Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə1/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
  1   2   3   4   5   6   7   8   9   ...   92



Ömrün etməyəcək vəfa dedilər 

 

1



   

AYDIN ÇOBANOĞLU 

 

 

 

 

 

 



 

 

ÞMRÖN ETMßYßCßK  

VßFA DEDÈLßR 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

“Elm və təhsil” 



Bakı  –  2014


Aydın Çobanoğlu 

 

 



2

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında 1 iyul 2014-cü il tarixdə 

(protokol №10) çapa tövsiyə edilmişdir. 

 

 

Toplayanlar:    



Aytən Aydınqızı, 

Səyyad Aydınoğlu 

 

Tərtibçi və ön  



sözün müəllifi:   

Qəzənfər Paşayev 

filologiya elmləri doktoru, professor 

 

Redaktor: 

 

Məlahət Yusifqızı 

şair 

 

Rəyçilər: 

 

Zəlimxan Yaqub 

Xalq şairi, 

Elxan Məmmədli 

filologiya üzrə fəlsəfə doktoru

Əməkdar mədəniyyət işçisi 

 

Aydın Çobanoğlu. 



Ömrün etməyəcək vəfa dedilər  

(şeirlər, elmi və elmi-publisistik yazılar). 

Bakı, “Elm və təhsil”,  2014, 448 səh. 

 

 

Bu kitab saz-söz sənətində  və yaddaşlarda silinməz izlər 

qoyan aşıq Aydın Çobanoğlunun

 

oxucularla ilk



 

 



son

 

görüşüdür.



 

Aydın Çobanoğlunun ruhunu şad edəcək bu kitabı oxucuların, 

dost və tanışların könlünu oxşayacağına və yaddaşını oyadıb, 

uzun müddət onlara yoldaşlıq edəcəyinə inanırıq. 



 

2014


098

4702010000



N

 

грифли няшр

 

                             

 

 

© «Åëì âÿ òÿùñèë», 2014  

© Aytən Aydınqızı, 2014 



Ömrün etməyəcək vəfa dedilər 

 

3



 

ÖMRÜN VƏFA ETMƏDİYİ AŞIQ-ŞAİR 

 

şıq Aydın Çobanoğlunun yaradıcılığını tam əhatə edən 

bu maraqlı kitabın əlyazmasını vərəqlədikcə gənclik il-

lərindən dostluq etdiyim Aydını sanki yenidən kəşf et-

dim, digər tərəfdən də dostum haqqında çoxdan bəri söz demək 

arzum gerçəkləşdi. Buna görə dostumun ağıllı  və savadlı  qızı 

Aytənə minnətdaram. Kitaba ön söz yazmağı Aytən təmənna et-

di. Aşıq Aydının kitabda yer alan, bir çoxunun ilk oxucusu ol-

duğum  şeirlərini oxuduqca xəyal məni ağuşuna alıb arzuların 

aşıb-daşdığı illərə, – Aydınlı günlərə apardı: 

– 1972-ci ilin noyabr ayı idi. İraqa 3-cü dəfə uzunmüddətli 

ezamiyyətə hazırlaşırdım. İnstitut dostum, şair Ələmdar İsagilə 

getmişdim.  Ələmdar məni qarayanız, gülərüz bir gənclə tanış 

etdi. Diqqətimi ilk cəlb edən onun bığları oldu. O vaxt bığ sax-

lamaq kişilik nişanəsi hesab olunurdu. Demək olar ki, əksər ki-

şilər bığ saxlayırdılar. Ələmdarın da, mənim də bığımız vardı. 

– Tovuzludur, tələbə  aşıqdır, – deyərək  Ələmdar gülüm-

sündü. Bununla Aydının mənimlə yerli olduğuna işarə edirdi. 

Aydının  şirin danışığı vardı. Söhbət zamanı  məlum oldu 

ki, Texniki İnstitutda oxuyan bu gənc çağdaş poeziyamızı  və 

aşıq yaradıcılığını yaxşı bilir. Onda bilmirdim ki, Aydın aşıq 

ocağından pərvəriş tapıb. Bilmirdim ki, atası  aşıq Çobandan 

dərs alıb. Yarızarafat, yarıgerçək dedim ki, sənin yerin Univer-

sitetin filologiya fakültəsidir (O vaxt Azərbaycanda təkcə ADU 

vardı). Əvvəl-axır texniki elmlərə həvəsin öləcək, – dedim.  

– Elə mənim arzum ya Teatr İnstitutunda, ya da Azərbay-

can Dövlət Universitetinin filologiya fakültəsində oxumaq olub, 

tale belə gətirdi, – dedi. 




Aydın Çobanoğlu 

 

 



4

Dediklərimə o qədər inanmasam da, tale insanın öz əlində-

dir. – dedim… 

1975-ci ilin may ayında İraqdan vətənə qayıdanda gördüm 

ki, Aydın Musayev Universitetin filologiya fakültəsinin qiyabi 

şöbəsində oxuyur. Dostlaşdıq və dostluğumuz dünyasını dəyiş-

diyi günə qədər davam etdi. 

1951-ci ildə dünyaya göz açan Aydın 1993-cü ildə faciəli 

şəkildə dünyasını dəyişdi və cəmi 42 il ömür sürdü. Lakin insan 

üçün qısa olan ömür payında çox iş gördü. Tarixdə qalacaq iz 

qoyub getdi. Aydın bir neçə aşıq havası bəstələmişdir. “Səyya-

dı”, “Aygünüm”, “Çobanoğlu”, “Niyazi”, Xalq şairi Zəlimxan 

Yaqubun sözlərinə  bəstələnmiş “Ana laylası” və  Məmməd  İs-

mayılın “Yaman darıxmışam səninçün, ana” şeirinə bəstələdiyi 

hava belələrindəndir. Toylarda indi də oxunan, sevimli şairimiz 

Məmməd İsmayılın “Gözəldi” qoşmasına bəstələdiyi, oğlu Səy-

yada həsr etdiyi “Səyyadı” havası onun bəstəkarlığından, musi-

qi duyumundan xəbər verir. Havanın sözləri də başqa aləmdir: 

 

 Yar ol dərd bilənə, yar olanda da, 

Yoluna göz diksin, yorulanda da. 

Eləsinə vurul vurulanda da, 

Desinlər, ay Məmməd, əla, gözəldi! 

 

Aydın sonuncu misranı üç-dörd dəfə  təkrar edər, gah “De-

sinlər, ay Məmməd,  əla, gözəldi”, gah da “Desinlər, ay Səyyad, 

əla, gözəldi” oxuyardı. Bu özü də havaya xüsusi şirinlik gətirirdi.  

Aydın gənclikdə “Hicrani” təxəllüsü ilə şeirlər yazırdı. La-

kin sonralar atasının adını təxəllüs kimi götürərək “Çobanoğlu” 

təxəllüsü ilə məşhurlaşdı.  



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə