Asar» 4 İbn Abbas
- radıyallahu anhu – yolu ilə, Tahavi
«Şərhul Müşkilil Asar» 5, Beyhəqi «Sünnənul Kubra» 3/215 Nubeyt b. Şərit
- radıyallahu anhu –
yolu ilə, Əbu Yəla «Musnəd» 7221, Nəsəi «Sünnənul Kubra» bax: «Tuhfetul Əşraf» 6/472 № 9148
Əbu
Musa əl-Əşari - radıyallahu anhu – yolu ilə.
2
Hədisin Ikinci Hissəsini – Müslim «Şərhu Nəvəvi» 6/153-156, Əhməd 3/319,371, Nəsəi 3/188-189,
Beyhəqi «Sünnənul Kubra» 3/214 Cabir b. Abdullah
- radıyallahu anhu – yolu ilə. Bu ləfz Nəsainin
ləfzidir. Hədisi Əhməd 3/371 və Müslim: «Sözlərin ən doğrusu» ləfzi yerinə: «Sözlərin ən xeyirlisi»
ləfziylə rəvayət edilmişdir. İmam Əhmədin digər rəvayətlərində isə 3/319: «Sözlərin ən gözəli»
şəkilindədir. Müslim: «Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir» ləfzi yerinə: «Hər
bir bidət bir zəlalətdir (sapıqlıqdır)» ləfziylə ravayət etmişdir. Hədisin sonunda olan: «Hər bir zəlalət
isə oddadır» ləfzini zikr etməmişdir. Bu beş səhabədən başqa hədsi: Aişə
- radıyallahu anhə –, Səhl b.
Sad
- radıyallahu anhu – mərfu olaraq. Hədis səhihdir. Muhəddis
Muhəmməd Nəsrəddin əl-Albani –