Microsoft Word Ayetullah-Sistani-aganin-Risalesi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
tarix13.08.2023
ölçüsü1,89 Mb.
#120551
Aga sistani



www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
İZAHLI ŞƏRİƏT MƏSƏLƏLƏRİ 
Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun 
olaraq 
Bismillahir-rəhmanir-rəhim 
Ən e’timadlı şəxslərin şəhadətinə əsasən, bu şərif «İzahlı şəriət məsələləri» kitabı 
Ayətullahul-üzma Seyyid Sistani həzrətlərinin fətvalarına müvafiqdir. 
ِمي ِحَرلا نمحرلا ﷲ ِمسِب 
اطلا ِهِلآ َو ِدﱠمَحُم ِمِساقلا ىِبَأ اَنِّيِبَن َو اَنِدِّيَس ىَلَع ُمَﻼﱠسلا َو ُةوَلﱠصلا َو َنيِمَلاعلا ِّبَر ِ ُدمَحلَا َنيِعَمجَأ مِهِئاَدعَأ ىَلَع ِﷲ ُةَنعَل َو َني ِرِه
ﱠدلا ِموَي ىَلِإ ِني 
Əlhəmdu lillahi rəbbil-aləmin, vəssəlatu vəssəlamu əla əşrəfil ənbiyai vəl-mürsəlin, 
Mühəmmədin və alihit-təyyibinət-tahirin. Vəllə'nətud-daimətu əla ə'daihim minəl anə ila 
yəvmil qiyaməti. 
TƏQLİDİN HÖKMLƏRİ 
Məsələ 1:
Hər bir müsəlmanın üsuli-dinə əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. Üsuli-
dində təqlid caiz deyil. Yə’ni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə 
e’timad edərək qəbul etmək olmaz. Amma haqq İslami əqidələrə yəqini olan bir şəxs onları 
izhar edirsə, bu əqidəsi bəsirət üzündən olmasa da, o şəxs müsəlman və mö’min sayılır, 
bütün İslam və iman hökmləri onun üzərində caridir. Müsəlman dinin zəruri və qəti olan 
hökmlərindən başqa, din hökmlərində ya müctəhid olub dini hökmləri çıxara bilməli, ya 
bir müctəhidə təqlid etməli, ya da öz təklifini (şər'i vəzifəsini) düzgün yerinə yetirməsinə 
yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə əməl etməlidir. 
Məsələn, müctəhidlərin bə’zisi bir əməlin haram olduğunu, digərləri isə haram olmadığını 
söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bə’zisi vacib, digərləri isə 
müstəhəbb buyururlarsa, onu etməlidir. Deməli müctəhid olmayan şəxslərin və ehtiyata 
əməl edə bilməyənlərin bir müctəhidə təqlid etmələri vacibdir. 
Məsələ 2:
Hökmlərdə təqlid, müctəhidin göstərişlərinə əməl etməkdir. Təqlid ediləcək 
müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, 12 imam (ə.s) şiəsi, halalzadə, diri və adil 
olmalıdır. Adil, üzərinə vacib olan işləri yerinə yetirib, ona haram olan şeylərdən çəkinən 
şəxsə deyilir. İnsanın zahirdə yaxşı olması ədalətin nişanəsidir, belə ki, onunla bir yerdə 
yaşayan camaatdan, qonşulardan və ya onunla əlaqədə olan şəxslərdən onun haqqında 
soruşsalar, onun yaxşı bir insan olduğunu təsdiq etsinlər. Ehtiyac duyulan yerdə və ümumi 
məsələlərdə müctəhidlər arasında hətta icmalən olsa belə, fətva ixtilafı olduğu təqdirdə 
insanın təqlid etdiyi müctəhid ə’ləm olmalıdır. Yə’ni Allahın hökmlərini dərk etməkdə 
zəmanəsinin müctəhidlərinin hamısından daha bacarıqlı olmalıdır. 
Məsələ 3:
Müctəhid və ə’ləmi üç yolla tanımaq mümkündür: 
1. İnsanın özü yəqin etsin; məsələn, insanın özü elm əhli olub müctəhid və ə’ləmi ayırd edə 
bilsin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
2. Müctəhid və ə’ləmi tanıyan iki adil alimin, bir şəxsin müctəhid və ya ə’ləm olduğunu 
təsdiq etmələri ilə; yalnız bunlar kimi başqa iki adil alim, bunların sözlərinin əksini 
söyləməməsi şərti ilə; hətta bir şəxsin müctəhid və ya ə’ləm olmağı, insanın inamı və 
e'timadı olan xübrə (mütəxəssis) bir şəxsin sözü ilə də sübut oluna bilər. 
3. İnsan əqlin qəbul etdiyi yolla bir şəxsin müctəhid və ya ə'ləm olmasına xatircəm olsun. 
Məsələn, müctəhid və ə’ləmi tanımağa qadir olan və sözlərindən xatircəmlik hasil olan bir 
dəstə elm əhlinin bir şəxsin müctəhid və ya ə’ləm olduğunu təsdiq etmələri ilə. 
Məsələ 4:
Müctəhidin fətvasını, yə'ni göstərişini əldə etməyin dörd yolu vardır: 
1. Müctəhidin özündən eşitmək. 
2. Müctəhidin fətvasını nəql edən iki adil şəxsdən eşitmək. 
3. Sözünə inanılmış bir şəxsdən eşitmək. 
4. Düzlüyünə əmin olunduğu halda müctəhidin risaləsində görmək. 
Məsələ 5:
İnsan müctəhidin fətvasının dəyişdiyini yəqin etməyənə qədər, onun risaləsində 
yazılmış fətvalara əməl edə bilər. Əgər hökmün dəyişdiyinə sadəcə ehtimal versə, axtarış 
aparmaq lazım deyil. 
Məsələ 6:
Ə’ləm müctəhidin fətva verdiyi bir məsələdə, o müctəhidin müqəllidi, yə’ni ona 
təqlid edən şəxs başqa müctəhidin fətvasına əməl edə bilməz. Amma fətva verməsə və 
«ehtiyat bu şəkildə əməl etməkdir» - deyərsə, məsələn; ehtiyat budur ki, namazın birinci və 
ikinci rük’ətində Həmdi oxuduqdan sonra şəxs bir surə oxumalıdır, müqəllid ya vacib 
ehtiyat deyilən bu ehtiyata əməl etməlidir, yaxud ondan sonrakı mərhələdəki ə'ləmlik 
dərəcəsini gözləməklə başqa bir müctəhidin fətvasına əməl etməlidir. Belə ki, əgər o 
müctəhid təkcə Həmdi kifayət bilirsə, buna əsasən o, surəni tərk edə bilər. Həmçinin ə’ləm 
müctəhid bir məsələnin üzərində düşünülməli və ya işkallı olduğunu deyərsə, bu da eyni 
hökmdədir. 
Məsələ 7:
Ə’ləm müctəhid, bir məsələdə fətvasını verdikdən sonra və ya fətva verməzdən 
əvvəl, o məsələdə ehtiyat edərsə, məsələn; «nəcis bir qab kürr suda bir dəfə yuyularsa, 
pakdır, amma ehtiyat odur ki, üç dəfə yuyulsun» – deyirsə, onun müqəllidi bu ehtiyatı tərk 
edə bilər və buna müstəhəbb-ehtiyat deyilir. 
Məsələ 8:
Əgər insanın təqlid etdiyi müctəhid dünyadan köçərsə, vəfatından sonra da 
dirilik hökmünü daşıyır. Buna görə, əgər o, diri olan müctəhiddən ə’ləm imişsə, ehtiyac 
duyulan məsələlərdə hətta icmalən olsa belə, fətva fərqləri olduğu təqdirdə vəfat etmiş 
müctəhidə təqlid etməkdə baqi qalmalıdır. Amma diri müctəhid ondan ə’ləm olarsa, diri 
müctəhidə təqlid etməlidir. Əgər onların hansının ə'ləm olması mə'lum olmasa, yaxud 
bərabər olsalar, öz əməlini hansı birisinin fətvasına uyğun yerinə yetirməkdə ixtiyar 
sahibidir. Amma əgər namazı tamam, yaxud qəsr qılmaq kimi ixtilaflı hallarda təklifinə 
icmali elmi olsa, yaxud icmalı höccət bərqərar olsa, ehtiyat vacibə əsasən hər iki fətvaya 
riayət etməlidir. Məsələnin əvvəlində gələn təqliddən əsas məqsəd, müctəhidin fətvasına 
əməl etmək deyil, müqəllid üçün müəyyən bir müctəhidin fətvalarına əməl etməyə iltizamlı 
olmasından ibarətdir. 
Məsələ 9:
Mükəlləfin, öyrənməmək vasitəsi ilə günaha düşməsinə (yə'ni vacibi tərk 
etməsinə, yaxud haram iş görməsinə) ehtimal verdiyi məsələləri öyrənməsi lazımdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 10:
İnsan, hökmünü bilmədiyi bir məsələylə qarşılaşarsa, ya ehtiyata əməl 
etməlidir, ya da deyilmiş şərtlərə əsasən bir müctəhidə təqlid etməlidir. Amma əgər o 
məsələdə, ə’ləm müctəhidin fətvasını öyrənmək imkanı yoxdursa, növbəti mərhələdə 
ə’ləmliyə, riayət etməklə qeyri-ə’ləmə təqlid etməyi caizdir. 
Məsələ 11:
Bir şəxs bir müctəhidin fətvasını başqa bir şəxsə söyləyərsə, sonradan o 
müctəhidin fətvası dəyişərsə, ona fətvanın dəyişdiyini xəbər verməyə ehtiyac yoxdur. 
Amma fətvanı söylədikdən sonra səhv dediyini başa düşsə, onun fətvanı səhv deməsi, o 
şəxsin şər’i vəzifəsinə əksinə əməl etməsinə səbəb olarsa lazım ehtiyata əsasən imkan 
daxilində o səhvi aradan qaldırmalıdır. 
Məsələ 12:
Bir mükəlləf, əməllərini bir müddət təqlidsiz yerinə yetirsə, əgər onun əməlləri 
vaqe ilə, yaxud hal-hazırda onun təqlid edəcəyi mərcə olacaq müctəhidin fətvasına uyğun 
olsa, əməlləri səhihdir. Bundan başqa hallarda əgər qasir cahil olarsa və əməlin nöqsanlı 
olması rükn və bu kimi şeylər cəhətindən olmazsa, əməli səhihdir. 
Həmçinin, əgər müqəssir cahil də olsa, əməli nöqsanlı olması cahillik surətində səhih olan 
bir cəhətdən olarsa, məsələn namazı alçaqdan oxumaq yerinə ucadan oxumaq və ya əksinə, 
olarsa, hökm eynidir. Əgər keçmiş əməllərini necə yerinə yetirildiyin bilməzsə, 
«Minhac»da qeyd olunan hallar istisna olmaqla səhihliyinə hökm olunur. Sonra bir 
müctəhidə təqlid edərsə, əgər o müctəhid, onun təqlidsiz etdiyi bu əməllərin düzlüyünə 
hökm edərsə, əməlləri səhihdir, əks təqdirdə həmin əməllər batil hökmünü daşıyır. 
TƏHARƏTİN HÖKMLƏRİ 
Mütləq və muzaf su 
Məsələ 13:
Su ya mütləqdir (saf), ya muzaf (qarışıq). Muzaf su bir şeydən alınan suya 
deyilir. Qarpız və gül suyu kimi, ya bir şeylə qarışan su, belə ki ona «su» deyilməyəcək 
şəkildə, palçıq və ona bənzər bir şeylə qarışmış olan suya deyilir. Bunlardan başqa qalan 
sular mütləq sudur. Mütləq su beş qismə ayrılır: 
1. Kürr su 
2. Az su 
3. Axar su 
4. Yağış suyu 
5. Quyu suyu 
1-Kürr su 
Məsələ 14:
Kürr su 36 qarış[1] olan bir qabı dolduracaq miqdardakı sudur. Və təqribən 
384 kq-dır. 
Məsələ 15:
Əgər sidik, qan, kimi eyni nəcis, həmçinin nəcis olmuş paltar və nəcis olmuş bir 
şey kürr suya dəyərsə, o suyun qoxusu və ya rəngi, ya da dadı nəcasatın tə’sirindən 
dəyişirsə, kürr su nəcis olur; əgər dəyişmirsə nəcis olmaz. 
Məsələ 16:
Əgər kürr suyun qoxusu, rəngi və ya dadı nəcasatdan başqa bir şeylə dəyişirsə, 
nəcis olmaz. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 17:
Əgər kürr su miqdarından artıq olan suyun bir hissəsinin qoxusu, rəngi və ya 
dadı, qan kimi nəcisin dəyməsi ilə dəyişirsə və dəyişməyən hissəsi kürr miqdarından az 
olsa, o suyun hamısı nəcisdir. Amma əgər dəyişməyən hissə, kürr miqdarında və ya daha 
artıq olsa, yalnız qoxu, rəng və ya dadı dəyişən hissə nəcis, qalan hissə pakdır. 
Məsələ 18:
Fəvvarənin suyu, kürr suya bağlı (müttəsil) olsa, nəcis bir suyu pak edər. Ancaq 
nəcis suyun üzərinə damla-damla tökülürsə, onu pak etməz. Lakin fəvvarənin üzərinə bir 
şey tutsalar və su, damla-damla olmazdan əvvəl nəcis suya qovuşarsa, onu pak edər. Amma 
lazımdır ki, fəvvarə suyu nəcis su ilə qarışsın. 
Məsələ 19:
Kürr suya birləşən bir krantın altında yuyulan nəcis bir şeydən tökülən su, əgər 
kürr suya birləşmiş olsa və nəcasatın qoxu, rəng və ya dadını almamışdırsa və nəcasatın 
özü də onda olmazsa, pakdır. 
Məsələ 20:
Əgər kürr suyun bir miqdarı buz bağlayarsa, qalan hissəsi də kürr miqdarında 
olmazsa və ona nəcasat dəyərsə, nəcis olur; buzdan əriyib su olan hissə də nəcisdir. 
Məsələ 21:
Kürr suyu miqdarında olan bir suyun, bu miqdardan azalıb-azalmadığına şəkk 
edilirsə, kürr su hökmündədir. Yə’ni nəcasatı pak edər və ona nəcasat dəydiyi vaxt (rəngi, 
dadı və iyi dəyişməsə,) nəcis olmaz. Kürr su miqdarından az olan bir suyun da, kürr 
miqdarına çatıb-çatmadığında insan şəkk edərsə, kürrdən az su hökmünü daşıyır. 
Məsələ 22:
Suyun kürr olması iki yolla sübut olunur: 
1. İnsanın özü bir suyun kürr olduğunu yəqin edə və ya əmin ola. 
2. İki adil şəxs suyun kürr olduğunu bildirələr. Amma əgər bir adil, yaxud e'timadlı şəxs və 
ya su ixtiyarında olan şəxs xəbər versə, amma xatircəmlik hasil olmasa, onun sözünə 
e'tibar etmək məhəlli işkaldır. 
2- Az su 
Məsələ 23:
Yerdən qaynamayan və kürr su miqdarından az olan suya, «az su» deyilir. 
Məsələ 24:
Az suya nəcis bir şey dəysə və ya onun üzərinə nəcis bir şey tökülsə nəcis olur. 
Amma əgər sıçrayışla (təzyiqlə) nəcis bir şeyin üzərinə tökülürsə, nəcis şeyə çatan qismi 
nəcis, qalan hissəsi isə pakdır. 
Məsələ 25:
Eyni-nəcisi (nəcisin özünü) pak etmək üçün, nəcis şeyin üzərinə tökülərək 
ondan ayrılan az su bir dəfə yuyulmaqla pak olmayan şeylərdə nəcisdir. Həmçinin lazım 
ehtiyata görə, eyni nəcisin aradan qaldırılmasından sonra, nəcis şeyi suya çəkmək üçün 
onun üzərinə tökülərək ayrılan su da nəcisdir. 
Məsələ 26:
Sidik və ğait məxrəcinin yuyulduğu az su beş şərtlə dəydiyi ayrı bir şeyi nəcis 
etməz: 
1. Nəcasatın qoxusu, rəng və ya dadını almasın. 
2. Kənardan başqa bir nəcis ona çatmasın. 
3. Sidik və ya ğaitlə birlikdə qan kimi ayrı bir nəcasat gəlməsin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
4. Suyun içərisində ğait zərrələri olmasın. 
5. Nəcasat məxrəc yerinin ətrafına normadan artıq yayılmamış olsun. 
3- Axar su 
Axar su o sulara deyilir ki: 1-təbii mənbəyi olsun. 2-Hətta müəyyən vəsitə ilə cari (axar) 
etsələr belə axar olsun; 3-Müəyyən qədər axımı davamlı olsun, və təbii mənbəyə birləşik 
olması lazım deyil. Deməli təbii şəkildə ondan (mənbədən) ayrılsa, yuxarıdan damcılar 
şəkildə tökülmək kimi-yerin üstündə cərəyan etməsi fərz olunduqda, cari su hesab edilir. 
Amma əgər bir şey onun mənbəyə birləşməsinə mane olsa, məsələn əgər suyun axmasına, 
yaxud qaynamasına mane olsa, yaxud onun mənbə ilə olan əlaqəsini kəssələr, qalan su 
hətta cərəyan etsə belə, cari su hökmündə deyil. 
Məsələ 27:
Axar su kürr su miqdarından az belə olsa, ona nəcasat dəydiyi zaman qoxusu, 
rəngi və ya dadı nəcasat vasitəsilə dəyişməyincə, pakdır. 
Məsələ 28:
Əgər axar suya nəcasət dəysə və onun bir hissəsinin qoxusu, dadı və ya rəngi 
nəcasat dəyməsi ilə dəyişərsə o hissəsi nəcisdir. Dəyişməyən hissənin çeşməyə bitişən qismi 
kürr sudan az belə olsa, pakdır. Digər tərəfin dəyişməyən çay suları isə, əgər kürr 
miqdarında olsa və ya dəyişməyən su vasitəsi ilə çeşməyə bitişirsə, pakdır. Əks halda 
nəcisdir. 
Məsələ 29:
Axmayan, amma suyundan bir az götürüldükdə təkrar qaynayan çeşmə, axar 
su hökmündə deyildir. Yə’ni əgər kürr miqdarından az olsa, nəcasat dəydikdə nəcis olur. 
Məsələ 30:
Arxın qırağında toplanmış, axar suya birləşmiş durğun su, axar su hökmündə 
deyildir. 
Məsələ 31:
Əgər bir çeşmə, məsələn; qışda qaynayar və yayda qaynaması kəsilirsə, yalnız 
qaynadığı zaman axar su hökmünü daşıyır. 
Məsələ 32:
İçindəki suyun miqdarı kürrdən az olan hamamın kiçik hovuzu, ikisinin suyu 
birlikdə kürr miqdarına yetişən bir xəzinəyə bağlı olsa və ona nəcis dəydiyi zaman qoxu, 
rəng və ya dadı dəyişməsə, nəcis olmaz. 
Məsələ 33:
Hamam və binaların krant və duşlarının borularından tökülən su, bağlı 
olduqları mənbədəki su ilə birlikdə kürr miqdarında olsa, kürr hökmünü daşıyır. 
Məsələ 34:
Yer üzərində axan, lakin yerdən qaynamayan su, kürr su miqdarından azdırsa, 
nəcasat dəyərsə nəcis olur. Amma əgər təzyiqlə axırsa, aşağı hissəsinə dəyərsə, yuxarı 
hissəsi nəcis olmaz. 
4- Yağış suyu 
Məsələ 35:
Üzərində nəcisin eyni olmayan nəcis bir şeyin hər yerinə bir dəfə yağış yağarsa, 
pak olar. Lakin sidik ilə nəcis olan bədən və paltara isə vacib ehtiyat olaraq iki dəfə 
yağması lazımdır. Xalça, paltar və buna bənzər şeyləri sıxmaq lazım deyil. Amma iki-üç 
damcı yağmasının da faydası yoxdur, «yağış yağır» – deyiləcək şəkildə yağması gərəkdir. 
Məsələ 36:
Əgər yağış eyni nəcis üzərinə yağaraq başqa bir yerə sıçrayarsa, eyni nəcis 
onunla birlikdə olmazsa və nəcasatın qoxu, rəng və ya dadını götürməmiş olsa, pakdır. 
Deməli, əgər qanın üzərinə yağıb ayrı bir yerə axan yağış suyunda qan zərrələri olsa və ya 
qanın qoxu, rəng və ya dadını götürmüşsə, nəcisdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 37:
Əgər bir binanın tavanı və ya damı üzərində eyni nəcis varsa, yağış yağdığı 
müddətdə o nəcisə dəyərək tavandan və ya damdakı navalçadan tökülən su pakdır. Amma 
yağış kəsildikdən sonra, gəlməkdə olan suyun o nəcisə dəydiyi bilinirsə, nəcisdir. 
Məsələ 38:
Nəcis olan bir yerə yağış yağarsa, pak olar. Əgər yağış suyu yerdə axmağa 
başlayıb, yağmağa davam etdiyi halda, tavanın altındakı nəcis yerə yetişirsə, oranı da pak 
edər. 
Məsələ 39:
Yağış suyunun bütün hissələrini əhatə etdiyi nəcis torpaq pak olur, bu şərtlə ki, 
suyun torpağa yetişməsi səbəbilə muzaf olması mə'lum olmasın. 
Məsələ 40:
Bir yerdə toplanmış yağış suyu, kürr miqdarından az olsa belə, yağış yağdığı 
zaman nəcis bir şey onun içərisində yuyularsa, o su nəcasatın qoxu, rəng və ya dadını 
almazsa, nəcis şey pak olar. 
Məsələ 41:
Nəcis bir yer üzərində sərili olan pak bir xalçanın üzərinə yağış yağsa və yağış 
yağmağa davam etdiyi halda xalçadan yerə keçərsə, xalça nəcis olmaz. Həmin yer isə 
nəcisdən paklanar. 
5- Quyu suyu 
Məsələ 42:
Yerdən qaynayan quyu suyu, kürr su miqdarından az olsa belə, nəcasat ona 
dəydiyi zaman onun qoxu, rəng və ya dadı o nəcasat vasitəsi ilə dəyişməyincə, həmin su 
pakdır. 
Məsələ 43:
Əgər bir nəcasatın tökülməsi nəticəsində qoxu, rəng və dadı dəyişən bir 
quyunun suyunda bu dəyişiklik yox olarsa, pak olar. Amma onun pak olması vacib 
ehtiyata gö-rə quyudan qaynayaraq çıxan su ilə qarışması şərti ilədir. 
SULARIN HÖKMLƏRİ 
Məsələ 44: 
On üçüncü məsələdə mə’nası aydınlaşdırılan muzaf su, nəcis bir şeyi paklamır, 
onunla dəstəmaz və qüsl almaq da batildir. 
Məsələ 45: 
Muzaf su, kürr miqdarında olsa belə, ona bir zərrə nəcasat dəysə, nəcis olur. 
Amma təzyiqlə nəcis bir şeyin üzərinə tökülürsə, nəcis şeyə dəyən qismi nəcis və qalan 
hissəsi pakdır. Məsələn, gül suyunu gülab suyu qabından nəcis olan əl üzərinə tökərlərsə, 
ələ yetişən hissəsi nəcisdir, ələ yetişməyən hissəsi isə pakdır. 
Məsələ 46: 
Əgər nəcis olan muzaf su, kürr və ya axar suya, artıq ona muzaf su 
deyilməyəcək şəkildə qarışırsa pak olar. 
Məsələ 47: 
Mütləq olan bir suyun sonradan muzaf olub-olmadığı bilinməzsə, mütləq su 
kimidir, yə’ni nəcis şeyi pakladığı kimi onunla dəstəmaz və qüsl də səhihdir. Muzaf olan 
bir suyun da sonradan mütləq olub-olmadığı bilinməzsə, muzaf su kimidir, yə’ni nəcis şeyi 
paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir. 
Məsələ 48: 
Mütləq və ya muzaf olduğu bəlli olmayan bir suyun, əvvəlcədən də muzaf və ya 
mütləq olduğu mə’lum olmazsa, nəcasatı paklamadığı kimi, onunla dəstəmaz və qüsl də 
batildir. Ona bir nəcasat dəyərsə və su, kürr miqdarından az olsa nəcis olur. Əgər kürr 
miqdarında və ya ondan çox olarsa, vacib ehtiyat olaraq nəcis olur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 49: 
Qan və sidik kimi nəcasatın dəyməsi ilə bir suyun qoxu, rəng və ya dadı 
dəyişirsə, kürr və ya axar su olsa belə, nəcis olur. Hətta suyun qoxu, rəng və ya dadı onun 
xaricində olan bir nəcasat vasitəsilə dəyişirsə, məsələn; suyun kənarında olan murdar 
olmuş heyvan bir miqdar onun iyini dəyişdiribsə, lazım ehtiyata görə nəcis olur. 
Məsələ 50: 
Qan və sidik kimi eyni nəcisin tökülməsi nəticəsində qoxu, rəng və ya dadı 
dəyişən bir su, əgər kürr və ya axar suya bitişərsə, yaxud üzərinə yağış yağsa və ya külək 
yağışı ona çiləyərsə və yaxud yağış suyu yağış yağa-yağa navalçadan onun üzərinə 
tökülərsə və bu halların hamısında onun dəyişikliyi yox olarsa, həmən su pak olar. Amma 
gərək, yağış suyu kürr və ya axar su ilə qarışsın. 
Məsələ 51: 
Nəcis bir şeyi kürr və ya axar su içərisində paklasalar, onun pak olduğu 
yuyulmadan sonra ondan tökülən su pakdır. 
Məsələ 52: 
Pak olan bir suyun, sonra nəcis olub-olmadığı bilinməzsə, pakdır. Nəcis olan bir 
suyun da pak olub-olmadığı bilinməzsə, nəcisdir. 
TƏXƏLLİNİN (AYAQYOLUNA GETMƏYİN) HÖKMLƏRİ 
Məsələ 53:
Təxəlli və digər vaxtlarda insana vacibdir ki, öz övrətini yetkinlik yaşına çatmış 
adamlardan, ona məhrəm olan ana və bacısından, hər hansı divanədən, yaxşını pisdən 
seçən uşaqdan gizlətsin. Lakin ər və arvada öz övrətlərini bir-birindən gizlətmək vacib 
deyil. 
Məsələ 54:
İnsanın övrətini xüsusi bir şeylə örtməsi vacib deyil, məsələn, öz əli ilə də örtsə 
kifayətdir. 
Məsələ 55:
Təxəlli zamanı bədənin ön tərəfini, yə’ni qarın və sinəni, lazım ehtiyata əsasən 
qibləyə tərəf yaxud arxası qibləyə tutmaq olmaz. 
Məsələ 56:
Təxəlli vaxtında bədəninin ön tərəfi və ya arxa tərəfi qibləyə tərəf olan bir 
kimsə, yalnız övrətini qiblədən döndərərsə, kifayət etməz. Vacib ehtiyat odur ki, təxəlli 
vaxtında övrətini də üzü və arxası qibləyə çevirməsin. 
Məsələ 57:
Müstəhəbb ehtiyat odur ki, bədənin qabaq tərəfi (hökmləri sonradan açıqlanan) 
istibrada, həmçinin bövlün və ğaitin məxrəci paklanarkən üz və arxa, qibləyə sarı olmasın. 
Məsələ 58:
Əgər insan, naməhrəm bir adamın onu görməməsi üçün, ön və ya arxa tərəfini 
qibləyə çevirəcək şəkildə oturmağa məcburdursa lazım ehtiyat olaraq arxası qibləyə 
oturmalıdır. 
Məsələ 59:
Müstəhəbb ehtiyat odur ki, uşağı da təxəlli zamanı üzü və ya arxası qibləyə sarı 
oturtmasınlar. 
Məsələ 60:
Dörd yerdə təxəlli haramdır: 
1. Sahibi icazə verməyən dalanda. Həmçinin yoldan keçənlərə zərər dəyməsinə səbəb 
olduğu təqdirdə ümumi küçələrdə və yollarda; 
2. Təxəlliyə icazə verilməyən mülkdə. 
3. Xüsusi şəxslər üçün vəqf olan yerlərdə, məsələn, bə’zi mədrəsələrdə. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
4. Mö’minin qəbri üzərində ona hörmətsizlik olarsa; Hətta əgər ehtiramsızlıq olmasa da, 
haramdır; amma əgər yer əsli mübah yerlərdən olsa haram olmaz. Həmçinin bir din və 
məzhəb müqəddəsinin hörmətinin aradan getməsinə səbəb olsa, haramdır. 
Məsələ 61:
Üç halda ğaitin çıxış yeri, yalnız su ilə pak edilir: 
1-Ğait ilə birlikdə qan kimi ayrı bir nəcasat gəlmişdirsə. 
2-Kənardan bir nəcasat ğaitin məxrəcinə dəymişdirsə. Qadınlarda bövlün ğait məxrəcinə 
yetişməsi istisnadır. 
3-Məxrəcin ətrafı adi miqdardan artıq bulaşmışdırsa. 
Bu üç haldan başqa qalan hallarda, məxrəc su ilə yuyula bildiyi kimi, qarşıda göstəriləcəyi 
qaydada, parça, daş və bunlara bənzər şeylərlə də paklana bilər, amma su ilə yuyulması 
daha yaxşıdır. 
Məsələ 62:
Sidiyin məxrəci sudan başqa bir şeylə paklanmaz. Bir dəfə yumaq kifayətdir. 
Amma iki dəfə yumaq müstəhəbb ehtiyatdır, daha yaxşısı isə üç dəfə yumaqdır. 
Məsələ 63:
Ğaitin məxrəci su ilə yuyulduğu təqdirdə, orada ğait qalmamalıdır. Amma 
rənginin və qoxusunun qalmasında bir maneəçilik yoxdur. Birinci dəfə yuyulduqda onda 
ğaitdən bir zərrə belə qalmasa, ikinci dəfə yuyulmasına ehtiyac yoxdur. 
Məsələ 64:
Ğaitin məxrəci quru və pak olan daş, kəsək, bez parçası və buna bənzər şeylərlə 
paklana bilər, hətta məxrəcə tə’sir etməyəcək şəkildə azacıq rütubətli olsa, maneçiliyi 
yoxdur. 
Məsələ 65:
Ğaitin məxrəcini daş, kəsək və ya bez parçası ilə bir dəfə silməklə tamamilə 
paklanırsa, kifayətdir. Amma üç dəfə silmək daha yaxşıdır. Hətta üç ayrı parça olması 
daha yaxşıdır. Amma əgər üç dəfə silməklə paklanmazsa, məxrəc tamamilə paklanıncaya 
qədər davam etmək gərəkdir. Amma adətən yuyulmadan aradan getməyən zərrələrin 
qalmasının eybi yoxdur. 
Məsələ 66:
Allahın və Peyğəmbərlərin adları yazılmış kağız kimi, ehtiram göstərilməsi 
vacib olan şeylərlə ğaitin məxrəcini paklamaq haramdır. Sümük və təzəklə də ğait 
məxrəcinin paklamağın eybi yoxdur. 
Məsələ 67:
Məxrəcini paklayıb paklamadığında şəkk edən bir şəxs adətən sidik və ğaitdən 
sonra dərhal özünü pak edirmişsə də, yenidən paklaması lazımdır. 
Məsələ 68:
Əgər namazdan sonra bir kimsə namazdan əvvəl övrətinin məxrəcini paklayıb-
paklamadığında şəkk edərsə, qıldığı namaz səhihdir. Amma sonrakı namazlar üçün 
paklaması lazımdır. 
İSTİBRA 
Məsələ 69:
İstibra, kişilərin bövldən (sidikdən) sonra, bövlün məcrada (sidik kanalında) 
qalmamasına əmin olmaları üçün yerinə yetirdikləri müstəhəbb bir əməldir. İstibra bir 
neçə növdür: Onlardan ən yaxşısı odur ki, əgər sidik kəsildikdən sonra, ğaitin məxrəci 
nəcis olmuşdursa, əvvəlcə onu pak etməli, sonra üç dəfə sol əlin orta barmağı ilə ğaitin 
məxrəcindən alətin kökünə qədər çəkməli və daha sonra baş barmağı alətin üzərinə və 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
onun yanındakı barmağı da alətin altına qoyaraq, aləti dəllək kəsən yerə qədər üç dəfə 
çəkməlidir. Sonra isə alətin başını üç dəfə sıxmalıdır. 
Məsələ 70:
Bə’zən şəhvət hissinin təhrik olunmasından sonra insandan gələn «məzi» 
adlanan su, pakdır. Həmçinin, mənidən sonra gələn «vəzi» adlanan və bə'zən bövldən 
sonra gəlib «vədi» adlanan su da əgər bövl və məni ona qatışmayıbsa pakdır. Belə ki, əgər 
insan bövl etdikdən sonra istibra etsə və sonra ondan bir su gəldiyi zaman bövl və ya bu üç 
sudan biri olmasında şəkk edərsə, pakdır. 
Məsələ 71:
Əgər insan istibra edib-etməməsinə dair şəkk edirsə və ondan bir nəm xaric 
olursa, onun pak və ya nəcis olmasını bilmirsə, nəcisdir və dəstəmaz alıbsa batildir. Amma 
etdiyi istibranın səhih olub-olmadığında şəkk edirsə və bu zaman ondan nəm gəlirsə və 
bunun pak olub-olmadığını bilmirsə, pak sayılır və dəstəmazı batil deyil. 
Məsələ 72:
İstibra etməyən şəxs, əgər bövl etdiyi vaxtdan bir müddət keçəndən sonra 
məcrada bövlün qalmamasına arxayın olsa və sonra bir nəm görüb onun pak olub-
olmamasında şəkk edərsə, o nəm pakdır. Dəstəmazı da batil etmir. 
Məsələ 73:
Əgər insan bövldən sonra istibra edib dəstəmaz alsa və dəstəmazdan sonra 
özündə ya sidik, ya da məni olması ona mə’lum olan bir nəmlik müşahidə edərsə, bu halda 
ehtiyat olaraq qüsl edib dəstəmaz alması vacibdir. Amma əgər dəstəmaz almamışdırsa, 
yalnız dəstəmaz alması kifayətdir. 
Məsələ 74:
Qadın üçün bövlün istibrası yoxdur. Əgər özündə nəmlik görərsə və bu 
nəmliyin bövl olub-olmamasına şəkk edərsə, pakdır. Həmin rütubət qüslü və dəstəmazı da 
batil etməz. 
TƏXƏLLİNİN MÜSTƏHƏBBATI VƏ MƏKRUHATI 
Məsələ 75:
İnsanın təxəlli vaxtında kimsənin görməyəcəyi bir yerdə oturması, təxəlli yerinə 
daxil olduğu zaman əvvəl sol ayağını və çıxanda əvvəl sağ ayağını atması, təxəlli halında 
ikən başını örtməsi və bədəninin ağırlığını sol ayağına salması müstəhəbbdir. 
Məsələ 76:
Təxəlli vaxtında Günəşlə və ya Ayla üzbəüz oturmaq məkruhdur. Amma əgər 
övrətini bir şeylə örtsə məkruh deyildir. Habelə külək qabağında, yolda, xiyabanda, 
küçədə, evin qapısında və meyvə verən ağacın altında təxəlli etmək, təxəlli vaxtı nə isə 
yemək, çox oturmaq, sağ əl ilə paklanmaq məkruhdur. Həmçinin təxəlli vaxtı danışmaq, 
(da məkruhdur) amma əgər məcbur qalarsa və ya zikr edərsə işkalı yoxdur. 
Məsələ 77:
Ayaq üstə bövl etmək, bərk yerə və heyvanların yuvasına bövl etmək, suya, 
xüsusi ilə durğun (axarı olmayan) suya bövl etmək məkruhdur. 
Məsələ 78:
Ğaitdən və bövldən özünü məcburi saxlamaq məkruhdur. Əgər saxlamasından 
bədənə küllü bir zərər yetişsə, haramdır. 
Məsələ 79:
İnsanın namazdan, yatmazdan, cima etməzdən əvvəl və məni gəldikdən sonra 
bövl etməsi müstəhəbbdir. 
NƏCASAT 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 80:
Nəcasat 10-dur: 1) Bövl (sidik), 2) Ğait (nəcis), 3) Məni, 4) Murdar (murdar 
olmuş heyvan), 5) Qan, 6, 7) İt və donuz, 8) Kafir, 9) Şərab, 10) Nəcis yeyən heyvanın təri. 
1 - 2. Bövl və ğait 
Məsələ 81:
İnsanın, eləcə də damarı kəsildikdə qanı sıçrayan və əti yeyilməsi haram olan 
hər bir heyvanın bövl və ğaiti nəcisdir. Amma əti haram olan bə’zi balıqlar kimi qanı 
sıçramayan heyvanların və ya milçək və ağcaqanad kimi əti olmayan kiçik həşəratların 
ğaiti pakdır. Lakin ehtiyat-lazım olaraq qanı sıçramayan əti haram heyvanların bövlündən 
çəkinmək gərəkdir. 
Məsələ 82:
Əti haram olan quşların bövl və ğaitləri pakdır, amma onlardan çəkinmək daha 
yaxşıdır. 
Məsələ 83:
Nəcasat yeyən heyvanın bövl və ğaiti nəcisdir. Yeməlilərin və içməlilərin 
hökmlərində aydınlaşdırılacağı kimi donuz südü əmən keçi balasının, habelə insanın 
yaxınlıq etdiyi heyvanın bövl və ğaiti də eyni hökmü daşıyır. 
3. Məni 
Məsələ 84:
Kişinin və sıçrayan qanı olan hər heyvanın mənisi, nəcisdir. Qadından şəhvətlə 
xaric olan və onun cənabətli olmasına səbəb olan rütubət, 345-ci məsələdə qeyd olunacağı 
kimi, məni hökmündədir. Ehtiyat vacibə görə, sıçrayıcı qanı olan əti halal erkək 
heyvanında mənisindən çəkinmək lazımdır. 
4. Murdar 
Məsələ 85:
İnsanın, eləcə də istər özü ölmüş olsun, istərsə şər’i qaydalara görə kəsilməmiş 
olsun, sıçrayan qanı olan heyvanın ölüsü nəcisdir. Balığın sıçrayan qanı olmadığından, 
suyun içində belə ölsə, pakdır. 
Məsələ 86:
Murdar olmuş heyvanın yun (qoyun), qıl (keçi), kürk (dəvə), sümük və diş kimi, 
ruhu olmayan hissələri pakdır. 
Məsələ 87:
İnsanın və ya sıçrayan qanı olan bir heyvanın bədənindən diri ikən, ət və ya 
ruhu olan başqa bir şey qoparılsa, o şey nəcisdir. 
Məsələ 88:
Dodaqdan və bədənin ayrı yerlərindən qoparılan azacıq dərilər ruhu olmasa və 
asanlıqla qoparılmış olsa, pakdır. 
Məsələ 89:
Ölən toyuğun qarnından çıxarılan yumurta qabığı bərkiməmiş olsa belə, 
pakdır. Amma gərək zahiri suya çəkilsin. 
Məsələ 90:
Ot yeməyə başlamadan ölən quzu və çəpişin qursağından tutulan pendir mayası 
pakdır, amma adətən maye olması sübut olunmasa murdarın zahirinə ət toxunan 
hissəsinin yuyulması lazımdır. 
Məsələ 91:
İnsan xarici ölkələrdən gətirilən maye dərmanlar, ətir, krem, yağ və sabunun 
nəcis olduğuna əmin olmazsa, pakdır. 
Məsələ 92:
Şəriət qaydalarına əsasən kəsilən heyvandan olduğuna ehtimal verilən ət, piy və 
dəri pakdır. Amma əgər kafirin əlindən alınarsa və ya kafirdən, şər’i üsullara görə kəsilmiş 
olan heyvandan olub-olmadığını araşdırmadan almış olan bir müsəlmanın əlində olarsa, 
bu ət və piyin yeyilməsi haramdır. Amma belə bir dəridə namaz qılmaq caizdir. Bununla 
belə müsəlmanların bazarından və ya kafirdən almış olduğu bilinməyən halda bir 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
müsəlmandan alsa, və yaxud kafirdən alınmışsa da, təhqiq edildiyi ehtimal verilərək alınan 
ət və piyin yeyilməsi caizdir. Bu şərtlə ki, o müsəlman, onda halal ətə məxsus olan bir 
təsərrüf etsin, məsələn, yeyilmək üçün satsın. 
5. Qan 
Məsələ 93:
İnsanın və sıçrayan qanı olan, yə’ni damarı kəsildikdə qanı sıçrayaraq axan hər 
bir heyvanın qanı nəcisdir. Buna görə, balıq və ağcaqanad kimi sıçrayan qanı olmayan 
heyvanların qanı pakdır. 
Məsələ 94:
Şəriət qanunlarına görə kəsilən, əti halal heyvanın qanı normal miqdarda 
axdıqdan sonra, bədənində qalan qan pakdır. Amma nəfəs alması və ya heyvanın başının 
yuxarıda olması səbəbilə qan heyvanın bədəninə qayıdarsa, o qan nəcisdir. 
Məsələ 95:
İçərisində qan zərrəsi olan toyuq yumurtasının sarısından çəkinmək ehtiyat 
müstəhəbbdir. 
Məsələ 96:
Bə’zən süd sağılırkən görünən qan nəcisdir və südü də nəcis edər. 
Məsələ 97:
Dişlərin arasından gələn qan, əgər ağızın suyu ilə qarışması nəticəsində aradan 
gedirsə, ağızın suyundan çəkinmək lazım deyil. 
Məsələ 98:
Əzilmə nəticəsində dırnaq və ya dəri altında ölən qan, artıq qan deyilməyəcək 
bir formaya gəlmişdirsə, pakdır. Amma əgər, ona qan deyilirsə, xaricə çıxarsa, nəcisdir. Bu 
halda dırnaq və ya dəri deşilmişdirsə, qan bədənin zahirindən bir hissə hesab olunursa, 
dəstəmaz və ya qüsl almaq üçün, o qanı xaricə çıxararaq oranı paklamaq əziyyətlidirsə, 
təyəmmüm etməlidir. 
Məsələ 99:
Əgər insan, dəri altında ölü qan toplandığını və ya əzilmə nəticəsində ətin o hala 
gəldiyini bilməzsə, pakdır. 
Məsələ 100:
Yemək qaynadığı zaman içərisinə bir zərrə qan düşərsə, yeməyin hamısı və 
onun qabı, ehtiyat lazım olaraq nəcis olur. Qaynamaq, istilik və atəş pakedici deyildir. 
Məsələ 101:
Yaranın sağaldığı zaman, ətrafında meydana gələn irinin qanla qarışdığı 
bilinməzsə, pakdır. 
6 - 7. İt və donuz. 
Məsələ 102:
Quruda yaşayan it və donuz və hətta onların tükü, sümüyü, pəncəsi, dırnağı və 
rütubəti nəcisdir. 
8. Kafir 
Məsələ 103:
Kafir, yə’ni Allaha və Onun vahidliyinə inanmayan şəxs və ğulat, (yə’ni 
İmamlardan (əleyhimussalam) hər hansı birisinin Allah olduğuna inanan və ya Allahın 
onlarda hülul etdiyini söyləyən kimsə), həmçinin xəvaric və nəvasib, (yə’ni İmamlara 
düşmənlik e’lan edənlər,) nəcisdirlər. Həmçinin nübüvvəti (Allah tərəfindən peyğəmbərlər 
göndərildiyini) və ya dinin zəruri hökmlərindən birini (namaz və oruc kimi), inkar edərsə, 
bu iş hətta ümumi şəkildə olsa belə, Peyğəmbərin (s) təkzib olunmasını lazım tutarsa, 
nəcisdir. Amma kitab əhlinin, (yəhudi, xristian və məcusilər) pak olmasına hökm olunur. 
Məsələ 104:
Kafirin bütün bədəni, hətta dırnaq, tük və rütubəti də nəcisdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 105:
Əgər həddi-büluğa çatmamış uşağın atası, anası, babası və nənəsi kafir olarsa, 
nəcisdir. Amma o, ağlıkəsən olub müsəlman olduğunu izhar etsə, pakdır. Əgər öz ata-
anasından üz döndərib müsəlmanlara meyl etsə, yaxud təhqiqat və araşdırma halında olsa, 
onun nəcis olmasına hökm etmək müşküldür. Amma əgər ata, ana, baba, və nənəsindən 
biri müsəlman olarsa 217-ci məsələdə aydınlaşdırıldığına əsasən o uşaq pakdır. 
Məsələ 106:
Müsəlman olub-olmadığı bilinməyən və müsəlman olduğuna dəlil olacaq bir 
nişanə də olmayan kimsə pakdır. Amma müsəlmanların digər hökmlərinə malik deyildir. 
Məsələn, müsəlman bir qadın ilə evlənə bilməz və müsəlmanların qəbiristanlığında dəfn 
olunmamalıdır. 
Məsələ 107:
Əgər bir şəxs, on iki imamdan (ə.s) birini düşmənlik üzündən söyərsə, nəcisdir. 
9. Şərab 
Məsələ 108:
Şərab nəcisdir. Amma insanı məst edən (sərxoş edən) sair şeylər nəcis deyil. 
Məsələ 109:
Texniki spirtin bütün növləri pakdır. 
Məsələ 110:
Üzüm suyu, özü-özünə və ya bişirmək vasitəsilə qaynayarsa pakdır, amma 
içilməsi haramdır. Həmçinin vacib ehtiyata əsasən qaynadılmış üzümün də içilməsi 
haramdır, amma nəcis deyil. 
Məsələ 111:
Xurma, tumlu və tumsuz kişmiş, və onların suyu qaynasa da belə, pak və 
yeyilməsi halaldır. 
Məsələ 112:
Əksər hallarda arpadan çəkilən yüngülvari sərxoşluq gətirən və pivə deyilən 
şeyin içilməsi haramdır. Və vacib ehtiyata görə nəcisdir. Amma heç bir məstliyə səbəb 
olmayan arpa suyu pak və halaldır. 
10. Nəcis yeyən heyvanın təri 
Məsələ 113:
İnsan nəcisini yeməyə adət edən dəvənin təri nəcisdir. Həmçinin, ehtiyat vacibə 
görə, belə olan sair heyvanlar da belədir. 
Məsələ 114:
Haram yolla cünub olanın təri pakdır, onunla namaz qılmaq səhihdir. 
NƏCASATI SÜBUT ETMƏYİN YOLLARI 
Məsələ 115:
Bir şeyin nəcis olmasını üç yolla sübut etmək olar: 
1) Bir şeyin nəcis olduğuna, insanın özünün yəqin etməsi və ya ağıl kəsən yolla əmin 
olmasıyla. Əgər bir şeyin nəcis olduğunu zənn (güman) edərsə, ondan çəkinməsi lazım 
deyildir. Buna görə murdar və paklığa riayət etməyən , bu kimi məsələlərə laqeyd olan 
adamların yemək yediyi çayxana və mehmanxanalarda insan, onun üçün gətirilmiş xörəyin 
nəcis olmasına əmin deyilsə, bunun eybi yoxdur. 
2) Yalançılıqla müttəhim olmayan bir şəxsin öz ixtiyarında olan bir şeyin nəcis olmasını 
söyləməsi. Məsələn, arvadı, nökəri, külfəti öz əlindəki şeyin (qab, yaxud başqa bir əşyanın) 
nəcis olduğunu söyləsə, o şey nəcisdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
3) İki adil kişinin bir şeyin nəcis olmasını xəbər vermələri. Amma bir şərtlə ki, onların 
nəcis olmasının səbəbini desinlər. Məsələn, filan şeyin qan, ya bövlə dəyməsindən nəcis 
olmasını desələr. Əgər bir adil, yaxud e'tibarlı sayılan bir kişi xəbər versə və onun 
sözündən xatircəmlik hasil olmasa, ehtiyat vacib odur ki, o şeydən çəkinsinlər. 
Məsələ 116:
Əgər məsələni, bilmədiyi üçün bir şeyin, məsələn, siçan füzləsinin nəcis olub-
olmadığını bilməzsə, məsələni soruşub öyrənməsi lazımdır. Amma əgər məsələni bildiyi 
halda, bir şeyin nəcis və ya pak olduğunda şəkk edərsə, məsələn, bir şeyin qan olub 
olmadığından və ya insan, yoxsa ağcaqanad qanımı olduğuna şəkk edərsə, o şey pakdır. 
Axtarış aparmaq və soruşmaq lazım deyil. 
Məsələ 117:
İnsan əvvəlcədən nəcis olan şeyin sonradan pak olub-olmamasında şəkk 
edərsə, nəcisdir. Əgər əvvəlcədən pak olan bir şeyin sonradan nəcis olub-olmaması barədə 
şəkk edərsə, pakdır. Onun nəcis və ya pak olmamasını başa düşmək imkanı olsa belə, 
axtarış lazım deyildir. 
Məsələ 118:
Hər ikisindən istifadə etdiyi iki qabdan və ya libasdan birinin nəcis olduğunu 
bildiyi halda, müəyyən şəkildə hansı birinin nəcis olduğunu bilməzsə, hər ikisindən 
çəkinməsi lazımdır. Amma əgər məsələn, nəcis olan libasın öz libasımı, yoxsa onun istifadə 
etmədiyi və digərinin malı olan ayrı libas olduğunu bilməzsə, öz libasından çəkinməsi lazım 
deyil. 
PAK ŞEYLƏR NECƏ NƏCİS OLUR? 
Məsələ 119:
Əgər pak bir şey, nəcis bir şeyə dəyərsə və onlardan biri və ya hər ikisi 
rütubətin bir-birinə keçəcəyi şəkildə yaş olarsa, pak olan şey də nəcis olar. Amma vasitələr 
çoxaldığı halda nəcis olmur. Məsələn: sağ əl bövl dəyməsi nəticəsində nəcis olarsa və təzə 
bir rütubətlə sol ələ dəyərsə, sol əl də nəcis olacaq. Sol əl quruduqdan sonra yenidən yaş 
olan bir libasa dəyərsə, o libas da nəcis olur. Amma əgər o libas ayrı bir rütubətli şeyə 
dəyərsə, o şeyin nəcis olduğuna hökm edilməz. Əgər rütubət o birinə sirayət etməyəcək 
qədər az olsa, pak olan şey nəcisin eyninə dəysə belə, nəcis olmaz. 
Məsələ 120:
Əgər pak şey nəcis şeyə dəyərsə və insan onlardan birinin və ya hər ikisinin 
rütubətli olub-olmadığında şəkk edərsə, pak olan şey nəcis olmaz. 
Məsələ 121:
İnsanın hansının nəcis, hansının pak olduğunu bilmədiyi iki şeydən birinə, yaş 
olan pak bir şey sonradan toxunarsa, ondan çəkinmək lazım deyil. Amma bə’zi hallarda, 
məsələn: Hər iki şeyin əvvəl nəcis olduğu halda, yaxud başqa bir vasitə ilə digər pak bir 
şeyə rütubətlə toxunmuş olduqda, çəkinmək lazımdır. 
Məsələ 122:
Yer, parça və buna bənzər şeylər yaş olduqları zaman, bunların yalnız 
nəcasətin dəydiyi hissələri nəcis olur, qalan hissələri pakdır. Xiyar, qovun və buna bənzər 
şeylər də eyni hökmü daşıyır. 
Məsələ 123:
Şirə, yağ və buna bənzər şeylərdən, bir az götürüldükdə, yeri boş qalmayacaq 
qədər axıcıdırsa onun bir nöqtəsi nəcis olduğu halda, hamısı nəcis olur. Amma əgər ondan 
bir az götürüldüyü zaman yeri boş qalacaq şəkildə qatı olsa və sonradan dolursa, bu halda 
yalnız nəcisin dəydiyi yer nəcis olur. Buna görə əgər siçanın füzləsi (zılı) ona düşərsə, 
sadəcə onun düşdüyü yer nəcis, qalan hissəsi isə pakdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 124:
Milçək və ya ona bənzər həşərat yaş olan nəcis bir şeyin üzərinə qonduqdan 
sonra, uçub yenə yaş olan pak bir şeyin üzərinə qonarsa, insan da onun özü ilə birlikdə 
nəcasat daşıdığını bilsə, o pak şey də nəcis olur. Əgər bilməsə, pakdır. 
Məsələ 125:
Bədənin tərləmiş olan bir yeri nəcis olduğu halda, tər oradan bədənin ayrı 
hissələrinə yayılarsa, tərin yayıldığı yerlər nəcis olar. Əgər tər başqa bir yerə yayılmazsa, 
bədənin digər hissələri pakdır. 
Məsələ 126:
Burun və boğazdan gələn qatı bəlğəmin içində qan varsa, qan olan hissələri 
nəcis, digər hissələri isə pakdır. Buna görə əgər bu bəlğəm ağızın və burunun xaricinə 
dəyərsə, bəlğəmin nəcis hissələrinin toxunduğuna yəqin edilən yerlər nəcis, şəkk edilən 
yerlər isə pakdır. 
Məsələ 127:
Dib tərəfi deşik olan aftafanı nəcis bir yer üzərinə qoysalar, əgər aftafanın 
suyu sızarsa və onun altında aftafadakı su ilə bir sayılacaq şəkildə su toplanırsa, aftafanın 
suyu nəcis olur. Amma əgər aftafanın suyu təzyiqlə axmaya davam edərsə, nəcis olmaz. 
Məsələ 128:
Bədənə daxil olaraq nəcasətə dəyən bir şey, bayıra çıxdıqdan sonra nəcasətə 
bulaşıq olmazsa pakdır. Buna görə ğait məxrəcinə daxil edilən imalə aləti və ya onun suyu 
və yaxud bədənə batan iynə, bıçaq və buna bənzər şeylər, xaricə çıxdıqdan sonra nəcasətə 
bulaşıq olmazsa, nəcis deyildir. Həmçinin içəridə qana dəyən ağız suyu və burun suyu, 
bayıra çıxdıqdan sonra qana bulaşıq olmadığı halda, eyni hökmü daşıyır. 
NƏCASATIN HÖKMLƏRİ 
Məsələ 129:
Qur’anın yazısını və eləcədə hörmətsizliyə səbəb olduqda vərəqini nəcis etmək 
haramdır. Əgər nəcis olsa, gərək dərhal suya çəkilsin. Hətta vacib ehtiyata əsasən 
hörmətsizlik olmasa da nəcis etmək haram və suya çəkmək vacibdir. 
Məsələ 130:
Əgər Qur’anın cildi nəcis olsa və bu, Qur’ana hörmətsizlik hesab edilsə, onu 
suya çəkmək lazımdır. 
Məsələ 131:
Qur’anı qan və murdar kimi eyni nəcisin üstünə qoymaq eyni nəcis quru olsa 
da ona hörmətsizlik olduğu halda, haramdır. 
Məsələ 132:
Nəcis mürəkkəblə Qur’an yazmaq, hətta bir hərf olsa belə, onu nəcis etmək 
kimi bir şeydir. Əgər yazılmışdırsa, ya suya çəkməklə, yonmaqla, ya da buna bənzər bir 
yolla həmin yazı aradan qaldırılmalıdır. 
Məsələ 133:
Əgər Qur’anın vərəqi, yaxud Allahın, Peyğəmbərin (s.ə.v.v) və imamların adı 
üstünə yazılan kağız kimi, hörməti vacib olan şey tualetə düşsə, hərçənd xərci də olsa onu 
çıxartmaq və suya çəkmək vacibdir. Əgər onu çıxartmaq mümkün deyilsə, vərəqin 
tamamilə aradan getməsinə yəqin etməyənə kimi o tualetə getmək olmaz. Həmçinin tualetə 
türbət düşsə və çıxardılması mümkün olmasa, tamamilə aradan getməsinə yəqin 
edilməyənə kimi oraya getmək olmaz. 
Məsələ 134:
Nəcis olan bir şeyin həm yeyilib-içilməsi, həm də başqasına yedirdilib-
içirdilməsi haramdır. Amma uşaq və dəliyə yedirdilməsi zahirən caizdir. Yenə əgər uşağın 
və dəlinin özü, nəcis olmuş bir yeməyi yeyərsə və ya əli ilə yeməyi nəcis etdikdən sonra 
yeyərsə, onun qarşısını almaq lazım deyil. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 136:
Paklanması mümkün olan nəcis bir şeyi satmağın və ya başqasına icarəyə 
verməyin eybi yoxdur. Amma aşağıdakı iki şərtlə qarşı tərəfə o şeyin nəcis olduğunu 
deməlidir: 
1. Tərəfin (alıcının), şər'i təkliflə müxalifət etməsi gözlənilərsə, məsələn, onu yeməkdə və 
içməkdə işlədəcəyi bilinərsə, (ona bildirməlidir). Amma əgər belə olmazsa deməsi lazım 
deyil. Məsələn, tərəf (alıcı, icarəçi) onunla namaz qılmaq istəsə, ona libasının nəcis 
olduğunu bildirməsi lazım deyil. Çünki, libasın pak olması real şərt deyildir. 
2. Tərəfin, onun sözünə e’tina edəcəyinə ehtimal verməlidir. Amma əgər tərəfin onun 
sözünə e’tina etməyəcəyini bilirsə, söyləməsi lazım deyil. 
Məsələ 137:
İnsan, birisinin nəcis bir şeyi yediyini və ya nəcis libasla namaz qıldığını görsə, 
ona deməsi lazım deyil. 
Məsələ 138:
Əgər evinin və ya xalçasının bir yeri nəcis olan bir kimsə, onun evinə girən 
şəxslərin bədən, libas və ya başqa bir şeylərinin rütubətli olaraq o nəcis yerə dəydiyini 
görsə, onda onun özü buna səbəb olmuşsa, əvvəlki məsələdə açıqlanan iki şərtlə məsələni 
onlara deməlidir. 
Məsələ 139:
Əgər ev sahibi, yemək yeyən zamanda yeməyin nəcis olduğunu anlayarsa, 
yuxarıdakı məsələdəki ikinci şərtlə vəziyyəti qonaqlara deməlidir. Amma qonaqlardan biri 
başa düşsə, digərlərinə söyləməsi lazım deyil. Lakin onlarla müəyyən şəkildə bağlı olub 
onlara söyləmədiyi halda özünün də nəcis olaraq lazım hökmə müxalifət etməyə mübtəla 
olacağı halda, söyləməsi vacibdir. 
Məsələ 140:
Əgər insanın kirayə etdiyi bir şey nəcis olarsa, 136-cı məsələdə keçən iki şərtlə, 
onun sahibinə söyləməlidir. 
Məsələ 141:
Əgər uşaq, bir şeyin nəcis olduğunu və ya nəcis bir şeyi yuduğunu söyləyərsə, 
sözü qəbul edilməməlidir. Amma müməyyiz və pak-nəcisi yaxşı-yaxşı dərk edən bir uşaq 
bir şeyi yuduğunu söyləyərsə, əgər o şey onun istifadə etdiyi bir şey olsa və ya onun 
sözündən insana xatircəmlik gəlsə, sözü qəbul edilməlidir. Həmçinin bir şeyin nəcis 
olduğunu söyləyərsə yenə də hökm eynidir. 
MÜTƏHHİRAT 
Məsələ 142:
On iki şey nəcasatı pak edir. Bu şeylərə mütəhhirat (pak edicilər) deyilir: 1. 
Su. 2. Torpaq. 3. Günəş. 4. İstihalə. 5. İnqilab. 6. İntiqal. 7. İslam. 8. Təbiyyət. 9. Eyni 
nəcasətin aradan getməsi. 10. Nəcis yeyən heyvanın istibrası. 11. Müsəlmanın (bir müddət) 
gözdən qeyb olması. 12. Başı (şəriət qaydaları əsasında) kəsilən heyvandan bir miqdar qan 
axması. 
Bunların hökmləri gələcək məsələlərdə geniş şəkildə açıqlanacaqdır. 
1. Su 
Məsələ 143:
Su, nəcis bir şeyi dörd şərtlə pak edər: 
1. Su saf (mütləq) olsun, gülab suyu və söyüdün suyu kimi, muzaf olan su nəcis şeyi pak 
etməz. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
2. Pak olsun. 
3. Su, nəcis şeyi yuyarkən muzafa çevrilməsin və təkrar yumanın lazım olmadığı halda son 
yuyulmada su nəcasatın qoxu, rəng və ya dadını özünə almasın; amma ondan qabaqkı 
yuyulmalarda dəyişməsinin bir zərəri yoxdur. Məsələn, iki dəfə yuyulması lazım olan bir 
şeyi, kürr və ya az su ilə yuduqda, birinci yuyulmada su dəyişsə də, ikinci dəfə dəyişilməmiş 
su ilə paklasalar, o şey pak olar. 
4. Nəcis şeyi yuduqdan sonra, onda eyni nəcisin kiçik zərrələri qalmamalıdır. Nəcis şeyin az 
su, yə’ni kürrdən az olan su ilə paklanmasının digər şərtləri də vardır ki, onlar daha sonra 
açıqlanacaq. 
Məsələ 144:
Nəcis qabın iç hissəsi, az su ilə üç dəfə yuyulmalıdır. Həmçinin ehtiyat vacib 
olaraq kürr, axar suda da və yağış suyunda üç dəfə yuyulmalıdır. Amma içərisində itin su 
və ya buna bənzər axıcı bir şeyi yediyi qaba, əvvəlcə pak torpaq sürtülməli, torpaq 
təmizlənib aradan aparıldıqdan sonra az, kürr və ya axar suda iki dəfə yuyulmalıdır. 
Həmçinin, itin yaladığı qab yumaqdan qabaq torpaqla sürtülməlidir. İçinə itin ağzının 
suyu töküldüyü yaxud bədəninin bir yeri toxunan qabın da ehtiyat lazım olaraq əvvəlcə 
torpaqla sürtülməsi və sonra üç dəfə su ilə yuyulması lazımdır. 
Məsələ 145:
İtin ağzını sürtdüyü qabın ağzı dardırsa, əvvəlcə içinə torpaq töküb o qabın 
içinin hər tərəfinə torpaq çatıncaya qədər şiddətlə silkələməli və sonra qeyd edildiyi şəkildə 
yuyulmalıdır. 
Məsələ 146:
Donuzun yaladığı və ya içində axıcı bir şey içdiyi və yaxud içində çöl siçanı 
öldüyü qab az, kürr və ya axar suda yeddi dəfə yuyulmalıdır; torpaqla sürtülməsi lazım 
deyil. 
Məsələ 147:
Şərabla nəcis olan qab kürr, ya, axar və ya bu kimi sularla olsa belə 3 dəfə 
yuyulmalıdır. Müstəhəbb ehtiyat budur ki, yeddi dəfə yuyulsun. 
Məsələ 148:
Nəcis palçıqdan hazırlanmış və ya nəcis su, hopmuş kuzə əgər axar su və ya 
kürr suya buraxılarsa, suyun dəydiyi hər yer pak olur. Onun içini də paklamaq istəsələr, 
kürr su və ya axar suda su hər tərəfinə dəyincəyə qədər qalmalıdır. Əgər o qabda onun 
içinə suyun toxunmasına mane olan bir rütubət varsa, qabaqca onu qurudub sonra axar və 
ya kürr suya qoymaq lazımdır. 
Məsələ 149:
Nəcis qabın az su ilə iki şəkildə yuyulması mümkündür: 
1) Üç dəfə doldurub boşaltmaqla; 
2) Üç dəfə içərisinə bir az su tökülür, hər dəfəsində su, qabın nəcis olan hər yerinə çatacaq 
şəkildə çalxalanıb çölə tökülür. 
Məsələ 150:
Qazan və xum kimi nəcis olmuş böyük bir qab su ilə doldurulub-boşaldılmaqla 
pak olur. Həmçinin, əgər ona yuxarıdan aşağıya doğru hər tərəfinə yetişəcək şəkildə üç 
dəfə su töksələr və hər dəfəsində dibində toplanan suyu çıxarıb atsalar pak olur. Suları 
kənara çıxarmaq üçün işlədilən qabın ikinci və üçüncü dəfəsində yuyulması ehtiyat 
müstəhəbbdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 151:
Əgər nəcis mis və ona bənzər şeyləri əridib sonra suya çəksələr, onun zahiri 
pak olur. 
Məsələ 152:
Bövl ilə nəcis olan təndirə, hər tərəfinə yetişəcək şəkildə yuxarıdan aşağıya 
doğru bir dəfə su tökərlərsə, pak olar. Amma bu işin iki dəfə görülməsi ehtiyat-
müstəhəbbdir. Bövldən başqa bir şeylə nəcis olmuşdursa, nəcasatın özü aradan 
qaldırıldıqdan sonra, qeyd edildiyi şəkildə üzərinə bir dəfə su tökülməsi kifayətdir. Suların 
cəm olması üçün təndirin dibində bir çuxur qazıb, orda yığılan suları çıxardıqdan sonra, o 
çuxuru pak torpaqla doldurmaq daha yaxşıdır. 
Məsələ 153:
Nəcis bir şey, nəcis olan yerlərin hər tərəfinə su çatacaq şəkildə, kürr və axar 
suya bir dəfə salınarsa, pak olar. Xalça, libas və buna bənzər şeyləri sıxmaq, tapdalamaq 
lazım deyil. Amma bədən və ya libas bövl ilə nəcis olmuşdursa, kürr suda iki dəfə yumaq 
lazımdır. Amma cari (axar) suda bir dəfə yumaqla pak olur. 
Məsələ 154:
Bövl ilə nəcis olan bir şeyi az su ilə yumaq istəsələr, əgər bir dəfə üzərinə su 
tökülüb ondan su ayrıldıqdan sonra, o şeydə bövl qalmazsa, pak olur. Amma libas və 
xalçanın pak olmaları üçün onların üzərinə iki dəfə su tökülməsi lazımdır. Ancaq libas, 
xalça və bunlara bənzər şeylər az su ilə yuyulduğu təqdirdə, ğüsalənin çıxması üçün 
sıxılması lazımdır (Ğüsalə, yuyulan bir şeydən, yuyulduğu zaman və ya ondan sonra, öz-
özünə və ya sıxılmaq nəticəsində, normal olaraq ayrılan suya deyilir). 
Məsələ 155:
Yemək yeməyə başlamamış, südəmər oğlan və qız uşağının bövlü ilə nəcis olan 
bir şeyin üzərinə, nəcis yerlərin hər tərəfinə yetişəcək şəkildə bir dəfə su tökülsə, hərçənd 
su az da olsa, pak olar. Amma ikinci dəfə üzərinə su tökmək müstəhəbb-ehtiyatdır. Libas 
və xalça kimi şeyləri sıxmaq da lazım deyil. 
Məsələ 156:
Bövldən başqa bir nəcisə bulaşan şeyin üzərinə, nəcis aradan aparıldıqdan 
sonra bir dəfə az su tökülərsə, su ondan axıb ayrıldıqdan sonra pak olar. Amma libas və 
buna bənzər şeyləri sıxaraq ğüsaləsini çıxarmaq lazımdır. 
Məsələ 157:
Əgər iplə toxunmuş nəcis bir həsiri kürr və ya axar suya salsalar, eyni nəcis 
aradan aparıldıqdan sonra pak olur. Amma onu az su ilə yumaq istərlərsə, mümkün olan 
bir yolla, tapdalamaqla olsa belə, sıxılaraq ğüsaləsi çıxarılmalıdır. 
Məsələ 158:
Əgər buğda, düyü, və buna bənzər şeylərin zahiri nəcis olarsa, kürr və ya axar 
suya salınarsa, pak olar. Onları az su ilə də paklamaq olar. Amma içləri nəcis olsa, kürr və 
ya axar su onların içinə dəysə, pak olar. 
Məsələ 159:
Əgər sabunun zahiri nəcis olsa, onu paklamaq olar. Amma əgər onun içi 
(batini) nəcis olsa, onu paklamaq mümkün deyil. Əgər insan, nəcis suyun içinə işləyib-
işləmədiyində şəkk edərsə, onun içi pakdır. 
Məsələ 160:
Əgər düyü, ət və bunlara bənzər şeylərin zahiri nəcis olsa onları pak bir qaba 
qoyaraq, üzərinə bir dəfə su töküb boşaltsalar, pak olur. Amma nəcis bir qaba qoyarlarsa, 
bu işi üç dəfə təkrarlamaq lazımdır. Bu zaman qab da pak olur. Əgər libas və buna bənzər 
sıxılması lazım olan bir şeyi qabın içərisində yumaq istərsələr, üzərinə su töküldüyü hər 
dəfəsində sıxılmalı və qabı əyərək içərisində cəm olan ğüsaləsi tökülməlidir. 
Məsələ 161:
Sinka və buna bənzər bir rənglə boyanmış olan nəcis libası, kürr və ya axar 
suya batırsalar və su libasın rəngilə muzaf halını almazdan qabaq onun hər tərəfinə 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
yetişərsə, o libas pak olur. Əgər az su ilə yuyurlarsa, sıxılarkən ondan muzaf su 
tökülməzsə, pak olur. 
Məsələ 162:
Libası kürr və ya axar suda yuduqdan sonra onun üzərində su yosunu olduğu 
görünsə və onun, suyun libasın içinə işləməsinə mane olduğu ehtimal olunmazsa, o libas 
pakdır. 
Məsələ 163:
Əgər libas və buna bənzər şeyləri yuduqdan sonra üzərində palçıq və ya sabun 
parçası olduğu görünsə, onun, suyun libasa yetişməsinə mane olduğu ehtimalını 
verməsələr, o libas pakdır. Amma nəcis su palçığın və ya sabunun içinə işləmişdirsə, 
onların zahiri pak, daxili isə nəcisdir. 
Məsələ 164:
Nəcis bir şeydən eyni nəcis aradan aparılmayınca pak olmaz. Amma nəcasatın 
qoxu və ya rəngi onda qalsa, işkalı yoxdur. Buna görə qanın özü libasdan aparılsa, amma 
libas yuyulduqdan sonra rəngi onda qalsa belə, libas pak olar. 
Məsələ 165:
Bədəndə olan nəcasat kürr və ya axar suda aradan aparılsa, bədən pak olur. 
Bədən bövl ilə nəcis olduqda isə bir dəfə yumaqla pak olmaz, amma sudan kənara çıxıb, 
təkrar suya girmək də lazım deyil. Əgər suyun içində əlini oraya çəkərək suyu bədəndən 
ayrılsa və ikinci dəfə suyu bədənə çatdırsa, kifayət edər. 
Məsələ 166:
Dişlərin arasında qalan nəcis yemək, ağıza su alınıb çalxalanaraq nəcis 
yeməyin hər tərəfinə çatdırılsa, pak olar. 
Məsələ 167:
Saç və saqqalın tükünü az su ilə suya çəksələr, saç və saqqal çox artıq deyilsə, 
ğüsalənin çıxması üçün sıxılması lazım deyil. Çünki öz-özünə normal miqdarda ayrılır. 
Məsələ 168:
Bədən və ya libasın bir yeri az su ilə yuyulduqda, o yerə bitişik olub, yuyulma 
zamanı suyun adətən çatdığı yerlər də nəcis yerin pak olması ilə pak olar. Yə’ni nəcis yerin 
ətrafını ayrıca yumaq gərək deyil. Əksinə nəcis yer və onun ətrafı birlikdə pak olurlar. 
Həmçinin nəcis bir şeyin yanına pak bir şey qoyub və hər ikisinin üzərinə su töküldükdə də 
hökm eynidir. Buna görə nəcis bir barmağı yumaq üçün barmaqların hamısının üzərinə su 
tökülsə, nəcis və pak su onların hamısına yetişsə, nəcis olan barmaq pak olduğu zaman o 
biri barmaqlar da pak olur. 
Məsələ 169:
Nəcis olan ət və quyruq digər şeylər kimi yuyulur. Suyun daxilinə işləməsinə 
mane olmayacaq miqdarda, az yağlı olan bədən, qab və libas da eyni hökmü daşıyır. 
Məsələ 170
: Nəcis olan bədən və ya qab, sonradan suyun yetişməsinə mane olacaq bir 
şəkildə yağlansa, o bədən və ya qabı suya çəkmək istədikləri zaman, suyun qabın səthinə 
yetişməsi üçün yağın aradan aparılması lazımdır. 
Məsələ 171:
Kürr suya birləşmiş olan krantdan gələn su, kürr su hökmündədir. 
Məsələ 172:
Bir şeyi yuyub pakladığını yəqin etdikdən sonra, onun üzərindən eyni nəcisin 
aradan aparıb-aparmamasında şəkk edərsə, eyni nəcisi aradan aparılmasına yəqin etməsi 
üçün onu yenidən yuması lazımdır. 
Məsələ 173:
Üzərinə incə və qalın qumla qapalı olan yer kimi, suyun batdığı bir yer nəcis 
olursa, az su ilə də pak olur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 174:
Daş və ya kərpiclə döşənmiş olan və ya suyun batmadığı sərt yer nəcis olsa, az 
su ilə pak olur; amma axıncaya qədər onun üzərinə su tökülməlidir. Bu halda əgər, onun 
üzərinə tökülən su bir çökəkdən kənara çıxmazsa və bir yerdə toplanarsa, oranın da pak 
olması üçün orada toplanan suyun bir parça və ya qabla kənara atılması lazımdır. 
Məsələ 175:
Duz daşı və buna bənzər şeylərin zahiri nəcis olsa, kürrdən az su ilə də pak 
olar. 
Məsələ 176:
Ərimiş nəcis şəkərdən hazırlanan qənd, kürr və ya axar suya qoyulmaqla pak 
olmaz. 
2. Yer 
Məsələ 177:
Yer, dörd şərtlə nəcis olmuş ayağın və ayaqqabının altını pak edər: 
1. Yer pak olmalıdır; 
2. Quru olmalıdır; 
3. Lazım-ehtiyat olaraq ayaq və ya ayaqqabının altı yer tərəfdən (yeriməklə) nəcis olmuş 
olmalıdır; 
4. Ayağın və ya ayaqqabının altında tapılan qan və bövl kimi eyni nəcis və ya nəcis olmuş 
palçıq kimi sonradan nəcis olan şey, yol yerimək və ya ayağı sürtməklə aradan 
qaldırılmalıdır; əgər nəcasat qabaqcadan aradan qaldırılarsa, lazım-ehtiyat olaraq ayaq və 
ayaqqabının altı yol getmək və ya yerə sürtməklə pak olmaz. Həmçinin yer ya torpaq 
olmalı, ya da daş, kərpic və ya bunlara bənzər şeylərlə döşənmiş olmalıdır. Xalça, həsir və 
çəmənlik üzərində yol getməklə nəcis olmuş ayağın və ya ayaqqabının altı pak olmaz. 
Məsələ 178:
Nəcis ayaq və ayaqqabının altının, asfalt və ya ağacla döşənmiş yer üzərində 
yeriməklə pak olması məhəlli- işkaldır. 
Məsələ 179:
Ayağın və ayaqqabının altında olan nəcasat on beş ziradan[2] (barmağın 
başından dirsəyədək) az yol getməklə və ya yerə sürtməklə aradan aparılsa belə, ayaq və ya 
ayaqqabının pak olması üçün, on beş zira və ya daha artıq yol getmək daha yaxşıdır. 
Məsələ 180:
Nəcis olan ayaq və ayaqqabının altının yaş olması lazım deyil. Quru olsa belə, 
yol getməklə pak olur. 
Məsələ 181:
Nəcis olan ayaq və ya ayaqqabının altı yol getməklə pak olduğu zaman, normal 
miqdarda palçığa bulaşan kənarları da pak olur. 
Məsələ 182:
Əlləri və dizləri üzərində yeriyən kəsin, əl və ya dizləri nəcis olsa, onların yol 
getməklə pak olmaları məhəlli işkaldır. Habelə çəliyin, sün’i ayağın altı, heyvanların nalı, 
avtomobilin, faytonun təkərləri və buna bənzər şeylər də eyni hökmü daşıyır. 
Məsələ 183:
Yol getdikdən sonra, ayağın və ya ayaqqabının altında nəcasatın gözlə 
görünməyən zərrəciklərinin, yaxud qoxusunun və ya rənginin qalmasının eybi yoxdur. 
Amma bunların da qalmamaları üçün bir qədər yol getmək ehtiyat müstəhəbbdir. 
Məsələ 184:
Ayaqqabının içi yol getməklə pak olmaz. Corabın altının da, dəri və buna 
bənzər şeylərdən deyilsə, və onlarla yol getmək adət deyilsə, yol getməklə pak olması 
mübahisəlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
3. Günəş 
Məsələ 185:
Günəş beş şərtlə yeri, binanı və divarı pak edər: 
1. Nəcis olan şey, başqa bir şeyin ona dəydiyi zaman yaşlığı ona tə’sir edəcək qədər yaş 
olmalıdır. Buna görə, əgər quru olarsa, günəşin onu qurutması üçün bir yolla onu islatmaq 
lazımdır. 
2. Üzərində eyni nəcisdən bir şey qalmamalıdır. 
3. Bir şey günəşin şüalarına mane olmamalıdır. Buna görə günəş pərdə, bulud və buna 
bənzər şeyin arxasından saçaraq nəcis olan şeyi qurudarsa, o şey pak olmaz. Amma əgər, 
bulud günəşin saçmasına mane olmayacaq qədər zəif olsa, eybi yoxdur. 
4. Nəcis şeyi günəş təklikdə qurutmalıdır. Əgər, nəcis şey günəş və küləyin vasitəsilə 
quruyarsa, pak olmaz. Amma əgər «külək nəcis şeyin qurumasına kömək etdi» - 
deyilməyəcək qədər yüngül olarsa, eybi yoxdur. 
5. Günəş, yer və binanın nəcasat tə’sir edən hissəsini bir dəfəyə qurutmalıdır. Əgər günəş 
birinci dəfə nəcis yer və binanın üzərini və ikinci dəfə də altını qurudarsa, yalnız onların 
üzü pak olur. Altı isə nəcis qalır. 
Məsələ 186: 
Günəş nəcis həsiri pak edər, lakin həsir iplə toxunmuşdursa, onun iplərini pak 
etmir. Həmçinin, ağacın, bitkinin, qapı və pəncərənin günəşlə pak olması məhəlli-işkaldır. 
Məsələ 187:
Günəş nəcis bir yerə saçdıqdan sonra, əgər insan, günəş saçdığı anda o yerin 
yaş olub-olmamasında və ya yaşlığının günəş vasitəsi ilə quruyub-qurumamasında şəkk 
edərsə, o yer nəcisdir. Həmçinin (günəşin saçmasından qabaq) o yerdən eyni nəcisin 
aradan aparılıb-aparılmamasında və ya günəşin şüalarına bir şeyin mane olub-
olmamasında şübhə edərsə, məhəlli-işkaldır. 
Məsələ 188:
Əgər günəş, nəcis divarın bir tərəfinə saçarsa və bunun nəticəsində, divarın 
günəşin saçmadığı digər tərəfi də quruyarsa, hər iki tərəfin də pak olması uzaq bir nəzər 
deyil. Amma əgər bir gün yerin və divarın üzünü sonrakı gün isə batinini (içini) qurutsa, 
təkcə zahiri pak olar. 
4. İstihalə 
Məsələ 189:
Əgər nəcis olan bir şeyin cinsi dəyişərək pak bir şeyin şəklini alırsa, pak olur. 
Məsələn, nəcis ağacın yanıb kül olması və ya itin duzlağa düşüb duza dönməsi kimi. Amma 
əgər nəcis şeyin cinsi dəyişməzsə (nəcis buğdadan un hazırlanması və ya çörək bişirilməsi 
kimi) pak olmaz. 
Məsələ 190:
Nəcis palçıqdan hazırlanan kuzə və buna bənzər şeylər nəcisdir. Amma nəcis 
odundan əldə edilən kömür, əvvəlki xüsusiyyətlərindən heç biri onda olmazsa, pakdır. 
Əgər nəcis palçıq odun tə'sirindən saxsıya, ya kərpicə çevrilərsə, ehtiyat vacibə görə 
nəcisdir. 
Məsələ 191:
İstihalə olub-olmadığı bəlli olmayan nəcis bir şey nəcisdir. 
5. İnqilab 
Məsələ 192:
Şərab, öz-özünə və ya içinə sirkə və duz kimi şeyin qatılması səbəbi ilə dəyişilib 
sirkəyə çevrilsə, pak olur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 193:
Nəcis üzüm və bu kimi şeylərdən hazırlanan şərab, yaxud ayrı bir nəcisin 
dəymiş olduğu şərab, dəyişib sirkə olmaqla pak olmaz. 
Məsələ 194:
Nəcis xurma, kişmiş və üzümdən hazırlanan sirkə nəcisdir. 
Məsələ 195:
Əgər üzümün və xurmanın çör-çöpü onların içində olsa və eləcə sirkə tökülsə 
zərəri yoxdur. Həmçinin, onların içinə sirkə olmazdan qabaq belə, xiyar, badımcan və 
bunlara bənzər şeyləri də tökərlərsə, sirkə olmazdan qabaq sərxoş edici olmadığı təqdirdə, 
eybi yoxdur. 
Məsələ 196:
Üzüm suyu odda və ya özü-özünə qaynayarsa, haram olar. Amma əgər 
qaynayaraq üçdə ikisi getsə və üçdə biri qalsa, halal olur. Bə'ziləri demişlər ki, öz-özünə 
qaynayıbsa, yalnız sirkə olmaqla halal olur. 110-cu məsələdə üzüm suyunun qaynamaqla 
nəcis olmadığına dair hökm qeyd edildi. 
Məsələ 197:
Qaynamadan üçdə ikisi azalan üzüm suyunun qalan hissəsi qaynayarsa, əgər 
ona camaat arasında şirə deyil, üzüm suyu deyilirsə, lazım ehtiyat olaraq haramdır. 
Məsələ 198:
Qaynayıb-qaynamadığı bilinməyən üzüm suyu halaldır, amma əgər 
qaynayarsa, insan, onun qaynayaraq üçdə ikisinin azaldığını yəqin etməyincə halal olmaz. 
Məsələ 199:
Əgər, bir salxım yetişməmiş üzümdə (qorada) bir neçə yetişmiş üzüm dənəsi 
tapılırsa, ondan alınan suya üzüm suyu deyilmirsə, qaynadığı təqdirdə yeyilməsi halaldır. 
Məsələ 200: 
Əgər odda qaynamaqda olan bir şeyin içərisinə bir üzüm dənəsi düşərsə və 
qaynadığı halda yox olmazsa, yalnız o üzüm dənəsini yemək vacib ehtiyata görə haramdır. 
Məsələ 201: 
Bir-birindən ayrı olan bir neçə qazanda şirə qaynadarkən, qaynamış qazanın 
qarışdırıldığı kəfkir ilə qaynamamış qazanın qarışdırılması caizdir. 
Məsələ 202: 
Qora, yoxsa üzüm olduğu bilinməyən bir şey qaynayarsa, halaldır. 
6. İntiqal 
Məsələ 203:
Əgər ürfə görə qanı olmayan bir heyvan insanın, yaxud sıçrayan qanı olan bir 
heyvanın qanını, ağcaqanadın insan və ya heyvanın bədənindən sorduğu kimi, öz bədəninə 
sorarsa və o heyvanın bədənində həzm olunma ərəfəsində olarsa, o qan pak olur və buna 
intiqal deyilir. Amma müalicə üçün, zəlinin insandan sorduğu qan, onun bədəninin bir 
hissəsi sayılması mə'lum olmadığından nəcisdir. 
Məsələ 204:
Əgər insan, bədəninə qonan ağcaqanadı öldürsə və ağcaqanadın ondan çəkdiyi 
qan xaricə çıxarsa, o qan pakdır. Çünki, o qan ağcaqanadın qidası olmaq ərəfəsində idi. 
Baxmayaraq ki, qanın sorulması və ağcaqanadın öldürülməsi arasındakı zaman fasiləsi çox 
az idi, amma o qandan çəkinmək ehtiyat müstəhəbbdir. 
7. İslam 
Məsələ 205:
Əgər kafir olan bir adam kəlmeyi-şəhadəti deyərsə, yə’ni Allahın yeganəliyinə 
və Xatəmül-Ənbiya Həzrət Muhəmməd ibn Əbdullahın (s.ə.v.v) nübüvvətinə şəhadət versə, 
hansı dil ilə söyləyərsə söyləsin, müsəlman olar. Onun qabaqcadan hər nə qədər nəcis, 
olmasına hökm edilirdisə də, müsəlman olduqdan sonra, artıq onun bədəni, ağızının və 
burnunun suyu və təri pak olar. Amma əgər, müsəlman olduğu zaman, onun bədənində 
eyni nəcis olarsa, onu aradan qaldırıb, yerini pak etməsi lazımdır. Hətta bədənində olan 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
eyni nəcis, müsəlman olmazdan qabaq aradan aparılmışsa belə, vacib ehtiyat olaraq onun 
yerini su ilə yumalıdır. 
Məsələ 206:
Əgər, kafir olduğu zamanda libası yaş halda bədəninə dəymişdirsə, istər 
müsəlman olduğu zaman o libas üzərində olsun və ya olmasın, vacib ehtiyat olaraq o 
libasdan çəkinməlidir. 
Məsələ 207:
Əgər kafir kəlmeyi-şəhadəti deyərsə və insan onun qəlbən müsəlman olub-
olmadığını bilməzsə pakdır. Hətta qəlbən müsəlman olmadığını bildiyi halda, ondan 
söylədiyi kəlmeyi-şəhadətə zidd bir hərəkət görünməzsə də hökm eynidir. 
8. Təbəiyyət 
Məsələ 208:
Nəcis bir şeyin, başqa bir şeyin paklığı vasitəsilə pak olmasına təbəiyyət 
deyilir. 
Məsələ 209:
Şərab sirkə olsa, şərabın qabı da qaynadığı halda yetişdiyi yerə qədər pak 
olur. Onun üzərinə adi qaydada qoyulan bez parçası və başqa bir şey də onun vasitəsi ilə 
nəcis olmuşsa, o da pak olur. Amma qabın zahirinə şərab dəymişsə, şərabın sirkə 
olmasından sonra, vacib ehtiyat olaraq ondan çəkinmək lazımdır. 
Məsələ 210:
İki yerdə kafirin uşağı təbəiyyət yolu ilə pak olur: 
1. Bir kafir müsəlman olarsa, onun uşağı da paklıqda ona tabedir. Həmçinin əgər kafir 
uşağın anası, ya baba və ya nənəsi müsəlman olarsa, uşaq da pak olar. Amma bu təqdirdə, 
uşağın yeni müsəlmanın yanında və onun kəfaləti altında olması və ondan uşağa daha 
yaxın olan bir kafir uşağın yanında olmaması lazımdır. 
2. Kafir bir uşaq, bir müsəlmana əsir düşsə, onun yanında atası və ya babalarından biri 
yoxsa pak olur. Amma bu iki halda da uşağın təbəiyyət yolu ilə pak olması üçün, uşaq 
ağlıkəsəndirsə, kafir olduğunu izhar etməməlidir. 
Məsələ 211:
Üzərində meyyit yuyulan taxta və ya daş, meyyitin övrət yerinə örtülən parça 
və meyyitə qüsl verənin əli, meyyitlə yuyulan hər bir şey meyyitin qüslü sona çatdıqdan 
sonra pak olur. 
Məsələ 212:
Əgər bir kimsə əli ilə bir şeyi yuyarsa, o şey pak olduqdan sonra onunla 
birlikdə yuyulan əli də pak olur. 
Məsələ 213:
Libas və buna bənzər şeylər az su ilə yuyulsa, normal həddə sıxılıb onun 
yuyulduğu suyu çıxardıqdan sonra, o libasda qalan su pakdır. 
Məsələ 214:
Az su ilə yuyulan nəcis qabın paklanması üçün onun üzərinə tökülən suyun 
ayrılmasından sonra, onun üzərində qalan su damlaları pakdır. 
9. Eyni nəcisin aradan getməsi 
Məsələ 215:
Əgər bir heyvanın bədəninə qan kimi eyni nəcis və ya nəcis olan su kimi 
mütənəccis bulaşsa, onlar aradan getdikdən sonra, o heyvanın bədəni pak olur. İnsanın 
ağız, burun və qulağın içi kimi bədəninin batini də eyni hökmdədir. Yə’ni kənardan gələn 
bir nəcasat vasitəsi ilə nəcis olur və onun aradan getməsi ilə də pak olur. Dişlərin arasından 
gələn qan kimi, bədənin batin hissəsinə aid bir nəcasat bədənin batin hissəsinin nəcis 
olmasına səbəb olmaz. Həmçinin kənardan bir şey bədənin batinindəki (daxili) nəcasata 
dəyərsə nəcis olmaz. Buna görə də ağızda olan taxma dişə, digər dişin arasından gələn qan 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
dəyərsə, onu su ilə yumaq lazım deyil, amma əgər nəcis bir yeməyə dəyərsə, onu yumaq 
lazımdır. 
Məsələ 216:
Əgər ağızın içinin qanı dişlərin arasında qalan yemək qalıqlarına dəyərsə, onu 
nəcis etməz. 
Məsələ 217:
Göz qapaqlarının və dodaqların bağlandığı zaman bir-birinin üzərinə gələn 
miqdarı, bədənin batin hissəsi hökmündədir. Buna görə onlara kənardan bir nəcis dəyərsə, 
onu yumaq lazım deyil. Amma əgər bədənin daxili və ya xarici hissəsindən olduğunu 
bilmədiyi bir yerinə, xaricdən bir nəcis dəyərsə, yumaq lazımdır. 
Məsələ 218:
Əgər nəcis toz və ya torpaq quru libas, xalça və buna bənzər şeylərə qonsa 
silkələdikdə ondan yəqin olunan miqdarda toz və torpaq tökülürsə, o pakdır və yumaq 
lazım deyil. 
10. Nəcasat yeyən heyvanın istibrası 
Məsələ 219:
İnsan nəcasatını yeməyə adət etmiş heyvanın bövl və ğaiti nəcisdir. Onu pak 
etmək üçün istibra etmək lazımdır. Yə’ni «nəcasat yeyən heyvan» deyilməyəcək qədər bir 
müddət, onu nəcasat yeməkdən saxlamalı və ona pak yemək verilməlidir. Bu müddətdən 
sonra ona bir daha «nəcasat yeyən» deyilməsə də, nəcasat yeyən dəvəni qırx gün, inəyi 
iyirmi gün, qoyunu on gün, qaz və ördəyi yeddi və ya beş gün, toyuğu üç gün nəcasat 
yeməkdən saxlamaq ehtiyat müstəhəbbdir. 
11. Müsəlmanın bir müddət gözdən qeyb olması 
Məsələ 220:
Əgər baliğ və ya təharət və nəcasəti ağlıkəsən bir müsəlmanın bədəni, libası və 
ya xalça, qab və s. kimi, istifadə etdiyi bir şeyi nəcis olsa və o müsəlman bir müddət gözdən 
qeyb olsa, insan o müsəlmanın onu yuduğuna ağılı kəsən bir ehtimal versə pak olar. 
Məsələ 221:
Əgər insanın özü, nəcis olan bir şeyin pak olduğuna yəqin etsə və ya xatircəm 
olarsa və yaxud iki adil şəxs şəhadət verərsə və onların şəhadəti pak olmasını göstərərsə, o 
şey pakdır. Məsələn bövl ilə nəcis olmuş paltarı iki dəfə yumasına şəhadət versələr. 
Həmçinin, əgər yalançılıqda ittiham edilməyən bir kimsə, öz ixtiyarında olan nəcis bir 
şeyin pak olduğunu söyləyərsə və ya bir müsəlman nəcis olan bir şeyi paklamaq məqsədi ilə 
yuyarsa onun düzgün şəkildə suya çəkib-çəkməməsi bilinməsə də, o şey pakdır. 
Məsələ 222:
İnsanın libasını yumağı öz boynuna götürən (bu işə vəkil olan) bir kimsə, onu 
yuduğunu söyləyərsə və onun sözündən insana xatircəmlik gələrsə, o libas pakdır. 
Məsələ 223:
Əgər insanda, nəcis bir şeyi yuyarkən onun pak edildiyinə yəqin etmədiyi bir 
hal vəsvaslıq halı varsa, camaatın yuduğu normal şəkildə yuyarsa kifayət edər. 
12. Normal miqdarda qan axması 
Məsələ 224:
94-cü məsələdə açıqlandığı şəkildə, şər’i üsullarla başı kəsilən heyvanın qanı 
normal miqdarda axdıqdan sonra, onun bədənində qalan qan pakdır. 
Məsələ 225:
Əvvəlki məsələdə göstərilən hökm vacib ehtiyat olaraq, əti halal olan 
heyvanlara məxsusdur və əti haram heyvanlara aid deyil. 
QABLARIN HÖKMLƏRİ 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 226:
İt, donuz və ya murdar olmuş heyvanın dərisindən hazırlanan bir qabda bir 
şey yemək və içmək, hər hansı bir rütubətin o şeyin nəcis olmasına səbəb olduğu təqdirdə 
haramdır. O qabın dəstəmaz və qüsl kimi, pak şeylə edilməsi lazım olan işlərdə də istifadə 
edilməsi caiz deyil. İt, donuz və murdar olmuş heyvanın dərisindən, qab olmasa da, istifadə 
etməmək ehtiyat müstəhəbbdir. 
Məsələ 227:
Qızıl və gümüşdən hazırlanan qablarda yemək və içmək, hətta vacib ehtiyata 
görə, onların hər cür istifadə edilməsi haramdır. Amma onlarla otağı və buna bənzər 
şeyləri bəzəmək və onları saxlamağın eybi yoxdur, lakin bunu da tərk etmək əhvətdir: zinət 
və ya saxlamaq üçün qızıl və gümüş qabları düzəltməyin və yaxud onları alıb-satmağın da 
hökmü eynidir. 
Məsələ 228:
Qızıl və gümüşdən düzəldilən stəkan tutacağına «qab» deyilirsə, elə qızıl və 
gümüş stəkan hökmündədir. Əgər ona «qab» deyilmirsə, istifadə olunmasının bir maneəsi 
yoxdur. 
Məsələ 229:
Üzərinə qızıl və gümüş suyu çəkilmiş qabın istifadə edilməsinin eybi yoxdur. 
Məsələ 230:
Bir filizi qızıl və ya gümüşlə qarışdırıb qab hazırlayarlarsa, qabdakı filizin 
miqdarı, ona qızıl və ya gümüş deyilməyəcək qədər artıq olsa, istifadə olunmasının maneəsi 
yoxdur. 
Məsələ 231:
İnsanın, qızıl və ya gümüş qabda olan yeməyi ayrı bir qaba boşaltmasının, adi 
halda ikinci qab birinci qabdan yemək yeməyə vasitə olmazsa, eybi yoxdur. 
Məsələ 232:
Qızıl və ya gümüşdən hazırlanmış qəlyanın üfürən yerinin, qılıncın qınının, 
bıçaq və Qur’an qabının istifadə olunmasının eybi yoxdur, amma qızıl və ya gümüşdən 
hazırlanmış tiryək qabının, sürmə qabının və ətir qabının işlədilməməsi ehtiyat 
müstəhəbbdir. 
Məsələ 233:
Məcburiyyət halında qızıl və ya gümüş qabda zərurəti aradan aparacaq 
miqdarda yeyib-içməyin bir eybi yoxdur. Amma bu miqdardan artıq yeyib-içmək caiz 
deyildir. 
Məsələ 234:
Qızıl-gümüşdən, yoxsa digər bir şeydən hazırlandığı bilinməyən bir qabdan 
istifadə etməyin eybi yoxdur. 
DƏSTƏMAZ 
Məsələ 235:
Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön hissəsinə və ayaqların üzərinə 
məsh çəkmək vacibdir. 
Məsələ 236:
Üzü uzununa alnın yuxarısından, baş tüklərinin çıxdığı yerdən çənənin ucuna 
qədər, eninə isə orta barmaqla baş barmağın arasında qalan miqdarı yumaq lazımdır. Bu 
miqdardan azacıq bir hissəsi belə yuyulmasa, dəstəmaz batil olur. Əgər insan bu miqdarın 
tamamilə yuyulduğuna əmin deyilsə, buna yəqini olması üçün onun ətrafını da bir az 
(artıq) yumalıdır. 
Məsələ 237:
Əgər bir kəsin üzü və ya əli, normal insanların üzü və ya əlindən böyük və ya 
kiçik olsa, camaat arasında normal adamın üzünü haraya qədər yuduğuna diqqət etməli, o 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
da oraya qədər yumalıdır. Həmçinin əgər alnında tük çıxarsa və ya başının önündə tük 
olmazsa, alnını normal miqdarda yumalıdır. 
Məsələ 238:
Qaşlarında, gözünün və ya dodaqlarının kənarında suyun keçməsinə mane 
olacaq çirk və ya başqa bir şeyin olduğuna ehtimal verirsə və bu ehtimal camaatın 
nəzərində düzgün bir ehtimaldırsa, dəstəmaz almamışdan əvvəl yoxlamalı, əgər varsa 
aradan qaldırmalıdır. 
Məsələ 239:
Üzün dərisi saqqalın arasından görünürsə, suyu dəriyə çatdırması vacibdir. 
Əgər görünmürsə, saqqalın üzərini yumaq kifayətdir: suyu saqqalın altına çatdırmaq 
lazım deyil. 
Məsələ 240:
Üzün dərisinin tüklərin arasından görünüb-görünmədiyində şəkk edərsə, 
vacib ehtiyat olaraq saqqalı yumalı, üzün dərisinə də suyu çatdırmalıdır. 
Məsələ 241:
Burnun içini və qapadığı zaman göz və dodaqların görünməyən yerini yumaq 
vacib deyildir. Amma əgər insan yuyulması vacib olan miqdarın yuyulmasına əmin deyilsə, 
buna yəqin etməsi üçün onlardan bir miqdarını yuması vacibdir. Bu hökmü bilməyən 
kimsə əvvəlcə almış olduğu dəstəmazda vacib olan miqdarı yuyub-yumadığını bilməzsə, o 
dəstəmazla qılmış olduğu namaz səhihdir; sonrakı namaz üçünsə yenidən dəstəmaz alması 
lazım deyil. 
Məsələ 242:
Qolları və üzü lazım ehtiyat olaraq yuxarıdan aşağıya doğru yumaq gərəkdir. 
Aşağıdan yuxarı doğru yusa, dəstəmaz batildir. 
Məsələ 243:
Əgər əlini isladıb üzünə və qollarına çəkərsə, əlinin nəmliyi onları isladacaq 
miqdarda olarsa, kifayətdir. Bu halda onların üzərindən su axıdılması lazım deyil. 
Məsələ 244:
Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu dirsəklərdən 
barmaqların ucuna qədər yumalıdır. 
Məsələ 245:
Əgər insan dirsəyi bütünlüklə yuduğuna əmin deyilsə, buna yəqinlik hasil 
etməsi üçün dirsəyindən bir az yuxarıdan yuması lazımdır. 
Məsələ 246:
Üzünü yumamışdan əvvəl əllərini biləklərinə qədər yuyan bir şəxs dəstəmaz 
alarkən qolunu dirsəkdən barmaqlarının ucuna qədər yumalıdır. Əgər təkcə biləklərinə 
qədər yusa, dəstəmazı batildir. 
Məsələ 247:
Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq 
müstəhəbb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dəstəmaz qəsdi ilə üz 
və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı 
zaman tamam olur. Məsələn əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su 
tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur. Həmçinin dəstəmaz 
niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz. Buna görə üzün 
hamısını bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. 
Lakin ikinci yumada niyyətin vacib olması nəzəri işkalsız deyil. Lazım ehtiyat olaraq 
birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox 
yumamalıdır. 
Məsələ 248:
Hər iki əl yuyulduqdan sonra, əldə qalan dəstəmaz suyunun yaşı ilə başın 
qabağına məsh çəkmək gərəkdir. Ehtiyat müstəhəbb odur ki, sağ əlin içi ilə məsh çəkilsin 
və məsh yuxarıdan aşağıya doğru olsun. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 249:
Başın, alnın qabağında yerləşən dörd hissəsindən biri məsh yeri hesab edilir. 
Bu hissənin hər yerinə və hər nə qədər məsh çəkilsə kifayətdir. Hərçənd müstəhəbb ehtiyat 
odur ki, uzunluğu bir barmaq və eni üç bağlı barmaq qədəri olsun. 
Məsələ 250:
Başın məshində onun dərisinə çəkilməsi lazım (vacib) deyil, başın ön 
hissəsindəki tüklərə də məsh çəkilməsi düzgündür. Amma başın qabağının tükü darananda 
üzə tökülərsə, yaxud başın o biri hissəsinə çatarsa, onda tüklərin dibinə məsh çəkilməlidir. 
Əgər üzünə tökülən, yaxud başın başqa yerinə çatan tükləri başın qabağında bir yerə yığıb 
onlara məsh çəksə və ya başın başqa yerlərinin qabağa gələn tüklərinə məsh çəksə, batildir. 
Məsələ 251:
Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış yaşlığı ilə ayağın 
üstünə – barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Müstəhəbb ehtiyat 
odur ki, sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh edilsin. 
Məsələ 252:
Ayağa çəkilən məshin eni hər ölçüdə olsa kifayətdir. Amma daha yaxşısı budur 
ki, üç bağlı barmağın eni qədəri olsun, hətta ayağın bütün üstünə məsh çəkilməsi daha 
yaxşıdır. 
Məsələ 253:
Ayağın məshində, əlini ayağın barmaqlarının başına qoyandan sonra ayağın 
üzərinə çəkməsi lazım (vacib) deyil. Əli bütünlüklə ayağın üzərinə qoyub, azacıq məsh çəkə 
də bilər. 
Məsələ 254:
Ayağa və başa məsh edərkən, əli onların üzərinə çəkməlidir. Əgər əli saxlayıb 
başı və ya ayağı ona çəksə, dəstəmaz batildir. Amma əgər əli çəkdiyi vaxtda ayaq, yaxud 
baş bir müxtəsər hərəkət etsə, eybi yoxdur. 
Məsələ 255:
Məsh çəkilən yer quru olmalıdır. Əgər əlin nəmliyi ona tə`sir etməyəcək qədər 
yaş olarsa, məsh batildir. Amma əgər nəm olsa və ya onda olan nəmlik əlin rütubətində 
itəcək qədər az olarsa, eybi yoxdur. 
Məsələ 256:
Əgər məsh etmək üçün, əlin içində yaşlıq olmasa, ayrı bir su ilə əlini islada 
bilməz. Gərək öz saqqalının yaşlığından götürüb onunla məsh etsin. Saqqaldan qeyri 
yerdən yaşlıq götürüb onunla məsh etmək məhəlli-işkaldır. 
Məsələ 257:
Əlin içində yalnız başa məsh çəkmək qədər yaşlıq olsa, vacib ehtiyat odur ki, 
başa həmən yaşla məsh çəksin və ayağa məsh çəkmək üçün öz saqqalının yaşlığından 
nəmlik götürsün. 
Məsələ 258:
Corab və ayaqqabının üstündən məsh çəkmək batildir. Amma şiddətli 
soyuqdan, oğrudan, yırtıcı heyvandan və bu kimilərdən qorxmaq üzündən corab və 
ayaqqabını çıxarda bilməsə vacib ehtiyat odur ki, corab və ayaqqabının üzərindən məsh 
çəksin və həmçinin təyəmmüm də etsin. Əgər təqiyyə halında olsa, corab və ayaqqabının 
üzərindən məsh çəkmək kifayət edər. 
Məsələ 259:
Əgər ayağın üstü nəcis olsa və ona məsh çəkmək üçün suya çəkə bilməsə, 
təyəmmüm etməlidir. 
İRTİMASİ DƏSTƏMAZ 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 260:
İrtimasi dəstəmaz – insanın üzü və əllərini dəstəmaz qəsdi ilə suya salmasına 
deyilir. Ehtiyata zidd olmasına baxmayaraq, zahir odur ki, isrimasi olaraq yuyulan əlin 
nəmi ilə məsh etməyin eybi yoxdur. 
Məsələ 261:
İrtimasi dəstəmazda da, gərək üz və əllər yuxarıdan aşağıya doğru yuyulsun. 
Əgər üz və əlləri dəstəmaz məqsədilə suya batırsa, gərək üzü alın tərəfdən, əlləri isə dirsək 
tərəfdən suya batırsın. 
Məsələ 262:
Dəstəmaz üzvlərinin bə`zisi üçün irtimasi və bə`zisi üçün qeyri-irtimasi 
dəstəmaz almağın eybi yoxdur. 
DƏSTƏMAZ ZAMANI MÜSTƏHƏBB DUALAR 
Məsələ 263:
Dəstəmaz alan şəxsin gözü suya sataşdıqda belə deməsi müstəhəbdir: 
اًس ِجَن ُهلَعجَي مَل َو اًروُهَط َءاَملا َلَعَج ىِذﱠلا ِﷲ ُدمَحلا َو ِ اِب َو ِﷲ ِمسِب 
«Bismillahi və billahi vəlhəmdu lillahil-ləzi cə`ələl-ma`ə təhura, vələm yəc`əlhu nəcisa.» 
Dəstəmazdan əvvəl əllərini yuyanda desin: 
َني ِرِّهَطَتملا َنِم ىِنلَعجا َو َنيِبا ﱠوﱠتلا َنِم ىِنلَعجا ﱠمهللَأ ِ اِب َو ِﷲ ِمسِب 
«Bismillahi və billah. Əllahumməc`əlni minət-təvvabinə vəc`əlni minəl-mutətəhhirin.» 
Ağıza su dolduran vaxtda (məzməzə edəndə) desin: 
َك ِركِذِب ىِناَسِل قِلطَأ َو َكاَقلَأ َموَي ىِتﱠجُح ىِنِّقَل ﱠمُهللأ 
«Əllahummə ləqqini huccəti yovmə əlqakə və ətliq lisani bizikrik.» 
Buruna su alan vaxt (istinşaq edəndə) desin: 
نﱠمِم ىِنلَعجا َو ِةّنَجلا َحي ِر ﱠىَلَع م ِّرَحُت َﻻ َمُهللَأ اَهَبيِط َو اَهَحوَر َو اَهَحي ِر ﱡمُشَي 
«Əllahummə la tuhərrim ələyyə rihəl-cənnəti vəc`əlni mimmən yəşummu rihəha və 
rovhəha və tibəha.» 
Üzü yuyanda desin: 
ِهيِف ﱡضَيبَت َموَي ىِهج َو دِّوَسُت َﻻ َو ُهوُج ُولا ِهيِف ﱡدوسَت َموَي ىِهج َو ضِّيَب ﱠمُهللا ُهوُج ُولا 
«Əllahummə bəyyiz vəchi yovmə təsvəddu fihil-vucuhu və la tusəvvid vəchi yovmə 
təbyəzzul-vucuh.» 
Sağ əli yuyanda desin: 
ا ًريِسَي اًباَس ِح ىِنبِساَح َو ى ِراَسَيِب ِناَن ِجلا ىِف َدلُخلا َو ىِنيِمَيِب ىِباَتِك ىِنِطعَأ ﱠمُهلل 
«Əllahummə ə`tini kitabi biyəmini vəl-xuldə fil-cinani biyəsari və hasibni hisabən yəsira.» 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Sol əlini yuyanda desin: 
َكِب ُذوُعَا َو ىِقُنُع ىَلِإ ًةَلوُلغَم اَهلَعجَت َﻻ َو ى ِرهَظ ِءاَر َو نِم َﻻ َو ىِلاَمِشِب ىِباَتِك ىِنِطعُت َﻻ ﱠمُهللَأ ِناَريِّنلا ِتاَعﱠطَقُم نِم 
«Əllahummə la tu`tini kitabi bişimali və la min vərai zəhri və la təc`əlha məğlulətən ila 
unuqi və ə`uzu bikə min muqəttə`atinniran.» 
Başa məsh çəkəndə desin: 
َكِوفَع َو َكِتاَك َرَب َو َكِتَمحَرِب ىِنِّشَغ ﱠمُهللَأ 
«Əllahummə ğəşşini birəhmətikə və bərəkatikə və əfvik.» 
Ayağına məsh çəkəndə desin: 
َو ِلَﻼَجلا اَذاَي ىﱠنَع َكي ِضرُياَم ىِف ىِيعَس لَعجا َو ُماَدْقَﻻا ِهيِف ﱡل ِزَت َموَي ِطار ِصلا ىَلَع ىِنتِّبَث ﱠمُهللَأ ِماَركِﻹا 
«Əllahummə səbbitni ələssirati yovmə təzillu fihil-əqdam, vəc`əl sə`yi fima yurzikə ənni, ya 
zəlcəlali vəl-ikram.» 
DƏSTƏMAZIN SƏHİH OLMA ŞƏRTLƏRİ 
Dəstəmazın səhih olmasında lazım olan şərtlər bunlardan ibarətdir: 
1-ci şərt: Dəstəmazın suyu pak olmalıdır. Başqa bir fikirə görə şər`i baxımdan pak olsa 
belə, əti halal heyvanın bövlü, pak olan murdarın əti və yara çirki kimi insanın nifrət etdiyi 
şeylərlə də qatışıq olmamalıdır. Bu nəzər ehtiyata uyğundur. 
2-ci şərt: Su mütləq olmalıdır. 
Məsələ 264:
Nəcis və muzaf su ilə alınan dəstəmaz batildir. Hətta əgər insan onun nəcis və 
ya muzaf olduğunu bilməzsə, yaxud unutsa belə, hökm eynidir. Əgər o dəstəmazla namaz 
qılmışsa da, həmin namazı yenidən səhih dəstəmazla qılması gərəkdir. 
Məsələ 265:
Əgər dəstəmaz alması üçün palçıqlı muzaf sudan başqa bir su yoxdursa, bu 
halda namazın vaxtı təngdirsə, təyəmmüm etməlidir; vaxt varsa suyun durulmasını 
gözləməli və ya başqa bir vasitə ilə suyu duruldub saf su ilə dəstəmaz almalıdır. Amma 
palçıqlı su o vaxt muzaf olur ki, artıq ona su deyilməsin. 
3-cü şərt: Dəstəmazın suyu mübah olmalıdır. 
Məsələ 266:
Qəsb edilmiş olan və ya sahibinin razı olub-olmadığı bəlli olmayan su ilə 
dəstəmaz almaq haram və batildir. Həmçinin əgər dəstəmazın suyu üz və əllərindən qəsbi 
olan yerə tökülərsə və ya dəstəmaz aldığı yerin fəzası qəsbi olarsa, o yerdən başqa bir yerdə 
dəstəmaz almaq imkanı da yoxdursa, şəxsin vəzifəsi təyəmmümdür. Əgər ayrı bir yerdə 
dəstəmaz alması mümkündürsə, həmin yerdə dəstəmaz almalıdır. Bununla belə, əgər hər 
iki təqdirdə də günah edib orada dəstəmaz alarsa, dəstəmazı səhihdir. 
Məsələ 267:
İnsanın hamı üçün, yoxsa yalnız o mədrəsənin tələbələri üçün vəqf edildiyini 
bilmədiyi bir mədrəsənin hovuzundan dəstəmaz almasının, adətən camaatın hovuzun 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
suyundan dəstəmaz aldığı və kimsənin bunu qadağan etmədiyi təqdirdə bir maneçiliyi 
yoxdur. 
Məsələ 268:
Bir şəxs namaz qılmaq istəmədiyi bir məscidin hovuzunun hamı üçünmü, 
yoxsa orada namaz qılanlar üçünmü vəqf edildiyini bilməzsə, o məscidin hovuzundan 
dəstəmaz ala bilməz. Amma əgər adətən orada namaz qılmaq istəməyən şəxslər də o 
hovuzdan dəstəmaz alırsa və bir kimsə də bunu qadağan etmirsə, həmin hovuzdan 
dəstəmaz ala bilər. 
Məsələ 269:
Otellərin, balaca bazarların və buna bənzər yerlərin hovuzlarından orada 
yaşamayan şəxslərin dəstəmaz almaları, ancaq orada yaşamayan kimsələrin də onların 
suyundan dəstəmaz aldığı və bir kimsənin də bunu qadağan etmədiyi təqdirdə səhihdir. 
Məsələ 270:
İnsan, sahiblərinin razı olduqlarını bilməzsə belə, onlardan istifadə etməyin 
caiz olmasına əql sahiblərinin nəzər verdiyi nəhrlərdə, istər sahibi böyük olsun, istərsə 
kiçik, dəstəmaz almağın maneçiliyi yoxdur. Hətta əgər onların sahibləri dəstəmaz almağı 
qadağan edərsə və ya insan sahibinin razı olmadığını bilərsə və yaxud həmin nəhrin sahibi 
uşaq və ya dəli olarsa, onların suyundan istifadə etmək caizdir. 
Məsələ 271:
Əgər insan suyun qəsb edilmiş olduğunu unudaraq onunla dəstəmaz alarsa, 
səhihdir. Amma suyu özü qəsb etmiş olan kimsə onun qəsb etmiş olduğunu unudub həmin 
su ilə dəstəmaz alarsa, dəstəmazın səhih olması məhəlli-işkaldır. 
Məsələ 272:
Əgər dəstamazın suyu onun öz mülkü olsa, amma qəsbi qabda olsa, şəxsin 
ondan başqa bir qabı da olmazsa, suyu o qabdan şər`i bir yolla ayrı bir qaba boşalda 
bilərsə, bu halda onu boşaldaraq dəstəmaz alması lazımdır; bu da mümkün deyilsə, 
təyəmmüm etməlidir. Amma əgər ayrı bir suyu varsa, onunla dəstəmaz alması lazımdır. 
Hər iki təqdirdə əgər günah edib qəsbi qabda olan su ilə dəstəmaz alarsa, dəstəmazı 
səhihdir. 
Məsələ 273:
Bir daşı və ya kərpici belə qəsbi olan hovuzdan su götürmək, ümumxalqın 
nəzərində o daşlardan və ya kərpicdən istifadə etmək sayılmasa, dəstəmaz almağın 
maneçiliyi yoxdur. İstifadə etmək sayıldığı təqdirdə isə ondan su götürmək haramdır, 
amma dəstəmazı səhihdir. 
Məsələ 274:
İmamlardan (ə) və ya imam övladlarından birinə aid olan yer əvvəlcədən 
qəbiristanlıq olub, sonra orada hovuz düzəldilərsə və ya oradan çeşmə axıdılarsa, insan o 
səhnin (İmamlara aid olan yer) yerinin qəbiristanlıq üçün vəqf edilmiş olduğunu bilməzsə, 
onda həmin hovuz və ya arxda dəstəmaz almağın maneçiliyi yoxdur. 
4-cü şərt: Dəstəmaz üzvləri yuma və məsh etmə anında pak olmalıdır. Hərçənd dəstəmaz 
halında, onu yumazdan və ya məsh etməzdən əvvəl paklasa belə; Əgər kürr və bu kimi su 
ilə yuyursa, yumaqdan qabaq paklamaq lazım deyil. 
Məsələ 275:
Dəstəmaz tamamlanmazdan əvvəl yumuş olduğu və ya məsh etdiyi bir yer 
nəcis olarsa, dəstəmaz səhihdir. 
Məsələ 276:
Bədənin dəstəmaz üzvlərindən başqa bir yeri nəcis olsa, dəstəmaz səhihdir. 
Amma əgər bövl və ğait məhəllini yumamışsa, əvvəlcə onu paklaması və daha sonra 
dəstəmaz alması müstəhəbb ehtiyatdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 277:
Dəstəmaz üzvlərindən biri nəcis olarsa və dəstəmaz aldıqdan sonra 
dəstəmazdan əvvəl oranı pak edib etmədiyində şəkk edərsə, dəstəmazı səhihdir. Amma 
nəcis olan yeri yuması gərəkdir. 
Məsələ 278:
Üzündə və ya qollarında qanaxması dayanmayan, suyun zərər vermədiyi bir 
kəsik yer və ya yara olarsa, tərtib üzrə o üzvün sağlam yerlərini yuduqdan sonra kəsik və 
ya yara olan yeri kürr və ya axar suya salıb qanı kəsilincəyə qədər sıxmalı və onun 
üzərindən su axması üçün suyun altında yuxarıdan aşağıya doğru barmağı ilə yaranı və ya 
kəsiyi sıxmalıdır. Sonra aşağı hissələri yumalıdır. Belə alınan dəstəmaz səhihdir. 
5-ci şərt: Dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olmalıdır. 
Məsələ 279:
Dəstəmaz alacağı təqdirdə namazın hamısı və ya bir miqdarı vaxtından 
sonraya (qəzaya) qalacaq qədər vaxt azdırsa, təyəmmüm etməlidir. Amma əgər həm 
dəstəmaz, həm də təyəmmüm üçün eyni qədər vaxt tələb olunursa, dəstəmaz almalıdır. 
Məsələ 280:
Namazın vaxtının darlığı üzündən təyəmmüm etməli olan bir şəxs, əgər Allaha 
yaxınlıq niyyəti ilə və ya Qur`an oxumaq kimi müstəhəbb bir iş üçün dəstəmaz alarsa, 
dəstəmazı səhihdir. O namazı qılmaq üçün dəstəmaz alarsa da, hökm eynidir. Əgər bu 
zaman qürbət (Allaha yaxınlıq) qəsdi gerçəkləşməzsə, dəstəmaz batildir. 
6-cı şərt: Qürbət qəsdi ilə, yə`ni aləmlərin Rəbbi olan Həqq-təalanın əmrini yerinə 
yetirmək üçün dəstəmaz almalıdır. Əgər sərinləmək üçün və ya ayrı bir məqsədlə dəstəmaz 
alsa, batildir. 
Məsələ 281:
Dəstəmazın niyyətini dili ilə söyləməsi və ya qəlbindən keçirməsi lazım (vacib) 
deyil. Dəstəmazın bütün əməllərini Allahın əmri üçün yerinə yetirərsə, kifayətdir. 
7-ci şərt: Dəstəmazı göstərilən tərtiblə almalıdır, yə`ni əvvəlcə üzü, sonra sağ qolu, daha 
sonra sol qolu yumalı və ondan sonra başa, nəhayət ayaqlara məsh çəkməlidir. Hər iki 
ayağı birlikdə məsh etməmək və hətta sol ayağa sağ ayaqdan sonra məsh etmək müstəhəbb 
ehtiyatdır. 
8-ci şərt: Dəstəmazın əməllərini ardıcıl və arada fasilə vermədən yerinə yetirmək lazımdır. 
Məsələ 282:
Dəstəmazın əməlləri arasında camaatın nəzərində ardıcıl sayılmayacaq qədər 
fasilə versə, dəstəmaz batil olur. Amma insan üçün unutmaq və ya suyun qurtarması kimi 
bir üzrlü səbəb əmələ gəldiyi zaman bu məsələ şərt deyildir. Əgər yumaq və ya məsh etmək 
istədiyi bir yerdən əvvəl yuduğu və ya məsh etdiyi yerlərin hamısının nəmliyi qurumuş olsa 
dəstəmaz batildir. Amma əgər yumaq və ya məsh etmək istədiyi yerdən əvvəlki yerin 
nəmliyi qurusa, amma ondan da əvvəlki yerlər qurumamış olarsa, məsələn, sol qolunu 
yumaq istədiyi zaman sağ qolunun rütubəti qurusa və üzünün nəmliyi qalırsa, dəstəmaz 
səhihdir. 
Məsələ 283:
Dəstəmazın əməllərini ardıcıl olaraq yerinə yetirdiyi halda havanın istiliyi, 
bədənin hərarətinin çox olması və buna bənzər səbəblər üzündən əvvəlki yerlərin nəmliyi 
quruyarsa, dəstəmaz səhihdir. 
Məsələ 284:
Dəstəmaz əsnasında yeriməyin maneçiliyi yoxdur, belə ki, əgər üzünü və 
qollarını yuduqdan sonra bir neçə addım yeriyib sonra başına və ayağına məsh çəkərsə, 
dəstəmazı səhihdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
9-cu şərt: Üz və qollarının yuyulması, baş və ayaqlarının məshini insanın özü etməlidir. 
Əgər ayrısı ona dəstəmaz aldırsa və ya suyu üz və qollarına tökməkdə və ya başına və 
ayağına məsh çəkməkdə ona kömək edərsə, dəstəmazı batildir. 
Məsələ 285:
Özü dəstəmaz ala bilməyən şəxs, hərçənd yuma və məsh etmə iki nəfərin 
iştirakı ilə olsa belə, başqasından yardım almalıdır. Belə ki, köməkçi ücrət (muzd) istəsə də 
imkanı olub və halına zərər verməzsə, gərək ödəsin. Amma niyyəti özü etməli və öz əli ilə 
məsh çəkməlidir. Əgər özünün də iştirak etməsi mümkün olmazsa, başqasından ona 
dəstəmaz aldırmasını xahiş etməlidir. Bu zaman vacib ehtiyat olaraq hər ikisi niyyət 
etməlidir. Əgər özünün məsh etməsi mümkün deyilsə, köməkçi onun əlindən tutub məsh 
ediləcək yerlərə çəkməlidir. Əgər bu da mümkün deyilsə, köməkçi onun əlindəki nəmliyi 
əlinə alaraq başına və ayaqlarına məsh çəkməlidir. 
Məsələ 286:
Dəstəmazın əməllərində hansını özü təkbaşına edə bilirsə, onu özü etməli və 
başqasından kömək diləməməlidir. 
10-cu şərt: Sudan istifadə etməyin dəstəmaz alan üçün bir maneçiliyi olmamalıdır. 
Məsələ 287:
Dəstəmaz aldığı zaman xəstələnəcəyindən və ya suyu dəstəmaz üçün istifadə 
etdiyi təqdirdə susuz qalacağından qorxan şəxsin vəzifəsi, dəstəmaz almaq deyildir. Əgər 
sudan istifadə etdiyi zaman ona zərərli olduğunu bilməyib dəstəmaz alarsa, həqiqətdə isə 
suyun ona zərəri varsa, dəstəmazı batildir. 
Məsələ 288:
Əgər üz və qollarına dəstəmazın səhih olacağı az bir miqdarda su 
toxundurmasının zərəri olmazsa və ondan çoxunun zərəri olarsa, o az miqdar su ilə 
dəstəmaz almalıdır. 
11-ci şərt: Dəstəmaz üzvlərində suyun bədənə yetişməsinin qarşısını alacaq bir maneə 
olmamalıdır. 
Məsələ 289:
Əgər dəstəmaz üzvlərinə bir şeyin yapışdığını bilirsə, amma onun suyun 
yetişməsinə mane olub-olmadığında şəkk edirsə, onu aradan aparmalı və ya suyu onun 
altına çatdırmalıdır. 
Məsələ 290:
Dırnağın altının çirkli olmasının dəstəmaz üçün maneçiliyi yoxdur; amma əgər 
dırnaq kəsildiyi zaman, o çirklər suyun dəriyə çatmasına maneçilik törədərsə, dəstəmaz 
üçün onların təmizlənməsi lazımdır. Həmçinin əgər dırnaq normadan artıq uzun olarsa, 
normadan artığının altındakı çirklər təmizləmək gərəkdir. 
Məsələ 291:
Üzdə, qollarda, başın ön hissəsində və ya ayaqlarının üstündə yanıq və ya 
başqa bir səbəbdən qabarma olarsa, onun üstünü yumaq və ya məsh etmək kifayətdir. Bu 
qabarma deşilsə də, dərinin altına suyu çatdırmaq lazım deyil. Hətta əgər qabarın bir 
bölümünün dərisi soyulsa belə, suyu soyulmamış olan qisminin altına çatdırmaq vacib 
deyil. Amma soyulmuş dəri bə`zən bədənə yapışır, bə`zən də qalxırsa, onu qopartmalı və ya 
suyu onun altına çatdırmalıdır. 
Məsələ 292:
İnsan dəstəmaz üzvlərinə bir şeyin yapışıb-yapışmadığında şəkk edərsə, bu 
halda əgər onun ehtimalı camaatın nəzərində yerli bir ehtimal sayılarsa, məsələn, palçıq 
qarışdırdıqdan sonra qoluna palçıq yapışıb-yapışmadığında şəkk edərsə, ona baxmalı və ya 
olduğu təqdirdə belə, aradan qaldırıldığına və ya suyun onun altına yetişdiyinə əmin 
oluncaya qədər o üzvü sürtməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 293:
Əgər yuyulması və ya məsh edilməsi lazım gələn bir yer çirkə bulaşmışsa, 
amma suyun bədənə yetişməsinə mane olmasa, bir eybi yoxdur. Həmçinin gəc düzəltmə və 
buna bənzər işlərdən sonra əlin üstündə qalan və suyun dəriyə yetişməsinə mane olmayan 
ləkələrin də maneçiliyi yoxdur. Amma əgər onların olduğu təqdirdə suyun bədənə yetişib-
yetişməməsində şəkk edərsə, gərək onları aradan qaldırsın. 
Məsələ 294:
Dəstəmazdan əvvəl dəstəmaz üzvlərinin bə`zisində suyun dəriyə yetişməsinə 
mane olan bir şeyin olduğunu bilərsə və dəstəmaz aldıqdan sonra dəstəmaz alarkən suyu 
ora çatdırıb-çatdırmadığında şəkk edərsə, dəstəmazı səhihdir. 
Məsələ 295:
Əgər dəstəmaz üzvlərindən bə`zisində suyun bə`zən onun altına keçdiyi, bə`zən 
də keçmədiyi bir maneə olarsa və insan dəstəmaz aldıqdan sonra suyun onun altına keçib-
keçmədiyində şəkk edərsə, bu halda dəstəmaz alarkən suyun onun altına keçməsini 
nəzərdə tutmadığını bilirsə, yenidən dəstəmaz alması müstəhəbb ehtiyatdır. 
Məsələ 296:
Dəstəmazdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin qarşısını 
alan maneənin olduğunu görsə və onun dəstəmaz alanda mövcud olduğunu, yoxsa 
sonradan meydana gəldiyini bilməzsə, dəstəmazı səhihdir. Amma dəstəmaz alarkən o 
maneədən agah olmadığını bilirsə, yenidən dəstəmaz alması müstəhəbb ehtiyatdır. 
Məsələ 297:
Dəstəmaz aldıqdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin 
qarşısını alan bir maneənin olub-olmadığında şəkk edərsə, dəstəmazı səhihdir. 
DƏSTƏMAZIN HÖKMLƏRİ 
Məsələ 298:
Dəstəmazın əməllərində və şərtlərində (suyun pak olması və qəsbi olmaması 
kimi) çox şəkk edən şəxs gərək öz şəkkinə e`tina etməsin. 
Məsələ 299:
Dəstəmazının batil olub-olmadığında şəkk edərsə, dəstəmazın batil olmadığını 
əsas götürməlidir. Amma əgər bövldən sonra istibra etməmiş dəstəmaz almış olsa və 
dəstəmazdan sonra ondan bövl olub-olmadığını bilmədiyi bir nəmlik zahir olsa, dəstəmazı 
batildir. 
Məsələ 300:
Bir şəxs dəstəmaz alıb-almadığı barədə şəkk edərsə, dəstəmaz almalıdır. 
Məsələ 301:
Dəstəmaz almasını bilən şəxsdən bir hədəs baş versə, misal üçün, bövl etsə, o 
da hansının əvvəl olduğunu bilməsə, onda bu, namazdan əvvəl olsa gərək dəstəmaz alsın. 
Əgər namaz əsnasında olsa, gərək namazı tərk edib dəstəmaz alsın, əgər namazdan sonra 
olsa, qıldığı namaz səhihdir, amma sonrakı namazlar üçün dəstəmaz almalıdır. 
Məsələ 302:
Əgər dəstəmaz aldıqdan sonra və ya dəstəmaz aldığı zaman dəstəmaz 
üzvlərinin bə`zi yerlərini yumadığını və ya məsh etmədiyini yəqin edərsə, əgər çox vaxt 
keçdiyindən o yerdən öncə olan yerlərin rütubəti qurumuşsa, yenidən dəstəmaz almalıdır. 
Ancaq qurumamış olsa və ya havanın isti olması və buna bənzər bir səbəb üzündən 
qurumuş olsa, yadından çıxardığı yeri və ondan sonrakı yerləri yumalı və məsh etməlidir. 
Dəstəmaz aldığı zaman bir yerin yuyulmasında və ya məsh edilməsində şəkk edərsə, yenə 
də bu qaydaya əməl etməlidir. 
Məsələ 303:
Əgər namazdan sonra dəstəmaz alıb-almamasında şəkk etsə, namaz səhihdir, 
lakin sonrakı namazlar üçün gərək dəstəmaz alsın. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 304:
Əgər namaz əsnasında dəstəmaz alıb-almadığında şəkk edərsə, ehtiyat vacib 
görə dəstəmaz alıb, yenidən namaz qılması gərəkdir. 
Məsələ 305:
Namazdan sonra, dəstəmazının batil olmuş olduğunu bilərsə, amma namazdan 
qabaqmı, yoxsa sonramı batil olduğunda şəkk edərsə, qıldığı namaz səhihdir. 
Məsələ 306:
İnsanda yaranan bir xəstəlik üzündən ondan damla-damla bövl gəlirsə və ya 
ğaitinin çıxmasının qarşısını ala bilmirsə, bu halda əgər namaz vaxtının əvvəlindən sonuna 
qədər olan müddət ərzində dəstəmaz alıb namaz qıla biləcək miqdarda fürsət tapacağına 
yəqini varsa, namazı fürsət tapacağı vaxtda qılmalıdır. Əgər fürsəti yalnız namazın 
vacibinə yetəcək qədər olsa, fürsət tapan kimi namazın yalnız vaciblərini yerinə yetirməli, 
azan, iqamə və qunut kimi müstəhəbb olan şeyləri tərk etməlidir. 
Məsələ 307:
Əgər dəstəmaz və namazın bir hissəsinə yetəcək qədər bir fürsət tapırsa və 
namaz əsnasında bir və ya bir neçə dəfə ondan bövl və ya ğait xaric olursa, lazım ehtiyat 
olaraq bu fürsət müddətində dəstəmaz alıb namaz qılmalıdır. Namaz əsnasında xaric olan 
bövl və ğait üçün dəstəmazını təzələməsi lazım deyil. 
Məsələ 308:
Bövl və ya ğaiti dəstəmaz və namazın bir hissəsi üçün belə fürsət olmayacaq 
şəkildə ardıcıl xaric olan şəxsin bir neçə namazı üçün bir dəstəmaz kifayətdir. Amma əgər 
yuxu kimi ayrı bir səbəbdən dəstəmazı pozulsa, yaxud bövl və ğaiti təbii şəkildə xaric olsa, 
bir dəstəmaz bir neçə namaz üçün kifayət etməz. Amma hər namaz üçün bir dəstəmaz 
alması daha yaxşıdır. Lakin unudulmuş səcdə və təşəhhüdün qəzası ilə ehtiyat namazı üçün 
ayrı bir dəstəmaz alması lazım deyil. 
Məsələ 309:
Bövl və ya ğaiti ardıcıl olaraq çıxan şəxsin dəstəmazdan sonra dərhal namaz 
qılması lazım (vacib) deyil: Amma daha yaxşı olar ki, dərhal qalsın. 
Məsələ 310:
Bövl və ya ğaiti ardıcıl xaric olan kimsənin namazdan başqa vaxtda olsa belə, 
dəstəmaz aldıqdan sonra Qur`anın yazılarına toxunması caizdir. 
Məsələ 311:
Bövlü damla-damla tökülən şəxs namaz üçün içində pambıq və ya başqa bir 
şey olub bövlünün başqa yerlərə yetişməsinin qarşısını alan bir şeylə özünü qorumalıdır. 
Vacib ehtiyat olaraq namazdan əvvəl nəcis olan bövl məxrəcini ayrıca yumalıdır. Həmçinin 
ğaitinin xaricə çıxmasının qarşısını ala bilməyən şəxs mümkün olduğu təqdirdə namaz 
müddətində ğaitin başqa yerlərə sirayət etməsinin qarşısını almalıdır. Vacib ehtiyat odur 
ki, əgər əziyyəti yoxdursa, hər namaz üçün ğaitin məhəllini yusun. 
Məsələ 312:
Bövl və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin mümkün 
olduğu təqdirdə namaz müddətində məsrəfi belə vacib edirsə, bövl və ya ğaitin xaricə 
çıxmasının qarşısını alması yaxşıdır. Hətta əgər onun xəstəliyi asanlıqla aradan qaldırıla 
bilirsə, özünü müalicə etdirməlidir. 
Məsələ 312:
Bövl və ya ğaitin xaricə çıxmasının qarşısını ala bilməyən şəxsin, xəstəliyi 
zamanında vəzifəsinə uyğun olaraq qılmış olduğu namazlarını sağaldıqdan sonra qəza 
etməsi vacib deyil. Amma namaz vaxtı keçməmişdən qabaq sağalsa, lazım ehtiyat olaraq o 
vaxtda qılmış olduğu namazı yenidən qılmalıdır. 
Məsələ 313:
Yel çıxmasının qarşısını ala bilməyən şəxs, bövl və ya ğaitinin qarşısını ala 
bilməyən şəxsin vəzifəsinə uyğun əməl etməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
DƏSTƏMAZ ALINMASI VACİB OLAN ƏMƏLLƏR 
Məsələ 315:
Altı şey üçün dəstəmaz almaq vacibdir: 
1. Meyyit namazından başqa, sair vacibi namazlar üçün; müstəhəbbi namazlarda isə 
dəstəmaz, namazın səhih olması üçün şərtdir. 
2. Unudulmuş səcdə və təşəhhüd üçün; əgər onunla namaz arasında bövl etmək kimi 
dəstəmazı pozan bir hədəs baş vermişdirsə; amma səhv səcdəsi üçün dəstəmaz almaq vacib 
deyil. 
3. Həcc və ümrə əməllərindən olan Kə`bə evinin vacib təvafı üçün. 
4. Dəstəmaz alacağına dair nəzir, əhd etmiş və ya and içmişdirsə. 
5. Məsələn; Qur`ani-Şərifi öpəcəyinə nəzir etmişdirsə. 
6. Nəcisə bulaşmış Qur`anı suya çəkmək və ya onu (Qur`anı) hörmətsizlik olan yerdən 
(tualet və onun kimi yerlərdən) çıxarmaq üçün əlini və ya bədəninin başqa yerini Qur`anın 
yazısına vurmağa məcbur olarsa; amma əgər dəstəmaz almaq müddətinə qədər Qur`ana 
hörmətsizlik olarsa, gərək dəstəmaz almadan Qur`anı bu kimi yerlərdən çıxarsın və ya 
əgər nəcis olmuş olsa, suya çəksin. 
Məsələ 316:
Qur`anın yazılarına toxunmaq, yə`ni bədənin hər hansı bir yerini Qur`anın 
yazılarına vurmaq dəstəmazsız şəxsə haramdır. Amma fars dilinə və ya başqa dillərə 
tərcümə edilmiş Qur`ana toxunmağın eybi yoxdur. 
Məsələ 317:
Uşaqların və dəlilərin Qur`an yazısına toxunmasının qarşısını almaq vacib 
deyildir. Amma onların toxunması Qur`ana qarşı hörmətsizlikdirsə, qarşısı alınmalıdır. 
Məsələ 318:
Dəstəmazı olmayan şəxsin hansı dildə yazıldığından asılı olmayaraq, Allah-
təalanın adına və Ona xas olan sifətlərini bildirən sözlərə toxunması vacib ehtiyat olaraq 
haramdır. Yaxşı olar ki, Həzrət Peyğəmbərin (s), İmamların (ə) və Həzrət Zəhranın (s.ə) 
mübarək adlarına da dəstəmazsız toxunmasın. 
Məsələ 319:
Dəstəmazı hər vaxt alsa, istər namazın vaxtı yetişməmişdən əvvəl, istər ona 
yaxın, istər fasilə ilə yaxud vaxt daxil olandan sonra əgər qürbət qəsdilə alsa səhihdir. 
Vacib, yaxud müstəhəbb niyyəti etmək də lazım (vacib) deyil. Hətta əgər səhvən vacib 
niyyəti edərsə və sonradan vacib olmaması mə`lum olarsa, dəstəmaz səhihdir. 
Məsələ 320:
Vaxtın yetişdiyinə yəqin edən şəxs əgər vacib dəstəmaz niyyəti ilə dəstəmaz 
alsa və sonra vaxtın yetişmədiyini anlasa, dəstəmaz səhihdir. 
Məsələ 321:
Dəstəmazı olan şəxsin hər namaz üçün yenidən dəstəmaz alması da 
müstəhəbbdir. Fəqihlərdən bə`zisi buyurmuşdur ki, cənazə namazı qılmaq, qəbiristan 
əhlini ziyarət etmək, məscidə və İmamların (ə) hərəmlərinə getmək, yanında Qur`an 
gəzdirmək, Qur`an oxumaq və yazmaq, onun haşiyəsinə toxunmaq və eləcə də yatmaq 
üçün dəstəmaz almaq müstəhəbbdir. Amma bu işlər üçün dəstəmaz almağın müstəhəbb 
olması sübuta yetməyib. Amma əgər müstəhəbb olması ehtimalı ilə dəstəmaz alsa, səhihdir 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
və dəstəmazla yerinə yetirilməli olan hər bir işi görə bilər. Misal üçün, o dəstəmazla namaz 
qıla bilər. 
DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR 
Məsələ 322:
Yeddi şey dəstəmazı batil edir: 
1. Bövl (sidik). Zahirən insandan, bövldən sonra və istibradan əvvəl xaric olan bələl 
(nəmlik) də bövl hökmündədir. 
2. Ğait (nəcis). 
3. Mə`də və bağırsaqdan gəlib ğaitin məxrəcindən çıxan yel. 
4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi 
hal, dəstəmazı batil etməz. 
5. Əqli aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi. 
6. İrəlidə açıqlanacağı kimi, qadınların istihazə halları. 
7. Cünub olmaq, hətta ehtiyat müstəhəbb olaraq qüslü vacib edən hər bir iş dəstəmazı 
pozar. 
CƏBİRƏ DƏSTƏMAZININ HÖKMLƏRİ 
Yara və sınığa bağlanan şey, həmçinin yara və bu kimi şeylərin üzərinə qoyulan dərmanlar 
«cəbirə» adlanır. 
Məsələ 323:
Əgər dəstəmaz yerinin birində yara, çiban və ya sınıq olsa, belə ki, üstü açıq 
olduqda su ona zərər yetirməzsə, gərək adi qaydada dəstəmaz alınsın. 
Məsələ 324:
Əgər yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onun üstü açıq olsa və onun 
üstünə su tökməyin zərəri varsa, gərək yara və çibanın ətrafı dəstəmazda deyildiyi kimi 
yuxarıdan aşağıya yuyulsun. Ən yaxşısı odur ki, əlin suyunu yaranın üzərinə çəkməyin 
zərəri yoxdursa, əlin suyunu onun üzərinə çəksin, sonra yaranın üstünə pak parça qoysun 
və əlin suyunu parçanın üzərinə də çəksin. Amma sınıqda təyəmmüm etmək lazımdır. 
Məsələ 325:
Əgər yara, çiban və sınıq başın qabağında, yaxud ayaqların üstündədirsə və 
üstü açıqdırsa, belə ki, ona məsh çəkə bilməsə, məsələn; yara məsh yerini tamamilə 
örtmüşdürsə və ya sağlam olan yerlərini də məsh etməyə imkanı olmasa, bu surətdə 
təyəmmüm etmək lazımdır. Həmçinin dəstəmaz alıb, məsh yerinin üzərinə pak bir parça 
qoyaraq, əlində olan dəstəmaz suyunun nəmliyi ilə onun üzərindən məsh etməsi 
müstəhəbb-ehtiyatdır. 
Məsələ 326:
Əgər çiban, yara və sınığın üstü bağlı olsa, onu açmaq əziyyətsiz 
mümkündürsə və suyun onun üçün zərəri yoxdursa, gərək açsın və dəstəmaz alsın, istər 
yara və onun misli üzdə və əllərdə olsun, istərsə başın qabağında və ayaqların üstündə 
olsun. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 327:
Əgər üstü bağlı yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onu açıb üzərinə su 
tökməyin zərəri varsa, ətrafının mümkün olan miqdarını yumalı və vacib ehtiyata görə 
«cəbirə»nin üzünə məsh etməlidir. 
Məsələ 328:
Əgər yaranın üstünü açmaq mümkün olmasa, lakin yara və onun üzərinə 
qoyulan şey pak olsa, suyun yaraya çatdırılması mümkündürsə və zərəri yoxdursa, gərək 
suyu yuxarıdan aşağıya doğru yaranın üzərinə çatdırsın. Əgər yara və ya onun üzərinə 
qoyulan şey nəcis olsa, lakin onu yuyaraq yaraya çatdırmaq mümkün olsa, onu yumalı və 
dəstəmaz alarkən suyu yaraya çatdırmalıdır. Yaraya zərəri olmadığı təqdirdə də, suyu ona 
çatdırmaq mümkün olmasa, yaxud yara nəcis olarsa və onu yumaq mümkün olmazsa, 
yaxud açılması çətinliyə və ya zərərə səbəb olarsa, təyəmmüm etməlidir. 
Məsələ 329:
Əgər cəbirə, dəstəmaz üzvlərinin bə`zisinin hər yerini örtmüş olsa, cəbirə 
dəstəmazı kifayətdir. Amma əgər dəstəmaz üzvlərinin hamısını ya çoxunu örtmüş olsa, 
ehtiyat olaraq təyəmmüm etməli və cəbirə dəstəmazı da almalıdır. 
Məsələ 330:
Cəbirənin namaz qılınması səhih olan şeylərdən olması gərək deyil, hətta 
ipəkdən və ya əti yeyilməsi caiz olmayan heyvanın hissələrindən olsa belə, onun üzərinə 
məsh çəkmək olar. 
Məsələ 331:
Əlinin içində və barmaqlarında cəbirə olan və dəstəmaz aldığı zaman islanmış 
əlini onun üstünə çəkən şəxs baş və ayaqlarını da həmin nəmliklə məsh edə bilər. 
Məsələ 332:
Cəbirə ayağın üzərinin hamısını eninə əhatə etmiş olduğu halda barmaq 
tərəfindən və ayağın üst tərəfindən bir qədər açıq qalmışsa, açıq olan yerlərdə ayağın 
üstünə və cəbirə olan yerlərdə cəbirənin üstünə məsh çəkməlidir. 
Məsələ 333:
Əgər üzdə və ya əllərdə bir neçə cəbirə olsa, gərək onların arasını yusun və 
əgər cəbirələr başda və ya ayaqların üstündədirsə, gərək onların arasına məsh çəksin və 
cəbirənin olan yerlərdə isə cəbirə göstərişinə uyğun əməl etsin. 
Məsələ 334:
Cəbirə yaranın ətrafından normadan çox yeri tutsa və əziyyətsiz onu 
qaldırmaq mümkün olmasa, onda cəbirə təyəmmüm yerlərində deyilsə, təyəmmüm 
etməlidir. Əgər təyəmmüm yerindədirsə, həm təyəmmüm etməli, həm də dəstəmaz 
almalıdır. Hər iki halda əgər cəbirəni qaldırmaq əziyyət vermirsə, onu qaldırmalıdır. 
Deməli əgər cəbirə üz və qollardadırsa onun ətrafını yumalıdır; əgər başda və ya ayaqların 
üzərindədirsə, onun ətrafını məsh etməlidir. Yara olan yer üçünsə, cəbirə hökmlərinə əməl 
etməlidir. 
Məsələ 335:
Əgər dəstəmaz üzvlərində yara, kəsik və ya sınıq yoxdursa, amma başqa 
səbəbə görə su ona zərər verirsə, təyəmmüm etməlidir. 
Məsələ 336:
Dəstəmaz üzvlərindən bir yerin damarı zədələnmişsə və onu suya çəkə 
bilmirsə, təyəmmüm etməsi lazımdır. Amma suyun onun üçün zərəri varsa, gərək cəbirə 
göstərişinə əməl etsin. 
Məsələ 337:
Əgər dəstəmaz və qüsl yerinə, aradan qaldırılması mümkün olmayan və ya 
dözülməyəcək qədər əziyyətli olan bir şey yapışıbsa, bu halda həmin şey təyəmmüm 
yerlərində deyilsə, təyəmmüm etməlidir. Təyəmmüm yerlərində olduğu təqdirdə isə, həm 
dəstəmaz almalı, həm də təyəmmüm etməlidir. Amma əgər yapışmış olan şey dərmandırsa, 
cəbirə hökmünü daşıyır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 338:
Meyyit qüslündən başqa digər qüsllərdə cəbirə qüslü eynilə cəbirə dəstəmazı 
kimidir. Amma lazım ehtiyat olaraq o, tərtibi qaydada yerinə yetirilməlidir. Bədəndə yara 
və çiban olduğu təqdirdə mükəlləf qüsl və ya təyəmmüm arasında ixtiyar sahibidir, hansını 
istəsə edə bilər. Qüsl etməyi seçdiyi təqdirdə də, əgər onların üzərində cəbirə yoxdursa, 
üstü açıq olan yara və ya çibanın üstünə pak bir parça qoyub, həmin parçanın üstünə məsh 
çəkməsi müstəhəbb ehtiyatdır. Bədəndə sınıqlıq olduqda isə qüsl etməli və ehtiyatən 
cəbirənin də üstünə məsh çəkməlidir. Amma əgər cəbirənin üstünə məsh etmək mümkün 
deyilsə və ya sınığın üstü açıqdırsa, təyəmmüm etmək lazımdır. 
Məsələ 339:
Vəzifəsi təyəmmüm etmək olan bir şəxsin təyəmmüm üzvlərinin bə`zisində 
yara, çiban və ya sınıq olarsa cəbirə dəstəmazında bəyan olunan qayda üzrə cəbirə 
təyəmmümünü yerinə yetirməlidir. 
Məsələ 340:
Cəbirə qüslü və ya dəstəmazı ilə namaz qılmalı olan şəxs, əgər vaxtın sonuna 
qədər üzrünün aradan qalxmayacağını bilirsə, vaxtın əvvəlində namazını qıla bilər. Amma 
vaxtın axırına qədər üzrünün aradan qalxacağına ümidvardırsa, yaxşı olar ki, səbr etsin. 
Əgər üzrü aradan qalxmazsa, vaxtın sonunda namazını cəbirə qüslü və ya dəstəmazı ilə 
qılsın. Namazını vaxtın əvvəlində qıldığı surətdə, vaxtın sonunda üzrü aradan qalxarsa, bu 
zaman dəstəmaz alaraq və ya qüsl edərək, namazını yenidən qılması ehtiyat-müstəhəbbdir. 
Məsələ 341:
Əgər insan, gözündə olan xəstəliyə görə kipriklərini yapışdırmalı olsa, gərək 
təyəmmüm etsin. 
Məsələ 342:
Vəzifəsi təyəmmüm, yoxsa cəbirə dəstəmazı olmasını bilməyən şəxs vacib 
ehtiyata əsasən hər ikisini yerinə yetirməlidir. 
Məsələ 343:
İnsanın cəbirə dəstəmazı ilə qıldığı namazları səhihdir və o dəstəmazla sonrakı 
namazları da qıla bilər. 
VACİB QÜSLLƏR 
Vacib qüsllər yeddidir: 
1. Cənabət qüslü. 
2. Heyz qüslü. 
3. Nifas qüslü. 
4. İstihazə qüslü. 
5. Məssi-meyyit qüslü. 
6. Meyyit qüslü. 
7. Nəzir, and və s. vasitəsilə vacib olan qüsllər. 
CƏNABƏT 
CƏNABƏTİN HÖKMLƏRİ 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 344:
İnsan iki yolla cünub olur: 
1. Cima (cinsi əlaqə) ilə; 
2. Məninin xaric olması ilə; istər yuxuda olsun, istərsə ayıqlıqda, istər az olsun, istərsə çox, 
istər şəhvətli olsun, istər şəhvətsiz, istər ixtiyari olsun, istər ixtiyarsız. 
Məsələ 345:
Əgər insandan məni, ya sidik və ya başqa bir şey olduğunu bilməyən bir 
rütubət xaric olsa, belə ki, həmin rütubət şəhvətli və ya sıçrayaraq xaric olubsa, bu halda 
əgər xaric olduqdan sonra bədəni süst olarsa, o rütubət məni hökmündədir. Əgər bu üç 
nişanədən heç biri, ya onlardan bə`ziləri onda olmasa, məni hökmündə deyildir. Amma 
xəstə adamda o rütubətin sıçrayaraq xaric olması və xaric olduğu zaman bədənin süst 
olması şərt deyildir; sadəcə əgər şəhvətlə xaric olsa məni hökmünü daşıyır. Qadınlarda isə 
mazaqlaşan zaman, yaxud şəhvət yaradan şeyləri təsəvvür etməklə hiss etdikləri zaman 
xaric olan rütubət pakdır, qüslü yoxdur, dəstəmazı da batil etmir. Amma qadınlarda 
şəhvətlə çıxan, «inzal» adlana biləcək həddə olan və libaslarını aludə edən, adətən də 
şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət nəcisdir və cənabətə səbəb olur. 
Məsələ 346:
Xəstə olmayan bir kişidən, əvvəlki məsələdə deyildiyi kimi üç nişanədən birinə 
aid olan bir su çıxsa və başqa nişanələrin də onda olub-olmadığını bilməsə, o suyun 
çıxmasından əvvəl dəstəmazlı olubsa, həmin dəstəmazla kifayətlənə bilər. Əgər dəstəmazlı 
deyildisə, sadəcə dəstəmaz alması kifayət edər, qüsl etməsi lazım deyil. 
Məsələ 347:
İnsanın, məni xaric olduqdan sonra bövl etməsi müstəhəbbdir. Bövl etmədiyi 
təqdirdə, qüsldən sonra ondan, məni və ya başqa rütubət olduğunu bilmədiyi bir nəmlik 
xaric olarsa, həmin nəmlik məni hökmündədir. 
Məsələ 348:
Əgər insan qadınla cinsi əlaqədə olarkən alət, xütnəgaha (dəllək kəsən yerə) 
qədər, ya çox daxil olsa, istər qabaqdan olsun, istərsə arxadan, istər həddi-büluğa çatmış 
olsunlar, istərsə olmasınlar, məni xaric olmasa da, hər ikisi cünub olar. 
Məsələ 349:
Xütnəgah miqdarında daxil olub-olmadığında şəkk edən şəxsin qüsl etməsi 
vacib deyildir. 
Məsələ 350:
Əgər «nəuzu-billah», insan bir heyvanla yaxınlıq etsə və ondan məni xaric 
olsa, təkcə qüsl kifayətdir. Əgər məni xaric olmasa, onda yaxınlıqdan qabaq dəstəmazı var 
idisə, yenə də təkcə qüsl kifayətdir. Amma dəstəmazlı olmayıbsa, vacib-ehtiyata görə həm 
qüsl etməli, həm də dəstəmaz almalıdır. Həmçinin kişi ilə yaxınlıq (livat) edənin də hökmü 
belədir. 
Məsələ 351:
Əgər məni öz yerindən hərəkət edib xaric olmasa, ya insan onun xaric olub-
olmadığında şəkk edərsə, qüsl etməsi vacibdir. 
Məsələ 352:
Qüsl edə bilməyən, amma təyəmmüm etməsi mümkün olan şəxs, namaz vaxtı 
daxil olduqdan sonra da əyalı ilə yaxınlıq edə bilər. 
Məsələ 353:
Əgər bir şəxs öz libasında məni görsə və onu, özündən olub, ondan ötrü qüsl 
etmədiyini bilərsə, qüsl etməlidir. Belə ki, o məninin gəlməsindən sonra qıldığına əmin 
olduğu namazları da qəza etməlidir. Amma məninin gəlməsindən qabaq qıldığına ehtimal 
verdiyi namazları qəza etməsi lazım deyil. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
CÜNUB ŞƏXSƏ HARAM OLAN ŞEYLƏR 
Məsələ 354:
Cünuba beş şey haramdır: 
1. Öz bədənindən hər hansı bir yeri Qur`anın yazısına ya Allahın adına (hansı dildə olsa) 
toxundurmaq. Peyğəmbərlərin, İmamların və Həzrət Zəhranın (ə.s) da adlarına 
toxundurmaması daha yaxşıdır. 
2. Məscidul-Hərama və Peyğəmbər (s) məscidinə girmək. Bir qapıdan daxil olub, digər 
qapıdan xaric olsa belə. 
3. Başqa məscidlərdə və vacib-ehtiyata əsasən İmamlar (ə.s)-ın hərəmlərində dayanmaq. 
Amma məscidin bir qapısından daxil olub, digər qapısından xaric olduğu halda, maneəsi 
yoxdur. 
4. Lazım-ehtiyata əsasən, bir şeyi məscidə qoymaq, ya bir şeyi məsciddən götürməkdən 
ötrü daxil olmaq Hərçənd özü daxil olmasa belə. 
5. Vacib səcdəsi olan ayələri oxumaq. Onlar bu dörd surədədir: 
32-ci «Səcdə» surəsi; 
41-ci «Fussilət» surəsi; 
53-cü «Nəcm» surəsi; 
96-cı «Ələq» surəsi. 
CÜNUB ŞƏXSƏ MƏKRUH OLAN ŞEYLƏR 
Məsələ 355:
Doqquz şey cünuba məkruhdur: 
1-2. Yemək-içmək. Lakin əllərini və ya üzünü yusa və məz-məzə edərsə (ağızı su ilə 
yaxalasa), məkruh deyil. Əgər yalnız əllərini yusa kərahəti azdır. 
3. Qur`anın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq. 
4. Bədənindən hər hansı bir yerini Qur`anın cildinə, haşiyəsinə, ya yazılarının arasına 
toxundurmaq. 
5. Qur`anı özü ilə, öz yanında gəzdirmək. 
6. Yatmaq; amma dəstəmaz alsa, yaxud suyun olmamağı səbəbinə qüslün əvəzinə 
təyəmmüm etsə, məkruh deyil. 
7. Həna və buna bənzər şeylərə boyanmaq. 
8. Bədənə yağ çəkmək. 
9. Möhtəlim olandan (yə`ni yuxuda məni xaric olandan) sonra cinsi əlaqədə olmaq. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
CƏNABƏT QÜSLÜ 
Məsələ 356:
Cənabət qüslü, vacib namazı qılmaq və bu kimi şeylər üçün vacibdir. Amma 
cənazə namazı, səhv səcdəsi, şükr səcdəsi və Qur`anın vacib səcdələri üçün cənabət qüslü 
etmək lazım (vacib) deyildir. 
Məsələ 357:
Qüsl edərkən vacib qüsl edəcəyini niyyət etməsi lazım deyil. Yalnız qürbət 
qəsdi ilə, yə`ni Allahın dərgahında bəndəçilik və Onun əmrini yerinə yetirməkdən ötrü qüsl 
edərsə, kifayətdir. 
Məsələ 358:
Namaz vaxtının daxil olduğuna əmin olub, vacib qüsl niyyəti edərək qüsl edər 
və sonra namaz vaxtından əvvəl qüsl etdiyini bilərsə, qüslü səhihdir. 
Məsələ 359:
Cənabət qüslü, tərtibi və irtimasi olaraq iki şəkildə yerinə yetirilir. 
TƏRTİBİ QÜSL 
Məsələ 360:
Tərtibi qüsldə, lazım-ehtiyata əsasən, əvvəlcə qüsl niyyəti ilə baş və boyun, 
daha sonra bədən yuyulmalıdır. Əvvəlcə bədənin sağ tərəfinin, sonra isə sol tərəfinin 
yuyulması daha yaxşıdır. Tərtibi qüslün gerçəkləşməsində, suyun altında qüsl niyyəti ilə üç 
üzvə hərəkət vermək işkalsız deyildir və ehtiyat onunla kifayətlənməməkdir. Əgər qəsdən 
bədənini, başın və boynun yuyulması qurtarmazdan qabaq yuyarsa ehtiyata əsasən qüslü 
batildir. 
Məsələ 361:
Bədəni başdan əvvəl yuduğu halda, qüslü yenidən alması lazım deyildir, belə 
ki, bədəni ikinci dəfə yuyarsa, qüslü səhihdir. 
Məsələ 362:
Əgər iki hissəni, yə`ni baş və boyunla bədəni tamamilə yuduğuna yəqini 
olmazsa, gərək buna əmin olması üçün hər bir hissəni yuyarkən əvvəlki hissədən də bir 
miqdarı onunla birlikdə yusun. 
Məsələ 363:
Əgər qüsldən sonra bədəninin bir yerini yumadığını bilərsə, amma hansı yer 
olduğunu bilməsə başı yenidən yuması lazım deyil, bədəninin yumadığına ehtimal verdiyi 
yerini yumalıdır. 
Məsələ 364:
Əgər qüsldən sonra, bədəninin bir miqdar yerinin yuyulmadığını bilərsə, 
yuyulmayan yer sol tərəfdədirsə, o qədər yeri yumaq kifayətdir. Əgər sağ tərəfdədirsə, o 
miqdarı yuduqdan sonra, sol tərəfi yenidən yuması ehtiyat-müstəhəbbdir. Amma əgər baş 
və boyundursa, vacib ehtiyata görə gərək o miqdarı yuduqdan sonra bədənini yenidən 
yusun. 
Məsələ 365:
Əgər qüsl tamam olmazdan əvvəl sol və ya sağ tərəfin bir miqdarının yuyulub-
yuyulmamasında şəkk edərsə, o miqdarı yuması lazımdır. Amma əgər baş və boynunun bir 
miqdarının yuyulmasında şəkk edərsə, lazım ehtiyata əsasən, şəkk etdiyi yeri yuduqdan 
sonra gərək yenidən bədənini yusun. 
İRTİMASİ QÜSL 
İrtimasi qüsl iki şəkildə: bir dəfəyə və tədrici olaraq edilir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 366:
Bir dəfəyə olan irtimasi qüsldə, su bədənin hamısını bir anda əhatə etməlidir, 
amma qüslə başlamazdan əvvəl bədənin hamısının sudan xaricdə olması şərt deyildir. Əgər 
bədənin bir miqdarı xaricdə olan zaman qüsl niyyəti ilə suya girərsə, kifayət edir. 
Məsələ 367:
Tədrici olaraq edilən irtimasi qüsldə, gərək bədəni ürfi birliyi qorumaq şərti 
ilə yavaş-yavaş suya salsın. Bu cür irtimasi qüsldə, qüslə başlamazdan əvvəl hər üzvün 
sudan xaricdə olması lazımdır. 
Məsələ 368:
İrtimasi qüsldən sonra bədənin bir miqdarına su dəymədiyini bilərsə, istər 
onun yerini bilsin, istərsə də bilməsin, yenidən qüsl etməlidir. 
Məsələ 369:
Əgər tərtibi qüsl etməyə vaxtı olmasa, irtimasi qüsl üçün vaxtı varsa, irtimasi 
qüsl etməlidir. 
Məsələ 370:
Həcc və ya ümrə üçün ehram bağlayan şəxs irtimasi qüsl edə bilməz, amma 
əgər unudaraq irtimasi qüsl edərsə, qüslü səhihdir. 
QÜSL ETMƏYİN HÖKMLƏRİ 
Məsələ 371:
İrtimasi və ya tərtibi qüsldə, bədənin qüsldən qabaq tamamilə pak olması 
lazım deyil, əksinə, qüsl qəsdi ilə suya batmaqla, yaxud suyu bədənə tökməklə bədən pak 
olsa, qüsl gerçəkləşmiş olur. Bu şərtlə ki, qüsl aldığı su pak olmaqdan xaric olmasın, 
məsələn kürr su ilə qüsl etsin. 
Məsələ 372:
Haramla cünub olmuş şəxs isti su ilə qüsl etsə, hətta tərləsə belə, onun qüslü 
səhihdir. 
Məsələ 373:
Qüsl edərkən bədəndə başın bir tükü qədər yuyulmamış yer qalsa, qüsl 
batildir. Amma qulağın içi, burunun içi kimi bədənin iç hissəsi sayılan yerin yuyulması 
vacib deyil. 
Məsələ 374:
Bədənin zahirindən və ya batinindən olmasında şəkk edilən yer yuyulmalıdır. 
Məsələ 375:
Sırğa yerinin dəliyi və bunun kimi yerlər bədənin zahirindən sayılacaq qədər 
açıq olarsa, yuyulması lazımdır, əks halda yuyulması lazım deyildir. 
Məsələ 376:
Suyun bədənə yetişməsinə mane olan şeyi aradan qaldırmaq lazımdır. Əgər 
aradan qaldırdığına əmin olmadan qüsl edərsə, qüslü batildir. 
Məsələ 377:
Qüsl edərkən bədənində suyun bədənə yetişməsinə mane olan şeyin olub-
olmadığına ağıl kəsən ehtimal versə, axtarış aparıb maneənin olmadığına əmin olmalıdır. 
Məsələ 378:
Qüsl edərkən bədənin bir cüz`ündən sayılan qısa tüklər yuyulmalıdır, amma 
uzun tüklərin yuyulması vacib deyildir. Hətta əgər onları islatmadan belə suyu bədənin 
dərisinə çatdırarsa qüslü səhihdir. Amma əgər onları yumadan bədəninin dərisinə suyu 
çatdırmaq mümkün deyilsə, suyu bədənə çatdırmaq üçün onları yumalıdır. 
Məsələ 379:
Dəstəmazın səhih olmasında qeyd olunan şərtlər, suyun pak olması, qəsbi 
olmaması və s. bütünlüklə qüslün də səhih olması üçün şərtdir. Amma qüsldə bədənin 
yuxarıdan aşağıya doğru yuyulması lazım deyil. Həmçinin tərtibi qüsldə də, başı və boyunu 
yuduqdan dərhal sonra bədəni yumaq vacib deyildir. Belə ki, baş və boyunu yuduqdan 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
sonra bir müddət səbr edərək sonra bədəni yumağın eybi yoxdur. Hətta baş və boyunun, 
yaxud bədənin bütünlüklə bir dəfəyə yuyulması da vacib deyildir. Belə ki, başı yuduqdan 
bir müddət sonra boyunun yuyulması caizdir. Amma bövl və ya ğaitinin gəlməsinin 
qarşısını ala bilməyən şəxs, əgər qüsl edib, namaz qıla biləcəyi bir müddət ərzində ondan 
ğait və ya bövl gəlməsə, dərhal qüsl etməli və qüsldən dərhal sonra namaz qılmalıdır. 
Məsələ 380:
Hamamçının razı olub-olmadığını bilmədən hamamda nisyə yuyunmaq 
qəsdində olan şəxsin qüslü, sonradan hamamçını razı salsa belə, batildir. 
Məsələ 381:
Hamamçının pulun nisyə verilməsinə razı olduğu təqdirdə, qüsl edən şəxsin 
məqsədi, onun pulunu ödəməmək və ya haram puldan ödəmək olarsa, qüslü batildir. 
Məsələ 382:
Əgər xumsu verilməmiş pulu hamamçıya versə, harama mürtəkib olsa da, 
zahir budur ki, onun qüslü səhihdir və xümsə müstəhəqqlərin haqqı onun boynunda qalır. 
Məsələ 383:
Qüsl edib-etmədiyində şəkk edən şəxs, qüsl etməlidir. Amma qüsldən sonra 
etdiyi qüslün səhih olub-olmadığında şəkk edərsə, yenidən qüsl etməsi lazım deyil. 
Məsələ 384:
Əgər qüsl əsnasında kiçik hədəs baş versə, məsələn, bövl etsə, qüslü tərk etməsi 
və yenidən qüsl etməsi lazım deyil, əksinə öz qüslünü tamam edə bilər və bu halda lazım 
ehtiyata əsasən gərək dəstəmaz da alsın. Amma əgər niyyətini tərtibi qüsldən irtimasiyə və 
ya irtimasidən tərtibi qüslə çevirsə dəstəmaz almağı da lazım deyil. 
Məsələ 385:
Əgər vaxtın dar olması üzündən mükəlləfin vəzifəsi təyəmmüm olubsa, amma 
o, qüsl və namaz qədər vaxtın qaldığını sanıb qüsl edərsə, onda qüslü qürbət qəsdi ilə etmiş 
olsa, hətta namazı yerinə yetirmək üçün qüsl etmiş olsa belə qüslü səhihdir. 
Məsələ 386:
Cünub olmuş şəxs namazdan sonra qüsl edib-etmədiyində şəkk etsə, qıldığı 
namazlar səhihdir. Amma sonrakı namazlar üçün qüsl etməlidir. Əgər namazdan sonra 
ondan kiçik hədəs baş veribsə, dəstəmaz da alması lazımdır. Əgər vaxt qalmışdırsa, lazım 
ehtiyata əsasən qıldığı namazı yenidən təkrarlamalıdır. 
Məsələ 387:
Boynuna bir neçə qüsl vacib olan şəxs hamısının niyyəti ilə bir qüsl edə bilər. 
Zahir budur ki, əgər onlardan müəyyən birini qəsd etsə, qalanları üçün kifayət edir. 
Məsələ 388:
Əgər bədənin bir yerinə Qur`an ayəsi və ya Allah-təalanın adı yazılmış olsa, 
belə ki, tərtibi qüsl etmək istəsə, suyu bədəninə əli o yazıya dəyməyəcək şəkildə 
çatdırmalıdır. Həmçinin əgər dəstəmaz da almaq istəsə, təkcə Qur`an ayəsi xüsusunda 
deyil, həm də Allahın adlarında da ehtiyat vacibə görə hökm eynidir. 
Məsələ 389:
Cənabət qüslü edən şəxsin namaz üçün dəstəmaz almamalıdır. Hətta dəstəmaz 
almasının ehtiyat-müstəhəbb olmasına baxmayaraq, mütəvəssitə istihazədən başqa digər 
vacib qüsllərlə, eləcə də 634-cü məslədə izah olunacaq müstəhəbb qüsllərlə də dəstəmaz 
almadan namaz qıla bilər. 
İSTİHAZƏ 
Qadından xaric olan qanlardan biri də istihazə qanıdır. İstihazə qanı görən qadına 
müstəhazə deyilir. 
Məsələ 390:
Əksər vaxtlarda istihazə qanı sarı rəngdə və soyuq olur, təzyiqsiz, yandırıcı 
olmadan xaricə gəlir və qatı olmur. Amma bə`zən qara, qırmızı və qatı olması, təzyiqlə və 
yandırıcı halda da xaric olması mümkündür. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 391:
İstihazə üç növdür: 
1 - Qəlilə (az); 
2 - Mütəvəssitə (orta); 
3 - Kəsirə (çox). 
Qəlilə istihazə odur ki, qan yalnız qadının qoyduğu pambığın üzünə bulaşsın, ona 
hopmasın. 
Müstəvəssitə istihazə odur ki, qan pambığa hopsun, hətta onun bir tərəfində olsa belə; 
lakin qadınların qayda üzrə qanın qarşısını almaq üçün bağladıqları dəsmalın üstünə 
çıxmasın. 
Kəsirə istihazə odur ki, qan pambığı bürüsün və dəsmala yetişsin. 
İSTİHAZƏNİN HÖKMLƏRİ 
Məsələ 392: Qəlilə istihazədə qadın, hər namaz üçün bir dəstəmaz almalıdır. Pambığı suya 
çəkməsi və ya dəyişdirməsi ehtiyat-müstəhəbbdir. Amma fərcin zahirinə qan yetişibsə, 
suya çəkməlidir. 
Məsələ 393: Mütəvəssitə istihazədə, lazım ehtiyata əsasən, qadın öz namazları üçün 
gündəlik bir qüsl etməlidir. Həmçinin gərək əvvəlki məsələdə deyildiyi kimi, az istihazəsi 
olan qadının da vəzifəsinə əməl etsin. Buna əsasən əgər istihazə sübh namazından əvvəl, 
yaxud həmin anda hasil olsa, gərək sübh namazı üçün qüsl etsin. Və əgər qəsdən və ya 
unutqanlıq üzündən sübh namazı üçün qüsl etməsə, gərək zöhr və əsr namazı üçün qüsl 
etsin. Əgər zöhr və əsr namazı üçün qüsl etməsə, gərək şam və xiftən namazından əvvəl 
qüsl etsin, istər qan gəlsin, istərsə kəsilmiş olsun, fərqi yoxdur. 
Məsələ 394: Kəsirə istihazədə vacib-ehtiyata əsasən, qadın hər namaz üçün pambıq və 
dəsmalı ya dəyişməli, ya da suya çəkməlidir. Həmçinin bir qüsl sübh namazı üçün, bir qüsl 
zöhr və əsr namazı üçün, bir qüsl də şam və xiftən namazı üçün yerinə yetirməlidir. Zöhr 
və əsr, şam və xiftən namazları arasında gərək fasilə verməsin. Əgər fasilə versə, gərək əsr 
və işa namazları üçün ikinci dəfə qüsl etsin. Bunlar hamısı qanın ardıcıl olaraq pambıqdan 
dəsmala yetişdiyi hal üçündür. Amma qan pambıqdan dəsmala bir qədər fasilə ilə çatsa, 
qadın o fasilədə bir namaz, ya daha çox namaz qıla bilərsə, lazım ehtiyat odur ki, hərgah 
qan pambıqdan dəsmala yetişsə pambıq və dəsmalı suya çəksin və qüsl etsin. Əgər məsələn 
qadın qüsl etsə və zöhr namazını qılsa, əsr namazını qılmamışdan qabaq və ya onun 
əsnasında qan yenidən pambıqdan dəsmala axarsa, əsr namazı üçün də qüsl etməlidir. 
Amma fasilə iki və ya daha artıq namaz qıla biləcək miqdarda olarsa, məsələn, qan ikinci 
dəfə pambıqdan dəsmala yetişməzdən qabaq şam və xiftən namazını da qıla bilsə, o 
namazlar üçün başqa qüsl etmək lazım deyildir və hər necə olursa olsun, kəsirə istihazədə 
qüsl dəstəmaz əvəzinə də yetərlidir. 
Məsələ 395: İstihazə qanı namaz vaxtından əvvəl gəlmişdirsə, belə ki, qadın o qan üçün 
dəstəmaz almamış və ya qüsl etməmişdirsə, namaz vaxtı müstəhazə olmasa da belə, 
dəstəmaz almalı və ya qüsl etməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 396: Həm qüsl etməsi, həm də lazım ehtiyata görə dəstəmaz almalı olan mütəvəssitə 
istihazəli qadın, əvvəlcə qüsl etməli, sonra dəstəmaz almalıdır. Amma kəsirə istihazəli 
qadın dəstəmaz almaq istəsə, qüsldən əvvəl dəstəmaz alması lazımdır. 
Məsələ 397: Əgər qadının qəlilə istihazəsi sübh azanından sonra müvəssitə olsa, gərək zöhr 
və əsr namazı üçün qüsl etsin. Əgər zöhr və əsr namazından sonra mütəvəssitə olsa, gərək 
şam və xiftən namazı üçün qüsl etsin. 
Məsələ 398: Əgər qadının qəlilə, yaxud mütəvəssitə istihazəsi sübh namazından sonra 
kəsirə olsa və bu halda qalsa, gərək 394-cü məsələdə deyildiyi hökmə uyğun əməl etsin, 
zöhr, əsr, şam və xiftən namazını qılsın. 
Məsələ 399: 394-cü məsələdə deyildiyi kimi, kəsirə istihazəsi olan qadının qüslü ilə namazı 
arasında fasilə salmaması lazım olduğu halda, əgər namaz vaxtı çatmamışdan əvvəl qüsl 
etməsi araya fasilə düşməsinə səbəb olsa, o qüslün faydası yoxdur və namaz üçün yenidən 
qüsl etməsi gərəkdir. Bu hökm mütəvəssitə istihazəli qadına da aiddir. 
Məsələ 400: Qəlilə və mütəvəssitə istihazəsi olan qadın (hökmü deyilən gündəlik 
namazlardan başqa) istər vacib olsun, istərsə də müstəhəbb, hər namaz üçün dəstəmaz 
almalıdır. Amma əgər qıldığı gündəlik namazını ehtiyatən yenidən qılmaq istəyərsə və ya 
fürada (təklikdə) qıldığı namazı yenidən camaat ilə qılmaq istəyərsə, istihazə üçün qeyd 
olunan bütün işləri yerinə yetirməlidir. Amma namazdan dərhal sonra yerinə yetirdiyi 
təqdirdə, ehtiyat namazını, unudulan səcdə və təşəhhüdü və həmçinin bütün hallarda səhv 
səcdəsini yerinə yetirmək üçün, istihazə işlərini görməsi lazım deyildir. 
Məsələ 401: İstihazəli qadının qanı kəsildikdən sonra qılacağı yalnız birinci namaz üçün 
gərək istihazənin işlərini yerinə yetirsin və sonrakı namazlar üçün bu lazım deyildir. 
Məsələ 402: İstihazəsinin hansı növdən olduğunu bilməyən qadın, namaz qılmaq istədiyi 
zaman, ehtiyata əsasən özünü yoxlamalıdır. Məsələn, fərcinə bir qədər pambıq daxil 
edərək, bir az səbr etdikdən sonra çıxarır və istihazənin üç növdən hansı birinin olduğunu 
bildikdən sonra, o növə aid olan işləri yerinə yetirir. Amma əgər namaz qılacağı vaxta 
qədər istihazənin dəyişməyəcəyini bilirsə, namaz vaxtı daxil olmamışdan da özünü yoxlaya 
bilər. 
Məsələ 403: İstihazəli qadın özünü yoxlamamışdan əvvəl namaza başlasa, belə ki, qürbət 
qəsdi ilə öz vəzifəsinə əməl etmiş olsa, məsələn, istihazəsi qəlilə olmuşdursa və qəlilə 
istihazəsinin vəzifəsinə əməl etmiş olsa, onun namazı səhihdir. Əgər qürbət qəsdi ilə olmasa 
və ya əməl vəzifəsinə uyğun olmasa, məsələn, istihazəsi mütəvəssitə olduğu halda qəlilənin 
vəzifəsinə əməl etsə, namazı batildir. 
Məsələ 404: İstihazəli qadın özünü yoxlaya bilməsə, həqiqi vəzifəsinə əməl etməlidir. 
Məsələn, əgər istihazəsinin qəlilə və ya mütəvəssitə olduğunu bilmirsə, qəlilə istihazənin 
işlərini yerinə yetirməlidir. Əgər istihazəsinin mütəvəssitə və ya kəsirə olduğunu bilmirsə, 
mütəvəssitə istihazəsinin işlərinə əməl etməlidir. Amma əgər əvvəllər üç növdən hansı 
birinin olduğunu bilirdisə, həmin növə aid vəzifəsinə əməl etməlidir. 
Məsələ 405: Əgər istihazə qanı birinci dəfə zahir olanda, daxilində olsa və zahirə gəlməsə, 
qadının malik olduğu dəstəmaz və ya qüslü batil etməz. Əgər zahirə gəlsə, az da olsa belə, 
dəstəmaz və ya qüslü batil edər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 406: Müstəhazə qadın namazdan sonra özünü yoxlasa və qan görməsə, yenə qan 
gələcəyini bilsə belə, aldığı dəstəmazla namaz qıla bilər. 
Məsələ 407: Əgər müstəhazə qadın dəstəmaz və ya qüslə başladığı andan e`tibarən özündən 
qan gəlmədiyini və fərcin daxilində də olmadığını bilərsə, pak qalacağını bildiyi zamana 
qədər namaz qılmasını tə`xirə sala bilər. 
Məsələ 408: Əgər müstəhazə namaz vaxtı keçməzdən qabaq tamamilə pak olacağını və ya 
namaz qıla biləcəyi bir vaxtda qanın dayanacağını bilərsə, lazım ehtiyata əsasən səbr edib, 
pak olduğu vaxt namazını qılmalıdır. 
Məsələ 409: Əgər dəstəmaz və qüsldən sonra zahirdə qan kəsilmiş olsa, istihazəli olan 
qadın namazını tə`xirə salmaqla qüsl, dəstəmaz və namazı yerinə yetirəcək qədər tam pak 
olacağını bilərsə, lazım-ehtiyata əsasən, namazını tə`xirə salmalı, tamamilə pak olduğu 
zaman, yenidən dəstəmaz və qüsl edib, namazını qılmalıdır. Əgər qanın zahirdə kəsildiyi 
zaman namazın vaxtı daralarsa, yenidən dəstəmaz alıb qüsl etməsi lazım deyildir. 
Qabaqcadan aldığı dəstəmaz və qüsl ilə namazını qıla bilər. 
Məsələ 410: Kəsirə istihazəsi olan qadın qandan tamamilə pak olduqda əvvəlki namaz 
üçün qüsl etməyə başladığı andan e`tibarən, artıq qan gəlmədiyini bilirsə, yenidən qüsl 
etməsi lazım deyil. Əks təqdirdə qüsl etməlidir. (Əlbəttə, bu hökmün ümumi olması 
ehtiyata əsasəndir.) Amma mütəvəssitə istihazədə qandan tamamilə pak olması üçün qüsl 
etməsi lazım deyildir. 
Məsələ 411: Qəlilə istihazəli olan qadın dəstəmazdan sonra, mütəvəssitə istihazəli olan 
qadın qüsl və dəstəmazdan sonra, kəsirə istihazəli olan qadın isə qüsldən sonra 394 və 407-
ci məsələdə işarə olunan iki hal istisna olmaqla dərhal namaza başlamalıdır. Amma 
namazdan qabaq azan və iqamə demələrinin eybi yoxdur. Namaz vaxtı qunut kimi 
müstəhəbb olan əməlləri də yerinə yetirə bilər. 
Məsələ 412: Vəzifəsi dəstəmaz və ya qüsl ilə namaz arasında fasilə salmamaq olan qadın, 
əgər vəzifəsinə əməl etməsə, yenidən dəstəmaz alıb və ya qüsl edib, dərhal namaza 
başlamalıdır. 
Məsələ 413: İstihazəli qadının qanı axar vəziyyətdə olub kəsilməsə, ona zərəri olmadığı 
təqdirdə, ehtiyat vacibə görə qüsldən sonra qanın gəlməsinin qarşısını almalıdır. Belə ki, 
səhlənkarlıq etməsi nəticəsində ondan qan xaric olarsa, əgər namaz qılmışdırsa, onu 
yenidən qılmalıdır. Hətta yenidən qüsl etməsi də müstəhəbb-ehtiyatdır. 
Məsələ 414: Əgər qüsl vaxtında qan kəsilməsə, qüsl səhihdir. Amma qüsl əsnasında 
mütəvəssitə istihazə kəsirəyə dönsə, gərək qüslü başdan başlasın. 
Məsələ 415: Müstəhəbb-ehtiyat odur ki, istihazəli olan qadın orucdursa, bütün gün ərzində 
bacardığı qədər qanın gəlməsinin qarşısını alsın. 
Məsələ 416: Məşhur nəzərə əsasən, kəsirə istihazəli qadının tutacağı oruc o zaman səhihdir 
ki, sabahı oruc tutmaq istədiyi bir gecənin şam və xiftən namazının qüslünü və həmçinin 
gündüzün də gündüz namazları üçün vacib olan qüslləri etmiş olsun. Amma onun 
orucunun səhih olmasında qüslün şərt olmaması uzaq bir nəzər deyildir. Həmçinin daha 
güclü (əqva) nəzərə əsasən, bu, mütəvəssitə istihazəli olan qadında da şərt deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 417: Əgər qadın əsr namazından sonra müstəhazə olsa və axşam çağına kimi qüsl 
etməsə, orucu eybsiz və səhihdir. 
Məsələ 418: Əgər qadının qəlilə istihazəsi namazdan əvvəl mütəvəssitə, yaxud kəsirə olsa, 
gərək mütəvəssitə, yaxud kəsirə üçün deyilmiş əməlləri yerinə yetirsin. Əgər mütəvəssitə 
istihazə kəsirə olsa, gərək kəsirə istihazənin əməllərini yerinə yetirsin. Əgər mütəvəssitə 
istihazə üçün qüsl etmiş olsa, faydası yoxdur, gərək ikinci dəfə kəsirə üçün qüsl etsin. 
Məsələ 419: Mütəvəssitə istihazəsi namaz əsnasında kəsirə olan qadın, namazını pozub 
kəsirə istihazəsi üçün qüsl etməli və digər şərtləri də yerinə yetirdikdən sonra, həmin 
namazı yenidən qılmalıdır. Qüsldən qabaq dəstəmaz alması da ehtiyat müstəhəbbdir. Əgər 
qüsl etməyə vaxtı çatmasa, onun yerinə təyəmmüm etməlidir. Əgər təyəmmüm etməyə də 
vaxt yoxdursa, müstəhəbb ehtiyata əsasən, namazını pozmadan, həmin halda namazını 
tamamlamalıdır. Amma sonradan qəzasını qılması lazımdır. Həmçinin əgər qadının qəlilə 
istihazəsi namaz əsnasında mütəvəssitə və ya kəsirə olarsa, namazı pozmalı, mütəvəssitə və 
ya kəsirə istihazənin əməllərini yerinə yetirməlidir. 
Məsələ 420: Namaz əsnasında qan kəsilərsə və müstəhazə qadın qanın içəridən də kəsilib-
kəsilmədiyini bilməzsə, yaxud paklıq (təharət) hasil edib namazı, ya onun bir hissəsini 
qılmağa möhlət verib-vermədiyini bilməsə vacib ehtiyata görə vəzifəsinə müvafiq dəstəmaz 
alaraq və ya qüsl edərək namazı yenidən qılması lazımdır. 
Məsələ 421: Əgər qadının kəsirə istihazəsi mütəvəssitə olsa, gərək birinci namaz üçün 
kəsirənin əməlini və sonrakı namazlar üçün mütəvəssitə halının əməlini yerinə yetirsin. 
Məsələn, əgər zöhr namazından əvvəl kəsirə istihazə mütəvəssitə olsa, gərək zöhr namazı 
üçün qüsl etsin və əsr, şam və xiftən namazları üçün yalnız dəstəmaz alsın. Amma əgər 
zöhr namazı üçün qüsl etməsə və yalnız əsr namazını qılmaq miqdarında vaxtı olmuş olsa, 
gərək əsr namazı üçün qüsl etsin; və əgər əsr namazı üçün də qüsl etməsə, gərək şam 
namazı üçün qüsl etsin; və əgər onun üçün də qüsl etməsə və yalnız xiftən namazını qılmaq 
miqdarında vaxtı olmuş olsa, gərək xiftən namazı üçün qüsl etsin. 
Məsələ 422: Əgər hər namazdan əvvəl qadının kəsirə istihazəsi kəsilsə və ikinci dəfə gəlsə, 
hər namaz üçün gərək bir qüsl etsin. 
Məsələ 423: Əgər kəsirə istihazəsi qəlilə olsa, gərək birinci namaz üçün kəsirənin əməlini və 
sonrakı namazlar üçün qəlilənin əməlini yerinə yetirsin. Həmçinin əgər mütəvəssitə istihazə 
qəlilə olsa, gərək birinci namaz üçün mütəvəssitənin əməlini və sonrakı namazlar üçün 
qəlilənin əməlini yerinə yetirsin. 
Məsələ 424: Əgər istihazəli qadın, ona vacib olan işlərdən birini tərk etsə, namazı batildir. 
Məsələ 425: Qəlilə və ya mütəvəssitə istihazəli olan qadın, əgər namazdan başqa, 
dəstəmazın şərt olduğu başqa bir iş görmək istəsə, məsələn, bədəninin bir yerini Qur`anın 
yazısına toxundurmaq istəsə, belə ki, namaz tamam olandan sonra olsa belə, gərək vacib 
ehtiyata görə dəstəmaz alsın. Namaz üçün aldığı dəstəmaz kifayət deyildir. 
Məsələ 426: İstihazəli qadın, ona vacib olan qüslləri yerinə yetirdiyi təqdirdə, məscidə daxil 
olması, orada dayanması, vacib səcdəsi olan ayəni oxuması və əri ilə yaxınlıq etməsi, 
hərçənd namaz üçün yerinə yetirmiş olduğu, pambığı və parçanı dəyişdirmək kimi digər 
işləri yerinə yetirməmiş olsa belə, ona halal olur. Bu işlər qüslsüz belə caizdir. Yaxınlıq 
etməkdə isə, vacib ehtiyata görə caiz deyil. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 427: Kəsirə və mütəvəssitə istihazəsi olan qadın, əgər namaz vaxtından əvvəl, vacib 
səcdəsi olan ayəni oxumaq və ya məscidə getmək istəsə, qüsl etməsi müstəhəbb-ehtiyatdır. 
Əri onunla yaxınlıq etmək istədiyi təqdirdə də, eyni hökmü daşıyır. 
Məsələ 428: Ayət namazı istihazəli qadına vacibdir və gərək ayət namazı üçün də gündəlik 
namazlar üçün deyilən bütün işləri yerinə yetirsin. 
Məsələ 429: Gündəlik namazın vaxtında, istihazəli qadına ayət namazı vacib olsa, hər 
ikisini dalbadal yerinə yetirmək istəsə belə, lazım ehtiyata əsasən, hər ikisini bir qüsl və 
dəstəmazla qıla bilməz. 
Məsələ 430: İstihazəli qadın qəza namazı qılmaq istədikdə, əda namazı üçün vacib olan 
bütün əməlləri, hər qəza namazı üçün də yerinə yetirməlidir. Həmçinin ehtiyata əsasən, 
qəza namazında, əda namazında yerinə yetirdiyi əməllərlə kifayətlənə bilməz. 
Məsələ 431: Əgər qadın özündən gələn qanın yara qanı olmadığını bilirsə və istihazə, heyz, 
yaxud nifas qanı olduğuna ehtimal verirsə, bu surətdə əgər o qan şər`i baxımdan heyz və 
nifas qanının hökmünü daşımasa, həmin qadın istihazə hökmünə görə əməl etməlidir. 
Hətta əgər istihazə qanımı, yoxsa digər qanlar olduğunda şəkk edərsə, onların nişanəsini 
daşımırsa, vacib-ehtiyata əsasən, istihazənin əməllərini yerinə yetirməlidir. 
HEYZ 
Heyz, qadınların rəhimindən hər ayda bir neçə gün xaric olan qandır. Heyz qanı gördüyü 
zaman, qadına «haiz» deyilir. 
Məsələ 432: Heyz qanı çox vaxt qatı, isti, qara rəngli, yaxud qırmızı olur, təzyiqlə və bir az 
da yandırıcı halda xaric olur. 
Məsələ 433: Qadınların altımış yaşından sonra gördükləri qan heyz hökmündə deyildir. 
Qüreyş nəslindən olmayan qadınlar əlli yaşından sonra altımış yaşının tamam olmasına 
qədər – əlli yaşından qabaq gördükləri təqdirdə – qəti olaraq heyz hökmündə olan bir qan 
görsə haizə haram olan şeyləri tərk edib, istihazəliyə lazım olan işləri yerinə yetirmələri 
ehtiyat müstəhəbbdir. 
Məsələ 434: Qızın doqquz yaşı tamam olmamışdan qabaq gördüyü qan, heyz deyildir. 
Məsələ 435: Hamilə və uşağa süd verən qadınların da heyz qanı görmələri mümkündür. Bu 
xüsusda hamilə ilə hamilə olmayan qadının hökmü eynidir. Ancaq əgər hamilə qadın 
adətinin əvvəlindən 20 gün keçdikdən sonra heyz xüsusiyyətini daşıyan bir qan görsə, 
ehtiyatən heyzli qadına haram olan işləri tərk etməli və istihazəliyə lazım olan işləri də 
etməlidir. 
Məsələ 436: Yaşının doqquz olub-olmadığını bilməyən bir qız, əgər heyzin nişanələri 
olmayan qan görsə, heyz deyildir. Əgər heyzin nişanələri olmuş olsa, onun heyz olma 
hökmü, məhəlli işkaldır. Amma əgər onun heyz olduğuna xatircəmlik hasil edərsə, heyzdir 
və bu təqdirdə, doqquz yaşını tamamladığı mə`lum olur. 
Məsələ 437: Altmış yaşı olub-olmamasında şəkk edən bir qadın, əgər qan görsə və o qanın 
heyz olub-olmadığını bilməsə, altmış yaşının tamamlanmadığını əsas götürməlidir. 
Məsələ 438: Heyzin müddəti üç gündən az və on gündən çox olmur. Üç gündən azacıq az 
olsa da belə heyz deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 439: Heyzin əvvəlinci üç günü ardıcıl olmalıdır. Deməli, əgər məsələn; iki gün qan 
görüb, bir gün pak olursa və yenidən bir gün qan görürsə, heyz deyildir. 
Məsələ 440: Heyzin başlanğıcında qanın xaricə çıxması lazımdır. Amma bütün üç gün 
ərzində qanın xaricə çıxması lazım deyildir. Fərcin daxilində qan olsa kifayətdir. Əgər üç 
gün ərzində, bütün və ya bə`zi qadınlar arasında normal olduğu kimi, azacıq pak olsa belə, 
heyzdir. 
Məsələ 441: Birinci və dördüncü gecə qan görməsi lazım deyildir. Amma ikinci və üçüncü 
gecələrdə qan kəsilməməlidir. Belə ki, əgər birinci gün sübhün əvvəlindən üçüncü günün 
axşamına qədər, ardıcıl qan gəlsə və əsla kəsilməzsə, heyzdir. Həmçinin əgər birinci günün 
ortalarında başlayarsa və dördüncü gün həmin vaxtda kəsilərsə də, eyni hökmü daşıyır. 
Məsələ 442: Əgər üç gün dalbadal qan görüb kəsildikdən sonra təkrar qan görərsə və qan 
gördüyü və arada pak olduğu günlər üst-üstə on gündən çox olmazsa, qan gördüyü bütün 
günlər heyzdir. Amma lazım ehtiyata görə arada pak olduğu günlərdə isə həm heyz 
olmayan qadına vacib olan işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan 
şeylərdən çəkinməlidir. 
Məsələ 443: Əgər qadın, müddəti üç gündən artıq və on gündən az olan qan görüb o qanın 
çiban və ya yara, yoxsa heyz qanımı olduğunu bilməsə, onu heyz qanı hesab etməməlidir. 
Məsələ 444: Əgər qadın yara, yoxsa heyz qanı olduğunu bilmədiyi bir qan görsə, əvvəlki 
halı heyz olmamışdırsa ibadətlərini yerinə yetirməlidir. 
Məsələ 445: Əgər qadın bir qan görüb heyz qanı, yoxsa istihazə qanımı olduğunda şəkk 
edərsə, heyz nişanələrini daşıdığı təqdirdə, o qanı heyz hesab etməlidir. 
Məsələ 446: Əgər qadın heyz və ya bəkarət qanı olduğunu bilmədiyi bir qan görsə, özünü 
yoxlamalıdır: yə`ni fərcinə bir miqdar pambıq daxil edib, bir az gözlədikdən sonra 
çıxarmalıdır, əgər pambığın ətrafı bulaşmışdırsa, bəkarət qanıdır. Əgər qan onun hər 
yerinə yetişibsə, heyz qanıdır. 
Məsələ 447: Əgər üç gündən az qan görərsə və pak olduqdan sonra yenidən üç gün qan 
görərsə, ikinci qan heyzdir. Birinci dəfə gördüyü qan adət günlərində olsa belə, heyz 
deyildir. 
HAİZİN HÖKMLƏRİ 
Məsələ 448: Haiz olan qadına aşağıda sayılan bir neçə şey haramdır: 
1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə yerinə yetirilməsi lazım olan ibadətlər; 
Əgər haiz qadın bu kimi əməlləri səhih əməl qəsdi ilə yerinə yetirsə, caiz deyil. Lakin 
meyyit namazı kimi dəstəmaz, qüsl və ya təyəmmüm tələb etməyən ibadətləri yerinə 
yetirsə, eybi yoxdur. 
2. Cənabət hökmlərində izah olunan və cünub şəxsə haram olan şeylərin hamısı; 
3. Sünnət yerinə qədər daxil olsa məni gəlməsə də belə, qa-baqdan cima etmək həm qadına, 
həm də kişiyə haramdır. Hətta vacib ehtiyata əsasən sünnət yerindən azını da daxil 
etməməlidir. Bu hökm arxadan edilən yaxınlığa şamil deyil. Amma kişi ehtiyata əsasən 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
istər arvadı haiz olsun, istərsə olmasın, qadın razı olmadıqda onunla arxadan əlaqədə 
olmamalıdır. 
Məsələ 449: Qadının heyz olduğu qəti olaraq mə`lum olmadığı, amma şər`ən özünü heyzli 
hesab etməsi lazım olan günlərdə də, onunla cima etmək haramdır. O halda on gündən çox 
qan görən və sonradan açıqlanacaq göstərişlərə əməl edən qadın gərək öz qohumlarının 
adət günlərini özünə heyz qərar versin. Əri o günlərdə onunla yaxınlıq edə bilməz. 
Məsələ 450: Əgər kişi öz qadını ilə heyz halında yaxınlıq etsə, istiğfar etməsi lazımdır. 
Yaxşı olmasına baxmayaraq kəffarə vacib deyil. 
Məsələ 451: Haiz qadınla yaxınlıqdan başqa, öpüşmək və oynaşmaq kimi sair ləzzətlər 
almağın eybi yoxdur. 
Məsələ 452: Heyz halında ikən qadına təlaq vermək təlaq hökmlərində izah olunacağı kimi, 
batildir. 
Məsələ 453: Qadın heyzli olduğunu və ya heyzdən pak olduğunu söyləyərsə, yalan 
danışmaqla ittiham edilmirsə, sözü qəbul edilməlidir. Əks təqdirdə, sözünün qəbul edilməsi 
məhəlli-işkaldır. 
Məsələ 454: Əgər qadın namaz əsnasında haiz olsa, namazı batildir. Hətta əgər heyz, 
axırıncı səcdədən sonra və salamın axırıncı hərfindən qabaq olsa, vacib ehtiyata görə batil 
olur. 
Məsələ 455: Əgər qadın namaz əsnasında haiz olub-olmamasında şəkk edərsə, namazı 
səhihdir. Amma namazdan sonra, namaz əsnasında haiz olduğunu başa düşərsə, qıldığı 
namaz batildir. 
Məsələ 456: Qadının, heyz qanından pak olduqdan sonra namaz, dəstəmaz və ya qüsllə, 
yaxud təyəmmüm ilə yerinə yetirilən digər ibadətlər üçün qüsl etməsi vacibdir. Heyz qüslü 
eynilə cənabət qüslü kimi yerinə yetirilir. Dəstəmaz əvəzinə də kifayət edir. Qüsldən qabaq 
dəstəmaz da alması daha yaxşıdır. 
Məsələ 457: Qadına, heyz qanından pak olduqdan sonra qüsl etməyibsə də, təlaq vermək 
səhihdir və əri də onunla cima edə bilər. Amma cimanın fərcin yuyulmasından sonra 
edilməsi lazım-ehtiyata əsasəndir. Habelə qüsl etməzdən qabaq, onunla cima etməkdən 
çəkinməsi ehtiyat-müstəhəbbdir. Amma məsciddə dayanmaq və Qur`anın yazısına 
toxunmaq kimi heyzli olduğu zaman təharətin şərt olması səbəbindən ona haram olan 
şeylər, qüsl etməyincə halal olmaz. Həmçinin vacib ehtiyata görə, məsciddə dayanmaq kimi 
haramlığı təharətin şərt olduğuna görə haram olması sübuta yetməyən işlər də eyni hökmü 
daşıyır. 
Məsələ 458: Əgər su, dəstəmaz və qüslə kifayət edəcək qədər olmasa, yalnız qüsl edəcək 
miqdarda olarsa, bu halda qüsl etməlidir. Dəstəmaz əvəzinə də təyəmmüm etməsi daha 
yaxşıdır, əgər su yalnız dəstəmaza yetəcək miqdarda olsa və qüslə yetəcək miqdarda 
olmasa, onunla dəstəmaz alması daha yaxşıdır, qüsl əvəzi olaraq, təyəmmüm etməlidir. 
Əgər onlardan heç birisi üçün suyu olmasa, bu zaman qüsl əvəzinə təyəmmüm etməlidir. 
Daha yaxşısı odur ki, dəstəmaz əvəzinə də təyəmmüm etsin. 
Məsələ 459: Qadının heyzli olduğu zaman qılmadığı namazların qəzası yoxdur. Amma 
heyzli ikən tutmadığı Ramazan ayının oruclarını qəza etməlidir. Həmçinin lazım-ehtiyata 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
əsasən, nəzir səbəbilə müəyyən vaxtda vacib olub, (amma həmin vaxtda) heyz halında 
olduğu üçün tutmadığı orucları da qəza etməlidir. 
Məsələ 460: Əgər namaz vaxtı daxil olsa və qadın namazını tə`xirə salacağı təqdirdə, heyzli 
olacağını bilirsə, dərhal namazını qılmalıdır. Həmçinin lazım-ehtiyata əsasən, namazını 
tə`xirə salacağı təqdirdə, haiz olacağına ehtimal verərsə də, hökm eynidir. 
Məsələ 461: Əgər qadın namazını tə`xirə salsa və vaxtın əvvəlindən bütün müqəddimələr 
ilə birlikdə, o cümlədən dəstəmaz (və ya qüsl) almaq pak libas tədarük görmək və s. ilə 
namaz qıla biləcəyi qədər vaxt keçdikdən sonra haiz olsa, həmin namazın qəzası ona 
vacibdir. Hətta əgər vaxt daxil olsa və dəstəmaz, qüsl və ya təyəmmümlə bir namaz qıla 
bildiyi halda qılmamış olsa, vacib ehtiyata görə, onun qəzasını qılmalıdır, hərçənd sair 
şəraitləri tədarük görməyə vaxt çatmayıbsa belə. Amma tələsik qılma, yavaş oxuma və 
digər şeylərdə öz vəziyyətini nəzərə almalıdır, məsələn, səfərdə olmayan bir qadın əgər 
günorta vaxtının əvvəlində namaz qılmazsa, onun qəzası ancaq günortanın əvvəlindən su 
ilə dəstəmaz və ya təyəmmüm alıb dörd rük`ət namaz qıla biləcək qədər bir müddət 
keçdikdən sonra haiz olursa, vacibdir. Müsafir olan qadın üçünsə təharət hasil etdikdən 
sonra iki rük`ət namaz qıla biləcək qədər müddətin keçməsi kifayətdir. 
Məsələ 462: Əgər qadın namazın vaxtının axırında qandan pak olsa, qüsl edib bir rük`ət, 
yaxud bir rük`ətdən çox namaz qılmağa vaxtı olmuş olsa, o namazı qılmalıdır. Əks 
təqdirdə, onun qəzasını yerinə yetirməlidir. 
Məsələ 463: Əgər haiz qadın paklandıqdan sonra qüsl edəcək qədər vaxtı olmasa, amma 
təyəmmüm ilə namazı vaxtında qıla bilərsə, vacib ehtiyat odur ki, o namazı təyəmmüm ilə 
qılsın. Əgər qılmasa qəza etməlidir. Amma əgər vaxtın darlığından başqa, ayrı bir səbəbə 
görə, vəzifəsi təyəmmüm etmək olsa, məsələn, suyun ona zərəri olsa, təyəmmüm edib, o 
namazı qılmalıdır. Əgər qılmasa, qəza etməlidir. 
Məsələ 464: Heyzli qadın pak olduqdan sonra namaz üçün vaxt qalıb-qalmadığında şəkk 
edərsə, namazını qılmalıdır. 
Məsələ 465: Əgər hədəsdən pak olub bir rük`ət qıla biləcək qədər vaxt qalmadığını zənn 
edib namaz qılmazsa və sonradan vaxt qalmış olduğunu anlayarsa, o namazın qəzasını 
qılmalıdır. 
Məsələ 466: Heyzli qadının, namaz vaxtında özünü qandan pak edib, pambıq və dəsmalı 
dəyişdirərək, dəstəmaz alması və əgər dəstəmaz ala bilmirsə, təyəmmüm etməsi və namaz 
yerində üzü qibləyə oturaraq, zikr, dua və salavat deməyə məşğul olması müstəhəbbdir. 
Məsələ 467: Qur`an oxumaq və onu yanında saxlamaq, bədənindən bir yeri Qur`anın 
yazılarının arasına toxundurmaq, həna qoymaq və bu kimi şeylər bir qrup fəqihin dediyinə 
əsasən, haiz üçün məkruhdur. 
Haiz qadınların qismləri 
Məsələ 468: Haiz qadınlar altı qismdir: 
1. Adəti-vəqtiyyə və ədədiyyə sahibi olanlar. Belələri iki ay dalbadal müəyyən bir vaxtda 
heyz qanı görər və onların heyz günlərinin sayı hər iki ayda eyni olar. Məsələn, iki ay 
dalbadal hər ayın əvvəlindən yeddisinə kimi qan görərlər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
2. Adəti-vəqtiyyə sahibi olanlar. Bunlar iki ay dalbadal müəyyən vaxtda heyz qanı görər, 
amma onun heyz günlərinin sayı hər iki ayda bir olmaz, məsələn, iki ay dalbadal hər ayın 
əvvəlində qan görər, amma birinci ayın yeddinci günü və ikinci ayın səkkizinci günü 
qandan pak olarlar. 
3. Adəti-ədədiyyə sahibi olanlar. Bu cür qadınların heyz günlərinin sayı iki ay dalbadal bir 
sayda olar, amma o iki qanı görməkdə vaxt bir olmaz, məsələn, birinci ayın beşindən 
onuna qədər və ikinci ayın on ikisindən on yeddisinə qədər qan görərlər. 
4. Müztəribə olanlar. Belə qadınlar bir neçə ay qan görər, amma müəyyən bir adət 
tapmazlar. Onlar adəti pozulmuş və yeni adəti isə tapmamış qadınlardır. 
5. Mübtədiə olanlar. Birinci dəfə qan görənlər bu qrupa aiddir. 
6. Nasiyə olanlar. Onlar öz adətini yadından çıxaranlardır. 
Bunların hər birinin müəyyən hökmü vardır ki, gələcək məsələlərdə deyiləcək. 
1. Adəti-vəqtiyyə və ədədiyyə sahibi olanlar 
Məsələ 469: Adəti-vəqtiyyə və ədədiyyə sahibi olan qadınlar iki qismdirlər: 
1. İki ay dalbadal müəyyən vaxtda heyz qanı görüb, müəyyən vaxtda da qandan kəsilən 
qadın; məsələn, iki ay dalbadal ayın birinci günündən qan görməyə başlayıb, yeddinci 
günü də pak olur. Bu qadının heyz adəti ayın birindən yeddisinə qədərdir. 
2. Qadın iki ay dalbadal öz müəyyən vaxtında heyz qanı görür və üç gün, yaxud daha çox 
qan gördükdən sonra bir gün və ya bir neçə gün pak olub yenidən qan görürsə və qan 
gördüyü günlərlə ortada pak olduğu günlər on gündən artıq olmasa və hər iki ayda qan 
gördüyü günlərlə ortada pak olduğu günlər eyni sayda olsa onun adəti qan gördüyü 
qədərdir, qan görüb və ortada pak olduğu günlərin toplusu qədər deyil. Beləliklə gərək qan 
gördüyü və pak olduğu günlərin sayı hər iki ayda eyni olsun. Məsələn, əgər birinci ayda və 
həmçinin ikinci ayda ayın birinci günündən üçüncü gününə kimi qan görsə və üç gün pak 
olsa və ikinci dəfə üç gün qan görsə bu qadının adəti (qan gördüyü) altı gündür. Arada pak 
olduğu 3 gündə isə, vacib ehtiyata görə, haizə haram olan işləri tərk etməli, müstəhazənin 
əməllərini də əmələ gətirməlidir. Əgər ikinci ayda qan gördüyü günlərin sayı az və ya çox 
olarsa, bu qadın ədədiyyə adətinin yox, vəqtiyyə adətinin sahibidir. 
Məsələ 470: Adəti-vəqtiyyə sahibi olan qadın (istər adəti-ədədiyyəsi də olsun, istərsə 
olmasın) əgər adət vaxtında və ya «adətini qabaqlamışdır» deyiləcək şəkildə bir neçə gün 
vaxtından qabaq qan görərsə o qan heyz nişanələrini daşımasa belə, heyzli qadınlar üçün 
deyilən hökmlərə əsasən əməl etməlidir. Əgər sonradan heyzli olmadığını başa düşərsə, 
məsələn; üç gündən qabaq pak olarsa, yerinə yetirmədiyi ibadətlərin qəzasını yerinə 
yetirməlidir. 
Məsələ 471: Vəqtiyyə və ədədiyyə adətinə sahib olan bir qadın, əgər adətindən bir neçə gün 
qabaq başlayıb, bütün adət günlərində və adət günlərindən bir neçə gün sonraya qədər qan 
görərsə, bu müddət üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq 
olarsa, yalnız öz adət günlərində gördüyü qan heyzdir. Ondan qabaq və sonrakı günlərdə 
gördüyü qan isə istihazədir. Belə ki, adətindən qabaq və sonrakı günlərdə yerinə 
yetirmədiyi ibadətləri qəza etməlidir. Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün də 
adətindən qabaq qan görsə və hamısı üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Əgər on gündən artıq olarsa, yalnız adət günləri heyz nişanələrini daşımasa belə heyzdir. 
Ondan qabaq gördüyü qanlar isə, heyz nişanələrini daşısa belə istihazədir. Belə ki, əgər o 
günlərdə ibadətlərini tərk etmişdirsə, onları qəza etməlidir. Əgər bütün adət günləri ilə 
birlikdə bir neçə gün adətindən sonra qan görsə və hamısı üst-üstə on gündən artıq olmasa, 
hamısı heyzdir. Amma əgər on gündən artıq olarsa, adət günləri heyz, qalanı isə 
istihazədir. 
Məsələ 472: Vəqtiyyə və ədədiyyə adətinə sahib olan bir qadın, əgər bir miqdar adəti olan 
günlərlə birlikdə, bir neçə gün də adət günlərindən qabaq qan görsə və bu müddət üst-üstə 
on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, adət vaxtında 
gördüyü günlərlə, qabaqkı günlərdən adətinin sayını tamamlayacaq qədərin heyz, ondan 
qabaqkı günlərini isə istihazə hesab etməlidir. Əgər adət günlərinin bir miqdarı ilə 
birlikdə, bir neçə gün adətindən sonra qan görsə və üst-üstə on gündən artıq olmasa, 
hamısı heyzdir. Əgər on gündən artıq olarsa, adət vaxtında qan gördüyü günlərlə, sonrakı 
günlərdən adətinin sayını tamamlayacaq qədərini heyz, qalanını isə istihazə hesab 
etməlidir. 
Məsələ 473: Haiz adəti olan bir qadın əgər üç gün və ya daha çox qan gördükdən sonra 
paklanarsa və yenidən qan görərsə, bu iki qangörmə arasındakı fasilənin on gündən az 
olmasına baxmayaraq, qan gördüyü günlərlə arada paklandığı günlər üst-üstə on gündən 
çox olarsa, məsələn, beş gün qan görüb, beş gün paklanarsa və yenidən beş gün qan 
görərsə, bunun bir neçə şəkli vardır: 
1. Birinci dəfə gördüyü qanın hamısı və ya bir miqdarı heyz adət günlərində olsa və 
paklandıqdan sonra gördüyü ikinci qan adət günlərində olmasa, birinci qanı bütünlüklə 
heyz və ikinci qanı istihazə hesab etməlidir. Amma əgər ikinci qanda heyz əlamətləri olsa, 
onda birinci qan görmə günləri ilə ondan sonrakı pak olduğu günlərin məcmusu on gündən 
artıq olmasa heyzdir, yerdə qalanı isə istihazədir. Məsələn, əgər üç gün qan görüb 
paklandıqdan sonra beş gün heyz əlamətlərini daşıyan qan görsə, birinci üç gün və ikinci 
qangörmənin dörd günü heyzdir. Aradakı pakolmada isə vacib ehtiyata görə qeyri-haizin 
vaciblərini yerinə yetirməli, haizə haram olan şeyləri isə tərk etməlidir. 
2. Birinci qanı heyz adəti günlərində olmazsa, amma ikinci qan bütünlüklə və ya bir 
miqdarı adət günlərində olarsa, bu surətdə ikinci qanın hamısını heyz, birinci qanı istihazə 
hesab etməlidir. 
3. Birinci və ikinci qanın bir miqdarı adət günlərində olsa, bu halda birinci qanın adət 
günlərində olan miqdarı üç gündən az olmazsa, arada pak olduğu günlər və ikinci qanın 
adət günlərilə birlikdə on gündən çox olmazsa (adət günlərində olan) hər iki qan heyzdir. 
Arada pak olduğu günlərdə isə vacib ehtiyat olaraq, həm heyzdən pak olan qadının 
görməli olduğu işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan işlərdən 
çəkinməlidir. 
İkinci qanın adət günlərindən sonra olan qismi isə istihazədir. Birinci qanının adət 
günlərindən əvvəl olan qisminə gəlincə, əgər ona «adətini qabaqlamışdır» – deyilirsə, o da 
heyz hökmünü daşıyır. Lakin bununla birlikdə onun heyzli olmasına hökm vermək, 2-ci 
qanın adət günlərində olan qisminin bir qədərinin və ya hamısının heyzin on gündən kənar 
düşməsinə səbəb olsa, bu təqdirdə o istihazə hökmünü daşıyır. Məsələn, qadının adəti ayın 
üçündən onuna qədər olur, amma bir ay ayın əvvəlindən altısına qədər qan görürsə və 
sonradan iki gün paklanıb, sonra yenidən on beşinə qədər qan görürsə, ayın əvvəlindən 
onuna qədər gördüyü qanlar heyz, on birindən on beşinə qədəri isə istihazədir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
4. Birinci və ikinci qandan bir miqdarı adət günlərində olsa amma birinci qanın adət 
günlərindəki miqdarı üç gündən azdırsa, belə halda ilk qanın adət günlərindəki 3 günü 
heyz hesab etsin, həmçinin ikinci qandan əvvəlki üç gün, aradakı paklıqla birgə on gündən 
çox olmayan hissəsini heyz, qalanını isə istihazə qərar verməlidir. Əgər pak olduğu günlər 
yeddi gün olsa, ikinci dəfə gördüyü qanın hamısı istihazədir. 
Bu isə iki şərtlə mümkündür: 
1) «O qan adətini qabaqlamışdır» – deyiləcək miqdarda adətdən əvvəl olmalı; 
2) Onu heyz sayması ikinci qanın adət günlərində olan miqdarının bir qisminin, heyzin on 
günündən kənara çıxmasına yol açmamalıdır. Məsələn, qadının adəti ayın üçündən onuna 
qədərdirsə, amma o, ayın əvvəlindən dördüncü gününün sonuna qədər qan görüb iki gün 
pak olursa, sonra da ayın on beşinə qədər qan görürsə, ilk qanın hamısı və ikinci qanın 
onuncu gününün sonuna qədər olanı heyzdir. 
Məsələ 474: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər adət vaxtında qan görməsə və 
ondan başqa vaxtda heyz günlərinin sayında və heyzin nişanələri olan qan görsə, istər adət 
vaxtından qabaq olsun, istərsə ondan sonra olsun, gərək onu heyz qərar versin. 
Məsələ 475: Vəqtiyyə və ədədiyyə adətli qadın, əgər adət vaxtında üç gün, yaxud daha çox 
qan görsə və onun günlərinin sayı adət günlərinin sayından az, yaxud çox olsa və pak 
olandan sonra yenidən öz adət günlərinin sayında qan görsə, burada bir neçə surət vardır: 
1. O iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olmayır. Bu halda o iki qanın 
cəmi, birlikdə bir heyz sayılır. 
2. O iki qan arasında olan paklıq on gün və ya daha çox olur. Bu zaman o qanların hər biri 
ayrıca bir heyz sayılar. 
3. O iki qan arasındakı paklıq on gündən az olur, amma o iki qanın cəmi, aradakı paklıqla 
birlikdə on gündən çox olur. Bu halda birinci qan heyz, ikinci isə istihazə sayılır. 
Məsələ 476: Vaxt və say cəhətindən adət sahibi olan bir qadın əgər on gündən çox qan 
görsə, adət günlərində gördüyü qanda heyz nişanələri olmasa belə, o, heyzdir. Adət 
günlərindən sonra gördüyü qan isə heyzin xüsusiyyətini daşısa belə, istihazədir. Məsələn; 
heyz adəti ayın əvvəlindən yeddisinə qədər olan qadın əgər ayın əvvəlindən on ikisinə qədər 
qan görsə, onun ilk yeddi günü heyz, sonrakı beş günü isə istihazədir. 
2. Vaxt sarıdan adət sahibi olanlar 
Məsələ 477: Vaxt sarıdan adət sahibi olub, adətlərinin başlanğıcı müəyyən olan qadınlar iki 
qismdir: 
1. İki ay dalbadal müəyyən bir vaxtda heyz qanı görüb, bir neçə gün sonra təmizlənən, 
lakin hər iki ayda qan gördüyü günlərin sayı eyni olmayan qadın; məsələn, iki ay dalbadal 
ayın birində qan gördüyü halda, birinci ay yeddinci gün, ikinci ay səkkizinci gün qandan 
pak olarsa, bu qadın ayın birinci gününü, heyz adətinin ilk günü qəbul etməlidir. 
2. İki ay dalbadal müəyyən bir vaxtda üç gün və ya daha çox heyz qanı görüb pak olan, 
sonra ikinci dəfə qan görən və qan gördüyü bütün günlər arada pak olduğu günlərlə 
birlikdə, on gündən çox olmaması ilə birlikdə, ikinci ayın qanı birinci aydan az və ya çox 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
olan qadın, məsələn; birinci ay səkkiz gün, ikinci ay doqquz gün qan görən qadın, hər iki 
ayın əvvəlindən qan görsə ayın ilk gününü heyz adətinin birinci günü hesab etməlidir. 
Məsələ 478: Vəqtiyyə adətli qadın, əgər öz adəti vaxtında və ya adətindən iki-üç gün qabaq 
qan görərsə, haiz qadınlar üçün söylənən hökmlərə əsasən əməl etməlidir. Bu məsələnin 
geniş izahı 470-ci məsələdə zikr edilmişdir. Amma bu iki surətdən başqa, məsələn; «adətini 
qabaqlamışdır» deyilməyib, «adətindən başqa vaxtda qan görmüşdür» deyiləcək qədər 
adətindən xeyli qabaq qan görürsə və ya adətinin vaxtı keçdikdən sonra qan görürsə, 
gördüyü qan heyz nişanələrini daşıyırsa, haiz qadınlar üçün söylənən hökmlərə əsasən 
əməl etməlidir. Həmçinin heyz nişanələrini daşımadığı halda, o qanın üç gün davam 
edəcəyini bilirsə də, hökm eynidir. Amma üç gün davam edib-etməyəcəyini bilməsə, vacib-
ehtiyata əsasən, həm istihazəli qadına vacib olan əməlləri yerinə yetirməli, həm də heyzli 
qadına haram olan əməllərdən çəkinməlidir. 
Məsələ 479: Adəti-vəqtiyyəsi olan qadın, əgər öz adət vaxtında qan görsə və o qanın 
miqdarı on gündən çox olsa, onların bə`zisində heyz nişanəsi olub bə`zisində olmasa, heyz 
əlamətləri olan günlərin sayı on gündən çox, üç gündən az olmasa, onu heyz, qalanını 
istihazə hesab etməlidir. Əgər bir qan həmin şərtlə yenidən təkrar olsa, məsələn dörd gün 
heyz nişanələri, dörd gündə də istihazə nişanələri olan qan gəlsə, yenidən dörd gün heyzin 
nişanəsi, dörd gün də istihazə nişanəsi olan qan gəlsə, fəqət ilk qanı heyz hesab etməlidir, 
qalanı isə istihazədir, Əgər heyz əlaməti olan qan üç gündən az olsa, onu heyz hesab etməli, 
onun sayını sonradan gələn iki yolla (qohumlarına müraciət etməklə ya da bir ədəd 
seçməklə) tə`yin etməlidir. Əgər on gündən artıq olsa, onun bir hissəsini o iki yoldan biri ilə 
heyz qərar verməlidir. Əgər heyzin miqdarını onun nişanələrinin vasitəsilə tə`yin edə 
bilməsə, yə`ni onun qanının hamısı bir növ nişanəyə malik olsa, yaxud heyz nişanələrinə 
malik olan qan on gündən artıq olsa, yaxud da üç gündən az olsa, gərək qohumlarından 
bə`zisinin adətini özü üçün heyz qərar versin. İstər ata tərəfi olsun, istərsə ana; istər diri 
olsun, istərsə ölü, amma iki şərtlə: 
1. Adət miqdarının öz heyz miqdarı ilə zidd olduğunu bilməsin, məsələn, özü cavan, səhhəti 
qüvvətli olsa və adətini özü üçün heyz qərar verdiyi qadın isə yaisə yaşına yaxın olsun ki, 
adətən onun miqdarı az olur. Bu halın əksində də bu cürdür. Bunun mə`nası və hökmü 
489-cu məsələdə gələcək. 
2. Adət miqdarının birinci şərtdə olduğu kimi digər qohumlarının adət miqdarı ilə fərqi 
olduğunu bilməsin; Amma fərq hesab olunmayacaq dərəcədə az olsa, eybi yoxdur. 
Həmçinin adəti-vəqtiyyəsi olan qadın əgər adət vaxtında əsla qan görməsə və bu vaxtdan 
başqa on gündən artıq olan qan görərsə, heyzin miqdarını da nişanələrindən ayırd edə 
bilməsə, eyni hökmü daşıyır. 
Məsələ 480: Adəti-vəqtiyyə sahibi olan qadın heyzi, öz adət vaxtından kənarda qərar verə 
bilməz. Demək, əgər onun adətinin başlama vaxtı mə`lum olsa, məsələn, hər ay birinci 
gündən qan görmüş olsa və gah beşinci gün, gah da altıncı gün pak olsa, belə ki, bir ay da 
on iki gün qan görsə və heyzin nişanələri ilə onun sayını müəyyən edə bilməsə, gərək ayın 
birinci günlərini heyz hesab etsin və onun sayında əvvəlki məsələdə deyilənə müraciət etsin. 
Əgər onun adətinin ortası və ya sonu mə`lum olarsa, on gündən artıq qan gördüyü 
təqdirdə, heyz sayını, onun ortası ilə sonu adət vaxtına müvafiq olan bir şəkildə qərar 
verməlidir. 
Məsələ 481: Adəti-vəqtiyyəsi olan qadın on gündən artıq qan görərsə və 479-cu məsələdə 
açıqlanan hökmə əsasən onu müəyyən edə bilməsə, üç gündən on günə qədər heyz miqdarı 
ilə uyğun gördüyü hər hansı bir miqdarı heyz qəbul etmək xüsusunda ixtiyar sahibidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Amma əgər özünə münasib görürsə, yeddi günü heyz qəbul etməsi daha yaxşıdır. Əlbəttə, 
əvvəlki məsələdə deyildiyi kimi, heyz qərar verdiyi günlərinin sayının adət vaxtı ilə uyğun 
olması labüddür. 
3. Adəti-ədədiyyə sahibi olanlar 
Məsələ 482: Adəti-ədədiyyəsi olan qadınlar iki qismdir: 
1. İki ay dalbadal heyz günlərinin sayının eyni miqdarda olmasına baxmayaraq, qan görmə 
vaxtı eyni olmayan qadın. Bu qadının qan gördüyü günlər hər nə qədərdirsə, bu onun heyz 
adəti sayılır. Məsələn; birinci ay, birinci gündən beşinci günə qədər, ikinci ay isə on birinci 
gündən on beşinci günə qədər qan görürsə, onun adəti beş gün olar. 
2. İki ay dalbadal üç gün və ya daha çox qan görüb, bir gün və ya daha çox paklandıqdan 
sonra, yenidən qan görən, lakin birinci və ikinci ayda qangörmə vaxtı fərqli olan qadın; bu 
xüsusda əgər qan gördüyü günlərin sayı ilə arada kəsildiyi günlərin sayı, birlikdə on 
gündən artıq olmasa və qan gördüyü günlərin sayı da eyni olarsa, bütün qan gördüyü 
günlər heyz adəti olar. Arada pak olduğu günlərdə də ehtiyata əsasən, pak olan qadına 
vacib olan işləri yerinə yetirməli, haiz olan qadına haram olan işlərdən də çəkinməlidir. 
Məsələn; birinci ay ayın birinci günündən üçüncü gününə qədər qan görüb iki gün pak 
olur və yenidən üç gün qan görürsə, ikinci ay da ayın on birindən on üçünə qədər qan 
görür və iki gün pak olur və yenidən üç gün qan görürsə, onun adəti altı gündür. Amma 
bir ayda məsələn; səkkiz gün qan görür və ikinci ayda dörd gün qan görüb paklanır, sonra 
yenidən qan görür və qan gördüyü bütün günlər, arada pak olduğu günlərlə birlikdə 
səkkiz gün olarsa, bu qadın adəti-ədədiyyə sahibi deyil, hökmü sonra açıqlanacaq 
müztəribə hesab olunur. 
Məsələ 483: Adəti-ədədiyyəsi olan bir qadın, əgər öz adət sayından az və ya çox qan 
görürsə və müddəti on gündən artıq olmursa, bütün onları heyz qərar verməlidir. Amma 
əgər öz adətinin sayından çox qan görsə və bu müddət on gündən çox olarsa, gördüyü 
bütün qanlar eyni şəkildədirsə, qan gördüyü andan e`tibarən adət günlərinin sayını heyz, 
qalanını isə istihazə hesab etməlidir. Əgər gördüyü bütün qanlar eyni şəkildə olmasa və bir 
neçə günü heyz nişanələrini, qalanı isə istihazə nişanələrini daşıyırsa, əgər qanın heyz 
nişanəsi olan günləri adət günlərinin sayı ilə eyni ölçüdədirsə, o günləri heyz, qalanını 
istihazə hesab etməlidir. Əgər qanın heyz nişanəsi olan günləri onun adət günlərindən artıq 
olsa, yalnız adət günlərinin qədəri heyz, qalanı isə istihazədir. Əgər qanın heyz nişanəsi 
olan günləri onun adət günlərindən az olsa, o günləri, üst-üstə hesablandığı zaman adət 
günlərinin sayının miqdarında olan bir neçə günlə birlikdə heyz, qalanını isə istihazə hesab 
etməlidir. 
4. Müztəribə 
Məsələ 484: «Müztəribə» – yə`ni neçə ay qan görmüş, lakin nə vaxt cəhətindən, nə də sayı 
cəhətindən bir adət tapmamış qadındır. Belə bir qadın, əgər on gündən çox qan görsə və 
gördüyü bütün qanlar eyni şəkildə olarsa, yə`ni onların hamısı heyz nişanələrini, yaxud 
istihazə nişanələrini daşıyarsa, ehtiyata əsasən bu qadın öz adət vaxtından kənar qan 
görüb, nişanədən heyzi istihazədən ayırd edə bilməyən, adəti-vəqtiyyə sahibi olan qadının 
hökmünü daşıyır. Belə ki, bu qadın öz qohumlarının bə`zisinin adətini özü üçün heyz qərar 
verməlidir. Bu mümkün olmadığı təqdirdə isə, 479 və 481-ci məsələdə deyildiyi kimi, üç 
günlə on gün arasında bir neçə günü özü üçün heyz qərar verməlidir. 
Məsələ 485: Əgər müztəribə bir neçə günü heyz və bir neçə günü də istihazə nişanələrini 
daşıyan halda on gündən çox qan görərsə, 479-cu məsələnin əvvəlində deyilən göstərişə 
əməl etməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
5. Mübtədiə 
Məsələ 486: İlk dəfə qan görən qadına «mübtədiə» deyilir. Əgər bu qadın on gündən çox 
qan görsə və gördüyü bütün qanlar eyni şəkildə olsa, 479-cu məsələdə deyilən iki şərtlə 
gərək qohumlarından birinin adətini özünə heyz, qalanını isə özü üçün istihazə qərar 
versin. Əgər bu mümkün olmasa, 481-ci məsələdə izah olunan göstərişə əsasən, üç ilə on 
gün arasında olan bir neçə günü özünə heyz qərar verməlidir. 
Məsələ 487: Əgər mübtədiə olan bir qadın bir neçə günü heyz və digər bir neçə günü 
istihazə nişanələrini daşıyan on gündən çox qan görərsə, əgər heyz nişanələrini daşıyan qan 
üç gündən az və on gündən çox olmasa, onun hamısı heyzdir. Amma əgər heyz nişanələrini 
daşıyan qanın üzərindən on gün keçməmiş, yenidən heyz nişanələrini daşıyan bir qan 
görərsə, məsələn; beş gün qara qan və doqquz gün sarı qan və yenidən beş gün qara qan 
görərsə, müztəribədə deyildiyi kimi, birinci qanı heyz, qalan iki qanı da istihazə qərar 
verməlidir. 
Məsələ 488: Mübtədiə, əgər on gündən artıq qan görsə, ondan bir neçə günü heyz nişanəsi 
və digər neçə günü istihazə nişanəsi olarsa, amma heyz nişanəsi olan qan üç gündən az, 
yaxud on gündən çox olarsa, gərək 479-cu məsələdə deyilmiş göstərişə əməl etsin. 
6. Nasiyə 
Məsələ 489: «Nasiyə» – öz adətinin zamanını, ya miqdarını, ya hər ikisini unudan qadına 
deyilir. Əgər üç gündən az on gündən çox olmayan bir qan görsə hamısı heyzdir. Əgər on 
gündən artıq olsa, o bir neçə qismdir: 
1-Say baxımından, ya vaxt ya da hər ikisində adət sahibi olur və öz adətini bütünlüklə 
unudur; hətta icmalən olsa belə, vaxt və sayını yadına sala bilməsə, bu qadın yuxarıda 
deyilən mübtədiə hökmündədir. 
2-Vəqtiyyə adəti olsun, istər ədədiyyə də olsun, istər olmasın, amma öz adətinin vaxtından 
icmal olaraq bir şey xatırlayır. Məsələn bilir ki, filan gün onun adətinin bir hissəsi idi, 
yaxud onun adət dövrü ayın birinci yarısında olurdu. Belə qadının hökmü mübtədiə 
kimidir. Amma heyzin elə bir vaxta qərar verməməlidir ki, dəqiq şəkildə adətinin əksinə 
olsun. Məsələn, ayın 17-si onun adətinin bir günü olduğunu, ya onun adəti ayın ikinci 
yarısında olduğunu bilsə, indi isə ayın əvvəlindən 20-ə qədər qan görsə öz adətini ayın ilk 
on günündə qərar verə bilməz. Hətta əgər heyzin nişanələrini, ikinci on günlük isə 
istihazənin nişanələrini daşısa belə. 
3-Ədədiyyə adət sahibi olub adətinin miqdarını unutmuş olsun; bu qadın da mübtədiə 
hökmündədir, amma heyz qərar verdiyi miqdar, heyzin sayı ondan az olduğunu bildiyi bir 
miqdardan az qərar verə bilməz. Həmçinin adətinin sayının ondan artıq olmadığı 
miqdardan artıq da qərar verə bilməz. 
Bu məsələyə naqis (əskik) ədədiyyə adətində də riayət etmək lazımdır. Yə`ni adət sayı üç 
gündən artıq və on gündən az olmaq arasında dəyişən bir qadın, habelə hər ay ya altı gün, 
ya yeddi gün qan görən bir qadın on gündən artıq qan gördüyü zaman, heyz 
xüsusiyyətlərini və ya qohumlarından bə`zisinin adətini əsas götürərək, ya da bir sayı 
seçərək, bu iki saydan az bir miqdarı və ya çox miqdarı heyz qəbul edə bilməz. 
Heyzin müxtəlif məsələləri. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 490: Mübtədiə, müztəribə, nasiyə və adəti-ədədiyyəsi olan qadınlar, əgər heyzin 
nişanələri olan bir qan görsələr, ya yəqin etsələr ki, üç gün çəkəcək, gərək ibadəti tərk 
etsinlər. əgər sonradan heyz olmadığını başa düşsələr, gərək yerinə yetirilməmiş ibadətləri 
qəza etsinlər. 
Məsələ 491: Heyzdə adət sahibi olan qadın, istər bu adət heyzin vaxtında olsun, istərsə 
heyzin sayında və ya həm vaxt, həm də say baxımından adət sahibi olsun, əgər iki ay 
dalbadal öz adətinin əksinə olaraq, vaxt və ya günlərin sayı, ya da həm vaxtı, həm də sayı 
eyni olan bir qan görərsə, onun adəti bu iki ayda gördüyünə qayıdır. Məsələn; əgər ayın 
birindən yeddisinə qədər qan görüb paklanırdısa, əgər iki ayın onundan on yeddisinə 
qədər qan görür və paklanırsa, onun adəti ayın onundan on yeddisinə qədər olur. 
Məsələ 492: Bir aydan məqsəd, adəti vəqtiyyənin tə`yin olunduğu haldan başqa qan 
görmənin əvvəlindən otuz gün keçməsidir, ayın əvvəlindən axırına qədərki müddət deyil. 
Amma vəqtiyyə adətin tə`yin olunduğu hal isə şəmsi deyil, qəməri, ayıdır. 
Məsələ 493: Adətən ayda bir dəfə qan görən qadın, əgər bir ayda iki dəfə qan görərsə və 
onların biri heyz nişanələrini daşımasa da, arada pak olduğu günlərin sayı on gündən az 
olmasa, hər ikisini də heyz hesab etməlidir. 
Məsələ 494: Əgər heyzi, qanın xüsusiyyətlərindəki fərqə görə ayırd edən qadın üç gün və 
daha artıq bir müddətdə, heyz xüsusiyyətlərini daşıyan qan görsə, bundan sonra on gün və 
ya daha çox istihazə xüsusiyyətlərini daşıyan qan görsə, ikinci dəfə üç gün heyz 
xüsusiyyətlərini daşıyan qan görsə, heyz xüsusiyyətlərini daşıyan əvvəlki və sonrakı qanı 
heyz saymalıdır. Əgər iki qandan biri adət günlərində olsa, aradakı on günün də hamısının 
istihazə olması, yaxud bir qisminin heyz olması mə`lum olmasa, bu halda adət günlərində 
gördüyü qan heyz, qalanları istihazədir. 
Məsələ 495: Əgər qadın on gündən qabaq paklanıb və batində qan qalmadığını bilərsə, on 
gün tamamlanmazdan qabaq yenidən qan görəcəyini zənn etsə belə, ibadətləri üçün qüsl 
etməlidir. Əgər on gün tamamlanmazdan qabaq təkrar qan görəcəyinə əmin olsa, əvvəldə 
deyildiyi kimi, ehtiyata əsasən qüsl edib, ibadətlərini yerinə yetirməli, heyzliyə haram olan 
şeyləri də tərk etməlidir. 
Məsələ 496: Əgər qadın on gün tamam olmamış paklanıb içəridə qan olduğuna ehtimal 
verərsə, ya ibadətlərin ehtiyatən əncam verməli, ya istibra etməlidir. İstibra etmədən 
ibadətləri tərk etməsi caiz deyil. İstibra bundan ibarətdir ki, fərcinə bir az pambıq daxil 
edib, bir müddət gözlədikdən sonra çıxarmalıdır (əlbəttə, qadınlar arasında adət sayılan 
heyz zamanı pak olduqları müxtəsər miqdardan çox gözləməlidir). Pambıq pakdırsa, qüsl 
etməli və ibadətlərini yerinə yetirməlidir. Əgər pak deyilsə, pambığa sarı rəngli su belə 
bulaşmış olsa, əgər heyz də adəti yoxdursa və ya adəti on gündürsə, ya da adət günləri hələ 
tamam olmamışdırsa, gözləməlidir. Əgər on gündən əvvəl paklanarsa qüsl etməlidir. 
Müddət on günə çatmış və ya qanı on gün həddini keçmişsə, onuncu günün tamamında 
qüsl etməlidir. Amma əgər adəti on gündən azdırsa, on gün tamamlanandan və ya onuncu 
günün başında paklanacağını bilirsə, qüsl etməməlidir. 
Məsələ 497: Əgər qadın bir neçə günü heyz sayıb, ibadət etməzsə və sonradan o zaman 
heyz olmadığını başa düşərsə, o günlərdə yerinə yetirmədiyi namaz və orucları qəza 
etməlidir. Əgər bir neçə günü də «heyz deyil» – zənniylə ibadət edib sonradan o zaman 
heyz olduğunu başa düşərsə, o günlərdə vacib oruc da tutmuşdursa, onları qəza etməlidir. 
NİFAS 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 498: Uşağın ilk cüz`ü (hissəsi) anasının qarnından çıxmağa başladığı andan 
e`tibarən qadının gördüyü qan on gündən qabaq və ya onuncu günün əvvəlində kəsilirsə, 
nifas qanıdır bu şərtlə ki, ona «doğuş» deyilə bilsin. Nifas halında olan qadınlara nüfəsa 
deyilir. 
Məsələ 499: Uşağın birinci cüz`ü bayıra çıxmamışdan qabaq qadının gördüyü qan nifas 
deyil. 
Məsələ 500: Uşağın xilqətinin tamamlanmış olması lazım deyildir. Natamam doğulan uşaq 
bağlı (laxta) qan surətində olan ələqə, ya ət parçası şəklində olan müzğə halətindən keçmiş 
olsa və düşsə, qadının on günə qədər gördüyü qan, nifas qanıdır. 
Məsələ 501: Nifas qanının bir andan çox gəlməməsi mümkündür, amma 10 gündən çox 
olsa nifas hesab olunmur. 
Məsələ 502: Əgər qadın özündən bir şey düşüb-düşmədiyində şəkk etsə, yaxud düşən şeyin 
uşaq olub-olmadığında şəkk etsə, araşdırmağı lazım deyil və ondan xaric olan qan şər`ən 
nifas qanı deyil. 
Məsələ 503: Haizə vacib olan işlər nüfəsaya da vacibdir. Vacib ehtiyata görə, məsciddə 
dayanmaq, digər qapıdan çıxmaq olmadan daxil olmaq iki məsciddən (Məscidül-həram və 
Peyğəmbər (s) məscidindən) keçmək, vacib səcdəsi olan ayələri oxumaq, Qur`anın yazısına 
və Allahın adına toxunmaq nüfəsaya haramdır. 
Məsələ 504: Nifas halında olan qadına təlaq vermək və onunla yaxınlıq etmək haramdır. 
Amma əgər əri onunla yaxınlıq etsə, kəffarəsi yoxdur. 
Məsələ 505: Ədədiyyə adəti olmayan qadının qanı on gündən keçməsə, onun hamısı 
nifasdır. Əgər on gündən əvvəl pak olsa, gərək qüsl etsin və öz ibadətlərini yerinə yetirsin. 
Əgər sonra bir dəfə, yaxud çox qan görsə, belə ki, qan gördüyü günlərlə arada pak olduğu 
günlər üst-üstə on gün və ya on gündən az olsa, gördüyü qanların hamısı nifasdır və pak 
olduğu günlərdə gərək ehtiyatən pak qadına vacib olan işləri yerinə yetirsin, nüfəsaya 
haram olan işləri tərk etsin. Buna görə oruc tutmuşdursa, qəza etməsi gərəkdir. Əgər 
sonda gördüyü qan on günü keçərsə, o qanın on gün ərzində gördüyü qismini nifas, on 
gündən sonrasını da istihazə qəbul etməlidir. 
Məsələ 506: Ədədiyyə adəti olan qadının (doğuşdan sonra) gördüyü qan, adət günlərindən 
artıq olsa, on gündən keçməsə də vacib ehtiyata görə, adət günlərindən sonrakı günlərdə 
nüfəsaya haram olan işləri, tərk edib müstəhazəyə vacib olanları əmələ gətirsin. Əgər bir 
dəfədən artıq qan görsə, və onların arasında pak olsa, adət günləri qədərini nifas qərar 
versin, ehtiyat olaraq aradakı pak olduğu günlərdə və adətindən artıq qan gördüyü 
günlərdə nüfəsaya haram olanları tərk edib vacib olanları əmələ gətirsin. 
Məsələ 507: Nifas qanından pak olan qadın, əgər içəridə qan olduğuna ehtimal verərsə, ya 
ehtiyat olaraq qüsl etməli, və ibadətləri yerinə yetirməli, ya da istibra etməlidir. 
İbadətlərini istibra olmadan tərk etməsi caiz deyil. İstibranın qaydası 496-cı məsələdə qeyd 
olunub. 
Məsələ 508: Əgər qadının nifas qanı on günü keçsə, heyzdə ədədiyyə adəti vardırsa, onun 
adət günləri qədəri nifas, qalanı istihazədir. Əgər adəti yoxdursa, on günə kimi nifas və 
qalanı istihazə olar. Əgər öz adətini unutmuş olsa, adətin ehtimal verdiyi ən yüksək ədədi 
fərz etməlidir. Müstəhəbb ehtiyat odur ki, adəti olan qadın adətindən sonrakı gündən və 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
adəti olmayan qadın 10-cu gündən e`tibarən doğumun on səkkizinci gününə kimi 
istihazənin işlərini yerinə yetirsin və nüfəsaya haram olan işləri tərk etsin. 
Məsələ 509: Heyzdə ədədiyyə adəti olan qadın, doğumdan sonra bir aya qədər və ya daha 
artıq dalbadal qan görərsə, onun adət günləri qədəri nifasdır. Nifasdan sonra gələn on gün 
boyunca gördüyü qan, adəti vəqtiyyə sahibi olsa belə və aylıq adət günlərində olsa belə, 
istihazədir. Məsələn; heyz adəti hər ayın iyirmisindən iyirmi yeddisinə qədər olan qadın, 
əgər ayın onunda doğarsa və bir ay və ya daha artıq dalbadal qan görərsə, ayın on 
yeddisinə qədər nifas və on yeddinci gündən e`tibarən on gün, hətta öz adət günləri olan 
ayın iyirmisindən iyirmi yeddisinə qədər gördüyü qan istihazədir. On gün keçdikdən sonra 
gördüyü qan isə, adəti vəqtiyyə sahibi olsa və gördüyü qan adət günlərində olmasa, 
gözləməsi bir ay ya daha çox belə çəksə və bu müdət ərzində qan heyz nişanələrini daşısa 
belə, adət günlərini gözləməlidir. Amma əgər qadın adəti-vəqtiyyə sahibi olmasa, mümkün 
olduğu təqdirdə, heyzini onun nişanələri ilə tə`yin etməlidir (bunun qaydası 479-cu 
məsələdə qeyd olundu). Əgər bu mümkün olmasa, məsələn; nifasdan on gün sonra gördüyü 
qanların hamısı eyni şəkildə olsa və bir ay və ya bir neçə ay eyni halda davam edərsə, hər 
ay öz qohumlarından bə`zisinin heyz adətini (479-cu məsələdə deyilən əsasda) özünə heyz 
qəbul etməlidir. Əgər bu mümkün deyilsə, özünə münasib bildiyi sayı heyz olaraq 
seçməlidir. Bu məsələlərin geniş açıqlanması 481-ci məsələdə izah olunmuşdur. 
Məsələ 510: Heyzdə adəti-ədədiyyəsi olmayan bir qadın, əgər doğumdan sonra bir ay və ya 
daha çox dalbadal qan görərsə, onun ilk on günü nifas, ikinci on günü isə istihazədir. 
Ondan sonra gördüyü qana gəlincə, heyz olması mümkün olduğu kimi, istihazə də ola 
bilər. Heyzi tə`yin etmək üçün əvvəlki məsələdə açıqlanan göstərişə əsasən əməl edilməlidir. 
Məssi meyyit qüslü 
Məsələ 511: Bir şəxs ölmüş bir insanın soyumuş və qüsl edilməmiş bədəninə məss edərsə, 
yə`ni bədəninin bir yerini ona toxundurarsa, istər yuxuda olsun, istərsə ayıqlıqda, istər 
ixtiyari olsun, istərsə qeyri-ixtiyari, hətta əgər onun dırnaq və ya sümüyünün bir yeri 
meyyitin dırnaq və ya sümüyünə toxunarsa, məssi-meyyit (meyyitə toxunmaq) qüslü 
etməlidir. Amma ölmüş bir heyvana toxunarsa, qüsl etməsi vacib deyildir. 
Məsələ 512: Bədəni tam soyumamış olan bir meyyitin soyumuş olan bir yerinə toxunularsa, 
qüsl vacib olmaz. 
Məsələ 513: Əgər öz tükünü meyyitin bədəninə toxundursa, yaxud öz bədənini meyyitin 
tükünə və ya tükünü meyyitin tükünə toxundursa, qüsl vacib deyildir. 
Məsələ 514: Uşaq ölü şəkildə dünyaya gəlsə vacib ehtiyata görə onun anası gərək məssi-
meyyit qüslü etsin. Anası öldükdən sonra dünyaya gələn uşaq, baliğ olduqdan sonra vacib 
ehtiyata görə məssi-meyyit qüslü etməlidir. 
Məsələ 515: Əgər bir adam, üç qüslü tamamilə verilmiş meyyitə məss etsə, ona qüsl vacib 
deyil, amma əgər üçüncü qüsl tamam olmamışdan qabaq bədəninin bir yerini məss etsə, o 
yerdə üçüncü qüsl tamam olmuş olsa da, gərək məss-meyyit qüslü etsin. 
Məsələ 516: Əgər dəli və ya yetkin (baliğ) olmayan uşaq meyyitə toxunsa, o dəli 
ağıllandıqdan sonra və uşaq yetkin olandan sonra, gərək məss-meyyit qüslü etsin. Əgər 
müməyyiz olsa, qüslü səhihdir. 
Məsələ 517: Əgər diri bədəndən, yaxud qüslü verilməmiş ölü bədəndən bir hissə ayrılsa, 
ayrılmış hissəyə qüsl verilməmişdən qabaq, insan ona toxunsa, məss-meyyit qüslü lazım 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
deyil. Əgər o hissədə sümük olmuş olsa da hökm eynidir. Amma bir kəsin bədəni tikə-tikə 
olsa, bir adam onların hamısı-a, yaxud əksər hissəsini məss etsə, qüsl vacibdir. 
Məsələ 518: Qüslü verilməmiş bir sümüyə toxunmaq, üçün istər ölüdən ayrılmış olsun, 
istərsə də canlı insandan, qüsl vacib olmaz. Ölü və ya diri insandan ayrılan dişə toxunmaq 
da eyni hökmü daşıyır. 
Məsələ 519: Məss-meyyit qüslü eynilə cənabət qüslü kimi yerinə yetirilir və dəstəmaz 
əvəzindən kifayət edir. (Yə`ni bu qüslü etdikdən sonra namaz qılmaq istəyən şəxsin 
dəstəmaz almaya bilər). 
Məsələ 520: Əgər bir neçə meyyitə toxunsa, yaxud bir meyyitə neçə dəfə məss etsə, bir qüsl 
kifayətdir. 
Məsələ 521: Meyyitə toxunduqdan sonra qüsl etməyən şəxsin məsciddə dayanması, qadınla 
yaxınlıq etməsi və səcdəsi vacib olan ayələri oxumasının eybi yoxdur. Amma namaz və bu 
kimi əməllər üçün qüsl etməlidir. 
CAN VERƏNİN HÖKMLƏRİ 
Məsələ 522: Mühtəziri, yə`ni can verməkdə olan bir mö`mini, istər kişi olsun, istərsə qadın 
olsun, istər böyük olsun, istərsə kiçik, ehtiyata əsasən mümkün olduğu təqdirdə, 
ayaqlarının altı qibləyə tuşlanacaq şəkildə arxası üstə uzatmalıdırlar. 
Məsələ 523: Meyyitin qüslü tamam olmayanadək onu əvvəlki məsələdə deyildiyi kimi, üzü 
qibləyə uzandırmaq daha yaxşıdır. Amma qüslü tamam olduqdan sonra, ona namaz 
qılınan zaman uzandırıldığı şəkildə uzandırmaq daha yaxşıdır. 
Məsələ 524: Ehtiyata əsasən mühtəziri üzü qibləyə çevirmək hər bir müsəlmana vacibdir. 
Belə ki, mühtəzirin özü razı olsa və qasir də olmasa, bu iş üçün onun vəlisindən icazə almaq 
lazım deyildir. Bundan digər hallarda onun vəlisindən icazə almaq ehtiyata əsasən 
lazımdır. 
Məsələ 525: Can verən halda olan şəxsə, şəhadət kəlmələrini, on iki imam əleyhimus-
səlamın təsdiqi və sair haqq əqidələri başa düşəcək bir qayda ilə təlqin etmək 
müstəhəbbdir. Yuxarıda deyilənlərin ölən vaxtadək təkrar olunması müstəhəbbdir. 
Məsələ 526: Mühtəzirə bu duanı başa düşəcəyi qaydada təlqin etmək müstəhəbbdir: 
Əllahumməğfir liyəl-kəsirə min məasikə vəqbəl minnil-yəsirə min taətikə ya mən yəqbəlul-
yəsir, və yə`fu ənil-kəsir, iqbəl minnil-yəsir və`fu ənnil-kəsir, innəkə əntəl-əfuvvul-ğəfur. 
Əllahummərhəmni fəinnəkə rəhim. 
Məsələ 527: Müstəhəbbdir ki, çətin can verən şəxsi, əgər ona narahatçılıq olmasa, namaz 
qıldığı yerə aparsınlar. 
Məsələ 528: Müstəhəbbdir ki, can verən şəxsin rahat olması üçün başı üstündə mübarək 
«Yasin», «Saffat», «Əhzab», surələri, «Ayətəl-kürsi», «Ə`raf» surəsinin 54-cü ayəsi və 
«Bəqərə» surəsinin son üç ayəsini, eləcə də Qur`andan mümkün olan digər ayələri 
oxusunlar. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 529: Can verəni tək qoymaq, qarnının üstünə ağır şey qoymaq, yanında cünub və 
haizin olması, həmçinin çox danışmaq, ağlamaq və qadınları onun yanında tək qoymaq 
məkruhdur. 
ÖLÜMDƏN SONRAKI HÖKMLƏR 
Məsələ 530: Ölümdən sonra meyyitin gözlərini, dodaqlarını və çənəsini bağlamaq, əllərini 
və ayaqların uzatmaq, üzərinə bir parça örtmək, əgər gecə ölmüşdürsə, öldüyü yerdə çıraq 
yandırmaq, onun dəfn edilməsi üçün mö`minlərə xəbər vermək və onun dəfninə tələsmək 
müstəhəbbdir. Amma əgər öldüyünə əmin deyillərsə, ölməsi mə`lum olana qədər 
gözləməlidirlər. Həmçinin əgər meyyit hamilədirsə və bətnindəki uşaq diridirsə, onun bir 
yanını yarıb, uşağı çıxararaq yenidən onu tikincəyə qədər dəfn işini tə`xirə salmalıdırlar. 
MEYYİTİN QÜSL, KƏFƏN, NAMAZ VƏ DƏFNİNİN VACİBATI 
Məsələ 531: Müsəlmanın qüslü, hənutu, kəfəni, namaz və dəfni on iki imama e`tiqdı olmasa 
da, onun vəlisinə vacibdir. Vəli ya bu işləri özü görməli, ya da bir başqasını ona mə`mur 
etməlidir. Bu işi bir şəxs vəlinin icazəsi ilə yerinə yetirsə, vəzifə vəlinin üstündən götürülər. 
Əgər dəfn və bu kimi işləri vəlinin icazəsi olmadan yerinə yetirsələr, yenə də vəzifə vəlinin 
üzərindən götürülər, onları təkrar etmək lazım deyildir. Əgər meyyitin vəlisi olmasa, 
yaxud da vəli onun işlərini yerinə yetirməkdən imtina etsə, yerdə qalan mükəlləflərə kifai 
vacibdir ki, onun işlərini yerinə yetirsinlər. Əgər bə`ziləri yerinə yetirsələr, başqalarının 
boynundan götürülür. Əgər heç kəs yerinə yetirməsə, hamısı günah ediblər. Meyyitin vəlisi 
imtina edən surətdə onun icazəsi şərt deyil. 
Məsələ 532: Əgər bir şəxs meyyitin işləri ilə məşğul olsa, başqasına bu işlə məşğul olmaq 
vacib deyildir. Amma əgər o əməli yarımçıq qoysa, gərək başqaları tamam etsinlər. 
Məsələ 533: Əgər insan, başqa birisinin meyyitin işləri ilə məşğul olduğuna əmindirsə, 
meyyitin işləri ilə məşğul olması ona vacib deyildir. Amma əgər şəkk və ya zənn edərsə, 
məşğul olmalıdır. 
Məsələ 534: Bir şəxs meyyitin qüsl, kəfən, namaz və ya dəfninin batil şəkildə yerinə 
yetirildiyini bilərsə, yenidən yerinə yetirməlidir. Amma əgər batil olduğunu zənn edərsə və 
ya düzgün olub-olmadığında şəkk edərsə, məşğul olması lazım deyildir. 
Məsələ 535: Qadının vəlisi onun əridir. Bundan başqa hallarda isə, irsin təbəqələrində 
deyildiyi kimi, varis meyyitin vəlisidir, irs aparan kişilər, aralarındakı tərtibə əsasən, 
qadınlardan qabaqdırlar. Meyyitin atasının meyyitin oğlundan, meyyitin babasının onun 
qardaşından, meyyitlə atabir-anabir qardaş olanın yalnız ata və ana tərəfdən olan 
qardaşından, yalnız ata tərəfdən olan qardaşının ana tərəfdən olan qardaşından və 
əmisinin meyyitin dayısından irəli olması işkallıdır. Başqa sözlə, belə hallarda ehtiyata 
əməl olunmalıdır. Əgər vəli bir neçə olsa, birinin icazəsi kifayətdir. 
Məsələ 536: Həddi-büluğa çatmamış uşaq və dəli, meyyitin işlərini görmək xüsusunda vəli 
deyildir. Həmçinin şəxsən özü və ya bir nəfəri meyyitin işlərini görməyə tə`yin edə 
bilməyən qaib bir şəxsin vilayət haqqı yoxdur. 
Məsələ 537: Əgər bir şəxs «mən meyyitin vəlisiyəm» və ya «meyyitin vəlisi mənə, meyyitin 
qüsl, kəfən və dəfn işlərini yerinə yetirmək üçün izn vermişdir» və yaxud «meyyitin təchizi 
xüsusunda mən onun vəlisiyəm» deyərsə, bu halda əgər ona xatircəmlik hasil olarsa, yaxud 
meyyit onun ixtiyarında olsa və yaxud da iki adil şəxs onun dediyi sözün doğruluğuna 
şəhadət verərlərsə, onun sözü qəbul edilməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 538: Əgər meyyit özünün qüsl, kəfən, dəfn və namazı üçün vəlisindən qeyrisini 
tə`yin edərsə, bu işləri yerinə yetirmənin vilayəti ona aiddir. Meyyitin bu işləri yerinə 
yetirməsinə vəsiyyət etdiyi şəxsin bu vəsiyyəti qəbul etməsi lazım (vacib) deyildir. Amma 
əgər qəbul edərsə, gərək ona əməl etsin. 
MEYYİT QÜSLÜNÜN QAYDASI 
Məsələ 539: Meyyitə üç qüsl vermək vacibdir: 
1. Sidr ilə qarışmış su ilə; 
2. Kafur ilə qarışmış su ilə; 
3. Xalis su ilə. 
Məsələ 540: Sidr və kafur, suyu muzaf hala yetirəcək qədər çox, «sidr və kafur su ilə 
qarışdırılmamışdır» – deyiləcək qədər də az olmamalıdır. 
Məsələ 541: Əgər lazımi miqdarda sidr və kafur tapılmasa, əldə olan miqdarın suya 
qarışdırılması müstəhəbb ehtiyatdır. 
Məsələ 542: Ehram halında ölən bir şəxsə, kafurlu su ilə qüsl verilməz, onun əvəzində xalis 
su ilə qüsl verilməlidir. Amma onun ehramı həcci-təməttö ehramıdırsa, təvaf, namaz və 
sə`yi tamamlanmışsa, yaxud da qiran və ya ifrad həcci ehramında olub həlq (başın tükünü 
qırxmaq) etmiş olursa, bu iki halda ona kafurlu su ilə qüsl verilməsi lazımdır. 
Məsələ 543: Əgər sidr və kafur, yaxud bunlardan biri tapılmasa və ya onun istifadəsi caiz 
olmasa, məsələn, qəsbi olarsa, gərək ehtiyata əsasən ona bir təyəmmüm verilsin, mümkün 
olmayanın yerinə isə xalis su ilə qüsl verilsin. 
Məsələ 544: Meyyitə qüsl verən aqil, müsəlman və ehtiyata əsasən on iki imam şiəsi olmalı, 
həmçinin qüsl hökmlərini də bilməlidir. Əgər müməyyiz uşaq qüslü səhih şəkildə yerinə 
yetirsə, kifayət edər. Belə ki, isna-əşəridən (isna-əşəri – yə`ni 12 imamçı olan şiə məzhəbi) 
başqa məzhəbdə olan müsəlman meyyitə öz həmməzhəbi, məzhəbinin qaydası üzrə qüsl 
versə, isna-əşəri mö`mindən təklif saqitdir. Amma əgər o, meyyitin vəlisi olsa, təklif ondan 
saqit olmur. 
Məsələ 545: Meyyitə qüsl verən şəxsin qürbət qəsdi olmalıdır, qüslü Allah-təalanın əmrini 
yerinə yetirmək məqsədilə verməsi kifayətdir. 
Məsələ 546: Müsəlman uşağına qüsl vermək, hətta zinadan doğulmuş olsa belə, vacibdir. 
Kafirin və onun övladının qüsl, kəfən və dəfni vacib deyildir. Kafirin övladı müməyyiz olub 
İslamı izhar etsə, müsəlmandır. Uşaqlıqdan dəli olub, bu halda baliğ olan şəxsin, ata-anası 
müsəlmandırsa qüsl edilməsi lazımdır. 
Məsələ 547: Siqt olan (düşən, salınan) uşaq, əgər dörd aylıq və ya daha çox olarsa, ona qüsl 
verilməlidir. Hətta əgər dörd aylıq olmasa belə, bədən quruluşu tamamlanmış olarsa, 
ehtiyata əsasən ona qüsl verilməlidir. Bu iki haldan başqa, sair hallarda ehtiyata əsasən, 
bir parçaya bükülərək, qüsl verilmədən dəfn edilməlidir. 
Məsələ 548: Kişi naməhrəm qadına qüsl verə bilməz və həmçinin qadın da naməhrəm 
kişiyə qüsl verə bilməz. Amma qadın öz ərinə, ər də öz arvadına qüsl verə bilər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 549: Kişi müməyyiz olmayan qız uşağına və qadın da müməyyiz olmayan oğlan 
uşağına qüsl verə bilər. 
Məsələ 550: Bir-birinə məhrəm olanlar bir-birinə qüsl verə bilər. İstər ana, bacı kimi 
nəsəbi olsun, istərsə süd əmmək vasitəsilə və ya evlənmək yolu ilə ona məhrəm olsunlar. 
Bundan başqa hallarda qüslün libas altından verilməsi, yaxşı olmasına baxmayaraq, lazım 
deyil, amma vacib ehtiyata əsasən, kişi ona məhrəm olan qadına o halda qüsl verə bilər ki, 
ona qüsl verəcək bir qadın tapılmasın və əksinə (kişiyə qüsl verə biləcək kişi tapılmasa, 
məhrəm qadın qüsl verə bilər.) 
Məsələ 551: Əgər meyyitlə ona qüsl verənin hər ikisi kişi və ya hər ikisi qadın olsa meyyitin 
övrətindən başqa digər yerlərinin çılpaq olması caizdir. Amma daha yaxşısı odur ki, libasın 
altından qüsl verilmiş olsun. 
Məsələ 552: Meyyitin övrətinə baxmaq ər arvaddan başqasına haramdır, əgər ona qüsl 
verən adam baxsa, günah edib, lakin (bu işlə) qüsl batil olmaz. 
Məsələ 553: Əgər meyyitin bədəninin bir yerində eyni-nəcis olsa, qüsl verməzdən əvvəl 
oranı paklamaq lazımdır. Meyyitin bütün bədəninin, qüsl verilməzdən əvvəl nəcasatdan 
pak olması daha yaxşıdır. 
Məsələ 554: Meyyit qüslü, cənabət qüslü kimidir. Vacib ehtiyata görə tərtibi qüsl vermək 
mümkün olduğu vaxta qədər, meyyitə irtimasi qüsl verilməməlidir. Tərtibi qüsldə də sağ 
tərəfi sol tərəfdən əvvəl yumalıdırlar. 
Məsələ 555: Heyz, yaxud cənabət halında ölən adama, heyz, yaxud cənabət qüslünü vermək 
lazım deyil, elə həmin meyyit qüslü onun üçün kifayətdir. 
Məsələ 556: Meyyitə qüsl vermək üçün muzd (əmək haqqı) almaq, ehtiyata əsasən, 
haramdır. Əgər bir kəs muzd almaq üçün meyyitə qüsl versə, belə ki, bu iş qəsdi-qürbətə 
zidd olmuş olsa, o qüsl batildir. Amma qüsldən qabaq bə`zi hazırlıq işləri üçün muzd 
almaq haram deyildir. 
Məsələ 557: Meyyit qüslündə cəbirə qüslü məşru (şəriət qanunu) deyildir. Əgər su 
tapılmasa və ya sudan istifadə etməyin maneəsi vardırsa, qüsl əvəzinə meyyitə bir 
təyəmmüm verməlidirlər. Amma üç təyəmmüm vermələri müstəhəbb-ehtiyatdır. 
Məsələ 558: Meyyitə təyəmmüm verən şəxs, öz əlini torpağa vurub, meyyitin üzünə və 
əllərinin arxasına çəkməlidir. Mümkün olduğu təqdirdə, müstəhəb-ehtiyata əsasən, 
meyyitin öz əli ilə ona təyəmmüm verilməlidir. 
MEYYİTİ KƏFƏNƏ BÜKMƏYİN HÖKMLƏRİ 
Məsələ 559: Müsəlman meyyiti fitə, köynək və sərtasər (başdanayağa) deyilən üç parçaya 
bükülməlidir. 
Məsələ 560: Fitə vacib ehtiyata əsasən göbəkdən dizə qədər bədəni örtməlidir. Daha yaxşı 
olar ki, sinədən ayağın üzünə (topuğa) qədər yetişsin. Köynək gərək vacib ehtiyata əsasən 
çiyinin başından baldırın yarısına qədər bütün bədəni örtsün və daha yaxşısı odur ki, 
ayağın üzünə yetişsin. Sərtasərin isə, bütün bədəni örtəcək qədər olması lazımdır. 
Uzunluğunun, bədənin baş və ayaq tərəfindən bağlanacaq qədər, eninin isə, bir tərəfi o biri 
tərəfinin üstünə gələcək qədər olması vacib ehtiyata əsasəndir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 561: Əvvəlki məsələdə deyilən kəfənin vacib miqdarı meyyitin malının əslindən 
götürülür. Mə`lum və adi qaydada, eləcə də meyyitin şə`ninə uyğun kəfənin normal olan 
müstəhəbb miqdarı da meyyitin malının əslindən götürülə bilər. Amma kəfənin vacib 
miqdarından artığını, baliğ olmayan varislərin payından götürməmək ehtiyat 
müstəhəbbdir. 
Məsələ 562: Bir şəxs kəfənin müstəhəbb olan miqdarını, onun malının üçdə birindən 
götürmələrini vəsiyyət edərsə və ya malının üçdə birini onun özünə xərcləməyi vəsiyyət 
etmiş olsa, lakin onun haraya sərf ediləcəyini tə`yin etməmiş olsa, yaxud onun sərf ediləcəyi 
yerin yalnız bir miqdarını tə`yin etmiş olsa, kəfənin müstəhəbb olan miqdarını normadan 
artıq olsa belə, onun malının üçdə birindən çıxa bilərlər. 
Məsələ 563: Əgər meyyit, kəfəni malının üçdə birindən çıxılmasını vəsiyyət etməmişdirsə, 
bu halda kəfəni onun malının əslindən almaq istəsələr, gərək 561-ci məsələdə söyləniləndən 
artığını, meyyitin şə`ninə layiq olmadığı, xalq arasında adət olmayan müstəhəbb şeyləri 
onun malının əslindən almasınlar. Əgər normadan daha bahalı bir şeyi kəfən üçün 
götürsələr, onun artıq qiymətini malın əslindən verə bilməzlər, amma vərəsələrdən baliğ 
olanlar öz hissələrindən alınmasına izn versələr, onların izn verdikləri miqdarda onların 
hissəsindən ala bilər. 
Məsələ 564: Qadının özünün malı olsa da, kəfəni ərin boynundadır. Əgər qadına (təlaq 
əhkamında izah olunacağı kimi) ric`i təlaq versələr və iddəsi tamam olmazdan əvvəl ölərsə, 
əri onun kəfənini verməlidir. Əgər əri baliğ olmasa və ya dəli olarsa, ərinin vəlisi qadının 
kəfənini onun malından verməlidir. 
Məsələ 565: Meyyit sağ ikən nəfəqəsini tə`min etmək qohumlarının üzərinə vacib olan 
şəxslərdən olsa belə, öldükdən sonra kəfənini tə`min etmək onlara vacib deyildir. 
Məsələ 566: Əgər meyyitin, kəfən hazırlamaq üçün malı olmasa, çılpaq dəfn edilməsi caiz 
deyil; ehtiyata əsasən müsəlmanlara vacibdir ki, onu kəfənə büksünlər, onun xərcini də 
zəkatdan hesablamaları caizdir. 
Məsələ 567: Vacib ehtiyata əsasən, kəfən üçün istifadə olunan hər üç parça, meyyitin 
bədəni onun altından görünəcək qədər nazik olmamalıdır. Amma hər üçünü 
birləşdirdikdə, meyyitin bədəni onların altından görünməyəcək şəkildə olarsa, kifayətdir. 
Məsələ 568: Qəsbi şeylə kəfən etmək, başqa şey tapılmasa da caiz deyil. Əgər meyyitin 
kəfəni qəsbi olsa və onun sahibi razı olmasa, dəfn etmiş olsalar da, gərək onu bədənindən 
çıxartsınlar. Bə`zi geniş kitablarda izah olunan hallar istisnadır. 
Məsələ 569: Nəcis şeylə, xalis ipək parça ilə və vacib ehtiyata əsasən qızıl ilə toxunmuş 
parça ilə meyyiti kəfən etmək caiz deyil, amma çarəsiz halda eybi yoxdur. 
Məsələ 570: İxtiyar halında murdar olmuş heyvanın nəcis dərisi ilə kəfən etmək caiz deyil. 
Hətta murdar olmuş heyvanın pak dərisi ilə və həmçinin əti haram olan heyvanın tük, 
yaxud yunundan hazırlanmış parça ilə vacib ehtiyata əsasən ixtiyar halında caiz deyil. 
Amma əgər kəfən, əti halal olan heyvanın dəri, yun ya tükündən olsa, eybi yoxdur. 
Müstəhəbb ehtiyat odur ki, bu ikisi ilə də kəfən etməsin. 
Məsələ 571: Əgər meyyitin kəfəni öz nəcasəti və ya başqa bir nəcasətlə nəcis olarsa, belə ki, 
kəfən xarab olmasa, qəbrə qoyulduqdan sonra olsa belə, nəcis olan miqdarı yuyulmalı və 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
ya kəsilməlidir. Əgər onu yumaq və ya kəsmək mümkün deyilsə, dəyişdirilməsi mümkün 
olduğu təqdirdə dəyişdirilməlidir. 
Məsələ 572: Həcc, yaxud ümrə üçün ehram bağlayan şəxs ölsə, gərək başqaları kimi kəfən 
olunsun, başını və üzünü örtməyin eybi yoxdur. 
Məsələ 573: İnsanın sağ ikən, özünün kəfən, sidr və kafurunu hazırlaması müstəhəbbdir. 
HƏNUTUN HÖKMLƏRİ 
Məsələ 574: Qüsldən sonra meyyitin hənut olunması vacibdir; yə`ni alnına, əllərinin içinə, 
dizlərinə və ayaq baş barmaqlarının ucuna, bir qədər onların üzərində qalacaq şəkildə, 
sürtməklə olmasa belə, kafur vurulmalıdır. Meyyitin burnunun ucuna da kafur sürtmək 
müstəhəbbdir. Kafurun təzə, mubah (qəsbi olmayan) və əzilmiş olması gərəkdir. Əgər 
köhnə olduğuna görə qoxusu aradan getmiş olsa, kifayət deyildir. 
Məsələ 575: Ehtiyat müstəhəbb odur ki, kafuru əvvəlcə meyyitin alnına sürtsünlər, amma 
başqa yerlərdə tərtib şərt deyildir. 
Məsələ 576: Daha yaxşı odur ki, meyyiti kəfənə bükməzdən əvvəl hənut etsinlər. Əgər, 
kəfənə bükən vaxtda və ondan sonra da olsa, maneəsi yoxdur. 
Məsələ 577: Həcc və ya ümrə üçün ehram bağlayan şəxs ölərsə, onu hənut etmək caiz 
deyildir. 542-ci məsələdə izah olunan hallar istisnadır. 
Məsələ 578: Əri ölən və iddəsi (vəfat iddəsi) tamam olmayan qadının özünü ətirləməsi 
haram olsa da, öldüyü zaman onun hənutu vacibdir. 
Məsələ 579: Ehtiyat müstəhəbb odur ki, meyyitə müşk, ənbər, ud və sair xoş ətirlər 
vurmasınlar. Bunları kafurla da qarışdırmasınlar. 
Məsələ 580: Kafura bir miqdar Həzrəti Seyyidüş-şühəda (ə)-ın türbətindən qarışdırmaq 
müstəhəbbdir. Amma türbətlə qarışdırılmış bu kafur ehtiramsızlıq olan yerlərə 
sürtülməməlidir. Türbət kafurla qarışdırıldıqda «artıq bu kafur deyildir» deyiləcək qədər 
çox olmamalıdır. 
Məsələ 581: Əgər kafur tapılmasa və ya ancaq qüsl ölçüsündə olsa, hənut lazım (vacib) 
deyildir. Belə ki, qüsldən artıq qalsa, amma yeddi üzvün hamısına yetişməsə, ehtiyat 
müstəhəbbə əsasən, gərək əvvəl alına və əgər artıq qalsa, başqa yerlərə sürtsünlər. 
Məsələ 582: İki ədəd yaş və təzə çubuğu meyyitlə birlikdə qəbrə qoymaq müstəhəbbdir. 
MEYYİT NAMAZININ HÖKMLƏRİ 
Məsələ 583: Müsəlman və ya İslam hökmünə tabe olan altı yaşlı uşağın meyyitinə, namaz 
qılmaq vacibdir. 
Məsələ 584: Altı yaşı tamam olmamış, namazın nə olduğunu bilən uşağa namaz qılmaq, 
vacib ehtiyata əsasən lazımdır. Əgər bunun nə olduğunu bilmirsə, rəcaən ona namaz 
qılmağın maneəsi yoxdur. Ancaq dünyaya ölü gəlmiş bir uşağa namaz qılmaq müstəhəbb 
deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 585: Meyyit namazı qüsl, kəfən və hənutdan sonra qılınmalıdır. Əgər bunlardan 
qabaq və ya sonra qılınarsa və bu, məsələni bilməmək və ya unutqanlıq üzündən olsa belə, 
kifayət deyildir. 
Məsələ 586: Meyyit namazı qılmaq istəyən şəxsin dəstəmazlı, qüsllü, yaxud təyəmmümlü 
olması və bədəninin və ya libasının pak olması vacib deyil. Əgər onun libası qəsbi olsa da, 
eybi yoxdur. Amma digər namazlarda lazım olan bütün əməllərə riayət etməsi daha 
yaxşıdır. 
Məsələ 587: Meyyitə namaz qılan şəxsin üzü qibləyə olması, meyyitin, onun qarşısında 
arxası üstə uzandırılması, belə ki, meyyitin başının namaz qılanın sağ tərəfində və 
ayaqlarının namaz qılanın sol tərəfində olması vacibdir. 
Məsələ 588: Namaz qılanın məkanı meyyitin yerindən alçaq və ya hündür olmamalıdır. 
Amma azacıq alçaq və yuxarı olmağının eybi yoxdur. Müstəhəb ehtiyat odur ki, namaz 
qılanın yeri qəsbi olmasın. 
Məsələ 589: Namaz qılan şəxs meyyitdən uzaq olmamalıdır. Amma meyyit namazını 
camaatla qılan şəxs, meyyitdən uzaq olsa belə, sıralar bir-birinə bitişikdirsə, eybi yoxdur. 
Məsələ 590: Namazı qılan meyyitin müqabilində dayanmalıdır. Amma əgər namaz 
camaatla qılınsa, meyyitin müqabilində olmayanların namazının eybi yoxdur. 
Məsələ 591: Namaz qılanla meyyit arasında, gərək pərdə, divar və ya bu kimi şeylər 
olmasın. Amma əgər meyyit tabutda ya bu kimi şeydə olsa, eybi yoxdur. 
Məsələ 592: Namaz qılan vaxtda gərək meyyitin övrəti örtülmüş olsun, əgər onu kəfənə 
bükmək mümkün deyilsə, gərək övrətini taxta, kərpic və bu kimi şeylə də olsa, örtsünlər. 
Məsələ 593: Meyyit namazı ayaq üstə və qürbət qəsdi ilə qılınmalı və niyyət zamanı meyyit 
müəyyən edilməlidir, məsələn, «bu meyyitin namazını qılıram qürbətən iləllah» – deyə 
niyyət edilməlidir. Vacib ehtiyat odur ki, gündəlik namazlarda şərt sayılan bədənin 
qərarlaşmasına riayət olunsun. 
Məsələ 594: Əgər ayaq üstə namaz qılmaq üçün bir nəfər tapılmasa, meyyitə oturduğu 
yerdə namaz qılmaq olar. 
Məsələ 595: Əgər meyyit, müəyyən bir şəxsin ona namaz qılmasını vəsiyyət etmişdirsə, o 
şəxsin meyyitin vəlisindən icazə almasının yaxşı olmasına baxmayaraq, lazım (vacib) deyil. 
Məsələ 596: Bə`zi fəqihlərin nəzərinə görə meyyitə bir neçə dəfə namaz qılmaq məkruhdur, 
amma bu mətləb sübut olmayıb. Amma əgər meyyit əhli-elm və təqvalı olsa, işkalsız olaraq 
məkruh deyil. 
Məsələ 597: Əgər meyyit, qəsdən və ya unudularaq, yaxud da başqa bir səbəbdən namaz 
qılınmadan dəfn edilərsə, yaxud dəfn edildikdən sonra onun üçün qılınan namazın batil 
olduğu mə`lum olarsa, ona namaz qılmaq üçün qəbrini açmaq caiz deyildir. Amma cəsədi 
çürüyüb dağılancaya qədər, meyyit namazı üçün söylənən şərtlərlə, rəca qəsdi ilə qəbrinə 
namaz qılmağın eybi yoxdur. 
MEYYIT NAMAZININ QILINMA QAYDASI 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 598: Meyyit namazının beş təkbiri var: Əgər namaz qılan şəxs beş təkbiri bu 
tərtiblə desə kifayətdir. Niyyətdən və birinci təkbirdən sonra desin: 
ِﷲ ُلوُس َر ًادﱠمَحُم ﱠنَا َو ﷲ ﱠﻻِا َهَلِا َﻻ نَا ُدَهشَا 
«Əşhədu ən la ilahə illəllah və ənnə Muhəmmədən rəsulullah.» 
İkinci təkbirdən sonra desin: 
ٍدﱠمَحُم ِلَا َو ٍدﱠمَحُم ىَلَع ِّلَص ﱠمُهللَأ 
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.» 
Üçüncü təkbirdən sonra desin: 
ِتاَنِمؤملا َو َنيِنِمؤمللرِفغا ﱠمُهلّلَأ 
«Əllahumməğfir lil-mu`mininə vəl-mu`minat.» 
Dördüncü təkbirdən sonra əgər meyyit kişidirsə, desin: 
ِتِّيَملا اَذَهِل رِفغا ﱠمُهللَأ 
«Əllahumməğfir lihazəl-məyyit.» 
Əgər qadındırsa, dördüncü təkbirdən sonra desin: 
ِتِّيَملا ِهذَهِل رِفغا ﱠمُهللَأ 
«Əllahumməğfir lihazihil-məyyit.» 
Və sonra beşinci təkbiri desin, bununla da namaz bitir. Daha yaxşısı odur ki, birinci 
təkbirdən sonra: 
ُﷲ َﻻِإ َهلِاَﻻ نَا ُدَهشَأ َدَي َنيَب ا ًريِذَن َو ا ًريِشَب ِقَحلاب ُهَلَسرَا ُهُلوُسَر َو ُهُدبَع اًدﱠمَحُم ًنَا ُدَهشَا َو ُهَل َكي ِرَش َﻻ ُهَدح َو ِةِعاَسلا ِى 
«Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və 
rəsuluh, ərsələhu bil-həqqi bəşirən və nəzirən bəynə yədəyis-sa`ə», deməsi, 
İkinci təkbirdən sonra da: 
ًادﱠمَحُم َلآ َو اًدﱠمَحُم مَحرا َو ٍدﱠمَحُم ِلآ َو ٍدﱠمَحُم ىَلَع ك ِراَب َو ٍدﱠمَحُم ِلآ َو ٍدﱠمَحُم ىَلَع ِّلَص ﱠمُهلّلَأ َتمﱠحَرَت َو َتكَراَب َو َتيﱠلَصاَم ِلَضفَا َ◌َك 
ىَلَع عيمج و نيقيدصلا و ءادهشلا و َنيِلَسرُملا َو ِءاَيِبنَﻻا ِعيمَج ىَلَع ّلَص َو دي ِجَم ديِمَح َكﱠنِا َميِهاربِا ِلآ َو َميِهاربِا ﷲ دا بع 
نيحلا
صلا 
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və barik əla Muhəmmədin və ali 
Muhəmməd, vərhəm Muhəm-mədən və alə Muhəmməd kəəfzəli ma səlləytə və barəktə və 
tərəhhəmtə əla İbrahimə və ali İbrahim, innəkə həmidun məcid, və səlli əla cəmi`il-ənbiya`i 
vəl-mursəlin vəşşu-hədai vəssiddiqin və cəmii ibadillahissalihin», deməsi, 
Üçüncü təkbirdən sonra isə: 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
ﱠمُهلّلَأ ِب مُهَنيَب َو اَنَنيَب عِباَت ِتَاومَﻻا َو مُهْنِم ِءاَيحَﻻَا ِتاَمِلسُملا َو َنيِمِلسُملا َو ِتاَنِمؤُملا َو َنيِنِمؤملِل رِفغا ٍءىَش ﱠلُك ىَلَع َكﱠنِا ِتاَريَخلا
ريِدَق 
«Əllahumməğfir lil-mu`mininə vəl-mu`minat vəl-musliminə vəl-muslimat əl-əhyai minhum 
vəl-əmvat tabi` bəynəna və bəynəhum bil-xəyrat innəkə mucibuddə`əvat, innəkə əla kulli 
şəy`in qədir», deməsi 
Və meyyit kişidirsə, dördüncü təkbirdən sonra: 
ِل ُوُزنَم ُريَخ َتنَا َو َكِب َلَزَن َكِتَمَا ُنبا َو َكِدبَع ُنبا َو َكُدبَع اذَه ﱠنِا ﱠمُهللَأ نِا ﱠمُهلّلَأ انم ِهِب ُمَلعَا َتنَا َو اريَخ َﻻِا ُهنِم ُمَلعَنَﻻ انا ﱠمُهلّلَأ ِهِب
ِف َكَدنِع ُهلَعجا ﱠمُهلّلَأ ُهَل َو اَنَلرِفغَا َو ُهنَع ز َواَجَتَف اًئيِسُم َناَك نِا َو ِهِناَسحِا ىِف د ِزَف اًنِسحُم َناَك ِهِلهَا ىَلَع فُلُخا َو َنِيِيلِع ىَلعَا ى 
َنيم ِحا ﱠرلا َمَحرَااَي َكِتَمحَرِب ُهمَحرا َو َني ِرِباَغلا ىِف 
«Əllahummə innə haza əbdukə vəbnu əbdikə vəbnu əmətikə nəzələ bikə və əntə xəyru 
mənzulin bih, əllahummə inna la nə`ləmu minhu illa xəyrən və əntə ə`ləmu bihi minna, 
əllahummə in kanə muhsinən fəzid fi ihsanihi və in kanə musi`ən fətəcavəz ənhu vəğfir ləhu 
əllahumməc`əlhu indəkə fi ə`la illiyyin vəxluf əla əhlihi fil-ğabirin vərhəmhu bi rəhmətikə 
ya ərhəmər-rahimin», deməsi 
Və əgər qadındırsa, dördüncü təkbirdən sonra: 
ِهِذَه ﱠنِا ﱠمُهلّلَأ ﱠﻻا اَهنِم ُمَلعَن َﻻ اﱠنا ﱠمُهلّلَأ ِهِب ِلوُزنَم ُريَخ َتنَا َو َكِب تَلَزَن َكِتَمَا ُتَنبا َو َكِدبَع ُتَنبَا َو َكُتَمَا انِم اَهِب ُمَلعَا َتنا َو اريَخ 
اَهنَع ز َواَجَتَف ًةئيِسُم تَناَك نِا َو اَهِناَسحِا ىِف د ِزَف ًةَنِسحُم تَناَك نِا ﱠمُهلّلَأ فُلخا َو نِّييِّلَع َىلعا ىِف َكَدنع اَهلَعجا ﱠمُهلّلَأ اَهَلرِفغا َو
َنِم ِحا ﱠرلاَ مَحرَا اَي َكِتَمحَرَب اَهمَحرا َو َنِيرِباغلا ىِف اَهِلهَا ىَلَع 
«Əllahummə innə hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt bikə və əntə 
xəyru mənzulin bih, əllahummə inna la nə`ləmu minha illa xəyrən, və əntə ə`ləmu biha 
minna, əllahummə in kanət muhsinətən fəzid fi ihsaniha, və in kanət musiə`tən fətəcavəz 
ənha, vəğfir ləha, əllahumməc`əlha indəkə fi ə`la illiyyin vəxluf əla əhliha fil-ğabirin, 
vərhəmha birəhmətikə ya ərhə-mərrahimin» deməsi daha yaxşıdır. 
Bundan sonra beşinci təkbiri deyə bilər və bununla da meyyit namazı bitər. 
Məsələ 599: Təkbirlər və dualar namaz öz halından çıxmayacaq şəkildə ardıcıl 
oxunmalıdır. 
Məsələ 600: Meyyitin namazını camaat ilə qılan şəxs onu camaatla belə qılsa, təkbir və 
duaları özü oxumalıdır. 
MEYYİT NAMAZININ MÜSTƏHƏBBATI 
Məsələ 601: Bir neçə şey meyyit namazında müstəhəbbdir: 
1.
Meyyit namazı qılan şəxsin dəstəmazlı, qüsllü və ya təyəmmümlü olması; Amma 
ehtiyata əsasən, dəstəmaz və ya qüsl alması mümkün olmadığı təqdirdə yaxud 
dəstəmaz aldığı və ya qüsl etdiyi təqdirdə, meyyit namazına çatmamasından 
qorxarsa, təyəmmüm etməlidir. 
2. Əgər meyyit kişidirsə, imam-camaatın və ya münfərid olaraq, namazını qılan şəxsin 
meyyitin qamətinin orta qismində, əgər meyyit qadındırsa, sinəsinin müqabilində 
dayanması; 
3. Ayaqyalın namaz qılması. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
4. Hər təkbirdə əllərini yuxarı qaldırması. 
5. Meyyitlə onun arasındakı məsafənin, külək libasını hərəkət etdirirsə, cənazəyə dəyəcək 
miqdarda az olması; 
6. Meyyit namazının camaatla qılınması; 
7. İmam-camaat duaları və təkbirləri ucadan oxusun, onunla namaz qılanlar isə alçaqdan 
oxusunlar. 
8. Camaatla qılınan meyyit namazında mə`mumun, bir nəfər olsa belə, imamın arxasında 
durması; 
9. Namaz qılanın meyyiti və mö`minləri çox dua etməsi; 
10. Camaat namazında, namazdan qabaq üç dəfə «Əssalat» deməsi. 
11. Meyyit namazını, xalqın meyyit namazı qılmaq üçün daha çox getdikləri yerdə 
qılmaları; 
12. Meyyit namazını camaatla qılmaq istəyən heyzli qadının, tək dayanması və namaz 
qılanların sıralarına qatılmaması; 
Məsələ 602: Məscidlərdə meyyit namazı qılmaq məkruhdur, amma Məscidül-həramda 
məkruh deyildir. 
DƏFNIN HÖKMLƏRI 
Məsələ 603: Meyyiti, qoxusu bayıra çıxmayacaq və yırtıcı heyvanların cəsədi bayıra çıxara 
bilməyəcəkləri şəkildə, torpağa dəfn etmək vacibdir. Əgər yırtıcı heyvanların bayıra 
çıxaracaqları qorxusu vardırsa, qəbirin kərpic və ona bənzər şeylərlə bərkidilməsi 
lazımdır. 
Məsələ 604: Əgər meyyitin dəfni yerdə mümkün olmasa, dəfnin yerinə onu binada və ya 
tabutda da qoya bilərlər. 
Məsələ 605: Meyyit, bədəninin ön tərəfi qibləyə doğru olacaq şəkildə, torpaqda sağ yanı 
üstə uzandırılmalıdır. 
Məsələ 606: Əgər bir şəxs gəmidə ölərsə, belə ki, cəsədi xarab olmayacaqsa və onun gəmidə 
olmasının bir maneəsi yoxdursa, quruya yetişincəyə qədər gözləyib, torpağa dəfn 
edilməlidir. Əks təqdirdə, ona gəmidə qüsl verib, hənut edib, kəfənləyib və namazını 
qıldıqdan sonra, bir nehrəyə qoyub, ağzını bağlayaraq dənizə atmaları və ya ayağına ağır 
bir şey bağlayaraq, dənizə atmaları gərəkdir. Mümkün olduğu təqdirdə, onu, heyvanlara 
dərhal yem olmayacağı bir yerdə, dənizə atmalıdırlar. 
Məsələ 607: Düşmənin, meyyitin qəbrini açaraq, onu çıxarıb qulağını, burnunu və ya başqa 
üzvlərini kəsməsindən qorxurlarsa, mümkün olduğu təqdirdə, əvvəlki məsələdə söylənildiyi 
tərzdə onu dənizə atmalıdırlar. 
Məsələ 608: Dəryaya atmağın xərci ya qəbri möhkəm etməyin xərci lazım olan surətdə, 
meyyitin malının əslindən götürə bilərlər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 609: Kafir bir qadın ölər və bətnindəki uşaq da ölmüş olarsa, əgər uşağın atası 
müsəlmandırsa, uşağın üzü qibləyə olması üçün, qadın qəbirdə sol tərəfi üstə, arxası 
qibləyə olacaq şəkildə, uzandırılmalıdır. Həmçinin, onun bətnindəki uşağın bədəninə ruh 
daxil olmadığı təqdirdə də, müstəhəbb ehtiyata əsasən, eyni hökmü daşıyır. 
Məsələ 610: Kafir qəbiristanlığında müsəlmanın, müsəlman qəbiristanlığında isə kafirin 
dəfni caiz deyildir. 
Məsələ 611: Müsəlmanın, ona hörmətsizlik sayılan yerlərdə (məsələn, zir-zibil tökülən 
yerlərdə) dəfn edilməsi caiz deyildir. 
Məsələ 612: Meyyiti qəsb olan yerdə və məscid kimi meyyitin dəfnindən başqa bir şey üçün 
vəqf olan yerdə vəqfə zərər yetirəcəyi, yaxud hansı məqsədlə vəqf olunubsa, həmin 
məqsədə maneçilik törətdiyi surətdə dəfn etmək caiz deyildir. Həmçinin vacib ehiyata görə, 
zərər və ya maneçilik törətməsə də, hökm eynidir. 
Məsələ 613: Başqa ölünün qəbrində meyyiti dəfn etmək üçün açmaq caiz deyil, amma 
qəbir köhnəlibsə və birinci meyyit tamamilə aradan getsə, bu caizdir. 
Məsələ 614: Tük, dırnaq və diş olsa belə, meyyitdən ayrılan şey onunla bərabər dəfn 
edilməlidir. Əgər meyyitdən ayrılan şey meyyitin dəfn edilməsindən sonra olarsa, o şey 
meyyitin dırnaq, tük və ya dişi olsa belə, lazım ehtiyat olaraq başqa bir yerdə dəfn 
edilməlidir. Amma insandan həyatda ikən, ayrılan dırnaq və dişin dəfn edilməsi 
müstəhəbbdir. 
Məsələ 615: Əgər bir şəxs quyuda ölsə və çıxarmaq mümkün olmasa, gərək quyunun ağzını 
bağlasınlar və o quyunu onun üçün qəbr qərar versinlər. 
Məsələ 616: Əgər uşaq ananın bətnində ölsə və onun ananın bətnində qalmağı ana üçün 
təhlükəli olsa, gərək ən asan yol ilə xaricə çıxarsınlar. Belə ki, onu tikə-tikə etməkdə çarəsiz 
qalsalar, eybi yoxdur. Amma əgər bacarırsa, gərək ərinin vasitəsilə onu çıxarsınlar. Əgər 
mümkün deyildirsə, bacaran bir qadın onu çıxarmalıdır. Qadın bu işi yaxşı bacran adama, 
naməhrəm olsa belə, özünə daha münasib olan adama müraciət edə bilər. 
Məsələ 617: Əgər qadın ölərsə və uşaq onun bətnində canlı qalarsa, uşağın az müddət diri 
qalacağına ümid olmasa da belə, bədənin, uşağın salamatçılığı üçün daha uyğun olan 
qismini yarıb, uşağı çıxarmalı və yenidən oranı tikməlidirlər. Amma bu işlə uşağın 
ölməsinə yəqin etsələr və ya xatircəm olsalar, caiz deyil. 
DƏFNIN MÜSTƏHƏBBATI 
Məsələ 618: Müstəhəbbdir ki, qəbri orta boylu insanın boyu ölçüsündə qazsınlar və meyyiti 
yaxın qəbiristanlıqda dəfn etsinlər. Əgər uzaq qəbiristanlıqda yaxşı adamlar dəfn olunmuş 
olsa ya camaat əhli-qübura fatihə verməkdən ötrü oraya çox getsələr, meyyiti uzaq 
qəbiristanda da dəfn etmək olar. Müstəhəbbdir ki, cənazəni qəbrə bir neçə zira (Zira – 
yə`ni, dirsəkdən barmaqların ucuna qədər olan məsafə) qalmış yerə qoyub üç dəfə az-az 
qəbrə yaxınlaşdırsınlar və hər dəfə də cənazəni yerə qoyub, dördüncü dəfədə qəbrə 
qoysunlar. Əgər meyyit kişidirsə, üçüncü dəfədə başı qəbrin aşağı tərəfində olacaq şəkildə 
yerə qoyub, dördüncü dəfədə onu baş tərəfindən qəbrə endirsinlər. Əgər qadındırsa, 
üçüncü dəfədə qəbrin qiblə tərəfində yerə qoyub yandan qəbrə daxil etsinlər və qəbrə 
qoyan vaxt qəbrin üzərinə bir parça tutsunlar. Həmçinin meyyiti tabutdan aramla 
götürüb, qəbirə qoymaları, göstəriş verilən duaları dəfndən qabaq və dəfn arasında 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
oxumaları, meyyiti qəbrə qoyduqdan sonra kəfənin bağlarını açmaları, meyyitin üzünü 
torpağın üzərinə qoymaları, başının altına torpaqdan bir yastıq düzəltmələri, arxası üstə 
aşmaması üçün, meyyitin arxasına kərpic və ya kəsək qoymaları, qəbri örtməzdən əvvəl 
sağ əlini sağ çiyninə vurub, sol əllə də meyyitin sol çiynindən sıxaraq, ağzını meyyitin 
qulağına yaxınlaşdırıb, onu şiddətlə hərəkət etdirərək belə demələri də müstəhəbbdir: 
«İsmə`, ifhəm ya fulan əbnə fulan». 
Və «Fulanəbnə-fulan»ın əvəzinə meyyitin adını və atasının adını desinlər. Məsələn, onun 
adı Muhəmməd və atasının adı Əlidirsə, üç dəfə desinlər: 
«İsmə`, ifhəm ya Muhəmmədəbnə Əliyyin». 
Ondan sonra desinlər: 
ﱠنَا َو ُهَل َكي ِرَش َﻻ ُهَدح َو ﱠ ﱠﻻِا َهلِا َﻻ نَا ِةداَهَش نِم ِهيلَع اَنَتق َراَف ِىذﱠلا ِدهَعلا َىلَع َتنَا لَه ُهُدبَع ِهِلآ َو ِهيَلَع ُ ﱠ ىّلَص اًدﱠمَحُم
ِلَسرُملا ُمَتاَخ َو َنيﱠيِبﱠنلا ُدّيَس َو ُهُلوُسَر َو َنيِمَلاَعلا ىَلَع َهَتَعَاط ُﷲ َضَرَتفِا ماَمِا َو َنيﱠيص َولا ُدِّيَس َو َنيِنِموُمؤلا ُريِمَا اﱠيِلَع ﱠنَا َو َني
َع َو ٍرَفعَج َنب َىسوُم َو ٍدﱠمَحُم َنب َرَفعَج َو ّىِلَع َنب َدﱠمَحُم َو نيَسُحلا َنب ﱠىلَع َو َنيَسُحلا َو َنَسَحلا ﱠنَا َو َنب ﱠىِل َنب َدﱠمَحُم َو َىسوُم
َنيِنِمؤملا ُةﱠمئا مِهيَلَع ِﷲ ُتَاوَلَص ّىِدهَملا َةّجُحلا َمئاَقلا َو ّىِلِع َنب َنَسَحلا َو ٍدﱠمَحُم َنب ّىِلَع َو ّىلَع َنيِعَمجا ِقلَخلا َىلَع ِﷲ ُجَجُح َو
نَﻼُف َنب َنﻼُف اَي رَاربَا َكِب و ىدُه ُةّمئا َكُتﱠمئَا َو 
«Həl əntə ələl-əhdilləzi, farəqtəna ələyhi min şəhadəti ən la ilahə illəllahu vəhdəhu la şərikə 
ləh, və ənnə Muhəmmədən səlləllahu ələyhi alihi əbduhu və rəsuluh və səyyidun-nəbiyyinə 
və xatəmul-mursəlinə, və ənnə Əliyyən əmirul-mu`mininə və səyyidul-vəsiyyinə və imamun 
iftərəzəllahu taətəhu ələl aləmin, və ənnəl Həsənə vəl-Husəynə və Əliyyəbnəl-Husəyni və 
Muhəmmədəbnə Əliyyin və Cə`fərəbnə Muhəmmədin və Musəbnə Cə`fərin və Əliyyəbnə 
Musa və Muhəmmədəbnə Əliyyin və Əliyyəbnə Muhəmmədin vəl Həsənəbnə Əliyyin vəl 
Qaiməl huccətəl Məhdi səlavatullahi ələyhim ə`immətul mu`mininə və hucəcullahi ələl-
xəlqi əcməin və ə`immətukə ə`immətu hudən bikə əbrar, ya fulanəbnə fulan». 
«Fulanəbnə-fulan»-ın yerinə meyyitin adını və atasının adını desin və sonra desin: 
َكاَتَا اذِا َكِنيِد نَع َو َكِّيِبَن نَع َو َكِّبَر نَع َكَﻻأَس َو َىلاَعَت َو َكَراَبَت ِﷲِدنِع نِم ِنيَلوُسَر ِناَبﱠرَقُملا ِناَكَلَملا َكتَلبِق نَع َو َكِباَتِك نَع َو 
ُﷲ ىﱠلَص دﱠمَحُم َو ﱠىبَر ُﷲ اَمِهِباوج ىِف لُق َو نَزحَت ﻻ َو فَخَت َﻼَف َكِتﱠمئَا نَع َو ىِباَتِك ُنارُقلا َو يِنيِد ُمَﻼسِﻻا َو ِىﱠيبَن ِهِلآ َو ِهيَلَع 
َو ىِماَمِا َىبَتجُملا ٍّىَلَع ُنب ُنَسَحلا َو ىِماَمِا ٍبِلاَط ىِبَا ُنب ﱡىِلَع َنيِنِمْؤُملا ُريِمَا َو ِىتَلبِق ُةَبعَكلا َو َﻼَبرَكِب ُديِهﱠشلا ٍّىِلَع ُنب ُنيَسُحلا
ّىِلَع َو ىِماَمِا ا ّىِلَع َو ىِماَما ُمِظَاكلا ىَسوُم َو ىِماَمِا ُقِداﱠصلا رَفعَجَ و ىِماَمِا ُرِقاَبلا دﱠمَحُم َو ىِماَمِا َنيِدِباَعلا ُنيَز ىِماَمِا اَض ِّرل
ِا ُرَظَتنُملا ُةﱠجُحلا َو ىِماَمِا ِىرَكسَعلا ُنَسَحلا َو ىِماَمِا ىِدَاهلا ّىِلَع َو ىِماَمِا ُدَاوَجلا دﱠمَحُم َو َنيِعَمجَا مِهيَلَع ِﷲ ُتا َوَلَص ِءَﻻُؤَه ىِماَم
َلعا ﱠمُث ِةَر ِخَﻻا َو اَيْنُدلا ىِف ُءﱠرَبَتَا مِهئادعَا نِم َو ىﱠل َوَتَا مِهِب يئاَعَفُش َو ىِتَداَق َو ِىتَدَاس َو ىِتﱠمِئانَﻼُف َنب َنَﻼُف اَي م 
«İza ətakəl mələkanil muqərrəbani rəsuləyni min indillahi təbarəkə və tə`ala və sə`əlakə ən 
rəbbikə və ən nəbiyyikə və ən dinikə və ən kitabikə və ən qiblətikə və ən ə`immətikə fəla 
təxəf və la təhzən və qul fi cəvabihima Əllahu rəbbi və Muhəmmədun səlləllahu ələyhi və 
alihi nəbiyyi. Vəl islamu dini vəl Qur`anu kitabi. Vəl kə`bətu qibləti və Əmirul-mu`mininə 
Əliyyubnu Əbi Talibin imami vəl Həsənubnu Əliyyin əl muctəba imami vəl-Husəynubnu 
Əliyyin əş-şəhidu bi Kərbəla imami və Əliyyun Zəynul-abidinə imami və Muhəmmədun 
Baqiru imami və Cə`fərunissadiqu imami və Musəl Kazimu imami və Əliyyur-riza imami 
və Muhəmmədul Cəvadu imami və Əliyyul Hadi imami vəl Həsənul Əskəri imami vəl 
Huccətul muntəzəru imami haulai sələvatullahi ələyhim ə`imməti və sadəti və qadəti və 
şufə`ai bihim ətəvəlla və min ə`daihim ə`təbərrə`u fiddunya vəl axirə, summə i`ləm ya 
fulanəbnə fulanin». 
«Fulanəbnə-fulan»ın yerinə meyyitin adını, atasının adını deyib, sonra desin: 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
ﱠنَا َو ُلوُس ﱠرلا َمعن ِهِلآ َو ِهيَلَع ُﷲ ىًلَص ًادﱠمَحُم ﱠنَا َو ﱡبﱠرلا َمعن ىَلاَعَت َو َكَراَبَت َﷲ ﱠنِا َةﱠمئَﻻا َنيِموُصعَملا ُهَدَﻻوَا َو ٍبِلَاط ىِبَا َنب ﱠىِلَع
َلاؤُس َو قَح َتوَملا ﱠنَا َو قَح ِهِلآ َو ِهيَلَع ُﷲ ىﱠلَص دﱠمَحُم ِهِب َءاَجاَم ﱠنَا َو ُةﱠمِئَﻻا َمعِن َرشَع َىنثِﻻا ّقَح ِربَقلا ىِف ٍريِكَن َو ٍرَكنُم 
ّقَح َروُشُنلا َو ّقَح َثعَبلا َو َﻻ ةَيِتَا َةَعاَسلا ﱠنَا َو ّقَح َرَانلا َو ّقَح َةﱠنَجلا ﱠنَا َو ّقَح ِبُتُكلا َرُيَاطَت َو ّقَح َنازيِملا َو ّقَح َطار ِصلا َو َبيَر
ِروُبُقلا ىِف نَم ُثَعبَي َﷲ ﱠنَا َو اَهيِف 
«İnnəllahə təbarəkə və tə`ala ni`mərrəb, və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi 
ni`mərrəsul, və ənnə Əliyyəbnə əbi Talibin və ovladəhul mə`suminəl-ə`immətəl isna əşərə 
ni`məl ə`immə və ənnə ma ca`ə bihi Muhəmmədun səlləllahu ələyhi və alihi həqqun və 
ənnəl movtə həqqun. Və sualə munkərin və nəkirin fil-qəbri həqqun Vəl bə`sə həqqun 
vənnuşurə həqqun vəssiratə həqqun, vəlmizanə həqqun. Və tətayurəl kutubi həqqun, və 
ənnəl cənnətə həqqun, vənnarə həqqun, və ənnassaətə atiyətun la rəybə fiha və ənnəllahə 
yəb`əsu mən fil qubur». 
Sonra desin: «Əfəhimtə ya fulan»; və «fulan»ın yerinə meyyitin adını desin və ondan sonra 
desin: 
َتسُم ىِف َكِءاَيِلوَا َنيَب َو َكَنيَب ُﷲ َف ﱠرَع ميِقَتسُم طَار ِص ىلِا ُﷲ َكَادَه َو ِتِباَثلا ِلوقلاِب ُﷲ َكَتﱠبَث ِهِتَمحَر نِم ٍّرَق 
«Səbbətəkəllahu bil-qovlissabiti və hədakəllahu ila siratin mustəqim, ərrəfəllahu bəynəkə 
və bəynə ovliyaikə fi mustəqərrin min rəhmətih» və sonra desin: 
َك َوفَع َك َوفَع ﱠمُهﱠللا اًناَهرُب َكنِم ُهنّقَل َو َكيَلِا ِه ِحوُرِب دَعصاو ِهيَبنَج نَع َضرَﻻا ِفاَج ﱠمُهﱠللَا 
«Əllahummə cafil-ərzə ən cənbəyhi və əs`id biruhihi iləykə vələqqihi minkə burhanən. 
Əllahummə əfvəkə əfvək». 
Məsələ 619: Müstəhəbbdir ki, meyyiti qəbrə qoyan şəxs, təharətli, başaçıq və ayaqaylın 
olsun, meyyitin ayaq tərəfindən qəbrdən çıxsın. Meyyitin qohumlarından başqa iştirak 
edən sair şəxslər əllərinin arxası ilə qəbrə torpaq töküb desinlər: 
«İnna lillahi və inna iləyhi raciun». 
Əgər meyyit qadındırsa, ona məhrəm olan şəxs qəbrə qoysun. Əgər məhrəm olmasa, digər 
qohumları onu qəbrə qoysunlar. 
Məsələ 620: Qəbiri dörd bucaq şəklində düzəltmək, yer səviyyəsindən dörd barmaq 
qədərincə yuksəltmək, səhv düşməməsinə görə üzərinə bir nişanə qoymaq, qəbrin üzərinə 
su səpmək, suyu səpdikdən sonra orada olanların əllərini qəbrin üzərinə qoyub, 
barmaqlarını açaraq qəbirə batırıb yeddi dəfə «Qədr» surəsini oxumaları, meyyitin 
bağışlanmasını Allahdan diləmələri və bu duaları oxumaları müstəhəbbdir: 
ُتاَم َكِتَمحَر نِم ُهَرَبَق نِكِسَا َو اًنَاوض ِر َكنِم ِهّقَل َو ُهَحوُر َكيَلِا دَعصاو ِهيَبنَج نَع َضرَﻻا ِفاَج ﱠمُهﱠللَاكَاوَس نَم ةَمحَر نَع ِهِب ِهيِنغ 
«Əllahummə cafil-ərzə ən cənbəyhi və əs`id iləykə ruhəhu və ləqqihi minkə rizvanən və 
əskin qəbrəhu min rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən sivakə.» 
Məsələ 621: Meyyiti dəfn edən şəxslər getdikdən sonra meyyitin vəlisi ya meyyitin 
vəlisindən icazəsi olan şəxsin, həmçinin şəxsin özünün, göstərilmiş duaları meyyitə təlqin 
etməsi müstəhəbbdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 622: Dəfndən sonra əza (matəm) sahiblərinə başsağlığı vermək müstəhəbbdir. 
Amma bir müddət keçər və başsağlığı verməklə yaslarını xatırlayacaqlarsa, onu etməmək 
daha yaxşıdır. Həmçinin üç günə qədər meyyit sahibinin evinə yemək göndərmək 
müstəhəbbdir. Onların yanında və mənzillərində yemək yemək məkruhdur. 
Məsələ 623: İnsanın öz qohumlarının ölümündə və xüsusən, övladının ölümündə səbr 
etməsi, meyyiti xatırladığı vaxt «İnna lillahi və inna iləyhi raci`un» deməsi, meyyit üçün 
Qur`an oxuması, ata-ananın qəbri üstündə Allah-təaladan hacətini diləməsi və tez xarab 
olmamasına görə, qəbri möhkəm düzəltməsi müstəhəbbdir. 
Məsələ 624: Ehtiyata əsasən caiz deyildir ki, insan bir kəsin ölümündə üzünü və bədənini 
cırsın və saçlarını yolsun, amma üzə və başa vurmaq, əqvaya əsasən caizdir. 
Məsələ 625: Ata və qardaşın ölümündən başqa, yaxa cırmaq, ehtiyata əsasən caiz deyil. 
Müstəhəbb ehtiyat odur ki, onların müsibətlərində də yaxa cırmasınlar. 
Məsələ 626: Əgər qadın meyyitin əzasında üzünü cırsa və qanatsa, ya saçlarını yolsa, 
müstəhəbb ehtiyat odur ki, bir qul azad etsin, ya on fəqirə təam versin və ya geyindirsin. 
Həmçinin kişi, arvad və övladının ölümündə, yaxa və ya libasını cırsa, eyni hökmü daşıyır. 
Məsələ 627: Meyyitə ağlarkən səsi çox ucaltmamaq ehtiyat-müstəhəbbdir. 
VƏHŞƏT NAMAZI 
Məsələ 628: Meyyitin qəbrə qoyulduğu ilk gecə, iki rük`ət vəhşət namazı qılmaq daha 
yaxşıdır. İki rük`ətdən ibarət olan bu namazın qılınma tərzi belədir: Birinci rük`ətdə 
Həmddən sonra bir dəfə «Ayətəl-kürsi», ikinci rük`ətdə də Həmddən sonra on dəfə «Qədr» 
surəsi oxunur. Namazın salamından sonra belə deyilir: 
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəb`əs səvabəha ilə qabri fulan.» 
«Fulan» kəlməsinin yerinə meyyitin adını deməlidirlər. 
Məsələ 629: Vəhşət namazı, meyyitin qəbirə qoyulduğu ilk gecənin hər zamanında qılına 
bilər. Amma gecənin əvvəlində və xiftən namazından sonra qılmaq daha yaxşıdır. 
Məsələ 630: Əgər meyyiti uzaq bir şəhərə aparmaq istərlərsə və ya başqa bir səbəbdən 
onun dəfni tə`xirə salınarsa, vəhşət namazını da söyləndiyi tərzdə meyyitin qəbrə 
qoyulduğu ilk gecəyə qədər tə`xirə salmaları gərəkdir. 
QƏBRİ AÇMAQ 
Məsələ 631: Müsəlmanın qəbrini açmaq, uşaq və ya dəli olsa belə, haramdır. Amma bədəni 
çürümüş və torpaq olmuşdursa, eybi yoxdur. 
Məsələ 632: İmamzadələrin, şəhidlərin, alimlərin qəbrini, habelə qəbrin açılması 
hörmətsizlik sayılan hər bir qəbri xarab etmək, illər keçmiş olsa və bədənləri aradan 
getmiş olsa da, bu iş haramdır. 
Məsələ 633: Bir neçə vəziyyətdə qəbri açmaq haram deyildir: 
1. Meyyit qəsb edilmiş bir yerdə dəfn olunmuşdursa və yer sahibi də onun qəbirdə 
qalmasına razı olmazsa; qəbrin açılması da həddindən artıq əziyyətə səbəb olmasa; əks 
halda qəsb edəndən başqasına lazım deyil. Əgər qəbrin açılması daha mühüm bir nəhyi 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
lazım tutsa lazım deyil, üstəlik caiz də deyil. Məsələn, əgər meyyitin bədəninin tikə-tikə 
olmasına, hətta əgər hörmətsizlik olmasına səbəb olarsa, vacib ehtiyata əsasən caiz deyil. 
Yalnız meyyitin özünün o yeri qəsb etmiş olduğu halda caizdir. 
2. Kəfən və ya meyyitlə dəfn edilən başqa bir şey qəsbi olarsa və onun qəbirdə qalmasına 
sahibi razı olmasa; Həmçinin meyyitin varislərə çatacaq malı onunla birgə dəfn edilsə və 
varisləri onun qəbirdə qalmasına razı olmasalar da, eyni hökmü daşıyır. Amma əgər 
meyyit bir dua (kitabı), Qur`an və ya üzüyün onunla dəfn edilməsini vəsiyyət etmişdirsə və 
onun vəsiyyəti də nüfuzlu olarsa, bunları çıxarmaq üçün qəbri aça bilməzlər. Əvvəlki 
bənddə qeyd olunan istisna halları burada da qüvvədədir. 
3. Qəbri açmaq hörmətsizliyə səbəb olmasa və meyyit qüslsüz və ya kəfənsiz dəfn olunmuş 
olsa, yaxud qüslün batil olmasını başa düşsələr, ya da şər`i qaydada kəfənə bükülmədiyini, 
ya onu qəbirdə üzü qibləyə qoymadıqlarını bilsələr; 
4. Qəbri açmaqdan daha əhəmiyyətli olan bir haqqın sübuta yetirilməsi üçün meyyitin 
bədənini görmək istəsələr; 
5. Meyyiti kafir qəbiristanlığında və ya zir-zibil tökülən bir yerdə dəfn etmək kimi, ona 
hörmətsizlik olan bir yerdə dəfn etmişlərsə; 
6. Qarnında diri uşaq olduğu halda dəfn edilmiş olan hamilə qadının uşağını çıxarmaq 
kimi şər`i baxımdan, qəbri açmaqdan daha əhəmiyyətli olan bir mətləb üçün, qəbri açmaq 
lazımdırsa; 
7. Meyyitin bədənini yırtıcı heyvanın (çıxarıb) parçalayacağından, sel aparacağından və ya 
düşmənin çıxaracağından qorxarlarsa; 
8. Meyyit, onu müqəddəs yerlərdən birinə aparılmasını vəsiyyət etmişdirsə, belə ki, onu 
həmin yerə aparmaq üçün heç bir maneə olmadığı halda, qəsdən və ya unudularaq həmin 
yerə aparılmadan dəfn edilərsə, hörmətsizlik olmazsa, və başqa bir maneə də olmasa, qəbri 
açıb meyyitin bədənini çıxarıb müqəddəs yerə apara bilərlər. Hətta bu halda qəbri açıb 
cənzəni aparmaq vacibdir. 
MÜSTƏHƏBB QÜSLLƏR 
Məsələ 634: Müqəddəs İslam şəriətində müstəhəbb olan qüsllər çoxdur. Aşağıdakıları 
misal göstərmək olar: 
1. Cümə qüslü: onun vaxtı sübh azanından sonra günəşin qürubuna qədərdir. Yaxşı olar 
ki, zöhrə yaxın əmələ gətirilsin. Əgər zöhrə qədər əmələ gətirilməsə, ən yaxşısı olar ki, 
qüruba qədər əda və qəza niyyəti olmadan əmələ gətirilsin. Əgər cümə günü qüsl etməsə, 
müstəhəbbdir ki, şənbə günü sübhdən qüruba qədər onun qəzasını əmələ gətirsin. Cümə 
günü su tapa bilməyəcəyini bilən şəxs, qüslünü cümə axşamı günü və ya gecəsi rəca qəsdi 
ilə yerinə yetirə bilər. Cümə qüslündə bu duanı oxumaq müstəhəbbdir: 
َحُم ىَلَع ِّلَص ﱠمُهﱠللا ُهُلوُسَر َو ُهُدبَع ًادﱠمَحُم ﱠنَا َو ُهَل َكي ِرَشَﻻ ُهَدح َو ﷲ ﱠﻻِا َهَلِا َﻻ نَا ُدَهشَا َنيِباوﱠتلا َنِم ىِنلَعجا َو ٍدﱠمَحُم ِلآ َو ٍدﱠم
َنِم ىِنلَعجا َو َني ِرِّهَطَتَملا 
«Əşhədu ənla ilahə illəllah vəhdəhu la şərikələh və ənnə Muhəmmədən əbduhu və rəsuluh, 
əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlni minət-təvvabin, vəc`əlni 
minəl-mutətəhhirin». 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
2 - 7. Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü. 
8 - 9. Fitr və Qurban bayramı gününün qüslü. Onun vaxtı sübh azanından qüruba kimidir. 
Ən yaxşısı odur ki, bayram namazından əvvəl əmələ gətirilsin. 
10 - 11. Zilhəccənin 8-ci, 9-cu günləri. Daha yaxşı olar ki, 9-cu günün qüslünü zöhr vaxtı 
əmələ gətirsin. 
12. Bədəninin hər hansı bir yerini qüsl verilmiş meyyitin bədəninə vuran şəxsin qüslü. 
13. Ehram qüslü. 
14. Hərəmi-Məkkəyə daxil olmaq qüslü. 
15. Məkkəyə daxil olmaq qüslü. 
16. Kə`bə evinin ziyarəti qüslü. 
17. Kə`bəyə daxil olmaq qüslü. 
18. Nəhr və zibh üçün qüsl. 
19. Həlq üçün edilən qüsl. 
20. Mədineyi-Münəvvərənin hərəminə daxil olmaq qüslü. 
21. Mədineyi-Münəvvərəyə daxil olmaq qüslü. 
22. Peyğəmbər (s.ə.v.v.)-in məscidinə daxil olmaq qüslü. 
23. Peyğəmbər (s.ə.v.v.)-in pak qəbrinin vida qüslü. 
24. Düşmənlə mübahilə üçün edilən qüsl. 
25. Dünyaya təzə gələn uşağa verilən qüsl. 
26. İstixarə üçün edilən qüsl. 
27. İstisqa üçün edilən qüsl. 
Məsələ 635: Fəqihlər müstəhəbb qüsl kimi bir sıra qüsllər bəyan ediblər ki, onlardan 
bə`ziləri bunlardır: 
1. Ramazan ayının tamam tək gecələri və axırıncı on günlüyün tamam gecələrinin qüslü və 
23-cü gecəsinin axırındakı başqa bir qüsl. 
2. Zilhəccənin 24-cü gününün qüslü. 
3. Novruz bayramının, şə`banın 15-ci və rəbiəl-əvvəlin 9-cu və 17-ci gecələri, zil-qə`dənin 
25-ci gününün qüslü. 
4. Ərindən özgəsi üçün xoş ətir vuran qadının qüslü. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
5. Məst halda yatan şəxsin qüslü. 
6. Dara asılanın tamaşasına gedib onu görən şəxsin qüslü. Amma əgər təsadüfən və ya 
çarəsizlikdən gözü sataşsa, yaxud məsələn, şəhadət vermək üçün getsə, qüsl etmək 
müstəhəbb deyildir. 
7. Yaxından, və ya uzaqdan, mə`sumların (ə) ziyarəti üçün edilən qüsl. Amma bunun 
müstəhəbb olması sübuta yetməyib: bu qüslləri yerinə yetirmək istəyən şəxs qəsdi-rəca ilə 
əmələ gətirməlidir. 
Məsələ 636: Əgər insan 634-cü məsələdə zikr edilən müstəhəbb qüslləri kimi şər`ən 
müstəhəbb olması sübuta yetən bir qüslü edərsə, namaz kimi dəstəmaz vacib olan işləri 
görə bilər. Amma 435-ci məsələdə deyildiyi rəca qəsdilə edilən qüsllər dəstəmaz əvəzində 
kifayət etməz. 
Məsələ 637: Əgər bir şəxsə bir neçə qüsl müstəhəbb olsa, hamısının niyyəti ilə bir qüsl etsə 
kifayətdir. Amma əgər mükəlləfin gördüyü bir iş səbəbilə ona müstəhəbb olan qüsslər, 
məsələn, bədənin bir yerini qüslü verilmiş meyyitə toxunduran şəxsin qüslü kimi; bu kimi 
qüsüllərdə bir neçə müxtəlif səbəb üçün bir qüsülla kifayətlənmək məhəlli-işkaldır. 
TƏYƏMMÜM 
Yeddi yerdə dəstəmaz və ya qüslün yerinə təyəmmüm almaq lazımdır: 
Birincisi suyun olmamasi 
Məsələ 638: Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapmaq üçün 
ümidini kəsilincəyə qədər axtarmalıdır. Əgər səhrada (çöldə) yaşayırsa, hökm eynidir. 
Əgər insan çöldə səhrada səfər halında olsa, yolda və mənzil saldığı yerlərdə su 
axtarmalıdır. Əgər həmin yer dərə-təpəli olsa və ya ağacların çoxluğundan oraya getmək 
çox çətindirsə, lazım-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir oxun uçuş məsafəsi 
qədər[3] dörd tərəfə su axtarmaq üçün getməlidir. Düz yerdə isə hər tərəfə iki ox uçuşu 
ölçüsündə axtarış etməlidir. 
Məsələ 639: Əgər dörd tərəfin bə`zisi hamar, bə`zisi alçaq-hündür olsa, gərək hamar olan 
yerdə iki ox uçuşu ölçüsündə və hamar olmayan yerdə isə bir ox uçuşu ölçüsündə axtarış 
aparsın. 
Məsələ 640: Su olmadığına yəqin etdiyi yerləri axtarmaq lazım deyil. 
Məsələ 641: Namaz vaxtı dar olmayan və su tapmaq üçün vaxtı olan şəxsin, əgər axtarması 
lazım gələn məsafədən bir az uzaqda su olduğuna yəqini varsa və ya əmindirsə, su əldə 
etmək üçün oraya getməsi lazımdır. Amma oraya getmək camaat arasında «suyu yoxdur» 
deyilə biləcək qədər uzaqdırsa, getməsi lazım deyil. Əgər orada su olduğunu zənn edirsə, 
oraya getməsi gərək deyil. 
Məsələ 642: İnsanın şəxsən özünün su axtarmağa getməyi vacib deyildir. Su axtardığı və 
sözünə inandığı şəxsin də deməsinə kifayətlənə bilər. 
Məsələ 643: Əgər öz səfər yüklərinin içində və ya mənzildə (yə`ni, düşdüyü yerdə) və ya 
qafilədə su olduğuna ehtimal verərsə, onun olmadığından əmin oluncaya və ya suyun 
tapılmasından ümid kəsilincəyə qədər axtarış etməlidir. Amma əgər əvvəllər bir halda su 
olmayıbsa və sonradan su tapılmasına ehtimal versə, axtarış lazım deyil. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 644: Əgər namaz vaxtından əvvəl axtarış aparıb su tapmasa, namazın vaxtına kimi 
də o yerdə qalsa və ehtimal versə ki, su tapacaq, müstəhəbb ehtiyat odur ki, ikinci dəfə su 
axtarsın. 
Məsələ 645: Əgər namazın vaxtı daxil olandan sonra axtarış edib su tapmasa və başqa 
namazın vaxtına qədər orada qalsa, belə ki, su tapmağına ehtimal versə, ehtiyat müstəhəbb 
odur ki, təzədən su axtarmağa getsin. 
Məsələ 646: Əgər namaz vaxtı dar olsa, yaxud oğrudan və ya yırtıcıdan qorxsa və həmçinin 
su axtarmağın çətinliyinə görə onun kimilər adətən bu çətinliyə dözə bilməsə, axtarış 
aparması lazım deyil. 
Məsələ 647: Əgər namaz vaxtı daralıncaya qədər su axtarmağa getməsə, axtarış etdiyi 
halda su tapa biləcəkdisə, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir. 
Məsələ 648: Su tapa bilməyəcəyinə əmin olan bir şəxs, əgər su axtarmağa getməyib, 
təyəmmümlə namaz qılarsa və namazdan sonra, su axtardığı təqdirdə tapa biləcəyini 
bilərsə, ehtiyata əsasən dəstəmaz alıb o namazı yenidən qılmalıdır. 
Məsələ 649: Əgər axtarış apardıqdan sonra su tapa bilməsə, və tapacağından ümidini 
kəsərək təyəmmümlə namaz qıldıqdan sonra, axtardığı yerdə suyun olduğunu bilərsə, 
namazı səhihdir. 
Məsələ 650: Namaz vaxtının dar olduğuna əmin olan bir şəxs axtarış etmədən təyəmmümlə 
namaz qılarsa, və namazdan sonra, namaz vaxtı keçməmiş axtarış üçün vaxt qaldığını 
bilərsə, vacib-ehtiyat olaraq namazını yenidən qılmalıdır. 
Məsələ 651: Əgər namaz vaxtından qabaq dəstəmazlı olsa və dəstəmazını pozduğu 
təqdirdə, artıq su tapa bilməsinin mümkün olmadığını yaxud dəstəmaz ala bilməməsini 
bilərsə, dəstəmazını pozmaması mümkündürsə, vacib-ehtiyat olaraq dəstəmazını 
pozmamalıdır, istər vaxt daxil olmazdan əvvəl olsun, istərsə də daxil olandan sonra. Amma 
qüsl etməsinə qadir olmayacağını bilsə belə xanımı ilə yaxınlıq edə bilər. 
Məsələ 652: Yalnız dəstəmaz və ya qüslə kifayət edəcək qədər suyu olan şəxs, onu tökdükdə 
su tapa bilməyəcəyini bilərsə, namaz vaxtı daxil olduqda o suyu tökməsi haramdır. Vacib-
ehtiyat olaraq namaz vaxtından qabaq da o suyu tökməməlidir. 
Məsələ 653: Su tapa bilməyəcəyini bilən şəxs, dəstəmazını batil edərsə, yaxud malik olduğu 
suyu dağıtsa, xilaf iş görməsinə baxmayaraq təyəmmümlə namazı səhihdir. Lakin, 
müstəhəbb ehtiyat o namazı qəza etməkdir. 
Təyəmmümün əsaslarından ikincisi-suyu əldə edə bilməmək 
Məsələ 654: Qocalıq və bacarıqsızlıq, oğrudan, vəhşi heyvanların qorxusundan və yaxud 
quyudan su çəkmək üçün bir vasitə olmamağından su əldə edə bilməsə, gərək təyəmmüm 
etsin. 
Məsələ 655: Quyudan su çəkmək üçün vedrə, ip və bu kimi şeylər lazımdırsa, satın almaq 
və ya kirayə etmək məcburiyyətində qalsa, onun qiyməti normadan bir neçə dəfə baha olsa 
belə, onları tə`min etməlidir. Habelə suyu normal qiymətinin bir neçə dəfə bahasına satmış 
olsalar da, hökm eynidir. Amma əgər suyu tə`min etmək üçün, onun vəziyyətinə zərər 
verəcək qədər pul verməlidirsə, tə`min etməsi vacib deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 656: Əgər su hazırlamaq üçün əlacsız olaraq borc etməli olarsa, gərək borc etsin. 
Amma borcunu verə bilməyəcəyini bilən, yaxud güman edən şəxsə borc etmək vacib 
deyildir. 
Məsələ 657: Əgər quyu qazmağın böyük əziyyəti olmasa, gərək su əldə etmək üçün quyu 
qazsın. 
Məsələ 658: Əgər bir şəxs minnətsiz su bağışlayırsa, gərək onu qəbul etsin. 
Təyəmmümün əsaslarından üçüncüsü suyun işlədilməsindən törənən qorxu 
Məsələ 659: Əgər su işlətmək insanın ölümünə səbəb olsa, yaxud su işlətmək vasitəsilə onda 
bir eyb və ya xəstəlik əmələ gələrsə, yaxud xəstəliyi uzansa, ya şiddətlənsə, ya çətinliklə 
müalicə olacaqsa, gərək təyəmmüm etsin. Amma əgər suyun zərərini dəf edə bilsə, məsələn, 
suyu isitmək kimi, gərək bu işi etsin və dəstəmaz alsın, qüsl lazım olan vaxtda da qüsl etsin. 
Məsələ 660: Suyun ona zərər edəcəyini yəqin etməsi lazım deyildir. Əgər zərər verəcəyini 
ehtimal etsə və onun bu ehtimalı xalqın nəzərində düzgün bir ehtimal hesab edilərsə, 
təyəmmüm etməlidir. 
Məsələ 661: Suyun ona zərər verəcəyini yəqin və ya ehtimal etdiyinə görə təyəmmüm edən 
şəxs namazdan əvvəl suyun ona zərəri olmadığını bilərsə, təyəmmümü batildir. Əgər 
namaz qıldıqdan sonra bilərsə, namazı dəstəmaz və ya qüsl ilə yenidən qılmalıdır. Amma 
əgər zərərə yəqin və ya ehtimal halında qüsl və ya dəstəmaz dözülməsi çox çətin ruhi 
nigarançılığa səbəb olsa, bu hal istisnadır. 
Məsələ 662: Suyun ona zərəri olmayacağını bilən şəxs, qüsl edib və ya dəstəmaz aldıqdan 
sonra, suyun ona zərəri olduğunu bilərsə, dəstəmaz və ya qüslü batildir. 
Təyəmmümün əsaslarından dördüncüsü-məşəqqət və çətinlik 
Məsələ 663: Su tapmasa və ya onu dəstəmaz və ya qüsl üçün istifadə etdiyi təqdirdə, adətən 
dözülə bilməyən dərəcədə zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm edə bilər. Amma 
əgər dözərək dəstəmaz alsa, ya qüsl etsə, onun dəstəmaz və qüslü səhihdir. 
Təyəmmümün əsaslarından beşincisi-susuzluğu yatırmaq üçün suya ehtiyac 
Məsələ 664: Əgər susuzluğu dəf etmək üçün suya ehtiyac olarsa, təyəmmüm etməlidir. Bu 
səbəbə görə təyəmmümün caizliyi iki haldadır. 
1) Suyu dəstəmaz və ya qüsl üçün istifadə edərsə onun hal-hazırda və ya sonradan 
susuzluqdan ölməsinə, xəstələnməsinə və ya dözülməsi çox çətin olan bir əziyyətə səbəb 
olacağı təqdirdə; 
2-Özündən başqa, onunla bağlı olan kəslər üçün qorxarsa, hətta, qorunması vacib olan 
nəfsi-möhtərəmədən olmasa belə: Əgər onun məişət işləri onun üçün əhəmiyyətli olarsa, 
istər şiddətli əlaqə (bağlılıq) üzündən olsun, ya onun tələf olması şəxsə maddi zərər 
vurduğundan ya da dost və ya qonşu kimi vəziyyətinə riayət edilməsi ürfən lazım olsa. 
Bu iki haldan başqa, da susuzluq təyəmmümün edilməsinə əsas ola bilər, amma bu 
cəhətdən deyil, bəlkə şəxsin canının qorunmasının vacibliyi, ya ölüm, ya taqətsizliyi 
şübhəsiz özünə ağır çətinlik yaradacağına görədir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 665: Əgər dəstəmaz və qüsl üçün sahib olduğu pak su ilə yanaşı, özü içəcəyi qədər 
nəcis suyu da olsa, pak suyu içmək üçün saxlamalı, namazı isə təyəmmümlə qılmalıdır. 
Amma onunla bağlı olan şəxslər üçün su lazımdırsa, onlar susuzluqlarını yatırmaq üçün 
nəcis su içmək məcburiyyətində qalsalar belə, pak su ilə dəstəmaz ala və qüsl edə bilərlər. 
Hətta əgər onların suyun nəcisliyindən xəbərləri olmasa və ya nəcis su içməkdən 
çəkinməzlərsə, pak suyu dəstəmaz və ya qüsl üçün istifadə etməsi gərəkdir. Həmçinin nəcis 
suyu heyvana və ya həddi-büluğa çatmamış uşağa vermək istəsə də hökm belədir. Nəcis 
suyu onlara verib, pak su ilə dəstəmaz və qüsl etməlidir. 
Təyəmmümün əsaslarından altıncısı-dəstəmaz və ya qüsl bunlardan daha mühüm və ya 
bunlarla bərqərar olan bir təkliflə zidd olarsa 
Məsələ 666: Əgər bədən və ya libası nəcis olan bir şəxsin az miqdarda suyu olsa və bununla 
dəstəmaz aldıqda və ya qüsl etdikdə, bədən və ya libasını yumağa su qalmayacaqsa, o su ilə 
bədən və libasını yumalı və təyəmmümlə namaz qılmalıdır. Amma əgər üzərinə təyəmmüm 
edəcəyi bir şey yoxdursa, suyu dəstəmaz və ya qüsl üçün istifadə etməli və nəcis bədən və ya 
libasla namaz qılmalıdır. 
Məsələ 667: İstifadə edilməsi haram olan su və ya qabdan başqa bir su və ya qab yoxdursa, 
məsələn, su və ya qabı qəsbi olsa, bunlardan başqa su və qabı olmasa, gərək qüsl və 
dəstəmaz yerinə təyəmmüm etsin. 
Təyəmmümün əsaslarından yeddincisi-vaxtın darlığı 
Məsələ 668: Dəstəmaz və ya qüsl etməsi, namazın hamısının və ya bir qisminin vaxtından 
sonra qılınmasına (qəzaya getməsinə) səbəb olacaq qədər vaxt dar olarsa, təyəmmüm 
etməlidir. 
Məsələ 669: Əgər namazını qəsdən, dəstəmaz və ya qüsl vaxtı qalmayacaq qədər tə`xirə 
salarsa, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir. Ancaq bu namazın 
qəzasını qılmaq ehtiyat-müstəhəbbdir. 
Məsələ 670: Dəstəmaz aldıqda və ya qüsl etdikdə namaz üçün vaxt qalıb-qalmayacağında 
şəkk edən şəxs, təyəmmüm etməlidir. 
Məsələ 671: Vaxtın darlığına görə təyəmmüm etmiş olan şəxs, namazdan sonra dəstəmaz 
almağa imkanı olduğu halda, su əlindən çıxıncaya qədər dəstəmaz almazsa, belə ki, vəzifəsi 
təyəmmüm etmək olduğu təqdirdə, əvvəlki təyəmmümünü pozmamış olsa belə, sonrakı 
namazlar üçün yenidən təyəmmüm etməlidir. 
Məsələ 672: Suyu olan şəxs, əgər vaxtın darlığından təyəmmümlə namaza başlasa və namaz 
əsnasında o su əlindən getsə, belə ki, vəzifəsi təyəmmümdürsə, yaxşı olmasına baxmayaraq 
sonrakı namazlar üçün ikinci dəfə təyəmmüm etməsi lazım deyil. 
Məsələ 673: Əgər insanın dəstəmaz almağa, qüsl etməyə, namazın iqamə və qünut kimi 
müstəhəbb işlərini görmədən namaz qılmağa vaxtı vardırsa, gərək qüsl etsin və ya 
dəstəmaz alsın və namazı müstəhəbb işlərsiz yerinə yetirsin. Hətta surəni oxuyacaq qədər 
vaxtı olmasa belə, qüsl edib və ya dəstəmaz alıb, namazını surəsiz qılmalıdır. 
ÜZƏRINƏ TƏYƏMMÜM ETMƏK SƏHIH OLAN ŞEYLƏR 
Məsələ 674: Torpağa, daşa, quma və kəsəyə təyəmmüm etmək səhihdir. Amma ehtiyat-
müstəhəbbdir ki, torpaq olduğu təqdirdə ayrı bir şeyə təyəmmüm etməsin və əgər torpaq 
yoxdursa, torpaq adlana biləcək çox yumşaq quma, bu da mümkün olmasa kəsəyə, o da 
mümkün olmasa quma, o da olmadığı təqdirdə, daşa təyəmmüm etsin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 675: Gəc və əhəng daşına təyəmmüm etmək səhihdir. Həmçinin, ürfə görə yumşaq 
torpaq sayıldığı təqdirdə, xalça, paltar və bu kimi şeylərin üzərində toplanmış toz-torpağa 
təyəmmüm etmək səhihdir. Amma ixtiyar halında onun üzərinə təyəmmüm etməmək 
ehtiyat-müstəhəbbdir. Həmçinin ixtiyar halında bişirilmiş gəc, əhəng, kərpic, eləcə də əqiq 
kimi mə`dən daşına təyəmmüm etməmək müstəhəbb-ehtiyatdır. 
Məsələ 676: Əgər torpaq, qum, kəsək və daş tapa bilməsə, palçığa təyəmmüm edə bilər. 
Əgər palçıq da tapa bilməsə, xalqın nəzərində torpaq sayılacaq miqdarda olmayan xalça, 
libas və bu kimi şeylərin layında olan və ya üzərində toplanan toz-torpağa təyəmmüm 
etməlidir. Əgər bunların heç biri tapılmasa, namazı təyəmmümsüz qılması ehtiyat-
müstəhəbbdir. Amma bu namazın qəzasını yerinə yetirmək vacibdir. 
Məsələ 677: Əgər xalçanı çırpmaqla və bu kimi işlərlə torpaq hazırlaya bilsə, tozlu şeyə 
təyəmmüm batildir. Əgər palçığı qurudub onunla torpaq hazırlaya bilərsə, palçığa 
təyəmmüm etmək batildir. 
Məsələ 678: Suyu olmayıb, qar və ya buzu olan bir şəxs, mümkün olduğu təqdirdə, onu 
əridərək su əldə edib, onunla dəstəmaz almalı və ya qüsl etməlidir. Əgər bu mümkün 
olmasa və üzərinə təyəmmüm səhih olan bir şeyi də yoxdursa, namazını vaxt xaricində 
qəza etməlidir. Amma qar və ya buzla dəstəmaz və ya qüsl üzvlərini islatması, əlindəki 
rütubətlə başa və ayağa məsh çəkməsi, əgər bu da mümkün deyilsə, buz və ya qara 
təyəmmüm edib, namazını vaxtında qılması daha yaxşıdır. Hər iki halda qəzasını qılması 
lazımdır. 
Məsələ 679: Əgər torpağa və quma, təyəmmümün edilməsi batil olan bir şey qatılıbsa, o 
torpağa və quma təyəmmüm edə bilməz. Amma əgər o şey, torpağın və ya qumun 
tərkibində aradan gedəcək qədər az miqdarda olarsa, o torpağa və quma təyəmmüm 
səhihdir. 
Məsələ 680: Üzərinə təyəmmüm edəcəyi bir şeyi yoxdursa, mümkün olduğu təqdirdə, satın 
almaq və bu kimi yolla tə`min etməlidir. 
Məsələ 681: Palçıqdan olan divara təyəmmüm səhihdir. Müstəhəbb ehtiyat odur ki, quru 
yer və torpaq olan yerdə, yaş yer və torpağa təyəmmüm etməsin. 
Məsələ 682: Təyəmmüm edilən şey şər`ən gərək pak olsun. Vacib ehtiyata görə, ürfən də 
gərək təmiz olsun, yə`ni iyrəncliyə səbəb olan bir şeyə qarışmasın. Əgər təyəmmüm etməsi 
səhih olan pak bir şey tapılmasa, namaz ona vacib deyildir. Amma gərək (sonradan) onun 
qəzasını əmələ gətirsin. Daha yaxşı odur ki, namazı vaxtında da qılsın. Amma əgər toz-
torpaqlı xalça və bu kimi şeylərə növbə çatsa, əgər onlar nəcisdirsə, vacib ehtiyat odur ki, 
onunla təyəmmüm etsin, namazı qılsın, sonradan namazın qəzasını da qılsın. 
Məsələ 683: Əgər bir şeyin, üzərinə təyəmmüm etməyin səhih olduğuna əmin olaraq 
təyəmmüm edərsə, sonra da onunla təyəmmüm etməyin batil olduğunu başa düşərsə, o 
təyəmmümlə qılmış olduğu namazları yenidən qılmalıdır. 
Məsələ 684: Üzərinə təyəmmüm edilən şey qəsb edilmiş olmamalıdır. Belə ki, əgər qəsb 
edilmiş torpaq üzərinə təyəmmüm edərsə, təyəmmümü batildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 685: Qəsbi fəzada təyəmmüm batil deyildir. Demək əgər öz mülkündə əllərini yerə 
vursa və icazəsiz başqasının mülkünə daxil olub əllərini alnına çəksə, günah etməsinə 
baxmayaraq, onun təyəmmümü səhih olar. 
Məsələ 686: Qəsb edilmiş şeyin qəsb edildiyini unudaraq və ya qafil olaraq üzərinə 
təyəmmüm edərsə, səhihdir. Amma əgər bir şeyi özü qəsb edərsə və qəsb etdiyini unudaraq 
üzərinə təyəmmüm edərsə, təyəmmümünün səhih olması məhəlli-işkaldır. 
Məsələ 687: Bir kəs qəsb edilmiş yerdə həbs edilsə, əgər oranın suyu və torpağının hər ikisi 
də qəsbidirsə, təyəmmümlə namaz qılmalıdır. 
Məsələ 688: Lazım-ehtiyata əsasən üzərinə təyəmmüm etdiyi şeyin əldə qalacaq qədər tozu 
olmalı və ona əlini vurduqdan sonra, əlini, onda qalan tozun hamısı töküləcək şəkildə 
şiddətlə çırpmamalıdır. 
Məsələ 689: Çala yerə, yol torpağına, üzünü duz tutmamış şoran yerə təyəmmüm etmək 
məkruhdur. Əgər onun üzünü duz tutsa, batildir. 
DƏSTƏMAZ VƏ QÜSL ƏVƏZINƏ TƏYƏMMÜMÜN QAYDASI 
Məsələ 690: Dəstəmaz və ya qüsl əvəzinə edilən təyəmmümdə üç şey vacibdir: 
1) Əllərin ikisinin içini birlikdə təyəmmüm səhih olan şeyə vurmaq, ya da qoymaq. Lazım 
ehtiyata əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin. 
2) Hər iki əlin içini tük bitən yerdən başlayaraq, qaşlara qədər, tamam alına və həmçinin 
onun iki tərəfinə, burnunun yuxarısına, vacib ehtiyata əsasən; və ehtiyat müstəhəbb odur 
ki, əlləri qaşların üstünə çəksin. 
3) Sol əlin içini, tamam sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tamam sol əlin 
arxasına çəkmək. Vacib ehtiyat odur ki, sağ əllə sol əl arasındakı tərtibə riayət etsin. 
Lazımdır ki, dəstəmazda deyildiyi kimi, təyəmmümü də niyyətlə, qürbət qəsdi ilə yerinə 
yetirsin. 
Məsələ 691: Təyəmmümün – istər dəstəmaz əvəzi olsun, istərsə qüsl əvəzi, bu tərtiblə əmələ 
gətirilməsi ehtiyat müstəhəbbdir: Bir dəfə əlləri yerə vursun, sonra alnına və əllərinin 
arxasına çəksin. Sonra əlini yenə də yerə vursun və əllərinin arxasına çəksin. 
TƏYƏMMÜMÜN HÖKMLƏRI 
Məsələ 692: İstər qəsdən, istərsə məsələni bilməməkdən və ya unudaraq, alının və ya əllərin 
arxasının azacıq bir miqdarı belə məsh edilməzsə, təyəmmüm batildir. Amma çox diqqət 
yetirmək də lazım deyildir. «Alının və əllərinin arxasının tamamilə məsh edilmişdir» 
deyilərsə, kifayətdir. 
Məsələ 693: Əgər əllərinin arxasına tamamilə məsh etdiyinə yəqin olmasa, buna əmin 
olması üçün biləyin üstündən bir miqdarı da məsh etməlidir. Amma barmaqlarının arasına 
məsh etməsi lazım deyildir. 
Məsələ 694: Alına və əllərin arxasını, ehtiyata əsasən yuxarıdan aşağıya doğru məsh etməli 
və təyəmmüm işlərini ardıcıl olaraq yerinə yetirməlidir. Əgər onların arasında 
«təyəmmüm edir» deyilməyəcək qədər fasilə verərsə, təyəmmümü batildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 695: Niyyət zamanı təyəmmümün qüsl əvəzi və ya dəstəmaz əvəzi olmasını müəyyən 
etməsi lazım deyil. Amma iki təyəmmüm etməsi lazım olan yerlərdə, onun hər birini tə`yin 
etməlidir. Əgər üzərinə bir təyəmmüm vacib olsa və hal-hazırkı vəzifəsinə əməl etmək 
qəsdilə təyəmmüm edərsə, onu müəyyən etməkdə səhv etsə belə, təyəmmümü səhihdir. 
Məsələ 696: Təyəmmüm edərkən yaxşı olmağına baxmayaraq, alının və əllərin içi və 
arxasının pak olması lazım deyil. 
Məsələ 697: İnsan əllərinə məsh çəkən vaxtda gərək üzüyünü barmağından çıxarsın. Əgər 
alında və ya əllərin içində və arxasında maneə olsa, məsələn, bir şey onlara yapışmış olsa, 
gərək onu aradan qaldırsın. 
Məsələ 698: Əgər alın və ya əllərin arxası yara olsa və ona bağladığı parçanı aça bilməsə, 
gərək əlini onun üstünə çəksin. Habelə əgər əlin içi yaradırsa və ona bağladığı parça və ya 
bu kimi şeyi aça bilməsə, gərək əli həmən parça ilə təyəmmüm səhih olan şeyə vursun, 
sonra alına və əllərinin üstünə çəksin. Amma əgər onun bir hissəsi açıq olsa, o qədəri yerə 
vurub, elə onunla məsh etməsi kifayətdir. 
Məsələ 699: Əgər alın və əlin arxası adi qaydada tüklü olsa eybi yoxdur. Amma əgər başın 
tükü, alnın üzərinə düşsə, onu yana vurmalıdır. 
Məsələ 700: Əgər insan, alnında, əllərinin içində və ya arxasında bir maneə olduğuna 
ehtimal versə və onun bu ehtimalı camaatın nəzərində doğru bir ehtimal olarsa, maneə 
olmadığına əmin oluncaya qədər araşdırmalıdır. 
Məsələ 701: Əgər vəzifəsi təyəmmüm etmək olduğu halda, təklikdə təyəmmüm edə bilməsə, 
başqa birisindən yardım diləməlidir. Bu zaman yardımçı onun əllərini təyəmmümün səhih 
olduğu bir şeyə vurub, onun alnına və əllərinin üstünə qoymalıdır ki, mümkün olduğu 
təqdirdə onun özü hər iki əllərinin içini alnına və əllərinin arxasına çəksin. Əgər bu 
mümkün deyilsə, naib onun öz əli ilə ona təyəmmüm verməlidir. Əgər bu da mümkün 
deyilsə, naib öz əlini təyəmmümün səhih olduğu şeyə vurub, onun alnına və əllərinin 
arxasına çəkməlidir. Bu iki təqdirdə, lazım-ehtiyat olaraq hər ikisi də təyəmmümün niyyəti 
etməlidir. Amma birinci surətdə, mükəlləfin öz niyyəti kifayətdir. 
Məsələ 702: Təyəmmüm əsnasında, təyəmmümün bir qismini unudub-unutmadığında şəkk 
edərsə, onun məhəlli keçmişdirsə, şəkkinə e`tina etməməlidir. Əgər məhəlli keçməmişdirsə, 
o bölümü yerinə yetirməlidir. 
Məsələ 703: Sol əlini məsh etdikdən sonra, təyəmmümü düzgün edib-etmədiyində şəkk 
edərsə, təyəmmümü səhihdir. Amma əgər şəkk, sol əlinin məshində olarsa, onu məsh 
etməlidir. Əgər ürfün nəzərincə, artıq təyəmmümdən çıxmış hesab olunursa, məsələn; 
təharətli olmağın şərt olduğu bir əmələ başlamışdırsa, yaxud ardıcıllıq pozulmuş olarsa, 
onu məsh etməsi lazım deyil. 
Məsələ 704: Vəzifəsi təyəmmüm olan şəxs, namazın tamam vaxtında üzrünün aradan 
gedəcəyindən ümidsiz olsa, yaxud tə`xirə salarsa vaxt daxilində təyəmmüm edə 
bilməyəcəyinə ehtimal versə, namaz vaxtından əvvəl təyəmmüm edə bilər. Əgər başqa bir 
vacib, yaxud müstəhəbb iş üçün təyəmmüm etsə və namaz vaxtına qədər üzrü qalsa, həmən 
təyəmmümlə namaz qıla bilər. 
Məsələ 705: Vəzifəsi təyəmmüm olan şəxs, əgər vaxtın axırına qədər üzrünün qalacağını 
bilsə, yaxud onun aradan getməsindən ümidsiz olsa, geniş vaxtda təyəmmümlə namaz qıla 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
bilər. Amma əgər vaxtın sonuna qədər üzrünün aradan gedəcəyini bilərsə, gözləyib 
dəstəmaz və ya qüsl ilə namaz qılmalıdır. Hətta əgər vaxtın sonuna qədər üzrünün aradan 
getməsindən ümidini kəsməmişdirsə, ümidi kəsilməyincəyə qədər təyəmmümlə namaz qıla 
bilməz. Amma əgər tez təyəmmümlə namaz qılmadıqda vaxtın axırına qədər hətta 
təyəmmümlə belə, namaz qıla bilməməsinə ehtimal versə, (əvvəl vaxtda) təyəmmümlə qıla 
bilər. 
Məsələ 706: Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs, əgər üzrünün aradan getməsindən 
ümidini kəsmişdirsə, qəza namazlarını təyəmmümlə qıla bilər. Amma üzrü aradan 
getdikdən sonra, o namazları dəstəmaz və ya qüsl ilə yenidən qılması ehtiyat vacibdir. Əgər 
üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, lazım-ehtiyat olaraq, qəza 
namazlarını təyəmmümlə qıla bilməz. 
Məsələ 707: Dəstəmaz ala və ya qüsl edə bilməyən şəxs, gecə və gündüz nafilələri kimi, 
müəyyən vaxtları olan müstəhəbb namazları təyəmmümlə qıla bilər. Amma onların 
vaxtlarının sonuna qədər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, lazım-
ehtiyat olaraq onları, vaxtlarının əvvəlində yerinə yetirməməlidir. Amma müəyyən vaxtları 
olmayan namazları isə hər bir halda təyəmmümlə qıla bilər. 
Məsələ 708: Ehtiyat üzrə cəbirə qüslü və təyəmmüm edən şəxs, əgər qüsl və təyəmmümdən 
sonra namaz qılsa və namazdan sonra kiçik hədəs baş verərsə, məsələn; bövl edərsə, 
sonrakı namazlar üçün dəstəmaz almalıdır. Belə ki, əgər hədəs namazdan əvvəl baş 
verərsə, o namaz üçün də dəstəmaz almalıdır. 
Məsələ 709: Əgər su tapılmamasına, yaxud başqa üzrə görə təyəmmüm etsə, üzrü aradan 
gedəndən sonra təyəmmümü batil olur. 
Məsələ 710: Dəstəmazı batil edən şeylər dəstəmaz əvəzinə olan təyəmmümü də batil edər. 
Qüslü batil edən şeylər qüsl əvəzinə olan təyəmmümü də batil edər. 
Məsələ 711: Qüsl edə bilməyən şəxs, üzərinə bir neçə qüsl vacib olarsa, onların hamısının 
əvəzinə bir təyəmmüm etməsi caizdir. Amma hər birisinin əvəzinə bir təyəmmüm etməsi 
ehtiyat-müstəhəbbdir. 
Məsələ 712: Qüsl edə bilməyən şəxs, əgər onun üçün qüsl vacib olan əməli yerinə yetirmək 
istəsə, qüslün əvəzinə təyəmmüm etməlidir. Dəstəmaz ala bilməyən şəxs də, əgər onun üçün 
dəstəmaz vacib olan bir əməli yerinə yetirmək istəyərsə, dəstəmaz əvəzinə təyəmmüm 
etməlidir. 
Məsələ 713: Əgər cənabət qüslü əvəzinə təyəmmüm etsə, namaz üçün dəstəmaz almaq 
lazım deyildir və əgər başqa qüsllərin əvəzinə təyəmmüm etsə də, hökm eynidir, 
baxmayaraq ki, ehtiyat müstəhəbb odur ki, dəstəmaz da alsın. Əgər dəstəmaz ala bilməsə, 
başqa bir təyəmmüm də dəstəmaz əvəzinə etsin. 
Məsələ 714: Əgər qüsl əvəzinə təyəmmüm etsə və sonra dəstəmazı batil edən bir iş onun 
qarşısına çıxsa, belə ki, sonrakı namazlar üçün qüsl edə bilməsə, gərək dəstəmaz alsın və 
ehtiyat müstəhəbb odur ki, təyəmmüm də etsin. Əgər dəstəmaz ala bilməsə, gərək onun 
əvəzinə təyəmmüm etsin. 
Məsələ 715: Vəzifəsi təyəmmüm olan şəxs, əgər bir iş üçün təyəmmüm edərsə, təyəmmümü 
və üzrü aradan getməyənə qədər, dəstəmaz və ya qüsllə etməli olan əməlləri, yerinə yetirə 
bilər. Amma əgər üzrü vaxtın darlığı imişsə, yaxud suyu olduğu halda meyyit namazı üçün 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
və ya yatmaq üçün təyəmmüm edibsə, yalnız onun üçün təyəmmüm etdiyi işi yerinə yetirə 
bilər. 
Məsələ 716: Bir neçə yerdə, insanın təyəmmümlə qıldığı namazları yenidən qılması daha 
yaxşıdır: 
1) Sudan istifadə etməkdən qorxduğu halda qəsdən özünü cünub edib, təyəmmümlə namaz 
qılmışdırsa; 
2) Su tapa bilməyəcəyini bildiyi və ya zənn etdiyi halda, qəsdən özünü cünub edib, 
təyəmmümlə namaz qılmışdırsa; 
3) Vaxtın axırına qədər, qəsdən su axtarmağa getməsə və təyəmmümlə namaz qılıb, 
sonradan, axtardığı təqdirdə su tapa biləcək olduğunu başa düşərsə; 
4) Qəsdən namazı tə`xirə salıb, vaxtın axırında təyəmmümlə namaz qılmışdırsa; 
5) Su tapa bilməyəcəyini bildiyi və ya zənn etdiyi halda, mövcud olan suyunu dağıdıb, 
təyəmmümlə namaz qılmışdırsa. 
NAMAZIN HÖKMLƏRİ 
Namaz dinin elə əhəmiyyətli əməllərindəndir ki, əgər o, Allah dərgahında qəbul olunsa, 
şəxsin başqa əməlləri də qəbul olunar. Əgər qəbul olunmasa, insanın başqa əməlləri də 
qəbul olunmaz. Belə ki, əgər insan gecə-gündüz ərzində beş dəfə axar çayda çimərsə, onun 
bədənində çirk qalmadığı kimi, o beş vaxtda olan namaz da şəxsi günahlardan pak edir. 
Daha yaxşı olar ki, insan namazı vaxtında qılsın. Namazı yüngül və əhəmiyyətsiz sayan 
şəxs, namaz qılmayan şəxs kimidir. Peyğəmbər (s.ə.v.v.) buyurub: «O şəxs ki, namaza 
əhəmiyyət vermir və onu yüngül sayır, axirət əzabına layiqdir». Bir gün Həzrət məsciddə 
idi ki, bir kişi məscidə daxil olub namaz qılmağa məşğul oldu və namazın rüku və 
səcdələrini kamil şəkildə yerinə yetirmədi. Həzrət buyurdu: «Əgər bu kişi bu cür ki, namaz 
qılır, dünyadan köçsə, mənim dinimdən kənar bir şəxs kimi dünyadan köçmüş olar». 
Demək insan gərək diqqətli olub, tələsik halda namaz qılmasın və namaz halında Allahı 
yad edib vüqarla xüzu və xuşu halında olsun. Diqqətli olsun, kiminlə danışdığını bilsin və 
özünü böyük və əzəmətli Xudavəndi-aləmin qarşısında çox kiçik və həqir görsün. Əgər 
insan namaz vaxtında bu mətləbə layiqincə diqqət yetirsə, özündən xəbərsiz olar, necə ki, 
namaz halında oxu Həzrət Əlinin (ə) mübarək ayağından çıxartdılar və o Həzrət hiss 
etmədi. Habelə, gərək namaz qılan tövbə və istiğfar etsin və həsəd, təkəbbür, qeybət, 
haram yemək, içki içmək, xums və zəkat verməmək kimi namazın qəbul olunmasına mane 
olan günahlardan və ümumiyyətlə hər bir günahdan özünü saxlasın və həmçinin namazın 
savabının azalmasına səbəb olan işləri görməsin. Məsələn, yuxulu halda, bövlünü (zorla) 
saxlayan halda namaza durmasın. Namaz vaxtı göyə baxmasın. Namazın savabını artıran 
işlər görsün. Məsələn, barmağına əqiq üzük taxsın, pak-pakizə paltar geysin, başını 
darasın, dişlərini yusun və özünə ətir vursun. 
VACIB NAMAZLAR 
Vacib namazlar altıdır: 
1. Gündəlik namazlar. 
2. Ayət namazı. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
3. Meyyit namazı. 
4. Kə`bə evinin təvaf namazı. 
5. Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı. 
6. Əhd etmək, and içmək, nəzir demək və icarə etməklə vacib olan namazlar, cümə namazı 
da gündəlik namazlardandır. 
Gündəlik vacib namazlar 
Gündəlik vacib namazlar beşdir: zöhr və əsr namazı hər biri dörd rük`ətdir. Şam namazı 
üç rük`ətdir, xiftən namazı dörd rük`ətdir və sübh namazı iki rük`ət. 
Məsələ 717: Səfərdə dörd rük`ətli namazlar sonradan deyiləcəyi şərtlər daxilində iki rük`ət 
qılınır. 
Zöhr və əsr namazlarının vaxtı 
Məsələ 718: Zöhr və əsr namazının vaxtı zəvaldan şə`ri zöhrdən[4] günəş batana qədərdir. 
Amma əsr namazını qəsdən zöhr namazından əvvəl qılsa batildir. Amma əgər vaxtın 
bitməsinə, yalnız bir namaz qıla biləcək qədər bir müddət qaldığı zamana qədər, bir şəxs 
zöhr namazını qılmamış olarsa, artıq onun zöhr namazı qəza olmuşdur və gərək əsr 
namazını qılsın. Əgər bir şəxs, bu vaxtdan qabaq səhvən əsr namazını tamamilə, zöhr 
namazından qabaq qılarsa, namazı səhihdir və zöhrü qılmalıdır. Amma ikinci dörd rük`ət 
namazı da «mafiz-zimmə» niyyətilə qılması ehtiyat-müstəhəbbdir. 
Məsələ 719: Zöhr namazını qılmadan, səhvən əsr namazına məşğul olarsa və namaz 
əsnasında səhv etdiyini bilərsə, niyyəti zöhr namazına çevirməlidir. Yə`ni «indiyə qədər 
qıldığım, indi qılmaqda olduğum və bundan sonra qılacağımın hamısı zöhr namazı olsun» 
deyə, niyyət etməli və namazı tamamladıqdan sonra, əsr namazını qılmalıdır. 
Cümə namazı və onun hökmləri 
Məsələ 720: Cümə namazı, sübh namazı kimi iki rük`ətdir. Amma fərqi budur ki, cümə 
namazından əvvəl iki xütbə oxunur. Cümə namazı vacibi-təxyiridir. Yə`ni mükəlləf, cümə 
günü şərtlərin mövcud olduğu təqdirdə, cümə namazı və ya zöhr namazının hansı birini 
qılmaqda ixtiyar sahibidir. Əgər cümə namazını qılarsa, zöhr namazının əvəzindən kifayət 
edər. Cümə namazının vacib olmasının bir neçə şərti vardır: 
1. Vaxtın daxil olması; cümə namazının vaxtı, zəval vaxtının ürfi baxımdan ilk bölümü 
sayılan qismidir. Belə ki, əgər cümə namazını bu vaxtdan gecikdirərsə, artıq onun vaxtı 
sona çatmışdır və zöhr namazını qılmalıdır. 
2. Fərdlərin sayı, imamla birlikdə 5 nəfər olmalıdır. Əgər beş nəfər müsəlman cəm olmasa 
cümə namazı vacib olmaz. 
3. İmamət şərtlərinə malik olan imamın olması. Camaat namazı bölümündə gələcəyi kimi, 
imam camaat, ədalət və digər sifətlərə malik bir imam olmalıdır. Əks təqdirdə cümə 
namazı vacib olmaz. 
Cümə namazının səhih olmasının bir neçə şərti vardır: 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
1. Camaatla qılınmalıdır, buna görə də fərdi qılınması səhih deyildir. Əgər mə`mum cümə 
namazının ikinci rük`ətində rükudan əvvəl imama yetişib, iqtida edərsə kifayət edər, bir 
rük`ətini də özü fürada qılmalıdır. Amma əgər ikinci rəkətin rükusunda imama qoşularsa, 
vacib ehtiyata görə bu cümə namazına kifayət edə bilməz gərək zöhr namazını qılsın. 
2. Namazdan qabaq iki xütbə oxunmalıdır. Birinci xütbədə Allaha həmd-səna deyilib, 
təqvaya və günahlardan qorunmağa tövsiyyə edilərək Qur`andan qısa bir surə oxunur. 
İkinci xütbədə də Allaha həmd-səna edib Rəsuli-əkrəmə (s.ə.v.v) və müsəlmanların 
imamlarına (on iki imam) salavat göndərməlidir. Müstəhəbb ehtiyat odur ki, mö`min kişi 
və qadınların da Allahdan bağışlanmalarını istəsin. Xütbələrin namazdan əvvəl oxunması 
lazımdır. Əgər xütbələrdən qabaq namaza başlayarsa, səhih deyildir. Xütbələrin zəvaldan 
əvvəl (zöhr namazından əvvəl) oxunması işkallıdır. 
Xütbə oxuyan imam xütbə oxuyarkən, ayaq üstə durmalıdır. Əgər oturan halda oxusa 
səhih deyildir. Həmçinin iki xütbə arasında azacıq oturaraq fasilə verməsi lazımdır. Belə 
ki, bu oturmanın qısa və müxtəsər olması gərəkdir. Xütbəni imam camaatın özü 
oxumalıdır. 
Allaha həmd-səna etmək və Peyğəmbəri-əkrəm (s.ə.v.v) ilə müsəlmanların imamlarına (on 
iki imama) salavat göndərmək, ehtiyata əsasən ərəb dilində olmalıdır. Amma yerdə 
qalanların ərəb dilində olması şərt deyildir. Hətta əgər namazda hazır olanların çoxu 
ərəbcə bilmirlərsə, lazım ehtiyata odur ki təqvaya də`vət etməyin hazır olanların dilində 
olması gərəkdir. 
3. İki cümə namazı arasında olan məsafə bir fərsəxdən az olmamalıdır. Buna əsasən də bir 
fərsəxdən az bir məsafədə ayrı bir cümə namazı da qılınarsa, belə ki, hər ikisi də eyni 
zamanda başlanarsa, hər ikisi batildir. Amma əgər biri, hətta təkcə təkbirətül-ehramı o 
birindən əvvəl demiş olsa, birincisi səhih, ikincisi isə batildir. Bununla belə, əgər cümə 
namazı qılındıqdan sonra, bir fərsəxdən az bir məsafədə ondan əvvəl və ya onunla eyni 
zamanda ayrı bir cümə namazının da qılındığı aşkar olarsa, zöhr namazını qılmaq vacib 
deyildir. Zikr olunmuş məsafə daxilində bir cümə namazının qılınması, digər bir cümə 
namazına, yalnız özünün bütün şərtlərinə malik olub, səhih olduğu təqdirdə maneəli olur. 
Əks təqdirdə mane olmaz. 
Məsələ 721: Şərtlərə mövcud olan bir cümə namazı qılınarsa və əgər onu qılan Məs`um 
İmam (ə.s.)-ın özü və ya onun təmsilçisi (nümayəndəsi) olsa, o cümə namazında iştirak 
etmək vacibdir. Əks təqdirdə iştirak etmək vacib deyildir. 
Birinci təqdirdə də bir neçə qrup adama iştirak etmək vacib deyil. 
1. Qadınlar. 
2. Qullar. 
3. Müsafir hətta onun vəzifəsi, namazını tamam qılması olsa belə (iqamə qəsdində olan 
müsafir kimi). 
4. Xəstələr, korlar və qocalar. 
5. Cümə namazı qılınan yerlə onların arasındakı məsafə iki fərsəxdən artıq olanlar. 
6. Yağış, şiddətli külək və buna oxşar maneələrlə üzləşən şəxs. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 722: Cümə namazı vacib olan bir şəxs onun yerinə zöhr namazını qılsa, namazı 
səhihdir. 
Cümə namazı barəsində bir neçə hökm 
1. Qeyd olunanlara əsasən, cümə namazı imam (ə)-ın qaib olduğu zamanda vacibi-tə`yini 
deyil; vaxtın əvvəlində də zöhr namazını qılmaq olar. 
2. İmamın xütbə oxumağa məşğul olduğu zaman danışmaq məkruhdur və əgər xütbəni 
eşitməyə mane olarsa, ehtiyat olaraq caiz deyildir. 
3. Hər iki xütbəni dinləmək vacib ehtiyata əsasəndir. Amma xütbənin mə`nasını bilməyən 
şəxslərin dinləməsi vacib deyildir. 
4. İmamın xütbə oxuduğu zaman hazır olmaq vacib deyildir. 
Şam və xiftən namazlarının vaxtı 
Məsələ 723: Əgər insan, günəşin batıb-batmamasında şəkk etsə və dağların, binaların, ya 
ağacların arasında olmasına ehtimal versə, günəşin batmasından sonra, günçıxan tərəfdə 
meydana gələn qırmızılığın, başın üzərindən günbatana doğru keçməsindən qabaq, şam 
namazı qılınmamalıdır. Əgər şəkk etməsə də vacib ehtiyata görə deyilən vaxta qədər 
gözləməlidir. 
Məsələ 724: Şam və xiftən namazlarının vaxtı, sərbəst olan şəxs üçün, gecə yarısına 
qədərdir. Amma üzrlü olan bir şəxs üçün məsələn, unutmaq, yuxuya qalmaq və ya heyzli 
olmaq və buna bənzər bir səbəbdən, namazı gecə yarısına qədər qılmamışdırsa şam və 
xiftən namazlarının vaxtı sübh açılana qədər davam edər. Ancaq hər surətdə, qafil 
olmadığı halda bu iki namaz arasında tərtibə riayət etmək şərtdir. Yə`ni xiftən namazı 
qəsdən şam namazından qabaq qılınarsa, batildir. Amma əgər gecə yarısına, yalnız xiftən 
namazını qıla biləcək qədər vaxt qalmışdırsa, xiftən namazını şam namazından qabaq 
qılması gərəkdir. 
Məsələ 725: Əgər bir şəxs səhvən xiftən namazını şam namazından qabaq qılsa və 
namazdan sonra agah olsa, namazı səhihdir. Şam namazını ondan sonra qılmalıdır. 
Məsələ 726: Əgər şam namazını qılmamışdan əvvəl, səhvən xiftən namazını qılsa və namaz 
əsnasında səhv etdiyini başa düşsə, belə ki, dördüncü rük`ətin rükusuna getməyibsə, gərək 
niyyəti şam namazına döndərib namazı tamam etsin və sonra xiftən namazını qılsın. Əgər 
dördüncü rük`ətin rükusuna getmişdirsə, xiftəni tamam edə bilər və sonra şamı yerinə 
yetirər. 
Məsələ 727: İxtiyarı öz əlində olan şəxs üçün xiftən namazının axırıncı vaxtı gecə yarısıdır. 
Gecə isə gün batandan sübh açılana qədərdir. 
Məsələ 728: Əgər ixtiyar üzündən şam, və ya xiftən namazını gecə yarısına qədər qılmasa, 
vacib ehtiyata əsasən, gərək sübh azanından qabaq, əda və qəza niyyəti olmadan o namazı 
yerinə yetirsin. 
Sübh namazının vaxtı 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 729: Sübh azanına yaxın gün çıxan tərəfdən bir ağartı yuxarıya tərəf hərəkət edir 
ki, ona «birinci fəcr» deyilir. O ağartı yayılan vaxt «ikinci fəcr» və sübh namazının əvvəl 
vaxtıdır. Sübh namazının axır vaxtı günəşin çıxan vaxtıdır. 
Namaz vaxtının hökmləri 
Məsələ 730: İnsan, yalnız vaxtın daxil olduğuna yəqin etdiyi və ya iki adil kişinin vaxtın 
daxil olduğunu xəbər verdikləri zaman, namaz qılmağa başlaya bilər. Hətta əmin olduğu 
təqdirdə, namaz vaxtını şiddətlə və dəqiq şəkildə riayət edən şəxsin azan oxuması və vaxtı 
bilən bir şəxsin sözü ilə kifayətlənə bilər. 
Məsələ 731: Əgər bir şəxs bir maneə vasitəsilə, məsələn, kor və ya zindanda olduğuna görə 
namaz vaxtının əvvəlində, vaxtın daxil olub-olmadığını yəqin edə bilməsə, gərək namaz 
vaxtının daxil olmasına əmin olana, yaxud yəqinlik tapana qədər namazı tə`xirə salsın. 
Həmçinin lazım ehtiyata əsasən, əgər vaxtın daxil olmasına yəqinlik hasil etməyə maneə 
olan bir şey bulud, toz və bu kimi ümumi maneələrdən olarsa da hökm eynidir. 
Məsələ 732: Əgər insana, yuxarıda adı çəkilən yollardan biri ilə namaz vaxtının daxil 
olduğu sübut olub və namaza başlayarsa, sonra namaz əsnasında vaxtın hələ daxil 
olmadığını anlayarsa, namazı batildir. Əgər namazdan sonra bütün namazı vaxtından 
qabaq qılmış olduğunu bilərsə də, hökm eynidir. Amma əgər namaz əsnasında, vaxtın daxil 
olduğunu anlayarsa və ya namazdan sonra, namazda ikən vaxtın daxil olduğunu bilərsə, 
namazı səhihdir. 
Məsələ 733: Əgər insan, namaz vaxtının daxil olduğunu yəqin etməklə, namaza başlamalı 
olduğunu bilmədən namaz qılarsa, namazdan sonra bütün namazı vaxtında qıldığını 
anlayarsa, namazı səhihdir. Əgər namazı vaxtından əvvəl qıldığını başa düşsə, yaxud 
bilməsə ki, vaxtında qılıb, yaxud vaxtından qabaq, namazı batildir. Hətta əgər namazdan 
sonra, vaxtın daxil olduğunu anlasa belə, o namazı yenidən qılmalıdır. 
Məsələ 734: Vaxtın daxil olduğuna əmin olaraq namaza başlayarsa və namaz əsnasında, 
vaxtın daxil olub-olmadığı barədə şəkk edərsə, namazı batildir. Amma namazda ikən 
vaxtın daxil olmuş olduğuna əmin olsa, amma namazdan indiyə qədər qıldığı qisminin, 
vaxt daxilində qılınıb-qılınmadığı barədə şəkk edərsə, namazı səhihdir. 
Məsələ 735: Əgər namazın vaxtı çox dar olsa və namazın müstəhəbb işlərindən bə`zisini 
əmələ gətirdikdə, onun bir hissəsi vaxtdan sonra qılınacaqsa, gərək o müstəhəbbi işi əmələ 
gətirməsin. Məsələn, əgər qunutu deməklə namazın bir hissəsi vaxtdan sonra qılınacaqsa, 
gərək qunutu deməsin. Əgər deyərsə, namaz o vaxt səhih olar ki, ən azı bir rəkəti vaxt 
daxilində qılınmış olsun. 
Məsələ 736: Bir rük`ət miqdarında namaz qılmağa vaxtı olan şəxs, gərək namazı əda 
niyyəti ilə qılsın. Amma qəsdən, namazı bu qədər tə`xirə salmamalıdır. 
Məsələ 737: Müsafir olmayan şəxsin, əgər gün batan vaxta kimi beş rük`ət namaz qılmağa 
vaxtı vardırsa, gərək zöhr və əsr namazının hər ikisini tərtiblə qılsın. Əgər ondan az vaxtı 
vardırsa, gərək əvvəlcə əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Habelə əgər 
gecə yarısına kimi beş rük`ət qılmağa vaxtı vardırsa, gərək şam və xiftən namazını tərtiblə 
qılsın. Əgər vaxtı ondan azdırsa, gərək əvvəlcə xiftən namazını qılsın və sonra şam 
namazını əda və qəza niyyəti olmadan yerinə yetirsin. 
Məsələ 738: Müsafir olan şəxsin, əgər gün batana qədər üç rük`ət namaz qılmağa vaxtı 
vardırsa, gərək zöhr və əsr namazını tərtiblə qılsın. Əgər ondan az vaxtı vardırsa, gərək 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
əvvəlcə əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Əgər gecə yarısına qədər 
dörd rük`ət namaz qıla biləcək qədər vaxtı vardırsa, gərək şam və xiftən namazını tərtiblə 
qılsın. Əgər üç rük`ət namaz qıla biləcək qədər vaxtı vardırsa, əvvəlcə xiftəni qılmalı, sonra 
da şam namazının bir rük`ətini vaxtında qılması üçün, dərhal şam namazını qılmalıdır. 
Əgər üç rük`ət namaz qılınacaq müddətdən daha az vaxt vardırsa, əvvəlcə xiftəni qılmalı, 
sonra da əda və qəza niyyəti etmədən, şam namazını yerinə yetirməlidir. Amma xiftən 
namazını qıldıqdan sonra, gecə yarısına bir rük`ət qıla biləcək və ya daha çox vaxt qaldığı 
mə`lum olarsa, dərhal şam namazını əda niyyəti ilə qılmalıdır. 
Məsələ 739: Namazı vaxtın əvvəlində qılmaq müstəhəbbdir və bu haqda çox tövsiyə 
edilmişdir. Gözləyib camaatla qılmaq kimi bir səbəbdən fəzilət vaxtının keçməməsi şərti ilə 
gecikdirmək və s. kimi hallardan başqa, vaxtın əvvəlinə nə qədər yaxın olsa, o qədər daha 
yaxşıdır. 
Məsələ 740: Əgər insanın bir üzrü olub, vaxtın əvvəlində namaz qılmaq istədiyi təqdirdə 
təyəmmümlə namazı qılmağa naçardırsa, əgər üzrün vaxtın sonuna qədər qalacağına 
ehtimal versə və ya onun aradan qaldırılmasından ümidini kəsmişsə, vaxtın əvvəlində 
təyəmmüm edib namaz qıla bilər. Amma əgər üzrünün aradan qalxmasına ümidini 
kəsməmişsə, gərək üzrü aradan gedənə qədər və ya ümidini kəsənə qədər gözləsin. Əgər 
üzrü aradan qalxmazsa, vaxtın sonunda namaz qılmalıdır. Namazın yalnız vacib işlərini 
görə biləcək qədər gözləməsi lazım deyil. Azan, iqamə və qunut kimi namazın 
müstəhəbblərini yerinə yetirə biləcək qədər vaxtı olduğu halda da təyəmmüm edib 
namazını müstəhəbbatı ilə birlikdə yerinə yetirə bilər. Lakin, təyəmmümdən başqa digər 
üzrlərdə üzrünün aradan qalxmasına ümid kəsməsə belə, namazı vaxtın əvvəlində qılması 
caizdir; amma vaxt sona çatmamışdan əvvəl üzrü aradan qalxsa, o namazı yenidən qılması 
gərəkdir. 
Məsələ 741: Namaz hökmlərini bilməyən, ya onları öyrənmədən namaza səhih şəkildə 
yerinə yetirə bilməyən və ya namazdakı şəkklər və səhvlərlə bağlı hökmləri bilməyən bir 
kimsə əgər namaz qıldığı vaxt bunlardan biri ilə qarşılaşacağına və hökmü öyrənmədiyi 
üzündən vacib bir hökmü tərk edəcəyinə və ya haram işə mürtəkib olacağına ehtimal 
verirsə, bunları öyrənmək üçün namazı vaxtın əvvəlindən təxirə salınmalıdır. Amma 
namazı düzgün bir şəkildə yerinə yetirmək ümidilə namaza vaxtın əvvəlində başlarsa, bu 
halda əgər hökmünü bilmədiyi bir Məsələ ilə qarşılaşmazsa, namazı səhihdir. Əgər 
hökmünü bilmədiyi bir məsələ ortaya çıxarsa, vəzifəsi olması ümidi ilə ehtimal verdiyi iki 
tərəfdən birinə əsasən əməl edərək, namazı tamamlaması caizdir; amma namazdan sonra 
məsələni soruşmalı, əgər namazı batil imişsə, yenidən qılmalıdır. Əgər səhih imişsə, 
yenidən qılması lazım deyil. 
Məsələ 742: Namaz vaxtının geniş olduğu bir müddətdə, tələbkar öz tələbini (namaz qılan 
şəxsdən) istəyərsə, mümkün olduğu təqdirdə, əvvəlcə öz borcunu verməli, sonra namaz 
qılmalıdır. Həmçinin, dərhal yerinə yetirməli olan ayrı bir vacib əməllə qarşılaşarsa, 
məsələn; məscidin nəcis olduğunu görərsə, əvvəlcə məscidi pak etməli və sonra namaz 
qılmalıdır. Hər iki təqdirdə də, əgər əvvəlcə namazı qılarsa, günah etməsinə baxmayaraq, 
namazı səhihdir. 
Tərtiblə qılınması lazım olan namazlar 
Məsələ 743: İnsan gərək əsr namazını zöhr namazından sonra və xiftən namazını şam 
namazından sonra qılsın. Əgər bilərəkdən əsr namazını zöhrdən və yaxud xiftən namazını 
şam namazından qabaq qılsa, namazı batildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 744: Əgər zöhr namazı niyyəti ilə namaza başlayarsa və namaz əsnasında zöhr 
namazını qılmış olduğunu anlayarsa, niyyətini əsr namazına çevirə bilməz. Belə ki, 
namazını pozub, əsr namazını qılmalıdır. Şam və xiftən namazlarında da hökm eynidir. 
Məsələ 745: Əgər şəxs əsr namazında ikən zöhr namazını qılmadığını yəqin edərsə və 
niyyətini zöhr namazına çevirdikdən sonra zöhr namazını qılmış olduğunu xatırlarsa, 
niyyəti əsr namazına döndərib namazı tamamlaya bilər və əgər namazın bə`zi qismlərini 
zöhr niyyəti ilə yerinə yetirməyibsə, yaxud əgər yerinə yetiribsə də, onları əsr niyyəti ilə 
yerinə yetiribsə, namazı sona çatdıra bilər. Amma əgər o qism (zöhr niyyəti ilə yerinə 
yetirmiş olduğu qism) rük`ət olursa, namazı batildir. Həmçinin əgər rüku və ya bir 
rük`ətin iki səcdəsi olsa da, lazım ehtiyata görə namazı batildir. 
Məsələ 746: Əsr namazında ikən, zöhr namazını qılıb-qılmadığında şəkk edərsə, o namazı 
əsr niyyəti ilə tamamlamalı, sonra da zöhr namazını qılmalıdır. Amma əgər vaxt, çox az 
olsa və namazın tamamlamasından sonra günəş batacaqsa və bir rük`ət namaz qıla biləcək 
miqdarda belə, vaxt qalmazsa, zöhr namazını qəza etməsi lazım deyildir. 
Məsələ 747: Xiftən namazında ikən, şam namazını qılıb-qılmadığı barədə şəkk edərsə, 
xiftən niyyəti ilə namazı tamamlamalı, sonra da şam namazını qılmalıdır. Amma əgər vaxt, 
çox az olsa və namazın tamamlanmasından sonra gecə yarısı olacaqsa və bir rük`ət namaz 
qılacaq miqdarda belə, vaxt qalmazsa, şam namazını qəza etməsi lazım deyil. 
Məsələ 748: Əgər xiftən namazında, dördüncü rük`ətin rükusuna çatdıqdan sonra, şam 
namazını qılıb-qılmadığı barədə şəkk edərsə, namazını tamamlamalıdır. Əgər sonradan 
şam namazı üçün vaxt qalsa, şam namazını da qılmalıdır. 
Məsələ 749: Əgər insan qıldığı namazı ehtiyat üzündən ikinci dəfə qılsa və namaz 
əsnasında yadına düşsə ki, qıldığı namazdan əvvəl qılası olduğu namazı qılmamışdır, 
niyyətini o namaza döndərə bilməz. Məsələn, əgər əsr namazını ehtiyat üzündən qılan vaxt 
zöhr namazını qılmadığı yadına düşsə, niyyətini zöhr namazına çevirə bilməz. 
Məsələ 750: Niyyəti qəza namazından əda namazına və müstəhəbb namazından vacib 
namaza döndərmək olmaz. 
Məsələ 751: Əgər əda namazının vaxtı geniş olsa, insan namaz əsnasında onun boynunda 
qəza namazı olduğu yadına düşsə, niyyəti qəza namazına çevirə bilər. Amma niyyəti qəza 
namazına döndərməsi mümkün olmalıdır. Məsələn; zöhr namazını qılarkən, üçüncü 
rük`ətin rükusuna çatmamışdırsa, niyyəti sübh namazının qəzasına çevirə bilər. 
MÜSTƏHƏBB NAMAZLAR 
Məsələ 752: Müstəhəbb namazlar çoxdur və onlara «nafilə» deyilir. Müstəhəbb 
namazlardan gecə-gündüz nafilələrini qılmaq daha çox tövsiyə olunmuşdur. Onlar cümə 
günündən başqa günlərdə otuz dörd rük`ətdir ki, səkkiz rük`əti zöhrün nafiləsi, səkkiz 
rük`əti əsrin nafiləsi, dörd rük`əti şamın nafiləsi, iki rük`əti xiftənin nafiləsi, on bir rük`ət 
gecə nafiləsi və iki rük`ət sübhün nafiləsidir. Xiftən namazının nafiləsinin iki rük`əti vacib 
ehtiyata əsasən oturduğu yerdə qılındığına görə bir rük`ət hesab olunur. Amma cümə 
günündə zöhrlə əsrin nafiləsinin on altı rük`ətinə dörd rük`ət də artırılır. Daha yaxşısı 
odur ki, bu iyirmi rük`əti zəvaldan qabaq yerinə yetirsin. Amma onun iki rəkətini zəval 
vaxtı qılmaq yaxşıdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 753: Gecə nafiləsinin on bir rük`ətindən səkkiz rük`əti gecə nafiləsi niyyəti ilə, iki 
rük`əti şəf` namazı niyyəti ilə, bir rük`əti «vitr» niyyəti ilə qılınmalıdır. Gecə nafiləsinin 
kamil göstərişi dua kitablarında deyilmişdir. 
Məsələ 754: Nafilə namazlarını hətta ixtiyar halında belə, oturan yerdə qılmaq olar. 
Oturaq halda qıldığı iki rük`ət nafilə namazı bir rük`ət hesablamaq da lazım deyil, amma 
yaxşı olar ki, ayaq üstə qılsın. İşa namazının nafiləsini isə vacib ehtiyata görə gərək oturan 
halda qılsın. 
Məsələ 755: Zöhr və əsr namazlarının nafiləsi səfər zamanı qılınmamalıdır. Amma xiftənin 
nafiləsinin rəca qəsdilə qılınmasının eybi yoxdur. 
Gündəlik nafilələrin vaxtı 
Məsələ 756: Zöhr namazının nafiləsi zöhr namazından əvvəl qılınır. Onun vaxtı günortanın 
əvvəlindən başlayıb, onu günorta namazından əvvəl qılmağın mümkün olduğu zamana 
qədər davam edir. Ancaq əgər bir şəxs günortanın nafiləsini günortadan sonra görünməyə 
başlayan şaxisin kölgəsinin onun boyunun yeddidə ikisinə çatmasına qədər, yə`ni əgər 
şaxisin hündürlüyü yeddi qarışdırsa, kölgənin miqdarı iki qarışa çatarsa, artıq bu vaxtda 
günorta namazını nafilədən qabaq qılması daha yaxşıdır. Amma əgər nafilənin bir rəkətini 
ondan əvvəl qılıbsa, onda nafiləni fərizədən (zöhrdən) əvvəl tamamlaması daha yaxşıdır. 
Məsələ 757: Əsrin nafiləsi, əsr namazından qabaq qılınır. Onun vaxtı əsr namazından əvvəl 
qılma imkanı oluncaya qədər davam edər; ancaq əgər bir şəxs əsrin nafiləsini şaxisin 
kölgəsinin yeddidə dördünə yetişincəyə qədər tə`xirə salarsa, artıq əsr namazını nafilədən 
qabaq qılması daha yaxşıdır. Amma əvvəlki məsələdə deyilən hal buraya da aiddir. 
Məsələ 758: Şam nafiləsinin vaxtı şam namazının tamamlanmasından sonra, vaxt daxilində 
qılmaq imkanı olana qədər davam edir; lakin, bir şəxs onu günəşin batmasından sonra göy 
üzünün qərb tərəfində görünən qırmızılığın itdiyi zamana qədər tə`xirə salsa, əvvəlcə xiftən 
namazını qılması daha yaxşıdır. 
Məsələ 759: Xiftən nafiləsinin vaxtı xiftən namazının tamamlanmasından, gecə yarısına 
qədərdir. Xiftən namazından sonra gözləmədən dərhal qılınması daha yaxşıdır. 
Məsələ 760: Sübh nafiləsi sübh namazından əvvəl qılınır və onun vaxtı gecə namazı 
vaxtından gecə namazı qıla biləcək qədər bir müddət keçdikdən sonra başlayıb, onu sübh 
namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Amma əgər bir 
şəxs sübhün nafiləsini şərq tərəfdə qırmızılığın görünməsinə qədər tə`xirə salsa, bu vaxtda 
sübh namazını qılması daha yaxşıdır. 
Məsələ 761: Məşhur nəzərə əsasən, gecə namazının əvvəl vaxtı, gecə yarısıdır. Bunun əhvət 
və daha yaxşı olmasına baxmayaraq, gecənin əvvəlindən olması, vaxtının azandan başlayıb 
sübh azanına qədər davam etməsi uzaq nəzər deyil. Amma sübh azanına yaxın qılınması 
daha yaxşıdır. 
Məsələ 762: Əgər sübh açılan zaman oyansa, gecə namazını, əda və qəza niyyəti etmədən 
qıla bilər. 
Ğufeylə namazı 
Məsələ 763: Müstəhəbb namazlardan biri də ğufeylə namazıdır ki, şam və xiftən namazları 
arasında qılınır. Onun birinci rük`ətində Həmddən sonra surə əvəzinə bu ayə oxunur: 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
َغُم َبَهَذ ذِا ِنوﱡنلاَذ َواﱠظلا َنِم ُتنُك ِىّنِا َكَناَحبُس َتنَا ﱠﻻِا َهلِا َﻻ نَا ِتاَمُلُظلا ىِف ىَداَنَف ِهيَلَعَرِدقَن نَل نَا ﱠنَظَف اًب ِضا ُهَل اَنبَجَتساَف َنيِمِل
َنيِنِمؤملا ِىجنُن َكِلَاذَك َو ِّمَغلا َنِم ُهاَنيَجَن َو 
Və zənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fizzulumati ənla ilahə 
illa əntə, subhanəkə inni kuntu minəzzaliminə fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi 
və kəzalikə nuncil-mu`minin. 
İkinci rük`ətdə də Həmddən sonra surə əvəzinə bu ayə oxunur: 
َيَﻻ ِبيَغلا ُحتاَفَم ُهَدنِع َو ِتاَمُلُظ ىِف ٍةﱠبَحَﻻ َو اَهُمَلعَي ﱠﻻِا ٍةَق َر َو نِم ُطُقسَت اَم َو ِرحَبلا و ربلا ىِف اَم ُمَلعَي َو َوُه ﱠﻻِا اَهُمَلع َﻻ َو ِضرَﻻا
ٍنيِبُم ٍباتِك ىِف ﱠﻻِا ٍسِباَي َﻻ َو ٍبطَر 
Və indəhu məfatihul-ğəybi la yə`ləmuha illa huvə yə`ləmu ma fil-bərri vəl-bəhr, və ma 
təsqutu min vərəqətin illa yə`ləmuha. Və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la 
yabisin illa fi kitabin mubin. 
Qunutda bu dua oxunmalıdır: 
نَا َتنَا ﱠﻻِا اَهُمَلعَيَﻻ ىِتﱠلا ِبيَغلا ِحِتاَفَمِب َكُلَأسَا ىﱠنِا ﱠمُهﱠللَا اذَك َو اذَك ىِب َلَعفَت نَا َو ٍدﱠمَحُم ِلآ َو ٍدﱠمَحُم ىَلَع َىِّلَصُت 
Əllahummə inni əs`əlukə bi məfatihil-ğəybil-ləti la yə`ləmuha illa əntə ən tusəlliyə əla 
Muhəmmədin və ali Muhəmməd və ən təf`ələ bi kəza və kəza. 
«Kəza və kəza» kəlmələrinin əvəzində öz hacətlərini söylər və sonra bu duanı oxuyar: 
ٍدﱠمَحُم ِلآ َو ٍدﱠمَحُم ِّقَحِب َكُلَأساَف ىِتَجاَح ُمَلعَت ِىتَبِلَط ىَلَع ُرِداَقلا َو ىِتَمعِن ﱡىِل َو َتنَا ﱠمُهﱠللَاىِلاَهَتيَضَف اﱠمَل ُمَﻼَسلا ُمِهيَلَع َو ِهيَلَع 
Əllahummə əntə vəliyyu ni`məti vəl-qadiru əla təlibəti tə`ləmu hacəti fə əs`əlukə bihəqqi 
Muhəmmədin və ali Muhəmməd ələyhi və ələyhimus-səlam ləmma qazəytəha li. 
QİBLƏNİN HÖKMLƏRİ 
Məsələ 764: Məkkeyi-Müəzzəmədə olan Kə`bə evi qiblədir. Namaz ona tərəf qılınmalıdır. 
Amma uzaqda olan şəxs, əgər «qibləyə tərəf namaz qılır» deyiləcək şəkildə dayanarsa, 
kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım 
olan işlərdə də hökm eynidir. 
Məsələ 765: Vacib namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru 
olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da 
qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir. 
Məsələ 766: Oturan halda namaz qılmalı olan şəxsin sinəsi və qarnı qibləyə tərəf olmalı və 
hətta üzü də qiblədən çox dönməməlidir. 
Məsələ 767: Oturan halda namaz qıla bilməyən şəxs namaz halında ikən bədəninin ön 
qismi qibləyə tərəf olacaq şəkildə, böyrü üstə uzanmalıdır. Lazım-ehtiyat olaraq, sağ böyrü 
üstə uzanması mümkün olacaq təqdirdə, sol böyrü üstə uzanmamalıdır. Əgər bu ikisi də 
mümkün olmazsa, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzandığı halda 
namaz qılmalıdır. 
Məsələ 768: Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd gərək üzü qibləyə yerinə 
yetirilsin. Ehtiyat müstəhəbbə görə səhv səcdəsini də üzü qibləyə yerinə yetirmək gərəkdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 769: Müstəhəbb namazı yol gedərkən və minik halında qılmaq olar. Əgər insan bu 
iki halda müstəhəbb namazı qılsa, üzü qibləyə olması lazım (vacib) deyildir. 
Məsələ 770: Namaz qılmaq istəyən şəxs, qiblənin hansı tərəfə olduğuna əmin oluncaya və 
ya (iki adilin şəhadət verməsi kimi) yəqin hökmündə olan bir dəlil əldə edincəyə qədər 
qibləni tə`yin etmək üçün çalışmalıdır. Əks təqdirdə, müsəlmanların məscidlərinin 
mehrablarından, mö`minlərin məzarlarından və ya buna bənzər digər yollardan əldə 
edilən zənnə görə əməl etməlidir. Hətta elmi qaydalara əsasən qibləni tanıyan bir kafir və 
ya fasiqin sözündən qibləni tanımaq güman edilərsə də, kifayətdir. 
Məsələ 771: Qiblənin hansı istiqamətdə olmasına gümanı olan bir şəxs daha güclü güman 
tapa bilərsə, öz gümanına əməl etməməlidir. Məsələn, əgər qonaq, ev sahibinin dediyinə 
əsasən qibləyə güman tapsa, amma başqa yolla daha bir güclü güman əldə edə bilsə, onun 
sözünə əməl etməməlidir. 
Məsələ 772: Əgər qibləni tapması üçün bir vəsilə yoxdursa, yaxud çalışmaqla bir gümana 
gələ bilmirsə, bir tərəfə namaz qılsa kifayətdir. Amma vaxt geniş olduğu təqdirdə, dörd 
tərəfə namaz qılması ehtiyat müstəhəbbdir. 
Məsələ 773: Əgər qiblənin iki tərəfdən biri olduğunu yəqin və ya zənn edərsə, hər iki tərəfə 
də namaz qılmalıdır. 
Məsələ 774: Bir neçə tərəfə namaz qılmaq istəyən şəxs, əgər zöhr və əsr namazı kimi, biri 
digərindən sonra qılınmalı olan iki namaz qılmaq istəyərsə, birinci namazı neçə tərəfə 
qılacaqsa, qılmalı və daha sonra ikinci namaza başlaması ehtiyat-müstəhəbbdir. 
Məsələ 775: Qibləyə yəqinliyi olmayan şəxs, əgər namazdan başqa bir iş görmək istəsə, 
gərək o işi üzü qibləyə əmələ gətirsin. Məsələn; bir heyvanın başını kəsmək istəsə, 
gümanına əməl etsin və əgər güman mümkün deyildirsə, hansı tərəfə əncam versə, 
səhihdir. 
NAMAZDA BƏDƏNI ÖRTMƏK 
Məsələ 776: Kişi namaz halında onu bir kəs görməsə də övrəteynini örtməlidir. Ən yaxşısı 
odur ki, göbəkdən dizə kimi örtsün. 
Məsələ 777: Qadın gərək namaz halında bədənini tamamilə, hətta başını və saçını örtsün. 
Ehtiyat vacib odur ki, bədənini özündən də örtsün. Belə ki, əgər çadraya bürünsə, amma 
özü öz bədənini görsə, işkallıdır. Amma üzünü, əllərini biləyə kimi və ayaqlarını topuğuna 
kimi örtməsi lazım deyildir. Amma vacib olan miqdarın örtüldüyünə yəqin etməsi üçün, 
gərək üzün ətrafının bir qədərini və biləkdən bir qədər aşağını da örtsün. 
Məsələ 778: İnsan unudulmuş səcdənin və ya unudulmuş təşəhhüdün qəzasını yerinə 
yetirirsə, gərək özünü namaz vaxtı olduğu kimi örtsün. Müstəhəbb ehtiyat odur ki, səhv 
səcdəni yerinə yetirərkən də özünü örtsün. 
Məsələ 779: Əgər insan qəsdən namazda övrətini örtməsə, namazı batildir, əgər məsələni 
bilməmək üzündən örtməsə, belə ki, əgər onun bilməməzliyi məsələni öyrənməkdə 
səhlənkarlığa görə olubsa, vacib ehtiyata görə gərək namazını yenidən qılsın. 
Məsələ 780: Əgər insan, namazda ikən övrət yerinin açıq olduğunu anlayarsa, onu 
örtməlidir. Bu namazı yenidən qılması da lazım deyil. Amma vacib ehtiyata əsasən, övrət 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
yerinin açıq olduğunu bildiyi halda, namazdan bir şey yerinə yetirməməlidir. Amma əgər 
namazdan sonra, namaz halında ikən övrət yerinin açıq olduğunu anlayarsa, namazı 
səhihdir. 
Məsələ 781: Əgər ayaq üstə duran halda paltarı övrətini örtsə, amma başqa hallarda, 
məsələn, rüku və səcdə halında örtməsə, belə ki, övrəti açıq olan vaxtda bir vəsilə ilə onu 
örtsə, onun namazı səhihdir. Amma ehtiyat müstəhəbb odur ki, o paltarla namaz qılmasın. 
Məsələ 782: İnsan namaz üçün özünü ot-ələf və ağac yarpağı ilə örtə bilər. Amma 
müstəhəbb ehtiyat odur ki, libası olmadıqda özünü bunlarla örtsün. 
Məsələ 783: İnsan çarəsiz qalıb, öz övrət yerini örtməyə bir şey tapmasa, övrətinin dərisi 
bəlli olmamaq üçün ona palçıq və palçığa bənzər şey sürtərək örtə bilər. 
Məsələ 784: Əgər şəxsin namazda özünü örtəcək bir şeyi yoxdursa, onu tapmaqdan ümidi 
kəsilməmişsə, namazını vaxtın axırına saxlaması vacib ehtiyatdır. Bu halda əgər bir şey 
tapmazsa, vaxtın sonunda namazını vəzifəsinə uyğun olaraq qıla bilər. Amma əgər 
tapacağından ümidini kəsibsə namazını vaxtın əvvəlində vəzifəsinə uyğun qıla bilər. Əgər 
bu halda namazı vaxtın əvvəlində qılsa və ondan sonra üzrü aradan qalxsa, yenidən 
qılması lazım deyil. 
Məsələ 785: Namaz qılmaq istəyən şəxs əgər özünü örtmək üçün hətta ağac yarpağı, ot, 
palçıq və lığ belə tapmasa və vaxtın sonuna qədər özünü örtəcək bir şey tapacağından ümid 
kəsmiş olsa, əgər ağlı kəsən bir şəxsin onu görməyəcəyindən əmindirsə, ayaqüstə, normal 
rüku və səcdələrlə namaz qıla bilər. Amma əgər ağlı kəsən bir şəxsin onu görəcəyinə 
ehtimal verirsə, övrəti açıq olmayacaq bir şəkildə məsələn, oturan halda namaz qılması 
gərəkdir. Əgər özünü ağlı kəsən bir kəsin nəzərindən saxlamaq üçün ayaq üstə durmağa, 
rüku və səcdəni tərk etməyə məcbur olsa, yəni hər üç halda onu görəcəklərsə, oturub rüku 
və səcdəni işarə ilə yerinə yetirər. Əgər bu üç şeydən yalnız birini tərk etməyə 
məcburdursa, elə təkcə onu tərk etməlidir. Deməli əgər ayaq üstə dayana bilsə rüku və 
səcdəni işarə ilə yerinə yetirməlidir. Əgər ayaq üstə dayanmaq (ovrətin) görünməsinə səbəb 
olsa, oturub rüku və səcdəni yerinə yetirməlidir. Bu surətdə müstəhəbb ehtiyat odur ki, 
həm bu cür oturub namaz qılsın, həm də ayaq üstə rüku və səcdəni işarə ilə qılsın. Lazım 
ehtiyata görə, lüt olan şəxs namaz halında övrətini əzalarının bə`zisi ilə örtməlidir. 
Məsələn, oturduğu zaman budları ilə, ayaq üstə ikən əlləri ilə onu örtə bilər. 
Namaz qılanın paltarının şərtləri 
Məsələ 786: Namaz qılanın paltarının altı şərti vardır: 
1. Pak olsun. 
2. Mübah olsun; vacib ehtiyata əsasən. 
3. Murdarın (ölü heyvan) hissələrindən olmasın. 
4. Yırtıcı heyvandan olmasın, hətta vacib ehtiyata əsasən əti haram heyvandan olmasın. 
5-6. Əgər namaz qılan kişidirsə, onun paltarı xalis ipəkdən və qızıllı parçadan olmasın. 
Bunların təfsilatı gələcək məsələlərdə deyiləcəkdir. 
Birinci şərt 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 787: Namaz qılanın paltarı gərək pak olsun. Əgər bir kəs ixtiyari şəkildə nəcis 
bədənlə və libasla namaz qılsa, namazı batildir. 
Məsələ 788: Şər`i məsələni öyrənməkdə səhlənkarlıq üzündən, nəcis bədən və libası ilə 
namazın batil olduğunu bilməyən, yaxud məsələn məninin nəcis olduğunu bilməyən şəxs, 
əgər nəcis bədən və ya libasla namaz qılarsa, vacib-ehtiyata əsasən gərək namazı yenidən 
(pak libas və bədənlə) qılsın, vaxtı keçibsə qəzasını etsin. 
Məsələ 789: Əgər məsələni bilmədiyinə görə nəcis bədən və ya paltarda namaz qılsa, və 
məsələni öyrənməkdə səhlənkarlıq etməmiş olsa, namazını yenidən qılması və ya qəza 
etməsi lazım deyil. 
Məsələ 790: Əgər bir şəxs, bədən və ya libasının nəcis olmadığına əmin olsa və namaz 
qıldıqdan sonra, nəcis olduğunu anlayarsa, namazı səhihdir. 
Məsələ 791: Bədən və ya paltarının nəcis olduğunu unudaraq namaz əsnasında və ya 
namazdan sonra vəziyyətini xatırlasa, əgər onun unutması öz e`tinasızlıq və 
səhlənkarlığından baş vermişsə, lazım ehtiyat olaraq o namazı yenidən qılmalıdır. Əgər 
vaxt keçmişsə, namazın qəzasını əmələ gətirməlidir. Əks təqdirdə namazı yenidən qılması 
lazım deyil. Amma əgər namaz əsnasında yadına düşsə, sonrakı məsələdə izah olunacaq 
hökmə görə əməl etməlidir. 
Məsələ 792: Vaxt geniş ikən namaz qılmaqda olan bir şəxs namaz əsnasında bədən və ya 
libasının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal 
verərsə, bədən və ya libasını yuyacağı, ya da libasını çıxaracağı və ya dəyişdirəcəyi təqdirdə 
namaz pozulmazsa, namazda ikən bədən və ya libasını yumalı və ya libasını dəyişdirməli, 
ya da övrət yerini örtən başqa bir şey varsa, o libasını çıxarmalıdır. Amma əgər bədən və 
ya libasını yuduğu və ya çıxardığı ya da libasını dəyişdirdiyi zaman namaz pozulacaq 
haldadırsa, yaxud libasını çıxarmağı ilə çılpaq qalacaqsa, lazım ehtiyat olaraq o namazı 
pak paltarla yenidən qılmalıdır. 
Məsələ 793: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namazda ikən paltarının 
nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, 
paltarını yumaq, dəyişdirmək və ya çıxarmaq namazı pozmayacaq bir halda olsa və 
libasını çıxara bilirsə, o libası yumalı və ya dəyişdirməli, ya da övrət yeri başqa bir şey ilə 
örtülüdürsə, libası çıxararaq namazı tamamlamalıdır. Amma əgər övrət yerini ayrı bir şey 
örtməmişsə və libası yumağa və ya dəyişməyə imkanı da yoxdursa, həmin paltarla namazı 
tamamlamalıdır. 
Məsələ 794: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namaz qılmaqda ikən 
bədəninin nəcis olduğunu bilsə, namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, 
bədəni yumaq namazı pozmazsa, yumalıdır. Amma əgər namazı pozacaq haldadırsa, o 
halla namazı tamamlamalıdır və həmin namaz səhihdir. 
Məsələ 795: Bədən və ya libasının pak olub-olmadığında şəkk edən şəxs, əgər axtarıb, onda 
bir şey tapa bilməsə və namaz qılsa, və namazdan sonra bədən və ya libasının nəcis 
olduğunu başa düşərsə, namazı səhihdir. Əgər axtarış etməmiş olsa lazım-ehtiyata əsasən 
namazını yenidən qılmalıdır. Əgər vaxt keçmişdirsə, qəza etməlidir. 
Məsələ 796: Əgər paltarını suya çəkdikdən sonra paklığına əmin olaraq, onunla namaz 
qılsa və namazdan sonra pak olmamış olduğunu anlayarsa, namazı səhihdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 797: Əgər bədən və ya libasında qan gördükdə, o qanın nəcis olmayan qanlardan 
olmadığına əmin olarsa, məsələn; ağcaqanad qanı olduğuna əmin olarsa və namazdan 
sonra, o qanın namaz qılına bilməyən qanlardan olduğunu anlayarsa, namazı səhihdir. 
Məsələ 798: Əgər bədən və ya libasında olan bir qanın, namazı batil etməyən nəcis 
qanlardan olduğuna əmin olarsa, məsələn; çiban və ya yara qanı olduğuna əmin olsa və 
namazdan sonra, namazı batil edən qanlardan olduğunu anlayarsa, namazı səhihdir. 
Məsələ 799: Əgər bir şeyin nəcis olduğunu unudarsa və bədən və ya libası islaq olaraq, ona 
yetişərsə, belə ki, unutduğu halda namaz qıldıqdan sonra xatırlayarsa, namazı səhihdir. 
Amma əgər bədəni, islaq olaraq nəcis olduğunu unutduğu bir şeyə dəyərsə və onu 
yumadan qüsl edib namaz qılarsa, qüsl və namazı batildir. Amma əgər qüsl etməklə bədəni 
də pak olacaq və su nəcis olmayacaq halda olsa, məsələn, cari suda qüsl etsə, onun qüslü və 
namazı batil olmaz. Həmçinin əgər dəstəmaz üzvlərindən bir yeri, islaq olaraq nəcis 
olduğunu unutduğu bir şeyə dəyərsə və onu yumadan dəstəmaz alıb namaz qılarsa, 
dəstəmaz almaqla bədəni də pak olacaq su da nəcis olmayacaq halda olmasa, dəstəmazı və 
namazı batildir. 
Məsələ 800: Təkcə bir libası olan şəxsin bədən və libası nəcis olduqda, yalnız onlardan 
birini yumağa yetəcək qədər suyu olarsa, lazım-ehtiyata əsasən bədənini yumalı və nəcis 
libası ilə namaz qılmalıdır. Bu halda libasını yuyub, nəcis bədənlə namaz qılması caiz 
deyildir. Amma libasının nəcasəti daha çox və ya daha şiddətli olduğu təqdirdə, hər hansı 
birini yumaq xüsusunda ixtiyar sahibidir. 
Məsələ 801: Nəcis libasdan başqa bir libası olmayan şəxs, nəcis libasla namaz qılmalıdır. 
Belə olan təqdirdə namazı səhihdir. 
Məsələ 802: İki ədəd libası olan şəxs, əgər onlardan birinin nəcis olduğunu bilirsə, lakin 
dəqiq şəkildə hansı birinin nəcis olduğunu bilməzsə, vaxtı vardırsa, onların hər ikisi ilə də 
namaz qılmalıdır. Məsələn; zöhr və əsr namazını qılmaq istəyirsə, onların hər birisi ilə bir 
zöhr və bir əsr namazı qılması lazımdır. Amma əgər vaxt az olsa, və onlardan heç biri 
ehtimalın güclü və əhəmiyyətli olması baxımından üstünlüyə malik olmasa, hər biri ilə 
namaz qılsa, kifayətdir. 
İkinci şərt 
Məsələ 803: Namaz qılan şəxsin övrəteyni örtdüyü libası vacib ehtiyata əsasən mübah 
olmalıdır. Qəsbi libası geyməyin haram olduğunu bilən bir şəxs və ya məsələnin hökmünü 
bilməməsi öz təqsiri üzündən olan bir şəxs, qəsdən qəsbi libas ilə namaz qılarsa, ehtiyata 
əsasən namazı batildir. Amma təklikdə övrəti örtə bilməyən şeylərin və ya təkcə övrəti 
örtməsi mümkün olsa belə, namaz qılanın cibinə qoyduğu dəsmal və şal kimi, hal-hazırda 
geymədiyi şeylərin və həmçinin üzərində – mübah olan ayrı bir geyimi olduğu halda – 
namaz qılanın geymiş olduğu şeylərin qəsb olmasının namaza bir zərəri yoxdur. Amma 
namaz qılanın bunlardan da çəkinməsi ehtiyata uyğundur. 
Məsələ 804: Qəsbi libası geyməyin haram olduğunu bildiyi halda, onunla namaz qılmağın 
hökmünü bilməyən bir şəxs, əgər qəsdən qəsbi libasla namaz qılarsa, əvvəlki məsələdə 
deyildiyi kimi, ehtiyata əsasən namazı batildir. 
Məsələ 805: Əgər paltarının qəsbi olmasını bilməsə və ya unutsa və onunla namaz qılsa, 
namaz səhihdir. Amma əgər bir şəxs özü paltarı qəsb etsə və qəsb etməsini unudub onunla 
namaz qılsa, ehtiyata əsasən namazı batildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 806: Paltarının qəsbi olduğunu bilməyən və ya unudan şəxs namazda ikən bunu 
anlayarsa, əgər başqa bir şey övrət yerini örtsə, dərhal və ya namazın muvalatı 
pozulmadan o paltarı çıxara bilərsə, onu çıxartmalı və namazı davam etdirməlidir. Ancaq 
ayrı bir şey övrətini ağlı kəsən adamdan örtməyibsə və ya dərhal qəsbi paltarı çıxara 
bilmirsə, namazı elə həmin paltarda davam etdirməlidir və namazı səhihdir. 
Məsələ 807: Əgər bir şəxs canını qorumaq üçün qəsbi paltarla namaz qılsa, belə ki, vaxtın 
axırına qədər ayrı bir paltarla namaz qıla bilməsə, yaxud onu geyməyə çarəsiz olması 
özünün tədbirsizliyi ucbatından olmasa, məsələn, özü qəsb etməmiş olsa, namazı səhihdir. 
Həmçinin oğrunun qəsbi paltarı apara bilməməsi üçün onunla namaz qılsa, və vaxtın 
axırına qədər başqa paltarla namaz qıla bilməsə, yaxud qəsbi paltarı, ilk fürsətdə sahibinə 
çatdırmaq üçün geyibsə, namazı səhihdir. 
Məsələ 808: Əgər xumsu verilməyən pul ilə paltar alsa, amma onun pulu ümumi halda 
zimməsində olsa, (necə ki, əksər müamilələr belədir) paltar onun üçün halaldır və verdiyi 
pulun xumsunu borclu olur. Amma əgər xumsu verilməmiş pulun özü ilə libas alsa o libas 
ilə şəriət hakiminin icazəsi olmadan namaz qılmağın hökmü, qəsbi paltarla namaz 
qılmağın hökmü ilə eynidir. 
Üçüncü şərt 
Məsələ 809: Namaz qılanın təklikdə övrət yerini örtən paltarı atıcı qanı olan (yə`ni damarı 
kəsildikdə qanı sıçrayan) ölmüş heyvanın üzvlərindən olmamalıdır. Bu şərt vacib ehtiyata 
əsasən, təklikdə övrəti örtməyən libasda da sabitdir. Amma ilan kimi qanı atıcı olmayan 
ölmüş heyvandan paltar hazırlansa, müstəhəbb-ehtiyata əsasən onunla namaz 
qılınmamalıdır. 
Məsələ 810: Murdarın bir qismindən, ət və dəri kimi ruhu olan bir şey namaz qılanın 
üstündə olarsa, namazı səhihdir. 
Məsələ 811: Əgər əti halal murdarın tük və yunu kimi ruhu olmayan bir şey namaz qılanın 
yanında olsa, yaxud onunla hazırlanmış paltarla namaz qılsa, namazı səhihdir. 
Dördüncü şərt 
Məsələ 812: Namaz qılanın corab kimi övrəti təklikdə örtməyən şeylərdən başqa paltarı 
yırtıcıların üzvlərindən, hətta lazım ehtiyata görə, ümumiyyətlə əti haram olan heyvandan 
olmamalıdır. Həmçinin, bədən və libas o heyvanın sidiyinə, nəcisinə, tərinə, südünə və 
tükünə qarışmamalıdır. Amma əgər heyvanın bir tükü paltarın üzərində olsa zərəri 
yoxdur. Onlardan bir şey, misal üçün, qutuya qoyub özü ilə götürsə hökm eynidir. 
Məsələ 813: Əgər pişik kimi əti haram olan heyvanın ağzının, burnunun suyu, yaxud başqa 
rütubəti yaş halda namaz qılanın bədənində, ya paltarında olsa, namazı batildir. Əgər 
quru olsa və onun eyni aradan getsə, namazı səhihdir. 
Məsələ 814: Əgər bir şəxsin ağız suyu, təri və ya tükü namaz qılanın bədənində və ya 
libasında olarsa, eybi yoxdur. Həmçinin namaz qılanın yanında mirvari, mum və bal olarsa 
da, eyni hökmü daşıyır. 
Məsələ 815: Əgər bir şəxs libasının, əti halal və ya haram heyvandan hazırlandığı barədə 
şəkk edərsə, istər müsəlman ölkəsində hazırlanmış olsun, istərsə kafir ölkəsində 
hazırlanmış olsun, onunla namaz qılmaq caizdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 816: Sədəfin, əti haram heyvanın üzvlərindən hazırlanmış olduğu mə`lum 
olmadığından, insanın onunla namaz qılması caizdir. 
Məsələ 817: Namazda sincab dərisi geyinməyin eybi yoxdur. Amma müstəhəbb ehtiyat 
odur ki, sincab dərisi ilə namaz qılınmasın. 
Məsələ 818: Əgər əti haram heyvandan olduğunu bilmədiyi və ya unutduğu bir libasla 
namaz qılarsa, namazı səhihdir. 
Beşinci şərt 
Məsələ 819: Kişi üçün qızıldan toxunmuş paltar geymək haram və onunla namaz batildir. 
Amma qadın üçün namazda və başqa vaxtlarda eybi yoxdur. 
Məsələ 820: Sinəyə qızıl zəncir taxmaq, barmağa qızıl üzük taxmaq, qola qızıl qolbağlı saat 
bağlamaq kişiyə haram və onunla namaz qılmaq batildir. Amma qadın üçün namazda və 
qeyri vaxtlarda eybi yoxdur. 
Məsələ 821: Əgər bir kişi, üzük və ya libasının qızıldan olduğunu bilməsə və ya unudarsa, 
ya da qızıldan olub-olmadığı barədə şəkk edərsə, belə ki, onunla namazı qıldıqda, namaz 
səhih olar. 
Altıncı şərt: 
Məsələ 822: Namaz qılan kişinin təklikdə övrətini örtə bilən paltarı, gərək xalis ipəkdən 
olmasın. Namazdan digər vaxtlarda da onu geyinməsi haramdır. 
Məsələ 823: Əgər paltarın astarı tamamilə və ya bir hissəsi xalis ipəkdən olsa, kişi üçün onu 
geyinmək haram və onunla namaz batildir. 
Məsələ 824: Kişinin, xalis ipəkdən və ya başqa bir şeydən hazırlandığını bilmədiyi bir libası 
geyinməsi caizdir. Onunla namaz qılmağın da eybi yoxdur. 
Məsələ 825: Əgər kişinin cibində ipək dəsmal və ya ona oxşar bir şey olsa, eybi yoxdur və 
namazı batil etmir. 
Məsələ 826: Qadın üçün namaz və ya başqa vaxtda xalis ipək geyməyin eybi yoxdur. 
Məsələ 827: Çarəsizlik halında, xalis ipək və ya qızıldan hazırlanan libasın geyilməsinin 
eybi yoxdur. Həmçinin, libas geyməkdə çarəsiz qalan bir şəxsin, bundan başqa bir libası 
yoxdursa, bu libaslarla namaz qıla bilər. 
Məsələ 828: Əgər qəsbi ya xalis ipək və ya qızıldan toxunan paltardan başqa bir paltarı 
yoxdursa və paltar geyinməyə zərurət duymursa, gərək çılpaqlara aid göstərişə əməl etsin 
və namaz qılsın. 
Məsələ 829: Yırtıcı heyvandan hazırlanmış paltardan başqa bir paltarı olmayan şəxs əgər 
paltar geymək məcburiyyətindədirsə, vaxtın axırına qədər məcburiyyət öz halında qalsa, o 
paltarla namaz qıla bilər. Amma əgər paltar geymək məcburiyyətində deyilsə, çılpaqlar 
üçün söylənən tə`limat üzrə namaz qılmalıdır. Həmçinin yırtıcı olmayan, amma əti haram 
olan heyvandan hazırlanan libasdan başqa bir paltarı olmayan şəxs əgər paltar geymək 
məcburiyyətində olmazsa, lazım ehtiyata görə bir dəfə o libasla, bir dəfə çılpaqlar 
tə`limatına görə olmaqla iki namaz qılmalıdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 830: Namazda övrət yerini örtmək üçün bir şeyi olmayan şəxs, kirayə etməklə və ya 
satın almaqla olsa belə, bunu hazırlaması vacibdir. Amma onu hazırlamaq, əlində olan 
pula nisbətən çox pul tələb edirsə və ya pulu paltar üçün xərcləməsi onun halına zərər 
verəcəkdirsə, çılpaqlara aid olan göstərişə əsasən, namaz qıla bilər. 
Məsələ 831: Paltarı olmayan şəxsə başqası paltar bağışlayarsa və ya ariyəyə verərsə, əgər 
bunu qəbul etmək onun üçün çətin deyilsə, qəbul etməlidir. Hətta icarə və ya hədiyyəni 
tələb etmək onun üçün çox çətin deyilsə, libası olan şəxsdən icarə və ya hədiyyəni tələb 
etməlidir. 
Məsələ 832: Parçası, rəngi və ya modeli ona uyğun olmayan bir libası geymək, onun 
hörmətsizliyinə və xar olmasına səbəb olduğu təqdirdə, haramdır. Amma o libasla namaz 
qılarsa, satiri (örtüyü) təkcə o olmasa belə, namazı səhihdir. 
Məsələ 833: Kişinin qadın paltarı geyinməsi və qadının kişi paltarı geyinməsi, haram deyil, 
onunla namaz qılmaq da batil deyil. Amma vacib ehtiyata əsasən kişinin özünü qadın 
formasına, qadının da özünü kişi formasına salması caiz deyil. 
Məsələ 834: Uzanmış halda namaz qılmalı olan şəxsin yorğan ya mələfəsinin namaz qılanın 
libasının şərtlərinə malik olması lazım deyil. Amma ona «geyinmişdir» deyiləcək şəkildə, 
məsələn ona büründüyü təqdirdə onunla namaz qılmaq caiz deyildir. 
Namaz qılanın bədən və paltarının pak olmasının lazım olmadığı hallar 
Məsələ 835: Aşağıda izah olunacaq üç halda namaz qılanın bədən və ya paltarı nəcis olarsa, 
namazı səhihdir: 
1. Bədənində olan yara, cərahət və ya çiban vasitəsilə paltarına və ya bədəninə qan 
bulaşırsa. 
2. Bədən və ya paltarı bir dirhəmdən az qana bulaşmış olsa, vacib ehtiyata görə dirhəm 
şəhadət barmağının bəndi qədər olur. 
3. Nəcis bədən və ya paltarla namaz qılmağa məcburdursa; 
Bir halda da əgər namaz qılanın paltarı nəcis olsa, namazı səhihdir. Bu hal namaz qılanın 
corab və ərəqçin kimi kiçik paltarının nəcis olduğu haldır. Bunlara aid hökmlər aşağıda 
geniş izah olunacaqdır. 
Məsələ 836: Namaz qılanın bədəni və ya paltarında yara, cərahət və ya çiban qanı olarsa, o 
yara, cərahət və ya çiban sağalıncaya qədər həmin qanla namaz qıla bilər. Həmçinin əgər 
qanla çirk gəlsə və ya yara üzərinə qoyulan dərman nəcis olarsa və onun paltar və ya 
bədənində olsa, hökm eynidir. 
Məsələ 837: Əgər tez yaxşılaşan və yuyulması asan olan bir kəsik və ya yaraya aid qan 
namaz qılanın bədən və ya paltarında olsa, dirhəm qədərində və ya ondan çox olsa namazı 
batildir. 
Məsələ 838: Əgər bədənin və ya paltarının yaraya uzaq olan bir yeri yaranın rütubəti ilə 
nəcis olsa, onunla namaz qılmaq caiz deyildir. Amma əgər bədən və ya paltarının adi halda 
yaradan rütubət yetişəcək miqdarı o rütubətlə nəcis olsa, onunla namaz qılmağın 
maneçiliyi yoxdur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 839: Əgər bavasir yarasından və ya ağız, burun və bu kimi üzvün içində olan 
yaradan gələn qan bir kimsənin bədən və ya paltarında olsa, onunla namaz qıla bilər. Gözü 
çöldə olan bavasirlə daxildə olan arasında heç bir fərqi yoxdur. 
Məsələ 840: Bədənində yara olan bir şəxs, əgər bədən və ya paltarında dirhəmdən çox 
miqdarda olan bir qan görsə və onun yaradan gələn qanmı, yoxsa başqa bir qanmı 
olduğunu bilmirsə, vacib ehtiyata görə onunla namaz qılmamalıdır. 
Məsələ 841: Bədənində bir neçə yara olub və bir tək yara hesab olacaq şəkildə bir-birlərinə 
yaxın olarsa, hamısı yaxşılaşanadək onların qanı ilə namaz qılmağın maneçiliyi yoxdur. 
Amma əgər hər biri ayrı bir yara sayılacaq qədər bir-birlərindən uzaq olarsa, hansı 
yaxşılaşsa namaz üçün o yaradan bədən və paltara bulaşan qanı yumalıdır. 
Məsələ 842: Əgər iynə ucu qədər heyz qanı namaz qılanın bədən və ya paltarında olarsa, 
namazı batildir. Ehtiyata görə donuz kimi eyni-nəcis olan heyvanın habelə, murdar və əti 
haram olan heyvanın qanı və nifas və istihazə qanı da eyni hökmü daşıyır. Amma insan 
qanı və ya əti halal olan heyvan qanı kimi digər qanlar bədənin bir neçə yerində olsa belə, 
üst-üstə dirhəm miqdarından az olarsa, onunla namaz qılmağın eybi yoxdur.
Məsələ 843: Astarsız paltara tökülüb arxasından çıxan qan, bir qan hesab edilir; hər 
tərəfin sahəsi çox olsa, onu hesab etmək lazımdır. Amma əgər onun arxasına ayrıca bir qan 
dəymiş olsa, hər birisini ayrı hesab etmək gərəkdir. Deməli paltarının üzü və arxasında 
görünən qan üst-üstə bir dirhəmdən az olsa, onunla namaz qılmaq səhihdir, əgər dirhəm 
qədər, ya ondan çox olsa batildir. 
Məsələ 844: Əgər qan astarlı paltarın üstünə tökülüb astarına da yetişərsə və ya astarına 
tökülüb üzünə də çıxarsa, ya bir paltardan digərinə dəysə, hər birini ayrı qan hesab etmək 
gərəkdir. Əgər üst-üstə hesab etdikdə dirhəmdən az olsa, onunla namaz səhih, əks halda isə 
batildir. Amma əgər məsələn, xalq arasında bir qan sayılacaq qədər bir-birilə bitişik 
olarsa, sahəsi çox olan tərəfin qanı dirhəmdən az olarsa, onunla namaz səhihdir. Əgər 
dirhəm qədər ya ondan çox olarsa, batildir. 
Məsələ 845: Əgər bədən və ya paltarında olan qan dirhəmdən az olsa və ona bir rütubət 
dəyəndən sonra ətrafa yayılsa, o rütubət və qan birlikdə bir dirhəm miqdarınca olmazsa 
belə, onunla namaz batildir. Amma əgər rütubət yalnız qana dəyib və ətrafa yayılmazsa, 
onunla namaz qılmağın bir maneçiliyi yoxdur. 
Məsələ 846: Əgər bədən və ya paltar qana bulaşmayıb islaq olaraq qana dəyməsi 
nəticəsində nəcis olsa, nəcis olan miqdar bir dirhəmdən az olsa belə, onunla namaz qılmaq 
olmaz. 
Məsələ 847: Əgər bədən və ya paltarda olan qan dirhəmdən az olsa və ona başqa bir 
nəcasat da dəyərsə, məsələn, onun üzərinə bir damla bövl tökülsə, o bədənin və ya paltarın 
pak bir yerinə də dəysə, onunla namaz qılmaq caiz deyildir. Hətta bədən və ya paltarın pak 
bir yerinə dəyməyibsə belə, lazım ehtiyata görə onunla namaz qılmaq səhih deyildir. 
Məsələ 848: Namaz qılanın ərəqçin və corab kimi övrət yerini örtməyən kiçik paltarları 
nəcis olsa, əgər murdar və it kimi eyni-nəcis heyvandan düzəldilməmişsə, onlarla namaz 
səhihdir. Əgər nəcis murdardan, ya nəcis heyvandan düzəldilibsə, vacib ehtiyata əsasən 
onlarla namaz qılmaq batildir. Əgər nəcis üzüklə namaz qılarsa, maneçiliyi yoxdur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 849: Namaz qılanın üstündə nəcis dəsmal, açar, bıçaq və buna bənzər şeylərin 
olması caizdir. Həmçinin nəcis bir paltarın namaz qılanın üstündə (yanaşı) olmasının 
namaza bir zərəri yoxdur. 
Məsələ 850: Əgər onun bədən və ya paltarında olan qanın bir dirhəmdən az olduğunu 
bilirsə, amma namazda əfv olunan (icazə verilən) qanlardan olduğuna ehtimal verirsə, o 
qanla namaz qılması caizdir. 
Məsələ 851: Əgər paltar və ya bədənində olan qan bir dirhəmdən az olsa və əfv olunan 
(icazə verilən) qanlardan olduğunu bilmədən namaz qılsa, sonra da icazə verilməyən 
qanlardan olduğu aydınlaşsa, namazı yenidən qılmaq lazım deyil. Həmçinin əgər qanın bir 
dirhəmdən az olduğuna e`tiqad edib namaz qılsa və sonra da bir dirhəm miqdarınca və ya 
daha çox olduğu üzə çıxırsa, o namazı yenidən qılmaq lazım deyildir. 
Namaz qılanın paltarında müstəhəbb olan şeylər 
Məsələ 852: Fəqihlər (Allah onlara rəhmət eləsin!) namaz qılanın paltarında bir neçə şeyi 
müstəhəbb bilmişlər: o cümlədən: əmmamə təhtül-hənəklə (əmmamənin ucunu açıb 
çənənin altından dolandırıb boyuna salmaq), əba və ağ paltar geymək, ən pak paltar 
geymək, xoş ətirdən istifadə etmək, əqiq üzük taxmaq bunlara misaldır. 
Namaz qılanın paltarında məkruh olan şeylər 
Məsələ 853: Fəqihlər (Allah onlara rəhmət eləsin!) bir neçə şeyi namaz qılanın paltarında 
məkruh bilmişlər. O cümlədən qara, çirkli, dar paltar geyinmək, şərab içənin paltarını 
geymək, nəcasatdan pəhriz etməyənin paltarını geymək, paltarın düymələrini açıq 
qoymaq, üzərində şəkil olan üzüyü barmağa taxmaq və üzərində şəkil olan paltar geymək. 
Namaz qılanın yeri 
Namaz qılanın məkanının yeddi şərti vardır: 
Birinci şərt: 
Vacib ehtiyata əsasən mübah olmalıdır. 
Məsələ 854: Bir kəs qəsbi mülkdə namaz qılsa, əgər xalça və taxt, bu kimi şeylərin üstündə 
belə olsa, lazım ehtiyata əsasən namazı batildir. Amma qəsbi tavan altında və qəsbi 
xeymədə namaz qılmağın maneçiliyi yoxdur. 
Məsələ 855: Mənfəəti başqasının malı olan bir mülkdə oranın mənfəətinə sahib olan şəxsin 
icazəsi olmadan namaz qılmaq, qəsbi bir yerdə namaz qılmaq hökmündədir. Məsələn, 
kirayə edilmiş bir evdə, evin sahibi və ya başqa birisi, ev kirayələyən şəxsin izni olmadan 
namaz qılarsa, ehtiyata əsasən namazı batildir. 
Məsələ 856: Bir kəs məsciddə otursa, əgər başqası onu kənar edib onun yerini işğal etsə və 
o yerdə namaz qılsa, günah etmiş olsa da namazı səhihdir. 
Məsələ 857: Qəsb edilmiş olduğunu bilmədiyi bir yerdə namaz qılarsa və namazdan sonra 
o yerin qəsb edilmiş olduğunu bilərsə və ya qəsb edilmiş olduğunu unutduğu bir yerdə 
namaz qılıb sonra xatırlayarsa, namazı səhihdir. Amma əgər özü qəsb etmişdirsə, bunu 
unudaraq, orada namaz qılarsa, ehtiyata əsasən namazı batildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 858: Əgər bir yerin qəsb edilmiş olduğunu və ondan istifadə etməyin haram 
olduğunu bilirsə, amma qəsb edilmiş yerdə namazın işkallı olduğunu bilməzsə və orada 
namaz qılarsa, ehtiyata əsasən namazı batildir. 
Məsələ 859: Vacib namazını minik üzərində qılmaq məcburiyyətində olan bir şəxsin əgər 
mindiyi heyvan və ya yəhəri, ya da nalı qəsb edilmiş olarsa, vacib ehtiyata əsasən namazı 
batildir. O miniyin üzərində müstəhəbb bir namaz qılmaq istərsə də, hökm eynidir. 
Məsələ 860: Bir mülkdə başqa birisi ilə şərik olan şəxs şərikinin hissəsi ayrılmamış, 
şərikinin icazəsi olmadan, o mülkün bir şeyindən istifadə edə bilməz və orada namaz 
qılmaq vacib ehtiyata əsasən batildir. 
Məsələ 861: Xumsu verilməmiş pulla bir mülk alsa, əksər müamilələrdə olduğu kimi, külli 
şəkildə zimməsinə alsa, o mülkü işlətmək (təsərrüf etmək) halaldır və verdiyi pulun 
xumusuna borcu olur. Amma əgər xumsu verilməyən pulun eyni ilə mülk alsa, oradan 
istifadə etmək şəriət hakiminin icazəsi olmadan haram və orda namaz qılmaq vacib 
ehtiyata görə batildir. 
Məsələ 862: Əgər mülkün sahibi dili ilə namaz qılmağa icazə versə və insan onun qəlbən 
razı olmamasını bilsə, o mülkdə namaz qılmaq caiz deyildir. Amma əgər icazə vermədiyi 
halda, insan onun qəlbən razı olduğuna əmin olarsa, namaz qılmaq caizdir. 
Məsələ 863: Zəkat borcu və ya camaata borclu olan bir meyyitin mülkündən istifadə 
etmək, əgər onun evində namaz qılmaq kimi o haqqları verməklə bir ziddiyyəti olmazsa, 
varislərin icazəsi ilə maneəsizdir. Həmçinin əgər onun borcunu versələr və ya verməyə 
zamin olub zimməyə alsalar, yaxud onun borcu miqdarında irsdən ayırsalar, hətta tələfə 
səbəb olsa da, onun mülkündən istifadə etməyin maneçiliyi yoxdur. 
Məsələ 864: Əgər meyyitin onun mirasçılarından bə`zisi kiçik (səğir) və ya dəli, ya da qaib 
olarsa, onların vəlilərinin icazəsi olmadan o mülkdən istifadə etmək haramdır və orada 
namaz qılmaq caiz deyildir. Amma meyyitin dəfn üçün hazırlanmasında lazım olan, adi 
təsərrüflərin eybi yoxdur. 
Məsələ 865: Başqasının mülkündə namaz qılmaq ancaq açıqca izn verdiyi və ya namaz 
qılmağa dair razı olduğunu göstərən bir söz söylədiyi zaman (bir kimsəyə onun evində 
oturmağa və yatmağa izn vermiş olur ki, bundan namaz qılmağa da razı olduğu anlaşılır), 
ya da insan ayrı bir yoldan mülk sahibinin razı olduğuna güman etdiyi təqdirdə caizdir. 
Məsələ 866: Çox geniş ərazilərin sahibi kiçik (səğir) və ya dəli olsa, yaxud orada namaz 
qılmağa razı olmasa belə, orada namaz qılmaq caizdir. Ətrafında divar və qapı olmayan 
açıq yerlərdə də sahiblərindən icazə almadan namaz qılına bilər. Amma bu halda 
malikinin razı olmadığı mə`lum olarsa, orada təsərrüf edilməməlidir. Amma əgər onların 
sahibi kiçik (səğir) və ya dəli olarsa, ya da razı olmadığı zənn edilərsə, lazım ehtiyat olaraq 
onlarda təsərrüf edilməməli və namaz qılınmamalıdır. 
İkinci şərt 
Məsələ 867: Namaz qılanın məkanı, vacib namazlarda namaz qılanın ayaq üstə durmasına, 
rüku və səcdələri yerinə yetirməsinə mane olacaq qədər çox hərəkətli olmamalıdır. Hətta 
lazım-ehtiyata əsasən, onun bədəninin sükunətinə də mane olmamalıdır. Əgər vaxtın 
darlığından və yaxud başqa səbəbdən, məsələn; maşın, gəmi və qatar kimi hərəkət edən 
yerdə namaz qılmaq məcburiyyətində qalarsa, mümkün olduğu qədər qibləyə və bədənin 
sükunətinə riayət etməlidir. Əgər onlar qiblədən başqa tərəfə hərəkət etsə, gərək qibləyə 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
tərəf dönsün. Əgər qibləyə dəqiq şəkildə riayət etmək mümkün olmasa, çalışmalıdır ki, 
qiblə ilə olan fərq 90 dərəcədən artıq olmasın. Əgər bu da mümkün olmasa, gərək təkcə 
təkbirətül-ehramda qibləyə riayət etsin. Bu da müyəssər olmasa qibləyə riayət etməsi lazım 
deyil. 
Məsələ 868: Avtomobildə, gəmidə, qatar və bu kimi yerlərdə onların dayandığı vaxt namaz 
qılmağın maneçiliyi yoxdur. Həmçinin hərəkət etdiyi vaxt, namaz qılanın bədəninin aram 
olmağına mane olmayan tərzdə olsa, eybi yoxdur. 
Məsələ 869: Üzərində hərəkətsiz dayanmaq mümkün olmayan arpa, buğda anbarlarında 
və bu kimi yerlərdə namaz qılmaq batildir. 
Üçüncü şərt 
Namazı tamamlaya biləcəyinə ehtimal verdiyi bir yerdə namaz qılmalıdır. Külək, yağış, 
camaatın izdihamı və bu kimi səbəbdən namazını tamamlaya bilməyəcəyindən əmin 
olduğu bir yerdə rəcaən namaz qılarsa – hərçənd təsadüfən namazı tamamlasa belə – eybi 
yoxdur. 
Məsələ 870: Əgər orada qalmaq haram olan yerdə, məsələn; uçulmağa mə`ruz qalmış bir 
tavanın altında namaz qılarsa, günah etməsinə baxmayaraq, namazının işkalı yoxdur. 
Məsələ 871: Üzərində dayanmağı və oturmağı haram olan bir şeyin üstündə namaz qılmaq, 
məsələn, xalçanın Allahın adı yazılmış bir yerində əgər qürbət qəsdinə mane olarsa, səhih 
deyil. 
Dördüncü şərt 
Namaz qılanın (yerin) tavanı, onun ayaq üstə düz dayanmasına mane olacaq qədər alçaq 
olmamalı, həmçinin rüku və səcdə edə bilməyəcək qədər kiçik olmamalıdır. 
Məsələ 872: Əgər ayaq üstə durmaq imkanı əsla olmayan bir yerdə namaz qılmaq 
məcburiyyətində qalarsa, oturaraq namaz qılmalıdır. Əgər rüku və səcdə etməyə imkanı 
yoxdursa, onlara başı ilə işarə etməlidir. 
Məsələ 873: Ehtiramsızlıq olduğu təqdirdə, Peyğəmbər (s.ə.v.v) və İmamların (ə.s.) 
qəbirlərinin qabağında (yə`ni arxası qəbrə tərəf) namaz qılmamalıdır. Amma əgər 
hörmətsizlik olmasa, eybi yoxdur. Amma hər iki halda namaz səhihdir. 
Beşinci şərt 
Namaz qılanın yeri nəcisdirsə, namazı batil edən nəcislərdəndirsə bədən və ya libasına 
yetişəcək qədər yaş olmamalıdır. Amma alnını qoyduğu yer nəcis olarsa, quru olsa belə, 
namazı batildir. Namaz qılanın yerinin ümumiyyətlə nəcis olmaması ehtiyat-müstəhəbbdir. 
Altıncı şərt 
Lazım ehtiyat olaraq qadın (namazda) kişidən dalda dayanmalıdır. Qadının səcdə etdiyi 
yer, heç olmazsa, kişinin səcdə halında ikən dizlərinin yeri miqdarında olacaq qədər 
arxada olmalıdır. 
Məsələ 874: Əgər qadın, kişi ilə bərabər və ya bir az qabaqda durarsa və birlikdə namaza 
başlayarlarsa, vacib ehtiyata əsasən namazlarını yenidən qılmalıdırlar. Biri digərindən 
qabaq namaza başlayarsa da, hökm eynidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 875: Əgər kişi və qadın bərabər və ya qadın qabaqda dayanarsa və namaz qılsalar, 
divar, ya pərdə, ya başqa bir şey arada olsa belə ki, bir-birlərini görməsələr, ya aralarında 
on zira fasilə olsa, hər ikisinin namazı səhihdir. 
Yeddinci şərt 
Namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarının başından dörd bağlı 
barmaqdan çox alçaq, ya uca olmasın. Bu məsələnin təfsilatı səcdənin hökmlərində 
deyiləcəkdir. 
Məsələ 876: Naməhrəm kişi və qadının, günaha düçar olma ehtimalını verdikləri bir yerdə 
dayanmaları haramdır. Orada namaz qılmamaları da ehtiyat-müstəhəbbdir. 
Məsələ 877: Qina oxunan, ya haram musiqi çalınan yerdə namaz qılmaq, onları dinləmək 
və istifadə etməyin günah olmasına baxmayaraq, batil deyildir. 
Məsələ 978: Vacib ehtiyat odur ki, Kə`bə evində və onun damında ixtiyar halında vacibi 
namaz qılmasın, amma əlacsız halda eybi yoxdur. 
Məsələ 979: Kə`bə evində və damında müstəhəbb namaz qılmağın eybi yoxdur. Hətta 
Kə`bə evinə daxil olarkən, hər rüknün qarşısında iki rük`ət namaz qılmaq müstəhəbbdir. 
Namaz qılınması müstəhəbb olan yerlər 
Məsələ 880: Müqəddəs İslam şəriətində namazı məsciddə qılmağa dair çox tövsiyələr 
olunmuşdur. Bütün məscidlərdən üstünü Məscidul-həramdır. Ondan sonra Peyğəmbər 
(s.ə.v.v.) məsciddidir, ondan sonra Kufə məscidi, sonra Beytul-müqəddəs məscidi, sonra 
hər şəhərin came məscidi və sonra məhəllə məscidi və ondan sonra isə bazar məscidi 
yaxşıdır. 
Məsələ 881: Qadınların namazlarını, istər ev, istər məscid olsun və ya başqa bir yer, 
naməhrəmdən qorunmaq üçün daha münasib olan bir yerdə qılmaları daha yaxşıdır. 
Məsələ 882: İmamların (ə) hərəmlərində namaz qılmaq müstəhəbbdir, hətta məsciddən 
daha yaxşıdır. Həzrət Əmirəl-mö`minin əli əleyhissəlamın mütəhhər (pak) hərəmində 
namaz qılmaq iki yüz min rük`ət namaza bərabərdir. 
Məsələ 883: Məscidə çox getmək və namaz qılanı olmayan məscidə getmək müstəhəbbdir. 
Məscidlə qonşu olan şəxsin üzrü olmasa, məsciddən başqa yerdə namaz qılması 
məkruhdur. 
Məsələ 884: İnsanın, məscidə getməyən şəxs ilə yemək yeməməsi, işlərində onunla 
məsləhətləşməməsi, ona qonşu olmaması və ona qız verib-almaması müstəhəbbdir. 
Namaz qılınması məkruh olan yerlər 
Məsələ 885: Bir neçə yerdə namaz qılmaq məkruhdur. O cümlədən: 
1) Hamamda. 
2) Şoranlıq yerdə. 
3) İnsanın qarşısında. 
4) Açıq qapı qarşısında. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
5) Yolda, xiyabanda və o küçədə; belə ki, oradan keçən kəslər üçün əziyyət olmasın, əgər 
onlara zəhmət olsa, haramdır. 
6) Od və çırağın qarşısında. 
7) Aşpazxanada və od kürəsi olan yerlərdə. 
8) Sidik yeri olan quyu və çala qarşısında 
9) Ruhu olan canlının şəkil və heykəli ilə üzbəüz; amma üstünə pərdə çəkilsə eybi yoxdur. 
10) Cünub şəxs olan otaqda. 
11) Şəkil olan yerdə, hətta namaz qılan onunla üzbəüz olmasa da. 
12) Qəbrin qarşısında. 
13) Qəbrin üstündə. 
14) İki qəbrin arasında. 
15) Qəbiristanlıqda. 
Məsələ 886: Camaatın keçdiyi yerdə namaz qılan və ya namazda ikən qarşısında bir şəxs 
olan kimsənin, önünə bir şey qoyması müstəhəbbdir. Bir çubuq və ya ip parçası olsa 
kifayətdir. 
MƏSCİDİN HÖKMLƏRİ 
Məsələ 887: Məscidin yer, tavan, dam və daxili divarını nəcis etmək haramdır. Onun nəcis 
olduğunu anlayan hər bir şəxsin, dərhal onun nəcasatını aradan qaldırması və paklanması 
lazımdır. Məscidin divarının xaricini də nəcis etməmək ehtiyat-müstəhəbbdir. Amma əgər 
olarsa, onu aradan qaldırmaq lazım deyil. Amma əgər məscidin divarının xaricini nəcis 
etmək, məscidin hörmətsizliyinə səbəb olarsa, əlbəttə haramdır. O hissəni paklayıb aradan 
qaldırmaqla, hörmətsizliyi aradan qaldırmaq lazımdır. 
Məsələ 888: Əgər bir şəxsin məscidi paklamağa gücü çatmazsa və ya köməyə ehtiyacı olub, 
onu tapmazsa, məscidi paklamaq ona vacib deyil. Amma əgər başqasına xəbər verdiyi 
təqdirdə paklama işinin aparılacağını bilirsə, belə ki, nəcasətin qalması hörmətsizliyə səbəb 
olarsa, ona xəbər verməsi gərəkdir. 
Məsələ 889: Əgər məscidin nəcis olan bir yerini paklamaq, oranı pozmadan və ya 
qazmadan da mümkün deyilsə, bu iş, az bir təxribi və ya qazmağı tələb edirsə, qazmaq və 
ya uçurmaq cüzi miqdarda olsa, ya məscidə hörmətsizliyin aradan qaldırılması böyük 
miqdarda sökməyə və ya qazmağa bağlıdırsa, oranı qazmaları və ya təxrib etmələri 
gərəkdir. Əks təqdirdə oranı təxrib etməsi işkallıdır. Qazılan yerin doldurulması və 
uçurulan yerin təkrar düzəldilməsi vacib deyildir. Amma əgər məscidin kərpici kimi bir 
şey nəcis olarsa, mümkün olduğu təqdirdə yuduqdan sonra, təkrar öz yerinə qoymaları 
lazımdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 890: Əgər bir məscidi qəsb edib, onun yerində ev və buna bənzər bir şey tiksələr və 
ya artıq ona məscid deyilməyəcək qədər xarab olarsa, onu nəcis etmək haram deyil. Əgər 
nəcis olarsa, onu paklamaq vacib deyildir. 
Məsələ 891: İmamların (ə.s) hərəmini nəcis etmək haramdır və nəcis olsa, əgər nəcis 
qalması hörmətsizlikdirsə, onu paklamaq vacibdir, hətta müstəhəbb ehtiyat odur ki, 
hörmətsizlik olmasa da paklasınlar. 
Məsələ 892: Əgər məscidin həsiri ya kovroliti nəcis olsa gərək onu suya çəkəsən, amma 
əgər nəcis olan yeri kəsmək daha yaxşı olsa, gərək kəsilsin. Amma onun e`tina olunacaq 
qədər böyük hissəsini kəsmək, yaxud nöqsanlı olmasına səbəb olacaq şəkildə paklamaq 
məhəlli işkaldır. Amma əgər onun tərk olunması hörmətsizliyə səbəb olarsa, həmin 
qaydada paklanmalıdır. 
Məsələ 893: Eyni-nəcisin və mütənnəcisin məscidə aparılması, məscidə hörmətsizlik olsa, 
haramdır. Hətta ehtiyat müstəhəbb odur ki, ehtiramsızlıq olmasa da, eyni-nəcis məscidə 
aparılmasın. Amma əgər insana bağlı olan bir şey, məsələn insanın bədən və ya paltarında 
olan yara qanı kimi şeyləri aparmağın eybi yoxdur. 
Məsələ 894: Əgər məscidə mərsiyəxanlıq üçün çadır çəksələr, xalça döşəsələr, qara çəksələr 
və çay büsatı gətirsələr, əgər bu işlər məscidə zərər gətirməsə və namaz qılmaq üçün 
maneçilik törətməsə, eybi yoxdur. 
Məsələ 895: Məscidi qızılla zinətləndirməmək vacib-ehtiyatdır. İnsan və heyvan kimi ruhu 
olan şeylərin rəsmləri ilə zinətləndirməmək ehtiyat-müstəhəbbdir. 
Məsələ 896: Əgər məscid xarab da olsa, onu satmaq, yaxud mülkə daxil etmək olmaz. 
Məsələ 897: Məscidin qapı-pəncərəsini və başqa şeylərini satmaq haramdır. Əgər məscid 
xarab olsa, gərək onları həmin məscidin tə`mirinə işlətsinlər. Əgər o məscidə yaramasa, 
gərək başqa məsciddə işlədəsən. Amma əgər o biri məscidlərə də yaramasa, onu sata 
bilərlər və onun pulunu əgər mümkündürsə, həmən məscidin tə`mirində, əgər ehtiyac 
yoxdursa, başqa məscidin tə`mirində işlətsinlər. 
Məsələ 898: Məscid tikmək və ya uçulmaqda olan məscidi tə`mir etmək müstəhəbbdir. 
Əgər bir məscid tə`mir olunmağa qabil olmayacaq dərəcədə uçub-dağılmışsa, onu söküb 
yenidən tikə bilərlər; hətta camaatın ehtiyacı üçün sökülməmiş bir məscidi uçurub, daha 
da böyüdə bilərlər. 
Məsələ 899: Məscidi təmizləmək, məscidin çıraqlarını yandırmaq müstəhəbbdir. Məscidə 
getmək istəyən şəxsin xoş ətir vurması, pak və qiymətli paltarını geyməsi və başmağının 
altını nəcasət olmadığını bilmək üçün yoxlaması müstəhəbdir. Məscidə daxil olanda əvvəl 
sağ ayağını, çıxanda isə sol ayağını atması müstəhəbbdir. Həmçinin insanın hamıdan 
qabaq məscidə gəlib, hamıdan sonra məsciddən çıxması da müstəhəbbdir. 
Məsələ 900: Müstəhəbbdir ki, insan məscidə daxil olduqda təhiyyət və məscidə hörmət 
məqsədi ilə 2 rük`ət namaz qılsın və əgər başqa müstəhəbb, yaxud vacib namaz qılsa, 
kifayətdir. 
Məsələ 901: Məsciddə yatmaq (əgər insan çarəsiz olmasa), dünya söhbətləri etmək, bir 
sənətlə məşğul olmaq və nəsihətli olmayan şe`rlər oxumaq məkruhdur. Həmçinin ağızın, 
burunun və sinənin bəlğəmini məscidə tökmək məkruhdur, hətta bə`zi vaxtlarda haramdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Həmçinin itmiş şeyi tələb etmək, səsi yüksəltmək məkruhdur. Amma azanı uca səslə 
deməyin maneçiliyi yoxdur. 
Məsələ 902: Dəlinin məscidə daxil olmasına yol vermək məkruhdur. Həmçinin, namaz 
qılanlara zəhmət verəcəyi və ya məscidi nəcis edəcəyi ehtimalı vardırsa, uşağın da məscidə 
daxil olmasına yol vermək eyni hökmü daşıyır. Bu iki haldan başqa, uşağı məscidə 
gətirməyin eybi yoxdur hətta bə`zi hallarda da uşağı məscidə aparmaq daha yaxşıdır. 
Soğan, sarımsaq və bu kimi şeyləri yeyib, ağzının qoxusu camaatı narahat edən şəxsin də 
məscidə daxil olması məkruhdur. 
AZAN VƏ İQAMƏ 
Məsələ 903: Kişi və qadının gündəlik vacib namazlardan qabaq azan və iqamə deməsi 
müstəhəbbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə məşru` (şər`i 
qanun) deyildir. Amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç 
dəfə «Əssəlat» demək müstəhəbbdir. 
Məsələ 904: Uşağın dünyaya gəldiyi birinci gün yaxud göbəyi düşməzdən əvvəl sağ 
qulağına azan və sol qulağına iqamə demək müstəhəbbdir. 
Məsələ 905: Azan 18 cümlədir: 
Dörd dəfə: Əllahu əkbər 
İki dəfə: Əşhədu ən la ilahə illəllah 
İki dəfə: Əşhədu ənnə Muhəmmədən rəsulullah 
İki dəfə: Həyyə ələssəlah 
İki dəfə: Həyyə ələl-fəlah 
İki dəfə: Həyyə əla xəyril-əməl 
İki dəfə: Əllahu əkbər 
İki dəfə: La ilahə illəllah 
İqamə isə 17 (on yeddi) cümlədir, yə`ni əvvəldə iki dəfə «Əllahu əkbər» deyilir, «La ilahə 
illəllah» azanın sonundan bir dəfə azaldılır, «Həyyə əla xəyril-əməl» dedikdən sonra isə iki 
dəfə «Qəd qamətissəlah» əlavə edilir. 
Məsələ 906: «Əşhədu ənnə Əliyyən vəliyyullah» azan və iqamənin hissəsi deyildir. Amma 
«Əşhədu ənnə Muhəmmədən Rə-sulullah»-dan sonra, qəsdi-qürbətlə deyilməsi yaxşıdır. 
AZAN VƏ İQAMƏNİN TƏRCÜMƏSİ 
رَبكَا ُ َا 
Əllahu əkbər 
Yə`ni: Allah-təala vəsf edilə bilməkdən daha böyükdür. 
ُﷲ ّﻻا َهلِا َﻻ نَا ُدَهشَا 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Əşhədu ənla ilahə illəllah 
Şəhadət verirəm ki, tək və bərabəri olmayan Allahdan başqa ibadətə layiq bir ilah, mə`bud 
yoxdur. 
ﷲ ُلوُس َر اًدﱠمَحُم ﱠنَا ُدَهشَا 
Əşhədu ənnə Muhəmmədən Rəsulullah 
Şəhadət verirəm ki, Muhəmməd Allahın bəndəsi və Rəsuludur. 
ايِلَع َنيِنِمؤملا َريِمَا ﱠنَا ُدَهشَا ﷲ ّىِل َو 
Əşhədu ənnə Əliyyən Əmirul-mu`mininə Vəliyyullah 
Şəhadət verirəm ki, Həzrət Əli (ə) mö`minlərin əmiri və bütün xalqa Allahın tə`yin etdiyi 
vəlisi, rəhbəridir. 
ِةولّصلا ىَلَع ﱠىَح 
Həyyə ələssəlah 
Namaza tələsin! 
ِحَﻼَفلا ىَلَع ﱠىَح 
Həyyə ələl-fəlah 
Nicat yoluna tələsin! 
ِلَمَعْلا ِريَخ ىَلَع ﱠىَح 
Həyyə əla xəyril-əməl 
Bütün işlərin xeyirlisinə tələsin ki, bu namazdır. 
ُةولَصلا ِتَماَق دَق 
Qəd qamətis-səlah 
Namaz başlanmışdır. 
ﷲ ّﻻِا َهَلِا َﻻ 
La ilahə illəllah 
Tək və bərabəri olmayan Allahdan başqa ibadətə layiq bir ilah, mə`bud yoxdur. 
Məsələ 907: Azan və iqamənin cümlələri arasında çox ara verilməməlidir. Əgər onların 
arasında normadan çox fasilə buraxılarsa, onu yenidən təkrar etmək lazımdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 908: Azan və iqamə oxuyarkən, səsi boğaza salmaq əgər ğina halını alırsa, yə`ni 
azan və iqaməni oyun və əyləncə məclislərində mahnı oxuyanlar kimi oxuyarsa, haramdır. 
Amma əgər ğina olmazsa, (boğaza salmaq) məkruhdur. 
Məsələ 909: İki namazın ardıcıl və onların müştərək vaxtında qılındığı hər yerdə, əgər 
namaz qılan birinci namaz üçün azan oxumuşdursa, istər Zilhiccə ayının 9-cu günü olan 
ərəfə günü Ərəfatda olmasa belə, zöhrün fəzilət vaxtında qılınan və ya günorta və ikindi 
namazını Məş`ərul-haramda qılan şəxs üçün Qurban bayramı axşamının işa namazının 
fəzilət vaxtında qılınan axşam və xiftən namazları kimi o iki namazı birlikdə qılmaq yaxşı 
olsun və ya olmasın, sonrakı namazdan azan saqit olur. Əlbəttə, bu yerlərdə azanın saqit 
olması o iki namaz arasında əsla fasilə olmadığı və ya çox az fasilə olduğu təqdirdədir. 
Amma nafilə namazı və tə`qibin fasilə olmasının zərəri yoxdur. Vacib ehtiyat olaraq bu iki 
yerdə Ərəfə günündə və Məş`ərdə hərçənd məşru` olma qəsdi ilə azan oxunmamalıdır, 
hərçənd bu son iki yerdə məşru` qəsdi olmadan oxumaq ehtiyata xilafdır. 
Məsələ 910: Camaat namazı üçün azan və iqamə deyilmişsə, o camaatla namaz qılan şəxs 
öz namazı üçün azan və iqamə oxumamalıdır. 
Məsələ 911: Əgər namaz qılmaq məqsədi ilə məscidə gedərsə və camaat namazının bitmiş 
olduğunu görərsə, sıralar pozulub, camaat dağılmamışsa, öz namazı üçün azan və iqamə 
oxumaya bilər. Yə`ni onları oxumaq artıq tə`kidli müstəhəbb deyildir. Hətta azan oxumaq 
istəsə də, çox yavaşdan oxuması yaxşıdır. Ayrı bir camaat namazı təşkil etmək istəsə də, 
azan və iqamə deməməlidir. 
Məsələ 912: Əvvəlki məsələdə deyilən hallardan başqa, 6 şərtlə azan və iqamə saqit olur: 
1. Camaat namazı məsciddə olmalıdır; əgər məsciddə olmazsa, azan və iqamə saqit olmur. 
2. O namaz üçün azan və iqamə oxunmuş olmalıdır. 
3. Camaat namazı batil olmamalıdır. 
4. Onun qılmaq istədiyi namazla camaat namazı bir məkanda olmalıdır; belə ki, əgər 
camaat namazı məscidin içərisində olsa və o, məscidin damında namaz qılmaq istəsə, azan 
və iqamə oxuması müstəhəbbdir. 
5. Camaat namazı əda olmalıdır; amma o münfərid qılırsa onun namazının da əda olması 
şərt deyildir. 
6. Onun namazı ilə camaat namazının vaxtı müştərək olmalıdır; məsələn, hər ikisi ya 
günorta və ya ikindi namazı qılmalı və ya camaatla qılınan namaz günorta və onun namazı 
ikindi və yaxud onun namazı zöhr və camaatla qılınan namaz ikindi olmalıdır. Amma əgər 
camaat namazı son vaxtında qılınan ikindi namazı olsa, o isə ondan sonra axşam namazını 
əda olaraq qılmaq istəyirsə, azan və iqamə saqit olmaz. 
Məsələ 913: Əgər əvvəlki məsələdə söylənən şərtlərdən üçüncüsündə şəkk edərsə, yə`ni 
camaat namazının səhih olub-olmadığına şəkk edərsə, azan və iqamə ondan saqitdir. 
Amma yerdə qalan beş şərtin birində şəkk edərsə, yaxşı olar ki, azan və iqaməni desin. 
Amma əgər şəkki camaatda olarsa, rəca (qəbul olma) ümidi ilə oxumalıdır. 
Məsələ 914: Başqasının e`lan məqsədilə və ya camaat namazı üçün oxuduğu azanı eşidən 
şəxsin, eşitdiyi hər qismi səssiz olaraq təkrar etməsi müstəhəbbdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 915: Başqasının azan və iqaməsini eşitmiş olan şəxs, istər onunla birlikdə söyləmiş 
olsun və ya olmasın, o azan və iqamə ilə qılmaq istədiyi namaz arasında çoxlu fasilə 
olmamışsa, eşitməyin əvvəlindən namaz qılmaq qəsdi olmuşsa, onun öz azan və iqaməsinə 
kifayət edə bilər. Amma bu hökm, yalnız imamın eşitmiş olduğu, yaxud təkcə mə`mumun 
eşitmiş olduğu camaat barəsində işkallıdır. 
Məsələ 916: Kişi qadının azanını ləzzət qəsdi ilə dinlərsə, ondan azan saqit olmaz, hətta 
qadının azanını eşitməklə ondan azanın saqit olması mütləq şəkildə işkallıdır. 
Məsələ 917: Camaat namazının azan və iqaməsini kişi oxumalıdır; amma qadınların 
camaat namazında qadın da azan və iqamə oxuyarsa, kifayətdir. Kişiləri qadınlara 
məhrəm olan camaat namazında qadının azan və iqaməsi ilə kifayətlənmək məhəlli 
işkaldır. 
Məsələ 918: İqamə azandan sonra oxunmalıdır. Həmçinin, iqaməni ayaq üstə və hədəsdən 
pak olaraq (dəstəmaz, qüsl və ya təyəmmümlü olaraq) oxunması şərtdir. 
Məsələ 919: Əgər azan və iqamənin kəlmələrini ardıcıl söyləməzsə, məsələn, «həyyə ələl-
fəlah»ı, «həyyə ələs-səlah»-dan əvvəl söyləyərsə, sıranın pozulduğu yerdən təkrar 
oxumalıdır. 
Məsələ 920: Azan və iqamə arasında fasilə buraxmamalıdır; Əgər azanla iqamə arasında, 
oxunan azanın bu iqaməyə aid sayılmayacağı qədər fasilə versə, azanı batildir. Həmçinin 
əgər azan və iqamə ilə namaz arasında, oxunan azan və iqamənin o namaza aid 
sayılmayacağı qədər fasilə versə, o azan və iqamə batildir. 
Məsələ 921: Azan və iqamə ərəbcə səhih oxunmalıdır; belə ki, əgər ərəbcə səhv oxusa və ya 
bir hərfin yerinə ayrı bir hərf söyləyərsə, ya da onun başqa dildə, məsələn türkcə 
tərcüməsini söyləyirsə, səhih deyildir. 
Məsələ 922: Azan və iqamə namaz vaxtı daxil olandan sonra oxunmalıdır; əgər qəsdən və 
ya unudaraq vaxtından əvvəl oxuyarsa, batildir. Lakin, 732-ci məsələdə izah olunduğu 
kimi, əgər namaz əsnasında vaxt daxil olduğu təqdirdə, o namazın səhih olduğuna hökm 
edilirsə, ondan əvvəl oxunan azan və iqamə də səhihdir. 
Məsələ 923: İqaməyə başlamamışdan əvvəl azan oxuyub-oxumadığında şəkk etsə, azan 
oxumalıdır. Amma iqaməyə başladıqdan sonra azan oxuyub-oxumadığında şəkk edərsə, 
azan oxuması lazım deyildir. 
Məsələ 924: Azan və iqamə oxuyarkən, bir hissəni oxumağa başlamamışdan, ondan əvvəlki 
cümləni oxuyub-oxumadığında şəkk edərsə, şəkk etdiyi cümləni oxumalıdır. Amma azan və 
iqamənin bir hissəsini oxuyarkən, ondan əvvəlki cümləni oxuyub-oxumadığında şəkk 
edərsə, onu oxuması lazım deyil. 
Məsələ 925: İnsanın azan oxuyarkən üzü qibləyə olması, dəstəmazlı və ya qüsllü olması, 
əllərini qulaqlarına qoyması, səsini yüksəldib uzatması, azanın cümlələri arasında bir az 
fasilə verməsi və onların arasında danışmaması müstəhəbbdir. 
Məsələ 926: İqamə oxuyarkən insanın bədəninin hərəkətsiz (aram) olması, onu azandan bir 
az asta oxuması və cümlələrini bir-birinə yapışdırmaması müstəhəbbdir. Ancaq iqamənin 
cümlələri arasında, azanın cümlələri arasında buraxdığı fasilə qədər, fasilə verməməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 927: Azan və iqamə arasında bir addım atmaq, bir az oturmaq, səcdə etmək, zikr 
oxumaq, dua etmək, bir az səssiz dayanmaq, danışmaq və ya iki rük`ət namaz qılmaq 
müstəhəbbdir. Amma sübh namazının azan və iqaməsi arasında danışmaq müstəhəbb 
deyildir. 
Məsələ 928: Azan oxumaq üçün tə`yin edilən şəxsin adil, vaxtı bilən və gur səsli olması, 
azanı yüksək bir yerdə duraraq oxuması müstəhəbbdir. 
NAMAZIN VACİBATI 
Namazın vacibatı on bir şeydir: 
1. Niyyət; 
2. Qiyam, yə`ni ayaq üstə durmaq; 
3. «Təkbirətul-ehram», yə`ni namazın əvvəlində «Əllahu-əkbər» demək; 
4. Rüku; 
5. Səcdə; 
6. Qiraət; 
7. Zikr; 
8. Təşəhhüd; 
9. Salam; 
10. Tərtib; 
11. Müvalat, yə`ni namazın hissələrini ardıcıl, fasiləsiz demək. 
Məsələ 929: Namazın vacibatından bə`zisi namazın rüknü sayılır. Yə`ni əgər insan onları 
yerinə yetirməsə, istər qəsdən istərsə səhvən olsa, namaz batil olur. Bə`ziləri rükn deyildir, 
yə`ni əgər səhvən azalsa, namaz batil olmur. Namazın rüknü beşdir: 
1. Niyyət; 
2. Təkbirətul-ehram; 
3. Rükuya bitişik qiyam, yə`ni rükudan əvvəl ayaq üstə durmaq; 
4. Rüku; 
5. Bir rük`ətdə iki səcdə. 
Amma qəsdən artırılsa, mütləqən namaz batil olur və o surətdə ki, səhv üzündən rüku, ya 
bir rük`ətdə iki səcdəni artırsa, namaz lazım ehtiyata əsasən batildir. Əks təqdirdə batil 
deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Niyyət 
Məsələ 930: İnsan, namazı qürbət qəsdilə, yə`ni Allahın dərgahında bəndəçilik və Onun 
əmrini yerinə yetirmək qəsdilə qılmalıdır. Amma niyyəti qəlbindən keçirməsi və ya dili ilə 
«dörd rük`ət zöhr namazı qılıram qürbətən iləllah» sözünü deməsi lazım (vacib) deyildir. 
Məsələ 931: Əgər zöhr və ya əsr namazını qılarkən, «dörd rük`ət namaz qılıram» deyə 
niyyət edərsə, amma o namazın zöhr və ya əsr namazı olduğunu müəyyən etməzsə, namazı 
batildir. Amma zöhr namazını birinci namaz, əsri də ikinci namaz kimi tə`yin edərsə 
kifayətdir. Həmçinin məsələn; zöhr namazının qəzası boynuna vacib olan şəxs, zöhr 
namazının vaxtında, zöhr namazının ədasını və ya qəzasını qılmaq istəyərsə, qılacağı 
namazı niyyətində müəyyən etməlidir. 
Məsələ 932: İnsan, namazının başlanğıcından sonuna qədər niyyətində baqi qalmalıdır. 
Belə ki, əgər namaz əsnasında «nə edirsən» deyə soruşularsa, nə cavab verəcəyini 
bilməyəcək qədər qəflətdə olarsa, namazı batildir. 
Məsələ 933: İnsan, yalnız mütəal Allahın qarşısında bəndəçilik göstərmək və Onun əmrini 
yerinə yetirmək üçün namaz qılmalıdır. Belə ki, riya, yə`ni özünü xalqa göstərmək üçün 
namaz qılan şəxsin namazı batildir. İstər sırf xalqa göstərmək üçün olsun, istərsə həm 
Allahı, həm də xalqı birlikdə göz önünə alsın, fərqi yoxdur. 
Məsələ 934: Namazın bir qismi Allahdan başqası üçün yerinə yetirilərsə, istər o hissə Həmd 
kimi vacib olan bir hissə olsun, istər qunut kimi müstəhəbb olsun, əgər qeyri-ilahi qəsdi 
namazın hamısına sirayət edərsə məsələn, riya qəsdi ilə bir əməldə olsa ki, o cüz`ə şamildir, 
yainki o hissəni yenidən yerinə yetirmək namazı batil edən bir artıqlığın meydana 
gəlməsinə yol açarsa, namazı batildir. Əgər namazı Allah rizası üçün qılırsa, lakin camaata 
göstərmək üçün məscid kimi xüsusi bir yerdə və ya vaxtın əvvəli kimi bəlli bir vaxtda, ya 
da camaat namazı kimi xüsusi bir tərzdə qılırsa, namazı batildir. 
Təkbirətul-ehram 
Məsələ 935: «Əllahu-əkbər»i hər namazdan əvvəl demək vacib və rükndür. «Əllah» və 
«Əkbər»in hərflərini, eləcə də Əllah və Əkbər kəlmələrini ardıcıl demək lazımdır. Habelə 
gərək bu iki kəlmə ərəbcə düzgün deyilsin, əgər ərəbcə səhv deyilsə, yaxud məsələn, onun 
tərcüməsini türkcə desə, səhih deyildir. 
Məsələ 936: Müstəhəbb ehtiyat odur ki, namazın təkbirətul-ehramını ondan əvvəl oxuduğu 
şeylərə, məsələn, iqaməyə və təkbirdən əvvəl oxuduğu dualara birləşdirməsin. 
Məsələ 937: Əgər insan, «Əllahu Əkbər» kəlməsini ondan sonra oxuduğu şeyə, məsələn; 
«Bismillahir-rəhmanir-rəhim» kəlməsinə bitişdirmək istəyərsə, «əkbər»in «r» hərfini 
zəmmə ilə oxuması daha yaxşıdır. Amma vacib namazda onu sonrakı kəlməyə 
bitişdirməmək ehtiyat-müstəhəbbdir. 
Məsələ 938: Təkbirətul-ehram deyən vaxtda, gərək vacib namazda bədən sakit (aram) 
olsun. Əgər qəsdən bədəni hərəkətdə olan zaman təkbirətul-ehram desə, batildir. 
Məsələ 939: İnsan, təkbir, Fatihə, surə, zikr və duanı ən azı özü, öz səsini duya biləcək 
şəkildə oxumalıdır. Əgər qulağının ağır eşitməsi və ya kar olması, ya da çox səs-küy olması 
səbəbindən öz səsini duya bilməzsə, bir maneə olmadıqda, duya biləcəyi şəkildə oxumalıdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 940: Hər hansı bir səbəb üzündən lal olan və ya dilindəki xəstəlik səbəbi ilə «Əllahu 
Əkbər»i söyləyə bilməyən bir şəxs, necə söyləyə bilirsə, o cür də deməlidir. Heç cür söyləyə 
bilmirsə, təkbiri qəlbindən keçirməli və onun ləfzini göstərməyə uyğun olacaq şəkildə 
barmağı ilə işarə etməli və mümkün olduğu təqdirdə dil və dodaqlarını da tərpətməlidir. 
Ancaq anadangəlmə lal olan bir şəxs, təkbiri söyləyən şəxslər kimi dil və dodağını hərəkət 
etdirməli və onun üçün barmağı ilə də işarə etməlidir. 
Məsələ 941: Təkbirətul-ehramdan əvvəl aşağıda göstərilən duanı rəca qəsdi ilə oxumaq 
müstəhəbbdir: 
ْدَق َو ُءيِسُملا َكاتَا ْدَق ُنِسْحُم اي ّلَص ٍدﱠمَحُم ِلآ َو ٍدﱠمَحُم ّقَحِب ُءيِسُملا اَنَا َو ُنِسْحُملا َتْنَا ِءيِسُمْلا ِنَعَز َواجَتَي ْنَا َنِسْحُملا َت ْرَمَا
ىِّن ِم ُمَلْعَت ام ِحيِبَق ْنَع ْز َواجَت َ◌ َو ٍدﱠمَحُم لآ َو ٍدﱠمَحُم ىلَع 
«Ya muhsinu qəd ətakəl-musi`. Və qəd əmərtəl-muhsinə ən yətəcavəzə ənil-musi`. Əntəl-
muhsinu və ənəl-musi`. Bihəqqi Muhəmmədin və ali Muhəmməd. Səlli əla Muhəmmədin və 
ali Muhəmməd. Və təcavəz ən qəbihi ma tə`ləmu minni». 
Yə`ni: «Ey bəndələrinə ehsan edən Allah, günahkar bəndən Sənin qapına gəlib və Sən əmr 
etmisən ki, xeyirxah, günahkarı bağışlasın, Sən xeyirxahsan, mən isə günahkar. 
Muhəmməd və Ali-Muhəmməd (əleyhis-səlamın) xatirinə Öz rəhmətini (salavat) 
Muhəmməd və Ali Muhəmmədə göndər və məndən baş vermiş pis işləri bağışla». 
Məsələ 942: Müstəhəbbdir ki, namazın birinci təkbiri və namazın arasındakı təkbirləri 
deyən vaxtda əlləri qulaqların müqabilinə qaldırsın. 
Məsələ 943: Əgər təkbirətul-ehramın deyib-deməməsində şəkk etsə, belə ki, qiraətdən bir 
şeyi oxumağa məşğul olubsa, şəkkinə e`tina etməməli və əgər bir şey oxumayıbsa, təkbir 
deməlidir. 
Məsələ 944: Əgər təkbirətul-ehramı dedikdən sonra, onu düzgün deyib-demədiyi barədə 
şəkk edərsə, istər bir şeyi oxumağa başlamış olsun və ya olmasın, şəkkinə e`tina 
etməməlidir. 
Qiyam (ayaq üstə durmaq) 
Məsələ 945: Təkbirətul-ehram deyilən vaxtdakı qiyam ilə rükuya bitişik qiyam adlanan, 
rükudan qabaqkı qiyam rükndür. Amma Həmd-surə oxunan vaxtdakı qiyam və rükudan 
sonrakı qiyam rükn deyildir. Əgər bir şəxs onu unudaraq yerinə yetirməsə, namazı 
səhihdir. 
Məsələ 946: Təkbirətul-ehramı qiyam halında deməsinə əmin ola bilməsi üçün bir az 
ondan qabaq və bir az da ondan sonra, ayaq üstə dayanması vacibdir. 
Məsələ 947: Əgər Həmd və surəni oxuduqdan sonra, unudaraq rüku etmədən oturarsa və 
rüku etmədiyini xatırlayarsa, ayağa qalxıb rükuya getməlidir. Əgər ayaq üstə durmadan, 
elə əyilən halda rüku halına qayıdarsa, rükuya bitişik qiyamı tərk etdiyinə görə, kifayət 
etməz. 
Məsələ 948: Təkbirətul-ehram və ya qiraət üçün ayaq üstə durarsa, yol getmək (bədənə 
hərəkət vermək) yaxud bir tərəfə əyilmək olmaz. Lazım ehtiyata əsasən ixtiyar halında 
gərək bir yerə söykənməsin. Amma əgər əlacsız olsa, eybi yoxdur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 949: Qiyam halında olduğunu unudaraq, bir qədər yerisə ya bir tərəfə əyilsə, ya bir 
yerə söykənsə, eybi yoxdur. 
Məsələ 950: Qiyam halında ikən, hər iki ayağın da yerdə olması ehtiyat-vacibdir. Amma 
bədəninin ağırlığının hər iki ayağın üzərində olması lazım deyildir. Bir ayaq üzərində də 
olsa eybi yoxdur. 
Məsələ 951: Düzgün şəkildə ayaq üstə dura bilən şəxs, əgər ayaqlarını xeyli aralı qoysa, 
belə ki, ayaq üstə dayanmaq adlana bilməsə namazı batildir və həmçinin lazım ehtiyata 
əsasən, ayaqlarını ona «ayaq üstədir» deyiləcək şəkildə olsa belə, xeyli aralı qoymamalıdır. 
Məsələ 952: İnsanın, namazda vacib zikrlərdən bir şey oxuduğu zaman, bədəni hərəkətsiz 
olmalıdır. Həmçinin lazım-ehtiyata əsasən, müstəhəbb zikrlərdən bir şeyi oxumağa məşğul 
olduğu zaman da, hökm eynidir. Əgər azacıq qabağa və arxaya getmək və ya bədənini sağa 
və ya sola bir az hərəkət etdirmək istəyərsə, bir şey oxumaması lazımdır. 
Məsələ 953: Əgər bədənin hərəkəti vaxtı bir müstəhəbbi zikr desə, məsələn, rükuya, yaxud 
səcdəyə gedən vaxt təkbir desə, belə ki, namazda göstəriş verilən zikr qəsdi ilə deyərsə, o 
zikr səhih deyildir, amma namazı səhihdir. «Bihəvlillahi və quvvətihi əqumu və əq`ud» – u 
ayağa qalxarkən deməlidir. 
Məsələ 954: Həmd oxuyan vaxtı ələ və barmaqlara hərəkət verməyin eybi yoxdur. Amma 
bunları da hərəkət etdirməmək ehtiyat-müstəhəbbdir. 
Məsələ 955: Əgər Həmd və surəni, ya da təsbihatı oxuyarkən, özündən asılı olmayaraq, 
bədəninin sükunəti pozulacaq qədər hərəkət edərsə, bədəni sakitləşdikdən sonra, hərəkət 
halında oxumuş olduğu miqdarı təkrar oxuması müstəhəbb ehtiyatdır. 
Məsələ 956: Əgər namaz əsnasında durmaqdan aciz olsa, gərək otursun, əgər oturmaqdan 
da aciz olsa gərək uzansın. Amma bədəni sakitləşməyincə, gərək vacib zikrlərdən bir şey 
deməsin. 
Məsələ 957: İnsan, ayaq üstə namaz qılmağa imkanı olduğu təqdirdə, oturaraq namaz 
qılmamalıdır. Məsələn; ayaq üstə durduğu zaman bədəninin hərəkətini saxlaya bilməyən 
və ya bir şeyə söykənmək məcburiyyətində qalan, ya da bədənini bir az əymək 
məcburiyyətində qalan bir şəxs, hər nə qədər imkanı vardırsa, bu cür ayaq üstə durub, 
namazını qılmalıdır. Amma əgər heç bir şəkildə ayaq üstə dura bilmirsə, düzgün oturaraq, 
namazını qılmalıdır. 
Məsələ 958: İnsan oturaraq namaz qıla bildiyi zaman, uzanaraq namaz qılmamalıdır. Əgər 
düz otura bilmirsə, hər nə qədər imkanı varsa, o cür oturmalıdır. Əgər heç bir şəkildə 
otura bilmirsə, qiblə hökmlərində söyləndiyi kimi, bədəninin qabaq tərəfi üzü qibləyə 
olacaq şəkildə yanı üstə uzanmalıdır. Lazım-ehtiyata əsasən, sağ yanı üstə uzanması 
mümkün olduğu təqdirdə, sol yanı üstə uzanmamalıdır. Əgər bu da mümkün deyilsə, 
ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzanmalıdır. 
Məsələ 959: Oturduğu yerdə namaz qılan şəxs, Həmd və surədən sonra, ayaq üstə durub 
rükunu ayaq üstə yerinə yetirə bilirsə, gərək qalxıb qiyam ilə rükuya getsin və əgər edə 
bilmirsə, gərək rükunu oturduğu yerdə yerinə yetirsin. 
Məsələ 960: Uzandığı yerdə namaz qılan şəxs, namaz əsnasında otura bilirsə, gərək 
bacardığı miqdarda oturub qılsın və əgər dura bilirsə, bacardığı qədər ayaq üstə qılsın. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Lakin bədəni sakit olmayınca vacibi zikrlərdən bir şey oxumasın. Amma əgər çox az 
miqdarda ayaq üstə dura bilməsini bilərsə, gərək o miqdarı rukuya müttəsil olan qiyama 
məxsus etsin. 
Məsələ 961: Oturduğu yerdə namaz qılan şəxs, əgər namaz əsnasında dura bilsə, gərək 
bacardığı miqdarda ayaq üstə dayandıqda qılsın, amma bədəni sakit olmayınca, vacib 
zikrdən bir şey oxumasın. Amma əgər çox az miqdarda ayaq üstə dayanacağını bilsə, gərək 
o miqdarı rukuya müttəsil olan qiyama məxsus etsin. 
Məsələ 962: Ayaq üstə dayana bilən şəxs, ayaq üstə dayandıqda xəstələnəcəyindən, yaxud 
zərər çəkəcəyindən qorxsa, oturduğu yerdə namaz qıla bilər. Əgər oturmaqdan da qorxsa, 
uzandığı yerdə namaz qıla bilər. 
Məsələ 963: Əgər insanın vaxtın axırında ayaq üstə namaz qıla biləcəyinə ümidi varsa, 
vaxtın əvvəlində namaz qılsa, vaxtın axırında ayaq üstə durmağa qüdrət hasil etsə, gərək 
namazı ikinci dəfə qılsın. Amma namazı ayaq üstə qıla biləcəyinə ümid etməsə, əgər vaxtın 
əvvəlində namazı qılsa və sonra ayaq üstə durmağa qüdrət tapsa, namazı yenidən qılmaq 
lazım deyil. 
Məsələ 964: İnsanın, ayaq üstə durduğu zaman, bədənini düz saxlaması, çiyinlərini aşağı 
salması, əllərini budlarının üzərinə qoyması, barmaqlarını birbirinə bitişdirməsi, səcdə 
yerinə baxması, bədəninin ağırlığını hər iki ayağın üzərinə bərabər şəkildə salması, xüzu və 
xüşu içərisində olması, ayaqlarını bir sırada tutması, əgər kişidirsə, ayaqlarının arasında 
üç açıq barmaqdan bir qarışa qədər ara buraxması və əgər qadındırsa, ayaqlarını bir-
birinə bitişdirməsi müstəhəbbdir. 
Qiraət 
Məsələ 965: Gündəlik vacib namazların 1-ci və 2-ci rük`ətlərində gərək insan, əvvəl 
«Həmd»i və sonra ehtiyata əsasən bir surəni tamam oxusun. Ehtiyata əsasən «Vəz-zuha» və 
«Ələm nəşrəh» və həmçinin «Fil» və «Li-iylaf» surəsi namazda bir surə hesab olunur. 
Məsələ 966: Əgər namaz vaxtı dar olsa və ya insan surəni oxumamaq məcburiyyətində 
qalarsa, məsələn; surəni oxuduğu təqdirdə, oğru, yırtıcı heyvan və ya başqa bir şeyin ona 
zərər verəcəyindən qorxarsa, ya da zəruri bir işi olarsa, surəni oxumaya bilər. Hətta vaxtın 
azlığı və bə`zi qorxu olmayan hallarda da surəni oxumamalıdır. 
Məsələ 967: Əgər qəsdən surəni, Həmddən qabaq oxusa, namazı batildir və əgər bu səhvən 
olsa və surəni oxuyarkən yadına düşsə, gərək surəni tərk etsin və Həmdi oxuyandan sonra, 
surəni əvvəldən oxusun. 
Məsələ 968: Əgər Həmd və surəni və ya onlardan birini unudarsa və rükuya çatandan 
sonra başa düşsə, namazı səhihdir. 
Məsələ 969: Əgər rükuya əyilməzdən qabaq Həmd və surəni oxumadığını anlayarsa, onları 
oxumalıdır. Əgər yalnız surəni oxumadığını anlayarsa, bu zaman yalnız surəni oxumalıdır. 
Amma yalnız Həmdi oxumadığını anlayarsa, əvvəl Həmdi, sonra da ikinci dəfə olaraq 
surəni oxumalıdır. Həmçinin əgər rükuya əyilərsə, lakin rüku həddinə çatmazdan qabaq 
Həmd və surəni və ya yalnız surəni, ya da yalnız Həmdi oxumadığını anlayarsa, ayağa 
qalxıb, yuxarıda izah edilən göstərişə əsasən onları oxumalıdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 970: Əgər vacib namazda 354-cü məsələdə deyilən, vacib səcdəsi olan dörd surədən 
birini qəsdən oxuyarsa, səcdə ayəsini oxuduqdan sonra səcdə etməsi vacibdir. Amma əgər 
səcdəni yerinə yetirərsə, ehtiyata əsasən namazı batil olar və onu yenidən qılması gərəkdir. 
Amma əgər səhvən səcdə etsə, batil olmaz. Əgər səcdəni yerinə yetirməzsə, səcdəni tərk 
etməkdə günah etməsinə baxmayaraq, namazına davam edə bilər. 
Məsələ 971: Əgər vacib səcdəsi olan bir surə oxusa istər səhvən olsun, istərsə qəsdən belə 
ki, səcdə ayəsinə çatmamışdan qabaq başa düşsə, gərək o surəni tərk edib, başqa surə 
oxusun. Əgər səcdə ayəsini oxuyandan sonra başa düşsə, gərək əvvəlki məsələdə deyildiyi 
kimi əməl etsin. 
Məsələ 972: Əgər namaz əsnasında səcdə ayəsini dinləyərsə, namazı səhihdir. Amma vacib 
namazda olarsa, ehtiyata əsasən səcdəyə işarə etməli və namazdan sonra səcdəni yerinə 
yetirməlidir. 
Məsələ 973: Müstəhəbb namazda surə oxumaq lazım deyildir. Hətta o namaz nəzir 
vasitəsilə vacib olsa da belə. Amma vəhşət namazı kimi, özünə məxsus surəsi olan bə`zi 
müstəhəbb namazlarda, əgər o namazın göstərişinə əsasən əməl etmək istəyərsə, həmin 
surəni oxumalıdır. 
Məsələ 974: Cümə namazında və cümə günü sübh, zöhr və əsr namazında və cümə axşamı 
günü işa namazında birinci rük`ətdə Həmddən sonra «Cümə» surəsini, ikinci rük`ətdə də, 
Həmddən sonra «Munafiqun» surəsini oxumaq müstəhəbbdir. Əgər cümə gününün 
namazlarında bunlardan birini oxumağa başlayarsa, vacib-ehtiyata əsasən onu tərk edib 
başqa surə oxuya bilməz. 
Məsələ 975: Əgər Həmddən sonra «Tövhid» və ya «Kafirun» surəsini oxumağa başlasa, 
onu buraxıb başqa surə oxuya bilməz. Amma cümə namazında yaxud cümə gününün 
namazlarında, unutduğuna görə, «Cümə» və ya «Munafiqun» surəsinin yerinə bu iki 
surədən birini oxusa, onu tərk edib, «Cümə» və ya «Munafiqun» surəsini oxuya bilər. 
Vacib-ehtiyat odur ki, yarıya çatandan sonra, tərk etməsin. 
Məsələ 976: Əgər cümə namazında, yaxud cümə gününün namazlarında qəsdən «Tövhid» 
və ya «Kafirun» surəsini oxuyarsa, yarıya çatmasa da belə, vacib ehtiyata görə tərk edib 
«Cümə» və «Munafiqun» surəsini oxuya bilməz. 
Məsələ 977: Əgər namazda, «Tövhid» və ya «Kafirun» surəsindən başqa, digər surəni 
oxusa və yarıya çatmasa, onu tərk edib, başqa surəni oxuya bilər. Ehtiyata əsasən, yarıya 
çatandan sonra, onu tərk edib, başqa surə oxuması mütləq şəkildə caiz deyildir. 
Məsələ 978: Əgər oxuduğu surənin bir miqdarını unudarsa və ya vaxtın darlığı, ya da 
başqa bir səbəbdən başladığı surəni bitirməsi mümkün olmazsa, o surənin yarısına çatmış 
olsa belə və ya oxuduğu surə İxlas və ya Kafirun surəsi olsa belə, onu tərk edib başqa bir 
surə oxuya bilər. Unutduğu təqdirdə isə oxuduğu miqdarla kifayətlənə bilər. 
Məsələ 979: Ehtiyata əsasən kişinin sübh, şam və xiftən namazlarında, Həmd və surəni 
ucadan oxuması vacibdir. Ehtiyata əsasən, kişi və qadının zöhr və əsr namazlarında isə, 
Həmd və surəni alçaqdan oxuması vacibdir. 
Məsələ 980: Vacib-ehtiyata əsasən, kişi sübh, şam və xiftən namazlarında Həmd və surənin 
bütün kəlmələrini, hətta onların son hərfini belə ucadan oxumağa diqqət etməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 981: Qadın sübh, məğrib və xiftən namazlarının Həmd və surəsini həm ucadan, 
həm də alçaqdan oxuya bilər. Amma əgər naməhrəm onun səsini eşitsə və bir surətdə ki, 
səsini naməhrəmə eşitdirmək ona haram olsa, ehtiyata əsasən gərək alçaqdan oxusun. Əgər 
qəsdən ucadan oxusa, ehtiyata əsasən namazı batildir. 
Məsələ 982: Əgər bir şəxs, ucadan oxuyacağı yerdə qəsdən namazı alçaqdan oxuyarsa və ya 
alçaqdan oxuyacağı yerdə qəsdən ucadan oxuyarsa, ehtiyata əsasən namazı batildir. Amma 
əgər unutqanlıq və ya şər`i-hökmü bilməməsi üzündən olarsa, namazı səhihdir. Əgər Həmd 
və surəni oxuyarkən səhvən ucadan və ya alçaqdan oxuduğunu anlayarsa, oxuduğu 
miqdarı ikinci dəfə oxuması lazım deyildir. 
Məsələ 983: Əgər bir şəxs Həmd-surəni oxuyanda səsini normadan artıq qaldırsa, məsələn, 
fəryadla oxusa, namazı batildir. 
Məsələ 984: İnsan namazın qiraətini səhih oxumalıdır. Heç bir şəkildə Həmd surəsini 
oxuya bilməyən bir şəxsin, bacardığı qədər oxuması gərəkdir – əgər səhih oxuduğu hissə 
e`tina olunacaq qədər çox olsa; Amma əgər o miqdar çox az olarsa, vacib ehtiyata görə, 
Qur`anın qalan qismindən səhih oxuya bildiyi qədərini öyrənib ona əlavə etməlidir. Əgər 
bunu bacarmasa, ona təsbih əlavə etməlidir. Amma surəni ümumiyyətlə səhih oxumağa 
imkanı olmayan şəxsin, onun yerinə bir şey oxuması vacib deyildir. Bütün bu hallarda 
namazı camaatla qılması müstəhəbb ehtiyatdır. 
Məsələ 985: Həmdi yaxşı bilməyən şəxs öz vəzifəsini yerinə yetirməyə sə`y etməlidir, istər 
öyrənməklə, istər təlqin etməklə, istərsə də camaat namazına iqtida etməklə və ya şəkk 
etdiyi yeri təkrar etməklə. Əgər vaxt dar olsa, əvvəlki məsələdə izah olunduğu şəkildə 
qılarsa, namazı səhihdir. Amma öyrənməkdə səhlənkarlığa yol verdiyi təqdirdə, mümkün 
olarsa, (İlahi) əzabdan qurtulmaq üçün, namazını camaatla qılmalıdır. 
Məsələ 986: Ehtiyata əsasən namazın vacibatını öyrətmək üçün muzd almaq haramdır. 
Amma onun müstəhəbbatını öyrətmək üçün muzd almaq caizdir. 
Məsələ 987: Əgər Həmd və surənin kəlmələrindən birini, ya qəsdən ye təqsiri cəhl üzündən 
deməsə, ya bir hərfin yerinə başqa bir hərf desə, məsələn, (ض) zad hərfinin yerinə (ذ) və ya 
(ز) hərfi desə, yaxud «kəsrə», «fəthəsi»nə riayət etməsə, belə ki, səhv sayılsa və ya təşdidi 
deməsə, namazı batildir. 
Məsələ 988: Əgər insan öyrəndiyi bir kəlmənin düzgün olduğunu bilsə və namazda da o cür 
oxusa və sonra səhv olduğunu başa düşsə, namazı təkrar qılmaq lazım deyildir. 
Məsələ 989: Əgər bir kəlmənin «kəsrə» və «fəthə»sini bilməzsə və ya bir kəlmənin (ه) və ya 
(ح) ilə olduğunu bilmirsə, gərək öz vəzifəsini müəyyən yolla yerinə yetirsin. Məsələn, 
öyrənsin, yaxud namazı camaatla qılsın. Amma bu zaman namazı o surətdə səhihdir ki, o 
səhv cümlə də Qur`an və zikrdən hesab olunsun. 
Məsələ 990: Təcvid alimləri demişlər ki, əgər bir kəlmədə (و) vav varsa və o kəlmədə 
«vav»dan əvvəlki hərfin hərəkəsi ( ُ) zəmmə olub «vav»dan sonrakı hərf isə (ء) həmzə 
olarsa, (ءوُس) (su` kəlməsində olduğu kimi) gərək o vava mədd versin, yə`ni bir qədər 
uzatsın və həmçinin, əgər bir kəlmədə (ا) «əlif» hərfi olarsa və o kəlmədə «əlif»dən əvvəlki 
hərəkə (َ ) «fəthə» olsa və o kəlmədə «əlif»dən sonrakı hərf (ء) «həmzə» olarsa, (ءاَج) («caə» 
kəlməsində olduğu kimi), əlif uzadılmalıdır, habelə əgər bir kəlmədə (ي) «ya» hərfi olsa və 
ondan əvvəlki hərfin hərəkəsi (ِ ) «kəsrə» olsa və o kəlmədə «ya»dan sonrakı hərf «həmzə» 
olsa, (ءي ِج ) («ciə» sözündə olduğu kimi) «ya» məddli, yə`ni uzadaraq oxunar. Həmçinin 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
əgər bu «vav», «əlif» və «ya» hərflərindən sonra «həmzə» hərfi yerinə «sakin», yə`ni 
«kəsrə», «fəthə» və «zəmmə»si olmayan bir hərf olsa da bu üç hərfi məddli, yə`ni uzadaraq 
oxumağı məsləhət bilmişlər. Lakin, zahirən belə yerlərdə kəlmənin qiraətinin düzgünlüyü 
onu məddli olaraq oxumağa bağlı deyildir. Başqa sözlə, belə yerlərdə yuxarıda izah olunan 
qaydaya əməl etməsə belə, namazı səhihdir. Amma, «vələzzallin»də olduğu kimi yerlərdə 
«təşdid» və «əlif»i birlikdə tələffüz etmək, bir az məddli olaraq oxumağa bağlı olduğundan 
bu miqdarda, «əlif»in məddli oxunması lazımdır. 
Məsələ 991: Namazda «vəqf be hərəkət» və «vəsl be sükun» etməmək müstəhəbb 
ehtiyatdır. «Vəqf be hərəkət» bir kəlmənin sonundakı «fəthə»ni, «kəsrə»ni və «zəmmə»ni 
söyləyib o kəlmə ilə sonrakı kəlmə arasında fasilə buraxmağa deyilir. Məsələn, 
«Ərrəhmanir-rəhim»i oxuyarkən, «ərrəhim»in «mim» hərfini «kəsrə» ilə söylər və bir 
miqdar ara verdikdən sonra «maliki yovmiddin»i deyər. «Vəsl be sükun» isə «fəthə» 
«kəsrə» və «zəmmə» söyləmədən onu sonrakı kəlməyə birləşdirməyə deyilir. Məsələn, 
«Ərrəhmanir-rəhim»i oxuyarkən, «ərrəhim»in «mim»inə «zir» verməmiş dərhal «maliki 
yovmiddin»i deyər. 
Məsələ 992: Namazın 3-cü və 4-cü rük`ətində ya təkcə bir Həmd oxumaq ya da bir dəfə 
«Təsbihati-ərbəə» demək olar, yə`ni bir dəfə: 
ِا َهَلِا َﻻ َو ِ ُدمَحلا َو ِﷲ َناَحبُسرَبكَا ُﷲ َو ُﷲ ﱠﻻ 
«Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu, vəllahu əkbər» demək olar. 
Daha yaxşısı odur ki, 3 dəfə desin. Bir rük`ətdə Həmdi və o biri rük`ətdə «təsbihat»ı deyə 
bilər. Yaxşı olar ki, hər iki rük`ətdə təsbihat oxusun. 
Məsələ 993: Vaxt dar olduqda, təsbihati-ərbəəni bir dəfə oxumaq lazımdır. Hətta əgər ona 
yetəcək qədər vaxtı olmazsa, bir dəfə «Subhanəllah» deməsi kifayətdir. 
Məsələ 994: Kişi və qadın, vacib ehtiyata əsasən 3-cü və 4-cü rük`ətdə, Fatihəni və ya 
təsbihati-ərbəəni alçaqdan oxumalıdır. 
Məsələ 995: Əgər namazın üçüncü və dördüncü rük`ətində «Həmd»i oxuyarsa, onun 
«Bismillah»ını alçaqdan oxuması vacib deyildir. Amma əgər mə`mum olarsa, vacib-ehtiyat 
olaraq «Bismillah»ı alçaqdan oxuması lazımdır. 
Məsələ 996: Təsbihatı öyrənə bilməyən, yaxud düzgün deyə bilməyən şəxs, gərək üçüncü və 
dördüncü rük`ətdə «Həmd»i oxusun. 
Məsələ 997: Əgər namazın ilk iki rük`ətində, son iki rük`ət olması zənni ilə təsbihatı 
oxuyarsa, rükuya getməzdən əvvəl başa düşdüyü təqdirdə, Fatihə və surəni oxumalıdır. 
Amma əgər rükuda və ya rükudan sonra başa düşərsə, namazı səhihdir. 
Məsələ 998: Əgər namazın son iki rük`ətində, namazın ilk iki rük`əti olduğu zənni ilə 
Həmd oxuyarsa və ya ilk iki rük`ətində, namazın son iki rük`əti olduğunu zənn etdiyi halda 
«Həmd»i oxuyarsa, istər rükudan qabaq başa düşsün, istərsə sonra, namazı səhihdir. 
Məsələ 999: Əgər üçüncü və dördüncü rük`ətdə Həmdi oxumaq istədikdə dilinə təsbihat 
gəlsə, yaxud təsbihat oxumaq istədikdə dilinə Həmd gələrsə, əgər ümumiyyətlə namaz 
qəsdindən xali olsa, hətta özündən agah olmayan qəlbində belə, gərək onu buraxıb, ikinci 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
dəfə Həmd və ya təsbihatı oxusun. Amma əgər qəsddən xali deyilsə və məsələn adəti üzrə 
dilinə gəlmiş bir şeyi oxumaq olsa, onu tamam edə bilər və namazı səhihdir. 
Məsələ 1000: Üçüncü və dördüncü rük`ətdə adəti təsbihat oxumaq olan şəxs, əgər öz 
adətinin xilafına hərəkət etsə (yaddan çıxarsa), vəzifəsini əda etmək qəsdilə Həmd oxumağa 
məşğul olsa, kifayət edər. Yenidən Həmd və ya təsbihatı oxuması lazım deyildir. 
Məsələ 1001: Üçüncü və dördüncü rük`ətdə təsbihatdan sonra, məsələn; «Əstəğfirullahə 
rəbbi və ətubu iləyh» və yaxud «Əllahumməğfir li» deyərək istiğfar etməsi müstəhəbbdir. 
Əgər namaz qılan bir şəxs, istiğfar edib rükuya əyilməzdən qabaq, Həmd və ya təsbihatı 
oxuyub-oxumadığı barədə şəkk edərsə, Həmd və təsbihatı oxuması lazımdır. Əgər istiğfar 
deyən zaman, ya ondan sonra şəkk edərsə, yenə də vacib-ehtiyata görə Həmdi ya təsbihatı 
gərək oxusun. 
Məsələ 1002: Əgər üçüncü və dördüncü rük`ətin rükusunda və ya rükuya gedən halda, 
Həmd və ya təsbihatı oxuyub-oxumadığı barədə şəkk edərsə, şəkkinə e`tina etməməlidir. 
Məsələ 1003: Əgər bir ayə və ya kəlməni düz oxuyub-oxumadığı barədə şəkk edərsə, 
məsələn; «Qul huvəllahu əhəd»i düzgün oxuyub-oxumadığı barədə şəkk edərsə, şəkkinə 
e`tina etməyə bilər. Əgər ehtiyata əsasən o ayə və ya kəlməni yenidən səhih bir şəkildə 
oxuyarsa da eybi yoxdur. Əgər bir neçə dəfə şəkk edərsə, yenə də bir neçə dəfə düz şəkildə 
deyə bilər. Amma vəsvəsə dərəcəsinə çatarsa və yaxşı olar ki, təkrar etməsin. 
Məsələ 1004: Müstəhəbbdir ki, birinci rük`ətdə Həmdi oxumamışdan əvvəl «Əuzu billahi 
minəş-şəytanir-rəcim» desin. 
Günorta və ikindi (zöhr və əsr) namazının birinci və ikinci rük`ətlərində də «Bismillahir-
rəhmanir-rəhim»i ucadan, habelə müstəhəbbdir ki, və həmd və surəni açıq-aydın desin, 
Həmd və surənin sonunda vəqf etsin, yə`ni onu sonrakı ayəyə yapışdırmasın, Həmd və 
surəni oxuyan vaxtda onun mə`nasına diqqət yetirsin və əgər namazı camaatla qılırsa, 
imamın Həmdindən sonra və əgər tək qılırsa, öz Həmdindən sonra «Əlhəmdu lillahi rəbbil-
aləmin» desin və Tovhid surəsini oxuyandan sonra bir, iki və ya üç dəfə «Kəzalikəllahu 
rəbbi», yaxud üç dəfə «Kəzalikəllahu rəbbuna» desin, surəni oxuyandan sonra bir az səbr 
edib sonra rükudan əvvəlki təkbiri desin və ya qunut tutsun. 
Məsələ 1005: Bütün namazların birinci rük`ətində «Qədr» və ikinci rük`ətində «İxlas» 
surəsini oxumaq müstəhəbbdir. 
Məsələ 1006: İnsanın gündəlik namazlarının heç birində «İxlas» surəsini oxumaması 
məkruhdur. 
Məsələ 1007: «Tövhid» surəsini bir nəfəsə oxumaq məkruhdur. 
Məsələ 1008: Birinci rük`ətdə oxuduğu surəni ikinci rük`ətdə oxumaq məkruhdur. Amma 
əgər «Tövhid» surəsini hər iki rük`ətdə oxusa, məkruh deyildir. 
Rüku 
Məsələ 1009: Namaz qılan, hər rük`ətdə qiraətdən sonra bütün barmaqlarının ucunu o 
cümlədən baş barmağının ucunu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu 
əmələ rüku deyilir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1010: Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi 
yoxdur. 
Məsələ 1011: Əgər rükunu normal şəkildə yerinə yetirməsə, məsələn; sola və ya sağa əyilsə, 
ya dizlərini qabağa gətirsə, əllərini dizlərinə qoysa da, səhih deyildir. 
Məsələ 1012: Əyilmək, rüku məqsədilə olmalıdır. Belə ki, əgər başqa bir iş məqsədilə, 
məsələn; bir həşəratı öldürmək üçün əyilərsə, onu rüku hesab edə bilməz. Belə olan 
təqdirdə, düzəlib yenidən rüku etmək üçün əyilməlidir. Bu əməl vasitəsilə rükn artıqlığı 
meydana gəlmir və namazı da batil deyildir. 
Məsələ 1013: Əl və ya dizləri başqalarının əl və dizlərindən fərqli olan şəxs, məsələn; qolu 
çox uzun olsa və azacıq əyildikdə dizlərinə çatarsa və ya dizləri normal insanlardakından 
daha aşağıda olsa və əllərini dizlərinə çatdırması üçün çox əyilməsi lazım gəlirsə, normal 
səviyyədə əyilməlidir. 
Məsələ 1014: Oturan halda rüku edən şəxsin, üzü dizlərinin müqabilinə yetişincəyə qədər 
əyilməsi lazımdır. Amma üzü səcdə yerinə yaxınlaşıncaya qədər əyilməsi daha yaxşıdır. 
Məsələ 1015: İxtiyar halında, rükuda hər hansı zikrin kifayət etməsinə baxmayaraq üç dəfə 
«Subhanəllah» və ya bir dəfə «Subhanə rəbbiyəl-əzimi və bihəmdih» deməsi daha yaxşıdır. 
Vacib ehtiyata görə rüku zamanı, bu miqdarı söyləmək kifayətdir. Amma əgər vaxt dar 
olsa və ya məcburiyyət qarşısında qalsa, bir dəfə «Subhanəllah» deməsi kifayətdir. 
Sübhanə rəbbiyəl-əzimi və bihəmdihi yaxşı deyə bilməyən bir kəs başqa bir zikri, məsələn 3 
dəfə subhanəllah deməlidir. 
Məsələ 1016: Rükunun zikri, gərək ardıcıl surətdə və ərəbcə düzgün deyilsin. 
Müstəhəbbdir ki, onu üç, beş, ya yeddi dəfə, hətta çox desin. 
Məsələ 1017: Rüku halında namaz qılanın bədəni gərək sakit (hərəkətsiz) olsun, o gərək öz 
bədəninə ixtiyar halında o cür hərəkət verməsin ki, sakit olan haldan xaric olsun. Hətta 
ehtiyata əsasən əgər vacib zikrə məşğul olmasa da. Əgər bu hərəkətsizliyə qəsdən riayət 
etməsə zikri aram olan halda yenidən təkararlasa belə, namaz ehtiyata əsasən batil olur. 
Məsələ 1018: Əgər rükunun vacib zikrini dediyi halda səhvən, ya ixtiyarsız olaraq bir 
qədər hərəkət etsə və bədəni sakit olma halından çıxsa, bədəni sakit olandan sonra, zikri 
ikinci dəfə deməsi yaxşıdır. Amma əgər azacıq hərəkət etsə və bədəni sakit olma halından 
çıxmasa, yaxud barmaqlara hərəkət versə, zərəri yoxdur. 
Məsələ 1019: Əgər rüku həddinə əyilməzdən və bədəni aram tutmazdan əvvəl, qəsdən 
rükunun zikrini desə, namazı batildir. Amma əgər zikri yenidən, bədənin aram olan 
halında desə, batil olmaz. Əgər səhvən olsa, onu yenidən deməsi lazım deyil. 
Məsələ 1020: Əgər vacib zikr qurtarmamışdan əvvəl başını qəsdən rükudan qaldırsa, 
namazı batildir və əgər səhvən başını qaldırsa, zikri yenidən deməsi lazım deyil. 
Məsələ 1021: Əgər zikr demək miqdarında hətta bir dəfə sübhanəllah demək qədər 
hərçənd bədəni aram olmadıqda belə, rükuda qala bilmirsə, vacib deyil amma müstəhəbb 
ehtiyat odur ki, hərçənd qalanı qalxdığı halda «mütləq qürbət» qəsdi ilə olsa belə, zikri 
desin, ya ondan əvvəl başlasın. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1022: Əgər xəstəlik və bu kimi səbəblərə görə rükuda sakit (aram) ola bilmirsə, 
namazı səhihdir. Amma rüku halından çıxmamış, gərək vacib zikri keçən məsələdəki kimi 
desin. 
Məsələ 1023: Əgər rüku miqdarında əyilə bilməsə, gərək bir şeyə söykənsin və rüku etsin. 
Əgər söykənərkən də adi qaydada rükuya gedə bilmirsə, gərək nə qədər bacarır əyilsin ki, 
ürfün nəzərində ona rüku desinlər. Əgər bu miqdarda da əyilə bilməsə, gərək rüku üçün 
başı ilə işarə etsin. 
Məsələ 1024: Rüku üçün başı ilə işarə etməli olan şəxs, əgər başı ilə işarə etməyi 
bacarmasa, gərək rüku niyyəti ilə gözlərini yumsun və onun zikrini desin və rükudan 
qalxmaq niyyəti ilə gözlərini açsın. Bundan da acizdirsə, vacib ehtiyata əsasən öz qəlbində 
rüku niyyəti etsin, öz əli ilə rükuya işarə etsin onun zikrini desin. Bu halda mümkün olsa, 
vacib ehtiyata əsasən həm bunu etməlidir, həm də oturan halda rükuya işarə etməlidir. 
Məsələ 1025: Ayaq üstə rüku edə bilməyən şəxs, oturan yerdə rüku üçün əyilə bilirsə, gərək 
ayaq üstə namaz qılsın və rüku üçün başı ilə işarə etsin. Müstəhəbb ehtiyat odur ki, başqa 
bir namaz da qılıb rüku vaxtında otursun və bacardığı qədər rükuya əyilsin. 
Məsələ 1026: Əgər rüku həddinə çatdıqdan sonra qəsdən başını qaldırıb və ikinci dəfə 
rüku ölçüsündə əyilsə, namazı batildir. 
Məsələ 1027: Rükunun zikri qurtardıqdan sonra gərək qalxıb düz dursun və vacib ehtiyata 
görə bədəni sakit olandan sonra səcdəyə getsin. Əgər qəsdən durmamışdan əvvəl səcdəyə 
getsə, namazı batildir. Həmçinin vacib ehtiyata görə bədəni sakit olmamışdan əvvəl səcdəyə 
getsə, hökm eynidir. 
Məsələ 1028: Əgər rükunu unutsa və səcdəyə çatmamışdan əvvəl yadına düşsə, gərək ayaq 
üstə dursun, sonra rükuya getsin, əyilmiş halda rükuya qayıtmaq kifayət etmir. 
Məsələ 1029: Əgər alnı yerə çatandan sonra rüku etmədiyi yadına düşərsə qayıdaraq, 
qiyamdan sonra rükunu əmələ gətirməsi lazımdır. İkinci səcdədə yadına düşsə, namazı 
lazım ehtiyata əsasən batildir. 
Məsələ 1030: Müstəhəbbdir ki, rükuya getməmişdən ayaq üstə olduğu halda təkbir 
deyəsən, rükuda dizləri geri verib kürəyi şax saxlayasan, boynunu çəkib arxa ilə bərabər 
edəsən, iki qədəmin arasına baxasan və zikrdən əvvəl və ya sonra salavat çəkib rükudan 
qalxdıqdan sonra düz dayanıb bədən sakit olan vaxt «Səmi`əllahu limən həmidəh» – 
deyəsən. 
Məsələ 1031: Müstəhəbbdir ki, qadın rükuda əllərini dizlərindən yuxarı qoysun və dizlərini 
geriyə verməsin. 
Səcdələr 
Məsələ 1032: Namaz qılan şəxs, müstəhəbb və vacib namazların hər rük`ətində rükudan 
sonra gərək iki səcdə etsin. Səcdə odur ki, alnı xüsusi formada xüzu` qəsdi ilə yerə qoysun. 
Namazın səcdəsində vacibdir ki, iki əlin içi, iki diz, iki ayağın baş barmaqları yerə 
qoyulsun. Alın dedikdə vacib ehtiyata əsasən alnın ortasıdır ki, iki qaşın arasında, (alının 
ortasında) tük çıxan yerə qədər iki xəyali xətt çəkməklə alınan dördbucaqdır. 
Məsələ 1033: İki səcdə birlikdə bir rükndür. Əgər bir kəs vacib namazda hərçənd yaddan 
çıxmış olsa da, ya məsələni bilmədiyinə görə olsa da, bir rük`ətdə hər ikisini tərk etsə, 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
namazı batildir. Həmçinin lazım ehtiyata əsasən, əgər bir rük`ətdə iki səcdə unutqanlıq ya 
qasir cəhalət üzündən artırılmış olsa da, hökm eynidir. (Qasir cahil odur ki, cahil öz 
cəhlində üzrlü olsun). 
Məsələ 1034: Əgər qəsdən bir səcdə az və ya çox etsə, namazı batildir. Əgər səhvən bir 
səcdə az və ya çox etsə, namazı batil olmaz və az etdiyi surətdə hökmü səcdeyi səhvin 
hökmlərində deyiləcəyi kimi olar. 
Məsələ 1035: Bir kəs alnını yerə qoymağı bacarırsa, gərək yerə qoysun, əgər qəsdən və ya 
səhvən yerə qoymasa, başqa üzvlərini yerə çatdırsa da, səcdə etməmişdir. Amma əgər 
alnını yerə qoysa və səhvən başqa üzvlərini yerə çatdırmasa, ya səhvən zikr deməsə, səcdə 
səhihdir. 
Məsələ 1036: Ən yaxşısı odur ki, ixtiyar halında, səcdədə üç dəfə «Subhanəllah», yaxud bir 
dəfə «Subhanə rəbbiyəl – ə`la və bihəmdih» desin. Gərək bu kəlmələr ardıcıl və ərəbcə düz 
deyilsin. Hər bir zikri demək kifayət edər, amma lazım ehtiyata əsasən, gərək bu miqdarda 
olsun. Müstəhəbb odur ki, «Subhanə rəbbiyəl – ə`la və bihəmdih» üç, ya beş, ya yeddi ya 
da daha çox deyilsin. 
Məsələ 1037: Səcdə halında gərək namaz qılanın bədəni sakit (aram, hərəkətsiz) olsun, o, 
gərək öz bədəninə ixtiyar halında hətta ehtiyata əsasən, əgər vacib zikrə məşğul olmasa da, 
o cür hərəkət verməsin ki, sakit haldan çıxmış olsun. 
Məsələ 1038: Əgər alnı yerə çatmamışdan və bədəni sakit olmamışdan əvvəl qəsdən 
səcdənin zikrini desə, namazı batildir. Amma əgər zikri yenidən, bədən aram olan halda 
desə, batil olmaz. Əgər zikri tamam etməzdən qabaq qəsdən başını səcdədən götürsə, 
namaz batildir. 
Məsələ 1039: Əgər alın yerə yetişməmişdən əvvəl səhvən səcdənin zikrini desə, səcdədən 
baş qaldırmamış səhv etdiyini başa düşsə, gərək bədəni aram olduqdan sonra ikinci dəfə 
zikri desin. Amma əgər alnı yerə yetişəndən sonra, bədən aram olmamışdan əvvəl səhvən 
zikri desə, təkrar etmək lazım deyil. 
Məsələ 1040: Əgər başı səcdədən götürəndən sonra başa düşsə ki, səcdənin zikri tamam 
olmazdan qabaq başını qaldırıb, namazı səhihdir. 
Məsələ 1041: Əgər səcdənin zikrini dediyi vaxt yeddi üzvündən birini qəsdən yerdən 
götürsə, səcdədə şərt olan istiqrar (bədənin aram olması) ilə zidd olsa, namaz batil olar. 
Həmçinin vacib ehtiyata əsasən zikr deməyə məşğul deyilsə də hökm eynidir. 
Məsələ 1042: Əgər səcdənin zikri qurtarmamışdan əvvəl səhvən alnını yerdən götürsə, onu 
təzədən yerə qoya bilməz, gərək onu bir səcdə hesab etsin. Amma əgər başqa yerləri səhvən 
yerdən qaldırsa, gərək onu ikinci dəfə yerə qoysun və zikri desin. 
Məsələ 1043: Birinci səcdənin zikri qurtardıqdan sonra gərək otursun, bədəni sakit 
olduqdan sonra ikinci dəfə səcdəyə getsin. 
Məsələ 1044: Namaz qılanın alnının yeri, gərək dizlərinin və ayağının baş barmaqlarının 
yerindən dörd bağlı barmaq qədər yuxarı və ya aşağı olmasın. Hətta vacib ehtiyat odur ki, 
alnının yeri, dayandığı yerdən dörd bağlı barmaqdan yuxarı və ya aşağı olmasın. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1045: Başı aşağı yerdə (hərçənd ki, onun başı aşağı olması düzgün mə`lum olmasa 
da belə) əgər namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarından, dörd bağlı 
barmaqdan yuxarı və ya aşağı olsa, namazı məhəlli işkaldır. 
Məsələ 1046: Əgər alnını səhvən dizlərinin və ayaq barmaqlarının yerindən dörd bağlı 
barmaqdan yüksək olan bir şeyin üzərinə qoyarsa, əgər onun hündürlüyü «səcdə 
halındadır» deyilməyəcək qədər çox olarsa, başını onun üzərindən qaldırıb, hündürlüyü 
dörd bağlı barmaqdan çox olmayan bir şeyin üzərinə qoymalıdır. Amma əgər onun 
hündürlüyü «səcdə halındadır» deyiləcək qədərdirsə, vacib zikri dedikdən sonra fərqinə 
varsa, başını səcdədən qaldırıb namazı tamamlaya bilər; əgər vacib zikri oxumamışdan 
əvvəl fərqinə varsa, alnını onun üzərindən hündürlüyü dörd bağlı barmaq qədər və ya 
daha az olan bir şeyin üzərinə çəkməli və vacib zikri oxumalıdır. Əgər alnını çəkməsi 
mümkün deyilsə, o halda vacib zikri oxuyaraq namazını tamamlaya bilər. Namazını 
yenidən qılması da lazım deyil. 
Məsələ 1047: Gərək alın ilə üzərinə səcdə edilməsi səhih olan şeyin arasında başqa bir şey 
fasilə olmasın. Demək əgər möhür, alnı möhürün özünə dəyməyəcək qədər çirk olsa, səcdə 
batildir, amma məsələn, möhürün rəngi dəyişsə eybi yoxdur. 
Məsələ 1048: Səcdədə gərək əllərin içi yerə qoyulsun. Vacib ehtiyata əsasən mümkün olan 
təqdirdə əlin içinin hər yerini yerə qoysun. Amma çarəsizlik üzündən əllərin arxasının da 
qoyulmasının maneçiliyi yoxdur. Əgər əlin arxasını da qoymaq mümkün olmasa, vacib 
ehtiyata əsasən, əlin biləyini yerə qoymalıdır. Onu da bacarmasa, dirsəyə qədər, hər yeri 
mümkünsə; o da mümkün deyildirsə, qolu yerə qoymaq kifayətdir. 
Məsələ 1049: Səcdədə gərək ayaqların iki böyük (baş) barmaqlarını yerə qoysun, amma 
lazım deyildir ki, iki barmağın başını yerə qoysun, hətta onların zahir və ya batinini (altını 
və ya üstünü) qoymaq kifayət edər. Əgər ayağın baş barmaqlarını deyil başqa 
barmaqlarını, yaxud ayağın üstünü yerə qoysa, ya dırnağın uzunluğu səbəbindən (baş 
barmaq) yerə çatmasa, namaz batildir. Təqsiri və ya məsələni bilmədiyinə görə, 
namazlarını bu cür qılan şəxs, gərək namazlarını ikinci dəfə qılsın. 
Məsələ 1050: Ayağının baş barmağından bir qədəri kəsilən şəxs, gərək onun qalanını yerə 
qoysun və əgər ondan bir şey qalmamışdırsa və ya qalmış olsa da qalan hissə çox azdırsa və 
onu heç cür yerin üstünə və ya başqa bir şeyin üstünə qoymaq mümkün deyilsə, vacib 
ehtiyata əsasən, gərək qalan barmaqları qoysun. Lakin barmağı yoxdursa, nə qədər 
ayağında yer qalıbsa, onu yerə qoysun. 
Məsələ 1051: Əgər qaydadan kənar səcdə etsə, məsələn, sinə və qarnını yerə yapışdırsa, 
yaxud ayaqlarını bir qədər uzatsa, bu halda «səcdə edir» deyilərsə, namazı səhihdir. Amma 
əgər «uzanıb və düzgün səcdə etmir» desələr, səcdə adlana bilməsə, onun namazı batildir. 
Məsələ 1052: Möhür və ya səcdə edilən başqa şeylərin səcdə etdiyi miqdarı gərək pak 
olsun. Amma əgər məsələn, möhürü, nəcis xalçanın üzərinə qoysa, ya möhürün bir tərəfi 
nəcis olsa, alnını onun pak tərəfinə qoysa, ya möhürün üstünün bir hissəsi pak, bir hissəsi 
nəcis olsa, əgər alnı nəcis etməsə eybi yoxdur. 
Məsələ 1053: Əgər alnında çiban, yara və ona oxşar şeylər olsa, alnını hərçənd sıxmadan 
olsa belə yerə qoya bilməsə, bu halda o çiban, məsələn, alnının bütün yerini tutmasa, gərək 
alnın sağlam yeri ilə səcdə etsin. Əgər alnın sağlam yeri ilə səcdə etmək, yeri qazıb çibanı 
deşiyə qoyaraq, alının sağlam tərəfindən səcdəyə yetəcək qədərini yerə qoymasına bağlı 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
olarsa, bunu etməsi lazımdır. (Alın dedikdə nəzərdə tutulan hissə səcdə fəslinin əvvəlində 
qeyd olundu. 
Məsələ 1054: Əgər çiban və ya yara alnı əvvəldə qeyd olunan mə`nada tamamilə bürüsə, 
gərək vacib ehtiyata əsasən alnın qalan yeri olan iki tərəfini, ya onlardan birini bacardığı 
hər yolla yerə qoysun. Əgər bunu da edə bilməsə sifətinin bə`zi üzvləri ilə səcdə etsin və 
lazım ehtiyat odur ki, əgər bacarırsa çənə ilə səcdə etsin, bacarmırsa, alnın iki tərəfinin biri 
ilə səcdə etsin və əgər sifətlə səcdə etmək heç cür mümkün deyilsə, gərək səcdə üçün işarə 
etsin. 
Məsələ 1055: Bir kəs otura bilir, amma alnını yerə çatdıra bilmirsə, gərək ürfən səcdə 
adlana biləcək qədər əyilsin və möhür, ya səcdə edilməsi səhih olan başqa bir şeyi, hündür 
şeyin üstünə qoyaraq, alnını onun üzərinə qoysun. Amma gərək əllərin içi, dizlər və ayağın 
barmaqlarını adi qaydada yerə qoysun. 
Məsələ 1056: Əgər qeyd olunan halda möhürü və ya səcdə edilməsi səhih olan başqa bir 
şeyi, üzərinə qoymaq üçün, yüksək bir şey tapılmazsa və onun səcdə etməsi üçün, möhürü 
yüksəkdə tutan bir şəxs də tapılmazsa, gərək möhürü qaldırsın və onun üzərinə səcdə etsin. 
Məsələ 1057: Səcdə edə bilməyən şəxs gərək səcdə üçün əyilə bildiyi miqdara səcdə deyilə 
bilməzsə, başı ilə işarə etsin. Əgər bacarmasa, gərək gözləri ilə işarə etsin, bunu da 
bacarmasa, gərək qəlbdə səcdə niyyəti edib, lazım ehtiyata əsasən, əl və bu kimi şeylərlə 
səcdə üçün işarə etsin və vacib zikri desin. 
Məsələ 1058: Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa, mümkün olduğu təqdirdə 
səcdənin zikrini desə də, deməsə də, gərək ikinci dəfə alını səcdəyə çatmağa qoymasın və bu 
bir səcdə hesab olunur. Əgər başı saxlaya bilməsə, ixtiyarsız olaraq ikinci dəfə səcdə yerinə 
çatsa, o da bir səcdə hesab olunur. Amma əgər zikri deməmiş olsa müstəhəbb ehtiyat odur 
ki, onu «mütləq qürbət» qəsdilə desin və cüz olmaq qəsdi etməsin. 
Məsələ 1059: İnsan təqiyyə saxlaması lazım olan yerdə xalça və bu kimi şeylərin üzərinə 
səcdə edə bilər. Lazım deyildir ki, namaz üçün başqa yerə getsin və ya təqiyyə səbəbi 
aradan gedəndən sonra həmin yerdə namazı qılmaq üçün namazı tə`xirə salsın. Amma 
əgər həmin yerdə həsirə və ya üzərinə səcdə səhih olan başqa bir şeyə, təqiyyəyə xilaf 
olmamış şəkildə səcdə edə bilsə, xalçaya və onun kimi şeylərə səcdə etməməlidir. 
Məsələ 1060: İçi dolu döşək və bu kimi şeylərin üzərində (dayanaraq) səcdə etmək, bədən 
onun üzərində sakit olmayan surətdə batildir. 
Məsələ 1061: Əgər insan əlacsız olub, palçıq yerdə namaz qılsa, belə ki, bədən və ya 
paltarının bulaşması onun üçün əziyyət olmasa, gərək səcdə və təşəhhüdü adi qaydada 
əmələ gətirsin. Əgər əziyyəti olsa, ayaq üstə dayanmış halda başı ilə səcdəyə işarə etməli, 
təşəhhüdü də ayaq üstə oxumalıdır. Bu cür namaz səhih olar. 
Məsələ 1062: Birinci rük`ətdə və zöhr, əsr və xiftən namazlarının üçüncü rük`ətləri kimi, 
təşəhhüdü olmayan üçüncü rük`ətdə namaz qılanın ikinci səcdədən sonra azacıq hərəkətsiz 
oturub sonra qalxması vacib-ehtiyatdır. 
Üzərinə səcdə edilməsi caiz olan şeylər 
Məsələ 1063: Yerə və yerdə bitən şeylərə, yeyiləcək və geyiləcək şeylərdən başqa məsələn, 
ağac və ağac yarpağının üzərinə səcdə caizdir. Arpa, buğda kimi yeyilən, pambıq kimi 
geyilən, habelə yeyilməyən və geyilməyən, amma yerdən hesab olunan qızıl, gümüş və bu 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
kimi şeylərə səcdə səhih deyildir. Amma əlacsız qaldıqda qır və zəft (qırın pis bir növüdür) 
kimi şeylərin üzərinə səcdə etmək, üzərində səcdə səhih olmayan digər şeylərdən daha 
üstündür. 
Məsələ 1064: Üzüm yarpağının üzərinə lətif (yumşaq) vaxtında və yeyilməsi adi olan 
vaxtında səcdə caiz deyildir. Bu haldan başqa ona səcdə etməyin eybi yoxdur. 
Məsələ 1065: Ot və saman kimi heyvanların yemi olan, yerdən bitən şeylərin üzərinə səcdə 
səhihdir. 
Məsələ 1066: Yeməli olmayan güllərin üzərinə səcdə səhihdir. Hətta yeməli dərmanların, 
yerdən göyərən qaynadılaraq suyu içilən, dərman kimi istifadə olunan bənövşə və mal dili 
gülünün üzərinə səcdə səhihdir. 
Məsələ 1067: Bə`zi məntəqələrdə yeyilməsi adət olan, bə`zi şəhərlərdə isə, yeyilən 
bitkilərdən sayılmasına baxmayaraq, yeyilməsi adət olmayan bitkilər üzərinə və həmçinin 
yetişməmiş meyvə üzərinə səcdə etmək ehtiyata əsasən caiz deyildir. 
Məsələ 1068: Əhəng daşı və təbaşir üzərinə səcdə etmək səhihdir. Bişmiş təbaşirə, əhəngə, 
kərpicə və palçıqdan düzəlmiş kuzəyə səcdə etməyin işkalı yoxdur. 
Məsələ 1069: Səcdəsi səhih olan şeylərdən, məsələn, ağac və samandan düzəldilmiş kağız 
üzərinə səcdə etmək olar. Kağız pambıq və kətandan düzəldilmiş olsa da, hökm eynidir. 
Amma əgər ipəkdən və bu kimi şeylərdən düzəldilmiş olsa, onun üzərinə səcdə caiz 
deyildir. Amma kağız dəsmala (salfetkaya) o halda səcdə etmək olar ki, üzərinə səcdə 
etməyin səhih olduğu şeylərdən düzəldilmiş olduğu mə`lum olsun. 
Məsələ 1070: Səcdə üçün hər şeydən yaxşı Həzrəti Seyyidüş-şühəda əleyhissəlamın 
türbətidir. Ondan sonra adi torpaq, torpaqdan sonra daş, daşdan sonra bitkidir. 
Məsələ 1071: Səcdə səhih olan şey olmasa, yaxud əgər olsa da, soyuq və ya istiliyin 
şiddətindən onun üzərinə səcdə edə bilmirsə, qıra və zəftə səcdə, o birilərinə səcdədən 
irəlidir. Amma əgər onların üzərinə səcdə mümkün olmasa, gərək paltarına və yaxud adi 
halda üzərinə səcdə etmək caiz olmayan hər bir şeyə səcdə edə bilər. Amma ehtiyat 
müstəhəbb odur ki, paltarına səcdə etmək mümkün olsa, başqa şeylərə səcdə etməsin. 
Məsələ 1072: Üstündə alının aram dayanmadığı palçığa və boş (bərkiməmiş) torpağa səcdə 
batildir. 
Məsələ 1073: Əgər birinci səcdədə, möhür alına yapışsa, gərək ikinci səcdə üçün möhürü 
götürsün. 
Məsələ 1074: Əgər namaz əsnasında aram etdiyi şey itsə və səcdəsi səhih olan bir şeyi 
olmasa, vaxt da dar olsa, 1071-ci məsələdə deyildiyi tərtiblə əməl edə bilər istər vaxt az 
olsun, istərsə namazı pozub yenidən qılmaq qədər geniş olsun. 
Məsələ 1075: Əgər səcdə halında ikən, alnını səcdənin batil olduğu bir şey üzərinə 
qoyduğunu anlasa, vacib zikri söylədikdən sonra fərqinə varmışsa, səcdədən başını 
qaldırıb namazına davam edə bilər. Amma əgər vacib zikri söyləməmişdən əvvəl fərqinə 
varmışsa, alnını üzərinə səcdənin səhih olduğu bir şey üstünə çəkərək vacib zikri deməlidir. 
Əgər alnını çəkməsi mümkün deyilsə, elə o halda vacib zikri söyləyə bilər. Hər iki halda 
namazı səhihdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1076: Əgər səcdədən sonra başa düşsə ki, alnını səcdəsi batil olan şeyin üzərinə 
qoymuşdur, eybi yoxdur. 
Məsələ 1077: Mütəal Allahdan başqasına səcdə etmək haramdır. Bə`zi avam camaat 
İmamlar əleyhimüssəlamın məzarları qarşısında alınlarını yerə qoyurlar. Əgər bu iş 
Mütəal Allaha şükr etmək üçün olsa, eybi yoxdur. Əks təqdirdə haramdır. 
Səcdədə müstəhəbb və məkruh olan şeylər 
Məsələ 1078: Səcdədə bir neçə şey müstəhəbbdir: 
1. Ayaq üstə namaz qılan şəxsin rükudan baş qaldırandan və tam dayanandan sonra və 
eləcə də oturduğu yerdə namaz qılan şəxsin tam oturandan sonra səcdəyə getmək üçün 
təkbir deməsi; 
2. Səcdəyə getmək istəyən vaxt kişinin əvvəl əllərini, qadının isə əvvəl dizlərini yerə 
qoyması; 
3. Burunun da möhürə və səcdə səhih olan şeyin üzərinə qoyulması; 
4. Səcdə halında əl barmaqlarını bir-birinə birləşdirib, ucları qibləyə olacaq şəkildə 
qulaqların bərabərində tutması; 
5. Səcdədə dua etməsi, öz istəyini Allahdan diləməsi və bu duanı oxuması: 
« ِميِظَعلا ِلْضﱠفلاوُذ َكﱠنِاَف َكِلْضَف ْنِم يلايِع ْقُز ْرآ َو يِنْقُز ْرآ ،َنيِطْعُملا َرْيَخ اي َو َنيِلُؤْسَملا َرْيَخ اي» 
«Ya xəyrəl-məs`ulinə və ya xəyrəl-mu`tin, urzuqni vərzuq iyali min fəzlikə fə innəkə zul-
fəzlil-əzim». 
Yə`ni: «Ey ən yaxşı kəs ki, Sənin qapına gəlirlər və ey əta edənlərin ən yaxşısı, mənə və 
mənim ailəmə Öz fəzlinlə ruzi ver. Həqiqətən də Sən böyük fəzilət və əzəmət sahibisən». 
6. Səcdədən sonra sol budunun üstündə oturması və sağ ayağının üzünü sol ayağının 
arxasına qoyması; 
7. Hər səcdədən sonra oturub, bədəni sakit olandan sonra təkbir deməsi; 
8. Birinci səcdədən sonra bədəni sakitləşdikdə, «Əstəğfirullahə rəbbi və ətubu iləyh» – 
deməsi; 
9. Səcdəni uzatması və oturan vaxtda əllərini budlarının üzərinə qoyması; 
10. İkinci səcdəyə getmək üçün, bədənin sakit halında «Əllahu əkbər» deməsi; 
11. Səcdələrdə salavat göndərməsi; 
12. Ayaq üstə duranda, əllərini dizlərdən sonra yerdən götürməsi; 
13. Kişilərin dirsək və qarınlarını yerə birləşdirməməsi; və qollarını böyürlərindən aralı 
saxlamaları. Qadınların dirsək və qarınlarını yerə və bədənin üzvlərini bir-birinə 
birləşdirmələri. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Səcdənin başqa müstəhəbbləri, müfəssəl kitablarda deyilmişdir. 
Məsələ 1079: Səcdədə Qur`an oxumaq, habelə toz-torpağı aradan qaldırmaq üçün üfürmək 
məkruhdur. Əgər üfürməyin tə`sirindən, ağızdan iki hərf qəsdən çıxsa, namaz ehtiyata 
əsasən batildir. Bunlardan başqa məkruhlar da vardır ki, müfəssəl kitablarda deyilmişdir. 
Qur`anın vacib səcdəsi olan ayələri 
Məsələ 1080: Dörd surənin hər birində: «Vənnəcm», «İqrə», «Əlif-lam-mim tənzil» və «Ha-
mim Səcdə» surəsində bir səcdə ayəsi vardır ki, əgər insan oxusa, yaxud qulaq assa, o ayəni 
tamam edəndən sonra, gərək dərhal səcdə etsin. Əgər yaddan çıxartsa, yadına düşdüyü 
vaxt səcdə etməlidir. İxtiyarsız eşitsə, səcdə vacib deyildir. Baxmayaraq ki, ən yaxşısı səcdə 
etməkdir. 
Məsələ 1081: Əgər insan səcdə ayəsinə qulaq asan vaxt, özü də oxusa gərək iki səcdə etsin. 
Məsələ 1082: Namazdan başqa hallarda əgər səcdə halında səcdə ayəsini oxusa və ya eşitsə, 
gərək səcdədən baş qaldırıb, ikinci dəfə səcdə etsin. 
Məsələ 1083: Əgər insan yuxulu şəxsdən, dəlidən və ya Qur`anı müəyyən edə bilməyən 
uşaqdan səcdə ayəsini eşitsə və ya dinləsə, səcdə vacibdir. Amma əgər qramafon və ya 
kasetdən eşitmiş olsa, səcdə vacib deyildir. Həmçinin radiodan efirə buraxılan lent 
yazısından dinləsə, hökm eynidir. Amma əgər bir şəxs radiostudiyasında səcdə ayəsini 
oxusa və insan da ona radiodan qulaq asarsa səcdə vacibdir. 
Məsələ 1084: Qur`anın vacib səcdəsində vacib ehtiyata əsasən, gərək insanın yeri qəsbi 
olmasın, müstəhəbb ehtiyata əsasən, alnının yeri dizlərinin, baş barmaqlarının yerindən 
dörd bağlı barmaqdan hündür və ya alçaq olmasın. Amma lazım deyildir ki, dəstəmazlı və 
ya qüsl etmiş və üzü qibləyə olsun və övrətini örtsün, yaxud bədən və alnının yeri pak olsun 
və habelə namaz qılanın paltarında olan şərtlər onun paltarında şərt deyildir. 
Məsələ 1085: Vacib ehtiyat odur ki, Qur`anın vacib səcdəsində alnı möhürə, yaxud səcdəsi 
səhih olan şeyə qoysun və müstəhəbb ehtiyata görə, namaz səcdəsində deyilənə əsasən, 
bədənin başqa üzvlərini də yerə qoysun. 
Məsələ 1086: Hərgah Qur`anın vacib səcdəsində alnını səcdə məqsədi ilə yerə qoysa, zikr 
deməsə də kifayətdir. Zikri demək müstəhəbbdir və daha yaxşıdır ki, belə desin: 
« ُتْدَجَس ،اق ِر َو ًةﱠيِدوُبُع ُﷲ ﱠﻻإ َهلإ ﻻ اًقيِدْصَت َو اًناميإ ُﷲ ﱠﻻإ َهلإ ﻻ اًقح اقح ُﷲ ﱠﻻإ َهلإ ﻻ ﻻ َو اًف ِ◌ ِكْنَتْسُم ﻻ اق ِر َو اًدﱡبَعَت ِّبَر اي َكَل
ُري ِجَتْسُم ٌفِئاخ ٌفيِعَض ٌليِلﱠذ ٌدْبَع انَا ْلَب اًرِبْكَتْسُم» 
La ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu imanən və təsdiqa, la ilahə illəllahu 
ubudiyyətən və riqqa, səcədtu ləkə ya rəbbi təəbbudən və riqqa, la mustənkifən və la 
mustəkbirən, bəl ənə əbdun zəlilun zəifun xaifun mustəcirun. 
Təşəhhüd 
Məsələ 1087: Bütün vacib və müstəhəbb namazların ikinci rük`ətində, şam namazının 
üçüncü rük`ətində, zöhr, əsr və xiftən namazlarının dördüncü rük`ətində gərək insan ikinci 
səcdədən sonra oturub bədəni sakit olan vaxt təşəhhüd desin, yə`ni: 
َﻻا َه َ◌َلِا ﻻ نَا ُدَهْشَا ﱠمَحُم ِلآ َو ِدﱠمَحُم ىلَع ّلَص ﱠمُهﱠللَا ُهُلوُسَر َو ُهُدْبَع ًادﱠمَحُم ﱠنَا ُدَهشَا َو ُهَل َكي ِرَشﻻ ُهَدح َو ُﷲ د 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
«Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu 
və rəsuluh. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd» – desin. 
Və əgər 
«Əşhədu ən la ilahə illəllahu və əşhədu ənnə Muhəmmədən səlləllahu ələyhi və alih əbduhu 
və rəsuluh» – desə, kifayət edər, həmçinin «Vitr» namazında təşəhhüd lazımdır. 
Məsələ 1088: Təşəhhüd kəlmələri gərək ərəbcə düzgün deyilsin və adi şəkildə olduğu kimi 
ardıcıl deyilməlidir. 
Məsələ 1089: Əgər təşəhhüdü unutsa və ayaq üstə dursa, rükudan əvvəl yadına düşsə ki, 
təşəhhüdü deməmişdir, gərək otursun və təşəhhüdü desin, ikinci dəfə ayağa qalxıb o 
rük`ətdə oxuyacağını oxusun və namazı tamam etsin. Ehtiyat müstəhəbbə əsasən, 
namazdan sonra yersiz ayaq üstə durduğuna görə, iki səhv səcdəsi yerinə yetirsin. Əgər 
rükuda və rükudan sonra yadına düşsə, gərək namazı qurtarsın və namazın salamından 
sonra ehtiyat müstəhəbbə əsasən təşəhhüdü qəza etsin. Bundan sonra gərək yaddan çıxmış 
təşəhhüd üçün iki səhv səcdəsi yerinə yetirsin. 
Məsələ 1090: Müstəhəbbdir ki, təşəhhüd halında sol budu üzərində otursun, sağ ayağın 
üzünü sol ayağın altına qoysun və təşəhhüddən əvvəl «Əlhəmdu lillah» və ya «Bismillah və 
billah vəlhəmdu lillahi və xəyrul əsmai lillah» – desin. 
Habelə müstəhəbbdir ki, əlləri budların üstünə qoysun, barmaqları bir-birinə birləşdirsin, 
öz ətəyinə baxsın və təşəhhüdün salavatından sonra desin: «Və təqəbbəl şəfaətəhu vərfə` 
dərəcətəh». 
Məsələ 1091: Müstəhəbbdir ki, qadınlar təşəhhüd oxuyan vaxt budlarını bir-birinə 
birləşdirsin. 
Namazın salamı 
Məsələ 1092: Namazın axırıncı rük`ətində təşəhhüddən sonra, müstəhəbbdir ki, oturduğu 
yerdə və bədən sakit olaraq desin: 
َﻼﱠسلَا ُهُتاك َرَب َو ِﷲ ُةَمحَر َو ﱡىِبﱠنلا اَهُيَا َكْيَلَع ُم 
«Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh». 
Ondan sonra gərək desin: 
مُكيَلَع ُمَﻼﱠسلَا 
«Əssəlamu ələykum» və ehtiyat müstəhəbb odur ki, əlavə edərək, َب َو ِﷲ ُةَمحَر َو ُهُتاكَر «Və 
rəhmətullahi və bərəkatuh» desin. 
Və yaxud 
َني ِحِلاصلا ِﷲ ِدابِع ىلَع َو انْيَلَع ُمَﻼﱠسَلا 
«Əssəlamu ələyna və əla ibadillahissalihin»də deyə bilər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Amma əgər bu salamı deyərsə, ehtiyat vacib odur ki, bundan sonra مُكيَلَع ُمَﻼﱠسَلا«Əssəlamu 
ələykum» – əlavə etsin. 
Məsələ 1093: Əgər namazın salamını yaddan çıxartsa və namazın şəkli pozulmamış yadına 
düşsə, namazı batil edən işlərdən birini, məsələn, qiblədən üz çevirmək kimi qəsdən və ya 
səhvən bir iş görməsə, gərək salamı desin, bu zaman namazı səhihdir. 
Məsələ 1094: Əgər namazın salamını unutsa və namazın şəkli pozulduqdan sonra yadına 
düşsə, yaxud namazı səhvən və ya qəsdən, batil edən bir iş görmüşdürsə məsələn; arxasını 
qibləyə çevirmişdirsə, namazı səhihdir. 
Tərtib 
Məsələ 1095: Əgər qəsdən namazın tərtibini pozsa, məsələn, surəni Həmddən qabaq oxusa, 
yaxud səcdələri rükudan əvvəl əmələ gətirsə, namaz batil olar. 
Məsələ 1096: Əgər namazın bir rüknünü unutsa və ondan sonrakı rüknü yerinə yetirsə, 
məsələn, rüku etməmişdən iki səcdə etsə, ehtiyata əsasən namaz batildir. 
Məsələ 1097: Əgər bir rüknü unutsa və ondan sonrakı rükn olmayan əməli yerinə yetirsə, 
məsələn, iki səcdəni yerinə yetirmədən təşəhhüd desə, gərək iki səcdəni yerinə yetirsin və 
ondan əvvəl səhvən oxuduğunu ikinci dəfə oxusun. 
Məsələ 1098: Əgər rükn olmayan bir şeyi unutsa və ondan sonrakı rüknü yerinə yetirsə, 
məsələn, Həmdi unudub rükuya getsə, namazı səhihdir. 
Məsələ 1099: Əgər rükn olmayan bir şeyi unutsa, belə ki, ondan sonra gələn və rükn 
olmayan bir əməli yerinə yetirsə, məsələn, Həmdi unudub, surəni oxumağa başlayarsa, 
gərək yaddan çıxan şeyi əmələ gətirsin və ondan sonra səhvən qabaqca oxuduğu şeyi, ikinci 
dəfə oxusun. 
Məsələ 1100: Əgər birinci səcdəni ikinci səcdə xəyalı ilə və ya ikinci səcdəni birinci səcdə 
xəyalı ilə əmələ gətirsə, namazı səhihdir. Onun birinci səcdəsi birinci, ikinci səcdəsi isə 
ikinci hesab olunar. 
Muvalat 
Məsələ 1101: İnsan gərək namazı muvalat ilə qılsın, yə`ni namazın ruku, səcdələr və 
təşəhhüd kimi əməllərini ardıcıl, fasiləsiz yerinə yetirməlidir. Namazda oxuduğu şeyləri də 
adi qaydada fasiləsiz oxumalıdır. Əgər onların arasında uzun fasilə versə və buna, «namaz 
qılır» – deməsələr namazı batildir. 
Məsələ 1102: Əgər namazda səhvən hərflərin və kəlmələrin arasında fasilə versə və fasilə 
namazın şəklini dəyişəcək qədər olmasa, sonrakı rüknə məşğul olmamış, gərək o hərfləri və 
kəlmələri adi qayda üzrə oxusun. Səhv oxuduğu hərflərdən sonra, oxuduqlarını təkrar 
etməlidir. Əgər sonrakı rüknə məşğul olubsa, namazı səhihdir. 
Məsələ 1103: Rüku və səcdələri uzatmaq və namazda böyük surələri oxumaq, muvalatı 
pozmaz. 
Qunut 
Məsələ 1104: Bütün vacib və müstəhəbb namazlarda ikinci rük`ətin rükusundan əvvəl, 
müstəhəbbdir ki, qunut tutulsun. Amma «Şəf`» namazında gərək rəcaən əmələ gətirsin. 
«Vitr» namazında bir rük`ətdə olduğuna baxmayaraq, rükudan qabaq, qunut tutmaq 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
müstəhəbbdir. «Cümə» namazında hər rük`ətdə bir qunut vardır. «Ayət» namazında beş 
qunut vardır. «Fitr» və «Qurban» bayramının namazında isə bir neçə qutut var ki, öz 
yerində qeyd olunacaq. 
Məsələ 1105: Müstəhəbbdir ki, qunutda əlləri üzün müqabilinə tutsun, onların içini göyə 
tərəf, bir-birinə yaxın saxlasın, baş barmaqdan başqa, o biri barmaqları bir-birinə 
birləşdirsin və əllərin içinə baxsın. Vacib ehtiyata əsasən, zərurət halı istisna olmaqla, əlləri 
qaldırmadan qunut səhih deyil. 
Məsələ 1106: Qunutda hər hansı zikri desə, hətta bir dəfə «Subhanəllah» da desə 
kifayətdir. Daha yaxşı odur ki, belə desin: 
لا ُىِلَعلا ُﷲ ﻻِإ َهلِإ َﻻ ُمي ِرَكلا ُميِلَحلا ُﷲ ﻻِإ َهلِإ َﻻ نِهيِف اَم َو ِعبسلا َني ِضَرَﻷا بَر َو ِعبَسلا ِتَاواَمَسلا بَر ِﷲ َناحبُس ُميِظَع
َنيِمَلاَعلا ب َر ِ ُدمَحلا َو ِميِظَعلا ِشرَعلا بَر َو نُهَنيَباَم َو 
«La ilahə illəllahul-həlimul-kərim, la ilahə illəl-lahul-əliyyul-əzim, subhanəllahi rəbbis-
səmavatis-səb`, və rəbbil-ərəzinəs-səb` və ma fihinnə və ma bəynəhunnə və rəb-bil-ərşil-
əzim. Vəlhəmdu lillahi rəbbil-aləmin». 
Məsələ 1107: Müstəhəbbdir ki, insan qunutu ucadan oxusun. Amma namazı camaatla 
qılan şəxs əgər imam camaat onun səsini eşidərsə, qunutu ucadan oxuması müstəhəbb 
deyildir. 
Məsələ 1108: Əgər qəsdən qunut tutmasa, qəzası yoxdur və əgər unutsa, rüku qədərinə 
əyilməmişdən əvvəl yadına düşsə, qalxıb oxuması müstəhəbbdir. Əgər rükuda yadına 
düşsə, müstəhəbbdir ki, rükudan sonra qəza etsin. Amma əgər səcdədə yadına düşərsə, 
namazın salamından sonra qəza etməsi müstəhəbbdir. 
NAMAZIN TƏRCÜMƏSİ 
1.«Həmd» surəsinin tərcüməsi: 
«Bismillahir-rəhmanir-rəhim». 
Bismillah: – Başlayıram Allahın adı ilə ki, bütün kəmallara sahib olan və hər nöqsandan 
pakdır. 
Ərrəhman: – Rəhməti genişdir, sonsuzdur. 
Ərrəhim: – Rəhməti zati, əzəli və əbədidir. 
Əlhəmdu lillahi rəbbil aləmin: – Tə`rif, bütün yaranmışlara pərvəriş verən Allaha 
məxsusdur. 
Ərrəhmənir-rəhim: – Bunun mə`nası yuxarıda zikr olundu. 
Maliki yəvmiddin: – Bir qüdrətli zatdır ki, cəza gününün hökmranlığı Onunladır. 
İyyakə nə`budu və iyyakə nəstəin: – Ancaq Sənə ibadət edir və ancaq Səndən kömək 
istəyirik. 
İhdinəs-siratəl-mustəqim: – Bizi doğru yola hidayət et ki, o, İslam dinidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Siratəl-ləzinə ən`əmtə ələyhim: – Ne`mət verdiyin şəxslərin yoluna ki, onlar peyğəmbərlər 
və peyğəmbərlərin canişinləridir. 
Ğəyril-məğzubi ələyhim vələz-zallin: – Qəzəbin tutmuş və yoldan azmış adamların yoluna 
yox. 
2. «Tövhid» surəsinin tərcüməsi 
Bismillahir-rəhmanir-rəhim. – Onun mə`nası deyildi. 
Qul huvəllahu əhəd: – De [ey Muhəmməd (s.ə.v.v.)] Allah yeganə Allahdır. 
Əllahus-səməd: – Bir Allahdır ki, bütün mövcudatdan ehtiyacsızdır. 
Ləm yəlid və ləm yuləd: – Övladı yoxdur və O, heç kəsin övladı deyildir. 
Və ləm yəkun ləhu kufuvən əhəd: – Yaranmışların heç biri Onun kimi deyildir. 
3. Rükunun, səcdələrin və onlardan sonra müstəhəbb olan zikrlərin tərcüməsi 
Subhanə rəbbiyəl-əzimi və bihəmdih. – Mənim böyük Allahım hər bir eyb və nöqsandan 
pakdır və mən Ona həmd etməyə məşğulam. 
Səmiəllahu limən həmidəh. – Allah, Ona sitayiş edən şəxsin duasını eşitsin və onu 
bağışlasın. 
Subhanə rəbbiyəl-ə`la və bihəmdih. – Mənim pərvərdigarım hamıdan daha yüksəkdir və 
hər eyb və nöqsandan pak və münəzzəhdir və mən Ona həmd edirəm. 
Əstəğfirullahə rəbbi və ətubu iləyh. – Bağışlanmaq diləyirəm, bir Allahdan ki, mənim 
pərvəriş verənimdir və mən Ona tərəf qayıdıram. 
Bihəvlillahi və quvvətihi əqumu və əq`ud. – Uca Allahın köməyi və gücü ilə dururam və 
otururam. 
4. Qunutun tərcüməsi 
La ilahə illəllahul-həlimul-kərim. – Helm və kərəm sahibi olan misilsiz, vahid Allahdan 
başqa bir mə`bud, ilah yoxdur. 
La ilahə illəllahul-əliyyul-əzim. – Böyük, yüksək və misilsiz Allahdan başqa mə`bud ilahi 
yoxdur. 
Subhanəllahi rəbbis-səmavatis-səb`i və rəbbil-ərəzinə-səb`i. – Yeddi yerin və yeddi göyün 
pərvərdigarı olan Allah pak və münəzzəhdir. 
Və ma fihinnə, və ma bəynəhunnə və rəbbil-ərşil-əzim. – O, yerlərdə, göylərdə və onların 
arasında olan hər şeylərin və böyük ərşin Pərvərdigarıdır. 
Vəl-həmdu lillahi rəbbil-aləmin. – Həmd və səna ancaq bütün mövcudların pərvərdigarı 
olan Allaha məxsusdur. 
5. Təsbihati-ərbəənin tərcüməsi 
Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Yə`ni: Mütəal Allah pak və münəzzəhdir. Səna yalnız Ona məxsusdur, bərabəri olmayan 
Allahdan başqa bir tanrı yoxdur. O, vəsf edildiyindən daha böyükdür. 
6. Təşəhhüd və salamın kamil tərcüməsi 
Əlhəmdu lillah, əşhədu ən la ilahə illəllah, Vəhdəhu la şərikə ləh. 
Yə`ni: – Həmd Allaha məxsusdur və şəhadət verirəm, Allahdan başqa mə`bud yoxdur və 
şəriki yoxdur. 
Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. 
Şəhadət verirəm ki, Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm Allahın bəndəsi və 
Rəsuludur. 
Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd. 
Pərvərdigara! Muhəmmədə və ali Muhəmmədə rəhmət göndər. 
Və təqəbbəl şəfaətəhu vərfə` dərəcətəh. 
Peyğəmbərin şəfaətini qəbul et və onun dərəcəsini Öz yanında yüksəlt. 
Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh. 
Ey Peyğəmbər! Allahın salamı, rəhməti və bərəkəti sənə olsun. 
Əssəlamu ələyna və əla ibadillahis-salihin. 
Xudavəndi-aləmin salamı biz namaz qılanlara və Allahın yaxşı bəndələrinə olsun. 
Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh. 
Allahın salamı, rəhməti və bərəkəti siz mö`minlərə olsun. 
NAMAZIN TƏ`QİBİ 
Məsələ 1109: Müstəhəbbdir ki, insan namazdan sonra bir qədər tə`qibatla məşğul olsun. 
Yə`ni zikr, dua və Qur`an oxusun. Daha yaxşısı odur ki, öz yerindən hərəkət etməmişdən 
və dəstəmazı, qüslü və ya təyəmmümü batil olmamışdan əvvəl, tə`qibi üzü qibləyə oxusun. 
Tə`qibin ərəb dilində olması da lazım (vacib) deyildir. Amma yaxşıdır ki, dua kitablarında 
göstəriş verilən şeyləri oxusun. Artıq tapşırılan tə`qiblərdən biri, Həzrəti-Zəhra 
(səlamullahi ələyha)-nın təsbihidir; Yə`ni otuz dörd dəfə «Əllahu əkbər», otuz üç dəfə 
«Əlhəmdu lillah», otuz üç dəfə «Subhanəllah» desin. «Subhanəllah»ı, «Əlhəmdu lillah»dan 
əvvəl də demək olar. Amma yaxşıdır ki, «Əlhəmdu lillah»dan sonra deyilsin. 
Məsələ 1110: Namazdan sonra şükr səcdəsi etmək müstəhəbbdir. Belə ki, şükr səcdəsi 
məqsədilə alnını yerə qoyması kifayətdir. Amma yüz dəfə və ya üç dəfə, hətta bir dəfə belə, 
«Şukrən-lillah» və yaxud «şukrən» ya «Əfvən» deməsi daha yaxşıdır. Habelə insana bir 
ne`mət çatdığı və ya bir bəla ondan uzaqlaşdığı zaman şükr səcdəsi etməsi müstəhəbbdir. 
PEYĞƏMBƏRƏ SALAVAT 
Məsələ 1111: Hər vaxt insan, Həzrət Rəsul-Əkrəm (səlləl-lahu ələyhi və alihi və səlləm)-in 
mübarək adını, məsələn, Muhəmməd, Əhməd (s.ə.v.v.), yaxud ləqəb və ya künyəsini, 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
məsələn, Mustəfa, Əbul-Qasim (s.ə.v.v.) desə, yaxud eşitsə, namazda olsa da belə, 
müstəhəbbdir ki, salavat göndərsin. 
Məsələ 1112: Həzrət Rəsul (səlləllahu ələyhi və alihi və səlləm)-in mübarək adını yazanda, 
salavatı da yazmaq müstəhəbbdir. Həmçinin daha yaxşı odur ki, hər zaman o Həzrəti yad 
etsə, salavat göndərsin. 
NAMAZI BATİL EDƏN ŞEYLƏR 
Məsələ 1113: On iki şey namazı batil edir və onlara mübtilat deyilir: 
1. Namazın əsnasında onun şərtlərindən biri pozulsun. Məsələn, namaz əsnasında başa 
düşsə ki, libası nəcisdir. 
2. Namazda ikən qəsdən, səhvən və ya çarəsizlikdən dəstəmaz və ya qüslü batil edən bir 
şeylə qarşılaşarsa; məsələn, ondan bövl gələrsə; Belə ki, bu səhvən və ya çarəsizlikdən, 
namazın son səcdəsindən sonra meydana gəlsə belə, vacib ehtiyata əsasən namazı batil 
olur. Lakin, bövl və ya ğaitinin qarşısını ala bilməyən bir şəxsdən namaz əsnasında bövl və 
ya ğait xaric olarsa, əgər dəstəmaz hökmlərində söylənən qaydalara görə əməl edərsə, 
namazı batil olmur. Həmçinin namaz əsnasında istihazəli qadından qan xaric olsa, əgər 
istihazənin göstərişinə əməl etsə, namazı səhihdir. 
Məsələ 1114: İxtiyarsız şəkildə yatmış olan bir şəxs, namaz əsnasında, yaxud namazdan 
sonra yatdığını bilməzsə, qılmış olduğu miqdara ürfün nəzərində namaz söylənilərsə, 
namazı yenidən qılması lazım deyildir. 
Məsələ 1115: Əgər ixtiyari şəkildə yatdığını bilsə, lakin namazdan sonra, yoxsa namaz 
əsnasında namazda olduğunu unudaraq, yatdığında şəkk edərsə, əvvəlki məsələdə 
açıqlanan şərtlə namazı səhihdir. 
Məsələ 1116: Əgər səcdə halında yuxudan ayılsa və şəkk etsə ki, namazın axır 
səcdəsindədir, ya şükr səcdəsində, istər ixtiyarsız yuxuya getmiş olmasını istərsə ixtiyar 
üzündən yatmış olduğunu bilsə, namazın səhih olmasına hökm olunur və yenidən qılmaq 
lazım deyil. 
3. Təvazö və ədəb qəsdilə əlləri bir-birinin üzərinə qoymaq da namazı batil edənlərdir. 
Amma namazın bu işlə batil olması ehtiyata əsasəndir. Hərçənd şəriət qanunu kimi yerinə 
yetirmək qəsdilə olsa, onun haram olmasında şəkk yoxdur. 
Məsələ 1117: Əgər unutqanlıqdan, çarəsizlikdən, təqiyyə, yaxud da əl qaşımaq və bu kimi 
başqa işlər üçün əlləri bir-birinin üstünə qoysa, eybi yoxdur. 
4. Namazı batil edən növbəti şey, Həmdi oxuyandan sonra «Amin» deməkdir. Bunun 
namazı batil etməyi, mə`mumdan başqasında ehtiyata əsasəndir. Hərçənd şəriət qanunu 
kimi yerinə yetirmək qəsdilə olsa, haramlığında şəkk yoxdur. Habelə, «Amin»i səhvən ya 
təqiyyə üzündən desə, namazının eybi yoxdur. 
5. Namazı batil edən şey, üzrsüz olaraq qiblədən dönməkdir. Amma əgər üzrlü olsa, 
məsələn, unutqanlıq, ya məcburi olaraq (şiddətli küləyin onu qiblədən döndərməsi kimi) 
qiblədən əyilsə, amma sağ və sol tərəfə çatmasa, onun namazı səhihdir, amma lazımdır ki, 
üzrü aradan qalxan kimi dərhal üzünü qibləyə çevirsin. Əgər sağ və sol tərəfə çatsa, ya 
arxası qibləyə olsa, əgər unutqanlıq üzündən və qəflətdən olsa, qibləni düz tapmamış olsa 
və elə bir vaxt yadına düşsə ki, namazı sındırar və ikinci dəfə üzü qibləyə qıla bilər, 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
hərçənd ona bir rük`əti vaxt daxilində qılınmış olsa da, gərək namazı başdan başlasın. Əks 
təqdirdə, o namazla kifayətlənər və qəza etməsi də lazım deyildir. Habelə onun qiblədən 
dönməsi məcburi olsa, gərək bacardığı qədər qiblədən dönmədən namazı ikinci dəfə qılsın, 
hərçənd bir rük`əti vaxt daxilində olsa da gərək namazı başdan başlasın. Əks təqdirdə 
həmin namazı tamam etsin. Ona, namazı yenidən qılmaq və qəza etmək lazım deyildir. 
Məsələ 1118: Əgər yalnız sifəti qiblədən dönsə, amma bədəni qibləyə tərəf olsa, belə ki, 
arxasından bir miqdar görə biləcək qədər başını geriyə döndərmişdirsə, bu da əvvəldə zikr 
olunan qiblədən dönmə hökmünü daşıyır. Amma əgər, bu qədər döndərməsə bu işin 
məkruh olduğuna baxmayaraq, namazı batil olmaz. 
6. Namazı batil edənlərdən biri də, qəsdən danışmaqdır. Danışan zaman kəlmə bir hərfli 
belə olsa, əgər ərəb dilində «qoru» mə`nasını verən «qi» hərfi kimi və ya əlifba hərflərindən 
ikincisi olan və sual edən şəxsin cavabında söylənilən «b» hərfi kimi, ayrı bir kəlmənin 
mə`nasını ifadə edərsə, namazı batil olur. Hər hansı bir mə`nanı ifadə etməyən, iki və ya 
daha çox hərfdən ibarət olarsa, yenə də ehtiyata əsasən, namazı batil edər. 
Məsələ 1119: Əgər namaz əsnasında bir və ya daha çox hərfdən ibarət olan bir kəlmə 
səhvən ifadə edilərsə və o kəlmənin də mə`nası olsa belə, namazı batil olmaz. Amma 
ehtiyata əsasən, namazdan sonra səcdeyi-səhv əmələ gətirməlidir. 
Məsələ 1120: Namazda öskürmək və ya gəyirməyin eybi yoxdur. Lazım ehtiyat odur ki, 
namazda ixtiyar halında «ah» çəkməsin və nalə etməsin. Amma namazda «ax» və «ah» 
kimi nidaların deyilməsi qəsdən olarsa namazı batil edər. 
Məsələ 1121: Əgər zikr məqsədi ilə, məsələn, «Əllahu əkbər» desə və onu deyərkən 
başqasına bir şeyi başa salmaq üçün səsini ucaltsa, eybi yoxdur. Həmçinin zikr məqsədi ilə 
bir kəlmə desə, belə ki, bu iş bir mətləbə diqqət yetirməyə səbəb olsa, eybi yoxdur. Amma 
əgər zikr məqsədi olmasa və ya hər iki işi etmək məqsədi olsa, belə ki, sözü hər iki mə`nada 
işlətsə, namazı batildir. Amma əgər zikr qəsdi etsə və bu zikri deməkdə məqsədi başqasına 
bir şeyi anlatmaq olsa, namazı səhihdir. 
Məsələ 1122: Namazda Qur`an oxumaq (vacib səcdəsi olan dörd ayənin hökmü 992-ci 
məsələdə «qiraət»in hökmlərində deyilmişdir) və həmçinin namazda dua etməyin eybi 
yoxdur. Amma müstəhəbb ehtiyat odur ki, dua ərəbcə olsun. 
Məsələ 1123: Əgər Həmdin, surənin və ya namazın zikrlərindən bir şeyi qəsdən və ya 
ehtiyatən bir neçə dəfə desə, eybi yoxdur. 
Məsələ 1124: Namaz halında insan gərək başqasına salam verməsin. Əgər başqası ona 
salam versə, gərək cavab versin. Amma cavab gərək salam mislində olsun, yə`ni salamın 
əslinə əlavə olunmasın, məsələn, gərək cavabda «Salamun ələykum və rəhmətullahi və 
bərəkatuh» deməsin. Hətta lazım ehtiyata əsasən, gərək «ələykum və ya ələykə» sözlərini, 
cavabda «salam» sözündən qabağa salmasın. Əgər salam verən kəs bu cür etməmiş olsa da, 
hətta müstəhəbb ehtiyat odur ki, cavabı bütünlüklə onun verdiyi kimi versin. Məsələn, əgər 
desə «səlam-ələykum», cavabda desin «salam ələykum» və əgər desə «əs-səlamu-ələykum», 
desin «əs-səlamu-ələykum» və əgər desə «səlam-ələykə», «səlam-ələykə» deməlidir. Amma 
«ələykuməs-səlam»ın cavabını hər hansı formada (yə`ni qrammatik formada) istəsə deyə 
bilər. ələykuməssəlam, əssəlamu ələykum, ya salamun ələykum kimi. 
Məsələ 1125: İnsan gərək salamın cavabını istər namazda, istərsə də başqa vaxtda, dərhal 
versin. Əgər qəsdən və ya unutqanlıq üzündən salamın cavabını, o salamın cavabı hesab 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
olunmayacaq qədər gecikdirsə, əgər namaz halındadırsa, cavab verməlidir və əgər namaz 
halında olmasa, cavab verməsi vacib deyildir. 
Məsələ 1126: Gərək salamın cavabını elə deyə ki, salam verən eşidə. Amma salam verən 
kar olsa, ya salam verib, tez ötüb keçsə, onda mümkün olsa salamın cavabını işarə və onun 
başa düşdüyü kimi vermək lazımdır. Əks təqdirdə, namazda deyilsə, cavab verməsi lazım 
(vacib) deyildir. Namazda olarsa da, cavab verməsi caiz deyildir. 
Məsələ 1127: Vacibdir ki, namaz qılan salamın cavabını, salamlamaq məqsədi ilə desin. 
Dua məqsədilə deməyin də maneçiliyi yoxdur, yə`ni Allah-təaladan salam verən, kəs üçün 
salamatlıq istəsin. 
Məsələ 1128: Əgər qadın, naməhrəm kişi və ya ağlıkəsən uşaq, namaz qılana salam versə, 
namaz qılan gərək onun cavabını versin. Əgər qadın salamı «salam ələyk» desə, cavabında 
«salam ələyki» deyə bilər, yə`ni «kaf» hərfinə «kəsrə» əlavə edərək cavab verə bilər. 
Məsələ 1129: Əgər namaz qılan salamın cavabını verməsə, günah etməsinə baxmayaraq 
namazı səhihdir. 
Məsələ 1130: Əgər bir kəs, namaz qılana səhv salam versə, vacib ehtiyata əsasən onun 
cavabını səhih verməlidir. 
Məsələ 1131: Məsxərə, ya zarafat üçün salam verən kəsin cavabını, həmçinin, müsəlman 
olmayan kişi və qadının salamının cavabını vermək, belə ki, zimmi olmasalar vacib deyil. 
Əgər zimmi olsalar, vacib ehtiyata əsasən «əleyk» kəlməsi ilə kifayətlənmək lazımdır. 
Məsələ 1132: Əgər bir kəs bir yerdə olan bir neçə nəfərə salam versə, onun salamının 
cavabı onların hamısına vacibdir, amma onlardan biri cavab versə, kifayətdir. 
Məsələ 1133: Əgər bir şəxs, bir dəstəyə salam versə və salam verənin qəsd etmədiyi bir şəxs 
ona cavab versə, onun salamının cavabı yenə də o dəstəyə vacibdir. 
Məsələ 1134: Əgər bir şəxs bir dəstəyə salam versə, onların arasında namaza məşğul olan 
şəxs, salam verənin ona da salam verib-verməməsinə şəkk etsə, gərək cavab verməsin və 
habelə vacib ehtiyata əsasən bilsə ki, salam verənin məqsədi o şəxsə də salam vermək olub, 
lakin başqası onun salamının cavabını vermişdirsə, cavab verməsin. Amma əgər bilsə ki, 
məqsədi o da olmuşdur, lakin başqası cavab verməyib, yaxud cavabının verilib-
verilməməsində şəkk etsə, gərək namaz qılan onun cavabını versin. 
Məsələ 1135: Salam vermək müstəhəbbdir, çox tövsiyələr olub ki, atlı piyadaya, duran 
oturana və kiçik böyüyə salam versin. 
Məsələ 1136: Əgər iki nəfər eyni zamanda bir-birinə salam versə, vacib ehtiyata əsasən, 
gərək hər biri digərinin salamının cavabını versin. 
Məsələ 1137: Qeyri-namaz halında, salamın cavabını, salamdan yaxşı almaq müstəhəbbdir. 
Məsələn, əgər desə «salamun ələykum», cavabında desin: «salamun ələykum və 
rəhmətullah». 
7. Namazda qəsdən səslə gülmək namazı batil edən işlərdəndir. Hərçənd ixtiyarsız olsa da; 
əgər müqəddiməsi ixtiyari olsa da, hətta ehtiyat vacibə əsasən müqəddiməsi ixtiyari olmasa 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
da, belə ki namazı yenidən qılmağa vaxt olsa gərək yenidən qılsın. Amma əgər qəsdən 
səssiz və ya səhvən ucadan gülsə, namazının işkalı yoxdur. 
Məsələ 1138: Əgər ucadan gülməyin qarşısını almaq nəticəsində halı dəyişsə, məsələn, 
rəngi qızarsa, vacib ehtiyat odur ki, namazını ikinci dəfə qılsın. 
8. Vacib ehtiyata əsasən namazı pozan şeylərdən biri də, dünya işləri üçün qəsdən ucadan 
və ya səssiz olaraq ağlamaqdır; amma əgər Allah qorxusundan ona şövq bəsləməkdən və 
ya axirət üçün ucadan və ya səssiz olaraq ağlasa, maneçiliyi yoxdur, üstəlik əməllərin də ən 
yaxşılarından sayılır. Hətta əgər Allahdan özünün dünyəvi hacətlərini istəmək üçün onun 
dərgahında zəlillik göstərib ağlasa, işkalı yoxdur. 
9. Namazı batil edən işlərdən biri də, namazın surətini pozmaqdır. Məsələn, havaya 
tullanmaq və ya bu kimi hərəkətlər etmiş olsa, istər qəsdən olsun və yaxud unutqanlıq 
üzündən, namazı batil edər. Amma əl ilə işarə etmək kimi, namazın surətini pozmayan 
hərəkətlərin işkalı yoxdur. 
Məsələ 1139: Əgər namaz əsnasında «namaz qılmır» deyiləcək qədər sakit qalsa, namazı 
batil olar. 
Məsələ 1140: Əgər namaz əsnasında bir iş görə, yaxud bir müddət sakit dayana və şəkk edə 
ki, namazı pozulub ya yox, gərək namazı təzələsin. Amma daha yaxşı odur ki, onu tamam 
etsin və sonra təzələsin. 
10. Namazı batil edənlərdən biri də, yemək və içməkdir. Əgər namaz əsnasında «namaz 
qılmır» deyiləcək şəkildə, bir şey yeyərsə və ya içərsə, istər qəsdən olsun, istərsə də 
unutduğuna görə, namaz batil olur. Amma oruc tutmaq istəyən şəxs, əgər sübh azanından 
əvvəl müstəhəbb bir namaz qıldığı halda susuz olarsa, belə ki, namazı tamamladığı 
təqdirdə, sübh azanının olacağından qorxarsa və su onun qarşısında bir neçə addımlıqda 
olarsa, namaz arasında su içə bilər. Amma üzü qiblədən çevirmək kimi namazı batil edən 
bir şey etməməlidir. 
Məsələ 1141: Qəsdən yemək və ya içmək, hətta namazın şəklini pozmasa belə; istər 
namazın ardıcıllığı pozulsun, istər pozulmasın, vacib ehtiyata əsasən o namazı yenidən 
qılmalıdır. 
Məsələ 1142: Əgər namaz arasında ağzında, yaxud dişinin dibində qalan yeməyi udsa, 
namazı batil olmaz. Habelə əgər ağızda qənd, şəkər və bu kimi şeylər qalmış olsa və namaz 
halında az-az əridikcə onu udsa, eybi yoxdur. 
11. Namazı batil edənlərdən biri də, iki rük`ətli və üç rük`ətli namazların rük`ətində, 
yaxud dörd rük`ətli namazların iki əvvəl rük`ətlərində şəkk etməkdir. Bu hökm namaz 
qılanın şəkk halında qaldığı hala aiddir. 
12. Namazı batil edən şeylərdən biri də, namazın rüknünü qəsdən və ya səhvən azaltmaq, 
yaxud rükn olmayan bir şeyi qəsdən azaltmaq və ya bir şeyi namazda qəsdən artırmaqdır. 
Həmçinin rüknü, məsələn, rüku və ya iki səcdəni bir rük`ətdə səhvən artırsa, namazı vacib 
ehtiyata əsasən, batil olar. Amma səhvən «təkbirətül-ehramı» artırmaq namazı batil etməz. 
Məsələ 1143: Əgər namazdan sonra şəkk etsə ki, namaz əsnasında namazı batil edən 
işlərdən edib ya yox, namazı səhihdir. 
NAMAZDA MƏKRUH OLAN ŞEYLƏR 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1144: Namazda əvvəl deyildiyi kimi, «qiblədən dönmüşdür» deyilməyəcək şəkildə, 
üzünü bir az sağa və ya sola çevirmək məkruhdur, belə ki, arxasından bir miqdarını görə 
bilməyəcək qədər dönərsə; Əks təqdirdə namaz batil olur. Həmçinin, namazda gözləri 
yummaq, ya sağa-sola döndərmək, əli və sağ qolu ilə oynamaq, barmaqlarını bir-birinə 
keçirtmək, ağzının suyunu çölə atmaq, Qur`anın, ya kitabın, ya da üzüyün yazısına 
baxmaq, Həmd, surə və zikr deyən vaxt bir nəfərin sözünü eşitmək üçün, sakit olmaq 
məkruhdur. Ümumiyyətlə xüzu` və xüşu`nu aradan aparan işlərin hamısı məkruhdur. 
Məsələ 1145: İnsanın yuxusu gələn vaxt, həmçinin, bövl və ğaitdən özünü saxlayan vaxt 
namaz qılması məkruhdur. Həmçinin, namazda ayağı sıxan dar corab geymək məkruhdur. 
Qalan məkruhat müfəssəl kitablarda deyilmişdir. 
VACİB NAMAZI POZMAĞIN MÜMKÜN OLDUĞU HALLAR 
Məsələ 1146: Öz ixtiyarı ilə vacib namazı pozmaq, vacib ehtiyata görə caiz deyildir. Amma 
malı qorumaq, mala, ya bədənə olan zərərin qarşısını almaq üçün maneəsi yoxdur. Hətta 
namaz qılanın dünya və axirəti üçün əhəmiyyətli olan hər işə görə olsa belə, maneçiliyi 
yoxdur. 
Məsələ 1147: Əgər insan öz canını və ya qorunması vacib olan bir şəxsin canını qorumaq, 
eləcə də qorunması vacib olan bir malı qorumaq üçün namazı pozmalıdırsa, və bu işləri 
namazı pozmadan mümkün deyilsə, gərək namazı pozsun. 
Məsələ 1148: Əgər vaxt geniş olanda namaz qılsa və tələbkar öz tələbini ondan istəsə, belə 
ki, namaz əsnasında onun istədiyini verə bilərsə, gərək həmin halda ödəsin. Əgər namazı 
sındırmadan onu vermək mümkün deyilsə, gərək namazı sındırsın, onun istədiyini versin 
və sonra namazı qılsın. 
Məsələ 1149: Əgər namazda başa düşsə ki, məscid nəcisdir, belə ki, vaxt dar olsa, gərək 
namazı tamam etsin. Əgər vaxt genişdirsə və məscidi pak etmək namazı pozmursa, gərək 
namaz əsnasında pak etsin, sonra namazın ardını qılsın. Əgər bu iş namazı pozacaqsa, 
namazdan sonra məscidi təmizləmək mümkündürsə, məscidi təmizləmək üçün namazı 
pozması caizdir. Əgər namazdan sonra məscidi pak etmək mümkün olmasa, gərək namazı 
sındırsın, məscidi pak etsin və sonra namazı qılsın. 
Məsələ 1150: Namazı sındırmalı olan şəxs, namazı tamamlayarsa, günah etməsinə 
baxmayaraq, namazı səhihdir. O namazı yenidən qılması ehtiyat müstəhəbbdir. 
Məsələ 1151: Əgər qiraətdən qabaq və yaxud rükuya əyilməmişdən qabaq, yadına düşsə ki, 
azan və iqaməni və ya təkcə iqaməni yaddan çıxarıb, belə ki, namazın vaxtı genişdirsə, 
müstəhəbbdir, onları demək üçün namazı sındırsın. Hətta əgər namazı tamam olmamışdan 
qabaq, yadına düşsə ki, onları yaddan çıxarıb, müstəhəbbdir ki, onları demək üçün namazı 
sındırsın. 
ŞƏKKİYYAT 
Namazın şəkkiyyatı 22 növdür: o şəkklərdən yeddisi namazı batil edir, altısına gərək e`tina 
olunmasın və qalan 9 növü isə səhihdir. 
NAMAZI BATİL EDƏN ŞƏKKLƏR 
Məsələ 1152: Namazı batil edən şəkklər bunlardır: 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
1. İki rük`ətli vacib namazların rük`ətlərinin sayında şəkk etmək. Məsələn, sübh və 
müsafirin namazı. Amma müstəhəbb namazların rük`ətlərinin sayında və ehtiyat 
namazının rük`ətlərində şəkk etmək namazı batil etməz. 
2. Üç rük`ətli namazın rük`ətlərinin sayında şəkk etmək. 
3. Dörd rük`ətli namazda bir rük`ət və ya çox qıldığına şəkk etmək; 
4. Dörd rük`ətli namazda ikinci səcdəyə daxil olmazdan qabaq iki rük`ət, ya çox qıldığına 
şəkk etmək; 
5. İki-beş, ya iki və beşdən çox arasında şəkk etmək. 
6. Üç-altı, ya üç və altıdan çox arasında şəkk etmək. 
7. Dörd-altı, ya dörd və altıdan çox arasında şəkk etmək (aşağıda izah olunacaqdır). 
Məsələ 1153: İnsan batil edən şəkklərlə qarşılaşarsa, şəkki bərpa olana qədər namazını 
pozmaması, namazın surəti pozuluncaya və ya yəqin və zənn hasil etməkdən ümidsiz 
oluncaya qədər fikirləşməsi daha yaxşıdır. 
E`TİNA OLUNMAYAN ŞƏKKLƏR 
Məsələ 1154: E`tina olunmayan şəkklər bunlardır: 
1. Yerinə yetirilmə məhəlli keçmiş olan əməldə şəkk: məsələn, rükuda Həmdi oxuyub-
oxumadığına şəkk edərsə; 
2. Namazın salamından sonra şəkk etmək; 
3. Namazın vaxtı keçəndən sonra şəkk etmək; 
4. Kəsirüş-şəkkin şəkk etməyi, yə`ni o kəs ki, çox şəkk edir; 
5. Camaat namazında mə`mum rük`ətlərin sayını bilirsə, imamın, yaxud imam rük`ətlərin 
sayını bilirsə, mə`mumun rük`ətlərin sayında etdiyi şəkk; 
6. Müstəhəbb və ehtiyat namazlarındakı şəkk. 
1. Məhəlli keçmiş bir şeydə şəkk etmək 
Məsələ 1155: Namazda ikən namazın vacibatından hər hansı birini edib-etmədiyində şəkk 
edərsə, məsələn, Həmdi oxuyub-oxumadığında şəkk edərsə, əgər şər`i nəzərdən əvvəlki işi 
qəsdən tərk etdiyi təqdirdə, buna başlaması caiz olmayan bir işə başlamışsa, məsələn 
surəni oxuyarkən Həmdi oxuyub-oxumadığına şəkk edərsə, şəkkinə e`tina etməməlidir. 
Əks təqdirdə edib-etmədiyində şəkk etdiyi işi yerinə yetirməlidir. 
Məsələ 1156: Əgər bir ayəni oxuyan zaman şəkk etsə ki, əvvəlki ayəni oxumuşdur ya yox və 
ya ayənin axırını oxuyan vaxtda şəkk etsə ki, onun əvvəlini oxumuşdur ya yox, öz şəkkinə 
e`tina etməsin. 
Məsələ 1157: Əgər rüku və səcdədən sonra şəkk etsə ki, onun zikri demək və bədəninin 
sakit olması kimi vacib işlərini görmüşdür ya yox, gərək öz şəkkinə e`tina etməsin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1158: Səcdəyə gedən halda rükuya gedib-getməməsində şəkk etsə, yaxud şəkk etsə 
ki, rükudan sonra qalxmışdır ya yox, gərək öz şəkkinə e`tina etməsin. 
Məsələ 1159: Əgər qalxan halda şəkk etsə ki, səcdə ya təşəhhüdü yerinə yetirib ya yox, 
gərək öz şəkkinə e`tina etməsin. 
Məsələ 1160: Oturduğu, yaxud uzandığı yerdə namaz qılan şəxs, Həmd və ya təsbihatı 
oxuyan yerdə şəkk etsə ki, səcdə və ya təşəhhüdü yerinə yetirmişdir ya yox, gərək öz 
şəkkinə e`tina etməsin. Əgər Həmdi və ya təsbihatı deməmişdən əvvəl şəkk etsə ki, səcdə və 
ya təşəhhüdü demişdir ya yox, gərək yerinə yetirsin. 
Məsələ 1161: Əgər namazın rüknlərinin birini yerinə yetirib-yetirmədiyi barədə şəkk 
edərsə, belə ki, ondan sonrakı işlə məşğul olmasa, gərək onu yerinə yetirsin. Məsələn, əgər 
təşəhhüdü oxumamışdan qabaq şəkk etsə ki, iki səcdəni əmələ gətirmişdir ya yox, gərək 
yerinə yetirsin. Sonradan yadına düşsə ki, o rüknü əmələ gətiribmiş, rükn artıq olduğuna 
görə, namazı lazım ehtiyata əsasən batildir. 
Məsələ 1162: Əgər rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə, 
belə ki, ondan sonrakı işlə mə üşğul olmayıbdırsa, gərək onu yerinə yetirsin. Məsələn, 
surəni oxumazdan qabaq Həmdi oxuyub-oxumadığına şəkk edərsə, gərək Həmdi oxusun. 
Əgər onu yerinə yetirəndən sonra yadına düşsə ki, onu yerinə yetiribmiş, rükn artıq 
olmadığı üçün namazı səhihdir. 
Məsələ 1163: Əgər şəkk etsə ki, rüknü yerinə yetirib ya yox, məsələn, təşəhhüdə məşğul 
olanda bir cüt səcdəni yerinə yetirib-yetirməməsində şəkk edərsə, öz şəkkinə e`tina etməsə 
və sonra yadına düşsə ki, o rüknü yerinə yetirməyibdir, əgər sonrakı rüknə məşğul 
olmamışdırsa, gərək onu yerinə yetirsin. Əgər sonrakı rüknə məşğul olubdursa, namazı 
lazım ehtiyata əsasən batildir. Məsələn, əgər sonrakı rük`ətin rükusundan əvvəl yadına 
düşsə ki, əvvəldəki iki səcdəni yerinə yetirməyib, gərək yerinə yetirsin və əgər rükuda, 
yaxud ondan sonra yadına düşsə, deyildiyi kimi namazı batildir. 
Məsələ 1164: Əgər şəkk etsə ki, rükn olmayan bir əməli yerinə yetirib ya yox, belə ki, 
ondan sonrakı işə məşğul olsa, gərək öz şəkkinə e`tina etməsin. Məsələn, surə oxumağa 
məşğul olarkən şəkk etsə ki, Həmdi oxuyubdur ya yox, gərək öz şəkkinə e`tina etməsin. 
Əgər sonradan yadına düşsə ki, onu yerinə yetirməyib, belə ki, sonrakı rüknə məşğul 
olmamışdırsa, gərək onu və ondan sonrakıları yerinə yetirsin. Əgər sonrakı rüknə məşğul 
olmuşdursa, namazı səhihdir. Buna əsasən əgər qunutda yadına düşsə ki, Həmdi 
oxumamışdır, gərək oxusun və əgər rükuda yadına düşsə, namazı səhihdir. 
Məsələ 1165: Namazın salamını deyib-demədiyi barədə şəkk edərsə, əgər namazdan sonra, 
tə`qibə və ya başqa bir namaza başlamışdırsa, yaxud namazı pozacaq bir iş görərək, namaz 
halından çıxmışdırsa, şəkkinə e`tina etməməlidir. Amma əgər bunlardan əvvəl şəkk edərsə, 
salamı deməlidir. Lakin, salamı düzgün deyib-demədiyi barədə şəkk edərsə, hər hansı 
halda olsa belə, şəkkinə e`tina etməməlidir. 
2. Salamdan sonrakı şəkk 
Məsələ 1166: Namazın salamından sonra, namazın səhih olub-olmadığı barədə şəkk edərsə, 
məsələn; rüku edib-etmədiyi barədə şəkk edərsə və ya dörd rük`ətli bir namazın 
salamından sonra, dörd rük`ət, yaxud beş rük`ət qıldığı barədə şəkk edərsə, şəkkinə e`tina 
etməməlidir. Amma əgər şəkkinin hər iki tərəfi batil olsa, məsələn; dörd rük`ətli namazın 
salamından sonra, üç rük`ət, yaxud beş rük`ət qıldığı barədə şəkk edərsə, namazı batildir. 
3. Vaxt keçəndən sonra baş verən şəkk 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1167: Namazın vaxtı keçdikdən sonra, namazı qılıb-qılmadığında şəkk edərsə və ya 
qılmadığını zənn edərsə, qılması lazım deyildir. Amma vaxt keçməzdən qabaq, namazı 
qılıb-qılmadığında şəkk edərsə, qıldığını zənn etsə belə, o namazı yenidən qılmalıdır. 
Məsələ 1168: Əgər namazın vaxtı keçdikdən sonra, onu düzgün qılmadığı barədə şəkk 
edərsə, şəkkinə e`tina etməməlidir. 
Məsələ 1169: Zöhr və əsr namazının vaxtı keçdikdən sonra, dörd rük`ət namaz qıldığını 
bildiyi halda, zöhr niyyətinə, yoxsa əsr namazı niyyətinə qıldığını bilməzsə, üzərinə vacib 
olan namaz niyyəti ilə dörd rük`ət qəza namazı qılmalıdır. 
Məsələ 1170: Şam və xiftən namazının vaxtı keçdikdən sonra, bir namaz qıldığını bildiyi 
halda, üç rük`ətli, yoxsa dörd rük`ətli qıldığını bilməzsə, həm şam, həm də xiftən 
namazının qəzasını qılmalıdır. 
4. Kəsirüş-şəkk (çox şəkk edən şəxs) 
Məsələ 1171: Kəsirüş-şəkk, çox şəkk edən şəxsdir. Belə ki, hiss orqanlarının iğtişaş səbəbi 
olması və ya olmaması baxımından onu, onun kimi olan şəxslərlə müqayisə etdikdə adi 
qaydadan çox şəkk edirlər və bu təkcə çox şəkk etmək adəti olan şəxsə məxsus deyil. 
Əksinə şəkkin çoxluğu adət ərəfəsində olması kifayətdir. 
Məsələ 1172: Çox şəkk edən şəxs, əgər namazın hissələrindən birini yerinə yetirib-
yetirmədiyində şəkk edərsə, onu yerinə yetirdiyini qəbul etməlidir. Məsələn; əgər rüku 
edib-etmədiyində şəkk edərsə, etdiyini qəbul etməlidir. Amma əgər yerinə yetirilməsi 
namazı batil edən bir şeyi yerinə yetirib-yetirmədiyində şəkk edərsə, məsələn; sübh 
namazını iki rük`ət, yoxsa üç rük`ət qılmış olduğunda şəkk edərsə, doğru tərəfi qəbul 
etməlidir. 
Məsələ 1173: Namazın bir şeyində çox şəkk edən şəxsin şəkkləri, o şeyə məxsus hesab 
olarsa, belə ki, namazın başqa şeylərində şəkk etsə, gərək onun göstərişinə əməl etsin, 
məsələn, səcdə edib-etməməsində çox şəkk edən şəxs, əgər rükunun yerinə yetirilməsində 
şəkk etsə, gərək onun göstərişinə əməl etsin. Yə`ni əgər səcdəyə getməyibsə, rükunu yerinə 
yetirsin, əgər səcdəyə getmişdirsə, e`tina etməsin. 
Məsələ 1174: Müəyyən bir namazda, məsələn; zöhr namazında çox şəkk edən şəxs, belə ki 
şəkk çoxluğu onun xüsusiyyətlərindən sayılsa, əgər başqa bir namazda, məsələn; əsr 
namazında şəkk edərsə, şəkk qaydalarına əsasən əməl etməlidir. 
Məsələ 1175: Əgər bir kəs namazı məxsusi yerdə qılan zaman çox şəkk edirsə, əgər ondan 
başqa yerdə namaz qılsa və onun qarşısına şəkk çıxsa, gərək şəkkin göstərişinə əməl etsin. 
Məsələ 1176: Kəsirüş-şəkk olub-olmadığında şəkk edən bir şəxs, şəkkin qaydalarına əsasən 
əməl etməlidir. Kəsirüş-şəkk olan şəxs isə, normal şəkk edən insanların halına çevrildiyinə 
yəqin edincəyə qədər, onun şəkkinin mənşəyi kəsiruş-şəkk mənasına olan şəkk deyil, öz 
halının dəyişməsində olsa, şəkkinə e`tina etməməlidir. 
Məsələ 1177: Çox şəkk edən şəxs, əgər bir rüknü yerinə yetirib-yetirmədiyi barədə şəkk 
edib ona e`tina etməzsə, sonra da onu yerinə yetirmədiyini xatırlayarsa, belə ki, sonrakı 
rüknə başlamamışdırsa, onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə başlamışdırsa, 
ehtiyata əsasən namazı batildir. Məsələn; rüku edib-etmədiyi barədə şəkk edib buna e`tina 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
etməzsə, ikinci səcdədən qabaq rüku etmədiyini xatırlayarsa, geri qayıdıb rüku etməlidir. 
Əgər ikinci səcdədə xatırlayarsa, ehtiyata əsasən namazı batildir. 
Məsələ 1178: Çox şəkk edən bir şəxs, rükn olmayan bir əməli yerinə yetirib-yetirmədiyində 
şəkk edərsə və şəkkinə e`tina etməzsə, belə ki, sonradan da onu yerinə yetirmədiyini 
xatırlayarsa, onu yerinə yetirmə məhəlli keçməmişdirsə, onu və ondan sonrakı hissələri 
yerinə yetirməlidir. Əgər məhəlli keçmişdirsə, namazı səhihdir. Məsələn; Həmdi oxuyub-
oxumadığında şəkk edərsə və buna e`tina etməzsə və qunut oxuyarkən, Həmdi oxumadığını 
xatırlayarsa, oxumalıdır. Əgər rükuda xatırlayarsa, namazı səhihdir. 
5. İmam və mə`mumun şəkki 
Məsələ 1179: Əgər imam, namazın rük`ətlərinin sayında şəkk edərsə, məsələn; üç rük`ət, 
yoxsa dörd rük`ət qıldığı barədə şəkk edərsə, bu halda əgər mə`mum yəqin və ya zənni 
olaraq dörd rük`ət qıldığını bilsə və dörd rük`ət qıldığını imama başa sala bilərsə, imam 
namazı tamamlamalıdır və ehtiyat namazı qılması da lazım deyildir. Həmçinin imam, neçə 
rük`ət qıldığını yəqin və ya zənni olaraq bilib, mə`mum namazın rük`ətlərinin sayında şəkk 
edərsə, şəkkinə e`tina etməməlidir. Onların hər biri, səcdənin sayı kimi namazın işlərində 
də şəkk edərsə hökm eynidir. 
6. Müstəhəbbi namazda şəkk 
Məsələ 1180: Müstəhəbb namazların rük`ətinin sayında şəkk edərsə, şəkkinin çox tərəfi 
namazı batil edərsə, az tərəfə qərar verməlidir. Məsələn; əgər sübh namazının nafiləsində, 
iki rük`ət, yoxsa üç rük`ət qıldığı barədə şəkk edərsə, iki rük`ət qıldığına qərar verməlidir. 
Əgər şəkkinin çox tərəfi namazı batil etmirsə, məsələn; bir rük`ət, yoxsa iki rük`ət 
qıldığında şəkk edərsə, şəkkinin hansı tərəfinə görə əməl edərsə, namazı səhihdir. 
Məsələ 1181: Rüknün az olması nafiləni batil edər, amma rüknün çox olması onu batil 
etməz. Belə ki, əgər nafilənin işlərindən birini unutsa və sonrakı rüknə məşğul olan vaxtda 
yadına düşsə, gərək o işi yerinə yetirsin və ikinci dəfə olaraq o rüknü yerinə yetirsin. 
Məsələn; əgər rükuda Həmdi oxumadığını xatırlayarsa, qalxıb Həmdi oxumalı, sonra da 
rükunu yerinə yetirməlidir. 
Məsələ 1182: Əgər nafilənin işlərindən birində şəkk etsə, istər rükn olsun, istərsə də qeyri-
rükn, əgər məhəlli keçməyibdirsə, gərək yerinə yetirsin və əgər məhəlli keçmişdirsə, öz 
şəkkinə e`tina etməməlidir. 
Məsələ 1183: Əgər iki rük`ətli müstəhəbb namazda gümanı üç, yaxud çox rük`ətə getsə, 
gərək e`tina etməsin və namazı səhihdir. Əgər gümanı iki və ya az rük`ətə getsə, vacib 
ehtiyata əsasən, gərək həmin gümana əməl etsin. Məsələn, bir rük`ət qıldığını güman etsə, 
gərək ehtiyata görə, bir rük`ət də qılsın. 
Məsələ 1184: Əgər nafilə namazında, vacib namazlarda səhv səcdəsini vacib edən bir iş 
görərsə ya da bir səcdəni unudarsa, namazdan sonra səhv səcdəsini və ya səcdənin qəzasını 
yerinə yetirməsi lazım deyildir. 
Məsələ 1185: Əgər müstəhəbb bir namazı qılıb-qılmadığına şəkk edərsə, bu namaz Cə`fəri-
Təyyar namazı kimi müəyyən vaxtı olmayan bir namazdırsa, qılmadığını qəbul etməlidir. 
Amma əgər gündəlik nafilə namazları kimi, müəyyən vaxtları vardırsa, belə ki, vaxtı 
keçməzdən qabaq onu yerinə yetirib-yetirmədiyində şəkk edərsə, yenə də eyni hökmü 
daşıyır. Amma vaxtı keçdikdən sonra, belə bir şəkkə düşən şəxs, şəkkinə e`tina 
etməməlidir. 
SƏHİH OLAN ŞƏKKLƏR 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1186: Bir neçə halda əgər dörd rük`ətli namazın rük`ətlərinin sayında şəkk etsə, 
gərək fikirləşsin, əgər şəkkin bir tərəfinə yəqin, yaxud güman tapsa, həmin tərəfi əsas 
götürüb, namazı tamam etsin və əgər belə olmasa, deyilmiş göstərişlə əməl etsin. O doqquz 
hal bunlardar: 
1. İkinci səcdəyə getdikdən sonra, iki rük`ət, yaxud üç rük`ət qıldığı barədə şəkk edərsə, üç 
rük`ət qıldığını əsas götürməli və əlavə olaraq bir rük`ət də qılıb, namazı tamamlamalıdır. 
Namazdan sonra da ayaq üstə bir rük`ət ehtiyat namazı qılmalıdır, vacib ehtiyata əsasən 
oturan halda iki rük`ət kifayət deyildir. 
2. İkinci səcdəyə daxil olandan sonra iki və dörd arasında şəkk etsə, gərək dörd rük`ət 
qıldığını əsas götürsün və namazdan sonra ayaq üstə iki rük`ət ehtiyat namazı qılsın. 
3. İkinci səcdəyə daxil olandan sonra, iki, üç və dörd arasında şəkk etsə, gərək dörd rük`ət 
qıldığını əsas götürsün və namazdan sonra iki rük`ət ayaq üstə və sonra iki rük`ət də 
oturan yerdə ehtiyat namazı qılsın. 
4. İkinci səcdəyə başladıqdan sonra dörd və beş arasında şəkk edərsə, dördü qəbul edib, 
namazı tamamlamalıdır. Namazdan sonra isə iki səhv səcdəsi yerinə yetirməlidir. Dördlə 
altı arasında şəkk etmək kimi, az tərəfi dörd rük`ət olan hər şəkkdə habelə, ikinci səcdəyə 
başladıqdan sonra, dörd rük`ətlə, ondan az və ya daha çox qıldığında şəkk etdiyi zaman 
dörd rük`ət qıldığını qəbul edib, hər iki şəkkin vəzifəsini yerinə yetirə bilər. Yə`ni dörd 
rük`ətdən az qıldığı ehtimalı olduğundan, ehtiyat namazı qılar və dörd rək`ətdən çox kimi 
ehtimalı olduğundan iki səhv səcdəsi yerinə yetirər. Hər bir halda birinci səcdədən sonra və 
ikinci səcdəyə başlamamışdan əvvəl, yuxarıda deyilən dörd şəkkdən birisi ilə qarşılaşsa, 
namazı batildir. 
5. Üç və dörd arasında namazın hər hansı yerində olursa-olsun, gərək dörd rük`ət qıldığını 
əsas götürsün və namazı tamam edib, namazdan sonra bir rük`ət ayaq üstə, yaxud iki 
rük`ət oturduğu yerdə ehtiyat namazı qılsın. 
6. Ayaq üstə dörd və beş rük`ət arasında şəkk etsə, gərək otursun və təşəhhüdü oxusun və 
namazın salamını versin. Bundan sonra bir rük`ət ayaq üstə, yaxud iki rük`ət oturan yerdə 
ehtiyat namazı qılsın. 
7. Ayaq üstə üç və beş rük`ət arasında şəkk etsə, gərək oturub təşəhhüdü oxusun və 
namazın salamını versin. Sonra ayaq üstə iki rük`ət ehtiyat namazı qılsın. 
8. Ayaq üstə üç, dörd və beş rük`ət arasında şəkk etsə, gərək otursun, təşəhhüdü oxusun və 
namazın salamını versin. İki rük`ət ayaq üstə və sonra iki rük`ət oturan yerdə ehtiyat 
namazı qılsın. 
9. Ayaq üstə beş və altı rük`ət arasında şəkk etsə, gərək otursun, təşəhhüdü oxusun və 
namazın salamını versin. Sonra iki səhv səcdəsi yerinə yetirsin. 
Məsələ 1187: Əgər insanın qarşısına səhih olan şəkklərdən biri çıxsa, belə ki, namazın vaxtı 
dar olsa da, namazı başdan başlaya bilməsə, namazı sındırmamalı və deyilən göstərişə əməl 
etməlidir. Amma əgər namazın vaxtı geniş olarsa, namazı sındırıb yenidən başlaya bilər. 
Məsələ 1188: Əgər insan namazda, ehtiyat namazı vacib olan şəkklərdən birilə qarşılaşarsa 
və bu halda namazı tamamlayarsa, ehtiyat müstəhəbb odur ki, ehtiyat namazı qılsın və 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
ehtiyat namazını qılmadan namazı təzədən qılmasın. Əgər namazı batil edən işlərdən birini 
görmədən namazı başlasa, ikinci namazı da vacib ehtiyata əsasən batildir. Amma namazı 
batil edən işlərdən sonra ikinci namaza məşğul olsa, ikinci namazı səhihdir. 
Məsələ 1189: İnsan batil şəkklərdən biri ilə qarşılaşdıqda, əgər sonrakı hala keçdiyi 
təqdirdə, yəqin və ya zənn hasil olacağını bilirsə, onun batil şəkki namazın birinci iki 
rük`ətindəndirsə, şəkk halı ilə namazına davam etməsi caiz deyildir. Məsələn; əgər qiyam 
halında ikən bir rük`ət və ya daha çox qıldığında şəkk edərsə və rükuya getdiyi təqdirdə, 
bir tərəfə yəqin ya zənn edəcəyini bilirsə, bu halla rükuya getməsi caiz deyildir. Amma 
qalan batil şəkklərdə yəqin və ya zənn əldə etmək məqsədi ilə namazına davam edə bilər. 
Məsələ 1190: Əgər əvvəl gümanı bir tərəfə çox olsa və sonradan nəzərində hər iki tərəf eyni 
olsa, gərək şəkkin göstərişinə əməl etsin. Əgər əvvəl nəzərində hər iki tərəf eyni olsa, 
vəzifəsi hansı tərəfədirsə, o tərəfə hesab etsin və sonra onun gümanı digər tərəfə getsə, 
gərək həmin tərəfi əsas tutsun və namazı tamam etsin. 
Məsələ 1191: Zənninin bir tərəfə çox, yoxsa hər iki tərəfə də bərabər olduğunu bilməyən 
şəxs, şəkkin göstərişinə əsasən əməl etməlidir. 
Məsələ 1192: Əgər namazdan sonra, namazda ikən, məsələn; iki rük`ət, yoxsa üç rük`ət 
qıldığına dair tərəddüd edib, üç rük`ət qəbul etdiyini bilir, amma üç rük`ət qıldığınımı 
zənn etdiyini, yoxsa hər iki tərəfin nəzərində bərabərmi olduğunu bilməzsə, ehtiyat namazı 
qılması lazım deyildir. 
Məsələ 1193: Əgər ayağa qalxdıqdan sonra, iki səcdəni yerinə yetirib-yetirmədiyi barədə 
şəkk edərsə və o halda iki səcdənin tamamlanmasından sonra, səhih olan şəkklərdən biri ilə 
qarşılaşarsa, məsələn; iki rük`ət, yoxsa üç rük`ət qıldığında şəkk edərsə, o şəkkin hökmünə 
görə əməl edərsə, namazı səhihdir. Amma əgər təşəhhüdü oxuduğu zaman bu şəkklərdən 
biri ilə qarşılaşarsa, əgər şəkki iki ilə üç arasındadırsa, namazı batildir. Əgər iki ilə dörd ya 
iki üç və dörd arasında olsa, namazı səhihdir və gərək şəkkin göstərişlərinə əməl etsin. 
Məsələ 1194: Əgər təşəhhüdə başlamazdan əvvəl və ya təşəhhüdü olmayan rük`ətlərdə 
ayağa qalxmazdan əvvəl, bir və ya iki səcdəni yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə 
və həmin zamanda iki səcdəni yerinə yetirdikdən sonra səhih olan şəkklərdən biri ilə 
qarşılaşarsa, namazı batildir. 
Məsələ 1195: Əgər qiyamda ikən, üç ilə dörd və ya üç, dörd və beş rük`ətlər arasında şəkk 
edərsə və həmin zamanda əvvəlki rük`ətin bir və ya iki səcdəsini yerinə yeirmədiyini 
xatırlayarsa, namazı batildir. 
Məsələ 1196: Bir şəkki aradan gedən şəxs, digər bir şəkk ilə qarşılaşarsa, məsələn; 
qabaqcadan iki, yoxsa üç rük`ət qıldığı barədə şəkk edən şəxs, daha sonra üç, yoxsa dörd 
rük`ət qıldığı barədə şəkk edərsə, ikinci şəkkinin hökmünə görə əməl etməlidir. 
Məsələ 1197: Əgər namazdan sonra şəkk etsə ki, namazda, məsələn, iki ilə dörd rük`ət 
arasında şəkk edib, yoxsa üç ilə dörd arasında, hər iki şəkkin göstərişinə əməl edə bilər və 
həmçinin namazı batil edən işlərdən sonra onu ikinci dəfə qılar. 
Məsələ 1198: Namazdan sonra, namazda bir şəkk ilə qarşılaşdığını bilərsə, lakin səhih 
şəkklərdən, yoxsa batil şəkklərdən olduğunu bilməsə gərək namazını yenidən qılsın. əgər 
səhih şəkklərdən olsa da, onların hansı qismindən olduğunu bilməzsə, o namazı, yenidən 
qılması caizdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1199: Oturaraq namaz qılan bir şəxs, bir rük`ət ayaq üstə və ya iki rük`ət oturaq 
halda ehtiyat namazı qılmasını lazım edəcək şəkk ilə qarşılaşarsa, bir rük`ət oturaq halda 
qılmalıdır. İki rük`ət ayaq üstə ehtiyat namazı qılmasını lazım edən bir şəkk etdiyi 
təqdirdə də, iki rük`ət oturaq halda qılmalıdır. 
Məsələ 1200: Ayaq üstə namaz qılan bir şəxs, ehtiyat namazı qılarkən ayaq üstə 
durmaqdan aciz olarsa, əvvəlki məsələdə hökmü müəyyən edilən oturaq halda namaz qılan 
bir şəxs kimi, ehtiyat namazını qılmalıdır. 
Məsələ 1201: Oturaq halda namaz qılan bir şəxs, ehtiyat namazı qılacağı zaman ayaq üstə 
dura bilmə imkanını özündə müşahidə edərsə, ayaq üstə namaz qılan şəxsin vəzifəsinə görə 
əməl etməlidir. 
EHTİYAT NAMAZININ GÖSTƏRİŞİ 
Məsələ 1202: Ehtiyat namazı üzərinə vacib olan şəxs, namazın salamından sonra gərək 
dərhal ehtiyat namazı niyyəti edib, təkbir desin, Həmd oxusun və rükuya getsin, sonra iki 
səcdə etsin. Əgər ona bir rük`ət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra təşəhhüd 
oxuyub salam versin, əgər iki rük`ət ehtiyat namazı ona vacib olsa, iki səcdədən sonra daha 
bir rük`ət, birinci rük`ət kimi yerinə yetirsin və sonra təşəhhüd və salam desin. 
Məsələ 1203: Ehtiyat namazının surə və qunutu yoxdur. Lazım ehtiyata əsasən, onun 
Həmdini səssiz oxumalıdır. Onun niyyətini dillə söyləməməlidir. Onun «Bismillah»ını da 
səssiz söyləmək ehtiyat-müstəhəbbdir. 
Məsələ 1204: Əgər ehtiyat namazını qılmazdan əvvəl namazını düzgün qıldığını anlayarsa, 
ehtiyat namazı qılması lazım deyil və əgər ehtiyat namazı qılarkən anlayarsa, onu 
tamamlaması da lazım deyildir. 
Məsələ 1205: Ehtiyat namazını qılmazdan qabaq namazın rük`ətlərinin əskik olduğunu 
anlayarsa, belə ki, əgər namazı batil edən bir iş görməmişdirsə, namazda qılmadığı qismi 
qılmalı və yersiz salam verdiyi üçün lazım-ehtiyata əsasən, iki səhv səcdəsi yerinə 
yetirməlidir. Əgər namazı batil edən bir iş görmüşdürsə, məsələn; arxasını qibləyə 
çevirmişdirsə, namazı yenidən qılmalıdır. 
Məsələ 1206: Ehtiyat namazını qıldıqdan sonra, namazdan əskik qalan rük`ətlərin, qıldığı 
ehtiyat namazı qədər olduğunu anlayarsa, məsələn; üç ilə dörd arasındakı şəkkdə, bir 
rük`ət ehtiyat namazı qılıb, sonradan namazı üç rük`ət qılmış olduğunu anlayarsa, namazı 
səhihdir. 
Məsələ 1207: Ehtiyat namazını qıldıqdan sonra, namazından əskik qalan rük`ətlərin, 
ehtiyat namazından az olduğunu anlayarsa, məsələn; iki ilə dörd arasındakı şəkkdə, iki 
rük`ət ehtiyat namazı qılıb, sonradan namazı üç rük`ət qılmış olduğunu anlayarsa, namazı 
yenidən qılmalıdır. 
Məsələ 1208: Ehtiyat namazını qıldıqdan sonra, namazın nöqsanının ehtiyat namazından 
çox olduğunu anlayarsa, məsələn; üç ilə dörd arasında şəkk edən şəxs, bir rük`ət ehtiyat 
namazı qılıb, sonra da namazı iki rük`ət qıldığını anlayarsa, bu surətdə ehtiyat 
namazından sonra, namazı batil edən bir iş etmişdirsə (arxasını qibləyə çevirmək kimi), 
namazı yenidən qılmalıdır. Amma əgər namazı batil edən bir iş görməmişdirsə, lazım-


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
ehtiyata əsasən bu təqdirdə də, namazı yenidən qılmalı və namazdan nöqsan qalan rük`əti 
əlavə etməklə kifayətlənməməlidir. 
Məsələ 1209: İki, üç və dörd arasında şəkk edən şəxs, iki rük`ət ayaq üstə ehtiyat namazı 
qıldıqdan sonra, namazı iki rük`ət qıldığını xatırlayarsa, iki rük`ət də oturaraq ehtiyat 
namazı qılması lazım deyildir. 
Məsələ 1210: Əgər üç və dörd rük`ət arasında şəkk etsə və bir rük`ət ayaq üstə ehtiyat 
namazı qılarkən yadına düşsə ki, namazı üç rük`ət qılmışdır, gərək ehtiyat namazını 
buraxsın, belə ki, rükuya daxil olmazdan əvvəl yadına düşsə, bir rük`əti ona bitişik qılsın, 
namazı səhihdir. Artıq salam üçün lazım ehtiyata əsasən bir cüt səhv səcdəsi etsin. Amma 
əgər rükuya gedəndən sonra yadına düşmüş olsa, namazı ikinci dəfə qılmalı və ehtiyata 
əsasən əvvəlki rük`ətə əlavə etməklə kifayətlənməməlidir. 
Məsələ 1211: Əgər iki, üç və dörd rük`ət arasında şəkk etsə, ayaq üstə iki rük`ət ehtiyat 
namazı qılarkən, namazı üç rük`ət qıldığı yadına düşsə, əvvəldə deyilən buna oxşar məsələ, 
burada da icra olunacaq. 
Məsələ 1212: Ehtiyat namazını qılarkən, namazın nöqsanlı qisminin ehtiyat namazından az 
və ya çox olduğunu anlayarsa, 1210-cu məsələdə söylənən hökmün bənzəri burada da 
keçərlidir. 
Məsələ 1213: Boynuna vacib olan ehtiyat namazını yerinə yetirib-yetirmədiyi barədə şəkk 
edərsə, əgər namaz vaxtı keçmişdirsə, şəkkinə e`tina etməməlidir. Əgər vaxt vardırsa, şəkki 
ilə namaz arasında çox bir zaman keçməmişdirsə başqa bir işə başlayıbsa və qiblədən 
üzünü çevirmək kimi, namazı batil edən bir iş də etməmişdirsə, ehtiyat namazını 
qılmalıdır. Amma əgər namazı batil edən bir iş görmüşdürsə ya başqa bir işə başlayıbsa və 
ya namazla onun şəkki arasında uzun bir vaxt keçmişdirsə, lazım-ehtiyata əsasən namazı 
yenidən qılmalıdır. 
Məsələ 1214: Əgər ehtiyat namazında, bir rük`ətin əvəzinə iki rük`ət qılsa, ehtiyat namazı 
batil olar və gərək ikinci dəfə namazın əslini qılsın. Lazım ehtiyata əsasən, ehtiyat 
namazında bir rüknü artırsa da hökm eynidir. 
Məsələ 1215: Ehtiyat namazı qılarkən onun işlərinin birində şəkk etsə, əgər məhəlli (yeri) 
keçməyibdirsə, gərək yerinə yetirsin və əgər məhəlli keçibdirsə, gərək öz şəkkinə e`tina 
etməsin. Məsələn; Həmdi oxuyub-oxumadığında şəkk edərsə, əgər rükuya getməmişdirsə, 
oxumalıdır. Əgər rükuya getmişdirsə, şəkkinə e`tina etməməlidir. 
Məsələ 1216: Əgər ehtiyat namazının rük`ətlərinin sayında şəkk edərsə, şəkkinin çox tərəfi 
namazı batil edərsə, az tərəfə qərar verməlidir. Əgər şəkkinin çox tərəfi namazı batil 
etmirsə, çox tərəfə qərar verməlidir. Məsələn; iki rük`ət ehtiyat namazı qılarkən, iki 
rük`ət, yoxsa üç rük`ət qılmış olduğunda şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil 
etdiyinə görə, iki rük`ət qıldığına qərar verməlidir. Amma əgər bir rük`ət, yoxsa iki rük`ət 
qıldığı barədə şəkk edərsə, şəkkinin çox tərəfi namazı batil etmədiyinə görə, iki rük`ət 
qılmış olduğuna qərar verməlidir. 
Məsələ 1217: Əgər ehtiyat namazında rükn olmayan şeyi səhvən çoxaltsa, ya azaltsa, 
səcdeyi-səhv yoxdur. 
Məsələ 1218: Ehtiyat namazının salamından sonra, onun hissələrindən və ya şərtlərindən 
birini yerinə yetirib-yetirmədiyində şəkk edərsə, şəkkinə e`tina etməməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1219: Əgər ehtiyat namazında təşəhhüd, yaxud səcdənin birini yaddan çıxartsa və 
öz yerində tədarük (cübran) edə bilməsə, vacib ehtiyat odur ki, namazın salamından sonra 
səcdəni qəza etsin. Lakin təşəhhüdün qəzası lazım deyil. 
Məsələ 1220: Əgər ehtiyat namazı və bir cüt səhv səcdəsi ona vacib olsa, gərək əvvəl ehtiyat 
namazını qılsın. Həmçinin vacib ehtiyata görə əgər ehtiyat namazı və səcdənin qəzası da 
ona vacib olsa, hökm eynidir. 
Məsələ 1221: Namazda rük`ətlərə nisbətən gümanın hökmü, yəqinin hökmü kimidir. 
Məsələn; bir və ya iki rük`ət qıldığını bilmədikdə, iki rük`ət qıldığını zənn edərsə, iki 
rük`ət qıldığına qərar verməlidir. Əgər dörd rük`ətli bir namazda dörd rük`ət qıldığını 
zənn edərsə, ehtiyat namazı yoxdur. Amma əməllərə nisbətən zənnin şəkk hökmü vardır. 
Belə ki, əgər rüku etməsini zənn edərsə, səcdəyə daxil olmayıbsa, onu yerinə yetirməlidir. 
Yaxud; əgər Həmd oxumadığını zənn edərsə, əgər surəyə başlamışdırsa, zənninə e`tina 
etməməlidir və namazı səhihdir. 
Məsələ 1222: Şəkk, səhv və zənnin hökmündə, gündəlik vacib namazlarla, digər namazlar 
arasında bir fərq yoxdur. Məsələn; ayət namazında, bir rük`ət, yoxsa iki rük`ət qıldığı 
barədə şəkk edərsə, şəkki iki rük`ətli namazda olduğu üçün, namazı batil olar. Əgər bir 
rük`ət və ya iki rük`ət olduğunu zənn edərsə, o zənninə əsasən namazı tamamlamalıdır. 
SƏHV SƏCDƏSİ (SƏCDEYİ-SƏHV) 
Məsələ 1223: İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi 
sonradan deyiləcək göstərişlə yerinə yetirsin: 
1. Təşəhhüdü unutsa. 
2. Səhih şəkklərin dördüncü qismində deyildiyi kimi, dörd rük`ətli namazda ikinci səcdəyə 
getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rük`ət qıldığı barədə şəkk edərsə. 
Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır: 
1. Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda 
namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə. 
2. Namaz əsnasında səhvən danışsa. 
3. Namazın salamını verməli olmadığı yerdə məsələn birinci rük`ətdə səhvən salam versə. 
Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni 
oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; 
təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat 
müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi 
etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah 
olunacaq. 
Məsələ 1224: Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək 
ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin. 
Məsələ 1225: Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir. Amma səhvən 
nalə çəksə, ya «ah» çəksə və ya «ah» desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1226: Əgər bir şeyi səhv oxuduqdan sonra, ikinci dəfə səhih oxusa, ikinci dəfə 
oxumaq üçün səhv səcdəsi vacib deyildir. 
Məsələ 1227: Əgər namazda səhvən bir neçə kəlmə danışsa və onların hamısının mənşəyi 
bir səhv olsa, namazın salamından sonra bir cüt səhv səcdəsi kifayətdir. 
Məsələ 1228: Əgər səhvən təsbihati-ərbəəni deməsə, müstəhəbb ehtiyat odur ki, namazdan 
sonra bir cüt səhv səcdəsi etsin. 
Məsələ 1229: Namazın salamının verilməməli olduğu bir yerdə səhvən «Əssəlamu ələyna və 
əla ibadillahis-salihin» və ya «Əssəlamu ələykum» deyərsə, hərçənd «Və rəhmətullahi və 
bərəkatuh» deməsə də, lazım-ehtiyata əsasən iki səhv səcdəsi etməsi lazımdır. Amma əgər 
səhvən «Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh» deyərsə, 
müstəhəbb ehtiyata əsasən, bir cüt səhv səcdəsi yerinə yetirməlidir. Amma əgər iki hərf 
yaxud salamdan artıq deyərsə, vacib ehtiyata əsasən iki səcdeyi səhv etsin. 
Məsələ 1230: İnsan, salamın verilməsi lazım olmayan bir yerdə səhvən hər üç salamı da 
verərsə, bir cüt səhv səcdəsi kifayətdir. 
Məsələ 1231: Əgər bir səcdə, yaxud təşəhhüdünü unutsa və sonrakı rük`ətin rükusundan 
əvvəl yadına düşsə, gərək qayıdıb yerinə yetirsin və namazdan sonra ehtiyat müstəhəbbə 
əsasən yersiz qiyam üçün bir cüt səhv səcdəsi yerinə yetirsin. 
Məsələ 1232: Rükuda və ya rükudan sonra, əvvəlki rük`ətin təşəhhüdünü və ya səcdəsinin 
birini unutduğunu xatırlayarsa, namazın salamından sonra səcdəni qəza etməlidir. 
Təşəhhüd üçün isə bir cüt səhv səcdəsi yerinə yetirməlidir. 
Məsələ 1233: Əgər səhv səcdəsini namazın salamından sonra qəsdən yerinə yetirməsə, 
günah etmişdir. Vacib ehtiyata əsasən, gərək nə qədər tez olsa əmələ gətirsin, belə ki, 
səhvən əmələ gətirməsə, hər vaxt yadına düşsə, gərək tə`cili əmələ gətirsin. Namazı yenidən 
qılması lazım deyildir. 
Məsələ 1234: Bir şəxs, səhv səcdəsinin boynuna vacib olub-olmadığı barədə şəkk edərsə, 
onu yerinə yetirməsi lazım deyildir. 
Məsələ 1235: Boynuna iki, yoxsa dörd səhv səcdəsi vacib olduğu barədə şəkk edən şəxsin, 
iki səhv səcdəsi yerinə yetirməsi kifayətdir. 
Məsələ 1236: Əgər səhv səcdəsindən birini yerinə yetirmədiyini bilərsə və onu düzəltməsi 
aradan çox vaxt keçdiyinə görə mümkün olmasa ya bilə ki, səhvən üç səcdə yerinə yetirib, 
yenidən iki səhv səcdəsi yerinə yetirməlidir. 
SƏHV SƏCDƏSİNİN QAYDASI 
Məsələ 1237: Səhv səcdəsinin göstərişi belədir ki, namazın salamından sonra dərhal səhv 
səcdəsi niyyəti etsin və alnını lazım ehtiyata əsasən səcdəsi səhih olan bir şeyin üzərinə 
qoysun. Bu səcdədə zikr demək ehtiyat-müstəhəbbdir. Belə ki, bu zikri söyləməsi daha 
yaxşıdır: «Bismillahi və billahi. Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və 
bərəkatuh». Sonra oturmalı və təkrarən səcdəyə gedib, söylədiyi zikri yenidən oxuduqdan 
sonra oturmalı və təşəhhüdü dedikdən sonra «Əssəlamu ələykum» deməlidir. Buna «Və 
rəhmətullahi və bərəkatuh»u da əlavə etməsi daha güclü nəzərdir. 
YADDAN ÇIXMIŞ TƏŞƏHHÜD VƏ SƏCDƏNİN QƏZASI 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1238: İnsan, unutduğu səcdənin qəzasını namazdan sonra edərkən, bədən və 
libasının pak olması, üzü qibləyə olmaq kimi, namazın bütün şərtlərinə sahib olması 
lazımdır. 
Məsələ 1239: Əgər səcdəni bir neçə dəfə yaddan çıxarsa, məsələn, birinci rük`ətdən bir 
səcdə yaddan çıxarsa və ikinci rük`ətdən də bir səcdə yaddan çıxarsa, gərək namazdan 
sonra hər ikisinin qəzasını yerinə yetirsin və ehtiyat müstəhəbb odur ki, yaddan çıxan hər 
səcdə üçün bir cüt səhv səcdəsi yerinə yetirsin. 
Məsələ 1240: Əgər bir səcdə və təşəhhüdü yaddan çıxarsa, unudulmuş təşəhhüd üçün bir 
cüt səhv səcdəsi yerinə yetirsin. Amma unudulmuş səcdə üçün yaxşı olmasına baxmayaraq, 
layiq deyil. 
Məsələ 1241: Əgər iki rük`ətdən iki səcdə yaddan çıxarsa, qəza edən zaman tərtibə riayət 
etməsi lazım deyildir. 
Məsələ 1242: Namazın salamı ilə səcdənin qəzası arasında, namaz əsnasında qəsdən və ya 
unutqanlıqla edildiyi təqdirdə, namazı batil edən bir iş görərsə, məsələn; arxasını qibləyə 
çevirərsə, səcdənin qəzasını etdikdən sonra o namazı təkrarən qılması ehtiyat-
müstəhəbbdir. 
Məsələ 1243: Əgər namazın salamından sonra, son rük`ətin bir səcdəsini unutduğunu 
xatırlayarsa, əgər hədəs kimi namazı pozan bir iş baş verməyibsə, onu və ondan sonra olan 
təşəhhüd və salamı yerinə yetirsin və vacib-ehtiyata əsasən yersiz olan salam üçün iki səhv 
səcdəsi etməlidir. 
Məsələ 1244: Əgər namazın salamı ilə səcdənin qəzası arasında səhv səcdəsi vacib olan bir 
iş görsə, məsələn, səhvən danışsa, vacib ehtiyata əsasən, gərək əvvəlcə səcdənin qəzasını 
etsin və sonra bir cüt səhv səcdəsi etsin. 
Məsələ 1245: Əgər namaz əsnasında səcdəni, yoxsa təşəhhüdü unutduğunu bilməzsə, 
səcdənin qəzasını etməli və iki səhv səcdəsi yerinə yetirməlidir. Təşəhhüdü də qəza etməsi 
ehtiyat-müstəhəbbdir. 
Məsələ 1246: Səcdə və ya təşəhhüdü unudub-unutmadığı barədə şəkk edərsə, qəza və ya 
səhv səcdəsi vacib olmaz. 
Məsələ 1247: Səcdəni unutduğunu bilib, sonrakı rük`ətin rükusundan qabaq onu xatırlayıb 
və yerinə yetirib-yetirmədiyi barədə şəkk edərsə, qəza etməsi ehtiyat-müstəhəbbdir. 
Məsələ 1248: Səcdəni qəza etməsi vacib olan bir şəxsə, başqa bir əməl səbəbindən də səhv 
səcdəsi vacib olarsa, vacib ehtiyata əsasən namazdan sonra, əvvəl səcdəni qəza etməli və 
sonra səhv səcdəsini yerinə yetirməlidir. 
Məsələ 1249: Namazdan sonra, unutmuş olduğu səcdənin qəzasını yerinə yetirib-
yetirmədiyi barədə şəkk edərsə, namazın vaxtı keçməmişdirsə, səcdəni qəza etməlidir. 
Hətta namazın vaxtı keçmiş olsa belə, vacib-ehtiyata əsasən qəza etməlidir. 
NAMAZIN HİSSƏLƏRİNİ VƏ ŞƏRTLƏRİNİ AZALDIB-ÇOXALTMAQ 
Məsələ 1250: Əgər namazın vacibatından qəsdən bir şeyi azaltsa və ya çoxaltsa, bir hərf də 
olsa belə, namaz batildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1251: Əgər məsələni bilmədiyindən, namazın rükn olan vacibatından, bir şey 
azaltsa, namaz batildir. Amma qasir cahilin (e`timad edilən bir şəxsin dediyinə, yaxud 
mö`təbər risaləyə e`timad edən sonra isə onun xətası, ya risalənin düz olmadığı məlum 
olan) bir şəxsin rükn olmayan vacibləri azaltması namazı batil etməz. Belə ki, məsələni 
bilmədiyindən, hərçənd təqsir üzündən olsa belə, sübh, şam və xiftən namazlarının Həmd 
və surəsini alçaqdan oxusa, yaxud zöhr və əsr namazlarının Həmd və surəsini hündürdən 
oxusa və ya səfərdə zöhr, əsr və xiftən namazını dörd rük`ət qılsa, namazı səhihdir. 
Məsələ 1252: Əgər namaz əsnasında yaxud namazdan sonra başa düşsə ki, dəstəmaz və ya 
qüslü batil imiş və yaxud qüslsüz və dəstəmazsız namaza məşğul olubmuş, namazı ikinci 
dəfə dəstəmaz və ya qüsllə qılmalıdır. Əgər vaxt keçibsə, qəza etsin. 
Məsələ 1253: Əgər rükuya çatdıqdan sonra əvvəlki rük`ətdən hər iki səcdəni yerinə 
yetirmədiyini xatırlayarsa, ehtiyata əsasən namazı batildir. Əgər rükuya çatmazdan qabaq 
yadına düşərsə, qayıdıb iki səcdəni yerinə yetirməli, sonra da qalxıb Həmd və surəni və ya 
təsbihatı oxuyaraq namazı tamamlamalıdır. Namazdan sonra da ehtiyat-müstəhəbbə 
əsasən yersiz qiyam üçün iki səhv səcdəsi yerinə yetirməlidir. 
Məsələ 1254: Əgər «Əssəlamu ələyna» və «Əssəlamu ələykum» deməmişdən əvvəl yadına 
düşsə ki, son rük`ətin iki səcdəsini yerinə yetirməyib, gərək iki səcdəni yerinə yetirsin və 
ikinci dəfə təşəhhüdü və namazın salamını versin. 
Məsələ 1255: Namazın salamından qabaq, namazın sonundan bir rük`ət və ya daha çox 
qılmadığını xatırlayarsa, unutduğu miqdarı yerinə yetirməlidir. 
Məsələ 1256: Namazın salamından sonra namazın sonundan bir rük`ət və ya daha çox 
qılmadığını anlayarsa, əgər namazda unudaraq və ya qəsdən edildikdə namazı batil edən 
bir iş (arxasını qibləyə çevirmək kimi) görərsə, namazı batildir. Əgər unudaraq və ya 
qəsdən edildikdə namazı batil edən bir iş görməyibsə, dərhal unutduğu miqdarı yerinə 
yetirməlidir. Artıq salam verdiyi üçün bir cüt səhv səcdəsi etməsi lazım ehtiyata əsasəndir. 
Məsələ 1257: Əgər namazın salamından sonra, namazda ikən unudaraq və ya qəsdən 
edildikdə namazı batil edən bir iş (arxasını qibləyə çevirmək kimi) gördükdən sonra, son 
iki səcdəni etmədiyini xatırlayarsa, namazı batildir. Əgər namazı pozan bir iş görmədən 
xatırlayarsa, unutduğu iki səcdəni yerinə yetirib təkrarən təşəhhüd oxuyaraq namazın 
salamını verməli və vacib-ehtiyata əsasən əvvəl verdiyi salam üçün iki səhv səcdəsi yerinə 
yetirməlidir. 
Məsələ 1258: Əgər namazı vaxtından qabaq qıldığını bilərsə, onu yenidən qılmalı, əgər vaxt 
keçmişdirsə də, qəza etməlidir. Əgər namazını qiblənin əksinə qıldığını, yaxud 90 
dərəcədən artıq inhirafla qıldığını anlayarsa, vaxt keçməmişdirsə, yenidən qılmalıdır. Əgər 
vaxt keçmişdirsə, onda qiblənin o tərəfə olduğu xüsusunda şəkkli və ya cahil idisə, qəza 
etməlidir. Amma əgər şəkkli deyildisə, qəza etməsi lazım deyildir. Əgər qiblənin inhirafının 
90 dərəcədən az olduğunu bilərsə, qiblədən dönməsində üzrlü olmasa, məsələn; qiblənin 
hansı tərəfə olduğunu araşdırmaq xüsusunda və ya məsələni bilmədiyində səhlənkarlıq 
etmişsə, ehtiyata əsasən, istər vaxtı keçsin, istərsə keçməsin o namazı yenidən qılması 
lazımdır. Əgər üzürlü olubsa, yenidən qılması lazım deyil. 
MÜSAFİRİN NAMAZI 
Müsafir gərək zöhr, əsr və xiftən namazlarını səkkiz şərtlə şikəstə, yə`ni iki rük`ət qılsın. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
1. Onun səfəri səkkiz şər`i fərsəxdən (təqribən 44 km-dən) az olmasın. 
Məsələ 1259: Gedib-gəlməsi üst-üstə səkkiz fərsəx olan şəxs, istər gedişi və ya gəlişi dörd 
fərsəxdən az olsun, ya olmasın, gərək namazı şikəstə qılsın. Buna əsasən əgər gedişi üç 
fərsəx və qayıdışı beş fərsəx və ya əksinə olsa, gərək namazı şikəstə, yə`ni iki rük`ət qılsın. 
Məsələ 1260: Əgər gediş və gəlişi səkkiz fərsəx olarsa, getdiyi gündə və ya o günün gecəsi 
qayıtmasa belə, namazını şikəstə qılmalıdır. Amma bu təqdirdə, ehtiyat edərək, namazını 
tam da qılması daha yaxşıdır. 
Məsələ 1261: Səfəri səkkiz fərsəxdən bir qədər az olarsa və ya insan getdiyi yolun səkkiz 
fərsəx olub-olmadığını bilməzsə, namazını şikəstə qılmamalıdır. Əgər səfərinin səkkiz 
fərsəxə çatıb-çatmadığında şəkk edərsə, araşdırması lazım deyil və namazı tam qılmalıdır. 
Məsələ 1262: Əgər bir adil və ya inanılmış bir şəxs xəbər verə ki, insanın səfəri səkkiz 
fərsəxdir, bir surətdə ki, onun sözündən xatircəm olsa, gərək namazı şikəstə qılsın. 
Məsələ 1263: Səfərinin səkkiz fərsəx olmasına yəqini olan kəs namazı şikəstə qılıb, sonra 
başa düşsə ki, səkkiz fərsəx olmayıb, gərək onu dörd rük`ətli namaz kimi yerinə yetirsin. 
Əgər vaxtı keçibsə, qəza etsin. 
Məsələ 1264: İstədiyi bir yerə səfərə çıxmaq əzmində olan şəxsin öz səfərinin səkkiz fərsəx 
olmamasına yəqinliyi olsa yaxud səkkiz fərsəx olub-olmamasında şəkk etsə, belə ki, yolda 
ikən başa düşsə ki, onun səfəri səkkiz fərsəx imiş, yolu bir az qalsa da, gərək namazı şikəstə 
qılsın və əgər tamam qılıbsa, gərək ikinci dəfə şikəstə qılsın. Amma vaxtı keçibsə qəza 
etmək lazım deyil. 
Məsələ 1265: Ara məsafəsi dörd fərsəxdən az olan iki məhəllənin arasında bir neçə dəfə 
gedib-gəlməklə hamısı səkkiz fərsəx olsa da, şəxs namazını bütöv qılmalıdır. 
Məsələ 1266: Əgər bir yerə iki yol olsa, biri səkkiz fərsəxdən az və o biri də səkkiz fərsəx və 
ya ondan çox olsa, insan səkkiz fərsəx olan yoldan oraya getsə, gərək namazı şikəstə qılsın 
və əgər səkkiz fərsəx olmayan yoldan getsə, gərək tamam qılsın. 
Məsələ 1267: Səkkiz fərsəxin başlanğıcı, şəxsin müsafir sayılacağı bir yeri keçdikdən 
e`tibarən hesab edilməlidir. Belə ki, bu yer, əksər hallarda şəhərin sonu hesab olunan 
yerdir. Amma bə`zi böyük şəhərlərdə məhəllənin son yerindən də hesab oluna bilər ki, 
onun axırı məqsəddir. 
2. Səfərinin əvvəlindən etibarən qəsdi səkkiz fərsəx olmalıdır. Yə`ni səkkiz fərsəx 
gedəcəyini bilməlidir. Deməli əgər, səkkiz fərsəxdən az olan bir yerə səfər edərsə və oraya 
çatdıqdan sonra, gəldiyi yolla birlikdə səkkiz fərsəx olacaq bir yerə getməyə niyyət edərsə, 
əvvəlcədən qəsdi səkkiz fərsəx olmadığına görə, namazı tam qılmalıdır. Amma əgər oradan 
səkkiz fərsəx getmək istəyərsə və ya məsələn; bir yerə getsə ki qayıtmağı ilə birlikdə səkkiz 
fərsəx olacaq, namazını şikəstə qılmalıdır. 
Məsələ 1268: Səfərinin neçə fərsəx olacağını bilməyən şəxs, məsələn; bir itkini tapmaq üçün 
səfərə çıxırsa və onu tapmaq üçün nə qədər yol gedəcəyini bilmirsə, gərək namazı tamam 
qılsın. Amma qayıdan başda əgər vətəninə və ya on gün qalacağı yerə qədər səkkiz fərsəx, 
yaxud çox olsa, gərək namazı şikəstə qılsın. Əgər getdiyi zaman gedib-qayıtmağı ilə 
birlikdə səkkiz fərsəx yolu getməyi niyyət edərsə, namazını şikəstə qılmalıdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1269: Müsafir, səkkiz fərsəx yol gedəcəyinə qərarı olduğu təqdirdə, namazını 
şikəstə qılmalıdır. Deməli, əgər bir şəxs şəhərdən ayrılarsa və məsələn; dost tapacağı 
təqdirdə, səkkiz fərsəxlik səfərə çıxmağı qəsd edərsə, dost tapacağına əmin olarsa, namazı 
şikəstə qılmalıdır. Əgər əmin deyilsə, tam qılmalıdır. 
Məsələ 1270: Səkkiz fərsəxlik səfərə geməyi niyyət edən bir şəxs, hər gün az miqdarda yol 
getsə belə, həddi-tərəxxüsə (mə`nası 1305-ci məsələdə deyiləcəyi kimi) çatanda namazını 
şikəstə qılmalıdır. Amma hər gün çox az bir miqdarda yol gedərsə, namazını həm şikəstə, 
həm də tam qılması ehtiyat-lazımdır. 
Məsələ 1271: Səfərdə başqasının ixtiyarında olan qadın, övlad, nökər və məhbus kimi bir 
şəxs, səfərinin səkkiz fərsəx olduğunu bilərsə, namazını şikəstə qılmalıdır. Əgər bilməzsə, 
namazını tam qılmalıdır və soruşması lazım deyildir. 
Məsələ 1272: Səfərdə başqasının ixtiyarında olan bir şəxs, əgər dörd fərsəxlik yerə 
çatmamış ondan ayrılıb səfər etməyəcəyini bilərsə və ya zənn edərsə, namazını tamam 
qılmalıdır. 
Məsələ 1273: Səfərdə başqasının ixtiyarında olan bir şəxs, dörd fərsəxlik bir yerə 
çatmazdan qabaq ondan ayrılmayacağına xatircəmliyi yoxdursa, namazını tam qılmalıdır. 
Amma əgər buna xatircəmliyi olarsa, namazını şikəstə qılmalıdır. 
3. Yolda öz qəsdindən dönməsin. Deməli, əgər dörd fərsəxə çatmazdan əvvəl öz qəsdindən 
dönsə, yaxud tərəddüd etsə (şəkkə düşsə), getdiyi məsafə qayıtması ilə birlikdə səkkiz 
fərsəxdən az olsa, gərək namazı tamam qılsın. 
Məsələ 1274: Yoldan bir qədər gedəndən sonra, qayıtmağı ilə birgə səkkiz fərsəx olsa və 
səfərdən daşınsa, belə qərara alsa ki, orada qalsın və ya on gündən sonra qayıtsın və ya 
qayıtmağı ilə qalmağında tərəddüdü olsa, gərək namazı tamam qılsın. 
Məsələ 1275: Yoldan bir qədər gedəndən sonra, qayıtmağı ilə birgə səkkiz fərsəx olsa və 
səfərdən daşınsa və qərara alsa ki, qayıtsın, on gündən az orada qalmaq istəsə də, gərək 
namazı şikəstə qılsın. 
Məsələ 1276: Əgər səkkiz fərsəxlik səfərə getmək məqsədi ilə bir yerə doğru hərəkət edərsə 
və bir miqdar yol getdikdən sonra başqa bir yerə getmək istəyərsə, əgər birinci hərəkət 
etdiyi yerdən getmək istədiyi yerə qədər səkkiz fərsəx olarsa, namazını şikəstə qılmalıdır. 
Məsələ 1277 Səkkiz fərsəxlik yerə çatmazdan qabaq, yolun qalan qismini gedib-
getməməkdə tərəddüdə düşərsə, tərəddüdlü olduğu zaman yol getməzsə və sonra qalan 
qismi də getməyi qərara alarsa, səfərin sonuna qədər namazını şikəstə qılmalıdır. 
Məsələ 1278: Səkkiz fərsəxlik yerə çatmadan, yolun qalan qismini gedib-getməməkdə 
tərəddüd edərsə, tərəddüdlü olduğu zaman bir miqdar yol gedərsə və sonradan, əlavə 
olaraq səkkiz fərsəx də getməyə və ya gediş-gəlişi səkkiz fərsəx olan bir yerə getməyi 
qərara alarsa, səfərin sonuna qədər namazını şikəstə qılmalıdır. 
Məsələ 1279: Səkkiz fərsəxlik yerə çatmazdan qabaq, yolun qalan qismini gedib-
getməməkdə tərəddüd edib tərəddüd edən zaman bir miqdar yol gedərsə və sonradan, 
qalan qismi getməyi qərara alarsa, əgər tərəddüdlə getdiyi məsafəni çıxmaqla, gedib-
gəlməyin məcmusu səkkiz fərsəxdən az olarsa, namazı tamam qılmalıdır. Amma əgər 
ondan az olmasa, namazını şikəstə qılmalıdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
4. Səkkiz fərsəxə çatmamış öz vətənindən keçib orada, ya da on gün və ya daha çox bir 
yerdə qalmağa qərar verməməsi lazımdır; o halda bir şəxs səkkiz fərsəxə yetişməmişdən 
vətəninə qayıdıb orada qalmaq (dayanmaq) istərsə, ya da on gün bir yerdə qalmaq istərsə, 
namazı bütöv qılmalıdır. Əgər vətənindən, dayanmadan keçərsə, ehtiyatən həm şikəstə, 
həm də bütöv qılmalıdır. 
Məsələ 1280: Səkkiz fərsəxə çatmadan vətənindən keçib-getməyəcəyini və ya bir yerdə on 
gün qalıb-qalmayacağını bilməyən şəxs, namazını tamam qılmalıdır. 
Məsələ 1281: Səkkiz fərsəxə çatmadan vətənindən keçərək və ya bir yerdə on gün qalmaq 
istəyən və həmçinin bir yerdə on gün qalmaq və ya vətənindən keçmək xüsusunda 
tərəddüdlü olan bir şəxs, əgər on gün qalmaqdan və ya vətənindən keçmək fikrindən 
dönərsə, yenə də namazını tamam qılmalıdır. Amma qalan yol, qayıdışla birlikdə səkkiz 
fərsəx olarsa, belə namazını şikəstə qılmalıdır. 
5. Səfəri haram bir iş üçün olmamalıdır; əgər oğurluq kimi haram bir iş üçün səfər edərsə, 
namazı tamam qılmalıdır. Həmçinin əgər səfərin özü haram olarsa məsələn; səfər onun 
ölməsinə, ya hər hansı üzvünün nöqsanlı olmasına səbəb olan bir zərəri olarsa və ya qadın, 
ərindən icazəsiz olaraq ona vacib olmayan bir səfərə gedərsə, hökm eynidir. Amma əgər 
həcc səfəri kimi vacib səfər olarsa, namazı şikəstə qılmalıdır. 
Məsələ 1282: Vacib olmayan səfər, əgər ata-ananın mehribanlıq səbəbindən əziyyət 
çəkməsinə səbəb olarsa, haramdır. İnsan belə bir səfərdə namazını tamam qılmalı və 
orucunu da tutmalıdır. 
Məsələ 1283: Səfəri haram olmayan və haram iş üçün də səfər etməyən kəs, hərçənd 
səfərdə günah iş etsə belə, məsələn, qeybət etsə, yaxud şərab içsə, gərək namazı şikəstə 
qılsın. 
Məsələ 1284: Əgər vacib olan bir şeyi tərk etmək üçün səfərə çıxarsa, istər səfərdə başqa 
məqsədi də olsun və ya olmasın, namazını tamam qılmalıdır. Buna görə, borclu olub 
borcunu verə biləcək halda olan şəxsin borcunu borc verən istəyərsə və o da səfər zamanı 
borcunu qaytarmağa imkanı olmadığından, borcu qaytarmaqdan boyun qaçırmaq üçün 
səfərə çıxarsa, namazını tamam qılmalıdır. Amma əgər səfəri başqa bir iş üçün olarsa, 
səfərdə vacib bir işi tərk etsə belə, namazını şikəstə qılmalıdır. 
Məsələ 1285: Əgər səfərdə mindiyi heyvan, yaxud başqa bir minik qəsbi olsa və ya 
sahibindən qaçmaq üçün səfər etsə, yaxud qəsbi yerdə səfər etsə, gərək namazı tamam 
qılsın. 
Məsələ 1286: Zalım şəxs ilə səfər edən kəs əgər naçar olmasa və onun səfəri zalıma kömək 
olsa, gərək namazı tamam qılsın. Əgər naçar olsa, yaxud məsələn, məzluma nicat vermək 
üçün onunla səfər etsə, namazı şikəstədir. 
Məsələ 1287: Əgər əylənmək, ya gəzmək üçün səfər etsə, onun səfəri haram deyil və gərək 
namazı şikəstə qılsın. 
Məsələ 1288: Xoş güzəran keçirib ləhv və əylənmək məqsədi ilə ova gedərsə, baxmayaraq 
ki, haram deyil amma gedən vaxt namazını tamam qılmalıdır. Qayıtdıqda isə, yolu şikəstə 
sayılmalı olan miqdarda olsa və gedişi kimi, məqsədi ovçuluq olmazsa, namazını şikəstə 
qılmalıdır. Amma əgər dolanışığını tə`min etmək üçün ova gedərsə, namazını şikəstə 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
qılmalıdır. Həmçinin, malını çoxaltmaq və ticarət üçün ova gedərsə də hökm eynidir. Fəqət 
bu təqdirdə, namazını həm şikəstə, həm də tamam qılması ehtiyat müstəhəbbdir. 
Məsələ 1289: Günah iş üçün səfərə gedən şəxs qayıdan zaman əgər təkcə qayıtmağı səkkiz 
fərsəxdirsə, gərək namazı şikəstə qılsın. Ehtiyat müstəhəbb odur ki, tövbə etməyibsə, həm 
şikəstə və həm də tamam qılsın. 
Məsələ 1290: Səfəri günah olan şəxs, əgər yolda günah qəsdindən dönsə, yolun qalanı istər 
tənha, istərsə oradan gedib-gəlməyin cəmi səkkiz fərsəx olsa da, olmasa da, gərək namazı 
şikəstə qılsın. 
Məsələ 1291: Günah iş üçün səfər etməyən şəxs, əgər yolda ikən yolun qalanını günah 
məqsədi ilə getsə, gərək namazı tamam qılsın. Amma şikəstə qıldığı namazlar səhihdir. 
6. Səhrada səfər edib özləri və heyvanları üçün harada yemək və su tapılarsa, orada qalıb, 
bir müddət sonra başqa bir yerə gedən köçərilər kimi, müəyyən bir məkanları olmayan 
şəxslərdən olmamalıdır. Belə ki, bu kimi insanlar, bu səfərlərində namazlarını tamam 
qılmalıdırlar. 
Məsələ 1292: Köçəri olan bir şəxs, mənzil və heyvanları üçün otlaq yeri tapmaq üçün səfər 
edərsə, onun bu səfəri çadır və digər vəsaitlərlə birlikdə olarsa, və «evi özü ilədir» deyilsə 
namazını tamam qılmalıdır. Əks təqdirdə, səfəri səkkiz fərsəxdirsə, namazını şikəstə 
qılmalıdır. 
Məsələ 1293: Əgər səhranişin, yə`ni köçəri bir şəxs ziyarət, həcc, ticarət və bu kimi işlər 
üçün səfərə çıxsa, «evi özü ilədir» ünvanı ilə adlana bilməsə, gərək namazı şikəstə qılsın. 
Əgər adlana bilsə, tamam qılmalıdır. 
7. Kəsirüs-səfər, yə`ni Məşğuliyyəti səfər olmamalıdır. Amma işi səfərlə bağlı olanlar, 
sürücü, gəmiçi, postçu, çoban, çox səfər edən şəxslərin işi ona bağlı olmasa belə, məsələn, 
həftədə üç gün səfər edənlər kimi, hərçənd əylənmək və ya səyahət üçün səfər etsələr belə, 
namazı tamam qılmalıdır. 
Məsələ 1294: Məşğuliyyəti səfərdə olan şəxs, həcc və ya ziyarət kimi başqa bir iş üçün səfər 
edərsə, namazını şikəstə qılmalıdır. Amma əgər ona ürfdə kəsirüs-səfər desələr belə (yə`ni 
çox səfər edən) məsələn, hər həftədə üç səfər edən şəxs kimi, gərək namazını tamam qılsın. 
Amma əgər sürücü öz maşınını ziyarət üçün kirayə verərsə və özü də onunla ziyarətə 
gedərsə, gərək namazını tamam qılsın. 
Məsələ 1295: Həmlədar (karvançı), yə`ni hacıları Məkkəyə çatdırmaq üçün səfər edən şəxs, 
əgər məşğuliyyəti səfərdirsə, namazını tamam qılmalıdır. Əgər məşğuliyyəti səfər olmazsa 
və yalnız həcc mövsümündə hacılara həmlədarlıq etmək üçün səfər edərsə, onun səfər 
müddəti az olsa, (məsələn, 2-3 həftə) namazı şikəstədir. Əgər çox olsa (3 ay kimi), namazı 
tamamdır. Əgər ona «kəsirüs-səfər» deyilib-deyilməməsində şəkk edərsə, ehtiyatən həm 
tamam, həm də şikəstə qılmalıdır. 
Məsələ 1296: Sürücü və bu kimi ünvanın deyilə bilməsində şərtdir ki, sürücülüyü davam 
etdirmək qərarında olsun və onun istirahət zamanı, sürücülərin adi istirahət müddətindən 
uzun olmasın. Deməli, misal üçün, həftədə bir gün səfər edən şəxsə, sürücü deyilməz. 
Amma «kəsirüs-səfər» ünvanı heç olmazsa həftədə üç gün, ya ayda on gün səfər edən şəxsə 
deyilə bilər, belə ki, heç olmazsa ildə altı ay, ya iki ildən artıqda üç ay bu vəziyyəti davam 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
etdirmək qərarında olsun. (Əlbəttə, birinci ayda ehtiyatən həm şikəstə, həm də tamam 
qılmalıdır). Amma kəsirüs-səfər ünvanı həftədə bir gün səfərdə olana deyilməz. Və əgər 
həftədə iki gün səfərdə olsa, vacib ehtiyata görə həm şikəstə, həm də tamam qılmalıdır. 
Məsələ 1297: Avtomobilini yalnız yaz və ya qış mövsümündə kirayəyə verən sürücü kimi, 
ilin bir qismində məşğuliyyəti səfər olan bir şəxs, bu səfərində namazını tam qılmalıdır. 
Amma həm şikəstə, həm də tamam qılması ehtiyat-müstəhəbbdir. 
Məsələ 1298: Şəhərin ətrafında iki-üç fərsəxlik yolda gediş-gəliş edən sürücü və marşrut, 
bir səfərində təsadüfən səkkiz fərsəxlik yol gedərsə, namazını şikəstə qılmalıdır. 
Məsələ 1299: Peşəsi səfər etmək olan şəxs, istər on gün və ya çox öz vətənində qalsın və 
əvvəldən qəsdi on gün qalmaq olsun, yaxud qəsdi olmadan qalsın, gərək həmən birinci 
səfərdə ki, on gündən sonra gedəcək, namazı tamam qılsın. Həmçinin əgər vətənindən 
başqa yerdə on gün qəsdilə və ya qəsdsiz qalsa da belə, hökm eynidir. Amma çarvadar 
(mal-qara alverçisi) və ya avtomobilini kirayə verən şəxsin xüsusunda, belə olarsa ehtiyat 
müstəhəbb odur ki, on gündən sonra getdiyi ilk səfərdə həm şikəstə, həm də bütöv qılsın. 
Məsələ 1300: Məşğuliyyəti səfər olan şəxsin namazının tamam olması üçün üç dəfə səfər 
etməsi, şərt deyil; elə sürücü və bu kimi ünvan ona deyilə bilsə hərçənd ilk səfərində olsa 
belə, namazı tamamdır. 
Məsələ 1301: Mal-qara alverçisi və sariban kimi məşğuliyyəti səfər olan şəxslərin 
normadan artıq səfər etmələri, onların çətinliyə düşmələrinə və yorğunluqlarına səbəb 
olarsa, namazlarını şikəstə qılmaları gərəkdir. 
Məsələ 1302: Şəhərlərdə gəzməkdə olan və özü üçün vətən seçməyən şəxs, namazı tamam 
qılmalıdır 
Məsələ 1303: Məşğuliyyəti səfər olmayan şəxs, əgər məsələn; bir şəhər və ya kənddə olan 
malını daşımaq üçün ardıcıl səfər edərsə, namazını şikəstə qılmalıdır. Amma əgər onun 
səfərləri xalq arasında «kəsirüs-səfər» deyiləcək qədər çox olarsa, namazını tamam 
qılmalıdır (ki, bunun me`yarı 1296-cı məsələdə deyildi). 
Məsələ 1304: Vətənindən əl çəkib özü üçün başqa yerdə vətən seçmək istəyən şəxsin, əgər 
ona namazın tamam qılınmasına səbəb olacaq ünvan (kəsirüs-səfər, köçəri kimi) 
deyilməzsə, gərək öz səfərində namazı şikəstə qılsın. 
8. Əgər vətənindən hərəkət edirsə, həddi-tərəxxüsə yetişməsidir. Amma vətəndən başqa 
yerdə həddi-tərəxxüsə e`tibar yoxdur. İqamət yerindən xaric olan kimi, namazı qəsrdir. 
Məsələ 1305: Həddi-tərəxxüs, şəhər əhlinin, hətta şəhərin ətrafında olanların müsafiri 
görmədiyi yerdir. Bunun nişanəsi isə, onun şəhər əhlini görməməsidir. 
Məsələ 1306: Vətəninə qayıdan müsafir, vətəninə çatana qədər namazını şikəstə qılmalıdır. 
Həmçinin bir yerdə on gün qalmaq istəyən şəxs, oraya çatmayana qədər namazını şikəstə 
qılmalıdır. 
Məsələ 1307: Əgər şəhər hündürlükdə olsa, oranın əhli uzaqdan görünərsə və ya 
çuxurluqda olsa, azacıq uzaqlaşdıqca oranın əhli görünməzsə, belə bir şəhərdən səfərə 
çıxan şəxs, əgər oradan, «o şəhər düz yerdə olsaydı, artıq oranın xalqı görünməzdi» 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
deyiləcək qədər uzaqlaşdığı zaman, namazını şikəstə qılmalıdır. Həmçinin əgər yolun dərə-
təpəsi normadan artıq olarsa, normanı nəzərə almaq lazımdır. 
Məsələ 1308: Gəmi və ya qatarda olub həddi-tərəxxüsə yetişmədən, tam qılmaq niyyəti ilə 
namaza başlayan şəxs, əgər üçüncü rük`ətin rükusundan qabaq həddi-tərəxxüsə çatarsa, 
namazını şikəstə olaraq tamamlamalıdır. 
Məsələ 1309: Yuxarıdakı məsələdə izah olunduğu kimi, əgər üçüncü rük`ətin rükusundan 
sonra tərəxxüs həddinə çatsa, başqa bir namazı şikəstə qılmalıdır və birinci namazı 
tamamlamaq lazım deyil. 
Məsələ 1310: Əgər bir şəxs həddi-tərəxxüsə yetişdiyinə əmin olub, namazını şikəstə qılarsa 
və sonra da namaz qılarkən həddi-tərəxxüsə yetişmədiyi anlaşılarsa, o namazı yenidən 
qılması gərəkdir. Belə ki, əgər bu halda həddi-tərəxxüsə çatmamışdırsa, namazını tamam 
qılmalıdır. Əgər həddi-tərəxxüsdən keçmişdirsə, namazını şikəstə olaraq qılmalıdır. Əgər 
vaxt keçmişdirsə, namazını qəzaya getdiyi zamandakı vəzifəsinə əsasən qəza etməlidir. 
Məsələ 1311: Gözü adi vəziyyətdə deyilsə, adi gözün şəhərin əhlini görmədiyi bir yerdə 
namazını şikəstə qılmalıdır. 
Məsələ 1312: Səfərə getdiyi zamanı həddi-tərəxxüsə yetişib-yetişmədiyində şəkk edərsə, 
namazını tam qılmalıdır. 
Məsələ 1313: Səfər zamanı vətənindən keçən bir müsafir, orada dayanarsa, namazını tam 
qılmalıdır. Əks təqdirdə, lazım-ehtiyata əsasən, namazını həm şikəstə, həm də tam olaraq 
qılmalıdır. 
Məsələ 1314: Səfər zamanı vətəninə çatıb orada dayanan şəxs, orada olduğu müddətdə 
namazını tam qılmalıdır. Amma əgər oradan səkkiz fərsəxlik bir yola getmək istəyərsə və 
ya dörd fərsəxə gedib-qayıtmaq istəyərsə, (qayıdan baş) həddi-tərəxxüsə çatdığı zaman 
namazını şikəstə qılmalıdır. 
Məsələ 1315: İnsanın yaşamaq və daimi qalmaq üçün seçdiyi yer onun vətənidir, istər 
orada dünyaya gəlsin və ata-anasının vətəni olsun, istərsə də özü oranı yaşamaq üçün qərar 
versin. 
Məsələ 1316: Əgər məqsədi bir müddət əsil vətəni olmayan yerdə qalıb sonra başqa yerə 
getmək olsa, ora onun vətəni hesab olunmaz. 
Məsələ 1317: İnsanın öz yaşayışı üçün seçdiyi yerdə daimi məskunlaşmaq niyyəti olmasa 
belə, əgər xalq arasında o, orada müsafir qəbul edilməzsə, belə ki, müvəqqəti olaraq on gün 
və ya daha çox bir müddət üçün başqa bir yerdə qalmağı qərara alsa birinci yeri onun 
yaşayış yeri olaraq görürsə, ora onun üçün vətən hökmünü daşıyır. 
Məsələ 1318: İki yerdə yaşayan şəxs, məsələn, altı ay bir yerdə və altı ay da başqa yerdə 
qalsa, hər ikisi ona vətəndir. Habelə əgər iki yerdən artıq özünə yaşayış yeri seçsə, onların 
hamısı ona vətən hesab olunar. 
Məsələ 1319: Füqəhanın (müctəhidlərin) bə`zisi, demişlər ki, əgər bir şəxsin bir yerdə 
məskunlaşdığı evi olsa və qalmağı qəsd edərək, ardıcıl altı ay orada qalarsa, o ev onun malı 
olduğu müddətdə qədər, o yer onun vətəni hökmündədir belə ki, səfərdə oraya çatdığı hər 
vaxt namazını tamam qılmalıdır. Lakin bu hökm sübut olunmamışdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1320: Əvvəllər vətəni olub, fikrindən daşındığı bir yerə çatdıqda, özünə başqa bir 
vətən seçməmiş olsa belə, namazını tam qılmamalıdır. 
Məsələ 1321: Bir yerdə ardıcıl olaraq on gün qalmağı qəsd edən və ya ixtiyarsız halda bir 
yerdə on gün qalacağını bilən bir müsafir, orada namazını tamam qılmalıdır. 
Məsələ 1322: Bir yerdə on gün qalmaq istəyən müsafirin, birinci və ya on birinci günün 
gecəsini də orada qalmağı qəsd etməsi lazım deyildir. Əgər birinci günün sübh azanından, 
onuncu günün günəş batmasına qədər orada qalmağı qəsd edərsə, namazı tam qılmalıdır. 
Birinci günün zöhründən on birinci günün zöhrünə qədər orada qalmağı qəsd edərsə də, 
hökm eynidir. 
Məsələ 1323: On gün bir yerdə qalmaq istəyən müsafir, əgər bütün on günü bir yerdə 
qalmaq istəyərsə, namazını tam qılmalıdır. Belə ki, on gün Nəcəflə Kufədə, yaxud Tehranla 
Şimiranda qalmaq istəyərsə, namazı şikəstə qılmalıdır. 
Məsələ 1324: On gün bir yerdə qalmaq istəyən müsafir, qalacağı on gün ərzində o yerin 
camaat arasında ayrı bir yer hesab olunan və fasiləsi dörd fərsəxdən az olan ətrafına 
getməyi əvvəldən qəsd etmişdirsə, əgər gedib-gəlmək müddəti ürfün nəzərində on gün 
qalması ilə zidd olmayacaq miqdardadırsa, namazını tam qılmalıdır. Əgər on gün 
qalmaqla zidd olarsa, şikəstə qılmalıdır. Məsələn; əgər əvvəldən bir gündüzü və ya bir 
gecəni oradan ayrılmaq istəyərsə, bu onun iqamət məqsədi ilə ziddir və namazını şikəstə 
qılmalıdır. Amma əgər onun qəsdi bu olsa ki, məsələn, günün yarısını xaric olsun və sonra 
qayıtsın, hərçənd qayıtması gecə olduqdan sonra olsa belə, gərək namazı tamam qılsın. 
Amma əgər onun bu cür ayrılması, ürfdə «iki və ya daha çox yerdə iqamət edir» deyiləcək 
qədər təkrarlanırsa, namazını şikəstə qılmalıdır. 
Məsələ 1325: Bir yerdə on gün qalmağı qərara almayıb, məsələn; əgər dostu gələrsə və ya 
yaxşı mənzil tapsa, on gün orada qalacağını qəsd edən müsafir, namazını şikəstə qılmalıdır. 
Məsələ 1326: Bir yerdə on gün qalmağı qərara alan bir şəxs, əgər orada qalmasına bir 
şeyin mane olmasına ehtimal verirsə və bu ehtimal aqil şəxslərin nəzərində qəbul olunan 
bir ehtimal olarsa, namazını şikəstə qılmalıdır. 
Məsələ 1327: Ayın sonuna on gün və ya daha çox qaldığını bilən şəxs, ayın sonuna qədər 
bir yerdə qalmağı qərara alarsa, namazını tam qılmalıdır. Amma əgər ayın sonuna bir 
neçə gün qaldığını bilməz və ayın sonuna qədər bir yerdə qalmağı qərara alarsa, hərçənd 
qərarlaşdırdığı zamandan ayın sonuna qədər on gün və ya daha çox qalmış olsa belə, 
namazını şikəstə qılmalıdır. 
Məsələ 1328: Bir yerdə on gün qalmağı qərara alan müsafir, əgər dörd rük`ətli bir namaz 
qılmadan qərarından dönərsə və ya orada qalmaqda və ya başqa bir yerə getməkdə 
tərəddüdə düşərsə, namazını şikəstə qılmalıdır. Amma əgər dörd rük`ətli bir namaz 
qıldıqdan sonra qərarından dönərsə və ya tərəddüdə düşərsə, orada qaldığı müddətə qədər 
namazlarını tam qılmalıdır. 
Məsələ 1329: Bir yerdə on gün qalmağı qərara alan bir müsafir, oruc tutarsa və zöhrdən 
sonra orada qalmaq fikrindən dönərsə, əgər dörd rük`ətli bir namaz qılmışdırsa, orada 
qaldığı müddətə qədər orucları səhihdir və namazlarını tam qılmalıdır. Amma əgər dörd 
rük`ətli bir namaz qılmamışdırsa, ehtiyata əsasən, o günün orucunu tamamlayıb sonradan 
qəza etməli, namazlarını da şikəstə qılmalıdır. Sonrakı günlərdə də oruc tuta bilməz. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1330: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, qərarından dönərsə və 
qərarından dönməzdən qabaq dörd rük`ətli bir namaz qılıb-qılmadığında şəkk edərsə, 
namazlarını şikəstə qılmalıdır. 
Məsələ 1331: Əgər müsafir şikəstə qılmaq niyyəti ilə namaza başlayarsa və namaz 
əsnasında on gün və ya daha çox qalmağı qərarlaşdırarsa, namazını dörd rük`ətli olaraq 
tamamlamalıdır. 
Məsələ 1332: On gün bir yerdə qalmağı qəsd edən müsafir, əgər birinci dörd rük`ətli 
namazın əsnasında öz qəsdindən dönsə, belə ki, üçüncü rük`ətə məşğul deyilsə, gərək 
namazı iki rük`ətli tamam etsin və namazlarının ardını şikəstə qılsın. Həmçinin əgər 
üçüncü rük`ətə məşğul olsa və rükuya getməmiş olsa, gərək otursun və namazı şikəstə 
olaraq sona çatdırsın. Əgər rükuya getmişdirsə, namazını poza bilər və onu şikəstə olaraq 
yenidən qılması lazımdır. 
Məsələ 1333: On gün bir yerdə qalmağı qərara alan bir şəxs, orada on gündən çox qalarsa, 
səfərə çıxana qədər namazını tam qılmalıdır. İkinci dəfə on gün qəsd etməsi lazım deyildir. 
Məsələ 1334: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, vacib orucu tutmalıdır. 
Müstəhəbb oruc da tuta bilər və zöhr, əsr və xiftən namazlarının nafiləsini də qıla bilər. 
Məsələ 1335: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, əgər əda olan dörd 
rük`ətli bir namaz qıldıqdan sonra və ya dörd rük`ətli bir namazı tam olaraq qılmasa belə 
bir yerdə on gün qaldıqdan sonra, dörd fərsəxdən az olan bir yerə gedib-qayıdıb, təkrarən 
əvvəl qaldığı yerdə on gün və ya daha az bir müddət qalmaq istəyərsə, getdiyi zamandan 
qayıdacağı zamana qədər və qayıtdıqdan sonra namazını tam qılmalıdır. Amma əgər əvvəl 
qaldığı yerə qayıtması, yalnız səfərinin yolunda vaqe olmasına görə olsa və şər`i bir 
məsafəyə səfər etmək istəyərsə, gedib-qayıtdıqda və qaldığı yerdə namazlarını şikəstə 
qılmalıdır. 
Məsələ 1336: On gün bir yerdə qalmağı qərar alan bir müsafir, əda olan dörd rük`ətli bir 
namaz qıldıqdan sonra, səkkiz fərsəxdən az olan başqa bir yerə gedib orada on gün qalmaq 
istəyərsə, səfəri zamanında və on gün qalmaq istədiyi yerdə namazını tam qılmalıdır. 
Amma əgər gedəcəyi yer səkkiz fərsəx və ya daha çox olarsa, səfər zamanı namazlarını 
şikəstə qılmalıdır. Əgər orada on gün qalmaq istəməzsə, orada qaldığı müddətdə də 
namazlarını şikəstə qılmalıdır. 
Məsələ 1337: On gün bir yerdə qalmağı qərara alan bir müsafir, əgər əda olan dörd 
rük`ətli bir namaz qıldıqdan sonra, dörd fərsəxdən az olan bir yerə getmək istəyərsə, əgər 
əvvəlki yerinə qayıdıb-qayıtmayacağında tərəddüdlü olarsa və ya oraya qayıtmaqdan 
tamamilə qafil olarsa, yaxud qayıtmaq istədiyi halda, orada on gün qalıb-qalmayacağında 
tərəddüdlü olarsa, ya da orada on gün qalmaqdan və ya səfər etməkdən qafil olarsa, 
getdiyi vaxtdan qayıdana qədər və qayıtdıqdan sonra namazlarını tamam qılmalıdır. 
Məsələ 1338: Dostlarının da on gün qalacağını xəyal edərək bir yerdə on gün qalmağı 
qərara alan və əda olan dörd rük`ətli bir namaz qıldıqdan sonra, dostlarının qalmaq 
qərarına gəlmədiklərini anlayarsa, özü də qalmaq fikrindən dönsə belə, orada qaldığı 
müddətə qədər namazlarını tam qılmalıdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1339: Əgər müsafir təsadüfən otuz gün bir yerdə qalsa, məsələn, otuz günün 
tamamında getmək ilə qalmağa tərəddüd edərsə otuz gün keçəndən sonra, hərçənd orada 
az bir müddət qalsa belə, gərək namazı tamam qılsın. 
Məsələ 1340: Doqquz gün və ya daha az bir müddət üçün bir yerdə qalmaq istəyən 
müsafir, doquqz gün və ya daha az orada qaldıqdan sonra, yenidən orada doqquz gün və 
ya daha az qalsa və bu şəkildə orada otuz günə qədər qalarsa, otuz birinci gündən 
e`tibarən, namazlarını tam qılmalıdır. 
Məsələ 1341: Müsafir bir yerdə otuz gün qalandan sonra gərək namazı tamam qılsın. 
Beləliklə, otuz günün bə`zisini bir yerdə, bə`zisini başqa yerdə qalsa, otuz gündən sonra da 
namazı şikəstə qılmalıdır. 
MÜXTƏLİF MƏSƏLƏLƏR 
Məsələ 1342: Müsafir Məkkə, Mədinə, Kufə şəhərlərinin hər yerində eləcə də Həzrət 
Seyyidüşşühəda (əleyhissəlam)-ın hərəmində qəbri-müqəddəsin 11,5 metr məsafəsinə qədər 
namazını tamam qıla bilər. 
Məsələ 1343: Müsafir olduğunu və namazı şikəstə qılmalı olduğunu bilən bir şəxs, əvvəlki 
məsələdə deyilən dörd məkandan başqa yerlərdə, namazını qəsdən tam qılarsa, namazı 
batildir. Həmçinin əgər müsafirin namazının şikəstə olduğunu unudaraq tam qılarsa da, 
hökm eynidir. Amma unutduğu təqdirdə, vaxt keçdikdən sonra xatırlayarsa, qəza etməsi 
lazım deyildir. 
Məsələ 1344: Müsafir olduğunu və namazı şikəstə qılmalı olduğunu bilən bir müsafir, əgər 
səhvən namazını tam qılarsa və vaxt daxilində yadına düşərsə, namazını yenidən qılması 
lazımdır. Əgər vaxt keçdikdən sonra yadına düşərsə, ehtiyata əsasən onu qəza etməlidir. 
Məsələ 1345: Səfərdə namazını şikəstə qılmalı olduğunu bilməyən bir müsafir, əgər tam 
qılarsa, namazı səhihdir. 
Məsələ 1346: Namazının şikəstə qılınmalı olduğunu bilən bir müsafir, əgər onun 
xüsusiyyətlərindən bə`zisini bilməsə, məsələn; səkkiz fərsəxlik yolda şikəstə qılmalı 
olduğunu bilməzsə və tam qılarsa, vaxt keçmədən hökmü bilərsə, lazım-ehtiyata əsasən 
namazını yenidən qılmalıdır. Əgər qılmasa, qəza etməlidir. Amma əgər vaxt keçdikdən 
sonra bilərsə, qəza etməsi lazım deyildir. 
Məsələ 1347: Namazını şikəstə qılmalı olduğunu bilən bir müsafir, yolunun səkkiz 
fərsəxdən az olduğunu zənn edərək tam qılarsa, yolun səkkiz fərsəx olduğunu anladığı 
zaman, tam qıldığı namazı təkrarən şikəstə qılmalıdır. Amma əgər vaxt keçdikdən sonra 
başa düşərsə, qəza etməsi lazım deyildir. 
Məsələ 1348: Müsafir olduğunu unudub namazı tam qılarsa, belə ki, namaz vaxtı 
əsnasında xatırlayarsa, şikəstə qılmalıdır. Əgər vaxtı keçəndən sonra xatırlayarsa, o 
namazın qəzası ona vacib deyildir. 
Məsələ 1349: Namazını tam qılmalı olan bir şəxs, namazını şikəstə qılarsa, hər hansı halda 
namazı batildir. Hətta bir yerdə on gün qalmağı qərara alan və məsələnin hökmünü 
bilmədiyindən namazını şikəstə qılmış olan bir müsafir olsa belə, vacib ehtiyata əsasən 
namazı batildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1350: Dörd rük`ətli bir namazı qılarkən, müsafir olduğunu xatırlayarsa və ya 
səfərinin səkkiz fərsəx olduğunu bilərsə, belə ki, üçüncü rük`ətin rükusuna getməmişdirsə, 
namazı iki rük`ət olaraq tamamlamalıdır. Əgər üçüncü rəkəti tamamlayıbsa, namazı 
batildir. Əgər üçüncü rük`ətin rükusuna getmişdirsə, ehtiyata əsasən namazı batildir. 
Buna görə də, bir rük`ət namaz qılınacaq qədər vaxt qalmış olsa belə, namazını yenidən 
şikəstə olaraq qılmalıdır. Əgər vaxt yoxdursa, qəzasını şikəstə etməlidir. 
Məsələ 1351: Əgər müsafir, müsafir namazının bə`zi xüsusiyyətlərini bilməsə məsələn; 
dörd fərsəxlik bir yola gedib-qayıdacağı təqdirdə, namazını şikəstə qılmalı olduğunu 
bilməsə, dörd rük`ətli namaz niyyəti ilə namaza məşğul olsa və üçüncü rük`ətin 
rükusundan əvvəl məsələni başa düşsə, gərək namazını iki rük`ətlə tamam etsin. Əgər 
rükuda anlayarsa, ehtiyata əsasən namazı batildir. Bir rük`ət qılınacaq qədər vaxt qalsa 
belə, namazı yenidən şikəstə olaraq qılmalıdır. 
Məsələ 1352: Namazını tam qılmalı olan bir müsafir, məsələni bilməməsi səbəbindən, iki 
rük`ət qılmaq niyyəti ilə namaza başlayar və namazda ikən başa düşərsə, namazı dörd 
rük`ət olaraq tamamlamalıdır. O namazı tamamladıqdan sonra, onu dörd rük`ət olaraq 
yenidən qılması ehtiyat-müstəhəbbdir. 
Məsələ 1353: Namazını qılmamış olan bir müsafir, vaxt keçmədən vətəninə və ya on gün 
qalacağı bir yerə çatarsa, namazını tam qılmalıdır. Müsafir olmayan bir şəxs də, vaxtın 
əvvəlində namaz qılmayıb yola çıxarsa, yolda namazını şikəstə qılmalıdır. 
Məsələ 1354: Səfərdə ikən namazını şikəstə qılmalı olan bir müsafirin zöhr, əsr və ya xiftən 
namazı qəza olarsa, onları səfərdə olmadan belə qəza etmək lazım gəlirsə, iki rük`ət olaraq 
qəza etməlidir. Əgər müsafir olmayan bir şəxsdən də, bu üç namazdan biri qəzaya qalarsa, 
səfərdə ikən qəzasını qılmaq istəyərsə, dörd rük`ət olaraq qəza etməlidir. 
Məsələ 1355: Müstəhəbbdir ki, müsafir şikəstə qıldığı hər bir namazdan sonra otuz dəfə 
desin: «Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər». Bu zikrin hər 
vacib namazdan sonra müstəhəbb olmasına baxmayaraq qeyd olunan hallarda daha çox 
göstəriş verilmişdir. Daha yaxşısı odur ki, bu üç namazın tə`qibində bunu altmış dəfə desin. 
QƏZA NAMAZI 
Məsələ 1356: Gündəlik namazını, namazın bütün vaxtı ərzində hətta yuxuda olmaq və ya 
sərxoşluq səbəbindən olsa belə, vaxtında qıla bilməyən şəxs, qəza etməlidir. Öz vaxtında 
qılınmamış olan digər hər vacib namaz da eyni hökmü daşıyır. Hətta lazım ehtiyata əsasən, 
nəzir etməklə müəyyən bir vaxtda vacib olan namaz da eyni hökmdədir. Amma Fitr və 
Qurban bayramı namazlarının qəzası yoxdur. Habelə, istər gündəlik namaz olsun, istərsə 
də başqa bir namaz olsun, qadının heyz və nifas halında qılmadığı namazların da qəzası 
yoxdur. Ayət namazının qəzasının hökmü sonradan deyiləcək. 
Məsələ 1357: Əgər namazın vaxtından sonra, qıldığı namazın batil olduğunu başa düşsə, 
gərək onun qəzasını qılsın. 
Məsələ 1358: Boynunda qəza namazı olan bir şəxs, onu qılmaqda səhlənkarlıq etməməlidir. 
Amma dərhal yerinə yetirməsi də vacib deyildir. 
Məsələ 1359: Qəza namazı olan şəxs müstəhəbb namazı qıla bilər. 
Məsələ 1360: Boynunda qəza namazı olduğuna və ya qıldığı namazların səhih olmadığına 
ehtimal verən bir insanın, ehtiyata əsasən onları qəza etməsi müstəhəbbdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1361: Bir günün zöhr və əsr namazları ilə, bir gecənin şam və xiftən namazları 
kimi, tərtiblə yerinə yetirilməsi vacib olan namazlardan başqa, gündəlik namazların 
qəzasını tərtibə əsasən yerinə yetirmək vacib deyildir. 
Məsələ 1362: Ayət namazı kimi gündəlik olmayan bir neçə namazı və ya bir gündəlik və bir 
neçə gündəlik olmayan namazları qəza etmək istəyən şəxsin, onları tərtib üzrə qılması 
lazım deyildir. 
Məsələ 1363: Bir dörd rük`ətli namazı qılmadığını, amma onun zöhr, yoxsa xiftən namazı 
olduğunu bilməyən bir şəxs, qılmamış olduğu namazın qəzası niyyəti ilə bir dörd rük`ətli 
namaz qılarsa, kifayətdir. Belə ki, namazı ucadan və ya alçaqdan oxuması xüsusunda isə 
ixtiyar sahibidir. 
Məsələ 1364: Əgər bir şəxsdən, məsələn; bir neçə sübh namazı və ya bir neçə zöhr namazı 
qəza olarsa və onların sayını bilməzsə və ya unutmuş olarsa, məsələn; üç, dörd, ya beş 
namaz olduğunu bilməzsə, az miqdarı yerinə yetirərsə, kifayətdir. Amma hamısını 
qıldığına əmin oluncaya qədər namaz qılması daha yaxşıdır. Məsələn; əgər özündən bir 
neçə sübh namazının qəzaya qaldığını unutmuş olsa və eyni zamanda on namazdan artıq 
olmadığına əmindirsə, ehtiyata əsasən on sübh namazı qılar. 
Məsələ 1365: Keçmiş günlərdən yalnız bir qəza namazı boynunda olan şəxsin, əgər o günün 
namazının fəzilət vaxtı keçmirsə, əvvəl qəza edib, sonra o günün namazına başlaması daha 
yaxşıdır. Həmçinin əgər keçmiş günlərdən qəza namazı olmadığı halda, ondan həmin günə 
aid bir namaz və ya daha çox namaz qəzaya qalmışdırsa, əgər o günün namazının fəzilət 
vaxtı keçmirsə, o günün qəza namazını əda namazından əvvəl qılması daha yaxşıdır. 
Məsələ 1366: Əgər namaz qılarkən həmin gündən bir və ya daha çox namazının qəzaya 
qaldığını və ya keçmiş günlərdən yalnız bir qəza namazının boynunda olduğunu 
xatırlayarsa, vaxt genişdirsə və niyyətini qəza namazına çevirməsi mümkündürsə, o günün 
namazının fəzilət vaxtı keçmədiyi təqdirdə, niyyətini qəza namazına çevirməsi daha 
yaxşıdır. Məsələn; zöhr namazını qılarkən, üçüncü rük`ətin rükusundan qabaq, həmin 
günün sübh namazının qəzaya qaldığını xatırlayarsa, zöhr namazının fəzilət vaxtı 
daralmamışdırsa, niyyəti sübh namazına çevirib o namazı iki rük`ət olaraq tamamlaması 
və sonra zöhr namazını qılması daha yaxşıdır. Amma əgər fəzilət vaxtı dar olsa və ya 
niyyətini qəza namazına çevirməsi mümkün olmazsa, məsələn; üçüncü rük`ətin rükusunda 
sübh namazını qılmadığını xatırlayarsa, niyyətini sübh namazına çevirdiyi təqdirdə, rükn 
hesab edilən bir rüku artıqlığı meydana gəldiyinə görə, niyyətini sübh namazının qəzasına 
çevirə bilməz. 
Məsələ 1367: Əgər keçmiş günlərdən qəza namazları vardırsa və bir və ya daha çox namaz 
həmin gündən qəza olmuşdursa, belə ki, onların hamısını qəza etməyə vaxtı olmasa və ya 
hamısını o gündə qılmaq istəmirsə, müstəhəbbdir ki, o günün qəza namazını əda 
namazından əvvəl qılsın. 
Məsələ 1368: İnsan həyatda ikən öz qəza namazlarını qılmaqdan aciz olsa belə, başqası 
onun namazlarının qəzasını qıla bilməz. 
Məsələ 1369: İstər imamın namazı əda olsun, istərsə qəza olsun, qəza namazını camaatla 
qılmaq mümkündür. Hər ikisinin eyni namazları qılmaları da lazım deyildir. Məsələn; 
sübh namazının qəzasını, imamın zöhr və ya əsr namazı ilə qılmasının bir eybi yoxdur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1370: Müməyyiz olan, yə`ni yaxşını və pisi anlayan uşağı namaz qılmağa və digər 
ibadətlər etməyə adət etdirmək müstəhəbbdir. Hətta onu, qılmadığı namazları qəza etməyə 
vadar etmək belə, müstəhəbbdir. 
ATANIN BÖYÜK OĞULA VACİB OLAN QƏZA NAMAZI 
Məsələ 1371: Əgər ata öz namazını qılmamış olsa, və qəza edə bilərmişsə, bu Allahın 
əmrinə itaətsizlik ucbatından deyilmişsə, onun ölümündən sonra böyük oğul vacib ehtiyata 
əsasən bunları yerinə yetirməli və ya onun üçün əcir tutmalıdır. Ananın namazlarının 
qəzasını yerinə yetirmək daha yaxşı olduğuna baxmayaraq ona vacib deyildir. 
Məsələ 1372: Əgər böyük oğul, atasının namazının qəzaya qalıb-qalmadığında şəkk edərsə, 
onun boynuna vacib deyildir. 
Məsələ 1373: Əgər böyük oğul atasının qəza namazları olduğunu bilib, onları yerinə 
yetirib-yetirmədiyində şəkk edərsə, ehtiyata əsasən onları qəza etməsi vacibdir. 
Məsələ 1374: Əgər oğullardan hansının böyük oğul olduğu mə`lum olmasa, atanın 
namazını qəza etmək oğullardan heç birinə vacib deyildir. Amma onun namazlarını öz 
aralarında bölüşdürmələri, yaxud da onları yerinə yetirəni tə`yin etmək üçün, aralarında 
qür`ə çəkmələri (püşk atmaları) ehtiyat-müstəhəbbdir. 
Məsələ 1375: Əgər meyyit, namazlarının qəzası üçün əcir tutulmasını vəsiyyət etmişdirsə, 
əgər onun vəsiyyəti nüfuzludursa, (qanuni, keçərlidirsə) onların qəzası böyük oğula vacib 
olmaz. 
Məsələ 1376: Əgər böyük oğul anasının qəza namazlarını qılmaq istəyərsə, namazı ucadan 
və ya alçaqdan oxumaq xüsusunda öz təklifinə əməl etməlidir. Belə ki, anasının sübh, şam 
və xiftən namazlarının qəzasını ucadan qılması lazımdır. 
Məsələ 1377: Özünün də qəza namazı olan şəxs, əgər ata-anasının da namazlarını qəza 
etmək istəyərsə, hansını əvvəl yerinə yetirsə səhihdir. 
Məsələ 1378: Əgər böyük oğul atası ölən vaxt nabaliğ (yə`ni həddi-büluğa çatmamış), ya 
dəli olsa, baliğ ya ağıllı olandan sonra, atanın qəza namazı ona vacib deyildir. 
Məsələ 1379: Əgər böyük oğul atasının namazını qəza etməmişdən qabaq ölsə, ikinci oğula 
heç nə vacib deyil. 
CAMAAT NAMAZI 
Məsələ 1380: Gündəlik namazları camaat ilə qılmaq müstəhəbbdir. Sübh, şam və xiftən 
namazlarını xüsusilə məscid qonşuluğunda olanlara və məsciddə verilən azanın səsini 
eşidənlərə daha çox aidiyyəti var. Həmçinin sair vacib namazları da camaatla qılmaq 
müstəhəbbdir. Amma təvaf namazı və gün və ay tutulması istisna olmaqla sair ayət 
namazlarının camaat namazı şəklində qılınmasının məşruiyyəti (şər`i, qanuni olması) 
sübuta yetməyib. 
Məsələ 1381: Mö`təbər rəvayətdə vardır ki, camaat ilə qılınan namaz, fərdi namazdan 
iyirmi beş dərəcə əfzəldir. 
Məsələ 1382: E`tinasızlıq üzündən camaat namazına hazır olmamaq caiz deyildir. İnsanın 
üzrsüz olaraq camaat namazını tərk etməsi də düzgün deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1383: İnsanın səbr edib, camaatla namaz qılması müstəhəbbdir. Müxtəsər qılınan 
camaat namazı, uzun qılınan münfərid namazdan daha üstündür. Həmçinin camaat 
namazı, vaxtın əvvəlində münfərid olaraq qılınan namazdan daha üstündür. Amma 
fəzilətli vaxtdan qeyri-vaxtda qılınan camaat namazının, fəzilətli vaxtda qılınan münfərid 
namazdan daha üstün olması mə`lum deyildir. 
Məsələ 1384: Camaat namazı başladığı zaman, namazını fərdi qılmış olan şəxsin, ikinci 
dəfə namazını camaatla qılması müstəhəbbdir. Əgər sonradan, fərdi qılmış olduğu 
namazın batil olduğunu anlayarsa, ikinci dəfə qıldığı namaz kifayətdir. 
Məsələ 1385: Əgər imam və ya mə`mum camaatla qıldığı namazı təkrarən camaatla qılmaq 
istəyərsə, bunun müstəhəbbliyi sübut olmasa da, savab ümidilə (yə`ni rəcaən) yerinə 
yetirilməsinin maneəsi yoxdur. 
Məsələ 1386: Namazının batil olmasına səbəb olacaq qədər vəsvəsəyə düşən şəxs, əgər 
namazı yalnız camaatla qıldığı zaman vəsvəsədən rahat olarsa, namazı camaatla 
qılmalıdır. 
Məsələ 1387: Əgər ata və ya ana öz uşağına namazı camaatla qılmasını əmr edərsə, 
namazını camaatla qılması ehtiyat-müstəhəbbdir. Əlbəttə əgər atanın və ya ananın ona 
etdiyi əmr və nəhyi uşağına olan məhəbbətdən irəli gəlirsə, və ona qarşı çıxmaq onlara 
əziyyət olmasına səbəb olursa, uşağın ona qarşı çıxması, haramdır. 
Məsələ 1388: Müstəhəbb namaz ehtiyata əsasən heç bir şəkildə camaatla qılına bilməz. 
Amma yağış yağması üçün qılınan istisqa namazı camaatla qılına bilər. Həmçinin vacib 
olub, sonradan başqa bir səbəbə görə müstəhəbb olan bir namazı (məsələn; Həzrət İmam-
Zamanın (ə) dövründə vacib olub, sonralar o Həzrət qeyb olduqdan sonra müstəhəbb olan 
Fitr və Qurban bayramı namazlarını) camaatla qılmaq caizdir. 
Məsələ 1389: İmam camaat gündəlik namaz qılarkən, gündəlik namazların hər hansında 
ona iqtida etmək olar. 
Məsələ 1390: Əgər imam camaat özünün və ya namazının qəzaya getməsi yəqin olan ölmüş 
bir şəxsin gündəlik namazlarının qəzasını qılırsa, ona iqtida etmək olar. Amma əgər öz 
namazını və başqasının namazını ehtiyatən yenidən qılırsa, ona iqtida etmək caiz deyildir. 
Amma əgər mə`mum da namazını ehtiyatən yenidən qılırsa və imamın ehtiyat etməsinə yol 
verən səbəb, mə`mumun ehtiyatına yol açan səbəbi ilə eynidirsə, ona iqtida edə bilər. Bu 
halda mə`mumun ehtiyat etməsinə səbəb olacaq ayrı bir səbəbin də ortaya çıxmaması 
gərək deyildir. 
Məsələ 1391: Əgər insan bilməsə ki, imamın qıldığı namaz gündəlik vacib namazdır, yoxsa 
müstəhəbb namazdır, ona iqtida edə bilməz. 
Məsələ 1392: Camaat namazının səhih olması üçün, imamla mə`mum arasında və eyni 
zamanda, imamla başqa mə`mumlar arasında vasitə olan mə`mumla o biri mə`mumlar 
arasında bir şeyin fasilə olmaması şərtdir. Fasilədən məqsəd, onları bir-birindən ayıran bir 
şeydir. İstər pərdə, divar və ya bu kimi görməyə mane olan bir şey olsun, istər şüşə kimi 
görməyə mane olmayan bir şey olsun, fərq etməz. Belə ki, əgər namazın bütün və ya bə`zi 
hallarında imamla mə`mum arasında və ya bağlantı (müttəsil olma) vasitəsi olan 
mə`mumla o biri mə`mumlar arasında bir fasilə olarsa, camaat namazı batildir. Amma 
irəlidə izah olunacağı kimi, qadın bu hökmdən müstəsnadır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1393: Əgər birinci sıranın uzun olmağına görə sıranın iki tərəfində dayanan kəslər 
imamı görməsələr, iqtida edə bilərlər. Həmçinin, əgər o biri səflərdən birinin uzun 
olduğuna görə səfin iki tərəfində dayananlar özlərindən qabaqkı səfi görməsələr, iqtida edə 
bilərlər. 
Məsələ 1394: Camaatın sıraları məscidin qapısına qədər çatarsa, qapının qarşısında 
səflərin arxasında duran şəxsin namazı səhihdir. Həmçinin onun arxasında iqtida edənlərin 
də namazı səhihdir. Hətta iki tərəfdə olub, başqa bir mə`mum vasitəsi ilə camaatla bitişik 
olan şəxslərin də namazları səhihdir. 
Məsələ 1395: Sütunun arxasında duran şəxs sağ və ya sol tərəfdən başqa bir mə`mumun 
vasitəsilə imamla birləşməsə, iqtida edə bilməz. 
Məsələ 1396: İmamın durduğu yer mə`mumun durduğu yerdən gərək hündür olmasın. 
Amma əgər imamın yeri çox az miqdarda hündür olsa, eybi yoxdur. Həmçinin əgər bir yer 
mayili vəziyyətdə olarsa, belə ki, imam da onun yüksək tərəfində dayandıqda yer çox 
mayili olmasa, eybi yoxdur. 
Məsələ 1397: Mə`mumun yeri imamın yerindən hündür olarsa, eybi yoxdur. Amma əgər 
«toplaşıblar» deyilməyəcək qədər hündür olarsa, camaat namazı səhih deyildir. 
Məsələ 1398: Bir sırada duranların arasında müməyyiz bir uşaq fasilə olarsa, onun 
namazının batil olduğu bilinməyənə qədər, iqtida edilə bilər. Həmçinin o, on iki imam şiəsi 
olmasa, belə ki, onun namazı öz məzhəbinə görə səhih olsa, hökm eynidir. 
Məsələ 1399: İmamın təkbirindən sonra əgər birinci sıranın namaza hazır olmaları və 
təkbir demələri yaxın olsa, sonrakı sırada dayanan şəxs təkbir deyə bilər. Amma ehtiyat 
müstəhəbb odur ki, birinci sıranın təkbiri qurtaran kimi səbr etsin. 
Məsələ 1400: Qabaq sıralarda bir sıranın namazının batil olduğu bilinərsə, arxadakı 
sıralarda iqtida edilə bilməz. Amma onların namazının səhih olub-olmadığı bilinməzsə, 
iqtida edilə bilər. 
Məsələ 1401: İmamın namazının batil olduğunu, məsələn; imamın dəstəmazlı olmadığını 
bilən bir şəxs, imamın özü bunu bilməsə belə, ona iqtida edə bilməz. 
Məsələ 1402: Mə`mum, namazdan sonra imamın adil olmadığını və ya kafir olduğunu, 
yaxud başqa bir səbəbdən namazının batil olduğunu, məsələn; dəstəmazsız namaz qıldığını 
bilərsə, namazı səhihdir. 
Məsələ 1403: Namazda ikən imama iqtida edib-etmədiyində şəkk edərsə, əgər bə`zi 
nişanələr vasitəsilə iqtida etdiyinə xatircəm olarsa, namazını camaatla tamamlamalıdır. 
Əks təqdirdə, namazını münfərid niyyəti ilə tamamlamalıdır. 
Məsələ 1404: Əgər mə`mum namaz əsnasında üzrsüz olaraq, infiradi (tək) olma niyyətini 
edərsə, onun camaat namazının səhih olması işkallı, lakin təklikdə qıldığı namazı səhihdir. 
Amma əgər fərdi namaz qılanın da vəzifəsinə görə əməl etməsə, vacib ehtiyata görə namazı 
yenidən qılmalıdır. Amma əgər üzrlü olduğu halda namazı batil etməyən bir şeyi artırsa və 
ya əskiltsə yenidən qılması lazım deyil. Məsələn, əgər namazın əvvəlindən fərdi olma qəsdi 
olmasa, qiraət etməsə, amma rükuda olduğu zaman bu qəsdə düşərsə, bu təqdirdə 
namazını fərdi qəsdi ilə tamamlaya bilər və onu yenidən qılması lazım deyil. Həmçinin 
imama tabe olmaq üçün bir səcdəni artırsa hökm eynidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1405: Əgər imam Həmd və surəni oxuduqdan sonra, mə`mum bir üzr səbəbindən 
münfərid niyyəti edərsə, Həmd və surəni oxuması lazım deyildir. Amma əgər üzrsüz olsa 
ya Həmd və surə tamamlanmazdan qabaq münfərid niyyəti edərsə, vacib ehtiyata əsasən 
Həmd surənin hamısını oxuması lazımdır. 
Məsələ 1406: Əgər camaat namazı əsnasında fərdi niyyəti etsə, ikinci dəfə (həmin 
namazda) camaat namazı niyyət edə bilməz. Həmçinin vacib ehtiyata görə, əgər fərdi 
niyyəti edib-etməməsində tərəddüd etsə və sonra namazı camaatla bitirmək qərarına gəlsə, 
hökm eynidir. 
Məsələ 1407: İnsan namaz əsnasında münfərid niyyəti edib-etmədiyində şəkk edərsə, 
münfərid niyyəti etmədiyinə qərar verməlidir. 
Məsələ 1408: Əgər imam rükuda olan vaxt iqtida etsə və imamın rükusuna çatsa, imamın 
zikri tamam olsa da, namazı səhihdir və bir rük`ət hesab olunur. Əgər rüku qədər əyilsə və 
imamın rükusuna çatmasa, namazını fərdi niyyəti ilə tamam edə bilər, həm də sonrakı 
rəkətə çatmaq üçün namazı kəsə bilər. 
Məsələ 1409: İmam rükuda ikən, iqtida edib, rükuya qədər əyilərsə və imama rükuda 
yetişib-yetişmədiyində şəkk edərsə, əgər bu şəkki rükunun tamam olmasından sonra olsa, 
qıldığı camaat namazı səhihdir. Əks təqdirdə, namazı münfərid niyyəti ilə tamamlaya 
bilər, həm də sonrakı rəkətə çatmaq üçün namazın kəsə bilər. 
Məsələ 1410: İmam rükuda ikən iqtida edərsə və rüku miqdarı qədər əyilməzdən qabaq, 
imam rükudan başını qaldırarsa, fərdi niyyəti edib namazı tamamlamaq və ya imamla 
birlikdə mütləq qürbət qəsdi ilə səcdəyə gedib, sonra ayağa qalxdığı zaman, təkbirətül-
ehram və ya mütləq zikrdən daha ümumi olan bir qəsd ilə yenidən söyləyərsə, ona 
sayılması qəsdi ilə yenidən təkbir deyərək, namazını camaatla tamamlamaq və ya sonrakı 
rəkətə çatmaq üçün namazı kəsmək arasında ixtiyar sahibidir. 
Məsələ 1411: Əgər bir şəxs namazın əvvəlində, ya Həmd və surə əsnasında iqtida etsə və 
təsadüfən rükuya getməzdən əvvəl imam rükudan baş qaldırsa, onun namazı səhihdir. 
Məsələ 1412: İmam, namazın son təşəhhüdünü oxuyarkən, camaat namazının savabına 
çatmaq istəyən şəxs, gərək niyyət və təkbirətül-ehramdan sonra otursun və təşəhhüdü 
mütləq qürbət qəsdi ilə imamla oxusun, amma salamı vacib ehtiyata əsasən deməsin və 
gözləsin, imam namazın salamını deyəndən sonra qalxsın və təzədən niyyət və təkbir 
demədən Həmd və surəni oxusun və onu namazının əvvəlinci rük`əti hesab etsin. 
Məsələ 1413: Mə`mum gərək imamdan qabaqda dayanmasın. Hətta vacib ehtiyat odur ki, 
əgər mə`mum çox olsa, imamla bir sırada dayanmasınlar. Amma əgər mə`mum bir nəfər 
kişi olsa, onun imamla bərabər dayanmasının eybi yoxdur. 
Məsələ 1414: Əgər imam kişi, mə`mum isə qadın olsa, onda qadınla imamın arasında və ya 
o qadınla imama bitişik olan digər bir kişi mə`mumun arasında pərdə və ya pərdəyə 
bənzər bir şeyin olmasının eybi yoxdur. 
Məsələ 1415: Namaza başladıqdan sonra, imam və mə`mum arasında və ya mə`mumla, 
onun vasitəsi ilə imama bağlı olan başqa bir mə`mum arasında pərdə və ya başqa bir şey 
fasilə olarsa, camaat namazı batil olur və mə`mum fərdi vəzifəsinə görə əməl etməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1416: Vacib ehtiyat odur ki, mə`mumun səcdə yeri ilə imamın durduğu yerin 
arasında ən iri bir addımdan artıq fasilə olmasın. Həmçinin, əgər insan qabağında duran 
mə`mum vasitəsilə imamla bağlansa da; müstəhəbb ehtiyat odur ki, mə`mumun dayandığı 
yer, yaxud onun qarşısında dayanan şəxsin yeri ilə, səcdə halında olan insanın bədəninin 
ölçüsündən artıq olmasın. 
Məsələ 1417: Əgər mə`mum sağ və sol tərəfində duran şəxsin vasitəsilə imamla bağlansa və 
qabaqdan imama bağlı olmasa, vacib ehtiyata əsasən gərək sol və ya sağ tərəfində iqtida 
etdiyi şəxslə iri bir addımdan artıq fasilə olmasın. 
Məsələ 1418: Əgər namazda imam ilə mə`mum arasında, yaxud imama bağlı olan mə`mum 
arasında iri bir addımdan artıq fasilə qalsa, o şəxs namazını fərdi qəsdi ilə davam edə bilər. 
Məsələ 1419: Əgər birinci sırada dayananların hamısının namazı başa çatsa və dərhal 
başqa bir namaz üçün imama iqtida etməsələr, sonrakı sıranın camaat namazı batil olur, 
hətta dərhal iqtida etsələr də, sonrakı sıranın camaat namazının düzlüyü işkallıdır. 
Məsələ 1420: Əgər şəxs ikinci rük`ətdə iqtida etsə, Həmd və surəni oxumaq lazım deyildir, 
amma qunut və təşəhhüdü imamla oxumalıdır. Müstəhəbb ehtiyat odur ki, təşəhhüd 
oxuyanda əl barmaqlarını və ayağın pəncəsini yerə qoyub dizlərini qaldırsın və gərək 
təşəhhüddən sonra imamla qalxıb, həmd-surəni oxusun. Əgər surəni oxumağa vaxtı 
yoxdursa, Həmdi tamam edib özünü rükuda imama çatdırsın. Əgər Həmdin hamısını 
deməyə vaxtı yoxdursa, Həmdi kəsib imamla birlikdə rükuya gedə bilər. Amma bu zaman 
ehtiyat müstəhəbb odur ki, namazı fərdi niyyəti ilə tamam etsin. 
Məsələ 1421: Əgər imam dörd rük`ətli namazın ikinci rük`ətində olarkən bir şəxs ona 
iqtida etsə, namazın ikinci rük`ətində (bu zaman imam üçüncü rük`ətdə olur) iki səcdədən 
sonra oturmalı və təşəhhüdü vacib miqdarında deyib qalxmalıdır. Əgər şəxsin üç dəfə 
təsbihat deməyə vaxtı yoxdursa, gərək bir dəfə desin və rükuda özünü imama çatdırsın. 
Məsələ 1422: Əgər imam üçüncü və ya dördüncü rük`ətdə olsa və mə`mum, iqtida etdiyi 
təqdirdə, Həmdi oxuyub rükuda imama çata bilməyəcəyini bilərsə, vacib-ehtiyata əsasən 
səbr etməli və imam rükuya gedəndən sonra iqtida etməlidir. 
Məsələ 1423: Əgər üçüncü ya dördüncü rük`ətdə imam qiyam halında ikən iqtida etsə, 
gərək Həmd və surəni oxusun. Əgər surə üçün vaxt yoxdursa, gərək Həmdi tamam etsin və 
rükuda özünü imama çatdırsın. Əgər Həmdi də tamamlamağa vaxtı yoxdursa, onu kəsib 
imamla birlikdə rükuya gedə bilər. Amma bu zaman fərdi qəsdi edərək, namazını 
tamamlaması ehtiyat-müstəhəbbdir. 
Məsələ 1424: Surə və ya qunutu tamamladığı təqdirdə, rükuda imama yetişə bilməyəcəyini 
bilən bir şəxs, qəsdən surə və ya qunutu oxusa və rükuda imama yetişə bilməsə, onun 
camaat namazı batil olur və münfərid vəzifəsinə görə əməl etməlidir. 
Məsələ 1425: Surəni oxumağa başladığı və ya tamamladığı halda rükuda imama 
yetişəcəyinə əmin olan bir şəxsin, çox çəkməyəcəyi təqdirdə surəyə başlaması və ya 
başlamışdırsa, tamamlaması daha yaxşıdır. Amma əgər «imama uyğunlaşır» deyilməyəcək 
qədər çox çəkərsə, başlamamalı və başlamışdırsa, tamamlamamalıdır. Əks halda onun 
camaat namazı batildir, amma əgər 1404-cü məsələdə deyildiyi kimi, öz münfərid 
vəzifəsinə əməl etsə namazı səhihdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1426: Surəni oxuyub, imamın rükusuna çata biləcəyinə və imama tabeçiliyi aradan 
getməyəcəyinə yəqini olan şəxs surəni oxuyub rükuya yetişməzsə, onun camaat namazı 
səhihdir. 
Məsələ 1427: İmam qiyamda ikən, mə`mum onun hansı rük`ətdə olduğunu bilməsə, ona 
iqtida edə bilər. Amma vacib ehtiyata görə imamın sonradan birinci və ya ikinci rük`ətdə 
olduğunu anlasa belə, qürbət (Allaha yaxınlıq) qəsdi ilə Həmd və surəni oxumalıdır. 
Məsələ 1428: İmamın birinci və ya ikinci rük`ətdə olduğu zənni ilə Həmd və surəni 
oxumazsa və rükudan sonra üçüncü və ya dördüncü rük`ətdə olduğunu bilərsə, namazı 
səhihdir. Amma əgər rükudan qabaq bilərsə, Həmd və surəni oxumalı və əgər vaxt 
yoxdursa, 1423-cü məsələdə deyilən göstərişə əsasən əməl etməlidir. 
Məsələ 1429: İmamın üçüncü və ya dördüncü rük`ətdə olduğunu hesab edərək Həmd və 
surəni oxumasa, belə ki, rükudan qabaq və ya sonra, birinci və ya ikinci rük`ətdə olduğunu 
bilərsə, namazı səhihdir. Əgər Həmd və surəni oxuduğu zaman bilərsə, onları 
tamamlaması lazım deyildir. 
Məsələ 1430: Müstəhəbb bir namazı qılarkən, camaat namazı bərqərar olarsa, namazı 
tamamladıqda camaat namazına çatacağına əmin deyildirsə, müstəhəbb namazı tərk edib, 
hətta camaat namazının birinci rük`ətinə çatması üçün belə camaat namazına məşğul 
olması müstəhəbbdir. 
Məsələ 1431: Əgər üç rük`ətli, yaxud dörd rük`ətli namazı qılan zaman camaat namazı 
bərqərar olsa, üçüncü rük`ətin rükusuna getməyibsə və namazı tamam qılıb camaata 
çatacağına arxayın deyilsə, müstəhəbbdir ki, müstəhəbbi namaz niyyəti ilə namazını iki 
rük`ətli qurtarsın və özünü camaat namazına çatdırsın. 
Məsələ 1432: Əgər imam namazı bitiribsə və mə`mum təşəhhüdə, yaxud birinci salama 
məşğuldursa, niyyəti fərdi etmək lazım deyil. 
Məsələ 1433: İmamdan bir rük`ət geriyə qalan bir şəxs, imam son rük`ətin təşəhhüdünü 
oxuyarkən, əllərinin barmaqlarını və ayaqlarının pəncəsini yerə qoyub, dizlərini 
qaldıraraq, imam namazın salamını verincəyə qədər səbr edib, sonra qalxması daha 
yaxşıdır. Əgər bu halda münfərid qılmaq niyyəti etmək istəyərsə, bir maneəsi yoxdur. 
İMAM CAMAATIN ŞƏRTLƏRİ 
Məsələ 1434: İmam camaat gərək baliğ, aqil, on iki imam şiəsi, adil, halalzadə və namazı 
düz qılan olsun. Əgər mə`mum kişidirsə, onun imamı da gərək kişi olsun. On yaşlı uşağa 
iqtida etməyin səhihliyi, yaxşı nəzər olsa da, işkalsız da deyil. Ədalət də budur ki vacibatı 
yerinə yetirib, haramları tərk etsin. Onun da nişanəsi – əgər insan onun əksi barədə 
mə`lumatlı olmasa zahirdə yaxşı olmasıdır. 
Məsələ 1435: Adil bildiyi bir imamın indi də adil olub-olmadığında şəkk etsə, ona iqtida 
edə bilər. 
Məsələ 1436: Ayaq üstə namaz qılan bir şəxs, oturan və ya uzanan halda namaz qılan şəxsə 
iqtida edə bilməz. Oturan halda namaz qılan bir şəxs də, uzanaraq namaz qılan şəxsə 
iqtida edə bilməz. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1437: Oturan halda namaz qılan şəxs, oturan halda namaz qılana iqtida edə bilər. 
Amma uzanan halda namaz qılanın iqtida etməsi mütləq şəkildə işkallıdır, istər imam ayaq 
üstə olsun istər oturan halda istərsə də uzanan halda. 
Məsələ 1438: Əgər imam camaat bir üzrə görə nəcis libas ilə, yaxud təyəmmüm ilə və ya 
cəbirə dəstəmazı ilə namaz qılsa, ona iqtida etmək olar. 
Məsələ 1439: Əgər imamın sidiyin və ğaitin xaric olmasının qarşısını ala bilməmək kimi 
xəstəliyi varsa, ona iqtida etmək olar. Həmçinin istihazəsi olmayan bir qadın da istihazəli 
qadına iqtida edə bilər. 
Məsələ 1440: Cüzam və xora xəstəliyi olan bir şəxsin imam olmaması daha yaxşıdır. Vacib 
ehtiyata əsasən, üzərinə şər`i hədd (cəza qanunu) icra edilən və sonradan tövbə edən bir 
şəxsə də iqtida edilməməlidir. 
CAMAAT NAMAZININ HÖKMLƏRİ 
Məsələ 1441: İmama iqtida etmək istəyən şəxs, niyyət etdiyi zaman imamını tə`yin 
etməlidir. Amma onun adını bilməsi lazım deyildir. Əgər «hazırkı imama iqtida edirəm» 
deyə niyyət edərsə, namazı səhihdir. 
Məsələ 1442: Mə`mum gərək Həmd və surədən başqa namazın bütün şeylərini özü oxusun. 
Amma əgər mə`mumun birinci, yaxud ikinci rük`əti, imamın isə üçüncü və ya dördüncü 
rük`əti olsa, gərək Həmd və surəni oxusun. 
Məsələ 1443: Əgər mə`mum sübh, şam və xiftən namazının birinci və ikinci rük`ətində 
imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və 
surəni oxumasın. Əgər imamın səsini eşitməsə, müstəhəbbdir ki, Həmd və surəni oxusun, 
amma gərək yavaşdan oxusun, əgər səhvən ucadan oxusa, eybi yoxdur. 
Məsələ 1444: Əgər mə`mum imamın Həmd və surəsinin bə`zi kəlmələrini eşitsə, eşitmədiyi 
hissəni oxuya bilər. 
Məsələ 1445: Mə`mum səhvən Həmd və surəni oxusa və ya eşitdiyi səsin imamın səsi 
olmadığını zənn edərək Həmd və surə oxusa və sonradan eşitdiyi səsin imamın olduğunu 
anlasa, namazı səhihdir. 
Məsələ 1446: İmamın səsini eşidib-eşitmədiyində və ya səsin imamın, yoxsa başqasının səsi 
olub-olmadığında şəkk edən bir mə`mum Həmd və surəni oxuya bilər. 
Məsələ 1447: Mə`mum zöhr və əsr namazının birinci və ikinci rük`ətində ehtiyata əsasən 
gərək Həmd və surəni oxumasın və müstəhəbbdir ki, onun yerinə zikr desin. 
Məsələ 1448: Mə`mum təkbirətül-ehramı imamdan qabaq deməməlidir. Hətta ehtiyat 
müstəhəbb odur ki, imamın təkbiri tamam olmamış təkbir deməsin. 
Məsələ 1449: Əgər mə`mum səhvən imamdan qabaq salam versə, namazı səhihdir və 
yenidən imam ilə salam verməsi lazım deyil. Əgər qəsdən də imamdan qabaq salam versə, 
eybi yoxdur. 
Məsələ 1450: Mə`mumun təkbirətül-ehramdan başqa, digər şeyləri imamdan qabaq 
söyləməsinin eybi yoxdur. Amma onları eşidib, imamın nə vaxt söylədiyini bilərsə, 
imamdan qabaq deməməsi ehtiyat-müstəhəbbdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1451: Mə`mum gərək namazda oxunan şeylərdən başqa sair işləri, məsələn; rüku və 
səcdələri imamla eyni vaxtda, ya imamdan bir az sonra yerinə yetirsin. Əgər qəsdən 
imamdan qabaq və ya bir müddət imamdan sonra yerinə yetirsə, belə ki, imama tabe 
olmaq sayılmasa onun camaat namazı batil olur, amma münfərid vəzifəsinə əməl etsə, 
namazı səhihdir (1404–cü məsələdə qeyd olunduğu kimi). 
Məsələ 1452: Əgər mə`mum səhvən imamdan qabaq başını rükudan qaldırıb imamın hələ 
də rükuda olduğunu görərsə, ehtiyata əsasən rükuya qayıdıb, imamla bərabər qalxmalıdır. 
Bu zaman rükn olan rükunun artıq olması namazı batil etməz. Əgər qəsdən rükuya 
qayıtmasa, onun camaat namazı ehtiyata görə batil olur, amma (fərdi) namazı 1404-cü 
məsələdə qeyd olunana əsasən səhihdir. Amma əgər rükuya qayıtsa və rükuda imama 
çatmamış imam qalxsa, namazı ehtiyata əsasən batildir. 
Məsələ 1453: Əgər səhvən başını qaldırıb imamın hələ də səcdədə olduğunu görərsə, 
ehtiyata əsasən səcdəyə qayıtmalıdır. Əgər səcdələrin hər ikisində də bu hal baş versə, rükn 
olan iki səcdənin artıq olmasına görə namaz batil olmaz. 
Məsələ 1454: Səhvən imamdan qabaq başını səcdədən qaldırmış olan bir şəxs, əgər səcdəyə 
qayıdarsa, belə ki, bu zaman imamın daha qabaq başını səcdədən qaldırmış olduğu 
mə`lum olarsa, namazı səhihdir. Amma əgər hər iki səcdədə də bu hal baş verərsə, ehtiyata 
əsasən namazı batildir. 
Məsələ 1455: Səhvən rüku və ya səcdədən başını qaldırsa və səhvən və ya imama yetişə 
bilməyəcəyi düşüncəsi ilə rüku və ya səcdəyə getməzsə, namazı və camaat namazı səhihdir. 
Məsələ 1456: Əgər səcdədən başını qaldırıb, imamın səcdədə olduğunu görsə və imamın 
birinci səcdədə olduğunu hesab edərək, imamla birlikdə səcdə etmək qəsdi ilə səcdəyə 
gedərsə və imamın ikinci səcdədə olduğunu anlayarsa, onun ikinci səcdəsi sayılır. Əgər 
imamın ikinci səcdədə olduğunu hesab edərək səcdəyə gedər və imamın birinci səcdəsi 
olduğunu anlayarsa, o səcdəni imamla birlikdə, səcdə etmək qəsdi ilə tamamlayıb ikinci 
dəfə imamla birlikdə səcdəyə getməlidir. Hər iki təqdirdə, namazı camaatla tamamlayıb 
yenidən qılması daha yaxşıdır. 
Məsələ 1457: Əgər səhvən imamdan əvvəl rükuya getsə və başını qaldıracağı təqdirdə, 
imamın qiraətinin bir miqdarına çatarsa, əgər başını qaldırıb imamla bərabər rükuya 
getsə, namazı səhihdir və əgər qəsdən qayıtmasa camaat namazının səhih olması məhəlli-
işkaldır, amma (fərdi) namazı 1404-cü məsələdə deyilən tərzdə səhihdir. 
Məsələ 1458: Əgər mə`mum imamdan əvvəl səhvən rükuya getsə və başını qaldıranda 
imamın qiraətinin heç bir miqdarına yetişə bilməsə, gərək rükunun zikrini desin. Əgər zikr 
deməsi imama rükuda tabe olmamasına səbəb olarsa gərək rükudan qalxıb imamla 
birlikdə rüku etsin, bu halda onun camaatı və namazı səhihdir və əgər qəsdən qayıtmasa, 
onun camaat namazının səhih olması məhəlli işkaldır, amma (fərdi) namazı 1404-cü 
məsələdə deyilən tərzdə səhihdir. 
Məsələ 1459: Əgər səhvən imamdan əvvəl səcdəyə getsə, gərək səcdənin zikrini desin. Əgər 
zikrin deyilməsi səcdədə imama tabe olmağın tərk edilməsinə səbəb olsa, gərək səcdədən 
qalxıb imamla birlikdə səcdə etsin. Bu halda onun camaatı və namazı səhihdir və əgər 
qəsdən qayıtmasa, camaat namazı məhəlli işkaldır, amma onun (fərdi) namazı 1404-cü 
məsələdə deyilən tərzdə səhihdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1460: Əgər imam qunut olmayan rük`ətdə səhvən qunut oxusa, yaxud təşəhhüd 
olmayan rük`ətdə səhvən təşəhhüd oxumağa məşğul olsa, mə`mum gərək qunut və 
təşəhhüdü deməsin, amma imamdan qabaq rükuya gedə bilməz və ya imamdan qabaq 
ayağa dura bilməz. İmamın qunut və ya təşəhhüdünün bitməsini gözləyib, sonra namazın 
qalan qismini imamla qılmalıdır. 
CAMAAT NAMAZINDA İMAM VƏ MƏ`MUMUN VƏZİFƏSİ 
Məsələ 1461: Mə`mum bir kişi olarsa, imamın sağında dayanması müstəhəbbdir. Əgər bir 
qadın da olsa, yenə imamın sağ tərəfində dayanması müstəhəbbdir. Amma ondan geridə 
dayanmalıdır. Ən azı onun səcdə edəcəyi yer, imamın səcdə halında ikən dizlərinin 
müqabilinə gələcək qədər, imamdan geridə dayanmalıdır. Amma əgər bir kişi və bir qadın 
və ya bir kişi və bir neçə qadın olarsa, kişinin imamın sağında və bir qadın, yaxud bir neçə 
qadının da, imamın arxasında dayanması müstəhəbbdir. Əgər bir neçə kişi və bir və ya 
neçə qadın olarsa, kişilərin imamın arxasında və qadınların da kişilərin arxasında 
durmaları müstəhəbbdir. 
Məsələ 1462: Əgər imam və mə`mum hər ikisi qadın olsa, vacib ehtiyat odur ki, hamısı bir 
sırada dayansın və imam o birilərindən qabaqda dayanmasın. 
Məsələ 1463: Müstəhəbbdir ki, imam sıranın ortasında dayansın və elm, kamal və təqva 
əhli birinci sırada dayansın. 
Məsələ 1464: Camaat səflərinin nizam-intizamlı olması, hər səfdə duranların arasında 
məsafə olmayıb, çiyinlərinin bir sırada olması müstəhəbbdir. 
Məsələ 1465: Müstəhəbbdir ki, mə`mumlar «Qəd-qamətis-səlat» deyiləndən sonra ayağa 
qalxsınlar. 
Məsələ 1466: İmamın, halı zəif olan mə`mumları nəzərə alaraq, qunut, rüku və səcdələri 
uzatmaması müstəhəbbdir. Amma mə`mumların, imamın rüku və səcdələri uzatmasına 
meylləri olarsa, bu hal istisnadır. 
Məsələ 1467: İmamın oxuduğu Həmd, surə və zikrlərdə səsini digərlərinin eşidə biləcəyi 
şəkildə yüksəltməsi müstəhəbbdir. Amma həddindən artıq yüksəltməməlidir. 
Məsələ 1468: İmam rükuda ikən bir şəxsin gəlib, ona iqtida etmək istədiyini anlayarsa, bu 
zaman rükunu ikiqat uzatması və ondan sonra, iqtida etmək üçün başqalarının gəldiyini 
başa düşsə belə, qalxması müstəhəbbdir. 
CAMAAT NAMAZINDA MƏKRUH OLAN ŞEYLƏR 
Məsələ 1469: Əgər camaatın sırasında yer varsa, bir şəxsin tənha dayanması məkruhdur. 
Məsələ 1470: Mə`mumun namazın zikrlərini imamın eşidəcəyi tərzdə deməsi məkruhdur. 
Məsələ 1471: Zöhr, əsr və xiftən namazlarını iki rük`ət qılan bir müsafirin, bu namazlarda 
müsafir olmayan imama iqtida etməsi məkruhdur. Müsafir olmayanın da, bu namazlarda 
müsafirə iqtida etməsi məkruhdur. 
AYƏT NAMAZI 
Məsələ 1472: Göstərişi sonradan deyiləcək ayət namazı üç şeyin vasitəsilə vacib olar. 
1. Günəşin tutulması; 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
2. Qismən tutulsa və ondan heç kim qorxmasa da, ayın tutulması. 
3. Vacib ehtiyata əsasən əgər bir kəs qorxmasa da, zəlzələ zamanı. 
Amma göy gurultusu və ildırım, qara, qırmızı küləklər və s. kimi səma hadisələri baş versə 
və camaatın çoxu qorxsa, habelə yer batsa, dağlar uçmağa başlasa və bu, camaatın 
çoxunun qorxmasına səbəb olsa, müstəhəbb ehtiyata əsasən, ayət namazı tərk 
olunmamalıdır. 
Məsələ 1473: Əgər ayət namazını vacib edən şeylərdən bir neçəsi baş versə, insan gərək 
onların hər biri üçün bir ayət namazı qılsın. Məsələn; əgər günəş tutularsa və zəlzələ 
olarsa, gərək iki ayət namazı qılınsın. 
Məsələ 1474: Bir şəxsin boynuna bir neçə ayət namazının qəzası vacib olarsa, istər onların 
hamısı eyni səbəbdən onun boynuna vacib olmuş olsun (məsələn; üç dəfə günəş tutulsa və 
onların ayət namazını qılmamış olarsa) istər bir neçə səbəbdən boynuna vacib olmuş 
olsunlar (məslən; günəş tutulması, ay tutulması və zəlzələ olması səbəbindən onun boynuna 
vacib olmuş olarlarsa) bunları qəza edərkən, səbəblərdən hansı biri üçün ayət namazı 
qıldığını müəyyən etməsi vacib deyildir. 
Məsələ 1475: Ayət namazı vacib olan şeylər harda baş versə və hiss olunsa, ancaq o yerin 
camaatı gərək ayət namazı qılsın və başqa yerin camaatı üçün bu vacib deyil. 
Məsələ 1476: Ayət namazına başlama zamanı, günəşin və ayın tutulmağa başladığı andan 
başlayıb, onların təbii hala dönmə zamanlarına qədər davam edər. (Amma onların 
açılmağa başladıqları zamana qədər tə`xirə salınmaması yaxşıdır.) Lakin ayət namazının 
tamamlanması, günəş və ayın açılmasından sonraya qədər tə`xirə salına bilər. 
Məsələ 1477: Əgər ayət namazını günəş və ayın açılmağa başladığı zamana qədər tə`xirə 
salarsa, onu əda niyyəti ilə qılmağın eybi yoxdur. Amma əgər tamamilə açılmalarından 
sonra ayət namazını qılarsa, onu qəza niyyəti ilə qılmalıdır. 
Məsələ 1478: Əgər Günəşin, ya Ayın tutulmağının müddəti namazın bir rük`əti və ya 
ondan bir qədər az olsa, şəxsin qıldığı namaz ədadır. Həmçinin onların tutulma vaxtının 
çox olmasına baxmayaraq, insan namazı qılmasa və bir rük`ət və ya daha az qıla biləcək 
qədər bir müddət, onun vaxtının sonuna qalırsa da, hökm eynidir. 
Məsələ 1479: Zəlzələ, göy gurultusu, şimşək çaxması və bu kimi hadisələr baş verdiyi 
zaman ehtiyat edərsə və əgər bunlar uzun müddət davam edəcəkdirsə, ayət namazını 
dərhal qılması lazım deyildir. Əks təqdirdə, zəlzələ kimi hallarda xalqın nəzərində tə`xirə 
salmaq sayılmayacaq şəkildə dərhal qılması gərəkdir. Əgər tə`xirə salarsa, onu sonradan 
əda və ya qəza niyyəti etmədən qılması ehtiyat-müstəhəbbdir. 
Məsələ 1480: Əgər Ay və ya Günəşin tutulduğunu bilməsə və onun açılmasından sonra, 
Günəş və ya Ayın bütünlüklə tutulmuş olduğunu bilərsə, ayət namazının qəzasını qılması 
lazımdır. Amma əgər onun bir miqdarının tutulmuş olduğunu anlayarsa, ayət namazının 
qəzası ona vacib deyildir. 
Məsələ 1481: Bir qrup insan, Ayın və ya Günəşin tutulduğunu söylədikləri halda, onların 
sözündən yəqinlik və ya xatircəmlik hasil etmədiyinə görə ayət namazını qılmasa, belə ki, 
sonradan doğru söyləmiş olduqlarını anlayarsa, Günəşin və ya Ayın tamam tutulmuş 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
olduğu təqdirdə, ayət namazını qılmalıdır. Amma bir miqdarı tutulubmuşsa, ayət namazı 
qılmaq ona vacib deyildir. Günəş və Ayın tutulduğunu xəbər verən iki nəfərin adil olması 
mə`lum olmasa və sonradan onların adil olduqları mə`lum olarsa, bu zaman şəxs ayət 
namazı qılmalıdır. 
Məsələ 1482: İnsan, elmi qaydalar yolu ilə Günəş və Ayın tutulma vaxtını bilən şəxslərin 
sözündən Günəş və ya Ayın tutulmasına xatircəm olarsa, ayət namazı qılmalıdır. Həmçinin 
əgər, «filan vaxt Günəş və ya Ay tutulacaq və bu, filan müddətə qədər çəkəcək» desələr və 
insan onların sözlərinə əmin olsa, gərək onların sözlərinə əsasən əməl etsin. 
Məsələ 1483: Gün ya Ay tutulması üçün qılmış olduğu ayət namazının batil olduğunu bilən 
bir şəxs, onu yenidən qılmalıdır. Əgər vaxt keçmiş olarsa, qəza etməlidir. 
Məsələ 1484: Əgər gündəlik namaz vaxtında ayət namazı da insana vacib olsa, belə ki, hər 
iki namaz üçün vaxt varsa, hər hansını əvvəl qılsa, eybi yoxdur. Əks halda, hansının vaxtı 
dardırsa, əvvəl onu qılsın. Əgər hər ikisinin vaxtı dardırsa, gərək əvvəl gündəlik namazını 
qılsın. 
Məsələ 1485: Gündəlik namazlardan birini qılarkən, ayət namazının vaxtının dar 
olduğunu bilərsə, bu halda gündəlik namazının da vaxtı dardırsa, onu tamamlayıb sonra 
ayət namazını qılmalıdır. Amma əgər gündəlik namazının vaxtı dar deyilsə, onu pozub 
əvvəl ayət namazını, sonra da gündəlik namazını qılmalıdır. 
Məsələ 1486: Əgər ayət namazının arasında gündəlik namazın vaxtının dar olmasını başa 
düşərsə, gərək ayət namazını buraxıb, gündəlik namazını qılmağa məşğul olsun və namazı 
bitirəndən sonra namazı pozan bir iş görməzdən əvvəl, ayət namazının qalanını tərk etdiyi 
yerdən qılsın. 
Məsələ 1487: Əgər qadın heyz və nifas halında olsa, Günəş, ya Ay tutulsa və ya zəlzələ baş 
verərsə, ona ayət namazı vacib deyil və qəzası da yoxdur. 
AYƏT NAMAZININ QILINMA QAYDASI 
Məsələ 1488: Ayət namazı iki rük`ətdir və hər rük`ətdə beş rüku vardır. Onun qaydası 
budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, 
rükuya getsin, rükudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə 
rükuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rükudan qalxandan sonra iki 
səcdə etsin və qalxsın, ikinci rük`əti də birinci rük`ət kimi yerinə yetirsin, təşəhhüd oxusun 
və salam versin. 
Məsələ 1489: Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir 
surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, 
amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah 
deməklə kifayətlənməsin və sonra rükuya getsin və rükudan qalxsın. Həmd oxumadan 
həmin surədən ikinci hissəni oxusun və rükuya getsin. Bu qayda üzrə beşinci rükudan 
əvvəl surəni tamam etsin, məsələn; «Fələq» surəsində birinci «Bismillahir-rəhmanir-
rəhim». «Qul ə`uzu birəbbil-fələq» – desin və rükuya getsin, sonra qalxsın və desin: «Min 
şərri ma xələq» – təzədən rükuya getsin və rükudan sonra qalxsın və desin: «Və min şərri 
ğasiqin iza vəqəb». Yenidən rükuya getsin və qalxıb desin: «Və min şərrin-nəffasati fil-
uqəd». Rükuya gedib, yenə də qalxıb desin: «Və min şərri hasidin iza həsəd». Ondan sonra 
beşinci rükuya getsin və qalxandan sonra iki səcdə etsin və ikinci rük`əti də birinci rük`ət 
kimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd oxusun və sonra namazın salamını 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
versin. Həmçinin, beşdən az hissəyə bölməsi də caizdir. Lakin, nə vaxt surəni tamam etsə, 
sonrakı rükudan qabaq Həmdi oxuması lazımdır. 
Məsələ 1490: Əgər şəxs ayət namazının bir rük`ətində beş dəfə Həmd və surə oxusa, o biri 
rük`ətdə isə Həmdi oxuyub, surəni beş yerə bölsə, eybi yoxdur. 
Məsələ 1491: Gündəlik namazlarda vacib və ya müstəhəbb olan şeylər ayət namazında da 
vacib və ya müstəhəbbdir. Lakin ayət namazı camaatla qılınsa azan və iqamə əvəzinə qəbul 
olunma ümidi ilə üç dəfə «Əssalat» demək olar. Amma camaatla qılınmadıqda bu lazım 
deyil. Amma Gün və Ay tutulması istisna olmaqla sair işlər üçün ayət namazının camaatla 
qılınmasının məşruiyyəti sübut olunmayıb. 
Məsələ 1492: Müstəhəbbdir ki, rükudan qabaq və sonra təkbir desin. Beşinci və onuncu 
rükudan sonra təkbir müstəhəbb deyil, əksinə «Səmiəllahu limən həmidəh» demək 
müstəhəbbdir. 
Məsələ 1493: İkinci, dördüncü, altıncı, səkkizinci, onuncu rükudan qabaq qunut tutmaq 
müstəhəbbdir. Əgər qunutu yalnız onuncu rükudan qabaq da oxusa, kifayətdir. 
Məsələ 1494: Şəxs ayət namazını neçə rük`ət qıldığına şəkk edərsə və şəkkini aydınlaşdıra 
bilməsə, namazı batildir. 
Məsələ 1495: Əgər şəxs birinci rük`ətin axırıncı rükusundamı, yoxsa ikinci rük`ətin birinci 
rükusunda olduğunda şəkk etsə və şəkkini aydınlaşdıra bilməsə, namazı batildir. Amma 
məsələn; dörd, yoxsa beş rüku etdiyində şəkk edən şəxs, əgər səcdəyə çatmayıbsa, yerinə 
yetirib-yetirmədiyində şəkk etdiyi rükunu yerinə yetirməlidir. Əgər səcdə üçün əyilibsə, 
gərək öz şəkkinə e`tina etməsin. 
Məsələ 1496: Ayət namazının rükularının hər biri rükndür. Əgər qəsdən az və ya çox etsə, 
namaz batildir. Həmçinin əgər səhvən az və ya ehtiyata əsasən çox etsə də namaz batil olur. 
FİTR VƏ QURBAN BAYRAMLARININ NAMAZI 
Məsələ 1497: Fitr və Qurban bayramlarının namazı İmam əleyhissəlamın hüzuru 
zamanında vacibdir və gərək camaat ilə birlikdə qılınsın. Bizim zamanımızda İmam 
(əleyhissalam) qeybdədir və bu namazları həm camaatla, həm də fərdi qılmaq 
müstəhəbbdir. 
Məsələ 1498: Fitr və Qurban bayramlarının namazının vaxtı bayram günü Günəş çıxandan 
günortaya qədərdir. 
Məsələ 1499: Qurban bayramı namazını Günəşin yüksəlməsindən sonra qılmaq 
müstəhəbbdir. Fitr bayramında isə, Günəşin yüksəlməsindən sonra iftar edib, fitrəni 
verdikdən sonra bayram namazını qılmaq müstəhəbbdir. 
Məsələ 1500: Fitr və Qurban bayramı namazları iki rük`ətdir. Belə ki, hər rük`ətdə Həmd 
və surəni oxuduqdan sonra, üç dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rükətdə 
beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra 
başqa bir təkbir də deyib, rükuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, 
ikinci rük`ətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və 
dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rükuya gedər, rükudan sonra iki 
səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1501: Fitr və Qurban bayramlarının namazının qunutunda hər hansı bir dua və 
zikri oxusa kifayətdir. Amma yaxşıdır ki, bu duanı oxusun: 
Əllahummə əhləl-kibriya`i, vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-
məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və 
liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən 
tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi 
Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli su`in əxrəctə minhu 
Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əs`əlukə 
xəyrə ma səələkə bihi ibadukəssalihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-
muxləsun. 
Məsələ 1502: İmam (əleyhissalam) qayib olan zamanda, əgər Fitr və Qurban 
bayramlarının namazı camaatla qılınsa, lazım ehtiyat odur ki, ondan sonra iki xütbə 
oxunsun. Yaxşı olar ki, Fitr bayramının xütbəsində fitrə zəkatının hökmləri, Qurban 
bayramının xütbəsində isə qurbanlığın hökmləri şərh olunsun. 
Məsələ 1503: Bayram namazının xüsusi surəsi yoxdur. Amma yaxşı olar ki, onun birinci 
rük`ətində «Şəms» (91-ci surə) surəsini və ikinci rük`ətində «Ğaşiyə» (88-ci surə) surəsini 
oxusun və yaxud birinci rük`ətdə «Səbbihismə» (87-ci surə) surəsini və ikinci rük`ətdə 
«Şəms» (91-ci surə) surəsini oxunsun. 
Məsələ 1504: Bayram namazını səhrada qılmaq müstəhəbbdir. Həmçinin Məkkədə, 
Məscidul-həramda da qılınması müstəhəbbdir. 
Məsələ 1505: Müstəhəbdir ki, bayram namazına piyada, ayaqyalın və vüqar ilə getsinlər və 
namazdan qabaq qüsl edib, başlarına ağ əmmamə qoysunlar. 
Məsələ 506: Bayram namazında yerə (torpağa) səcdə etmələri, təkbir deyərkən əllərini 
qaldırmaları və bayram namazı qılan şəxsin, istər imam-camaat olsun, istər münfərid 
qılsın, həmd-surəni uca səslə qılması müstəhəbbdir. 
Məsələ 1507: Fitr bayramı axşamının şam və xiftən namazından, sübh namazından və Fitr 
bayramının namazından sonra bu təkbirləri demək müstəhəbbdir. 
Əllahu əkbər, əllahu əkbər, la ilahə illəllah, vallahu əkbər, əllahu əkbər və lillahil-həmd, 
əllahu əkbər, əla ma hədana. 
Məsələ 1508: Müstəhəbbdir ki, insan Qurban bayramında birincisi bayram gününün zöhr 
namazı, axrıncısı isə on ikinci günün sübh namazı olan on namazdan sonra keçmiş 
məsələdə olan təkbirləri desin və sonra əlavə etsin: 
Əllahu əkbər, əla ma rəzəqəna min bəhimətil ən`am vəlhəmdu lillahi əla ma əblana. 
Amma Qurban bayramını Minada olsa, birincisi bayram gününün zöhr namazı, axırıncısı 
isə Zil-hiccə ayının on üçüncü günü sübh namazı olan on beş namazdan sonra bu təkbirləri 
desin. 
Məsələ 1509: Qadınların bayram namazına getməkdən çəkinmələri ehtiyat-müstəhəbbdir. 
Amma bu ehtiyat, qoca qadınlara aid deyil. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1510: Bayram namazında da başqa namazlar kimi mə`mum gərək Həmd və 
surədən başqa namazın qalan zikrlərini özü oxusun. 
Məsələ 1511: Əgər mə`mum, imam təkbirlərdən bir neçəsini söylədikdən sonra özünü 
çatdırarsa, imam rükuya əyildikdən sonra, imamla birlikdə söyləmədiyi təkbir və 
qunutları özü deməlidir. Əgər hər qunutda bir «Subhanəllah», ya bir «Əlhəmdu lillah» 
desə kifayətdir. Əgər buna da fürsət olmasa, təkcə təkbirləri desin. Əgər buna da fürsət 
olmasa, kifayətdir ki, imama tabe olub rükuya getsin. 
Məsələ 1512: Əgər bayram namazında şəxs namaza yetişərkən, imamın rükuda olduğunu 
görərsə, niyyət edib, namazın birinci təkbirini deyərək rükuya gedə bilər. 
Məsələ 1513: Əgər bayram namazında bir səcdəni unudarsa, namazdan sonra onu yerinə 
yetirməsi lazımdır. Həmçinin, əgər gündəlik namazda səhv səcdəsini vacib edən bir əməl 
qarşısına çıxarsa, iki səhv səcdəsi etməsi lazımdır. 
NAMAZ ÜÇÜN ƏCİR TUTMAQ 
Məsələ 1514: İnsan öləndən sonra, onun diriliyində yerinə yetirmədiyi namaz və başqa 
ibadətlər üçün başqasını əcir tutmaq olar. Əgər bir kəs muzd almadan özü onları yerinə 
yetirsə, səhihdir. 
Məsələ 1515: İnsan bə`zi müstəhəbb işlər üçün məsələn; Həcc, Ümrə, Peyğəmbər və 
imamların (əleyhimus-səlam) qəbirlərini ziyarət etmək üçün diri adamlar tərəfindən əcir 
ola bilər. Habelə müstəhəbb iş görüb onun savabını dirilərə və ölülərə hədiyyə edə bilər. 
Məsələ 1516: Meyyitin qəza namazları üçün əcir olunmuş şəxs, gərək ya müctəhid olsun, ya 
namazı təqlid edilməsi səhih olan müctəhidin fətvasına uyğun olaraq yerinə yetirsin, ya da 
ehtiyata əməl etsin. Belə ki, gərək ehtiyatın əsaslarını kamil bilsin. 
Məsələ 1517: Əcir niyyət edərkən meyyiti müəyyən etməlidir. Amma onun adını bilməsi 
lazım deyildir. «Onun üçün əcir olduğum şəxs tərəfindən qılıram» deyə niyyət edərsə, 
kifayətdir. 
Məsələ 1518: Əcir, gərək əməli meyyitin zimməsində (boynunda) olanın qəsdi ilə yerinə 
yetirsin. Əgər əncam verdiyi əməlin savabını onun üçün hədiyyə etsə, kifayət deyil. 
Məsələ 1519: Əməli yerinə yetirəcəyinə əmin olduqları və səhih yerinə yetirməsinə ehtimal 
verdikləri bir şəxsi əcir tutmalıdırlar. 
Məsələ 1520: Meyyitin namazları üçün əcir tutmuş olduqları şəxsin onları yerinə 
yetirmədiyini və ya batil olaraq yerinə yetirdiyini anlayarlarsa, ikinci dəfə əcir tutmaları 
gərəkdir. 
Məsələ 1521: Əgər əcrin əməlləri yerinə yetirib-yetirmədiyində şəkk edərsə, əcir əməlini 
yerinə yetirdiyini e`tiraf etsə belə, onun sözünə xatircəmliyi olmazsa, yenidən əcir tutmaları 
gərəkdir. Amma əgər onun əməlinin düzgün olub-olmadığında şəkk edərsə, düzgün 
olduğunu qəbul edə bilər. 
Məsələ 1522: Üzrü olub, məsələn; təyəmmümlə və ya oturaq halda namaz qılan bir şəxs, 
meyyitin namazları da bu cür qəza olmuş olsa belə, ehtiyata əsasən mütləq şəkildə meyyitin 
namazlarını qəza etmək üçün əcir tutula bilməz. Amma cəbirə dəstəmaz və ya qüsl ilə 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
namaz qılan şəxsin əcir tutulmasının eybi yoxdur. Əli, ya ayağı kəsilmiş olan şəxsin əcir 
tutulması da belədir. 
Məsələ 1523: Kişi qadın üçün, qadın kişi üçün əcir ola bilər və namazı ucadan və ya 
yavaşdan qılmaqda gərək əcir öz təklifinə əməl etsin. 
Məsələ 1524: Bir günün zöhr ilə əsr və şam ilə xiftən namazları kimi, tərtiblə qılınması 
lazım olan namazlardan başqa, meyyitin namazlarının tərtiblə qəza edilməsi lazım 
deyildir. Amma əgər onu əcir etsələr ki, meyyitin mərcəyinin fətvasına uyğun, ya vəlisinin 
dediyi kimi yerinə yetirsin, əgər o mərcə tərtibi lazım bilərsə, gərək tərtibə riayət etsin. 
Məsələ 1525: Əcirlə, əməli xüsusi bir şəkildə yerinə yetirməsini şərt etmiş olsalar, o şəkildə 
yerinə yetirməlidir. Amma əgər həmin şəkildə edilən əməlin batil olmasına yəqinləri olsa, 
bu istisnadır. Əgər şərt etməmişlərsə, o əməldə öz təklifinə görə əməl etməlidir. Amma 
özünün və ya meyyitin vəzifəsindən hansı biri ehtiyata daha uyğundursa, ona görə əməl 
etməsi ehtiyat-müstəhəbbdir. Məsələn; meyyitin vəzifəsi təsbihati ərbəəni üç dəfə oxumaq 
olduğu halda, öz vəzifəsi yalnız bir dəfə oxumaq olarsa, üç dəfə oxuyar. 
Məsələ 1526: Əgər əcirlə namazı, müstəhəbblərindən nə qədəri ilə birlikdə qılması şərt 
edilməmişdirsə, namazın müstəhəbblərindən normal olan miqdarını yerinə yetirməsi 
lazımdır. 
Məsələ 1527: Əgər insan bir neçə nəfəri meyyitin qəza namazı üçün əcir tutsa, 1524-cü 
məsələyə görə, onların hər biri üçün bir vaxt müəyyən etməsi lazım deyil. 
Məsələ 1528: Əgər bir şəxs məsələn; bir il boyunca meyyitin namazlarını qılmağa əcir olsa 
və həmin müddət tamamlanmadan ölərsə, onun yerinə yetirmədiyi mə`lum olan namazlar 
üçün, başqasını əcir tutmaları gərəkdir. Yerinə yetirmədiyinə ehtimal verdikləri üçün də 
əcir tutmaq vacib-ehtiyatdır. 
Məsələ 1529: Bir meyyitin namazları üçün əcir tutulan şəxs onların hamısının haqqını alsa 
və namazları qılıb qurtarmamış ölərsə, bütün namazları özü qılmasını şərt etmişdirsə, ya 
ücrətül-müsəmmanın qalanını ala bilər, ya da icarəni poza bilər və ücrətül-misli qaytarar. 
Əgər bütün namazları özü qılmasını şərt etməmişdirsə, vərəsələri gərək onun malından 
əcir tutmalıdır. Amma əgər meyyitin malı olmasa vərəsələrə bir şey vacib olmaz. 
Məsələ 1530: Əgər əcir, meyyitin namazları qılıb qurtarmamış ölərsə, özünün də qəza 
namazı olsa, əvvəlki məsələdə deyilən göstərişə əməl etdikdən sonra, əgər meyyitin malı 
artıq olsa, belə ki, vəsiyyət etmiş olsa və vərəsələr icazə versə onun bütün namazları üçün 
əcir tutmaları gərəkdir. Əgər icazə verməsələr, onun üçdə birini namazına sərf 
etməlidirlər. 
ORUCUN HÖKMLƏRİ 
Oruc, insanın Allah-təalaya bəndəçilik edib Onun əmrini yerinə yetirmək məqsədilə sübh 
azanından şam azanına qədər, irəlidə izah olunacağı kimi, doqquz şeydən çəkinməsidir. 
NİYYƏT 
Məsələ 1531: İnsanın orucun niyyətini qəlbindən keçirməsi və ya məsələn; «sabah oruc 
tutacağam» deyərək niyyət etməsi şərt deyildir. Sadəcə olaraq Allah-təalaya bəndəçilik və 
Onun əmrinə itaət etmək üçün, sübh azanından şam azanına qədər orucu pozan şeylərdən 
özünü qoruma qərarında olması kifayətdir. Bu müddət ərzində oruc olduğuna yəqin etmək 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
üçün, gərək sübh azanından bir az qabaq və şam azanından bir az sonraya qədər orucu 
batil edən işlərdən özünü saxlasın. 
Məsələ 1532: İnsan Ramazan ayının hər gecəsində sabahkı orucunu niyyət edə bilər. 
Məsələ 1533: Agah olan şəxs üçün, Ramazan ayı orucunun ən son niyyət vaxtı, sübh azanı 
vaxtıdır. Yə`ni ehtiyat vacibə görə hər nə qədər öz niyyətindən xəbərdar olmasa belə, sübh 
azanından qabaq batil edən işlərdən çəkinməklə yanaşı, oruca niyyət etmiş olmalıdır. 
Məsələ 1534: Orucu batil edən işləri görməyən şəxs, şam azanına az bir vaxt qalmış olsa 
belə, günün hər hansı vaxtında müstəhəbb bir oruc niyyət edərsə, orucu səhihdir. 
Məsələ 1535: Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda, 
sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs, əgər zöhrdən qabaq 
oyanıb niyyət edərsə, orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən 
«mütləq qürbət» niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və o 
günün orucunu da qəza etməlidir. 
Məsələ 1536: Qəza və ya kəffarə orucu tutmaq istəyən şəxs, onu niyyətində müəyyən 
etməlidir. Məsələn; «qəza orucu və ya kəffarə orucunu tuturam» deyə niyyət etməlidir. 
Amma Ramazan ayında «Ramazan ayının orucunu tuturam» deyə niyyət etməsi lazım 
(ilzami) deyildir. Hətta Ramazan ayı olduğunu bilməsə və ya unudub başqa bir oruc 
niyyəti edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir. Nəzir və bu kimi 
oruclarda nəzir qəsdi etmək lazım deyil. 
Məsələ 1537: Əgər Ramazan ayının olduğunu bilsə və qəsdən Ramazan ayından qeyri bir 
orucun niyyətini etsə, qəsd etdiyi oruc hesaba alınmaz və həmçinin Ramazan ayının orucu 
kimi də sayılmaz – əgər o qəsd qürbət (yə`ni Allaha yaxınlaşmaq) qəsdi ilə zidd olsa; hətta 
ziddiyyətli olmasa belə, ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmaz. 
Məsələ 1538: Əgər məsələn; ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci, 
yaxud üçüncü günü olduğunu başa düşsə, orucu səhihdir. 
Məsələ 1539: Əgər sübh azanından əvvəl niyyət etsə və bihuş olsa və gün-arası özünə gəlsə, 
vacib ehtiyata əsasən o günün orucunu tamam etməlidir və əgər tamam etməsə, onun 
qəzasını yerinə yetirməlidir. 
Məsələ 1540: Əgər sübh azanından qabaq niyyət edib, sonra məst olarsa və həmin gün 
ərzində ayılarsa, vacib-ehtiyata əsasən o günün orucunu tamamlamalı və onun qəzasını da 
yerinə yetirməlidir. 
Məsələ 1541: Əgər sübh azanından əvvəl niyyət edib yatsa və axşamdan sonra ayılsa, orucu 
səhihdir. 
Məsələ 1542: Ramazan ayı olduğunu bilməsə və ya unudarsa, belə ki, zöhrdən qabaq 
Ramazan ayı olduğunu bilərsə, əgər orucu batil edən bir iş görmüşdürsə, orucu batildir. 
Amma şam azanına qədər orucu batil edən işlərdən çəkinməli və Ramazandan sonra da, o 
günün orucunu qəza etməlidir. Ehtiyat vacibə əsasən, əgər zöhrdən sonra da Ramazan 
olduğunu anlayarsa, rəcaən oruc niyyəti etməli, Ramazandan sonra qəzasını etməlidir. 
Amma əgər zöhrdən əvvəl başa düşsə və orucu batil edən bir iş görməsə, gərək oruc niyyəti 
etsin və orucu səhihdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1543: Əgər uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-büluğa çatsa, gərək 
oruc tutsun. Əgər azandan sonra həddi-büluğa çatsa, o günün orucu ona vacib deyil. 
Amma əgər müstəhəbb oruc tutmaq qəsdi etsə, ehtiyat müstəhəbbə əsasən bu təqdirdə o 
günün orucunu tamamlaması lazımdır. 
Məsələ 1544: Meyyitin orucunu tutmaq üçün əcir olan və ya boynunda kəffarə orucu olan 
bir şəxs, müstəhəbb bir oruc tutarsa, eybi yoxdur. Amma boynunda Ramazan ayının qəza 
orucu olan bir şəxs, müstəhəbb oruc tuta bilməz. Əgər unudaraq müstəhəbb bir oruc 
niyyəti edərsə və zöhrdən qabaq xatırlayarsa, müstəhəbb orucu pozular, lakin niyyətini 
qəza orucuna çevirə bilər. Amma əgər zöhrdən sonra agah olarsa, ehtiyata əsasən orucu 
batildir. Əgər şam azanından sonra xatırlayarsa, orucu səhihdir. 
Məsələ 1545: Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan bir oruc insana 
vacib olsa, məsələn, müəyyən bir günü oruc tutmasına dair nəzr etmiş olsa, əgər sübh 
azanına kimi qəsdən niyyət etməsə, orucu batildir. Əgər o günün orucunun ona vacib 
olmasını bilməsə, ya unutsa və zöhrdən əvvəl yadına düşsə, orucu batil edən bir iş 
görməmiş olsa və niyyət etsə, onun orucu səhihdir. Əgər zöhrdən sonra yadına düşsə, 
Ramazan ayının orucunda deyilən ehtiyata riayət etməlidir. 
Məsələ 1546: Əgər vacib olan, lakin günü müəyyən olmayan oruc üçün, məsələn; kəffarə 
orucu kimi, qəsdən zöhr yaxınlaşana qədər niyyət etməsə, eybi yoxdur. Hətta əgər 
niyyətdən əvvəl oruc tutmamaq qərarına gəlsə, yaxud oruc tutub-tutmamaq barədə 
müəyyən qərara gəlməsə (tərəddüd etsə), belə ki, orucu batil edən işlərdən görməmişsə və 
zöhrdən əvvəl niyyət etsə, orucu səhihdir. 
Məsələ 1547: Əgər kafir Ramazan ayında, zöhrdən əvvəl müsəlman olsa və sübh azanından 
o vaxta kimi, orucu batil edən bir iş görməyibsə, vacib ehtiyata əsasən gərək «mafizimmə» 
niyyəti ilə orucu tamam etsin. Əgər belə etməsə, gərək onun qəzasını yerinə yetirsin. 
Məsələ 1548: Əgər xəstə olan bir şəxs, Ramazan ayı günündə zöhrdən qabaq sağalsa və o 
vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, ehtiyat vacibə əsasən oruc üçün niyyət 
edib o günün orucunu tutmalıdır. Amma əgər zöhrdən sonra sağalarsa, o günün orucu 
(həmin gün) ona vacib deyildir, gərək sonradan qəza etsin. 
Məsələ 1549: İnsanın, Şə`banın son günü, yoxsa Ramazanın əvvəl günü olduğunda şəkk 
etdiyi gün oruc tutması vacib deyildir. Əgər oruc tutmaq istəsə, Ramazan ayı orucunun 
niyyətini edə bilməz. Amma əgər «Ramazan ayı olduğu təqdirdə, Ramazandan və 
Ramazan ayı olmadığı təqdirdə, qəza və bunun kimilərdən sayılsın» deyə niyyət edərsə, 
orucunun səhih olması uzaq nəzər deyil, amma qəza və bu kimi oruc niyyəti etməsi daha 
yaxşıdır. Belə ki, əgər sonradan Ramazan ayı olduğu mə`lum olarsa, Ramazandan hesab 
olunar. Əgər mütləq oruc niyyəti edərsə və sonradan Ramazan ayı olduğu mə`lum olarsa, 
yenə də kifayətdir. 
Məsələ 1550: Şə`banın son günü, yoxsa Ramazanın əvvəl günü olduğunda şəkk etdiyi 
gündə, qəza, müstəhəbb və bu kimi bir oruc niyyəti ilə oruc tutarsa və gün ərzində 
Ramazan ayı olduğunu anlayarsa, Ramazan ayı orucu üçün niyyət etməlidir. 
Məsələ 1551: Əgər vaxtı müəyyən olan vacib bir orucda (Ramazan ayının orucu kimi) 
«orucumu batil edim, yoxsa etməyim»-deyə tərəddüddə olsa və müəyyən qərara gələ 
bilməsə, yaxud orucunu batil etməsinə dair qəsd etsə, əgər yenidən oruc qəsdi etməsə orucu 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
batildir. Əgər yenidən oruc niyyəti etsə ehtiyat vacib budur ki, o günün orucunu 
tamamlayıb sonradan da qəzasını tutsun. 
Məsələ 1552: Müstəhəbb olan və ya kəffarə orucu kimi vaxtı müəyyən olmayan vacib bir 
orucda, əgər orucu batil edən bir iş görməyi qəsd edərsə və ya belə bir işi görüb-görməmək 
xüsusunda tərəddüdə düşərsə, əgər həmin işi görməsə və vacib orucda zöhrdən əvvələ 
qədər və müstəhəbb orucda, şam azanından əvvələ qədər təkrarən oruc üçün niyyət edərsə, 
orucu səhihdir. 
ORUCU BATİL EDƏN ŞEYLƏR 
Məsələ 1553: Bir neçə şey orucu batil edər: 
1. Yemək və içmək. 
2. Cima. 
3. İstimna (İstimna, insanın başqası ilə cima etmədən, özündən məni xaric etməsinə deyilir. 
Onun qadında gerçəkləşməsi isə 345-ci məsələdə bəyan olundu). 
4. Ehtiyat vacibə əsasən Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin canişinlərinə (ə.s.) yalan 
isnad vermək – (onların adından yalandan bir söz demək). 
5. Ehtiyat vacibə görə tozu boğaza yetişdirmək. 
6. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq. 
7. Axıcı şeylərlə imalə etmək. 
8. Qəsdən qusmaq. 
Bunların hökmləri aşağıdakı məsələlərdə şərh olunacaqdır. 
1. YEMƏK VƏ İÇMƏK 
Məsələ 1554: Əgər oruc tutan şəxs oruc tutduğunu bilə-bilə qəsdən bir şey yesə, ya içsə 
orucu batil olar, istər çörək və su kimi yeyilməsi adət olan şeylərdən olsun, istərsə də 
torpaq və ağac şirəsi kimi yeyilməsi adət olmayan şeylərdən olsun; istər az olsun, istərsə də 
çox, hətta əgər diş fırçasını ağızdan çıxarıb yenə ağızına daxil etsə və onun rütubətini udsa, 
oruc batil olur. Amma əgər fırçanın rütubəti «xarici rütubətdir» deyilməyəcək şəkildə 
ağızın suyunda aradan gedərsə, onu udmağın eybi yoxdur. 
Məsələ 1555: Yeməyə məşğul olarkən, sübh olduğunu bilsə, gərək ağzından tikəni çıxartsın, 
əgər qəsdən udsa, orucu batildir və sonradan deyiləcək göstərişə görə ona kəffarə də vacib 
olar. 
Məsələ 1556: Əgər oruc tutan kəs bir şeyi səhvən yesə, ya içsə, orucu batil olmaz. 
Məsələ 1557: Ampul (iynə) və sirom (sistem) orucu batil etmir, hərçənd ampul bədəni 
gücləndirmək üçün, yaxud sirom qəndli-duzlu olsa belə. Həmçinin təngənəfəslik (astma) 
üçün istifadə olunan isperi də eynilə; əgər dərmanı təkcə ağ ciyərə daxil etsə, orucu batil 
etməz. Eləcə də gözə və ya qulağa dərman tökülməsi də orucu batil etməz, hətta onun dadı 
boğaza çatsa belə. Əgər dərmanı buruna tökslər və o, boğaza çatmasa orucu batil etmir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1558: Əgər oruc tutan dişinin arasında qalan bir şeyi qəsdən udsa, orucu batil olar. 
Məsələ 1559: Oruc tutmaq istəyən şəxsə azandan əvvəl dişlərini təmizləmək lazım (vacib) 
deyildir. Amma əgər dişlərinin arasında qalan yemək qırıntısının, gündüz boğazına 
yetişəcəyini bilirsə, təmizləməsi gərəkdir. 
Məsələ 1560: Ağız suyunu udmaq, turş və turşa bənzər şeyi xəyala gətirməklə ağızda 
toplaşan suyu udmaq orucu batil etmir. 
Məsələ 1561: Sinə və başdan gələn ağız boşluğuna çatmamış bəlğəmi udmağın eybi yoxdur. 
Amma vacib ehtiyat odur ki, ağız boşluğuna daxil olsa, onu udmasınlar. 
Məsələ 1562: Əgər oruc tutan şəxs susdayarsa və su içmədiyi təqdirdə, öləcəyindən və ya 
ona bir zərər dəyəcəyindən, ya da dözülməyən bir çətinliyə düşəcəyindən qorxarsa, bu 
işlərin qorxusunu aradan aparacaq qədər su içə bilər. Hətta ölüm və sair kimi qorxu olan 
yerlərdə içməsi vacibdir. Amma bu halda onun orucu batil olur. Əgər Ramazan ayıdırsa, 
lazım ehtiyata əsasən gərək ondan artıq içməsin və günün qalanında orucu batil edən 
işlərdən çəkinsin. 
Məsələ 1563: Adətən yeməyin boğaza yetişməsinə səbəb olmayan uşaq və quş üçün 
yeyintini çeynəmək və ya yeməyin dadına baxmaq (təsadüfən boğaza yetişsə belə) orucu 
batil etməz. Amma əgər insan, əvvəlcədən yeməyin boğaza çatacağını bilirsə, orucu batil 
olur və qəzasının tutması, həmçinin kəffarə də verməsi ona vacibdir. 
Məsələ 1564: İnsan zəifliyi üzündən orucunu yeyə bilməz. Amma əgər onun zəifliyi adətən 
dözülməsi mümkün olmayacaq dərəcədədirsə, orucu yeməsinin eybi yoxdur. 
2. CİMA 
Məsələ 1565: Cima orucu batil edər; hətta əgər təkcə sünnət yeri miqdarında daxil olsa və 
məni gəlməsə belə. 
Məsələ 1566: Əgər sünnət yerindən az miqdarı daxil olsa və məni gəlməsə, oruc batil 
olmaz. Amma sünnət yeri olmayan şəxsdə sünnət yerindən az miqdarı daxil olsa belə, 
orucu batil olur. 
Məsələ 1567: Əgər qəsdən cima etmək istəsə və sünnət yeri qədər daxil olub-olmadığında 
şəkk edərsə, bunun hökmü 1551-ci məsələyə müraciət etməklə aydın olar. Əgər batil edən 
bir iş görməyibsə ona kəffarə vacib olmaz. 
Məsələ 1568: Əgər şəxs oruc olduğunu unudub yaxınlıq etsə, yaxud onu cima etməyə 
məcbur etsələr, belə ki, bu iş onun ixtiyarından kənar olsa, onun orucu batil olmaz. Amma 
əgər cima halında yadına düşsə, yaxud məcburiyyət onun üzərindən götürülərsə, gərək 
dərhal cima halından çıxsın, əgər çıxmasa, onun orucu batildir. 
3. İSTİMNA 
Məsələ 1569: Əgər oruc tutan istimna etsə (istimnanın mə`nası 1553-cü məsələdə 
deyilmişdir) orucu batil olar. 
Məsələ 1570: Əgər insandan ixtiyarsız məni xaric olsa, orucu batil deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1571: Oruc tutan şəxs, gündüz yatacağı təqdirdə, mühtəlim olacağını (yə`ni yuxuda 
ondan məni gələcəyini) bilirsə, yatmamaqla əziyyətə düşməsə belə, yatması caizdir. Əgər 
yataraq mühtəlim olarsa, orucu batil olmaz. 
Məsələ 1572: Əgər oruc tutan, məni xaric olarkən yuxudan ayılsa, məninin xaric olmasının 
qarşısını alması vacib deyildir. 
Məsələ 1573: Oruc tutub mühtəlim olan şəxs bövl etmək vasitəsilə məninin qalanının 
məcradan xaric olacağını bilirsə belə, bövl edə bilər. 
Məsələ 1574: Mühtəlim olmuş oruc tutan şəxs, məcrada məni qaldığını və əgər qüsldən 
qabaq bövl etməzsə, qüsldən sonra məninin xaricə çıxacağını bilirsə, qüsldən qabaq bövl 
etməsi ehtiyat-müstəhəbbdir. 
Məsələ 1575: Məni xaricə çıxarmaq məqsədi ilə zarafat edən, yaxud özü ilə oynayan 
şəxsdən məni gəlməsə, yenidən oruc qəsdi etməsə orucu batildir. Əgər oruc niyyəti etsə, 
lazım-ehtiyata əsasən o orucu tamamlayıb sonra qəzasını da tutmalıdır. 
Məsələ 1576: Əgər oruc tutan bir şəxs, məni çıxarmaq məqsədi olmadan, məsələn; öz 
qadını ilə mazaqlaşarsa, ya zarafatlaşsa, özündən məni gəlməyəcəyindən əmindirsə, 
təsadüfən ondan məni gəlsə belə, orucu səhihdir. Amma əgər məninin gəlməyəcəyindən 
əmin deyilsə, məni gəldiyi təqdirdə orucu batil olur. 
4. ALLAHA VƏ PEYĞƏMBƏRƏ (s.ə.v.v) YALAN İSNAD VERMƏK 
Məsələ 1577: Oruc tutan şəxs danışmaq, yazmaq, işarə etmək və buna bənzər hər hansı bir 
yolla Allaha, Peyğəmbərə (s.ə.v.v) və on iki imamlardan (ə) birinə qəsdən yalan olan bir 
şeyi nisbət verərsə, hətta sonra dərhal «yalan dedim» deyərək tövbə etsə belə, lazım-
ehtiyata əsasən orucu batil olar. Həmçinin Həzrət-Zəhraya (səlamullahi ələyha), digər 
peyğəmbərlərə və onların vəsilərinə də yalan bir şeyi nisbət vermək, ehtiyat-müstəhəbb 
olaraq eyni hökmü daşıyır. 
Məsələ 1578: Əgər bir şəxs doğru və ya yalan olduğunu bilmədiyi və hüccət olmasına dəlili 
olmayan bir rəvayəti nəql etmək istəsə, vacib ehtiyata əsasən gərək o rəvayəti birbaşa 
Peyğəmbərə (s.ə.v.v) və imamlara (ə) nisbət verməsin. 
Məsələ 1579: Əgər düz olmasına e`tiqadlı olduğu bir şeyi Allah, ya Peyğəmbər qövlündən 
nəql etsə və sonra yalan olduğunu başa düşsə, orucu batil olmaz. 
Məsələ 1580: Əgər bir şeyin yalan olduğunu bilərək, onu Allaha və Peyğəmbərə nisbət 
versə və sonra dediyinin düzgün olduğunu başa düşsə, bu halda əgər bu işin orucu batil 
etdiyinə bilirmişsə lazım ehtiyata əsasən gərək orucu tamam etsin və qəzasını da əmələ 
gətirsin. 
Məsələ 1581: Əgər başqasının uydurduğu yalanı qəsdən Allaha, Peyğəmbərə (s.ə.v.v) və 
Peyğəmbərin canişinlərinə (ə) nisbət versə, lazım ehtiyata əsasən orucu batil olur. Amma 
əgər o yalanı uyduran şəxsin dilindən nəql edərsə, eybi yoxdur. 
Məsələ 1582: Əgər oruc tutandan «Peyğəmbər (səlləllahu ələyhi və alihi) belə bir söz 
buyurmuşdurmu» deyə soruşsalar «yox» əvəzinə qəsdən «bəli» desə, yaxud «bəli» əvəzinə 
qəsdən «yox» desə, lazım ehtiyata əsasən orucu batil olur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1583: Əgər Allahın və Peyğəmbər (səlləllahu ələyhi və alih)-in adından düz sözü 
desə də, sonra «yalan demişəm» desə, ya gecə onlara bir yalanı isnad verib sabahkı gün 
oruc olub desə ki, «dünən gecə dediyim söz düzdür» ehtiyata əsasən, orucu batil olur. 
Amma əgər məqsədi verdiyi xəbərin təfsilatını bəyan etmək olsa orucu batil olmur. 
5. TOZU BOĞAZA ÇATDIRMAQ 
Məsələ 1584: Vacib ehtiyata əsasən, qatı tozu boğaza yetişdirmək orucu batil edir. İstər un 
kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan 
şeyin tozu olsun. 
Məsələ 1585: Qatı olmayan tozun boğaza yetişdirmək orucu batil etmir. 
Məsələ 1586: Əgər külək vasitəsilə qatı toz əmələ gəlsə, insan bundan bildiyi və bacardığı 
halda qorunmasa və həmin toz boğaza yetişsə, vacib ehtiyata əsasən orucu batil olar. 
Məsələ 1587: Vacib ehtiyat odur ki, oruc tutan, siqaret, tənbəki tüstüsünü və bu kimi 
şeyləri boğaza çatdırmasın. 
Məsələ 1588: Əgər diqqətsizlik səbəbindən toz, tüstü və bu kimi şeylər oruc tutanın 
boğazına yetişərsə, boğazına yetişməyəcəyinə yəqin və ya xatircəmliyi olmuşdursa, orucu 
səhihdir. Amma əgər boğazına yetişməyəcəyini zənn etmişdirsə, o günün orucunu qəza 
etməsi daha yaxşıdır. 
Məsələ 1589: Əgər oruc olduğunu unudub, diqqətsizlik edərsə və ya özündən asılı 
olmayaraq toz və bu kimi şeylər onun boğazına yetişərsə, orucu batil olmaz. 
Məsələ 1590: Başın hər yerini bütünlüklə suya salmaq orucu batil etmir, lakin şiddətli 
kərahəti var. 
6. SÜBH AZANINA QƏDƏR CƏNABƏT, HEYZ VƏ NİFAS HALINDA QALMAQ 
Məsələ 1591: Əgər cünub olan şəxs, Ramazan ayında qəsdən sübh azanına qədər qüsl 
etməsə, yoxsa vəzifəsi təyəmmüm olan halda qəsdən təyəmmüm etməzsə, gərək o günün 
orucunu tamamlasın, başqa bir günü də oruc tutsun. Həmin günün də qəza, yoxsa üqubət 
(cəza) orucu olması mə`lum olmadığından həm o günün orucunu Ramazan ayından, həm 
də o günün yerinə tutacaq orucu mafizzimmə qəsdi ilə tutmalı, qəza niyyəti də etməməlidir. 
Məsələ 1592: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir kəs sübh azanına 
qədər qəsdən cünub halda qalsa o günü oruc tuta bilməz. Əgər qəsdən olmasa, o gün oruc 
tuta bilər, baxmayaraq ki, ehtiyat onu tərk etməkdədir. 
Məsələ 1593: Ramazan ayı orucu və onun qəzasından başqa, digər vacib və müstəhəbb 
orucda, cünub insan qəsdən sübh azanına qədər cənabətli qalsa, o günü oruc tuta bilər. 
Məsələ 1594: Ramazan ayı gecəsində cünub olan bir şəxs, əgər qəsdən vaxt daralıncaya 
qədər qüsl etməzsə, gərək təyəmmüm edib oruc tutsun və orucu səhihdir. 
Məsələ 1595: Əgər cünub Ramazan ayında qüslünü unutsa və bir gündən sonra yadına 
düşsə, gərək o günün orucunun qəzasını tutsun. Əgər bir neçə gündən sonra yadına düşsə, 
cünub olduğunu yəqin bildiyi bütün günlər üçün qəza etsin, məsələn; əgər üç, ya dörd gün 
cünub olmasını bilməsə, gərək üç günün orucunu qəza etsin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1596: Ramazan ayı gecəsində qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmayan 
şəxs, özünü cünub edərsə, orucu batildir, qəza və kəffarə də ona vacibdir. 
Məsələ 1597: Əgər qüsl üçün vaxt olmadığını bilsə və özünü cünub etsə, yaxud vaxt ola-ola 
qəsdən vaxt daralıncaya qədər qüslü tə`xirə salsa, günahkar olmasına baxmayaraq 
təyəmmüm etsə, orucu səhihdir. 
Məsələ 1598: Ramazan ayı gecəsində cünub olan şəxs, yatdığı təqdirdə, sübhə qədər oyana 
bilməyəcəyini bilərsə, ehtiyat vacibə görə qüsl etmədən yatmamalıdır. Əgər qüsl etməzdən 
qabaq ixtiyari olaraq yatsa və sübhə qədər oyanmasa, o günün orucunu tamamlamalıdır, 
qəza və kəffarə də ona vacib olur. 
Məsələ 1599: Cünub olan bir şəxs, Ramazan ayı gecəsində yatıb sonra oyanarsa, belə ki, 
yenidən yatdığı təqdirdə, sübh azanından qabaq oyanacağına ehtimal versə, yata bilər. 
Məsələ 1600: Ramazan ayı gecəsində cünub olan bir şəxs, yatdığı təqdirdə, sübh azanından 
qabaq oyanacağına yəqini olsa, yaxud əmin olarsa, əgər oyandıqdan sonra qüsl etmə 
qərarında olub, bu qərarla yatarsa və sübhə qədər yuxudan ayılmazsa, orucu səhihdir. 
Məsələ 1601: Ramazan ayı gecəsində cünub olan və yatacağı təqdirdə sübh azanından 
qabaq oyanacağına əmin olmayan şəxs oyandıqdan sonra qüsl etməli olduğundan qəflətdə 
olarsa, əgər yatarsa və sübh azanına qədər oyanmazsa, ehtiyata əsasən o orucun qəzası ona 
vacib olur. 
Məsələ 1602: Ramazan ayı gecəsində cünub olan və yatarsa, sübh azanından qabaq 
oyanacağına əmin olan və ya ehtimal verən bir şəxs, oyanacağından sonra qüsl etmək 
istəməzsə, əgər yatarsa və sonra oyanmazsa, o günün orucunu tamamlamalıdır, qəza 
etməsi və kəffarə də verməsi lazımdır. Oyanacağından sonra qüsl edib-etməmək barəsində 
tərəddüdü olduğu təqdirdə də lazım ehtiyat odur ki, eyni hökmü daşıyır. 
Məsələ 1603: Cünub olan bir şəxs, Ramazan ayı gecəsində (bir dəfə) yatıb-oyandıqdan 
sonra ikinci dəfə yatacağı təqdirdə, sübh azanından qabaq oyanacağına əmin olarsa və ya 
ehtimal verərsə, habelə, oyandıqdan sonra qüsl etmək qərarında olarsa, belə ki, yenidən 
yatsa və sübh azanına qədər oyanmasa, o günün orucunu qəza etməlidir. Əgər ikinci 
yuxudan oyandıqdan sonra üçüncü dəfə yatıb, sübh azanına qədər oyanmazsa, o günün 
orucunu qəza etməlidir, kəffarə də verməsi ehtiyat müstəhəbbdir. 
Məsələ 1604: İnsanın mühtəlim olması baş verən yuxu, birinci yuxu hesab olunur. Buna 
əsasən, əgər oyandıqdan sonra yenidən yatsa və sübh azanına qədər oyanmasa, əvvəlki 
məsələdə deyildiyi kimi, gərək o günün orucunu qəza etsin. 
Məsələ 1605: Əgər oruc tutan gündüz mühtəlim olsa, dərhal qüsl etməsi vacib deyil. 
Məsələ 1606: Ramazan ayında, sübh azanından sonra oyanıb mühtəlim olduğunu görərsə, 
azandan qabaq mühtəlim olduğunu anlasa belə, orucu səhihdir. 
Məsələ 1607: Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs, əgər sübh 
azanından sonra oyanıb, mühtəlim olduğunu görərsə və sübh azanından qabaq mühtəlim 
olduğunu anlayarsa, o günü Ramazan ayı orucunun qəzası niyyəti ilə oruc tuta bilər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1608: Əgər qadın sübh azanından əvvəl heyz, yaxud nifasdan pak olsa və qəsdən 
qüsl etməsə və ya vəzifəsi təyəmmüm olduğu halda təyəmmüm etməsə, gərək o günün 
orucunu tamamlasın, qəzasını da tutsun. Ramazan ayının qəzasında da qəsdən qüsl və ya 
təyəmmüm etməsə, ehtiyat vacibə görə o günü oruc tuta bilməz. 
Məsələ 1609: Ramazan ayı gecəsində heyz və ya nifasdan pak olsa, vaxt daralıncaya qədər 
qəsdən qüsl etməsə, gərək təyəmmüm etsin, (bu halda) o günün orucu səhihdir. 
Məsələ 1610: Əgər qadın, sübh azanından əvvəl Ramazan ayında heyz, yaxud nifasdan pak 
olsa və qüsl etməyə vaxtı olmasa, gərək təyəmmüm etsin, amma sübh azanına kimi oyaq 
qalmaq lazım deyil. Vəzifəsi təyəmmüm olan cünubun da hökmü belədir. 
Məsələ 1611: Əgər qadın Ramazan ayında sübh azanına yaxın heyz və nifas qanından pak 
olsa və qüsl və təyəmmümdən heç biri üçün vaxtı olmazsa, orucu səhihdir. 
Məsələ 1612: Əgər qadın, sübh azanından sonra heyz və nifas qanından pak olsa, yaxud 
gün arasında heyz ya nifas qanı görsə, axşama yaxın olsa da orucu batildir. 
Məsələ 1613: Əgər qadın, heyz, yaxud nifas qüslünü unutsa, bir, ya bir neçə gündən sonra 
yadına düşsə, tutduğu oruclar səhihdir. 
Məsələ 1614: Əgər qadın Ramazan ayında sübh azanından qabaq heyz və ya nifas 
qanından pak olsa və qüsl etməkdə səhlənkarlıq edib, sübh azanına qədər qüsl etməzsə və 
vaxt daraldığı zaman təyəmmüm də etməzsə, o günün orucunu tamamlamalı, qəzasını da 
etməlidir. Amma əgər səhlənkarlıq etməzsə və məsələn; qadınlar hamamının açılmasını 
gözləyərsə, üç dəfə yatıb azana qədər qüsl etməsə belə, təyəmmüm etməkdə də səhlənkarlıq 
etməzsə, orucu səhihdir. 
Məsələ 1615: Kəsirə istihazəli olan qadın, hərçənd boynuna vacib olan qüslləri istihazə 
hökmlərinə, 394-cü məsələsində deyildiyi şəkildə əməl etməsə də belə, orucu səhihdir. 
Həmçinin mütəvəssitə istihazəli qadın qüsl etməsə belə, orucu səhihdir. 
Məsələ 1616: Məss-meyyit edən şəxs, yə`ni bədəninin bir yerini meyyitin bədəninə 
toxunduran məssi-meyyit qüslü etmədən oruc tuta bilər, əgər oruc halında meyyitə məss 
etsə də, orucu batil olmaz. 
7. İMALƏ ETMƏK (KLİZMA) 
Məsələ 1617: Axıcı şeylə imalə etmək, çarəsizlik və müalicə üzündən də olsa, orucu batil 
edər. 
8. QUSMAQ 
Məsələ 1618: Hərgah oruc tutan qəsdən qussa, əgər xəstəlik və bu kimi səbəblərin 
çarəsizliyindən olsa da, orucu batildir. Amma əgər ixtiyarsız və ya səhvən qussa, eybi 
yoxdur. 
Məsələ 1619: Əgər gecə, gündüz qusacağına səbəb olmasını bildiyi bir şeyi yeyərsə, orucu 
səhihdir. 
Məsələ 1620: Əgər oruc tutan qusmasının qarşısını ala bilsə, əgər onun təb`inə hadis 
olmuşsa, qarşısını alması lazım (vacib) deyil. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1621: Oruc tutan kimsənin boğazına milçək düşərsə, əgər onun qarnına getməyi 
yemək deyilməyəcək qədər boğazdan aşağı enmişsə, onu xaricə çıxarmaq lazım deyil və 
orucu da səhihdir. Amma əgər bu qədər aşağı getməmişsə, qusmaq belə lazımsa, onu xaricə 
çıxarmalıdır. Amma əgər qusmanın ona zərəri, ya da artıq məşəqqəti olsa, xaricə çıxarması 
lazım deyil. Bu halda əgər onu qusaraq çıxarmazsa və udarsa orucu batil olur. Əgər onu 
qusaraq çıxarsa da orucu batil olur. 
Məsələ 1622: Əgər oruc tutan səhvən bir şeyi udsa və mə`dəsinə çatmamışdan əvvəl oruc 
olduğunu yadına salsa, onu mə`dəsinə daxil edəcəyi təqdirdə artıq yeyilmək adlanmayacaq 
qədər aşağı enmişsə, onu bayıra çıxarması lazım deyil və orucu da səhihdir. 
Məsələ 1623: Əgər gəyirməklə bir şeyin boğazından çıxacağına yəqin etsə, bu, qusmaq 
adlanacaq tərzdədirsə, gərək qəsdən gəyirməsin, amma əgər yəqini olmasa, eybi yoxdur. 
Məsələ 1624: Əgər oruc tutan bir şəxs, gəyirdiyi zaman boğazına və ya ağzına bir şey 
gələrsə, onu çölə tökməlidir. Əgər ixtiyarsız udarsa, orucu səhihdir. 
ORUCU BATİL EDƏN ŞEYLƏRİN HÖKMLƏRİ 
Məsələ 1625: Əgər insan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu 
batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Amma cünub olan şəxs, əgər 1602-ci məsələdə 
deyildiyi kimi, yatıb sübh azanına qədər qüsl etməsə, orucu batil olar. Amma əgər insan, 
orucu batil edən şeylərdən bə`zisinin orucu batil etdiyini bilməzsə, bu bilməməzlikdə 
səhlənkarlıq etməzsə, və bu barədə bir şübhəsi də olmasa ya da, şər`i bir dəlilə istinadı olsa 
və o işi görərsə, yemək, içmək və cimadan başqa şeylərdə orucu batil olmaz. 
Məsələ 1626: Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini yerinə yetirsə və belə 
xəyal etsə ki, orucu batil olubdur və qəsdən ikinci dəfə o işlərdən görsə, keçən məsələdəki 
hökm ona da aid olar. 
Məsələ 1627: Əgər oruc tutan bir şəxsin boğazına zorla bir şey töksələr, orucu batil olmaz. 
Amma əgər onu, orucunu yemək, içmək və ya cima ilə pozmağa məcbur etsələr, məsələn; 
əgər ona «yemək yemədiyin təqdirdə, malına və canına zərər verəcəyik» desələr, o da 
zərərin qarşısını almaq üçün bir şey yeyərsə, orucu batil olar. Bu üç şeydən başqalarında 
da ehtiyat vacibə görə batil olur. 
Məsələ 1628: Oruc tutan, kiminsə bir şeyi onun boğazına tökəcəyini, ya özünün orucunu 
batil edəcəyinə məcbur olunacağını bildiyi yerə gərək getməsin. Əgər getsə və çarəsizlik 
üzündən orucu batil edən işlərdən görsə, onun orucu batil olar. Əgər boğazına zorla bir şey 
tökərlərsə, lazım ehtiyata əsasən, eyni hökmü daşıyır. 
ORUC TUTANA MƏKRUH OLAN ŞEYLƏR 
Məsələ 1629: Bir neçə şey oruc tutan üçün məkruhdur. Bunlar aşağıdakılardır: 
1. Dadı və ya qoxusu boğaza yetişdiyi təqdirdə gözə dərman tökmək və gözə sürmə çəkmək. 
2. Qan almaq və hamama getmək kimi zəifliyə səbəb olan hər bir iş. 
3. Buruna dərman tökmək–əgər boğazına çatmasını bilməsə; və əgər boğaza çatacağını 
bilsə, caiz deyildir. 
4. Ətirli bitkiləri iyləmək. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
5. Qadının suda oturması. 
6. Fitil işlətmək. 
7. Bədəndə olan paltarı islatmaq. 
8. Diş çəkdirmək və ağızdan qan gəlməyə səbəb olan hər hansı bir işi görmək. 
9. Yaş çöplə dişləri təmizləmək. 
10. Lüzumsuz olaraq ağıza su, ya bu kimi axan şey almaq. 
Həmçinin məkruhdur ki, insan məni gəlməsi məqsədi olmadan öz arvadını öpsün, ya 
şəhvətini qaldıran hər hansı bir iş görsün. 
QƏZA VƏ KƏFFARƏ VACİB OLAN HALLAR 
Məsələ 1630: Əgər bir şəxs Ramazan ayı orucunu yemək, içmək, cima, istimna və ya (sübh 
azanına qədər) cünub qalması ilə batil edərsə (pozarsa), bunu öz ixtiyarı və iradəsi ilə 
qəsdən edib, məcburiyyət və çarəsizlik üzündən olmasa, qəza etməyə əlavə olaraq kəffarə 
də ona vacib olur. Amma bu söylənənlərdən qeyrisi ilə pozarsa, qəza etməyə əlavə olaraq 
kəffarə də verməsi ehtiyat-müstəhəbbdir. 
Məsələ 1631: Əgər bir şəxs, bu söylənənlərdən birini, onun orucu pozmadığına qəti olaraq 
e`tiqadı olduğu halda edərsə, ona kəffarə də vacib olmaz. Həmçinin, həddi-büluğun 
əvvəllərində olan uşaqlar kimi, orucun onlara vacib olduğunu bilməyənlərin də hökmü 
eynidir. 
ORUCUN KƏFFARƏSİ 
Məsələ 1632: Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna vacib olan şəxs, ya 
bir qul azad etməli və ya sonrakı məsələdə söylənəcək göstərişə əsasən, iki ay oruc tutmalı, 
yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birisinə bir müdd (təqribən dörddə üç 
kiloqram) təam yə`ni buğda, arpa, çörək və bu kimi şey verməlidir. Əgər bunlar onun üçün 
mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar 
etməlidir. Amma vacib-ehtiyata əsasən hər vaxt imkanı olsa, kəffarəni ödəməlidir. 
Məsələ 1633: Ramazan ayının iki ay kəffarəsini tutmaq istəyən şəxs, gərək bir ayı bütün və 
sonrakı ayın bir gününü ardıcıl tutsun. Əgər onun davamı ardıcıl olmasa, eybi yoxdur. 
Məsələ 1634: İki ay Ramazan ayının kəffarəsini tutmaq istəyən bir şəxs, ardıcıl tutmalı 
olduğu otuz bir günün ərzində Qurban bayramı kimi, oruc tutulması haram olan bir 
günün olacağı zamanda kəffarə orucunu tutmağa başlamamalıdır. 
Məsələ 1635: Ardıcıl olaraq oruc tutmalı olan bir şəxs, əgər onların arasında üzrsüz olaraq 
bir gün oruc tutmazsa, orucları yenidən ardıcıl tutmalıdır. 
Məsələ 1636: Əgər ardıcıl olaraq oruc tutmalı olduğu günlər arasında heyz, nifas və ya 
məcburi səfərə çıxmaq kimi, qeyri-ixtiyari bir üzrlə qarşılaşarsa, o üzrün aradan 
qalxmasından sonra orucları yenidən tutması vacib deyildir. Üzrün aradan qalxmasından 
sonra orucların qalanını yerinə yetirər. 
Məsələ 1637: Əgər orucunu haram şeylə batil etmişsə, istər o şey şərab və zina kimi əslində 
(zatən) haram olsun, istərsə də insana külli zərər yetirən halal xörəyi yemək və ya öz əyalı 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
ilə heyz halında yaxınlıq etmək kimi müəyyən bir səbəb üzündən haram olsun, bir kəffarə 
kifayətdir, amma müstəhəbb ehtiyat odur ki, cəm kəffarəsi versin, yə`ni bir qul azad etsin, 
iki ay oruc tutsun və altmış fəqiri doydursun, yaxud onların hər birinə bir müdd 
miqdarında buğda, arpa, çörək və bu kimi şeylər versin. Əgər hər üçü ona mümkün 
olmasa, onların hər hansı biri mümkündürsə, onu da yerinə yetirsin. 
Məsələ 1638: Əgər oruc tutan, Allaha və Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm)-ə 
qəsdən yalan nisbət versə kəffarəsi yoxdur, amma müstəhəbb ehtiyat odur ki, kəffarə 
versin. 
Məsələ 1639: Əgər oruc tutan Ramazan ayının bir günündə bir neçə dəfə yeyib içə və ya 
cima, yaxud istimna etsə, onların hamısı üçün bir kəffarə vacibdir. 
Məsələ 1640: Əgər oruc tutan cima və istimnadan başqa, orucu batil edən işlərdən birini 
görsə, sonra isə öz halalı ilə yaxınlıq etsə, hər ikisi üçün bir kəffarə kifayətdir. 
Məsələ 1641: Əgər oruc tutan, orucu batil edən halal işlərdən birini görsə, məsələn su içə və 
sonra orucu batil edən haram bir işi görsə, məsələn, haram yemək yesə, (hər ikisi üçün) bir 
kəffarə kifayətdir. 
Məsələ 1642: Əgər oruc tutan şəxs, gəyirmək vasitəsilə ağzına gələn bir şeyi qəsdən udarsa, 
ehtiyat vacibə görə orucu batil olur. Onun qəzasını tutacağı kimi, kəffarə də ona vacib olur. 
Əgər o şey yeyilməsi haram olan bir şeydirsə, məsələn, gəyirdiyi zaman ağzına qan və ya 
yemək halından çıxmış bir yemək maddəsi gələrsə və o, onu udarsa, yaxşı olar ki, cəm 
kəffarəsi versin. 
Məsələ 1643: Müəyyən bir gündə oruc olacağını nəzr etsə, əgər o günün orucunu qəsdən 
batil etsə, gərək kəffarə versin. Bu kəffarə nəzrin pozması kəffarəsində izah olunacaq. 
Məsələ 1644: Əgər oruc tutan, sözünə əmin olmadığı bir şəxsin «iftar oldu» deməsi ilə 
orucunu yeyərsə, sonra da iftar olmadığını bilərsə və ya iftar olub-olmadığında şəkk 
edərsə, qəza və kəffarə ona vacib olur. Əgər onun sözünün höccət olmasına e`tiqadı 
varmışsa yalnız qəza etməsi lazımdır. 
Məsələ 1645: Qəsdən orucunu batil edən şəxs, əgər zöhrdən sonra səfərə çıxsa, yaxud 
kəffarədən boyun qaçırmaq üçün zöhrdən əvvəl səfərə çıxsa, onun boynundan kəffarə 
götürülmür, hətta əgər günortadan əvvəl bir müsafirət onun qarşısına çıxsa, ona kəffarə 
yenə də vacibdir. 
Məsələ 1646: Oruc tutan şəxs, qəsdən orucunu pozduqdan sonra heyz, nifas və ya xəstəlik 
kimi bir üzrlə qarşılaşarsa, kəffarə verməsi ehtiyat-müstəhəbbdir, xüsüsilə dərman 
vasitəsilə heyz, yaxud xəstəliyi icad etmiş olarsa. 
Məsələ 1647: Əgər Ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu 
batil etsə, sonra Şə`banın son günü olması mə`lum olsa, ona kəffarə vacib deyildir. 
Məsələ 1648: Əgər insan, Ramazanın son günü, yoxsa Şəvval ayının əvvəl günü olduğunda 
şəkk etdiyi bir gündə, qəsdən orucunu pozarsa, belə ki, sonradan Şəvvalın əvvəl günü 
olduğu mə`lum olarsa, ona kəffarə vacib olmaz. 
Məsələ 1649: Oruc tutan şəxs, Ramazan ayında oruc olan xanımı ilə cima edərsə, belə ki, 
xanımını bu işə məcbur etmişdirsə, həm özünün kəffarəsini, həm də ehtiyata əsasən 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
xanımının kəffarəsini verməlidir. Əgər xanımı cimaya razı olmuşdursa, hər birinə bir 
kəffarə vacib olur. 
Məsələ 1650: Əgər bir qadın oruc tutan ərini özü ilə cimaya məcbur etsə, vacib deyildir ki, 
ərinin orucunun kəffarəsini versin. 
Məsələ 1651: Əgər oruc tutan Ramazan ayında öz arvadını cimaya məcbur etsə və cimanın 
arasında arvadı razı olsa, hər birinə bir kəffarə vacib olur. Müstəhəbb ehtiyat odur ki, kişi 
iki kəffarə versin. 
Məsələ 1652: Əgər oruc tutan, Mübarək Ramazan ayında oruc tutmuş və yatmış arvadı ilə 
cima etsə, bir kəffarə ona vacibdir və arvadın orucu səhihdir, kəffarə də ona vacib deyildir. 
Məsələ 1653: Əgər kişi öz arvadını, yaxud arvad öz kişisini cimadan başqa orucu batil edən 
işlərdən birini görməyə məcbur etsə, onların heç birinə kəffarə vacib deyildir. 
Məsələ 1654: Səfər, yaxud xəstəlik səbəbi ilə oruc tutmayan şəxs, öz oruc tutmuş arvadını 
cimaya vadar edə bilməz. Amma onu məcbur etsə, kişiyə kəffarə vacib deyil. 
Məsələ 1655: İnsan gərək kəffarəni yerinə yetirməkdə səhlənkarlıq etməsin, amma lazım 
deyildir ki, dərhal onu yerinə yetirsin. 
Məsələ 1656: Əgər insana kəffarə vacib olsa və bir neçə il onu yerinə yetirməsə, ona bir şey 
əlavə edilməz. 
Məsələ 1657 : Bir günün kəffarəsi üçün altmış fəqirə təam verməli olan bir şəxs, əgər altmış 
fəqirin hamısını tapmağa imkanı olarsa, onların sayını azaldıb həmin qədər kəffarəni 
onlara verə bilməz, məsələn, otuz fəqirin hər birinə iki müdd təam verərək buna kifayət 
edə bilməz. Lakin, fəqirin hər bir əhli-əyalı üçün, səğir (kiçik) olsalar da, bir müdd təam o 
fəqirə verə bilər. Fəqir şəxs də ailənin vəkaləti və ya onlara (səğir olsa) vilayət (qəyyumluq) 
haqqına əsasən, qəbul edə bilər. Əgər altmış nəfər fəqir tapa bilməsə, məsələn, əgər təkcə 
otuz nəfər fəqir tapsa, hər birinə iki müdd təam verə bilər. Amma ehtiyat vacibə görə hər 
vaxt imkanı olsa, digər otuz fəqir də hər birinə bir müdd təam versin. 
Məsələ 1658: Ramazan ayının orucunun qəzasını tutan şəxs, əgər zöhrdən sonra qəsdən 
orucu batil edən işlərdən birini görsə, gərək on fəqirin hər birinə bir müdd təam versin və 
əgər verə bilməsə, üç gün oruc tutsun. 
ORUCUN ANCAQ QƏZASI VACİB OLAN YERLƏR 
Məsələ 1659: Bir neçə yerdə (əvvəldə işarə edilən yerlərdən başqa) ancaq orucun qəzası 
insana vacibdir və kəffarə vacib deyildir: 
1. Ramazan ayı gecəsində cünub olan şəxsə, 1602-ci məsələdə deyildiyi kimi, sübh azanına 
qədər ikinci yuxudan durmasa. 
2. Orucu batil edən bir iş görməsin, amma oruc niyyəti də etməsin, ya riya etsin, ya oruc 
olmamasını qəsd etsin və həmçinin əgər orucu batil edən işlərdən bir işi görməsini qəsd 
etsə, 1551-ci məsələdə deyilənlərə əsasən; 
3. Ramazan ayında cənabət qüslünü unudub cənabət halında bir gün, ya bir neçə gün oruc 
tutarsa. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
4. Ramazan ayında sübh olub-olmadığını araşdırmadan orucu pozan bir işi etdikdən sonra 
sübh olduğu mə`lum olarsa; 
5. «Sübh olmayıb» deyən bir şəxsin sözünə əsasən, orucu batil edən işlərdən birini etdikdən 
sonra, sübh olduğu mə`lum olarsa; 
6. Ona «sübh oldu» deyən şəxsin sözünə əmin olmayıb və ya zarafat etdiyini xəyal etdiyi 
halda, özü də araşdırmadan orucu batil edən bir işi etdikdən sonra sübh olduğu mə`lum 
olarsa; 
7. Sözü onun üçün şər`ən höccət olan, yaxud səhvən onun verdiyi xəbərin höccət olmasına 
inanan bir şəxsin sözünə əsasən iftar edərsə və sonra iftar vaxtı olmadığı mə`lum olarsa; 
8. İftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edərsə, sonra da hələ iftar vaxtı 
olmadığı mə`lum olarsa; amma əgər buludlu və bu kimi bir havada axşam olduğunu zənn 
edib iftar edərsə, sonradan axşam olmadığını anlayarsa, o orucu qəza etməsinin vacib 
olması ehtiyata əsasəndir. 
9. Susuzluq cəhətindən məzməzə edərsə, yə`ni, ağzında suyu dolandırarsa və bu əsnada 
ixtiyarsız olaraq udarsa, amma əgər oruc olduğunu unudaraq suyu udarsa və ya 
susuzluqdan qeyri bir şey üçün məzməzə edərsə, məsələn; dəstəmaz kimi məzməzə etməyin 
müstəhəbb olduğu bir yerdə məzməzə edərsə və ixtiyarsız olaraq suyu udarsa, qəzası 
yoxdur. 
10. Bir kəs ikrah (məcbur edilmə), ya zərurət, ya təqiyyə cəhətindən iftar etsə və ikrah və 
təqiyyə cəhətindən yemək, içmək və cima hallarında olsa; həmçinin bunlardan qeyrisində 
ehtiyat vacibə əsasən (qəza vacibdir). 
Məsələ 1660: Əgər sudan başqa bir şey ağzına alsa və ixtiyarsız udsa, yaxud suyu burnuna 
çəksə və ixtiyarsız udsa, qəza ona vacib deyildir. 
Məsələ 1661: Çox məzməzə etmək, oruc olan şəxs üçün məkruhdur. Əgər məzməzə 
etdikdən sonra ağzının suyunu udmaq istəyərsə, ağzının suyunu üç dəfə çölə tökməsi daha 
yaxşıdır. 
Məsələ 1662: Əgər insan məzməzə etdiyi zaman ixtiyarsız olaraq, yaxud unutduğuna görə 
boğazına su gedəcəyini bilsə, məzməzə etməməlidir, amma əgər bu halda məzməzə etsə, su 
boğazına getməsə, ehtiyat vacibə görə onun qəzası lazımdır. 
Məsələ 1663: Əgər Ramazan ayında, araşdırdıqdan sonra sübhün olması onun üçün 
mə`lum olmasa və orucu batil edən bir iş görsə, sonra sübh olması mə`lum olsa, qəza lazım 
deyildir. 
Məsələ 1664: İnsan axşam olub-olmadığında şəkk edərsə, iftar edə bilməz. Amma əgər 
sübh olub-olmadığında şəkk edərsə, araşdırma aparmadan qabaq da orucu batil edən bir 
iş görə bilər. 
QƏZA ORUCUNUN HÖKMLƏRİ 
Məsələ 1665: Dəli olan şəxs ağıllanarsa, dəlilik zamanında tutmadığı orucları qəza etməsi 
vacib deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1666: Əgər kafir, müsəlman olsa vacib deyildir ki, kafir olduğu vaxtın orucunun 
qəzasını tutsun. Amma əgər bir müsəlman kafir olsa və ikinci dəfə dönüb müsəlman olsa, 
gərək kafir olduğu günlərin orucunun qəzasını tutsun. 
Məsələ 1667: Sərxoşluq səbəbindən tutulmayan oruc, qəza edilməlidir. (Hətta məstedici 
olan şey müalicə üçün qəbul olunsa belə.) 
Məsələ 1668: Üzrlü olduğu üçün bir neçə gün oruc tuta bilməyən şəxs, sonradan üzrünün 
nə zaman aradan qalxdığında şəkk edərsə, ehtimal verdiyi çox miqdarın qəzasını etməsi 
vacib deyildir. Məsələn; Ramazandan qabaq səfərə çıxıb, Ramazanın beşinci günü, yoxsa 
altıncı günü səfərdən qayıtdığını bilməzsə və ya məsələn; Ramazanın sonunda səfərə çıxıb, 
Ramazandan sonra müsafirətdən qayıdarsa, amma Ramazanın iyirmi beşində, yoxsa 
iyirmi altısında səfərə çıxdığını bilməzsə, hərçənd çox miqdarı, yə`ni altı günü qəza etmək 
ehtiyat-müstəhəbb olsa belə, hər iki təqdirdə, ən azı, yə`ni beş günü qəza edə bilər. 
Məsələ 1669: Əgər bir neçə Ramazan ayından qəza orucu qalsa, şəxs hansının qəzasını 
əvvəl tutsa, maneçiliyi yoxdur. Amma əgər sonuncu Ramazanın qəzasının vaxtı dar olsa, 
məsələn; sonuncu Ramazan ayından beş gün qəzası qalmış olsa və beş gün də Ramazan 
ayına qalarsa, daha yaxşısı odur ki, əvvəl sonuncu Ramazanın qəzasını tutsun. 
Məsələ 1670: Boynunda bir neçə Ramazan ayı orucunun qəzası vacib olan bir şəxs, tutduğu 
orucun hansı Ramazanın qəzası olduğunu müəyyən etməzsə, son ilin Ramazanın qəzası 
olaraq hesab olunmaz ki, nəticədə tə`xir kəffarəsi ondan götürülsün. 
Məsələ 1671: Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhrdən qabaq orucunu batil edə 
bilər, amma əgər orucunun qəzasının vaxtı dar olsa, daha yaxşı odur ki, batil etməsin. 
Məsələ 1672: Daha yaxşı olar ki, meyyitin qəza orucunu tutmuş olan şəxs zöhrdən sonra 
orucunu batil etməsin. 
Məsələ 1673: Əgər şəxs xəstəlik, heyz, yaxud nifas səbəbindən Ramazan ayının orucunu 
tutmasa və tutmadığı orucları qəza edə biləcək bir zaman keçməmişdən əvvəl ölərsə, o 
orucların qəzası yoxdur. 
Məsələ 1674: Əgər şəxs, bir xəstəlik üzündən Ramazan orucunu tutmasa və onun xəstəliyi 
gələn ilin Ramazanına qədər uzansa, tutmadığı orucların qəzası ona vacib deyil və gərək 
hər gününə bir müdd təam, yə`ni buğda, arpa, çörək və bu kimi şeylər fəqirə versin. Amma 
başqa bir üzrə görə, məsələn; səfərə çıxdığı üçün oruc tutmasa və onun üzrü gələn orucluğa 
kimi qalsa, tutmadığı orucları qəza etməlidir və vacib ehtiyat odur ki, hər bir gün üçün də 
fəqirə bir müdd təam versin. 
Məsələ 1675: Xəstəlik səbəbindən Ramazan orucunu tutmayan bir şəxsin xəstəliyi, 
Ramazandan sonra sağalsa, amma sonra başqa bir üzrün çıxması nəticəsində sonrakı 
Ramazana qədər qəzasını tuta bilməzsə, tutmadığı orucları qəza etməlidir və ehtiyat vacibə 
əsasən hər gün üçün bir müdd təam da fəqirə verməlidir. Həmçinin əgər Ramazan ayında 
xəstəlikdən qeyri bir üzrü olsa və Ramazandan sonra o üzr aradan qalxarsa, xəstəlik 
səbəbindən bu orucların qəzasını gələcək Ramazana qədər tuta bilməzsə, hökm eynidir. 
Məsələ 1676: Əgər Ramazan ayında bir üzrə görə oruc tutmasa, Ramazandan sonra üzrü 
aradan getsə və gələn orucluğa kimi qəsdən qəza orucunu tutmasa, gərək orucunu qəza 
etsin və hər bir gün üçün də fəqirə bir müdd təam versin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1677: Əgər orucun qəzasında səhlənkarlıq etsə və vaxt dar olsa və vaxt darlığında 
bir üzr peyda olsa, gərək qəzasını tutsun və ehtiyat vacibə əsasən, hər bir gün üçün fəqirə 
bir müdd təam versin. Üzrü aradan gedəndən sonra oruclarını qəza etməyi qərara alan, 
amma qəza etməzdən qabaq vaxt darlığında üzr peyda olanın da hökmü bu cürdür. 
Məsələ 1678: Əgər insanın xəstəliyi bir neçə il davam etsə, sağaldıqdan sonra axırıncı 
Ramazanın qəzasını tutmalı və əvvəlki illərin hər bir günü üçün fəqirə bir müdd təam 
verməlidir. 
Məsələ 1679: Hər gün üçün fəqirə bir müdd təam verməli olan şəxs, bir neçə günün 
kəffarəsini bir fəqirə verə bilər. 
Məsələ 1680: Ramazan orucunu bir neçə il tə`xirə salsa, gərək qəza etsin. Əvvəlki illərin 
tə`xirinə görə, hər bir gün üçün fəqirə bir müdd təam verməlidir. Amma sonrakı neçə 
illərin tə`xiri üçün ona heç bir şey vacib deyil. 
Məsələ 1681: Əgər Ramazan orucunu qəsdən tutmasa, gərək onun qəzasını yerinə yetirsin 
və hər bir günü üçün iki ay oruc tutsun ya altmış fəqirə təam versin, yaxud bir qul azad 
etsin. Belə ki, gələn Ramazana kimi o orucun qəzasını yerinə yetirməsə, lazım ehtiyata 
əsasən, hər gün üçün bir müdd təam da kəffarə olaraq fəqirə verməlidir. 
Məsələ 1682: Əgər Ramazan orucunu qəsdən tutmasa və gündə neçə dəfə cima, ya istimna 
etsə, kəffarə təkrar olunmayacaq. Həmçinin əgər orucu batil edən digər işlərdən bir neçə 
dəfə görsə, məsələn; bir neçə dəfə xörək yesə, bir kəffarə kifayətdir. 
Məsələ 1683: Ata vəfat edəndən sonra ən böyük oğul, gərək lazım ehtiyata əsasən onun 
qəza orucunu, namaz hökmündə deyilən qayda ilə əmələ gətirsin və əgər vərəsələr razı olsa, 
hətta meyyitin malından belə hər gün üçün bir müdd təam fəqirə versin. 
Məsələ 1684: Əgər ata Ramazan orucundan başqa digər vacib orucu tutmasa, yaxud əcir 
olub tutmasa, onun qəzası böyük oğula lazım (vacib) deyildir. 
MÜSAFİRİN ORUCUNUN HÖKMLƏRİ 
Məsələ 1685: Səfərdə dörd rük`ətli namazları iki rük`ət qılmalı olan müsafir gərək oruc 
tutmasın. Namazını tamam qılan müsafir, peşəsi səfər olan və ya səfəri günah səfəri olan 
şəxs kimi gərək səfərdə oruc tutsun. 
Məsələ 1686: Ramazan ayında səfərə çıxmağın eybi yoxdur, amma bu, orucdan boyun 
qaçırtmaq üçün olsa, məkruhdur və həmçinin Ramazan ayında mütləq səfər həmin 
hökümdədir. Həcc, ümrə və digər zəruriyyət səbəbindən olan səfərlər istisnadır. 
Məsələ 1687: Əgər Ramazan ayının orucundan başqa, vaxtı müəyyən olan bir oruc insana 
vacib olsa, belə ki, icarə, ya bu kimi şeylə vacib olmuş olsa, ya e`tikafın üçüncü günü olsa, o 
gündə səfər edə bilməz və əgər səfərdə olsa, belə ki, mümkündürsə, gərək on gün bir yerdə 
qalmaq qəsdi etsin və o günü oruc tutsun. Amma əgər o günün orucu, nəzirlə vacib olmuş 
olsa, zahir budur ki, o gün səfər etməyi caizdir və qəsdi-iqamət (on gün dayanmaq 
məqsədi) vacib deyildir. Hərçənd daha yaxşı odur ki, əlacsız olmayana kimi səfər etməsin 
və əgər səfərdədirsə, qəsdi-iqamət etsin. Amma əgər and içmək və ya əhd etməklə vacib 
olubsa, ehtiyat vacibə görə gərək səfər etməsin, əgər səfərdə olsa, qəsdi-iqamət etsin. 
Məsələ 1688: Əgər şəxs müstəhəbb oruc tutmasını nəzir etsə və gününü müəyyən etməsə, 
onu səfərdə yerinə yetirə bilməz. Amma səfərdə müəyyən bir gündə oruc olacağını nəzir 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
etsə, gərək onu səfərdə yerinə yetirsin, həmçinin, müəyyən bir gündə, istər səfərdə olsun, ya 
olmasın, oruc tutacağını nəzir etsə, gərək o gün səfərdə də olsa, oruc tutsun. 
Məsələ 1689: Müsafir hacət istəməkdən ötrü Mədineyi-təyyibədə üç gün müstəhəbb oruc 
tuta bilər, əhvət budur ki, o üç gün çərşənbə (III - gün), cümə axşamı (IV - gün) və cümə (V 
- gün) günü olsun. 
Məsələ 1690: Müsafirin orucunun batil olmasını bilməyən şəxs, əgər səfərdə oruc tutsa və 
gün ərzində məsələni başa düşsə, orucu batil olar və əgər axşama kimi başa düşməsə, orucu 
səhihdir. 
Məsələ 1691: Əgər müsafir, müsafir olduğunu unutsa, ya müsafir orucunun batil olmasını 
unutsa və səfərdə oruc tutsa, orucu ehtiyata əsasən batildir. 
Məsələ 1692: Əgər oruc tutan zöhrdən sonra səfər etsə, gərək ehtiyata əsasən orucunu 
tamamlasın, bu halda onun qəzası lazım deyil. Əgər zöhrdən qabaq səfər etsə, ehtiyat 
vacibə görə xüsusilə gecədən səfər niyyəti olsa, o günü oruc tuta bilməz. Amma bütün 
hallarda gərək, həddi-tərəxxüsə yetişməzdən əvvəl orucu batil edən bir iş görməsin. Əks 
təqdirdə, ona kəffarə vacib olar. 
Məsələ 1693: Müsafir, zöhrdən əvvəl vətəninə və ya on gün qalmaq istədiyi bir yerə 
yetişərsə, istər fəcrdən əvvəl səfərə çıxsın, istərsə də oruc tutub səfərə çıxmış olsun, əgər 
orucu batil edən bir iş görməmişdirsə, ehtiyat vacəbə əsasən o gün oruc tutmalıdır, bu 
halda onun qəzası yoxdur. Əgər orucu batil edən bir iş görmüşdürsə, o günün orucu ona 
vacib deyildir, gərək (sonradan) onu qəza etsin. 
Məsələ 1694: Əgər müsafir zöhrdən sonra öz vətəninə, ya on gün qalmaq istədiyi bir yerə 
yetişsə, günün orucu ehtiyat vacibə görə batildir və onu qəza etməlidir. 
Məsələ 1695: Müsafir və oruc tutmağa üzrü olan bir kəsin Ramazan ayı günü cima etməsi, 
yemək və içməklə özünü tam doydurması məkruhdur. 
ORUC TUTMASI ONA VACİB OLMAYAN ŞƏXSLƏR 
Məsələ 1696: Qocalığına görə oruc tuta bilməyən və ya oruc tutmaq ona əziyyətli olan şəxsə 
oruc tutmaq vacib deyildir. Amma ikinci halda gərək fəqirə hər gün üçün bir müdd təam 
(buğda, arpa, ya çörək və ya bu kimi şeylər) versin. 
Məsələ 1697: Qocalığa görə oruc tutmayan şəxs, əgər Ramazan ayından sonra oruc tuta 
bilsə, müstəhəbb ehtiyat odur ki, tutmadığı orucların qəzasını yerinə yetirsin. 
Məsələ 1698: Əgər insanda susuzluq xəstəliyi olsa və bu susuzluğa dözə bilməsə, ya ona çox 
çətin olsa, oruc ona vacib deyildir. Amma ikinci surətdə gərək hər gün üçün yoxsula bir 
müdd təam versin. Əgər sonradan tuta bilsə, qəza etməsi vacib deyil. 
Məsələ 1699: Doğum vaxtı yaxınlaşan qadının özünə ya həmlinə oruc zərər yetirsə, oruc 
ona vacib deyildir, gərək hər gün üçün fəqirə bir müdd təam versin və gərək hər iki halda 
tutmadığı orucların qəzasını tutsun. 
Məsələ 1700: Uşağa süd verən qadının, istər uşağın anası olsun, istər dayəsi və istərsə 
ücrətsiz süd versin, südü az olsa və oruc tutması özünə və ya əmizdirdiyi uşağa zərər 
verərsə, oruc tutmaq ona vacib deyildir. Hər gün üçün bir müdd təam fəqirə verməlidir. 
Hər iki halda tutmadığı orucları gərək qəza etsin. Amma ehtiyat vacibə əsasən bu hökm, 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
uşağa ancaq bu yol ilə süd verməyə aiddir, amma uşağa başqa yol ilə süd vermək 
mümkündürsə, məsələn; uşağa süd verməkdə bir neçə qadın iştirak etsə, yaxud əmzik və 
şüşə qab ilə süd vermək mümkün olsa, bu hökmün sübut olunması işkallıdır. 
AYIN ƏVVƏLİNİN SÜBUT OLMA YOLU 
Məsələ 1701: Ayın əvvəli dörd şeylə sübut olunur: 
1. İnsan özü Ayı görsün. 
2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin «ayı gördük» deməsi 
ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin ya da xatircəmliyin hasil 
olması ilə; 
3. İki adil kişinin, «gecə Ayı gördük» – demələri ilə; Amma ayın vəziyyətinin bir-birinin 
tərsinə deyərlərsə, ayın ilk günü sübut edilmiş olmaz. Həmçinin əgər insan onların səhvə 
yol verdiklərinə yəqin edərsə və ya xatircəm olarsa və ya onların verdiyi şəhadət zidd, 
yaxud hökmündə olan bir məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz məsələn; əgər 
şəhər əhalisnin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir 
kimsə Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda 
onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, başqaları isə görməzsə, 
belə ki, Ayın yerini bilmək və iti görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi 
olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin 
görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin 
şəhadəti ilə sübut olunmaz. 
4. Şə`ban ayının əvvəlindən otuz gün keçməsi; bunun vasitəsilə Ramazan ayının əvvəli 
sübut edilmiş olur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi ilə də Şəvval ayının 
əvvəli sübut edilmiş olur. 
Məsələ 1702: Şəriət hakiminin hökm etməsi ilə ayın əvvəli sübut edilməz. Amma əgər onun 
hökmündən və ya ayın (əvvəli) olmasını sübut edilməsi ilə ayın görünməsinə xatircəmlik 
hasil olsa, (ayın əvvəli sübut olunar). 
Məsələ 1703: Ayın əvvəli münəccimlərin deməyi ilə sübut olmur, amma əgər insan onların 
dediklərindən yəqinlik hasil edərsə yaxud əmin olarsa, onların sözünə əməl etməlidir. 
Məsələ 1704: Ayın yüksəkdə olması və ya gec batması, qabaqkı gecənin ayın ilk gecəsi 
olmağına dəlil deyil; həmçinin əgər ayın kənarında şəfəqin olması ayın ikinci gecəsi 
olmasına dəlil deyildir. 
Məsələ 1705: Əgər Ramazan ayının, onun üçün sübut olmadığından oruc tumayan şəxs, 
sonradan qabaqkı gecənin ayın əvvəli olduğunu anlayarsa, o günün orucunu qəza 
etməlidir. 
Məsələ 1706: Əgər bir şəhərdə ayın əvvəli sübut edilsə, bu, üfüqü həmin şəhərlə eyni olan 
digər şəhərlərə də aid olar. Burada üfüqün müttəhid olmasından məqsəd odur ki, əgər 
birinci şəhərdə ay görünsə, ikinci şəhərdə də bulud kimi maneə olmasa, görünəcəkdir. Bu 
da o zaman gerçəkləşər ki, ikinci şəhər birinci şəhərin qərbində yerləşərsə, en dairəsi 
xəttində ona yaxın olsun. Əgər onun şərqində yerləşərsə, o zaman sübut olunar ki, üfüqün 
vahid olması, hərçənd ayın birinci şəhərin üfüqündə qalma müddətinin iki şəhərin qürubu 
arasındakı təfavüt miqdarından artıq olması ilə belə, mə`lum olsun. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1707: Ramazanın axırı, yoxsa Şəvvalın əvvəl günü olduğunu bilməyən şəxs gərək 
oruc tutsun. Amma əgər gün ərzində Şəvvalın əvvəl günü olduğunu anlayarsa, orucu 
açmalıdır. 
Məsələ 1708: Əgər həbs olunan şəxs, Ramazan ayı olmasını yəqin edə bilməsə, gərək 
gümanına əməl etsin. Amma əgər daha güclü güman tapa bilsə, zəif gümana əməl edə 
bilməz. Ən güclü ehtimalı əldə etmək üçün bacardığı qədər çalışmalıdır. Əgər heç bir yolla 
mümkün olmasa, qür`ədən (püşk atmaqdan) axırıncı yol kimi istifadə etməlidir – əgər 
ehtimalın qüvvətlənməsinə səbəb olarsa. Əgər öz gümanına əməl etməsi mümkün deyilsə, 
Ramazan ayı olduğunu ehtimal verdiyi bir ayı oruc tutmalıdır. Amma o ayı nəzərində 
saxlamalıdır, belə ki, əgər sonradan o ayın Ramazan ayı və ya ondan sonra olduğu mə`lum 
olarsa, ona bir şey vacib olmaz. Amma əgər Ramazan ayından qabaq olduğu mə`lum 
olarsa, gərək qəzasını etsin. 
HARAM VƏ MƏKRUH ORUCLAR 
Məsələ 1709: Qurban və Fitr bayramlarında oruc tutmaq haramdır. Həmçinin Şə`banın 
axırı, yoxsa Ramazanın əvvəl günü olmasını bilməyən şəxsə, Ramazanın əvvəli niyyəti ilə 
oruc tutmaq haramdır. 
Məsələ 1710: Əgər qadının müstəhəbb oruc tutması vasitəsilə ərinin ondan ləzzət almaq 
haqqı aradan getsə, oruc o qadına haramdır. Həmçinin, vacib olan, amma vaxtı müəyyən 
olmayan orucda, məsələn vaxtı müəyyən olmayan nəzir orucu kimi, bu halda da vacib 
ehtiyata görə (ərin haqqı aradan gedərsə) orucu batildir; tutarsa da, nəzir orucunun 
əvəzini verməz. Habelə, ehtiyat vacibə görə, əgər əri onun müstəhəbb, yaxud vaxtı 
müəyyən olmayan vacib orucu tutmasını qadağan edərsə, hətta ərinin haqqı ilə ziddiyyəti 
olmasa belə, hökm eynidir. Ehtiyat müstəhəbb odur ki, ərinin icazəsi olmadan müstəhəbb 
oruc tutmasın. 
Məsələ 1711: Övladın müstəhəbb oruc tutması, əgər ata-ananın övlada şəfqət və 
ürəyiyananlıq üzündən əziyyətinə ya inciməsinə səbəb olsa, haramdır. 
Məsələ 1712: Əgər oğul, atanın və ya ananın icazəsi olmadan müstəhəbb oruc tutsa və gün 
ərzində atası ona icazə verməsə, əgər onlarla müxalifət etmək şəfqətdən yaranan əziyyətinə 
səbəb olacaqsa, gərək iftar etsin (orucunu açsın). 
Məsələ 1713: Ona orucun e`tina ediləcək bir zərər verməyəcəyini bilən şəxsə, həkim «sənə 
orucun zərəri vardır» desə belə, oruc tutmamalıdır. Əgər bir şəxs, orucun ona e`tina 
ediləcək bir zərər verəcəyinə yəqin və ya zənn edərsə, həkimin «zərəri yoxdur» deməsinə 
baxmayaraq, oruc tutması vacib deyil. 
Məsələ 1714: Əgər insan orucun ona e`tina ediləcək bir zərər yetirəcəyini yəqin etsə və ya 
xatircəmlik olsa və ya ehtimal versə və o ehtimaldan qorxu hasil olsa, belə ki, onun ehtimalı 
əql sahiblərinin nəzərində haqlı olsa, oruc tutması vacib deyil. Hətta o zərər şəxsin həlak 
olmasına, yaxud hər hansı üzvünün nöqsanlı olmasına səbəb olarsa, oruc tutması 
haramdır. Bundan başqa hallarda əgər rəcaən oruc tutsa və sonradan e`tina ediləcək bir 
zərəri olmadığı mə`lum olsa, orucu səhihdir. 
Məsələ 1715: Orucun ona zərəri olmadığına inanan şəxs, oruc tutarsa və axşamdan sonra 
orucun ona e`tina ediləcək dərəcədə zərər verdiyini başa düşsə, vacib ehtiyata əsasən, gərək 
onun qəzasını yerinə yetirsin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1716: Deyilmiş oruclardan başqa, digər haram oruclar da vardır ki, izahı müfəssəl 
kitablarda deyilmişdir. 
Məsələ 1717: Aşura gününün orucu və «Ərəfə», yoxsa Qurban bayramı olmasına şəkk 
edilən gününün orucu məkruhdur. 
MÜSTƏHƏBB ORUCLAR 
Məsələ 1718: İlin bütün günlərinin orucu, deyilmiş olduğu haram və məkruh olan 
günlərdən başqa, müstəhəbbdir. Aşağıda sadalayacağımız günlərdə oruc tutmaq daha çox 
tövsiyə olunmuşdur: 
1. Hər ayın birinci və sonuncu cümə axşamı günü və ayın onundan sonra birinci çərşənbə 
günü. Bu günlərdə oruc tuta bilməyən şəxsin həmin günlərin orucunu qəza etməsi 
müstəhəbbdir. Əgər insan əsla oruc tuta bilmirsə, müstəhəbbdir ki, hər bir günü üçün 
fəqirə bir müdd təam, ya 12/6 noxud sikkəli gümüş versin. 
2. Hər ayın 13-cü, 14-cü və 15-ci günü. 
3. Rəcəb və Şə`ban ayı tamamilə, ya bu iki ayın bir qədərini, hətta bir gün də olsa belə; 
4. Novruz bayramı günü. 
5. Şəvvalın dördündən doqquzuna kimi. 
6. Zilqə`dənin 25-ci və 29-cu günü. 
7. Zilhiccənin 1-dən 9-cu gününə (ərəfə gününə) kimi. Amma əgər zəiflik səbəbindən ərəfə 
gününün dualarını oxuya bilməsə, o günün orucu məkruhdur. 
8. Qədir bayramı günü (Zilhiccənin 18-ci günü). 
9. Mübahilə günü (Zilhiccənin 24-cü günü). 
10. Məhərrəm ayının 1-ci, 3-cü və 7-ci günü. 
11. Peyğəmbəri-Əkrəm, (səlləllahu ələyhi və alih)-in mövlud günü (rəbiyəl-əvvəlin 17-si). 
12. Cəmadiyəl-əvvəlin on beşinci günü; 
13- Həmçinin Həzrət Peyğəmbərin Be`sət günü (27 Rəcəb) 
Müstəhəbb oruc tutan şəxsin, onu sona çatdırması vacib deyildir. Hətta əgər mö`min 
qardaşı onu yeməyə də`vət edərsə, də`vəti qəbul edib gün ərzində zöhrdən sonra olsa belə, 
iftar etməsi müstəhəbbdir. 
İNSANIN ORUCU BATİL EDƏN İŞLƏRDƏN ÇƏKİNMƏSİ MÜSTƏHƏBB OLAN 
YERLƏR 
Məsələ 1719: Beş nəfər üçün, Ramazan ayında oruc tutmasalar da orucu batil edən 
işlərdən çəkinmələri müstəhəbbdir: 
1. Səfərdə orucu batil edən işlərdən görüb zöhrdən əvvəl vətəninə, yaxud on gün qalmaq 
istədiyi yerə çatan müsafir; 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
2. Zöhrdən sonra vətəninə, yaxud on gün qalmaq istədiyi bir yerə çatan müsafir; 
3. Zöhrdən sonra sağalan xəstə və həmçinin zöhrdən əvvəl sağalıb, hərçənd, orucu batil 
edən bir iş görübsə də; Amma əgər orucu batil edən bir iş görməyibsə, ehtiyat vacibə görə 
oruc tutmalıdır. 
4. Gün ərzində heyz və nifas qanından təmizlənən qadın. 
5. Əvvəlcə orucu batil edən bir iş görüb sonra müsəlman olan kafir. 
Məsələ 1720: Oruc tutan şəxsin şam və xiftən namazlarını iftardan əvvəl qılması 
müstəhəbbdir. Amma əgər bir şəxs onu gözləyərsə və ya yeməyə meyli çox olduğundan 
hüzuri-qəlblə namaz qıla bilmirsə, əvvəlcə iftar etməsi daha yaxşıdır. Ancaq mümkün olan 
qədər namazı fəzilətli vaxtında qılması daha yaxşıdır. 
XUMSUN HÖKMLƏRİ 
Məsələ 1721: Yeddi şeydə xums vacib olur: 
1. Qazanc. 
2. Mə`dən. 
3. Xəzinə. 
4. Harama qarışmış halal mal. 
5. Dənizə baş vurmaqla əldə olan cəvahirat. 
6. Müharibə qəniməti. 
7. Məşhura əsasən, zimmi kafirin müsəlmanlardan satın aldığı yer; bunlarla bağlı olan 
hökmlər qarşıda genişcə açıqlanacaqdır. 
1. QAZANC 
Məsələ 1722: Əgər insan ticarət, sənət və ya digər kəsb – qazanc yolları ilə mal əldə edərsə, 
hətta əgər bir meyyitin oruc və namazını yerinə yetirərək muzd alıb bir mal əldə etsə belə, 
bu, onun özünün və ailəsinin illik xərclərindən çox olarsa, çox olan qismin xumsu (1/5-i) 
aşağıda deyiləcək üsulla verilməlidir. 
Məsələ 1723: Əgər qazancdan qeyri bir yol ilə mal əldə edərsə, – növbəti məsələdə istisna 
olunan hallardan başqa – məsələn; ona bir şey bağışlanarsa, illik xərcindən artıq qaldığı 
təqdirdə, onun xumsunu verməlidir. 
Məsələ 1724: Qadının aldığı mehriyyənin və kişinin xül` talağın əvəzində aldığı malın 
xumsu yoxdur. Həmçinin, alınan diyənin (qan pulunun) da xumsu yoxdur. Həmçinin miras 
bəhsində mö`təbər olan qanunlara əsasən, insana yetişən miras da eyni hökmü daşıyır. 
Amma şiə olan bir müsəlmana, bu deyilən yoldan əlavə, məsələn; tə`sib[5] yolu ilə miras 
olaraq bir mal yetişərsə, o mal mənfəətdən hesab olunur və onun xumsunu verməsi 
gərəkdir. Həmçinin əgər ona, ata və oğuldan qeyri, ümidi olmayan bir yerdən miras 
yetişərsə, vacib ehtiyata əsasən, illik xərcindən artıq qaldığı təqdirdə, o malın xumsunu 
verməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1725: Əgər bir şəxsin əlinə miras yolu ilə bir mal yetişsə və insan miras qoyan 
şəxsin o malın xumsunu vermədiyini bilərsə, gərək onun xumsunu versin. Həmçinin əgər o 
malın özündə xumsu yoxdursa, amma miras qoyan şəxsin xumsdan borcu olduğunu 
bilərsə, mirasdan onun borclu olduğu xumsu verməlidir. Lakin hər iki təqdirdə, əgər miras 
qoyan şəxsin xums verməyə əqidəsi yoxmuşsa və ya əsla xums vermirsə, varisin onun 
boynunda vacib olan xumsu verməsi lazım deyildir. 
Məsələ 1726: Əgər insan qənaət yolu ilə illik xərcindən bir şey artırarsa, gərək onun 
xumsunu versin. 
Məsələ 1727: Bütün xərcləri başqası tərəfindən verilən şəxs, əldə etdiyi bütün malların 
xumsunu verməlidir. 
Məsələ 1728: Əgər bir şəxs, bir mülkü müəyyən şəxslərə, məsələn; öz övladlarına vəqf 
edərsə, əgər onlar o mülkdə ağac əkmək və ya əkinçilik yolu ilə bir mal əldə etsələr və illik 
xərclərindən artıq qalsa, gərək onun xumsunu versinlər. Həmçinin əgər o mülkdən icarə 
haqqı almaq kimi, başqa şəkildə faydalanarlarsa, illik xərclərindən artıq qalanının 
xumsunu verməlidir. 
Məsələ 1729: Fəqirin kəffarə, məzalim qaytarılması kimi vacib, eləcə də müstəhəbb sədəqə 
olaraq aldığı mal, onun illik xərclərindən artıq qalarsa və ya ona verilən maldan bir 
mənfəət əldə etsə, məsələn; ona verilən bir ağacdan meyvə əldə etsə və illik xərclərindən 
artıq qalsa, ehtiyat vacibə əsasən onun xumsunu verməlidir. Amma ona zəkat və ya xums 
olaraq müstəhəqq olduğuna görə verilən malın özünün xumsunu vermək lazım deyildir. 
Amma əgər onların mənfəəti illik xərclərindən artıq qalsa xums düşür. 
Məsələ 1730: Əgər bir şəxs xumsu verilməmiş pul ilə bir şey satın alarsa, yə`ni satıcıya 
«Mən malı bu pulla alıram», deyərsə və satıcı da 12 imam şiəsi olan bir müsəlman olarsa, 
bütün mala olan nisbətdəki müamilə səhihdir və bu pulla alınan malın üzərinə xums gəlir. 
(Bu müamilələrin səhih olmasında) şəriət hakiminin icazə və imzasına ehtiyac yoxdur. 
Məsələ 1731: Əgər bir şəxs, bir malı satın alıb müamilədən sonra, onun qiymətini xumsu 
verilməmiş puldan versə, etdiyi müamilə səhihdir. Satıcıya verdiyi pulun xumsunu xums 
sahiblərinə borclu qalır. 
Məsələ 1732: Əgər on iki imam şiəsi olan bir müsəlman, xumsu verilməmiş bir malı satın 
alsa, onun xumsu satıcının boynundadır və alıcının üzərinə heç nə düşmür. 
Məsələ 1733: Əgər xumsu verilməmiş bir şeyi, 12 imam şiəsi olan bir müsəlmana 
bağışlayarsa, onun xumsu bağışlayanın öz üzərindədir. Malın bağışlandığı şəxsin üzərinə 
bir şey gəlməz. 
Məsələ 1734: Əgər kafirdən və ya xumsa əqidəsi olmayan, yaxud xums verməyən bir 
şəxsdən insanın əlinə bir mal gələrsə, onun xumsunu verməsi vacib deyildir. 
Məsələ 1735: Tacir, işçi, sənətkar, dövlət qulluqçusu və bu kimi şəxslər işə başladıqları 
tarixdən bir il keçdikdən sonra, illik xərclərindən artıq qalan qazanclarının xumsunu 
verməlidirlər. Həmçinin, mənbərçi (təbliğçi) və bu kimi şəxslərin qazancları ilin məxsus 
vaxtlarında olsa belə, əgər ilin əksər hissəsini tə`min edərsə, həmçinin, məişət xərclərini 
tə`min edə biləcək bir işi, sənəti olmayan, dövlət və ya camaatın yardımından istifadə edən, 
yaxud təsadüfi olaraq müəyyən gəlir əldə edən şəxslər də bir mənfəət əldə edərsə, fayda 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
götürdüyü vaxtdan bir il keçdikdən sonra, illik xərcindən artıq qalan qazancının xumsunu 
verməlidir. Deməli, hər bir mənfəət üçün ayrıca olaraq bir il hesab edə bilər. 
Məsələ 1736: İnsan, ilin ortasında hər zaman qazanc əldə edərsə, onun xumsunu verə bilər, 
onun xumsunu ilin sonuna qədər tə`xirə salması da mümkündür. Amma əgər ilin axırına 
qədər ona ehtiyacı olmayacağını bilirsə, ehtiyat vacibə görə onun xumsunu gərək dərhal 
versin. Xums vermək üçün şəmsi (günəş) ilini ölçü qərar verirsə, bir maneəsi yoxdur. 
Məsələ 1737: Əgər qazanc əldə etdikdən sonra, ilin ortasında ölərsə, ölüm zamanına 
qədərki xərcini qazancından götürüb, yerdə qalanının xumsunu verməlidirlər. 
Məsələ 1738: Əgər ticarət üçün aldığı bir malın qiyməti qalxarsa və onu satmazsa və ilin 
ortasında qiyməti düşərsə, yüksələn miqdarın xumsu ona vacib deyildir. 
Məsələ 1739: Əgər ticarət üçün aldığı malın qiyməti qalxdığı halda daha da qalxma ümidi 
ilə il bitdikdən sonraya qədər onu satmazsa və onun qiyməti düşərsə, qalxan miqdarın 
xumsu ehtiyata əsasən ona vacib olar. 
Məsələ 1740: Əgər ticarət malından başqa bir malı satın alarsa və ya bu kimi bir yolla əldə 
edərsə və xumsunu verərsə, sonra da onun qiyməti yüksələrsə, onu satdığı təqdirdə, 
qiymətinə əlavə və illik xərcindən artıq qalmış olan miqdarın xumsunu verməlidir. 
Həmçinin, əgər məsələn; ağac meyvə verərsə və ya ətindən istifadə etmək üçün saxlanılan 
qoyun kökələrsə, gərək artan miqdarın xumsunu versin. 
Məsələ 1741: Əgər xumsunu verdiyi, yaxud xums düşməyən bir pul ilə qiyməti 
yüksəldikdən sonra satmaq niyyəti ilə bir bağ salarsa, meyvələrin, ağacların və əkilən, 
yaxud öz-özünə əmələ gələn cavan ağacların, (tinglərin), kəsilib istifadə olunmağa yararlı 
olan quru budaqların, eləcə də bağın qiymətinin artan hissəsinin xumsunu verməlidir. 
Amma əgər məqsədi o ağacların meyvələrini sataraq faydalanmaq olsa, qiymətin artan 
miqdarına xums vacib deyil, amma yerdə qalanların xumsunu verməlidir. 
Məsələ 1742: Əgər bir şəxs söyüd, çinar və bu kimi başqa ağaclar əkərsə, hər il onun artan 
hissəsinin xumsunu verməlidir. Həmçinin, əgər adətən hər il budanan budaqların da illik 
xərclərindən çox olarsa, gərək onun xumsunu versin. 
Məsələ 1743: Bir neçə ticarət sahəsi olan, məsələn; öz sərmayəsi ilə bir qədər qənd, bir 
qədər də düyü alan şəxs, əgər o ticarət işlərinin hamısı mədaxil-məxaric, hesabdarlıq, 
qazanc və ziyan kimi ticarət işlərində bir olsa, ilin sonunda onun xərclərindən artıq qalan 
qismin xumsunu verməlidir. Bu təqdirdə, əgər bir bölümdən mənfəət, digər bölümdən isə 
zərər edərsə, bir bölümün zərərini o biri bölümün mənfəəti ilə bərpa edə bilər. Amma əgər 
iki müxtəlif işdə çalışırsa, məsələn; ticarət və əkinçilik edirsə, yaxud bir sahədə də olsa, 
mədaxil-məxaric hesabları bir-birindən ayrıdırsa, bu iki təqdirdə, vacib ehtiyata əsasən, 
bir bölümün zərərini o biri bölümün mənfəəti ilə bərpa edə bilməz. 
Məsələ 1744: İnsan qazanc əldə etmək üçün xərclədiyi kommersiya və daşıma xərci kimi 
məsrəfləri, həmçinin onun iş vasitələrinə dəyən xəsarəti qazancdan çıxa bilər və o miqdarın 
xumsunu vermək lazım deyildir. 
Məsələ 1745: İnsanın qazanclarından il əsnasında yemək, geyim, ev və ev əşyaları, oğlunu 
evləndirmə, qızın cehizi, ziyarət və bu kimi işlər üçün etdiyi xərclərin, öz mövqeyindən 
(şə`nindən) yüksək olmadığı təqdirdə xumsu yoxdur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1746: İnsanın nəzir və kəffarə üçün xərclədiyi məsrəflər, onun illik məxaricindən 
hesab olunur. Həmçinin, başqasına hədiyyə etdiyi və ya mükafat olaraq verdiyi bir mal 
onun ictimai mövqeyindən yuxarı olmadığı təqdirdə onun illik məxaricindən hesab olunur. 
Məsələ 1747: El arasında olan adətə görə qızın cehizliyini bir neçə ilə, tədricən hazırlayarsa 
və bu halda qızı üçün cehizlik tədarükü görməməsi onun ictimai mövqeyi (şə`ni) ilə zidd 
olarsa, hətta vaxtında hazırlaya bilmədiyinə görə olsa belə, əgər il boyu həmin ilin 
qazancından, öz şə`nindən artıq olmamaq şərti ilə bir miqdar cehizlik alsa və camaat 
arasında o miqdarın bir ildə tədarük görülməsi onun adətən illik xərclərindən sayılsa onun 
xumsunu vermək lazım deyildir. Amma əgər şə`nindən yuxarı olsa və ya bu ilin 
qazancından sonrakı ildə cehiz alarsa, gərək onun xumsunu versin. 
Məsələ 1748: İnsanın həcc səfəri və digər ziyarətlər üçün xərclədiyi mal, o il xərclədiyi, illik 
xərcindən hesab edilir, amma əgər onun səfəri, sonrakı ildən bir müddətə qədər davam 
edərsə, sonrakı ildə xərclədiyi miqdarın xumsunu verməlidir. 
Məsələ 1749: Ticarət, iş və ya bu kimi yolla mənfəət əldə edən bir şəxsin, xumsu vacib 
olmayan başqa bir malı da olsa, illik xərclərini, yalnız əldə etdiyi mənfəətlərdən hesab edə 
bilər. 
Məsələ 1750: İllik məsrəfi üçün qazancından aldığı yeyinti maddələri ilin sonunda artıq 
qalsa, gərək onun xumsunu versin və əgər onların qiymətini vermək istərsə, əgər satın 
aldığı zamana nisbətlə qiymətləri artıq qalarsa, gərək il sonundakı qiymətini hesablasın. 
Məsələ 1751: Əgər qazancından, xumsu verməzdən əvvəl evi üçün əşya alarsa, mənfəət ili 
keçdikdən sonra ehtiyacı qalmazsa, onun xumsunu vermək lazım deyildir. Həmçinin əgər 
ilin ortasında ehtiyacı aradan qalxsa, amma o şey qışlıq və yaylıq paltarı kimi adətən 
sonarkı illər üçün saxlanan bir şey olsa, bu təqdirdə xumsu yoxdur. Bu kimi şeylərdən 
başqasında il boyu ona ehtiyacı aradan qalxsa, vacib ehtiyat odur ki, xumsunu versin. 
Qadınların zinət əşyaları da, qadının onlardan zinət kimi istifadə etməsi zamanı keçdiyi 
təqdirdə, xumsu yoxdur. 
Məsələ 1752: Əgər şəxs bir il qazanc mənfəəti götürməzsə, o ilin məsrəfini gələn ilin 
qazancından çıxa bilməz. 
Məsələ 1753: Əgər ilin əvvəlində mənfəət götürməyib sərmayədən xərcləyərsə və il tamam 
olmazdan əvvəl qazanc əldə edərsə, sərmayədən xərcləmiş olduğu miqdarı qazancdan çıxa 
bilər. 
Məsələ 1754: Əgər sərmayənin bir miqdarı ticarət və bu kimi şeylərdə aradan gedərsə, 
sərmayədən azalan miqdarı həmin ilin mənfəətindən çıxa bilər. 
Məsələ 1755: Əgər sərmayədən qeyri mallarından başqa bir şey əlindən çıxsa, həmin il 
boyunca o şeyə ehtiyacı olarsa, qazancdan il ortasında onu tə`min edə bilər və xumsu da 
yoxdur. 
Məsələ 1756: Əgər il boyunca qazanc əldə edə bilməsə və məsrəfləri üçün borc edərsə, 
borcunu gələcək illərin mənfəətindən çıxaraq onun xumsunu verməyə bilməz. Amma il 
boyu xərcləri üçün borc etsə və il tamam olmazdan əvvəl qazanc əldə edərsə, borcunu o 
qazancdan çıxa bilər. Həmçinin, birinci təqdirdə də, borcunu il boyu əldə etdiyi 
mənfəətlərdən ödəyə bilər və o miqdarın xumsu yoxdur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1757: Malını çoxaltmaq və ya ehtiyacı olmayan bir mülkü almaq üçün borc edərsə, 
əgər il ərzində əldə etdiyi qazancdan xumsunu verməzdən o borcu ödəsə, gərək xums ili 
gəlib çatandan sonra o malın xumsunu versin. Amma əgər borc aldığı mal və ya borcla 
satın aldığı bir şey il boyunda əlindən gedərsə, (bu təqdirdə, borcunu o ilin mənfəətindən 
ödəyə bilər). 
Məsələ 1758: İnsan, xumsu vacib olan şeylərin xumsunu o şeylərdən, eləcə də vacib olan 
xumsun qiyməti miqdarında xumsu verilmiş pul da verə bilər. Amma əgər üzərinə xums 
vacib olmayan bir mal vermək istəsə, bu şəriət hakiminin icazəsilə olmadığı təqdirdə 
məhəlli-işkaldır. 
Məsələ 1759: Malının üzərinə xums gəlib və üzərindən bir il keçdiyi halda, xumsunu 
verməyincəyə qədər o maldan istifadə edə bilməz. 
Məsələ 1760: Xums borcu olan şəxs, onu öz zimməsinə götürə bilməz, yə`ni özünü xums 
əhlinə borclu qəbul edib, malın hamısından istifadə edə bilməz. Əgər istifadə edərsə və mal 
tələf olarsa, gərək onun xumsunu versin. 
Məsələ 1761: Xums borcu olan şəxs, şəriət hakimi ilə əldə dolandırsa və xumsu öz 
zimməsinə alarsa, malın hamısından istifadə edə bilər, əldə dolandırdıqdan sonra o maldan 
əldə edilən qazanclar da onun özünündür. Borcunu da tədrici olaraq, səhlənkarlıq 
sayılmayacaq şəkildə qaytarmalıdır. 
Məsələ 1762: Bir kəslə şərik olan bir şəxs, əgər öz qazancının xumsunu versə və onun şəriki 
öz xumsunu verməsə və gələn il üçün xumsunu vermədiyi maldan şirkətə sərmayə qoyarsa, 
birinci şəxs 12 imam şiəsi olan müsəlmandırsa, şərikli maldan istifadə edə bilər. 
Məsələ 1763: Həddi-büluğa çatmamış (səğir) uşaq üçün bir qazanc əldə edilsə, hərçənd 
hədiyyə olsa belə, əgər il boyunda onun məişət xərclərinə sərf olunsa onun üzərinə xums 
gəlir və o uşağın vəlisinə (qəyyumuna) onun xumsunu verməsi vacibdir. Əgər verməsə, 
uşağın özünə həddi-büluğa çatdıqdan sonra, onun xumsunu verməsi vacibdir. 
Məsələ 1764: Başqa şəxsdən, xumsunu verib-vermədiyində şəkk etdiyi bir mal əldə edən 
şəxs, o maldan istifadə edə bilər. Hətta əgər onun xumsunu vermədiyinə yəqini olsa da, o, 
xums verən adam deyilsə, alan şəxs də 12 imam şiəsi olan müsəlmandırsa, o maldan istifadə 
edə bilər. 
Məsələ 1765: Əgər bir şəxs il arasında qazancından illik vəsait və xərclərindən sayılmayan 
bir şey alarsa, il tamam olandan sonra onun xumsunu verməsi vacibdir. Əgər o şeyin 
xumsunu verməsə və qiyməti yüksələrsə, onun hal-hazırdakı qiymətinə görə xumsu 
ödənilməlidir. 
Məsələ 1766: Əgər bir şəxs bir şey alıb onun pulunu, üstündən bir il keçdiyi və xumsunu 
vermədiyi puldan versə, və onun qiyməti qalxsa, əgər onun məqsədi qiyməti qalxandan 
sonra satmaq deyilsə, məsələn; əkin əkmək üçün almış olsa və onu almaq üçün verdiyi 
pulun xumsunu verməlidir. Amma əgər məsələn; xumsu verilməmiş pulu satıcıya verərək 
və ona «bu mülkü bu pulla alıram» – deyərsə, gərək o mülkün hal-hazırdakı dəyərinin 
xumsunu versin. 
Məsələ 1767: Təklifinin əvvəlindən, yaxud müəyyən müddət, məsələn bir neçə il xums 
verməyən şəxs, əgər il arasında qazancından ehtiyacı olmayan bir şeyi satın almış olsa və o 
ticarətdən bir il vaxt keçsə, əgər ticarətçi deyilsə, qazanc əldə etdiyi vaxtdan bir il keçsə, 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
gərək onun xumsunu versin. Amma əgər ictimai mövqeyinə uyğun olaraq ev əşyaları və 
ehtiyacı olan şeyləri alıbsa, bu şəraitdə əgər onları qazandığı ilin ərzində və o ilin 
qazancından aldığını, elə o ildə də ondan istifadə etdiyini bilirsə, onların xumsunu vermək 
lazım deyildir. Əgər bunu bilmirsə, vacib ehtiyata əsasən ehtimal verdiyi nisbətdə şəriət 
hakimi ilə razılaşmalıdır. Yə`ni əgər, misal üçün onun xumsunun vacib olmasına 50 faiz 
ehtimal versə, onun 50 faizinin xumsunu versin. 
2. MƏ`DƏN 
Məsələ 1768: Qızıl, gümüş, qurğuşun, mis, dəmir, neft, daş kömür, firuzə, əqiq, kükürd, 
duz və digər mə`dən əşyaları ənfaldan sayılır, yə`ni Mə`sum İmamındır (ə). Amma əgər bir 
şəxs, onlardan bir şey istixrac edərsə, şər`i bir maneə olmadığı təqdirdə, onu öz 
mülkiyyətinə daxil edə bilər. Əgər nisab miqdarında olarsa, gərək onun xümsünü versin. 
Məsələ 1769: Mə`dəndən çıxarılan şeylərin nisabı, on beş misqal normal sikkəli qızıldır. 
Yə`ni mə`dəndən çıxarılan şeyin qiyməti, onun təmizlənməsi kimi işlərinə çəkilən xərclər 
çıxıldıqdan sonra, on beş misqal sikkəli qızıla çatarsa, gərək yerdə qalanın xümsünü versin. 
Məsələ 1770: Mə`dəndən əldə etdiyi şeyin dəyəri 15 misqal sikkəli qızıla çatmazsa, yalnız 
onun özü və digər qazanclarıyla birlikdə illik xərclərindən artıq qalarsa, onun xumsunu 
vermək lazımdır. 
Məsələ 1771: Əhəng və gəc, lazım ehtiyata əsasən, mə`dən hökmündədir. Əgər nisab 
həddinə yetişərsə, illik xərclərini çıxmadan gərək onun xümsünü versin. 
Məsələ 1772: Mə`dəndən bir şey əldə edən şəxs, istər mə`dən torpağın altında olsun, istər 
üstündə, istər öz mülkü olan bir yerdə olsun, istər sahibi olmayan bir yerdə, gərək onun 
xümsünü versin. 
Məsələ 1773: Mə`dəndən əldə etdiyi şeyin qiymətinin on beş misqal sikkəli qızıla yetişib-
yetişmədiyini bilməzsə, lazım ehtiyata əsasən, çəkməklə və ya başqa bir yolla onun 
qiymətini mə`lum etməlidir. Əgər bu da mümkün olmasa, ona xüms vacib deyil. 
Məsələ 1774: Əgər bir neçə nəfərin mə`dəndən çıxardıqları şeyin qiyməti 15 misqal sikkəli 
qızıla yetişərsə, amma onlardan hər birinin payı bu qədər olmazsa, xümsü yoxdur. 
Məsələ 1775: Əgər bir şəxs, başqasının mülkündə olan mə`dəni onun icazəsi olmadan yeri 
qazaraq çıxararsa, məşhur nəzərə əsasən, hər nə əldə edilmişsə, yer sahibinindir. Amma bu 
hökm işkalsız deyildir. Ehtiyat bir-birləri ilə razılaşmalıdır. Əgər sazişə (müsalihəyə) razı 
olmasalar, onların mübahisəsini həll etmək üçün şəriət hakiminə müraciət etməlidirlər. 
3. XƏZİNƏ 
Məsələ 1776: Xəzinə adət üzrə olmayan yerdə – torpaqda, ağacda, dağda və ya divarda 
saxlanan mənqul (nəql olunan, daşına bilən) və bir kəsin asanlıqla tapa bilmədiyi maldır. 
Məsələ 1777: İnsan, bir şəxsin mülkü olmayan, yaxud məvat olan və özünün becərməsi ilə 
sahib olduğu bir yerdə xəzinə taparsa, onu özünə götürə bilər. Amma onun xümsünü 
verməlidir. 
Məsələ 1778: Xəzinənin nisabı, yüz beş misqal sikkəli gümüş və ya on beş misqal sikkəli 
qızıldır. Yə`ni xəzinədən əldə etdiyi şeyin qiyməti, bu ikisindən birisinin qiymətinə bərabər 
olarsa, onun xümsünü vermək vacibdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1779: Başqasından satın aldığı, yaxud icarə və s. yolla təsərrüf etdiyi mülkdə şər`ən 
hər hansı bir müsəlman və ya zimmi kafirə aid olmayan bir mülkdə, yaxud əgər aid olsa 
da, çox qədim zamanlarda aid olsa, belə ki, çox qədim olması onun üçün bir varisin 
olmadığına səbəb olsa, orada xəzinə tapsa xəzinəni özünə götürə bilər. Amma gərək onun 
xümsünü versin. Lakin, əvvəlki sahibinə aid olduğuna ağıl kəsən bir ehtimal verirsə, əgər 
mülkə, yaxud xəzinəyə və ya onun olduğu yerə (torpaq sahəsinə) sahiblik hüququ çatırsa, 
ona xəbər verməlidir. Əgər onun öz malı olduğunu iddia etsə, ona təhvil verməlidir. Əgər 
onun malı olmasını iddia etməzsə, ondan əvvəlki yerin sahibi olub, ona sahiblik hüququ 
çatan şəxsə xəbər verməlidir. Bu qayda ilə ondan əvvəl o yerin sahibi olub, o yerdə əli olan 
şəxslərin hamısına xəbər verməlidir. Əgər onların heç birisi onun malı olmasını iddia 
etməzsə, onun bir müsəlmana və ya zimmiyə aid olmasını da bilməsə, onu özünə götürə 
bilər. Amma gərək onun xümsünü versin. 
Məsələ 1780: Əgər eyni zamanda bir neçə yerdə basdırılmış bir neçə qab xəzinə tapılarsa 
və üst-üstə qiymətləri yüz beş misqal gümüş və ya on beş misqal qızıla çatarsa, gərək onun 
xümsünü versin. Amma əgər bir neçə vaxtda xəzinə taparsa, onların arasında çox zaman 
fasiləsi olmazsa, üst-üstə hesablanmalıdır. Əgər zaman fasiləsi çox olsa, hər biri ayrılıqda 
hesablanmalıdır (və qiyməti bu miqdara çatan hər birinin xümsünü vermək vacibdir. 
Qiyməti bu miqdara çatmayan xəzinənin isə xümsü yoxdur). 
Məsələ 1781: Əgər iki şəxs bir xəzinə tapsalar və onun qiyməti yüz beş misqal gümüş və ya 
15 misqal qızıla yetişsə, amma hər birisinin payı bu qiymətə yetişməsə, onun xümsünü 
vermək lazım deyildir. 
Məsələ 1782: Satın almış olduğu bir heyvanın qarnından mal tapan şəxs, əgər o malın, 
satıcının və ya heyvanın əvvəlki sahibinin malı olduğuna ehtimal verib və onların da 
heyvana və qarnından tapılan malda əli (mülkiyyət hüququ) olarsa, onlara xəbər 
verməlidir. Əgər onun üçün bir sahib tapmasa, o, xəzinənin nisab miqdarına yetişsə, onun 
xümsünü verməlidir. Üstəlik ehtiyat vacibə əsasən, əgər ondan az da olsa, xumsunu versin, 
yerdə qalanı onun malı olur. Bu hökm xas bir yerdə yetişdirilən bir şəxsin onların yeməyini 
öhdəsinə aldığı balıq və bu kimi heyvanlara da aiddir. Amma əgər dəniz və ya çaydan 
tutulmuş olsa, heç bir şəxsə xəbər vermək lazım deyildir. 
4. HARAMA QARIŞMIŞ HALAL MAL 
Məsələ 1783: Əgər halal mal, haram mal ilə bir-birinə ayırd edilməyəcək şəkildə qarışarsa, 
haram malın sahibi və miqdarı da mə`lum olmasa, eləcə də haram malın miqdarının 
xumsdan az və ya çox olduğu da bilinməzsə, malın xumsunu verdikdən sonra, qalan hissəsi 
halal olur. Ehtiyat vacibə görə, (onun xumsunu) xumsa və məzalim verilməsinə müstəhəqq 
olan şəxsə verməlidirlər. 
Məsələ 1784: Əgər halal mal haramla qarışsa və insan haramın miqdarını – xumsundan az 
ya çoxunun miqdarını bilsə, amma sahibini tanımasa gərək o miqdarı sahibinin niyyətinə 
sədəqə versin və vacib ehtiyat odur ki, şəriət hakimindən də icazə alsın. 
Məsələ 1785: Əgər halal mal haramla qarışsa və insan haram miqdarını bilməsə, amma 
sahibini tanısa, bir-birlərini razı sala bilməsələr, gərək o şəxsin malı olduğunu yəqin etdiyi 
miqdarı ona versin. Hətta əgər o iki malın – halal və haramın qarışmasında özü 
günahkardırsa, ehtiyata əsasən onun malı olduğunu ehtimal etdiyi artıq miqdarı da ona 
verməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1786: Harama qarışmış halal malın xümsünü verdikdən sonra, haramın miqdarının 
xümsdən çox olduğunu başa düşərsə, gərək çox olduğunu bildiyi miqdarı da sahibinin 
adından sədəqə versin. 
Məsələ 1787: Əgər harama qarışmış halal malın xümsünü versə və ya sahibini tanımadığı 
təqdirdə malı onun niyyətilə sədəqə verərsə və sahibi tapıldıqdan sonra buna razı olmasa, 
lazım ehtiyata əsasən gərək onun malının miqdarını özünə versin. 
Məsələ 1788: Əgər halal mal haramla qarışsa və haramın miqdarı mə`lum olsa, insan onun 
sahibinin bir neçə nəfərdən başqası olmadığını bilərsə, lakin kimin olduğunu bilməsə, 
gərək onlara xəbər versin. Belə ki, onlardan biri «mənim malımdır» deyərsə və o biriləri 
isə onların malı olmadığını desələr və ya birincinin sözünü təsdiq etsələr, onu «mənim 
malımdır» deyən şəxsə verməlidirlər. Amma iki və daha çox adam «mənim malımdır» 
deyərlərsə, onların mübahisəsi razılaşma və bu kimi yolla həll olunmazsa, mübahisələrinin 
həll edilməsi üçün, şəriət hakiminə müraciət etsinlər. Əgər onların hamısı məsələdən 
xəbərsiz olduğunu bildirib razılaşmaya hazır olmasalar, zahirə əsasən o malın sahibi püşk 
ilə tə`yin edilər. Ehtiyat odur ki, şəriət hakimi və ya onun nümayəndəsi püşk işini icra 
etsin. 
5. DƏNİZƏ BAŞ VURMAQLA ƏLDƏ OLUNAN CƏVAHİRAT 
Məsələ 1789: Əgər üzgüçülük, yə`ni dənizə girmək vasitəsilə mirvari, mərcan və bu kimi 
cəvahirat əldə edilərsə, istər göyərən, istərsə də mə`dəni olsun, onun qiyməti 18 noxud 
qızıla yetişərsə, onun xümsü verilməlidir. Bu xüsusda, onun bir dəfəyə və ya neçə dəfəyə 
çıxarılması arasında bir fərq yoxdur. Amma birinci dəfə ilə ikinci dəfə arasında zaman 
fasiləsi çox olmamalıdır. Əgər iki dəfə arasında çox fasilə olarsa, məsələn, iki fəsildə suyun 
altına girərsə, hansının qiyməti 18 noxud qızıla yetişməsə, onun xümsünü vermək vacib 
deyildir. Həmçinin üzgüçülükdə iştirak edən bir neçə şəxsdən hansının payı 18 noxud qızıla 
yetişməzsə, onun xümsünü vermək vacib deyildir. 
Məsələ 1790: Əgər dənizə baş vurmadan başqa müəyyən vasitələrlə cəvahirat əldə edilərsə, 
ehtiyata əsasən onun xümsü vacibdir. Amma əgər dənizin suyu üzündən və ya dənizin 
kənarından cəvahirat əldə edilərsə, yalnız o təklikdə və ya başqa qazancları ilə birlikdə, 
illik xərclərindən artıq qalarsa, gərək onun xümsü verilsin. 
Məsələ 1791: İnsanın dənizin dibinə girmədən tutduğu balıq və ya digər heyvanların 
xümsü o surətdə vacibdir ki, təklikdə, yaxud başqa mənfəətləri ilə birlikdə illik 
xərclərindən artıq olsun. 
Məsələ 1792: Əgər insan dənizdən bir şey çıxarmaq məqsədi olmadan dənizin dibinə girib, 
təsadüfən cəvahirat əldə edib, ona sahib olmağı qəsd edərsə, gərək onun xümsünü versin. 
Hətta vacib ehtiyat odur ki, hər təqdirdə onun xümsünü versin. 
Məsələ 1793: Əgər insan dənizin dibinə girib bir heyvan çıxarıb, onun qarnından cəvahirat 
tapsa (sədəf kimi heyvan bunlara aiddir, çünki adətən onun qarnında cəvahir olur), əgər 
nisab həddinə yetişərsə, gərək onun xümsünü versin. Amma əgər təsadüfən cəvahiri 
udmuşsa, lazım ehtiyat odur ki, onun nisab miqdarına çatmasa da, xümsü verilsin. 
Məsələ 1794: Əgər Dəclə və Fərat kimi böyük çayların dibinə girib cəvahirat çıxartsa, 
gərək onun xümsünü versin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1795: Əgər suya girib qiyməti 18 noxud qızıl və ya daha çox olan bir ənbər çıxartsa, 
gərək onun xümsünü versin. Hətta əgər suyun üzündən və ya dəniz kənarından da ələ 
gətirsə, eyni hökmü daşıyır. 
Məsələ 1796: Qazancı üzgüçülük və ya mə`dən çıxarmaq olan şəxs, əgər bunların xümsünü 
versə və bunlar onun illik xərclərindən artıq qalarsa, ikinci dəfə onların xümsünü vermək 
lazım deyildir. 
Məsələ 1797: Əgər bir uşaq mə`dən çıxarsa və ya bir xəzinə tapsa, yaxud da dənizə baş 
vurmaqla bir cəvahir əldə edərsə, gərək vəlisi onun xümsünü versin. Əgər vəlisi verməsə, 
özü həddi-büluğa çatdıqdan sonra onun xümsünü verməlidir. Həmçinin əgər uşağın 
harama qarışmış bir halal malı varsa, gərək vəlisi qarışıq malda deyilən hökmə əməl etsin. 
6. QƏNİMƏT 
Məsələ 1798: Müsəlmanların İmamın (ə) əmrilə kafirlərlə müharibədə vuruşduqları zaman 
əldə etdikləri əşyalar qənimət adlanır. Qənimətdən, İmama (ə) məxsus olan əşyalar 
ayrıldıqdan sonra yerdə qalanının xumsu verilməlidir. Qənimətə xumsun vacib olması 
xususunda, onun mənqul və qeyri-mənqul olması arasında bir fərq yoxdur. Amma 
ənfaldan olmayan ərazilər, döyüş İmamın (ə.) əmrilə olmasa da, müsəlmanların hamısına 
aiddir. 
Məsələ 1799: Əgər müsəlmanlar, İmamın (ə) icazəsi olmadan kafirlərlə döyüşüb, onlardan 
qənimət ələ keçirsələr, ələ gətirdikləri qənimətlərin hamısı İmamındır (ə) və döyüşə 
gedənlərin onda heç bir haqqı yoxdur. 
Məsələ 1800: Kafirlərin əllərində olan malların sahibləri, malının qorunması lazım olan 
şəxslərdən olarsa, yə`ni müsəlmanın, yaxud İslamın zimməsində olan bir kafirin, yaxud 
əhd (müqavilə) bağlanan kafirin malı olsa, o mallara qənimət hökmü cari deyildir. 
Məsələ 1801: İslamın zimməsində olmayan hərbi kafirin malını oğurluq və bu kimi yolla 
almaq, xəyanət və amanı pozma sayılarsa, haramdır. Bu yollarla onlardan alınan əşyalar 
da, ehtiyata əsasən gərək qaytarılsın. 
Məsələ 1802: Məşhur nəzərə əsasən, mö`min olan bir şəxs, nasibi olan (Əhli-Beytlə 
düşmənlik edənlər) şəxslərin malını özünə götürüb xümsünü verə bilər. Amma bu hökm 
işkalsız deyildir. 
7. ZİMMİ-KAFİRİN MÜSƏLMANDAN ALDIĞI ƏRAZİ 
Məsələ 1803: Əgər zimmi kafir, müsəlmandan bir yeri satın alsa, məşhur nəzərə əsasən, 
onun xümsünü həmin yerdən və ya başqa malından verməlidir. Amma xumsun mə`lum 
mə`nasıyla bu yerdə vacib olması mübahisəlidir. 
XUMSUN XƏRCLƏNMƏSİ 
Məsələ 1804: Xums iki hissəyə bölünməlidir: onun yarısı seyyidlərin hissəsidir. O, fəqir, 
yetim və ya səfərdə möhtac qalmış seyyidlərə verilməlidir. Onun digər yarısı İmamın (ə) 
payıdır ki, onu bu zamanda gərək camiüş-şərait müctəhidə versinlər, ya da onun icazə 
verdiyi bir yerdə xərcləsinlər. Lazım ehtiyata görə o müctəhid, ümumi cəhətləri bilən ə`ləm 
müctəhid olmalıdır. 
Məsələ 1805: Xüms verilən yetim seyyid, gərək fəqir olsun. Lakin səfərdə çətinliyə düşmüş 
seyyidə, vətənində fəqir olmasa da, xums vermək olar. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1806: Səfərdə çətinliyə düşmüş seyyidin səfəri, günah olan bir səfər olarsa, vacib 
ehtiyata əsasən, gərək ona xums verilməsin. 
Məsələ 1807: Ədalətli olmayan seyyidə xums vermək olar. Amma on iki imama (ə) 
inanmayan seyyidə gərək xums verilməsin. 
Məsələ 1808: Xumsu günah işdə sərf edən seyyidə xums vermək olmaz, hətta, xums vermək 
onun günah etməsinə kömək edərsə, ehtiyat vacibə görə gərək ona xums verməsinlər, hətta 
onu günaha sərf etməyəcəksə belə. Həmçinin ehtiyat vacib odur ki, şərab içən, namaz 
qılmayan və ya aşkar günah edən bir seyyidə xums verməsinlər. 
Məsələ 1809: «Seyyidəm» deyən şəxsə, bu sözünə əsasən, xums verilə bilməz. Amma əgər 
iki adil şəxs onun seyyid olduğunu təsdiq edərsə və ya insan onun seyyid olmasına yəqin və 
ya əmin olarsa, ona xums verilə bilər. 
Məsələ 1810: Öz şəhərində seyyid olması ilə məşhur olan şəxsə, əgər insanın onun seyyid 
olmasına xatircəmliyi, ya yəqinliyi olmasa da, xums vermək olar. 
Məsələ 1811: Xanımı seyyidə olan bir şəxs, vacib-ehtiyata əsasən, öz xumsunu onun özünün 
xərcləməsi üçün ona verə bilməz. Amma əgər başqalarının xərcini ödəmək o qadına vacib 
olsa, belə ki, o da onların xərcini ödəyə bilməsə, onlara xərcləməsi üçün, əri ona xums verə 
bilər. Həmçinin vacibdən qeyri-nəfəqələrə sərf etməkdən ötəri ona xums verilə bilər. 
Məsələ 1812: Əgər bir kişi seyyidin və ya insanın öz arvadı olmayan bir qadın seyyidin 
xərclərini tə`min etmək insana vacib olsa, vacib ehtiyata əsasən onun yeməyini, paltarını və 
digər vacib xərclərini xumsdan verə bilməz. Amma vacib olmayan məsrəflərinə xərcləməsi 
üçün ona bir miqdar xums verməsinin maneçiliyi yoxdur. 
Məsələ 1813: Xərci başqasının üzərinə vacib olan bir fəqir seyyidə, əgər o şəxs xərcini 
vermə gücünə sahib olmasa və ya vermə gücünə sahib olduğu halda verməsə, ona xums 
vermək olar. 
Məsələ 1814: Vacib ehtiyat odur ki, bir ilin xərcindən artıq bir fəqirə xums verilməsin. 
Məsələ 1815: Əgər insan, yaşadığı şəhərdə müstəhəqq bir seyyid tapmasa gərək başqa 
şəhərə aparsın. Hətta əgər öz məntəqəsində müstəhəqq olsa da, başqa şəhərə apara bilər, 
bu şərtlə ki, xumsu verməkdə səhlənkarlığa yol verməsin. Hər halda, əgər tələf olsa, 
hərçənd onu qoruyub saxlamaqda səhlənkarlıq etməsə belə, zamindir və onu aparmaq 
xərcini xumsdan götürə bilməz. 
Məsələ 1816: Əgər şəriət hakiminin və ya onun vəkilinin tərəfindən vəkil olaraq xumsu 
alsa, onun öhdəsindən götürülür. Əgər ikisindən birinin əmri ilə xumsu alıb bir şəhərdən 
başqa şəhərə aparsa və səhlənkarlıq olmadan tələf olsa, zamin deyil. 
Məsələ 1817: Malı həqiqi (real) qiymətindən artıq hesab edib xums olaraq vermək caiz 
deyildir. 1756-cı məsələdə də qeyd olunduğu kimi, şəriət hakiminin icazəsi olmadan puldan 
başqa, digər bir malı xums olaraq vermək mütləqən məhəlli-işkaldır. 
Məsələ 1818: Müstəhəqqdən tələbkar olan, (ona borc vermiş olan şəxs) öz tələbini xums 
əvəzi hesab etmək istəsə, vacib ehtiyata əsasən, ya gərək şəriət hakimindən icazə alsın, 
yaxud da xumsu müstəhəqqinə verməli və sonra müstəhəqq olan şəxs onu öz borcunun 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
əvəzinə ona geri qaytarmalıdır. Müstəhəqq olan şəxsdən vəkaləti olaraq xumsu onun 
tərəfindən götürüb, borcun əvəzinə geri də ala bilər. 
Məsələ 1819: Mal sahibi, xumsu müstəhəqqinə verib ona, xumsu özünə qaytarmasını şərt 
qoya bilməz. 
ZƏKATIN HÖKMLƏRİ 
Məsələ 1820: Aşağıda sayılan bu bir neçə şeyin zəkatı vacibdir: 
1) Buğda 
2) Arpa 
3) Xurma 
4) Kişmiş 
5) Qızıl 
6) Gümüş 
7) Dəvə 
8) İnək 
9) Qoyun 
10) Lazım ehtiyata əsasən ticarət malı (sərmayə) 
Bu on şeydən birinə (qarşıda izah ediləcək şərtlərlə) sahib olan şəxs, gərək müəyyən bir 
miqdarını deyilən məsrəflərin birinə versin. 
ZƏKATIN VACİB OLMASININ ŞƏRTLƏRİ 
Məsələ 1821: Zəkat əvvəldə deyilən on şeydə, ancaq malın sonradan deyiləcək nisab (ölçü) 
miqdarına yetişdiyi, insanın şəxsi malı olduğu və sahibinin azad olduğu təqdirdə vacib olar. 
Məsələ 1822: Şəxs on bir ay inək, qoyun, dəvə, qızıl və gümüşə sahib olarsa, baxmayaraq 
ki, 12-ci ayın əvvəlində ona zəkat vacib olur, amma gərək həmin il tamam olduqdan sonra, 
növbəti ilin əvvəlini, 12-ci ayın tamamından sonra hesab etsin. 
Məsələ 1823: Zəkatın qızıl, gümüş və ticarət malında vacib olması onun sahibinin bütün il 
boyu ağıllı və həddi-büluğa yetmiş olması ilə şərtlənir. Amma buğda, arpa, xurma, kişmiş, 
dəvə, inək və qoyunda onların sahibinin həddi-büluğa çatması və ağıllı olması şərt deyildir. 
Məsələ 1824: Buğda və arpaya zəkat o vaxt vacib olur ki, onlara buğda və arpa deyilsin. 
Kişmişin zəkatı isə, onun üzüm olduğu zaman vacib olur. Xurmanın zəkatı da, ərəb ona 
«təmr» dediyi vaxt vacib olur. Amma onun nisabını nəzərə almaq (və zəkatını vermək) 
zamanı quruduğu vaxtdır; buğda və arpanın zəkatının vacib olması xırmanda samandan 
ayrıldığı vaxtdır; xurma və kişmişdə isə onları dərmə zamanıdır. Əgər bu vaxtda üzürlü 
səbəb olmadan, eləcə də müstəhəqq ola-ola zəkatı verməyi tə`xirə salsa və tələf olsa, malik 
ona zamindir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1825: Əvvəlki məsələdə deyilən buğda, arpa, kişmiş və xurmaya zəkatın vacib 
olmasında, onların sahibinin onlardan istifadə (təsərrüf) edə bilməsi şərt deyildir. Deməli, 
əgər mal sahibinin, yaxud onun vəkilinin əlində olmasa da, məsələn; bir şəxs onları qəsb 
etmiş olsa, hər vaxt əlinə çatsa, zəkatı vacib olar. 
Məsələ 1826: İnək, qoyun, dəvə, qızıl və gümüşün sahibi, ilin bir hissəsində sərxoş və ya 
bihuş olarsa, zəkat ondan saqit olmaz. Həmçinin əgər buğda, arpa, xurma və kişmiş 
zəkatının vacib olduğu zaman sərxoş və ya bihuş olarsa da, hökm eynidir. 
Məsələ 1827: Buğda, arpa, xurma və kişmişdən başqa şeylərə zəkatın vacib olmasında, 
sahibinin şər`ən və təkvinən onda təsərrüf etməyə müqtədir (yə`ni qüdrətli) olması şərtdir. 
Deməli, əgər bir şəxs onu e`tina olunacaq bir zaman ərzində qəsb etmiş olsa və sahibi 
şər`ən onu təsərrüf etməkdən məhrum edilərsə, onun zəkatı yoxdur. 
Məsələ 1828: Əgər qızıl, gümüş və ya bunlar kimi zəkat vacib olan bir şeyi borc alsa və bir 
il saxlayarsa, gərək onun zəkatını versin. Borc verən şəxsə isə bir şey vacib deyildir. Amma 
əgər borc verən şəxs onun zəkatını versə, borc alanın üzərindən götürülür. 
BUĞDA, ARPA, XURMA VƏ KİŞMİŞİN ZƏKATI 
Məsələ 1829: Buğda, arpa, xurma və kişmişin zəkatı nisab həddinə çatdıqları vaxt vacib 
olur. Onların nisabı üç yüz sa`dır. Yə`ni bə`zilərinin dediyinə görə, təqribən 847 
kiloqramdır. 
Məsələ 1830: Zəkatı vacib olmuş buğda, arpa, xurma və üzümün zəkatını verməzdən əvvəl, 
ondan bir miqdarını özü və ailəsi yeyərsə və ya zəkat niyyəti olmadan fəqirə verərsə, sərf 
etdiyi miqdarın da zəkatını verməlidir. 
Məsələ 1831: Əgər buğda, arpa, xurma və kişmişin zəkatı vacib olduqdan sonra onun 
sahibi ölərsə, onun malından zəkat miqdarı verilməlidir. Amma əgər zəkat vacib olmazdan 
əvvəl ölərsə, varislərdən hansı birinin hissəsi nisab miqdarında olarsa, o öz payının 
miqdarını verməlidir. 
Məsələ 1832: Şəriət hakiminin tərəfindən zəkatı toplamağa məs`ul edilən şəxs, buğda və 
arpanın samandan ayrıldığı xırman zamanı, xurma və üzümün də quruduğu vaxt zəkatı 
tələb edilə bilər. Bu təqdirdə əgər bunların sahibi zəkat verməsə və zəkatı vacib olan şey 
tələf olub aradan gedərsə, onun əvəzini verməyə borcludur. 
Məsələ 1833: Əgər xurma və üzüm ağacına və ya buğda və ya arpa əkininə sahib olduqdan 
sonra, onların zəkatı vacib olarsa, onun zəkatını verməlidir. 
Məsələ 1834: Əgər buğda, arpa, xurma və üzümün zəkatı vacib olduqdan sonra, əkini və ya 
ağacı satarsa, gərək satıcı onların zəkatını versin. O, zəkatı verərsə, alıcıya bir şey vacib 
olmaz. 
Məsələ 1835: Əgər insan buğda, arpa, xurma və ya kişmiş alıb satanın onların zəkatını 
verdiyini bilsə və ya verib-vermədiyində şəkk edərsə, ona bir şey vacib deyildir. Amma 
əgər onların zəkatını vermədiyini bilərsə, gərək özü onların zəkatını versin. Amma əgər 
satıcı onu aldadarsa, zəkatı verdikdən sonra, zəkatın miqdarını ondan tələb edə bilər. 
Məsələ 1836: Əgər buğda, arpa, xurma və kişmişin ağırlığı yaş ikən nisab miqdarına 
yetişərsə və quruduqdan sonra bu miqdardan az olarsa, onun zəkatı vacib olmaz. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1837: Buğda, arpa və xurma qurumazdan əvvəl sərf edilərsə, onların qurusunun 
ölçüsü nisab miqdarında olarsa, gərək onları zəkatı verilsin. 
Məsələ 1838: Xurma üç qismdir: 
1. Qurudulan xurma; onunla bağlı zəkat hökmü əvvəldə deyilib. 
2. Yaş ikən istifadə edilə bilən xurma. 
3. Yetişməzdən əvvəl yeyilən xurma; 
İkinci qism xurmanın qurusu nisab miqdarına yetişəcək miqdarda olarsa, onun zəkatını 
vermək ehtiyat müstəhəbbdir. Zahir odur ki, üçüncü qismin zəkatı vacib deyil. 
Məsələ 1839: Zəkatı verilmiş buğda, arpa, xurma və kişmiş insanın yanında bir neçə il 
qalarsa, zəkatı yoxdur. 
Məsələ 1840: Əgər buğda, arpa, xurma və kişmiş yağış, yaxud çay suyu ilə suvarılarsa və 
ya Misirdəki tarlalar (əkin sahələri) kimi, yerin rütubətindən istifadə edərsə, onun zəkatı 
1/10-dir. Amma əgər vedrə və bu kimi şeylərlə suvarılarsa, onun zəkatı 1/20-dir. 
Məsələ 1841: Əgər buğda, arpa, xurma və üzüm həm yağış suyu ilə, həm də vedrə və bu 
kimi şeylərlə suvarılarsa, bu təqdirdə, ürfün nəzərində «vedrə və bu kimi şeylərlə 
suvarıldığı» sayılarsa, onun zəkatı 1/20-dir. Əgər «çay və yağışla suvarıldı» deyərlərsə, 
onun zəkatı 1/10-dir. Əgər «hər ikisilə də suvarılırdı» – deyərlərsə, onun zəkatı 3/40-dür. 
Məsələ 1842: Əgər camaatın sözündən onların nə söylədiyində şəkk edərsə və suvarma 
işini, xalqın hər ikisilə də suvarılmışdır və ya məsələn; yağışla suvarılmışdır – dediyi 
şəkildə olduğunu bilməzsə, 3/40 – verməsi kifayətdir. 
Məsələ 1843: Əgər camaatın onun hər ikisilə suvarılıb, yoxsa vedrə və bu kimi şeylərlə 
suvarılıb, dediyi xüsusda şəkk edərsə, 1/20-ni zəkat olaraq verərsə, kifayətdir. Həmçinin 
əgər camaat nəzərində «yağış suyu ilə sulanmışdır» deyildiyinə ehtimal verilirsə, hökm 
eynidir. 
Məsələ 1844: Əgər buğda, arpa, xurma və kişmiş yağış və çay suyu ilə suvarılarsa, vedrə və 
bu kimi şeylərlə suvarılmaya ehtiyacı olmadığı halda onlarla da suvarılarsa, amma vedrə 
və bu kimi şeylərlə edilən suvarma onun məhsulunun çoxalmasına kömək etməzsə, onun 
zəkatı 1/10-dir. Əgər adı çəkilən məhsullar vedrə və bu kimi şeylərlə suvarılarsa, yağış və 
çay suyuna ehtiyacı olmadığı halda onlarla da suvarılarsa, amma onlarla edilən 
suvarmanın onun məhsulunun çoxalmasına bir köməyi olmasa, zəkatı 1/20-dir. 
Məsələ 1845: Vedrə və bu kimi şeylərlə suvarılan tarlanın yanında başqa bir əkin olarsa və 
onun rütubətindən istifadə edib ayrıca suvarmaya ehtiyac qalmasa, vedrə ilə suvarılan 
əkinin zəkatı 1/20-dir, onun yanında olub rütubətindən istifadə edən əkin yerinin zəkatı isə, 
ehtiyata əsasən 1/10-dir. 
Məsələ 1846: Buğda, arpa, xurma və üzüm üçün sərf etdiyi xərcləri məhsuldan çıxıb, sonra 
nisab mülahizə edə bilməz. Bununla belə, əgər onlardan biri xərclənən məsrəflər mülahizə 
edilməzdən əvvəl nisaba yetişərsə, gərək onun zəkatını versin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1847: İnsan, əvvəl tarlaya əkdiyi toxumu (istər özündən olsun, istər satın almış 
olsun) məhsuldan götürüb sonra nisabı mülahizə edə bilməz, əksinə nisabı məhsulun 
məcmusuna nisbətən mülahizə etməlidir. 
Məsələ 1848: Dövlətin malın əslindən aldığı şeyə zəkat vacib olmaz. Məsələn; əgər əkinin 
məhsulu 2000 kq olsa və dövlət onun 100 kq-nı vergi olaraq alarsa, yalnız 1900 kq-nın 
zəkatı vacib olar. 
Məsələ 1849: İnsan, vacib ehtiyata əsasən, zəkatın vacib olmasından əvvəl etdiyi xərcləri 
məhsuldan götürüb, fəqət yerdə qalanının zəkatını verə bilməz. 
Məsələ 1850: Zəkat vacib olandan sonra etdiyi xərclərdən zəkat miqdarı üçün xərclədiyini 
onu xərcləməkdə şəriət hakimi və ya onun nümayəndəsindən icazə almış olsa da, ehtiyata 
əsasən məhsuldan götürə bilməz. 
Məsələ 1851: Buğda və arpanın xırman həddinə yetişməsini, üzüm və xurmanın quruma 
vaxtına yetişməsini gözləyib sonra zəkat verməsi vacib deyildir. Zəkat vacib olan vaxt zəkat 
miqdarının qiymətini mə`lum edib, qiymətini zəkat olaraq, vermək caizdir. 
Məsələ 1852: Zəkat vacib olandan sonra, əkini dərmədən və ya xurma və üzümü 
toplamadan müstəhəqq olan şəxsə, yaxud şəriət hakiminə ya da onların nümayəndəsinə 
müşaən (müştərək) təslim edə bilər. Təslim edərsə, ondan sonra edilən xərclərdə 
ortaqdırlar. 
Məsələ 1853: Mal sahibi əkinin və ya xurma və üzümün özünü şəriət hakiminə və ya zəkata 
müstəhəqq olan şəxsə, ya da onların təmsilçisinə (vəkilinə) təslim etdikdə, onları başqa 
mallar ilə birlikdə pulsuz və müşaən öz tarlasında saxlaması lazım deyildir. Onların 
yığılma və ya quruma vaxtına qədər tarlasında qalması üçün muzd istəyə bilər. 
Məsələ 1854: Əgər bir insanın iqlimləri dəyişkən olub, əkin və meyvələri eyni zamanda 
yetişməyən bir neçə şəhərdə buğda, arpa, xurma, üzüm kimi məhsulları olsa və onların 
hamısı bir ilin məhsulu sayılırsa, əvvəl yetişənin miqdarı nisab miqdarına çatarsa, onun 
zəkatını yetişdiyi an verməlidir. Qalanlarını isə yetişdiyi vaxt verməlidir. Amma əgər əvvəl 
yetişənin ölçüsü nisaba çatmazsa, məhsulun sonrakı qismləri yetişənə qədər səbr edər. 
Əgər hamısı birlikdə nisab miqdarına yetişərsə, onun zəkatı vacib olar, nisab miqdarına 
yetişməzsə, vacib olmaz. 
Məsələ 1855: Xurma və üzüm ağacları ildə iki dəfə meyvə verərsə, üst-üstə nisab 
miqdarına yetişərsə, ehtiyata əsasən zəkat vacib olar. 
Məsələ 1856: Quruduğu vaxt nisab miqdarına yetişəcək qədər təzə xurma və ya üzümü 
olarsa, əgər onun təzəsindən quruduğu vaxt ona vacib olan zəkat miqdarı zəkat qəsdilə 
verilərsə, eybi yoxdur. 
Məsələ 1857: Üzərinə quru xurma və ya üzümün zəkatı vacib olan şəxs, onların zəkatını 
təzə xurma və ya təzə üzümdən verə bilməz. Hətta onun qiymətini müəyyən edib, təzə olan 
ayrı bir üzüm və ya quru xurmanı zəkatın qiyməti olaraq verərsə də, məhəlli-işkaldır. 
Həmçinin üzərinə təzə xurma və ya təzə üzüm zəkatı vacib olsa, onun zəkatını quru 
xurmadan və ya kişmişdən verə bilməz. Hətta zəkatın qiyməti olaraq başqa bir xurma və 
üzümü verərsə, hərçənd təzə olsa da, məhəlli-işkaldır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1858: Borclu olan şəxs, üzərinə zəkat vacib olan mal olduğu halda ölərsə, əvvəlcə 
zəkata vacib olan maldan onun zəkatı bütünlüklə verilməli, sonra da onun borcu 
ödənilməlidir. Amma əgər zəkat onun zimməsində vacib olmuşsa, sair borcları kimidir. 
Məsələ 1859: Borclu olan bir şəxsin buğda, arpa, xurma və ya üzümü də olsa və o, ölsə və 
bunların zəkatı vacib olmazdan əvvəl, varisləri onun borcunu başqa mallarından 
ödəyərlərsə, hansının hissəsi nisab miqdarına yetişərsə, gərək onun zəkatını versin. Amma 
əgər, bunların zəkatı vacib olmazdan əvvəl onun borcunu ödəməzlərsə, belə ki, ölən şəxsin 
malı yalnız borcuna çatarsa, bunların zəkatını vermək vacib deyildir. Əgər ölən şəxsin malı 
borcundan çox olarsa və əgər onun borcunu ödəmək istədikləri halda tələbkara buğda, 
arpa, xurma və üzümdən də bir miqdar verməli olsalar, tələbkara verilən miqdarın zəkatı 
yoxdur. Yerdə qalanında isə varislərin hansının hissəsi nisab miqdarına yetişərsə, gərək 
zəkatını versin. 
Məsələ 1860: Əgər zəkatı vacib olmuş buğda, arpa, xurma və kişmişin yaxşısı və pisi 
vardırsa, vacib ehtiyat odur ki, yaxşının zəkatını pisdən verməsinlər. 
QIZILIN NİSABI 
Məsələ 1861: Qızılın iki nisabı var: Birinci nisabı 20 şər`i misqaldır ki, hər misqal 18 
noxuddur. Qızıl 20 şər`i misqala – normal 15 misqala yetişərsə, deyilən başqa şərtlərə də 
sahib olarsa, insan onun 1/40-ini ki, 9 noxud edər, zəkat olaraq verməlidir. Əgər bu 
miqdara yetişməzsə, onun zəkatı vacib deyildir. 
Qızılın ikinci nisabı, dörd şər`i misqal – normal 5 misqaldır. Yə`ni əgər üç normal misqal, 
15 normal misqala əlavə olarsa, bütün 18 misqalın hamısının zəkatı gərək 1/40 qərarı ilə 
verilsin. Əgər üç misqaldan az artırsa, fəqət on beş misqalın zəkatı verilir, o artığın zəkatı 
yoxdur. Həmçinin hər nə qədər artarsa, hökm eynidir, yə`ni 3 misqal əlavə olunursa, 
onların hamısının zəkatı verilir. Əgər az əlavə edilirsə, əlavə edilən miqdarın zəkatı 
yoxdur. 
GÜMÜŞÜN NİSABI 
Məsələ 1862: Gümüşün iki nisabı vardır: Onun birinci nisabı 105 normal misqaldır. Əgər 
gümüşün miqdarı 105 misqala yetişsə və deyilən başqa şərtlərə də malik olarsa, insan, onun 
1/40-ini ki, iki misqal 15 noxud edər – zəkat olaraq verməlidir. Əgər bu miqdara 
yetişməzsə, onun zəkatı vacib olmaz. 
Onun ikinci nisabı 21 misqaldır, yə`ni əgər 105 misqalın üzərinə 21 misqal artarsa, gərək 
deyildiyi kimi tamamilə 126 misqalın zəkatı verilsin və 21 misqaldan az artarsa, fəqət 105 
misqalın zəkatını verməlidir, artığı üçün zəkat yoxdur. Həmçinin, nə qədər artarsa, hökm 
eynidir; yə`ni, əgər 21 misqal artarsa, hamısının zəkatını verməlidir. Əgər az əlavə edilərsə, 
21 misqaldan az olan qismin zəkatı yoxdur. Əgər nisab həddinə çatıb-çatmamasında şəkk 
edərsə, ehtiyat vacibə görə axtarış etməlidir. 
Məsələ 1863: Nisab miqdarına yetişən qızıl və gümüşü olan bir şəxs, onun zəkatını vermiş 
olsa da, birinci nisabdan azalmayanadək, gərək hər il onun zəkatını versin. 
Məsələ 1864: Qızıl və gümüşün zəkatı, ancaq onlara sikkə vurulduğu və onlarla alverin 
rəvac olduğu təqdirdə, vacib olur. Əgər onların sikkəsi pozulmuş olsa da, amma onunla 
alver rəvacdadırsa zəkatı verilməlidir. Amma əgər rəvacdan düşmüş olsa, sikkəsi qalmış 
olsa belə, zəkatı yoxdur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1865: Qadınların bəzək olaraq işlətdikləri sikkəli qızıl və ya gümüş alverdə də 
işlədilirsə, yə`ni yenə də qızıl və gümüş pul olduğu qəbul edilirsə, ehtiyata əsasən onun 
zəkatı vacib olur. Amma əgər daha onunla alver edilmirsə, zəkatı vacib olmaz. 
Məsələ 1866: Qızıl və gümüşü olan bir şəxsin, əgər onların heç biri ilk nisab miqdarında 
olmasa, məsələn; 104 misqal gümüşü və 14 misqal qızılı olarsa, zəkat ona vacib deyil. 
Məsələ 1867: Əvvəldə deyildiyi kimi, qızıl və gümüşün zəkatının vacib olması üçün, onların 
nisab miqdarına yetişdikdən sonra, sahibinin əlində 11 ay qalmalıdır. Əgər on bir ay 
ərzində qızıl və gümüş ilk nisab miqdarından aşağı düşərsə, zəkat vacib olmaz. 
Məsələ 1868: Əgər on bir ay ərzində əlində olan qızıl və ya gümüşü, digər bir şeylə 
dəyişdirərsə ya da onları əridərsə, ona zəkat vacib olmaz. Amma əgər, zəkat verməkdən 
qaçmaq üçün onları başqa bir qızıl ya gümüşlə dəyişdirərsə, yə`ni qızılı, qızıl və ya 
gümüşlə, gümüşü, gümüş və ya qızılla dəyişdirərsə, vacib ehtiyat odur ki, onun zəkatını 
versin. 
Məsələ 1869: Əgər on ikinci ayda qızıl və gümüş pulu əridərsə, gərək onların zəkatını 
versin. Ərimə vasitəsilə onların qiymət və ya çəkisi azalarsa, gərək əritməzdən əvvəl vacib 
olan zəkatı versin. 
Məsələ 1870: Normal ölçüdən daha çox digər filiz qarışığı olan gümüş və qızıl pulu olsa, 
ona qızıl pul və ya gümüş pul deyilirsə, nisab miqdarına yetişənədək, onun saf (xalis) 
miqdarı nisab həddinə yetişməsə də, zəkatı vacib olur. Amma əgər, ona qızıl və gümüş pul 
deyilmirsə, onun saf (xalis) miqdarı nisab həddinə yetişsə belə, zəkatı vacib deyil. 
Məsələ 1871: Əlində olduğu qızıl və gümüş pulun normal miqdarda digər filiz qarışığı 
olursa, əgər onun zəkatını normal miqdardan daha çox başqa filizi olan pul ilə ya qızıl və 
gümüş puldan qeyri puldan versə eybi yoxdur, amma o pul ona zəkat vacib olan miqdarın 
qiymətində olmalıdır. 
DƏVƏ, İNƏK VƏ QOYUNUN ZƏKATI 
Məsələ 1872: Dəvə, inək və qoyunun zəkatının, deyilən şərtlərdən başqa, bir başqa şərti də 
vardır. O da, bütün il boyu çöl otundan otlamasıdır; buna görə də əgər ilin tamamını və ya 
bir qismini toplanmış otdan yeyərsə, ya da sahibinin və ya başqasının mülkü olan əkindən 
otlarsa, zəkatı yoxdur. Amma əgər ilin bütün günlərində bir gün və ya iki gün sahibinin 
mülkü olan otdan yeyərsə, ürfün nəzərində «il boyu çöldə otlayıb» deyilsə, ona zəkat vacib 
olar. Dəvə, inək və qoyunun zəkatının vacib olmasında, onların il boyunca işləməyən bir 
heyvan olması şərt deyildir. Hətta əgər bu heyvanlardan suvarmada, şumlamada və bu 
kimi işlərdə işlədərlərsə də, ürfün nəzərində «işsizdirlər» deyilsə, onların zəkatını 
verməlidir. Hətta əgər «işsizdir» deyilməsə də, gərək vacib ehtiyata əsasən gərək onların 
zəkatı verilsin. 
Məsələ 1873: Əgər insan özünün dəvə, inək və qoyunların otlaması üçün bir şəxsin 
əkmədiyi bir otlağı satın alarsa və ya icarəyə götürərsə, onların zəkatının vacib olması 
mübahisəlidir. Amma əhvət zəkatı verməkdir. Lakin əgər orada otarmaq üçün xərac 
verirsə, gərək zəkat versin. 
DƏVƏNİN NİSABI 
Məsələ 1874: Dəvənin on iki nisabı vardır: 
1. 5 dəvə: zəkatı bir qoyundur. Dəvənin sayı bu miqdara yetişməzsə, zəkatı yoxdur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
2. 10 dəvə: zəkatı iki qoyundur. 
3. 15 dəvə: zəkatı 3 qoyundur. 
4. 20 dəvə: zəkatı 4 qoyundur. 
5. 25 dəvə: zəkatı 5 qoyundur. 
6. 26 dəvə: zəkatı 2-ci ilinə daxil olmuş 1 dəvədir. 
7. 36 dəvə: zəkatı 3-cü ilinə daxil olmuş 1 dəvədir. 
8. 46 dəvə: zəkatı 4-cü ilinə daxil olmuş 1 dəvədir. 
9. 61 dəvə: zəkatı 5-ci ilinə daxil olmuş 1 dəvədir. 
10. 76 dəvə: zəkatı 3-cü ilinə daxil olmuş 2 dəvədir. 
11. 91 dəvə: zəkatı 4-cü ilinə daxil olmuş 2 dəvədir. 
12. 121 və daha çox dəvə. 
Bunların zəkatını ya 40 - 40 hesab edilib, hər 40 dənə üçün 3-cü ilinə daxil olmuş bir dəvə 
verməlidir ya da 50 - 50 hesab edilib, hər 50 dənə üçün 4-cü ilinə daxil olmuş 1 dəvə versin 
ya da 40 və 50 hesab etsin. Bə`zi yerlərdə 200 dəvəyə sahib olan hal kimi, 40-40, yaxud 50-
50 hesab etməkdə ixtiyar sahibidir. Lakin hər iki halda gərək hesabı elə etsin ki, yerdə bir 
şey qalmasın, əgər qalsa da, 9-dan artıq olmasın. Məsələn; əgər 140 dəvəsi varsa, 100 dəvəsi 
üçün 4-cü ilinə daxil olmuş 2 dəvə, 40 dəvə üçün də 3-cü ilinə daxil olmuş bir dəvə versin. 
Zəkat olaraq verilən dəvə dişi olmalıdır. Amma əgər altıncı nisabda iki yaşlı dişi dəvə 
tapmasa, üç yaşlı erkək dəvə kifayətdir. Əgər bu da olmasa, hər birini (satın) almaqda 
ixtiyar sahibidir. 
Məsələ 1875: İki nisab arasında zəkat vacib deyildir. Deməli, əgər dəvələrinin sayı 5 ədəd 
olan birinci ölçüdən keçsə, 10 ədəd olan 2-ci ölçüyə çatmasa, yalnız 5-nin zəkatını 
verməlidir. Həmçinin, sonrakı ölçülər də belədir. 
İNƏYİN NİSABI 
Məsələ 1876: İnəyin iki nisabı var: 
1. Otuz inək üçün: İnəyin sayı otuza çatarsa, başqa şərtlərə də malik olarsa, insan, ikinci 
ilinə daxil olmuş bir ədəd dana zəkat verməlidir. Vacib ehtiyat odur ki, gərək dana erkək 
olsun. 
2. 40 inək üçün: Zəkatı üçüncü ilə daxil olmuş dişi danadır. 30 ilə 40 arasında olan inəyin 
zəkatı vacib deyil. Məsələn: 39 ədəd inəyi olan bir şəxs, yalnız bunların 30-nun zəkatını 
verməlidir. Həmçinin əgər 40-dan çox inəyi olarsa, 60-a yetişməyənədək, yalnız 40-nın 
zəkatını verməlidir. 60-a yetişdikdən sonra, birinci nisabın iki bərabəri olduğuna görə 2-ci 
ilə girmiş iki dananı zəkat verməlidir. Hər nə qədər çoxalırsa, ya 30-30 hesab etməli, ya da 
40-40 hesab etməli və ya 30-40 olaraq hesab etməli və göstərilmiş qaydaya əsasən, zəkatı 
verməlidir. Amma gərək elə hesab etsin ki, bir şey artıq qalmasın, ya əgər bir şey artıq 
qalsa da 9-dan artıq olmasın. Məsələn; 70 inəyi olan bir şəxs, onları 30 və 40 hesabı ilə 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
hesablamalıdır. Çünki, əgər 30 hesabıyla hesablarsa, on ədədin zəkatı verilməmiş olaraq 
qalar. Bə`zi hallarda, 120 inəyi olduğu hal kimi, necə hesablamaqda ixtiyar sahibidir. 
QOYUNUN NİSABI 
Məsələ 1877: Qoyunun 5 nisabı vardır: 
1. 40 qoyun: zəkatı bir qoyundur. Qoyunların sayı 40-a yetişməyənədək zəkatı yoxdur. 
2. 121 qoyunun: zəkatı 2 qoyundur. 
3. 201 qoyunun: zəkatı 3 qoyundur. 
4. 301 qoyunun: zəkatı 4 qoyundur. 
5. 400 ədəd və ondan yuxarı olanda gərək 100 ədəd 100 ədəd hesab etsin və onların hər bir 
100 ədədinə 1 qoyun versin. Zəkatı qoyunların özündən vermək lazım (vacib) deyil, hətta 
əgər digər qoyun versə ya qoyunun qiymətinə uyğun pul versə, kifayətdir. 
Məsələ 1878: 2 nisab arasında zəkat vacib deyildir. Əgər birinin qoyunlarının sayı 40 ədəd 
olan birinci ölçüdən çox olub, 121 ədəd olan ikinci nisaba çatmayıbsa, yalnız 40 ədədinin 
zəkatını verməlidir. Artığının zəkatı isə yoxdur. Sonrakı ölçülərdə də belədir. 
Məsələ 1879: Nisab miqdarına çatmış dəvə, inək və qoyunun zəkatı vacibdir. İstər hamısı 
erkək ya dişi olsun və ya bə`zisi erkək, bə`zisi dişi olsun. 
Məsələ 1880: Zəkatda inək və camış bir cins hesab edilir, ərəb və qeyri-ərəb dəvəsi bir 
cinsdir. Həmçinin keçi, qoyun və bir illik qoyunun zəkatda bir-birindən fərqləri yoxdur. 
Məsələ 1881: Əgər zəkat üçün qoyun verirsə, gərək vacib ehtiyata əsasən, ən azı iki ilinə 
daxil olmuş olsun və əgər keçi versə, ehtiyata görə gərək 3 ilə daxil olmuş olsun. 
Məsələ 1882: Zəkat əvəzinə verdiyi qoyunun qiyməti başqa qoyunlardan müxtəsər az olsa 
eybi yoxdur. Lakin yaxşı olar ki, qiyməti bütün qoyunlardan baha olan qoyunu versin, 
inək və dəvə də bu cürdür. 
Məsələ 1883: Əgər bir neçə nəfər şərik olub, hər birinin səhmləri ilk nisaba çatsa, zəkatı 
verilməlidir. Səhmi ilk nisabdan az olan şəxsə zəkat vacib deyil. 
Məsələ 1884: Bir şəxsin neçə yerdə inək, dəvə və ya qoyunu olmuş olsa və üst-üstə nisab 
ölçüsündə olsalar, gərək onların zəkatını versin. 
Məsələ 1885: Əgər inək, qoyun və dəvəsi xəstə və eybli olsalar da, gərək onların zəkatını 
versin. 
Məsələ 1886: Əgər xəstə, ya eybli və ya qoca inəyi, qoyunu və dəvəsi varsa, zəkatını onların 
özündən verə bilər. Lakin onların hamısı sağlam, eybsiz və cavan olsa, xəstə, eybli və ya 
qocasını verə bilməz. Hətta əgər onların bə`zisi sağlam, bə`zisi xəstə, bir dəstəsi eybli, başqa 
dəstəsi eybsiz, bir miqdarı qoca və bir miqdarı cavan olsa, vacib ehtiyat odur ki, onların 
zəkatı sağlam, eybsiz və cavan heyvandan verilsin. 
Məsələ 1887: On bir ay tamam olmazdan əvvəl sahibi olduğu inəyi, qoyununu və dəvəni 
başqa şeylə əvəz etsə, yaxud nisabı olanı nisab miqdarı ilə həmən cinsdən əvəz etsə, 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
məsələn; 40 qoyun verib və başqa 40 qoyun alsa, əgər bu iş zəkatdan boyun qaçırmaq 
məqsədilə olmasa, ona zəkat vacib olmaz. Amma əgər bu məqsədlə olmuş olarsa, belə ki, 
hər ikisinin də mənfəəti bir çeşiddə olarsa, məsələn; hər iki qoyun süd verən qoyun olarsa, 
lazım ehtiyat odur ki, onun zəkatını versin. 
Məsələ 1888: İnək, dəvə və qoyunun zəkatını verməli olan şəxs onların zəkatını başqa 
malından versə, onların sayı nisabdan az olmayana qədər, gərək hər il zəkatını versin. 
Əgər onların özündən versə və birinci ölçüdən az olsa, zəkatı vacib deyil. Məsələn; 40 
qoyunu olan əgər başqa malından onların zəkatını versə, qoyunları 40-dan azalmayana 
qədər hər il gərək bir qoyun versin. Əgər onların özündən versə, 40-a çatmayana qədər ona 
zəkat vacib deyildir. 
TİCARƏT MALININ ZƏKATI 
İnsan müavizə (qarşılıqlı olaraq dəyişdirmə) əqdi ilə sahib olduğu və ticarət və qazanc əldə 
etmək üçün saxladığı malın (ehtiyata əsasən) bir neçə şərtlə zəkatını verməlidir. Onun 
zəkatı isə 1/40-dir. 
1. Sahibi ağıllı və həddi-büluğa çatmış olmalıdır. 
2. Mal ən azı 15 misqal sikkəli qızıl, yaxud 105 misqal sikkəli gümüş qədərində (dəyərində) 
olmalıdır. 
3. Onunla ticarət etməyi qəsd etdiyi vaxtdan bir il keçməlidir. 
4. Bir il boyunca ondan mənfəət götürmək niyətində qalmalıdır. Buna əsasən əgər ilin 
ortasında məqsədindən dönərsə və məsələn; onu xərcləri üçün sərf etmək istərsə, onun 
zəkatını vermək lazım deyildir. 
5. O malın sahibi bütün il boyunda onda təsərrüf etmək imkanına qadir olsun. 
6. İlin tamamında, sərmayənin miqdarına və ya daha artıq bir miqdarla müştərisi 
olmalıdır; buna əsasən əgər ilin bir qismində onun sərmayədən az müştərisi olarsa, onun 
zəkatını vermək vacib deyildir. 
ZƏKATIN XƏRCLƏNMƏSİ 
Məsələ 1889: Zəkat səkkiz yerdə xərclənir: 
1. Fəqir; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Sənəti, mülkü və 
ya sərmayəsi olub, onlarla bir illik xərcini ödəyə biləcək şəxs fəqir deyildir. 
2. Miskin; fəqirdən daha çətin bir halda olana deyilir. 
3. İmamın (ə), ya onun naibi tərəfindən zəkatları toplamaq, qorumaq, toplananların 
hesabını aparmaq və onları İmama (ə), naibinə və ya fəqirlərə yetişdirməy mə`mur edilmiş 
şəxs. 
4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara 
yardım edən kafirlər. Həmçinin, Rəsulullahın (s.ə.v.v) gətirdiyi şəriətin bə`zisinə imanları 
zəif olan müsəlmanlar, onlara zəkat vermək imanlarının güclənməsinə yol açarsa, vermək 
olar. Yaxud Həzrət Əmirəl-Mö`minin Əli (ə)-ın vilayətinə imanı olmayan müsəlmanlara 
zəkat vermək, onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat 
vermək olar. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
5. Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir). 
6. Borcunu verə bilməyən borcluya; 
7. Allah yolunda xərcləmək. Məsələn; məscid tikmək, dini elmlər oxunan mədrəsə tikmək, 
şəhər təmizləmək və yolları asfalt edib genişləndirmək kimi, faydası ümumi müsəlmanlara 
aid olan işlərdə xərcləmək. 
8. İbni-səbil; yə`ni səfərdə çətinliyə düşmüş müsafir. 
Bunlar zəkatın sərf edildiyi yerlərdir. Amma mal sahibi zəkatı İmamın (ə) və ya onun 
nümayəndəsinin icazəsi olmadan 3-cü və 4-cü yerə sərf edə bilməz. Lazım ehtiyata əsasən 
7-ci yerə xərcləməkdə də şəriət hakimindən icazə almalıdır. Bu yerlərə aid hökmlər 
qarşıdakı məsələlərdə deyiləcək. 
Məsələ 1890: Vacib ehtiyat odur ki, fəqir və ya miskin özünün və əhl-əyalının illik 
xərclərindən çox zəkat almasın. Əgər bir miqdar pulu və malı olsa, yalnız bir illik xərcinin 
miqdarına yetişmədiyi qədəri zəkat alsın. 
Məsələ 1891: İllik xərci olan şəxs, əgər ondan bir miqdarını xərcləyib, qaldığı miqdarın il 
xərclərinə çatası olub-olmamasına şəkk etsə, zəkat ala bilməz. 
Məsələ 1892: Gəliri illik xərclərindən az olan sənətkar, malik və ya tacir xərclərinin 
çatışmayan hissəsi üçün zəkat ala bilər və iş alətlərini, ya mülk və ya sərmayəsini xərclərinə 
sərf etməsi lazım deyil. 
Məsələ 1893: Özünün və ailə fərdlərinin illik məsrəflərinə sahib olmayan bir fəqirin, əgər 
içərisində oturduğu və mülkiyyətində olduğu bir evi və ya bir minik vasitəsi olarsa, belə ki, 
onlarsız yaşaya bilməzsə, abrını qorumaqdan ötrü olsa da zəkat ala bilər. Ev əşyaları, qab-
qacaq, qış və yay paltarı və ehtiyacı olduğu şeylər də bu kimidir. Bunlara sahib olmayan 
fəqir, bunlara ehtiyacı olmuş olsa, bu şeyləri zəkatla ala bilər. 
Məsələ 1894: Kəsb (ticarət) edərək özünün və ailəsinin xərclərini tə`min edə bilən bir fəqir 
tənbəllik üzündən bu işləri etməzsə, zəkat alması caiz deyil. Kəsb-ticarət elm öyrənməsinə 
mane olan bir dini tələbə heç bir halda fəqirlərin səhmindən zəkat ala bilməz. Amma əgər 
təhsil almaq ona vacibi-eyni olarsa, onda ala bilər və onun təhsil alması ümumi mənfəətə 
malik olsa, lazım ehtiyata görə şəriət hakiminin icazəsi ilə səbilullah səhmindən alması 
caizdir. Sənət öyrənməsi çətin olmayan bir fəqir, vacib ehtiyata əsasən, zəkat almaqla 
yaşaya bilməz. Lakin sənət öyrənməklə məşğul olduğu müddətdə zəkat ala bilər. 
Məsələ 1895: Əvvəli fəqir olmuş, indi «fəqirəm» deyən şəxsə, insana onun sözündən 
xatircəmlik gəlməsə də, zəkat verə bilər. Amma ehtiyata əsasən, əvvəldən fəqir olub-
olmadığı bir şəxsə mə`lum olmasa, fəqir olduğuna xatircəm olmayanadək, zəkat verə 
bilməz. 
Məsələ 1896: Əvvəli fəqir olmamış, indi «fəqirəm» deyən şəxsin sözündən xatircəmlik hasil 
olmasa, ona zəkat vermək olmaz. 
Məsələ 1897: Zəkat verən şəxs, əgər bir fəqirdən tələbkardırsa, öz tələbini həmin fəqirdən 
zəkat əvəzi hesab edə bilər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1898: Əgər bir fəqir ölsə və onun malı borcuna çatmasa, insan onda olan alacağını 
zəkat olaraq hesab edə bilər. Hətta, əgər onun malı borcu miqdarınca olsa, varisləri onun 
borcunu verməsələr və ya başqa cəhətə görə insan öz alacağını ala bilməsə, onda olan 
alacağını zəkat olaraq hesab edə bilər. 
Məsələ 1899: İnsanın fəqirə zəkat olaraq verdiyi şeyin zəkat olmasını ona deməsi lazım 
deyil. Hətta əgər fəqir xəcalət çəkərsə, zəkat məqsədilə verilən malın zəkat olduğunu aşkar 
etməməsi müstəhəbbdir. 
Məsələ 1900: Bir şəxsi fəqir hesab edərək, ona zəkat verib, sonra onun fəqir olmadığını 
anlayarsa və ya şər`i hökmü bilmədiyindən fəqir olmayan bir şəxsə zəkat verərsə, kifayət 
deyildir. Bu halda əgər verilən şey qalırsa, ondan alıb müstəhəqqə verməlidir. Əgər verilən 
şey yox olub aradan getmişdirsə, onu alan şəxs, onun zəkat olduğunu bilirdisə, onun əvəzini 
ondan alıb müstəhəqq olana verə bilər. Amma əgər zəkat olduğunu bilmirdisə, ondan heç 
bir şey ala bilməz. Öz malından zəkatın əvəzini müstəhəqq olana verməlidir. Hətta ehtiyat 
vacibə əsasən, fəqiri tanımaqda təhqiqat aparmış olsa, yaxud şər`i höccətə istinad etmiş 
olsa belə hökm eynidir. 
Məsələ 1901: Borclu olub, borcunu verə bilməyən şəxs, özünün illik xərclərinə malik 
olmasına baxmayaraq, borcunu ödəmək üçün zəkat ala bilər. Lakin o, borc aldığı malı 
gərək günah işlərdə xərc etməmiş olsun. 
Məsələ 1902: Borclu olub, borcunu verə bilməyən şəxsə zəkat versə, sonra o borcu, günah 
işlərdə xərclədiyini bilsə, belə ki, o borclu fəqir olsa, ona verdiyini fəqirlərə verilən 
qismindən hesab edə bilər. 
Məsələ 1903: Borclu olub borcunu ödəyə bilməyən şəxsin fəqir olmamasına baxmayaraq 
insan ondan olan öz tələbini zəkat əvəzi hesab edə bilər. 
Məsələ 1904: Xərci qurtarmış, yaxud miniyi işdən düşmüş müsafir belə ki, onun səfəri 
günah iş üçün olmasa və borc almaqla, ya bir şeyini satmaqla məqsədə çata bilməsə, öz 
vətənində fəqir olmasa belə, zəkat ala bilər. Amma əgər başqa yerdə borc almaqla, ya bir 
şey satmaqla səfər xərcini tə`min edə bilirsə, yalnız ora çatmaq miqdarında zəkat ala bilər. 
Ehtiyat vacibə görə, əgər öz vətənində olan bir malı satmaq və ya icarəyə verməklə yol 
xərcini hazırlaya bilərsə, gərək zəkat almasın. 
Məsələ 1905: Səfərdə əlacsız qalmış və zəkat almış müsafir vətəninə çatdıqdan sonra 
zəkatdan bir şey artıq qalmış olsa, əgər onu zəkat verən şəxsə qaytarmaq mümkün deyilsə, 
gərək onu şəriət hakiminə verib, zəkat olmasını da desin. 
ZƏKATA MÜSTƏHƏQQ OLANLARIN ŞƏRTLƏRİ 
Məsələ 1906: Mal sahibinin zəkatını verə bilən şəxs, gərək on iki imam şiəsi olsun. Əgər 
insan bir şəxsi, on iki imam şiəsi bilib, ona zəkat versə və sonra da şiə olmadığı mə`lum 
olsa, gərək ikinci dəfə zəkat versin. Hətta ehtiyat vacibə görə əgər bu barədə təhqiqat 
aparmış olsa və ya şər`i höccətə istinad etmiş olsa belə, hökm eynidir. 
Məsələ 1907: Əgər şiə olan uşaq, ya bir dəli fəqir olsa, insan onun vəlisinə zəkat versin, bu 
məqsədlə ki, verilmiş zəkat, uşaq və dəlinin mülkiyyətində olsun. Həmçinin özü və ya əmin 
bir şəxsin vasitəsi ilə zəkatı, fəqir uşaq və ya dəliyə sərf edə bilər. Zəkatın onlara sərf 
edildiyi zaman, zəkat niyyəti edilməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1908: Dilənçilik edən fəqirə, fəqir olması sübut olunsa, zəkat vermək olar. Lakin 
zəkatı günah işlərdə xərcləyənə zəkat vermək olmaz. Hətta verilən zəkatın özünü günah 
işdə xərcləməsə də, zəkat verilməsi onu günah işlətməyə rəğbətləndirərsə, ehtiyat vacibə 
əsasən, həmin şəxsə zəkat vermək olmaz. 
Məsələ 1909: Şərab içən, ya namaz qılmayan və həmçinin aşkarda böyük günah edən şəxsə, 
vacib ehtiyat odur ki, zəkat verilməsin. 
Məsələ 1910: Borclu olub borcunu verə bilməyən şəxsə, onun xərcləri insana vacib olsa da, 
insan onun borcunu zəkatdan verə bilər. 
Məsələ 1911: İnsan, xərcləri ona vacib olan övlad kimi şəxslərin xərclərini zəkatdan verə 
bilməz. Lakin əgər onların xərclərini verməsə, başqaları onlara zəkat verə bilər. Əgər 
xərcləri ona vacib olan şəxslərin xərclərini verməyə qadir deyilsə, zəkat da ona vacib olsa, 
onların nəfəqəsini (xərclərini) zəkatdan verə bilər. 
Məsələ 1912: Əgər insan öz oğluna onun öz qadınına, nökərinə və külfətinə xərcləmək üçün 
zəkat versə, eybi yoxdur. 
Məsələ 1913: Ata, zəkatın Allah yolunda olan qismindən oğlunun möhtac olduğu elmi və 
dini kitabları alaraq ona verə bilməz. Amma əgər ümumi məsləhət bunu tələb edirsə o 
halda bunu edə bilər və ehtiyata əsasən gərək şəriət hakimindən icazə alsın. 
Məsələ 1914: Ata zəkatla fəqir oğlunu evləndirə bilər, həmçinin ataya nisbət oğul da 
belədir. 
Məsələ 1915: Xərci əri tərəfindən verilən qadına habelə əri, xərclərini verməyən, amma 
hərçənd onun xərclərini verməyə məcbur etmək üçün şəriət hakiminə müraciət etməklə 
xərclərini ala bilən qadına zəkat vermək olmaz. 
Məsələ 1916: Siğə olunmuş bir qadın, fəqir olarsa, əri və başqaları ona zəkat verə bilər. 
Lakin əri ilə əqd zamanı onun xərclərini verməyə şərt edərsə, ya başqa cəhətdən onun 
xərcləri ərinə vacib olsa, əri onun xərclərini verdiyi təqdirdə, ona zəkat vermək olmaz. 
Məsələ 1917: Qadın öz fəqir ərinə, hərçənd, ər zəkatı o qadının xərclərinə sərf etsə belə, 
zəkat verə bilər. 
Məsələ 1918: Seyyid, seyyid olmayandan zəkat ala bilməz. Amma zərurət halı istisnadır. 
Ehtiyat vacibə görə zərurət də elə bir həddə olmalıdır ki, xums və sair vücuhatdan 
xərclərini təmin edə bilməsin. Həmçinin ehtiyat vacibə görə imkan olan surətdə hər gün o 
günün xərclərinə kifayət edəcək qədər almaqla o kifayətlənməlidir. 
Məsələ 1919: Seyyid olub-olmadığı mə`lum olmayan şəxsə zəkat vermək olar. Amma əgər 
özü seyyid olmasını iddia etsə və mal sahibi zəkatını ona versə, onun öhdəsindən (zəkat 
vermək) götürülməz. 
ZƏKATIN NİYYƏTİ 
Məsələ 1920: İnsan, zəkatı qürbət qəsdi ilə, yə`ni Allah-təalaya bəndəçilik və Onun əmrini 
yerinə yetirmək məqsədi ilə verməlidir. Əgər qürbət qəsdi olmadan versə günah etməsinə 
baxmayaraq kifayətdir. Niyyətində verdiyi şeyin mal zəkatı və ya fitrə zəkatı olduğunu da 
müəyyən etməlidir. Hətta əgər məsələn; buğda və arpanın zəkatı ona vacib olarsa, gərək 
verdiyi pulun qiymətinin arpa və ya buğda zəkatının olduğunu da müəyyən etsin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1921: Bir neçə malın zəkatı ona vacib olan şəxs, əgər bir miqdar zəkat verib, 
onların heç birisi üçün niyyət etməsə, əgər verdiyi şey onlardan birinin cinsindən olarsa, o 
cinsin zəkatı sayılır. Məsələn; 40 qoyun və 15 misqal qızılın zəkatı ona vacib olan şəxs, 
zəkat olaraq bir qoyun verib, onlardan heç birisinə niyyət etməzsə, qoyunların zəkatı hesab 
olunur. Amma əgər onların heç birinin cinsindən olmayan bir miqdar gümüş və ya əskinas 
pul verərsə, alimlərdən bə`zisi onun, onların hamısına bölündüyünü demişlər. Lakin bu 
hökm işkalsız deyildir. Onun heç birisinə hesab olmayıb, mal sahibinin mülkiyyətində 
qalmağı ehtimalı da vardır. 
Məsələ 1922: Əgər zəkat vermək üçün birini vəkil etsə, zəkatı o vəkilə verən vaxt gərək 
niyyət etsin. Ehtiyat müstəhəbb budur ki, onun niyyəti zəkatın fəqirə yetişən zamanına 
qədər davam etsin. 
ZƏKATIN MÜXTƏLİF MƏSƏLƏLƏRİ 
Məsələ 1923: İnsan, buğda və arpanın samandan ayrıldığı vaxt və xurma ilə üzümün 
quruduğu vaxt, gərək zəkatı ya fəqirə versin, ya da malından ayırsın. Qızıl, gümüş, inək, 
qoyun və dəvənin zəkatını isə 11-ci ay tamam olandan sonra, ya fəqirə verməli, ya da 
malından ayırmalıdır. 
Məsələ 1924: Zəkatı ayırandan sonra, onu müstəhəqqə dərhal verməsi lazım (vacib) deyil. 
Əgər əql sahiblərinin nəzərində düzgün sayılan bir məqsədlə tə`xirə salsa, eybi yoxdur. 
Məsələ 1925: Zəkatı müstəhəqqə çatdırmaq imkanı olan şəxs, əgər onu çatdırmasa və 
səhlənkarlıq üzündən aradan gedərsə, gərək onun əvəzini versin. 
Məsələ 1926: Zəkatı müstəhəqqə çatdırmaq imkanı olan şəxs, əgər zəkatı verməsə və 
mühafizəsində səhlənkarlıq etdiyi halda aradan gedərsə, zəkatı gecikdirməkdə səhih bir 
məqsədi yoxdursa, gərək onun əvəzini versin. Hətta əgər səhih bir məqsədi olsa, məsələn; 
müəyyən bir fəqiri nəzərə alıbsa və ya tədricən fəqirlərə çatdırmaq istəyirsə, ehtiyat vacibə 
görə zamindir. 
Məsələ 1927: Əgər zəkatı malın özündən ayırsa, qalan malı işlədə bilər və əgər başqa 
maldan kənara qoysa, bütün malı işlədə bilər. 
Məsələ 1928: İnsan ayırıb kənara qoyduğu zəkatı özü üçün götürüb yerinə başqa şey qoya 
bilməz. 
Məsələ 1929: Əgər ayırıb kənara qoyduğu zəkatdan mənfəət hasil olsa, məsələn; zəkat 
üçün kənara qoyduğu qoyun doğsa, zəkat hökmündədir. 
Məsələ 1930: Əgər zəkatı ayırıb kənara qoyan vaxt bir müstəhəqq hazır olsa, yaxşı olar ki, 
zəkatı ona versin. Amma əgər başqa bir nəfər nəzərdə tutmuş olsa və zəkatı ona vermək 
müəyyən bir cəhətdən daha yaxşı olsa, gərək zəkatı nəzərdə tutduğu insana versin. 
Məsələ 1931: Əgər şəriət hakiminin icazəsi olmadan, zəkat üçün ayırıb kənara qoyduğu 
mal ilə ticarət edərsə və zərər etsə, zərər adı ilə zəkatdan çıxa bilməz, amma əgər mənfəət 
etsə, lazım ehtiyata əsasən, gərək onu müstəhəqqə versin. 
Məsələ 1932: Əgər zəkat ona vacib olmazdan əvvəl, zəkat əvəzi fəqirə bir şey versə, zəkat 
hesab edilmir və zəkat ona vacib olandan sonra fəqirə verdiyi şey aradan getməyibsə və o 
fəqir də öz fəqirliyində qalıbsa, ona verdiyini zəkat hesab edə bilər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1933: Zəkatın bir adama vacib olmadığını bilən fəqir, əgər o adamdan bir şeyi 
zəkat adı ilə alsa və o şey yanında məhv olsa, zamindir. Belə ki, insana zəkat vacib olan 
vaxtda, əgər o fəqir öz fəqirliyində qalmış olsa, ona verdiyi şeyi zəkat əvəzində hesab edə 
bilər. 
Məsələ 1934: Zəkatın bir adama vacib olmadığını bilməyən fəqir, əgər o zəkat olaraq bir 
şey alsa və onun yanında tələf olarsa, zamin deyil və insan onun əvəzini zəkat hesab edə 
bilməz. 
Məsələ 1935: Müstəhəbb odur ki, inək, qoyun və dəvənin zəkatını abırlı fəqirlərə versin və 
zəkat verməkdə öz qohumlarını başqalarından, elm-kamal əhlini, elm-kamala sahib 
olmayanlardan, dilənçi olmayanları, dilənçilərdən üstün tutsun. Amma ola bilsin ki, bir 
fəqirə zəkatı vermək müəyyən bir cəhətdən daha yaxşı olsun. 
Məsələ 1936: Yaxşı olar ki, zəkatı aşkar, müstəhəbbi sədəqəni isə gizli versinlər. 
Məsələ 1937: Zəkat vermək istəyən şəxsin şəhərində bir müstəhəqq olmasa və zəkatı 
müəyyən olunmuş digər xərclərə çatdıra bilməsə, onu başqa bir yerə apara bilər. Bu halda 
əgər onun saxlanmasında səhlənkarlıq etməsə və tələf olsa, zamin deyil. O, şəriət 
hakimindən vəkalət alıb, onun vəkili adı ilə zəkatı götürərək onun icazəsi ilə başqa şəhərə 
apara bilər. Əgər zəkat tələf olsa, zamin deyildir. Daşınma xərcini də zəkatdan hesab edə 
bilər. 
Məsələ 1938: Əgər öz şəhərində müstəhəqq tapılsa, zəkatı başqa şəhərə apara bilər. Amma 
o şəhərə aparmaq xərclərini özündən verməlidir və əgər zəkat məhv olsa, zamindir. Şəriət 
hakiminin icazəsi olsa, bu hal istisnadır. 
Məsələ 1939: Zəkat vermək üçün buğda, arpa, kişmiş və xurmanın çəkilməsi və 
ölçülməsinin ücrət haqqı (yə`ni xərci) onun öz öhdəsindəndir. 
Məsələ 1940: İnsan verdiyi zəkatı müstəhəqqindən ona geri satmağını istəməyi məkruhdur, 
amma əgər müstəhəqq götürdüyü şeyi satmaq istəsə, o şeyə qiymət qoyandan sonra, o kəs 
ki, zəkatı ona vermişdir, onu almaqda başqalarından irəlidir. 
Məsələ 1941: Boynuna vacib olan zəkatı verib-vermədiyində şəkk edən şəxs, zəkatın 
boynuna gəldiyi mal mövcuddursa, onun şəkki keçmiş illərin zəkatı xüsusunda olsa belə, 
zəkatı verməlidir. Amma əgər o malın eyni tələf olmuşdursa, həmin ilin zəkatı olsa belə, 
boynuna heç bir şey vacib deyildir. 
Məsələ 1942: Fəqir zəkatı almamışdan qabaq onu miqdarından az qiymətə sülh edə 
(razılaşa) bilməz, ya bir şeyi onu qiymətindən bahasına zəkat əvəzi qəbul edə bilməz. 
Həmçinin malik verdiyi zəkata, geri qaytarmaq şərtini qoya bilməz, amma əgər müstəhəqq 
zəkatı aldıqdan sonra onu malikə qaytarmağına razı olsa maneəsi yoxdur. Məsələn; bir kəs 
çox zəkat verməyi borcludur, özü də fəqir olub və zəkatı verə bilmir, hal-hazırda da tövbə 
etmişdir. Əgər fəqir razı olsa ki, onu götürsün və ona bağışlasın, işkalı yoxdur. 
Məsələ 1943: İnsan, zəkatın Allah yolunda xərclənən qismindən Qur`an, dini və dua 
kitabları alıb vəqf edə bilməz. Amma əgər ümumun məsləhəti bunu lazım bilirsə ala bilər 
və lazım ehtiyata əsasən, gərək şəriət hakimdən icazə alsın. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1944: İnsan, zəkatdan bir mülk alıb övladına və ya xərcləri ona vacib olan şəxslərə, 
gələn gəliri özlərinə xərcləməkdən ötrü vəqf edə bilməz. 
Məsələ 1945: İnsan fəqir olmasa da və ya illik xərcləri miqdarında zəkat almış olsa da, 
həccə, ziyarətə və bu kimi yerlərə getmək üçün zəkatın Allah yolunda xərclənən qismindən 
zəkat ala bilər. Amma bu, onun həccə, ziyarətə və bu kimi yerlərə getməsi ümumi bir 
mənfəət olduğu təqdirdədir. Ehtiyata əsasən, zəkatın bu kimi işlərdə xərclənməsi üçün 
şəriət hakimindən icazə alınmalıdır. 
Məsələ 1946: Mal sahibi bir fəqiri, onun malının zəkatını vermək üçün vəkil edibsə, əgər o 
fəqir, mal sahibinin nəzərini o fəqirin özünün zəkatdan götürməməsi olmasına ehtimal 
verərsə, ondan bir şeyi özü üçün də götürə bilməz. Amma əgər mal sahibinin belə bir şeyi 
qəsd etmədiyinə yəqini olsa, özü üçün götürə bilər. 
Məsələ 1947: Əgər fəqir dəvə, qoyun, qızıl və gümüş zəkat olaraq alsa, belə ki, zəkatın 
vacibliyi üçün deyilmiş şərtlər onlarda cəm olsa, gərək zəkatlarını versin. 
Məsələ 1948: Əgər zəkatı vacib olmuş bir malda iki nəfər şərik olsa, onlardan biri öz 
payının zəkatını verib, sonra malı bölsələr, belə ki, şərikinin öz payının zəkatını 
vermədiyini və həmçinin, sonradan da verməyəcəyini bilsə də onun öz payında təsərrüf 
etməsinin maneəsi yoxdur. 
Məsələ 1949: Xums, ya zəkat borcu olanın üzərinə kəffarə, nəzir kimi şeylər də vacib olsa, 
həm də başqa bir borcu olsa, belə ki, hamısını verə bilməsə, əgər xums, ya zəkat vacib olan 
mal aradan getməmiş olsa, gərək xums və zəkatını versin. Əgər aradan getmiş olsa, zəkat, 
xums və borcu vermək, kəffarə və nəzri verməkdən əvvəldir. 
Məsələ 1950: Xums, ya zəkat borcu olan və İslam həcci ona vacib olan şəxs, həm də borcu 
olub ölsə və onun qalan malı bu borcların hamısına kifayət etməsə, belə ki, xums və zəkatı 
vacib olmuş mal aradan getməmiş olsa, xums və zəkatını verməli və qalan malını da 
borcuna sərf etməlidir. Amma əgər xums və zəkatı vacib olan mal aradan getmişsə, onun 
malını borclarının ödənməsinə sərf etməlidirlər. Əgər bir şey qalarsa, həcc üçün sərf 
etməlidirlər. Əgər başqa bir şey də qalarsa, xums ilə zəkatın arasında bölməlidirlər. 
Məsələ 1951: Elm təhsilinə məşğul olan şəxs, əgər təhsil almasa, dolanışığı üçün işləyə 
bilərdisə, belə ki, o elmi öyrənmək vacibi-eyni olsa, ona fəqirlərin səhmindən zəkat vermək 
olar. Əgər təhsil aldığı elm, ümumi məsləhət olarsa, şəriət hakiminin icazəsilə zəkatın Allah 
yolunda xərclənən qismindən ehtiyata əsasən ona vermək caizdir. Bu iki surətdən başqa 
hallarda ona zəkat vermək caiz deyildir. 
FİTRƏ ZƏKATI 
Məsələ 1952: Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, 
bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin 
hər biri üçün, bir «sa`» – təqribən 3 kiloqram – öz şəhərində normal olan yeməklərdən, 
məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. 
Bunun əvəzinə pul verərsə, kifayətdir. Lazım ehtiyat odur ki, öz şəhərində normal olmayan 
yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin. 
Məsələ 1953: Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin 
xərclərini tə`min edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı 
verməsi vacib deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1954: İnsan, fitr bayramı gecəsinin gün batan vaxtı onun çörəyini yeyən hesab 
olunan şəxslərin fitrəsini gərək versin. İstər kiçik olsun ya böyük, istər müsəlman olsunlar, 
istərsə kafir, istər onların xərclərini vermək ona vacib olsun, istərsə olmasın, istər onun 
şəhərində, istərsə başqa şəhərdə olmuş olsalar da, gərək fitrələrini versin. 
Məsələ 1955: Başqa şəhərdə olub, çörək yeyəni hesab edilən şəxsin onun öz malından 
özünün fitrəsini verməyə vəkil etsə, belə ki, fitrəsini verəcəyinə xatircəm olsa özünün, onun 
fitrəsini verməsi lazım deyildir. 
Məsələ 1956: Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən 
(müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olar. 
Məsələ 1957: Fitr bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək, 
onun çörəyini yeyən hesab olunursa, ehtiyata əsasən, onun fitrəsini vermək vacibdir. Əks 
təqdirdə, vacib deyildir. Bayram gecəsi iftara çağırdığı şəxs ev sahibinin çörəyini yeyən 
hesab olunmur və onun fitrəsi ev sahibinə vacib deyil. 
Məsələ 1958: Fitr bayramı axşamı, gün batdığı vaxt, dəli olan şəxsin dəliliyi bayram 
gününün zöhrünə qədər qalarsa, ona fitrə zəkatı vermək vacib deyildir. Əks təqdirdə vacib 
ehtiyata əsasən fitrəni verməsi lazımdır. 
Məsələ 1959: Əgər gün batmazdan əvvəl, uşaq həddi-büluğa çatarsa, dəli ağıllanarsa və ya 
fəqir dövlətli olarsa, fitrənin vacib olma şərtlərinə malik olduğu təqdirdə gərək fitrə zəkatı 
versin. 
Məsələ 1960: Fitr bayaramı axşamı, gün batdığı vaxt, fitrə zəkatı vacib olmayan şəxs, əgər 
bayram gününün zöhrünə qədər, fitrənin vacib olma şərtləri onda mövcud olsa, vacib 
ehtiyat odur ki, fitrə zəkatını versin. 
Məsələ 1961: Fitr bayramı gecəsi, gün batandan sonra müsəlman olmuş kafirə fitrə vacib 
deyil, amma şiə olmayan müsəlman Ayı gördükdən sonra şiə olsa, gərək fitrə zəkatını 
versin. 
Məsələ 1962: Fəqət bir sa` (təqribən 3 kq) buğda və bu kimi şeylərə malik olan şəxsə, 
müstəhəbbdir ki, fitrə zəkatı versin. Ailəsi olub, onların da fitrə zəkatını vermək istəsə, o 
bir sa`nı fitrə niyyəti ilə ailə üzvlərindən birinə verər, o da bu niyyətlə bir başqasına verib, 
bu qayda ilə ailəsinin axırıncı üzvünə qədər dolandırar. Axırıncı şəxsin də aldığı şeyi 
özlərindən olmayan bir başqasına verməsi daha yaxşıdır. Əgər onlardan biri dəli, yaxud 
səğir uşaqdırsa, uşağın vəlisi onun yerinə ala bilər. Amma ehtiyat müstəhəbb odur ki, onun 
niyyətinə deyil, özü üçün götürsün. 
Məsələ 1963: Fitr bayramı gecəsi, gün batandan sonra bir şəxs uşaq sahibi olarsa, onun 
fitrə zəkatını vermək vacib deyil. Əgər gün batandan əvvəl uşağı doğulsa, yaxud izdivac 
etsə, əgər onun çörək yeyəni sayılsa, gərək onların da fitrəsini versin. Əgər başqasının 
çörək yeyəni olsalar, ona vacib deyil. Əgər başqa bir kəsin çörək yeyəni deyillərsə, qadının 
fitrəsi onun özünə vacibdir, uşağa isə bir şey vacib deyil. 
Məsələ 1964: Əgər insan birinin çörək yeyəni olub, gün batmazdan əvvəl başqasının çörək 
yeyəni olsa, onun fitrəsi sonrakı şəxsə vacibdir. Məsələn; əgər qız, gün batmazdan əvvəl ər 
evinə getsə, gərək əri onun fitrəsini versin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1965: Fitrəsinin başqası tərəfindən verilməsi lazım olan şəxsin öz fitrəsini verməsi 
vacib deyildir. Amma əgər o fitrəni verməsə, ya verə bilməsə, ehtiyat vacibə görə onun 
özünə vacib olur. Əgər 1952-ci məsələdə deyilən şərtlərə malik olsa, gərək öz fitrəsini 
versin. 
Məsələ 1966: Fitrəsi başqasına vacib olan şəxs, öz fitrəsini versə, onun fitrəsi başqasına 
vacib olan şəxsin boynundan saqit olmur. 
Məsələ 1967: Seyyid olmayan şəxs, seyyidə fitrə verə bilməz. Hətta əgər bir seyyid onun 
çörək yeyəni olsa, onun fitrəsini başqa seyyidə verə bilməz. 
Məsələ 1968: Ana, ya dayədən süd əmən uşağın fitrəsi, ana, ya dayənin xərclərini verən 
şəxsə aiddir. Lakin əgər ana, ya dayə öz xərclərini uşağın malından götürsələr, uşağın 
fitrəsi heç kəsə vacib deyil. 
Məsələ 1969: İnsan ailəsinin xərclərini haram maldan versə də, gərək onların fitrəsini halal 
maldan versin. 
Məsələ 1970: Əgər insan bənna, xərrat və xidmətçi kimi əcir tutduğu şəxsin, onun çörəyini 
yeyən hesab olunacaq şəkildə xərclərini verərsə, gərək onun fitrəsini də versin. Amma əgər, 
fəqət onun işinin ücrətini verərsə, onun fitrəsini vermək ona vacib deyildir. 
Məsələ 1971: Əgər bir şəxs, Fitr bayramı gecəsi, gün batmazdan əvvəl ölərsə, onun və ailə 
üzvlərinin fitrəsini onun malından vermələri vacib deyildir. Amma əgər gün batandan 
sonra ölərsə, üləmanın çoxu, buyurmuşlar ki, gərək onun və ailə üzvlərinin fitrəsini onun 
malından versinlər. Amma bu hökm işkalsız deyildir. Ehtiyatın tələbi gərək tərk edilməsin. 
FİTRƏ ZƏKATININ XƏRCLƏNMƏSİ 
Məsələ 1972: Fitrə zəkatı vacib ehtiyata əsasən, yalnız fəqirə verilməlidir. Məqsəd budur 
ki, fitrə zəkatı mal zəkatına müstəhəqq olanların şərtlərini özündə cəm edən şiə fəqirlərə 
verilməlidir. Amma əgər onun şəhərində şiə fəqir yoxdursa, başqa müsəlmanların 
fəqirlərinə də verə bilər. Amma hər təqdirdə gərək nasibiyə (Əhli-Beytlə düşmənlik edənə) 
verilməsin. 
Məsələ 1973: Əgər bir şiə uşağı fəqir olsa, insan fitrəni onun xərcinə çatdıra bilər ya uşağın 
vəlisinə verməklə uşağın mülkü edə bilər. 
Məsələ 1974: Fitrə verilən fəqirin adil olması lazım deyildir. Lakin vacib ehtiyata əsasən, 
şərab içən, namaz qılmayan və aşkara günah edənə fitrə verilməsin. 
Məsələ 1975: Fitrəni günah işlərdə xərcləyən şəxsə, gərək fitrə verilməsin. 
Məsələ 1976: Müstəhəbb ehtiyat odur ki, bir fəqirə bir sa`dan (təqribən 3 kq) az fitrə 
verilməsin, cəm olan fəqirlərə çatmasa, bu hal istisnadır. Lakin əgər çox verilsə, eybi 
yoxdur. 
Məsələ 1977: Qiyməti adi qiymətdən iki dəfə artıq olan maldan, məsələn; adi buğda 
qiymətindən iki dəfə artıq olan buğdadan yarım sa` versə, kifayət deyildir. Hətta əgər onu 
fitrə qiyməti məqsədi ilə də versə, kifayət deyildir. 
Məsələ 1978: İnsan yarım sa`nı bir cinsdən, məsələn; buğdadan və onun başqa yarısını isə 
arpadan verə bilməz, əgər onu fitrə qiyməti məqsədilə də versə, kifayət deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1979: Fitrə zəkatını verdikdə öz fəqir qohumlarını və qonşularını başqalarından 
üstün tutmaq müstəhəbbdir. Elm, din və fəzilət əhli olan fəqirləri başqalarından üstün 
tutmaq daha yaxşıdır. 
Məsələ 1980: Əgər insan birinin fəqir olmasını xəyal edib ona fitrə versə, sonra fəqir 
olmadığını başa düşsə, belə ki, ona verdiyi mal aradan getməmiş olsa, gərək geri alıb 
müstəhəqqə versin, əgər ala bilməsə, öz malından fitrənin əvəzini verməlidir. Əgər verdiyi 
şey aradan getmişdirsə, fitrəni alan şəxs aldığı şeyin fitrə olduğunu bilirdisə, onun əvəzini 
verməsi lazımdır. Əgər bilmirdisə onun əvəzini vermək ona (fəqirə) vacib deyil və insan 
gərək fitrəni yenidən versin. 
Məsələ 1981: Bir şəxsin «mən fəqirəm» deməsi ilə ona fitrə vermək olmaz. Amma onun 
sözündən insana xatircəmlik hasil olarsa və ya əvvəllər onun fəqir olduğunu bilirdisə, ona 
fitrə verilə bilər. 
FİTRƏ ZƏKATININ MÜXTƏLİF MƏSƏLƏLƏRİ 
Məsələ 1982: İnsan gərək fitrə zəkatını qürbət məqsədilə, yə`ni Allah-təalanın əmrini 
yerinə yetirmək və bəndəçilik məqsədilə versin və onu verən zaman fitrə vermək niyyətini 
etsin. 
Məsələ 1983: Əgər Ramazan ayından əvvəl fitrə versə, səhih deyildir və yaxşısı odur ki, 
Ramazan ayında da fitrəni verməsin. Lakin əgər Ramazandan əvvəl bir fəqirə borc versə 
və ondan sonra fitrə ona vacib olsa, öz borcunu fitrə əvəzi hesab etsə, maneəsi yoxdur. 
Məsələ 1984: Fitrə üçün verdiyi buğda və ya başqa bir şey, başqa bir malla, yaxud torpaqla 
qarışıq olmamalıdır. Əgər qarışıbsa, onun safı bir sa` olsa və ayırmadan istifadəsi mümkün 
olsa və ya ayırmaq fövqə`ladə artıq bir zəhmət istəməzsə, yaxud da qarışıq olan şey e`tina 
edilməyəcək qədər az olarsa, eybi yoxdur. 
Məsələ 1985: Əgər fitrəni qüsurlu (eybli) bir şeydən versə, vacib ehtiyata əsasən, kifayət 
deyildir. 
Məsələ 1986: Bir neçə nəfərin fitrəsini verən adamın hamısının bir maldan verməsi lazım 
deyildir. Məsələn; bə`zisinin fitrəsini buğdadan və bə`zisinin fitrəsini arpadan versə, 
kifayətdir. 
Məsələ 1987: Fitr bayramı namazını qılan, vacib ehtiyata əsasən, gərək bayram 
namazından əvvəl fitrəni versin. Lakin əgər bayram namazı qılmasa, fitrəni zöhrə qədər 
gecikdirə bilər. 
Məsələ 1988: Əgər fitrə niyyəti ilə malından bir miqdarını kənara qoyub, bayram günü 
zöhrə qədər müstəhəqqə verməsə, onu hər vaxt versə, fitrə niyyəti etsin. Əgər tə`xirə 
salmaq ağıllı bir məqsəd üçün olsa, eybi yoxdur. 
Məsələ 1989: Əgər bayram günü zöhrə qədər fitrəni verməsə və kənara da qoymasa, vacib 
ehtiyata əsasən sonradan əda və qəza niyyəti etmədən fitrəni versin. 
Məsələ 1990: Əgər fitrəni ayırıb kənara qoysa, onu özü üçün götürə bilməz və başqa malı 
fitrə üçün onun yerinə qoya bilməz. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1991: İnsanın fitrəsinin qiymətindən artıq olan bir malı olsa, fitrə verməyib, bu 
malın bir qisminin fitrə üçün olmasını niyyət edərsə, ehtiyat vacibə görə kifayət deyil. 
Məsələ 1992: Əgər fitrə üçün ayırıb qoyduğu malı aradan getsə, belə ki, fəqir tapıbsa və o 
fitrəni gecikdiribsə və ya qorumaqda səhlənkarlıq edibsə, gərək əvəzini versin. Əgər fəqirə 
əli çatmamışsa və ya qorumaqda səhlənkarlıq etməyibsə, zamin deyildir. 
Məsələ 1993: Əgər öz yerində müstəhəqq tapsa, vacib ehtiyat odur ki, fitrəni başqa yerə 
aparmasın, əgər başqa yerə aparıb müstəhəqqə versə kifayətdir. Əgər başqa yerə aparsa və 
tələf olsa, gərək onun əvəzini versin. 
HƏCCİN HÖKMLƏRİ 
Məsələ 1994: Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə 
yetirməkdir. Həcc ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan şəxsə bir dəfə vacib 
olur: 
1. Hədd-büluğa çatmış olsun. 
2. Aqil və azad olsun. 
3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi 
etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk 
etmək məcburiyyətində qalmamalıdır. Amma əgər bu halda həccə getsə, günah etməsinə 
baxmayaraq, həcci səhih olur. 
4. Müstəti` olsun və müstəti` olmağın şərtləri bunlardır: 
1) Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olsa, ya bunları əldə etməyə imkan verən 
malı olarsa; 
2) Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi 
olsun. Bu şərt həcci şəxsin özünün yerinə yetirməsində şərtdir. Bir kəsin maddi imkanı 
olsa, amma şəxsən özü həccə getmək üçün fiziki qüdrəti olmasa, yaxud şəxsən getməsi çox 
çətin olsa, (fiziki) vəziyyətinin də yaxşılaşmasına ümidi olmasa, gərək başqasını bu işə naib 
tutsun. 
3) Yolda getməyə mane olan bir şey olmasın; əgər yol bağlı olsa, ya yolda insanın canının, 
ya namusunun aradan getməsindən, ya malının aparılmasından qorxusu olsa, həcc ona 
vacib olmur. Lakin əgər başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə 
getsin, amma o yol, «həcc yolu bağlıdır» deyiləcək dərəcədə uzaq və qeyri-adi olsa, gərək o 
yolla getməsin. 
4) Sair cəhətlərdən imkanı olsun ki, Həcc əməllərini yerinə yetirə biləcək qədər vaxtı 
olmalıdır. 
5) Xanımı və uşaqları kimi xərclərini tə`min etmək boynuna vacib olan şəxslərlə, xərcliyin 
tərkolunması şəxs üçün çətin olan şəxslərin xərclərini tə`min etmiş olmalıdır. 
6) Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla 
tə`min edə bilməlidir. Belə ki, həccdən qayıtdıqdan sonra, həccə xərc etdiyi üçün çətinliklə 
yaşamağa məcbur qalmamalıdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 1995: Özünə məxsus evi olmadan ehtiyacını ödəməkdə çətinliyə düşən bir şəxsə, 
həcc, yalnız evin puluna sahib olduğu təqdirdə, vacibdir. 
Məsələ 1996: Məkkəyə gedə bilən qadın, qayıdandan sonra özünün malı olmasa və əri də 
məsələn, fəqir olub onun xərcini verə bilməsə və çətinliklə yaşamağa məcbur olsa, həcc ona 
vacib deyildir. 
Məsələ 1997: Yol azuqəsi və miniyi olmayan bir şəxsə, başqa birisi «sən həccə get, sənin 
həcc səfərində olduğun müddətdə sənin və ailənin tə`minatını mən ödəyəcəyəm» deyərsə, 
onun bu sözünə əmin oluna bilərsə, həcc ona vacib olar. 
Məsələ 1998: Bir şəxsə həccə getməsi üçün, həccə gediş-qayıdış məsrəflərini və bu müddət 
ərzində ailəsinin yaşayışını tə`min edəcək qədər mal bağışlanarsa, hərçənd borclu olsa və 
həccdən qayıtdıqdan sonra yaşayışını tə`min edəcək qədər malı olmasa da, həcc ona vacib 
olar. Amma əgər həcc günləri onun qazanc və iş günləri ilə eyni günlərə təsadüf olunarsa, 
belə ki, həccə getdiyi təqdirdə borcunu vaxtında qaytara bilməzsə və ilin digər günlərində 
məişət xərclərini, tə`min edə bilməzsə, ona həcc vacib deyildir. 
Məsələ 1999: Əgər Məkkəyə gedib-gəlmə müddətində gedib-gəlməsinin və ailəsinin xərcini 
ona verib, ona «həccə get» desələr, lakin onun mülkü etməsələr, əgər geri almayacaqlarına 
xatircəm olarsa, həcc ona vacib olar. 
Məsələ 2000: Əgər bir şəxsə həccə kifayət edəcək qədər mal verilsə və Məkkə yolunda malı 
verənə xidmət etməsini şərt edərlərsə, həcc o şəxsə vacib olmaz. 
Məsələ 2001: Əgər birinə bir miqdar pul versələr və həcc ona vacib olsa, həccə getsə və 
gələndən sonra özündə mal tapsa, ona artıq həcc vacib deyil. 
Məsələ 2002: Ticarət üçün, məsələn; Cəddəyə qədər gedib orada bir miqdar mal əldə etsə, 
istədiyi təqdirdə, oradan Məkkəyə getməyə müstəti` olarsa, həcc etməlidir. Bu şəkildə həcc 
etdikdən sonra vətənindən Məkkəyə gedəcək qədər malı olsa belə, ona artıq həcc vacib 
olmaz. 
Məsələ 2003: Əgər insan başqasının tərəfindən şəxsən özü həcc ziyarəti etməyə əcir olsa, 
belə ki, özü gedə bilməsə və başqasını öz tərəfindən göndərmək istəsə, gərək onu əcir 
tutmuş şəxsdən icazə alsın. 
Məsələ 2004: Əgər bir şəxs müstəti` olsa və Məkkəyə getsə və göstərilmiş müəyyən vaxtda 
Ərəfata və Məş`ərül-harama çatmasa, belə ki, əgər sonrakı illərdə müstəti` olmasa, həcc 
ona vacib deyil, lakin əgər qabaqkı illər müstəti` olub və həccə getməyibsə, bu halda əgər 
zəhmət olsa belə, gərək həccə getsin. 
Məsələ 2005: Əgər müstəti` olan bir şəxs həccə getməsə və sonra qocalığına, ya xəstəliyinə, 
ya zəifliyinə görə həccə gedə bilməsə və bundan sonra həccə getməsinə ümidi olmasa, gərək 
başqasını öz tərəfindən həccə göndərsin. Sonradan əgər qüdrəti olsa, özü də həccə getsin. 
Həmçinin birinci ildə həccə getməyə çatan qədər malı olduğu halda qocalıq, xəstəlik və ya 
gücsüzlük üzündən həccə gedə bilməzsə və sonradan müqtədir olmasından da ümidsiz olsa, 
hökm eynidir. Bu təqdirlərin hamısında öz tərəfindən naib tutulan şəxs kişidirsə, onun 
naibinin «sərurə», yə`ni ilk dəfə həccə gedən şəxs olması müstəhəbb ehtiyatdır. 
Məsələ 2006: Başqası tərəfindən həccə getməyə əcir olunmuş şəxs, gərək onun tərəfindən 
nisa təvafını da yerinə yetirsin və əgər yerinə yetirməsə, qadın o əcirə haram olur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2007: Əgər nisa təvafını düzgün yerinə yetirməsə, ya unutsa, belə ki, bir neçə 
gündən sonra yadına düşsə və yarı yoldan qayıdıb yerinə yetirsə səhihdir, amma əgər 
qayıtmaq onun üçün çətin olsa, özünə naib tuta bilər. 
ALQI-SATQI HÖKMLƏRİ 
Məsələ 2008: Kəsb edən (alver edən) şəxs, gərək alqı-satqının, gündəlik qarşıya çıxan 
halların hökmlərini öyrənsin. Hətta əgər öyrənmədiyinə görə harama düşməsi, yaxud 
vacibi tərk etməsi gözlənilirsə, hökmü öyrənmək lazımdır. Həzrət İmam Sadiqdən (ə) 
rəvayətdir ki, alqı-satqı etmək istəyən şəxs, gərək onun hökmlərini öyrənsin və əgər onun 
hökmlərini öyrənməzdən əvvəl alqı-satqı etsə, batil və şübhəli müamilələrin vasitəsilə 
həlakətə düşər. 
Məsələ 2009: İnsan bir məsələni bilmədiyi üçün etdiyi alqı-satqının düzgün, yoxsa batil 
olduğunu bilməsə, nə aldığı nə də təhvil verdiyi maldan istifadə edə bilməz. Üstəlik 
məsələni öyrənməli, ya da hətta razılaşma yolu ilə olsa belə, ehtiyat etməlidir. Amma 
hərçənd müamilə batil olsa belə tərəfin onun o malı istifadə etməsinə razı olduğunu bilərsə, 
istifadə etməsi caizdir. 
Məsələ 2010:Malı olmayan və vacib xərcləri olan şəxs (ailə və uşağının xərcləri kimi), 
işləyib qazanc əldə etməsi lazımdır. Ailənin yaşayışını daha da firavan etmək və fəqirlərə əl 
tutmaq və bu kimi müstəhəbb işlər üçün, kəsb – ticarət etmək müstəhəbbdir. 
ALQI-SATQININ MÜSTƏHƏBBLƏRİ 
Bir neçə şey alqı-satqıda müstəhəbb sayılmışdır: 
1. Gərək şəxs malın qiymətində müştərilər arasında fərq qoymasın. Lakin fəqir və 
yoxsullar istisnadır. 
2. Ticarət üçün oturmasının əvvəlində şəhadət kəlmələrini desin, müamilə etdikdə isə 
təkbir desin. 
3. Satdığı şeyi artıq versin, aldığını az götürsün. 
4. Müamilə etdiyi adam peşman olduqda və müamiləni pozmaq istədikdə, şəxs müamiləni 
pozmağa hazır olsun. 
MƏKRUH MÜAMİLƏLƏR 
Məsələ 2011: Müamilə də bir neçə şey məkruhdur. Onların bə`ziləri bunlardır: 
1. Ğəşş (qatqı) hesab olunmasa, malın eybini deməmək; əgər ğəşş hesab olunsa, deməməsi 
haramdır. 
2. Doğru olduğu halda and içmək; amma əgər doğru olmasa, haramdır. 
3. Kəfən satmağı peşə seçmək; 
4. Mö`min şəxsdən, eləcə də ona yaxşılıq və`dəsi verən şəxsdən, ehtiyacından artıq (qazanc) 
almaq. 
5. Sübh azanı ilə günəşin ilkin çıxma vaxtı arasında olan müamilə; 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
6. Şəhər əhlindən bir şəxs alqı-satqıda o yerin əhli olmayan qəriblərin vəkili olması. Hətta 
ehtiyat müstəhəbb bunu tərk etməkdir. 
7. Bir mö`minin almaq istədiyi malın müamiləsinə daxil olmaq; Üstəlik ehtiyat müstəhəbb 
bunu tərk etməkdir. 
HARAM MÜAMİLƏLƏR 
Məsələ 2012: Haram müamilələr çoxdur. Bunlardan bə`ziləri aşağıdakılardır: 
1. Ehtiyata əsasən kefləndirici içkiləri, ov iti olmayan it, donuz və həmçinin nəcisin 
murdarını alıb-satmaq ehtiyat vacibə əsasən; Bundan qeyri hallarda əgər eyni nəcisdə 
halal istifadə etmək mümkün olarsa, məsələn; nəcis ğaitin gübrə kimi alqı-satqısı caizdir. 
2. Qəsbi malı alıb-satmaq; əgər onda təhvil verib təhvil almaq kimi təsərrüfləri tələb 
edirsə; 
3. Müqabil tərəfin nəzəri cəlb olunmadığı halda e`tibardan düşmüş , yaxud qəlp (saxta) 
pullarla alver etmək; Amma əgər saxta və ya e`tibarsız olduğunu bilsə, müamilə caizdir. 
4. Büt, xaç, haram musiqi və qumar alətləri kimi müəyyən formada hazırlanan və adətən 
yalnız haram yolda istifadə olunan və dəyəri onun haram istifadəsi səbəbi ilə olan bir şeyin 
alqı-satqısı; 
5. Tərkibində ğəşş (aldatma) olan müamilə; 
Həzrət Rəsulullah (s) buyurmuşdur: «Müamilə edərkən müsəlmanlara ğəşş edən (onları 
aldadan), şəxs bizdən deyildir. Kim öz müsəlman qardaşı ilə ğəşş etsə, Allah-təala onun 
ruzisinin bərəkətini çəkər, onun qazanc yolunu bağlayar və onu öz ixtiyarına buraxar». 
Ğəşşin bir neçə müxtəlif növləri var: 
1-Yaxşı malı pis mala, yaxud başqa bir şeyə qatmaq, məsələn, südə su qatmaq. 
2-Olduğunun əksinə olaraq zahirini gözəl cilvələndirmək, məsələn, köhnəlmiş göyərtilərə 
su vurub təzə göstərmək. 
3-bir malı başqa mal kimi göstərmək; məsələn, müştərinin xəbəri olmadan bir şeyin yalnız 
üzünə qızıl çəkmək. 
4- Müştərinin, satıcının ondan heç nəyi gizlətməməsinə arxayın olduğu halda malın eybini 
gizlətmək. 
Məsələ 2013: Yuyulması mümkün olan, nəcis olmuş pak bir şeyi satmağın eybi yoxdur, 
palaz-xalça və qab kimi. Həmçinin yuyulması mümkün olmasa da, amma onun halal və adi 
olan mənfəəti neft kimi pak olmaqla şərtlənməməlidir, hətta əgər pak olmasına bağlı olsa 
da, əgər halal və e`tina olunacaq mənfəəti olsa, yenə də satmaq caizdir. 
Məsələ 2014: Əgər bir kəs nəcis bir şeyi satmaq istəsə, gərək onun nəcis olduğunu alıcıya o 
halda desin ki, əgər deməsə, alıcı harama düşə, yaxud vacibi tərk edə bilər, məsələn; nəcis 
suyu, dəstəmaz və qüsl almaqda işlədər, onunla vacib namazını qılar və ya nəcis şeydən 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
yemək və içməkdə istifadə edər. Əlbəttə deməyin faydası olmadığı şəxslərə; məsələn, 
nəcasat və paklığa riayət etməyən laqeyd bir şəxs olsa bildirməsi lazım deyildir. 
Məsələ 2015: İçməli olan və içməli olmayan nəcis dərmanları alıb-satmağın caiz olduğuna 
baxmayaraq, onun nəcis olduğunu əvvəlki məsələdə verildiyi kimi, gərək müştəriyə 
desinlər. 
Məsələ 2016: Qeyri-İslami ölkələrdən gətirilən yağların nəcis olduğu müəyyən olmazsa, 
alınıb-satılmaların eybi yoxdur. Amma heyvanın ölməsindən sonra ondan alınan yağ, 
jelatin kimi və sair maddələr kafirin əlindən alınsa və ya qeyri-islami ölkələrdən gətirilsə, 
əgər şər`i-üsullara əsasən kəsilmiş olan bir heyvana aid olduğuna ehtimal verilərsə, alqı-
satqısı caiz və pakdır. Amma yeyilməsi haramdır və satıcının müştəriyə onun keyfiyyətini 
deməsi lazımdır. Əgər deməsə, 2012-ci məsələdə deyildiyi kimi, onun harama düşməsi, ya 
vacibi tərk etməsi ehtimalı vardırsa, satıcı vəziyyəti ona söyləməlidir. 
Məsələ 2017: Şəriətdə tə`yin edilən göstərişə görə kəsilməyən və ya özü ölmüş olan tülkü və 
buna bənzər heyvanın dərisinin alqı-satqısı ehtiyata əsasən caiz deyildir. Amma əgər şəkk 
olunsa, işkalı yoxdur. 
Məsələ 2018: Qeyri-İslami ölkələrdən gətirilən və ya kafirin əlindən alınan dərinin, şər`i 
göstərişə görə kəsilmiş olan bir heyvana aid olduğuna ehtimal verilirsə, onun alqı-satqısı 
caizdir. Həmçinin onda namaz qılmaq da səhihdir. 
Məsələ 2019: Heyvanın ölməsindən sonra ondan əldə edilən yağ və sair maddələr və ya dəri 
müsəlmanın əlindən alınıbsa və insan onun, şər`i göstərişə görə kəsilmiş olan heyvana aid 
olub-olmadığını araşdırmadan bir kafirdən aldığını bilirsə, hərçənd onun paklığına və alqı-
satqısının caiz olmasına hökm olsa da, o yağı və bu kimi şeyləri yemək caiz deyildir. 
Məsələ 2020: Şərab və sair məstedici içkilərin müamiləsi haram və batildir. 
Məsələ 2021: Qəsbi malı satmaq batildir, amma sahibi icazə versə, düzdür və satıcı gərək 
alıcıdan aldığı pulu ona (sahibinə) qaytarsın. 
Məsələ 2022: Əgər alıcı ciddi müamilə etmək qəsdi olduğu halda, aldığı şeyin pulunu 
verməmək niyyətində olarsa, onun bu niyyəti müamilənin səhih olmasına bir zərər 
yetirməz, amma o şeyin pulunu satıcıya verməsi gərəkdir. 
Məsələ 2023: Əgər alıcı zimmə ilə aldığı malın pulunu sonradan haram maldan vermək 
istəsə, müamilə səhihdir. Amma ona borclu borcunu halal maldan verməlidir ki, borcu 
ödənmiş olsun. 
Məsələ 2024: Haram əyləncə alətlərinin alış-satışı, caiz deyil. Amma müştərək alətlər, 
məsələn; radio, maqnitofon, video kimi əşyaların alıb-satmağın maneəsi yoxdur. Özü və 
ailəsinin onlardan haram yolda istifadə etməyəcəyinə əmin olan şəxs üçün onları saxlamaq 
caizdir. 
Məsələ 2025: Əgər halal istifadəsi mümkün olan bir şeyi haramda işlətmək qəsdi ilə satsa, 
məsələn, üzümü, şərab istehsal etmək üçün satsa, istər müamilə zamanı bunu qərara almış 
olsun, istərsə ondan əvvəl və müamiləni də o əsasda yerinə yetirsələr, bu müamilə 
haramdır. Amma bu qəsd ilə satmasa, sadəcə bilsə ki, müştəri üzümdən şərab düzəldəcək, 
müamilənin eybi yoxdur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2026: Canlıların heykəlini düzəltmək ehtiyata əsasən, haramdır, amma onları alıb-
satmağın maneəsi yoxdur. Canlıların şəklini çəkmək caizdir. 
Məsələ 2027: Qumardan, oğurluqdan, ya batil müamilədən əldə edilmiş şeyi, onda təsərrüf 
etməyi tələb edirsə, almaq haramdır və bir kəs onu alıb satandan götürsə, gərək onu əsl 
sahibinə qaytarsın. 
Məsələ 2028: Piy yağı ilə qarışdırılmış bir yağı satan şəxs, əgər onu müəyyən edərsə, 
məsələn; «bu 1 kq yağı satıram» deyərsə, onda olan piy yağı ona yağ deyilməyəcək qədər 
çoxdursa, müamilə batildir və əgər onda olan piy yağı, ona piy yağı ilə qarışdırılmış yağ 
deyiləcək qədər azdırsa, müamilə səhihdir. Amma müştəri, nöqsanlığa görə müamiləni ləğv 
etmə haqqına sahibdir və öz pulunu geri ala bilər. Amma əgər yağ piydən ayrılsa 
(seçilirsə), yağın tərkibindəki piyin miqdarına mütənasib olaraq müamilə batil olur və 
satıcı o piy üçün aldığı pul müştərinin malı və piy satıcının malıdır və müştəri onun 
tərkibində olan xalis yağın müamiləsini də poza bilər. Amma əgər onu müəyyən etməsə və 
zimməsində olan bir batman yağı satsa, sonra piy ilə qarışmış yağı versə, müştəri o yağı 
geri qaytarıb və xalis yağı tələb edə bilər. 
Məsələ 2029: Əgər malın bir miqdarını, çəki ya peymanə ilə satsalar, həmin maldan daha 
çox miqdarına satarsa, məsələn; bir batman buğdanı bir batman yarım buğdaya satsa, riba 
və haramdır. Hətta əgər iki maldan biri salim, o biri eybli, ya malın biri yaxşı, o biri pis 
olsa, ya qiymətdə bir-biri ilə fərqli olsalar, belə ki, verdiyi miqdardan çox alsa, yenə də riba 
və haramdır. Əgər sınıq olmayan misi verib və ondan çox sınıq mis alsa, ya uzun düyünü 
verib, ondan çox yumru düyü alsa, ya düzəlmiş qızılı verib, ondan çox düzəlməmiş qızıl 
alsa, riba və haramdır. 
Məsələ 2030: Əgər artıq aldığı şey satdığından başqa bir şey olsa, məsələn; bir batman 
buğdanı, bir batman buğdaya və bir qəpik (riyal) pula satsa, yenə də riba və haramdır. 
Hətta artıq bir şey almasa, amma şərt etsə ki, alıcı onun üçün bir iş görsün, riba və 
haramdır. 
Məsələ 2031: Əgər miqdarı az verən şəxs bir şey əlavə etsə, məsələn; bir batman buğda və 
bir dəsmalı bir batman yarım buğdaya satsa, eybi yoxdur. Belə ki, onların qəsdi bu olsa ki, 
dəsmal o çox miqdarın müqabilində olsun və həm də müamilə nəqd olsun. Həmçinin hər iki 
tərəfdən bir şey artırsalar, məsələn; bir batman buğdanı və bir dəsmalı bir batman yarım 
buğdaya və bir dəsmala satsa, belə ki, qəsdləri bu ola ki, birinci tərəfdə dəsmal və yarım 
batman buğda, ikinci tərəfdəki dəsmalın müqabilində olsa, eybi yoxdur. 
Məsələ 2032: Parça kimi metrə və zira ilə satılan bir şeyi və ya qoz və ya toyuq yumurtası 
kimi ədədlə satılan bir şeyi satıb müqabilində daha artıq alarsa, eybi yoxdur. Amma hər 
ikisi də eyni cinsdən olarsa və müamilə də müddətli olarsa, onun səhih olması bu halda 
məhəlli-işkaldır. Məsələn, on ədəd qozu nağd verib bir aydan sonra on iki qoz alarsa. Kağız 
pulu da satmaq bunun kimidir, məsələn; manatı digər cinsdən olan dinar, ya dollar kimi 
kağız pula nəqd, ya müddətlə satsa, maneəsi yoxdur. Amma əgər istəsə ki, öz cinsinə satsın 
və çox götürsün, gərək müamilə müddətli olmasın və belə olmadıqda onun səhih olması 
məhəlli-işkaldır. Məsələn; 100 manat nəqd verib, altı aydan sonra 110 manat alması kimi. 
Məsələ 2033: Şəhərlərin çoxunda və ya bir şəhərdə çəki və peymanə ilə, bə`zi şəhərlərdə isə 
ədəd ilə satılan malların, ədəd ilə müamilə olunan şəhərdə artığına satmağı caizdir. 
Məsələ 2034: Çəki ya peymanə ilə satılan şeylərdə, əgər bir şeyi satarsa və əvəzini bir 
maldan olmayan şeydən götürsə və müamilə nəqd olsa, çox götürməyin eybi yoxdur, amma 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
müamilə müddətli olsa, məhəlli-işkaldır. Deməli, əgər bir batman düyünü iki batman 
buğdaya bir aya qədər satsa, o müamilənin səhihliyi işkalsız deyil. 
Məsələ 2035: Yetişmiş meyvəni, yetişməmiş meyvə ilə artığına müamilə etmək caiz deyil. 
Əgər bərabər olsalar və nəqdi olsa, məkruhdur. Əgər nisyə olsa, işkallıdır. 
Məsələ 2036: Arpa və buğda, faiz (riba) xüsusunda bir cinsdən hesab edilir; Belə ki, bir 
batman buğda verib əvəzində bir batman iki yüz əlli qram arpa alarsa, riba və haramdır. 
Həmçinin xırman vaxtı on batman buğda vermək qəsdi ilə on batman arpa satın alarsa, 
arpanı nəqd alıb, buğdanı bir müddət sonra verdiyi üçün çox almış kimi olur və haramdır. 
Məsələ 2037: Ata və oğul, qadın və əri bir-birlərindən faiz (riba) ala bilərlər. Həmçinin 
müsəlman bir kimsə İslamın mühafizəsi altında olmayan bir kafirdən faiz ala bilər; amma 
İslamın mühafizəsi altında olan kafirlə faizli müamilə etmək haramdır. Müamilə tamam 
olduqdan sonra əgər faiz vermək onun şəriətində caizdirsə, ondan faiz ala bilər. 
Məsələ 2038: Ehtiyat vacibə görə, üzü (dibdən) qırxmaq və buna görə zəhmət haqqı almaq 
caiz deyil. Zərurət (çıxılmaz) halı, eləcə də onun tərk edilməsi (qırxılmaması) adətən 
dözüləsi olmayan bir çətinlik və ya zərər törədərsə, hərçənd başqalarının istehza və təhqir 
etməsi cəhətində olsa belə, bu iki hal istisnadır. 
Məsələ 2039: Ğina haramdır. Ğina dedikdə məqsəd, ləhv-ləəb (kef) məclislərinə məxsus 
olan tərzdə avazla oxunan batil mətləblərdir. Həmçinin, Qur`an, dua və bu kimi şeyləri də 
o cür oxumaq caiz deyil. Ehtiyat vacibə görə qeyd olunanlardan başqa sözlər də gərək bu 
səslə (ğina ilə) oxunmasın. Həmçinin ğinaya qulaq asmaq da, eləcə də ğina üçün əmək 
haqqı (ücrət) almaq da haramdır. O, alsa belə, alanın mülkü olmur. Onu öyrətmək və 
öyrənmək də caiz deyil. 
Musiqi də, yə`ni xüsusi musiqi alətlərində çalmaq da əgər ləhv-ləəb məclislərinə məxsus 
olacaq tərzdədirsə, haram, əks təqdirdə haram deyil. Haram musiqi çalmaqla ücrət almaq 
da haramdır, alanın mülkü olmur, onu öyrənib öyrətmək də haramdır. 
SATICI VƏ ALICININ ŞƏRTLƏRİ 
Məsələ 2040: Satıcı və alıcı üçün altı şey şərtdir: 
1. Həddi-büluğa yetmiş olmalıdırlar. 
2. Ağıllı olmalıdırlar. 
3. Səfeh olmamalıdırlar; yə`ni öz mallarını boş işlərə xərcləməməlidirlər. 
4. Alış-veriş qəsdləri olmalıdır. Buna görə əgər satıcı zarafatla «öz malımı satdım» – 
deyirsə, müamilə batildir. 
5. Bir şəxs onları məcbur etməməlidir. 
6. Satdıqları və əvəzində verdikləri mala malik olmalıdırlar. 
Bu şərtlərlə bağlı hökmlər aşağıdakı məsələlərdə izah olunacaqdır. 
Məsələ 2041: Özü alış-verişdə müstəqil olan həddi-büluğa çatmamış bir uşqla edilən 
müamilə batildir. Lakin həddi-büluğa yetməmiş ağlı kəsən uşaqların adətən qiyməti az bir 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
şeyin müamiləsini etməsinin eybi yoxdur. Amma əgər uşağın vəlisi ilə müamilə edilsə və 
həddi-büluğa yetməmiş ağlı kəsən uşaq sadəcə olaraq müamilənin əqdini oxusa, bütün 
hallarda müamilə səhihdir; hətta əgər satılan mal və ya pul başqasının olsa və o uşaq yalnız 
sahibinin vəkili olaraq o malı satarsa və ya o pulla bir şey alarsa, zahir budur ki, ağlı kəsən 
uşaq təsərrüf etməkdə müstəqil belə olsa, müamilə səhihdir. Həmçinin əgər uşaq pulu 
satıcıya verib, malı alıcıya çatdırmaqda və ya malı alıcıya verib, pulu satıcıya çatdırmaqda 
yalnız bir vasitəçi olsa, uşaq ağlı kəsən belə olmasa müamilə səhihdir. Çünki, həqiqətdə iki 
baliğ şəxs bir-birilə müamilə etmişlər. 
Məsələ 2042: Baliğ olmayan bir uşaqdan onunla müamilənin səhih olmadığı təqdirdə bir 
şey satın alsa və ya ona bir şey satarsa, o uşaqdan aldığı malı və ya pulu, o uşağın öz 
malıdırsa, onun vəlisinə verməlidir. Ayrısının malıdırsa, ya o malı sahibinə verməli, ya da 
onu razı salmalıdır. Əgər onun sahibini tanımırsa və ya onu tanımaq üçün bir imkanı 
yoxdursa, uşaqdan aldığı şeyi sahibi tərəfindən məzalim haqqı olaraq fəqirlərə verməlidir. 
Lazım ehtiyata görə bu işi görmək üçün şəriət hakimindən icazə alması da lazımdır. 
Məsələ 2043: Bir şəxs ağlı kəsən uşaqla onunla müamilənin səhih olmadığı təqdirdə 
müamilə edərsə və uşağa verdiyi mal və ya pul tələf olarsa, o uşağın həddi-büluğa 
yetişməsindən sonra onun özündən və ya vəlisindən tələb edə bilər. Amma əgər uşaq ağlı 
kəsən olmazsa, yaxud ağlıkəsən olsa da, malı özü tələf etməmiş olsa, əksinə, onun yanında 
özü tələf olmuş olsa, hərçənd təfrit və ifrat nəticəsində olsa belə zamin deyil. 
Məsələ 2044: Alıcı və ya satıcının bir müamiləyə məcbur edildiyi zaman əgər müamilədən 
sonra müamiləyə razı olarsa və razı olduğunu söylərsə, müamilə səhihdir; amma müamilə 
əqdini yenidən oxumaları müstəhəbb ehtiyatdır. 
Məsələ 2045: Bir şəxs başqa birinin malını sahibinin icazəsi olmadan satarsa, mal sahibi 
onun satmasına razı olmayıb və icazə verməzsə, müamilə batildir. 
Məsələ 2046: Uşağın atası və ata tərəfdən olan babası, həmçinin atasının və ya ata tərəfdən 
olan babasının uşağın işləri ilə bağlı tə`yin etdiyi vəsisi uşağın malını sata bilər. Onların heç 
biri olmadıqda isə, adil müctəhid də, məsləhət tələb etdikdə dəlinin, ya yetim uşağın və ya 
qaib olan bir şəxsin malını sata bilər. 
Məsələ 2047: Bir şəxs bir malı qəsb edərək satarsa və müamilədən sonra mal sahibi 
müamiləni imzalarsa, müamilə səhihdir; qəsb edən kimsənin müştəriyə verdiyi şey və onun 
mənfəətləri, müamilə etdiyi andan e`tibarən müştərinin malı, müştərinin də verdiyi şey və 
onun mənfəətləri müamilə anından e`tibarən malı qəsb edilən şəxsin malı olur. 
Məsələ 2048: Bir şəxs qəsb etdiyi malı, pulu özünün olmaq qəsdilə satarsa, mal sahibi bu 
müamiləni imzalarsa, müamilə səhihdir; amma pul qəsb edənin deyil, mal sahibinin olar. 
SATILAN MAL VƏ ƏVƏZİNİN ŞƏRTLƏRİ 
Məsələ 2049: Satılan malın və əvəzində alınan şeylərin beş şərti vardır: 
1. Miqdarının ölçü, çəki, say və bu kimi yollarla müəyyən edilməsi lazımdır. 
2. Təhvil verilməsi mümkün olmalıdır; Amma əgər onu təslim etməsi mümkün olan başqa 
bir şeylə satarsa, müamilə səhihdir. Amma alıcının özünün satın aldığı şeyi ələ gətirməsi 
mümkünsə, hərçənd satıcının satdığı şeyi ona təslim etmə imkanı olmasa da, müamilə 
səhihdir. Məsələn; alıcının tapmaq imkanı olan qaçmış bir atı satarsa, müamilənin bir eybi 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
yoxdur və səhihdir. Bu halda zəmiməyə (yə`ni bir malın o biri malın üstündə əlavə 
satışına), ehtiyac yoxdur. 
3. Satılan və əvəzində alınan şeydəki xalqın müamiləyə meyllərinin dəyişməsinə səbəb olan 
xüsusiyyətlər göstərilməlidir. 
4. Sahibinin mülkiyyətindən çıxarkən tərəfin haqqı zay olacaq şəkildə başqa bir şəxs onun 
üzərində haqq sahibi olmamalıdır. 
5. Malın mənfəətini yox, özünü satmalıdır. Başqa sözlə, məsələn, evin bir illik mənfəətini 
satarsa, müamilə səhih deyildir; lakin alıcı pul əvəzində öz mülkünün mənfəətini verirsə, 
məsələn; müştəri bir kimsədən aldığı bir şeyin əvəzi olaraq evinin bir illik mənfəətini ona 
verərsə, maneçiliyi yoxdur. 
Bunlarla bağlı hökmlər, irəlidəki məsələlərdə izah olunacaqdır. 
Məsələ 2050: Bir şəhərdə ölçü və ya çəki ilə müamilə edilən bir malı o şəhərdə də ölçü və ya 
çəki ilə almalıdır. Amma eyni malı gözəyarı müamilə edilən şəhərdə gözəyarı ala bilər. 
Məsələ 2051: Alqı və satqısı çəki ilə edilən bir mal ölçü ilə də müamilə edilə bilər. Belə ki, 
məsələn; on batman buğda satmaq istəyən bir şəxs, bir batman buğda tutan bir ölçü qabı 
ilə on qab buğda verə bilər. 
Məsələ 2052: Əgər müamilə dördüncü şərtdən başqa söylənən şərtlərdən birisinin mövcud 
olmaması üzündən batil olarsa, amma satıcı və alıcı bir-birilərinin malından istifadə 
etməyə razı olarlarsa, istifadə etmələrinin eybi yoxdur. 
Məsələ 2153: Vəqf olunmuş bir şeyin müamiləsi batildir. Amma vəqf edildiyi cəhətdə 
istifadə olunma imkanı qalmayacaq qədər xarab olmuşsa və ya bu həddə yetişmək 
üzrədirsə, məsələn; məscidin həsiri üzərində namaz qılına bilməyəcək şəkildə xarab 
olmuşsa, məscid mütəvəllisinin və ya onun hökmündə olan şəxsin onu satmasının eybi 
yoxdur. Ancaq ehtiyat olaraq vəqf edənin məqsədinə daha yaxın olsun deyə, mümkün 
olduğu təqdirdə onun pulu yenə də həmin məscidə xərclənməlidir. 
Məsələ 2054: Əgər özlərinə mal vəqf edilən şəxslər arasında, vəqf edilən malı satmasalar, 
mal və ya can tələfatına yol açacaq şəkildə ixtilaf meydana çıxarsa, o vəqfi satmaq 
işkallıdır. Lakin vəqf edən şəxs, vəqf edilən şeyin satılmasını məsləhət lazım etdiyi təqdirdə 
satılmağı şərt qoymuşsa, bu təqdirdə onun satılmasının bir maneçiliyi yoxdur. 
Məsələ 2155: Başqasına kirayə (icarəyə) verilmiş olan bir mülkün alqı-satqısının bir eybi 
yoxdur; ancaq o mülkün mənfəəti kirədə olduğu müddətdə kirayəçiyə aiddir. Əgər alıcı o 
mülkün kirayə verildiyini bilməzsə və ya kirayə müddətinin az olduğunu güman edərək 
almışsa, vəziyyətdən xəbərdar olduqdan sonra müamiləni poza bilər. 
ALQI-SATQI ƏQDİ 
Məsələ 2056: Alqı-satqı işlərində əqdi ərəbcə oxumaq lazım deyil. Məsələn; satıcı öz 
dilində, «bu malı bu pula satdım» – desə və alıcı da, «qəbul etdim» – deyirsə, müamilə 
səhihdir. Amma alıcı və satıcının bu iki cümləni söyləməkdə məqsədləri inşa qəsdi 
olmalıdır. Yə`ni bu iki cümləni dedikdə qəsdləri alqı-satqı olmalıdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2057: Əgər müamilə zamanı əqd oxunmazsa, amma satıcı alıcıdan aldığı mal 
əvəzində öz malını onun mülkü edərsə, müamilə səhihdir və hər ikisi aldığı şeyin sahibi 
olur. 
MEYVƏLƏRİN ALQI-SATQISI 
Məsələ 2058: Çiçəyini töküb, dənə bağlamış meyvənin əgər mə`lum olsa ki, zaval (xəsarət) 
görmə müddəti keçmişdir ya yox, o ağacın məhsulunun miqdarı təxminən bilinərsə 
yığılmamışdan əvvəl də satılması səhihdir. Hətta əgər mə`lum olmasa ki, meyvənin zaval 
görmə müddəti keçmişdir ya yox, əgər iki il və ya daha çox müddətin meyvələri satılırsa, ya 
da indi çıxmış olan miqdarı (e`tina edilən mali dəyəri olmaq şərti ilə) satarlarsa, müamilə 
səhihdir. Həmçinin əgər tarlanın məhsulundan bir şeyi ya da ayrı bir şeyi onunla birlikdə 
satarlarsa, müamilə səhihdir. Amma lazım ehtiyata görə, bu təqdirdə elə bir şey əlavə 
edilməlidir ki, tumurcuqlar meyvə olmasa belə, alıcının sərmayəsini qorumalıdır. 
Məsələ 2059: Ağacda olan meyvə dənə bağlamamışdan və çiçəyini tökmədən əvvəl satılması 
caizdir. Amma, ya əvvəlki məsələdə izah olunduğu şəkildə bir şeylə birlikdə satılmalıdır, ya 
da bir ildən çoxun meyvəsi satılmalıdır. 
Məsələ 2060: Ağac üstündə istər yetişmiş, istərsə yetişməmiş olan xurmanı satmağın eybi 
yoxdur. Amma onun əvəzini istər o ağacdan olsun və ya başqasından, xurma tə`yin 
etməmələri lazımdır. Amma əgər onu yetişmiş, ya hələ xurma sayılmayan rütəblə birlikdə 
satsalar, işkalı yoxdur. Lakin bir şəxsin, başqa birisinin bağçasında bir dənə xurma ağacı 
varsa, onu becərmək o şəxs üçün çətindirsə, bu halda əgər onun miqdarını təxmin edərək 
ev sahibinə satarsa və əvəzini xurma qərar verərsə, maneçiliyi yoxdur. 
Məsələ 2061: İldə bir neçə dəfə toplanan xiyar, badımcan, göyərti və buna bənzər bitkilərin 
satılması onların məhsulunun aşkar, zahir olduqları və alıcının il ərzində bir neçə dəfə onu 
toplayacağı tə`yin edildiyi təqdirdə maneçiliyi yoxdur. Amma əgər məhsul aşkar görüləcək 
hala gəlməmişdirsə, satılmaları işkallıdır. 
Məsələ 2062: Buğdanın sünbülünü, dən bağladıqdan sonra özündən və ya başqa bir 
sünbüldən ələ gələn buğda əvəzində satarlarsa, müamilə səhih deyildir. 
NƏQD VƏ NİSYƏ 
Məsələ 2063: Əgər bir mal nəqd satılmışsa, alıcı və satıcı müamilədən sonra bir-birlərindən 
malı və pulu istəyib ala bilərlər. Döşənəcək və libas kimi daşına bilən və tarla və ev kimi 
daşınmaz şeylərin verilməsi mal sahibinin onlardan əlini çəkib, tərəfin istədiyi zaman 
onlardan istifadə edə biləcəyi şəkildə onun ixtiyarında qoyması ilə ola bilər. Bu isə şərait 
dəyişdikcə müxtəlif cür ola bilər. 
Məsələ 2064: Nisyə müamilələrdə zamanın tam dəqiq şəkildə tə`yin edilməsi lazımdır. 
Deməli, pulunu xırman zamanı almaq üzrə bir mal satılarsa, vaxt tamamilə müəyyən 
edilmədiyindən müamilə də batil olur. 
Məsələ 2065: Bir malı nisyə satarsa, satıcı onun əvəzini qərarlaşdırılan vaxt 
tamamlanmamış alıcıdan istəyə bilməz. Amma əgər alıcı ölərsə və özünə aid malı da olarsa, 
satıcı vaxt yetişməmiş alacağını onun mirasçılarından istəyə bilər. 
Məsələ 2066: Nisyə satdığı bir mal üçün qərarlaşdırılan müddət tamam olduqdan sonra 
satıcı alacağını istəyə bilər, amma alıcı ödəyə bilməzsə, ya ona möhlət verər, ya da 
müamiləni pozaraq satılan şey mövcuddursa, onu geri ala bilər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2067: Malın qiymətini bilməyən şəxsə bir miqdar nisyə verərsə və qiymətini də 
söyləməzsə, müamilə batildir. Amma nəqd satış qiymətini bilən bir şəxsə malı nisyə verib 
dəyərini çox hesablarsa, məsələn; «sənə nisyə verdiyim malı nəqd qiymətindən hər 
manatına bir qəpik daha çox hesablayıram» – deyərsə, o da qəbul edərsə, maneçiliyi 
yoxdur. 
Məsələ 2068: Bir malı nisyə satıb, pulunu almaq üçün bir müddət müəyyən etmiş olan şəxs 
məsələn, müddətin yarısı keçdikdən sonra alacağından bir miqdar keçib qalan qismi də 
nəqdə alarsa, maneçiliyi yoxdur. 
SƏLƏF MÜAMİLƏSİ VƏ ONUN ŞƏRTLƏRİ 
Məsələ 2069: İnsanın pulu nəqd alıb bir müddətdən sonra malı külli şəkildə satmasına sələf 
müamiləsi deyilir. O halda əgər alıcı «filan malı altı ay sonra almaq üzrə bu pulu verirəm» 
– deyirsə, satıcı da «qəbul etdim» – deyirsə, ya da satıcı pulu alıb «filan malı altı ay sonra 
vermək üzrə satdım» – deyirsə, müamilə səhihdir. 
Məsələ 2070: Əgər qızıl və ya gümüşdən olan bir pulu sələf olaraq satarsa və əvəzində də 
qızıl və ya gümüşdən olan pul alarsa, müamilə batildir. Amma əgər bir malı və ya qızıl və 
ya gümüşdən olmayan bir pulu satarsa və əvəzində ayrı bir mal və ya qızıl və gümüşdən 
olan pul alarsa, müamilə (gələcək məsələnin 7-ci şərtində izah olunacaq şəkildə) səhihdir. 
Amma satdığı malın əvəzində ayrı bir mal almayıb, pul alması müstəhəbb ehtiyatdır. 
Məsələ 2071: Sələf müamiləsinin 7 şərti vardır: 
1. Malın qiymətinin dəyişməsinə səbəb olan xüsusiyyətləri bildirməlidir. Amma çox diqqət 
etmək də lazım deyil. Camaatın, «malın xüsusiyyətləri bəlli oldu» – deyəcəyi qədər 
bildirilməsi kifayətdir. 
2. Alıcı ilə satıcı bir-birindən ayrılmamışdan əvvəl alıcı pulun hamısını satıcıya verməli və 
ya onun pulu miqdarca satıcıdan nəqd tələbi olmalı və öz alacağını malın qiyməti əvəzinə 
saymalı, o da bunu qəbul etməlidir. Amma əgər malın qiymətinin bir miqdarını versə, 
müamilənin həmin miqdarda səhih olmasına baxmayaraq, satıcı müamiləni bu halda poza 
bilər. 
3. Müddəti dəqiq şəkildə bildirməlidir; əgər «xırman zamanının başlanmasına qədər 
verirəm» – deyərsə, zaman dəqiq bildirilmədiyindən müamilə batildir. 
4. Malın alıcıya verilməsi zamanı olaraq tə`yin edilən vaxt istər o mal həmin vaxt az tapılan 
şeylərdən olsun və ya olmasın, satıcının onu verməsi mümkün olan bir vaxt olmalıdır. 
5. Vacib ehtiyata əsasən, malın alıcıya veriləcəyi yer dəqiq şəkildə müəyyən edilməlidir. 
Amma onların danışığından onun yeri bəlli olarsa, ayrıca o yerin adını çəkmələrinə ehtiyac 
yoxdur. 
6. Onun çəki və ya ölçüsü müəyyənləşdirilməlidir. Adətən görməklə satılan bir malı da sələf 
olaraq satmağın maneçiliyi yoxdur; amma qozun bə`zi qisimləri və yumurta kimi dənələri 
arasındakı fərq camaatın əhəmiyyət verməyəcəyi qədər az olmalıdır. 
7. Satılan şey çəki və ya ölçü ilə satılan mallardandırsa, onun əvəzi eyni mallardan 
olmamalıdır. Hətta lazım ehtiyata əsasən, onun cinsi ölçü və ya çəki ilə satılan, başqa bir 
maldan da olmamalıdır. Əgər satılan şey ədədlə satılan şeylərdəndirsə, vacib ehtiyat olaraq 
onun əvəzini öz cinsindən çox tə`yin etmək caiz deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
SƏLƏF MÜAMİLƏSİNİN HÖKMLƏRİ 
Məsələ 2072: İnsan sələf olaraq satın aldığı bir malı müddəti qurtarmamışdan əvvəl 
satıcısından başqasına sata bilməz. Amma müddəti qurtardıqdan sonra malı təhvil almasa 
belə, satmasına maneçiliyi yoxdur. Amma meyvələrdən başqa, çəki və ya ölçü ilə satılan 
digər malları təhvil almamışdan əvvəl satmaq caiz deyildir. Lakin onları mal olduqları 
sərmayələrinə və ya daha azına satarsa, caizdir. 
Məsələ 2073: Sələf müamiləsində satıcı malı qərarlaşdırılan zamanda verərsə, 
qərarlaşdırılan zamandakı vəziyyətdə olsa, gərək qəbul etsin. Əgər şərt edilən şeydən daha 
yaxşı olsa belə, alıcının qəbul etməsi gərəkdir. Amma əgər şərtləşməkdə məqsədləri 
qərarlaşdırılan haldakı vəziyyətdən daha yaxşısını qəbul etməmək olsa, bu hal istisnadır. 
Məsələ 2074: Satıcının verdiyi mal qərarlaşdırılandan keyfiyyətcə daha aşağı olsa, alıcı 
qəbul etməyə bilər. 
Məsələ 2075: Əgər satıcı qərarlaşdırılan mal əvəzinə bir mal verərsə, alıcı razı olduğu 
təqdirdə eybi yoxdur. 
Məsələ 2076: Sələf olaraq satdığı şeyi alıcıya verəcəyi zaman o malı satıcı hazırlaya 
bilməzsə, alıcı istəsə, hazırlanıncaya qədər səbr edə, bilər ya da müamiləni pozub vermiş 
olduğu şeyi, yaxud onun əvəzini geri alar. Amma vacib ehtiyata görə onu satıcıya, yuxarı 
bir qiymətlə sata bilməz. 
Məsələ 2077: Bir malı satıb, malı bir müddət sonra alıcıya verəcəyi və pulunu da bir 
müddət sonra almağı qərarlaşdırarsa, müamilə batildir. 
QIZIL VƏ GÜMÜŞÜ, QIZIL VƏ GÜMÜŞƏ SATMAQ 
Məsələ 2078: İstər sikkəli olsun, istərsə sikkəsiz, qızılı-qızıl, gümüşü-gümüş əvəzində 
satarsa və birinin çəkisi digərindən daha çox olarsa, müamilə batil və haramdır. 
Məsələ 2079: Əgər qızılı gümüş və ya gümüşü qızıla nəqd olaraq satarlarsa, müamilə 
səhihdir və onların çəkilərinin də bərabər olması gərək deyil. Amma əgər müamilə 
müddətli olsa, batildir. 
Məsələ 2080: Əgər qızılı gümüşə və ya gümüşü qızıla satarlarsa, alıcı və satıcı bir-
birlərindən ayrılmamış satılanı və əvəzində veriləni bir-birlərinə təhvil verməlidirlər. Əgər 
qərarlaşdırdıqlarından heç bir miqdarını təslim etməzlərsə, müamilə batildir. Əgər onların 
bir hissəsini təhvil versələr, müamilə həmin miqdarda səhihdir. 
Məsələ 2081: Əgər alıcı və ya satıcı qərarlaşdırılan şeyin hamısını təhvil verərsə, digəri isə 
bir miqdarını verib bir-birlərindən ayrılarlarsa, hər nə qədər o miqdara müamilə səhihsə 
də, malın hamısı əlinə çatmayan şəxs müamiləni poza bilər. 
Məsələ 2082: Əgər bir az gümüş mə`dəni torpağını saf gümüşə və ya bir az qızıl mə`dəni 
torpağını saf qızıla satsalar, müamilə batildir. Amma əgər məsələn; gümüş mə`dəni 
torpağında olan gümüşün saf gümüş miqdarında olduğunu bilirsə, eybi yoxdur. Lakin, 
gümüş mə`dəni torpağını qızıla, qızıl mə`dəni torpağını isə gümüşə satmağın əvvəldə 
deyildiyi kimi, maneçiliyi yoxdur. 
İNSANIN MÜAMİLƏNİ POZA BİLƏCƏYİ YERLƏR 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2132: Bir müamiləni pozma haqqına «fəsx etmə haqqı» deyilir. Alıcı və satıcı on bir 
yerdə müamiləni poza bilərlər. 
1. Hərçənd müamilə məclisini tərk etmiş olsalar belə, bir-birindən ayrılmamış olsunlar və 
bu fəsx etmə haqqına «məclis fəsx etmə haqqı» deyilir. 
2. Alış-verişdə, alıcı və ya satıcı və digər müamilələrdə iki tərəfdən biri aldadılmış olarsa, 
bu fəsx etmə haqqına (ğəbn) «aldatma fəsx etmə haqqı» deyilir. Bu cür fəsx etmə haqqının 
sübut olması camaatın zehnində olan bir şərtdən qaynaqlanır. Yə`ni hər müamilədə hər iki 
tərəfin zehnində bu şərt var ki, aldığı mal maliyyət baxımından verdiyi maldan çox aşağı 
olmamalı və əgər belə olarsa, müamiləni pozma haqqına sahib olsun. Amma əgər bə`zi 
yerlərdə xüsusi qaydada zehnlərdə olan şərt ayrı bir şəkildə olarsa, məsələn; şərt aldığı 
maliyyət baxımından verdiyi maldan az olduğu təqdirdə aradakı fərqini tərəfdən istəmə 
haqqına və bu mümkün olmazsa, müamiləni pozma haqqına sahib olmaq olarsa, belə 
yerlərdə xüsusi qaydaların şərtinə əməl edilməlidir. 
3. Müamilədə müəyyən bir müddətə qədər hər ikisinin və ya birinin müamiləni pozma 
haqqına sahib olmaları şərt edilmişsə, bu haqqa «şərti fəsx etmə haqqı» deyilir. 
4. İki tərəfdən biri tərəfin ona rəğbət etməsini saxlayacaq və ya ona olan rəğbətinin 
çoxalmasına səbəb olacaq şəkildə öz malını olduğundan daha yaxşı göstərərsə, buna «tədlis 
qüsuru (gizlətmə səbəbilə olan) fəsx etmə haqqı» deyilir. 
5. Müamilə tərəflərindən biri qarşı tərəfin onun üçün bir iş görməsini şərt qoymuş olarsa 
və o da o şərtə əməl etməzsə və ya onun verəcəyi müəyyən bir malda bir xüsusiyyətin 
olmasını şərt qoyarsa və o malda o xüsusiyyət olmazsa, bu halda şərt edən şəxs müamiləni 
poza bilər və buna «şərtə uyğun gəlməyən təxəllüf fəsx etmə haqqı» deyilir. 
6. Malda və ya onun əvəzində qüsur olarsa, buna «qüsurdan ötrü fəsx etmə haqqı» deyilir. 
7. Müamilə edilən malın bir miqdarının başqasının malı olduğu anlaşılırsa, bu halda əgər 
onun sahibi bu müamiləyə razı olmazsa, alıcı müamiləni poza bilər və ya o miqdarın 
pulunu əgər vermişsə, digər tərəfdən ala bilər. Buna «şəriklikdən doğan fəsx etmə haqqı» 
deyilir. 
8. Mal sahibi tərəfindən görmədiyi bəlli bir malın xüsusiyyətlərini söylərsə və sonradan 
söylədiyi kimi olmadığı meydana çıxarsa və ya tərəf malı əvvəlcədən görmüş olarsa və indi 
də əvvəl görmüş olduğu xüsusiyyətlərə sahib olduğunu bilərsə, sonradan o xüsusiyyətlərin 
onda qalmamış olduğu anlaşılarsa, bu halda tərəf müamiləni poza bilər və buna 
«görmədən əmələ gələn fəsx etmə haqqı» deyilir. 
9. Alıcı aldığı malın pulunu üç günə qədər satıcıya verməzsə və satıcı da malı təhvil 
verməmiş olsa, satıcı müamiləni poza bilər. Əlbəttə bu, satıcınan alıcıya pulu verməsində 
möhlət verib, müddət bildirilmədiyi haldadır. Amma əgər möhlət verilməmiş olsa, pulu 
verməyi azacıq gecikdirməklə də müamiləni poza bilər. Amma əgər ona üç gündən çox 
möhlət vermişsə, bu möhlət tamam olmamışdan əvvəl müamiləni poza bilməz. Buradan 
aydınlaşır ki, əgər satdığı şey bə`zi göyərti və meyvələr kimi bir gün qalmaqla zay olan bir 
şeydirsə, onun müddəti az olacaq. Buna «gecikdirildiyinə görə fəsx etmə haqqı» deyilir. 
10. Bir heyvan satın almış olan alıcı, üç günə qədər müamiləni poza bilər. Həmçinin satdığı 
şeyin əvəzində bir heyvan alan satıcı üç günə qədər müamiləni poza bilər. Buna «heyvan 
alış-satışı fəsx etmə haqqı» deyilir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2084: Əgər alıcı malın qiymətini bilməzsə və ya aldığı zaman qafil olaraq normadan 
daha baha bir qiymətə alarsa, e`tina edilən dərəcədə baha almışsa, müamiləni poza bilər. 
Əlbəttə, müamiləni pozma zamanında malın özü mövcud olmalıdır, əks təqdirdə 
müamiləni poza bilmə haqqının olması məhəlli-işkaldır. Həmçinin əgər satıcı malın 
qiymətini bilməzsə və ya müamilə zamanı yaddan çıxaraq qiymətindən aşağı satarsa, e`tina 
edilən miqdarda ucuz satmışdırsa, yuxarıda deyilən şərtlə müamiləni poza bilər. 
Məsələ 2085: Şərtli satış müamiləsindəki məsələn; bir milyonluq evi beş yüz min manata 
satıb, satıcının müəyyən olunmuş vaxt daxilində pulu verdiyi təqdirdə müamiləni poza 
bilmə haqqına sahib olması qərarlaşdırılırsa, satıcı və alıcının həqiqətən alqı-satqı qəsdləri 
olarsa, müamilə səhihdir. 
Məsələ 2086: Şərtli – satış müamiləsində satıcı pulu vaxtında vermədiyi halda onun 
mülkünü geri verə biləcəyindən əmin olsa belə, müamilə səhihdir. Amma pulu vaxtında 
verməzsə, alıcıdan mülkü istəməyə haqqı yoxdur. Əgər alıcı ölərsə, onun varislərindən 
mülkü tələb edə bilməz. 
Məsələ 2087: Əgər keyfiyyətli çayı keyfiyyəti aşağı olan çayla qarışdırıb, keyfiyyətli çay 
adına satarsa, alıcı müamiləni poza bilər. 
Məsələ 2088: Əgər alıcı aldığı malın bir qüsuru olduğunu başa düşərsə, məsələn; bir 
heyvan alıb, sonra onun gözünün birinin kor olduğunu görərsə, əgər bu qüsur müamilədən 
əvvəl heyvanda olduğu halda o bilmirdisə, müamiləni pozaraq onu satıcıya qaytara bilər. 
Əgər onu qaytarması mümkün olmazsa, məsələn; o malda bir dəyişmə meydana gəlmiş 
olarsa və ya onda geri qaytarmağa mane olan bir təsərrüf etmişsə, məsələn, onu satıb, 
yaxud icarəyə veribsə, yaxud da parçanı kəsib, ya tikmişsə, bu halda sağlam ilə qüsurlu 
arasında qiymət fərqini müəyyənləşdirib satıcıya verdiyi puldan həmin miqdarını geri ala 
bilər. Məsələn; dörd manata aldığı bir malın qüsuru olduğunu başa düşərsə, əgər onun 
qüsursuzunun qiyməti səkkiz manat, qüsurlunun qiyməti isə altı manatdırsa, qüsursuzla 
qüsurlu arasındakı qiymət fərqi dörddə bir olduğundan satıcıya verdiyi pulun dörddə biri 
olan bir manatı geri ala bilər. 
Məsələ 2089: Satıcı satdığı malın əvəzində aldığı müəyyən bir şeydə qüsur olduğunu 
görərsə, əgər o qüsur müamilədən əvvəl göründüyü halda o bilməmişdirsə, satıcı 
müamiləni pozaraq onu sahibinə qaytara bilər. Amma əgər o şeydə meydana gələn bir 
dəyişmə və təsərrüf etmə üzündən qaytara bilməzsə, əvvəlki məsələdə söylənən qaydaya 
görə qüsursuz ilə qüsurlu arasındakı qiymət fərqini ala bilər. 
Məsələ 2090: Əgər müamilədən sonra və malı alıcıya verməmişdən əvvəl onda bir qüsur 
ortaya çıxarsa, alıcı müamiləni poza bilər. Həmçinin malın əvəzi olan bir şeydə 
müamilədən sonra, verilməmişdən əvvəl bir qüsur meydana gələrsə, satıcı müamiləni poza 
bilər. Əgər qiymət fərqini almaq istərlərsə də geri qaytarmaq imkanı olmadığı təqdirdə 
caizdir. 
Məsələ 2091: Müamilədən sonra malın qüsuru olduğunu anlarsa, müamiləni pozmaq 
istərsə, dərhal pozmalıdır. Əks təqdirdə (halların müxtəlifliyini nəzərə almaqla) əgər 
normadan çox vaxt keçənə qədər tə`xirə salsa artıq müamiləni poza bilməz. 
Məsələ 2092: Əgər müamilədən sonra aldığı malın qüsuru olduğunu başa düşərsə, satıcı 
hazır olmasa belə, müamiləni poza bilər. Başqa fəsx etmə haqqlarında da hökm eynidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2093: İki yerdə alıcı, malda üzə çıxan qüsur səbəbi ilə müamiləni poza bilməz və ya 
qiymət fərqini ala bilməz. 
1. Malı alarkən qüsurlu olduğunu bilirdisə; 
2. Müamilə vaxtı satıcı «bu malı bütün qüsurları ilə bərabər satıram» – demişsə, amma bir 
qüsuru göstərib və «bu qüsurla satıram» – demişsə və sonradan onda başqa bir qüsurun da 
olduğunu anlamışsa, alıcı satıcının göstərmədiyi qüsura görə malı geri qaytara bilər və geri 
qaytara bilmədiyi təqdirdə də qiymət fərqini ala bilər. 
Məsələ 2094: Əgər alıcı aldığı malın qüsurlu olduğunu başa düşərsə və aldıqdan sonra 
onda ayrı bir qüsur meydana çıxarsa, müamiləni poza bilməz. Amma qüsursuz ilə qüsurlu 
arasındakı qiymət fərqini ala bilər. Lakin aldığı heyvan qüsurlu olsa, fəsx etmə haqqına 
sahib olduğu üç gün keçməmişdən əvvəl başqa bir qüsur meydana gələrsə, onu təhvil almış 
olsa belə, yenə də geri qaytara bilər. Həmçinin yalnız alıcının müəyyən müddətə qədər fəsx 
etmə haqqına sahib olsa, o müddət ərzində malda başqa bir qüsur meydana gələrsə, onu 
təhvil almış olsa belə, müamiləni poza bilər. 
Məsələ 2095: Əgər insanın özünün görmədiyi bir malı olarsa və digəri ona malın 
xüsusiyyətlərini başa salarsa, o da başqasının ona anlatdığı xüsusiyyətləri alıcıya 
söyləyərək onu satarsa, sonra da onun dediklərindən daha yaxşı olduğunu başa düşərsə, 
müamiləni poza bilər. 
MÜXTƏLİF MƏSƏLƏLƏR 
Məsələ 2096: Əgər satıcı malın alış qiymətini alıcıya söyləyərsə, həmin qiymətə, ya da daha 
aşağı qiymətdən satsa belə, qiymətin azalmasına və ya artmasına səbəb olan digər bütün 
şeyləri də söyləməlidir. Məsələn; nəqd və ya nisyə aldığını da deməlidir. Əgər o 
xüsusiyyətlərin bə`zisini söyləməsə və alıcı sonradan başa düşsə müamiləni poza bilər. 
Məsələ 2097: Bir şəxs başqa birinə bir mal verib onun qiymətini müəyyən edərək «bu malı 
bu qiymətdən sat, nə qədər baha sata bilirsən artığı sənin satma haqqın olacaq» – deyərsə, 
bu halda nə qədər bahaya satarsa, mal sahibinindir və satıcı yalnız öz zəhmət haqqını 
sahibindən ala bilər. Amma əgər cüalə şəklində olarsa və «əgər bu malı bu qiymətdən 
artığına sata bilsən, artığı sənin olsun» – deyərsə, maneçiliyi yoxdur. 
Məsələ 2098: Əgər bir qəssab erkək heyvan əti satarsa və yerinə dişi heyvan əti verərsə, 
günah işlətmiş olur. Bu halda əgər onun müəyyən edib «bu erkək heyvan ətini satıram» – 
demişsə, alıcı müamiləni poza bilər. Əgər onu bildirməmişsə, müştəri aldığı ətə razı 
olmazsa, qəssabın ona erkək heyvan əti verməsi lazımdır. 
Məsələ 2099: Alıcı parça satıcısından rəngi solmayan bir parça istəyərsə, satıcı isə ona 
rəngi tez solan bir parça verərsə, alıcı müamiləni poza bilər. 
Məsələ 2100: Əgər satıcı satdığı malı təhvil verə bilməsə, məsələn, satdığı at qaçarsa, bu 
halda müamilə batil olur, müştəri də öz pulunu tələb edə bilər. 
ŞƏRİKLİK HÖKMLƏRİ 
Məsələ 2101: İki nəfər, şərikli olan malları ilə ticarət edib əldə etdikləri qazancları 
aralarında bölməyi qərara alarlarsa və ərəbcə və ya başqa bir dildə şəriklik əqdini oxuyar, 
ya da bir-birləri ilə şərik olmaq istədiklərini müəyyən edən bir iş görərlərsə, onların 
şərikliyi səhihdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2102: Əgər bir neçə nəfər öz işlərindən aldıqları pullarda şərik olsalar, məsələn; bir 
neçə dəllək bir-birləri ilə razılaşarlar ki, hər nə qədər gəlir götürsələr, birlikdə bölsünlər, 
bu şəriklik səhih deyildir. Amma əgər məsələn; müəyyən bir müddətə qədər hər birinin 
zəhmət haqqının yarısının əvvəlkinin zəhmət haqqının yarısı əvəzində müəyyən müddətə 
qədər onun olması üzrə bir-birilə danışıq (razılaşma) edərlərsə, bu razılaşma səhihdir və 
hər biri əvvəlki ilə onun aldığı qazancda şərik olurlar. 
Məsələ 2103: Əgər iki nəfər bir-birilə şərik olsalar ki, hər birinin öz hesabına alıb, əvəzini 
özü borclu olduğu bir malda bir-birləri ilə hər birisinin aldığı maldan əldə edilən qazancda 
şərik olmalarını qərarlaşdırarlarsa, bu şəriklik səhih deyildir. Amma əgər hər biri 
digərinin borc olaraq aldığı şeydə onu da şərik etməyə vəkil edər, yə`ni hər ikisi də borclu 
olmaq üzrə o malı həm özü, həm də şəriki üçün alırsa, hər ikisi də o malda şərik olurlar. 
Məsələ 2104: Şəriklik siğəsi oxuyaraq bir-birləri ilə ortaq olan şəxslərin ağıllı və baliğ 
olmaları, öz qəsd və ixtiyarları ilə şərik olmaları və həmçinin öz malından istifadə haqqına 
sahib olmaları gərəkdir. Deməli, səfeh (malını boş işlərə xərcləyən şəxs) öz malından 
istifadə etmə haqqına sahib olmadığından şərik olsa, səhih deyildir. 
Məsələ 2105: Əgər şəriklik əqdində işləyən və ya digər şəriki ilə müqayisədə daha çox 
işləyən, ya da işi o birinə görə daha əhəmiyyətli olan şəxsin daha çox qazanc götürməsini 
şərt qoyarlarsa, şərt qoyduqları miqdarı ona verməkləri gərəkdir. Həmçinin əgər 
işləməyən və ya daha çox işləməyən, ya da işi o biri ilə müqayisədə daha əhəmiyyətli 
olmayan şəxsin daha çox qazanc almasını şərt qoyarlarsa, yenə də şərt səhihdir və şərt 
qoyduqları miqdarı ona verməlidir. 
Məsələ 2106: Əgər qazancın hamısını sadəcə birisinin götürməsini və ya zərərin hamısını 
onlardan birinin üzərinə qoymalarını qərarlaşdırsalar, bu şərikliyin səhih olması məhəlli 
işkaldır. 
Məsələ 2107: Əgər şəriklərdən birinin, mənfəətdən çox xeyir götürməsini şərt 
qoymamışlarsa, belə ki, şəriklərin sərmayələri bərabərdirsə xeyir və zərəri eyni miqdarda 
paylaşmalıdırlar. Amma əgər sərmayələri eyni ölçüdə olmazsa, xeyir və zərəri də 
sərmayələrinə mütənasib olaraq bölməlidirlər. Məsələn; şərik olan iki nəfərin birinin 
sərmayəsi digərinin sərmayəsindən iki qat çox olsa, ona düşən xeyir və zərər payı istər hər 
ikisi eyni miqdarda işləsin və ya biri az işləsin, ya əsla işləməsin, o birinin payının iki qatı 
olur. 
Məsələ 2108: Əgər şəriklik əqdində hər ikisinin birlikdə alış-veriş etmələrini və ya hər 
birinin tək başına müamilə etməsini, yaxud tək birinin müamilə etməsini, ya da müamilə 
etmək üçün üçüncü bir şəxsin əcir tutulmasını şərt qoymuşlarsa, qərarlarına əməl etmələri 
gərəkdir. 
Məsələ 2109: Şəriklik iki cür ola bilər: 1- İzni şəriklik. O da bundan ibarətdir ki, şərikli 
müamilədən əvvəl ticarət malı şəriklərin arasında müşa şəklində olsun. 2- Müavizi 
(dəyişmək) şəriklik. O da bundan ibarətdir ki, şəriklərdən hər biri öz malını şirkət üçün 
hazır edir, nəticədə hər biri öz malının yarısını digərinin malının yarısı ilə dəyişir. Əgər 
sərmayə ilə hansının alış-veriş edəcəyini müəyyənləşdirməmişlərsə, izni şəriklikdə onlardan 
heç biri digərinin icazəsi olmadan o sərmayə ilə müamilə edə bilməz. Amma müavizi 
şəriklikdə onların hər biri şirkətə zərər vurmadan müamilə edə bilər. 
Məsələ 2110: Şirkətin sərmayəsinin ixtiyarı əlində olan şərik, şərikliyin şərtinə görə hərəkət 
etməlidir. Məsələn; əgər onunla nisyə alması, ya nəqd satması və ya malı müəyyən bir 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
yerdən alması qərarlaşdırılmışdırsa, bu şərtə görə əməl etməlidir. Amma əgər onunla bir 
qərar qoyulmamışsa, adi qaydada müamilə etməli və şirkətin zərər etməyəcəyi alış-verişləri 
etməlidirlər. 
Məsələ 2111: Şirkətin sərmayəsi ilə alış-veriş edən şəxs, əgər onunla edilən şərtə zidd alış-
veriş edərsə və ya onunla şərt kəsilməmiş olarsa və adi qaydanın əksinə müamilə edərsə, bu 
iki halda əqva nəzərə görə müamilənin səhih olmasına baxmayaraq, bu müamilədən zərər 
edərsə və ya şirkətin malının bir miqdarı tələf olarsa, şərtləşmənin və ya normanın əksinə 
hərəkət etmiş olan şərik buna zamindir. 
Məsələ 2112: Şirkətin sərmayəsi ilə müamilə edən şərik, həddini aşmadığı və sərmayənin 
mühafizəsində başısoyuqluq etmədiyi halda, təsadüfən sərmayənin bir miqdarı və ya 
hamısı tələf olsa, zamin deyildir. 
Məsələ 2113: Şirkətin sərmayəsi ilə müamilə edən şərik sərmayənin tələf olduğunu 
söyləyərsə, digər şəriklər yanında inanılmış bir şəxsdirsə, onun sözünü qəbul etmələri 
lazımdır. Amma əgər belə deyilsə, şəriət qazilik üsullarına görə mübahisələrini həll 
etmələri üçün şəriət hakiminə müraciət edə bilərlər. 
Məsələ 2114: Əgər izni şəriklikdə şəriklərin hamısı bir-birlərinə verdikləri istifadə 
icazəsindən imtina edərlərsə, artıq heç birisi şirkətin malından istifadə edə bilməzlər. 
Amma əgər onlardan biri icazəni geri götürərsə, digərlərinin istifadə haqqı yoxdur. Amma 
icazəsini geri götürən şəxs, şirkətin malından istifadə edə bilər. Hər bir halda onların 
sərmayədə iştirakları öz halında qalır. 
Məsələ 2115: İzni şəriklikdə şəriklərin biri sərmayənin bölünməsini istərsə, şəriklik 
müddəti bitməmiş olsa belə, digərlərinin qəbul etmələri gərəkdir. Amma əgər qisməti rədd 
şəklində olsa və ya şəriklərə çox bir zərəri olarsa, bölgü qəbul edilməyə bilər. 
Məsələ 2116: Əgər izni şəriklikdə şəriklərin birisi ölərsə, ya dəli və ya bihuş olarsa, digər 
ortaqlar şirkətin malından istifadə edə bilməzlər. Həmçinin onlardan biri səfeh olarsa, 
yə`ni öz malını boş işlərə xərclərsə, hökm eynidir. 
Məsələ 2117: Əgər şəriklərdən biri, özü üçün nisyə bir mal alarsa, xeyir və zərəri onun 
özünə aiddir. Amma əgər şirkət üçün alarsa və şəriklik şərti nisyə müamiləni də əhatə 
edirsə, xeyir və zərəri hər ikisinə aiddir. 
Məsələ 2118: Şirkətin sərmayəsi ilə bir müamilə etdikdən sonra şərikliklərinin batil 
olduğunu başa düşərlərsə, bu halda əgər müamiləyə icazə vermək şərikliyin doğruluğuna 
bağlı deyildirsə (bu mə`nada ki, şərikliyin doğru olmadığını bildikləri halda yenə də bir-
birlərinin istifadəsinə razı olsaydılar), müamilə səhihdir və o müamilədən hər nə əldə 
edilərsə, hamısının malıdır. Amma əgər belə deyilsə, o birilərin istifadəsinə razı olmayan 
şərik yoldaşları «bu müamiləyə razıyıq» – deyərlərsə, müamilə səhihdir. Əks təqdirdə batil 
olur. Hər iki təqdirdə də onlardan hansı biri şirkət üçün işləmişsə, əgər pulsuz olaraq 
işləmək qəsdi olmayıbsa, zəhmətinin əvəzini normal bir şəkildə digər şəriklərdən sərmayə 
qaydasına görə ala bilər. Amma əgər normal zəhmət haqqı şərikliyin səhih olduğu fərz 
olunan halda, bu müamilədən ələ gələn qazancdan çox olarsa, ancaq o, qazanc götürə bilər. 
RAZILAŞMA (SÜLH) HÖKMLƏRİ 
Məsələ 2119: Sülh odur ki, insan başqası ilə razılaşa ki, öz malının və ya malının 
mənfəətinin bir miqdarını onun mülkü etsin, ya öz tələb və ya haqqından keçsin ki, onun 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
tərəf müqabili də bunun əvəzində öz malını, ya malının mənfəətinin bir miqdarını buna 
tapşırsın, ya öz haqqından və ya tələbindən keçsin. Əgər əvəz almadan, razılaşsa ki, öz 
malından, ya malının mənfəətindən bir qədərini ona tapşırsın, ya öz tələbindən, ya 
haqqından keçsin, bu halda yenə də sülh səhihdir. 
Məsələ 2120: Öz malını başqası ilə sülh edən şəxs həddi-büluğa çatmış, aqil olmalı, sülh 
etmə qəsdi olmalı bir kəs onu bu işə məcbur etməməlidir. Həmçinin səfeh və müflisləşmə 
səbəbi ilə öz malında təsərrüf etmə haqqında məhrum edilməməlidir. 
Məsələ 2121: Sülhün siğəsinin ərəbcə oxunması vacib deyil; əksinə bir-biri ilə 
razılaşmalarını çatdıran hər bir kəlmə ilə və ya iş ilə də olsa səhihdir. 
Məsələ 2122: Əgər bir nəfər öz qoyunlarını, misal üçün bir il saxlayaraq onun südündən 
istifadə edib bir qədər də ona yağ verməsi əsasında çobanla sülh edərsə, bu halda əgər 
qoyunların südünü çobanın çəkdiyi zəhmətlər və o yağ müqabilində sülh edərsə, səhihdir. 
Hətta əgər qoyunları bir illik çobana icarəyə versə və südündən istifadə edərək əvəzində bir 
qədər yağ verməsini desə, amma o qoyunların süd və yağı olmasını qeyd etməsə də, 
səhihdir. 
Məsələ 2123: Əgər bir şəxs alacağını və ya haqqını başqa birisi ilə sülh etmək istərsə, qarşı 
tərəf qəbul etdiyi təqdirdə səhihdir. Amma əgər öz haqq və ya alacağından keçmək istərsə, 
qarşı tərəfin qəbul etməsi lazım deyil. 
Məsələ 2124: İnsan borcunun miqdarını bilsə, alacaqlı olan bilməzsə, alacaqlı olan 
alacağını olduğundan az miqdarda sülh etmək istərsə, məsələn; əlli manat almalıykən, on 
manatla sülh edərsə, qalan miqdar borclu üçün halal deyildir. Amma əgər borcunun 
miqdarını ona deyərsə və onu razı salarsa, yaxud alacaqlı, alacığı miqdarı bilsəydi, yenə də 
o miqdara sülh edərdisə, bu halda halal olur. 
Məsələ 2125: Əgər iki nəfərin bir-birlərinin əlində və ya zimmətində malları olsa və 
bunlardan birinin digərindən çox olduğu bilinərsə, o malların bir-biri əvəzində alqı-satqısı 
ribaya (faizə) yol açdığı üçün haram olursa, onların bir-biri ilə sülh etməsi də haramdır. 
Hətta onların birisinin malı digərindən çox olduğu bilinməzsə, amma birinin çox olduğuna 
ehtimal verilərsə, lazım ehtiyata görə, o iki malı bir-birilə sülh edə bilməzlər. 
Məsələ 2126: Əgər iki nəfər bir adamdan alacaqlı olsa və ya iki kişi digər iki kişidən 
alacaqlıdırsa və öz alacaqları barədə bir-birilə sülh etmək istərlərsə, əvvəlki məsələdə 
söylənildiyi kimi, bu ribaya yol açmazsa, maneçiliyi yoxdur. Məsələn; hər ikisi (biri 
keyfiyyətli, digəri orta keyfiyyətli olan) on batman buğda alacaqlı olsa və hər ikisinin 
müddəti sona çatmışsa, onların sülh etməsi səhihdir. 
Məsələ 2127: Əgər bir şəxsdən bir müddət sonra alması lazım gələn alacağının qalanını 
nəqd almaq məqsədi ilə bir miqdarından keçərək qalan az miqdarı üçün onunla sülh 
edərsə, maneçiliyi yoxdur. Əlbəttə bu hökm alacağın qızıl və ya gümüş, ya da çəki və ya 
ölçü ilə satılan bir mal olduğu təqdirdədir. Bunlardan kənar qalan mallarda 2248-ci 
məsələdə izah olunduğu kimi, alacaqlının alacağını borclu olan şəxsə və ya başqası ilə 
alacağından daha az miqdar üçün sülh etməsi və ya satması caizdir. 
Məsələ 2128: Bir şey üçün sülh edən iki nəfər, hər ikisi razı olduğu təqdirdə sülhü poza 
bilərlər. Həmçinin əgər müamilə zamanı hər ikisi üçün və ya birisi üçün müamiləni ləğv 
etmə haqqı qoyarlarsa, haqqı olan şəxs anlaşmanı poza bilər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2129: Satıcı və alıcı müamilə məclisindən ayrılmamış müamiləni poza bilərlər. 
Həmçinin heyvan alan bir müştərinin üç günə qədər müamiləni pozma haqqı vardır. Aldığı 
bir malın pulunu üç günə qədər verməzsə və malı götürməzsə, 2081-ci məsələdə izah 
olunduğu kimi, satıcının müamiləni pozma haqqı vardır. Amma malı sülh edən bir şəxsin 
bu üç halda sülh pozma haqqı yoxdur. Lakin əgər tərəf müsalihə olunan şeyi verməyi 
normadan artıq gecikdirərsə və ya məsələn; müsalihə olunan malı nəqd verməsi şərt 
qoyulmuş olarsa və tərəf şərtə əməl etməzsə, sülhü poza bilər. Həmçinin alış-verişin sair 
hökmlərində izah olunan müamiləni ləğv etmə haqqı olan digər hallarda da sülhü ləğv edə 
bilər. Amma əgər sülh edən tərəflərin biri uduzarsa; bu təqdirdə sülh münaqişəni aradan 
qaldırmaq üçün olarsa, sülhü poza bilməz. Hətta bundan başqa hallarda da vacib ehtiyata 
görə uduzan şəxs müamiləni pozmamalıdır. 
Məsələ 2130: Sülh yolu ilə aldığı şey qüsurlu çıxarsa, sülhü poza bilərlər. Amma qüsursuz 
ilə qüsurlu arasında olan qiymət fərqini almaq istərsə, bu, işkallıdır. 
Məsələ 2131: Əgər öz malını başqa birisi ilə sülh edərsə və «mən öldükdən sonra səninlə 
sülh etdiyim şeyi, məsələn; vəqf edəcəksən» – deyə, şərt qoyarsa və o da bu şərti qəbul 
edərsə, şərtə əməl etməlidir. 
İCARƏ HÖKMLƏRİ 
Məsələ 2132: İcarə verən və icarəyə götürən şəxslərin ağıllı və baliğ olmaları, öz ixtiyarı ilə 
icarə qurmaları gərəkdir. Həmçinin onlar öz mallarından istifadə haqqına sahib 
olmalıdırlar. Deməli, səfeh olan şəxs öz malından istifadə haqqına sahib olmadığından bir 
şeyi icarəyə götürə bilməz və ya icarəyə verə bilməz. Həmçinin iflasa uğramış olan bir şəxs 
istifadə haqqı olmadığı mallardan bir şeyi icarəyə verə bilməz və ya onunla bir şeyi icarəyə 
götürə bilməz. Amma özünü (iş qüvvəsini) başqasına əcir edə bilər. 
Məsələ 2133: İnsan başqası tərəfindən vəkil olub, onun malını icarəyə verə bilər və ya onun 
üçün bir malı icarəyə götürə bilər. 
Məsələ 2134: Uşağın vəlisi və ya qəyyumu uşağının malını icarəyə versələr, ya uşağın özünü 
başqasına əcir versələr, maneəsi yoxdur. Əgər uşağın həddi-büluğa yetişmə müddətindən 
bir qismini də əcir olma müddəti qərar versələr, uşaq həddi-büluğa çatdıqdan sonra 
icarənin qalanını poza bilər, baxmayaraq ki, əgər uşağın həddi-büluğa çatma zamanını, 
icarənin müddətindən hesab etməsəydi, uşağın məsləhətinin xilafına olardı. Bəli, əgər 
şər`ən lazım olan məsləhətə xilaf olsa, yə`ni müqəddəs şəriət onun tərk olunmasına razı 
olmadığı bir məsləhət olsa, bu halda əgər icarə, şəriət hakiminin izni ilə olsa, uşaq həddi-
büluğa çatandan sonra, icarəni poza bilməz. 
Məsələ 2135: Vəlisi olmayan səğir bir uşaq müctəhidin icazəsi olmadan əcir tutula bilməz. 
Əgər müctəhid olmazsa, adil bir mö`minin icazəsi alınaraq o uşaq əcir tutula bilər. 
Məsələ 2136: İcarə verənin və ya icarəyə götürənin icarə əqdini ərəbcə oxumaları lazım 
(vacib) deyil. Sadəcə olaraq mülkün sahibi bir şəxsə «bu malı sənə icarəyə verdim» – 
deyərsə, o da «qəbul etdim» – deyərsə, icarə səhihdir. Hətta heç bir danışıq olmadan mal 
sahibi icarəyə vermək qəsdi ilə malı icarəyə götürənə verirsə və o da icarəyə götürmək 
qəsdi ilə alırsa, icarə səhihdir. 
Məsələ 2137: Əgər insan icarə əqdi oxumadan bir iş görmək üçün əcir olmaq istərsə, o işə 
başladığı təqdirdə icarə səhihdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2138: Danışa bilməyən şəxs, əgər işarə ilə mülkü icarəyə verdiyini və ya icarəyə 
götürdüyünü başa salarsa, icarə səhihdir. 
Məsələ 2139: Bir ev, dükan, gəmi və ya otağı icarəyə götürdüyü zaman, mülk sahibi 
onlardan sadəcə icarəçinin özünün istifadə etməsini şərt qoyarsa, icarəçi onları başqasına 
icarəyə verə bilməz. Amma əgər icarə özünə məxsus olsa, məsələn; bir ev və ya otağı 
icarəyə götürmüş olan qadının ərə gedib sonra o ev və ya otağı özünün qalması üçün ərinə 
icarəyə verməsi kimi. Amma əgər mülk sahibi belə bir şərt qoymamışsa, onu başqasına 
icarəyə verə bilər (əlbəttə, mülkü ikinci icarəçiyə vermək üçün ehtiyata əsasən mülk 
sahibindən icazə almalıdır). Əgər icarəyə aldığı mülkü icarə etdiyi haqqdan çox icarəyə 
vermək istəsə, hərçənd icarə başqa cinsdən olsa belə, əgər ev, dükan, gəmi olsa, onda tə`mir 
və ya ağartma kimi işlər görməlidir, ya da onu mühafizə etmək üçün bir xəsarət vermiş 
olmalıdır. 
Məsələ 2140: Əgər əcir olunan sadəcə əcir olduğu şəxsə işləyəcəyini şərt qoymuşsa, əvvəlki 
məsələdə izah olunan haldan başqa, əcir tutan onu başqasına əcir verə bilməz. Amma belə 
bir şərt qoymamışsa, onu başqasına əcir verə bilər. Amma ona ücrət olaraq tə`yin etdiyi 
şey qiymət baxımından əcir olan şəxsə verdiyi haqqdan çox olmamalıdır. Həmçinin əgər 
özü başqasına əcir olmuşsa və o işi görmək üçün başqa birini öz ücrətindən daha az bir 
miqdara əcir tutmaq istərsə, hökm eynidir. Lakin əgər o işin bir miqdarını özü görmüş 
olsa, başqasını öz ücrətindən daha aza əcir tuta bilər. 
Məsələ 2141: Əgər ev, dükan, otaq, gəmidən başqa bir şeyi, məsələn; bir yeri icarələyərsə 
və mülkün sahibi də «sadəcə özün istifadə etməlisən» – deyə bir şərt qoymamışsa, onu öz 
icarələdiyindən çox icarəyə verərsə, bu icarənin səhih olması məhəlli işkaldır. 
Məsələ 2142: Əgər ev və ya bir dükanı, məsələn; illik yüz manata icarəyə götürərsə, onun 
yarısından özü istifadə edib, yarısını da yüz manata icarəyə verə bilər. Amma əgər onun 
yarısını icarəyə götürdüyündən daha çox qiymətə, məsələn yüz iyirmi manata kirayəyə 
vermək istərsə, onda orada tə`mir işi kimi bir iş görməlidir. 
İCARƏYƏ VERİLƏN MALIN ŞƏRTLƏRİ 
Məsələ 2143: İcarəyə verilən malın bir neçə şərti vardır: 
1. Müəyyən olmalıdır; başqa sözlə, əgər «evlərimdən birini sənə icarəyə verdim» – deyərsə, 
doğru deyildir. 
2. İcarəçi onu görməli, ya da əgər orada hazır olmasa, ya külli olsa, icarəyə verən onun 
icarəyə verilməsinə meyl etməkdə tə`sirli olan xüsusiyyətlərinin hamısını aydın şəkildə 
söyləməlidir. 
3. Onun təhvil verilməsi mümkün olmalıdır. Buna görə qaçmış olan bir atı icarəyə vermək, 
icarəçinin onu tuta bilmək imkanı olmazsa, batildir və tuta bilmək imkanı varsa, səhihdir. 
4. İstifadə olunarkən tələf edilib aradan aparılan bir şey olmamalıdır. Buna görə çörək, 
meyvə və digər yeməkləri icarəyə vermək doğru deyildir. 
5. Mal hansı məqsədlə icarə verilibsə, həmin istiqamətdə istifadə mümkün olmalıdır. Buna 
görə əkin üçün icarəyə verilən bir tarlanın suvarılmasına yağış suyu yetişmirsə, çay suyu 
da çatmazsa, icarə səhih deyildir 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
6. İcarəyə verdiyi şey də, hansı məqsədlə icarəyə verirsə, onun mənfəətinə sahib olmalıdır. 
Əgər nə onun maliki, nə qəyyumu nə də vəkili olmazsa, (başqa birinin malını icarəyə 
verirsə) onun sahibinin razılığı olduğu vaxt səhih sayılır. 
Məsələ 2144: Meyvəsindən istifadə etmək üçün ağacını icarəyə vermək ağacın meyvəsi hal-
hazırda mövcud olmasa da, səhihdir. Bir heyvanı südündən istifadə üçün icarəyə vermək 
də eyni hökmü daşıyır. 
Məsələ 2145: Qadın südündən istifadə üçün əcir ola bilər. Ərindən icazə alması da lazım 
deyil. Amma süd verməklə ərinin haqqı zay olursa, ərindən icazəsiz əcir ola bilməz. 
MALIN İCARƏSİNDƏN İSTİFADƏ ETMƏYİN ŞƏRTLƏRİ 
Məsələ 2146: Malın icarəsindən istifadənin dörd şərti vardır: 
1. Halal olmalıdır; deməli, yalnız haram mənfəəti olan, yaxud haram işdə istifadə olunması 
şərt olunan, yaxud müamilədən əvvəl haram istifadəni müəyyənləşdirib müamiləni o 
əsasda qursalar, müamilə batildir. Buna görə də dükanı şərab satışı və ya onun saxlanması 
üçün icarəyə vermək və ya heyvanı şərab daşımaq üçün icarəyə vermək batildir. 
2. O iş şəriət nəzərində havayı olaraq vacib olmamalı; vacib ehtiyata görə halal və haram 
hökmlərini öyrətmək gündəlik qarşıya çıxan halda, eləcə də ölünün kəfən-dəfn işlərinin 
vacib miqdarı bu cürdür. Başqa sözlə bu işlər üçün əcir olmaq caiz deyildir. Vacib ehtiyata 
görə o istifadəyə pul vermək camaatın nəzərində hədər yerə gedən pul kimi sayılmamalıdır. 
3. İcarəyə verilən şeyin bir neçə istifadəsi olursa, icarəyə götürən onun hansı cəhətindən 
istifadə edəcəyini bildirməlidir; məsələn, həm minilən, həm də yük daşınılan bir heyvan 
icarəyə verilirsə, icarə etmə zamanında minilməsinin və ya yük daşınmasının ya da 
bütünlüklə hər iki cəhətinin icarəyə götürənə aid olduğu bildirilməlidir. 
4. İstifadəsinin miqdarı bildirilməlidir. Bu isə icarənin müddətini bildirməklə olur. Ev və 
dükanın icarə verilməsində olduğu kimi ya da işin aydınlaşdırılması ilə olar. Məsələn; dərzi 
ilə bəlli bir libası, məxsus bir tərzdə tikməsi qərarlaşdırılır. 
Məsələ 2147: Əgər icarə müddətinin başlanğıcını müəyyən etməzlərsə, onun başlanğıcı 
icarə əqdinin bitməsindən e`tibarən başlayar. 
Məsələ 2148: Əgər bir evi, məsələn; bir illiyə icarəyə verib və onun başlanğıcını icarə 
əqdinin oxunmasından sonra bir ay sonraya müəyyənləşdirsələr, əqd oxunduğu zaman ev 
digəri tərəfindən icarəyə götürülmüş olsa belə, icarə səhihdir. 
Məsələ 2149: Əgər icarə müddətini bildirməyib və «evdə yaşadığım müddət, məsələn; 
icarəsi ayda min manatdır» – deyərsə, icarə səhih deyildir. 
Məsələ 2150: Əgər icarəçiyə «evi sənə ayı min manatdan icarəyə verdim» – deyərsə və ya 
«evi sənə bir aylığına min manat icarəyə verdim, ondan sonra da hər nə qədər qalsan, onun 
icarəsinin ayı min manatdır» – deyərsə, icarə müddətinin başlanğıcı mə`lum olarsa, ilk 
ayın icarəsi səhihdir. 
Məsələ 2151: Müsafir və ziyarətçilərin nə qədər qalacaqları bəlli olmayan bir evin hər 
gecəsinə yüz manat verməyi qərarlaşdırarlarsa və ev sahibi də buna razı olarsa, o evdən 
istifadə etməyin maneçiliyi yoxdur. Amma icarə müddətini müəyyənləşdirmədikləri üçün 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
ilk gecədən sonraya icarə səhih deyildir. Ev sahibi də ilk gecədən sonra istədiyi vaxt onları 
evdən çıxara bilər. 
İCARƏNİN SAİR MƏSƏLƏLƏRİ 
Məsələ 2152: İcarəçinin icarə əvəzi olaraq verdiyi malın müəyyən edilməsi lazımdır. O 
halda əgər bu, buğda kimi çəki və ya ölçü ilə müamilə edilən şeydirsə, çəkisinin bilinməsi və 
əgər mütədavil pullar kimi sayılaraq müamilə edilən şeydirsə, sayının bilinməsi və əgər at, 
qoyun kimi bir şeydirsə, icarəyə verənin onu görməsi, ya da icarəçinin onun 
xüsusiyyətlərini söyləməsi lazımdır. 
Məsələ 2153: Əgər bir tarlanı əkin üçün icarə versə və icarə əvəzini də fe`lən mövcud 
olmayan o tarlanın və ya başqa bir yerin məhsulunu tə`yin edərsə və ya o tarlanın öz 
məhsulundan verilməsi şərti ilə əsaslı olaraq zimməsinə alarsa, icarə səhih deyildir. Amma 
əgər yerin məhsulu fe`lən mövcud olarsa, bir maneçiliyi yoxdur. 
Məsələ 2154: Bir şeyi icarəyə verən şəxsin o şeyi təhvil verməyincə onun kirəsini istəməyə 
haqqı yoxdur. Həmçinin bir işi görmək üçün əcir olan şəxsin də o işi görməyənə qədər 
haqqını istəməyə hüququ yoxdur. Amma həcc üçün əcir olmaq kimi adətən haqqı 
əvvəlcədən alınan bir iş üçün əcir olmuşsa, ala bilər. 
Məsələ 2155: Əgər icarəyə verdiyi şeyi təhvil verərsə, icarəçi təhvil almasa belə, ya da təhvil 
alıb, amma icarə müddətinin sonuna qədər istifadə etməsə belə, onun icarə pulunu 
verməlidir. 
Məsələ 2156: Əgər insan bəlli bir gündə bir işi görmək məqsədilə əcir olarsa və həmin 
gündə hazır olarsa, əcir tutan işi ona gördürməsə belə, haqqını verməlidir. Məsələn; bir 
dərzini müəyyən bir gündə paltar tikmək üçün əcir tutarsa, dərzi də o gün tikmək üçün 
hazır olarsa, ona tikiləcək parçanı verməsə belə, dərzi istər boş dayansın və istərsə özü və 
başqası üçün işləsin, haqqını verməlidir. 
Məsələ 2157: İcarə müddəti tamam olduqdan sonra, icarənin batil olduğu mə`lum olarsa, 
icarəçinin normal miqdarda icarə əvəzini (ücrətül-misl) mülk sahibinə verməsi lazımdır. 
Məsələn; bir evi, ili yüz manata kirayələmişsə, sonradan kirayənin batil olduğunu başa 
düşmüşsə, o ilin illik kirəsi əvəzi normal qiymətlərlə əlli manatdırsa, əlli manat verməlidir. 
Əgər iki yüz manatdırsa, o evi kirayəyə verən onun sahibi və ya mütləq vəkil olduğu və o 
evi normal kirə əvəzindən xəbəri olub kirəyə verdiyi təqdirdə yüz manatdan artığının 
verməsi lazım deyil. Belə olmadığı təqdirdə iki yüz manat verməsi gərəkdir. Həmçinin 
icarə müddətindən bir miqdar keçdikdən sonra icarənin batil olduğu aydınlaşarsa, keçən 
müddətin kirəsi üçün də eyni hökm qüvvədədir. 
Məsələ 2158: Əgər icarəyə götürdüyü bir şey zay (tələf) olarsa, onu qorumaqda 
səhlənkarlıq etməmişdirsə və ondan istifadədə ifrata varmamışsa, zamin deyildir. 
Həmçinin bir dərziyə verdiyi bir parça zay olarsa, əgər dərzi ifrata varmamışsa və 
parçanın qorunmasında səhlənkarlıq etməmişsə, zamin deyil. 
Məsələ 2159: Əgər icarəyə alan şəxsin malında müəyyən iş görmək istəyən sənətkar, dərzi 
və s. aldığı şeyi zay edərsə, zamindir. 
Məsələ 2160: Əgər qəssab kəsdiyi heyvanı murdar (haram) edərsə, istər zəhmət haqqı əvəzi 
kəsmiş olsun, istər havayı, heyvanın qiymətini sahibinə ödəməlidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2161: Nə qədər yük vuracağını bildirərək bir heyvanı və ya başqa bir vəsaiti icarəyə 
götürən şəxs, o miqdardan daha çox yükləyərsə və heyvan ya vəsait bunun nəticəsində tələf 
olarsa və ya eybli olarsa, zamindir. Həmçinin daşıyacağı yükün miqdarını bildirməyib, 
normadan çox yükləsə, yenə də zamindir. Hər iki təqdirdə artıq yükün zəhmət haqqını da 
normal şəkildə ödəməlidir. 
Məsələ 2162: Bir heyvanı qırıla (sına) bilən yükü daşımaq üçün icarəyə verərsə və heyvanın 
sürüşməsi və ya hürkməsi nəticəsində yük qırılarsa və ya sınarsa, heyvan sahibi zamin 
deyildir. Amma əgər normal miqdardan artıq vurma və buna bənzər bir vasitə ilə bir iş 
görə ki, heyvan yerə yıxılıb yük sındırsa, zamindir. 
Məsələ 2163: Əgər şəxs bir uşağı sünnət edərkən işində səhlənkarlıq və ya yanlışlıq edərsə, 
məsələn; normadan artıq kəsərsə və o uşaq həmin səbəbdən ölərsə və ya ona bir zərər 
dəyərsə, zamindir. Amma əgər səhlənkarlıq və ya yanlışlıq etməzsə və uşaq da sünnət 
edilmənin nəticəsində ölərsə və ya ona bir zərər yetişərsə, uşağa bir zərər gəlib-
gəlməyəcəyini ayırd etmə xüsusunda ona müraciət edilməmişsə, o da uşağa zərər gələcəyini 
bilmirdisə, zamin deyildir. 
Məsələ 2164: Əgər həkim öz əlilə xəstəyə dərman verərsə və ya ona bir dərmanı məsləhət 
görərsə və o dərmanı atdıqdan sonra xəstəyə bir zərər yetişərsə və ya xəstə ölərsə, həkim 
onun müalicəsində səhlənkarlıq etməyibsə belə, yenə zamindir. 
Məsələ 2165: Əgər həkim xəstəyə «sənə zərər yetişsə mən zamin deyiləm» – deyərsə və 
diqqətlə və ehtiyatla ona yanaşarsa, amma yenə də xəstə bundan zərər görüb və ya ölərsə, 
həkim zamin deyildir. 
Məsələ 2166: İcarəçi və icarəyə verən şəxs qarşılıqlı razılıqla müamiləni poza bilərlər. 
Həmçinin icarədə hər ikisi üçün və ya onların biri üçün müamiləni pozma haqqını şərt 
qoyublarsa, danışığa uyğun olaraq icarəni poza bilərlər. 
Məsələ 2167: İcarə verən və ya icarəçi zərər gördüyünü başa düşərsə, əgər icarə əqdi 
bağlandığı zaman zərər görəcəyindən agah olmasa, 2080-cı məsələdə izah olunan şərtlərə 
görə icarəni poza bilər. Amma icarə əqdi bağlayarkən şərtləşsələr ki, zərərə düşsə belə, 
əqdi pozmaq haqqı olmayacaq, icarə əqdini poza bilməzlər. 
Məsələ 2168: İcarəyə verdiyi bir şeyi icarəçiyə təhvil verməmişdən əvvəl birisi onu qəsb 
etsə, icarəçi icarəni poza bilər və icarəyə verən şəxsdən verdiyi şeyi geri ala bilər və ya 
icarəni pozmayıb qəsb edənin əlində qaldığı müddətin normal miqdarda icarə pulunu qəsb 
edəndən ala bilər. Əgər bir heyvanı bir aylıq on manata icarəyə götürərsə və o bir ay 
içərisində birisi onu on gün qəsb edərsə, onun on günlük normal icarəsi on beş manat 
olarsa, o on beş manatı qəsb edəndən almalıdır. 
Məsələ 2169: Əgər icarəyə götürdüyü bir şeyi təhvil almasına başqa biri qoymazsa və ya 
təhvil aldıqdan sonra başqası onu qəsb edərsə, ya da ondan istifadə etməsinə mane olarsa, 
icarəni poza bilməz və yalnız onun normal icarə pulunu qəsb edəndən ala bilər. 
Məsələ 2170: İcarə müddəti tamamlanmamış mülkü icarəçiyə satarsa, icarə pozulmaz və 
icarəçi pulunu satana verməlidir. Həmçinin əgər onu başqa birisinə satarsa, hökm eynidir. 
Məsələ 2171: İcarə müddəti başlamamışdan əvvəl icarə edilən şey icarə edən şəxs üçün 
müəyyən edilən istifadəni vermə qabiliyyətini itirərsə, icarə batildir. İcarəçinin mülk 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
sahibinə verdiyi pul da geri qaytarılmalıdır. Amma əgər ondan az bir istifadə etmə imkanı 
ola biləcək haldadırsa, icarəni poza bilər. 
Məsələ 2172: İcarəyə götürdüyü bir mülk icarə müddətindən bir müddət keçdikdən sonra 
icarəçi üçün tə`yin edilən istifadə qabiliyyətini itirərsə, icarənin qalan müddəti batil olur. 
Bu halda icarəçi keçmiş müddətin icarəsini də pozaraq onun normal qiymətini də verə 
bilər. 
Məsələ 2173: İcarəyə verdiyi iki otaqlı evin bir otağı xarab olsa, əgər onu adi şəkildə 
düzəltsələr əvvəlkindən çoxlu fərqi olacaqsa, bu əvvəlki məsələdə izah olunan hal ilə eyni 
hökmü daşıyır. Amma belə olmazsa, bu halda əgər kirayə verən onu istifadədən heç bir 
miqdarı zay olmamış dərhal düzəldərsə, icarə batil olmaz. İcarəçi də icarəni poza bilməz. 
Amma onun tə`miri icarəçinin istifadəsindən bir miqdarı zay olacaq qədər uzanarsa, o 
miqdarın icarəsi batil olur. İcarəçi müddətin hamısının icarəsini pozaraq, o zamana qədər 
istifadə etdiyinin haqqını normal qiymətlərlə verə bilər. 
Məsələ 2174: İcarəyə verən və ya icarəçi ölərsə, icarə batil olmaz. Amma evin mənfəəti 
yalnız həyatı boyunca ona aiddirsə, məsələn; başqa birisi onun diri olduğu müddətdə evin 
istifadəsindən ona aid olduğunu vəsiyyət etmişsə, belə bir evi icarəyə verib, icarə müddəti 
tamam olmamışdan qabaq ölsə, öldüyü vaxtdan e`tibarən icarə batil olur və əgər hal-
hazırdakı sahib o icarəyə imza qoyarsa, icarə səhihdir. İcarə verənin ölümündən sonrakı 
müddətin icarə əvəzi isə hal-hazırdakı sahibinindir. 
Məsələ 2175: İş sahibi (sahibkar) bənnanı fəhlə tutmaq üçün vəkil edərsə, əgər bənna 
işçilərə iş sahibindən aldığı miqdardan az verərsə, artığı ona haramdır və onu iş sahibinə 
verməsi lazımdır. Amma əgər bir binanı tikmək üçün əcir olsa və işi özünün görməsi, ya da 
başqasına verməsi xüsusunda səlahiyyət alırsa, bir miqdar özü işlədikdən sonra qalanını 
özü üçün aldığı puldan az miqdara başqasına verirsə, artıq miqdarı ona halaldır. 
Məsələ 2176: Əgər boyaqçı bir parçanı məsələn; neyl ilə (neyl – bir otdur ki, ondan göy 
rəngə çalan rəng maddəsi düzəlir) boyaması qərarlaşdırılarsa, başqa bir rənglə boyadığı 
təqdirdə heç bir şey almağa haqqı yoxdur. 
CÜALƏNİN HÖKMLƏRİ 
Məsələ 2177: Cüalə odur ki, insan onun üçün görülən işin əvəzində bir şey verməyi qərara 
alsın. Məsələn; desə: «mənim itirdiyimi tapan kimsəyə on manat verəcəyəm», bu qərarı 
qoyan şəxsə «cail» və işi yerinə yetirən şəxsə «amil» deyilir. Cüalə ilə icarə arsında fərqdən 
biri odur ki, icarədə siğə oxunduqdan sonra əcir olunan şəxs gərək işi icra etsin və onu əcir 
edən şəxs onun muzdunu borclu olur, lakin cüalədə amil müəyyən bir şəxs olsa da, işi icra 
etməyə bilər və o işi icra etməyincəyə qədər cail ona borclu olmaz. 
Məsələ 2178: Cail gərək həddi-büluğa çatmış və ağıllı olsun, qəsd və ixtiyar üzündən 
müqavilə bağlasın və şər`ən öz malını istifadə etməyi bacarsın. Buna əsasən səfeh (öz 
malını bihudə işlərə sərf edən) adamın cüaləsi səhih deyildir. Həmçinin müflis olmuş 
kimsənin, öz malının istifadəyə haqqı olmadığı hissəsindən cüalə səhih deyildir. 
Məsələ 2179: Cailin özü üçün edilməsini istədiyi iş haram, faydasız və ya şər`ən pulsuz icra 
edilməsi lazım olan vacibatlardan olmamalıdır. Əgər cail, «hər kəs şərab içsə, ya gecə ağıllı 
məqsəd olmadan qaranlıq yerə getsə və ya öz vacibi namazını qılsa, ona on manat 
verərəm» desə, cüalə səhih deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2180: Qərarlaşdırdıqları malın bütün xüsusiyyətləri ilə müəyyən olması lazım 
deyildir. Hətta, əgər amilə, o işi icra etmək səfehlik hesab edilməyəcək qədər mə`lum olsa 
kifayətdir. Məsələn; əgər cail «bu malı on manatdan nə qədər artıq satsan onun gəliri sənin 
olsun» desə, cüalə səhihdir. Həmçinin əgər «hər kim mənim atımı tapsa; onun yarısını 
özünə verəcəyəm və ya ona on batman buğda verəcəyəm» desə, yenə də cüalə səhihdir. 
Məsələ 2181: Əgər işin muzdu tamamilə namə`lum olsa, məsələn; cail «uşağımı tapana 
müəyyən qədər pul verəcəyəm»-desə və onun miqdarını müəyyən etməsə, gərək o işi icra 
edənə işinin xalq nəzərində dəyəri qədər muzd versin. 
Məsələ 2182: Əgər amil qərardan qabaq işi icra etsə və ya qərardan sonra pul almamaq 
məqsədi ilə işi icra etsə, muzd almağa haqqı yoxdur. 
Məsələ 2183: Amil işə başlamazdan qabaq cail cüaləni poza bilər. 
Məsələ 2184: Amil işə başladıqdan sonra cail əgər cüaləni pozmaq istəsə, işkalı var. Amma 
əgər amil ilə razılaşsa, eybi yoxdur. 
Məsələ 2185: Amil işi tamamlamaya bilər. Lakin işi tamamlamamaq cailə və ya işin aid 
olduğu kimsəyə zərər yetməsinə səbəb olarsa, gərək işi tamamlasın. Məsələn; əgər bir kəs, 
«kim mənim gözümdə cərrahiyyə əməliyyatı aparsa ona filan qədər pul verəcəyəm» desə və 
bir cərrah da işə başlasa, əgər əməlliyyatı yarıda saxlasa, gözü eybli olacaqsa, gərək onu 
tamamlasın. 
Məsələ 2186: Əgər amil işi tamamlamasa, caildən bir şey tələb edə bilməz. Əgər cail 
muzdu, işin tamamlanması şərtiylə qərarlaşdırsa, məsələn; «libasımı kim tikərsə ona on 
manat verəcəyəm» desə, eyni hökmdədir. Amma əgər məqsədi işdən hər miqdarın 
muzdunu edildikcə verməkdirsə, cail edilən işin miqdarının muzdunu amilə verməlidir. 
MUZARİƏNİN HÖKMLƏRİ 
Məsələ 2187: Muzariə, mülk sahibinin əkinçi ilə onun tarlasında əkin əkib, məhsulunun bir 
hissəsini mülk sahibinə verməsi, ittifaqının bağlanması deməkdir. 
Məsələ 2188: Muzariənin bir neçə şərti vardır: 
1. Gərək o iki şəxsin arasında əqd və qərar bağlansın. Məsələn, əkin sahibi «tarlanı 
əkinçilik üçün sənə tapşırdım» və əkinçi də «qəbul etdim» desin. Ya da heç bir söz 
demədən yer sahibi tarlanı əkinçilik etmək niyyəti ilə əkinçiyə versin və əkinçi də (o niyyət 
ilə) qəbul etsin. 
2. Yer sahibi və əkinçi hər ikisi həddi-büluğa çatmış və ağıllı olsun, öz qəsd və ixtiyarı ilə 
muzariə etsinlər və səfeh, yə`ni öz malını bihudə işlərə istifadə edən olmasınlar və həmçinin 
gərək malik, müfəlləs[6] olmasın. Amma əgər əkinçi müfəlləs olsa, o surətdə ki, muzariədə 
istifadə olunması qadağan olunmuş mallardan istifadə etməyi lazım tutmazsa, eybi yoxdur. 
3. Yer sahibi və əkinçi hər biri yarı və ya üçdə biri və bunun kimi yerin məhsulundan bir 
pay almalıdırlar. Əgər heç biri üçün pay tə`yin etməsələr və ya malik «bu tarlada əkin ək 
və hər nə qədər istəsən mənə ver» desə, səhih deyildir. Məhsuldan müəyyən bir hissənin 
məsələn; on batmanı yalnız sahib və ya əkinçi üçün tə`yin etsələr, hökm eynidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
4. Tarlanın, əkinçinin ixtiyarında olacaq müddətini tə`yin etsinlər və bu müddətin məhsulu 
ələ gətirmək mümkün olacağı qədər olması gərəkdir. Əgər müddətin əvvəlini müəyyən bir 
gün və müddətin sonunu məhsul yetişən vaxta qədər tə`yin etsələr, kifayətdir. 
5. Torpaq gərək əkinəcək üçün yararlı olsun. Əgər hal-hazırda əkinçiliyə münasib olmasa, 
amma bir işi görüb onda əkinçilik etmək mümkün olarsa, muzariə səhihdir. 
6. Əkinçinin əkəcəyini müəyyən etsinlər, məsələn; düyü və ya buğda əkəcəyini, əgər düyü 
əkəcəksə, onun hansı qismini əkəcəyini müəyyən etsinlər. Lakin, əgər müəyyən bir 
əkinəcəyi nəzərdə tutmasalar, onu tə`yin etmək lazım deyildir. Həmçinin əgər nəzərdə 
tutlan əkinəcək müəyyən olsa, onu dilə gətirmək lazım deyildir. 
7. Malik yeri müəyyən etməlidir. Bu hökm, əkinçilik cəhətindən bir-birindən fərqli olan bir 
neçə hissə yeri olduğu təqdirdədir. Amma əgər fərqli olmasalar müəyyən etmək lazım 
deyil. Deməli, əgər əkinçiyə desə ki, bu yerlərin birində əkin ək və onu müəyyən etməsə, 
muzariə səhihdir. Əqddən sonra tə`yin etmək malikin ixtiyarıdır. 
8. Hər biri, toxum, gübrə, əkinçilik vəsaitləri və s. kimi lazım olan işlərə çəkəcəkləri 
xərcləri müəyyən etməlidir. Amma əgər hər birinin çəkəcəkləri xərc mə`lum olsa, dilə 
gətirmək lazım deyil. 
Məsələ 2189: Əgər tarla sahibi əkinçi ilə məhsulun bir hissəsinin birinə aid olmasını və 
qalan hissəsini öz aralarında bölünməsini şərt qoymuşdursa, o hissəsini götürdükdən sonra 
yerdə bir şey qalacağını bilsələr də, muzariə batildir. Bəli, əgər əkiləcək toxumun 
miqdarını və ya dövlətin alacağı vergini məhsuldan çıxdıqdan sonra yerdə qalan hissəni öz 
aralarında bölmələrini qərara alsalar, muzariə səhihdir. 
Məsələ 2190: Əgər muzariə üçün müddət tə`yin etmiş olarlarsa ki, adətən məhsul o 
müddətdə ələ gəlmiş olur, amma təsadüfən müddət tamam olsa və məhsul ələ gəlməsə belə 
ki, müddətin tə`yin olunması bu hala da şamil olsa, yə`ni iki tərəf nəzərdə tutsa ki, məhsul 
ələ gəlməsə də müddətin tamam olmasıyla muzariə tamam olur, bu surətdə malik razı olsa 
ki, əkin icarə ilə, ya icarəsiz onun yerində qalsın və əkinçi də razı olsa, maneəsi yoxdur. 
Amma əgər malik razı olmasa, əkinçini vadar edə bilər ki, əkini biçsin, əgər əkini biçməkdə 
əkinçiyə zərər yetişsə, malikin onun əvəzini əkinçiyə verməsi lazım deyildir. Hərçənd 
malikə bir şey vermək istəsə də, maliki məcbur edə bilməz ki, əkin onun yerində qalsın. 
Məsələ 2191: Əgər bir hadisənin baş verməsi ilə o torpaqda əkinçilik mümkün olmazsa, 
məsələn; əgər tarlanın suyu kəsilərsə, muzariə müqaviləsi pozular. Amma əgər əkinçi bir 
üzr olmadan əkinçilik etməzsə, tarla da onun ixtiyarında olub və malik də ondan istifadə 
etməyibsə, gərək adi miqdarda o müddətin icarəsini malikə versin. 
Məsələ 2192: Tarla sahibi və əkinçi bir-birinin razılığı olmadan muzariəni poza bilməzlər. 
Amma əgər muzariə müqaviləsində hər ikisinin və ya onlardan birinin müqaviləni 
pozmaqda ixtiyarlı olmasını şərt qoysalar, bu şərtə uyğun olaraq müqaviləni poza bilərlər. 
Həmçinin əgər, tərəflərindən biri ona qoyulan şərtlərin əksinə əməl edərsə, digər tərəf 
müqaviləni poza bilər. 
Məsələ 2193: Muzariə qərarından sonra mülk sahibi və ya əkinçi ölərsə, muzariə pozulmaz 
və varislər onların yerinə keçər. Amma əgər əkinçi ölərsə və əkini şəxsən əkinçi yerinə 
yetirməyi qərar alsalar, muzariə pozular. Amma əgər əkinçi öhdəsində olan işləri 
tamamlamış olsa, muzariə pozulmaz və gərək onun payını varislərinə versinlər. Habelə 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
əkinçinin digər haqqları da varislərinə irs keçir və varislər mülk sahibini əkinçilik tamam 
olana qədər əkinin onun torpağında qalmasına məcbur edə bilərlər. 
Məsələ 2194: Əgər əkinçilikdən sonra muzariənin batil olduğunu anlasalar, bu halda 
toxum əgər mülk sahibinin malı olarsa, əldə edilən məhsul da onundur və mülk sahibi 
əkinçinin muzdunu, etdiyi xərcləri və o tarlada işlədilən əkinçiyə əkəcəyə aid inək və digər 
heyvanlarının kirəsini verməlidir. Amma toxum əkinçinin malı idisə, məhsul da onun malı 
olur və o yerin kirəsini, mülk sahibinin etdiyi xərcləri və o yerdə əkin üçün işlədilən və 
mülk sahibinə aid olan və digər heyvanların kirələrini ona vermək lazımdır. Hər iki halda 
da, adətən haqqı olan miqdar razılaşılan miqdardan çox olursa, tərəfin ondan xəbəri varsa, 
artıq miqdarı vermək vacib deyildir. 
Məsələ 2195: Toxum, əkinçinin malı olsa və əkindən sonra muzariənin batil olduğunu 
bilərlərsə, mülk sahibi ilə əkin sahibi ücrətli və ya ücrətsiz olaraq əkinin tarlada qalmasına 
razı olsalar, eybi yoxdur. Əgər tarla sahibi razı olmazsa, ehtiyat vacibə görə mülk sahibi 
əkinçini əkin yetişməmişdən qabaq əkini biçməyə məcbur etməməlidir. Həmçinin, malik 
əkinçini məcbur edə bilməz ki, hərçənd yerin icarəsini ondan tələb etməsə belə, icarə verib 
əkini onun sahəsində saxlasın. 
Məsələ 2196: Əgər məhsulu topladıqdan və muzariənin müddəti bitdikdən sonra əkinin 
kökləri yerdə qalsa və gələn il ikinci dəfə yenə yaşıllaşıb məhsul verirsə, tarla sahibi ilə 
əkinçi əkinin kökündə də şərik olmağı şərt qoymamışlarsa, ikinci ilin məhsulu toxum 
sahibinindir. 
MUSAQAT (SUVARMAQ) VƏ MUĞARİSƏNİN (AĞAC ƏKMƏK) HÖKMLƏRİ 
Məsələ 2197: Əgər insan bir şəxs ilə belə qərar qoysa ki, meyvələri onun malı olan ya 
meyvələri onun ixtiyarında olan ağacları müəyyən bir müddətə qədər o şəxsə həvalə edə ki, 
onları bəsləsin, suvarsın və əvəzində meyvələrdən qərar qoyduqları qədərini özü üçün 
götürsün, bu müamiləyə musaqat deyilir. 
Məsələ 2198: Musaqat muamiləsi, meyvə verməyən ağaclarda, o surətdə ki, başqa məhsulu 
olsa, yarpağından istifadə olunan xına ağacında olduğu kimi, yarpaq və gülünün e`tina 
edilən dəyəri olsa, səhihdir. 
Məsələ 2199: Musaqat muamiləsində siğə oxumaq lazım deyil, hətta əgər ağacın sahibi 
musaqat qəsdi ilə ağacı həvalə etsə və işləyən kəs işə məşğul olmaq qəsdi ilə işləsə, müamilə 
düzdür. 
Məsələ 2200: Malik və ağaclara qulluq etməyi öhdəsinə götürən kəs gərək baliğ və aqil 
olsunlar və bir kəs onları bu işə məcbur etməsin, həmçinin gərək səfeh olmasınlar, yə`ni öz 
malını bihudə yerdə xərcləməsinlər. Həmçinin malik müfəlləs olmasın, amma əgər bağban 
müfəlləs olsa, musaqat işi istifadəsinə icazə verilməyən mallardan istifadə etməsini lazım 
tutmadığı halda eybi yoxdur. 
Məsələ 2201: Musaqat müddətinin mə`lum olması və bu müddətin məhsulun ələ gəlməsinin 
mümkün olacağı miqdarda olması lazımdır. Əgər onun əvvəlini müəyyən edib, sonunu da 
məhsulun ələ gəldiyi zaman olaraq qərarlaşdırarlarsa, səhihdir. 
Məsələ 2202: Gərək hər birinin payı məhsulunun yarısı, ya üçdə biri və s. olsun. Əgər 
məsələn; meyvələrdən 100 batman malikin malı və qalanı işləyənin malı olsun deyə, qərar 
qoysalar, müamilə batildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2203: Lazım deyil musaqat müamiləsinin qərarını məhsulun zahir olmasından 
qabaq qoysunlar, məhsulun zahir olmasından sonra belə qoyulsa, məhsulun artması və 
daha yaxşı olması, ya da bəlalardan sağlam qalması üçün görülməsi lazım olan bir iş 
qalmışsa, müamilə səhihdir. Amma əgər bu cür iş qalmayıbsa, baxmayaraq ki, ağaca lazım 
olan suvarma və ya meyvələri yığma, ya da onları saxlama işi kimi bir iş qalsa belə, 
müamilənin səhih olması məhəlli-işkaldır. 
Məsələ 2204: Əzhər nəzərə əsasən yemiş, xiyar və bunun kimi şeylərin kollarında musaqat 
müamiləsi səhihdir. 
Məsələ 2205: Yağış suyundan, ya yerin rütubətindən istifadə edən və suvarılmağa da 
ehtiyacı yoxdursa, 2203-cü məsələdə deyilən işlər kimi digər işlərə ehtiyacı olarsa, onun 
üzərində musaqat müamiləsi səhihdir. 
Məsələ 2206: Musaqat edən iki nəfər bir-birinin razılığı ilə müamiləni poza bilərlər. 
Həmçinin musaqat qərarında şərt etsələr ki, əgər ikisinin, ya birinin müamiləni pozmaq 
haqqı olsun, qərar qoyduqlarına uyğun müamiləni pozmağın eybi yoxdur. Əgər musaqat 
müamiləsində bir şərt etsələr və o şərtə əməl olunmasa, onun xeyrinə şərt qoyulmuş şəxs 
müamiləni poza bilər. 
Məsələ 2207: Əgər malik ölsə, musaqat müamiləsi pozulmaz və vərəsəsi onun yerində 
olacaq. 
Məsələ 2208: Əgər ağaclara qulluq etməyi öhdəsinə alan kəs ölsə, belə ki, əqddə ancaq özü 
qulluq etməsini şərt etməsələr, vərəsəsi onun yerində olacaq, belə ki, vərəsə o əməli yerinə 
yetirməsə və əcir tutmasa, şəriət hakimi meyyitin malından əcir tutar və məhsulu meyyitin 
vərəsəsi ilə malik arasında bölər. Əgər müamilədə qərar qoysalar ki, ancaq o özü ağaclara 
qulluq etsin, o ölməklə müamilə pozulur. 
Məsələ 2209: Əgər məhsulun hamısının malikin malı olacağı şərt qoyulmuşdursa, musaqat 
batildir. Bu halda meyvə malikin malı olar və işləyən kəs ücrət tələb edə bilməz. Amma 
əgər musaqat başqa cəhətə görə batil olsa, malik gərək suvarma və başqa işlərin muzdunu 
adi miqdarda ağaclara qulluq edənə versin, amma əgər adi miqdar qərar qoyduqlarından 
çox olsa və onun da bundan xəbəri olmuş olsa, artıq vermək lazım deyil. 
Məsələ 2210: Məhsulunda şərik olmaq məqsədilə tarlanı, ağac əkməsi üçün bir başqasına 
həvalə etmək işinə muğarisə deyilir və bu müamilə səhihdir. Hərçənd ki, ehtiyata əsasən 
tərk edilməlidir. Amma onun nəticəsinə çatmaq üçün elə bir müamilə edilə bilər ki, heç bir 
işkal olmadan səhih olsun. Məsələn; iki tərəf bu üsul ilə bir-biriylə sülh və saziş etsələr və 
yaxud tinglərdə şərik olsalar, sonra bağban özünü mülk sahibinə, onun da payını əkmək, 
bəsləmək, suvarmaqla müəyyən zaman müddətində yerin mənfəətinin yarısının 
müqabilində icarəyə versin. 
ÖZ MALLARINDAN İSTİFADƏ ETMƏKDƏN MƏN` (QADAĞAN) EDİLMİŞ 
ŞƏXSLƏR 
Məsələ 2211: Baliğ olmamış bir uşaq, kamilən muməyyiz olsa belə, şər`ən öz zimmətindən 
və ya malından istifadə haqqına malik deyildir. Bu halda vəlinin sabiq icazəsi də 
faydasızdır, sonrakı icazəsi də işkallıdır. Amma bununla belə, bir neçə halda uşağın istifadə 
etməsi səhihdir. Keçən 2041-ci məsələdə qiymətsiz əşyaları alıb-satma və gələcək 2655-ci 
məsələdə onun qohumlarına bir şey vəsiyyət etməsi bu cümlədəndir. Baliğ olmaq, qız 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
uşağında qəməri tarixi ilə 9 yaşı tamam olmaqla, oğlan uşağında isə bu üç şərtdən biriylə 
müəyyənləşir: 
1. Övrətinin yuxarısına qalın tüklərin çıxması; 
2. Məninin xaric olması; 
3. Qəməri ili ilə 15 yaşın tamam olması. 
Məsələ 2212: Üzdə və dodağın üstündə (bığ yerində) qalın tük çıxmasının baliğ olma 
nişanəsi olması uzaq deyildir, amma sinədə və qoltuq altında qalın tük çıxması, səsin 
qalınlaşması və buna bənzər şeylər, baliğ olma nişanəsi deyildir. 
Məsələ 2213: Dəli insan öz malından istifadə edə bilməz. Müfəlləs, yə`ni tələbkarların 
alacaq olduqları şeyi tələb etməklə şəriət hakimi tərəfindən öz malında istifadə etməkdən 
mən` edilən kimsə də tələbkarların icazəsi olmazsa, ondan istifadə edə bilməz. Səfeh, yə`ni 
öz malını boş işlərə xərcləyən kimsə, vəlisinin icazəsi olmazsa, öz malından istifadə edə 
bilməz. 
Məsələ 2214: Bə`zən dəli, bə`zən ağıllı olan bir şəxsin dəlilik zamanında malından etdiyi 
istifadə səhih deyildir. 
Məsələ 2215: İnsan, ölməsinə səbəb olan bir xəstəliyə düçar olanda (ölüm xəstəliyində) 
malından istədiyi qədər özünə, uşaqlarına, qonaqlarına və israf sayılmayan işlərə xərcləyə 
bilər. Həmçinin əgər öz malını, öz qiymətinə satarsa və ya kirayə verərsə, eybi yoxdur. 
Amma əgər məsələn; öz malını bir kəsə bağışlasa və ya normal qiymətdən ucuz qiymətə 
satarsa, bağışladığı və ya ucuz satdığı miqdar onun malının üçdə biri qədər, ya az olsa, 
onun istifadə etməsi səhihdir. Amma əgər üçdə birdən çox olarsa, varislər icazə verdiyi 
halda səhihdir. İcazə verməzlərsə, onun malının üçdə birindən çoxlu olan miqdardakı 
istifadəsi batildir. 
VƏKALƏTİN HÖKMLƏRİ 
Vəkalət odur ki, insan özü görə bildiyi bir işi, məsələn; əqd (iki tərəfli) və ya iyqa` (bir 
tərəfli) müamilə kimi, yaxud təhvil vermə və ya təhvil götürmə kimi, insanın öz haqqı olan 
bir işi başqa bir adama tapşıra ki, onun tərəfindən bu işi görsün, məsələn bir kəsi vəkil 
edər ki, onun evini satsın, ya bir qadını onun üçün əqd etsin. Lakin səfeh adam öz malını 
istifadə edə bilmədiyindən öz malını satmaqdan ötrü bir kəsi vəkil edə bilməz. 
Məsələ 2216: Vəkalətdə, vəkalət əqdinin oxunması lazım deyildir. Əgər insan, digərinə onu 
vəkil etdiyini bildirsə, o da qəbul etdiyini anladırsa, məsələn; insan, malını satması üçün 
başqa birinə versə, o da malı alırsa, vəkalət səhihdir. 
Məsələ 2217: Əgər insan başqa şəhərdə olan bir kəsi vəkil etsə və onun üçün vəkalətnamə 
göndərsə və o qəbul etsə, vəkalətnamə bir müddətdən sonra yetişsə də vəkalət düzdür. 
Məsələ 2218: Müvəkkilin yə`ni başqasını vəkil edənin və vəkil olanın aqil olmaları və öz 
qəsd və iradələriylə bu işi görmələri və müvvəkkilin də baliğ olması şərtdir. Amma 
müməyyiz uşağa səhih olan şeylər istisnadır. 
Məsələ 2219: İnsan yerinə yetirə bilmədiyi və ya şər`ən etməməli olan işi başqası tərfindən 
onu yerinə yetirməyə vəkil ola bilməz, məsələn; həccin ehramında olan bir şəxs evlənmək 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
əqdinin siğəsini oxuya bilmədiyindən, siğə oxumaqdan ötrü başqası tərəfindən vəkil ola 
bilməz. 
Məsələ 2220: Əgər insan bir kəsi özünün bütün işlərini yerinə yetirməkdən ötrü vəkil etsə, 
səhihdir, amma əgər öz işlərindən biri üçün vəkil etsə və o işi müəyyən etməsə, vəkalət 
səhih deyildir. Amma onu bir neçə işdən birini onun özü seçməklə yerinə yetirməkdə vəkil 
edərsə, məsələn; evini satmaq və ya kirayə etmək üçün vəkil tutarsa, vəkalət səhihdir. 
Məsələ 2221: Əgər vəkili əzl, yə`ni işdən kənar etsə, xəbər ona yetişəndən sonra o işi yerinə 
yetirə bilməz, amma əgər xəbər yetişməzdən qabaq o işi yerinə yetirmiş olsa, səhihdir. 
Məsələ 2222: Vəkil olan, vəkil tutanın ğaib olduğu bir zamanda belə olsa, vəkalətdən çəkilə 
bilər. 
Məsələ 2223: Vəkil, ona tapşırılmış işi yerinə yetirməkdən ötrü başqasını vəkil edə bilməz. 
Amma müvəkkil, ona vəkil tutması üçün icazə vermişdirsə, ona göstəriş verildiyi kimi 
rəftar edə bilər. Belə ki, ona, «mənim üçün vəkil tut» – demişdirsə, onun tərəfindən vəkil 
tutması lazımdır. Öz tərəfindən isə vəkil tuta bilməz. 
Məsələ 2224: Əgər vəkil, müvəkkilin icazəsi ilə bir kəsi onun tərəfindən vəkil etsə, o vəkili 
əzl edə bilməz, əgər birinci vəkil ölsə, ya müvəkkil onu əzl etsə, ikincinin vəkaləti batil 
olmayır. 
Məsələ 2225: Əgər vəkil müvəkkilin icazəsi ilə bir kəsi öz tərəfindən vəkil edərsə, müvəkkil 
və birinci vəkil o vəkili əzl edə bilərlər və əgər birinci vəkil ölsə, ya əzl olunsa, ikincinin 
vəkaləti batil olur. 
Məsələ 2226: Əgər bir neçə nəfəri bir işi görməkdən ötrü vəkil etsə və onların təklikdə hər 
birinə o işə iqdam etməsinə icazə vermişdirsə, onlardan hər biri o işi əmələ gətirə bilər və 
əgər onlardan biri ölsə, başqalarının vəkaləti batil olmayır. Amma əgər desə ki, birlikdə 
yerinə yetirsinlər, təklikdə yerinə yetirə bilməzlər və onlardan biri ölsə, başqalarının 
vəkaləti batil olur. 
Məsələ 2227: Əgər vəkil ya müvəkkil ölsə, vəkalət batil olur. Həmçinin o şey ki, ondan 
istifadə etməkdən ötrü vəkil olub, aradan getsə, məsələn; bir qoyunu satmaqdan ötrü vəkil 
olsa və o qoyun ölsə, vəkaləti batil olur. Həmçinin əgər onlardan biri həmişə dəli, ya bihuş 
olsa, vəkalət batil olur. Amma əgər vaxtaşırı dəlilik və bihuşluq halları olarsa, nəinki 
onların aradan getdiyi vaxtda, hətta dəlilik və bihuşluq zamanında olan vəkalətin batil 
olması, məhəlli-işkaldır. 
Məsələ 2228: Əgər insan bir şəxsi bir işi görməkdən ötrü vəkil etsə və ondan ötrü bir şeyi 
qərar qoysa, o iş görüləndən sonra qərar qoyduğu şeyi ona verməlidir. 
Məsələ 2229: Əgər vəkil onun ixtiyarındakı bir malın qorunmasında səhlənkarlıq etməsə 
və ona icazə verilmiş istifadədən başqa, ondan bir başqa cür istifadə etməsə və təsadüfən o 
mal aradan getsə, ona zamin deyildir. 
Məsələ 2230: Əgər vəkil ixtiyarındakı malın qorunmasında səhlənkarlıq etsə, ya ona icazə 
verilmiş istifadədən başqa, ondan daha bir başqa cür istifadə də etsə və o mal aradan getsə, 
zamindir, əgər bir libasın satılmasını demişlərsə, onu geyinsə və o libas tələf olsa, gərək 
onun əvəzini versin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2231: Əgər vəkil ona icazə verilmiş istifadədən başqa, maldan daha bir başqa cür 
istifadəni etsə, məsələn; satılması söylənilən bir libası geyinərsə və sonradan icazə verilmiş 
istifadəni etsə, o istifadə səhihdir. 
BORCUN HÖKMLƏRİ 
Mö`minlərə, xüsusilə onlardan ehtiyacı olanlarına borc vermək rəvayətlərdə çox tövsiyə 
edilən müstəhəbb işlərdəndir. Həzrət Rəsuli-əkrəm səlləllahu ələyhi və alihdən rəvayət 
olunur ki: «Hər kəs öz müsəlman qardaşına borc versə, qaytarmağa imkanı olan vaxta 
qədər möhlət verə, onun malı artar, məlaikələr ona borcunu aldığı vaxta qədər rəhmət 
göndərərlər». İmam Sadiq (ə)-dan rəvayət olunur: «Hər mö`min başqa mö`minə qürbət 
qəsdi ilə borc versə malını aldığı vaxta qədər Allah onun üçün sədəqə vermək savabını 
yazar.» 
Məsələ 2232: Borcda siğənin oxunması lazım deyildir, hətta bir şeyi borc niyyəti ilə verərsə 
və o da həmin qəsdlə alarsa, səhihdir. 
Məsələ 2233: Borcun ödənilməsi üçün tələbkarın və ya hər iki tərəfin də istədiyi ilə 
müəyyən bir zaman tə`yin etməmişlərsə, hər zaman borclu borcunu ödəsə, tələbkar qəbul 
etməlidir. Müəyyən bir zaman tə`yin etmişlərsə, o zaman qurtarmazdan qabaq tələbkar öz 
borcunu almaqdan imtina edə bilər. 
Məsələ 2234: Borc əqdini oxuyarkən, onun ödənməsi üçün müəyyən bir zaman tə`yin 
etmişlərsə, əgər bu vaxtın tə`yin etmə işi borclunun və ya hər iki tərəfin istəyi ilə olmuşsa, 
bu zaman qurtarmazdan qabaq tələbkar tələbini istəyə bilməz. Amma əgər vaxtın tə`yin 
edilməsi tələbkarın öz istəyi ilə olsa və ya borcun ödənməsi üçün ümumiyyətlə bir vaxt 
tə`yin etməmişlərsə, tələbkar istədiyi zaman borcunu tələb edə bilər. 
Məsələ 2235: Əgər vaxt tə`yin olunmayan, yaxud vaxtı çatan zaman tələbkar öz tələbini 
istəsə və borclu öz borcunu verə bilsə, gərək dərhal onu qaytarsın. Əgər tə`xirə salarsa, 
günahkardır. 
Məsələ 2236: Əgər borclu yaşadığı evdən, mənzil əşyalarından və ictimai mövqeyini nəzərə 
almaqla ehtiyacı olduğu və onlarsız zəhmətə düşdüyü digər əşyalardan başqa bir şeyi 
olmasa, tələbkar öz tələbini ondan istəyə bilməz, borclunun borcu ödəyə bilənə qədər səbr 
etməlidir. 
Məsələ 2237: Borclu olub borcunu ödəyə bilməyən şəxs, ticarətdə işləməsi onun üçün 
asandırsa və ya sənəti ticarətdirsə, o işləyib borcunu ödəməsi vacibdir. Hətta bu haldan 
başqa da şə`ninə layiq olan bir iş görə bilərsə, vacib ehtiyat odur ki, işləyib borcunu ödəsin. 
Məsələ 2238: Tələbkarına əli çatmayan şəxsin, əgər gələcəkdə onu və ya varislərini 
tapacağına ümidi yoxdursa, ona verəcəyi borcu sahibinin tərəfindən fəqirlərə verməsi 
lazımdır. Vacib ehtiyata əsasən bu iş üçün şəriət hakimindən icazə də almalıdır. Amma 
əgər onun sahibini və ya varislərini tapacağına ümidi vardırsa, səbr edib onu axtarmalı, 
əgər onu tapmazsa, öldüyü təqdirdə onun malından ondan alacaqlı olan şəxsə və ya varisi 
tapılarsa, alacağını vermələrinə dair vəsiyyət etməlidir. 
Məsələ 2239: Əgər meyyitin malı kəfən, dəfn və borcun vacib xərclərindən artıq olmasa, 
gərək malını həmin yerlərə xərcləsinlər. Onun vərəsələrinə heç bir şey yetişmir. 
Məsələ 2240: Əgər bir kəs bir qədər «misli» olan pul, buğda ya arpa və bu kimi şeylər borc 
etsə və onun qiyməti artsa, yaxud azalsa, aldığı həmin miqdarı o malın keyfiyyətində, 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
camaatın rəğbətini cəlb etməkdə dəxaləti olan xüsusiyyətlərlə geri qaytarmalıdır və bu 
kifayətdir. Amma əgər borclu və tələbkar ondan başqasına razı olsalar, eybi yoxdur. Əgər 
borc aldığı şey qoyun kimi «qiyməti» olan şeydirsə, borc aldığı qoyunun qiyməti ilə pulunu 
verməlidir. 
Məsələ 2241: Əgər borc olunmuş mal itməsə və mal sahibi onu tələb etsə, borclunun həmin 
malı ona qaytarması vacib deyil. Əgər borclu onu qaytarmaq istəsə, tələbkar onu qəbul 
etməyə bilər. 
Məsələ 2242: Borc verən şəxs, borc verdiyi miqdardan daha artıq alacağını şərt 
qoymuşdursa, məsələn; bir kiloqram buğda borc verib, bir kiloqram yüz qram alacağını və 
ya on yumurta borc verib, on bir yumurta alacağını şərt qoymuşdursa, riba və haramdır. 
Hətta əgər borclunun onun üçün bir iş görməsini və ya borc verdiyi şeyə, bir miqdar da 
başqa bir şey əlavə edərək verməsinə şərt qoymuşdursa, məsələn; borc verdiyi bir manatı, 
bir kibrit də əlavə olaraq geri qaytarmasını şərt qoymuşdursa, riba və haramdır. Habelə, 
əgər borc verdiyi şeyi xüsusi formada geri qaytarmasını, məsələn; bir miqdar işlənməmiş 
qızıl verib, onu işlənmiş olaraq geri qaytaracağına şərt qoymuşdursa, yenə riba və 
haramdır. Amma bir şərt qoymamışdırsa və borclu özü borc aldığını artıqlaması ilə 
ödəyirsə, işkalı oxdur. Hətta belə etməsi müstəhəbbdir. 
Məsələ 2243: Riba vermək, riba almaq kimi haramdır, amma borcun əsli səhihdir və ribalı 
borc edən şəxs, aldığına malik olur. Amma borc verən aldığı artıq miqdara sahib olmur, 
onda təsərrüf etməsi haramdır. Əgər onun eyni ilə bir şey alsa, o şeyə də malik olmur. Əgər 
riba almayacağını qərara almış olsaydılar belə, borc alan borc verənin o puldan istifadə 
etməsinə razı olarmışsa, ondan istifadə etməsi caizdir. Həmçinin, əgər məsələni bilmədiyinə 
görə riba alsa, agah olduqdan sonra tövbə etsə, bu halda cahil olduğu (bilmədiyi) zaman 
aldığı pul ona halal olur. 
Məsələ 2244: Əgər buğda, ya onun kimi bir şeyi ribalı borc alsa və onun ilə əkinçilik etsə, 
məhsuluna malik olur. 
Məsələ 2245: Əgər bir paltar alıb sonradan pulunu faiz olaraq aldığı puldan və ya faiz pul 
ilə qarışmış puldan verərsə, o paltara sahib olur və onu geyməyin və o paltarla namaz 
qılmağın eybi yoxdur. Amma əgər paltarı satana «bu paltarı bu pul ilə alıram» deyərsə, o 
paltarın geyilməsi haramdır. 
Məsələ 2246: Əgər insan birinə bir qədər pul versə ki, başqa şəhərdə onun tərəfindən az 
alsın eybi yoxdur və buna «sərfi-bərat» deyirlər. 
Məsələ 2247: Əgər insan başqa bir şəhərdə artıq almaq üçün bir şəxsə bir şey verərsə, o 
şeyin cinsi qızıl və ya gümüşdən olarsa, ya buğda və arpa kimi, ölçülən və çəkilən şeylərdən 
olsa, riba və haramdır. Amma əgər artıq alan şəxs, aldığı artıq miqdarın müqabilində bir 
şey verərsə və ya bir iş görərsə, işkalı yoxdur. İndiki eskinaslarda artıq almaq caiz deyil. 
əgər onu satsa və nəqd olsa, yaxud nisyə olsa, amma iki cinsdən olsalar , məsələn biri 
tümən, digəri dinar olsa, artıq almağın işkalı yoxdur, amma əgər nisyə və bir cinsdən olsa, 
artıq almaq məhəlli işkaldır. 
Məsələ 2248: Əgər bir insanın digərindən ölçülən və ya çəkilən şeylərdən olmayan bir 
alacağı olsa, onu borclu olana və başqa bir şəxsə, daha ucuz satıb, əvəzini nəqd ala bilər. 
Buna görə indiki zamanlarda tələbkarın borcludan aldığı çek və e`tibarnaməni (səftəni) öz 
alacağından daha ucuz şəkildə (ki, ona xalq arasında qiyməti endirmək deyərlər) banka və 
ya başqa birinə satıb, əvəzini nəqd ala bilər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
HƏVALƏ ETMƏ HÖKMLƏRİ 
Məsələ 2249: Əgər insan öz tələbkarını, alacağını başqasından alması üçün həvalə edərsə 
və alacaqlı olan da qəbul edərsə, həvalə işi sonradan deyiləcək şərtlərə uyğun olaraq 
gördüyü təqdirdə, həvalə edilən şəxs borclu olur. Bu halda alacaqlı olan şəxs, alacağını 
birinci borcludan istəyə bilməz. 
Məsələ 2250: Borclu, alacaqlı və həvalə olunmuş şəxslərin mükəlləf, ağıllı olmaları, məcbur 
olunmamaları və malını lazımsız yerlərə xərcləyən səfeh olmamaları lazımdır. Həmçinin 
borclu və tələbkarın müfəlləs olmamaları şərtdir. Amma həvalə edənə borclu olmayan 
şəxsdən başqa, bu halda əgər həvalə edən müfəlləs olsa, eybi yoxdur. 
Məsələ 2251: Həvalə olunan bütün yerlərdə gərək bir kəs ki, ona həvalə olunur, qəbul etsin 
və əgər qəbul etməsə, əzhərə əsasən həvalə səhih deyildir. 
Məsələ 2252: İnsan həvalə verdiyi zaman borclu olmalıdır. Belə olan halda əgər bir şəxsdən 
borc almaq istəsə, ondan borc almayınca, o şəxsi sonradan borc olaraq verəcəyi şeyi alması 
üçün başqa bir şəxsə həvalə edə bilməz. 
Məsələ 2253: Həvalənin miqdarı və onun cinsi mə`lum olmalıdır. Deməli, əgər bir kəs əgər 
məsələn; on batman buğda və on manat pul bir nəfərə borclu olsa və ona desə ki, öz iki 
tələbindən birini filankəsdən al və onu müəyyən etməsə, həvalə düz deyildir. 
Məsələ 2254: Əgər borc həqiqətən müəyyən olsa, amma borclu və tələbkar həvalə verən 
anda onun miqdarını ya cinsini bilməsələr, həvalə düzdür. Məsələn; əgər bir kəsin tələbi 
dəftərdə yazılmış olsa və dəftəri görməzdən qabaq həvalə verərsə və sonra dəftəri görər və 
tələbkar da öz tələbinin miqdarını deyərsə, həvalə düz olur. 
Məsələ 2255: Həvalə verilən adam varlı olsa və həvaləni qaytarmaqda səhlənkarlıq etməsə 
də, tələbkar həvaləni qəbul etməyə bilər. 
Məsələ 2256: Əgər həvalə verənə borclu olmayan bir şəxs, həvaləni qəbul etsə, həvaləni 
qaytarmazdan qabaq da həvalənin miqdarını həvalə verəndən istəyə bilər. Amma əgər ona 
həvalə olunan borc müddətli olsa və onun vaxtı da hələ tamam olmamış olsa, bu halda onu 
ödəmiş olsa belə, vaxt tamam olmazdan qabaq həvalə miqdarını həvalə edəndən istəyə 
bilməz, hərçənd onu hazırlamış olsa belə. Əgər tələbkar tələbini az bir miqdar üzərindən 
həvalə olunanla sülh edərsə, o təkcə o qədəri həvalə edən kimsədən tələb edə bilər. 
Məsələ 2257: Həvalə işi tamamlandıqdan sonra, həvalə edən və həvalə olunmuş şəxs 
həvaləni poza bilməzlər. Əgər həvalə olunmuş şəxs, həvalə olunan vaxt fəqir olmazsa, 
sonradan fəqir olsa belə, alacaqlı da həvaləni poza bilməz. Həmçinin əgər həvalə olunan 
vaxt fəqir olsa, amma alacaqlı onun fəqir olduğunu bilərsə, yenə də həvaləni poza bilməz. 
Amma əgər fəqir olduğunu bilməzsə və sonradan öyrənərsə, əgər o zaman imkanlı 
olmuşdursa, həvaləni pozub alacağını həvalə verəndən ala bilər. Amma əgər o zaman 
imkanlı olmamışdırsa, müamiləni pozmaq haqqına sahib olduğu məhəlli-işkaldır. 
Məsələ 2258: Əgər borclu, tələbkar və həvalə olunan ya onlardan biri özü üçün həvaləni 
pozma haqqı olmasını qərar qoysa, qoyduqları qərara əsasən həvaləni poza bilərlər. 
Məsələ 2259: Həvalə verən özü tələbkarın tələbini versə, belə ki, ona həvalə olunmuş şəxsin 
xahişi ilə olsa və həvalə verənin borclusu olsa, verdiyi şeyi ondan ala bilər. Amma əgər 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
onun istəyi olmadan ödəyərsə və ya həvalə edənə borclu olmazsa, verdiyi şeyi ondan 
istəməyə haqqı yoxdur. 
RƏHNİN HÖKMLƏRİ[7] 
Məsələ 2260: Rəhn odur ki, insan bir malı borcunun əvəzinə və ya onun zamin olduğu malı 
başqasının yanında qalmasını qərar versin, belə ki, o borcu ya malı hazır etməsə, onun 
əvəzini o maldan götürə bilsin. 
Məsələ 2261: Rəhndə siğə oxumaq lazım deyil. Girov verən öz malını girov qəsdi ilə alana 
versə və o da həmin qəsd ilə alsa, rəhn səhihdir. 
Məsələ 2262: Girov verən və girov alan gərək həddi-büluğa çatmış və ağıllı olsunlar, onları 
bir kəs məcbur etməsin, həmçinin girov verən gərək müfəlləs və səfeh olmasın (səfeh və 
müfəlləsin mə`nası 2213-cü məsələdə deyildi) amma, əgər müfəlləs olsa, girov qoyulan mal, 
onun malı olmasa və ya ondan istifadə etməyə mən` olunmasa, eybi yoxdur. 
Məsələ 2263: İnsan o malı girov qoya bilər ki, şər`ən o maldan istifadə edə bilsin, əgər 
başqa bir adamın malını onun icazəsiylə girov qoysa, düzdür. 
Məsələ 2264: Girov qoyulan şeyin, gərək alış-verişi düz olsun, əgər şərab və onun kimi şeyi 
girov qoysalar, düzgün deyildir. 
Məsələ 2265: Girov qoyulan malın mənfəəti, o malın sahibinə aiddir, istər girov qoyan 
olsun, istər başqası. 
Məsələ 2266: Girov alan kimsə, mal sahibinin, istər girov verən olsun, istər başqası icazəsi 
olmadan girov qoyulan malı, başqasına bağışlaya və sata bilməz. Amma əgər onu bağışlasa 
və ya satsa, sonra mal sahibi ona icazə versə, eybi yoxdur. 
Məsələ 2267: Əgər girov götürən, girov götürdüyü şeyi sahibinin icazəsiylə satarsa, onun 
pulu da malın özü kimi girov olmur. Həmçinin, ondan icazəsiz satarsa və sonra malın 
sahibi imza etsə və ya girov verən o şeyi girov alanın icazəsi ilə satıb, onun əvəzini girov 
qərar verərsə, gərək həmin işi etsin. Amma bu razılaşmaya xilaf əməl edərsə, müamilə 
batildir. Amma əgər girov götürən icazə verərsə, müamilə batil deyil. 
Məsələ 2268: Əgər borcun ödənməsi lazım olduğu bir vaxtda, tələbkar tələbini istəsə və o 
verməzsə, tələbkar girov aldığı malı satıb, tələbini onun pulundan almağa dair vəkaləti 
varsa, girov götürdüyünü sataraq tələbini ondan ala bilər. Belə bir vəkaləti olmasa, 
borcludan icazə almalıdır. Əgər borclunu tapa bilməsə, vacib ehtiyata görə şəriət 
hakimindən icazə alması lazımdır. Hər iki halda əgər artıq qalarsa, gərək artığını borcluya 
versin. 
Məsələ 2269: Əgər borclunun, oturduğu evindən və ev əşyaları kimi, ehtiyacı olduğu 
ləvazimatdan başqa bir şeyi olmazsa, tələbkar öz alacağını ondan tələb edə bilməz. Amma 
əgər girov qoyduğu mal, ev və ləvazimatı olsa, tələbkar əvvəlki məsələdə deyilən şərtlərə 
riayət etməklə onu satıb, öz tələbini götürə bilər. 
ZAMİN OLMAĞIN HÖKMLƏRİ 
Məsələ 2270: Əgər insan bir kəsin borcunu vermək üçün zamin olmaq istəsə, onun 
zəmanəti ancaq, ərəbcə olmasa belə, hər hansı dillə ya da başqa bir yolla tələbkara «sənin 
tələbini ödəmək üçün mən zaminəm» desə və tələbkar da razılığını bildirsə səhihdir. Borclu 
olanın razı olması isə şərt deyil. Bu müamilənin iki halı vardır: 1-Zamin, borclunun 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
borcunu zimməsindən öz zimməsinə keçirsin. Deməli əgər, o, borcu verməmiş vəfat etsə, 
sair borcları kimi irsdən irəlidir. Adətən, fəqihlərin zamin deməkdə məqsədləri qeyd 
olunandır. 2-Zamin borcu ödəməyə dair iltizam versin, amma onun zimməsinə gəlməsin. 
Bu halda əgər vəsiyyət etməzsə, ölümündən sonra, onun malından verilməz. 
Məsələ 2271: Zamin və tələbkar gərək həddi-buluğa çatmış və ağıllı olsunlar, bir kəs də 
onları məcbur etməsin və həm də gərək səfeh olmasınlar. Həmçinin tələbkar gərək müfəlləs 
olmasın. Amma bu şərtlər borcluya aid deyil, məsələn; əgər bir kəs uşağın, divanənin, ya 
səfehin borcunu verməyə zamin olsa, düzdür. 
Məsələ 2272: Zamin olması üçün şərt qoyarsa, məsələn; «əgər borclu olan sənin borcunu 
verməzsə, mən verirəm»-deyərsə, onun zamin olması 2280-cı məsələnin birinci bəndində 
deyilənə görə məhəlli-işkaldır, amma, ikinci bəndində deyilənə görə eybi yoxdur. 
Məsələ 2273: İnsanın, borcuna zamin olduğu kimsənin borclu olması gərəkdir. Buna görə 
əgər bir adam, başqa birindən borc almaq istəsə, borc etməyincə insan ona zamin ola 
bilməz. Bu şərt ikinci bənddə deyilən zəmanətdə yoxdur. 
Məsələ 2274: İnsan o surətdə zamin ola bilər ki, tələbkar, borclu və borcun cinsi həqiqətdə 
müəyyən olsunlar. Əgər iki nəfər bir adamdan tələbkar olsalar və insan desə: «mən 
zaminəm ki, sizdən birinin tələbini verəm», hansı birinin tələbini verməyi müəyyən 
etmədiyi üçün onun zəmanəti batildir. Əgər bir kəsin, iki nəfərdən tələbi (alacağı) olsa və 
insan «mən o iki nəfərdən birinin borcunu sənə ödəmək üçün zaminəm» desə, onlardan 
hansının borcunu ödəməyə zamin olduğunu müəyyən etmədiyi üçün zəmanət batildir. 
Həmçinin əgər bir kəsin, başqa birisindən on batman buğda və on manat pul alacağı olsa, 
insan «mən, sənin o iki tələbindən birini ödəmək üçün zaminəm» desə və müəyyən etməsə 
ki, buğdaya zamindir, ya pula, onun zəmanəti səhih deyil. 
Məsələ 2275: Əgər bir kəs borcludan icazəsi olmadan onun borcunu verməyə zamin olsa, 
ondan bir şey ala bilməz. 
Məsələ 2276: Əgər bir kəs borclunun icazəsi ilə onun borcunu verməyə zamin olsa, onu 
verməzdən əvvəl olsa belə, zamin olduğu miqdarı ondan tələb edə bilər. Amma əgər borclu 
olduğu bir malın yerinə başqa malı onun tələbkarına versə, verdiyi şeyi ondan tələb edə 
bilməz. Məsələn; əgər on batman buğda borclu olsa və zamin on batman düyü versə, 
düyünü ondan tələb edə bilməz, amma əgər özü düyü verməsinə razı olsa, eybi yoxdur. 
Məsələ 2277: Əgər tələbkar öz tələbini zaminə bağışlasa, zamin borcludan bir şey ala 
bilməz və əgər ondan bir miqdarını bağışlasa, o miqdarı tələb edə bilməz. Amma əgər onun 
hamısını, ya bir hissəsini hibə etsə, ya xums və ya zəkat və s. babətindən hesab etsə, zamin 
onları borcludan istəyə bilər. 
Məsələ 2278: Əgər insan zamin olsa ki, bir kəsin borcunu versin, öz zamin olmağından geri 
qayıda bilməz. 
Məsələ 2279: Zamin və tələbkar vacib ehtiyata əsasən, zəmanəti istədikləri vaxt poza 
bilmədiklərini şərt qoya bilməzlər. 
Məsələ 2280: Əgər insan zamin olan vaxtda tələbkarın tələbini verməyə qadir olsa, 
sonradan fəqir olsa da, tələbkar onun zamin olmağını pozub öz tələbini əvvəlinci borcludan 
tələb edə bilməz. Həmçinin əgər o vaxtda onun tələbini verə bilməsə, amma tələbkar bilərsə 
və onun zamin olmasına razı olarsa, onun zaminliyini poza bilməz. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2281: Əgər insan, zamin olduğu zaman tələbkarın tələbini verməyə qadir olmasa, 
tələbkar bunu o zaman bilməsə və sonra onun zaminliyini pozmaq istəsə, ələlxüsus tələbkar 
işdən agah olmazdan qabaq zamin borcu ödəmək üçün qüdrət taparsa, bu, işkallıdır. 
KƏFALƏTİN HÖKMLƏRİ 
Məsələ 2282: Kəfalət odur ki, insan öhdəsinə alsın ki, hər vaxt tələbkar borclunu istəsə, 
tapıb ona təhvil verəcəkdir, bu cür adama kəfil deyilir. 
Məsələ 2283: Kəfalət ancaq, kəfil olan şəxsin, ərəbcə olmasa belə tələbkara, hər hansı bir 
dillə və ya bir yolla «borclunu nə vaxt istəsən, sənə təhvil verməyə kəfiləm» – desə və 
tələbkar da qəbul edərsə, səhihdir. Vacib ehtiyata əsasən, kəfalətin səhih olmasında 
borclunun da buna razı olması şərtdir. Hətta vacib ehtiyat odur ki, o da əqd tərəfində 
olsun, yə`ni borclu və tələbkar hər ikisi bunu qəbul etsin. 
Məsələ 2284: Kəfil gərək həddi-büluğa çatmış və ağıllı olsun və onu kəfalətə məcbur 
etməsinlər və onun kəfili olduğu adamı hazır etmə qüvvəsinə sahib olması gərəkdir. 
Həmçinin borclunu hazır etmək, malından istifadə etməyi lazım gətirdiyi təqdirdə, səfeh və 
müfəlləs olmaması lazımdır. 
Məsələ 2285: Kəfalət beş şeydən biri ilə pozulur; 
1) Kəfil borclunu tələbkara təhvil versə və ya onun özü tələbkara təslim olarsa. 
2) Tələbkarın tələbi verilmiş olsa. 
3) Təlbkar öz tələbindən keçərsə və ya onu başqasına nəql edərsə. 
4) Borclu və ya kəfil ölərsə. 
5) Tələbkar kəfili kəfalətdən azad edərsə. 
Məsələ 2286: Əgər bir adam zorla borclunu tələbkarın əlindən azad edərsə, tələbkar onu 
tapa bilməzsə, borclunu azad etmiş bir kəs onu tələbkara təslim etməli və ya onun borcunu 
ödəməlidir. 
VƏDİ`ƏNİN (ƏMANƏTİN) HÖKMLƏRİ 
Məsələ 2287: Bir şəxs malını başqa birisinə verib, ona «bu sənin yanında əmanət qalsın» 
deyərsə və o da qəbul edərsə, ya da mal sahibi heç bir şey söyləmədən malını mühafizə 
etmək üçün ona verdiyini başa salarsa, o da mühafizə etmək qəsdi ilə alarsa, sonra 
söyləniləcək olan əmanət hökmlərinə görə hərəkət etməlidir. 
Məsələ 2288: Əmanətçi və malını əmanət verənin hər ikisinin ağıllı və baliğ olmaları 
gərəkdir. Başqa birisi tərəfindən də məcbur edilməməlidirlər. Buna görə əgər insan bir 
malı dəlinin və ya uşağın yanına əmanət qoyarsa, ya da dəli və ya uşaq bir malı kimsənin 
yanında əmanət qoyarsa, səhih deyildir. Lakin ağlıkəsən uşağın başqasının malını onun 
icazəsi ilə bir şəxsin yanında əmanət qoyması caizdir. Həmçinin əmanət qoyan şəxsin səfeh 
və ya müfəlləs olmaması da lazımdır. Amma əgər müfəlləs olmasına baxmayaraq, əmanət 
qoyduğu mal istifadəsi onun üçün qadağan olunmuş mallardan olmazsa, eybi yoxdur. 
Həmçinin əmanəti qorumaq əmanətçinin öz malından istifadə etməsini yaxud malın tələf 
olub aradan getməsini gərəkli etdiyi halda əmanətçinin də səfeh və ya müfəlləs olmaması 
gərəkdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2289: Əgər bir uşaqdan mal sahibinin izni olmadan bir şeyi əmanət olaraq alarsa, o 
şeyi sahibinə verməlidir. Əgər əmanət aldığı o şey uşağın öz malıdırsa, onu uşağın vəlisinə 
çatdırmalıdır. Belə ki, o şey onlara təhvil verməzdən öncə tələf olarsa, əvəzini verməlidir. 
Amma əgər o malın zay olmasından qorxduğu üçün onu sahibinə çatdırmaq qəsdi ilə 
uşaqdan alıb və onu qorumaq və çatdırmağa da səhlənkarlıq etməzsə və icazə verilməyən 
təsərrüf etməzsə, zamin deyildir. Əmanət qoyan şəxs dəli olsa da, eyni hökmü daşıyır. 
Məsələ 2290: Əmanəti qorumağa qadir olmayan şəxs, əmanət qoymaq istəyən şəxsin onun 
vəziyyətindən xəbəri yoxdursa, əmanəti qəbul etməməlidir. Əgər qəbul etsə və tələf olsa, 
zamindir. 
Məsələ 2291: İnsan, mal sahibinə onun malını qorumağa hazır olmadığını başa salsa və 
malı əmanətə götürmədiyi halda mal sahibi malı qoyub gedərsə və o mal tələf olarsa, 
əmanəti qəbul etməyən şəxs zamin deyildir. Lakin, mümkün olduğu təqdirdə o malı 
qoruması, müstəhəbb ehtiyatdır. 
Məsələ 2292: Bir şeyi əmanət qoyan şəxs istədiyi vaxt əmanət qərarını poza bilər. Həmçinin 
əmanəti qəbul edən şəxs istədiyi vaxt əmanət qərarını poza bilər. 
Məsələ 2293: Əgər insan əmanəti qorumaq fikrindən dönüb əmanət əqdini pozarsa, 
mümkün qədər tez bir zamanda o malı sahibinə, ya sahibinin vəkilinə, ya da vəlisinə 
çatdırmalıdır, yaxud malı qorumağa hazır olmadığını onlara xəbər verməlidir. Əgər 
üzrsüz olaraq malı onlara çatdırmazsa, xəbər də verməzsə, o mal tələf olduğu təqdirdə 
əvəzini ödəməlidir. 
Məsələ 2294: Əmanəti qəbul edən şəxsin əmanəti qorumaq üçün münasib bir yer yoxdursa, 
münasib bir yer tapmalıdır və əmanəti camaatın onu qorumaqda «səhlənkar davrandı» 
deməyəcəyi bir şəkildə qorumalıdır. Əgər bu mövzuda qüsurlu davransa və əmanət tələf 
olsa, əvəzini ödəməsi lazımdır. 
Məsələ 2295: Əmanəti qəbul edən bir şəxs onun qorunmasında səhlənkarlıq və israfçılıq 
(yə`ni icazə verilməyən istifadə) etmədiyi halda təsadüfən əmanət tələf olarsa, zamin 
deyildir. Amma əgər onu qorumaqda səhlənkarlıq etsə, məsələn; onu bir zalımın xəbərdar 
olub götürə biləcəyi yerə qoyarsa və ifrata vararsa, (yə`ni o maldan sahibinin icazə 
vermədiyi şəkildə istifadə edərsə) məsələn; paltarı geyərsə və ya heyvana minərsə, tələf 
olduğu təqdirdə bunun əvəzini sahibinə verməlidir. 
Məsələ 2296: Əgər mal sahibi malının qorunması üçün müəyyən bir yer tə`yin edərsə və 
əmanəti qəbul edən şəxsə «bu malı burada saxlamalısan, tələf olacağına ehtimal versən 
belə, başqa bir yerə qoymamalısan» deyərsə, onu başqa bir yerə qoya bilməz. Əgər başqa 
bir yerə qoyarsa və zay olarsa, zamindir. Amma əgər malın orada tələf olacağına yəqin 
etsə, bu halda daha möhkəm yerə aparması caizdir. 
Məsələ 2297: Əgər mal sahibi malının qorunması üçün müəyyən bir yer tə`yin edərsə, 
amma sözündən o yeri tə`yin etməsinin o yerin onun nəzərində xüsusi əhəmiyyət 
daşıdığından deyil, sadəcə qoruma yerlərindən biri olduğu üçündürsə, əmanəti qəbul edən 
şəxs onu malından daha yaxşı olan və ya əvvəlkinin bənzəri olan başqa bir yerə qoya bilər. 
Bu halda mal orada zay olsa da, zamin deyildir. 
Məsələ 2298: Əgər mal sahibi həmişəlik olaraq dəli və ya bihuş olarsa, əmanət əqdi batil 
olur və əmanəti qəbul edən şəxs dərhal əmanəti onun vəlisinə verməli və ya onu xəbərdar 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
etməlidir. Bundan qeyri hallarda mal tələf olduğu halda onun əvəzini ödəməsi gərəkdir. 
Amma əgər mal sahibinin dəlilik və ya bihuşluğu hərdənbir olursa, bu halda da vacib 
ehtiyata görə həmin işi etməlidir. 
Məsələ 2299: Əgər mal sahibi ölərsə, əmanət əqdi batil olur. Bu halda o mal başqasının bir 
haqqı deyilsə və meyyitin varislərinə keçirsə, əmanətçinin onun varislərinə verməsi, ya da 
xəbər çatdırması gərəkdir. Bundan qeyri halda əgər o mal tələf olarsa, zamindir. Amma 
əgər meyitin başqa varisinin olub-olmadığını, ya varisinin kim olmasını öyrənmək üçün 
malı saxlasa bu səbəbdən də mal tələf olarsa, zamin deyildir. 
Məsələ 2300: Əgər mal sahibi ölərsə və mal onun varislərinə keçərsə, əmanəti qəbul edən 
şəxs, o malı meyyitin bütün varislərinə, ya da bütün varislərin vəkilinə verməlidir. Əgər o 
biri varislərin icazəsi olmadan malın hamısını varislərin birinə verərsə, qalanların payına 
zamindir. 
Məsələ 2301: Əgər əmanəti qəbul edən şəxs ölərsə və ya həmişəlik olaraq dəli ya da bihuş 
olarsa, əmanət əqdi batil olur və onun varis və ya vəlisi mümkün qədər tez mal sahibinə 
vəziyyəti xəbər verməli, ya da əmanəti ona çatdırmalıdır. Amma əgər onun dəlilik və ya 
bihuşluğu hərdənbir olursa, bu halda da vacib ehtiyata görə həmin işi etməlidir. 
Məsələ 2302: Əgər əmanəti qəbul edən şəxs, özündə ölüm əlamətləri görməyə başlarsa, 
mümkün olduğu halda vacib ehtiyata görə əmanəti ya onun sahibinə, ya vəli, ya da vəkilinə 
yetirməli, ya da xəbər verməlidir. Əgər mümkün deyilsə, onun ölümündən sonra malı 
sahibinə çatdırılacağına əmin olduğu bir şəkildə əməl etməlidir. Məsələn; şahid tutub 
vəsiyyət etməli və vəsiyyət etdiyi şəxsə və şahidə mal sahibinin adını, malın cinsini, 
xüsusiyyətlərini və yerini söyləməlidir. 
Məsələ 2303: Əgər əmanətçi üçün bir səfər qarşıya çıxsa, əmanəti öz əhl-əyalının yanında 
saxlaya bilər. Amma əgər onun qorunması həmin şəxsin onun yanında olmasına bağlıdırsa, 
bu halda ya səfərdən qalmalı, ya da onu sahibinin vəlisinə, ya vəkilinə qaytarmalıdır, ya da 
vəziyyəti ona xəbər verməlidir. 
ARİYƏNİN HÖKMLƏRİ 
Məsələ 2304: Ariyə odur ki, insan öz malını digərinin istifadə etməsi üçün versin və 
əvəzində heç nə almasın. 
Məsələ 2305: Ariyədə əqd oxumaq lazım deyil və əgər, məsələn; paltarını ariyə niyyəti ilə 
bir kəsə versə və o da həmin niyyətlə alsa, ariyə düzdür. 
Məsələ 2306: Qəsb edilmiş bir şeyi və ya mənfəəti başqasına aid olan malı (məsələn; kirayə 
verdiyi bir şeyi) başqasına ariyə vermək, ancaq qəsb edilən şeyin sahibinin və ya o şeyi 
kirayəyə götürənin ariyəyə verməyə icazə verdiyi təqdirdə səhih olur. 
Məsələ 2307: İnsan, mənfəəti özünə aid olan bir şeyi, məsələn; kirayələdiyi bir şeyi, ariyə 
verə bilər. Amma əgər icarə əqdində şərt edilsə ki, təkcə özü istifadə etsin, onda ariyə verə 
bilməz. Birinci halda vacib ehtiyata əsasən, onun sahibinin razılığı olmadan onu o şəxs ki, 
ariyə etmişdir, təhvil verə bilməz. 
Məsələ 2308: Əgər uşaq, dəli, müfəlləs və ya səfeh öz malını ariyə verirsə, düz deyildir, 
amma əgər vəlisi məsləhət bildiyi surətdə o kəsin malını ki, ona vilayəti var, ariyə versə, 
eybi yoxdur. Həmçinin uşağın, malı ariyə edənə çatdırmaqda vasitə olması, işkalsızdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2309: Əgər ariyə etdiyi bir şeyi qorumaqda səhlənkarlıq etməsə və ondan icazə 
verilməyən istifadə etməsə təsadüfən o şey xarab olsa, zamin deyil. Amma əgər şərt etsələr 
ki, əgər ariyə edilmiş şey xarab olsa, zamin olsun, ya ariyə edilmiş şey qızıl və gümüş olsa, 
gərək onun əvəzi verilsin. 
Məsələ 2310: Əgər qızıl və gümüşü ariyə etsə və şərt etsə ki, əgər tələf olsa, zamin deyil, 
əgər tələf olarsa, zamin deyildir. 
Məsələ 2311: Əgər ariyə verən ölərsə, ariyə alan şəxs (əmanət bölümünün) 2300-cü 
məsələdə mal sahibinin ölməsi barəsindəki əmanət hökmünün tərtibi ilə əməl etməlidir. 
Məsələ 2312: Əgər ariyə verən, şər`ən öz malından istifadə edə bilməsə, məsələn; dəli və ya 
huşsuz olsa, ariyə edən şəxs (əmanət bölümünün) 2298-ci məsələdə açıqlanan hökmə görə 
əməl etməlidir. 
Məsələ 2313: Bir şeyi ariyə verən adam istədiyi vaxt onu poza bilər və ariyə edən adam da 
istədiyi vaxt ariyəni poza bilər. 
Məsələ 2314: Halal istifadəsi olmayan bir şeyi məsələn; əyləncə, qumar alətləri, yeməkdə və 
içməkdə istifadə olunan qızıl və gümüş qabların, hətta lazım ehtiyata əsasən, bütün 
istifadələrdə də, ariyəyə verilməyi batildir. Amma zinətdən ötrü ariyə verilməsi caizdir. 
Məsələ 2315: Süd və dərisindən istifadə etməkdən ötrü qoyunu ariyə vermək və dişi 
heyvanın mayalanmasından ötrü erkək heyvanı ariyə vermək düzdür. 
Məsələ 2316: Əgər ariyə etdiyi bir şeyi sahibinə, ya onun vəkil və ya vəlisinə versə və sonra 
o şey tələf olsa, ariyə edən zamin deyildir. Amma əgər malın sahibindən, ya onun vəkil və 
ya vəlisindən icazəsiz olaraq hətta sahibinin adətən apardığı bir yerə apararsa, məsələn, atı 
sahibi at üçün düzəltdiyi tövləyə apararsa və sonra tələf olarsa ya bir kəs onu tələf edərsə, 
zamindir. 
Məsələ 2317: Əgər nəcis bir şeyi ariyə versə, gərək 2014-cü məsələdə deyildiyi vəziyyətdəki 
kimi, onun nəcis olduğunu ariyə edən şəxsə deməlidir. 
Məsələ 2318: Ariyə etdiyi bir şeyi sahibindən icazəsiz başqasına icarə və ya ariyəyə verə 
bilməz. 
Məsələ 2319: Əgər ariyə etdiyi bir şeyi sahibinin icazəsi ilə başqasına ariyə versə, belə ki, 
bir şəxs birinci şeyi ariyə etdikdən sonra ölsə və ya dəli olsa, ikinci ariyə batil olmur. 
Məsələ 2320: Əgər ariyə etdiyi malın qəsbi olduğunu bilsə, onu sahibinə çatdırması 
lazımdır; ariyəyə verən şəxsə geri verə bilməz. 
Məsələ 2321: Əgər qəsbi olduğunu bildiyi bir malı ariyə edib, ondan istifadə etsə və onun 
əlində tələf olsa, malın sahibi malın əvəzini və ariyə edənin etdiyi istifadənin əvəzini ondan 
və ya malı qəsb edən adamdan tələb edə bilər və əgər ariyə edəndən alsa, o, sahibə verdiyi 
şeyi ariyə verəndən tələb edə bilməz. 
Məsələ 2322: Əgər ariyə etdiyi malın qəsbi olmasını bilməsə və onun əlində tələf olsa, belə 
ki, mal sahibi əvəzini ondan alsa, o da mal sahibinə verdiyini ariyə verən şəxsdən tələb edə 
bilər. Amma əgər ariyə etdiyi şey qızıl və gümüş olsa, ya ariyə verən onun ilə şərt etmiş olsa 
ki, əgər o şey aradan getsə, onun əvəzini versin, malın sahibinə verdiyinin əvəzini ariyə 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
verəndən tələb edə bilməz. Amma əgər malik ondan, bu maldan istifadə etmək 
müqabilində bir şey alsa, ariyəyə verəndən ala bilər. 
NİKAHIN HÖKMLƏRİ 
İzdivac əqdi ilə qadın və kişi bir-birinə halal olurlar. İzdivac iki qismdir: 
1. Daimi. 
2. Qeyri-daimi (müvəqqəti izdivac). 
Daimi əqd odur ki, izdivacın müddəti əqddə müəyyən olmasın və həmişəlik olsun. Belə əqd 
olunan qadına «daimə» deyərlər. 
Qeyri-daimi əqd odur ki, onda izdivacın müddəti müəyyən olunar, məsələn; qadını bir satt, 
ya bir gün, ya bir ay, ya bir il, ya da daha artıq müddətə əqd edərlər. Amma gərək 
izdivacın müddəti kişi ilə qadının, ya onlardan birinin ömründən çox olmasın. Bu surətdə 
əqd batil olacaq. Bu cür əqd olunan qadına mut`ə, ya siğə deyərlər. 
ƏQDİN HÖKMLƏRİ 
Məsələ 2323: İzdivacda, istər daimi olsun, istər qeyri-daimi, gərək siğə oxunsun və təkcə 
kişi və qadının razı olması və yazmaq vacib ehtiyata əsasən kifayət deyil. Əqd siğəsini, ya 
kişi ilə qadının, özləri oxuyurlar, ya başqasını vəkil edərlər ki, onların tərəfindən oxusun. 
Məsələ 2324: Vəkilin kişi olması vacib deyil, qadın da əqd siğəsini oxumaq üçün başqasının 
tərəfindən vəkil ola bilər. 
Məsələ 2325: Kişi və qadın vəkilin siğəni oxumasında xatircəmlik hasil etməyincə bir-birinə 
məhrəmcəsinə baxa bilməzlər. Vəkilin siğəni oxumasını güman etmək kifayət deyil. Hətta 
əgər vəkil desə ki, siğəni oxumuşam, amma onun sözlərindən xatircəmlik hasil olmasa, 
vacib ehtiyat odur ki, onun sözünə e`tibar etməsinlər. 
Məsələ 2326: Əgər bir qadın bir kəsi vəkil etsə ki, məsələn; on günlük onu bir kişiyə əqd 
etsin və on günün əvvəlini müəyyən etməsə, o vəkil istədiyi vaxt, onu on günlük o kişiyə əqd 
edə bilər. Amma əgər mə`lum olsa ki, qadın müəyyən bir gün, ya saatı qəsd edib, gərək 
siğəni qəsdə uyğun oxusun. 
Məsələ 2327: Bir nəfər iki nəfərin tərəfindən həm daimi, həm də qeyri-daimi əqdin siğəsini 
oxumaq üçün vəkil ola bilər. Həmçinin, insan qadının tərəfindən vəkil olaraq onu özü üçün 
daimi və ya qeyri-daimi əqd edə bilər. Amma müstəhəbb ehtiyat odur ki, əqdi iki nəfər 
oxusun. 
ƏQD OXUMAĞIN QAYDALARI 
Məsələ 2328: Əgər daimi əqdin siğəsini kişi və qadının özləri oxusalar, mehriyyənin 
miqdarını tə`yin etdikdən sonra, əvvəl qadın desin: 
«Zəvvəctukə nəfsi ələssidaqil-mə`lum» – yə`ni özümü sənə arvad etdim, müəyyən olunmuş 
mehr ilə. 
Ondan sonra kişi fasiləsiz 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
«Qəbiltut-təzvicə» – yə`ni, izdivacı qəbul etdim, desə, əqd səhihdir. Əgər təkcə «qəbiltu» da 
desə, səhihdir. Əgər başqasını vəkil etsələr ki, onların tərəfindən əqd siğəsini oxusun, belə 
ki, məsələn; kişinin adı Əhməd və qadının adı Fatimə olsa, qadının vəkili desin: 
«Zəvvəctu muvəkkiləkə Əhmədə muvəkkiləti Fatimətə ələssidaqil-mə`lum», Sonra kişinin 
vəkili e`tina olunacaq fasilə olmadan: 
«Qəbiltut-təzvicə limuvəkkili Əhmədə ələssidaqil-mə`lum» desələr, əqd düz olar. 
Müstəhəbb ehtiyat odur ki, kişi deyən kəlmə, qadın deyən kəlmə ilə uyğun olsun. Məsələn; 
əgər qadın «zəvvəctu» deyirsə, kişi də, «qəbiltun-nikah» deyil, «qəbiltut-təzvicə» deməlidir. 
Məsələ 2329: Əgər kişi və qadın özləri qeyri-daimi əqdinin siğəsini oxumaq istəsələr, 
müddət və mehriyyəni tə`yin edəndən sonra, qadın desin: «Zəvvəctukə nəfsi fil-muddətil-
mə`luməti ələl-məhril-mə`lum». Ondan sonra e`tina ediləcək fasilə olmadan kişi desin: 
«qəbiltu» – əqd düzdür. Əgər başqasını vəkil etsələr, əvvəl qadının vəkili, kişinin vəkilinə 
desin: «Zəvvəctu muvəkkiləti muvəkkiləkə fil-muddətil-mə`luməti ələl-məhril-mə`lum». 
Sonra fasiləsiz kişinin vəkili desə ki, «qəbiltut-təzvicə limuvəkkili hakəza» – əqd səhih olar. 
ƏQDİN ŞƏRTLƏRİ 
Məsələ 2330: İzdivac əqdinin bir neçə şərti var: 
1. Vacib ehtiyata görə ərəbcə oxunsun. Əgər kişi və qadın özləri siğəni ərəbcə oxuya 
bilməsələr, ərəb dilindən başqa dildə də oxuya bilərlər və vəkil tutmaqları lazım deyil. 
Amma gərək elə bir kəlmə desinlər ki, «zəvvəctu» və «qəbiltu» mə`nasını anlatsın. 
2. Kişi və qadın, ya onların siğəsini oxuyan vəkilin inşa qəsdləri olsun, yə`ni kişi və qadın 
özləri siğəni oxuyurlarsa, qadın «zəvvəctukə nəfsi» deməklə qəsdi bu olsun ki, özünü ona 
arvad qərar verir və kişi «qəbiltut-təzvicə» deməklə, onu özü üçün arvad kimi qəbul etsin. 
Əgər kişi və qadının vəkili siğəni oxuyarlarsa, «zəvvəctu» və «qəbiltu» deməklə qəsdləri bu 
olsun ki, onları vəkil etmiş kişi və qadın, ər-arvad olsunlar. 
3. Siğə oxuyan şəxs, istər özü üçün oxusun və ya başqası tərəfindən vəkil olsun, gərək baliğ 
də olsun. Hətta vacib ehtiyata görə, həddi-büluğa çatmayan, amma müməyyiz (ağlıkəsən) 
uşağı başqası üçün əqd oxuması kifayət deyil; əgər oxusa, ya təlaq verilməli, ya yenidən 
əqd oxunmalıdır. 
4. Əgər ər və arvadın vəkili, ya onların vəlisi siğəni oxusalar, əqd zamanı ər və arvadı 
müəyyən etsinlər, məsələn; onların adlarını çəksinlər, ya onlara işarə etsinlər. Deməli, bir 
kəsin neçə qızı olsa, əgər kişiyə desə ki, «zəvvəctukə ihda bənati» – yə`ni, öz qızlarımdan 
birini sənə arvad etdim və kişi desə ki, «qəbiltu» – yə`ni qəbul etdim, əqd zamanı qızı 
müəyyən etmədiklərinə görə, əqd batildir. 
5. Kişi və qadın izdivaca razı olsunlar, amma zahirən kərahət ilə izn versələr və mə`lum 
olsa ki, qəlbən razıdırlar, əqd səhihdir. 
Məsələ 2331: Əgər əqddə bir hərf yaxud daha çox səhv oxunsa, amma onun mə`nası 
dəyişməsə, əqd səhihdir. 
Məsələ 2332: Əqd siğəsini oxuyan şəxs, əgər icmal (qısaca) olsa belə, onun mə`nasını bilsə 
və onu gerçəkləşdirmək qəsdi etsə, əqd səhihdir və siğənin mə`nasını geniş şəkildə bilməsi 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
lazım deyildir, məsələn; ərəb dilinin qrammatikasına görə, fe`l və ya failin hansı olduğunu 
bilməsi lazım deyil. 
Məsələ 2333: Əgər bir qadını, bir kişi üçün onların icazəsi olmadan əqd etsələr və sonradan 
kişi və qadın o əqdə icazə versələr, əqd düzdür. İcazə üçün də, razılıqlarına dəlalət edən bir 
söz demələri, yaxud bir iş etmələri kifayətdir. 
Məsələ 2334: Əgər kişi və qadını, ya ikisindən birini izdivaca məcbur etsələr və əqd 
oxuyandan sonra əvvəlki məsələdə deyildiyi kimi icazə versələr, əqd səhihdir. Yaxşısı 
budur ki, əqdi təzədən oxusunlar. 
Məsələ 2335: Ata və ata tərəfdən olan baba öz nabaliğ oğlan ya qız övladını, ya dəli halda 
baliğ olan, dəli övladlarını evləndirə bilərlər və uşaq baliğ olandan sonra, ya dəli əqilli 
olandan sonra, əgər onun üçün olunan izdivacın ona bir zərəri olduğunu görərsə, ya qəbul, 
ya da rədd edə bilər. Amma bir zərəri olmasa, belə ki, həddi-büluğa çatmamış oğlan və ya 
qız öz izdivacının əqdini pozsa, vacib ehtiyata görə təlaq verməli, ya təzədən əqd 
oxunmalıdır. 
Məsələ 2336: Həddi-büluğa çatmış və rəşidə, yə`ni öz məsləhətini ayırd edə bilən bir qız 
əgər ərə getmək istəsə, belə ki, bakirə olsa və özü öz məişət və yaşayışında ixtiyar sahibi 
olmasa, gərək ata tərəfdən olan babasından, ya atasından icazə alsın. Vacib ehtiyata 
əsasən, əgər özü öz işlərinin ixtiyar sahibi olsa belə, yenə də icazə almalıdır. Ana və 
qardaşın icazəsi lazım deyil. 
Məsələ 2337: Əgər qız bakirə olmasa, ya bakirə olsa, amma atası, ya ata-babası ona şər`ən 
və ürfən həmtay olan bir kişiylə evlənməsinə icazə verməsələr, ya da əsla qızı evləndirmək 
işlərində iştirak etməyə əsla hazır olmasalar və yaxud dəlilik və ya ona bənzər səbəblərdən 
icazə vermək səlahiyyətinə malik olmazlarsa, bu kimi yerlərdə onların icazəsi lazım deyil. 
Həmçinin əgər onlardan icazə almaq ğaib olmaq, ya başqa səbəblərə görə mümkün olmasa 
və qızın həmin vaxtda ərə getməyə çox ehtiyacı olsa, ata və babasının icazəsi lazım deyil. 
Məsələ 2338: Əgər ata və ya ata tərəfindən olan baba öz həddibüluğa çatmamış oğlu üçün 
qız alsa, gərək oğlan həddi-büluğa çatdıqdan sonra o qadının xərcini versin. Hətta həddi-
büluğa çatmamışdan əvvəl bir surətdə ki, ləzzət almaq yaşına çatmışsa və qız da əri ondan 
ləzzət almaq imkanı olmayacaq qədər kiçik deyilsə, o qadını nəfəqəsi (yaşayış xərci) 
oğlanın öhdəsindədir. Bundan başqa hallarda nəfəqə vacib deyil. 
Məsələ 2339: Əgər ata və ya ata tərəfindən olan baba öz həddibüluğa çatmamış oğlu üçün 
qız alsa, belə ki, əqd vaxtı oğlanın malı olmasa, ata və ya ata tərəfindən olan baba gərək 
qadının mehrini versinlər. Həmçinin əgər malı olsa, amma ata və ya ata babası mehrə 
zamin olsalar, hökm eynidir. Bu iki haldan başqa əgər mehr, adi mehr miqdarından çox 
olmazsa və ya bir məsləhət o mehrin adi miqdardan çox olmasını tələb edirsə, ata və ya ata 
babası mehri, oğlanın malından ödəyə bilərlər. Əks təqdirdə oğlanın malından adi mehr 
miqdarından çox verə bilməzlər. Amma o həddi-büluğa çatandan sonra onların işini qəbul 
etsə, verə bilərlər. 
ƏR VƏ ARVADIN ƏQDİ POZA BİLƏCƏYİ YERLƏR 
Məsələ 2340: Əgər kişi əqddən sonra başa düşsə ki, aşağıda deyiləcək altı eybdən biri əqd 
halında qadında vardır, o eybin vasitəsi ilə əqdi poza bilər. 
1. Dəlilik, ara-bir olsa belə. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
2.Cüzam xəstəliyi. 
3. Bərəs xəstəliyi. 
4. Korluq. 
5. İflic olmaq, yerdə qalacaq şəkildə olmasa belə. 
6. Onun bətnində ət, ya sümüyün olması ki, istər yaxınlıq etməyə və ya hamiləliyə mane 
olsun, istər olmasın. 
Əgər əqddən sonra kişi, qadının əqd vaxtı ifza, yə`ni bövl və heyz, ya heyz və ğait, ya da hər 
üçünün yolunun bir olduğunu başa düşərsə, əqdi poza bilməsi işkallıdır. Bu halda əqdi 
pozsalar, lazım ehtiyata əsasən gərək təlaq da versin. 
Məsələ 2341: Əgər qadın əqddən sonra başa düşsə ki, onun ərinin kişilik aləti yoxdur, ya 
əqddən sonra yaxınlıqdan qabaq və ya ondan sonra onun aləti kəsilərsə, ya bir xəstəliyi var 
ki, yaxınlıq edə bilmir, hərçənd o xəstəlik əqddən sonra və yaxınlıqdan qabaq və ya ondan 
sonra ariz olsa (irəli gələrsə), bütün bu surətlərdən sonra qadın təlaqsız əqdi poza bilər. 
Əgər qadın əqddən sonra başa düşsə ki, əri əqddən əvvəl dəli imiş və ya əqddən sonra, istər 
yaxınlıqdan sonra və ya ondan qabaq dəli olarsa və ya başa düşsə ki, əqd vaxtı onun kişilik 
yumurtalığı çıxarılmış və ya əzilibmiş, ya da bu vaxtda onun korluq, cüzam və ya bərəs 
xəstəliyi var imiş, bütün bu hallarda vacib ehtiyat budur ki, qadın əqdi pozmasın. Əgər 
belə etsə, vacib ehtiyat odur ki, əgər ər-arvadlığı davam etdirmək istəsələr, yenidən əqd 
etsinlər. Əgər ayrılıb təlaq vermək istəsələr, o halda ki, kişi yaxınlıq edə bilməsə və qadın 
əqdi pozmaq istəsə, lazımdır ki, əvəl qadın şəriət hakiminə, ya onun vəkilinə müraciət etsin. 
Hakim ərə bir il möhlət verər, belə ki, ər o qadın ilə ya başqa qadın ilə yaxınlıq edə 
bilməsə, ondan sonra əqdi poza bilər. 
Məsələ 2342: Əgər kişinin yaxınlıq edə bilmədiyinə görə qadın əqdi pozarsa, ər gərək 
mehrin yarısını versin, amma yuxarıda deyilmiş başqa eyblərdən birinə görə, kişi ya qadın 
əqdi pozsa, belə ki, kişi qadınla yaxınlıq etməyibsə, onun üçün bir şey vacib deyil, əgər 
yaxınlıq edibsə, gərək mehrin hamısını versin. 
Məsələ 2343: Əgər onunla evlənməyə rəğbətlənməsi üçün, kişi ilə qadın qarşı tərəfə 
olduğundan daha yaxşı tanıdılarsa, istər əqd vaxtı olsun, istər ondan sonra, bir surətdə ki, 
əqd onun əsasında baş verərsə, belə ki, əqddən sonra bu iş digər tərəfə mə`lum olarsa, o 
əqdi poza bilər, bu məsələnin hökmləri «Minhacus-salihin» kimi başqa kitablarda geniş 
açıqlanmışdır. 
İZDİVACI HARAM OLAN QADINLAR 
Məsələ 2344: İnsanın ona məhrəm olan ana, bacı, öz qızı, bibi, xala, qardaş qızı, bacı qızı, 
qaynana kimi qadınlarla izdivac etməsi haramdır. 
Məsələ 2345: Əgər bir kəs bir qadını özü üçün əqd etsə, onunla yaxınlıq etməsə də, onun 
anası, anasının anası, atasının anası və nə qədər yuxarı getsə, o kişiylə məhrəm olurlar. 
Məsələ 2346: Əgər bir qadını əqd edib onunla yaxınlıq edərsə, qadının qızı, qızla oğlan 
nəvəsi və nə qədər aşağıya kimi getsə, istər əqd vaxtında olsun, istər sonradan dünyaya 
gəlsin, o kişiylə məhrəm olurlar. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2347: Əgər bir qadını özü üçün əqd edib, onunla yaxınlıq etməsə, nə qədər ki, o 
qadın onun əqdindədir, vacib ehtiyata əsasən, onun qızı ilə izdivac edə bilməz. 
Məsələ 2348: İnsanın xala və bibisi, atasının xala və bibisi, atasının atasının xalası və bibisi, 
ya atasının anası, anasının xala və bibisi, anasının anasının xala və bibisi, ya anasının atası 
və nə qədər yuxarı getsə, insana məhrəmdirlər. 
Məsələ 2349: Ərin atası və babası və nə qədər yuxarı getsə; və onun oğlu və qız və oğlan 
nəvəsi və nə qədərki aşağı gedir, istər əqd vaxtı olsalar, istər sonradan dünyaya gəlsinlər, 
onun arvadına məhrəmdirlər. 
Məsələ 2350: Əgər bir qadını özü üçün əqd etsə, istər daimi olsun, istər siğə, nə qədər ki, o 
qadın onun əqdindədir, o qadının bacısı ilə izdivac edə bilməz. 
Məsələ 2351: Əgər öz arvadına, təlaq kitabında deyiləcək tərtib ilə ric`i təlaqı versə, iddə 
arasında onun bacısını əqd edə bilməz. Amma ba`in təlaq iddəsində təlaq verən, onun 
bacısı ilə izdivac edə bilər. Müt`ə iddəsində vacib ehtiyat odur ki, izdivac etməsin. 
Məsələ 2352: İnsan öz arvadının icazəsi olmadan onun bacısı qızı və qardaşı qızı ilə izdivac 
edə bilməz. Amma əgər arvadının icazəsi olmadan onları əqd etsə və sonradan arvadı icazə 
versə, eybi yoxdur. 
Məsələ 2353: Əgər qadın başa düşsə ki, əri onun bacısı qızı və ya qardaşı qızını əqd edib və 
bir söz deməsə, belə ki, sonradan razılıq versə, əqd səhihdir. Əks təqdirdə isə onların əqdi 
batildir. 
Məsələ 2354: Əgər insan öz bibisi və xalası qızını almamışdan qabaq onun anası ilə zina 
etsə, vacib ehtiyata əsasən, daha o, qızla izdivac edə bilməz. 
Məsələ 2355: Əgər öz bibisi qızı və xalası qızı ilə izdivac etsə, onlar ilə yaxınlıq edəndən 
əvvəl və ya sonra onların anaları ilə zina etsə, onların ayrılmasına səbəb olmaz. 
Məsələ 2356: Əgər öz xalası və bibisi olmayan başqa qadın ilə zina etsə, ehtiyat müstəhəbb 
odur ki, onun qızı ilə izdivac etməsin. 
Məsələ 2357: Müsəlman qadın kafirə əqd oluna bilməz, istər daim olsun, istər müvəqqəti, 
istər əhli-kitabdan olan kafir olsun, istərsə də onlardan qeyri kafir, müsəlman kişi də əhli-
kitab olmayan kafir qadınlar ilə izdivac edə bilməz. Amma əhli-kitab olan yəhudi və 
xristian qadınları ilə siğə etməyin maneəsi yoxdur, lazım ehtiyata görə onlar ilə daimi əqd 
etməsinlər. Müsəlman kişi Məcusi qadınla vacib ehtiyata görə hətta müvəqqəti də əqd 
etməsin. Nəvasib kimi bə`zi firqələr ki, özlərini müsəlman bilirlər, kafir hökmündədirlər və 
müsəlman kişi və qadın onlar ilə daimi, ya qeyri-daimi izdivac edə bilməzlər. Mürtəddə də 
eyni hökmü daşıyır. 
Məsələ 2358: Əgər bir kəs ric`i təlağın iddəsində olan qadın ilə zina etsə, o qadın vacib 
ehtiyata görə ona haram olur. Əgər müt`ə, bain təlağı, ya vəfat iddəsində ya da vətyi-şübhə 
iddəsində olan qadın ilə zina etsə, sonradan onu əqd edə bilər. Ric`i və bain təlağının və 
həmçinin müt`ə, vəfat və vətyi-şübhə iddəsinin mə`nası təlağın hökmlərində deyiləcək. 
Məsələ 2459: Əgər əri olmayan və iddədə olmayan bir qadın ilə zina etsə, vacib ehtiyata 
əsasən tövbə etməzdən qabaq onunla evlənə bilməz. Əgər başqası o qadının tövbə 
etməsindən qabaq onunla evlənmək istəsə maneəsi yoxdur. Yalnız o surətdə ki, o qadın 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
zina etməkdən məşhur olarsa, vacib ehtiyata əsasən tövbə etməzdən qabaq onunla izdivac 
caiz deyildir. Həmçinin zina etməkdə məşhur olan bir kişi ilə onun tövbə etməmişdən əvvəl 
izdivac etməsi caiz deyildir. Əgər bir şəxs zinakar bir qadınla evlənmək istəsə, istər onunla 
özü zina etmiş olsun, istər başqası, gərək səbr edib o qadın heyz gördükdən sonra onunla 
əqd etməsi müstəhəbbdir. 
Məsələ 2360: Əgər başqasının iddəsində olan qadını özü üçün əqd etsə, belə ki, kişi və 
qadın və ya onlardan biri, qadının iddəsi tamam olmadığını və iddədə olan qadını əqd 
etməyin haram olduğunu bilsələr, əqddən sonra o qadına yaxınlıq etməmiş olsa belə, o 
qadın, o kişiyə əbədi olaraq haram olur. Əgər hər ikisi iddə məsələsinin əslində, ya iddə əqd 
etməyin batil olması barədə cahil olsalar, əqd batildir. Əgər yaxınlıq etmiş olsa, əbədi 
olaraq haram olur. Əks halda isə haram deyil və iddə qurtarandan sonra yenidən əqd edə 
bilərlər. 
Məsələ 2361: Əgər insan bir qadının əri olduğunu bildiyi halda onunla izdivac etsə, gərək 
ondan ayrılsın və sonradan da onu özü üçün əqd etməsin. Həmçinin vacib ehtiyata əsasən o 
qadının əri olduğunu bilməsə, amma izdivacdan sonra onunla yaxınlıq etmiş olsa, eyni 
hökmü daşıyır. 
Məsələ 2362: Əri olan qadın əgər zina etsə, zina edən kişiyə vacib ehtiyata görə əbədi 
haram olur. Amma öz ərinə haram olmur, belə ki, tövbə etməsə və öz əməlində qalsa, daha 
yaxşısı odur ki, əri ona təlaq versin. Amma gərək mehrini də versin. 
Məsələ 2363: Təlaq verilmiş və siğə olunmuş bir qadın ki, əri onun siğə müddətini 
bağışlayıb, ya müddəti tamam olub, belə ki, bir müddətdən sonra ərə getsə və sonra şəkk 
etsə ki, ikinci ərini əqd zamanı birinci ərinin iddəsi tamam olub ya yox, öz şəkkinə e`tina 
etməsin. 
Məsələ 2364: Ləvat verən oğlanın qızı, bacısı və anası, ləvat edənə baliğ olduğu surətdə, 
haramdır, hərçənd xütnəgahdan az daxil olmuşsa da. Həmçinin ləvat verən kişi olsa və ya 
ləvat edən baliğ olmasa da lazım ehtiyata əsasən, hökm eynidir. Amma daxil olduğunu 
zənn edərsə və ya daxil olub-olmadığında şəkk edərsə, ona haram olmurlar. Həmçinin livat 
edənin anası, bacısı, qızı ləvat verənə haram deyil. 
Məsələ 2365: Əgər şəxs bir qadınla izdivac edərsə və izdivacdan sonra onun atası, qardaşı, 
ya oğlu ilə ləvat etsə, vacib ehtiyata əsasən, onlar ona haram olurlar. 
Məsələ 2366: Əgər bir kəs, həcc əməllərindən biri olan ehram halında, bir qadınla izdivac 
etsə, hərçənd o qadın ehramda olmasa belə onun əqdi batildir, əgər bilsə ki, arvad almaq 
ona haramdır, daha əbədi olaraq o qadını əqd edə bilməz. 
Məsələ 2367: Əgər ehram halında olan qadın, hərçənd ehram halında olmayan bir kişi ilə 
izdivac etsə, onun əqdi batildir. Əgər qadın bilsə ki, ehram halında izdivac etmək 
haramdır, vacib ehtiyat odur ki, sonra o kişi ilə heç vaxt izdivac etməsin. 
Məsələ 2468: Əgər kişi, ya arvad həcc və müfrədə ümrə əməllərindən biri olan Nisa təvafını 
yerinə yetirməsələr, Nisa təvafını yerinə yetirməyənə qədər cinsi ləzzətlər onlara halal 
olmaz. Amma əgər izdivac etsə, həlq və ya təqsir ilə ehramdan çıxmış olsa, nisa təvafını 
yerinə yetirməsə belə izdivacı səhihdir. 
Məsələ 2369: Əgər bir kəs baliğ olmayan qızı özü üçün əqd edərsə, qızın 9 yaşı tamam 
olmamışdan qabaq onunla yaxınlıq etməsi haramdır. Amma əgər yaxınlıq etsə, onu ifza 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
(ifzanın mə`nası 2340-cı məsələdə deyildi) etmiş olsa belə, qız baliğ olandan sonra onunla 
yaxınlıq etməsi haram deyil. Amma əgər ifza edibsə, gərək onun diyəsini – bir insan 
öldürməyin qan pulunu versin, həmişəlik olaraq onun yaşayış xərclərini versin, hətta 
təlaqdan sonra. Üstəlik vacib ehtiyata görə, əgər o qız təlaqdan sonra başqası ilə izdivac 
etsə də xərclərini verməlidir. 
Məsələ 2370: Arada iki dəfə rücu və ya əqd olmaqla 3 dəfə təlaq verilən qadın ərinə haram 
olar. Amma əgər təlaq hökmlərində deyiləcək şərtlər ilə, başqa kişi ilə izdivac etsə və ikinci 
əri ilə təlaq versə, ya ölsə, onun iddəsinin zamanı keçəndən sonra birinci ər onu yenidən 
əqd edə bilər. 
DAİMİ ƏQDİN HÖKMLƏRİ 
Məsələ 2371: Daimi əqd olunan qadın, hərçənd ki, ərinin haqqı ilə ziddiyyəti olmasa belə, 
ərinin icazəsi olmadan evdən bayıra çıxması haramdır. Amma əgər zərurət bunu tələb etsə, 
ya onun evdə qalması ona çox çətin olsa, yaxud məskən ona münasib olmasa, icazəsiz çıxa 
bilər. Ərinin istədiyi hər vaxt cinsi ləzzətlər üçün özünü ona təslim etməsi və şər`i bir üzr 
olmasa, ərinin onunla cima etməsinin qarşısını almamalıdır. Qadına yemək, libas, mənzil 
və başqa ehtiyaclarını tə`min etmək ərinə vacibdir. Əgər tə`min etməsə, istər imkanı olsun, 
istər olmasın, qadına borcludur. Həmçinin qadının hüququndan biri budur ki, əri ona 
əzab-əziyyət verməsin, şər`i əsas olmadan onunla kobud və tünd rəftar etməsin. 
Məsələ 2372: Əgər qadın ərinə qarşı evlilik vəzifələrinə heç əməl etmirsə, onun yanında 
qalsa belə, ərinin üzərində yemək, libas və mənzil haqqı yoxdur. Əgər bə`zi vaxtlar onun 
qanuni cinsi istəkləri ilə əlaqədar öz vəzifəsinə əməl etməkdən imtina etsə, vacib ehtiyata 
görə nəfəqəsi saqit olmur. Amma imkansızlıq ilə belə, onun mehri saqit olmur. 
Məsələ 2373: Kişinin, öz arvadını ev işlərinə məcbur etməyə haqqı yoxdur. 
Məsələ 2374: Qadının səfərinin xərci evdəki xərcindən çox olsa, belə ki, ərinin icazəsi ilə 
səfərə getsə, ərinin öhdəsindədir. Amma maşın və ya təyyarə pulu və səfərlə bağlı digər 
xərclər qadının öz öhdəsindədir. Amma əgər ərinin meyli olsa ki, arvadını səfərə aparsın, 
gərək onun səfərinin xərclərini versin. Həmçinin, əgər zəruri səfər müalicə kimi məişət 
işləri baxımından olsa, hökm eynidir. 
Məsələ 2375: Xərci ərinin öhdəsində olan qadın öz xərcini, ər onun xərcini vermədiyi 
halda, icazəsiz onun malından götürə bilər. Əgər bu mümkün olmazsa və ərini onun 
xərclərini verməyə məcbur etmək üçün şəriət hakiminə də şikayət edə bilməyib öz 
dolanışığını tə`min etmək üçün işləmək məcburiyyətində qalarsa, xərcini tə`min etmək 
üçün işlədiyi zaman ərinə itaət etmək ona vacib deyildir. 
Məsələ 2376: Əgər kişinin iki arvadı olsa, birinin yanında bir gecə qalsa, vacibdir o birinin 
yanında da dörd gecə içərisində bir gecə qalsın. Bundan başqa surətdə başqa qadının 
yanında qalmaq vacib deyil. Amma onu tamamilə tərk etməməsi lazımdır. Övla və əhvət 
budur ki, kişi hər dörd gecənin bir gecəsini arvadının yanında qalsın. 
Məsələ 2377: Ər dörd aydan çox öz cavan daimi arvadını tərk edə bilməz. Amma əgər 
yaxınlıq etməyin ona zərəri və ya çox çətinliyi olarsa, ya qadın özü onun tərk olunmasına 
razı olsa və ya izdivac əqdi vaxtı onu tərk etməsini qadına şərt qoysa, tərk edə bilər. Vacib 
ehtiyata əsasən, bu hökmdə kişinin vətəndə və ya səfərdə olmağının bir fərqi yoxdur. 
Deməli, vacib ehtiyata görə, zəruri olmayan səfəri üzrlü səbəb olmadan və arvadının 
razılığı olmadan dörd aydan artıq davam etdirməsi caiz deyil. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2378: Əgər daimi əqddə mehri tə`yin etməsələr, əqd səhihdir. Belə ki, kişi qadın ilə 
yaxınlıq etsə, gərək onun mehrini onun kimi olan qadınların mehri kimi versin. Amma 
müt`ədə mehri tə`yin etməsələr, bu iş bilməməzlik, qəflət, ya unudaraq olsa belə əqd batil 
olur. 
Məsələ 2379: Əgər daimi əqd oxuyan vaxt mehri vermək üçün müddət tə`yin etməsələr, 
istər ərinin mehri verməyə qüdrəti olsun, istərsə də olmasın, qadın mehr almamışdan 
ərinin yaxınlıq etməsinin qarşısını ala bilər. Amma əgər mehr almamışdan qabaq yaxınlıq 
etməyə razı olsa və əri onunla yaxınlıq etsə, ondan sonra şər`i üzrü olmadan ərinin yaxınlıq 
etməsinin qarşısını ala bilməz. 
MÜT`Ə (MÜVƏQQƏTİ İZDİVAC) 
Məsələ 2380: Qadına ləzzət aparmaq üçün olsa da, olmasa da siğə etmək səhihdir. Amma 
qadının, kişinin ondan heç bir cinsi ləzzət almamasını şərt edə bilməz. 
Məsələ 2381: Vacib ehtiyat odur ki, ər 4 aydan çox öz cavan olan müt`əsi ilə yaxınlıq 
etməyi tərk etməsin. 
Məsələ 2382: Siğə olan qadın əgər əqddə şərt etsə ki, əri onunla yaxınlıq etməsin, onun əqdi 
və şərti səhihdir və ər ondan ancaq başqa ləzzətləri apara bilər. Amma əgər sonradan 
yaxınlığa razı olsa, əri onunla yaxınlıq edə bilər. Daimi əqddə də hökm eynidir. 
Məsələ 2383: Siğə olmuş qadın, hamilə olsa da, xərcə haqqı yoxdur. 
Məsələ 2384: Siğə olunmuş qadının (kişi ilə) birlikdə yatmaq (onun evində sakin olmaq) 
haqqı yoxdur və ərindən irs aparmır, əri də ondan irs aparmaz. Əgər bir tərəfdən və ya hər 
iki tərəfdən irs aparmaq şərt edilərsə, bu şərtin səhih olması məhəlli işkaldır. Amma 
ehtiyata riayət etmək tərk olunmamalıdır. 
Məsələ 2385: Siğə olunmuş qadın, xərc və birlikdə yatmaq haqqı olmağını bilməsə də, onun 
əqdi səhihdir və bilmədiyinə görə də əri üzərində bir haqqa sahib olmaz. 
Məsələ 2386: Siğə olunmuş qadın ərinin icazəsi olmadan evdən çıxa bilər, amma evdən 
çıxmaqla ərinin haqqı aradan getsə, onun evdən çıxmağı haramdır. Müstəhəbb ehtiyata 
görə, ərinin haqqı aradan getməzsə də, onun icazəsi olmadan evdən çıxmasın. 
Məsələ 2387: Əgər bir qadın bir kişini vəkil etsə ki, onun müəyyən müddət və məbləğə özü 
üçün siğə etsin, belə ki, kişi onu öz daimi əqdinə gətirsə, ya müəyyən olunmuş müddət və ya 
məbləğə deyil, başqa bir müddət və məbləğə siğə etsə, qadın başa düşən zaman əgər icazə 
versə, o əqd səhihdir, əgər icazə verməsə batildir. 
Məsələ 2388: Məhrəm olmaq üçün ata, ya ata tərəfindən olan baba öz nabaliğ qızını və ya 
oğlunu qısa müddət üçün bir kəsə əqd etsə, ondan bir zərər olmadığı təqdirdə əqd səhihdir. 
Amma əgər izdivac müddətində oğlan tamamilə ləzzət alma, qız da tamamilə ləzzət alma 
qabiliyyətinə malik olmazlarsa, əqdin səhih olması məhəlli-işkaldır. 
Məsələ 2389: Əgər ata, ya ata tərəfindən olan baba başqa yerdə olan öz qız uşaqlarını ölü 
və diri olduğunu bilmədikləri halda, məhrəm olmaq üçün bir kəsə əqd etsələr, zövciyyət 
müddəti əqd olunmuş qızla istimta (ləzzət alma) qabiliyyətinə malik olsa, zahirən onun 
məhrəm olması hasil olar. Belə ki, sonradan mə`lum olsa ki, əqd zamanı o qız diri olmayıb, 
əqd batildir və o kəs ki, əqd vasitəsilə zahirən məhrəm olmuş idilər, naməhrəmdirlər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2390: Əgər kişi qadının siğəsinin müddətini bağışlasa, belə ki, onunla yaxınlıq 
edibsə, gərək onunla qərar qoyduqlarını mehrin hamısını versin. Əgər yaxınlıq etməyibsə, 
mehrinin yarısını vermək vacibdir. 
Məsələ 2391: Kişi onun siğəsində olmuş və iddəsi hələ qurtarmamış qadını öz daimi əqdi 
edə bilər ya təzədən siğə edə bilər. Amma əgər müvəqqəti izdivacın müddəti qurtarmamış 
daim əqdinə keçirsə, əqd batildir. Amma əgər qalan müddəti ona bağışlayandan sonra 
daimi əqdinə keçirsə, batil olmaz. 
BAXMAĞIN HÖKMLƏRİ 
Məsələ 2392: Kişinin naməhrəm qadının bədəninə və həmçinin onların saçlarına baxmağı 
istər ləzzət qəsdi ilə olsun, istərsə də ləzzət qəsdi olmasın, istər harama düşmə qorxusu 
olsun, istərsə də olmasın, haramdır. Onların üzünə və biləklərinə qədər əllərinə baxmaq isə 
ləzzət almaq qəsdi ilə olsa və ya harama düşmək qorxusu olsa, haramdır. Müstəhəbb 
ehtiyat odur ki, ləzzət almaq qəsdi və harama düşmək qorxusu olmasa da onlara baxmasın. 
Həmçinin, qadının naməhrəm kişinin bədəninə baxması ləzzət qəsdi ilə və harama düşmək 
qorxusu olsa haramdır. Hətta vacib ehtiyata görə bunlar olmasa da baxmasın. Amma 
qadının, kişinin bədəni, baş, qollar və ayaqlar kimi adətən kişilərin örtmədikləri yerlərinə 
baxmağın, ləzzət qəsdi və harama düşmək qorxusu olmazsa, eybi yoxdur. 
Məsələ 2393: Bir şəxsin islami hicabla örtünməyi əmr etdiyi halda, əmrə e`tina etməyən, 
qorxusuz halda açıq-saçıq gəzən qadınların bədəninə baxmağın, ləzzət qəsdi və harama 
düşmək qorxusu olmamaq şərti ilə, eybi yoxdur. Bu hökmdə kafirlərin qadınlarıyla digər 
qadınlar arasında, habelə, əl və üzlə, adətən bədənin örtmədikləri digər yerləri arasında bir 
fərq yoxdur. 
Məsələ 2394: Qadın gərək saçını və bədənini (üz və əllərindən başqa) naməhrəm kişidən 
örtsün və lazım ehtiyat odur ki, həddi-büluğa çatmamış, amma yaxşı-pisi başa düşən oğlan 
uşağından da, qadının bədəninə baxması onun şəhvətini hərəkətə gətirmək ehtimalı varsa, 
saç və bədənini örtməlidir. Amma qadın üz və biləklərinə qədər əllərini naməhrəm kişidən 
örtməyə bilər. Fəqət əgər harama düşmək qorxusu olsa və ya kişini haram bir baxışa 
mübtəla etmək niyyəti olsa, bu iki halda onları da örtmək vacibdir. 
Məsələ 2395: Həddi-büluğa çatmış müsəlmanın övrətinə baxmaq, şüşə arxasından, ya saf 
sudan, ya güzgüdən və ya bunun kimi şeydən olsa belə, haramdır. Lazım ehtiyata əsasən, 
kafirin və yaxşı və pisi başa düşən nabaliğ uşağın övrətinə baxmaq da eyni hökmdədir. 
Amma ər-arvad bir-birinin bütün bədənlərinə baxa bilərlər. 
Məsələ 2396: Bir-birlərinə məhrəm olan kişi və qadın əgər ləzzət qəsdi olmasa və harama 
düşmək qorxusu olmasa, övrətindən başqa, bir-birinin bütün bədənlərinə baxa bilərlər. 
Məsələ 2397: Kişi gərək ləzzət qəsdi ilə başqa kişinin bədəninə baxmasın. Qadının da başqa 
qadının bədəninə ləzzət qəsdi ilə baxması haramdır. Hər iki halda da əgər harama düşmək 
qorxusu olsa, hökm eynidir. 
Məsələ 2398: Əgər bir kişi naməhrəm bir qadını tanıyırsa, açıq-saçıq qadınlardan olmadığı 
təqdirdə, vacib ehtiyata əsasən onun şəklinə baxmamalıdır. Üz və əllərindən başqa, belə ki, 
ləzzət qəsdi olmazsa və harama düşmək qorxusu da olmasa, bu iki yerə baxmaq caizdir. 
Məsələ 2399: Əgər qadının başqa qadını və ərindən başqa kişini imalə etməsi və ya onun 
övrətini suya çəkməsi lazım gəlsə, gərək əlinə bir şey alsın, əli onun övrətinə dəyməsin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Həmçinin, əgər kişinin başqa kişini, ya arvadından başqa bir qadını imalə etməsi və ya 
onun övrətini suya çəkməsi lazım gəlsə, bu halda da hökm eynidir. 
Məsələ 2400: Əgər qadın bir xəstəlikdən müalicə olunmağa naçar olarsa və naməhrəm kişi 
onu müalicə etmək üçün daha yaxşı olarsa, naməhrəm kişiyə müraciət edə bilər. Belə ki, o 
kişi müalicə etmək üçün ona baxmağa və onun bədəninə əl vurmağa məcbur olsa, eybi 
yoxdur. Amma əgər baxmaqla müalicə edə bilərsə, gərək əlini onun bədəninə vurmasın. 
Əgər əl vurmaqla müalicə edə bilərsə, gərək ona baxmasın. 
Məsələ 2401: Əgər insan bir kəsi müalicə etmək üçün onun övrətinə baxmağa naçar olsa, 
vacib ehtiyata görə gərək aynanı qarşıya qoysun və aynadan baxsın. Amma əgər övrətə 
baxmaqdan başqa çarə olmazsa, eybi yoxdur. Həmçinin, əgər övrətə baxmaq müddəti 
aynadan baxmaq müddətindən daha az olsa, hökm eynidir. 
İZDİVACIN MÜXTƏLİF MƏSƏLƏLƏRİ 
Məsələ 2402: Zövcəsi olmaması səbəbi ilə harama düşən şəxsin evlənməsi vacibdir. 
Məsələ 2403: Əgər ər əqddə şərt etsə ki, qadın bakirə olsun və əqddən sonra bakirə 
olmadığı mə`lum olsa, əqdi poza bilər. Amma əgər əqdi pozmazsa, ya əvvəldən şərt 
etməmiş olsa, amma bakirə olmasına inandığı əsasda izdivac etmiş olsa, bakirə ilə qeyri-
bakirənin mehrinin fərqini nəzərə alaraq qərar qoyduqları mehrdən azalda bilər. Əgər 
vermiş olsa, geri ala bilər, məsələn, əgər onun mehri 100 manat olsa, onun kimi olan 
qadının bakirə olduğu təqdirdə mehri 80 manat, bakirə olmadıqda isə 60 manat olarsa, 100 
manatdan dörddə bir nisbət fərqi olan miqdarı 100-dən çıxılar. 
Məsələ 2404: Naməhrəm kişi və qadının heç bir kəsin olmadığı xəlvət bir yerdə tək 
qalmaları fəsada düşmək ehtimalı olduğu təqdirdə, başqa bir kimsənin oraya kirmək 
imkanı olsa belə, haramdır. Amma əgər fəsada düşmək ehtimalı olmasa, eybi yoxdur. 
Məsələ 2405: Əgər kişi qadının mehrini əqddə müəyyən etsə və verməmək qəsdi olarsa, əqd 
səhihdir, amma gərək mehri versin. 
Məsələ 2406: İslam dinindən çıxıb kafirliyi seçən bir müsəlmana mürtəd deyilir. Mürtəd iki 
qismdir: Fitri mürtəd və milli mürtəd. Fitri mürtəd o kafirdir ki, o, dünyaya gələn vaxt 
onun ata-anası və ya onlardan biri müsəlman olub, özü də yaxşı və pisi başa düşdüyü 
vaxtda müsəlman olub, sonradan kafir olub. Milli mürtəd isə onun müqabilidir. 
Məsələ 2407: Əgər bir qadın izdivacdan sonra mürtəd olsa, istər milli, istərsə fitri onun 
əqdi batil olar. Belə ki, əri onunla yaxınlıq etməyibsə, iddəsi yoxdur. Həmçinin, əgər 
yaxınlıq edəndən sonra mürtəd olsa, qadın yaisə və ya səğirə olursa, hökm eynidir. Amma 
əgər qadın heyz görən qadınların yaşında olsa, gərək təlaq hökmlərində deyiləcək qayda ilə 
iddə saxlasın. Əgər iddə əsnasında müsəlman olsa, onun əqdi öz halında qalır. Hərçənd 
yaxşısı budur ki, birlikdə yaşamaq istəsələr, yenidən əqd oxusunlar. Əgər ayrılmaq 
istəsələr, təlaq verilsin. Yaisə o qadındır ki, əlli yaşına çatmış və yaşının çox olması ilə 
əlaqədar heyz qanı görmür və artıq heyz görəcəyinə ümidi yoxdur. 
Məsələ 2408: Əgər kişi əqddən sonra fitri mürtəd olarsa, arvadı ona haram olar və əgər 
yaxınlıq etmişsə və arvadı da yaisə və səğirə də deyilsə, gərək qadın təlağın hökmlərində 
deyiləcək olan vəfat iddəsi miqdarında iddə saxlasın. Vacib ehtiyata görə yaxınlıq 
etməyibsə və qadın səğirə və yaisə də olsa, yenə də vəfat iddəsi saxlasın. Əgər iddə 
əsnasında kişi tövbə etsə, vacib ehtiyata görə əgər birgə yaşamaq istəsələr, yenidən əqd 
oxusunlar. Əgər ayrılmaq istəsələr, təlaq verilsin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2409: Əgər kişi əqddən sonra milli mürtəd olsa, belə ki, arvadı ilə yaxınlıq 
etməyibsə və arvadı yaisə olsa və ya səğirə olsa, onun əqdi batil olar iddəsi də yoxdur. Əgər 
yaxınlıq edəndən sonra mürtəd olsa və onun arvadı heyz görən qadınlar yaşında olsa, 
gərək o qadın təlaq hökmlərində deyildiyi kimi, təlaq iddəsi qədərində iddə saxlasın. Əgər 
iddə tamam olandan qabaq onun əri müsəlman olsa, onun əqdi öz halında qalar. 
Məsələ 2410: Əgər qadın əqddə kişi ilə şərt etsə ki, onu şəhərdən çıxarmasın və kişi qəbul 
etsə, o gərək qadının razılığı olmadan qadını şəhərdən çıxarmasın. 
Məsələ 2411: Əgər bir qadının keçmiş ərindən bir qızı olsa, sonrakı ər o qızı bu qadından 
olmayan oğlu üçün əqd edə bilər. Həmçinin, əgər bir qızı öz oğlu üçün əqd etsə, o qızın 
anası ilə izdivac edə bilər. 
Məsələ 2412: Əgər bir qadın hətta zinadan belə hamilə olsa, onun üçün uşağı saldırmaq 
caiz deyildir. Amma əgər uşağın onun bətnində qalması dözüləsi olmayan zərəri olsa, ya 
çox ağır çətinliyi olsa, bu halda ruh daxil olmamış siqt etdirmək (saldırmaq) caizdir, amma 
eyni zamanda diyəsi var. Amma uşağa ruh daxil olduqdan sonra heç bir vəch ilə saldırması 
caiz deyil. 
Məsələ 2413: Bir kəs əri olmayan və başqasının iddəsində olmayan qadınla zina etsə, belə 
ki, sonra onu əqd etsə və onların uşağı olsa, o surətdə ki, bilməsələr halal nütfədəndir, ya 
haram, o uşaq halalzadədir. 
Məsələ 2414: Əgər kişi qadının iddədə olmasını bilməsə və onunla izdivac etsə, belə ki, 
qadın da bilməsə və onlardan uşaq olsa, halalzadədir, şər`ən də hər ikisinin uşağıdır. 
Amma əgər qadın iddədə olduğunu və iddədə izdivacın caiz olmadığını bilirdisə, şər`ən 
uşaq atanın övladıdır, hər iki halda onların əqdi batildir və əvvəldə deyildiyi kimi, bir-
birlərinə əbədi olaraq haram olurlar. 
Məsələ 2415: Əgər qadın desə ki, «yaisəyəm», gərək onun sözü qəbul olunmasın. Amma 
desə ki, ərim yoxdur, onun sözü qəbul olunar. Fəqət yalançılıqla müttəhim olunarsa, bu 
halda vacib ehtiyat odur ki, onun vəziyyəti araşdırılsın. 
Məsələ 2416: İnsan əri olmadığını deyən qadın ilə izdivac etsə və sonradan bir şəxs, o 
qadının onun arvadı olduğunu iddia edərsə, belə ki, şər`ən o şəxsin sözlərinin doğru olduğu 
isbat olunmazsa, gərək onun sözü qəbul olunmasın. 
Məsələ 2417: Qız və oğlan uşağı iki yaşını tamamlayana qədər ata onu anasından ayıra 
bilməz, çünki uşağı saxlamaq ata ilə ananın müştərək haqqıdır. Uşağı yeddi yaşına qədər 
anasından ayırmamaq ehtiyata daha uyğun və daha üstündür. 
Məsələ 2418: Əgər qızın elçiliyinə gələn şəxsin dinə bağlılığı və əxlaqı yaxşı olarsa, onun 
rədd olunmaması daha yaxşıdır. Həzrəti Rəsulullahdan (s) rəvayət olunmuşdur ki: 
«Elçiliyə gələn kimsənin əxlaqı və dinə bağlılığından razı olsanız, qızınızı ona ərə verin. 
Əgər belə etməsəniz, yer üzərində böyük fitnə və fəsad doğar». 
Məsələ 2419: Əgər qadın öz mehrini ərinə sülh etsə ki, başqa arvad almasın, vacibdir ki, əri 
başqa arvad almasın və qadının da mehri almaq haqqı yoxdur. 
Məsələ 2420: Zinadan dünyaya gəlmiş kəs əgər arvad alsa və uşağı olsa, o uşaq 
halalzadədir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2421: Əgər kişi Ramazan ayının orucunda, ya qadının heyzli halında onunla 
yaxınlıq etsə, günah etmişdir. Amma əgər onlardan uşaq olsa, halalzadədir. 
Məsələ 2422: Ərinin səfərdə ölməyinə yəqini olan qadın vəfat iddəsindən sonra (onun 
müddəti təlaq hökmlərində deyiləcək) ərə getsə və birinci əri səfərdən qayıtsa, gərək ikinci 
ərindən ayrılsın və birinci ərinə halaldır. Amma əgər ikinci əri onunla yaxınlıq edibsə, 
gərək qadın vətyi-şübhə iddəsi saxlasın (elə təlaq iddəsi qədərincədir) İddə saxladığı dövrdə 
də birinci əri onunla yaxınlıq etməməlidir, amma sair ləzzətlər alması caizdir, xərcləri də 
birinci ərinin öhdəsinədir. İkinci ər gərək onun mehrini onun mislində olan qadınlar kimi 
versin. 
SÜD VERMƏYİN HÖKMÜ 
Məsələ 2423: Əgər bir qadın bir uşağı 2331-ci məsələdə deyiləcək şərtlərlə süd versə, o uşaq 
aşağıdakılara məhrəm olar: 
1. O qadının özü ki, ona süd anası deyərlər. 
2. O qadının əri ki, süd onunla əlaqədardır, ona süd atası deyərlər. 
3. O qadının ata-anası və nə qədər yuxarı getsə, onun süd ata-anası olsa da. 
4. O qadından dünyaya gəlmiş və ya sonradan dünyaya gələcək uşaqlar. 
5. O qadının nəsəbi övladının uşaqları və nə qədər aşağı getsə, istər onun nəsəbi övladları 
olsun, istərsə də süd vasitəsilə olsun. 
6. O qadının bacı-qardaşı, süd bacı-qardaşı olsa da, yə`ni süd verməklə o qadınla bacı-
qardaş olublar. 
7. O qadının əmi və bibisi, süd əmməklə əmi-bibi olsa da. 
8. O qadının dayı və xalası süd əmməklə onlar dayı-xala olsa da. 
9. O qadının ərinin övladı ki, süd onun əri ilə əlaqədardır və nə qədər aşağı getsə, onun süd 
övladı olsa da. 
10. O kişinin ata-anası və nə qədər yuxarı getsə. 
11. Süd ilə əlaqədar olan ərin bacı-qardaşı, süd bacı-qardaşı olsa da. 
12. Süd ilə əlaqədar olan ərin əmisi, bibisi, xalası, dayısı və nə qədər yuxarı getsə də. Süd 
əmməklə olsalar belə. Süd verməklə məhrəm olan başqa kəslər sonrakı məsələlərdə 
deyiləcək. 
Məsələ 2424: Əgər bir qadın bir uşağa (2433-cü məsələdə deyilən) şərtlərlə süd versə, o 
uşağın atası, o qadından dünyaya gələn qızlar ilə evlənə bilməz. Belə ki, onlardan biri hal-
hazırda onun arvadı olsa, onun əqdi batil olar. Amma o qadının süd qızları ilə evlənməyi 
caizdir. Hərçənd, müstəhəbb ehtiyat odur ki, onlarla da evlənməsin. Həmçinin vacib 
ehtiyata görə süd onun malı olduğu ərin qızlarını və hətta süd qızları olsalar belə, özü üçün 
əqd edə bilməz və əgər onlardan biri arvadı olsa, onun əqdi vacib ehtiyata görə batil olar. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2425: Əgər bir qadın bir uşağa 2433-cü məsələdəki şərtlər ilə süd versə, o qadının 
əri ki, süd onunla əlaqədardır, o uşağın bacılarına məhrəm olmaz. Həmçinin, ərin 
qohumları, o uşağın bacı və qardaşlarına məhrəm olmazlar. 
Məsələ 2426: Əgər bir qadın bir uşağa süd versə, o uşağın qardaşlarına məhrəm olmaz. 
Həmçinin o qadının qohumları süd yemiş uşağın bacı-qardaşlarına məhrəm olmaz. 
Məsələ 2427: Əgər insan bir qıza kamil süd vermiş qadın ilə izdivac etsə və onunla yaxınlıq 
etsə, sonradan o qızı özü üçün əqd edə bilməz. 
Məsələ 2428: Əgər insan bir qız ilə izdivac etsə, sonradan o qıza kamilən süd vermiş qadın 
ilə izdivac edə bilməz. 
Məsələ 2429: İnsan anasının, ya nənəsinin kamil süd verdikləri qız ilə izdivac edə bilməz. 
Həmçinin, əgər insanın atasının arvadı, atası ilə əlaqədar olan süd ilə bir qıza süd versə, 
insan o qız ilə izdivac edə bilməz. Belə ki, süd əmən qızı özü üçün əqd etsə, sonra anası, 
nənəsi və ya atasının arvadı o qıza süd versə, əqd batil olar. 
Məsələ 2430: İnsan, bacısının və ya qardaşı arvadının qardaşı südündən kamil süd verdiyi 
bir qız ilə izdivac edə bilməz. Həmçinin, insan, bacısı uşağı və ya qardaşı uşağının və ya 
bacısı, ya qardaşı nəvəsinin süd verdiyi qız ilə izdivac edə bilməz. 
Məsələ 2431: Əgər bir qadın öz qızının uşağına kamil süd versə, o qız öz ərinə haram olar. 
Həmçinin, qızın ərinin başqa qadından olan uşağına süd versə də, belə olar. Amma əgər bir 
qadın öz oğlunun uşağına süd versə, oğlunun arvadı ki, süd verən uşağın anasıdır, öz ərinə 
haram olmaz. 
Məsələ 2432: Əgər bir qızın atasının arvadı, o qızın ərinin uşağına atası ilə əlaqədar olan 
süddən versə, 2433-cü məsələdə deyilən ehtiyata görə o qız öz ərinə haram olar, istər uşaq o 
qızdan olsun, istərsə başqa qadından. 
MƏHRƏM OLMAĞA SƏBƏB OLAN SÜD VERMƏNİN ŞƏRTLƏRİ 
Məsələ 2433: Məhrəm olmağa səbəb olan süd vermənin 8 şərti var: 
1. Uşaq diri qadının südünü əmsin. Deməli, əgər süd vermədə şərt olan südün bir qismini 
ölmüş qadının döşündən əmsə, faydası yoxdur. 
2.
O qadının südü şər`i doğumdan olsun, hərçənd vətyi-şübhədən olsa belə; deməli, 
əgər doğumdan olmayan südü, yaxud zinadan dünyaya gəlmiş uşağın südünü başqa 
uşağa versələr, o süd ilə uşaq heç kəsə məhrəm olmaz. 
3. Uşaq südü döşdən əmsin, deməli, əgər südü onun boğazına töksələr, tə`siri yoxdur. 
4. Süd xalis olsun və başqa heç nə ilə qarışmasın. 
5. Məhrəmliyə səbəb olan süd bir ərdən olsun; deməli, süd verən qadına təlaq verilsə, sonra 
başqasına ərə getsə və ondan hamilə olsa, doğana qədər birinci ərdən südü qalsa, məsələn, 
8 dəfə doğmamışdan qabaq birinci ərin südündən, yeddi dəfə isə doğandan sonra ikinci 
ərin südündən bir uşağa versə, o uşaq bir kəsə məhrəm olmaz. 
6. Uşaq südü qusmamalıdır, əgər qussa tə`siri yoxdur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
7. Uşağa süd vermək o miqdarda olsun ki, sümükləri o süddən bərkisin və bədəninə ət 
gəlsin. Əgər mə`lum olmasa ki, bu həddə yetişib ya yox, belə ki, bir gecə-gündüz, ya on beş 
dəfə sonrakı məsələdə deyiləcək şəkildə doyunca süd əmsə, yenə də kifayətdir, amma əgər 
uşağın bir gecə-gündüz ya ona on beş dəfə süd əmməsinə baxmayaraq bu südün uşağın 
sümüklərinin bərkiməsində və bədəninə ət gəlməsinə tə`sir olmadığı mə`lum olsa, belə 
hallarda vacib ehtiyata əməl etmək tərk olunmamalıdır. Deməli qeyd olunan hallarda 
gərək (onlarla) izdivac etməsin və məhrəmcəsinə nəzər salmasın. 
8. Uşağın iki yaşı tamam olmasın. Əgər iki yaşı tamam olandan sonra ona süd versələr, bir 
kəsə məhrəm olmaz, hətta əgər iki yaşı tamam olmamışdan qabaq səkkiz dəfə və ondan 
sonra yeddi dəfə süd əmsə, bir kəsə məhrəm olmaz. Amma əgər, süd verən qadının, 
doğmasından iki ildən çox il keçsə və onun südü qalsa və bir uşağa süd versə, o uşaq 
deyilən kəslərə məhrəm olar. 
Məsələ 2434: Keçən məsələdən mə`lum oldu ki, südün məhrəmliyə səbəb olmasının üç 
me`yarı var: 1- Südü elə bir həddə əmsin ki, camaat arasında ət əmələ gəlməsinə, sümüyün 
bərkiməsinə səbəb sayılsın. Onun da şərti budur ki, yalnız südün (bu işdə) rolu olsun, 
onunla yanaşı yemək yeməsin. Amma bir az yemək yesə və deməsələr ki, tə`siri olub, eybi 
yoxdur. Əgər iki qadından süd əmsə, belə ki, ət-sümüyün əmələ gəlməsinin bir qismi bir 
qadına, digər qismi isə ikinci qadına istinad edilərsə, onların hər ikisi süd anası sayılacaq. 
Əgər ikisinə birlikdə istinad verilsə, haramlığa (məhrəmliyə) səbəb olmaz. 2- Zaman hesabı 
ilə; onun da şərti budur ki, bir gecə-gündüz əsnasında yemək yeməsin, yaxud başqa bir 
kəsin südünü əmməsin. Amma əgər su içsə, ya dərman qəbul etsə, ya çox az yemək yesə, 
belə ki, «arada yemək yeməyib» deyilsə, eybi yoxdur. Gecə-gündüz boyunca ardıcıl olaraq 
ehtiyac duyduğu, ya meyl etdiyi zaman süd yesin və bunun qarşısı alınmamış olsun. Hətta 
vacib ehtiyata görə, gecə-gündüzün əvvəlini o vaxtdan hesablamalıdırlar ki, uşaq acmış 
olsun, axırı isə onun doyduğu vaxtdır. 3- Sayın hesablanması, yə`ni on beş dəfəni bir 
qadının südündən əmsin və on beş dəfənin əsnasında başqa kəsin südündən əmməsin. 
Amma onların arasında yemək yeməsinin zərəri yoxdur, on beş dəfənin arasındakı zaman 
fasiləsinin də eybi yoxdur, hər dəfə də kamil süd əmməlidir. Yə`ni, ac olsun və tam 
doyuncaya qədər süd əmsin. Amma əgər süd əmən zaman nəfəs çəksə, ya bir az gözləsə, 
belə ki, birinci zamandan ki, döşü ağzına alıb əmsin, doyana qədər bir dəfə hesab olsa, eybi 
yoxdur. 
Məsələ 2435: Əgər qadın öz ərinin südündən başqa uşağa süd versə və sonra başqa ərə 
getsə və ikinci ərinin südündən bir uşağa süd versə, o iki uşaq bir-birinə məhrəm olmaz. 
Məsələ 2436: Əgər bir qadın bir ərin südündən bir neçə uşağa süd versə, onların hamısı 
bir-birinə, ərə və süd verən qadına məhrəm olarlar. 
Məsələ 2437: Əgər bir kəsin bir neçə arvadı olsa və onların hər biri dediyimiz şərtlər ilə 
süd versə, o uşaqların hamısı bir-birinə, ərə və o qadınların hamısına məhrəm olarlar. 
Məsələ 2438: Əgər bir kəsin iki süd verən arvadı olarsa və onların biri, məsələn; uşağa 
səkkiz dəfə və o biri yeddi dəfə süd versə, o uşaq bir kəsə məhrəm olmaz. 
Məsələ 2439: Əgər bir qadın bir ərinin südündən bir oğlan və bir qıza kamilən süd versə, o 
qızın qardaş və bacısı, o oğlanın qardaş və bacısına məhrəm olmazlar. 
Məsələ 2440: İnsan öz arvadının izni olmadan süd əmməklə o arvadın bacısı qızı, ya 
qardaşı qızı olan qadınlar ilə izdivac edə bilməz. Həmçinin, əgər nabaliğ bir oğlan ilə ləvat 
etsə, o oğlanın qızı, bacısı, anası və nənəsi ki, rizaidirlər, yə`ni süd əmməklə onun qızı, 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
bacısı və anası olub, onu özü üçün əqd edə bilməz. Bu hökm, vacib ehtiyata əsasən ləvat 
edənin baliğ olmadığı və ya ləvat olunanın baliğ olduğu hala da aiddir. 
Məsələ 2441: İnsanın qardaşına süd verən qadın insana məhrəm olmaz. 
Məsələ 2442: İnsan, iki bacı ilə, süd əmməklə bir-birilə bacı olsalar da, izdivac edə bilməz. 
Belə ki, iki qadını əqd etsə və sonra başa düşsə ki, onlar bacı imişlər, onların əqdi eyni 
vaxtda olmuşsa, hər ikisi batildir və əgər bir vaxtda olmayıbsa, «birinci» əqd səhih, 
«ikinci» əqd batil olar. 
Məsələ 2443: Əgər qadın öz əri ilə əlaqədar olan süddən, sonradan deyiləcək kəslərə süd 
versə, əri ona haram olmaz. 
1. Öz bacısı və qardaşına. 
2. Öz əmi, bibi, dayı və xalasına və onların övladlarına. 
3. Öz nəvələrinə, hətta qız nəvəsi ilə əlaqədar (südvermədə) qızının onun ərinə haram 
olması ilə nəticələnir. 
4. Öz qardaşı uşağına, ya bacısı uşağına. 
5. Öz ərinin qardaşına, ya bacısına. 
6. Ərinin qardaşı uşağına və ya bacısı uşağına. 
7. Ərinin xala, dayı, əmi və bibisinə. 
8. Öz ərinin başqa arvadından olan nəvəsinə. 
Məsələ 2444: Əgər bir kəs insanın xalası qızına ya bibisi qızına süd versə, ona məhrəm 
olmaz. 
Məsələ 2445: İki arvadı olan kişinin, əgər o iki arvaddan biri o biri arvadın əmisi uşağına 
süd versə, o arvadın ki, əmisi uşağı süd əmib, o öz ərinə haram olmaz. 
SÜD VERMƏYİN QAYDASI 
Məsələ 2446: Uşağa süd vermək ilk növbədə onun anasının haqqıdır. Və atanın haqqı 
yoxdur ki, (süd vermək üçün) uşağı başqa adama versin. Amma əgər ona muzd istəsə, ata 
da pulsuz, yaxud az pul alan bir dayə tapsa, bu halda atası uşağı dayəyə verə bilər. Bundan 
sonra anası qəbul etməzsə və özü süd versə, muzd almağa haqqı yoxdur. 
Məsələ 2447: Müstəhəbbdir ki, uşaq üçün tutulmuş dayə, ağıllı, habelə əxlaqi, cismi ruhi 
baxımdan gözəl sifətlərə malik olsun. Əqli az olan, kafir, çox yaşlı, pis surətli olan qadını 
dayə tutmaq məkruhdur. Həmçinin məkruhdur ki, südü zinadan dünyaya gəlmiş uşağın 
südü olan, ya özü zinadan əmələ gələn dayə tutsunlar. 
SÜD VERMƏNİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ 
Məsələ 2448: Daha yaxşı odur ki, qadınların hər yetən uşağa süd verməkdən qarşısı alınsın. 
Çünki, kimlərəsə süd verdiklərinin unudulması və sonradan məhrəm olan iki şəxsin bir-
biriylə evlənməsi mümkündür. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2449: Müstəhəbbdir ki, uşağa iyirmi bir ay tamam süd versinlər və iki ildən çox süd 
vermək layiqli deyil. 
Məsələ 2450: Əgər süd verməklə ərin haqqı aradan gedərsə, qadın ərinin icazəsi olmadan 
başqasının uşağına süd verə bilməz. 
Məsələ 2451: Əgər bir qadının əri, südəmər qızı özü üçün əqd etsə, belə ki, arvadı qıza süd 
versə, vacib ehtiyata görə qadın əbədi olaraq ona haram olur. Ehtiyatən ona təlaq 
verməlidir və gərək heç vaxt onunla izdivac etməsin. Əgər süd onun özünə aid olursa, 
südəmər qız da ona əbədi haram olur. Əgər süd, əvvəlki ərinə aid olsa, ehtiyata görə onun 
əqdi batil olur. 
Məsələ 2452: Əgər bir kəs istəsə ki, qardaşı arvadı ona məhrəm olsun, bə`ziləri buyurublar 
ki, gərək südəmər bir qızı, məsələn, iki günlük özü üçün siğə etsin və o iki gün müddətində 
2431-ci məsələdə deyilən şərtlər ilə qardaşı arvadı o qıza süd versin ki, onun arvadının süd 
anası olsun. Amma bu hökm qardaşının arvadı onun qardaşının südü ilə o qız uşağına süd 
verdiyi təqdirdə məhəlli-işkaldır. 
Məsələ 2453: Əgər kişi bir qadını özü üçün əqd etməmişdən qabaq desə ki, o qadın süd 
əmmə ilə ona haram olub, məsələn, desə ki, onun anasının südünü əmib, belə ki, onu təsdiq 
etmək mümkün olsa, o qadın ilə izdivac edə bilməz. Əgər əqddən sonra desə və qadın onun 
sözünü qəbul etsə, əqd batildir. Əgər kişi onunla yaxınlıq etməyibsə, ya yaxınlıq edibsə, 
amma yaxınlıq edən vaxt qadın o kişiyə haram olduğunu bilibsə, mehriyyəsi yoxdur, əgər 
qadın yaxınlıq etdikdən sonra o kişiyə haram olduğunu bilibsə, ər gərək onun mehrini, 
onun mislində olan qadınlara uyğun olaraq versin. 
Məsələ 2454: Əgər qadın əqddən qabaq desə ki, süd əmmək vasitəsilə o kişiyə haram 
olmuşdur və onu təsdiq etmək mümkün olsa, o kişi ilə izdivac edə bilməz. Əgər əqddən 
sonra desə, kişinin əqddən sonra o qadının ona haram olduğunu deməsi kimidir və onun 
hökmü qabaqdakı məsələdə deyildi. 
Məsələ 2455: Məhrəm olmağa səbəb olan süd vermək iki şeylə sübut olur: 
1. İnsana, onların sözündə yəqinlik və ya xatircəmlik tapacaq bir dəstənin xəbər verməsilə; 
2. İki adil kişinin şəhadəti, amma gərək süd verməyin şəraitini də desinlər; məsələn, 
desinlər «biz gördük ki, filan uşaq filan qadının döşündən 24 saat süd əmib və bu əsnada 
başqa şey yeməyib» və həmçinin 2431-ci məsələdə deyilmiş başqa şərtləri də şərh etsinlər. 
Amma süd verməyin bir adil kişi və iki qadının və ya dörd adil qadının şəhadəti ilə sübut 
olması məhəlli-işkaldır, deməli, ehtiyat olunmalıdır. 
Məsələ 2456: Əgər uşağın, məhrəm olmağa səbəb olacaq qədər süd əmib-əmmədiyində 
şəkk edilərsə, ya da o miqdar süd əmdiyi zənn edilərsə, uşaq heç kimə məhrəm olmaz. 
Amma ehtiyat etmək daha yaxşıdır. 
TƏLAĞIN HÖKMLƏRİ 
Məsələ 2457: Öz arvadına təlaq verən kişi, gərək baliğ və aqil olsun, amma əgər on yaşlı 
uşaq öz arvadına təlaq versə, gərək bu halda ehtiyata əməl etmək tərk olunmasın; 
həmçinin kişi gərək öz ixtiyarı ilə təlaq versin və əgər arvadına təlaq verməyə onu məcbur 
etsələr, təlaq batildir; və həmçinin gərək təlaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, 
yaxud sərxoş halda desə, səhih deyil. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2458: Qadın gərək təlaq vaxtında heyz və nifas qanından pak olsun və əri o 
paklıqda onunla yaxınlıq etməmiş olsun. Bu iki şərtin təfsili gələcək məsələlərdə deyiləcək. 
Məsələ 2459: Heyz və nifas halında qadına təlaq vermək üç halda səhihdir: 1) Evlənəndən 
sonra əri onunla yaxınlıq etməmiş olsun; 2) Hamilə olmağı mə`lum olsun; əgər mə`lum 
olmasa və əri heyz halında təlağını versə və sonra başa düşsə ki, hamilə imiş, təlaq batildir, 
hərçənd yaxşısı odur ki, ona təlaq verməklə olsa belə ehtiyata riayət edilsin; 3) Kişi qayib 
olsa və ya hər hansı səbəbdən hətta qadının gizlənməsinə görə, arvadının heyz və nifas 
qanından pak olub-olmadığını başa düşə bilməsə; Bu halda vacib ehtiyat budur ki, 
arvadından ayrıldığı gündən ən azı bir ay keçənə qədər səbr edib sonra ona təlaq versin. 
Məsələ 2460: Əgər qadını heyz halından pak olduğunu bilsə və təlağını versə, sonradan 
mə`lum olsa ki, təlaq vaxtında heyz halında imiş, onun təlağı fərz olunan hal istisna 
olmaqla batildir. Əgər onun, heyz halında olduğunu bilsə və təlağını versə, sonradana 
mə`lum olsa ki, pak imiş, onun təlağı səhihdir. 
Məsələ 2461: Əgər bir şəxs arvadının heyz, ya nifas halında olduğunu bilə-bilə ondan ayrı 
düşsə, məsələn, səfərə çıxsa və ona təlaq vermək istəsə, gərək arvadın heyz ya nifas 
qanından pak olduğuna yəqinlik, ya arxayınlıq hasil edənə kimi səbr etsin və sonra bilsə ki, 
pak olubdur, ona təlaq verə bilər və həmçinin əgər şəkki olsa, o halda 2457-ci məsələdə 
göstərilən qayibdə olan kişinin təlaq hökmünə riayət etsin. 
Məsələ 2462: Əgər arvadından ayrı düşən kişi öz arvadına təlaq vermək istəsə, belə ki, 
arvadının heyz və nifas halında olub-olmamasından xəbər tuta bilsə, hərçənd onun xəbəri 
qadının heyz adəti üzrə, ya şəriətdə müəyyən olunmuş başqa nişanələrdən olsa belə, əgər 
ona təlaq versə və sonra mə`lum olsa heyz, ya nifas halında olub, o halda onun təlağı səhih 
deyil. 
Məsələ 2463: İstər heyz, ya nifas halında olan, istərsə pak olmuş əyalı ilə yaxınlıq etsə və 
təlaq vermək istəsə, gərək təzədən heyz olub pak olana qədər gözləsin. Amma 9 yaşı tamam 
olmamış, yaxud qadının hamilə olması yəqin olsa, əgər yaxınlıq edəndən sonra təlaq versə, 
həmçinin yaisə olsa da, işkalı yoxdur (yaisənin mə`nası 2405-ci məsələdə deyilib). 
Məsələ 2464: Əgər heyz və nifas qanından pak olan qadın ilə yaxınlıq etsə və həmin 
paklıqda onun təlağını versə, sonradan isə mə`lum olsa ki, təlaq vaxtı hamilə imiş, o təlaq 
batildir, hərçənd təlağın yenidən verilməsi ilə olsa belə ehtiyata riayət etmək daha yaxşıdır. 
Məsələ 2465: Əgər heyz və nifas qanından pak olmuş qadın ilə yaxınlıq etsə və sonra ondan 
ayrılsa, məsələn; səfərə getsə, belə ki, səfərdə təlağını vermək istəsə və onun halından 
xəbərdar ola bilməsə, gərək qadının o paklıqdan sonra qan görüb və təzədən pak olması 
qədər səbr etsin. Vacib ehtiyat odur ki, o müddət bir aydan az olmasın. Əgər qeyd 
olunanlara riayət etməklə təlaq versə, sonra təlağın elə həmin paklıq dövründə baş verməsi 
mə`lum olsa, eybi yoxdur. 
Məsələ 2466: Əgər kişi xilqətindən, ya xəstəliyinə görə, ya süd verdiyinə görə, ya dərman 
qəbul etdiyinə görə və ya hansı başqa səbəbdən heyz görməyən arvadına təlaq vermək 
istəsə və o halda onun yaşda olan qadınlar heyz görürlərsə, gərək öz arvadı ilə yaxınlıq 
etdiyi vaxtdan 3 (üç) ay müddətində onunla cima etməkdən çəkinsin və sonra ona təlaq 
versin. 
Məsələ 2567: Təlağın siğəsi gərək ərəbcə düz və «Taliq» kəlməsi ilə oxunsun, iki adil kişi də 
onu eşitsinlər. Əgər kişi özü təlaq siğəsini oxumaq istəsə və arvadının adı məsələn; Fatimə 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
olsa gərək desin: «Zovcəti Fatimətu taliqun» yə`ni mənim arvadım Fatimə azaddır. Əgər 
başqasını vəkil etsə, gərək o vəkil desin: «Zovcətu müvəkkili Fatimətu taliqun» və qadın 
müəyyən olan halda onun adını demək lazım deyil. Əgər orada hazır olsa və «hazihi 
taliqun» deyilərək ona işarə etsə və ya ona xitab edilərək ənti taliq deyilsə, kifayətdir. Əgər 
kişi təlaq siğəsini ərəbcə oxuya bilməsə və ya vəkil tuta bilməsə, hansı dildə olursa olsun, 
ərəbcə oxunan siğənin mə`nasını deyib, təlaq verə bilər. 
Məsələ 2468: Müvəqqəti əqd ilə siğə olunmuş qadının təlağı yoxdur. Onun azad olması, 
əqdin tamam olması ilə, yaxud kişinin ona «Müddəti sənə bağışladım» deyərək müddəti 
bağışlaması ilə olur. Şahid tutmaq və qadının heyzdən pak olması lazım deyil. 
TƏLAĞIN İDDƏSİ 
Məsələ 2469: 9 yaşı tamam olmamış, habelə yaisə qadının iddəsi yoxdur, yə`ni əri onunla 
yaxınlıq etsə də, təlaqdan sonra dərhal ərə gedə bilər. 
Məsələ 2470: 9 yaşı tamam olan və yaisə olmayan qadının əri onunla yaxınlıq edib təlağını 
versə, təlaqdaq sonra gərək iddə saxlasın. İki heyzin arasındakı fasilə 3 aydan az olan 
qadının iddəsi odur ki, əri paklığında ona təlağını verəndən sonra o qədər gözləsin ki, iki 
dəfə heyz görsün və pak olsun. Üçüncü heyzi görən kimi onun iddəsi tamam olur və ərə 
gedə bilər, amma əgər yaxınlıq etməmişdən qabaq ona təlaq versə, iddəsi yoxdur, yə`ni 
təlaqdaq sonra dərhal ərə gedə bilər, amma əgər ərindən xaric olan məni, (cəzb və ya ona 
oxşar yol ilə) qadının fərcinə daxil olsa, bu halda gərək iddə saxlasın. 
Məsələ 2471: Heyz görməyən qadın əgər heyz görən qadınlar yaşda olsa, ya iki heyzi 
arasındakı zaman fasiləsi 3 aydan artıq olsa, belə ki, əri onunla yaxınlıq etdikdən sonra 
təlaq versə, gərək təlaqdaq sonra qəməri tarixlə üç ay iddə saxlasın. 
Məsələ 2472: İddəsi üç ay olan qadının əgər hilali ayın əvvəlində təlağını versələr, üç ay 
iddə saxlasın. Əgər ayın əsnasında təlağını versə, gərək ayın qalanını sonrakı iki ay ilə 
bərabər və birinci aydan, qalanını isə dördüncü aydan iddə saxlasın ki, üç ay tamam olsun. 
Məsələn, əgər ayın 20-ci gününün qürubunda təlağını versələr və o ay 30 gün olsa, onun 
iddəsi dördüncü ayın 20-ci günü qürub vaxtı tamam olur. Əgər ay 29 gün olsa, vacib 
ehtiyat odur ki, dördüncü aydan 21 gün iddə saxlasın ki, birinci aydan iddə saxladığı 
miqdarla 30 gün olsun. 
Məsələ 2473: Əgər hamilə qadına təlaq versələr, iddəsi uşaq dünyaya gələnə qədər, ya səqt 
olana qədərdir. Buna görə də əgər təlaqdan bir saat sonra uşaq dünyaya gəlsə, iddəsi 
tamam olar, amma bu o haldadır ki, uşaq ərinin şər`i övladı olsun. Buna əsasən əgər qadın 
zinadan hamilə olsa və əri ona təlaq versə, onun iddəsi, uşağa hamiləlik dövrü ilə tamam 
olmur. 
Məsələ 2474: 9 yaşı tamam olmuş və yaisə olmayan qadın əgər siğə olunsa, belə ki, əri 
onunla yaxınlıq etsə və o qadının müddəti tamam olsa, ya əri müddəti ona bağışlasa, gərək 
iddə saxlasın. Əgər heyz görürsə, gərək iki heyz miqdarında iddə saxlasın və ərə getməsin, 
vacib ehtiyata görə bir dəfə heyz görməsi kifayət deyil və əgər heyz görmürsə 45 gün ərə 
getməkdən özünü çəkindirsin. Hamilə olan halda onun iddəsi uşaq dünyaya gələnə qədər, 
ya səqt olana qədərdir, hərçənd müstəhəbb ehtiyat odur ki, doğuş və 45 gün arasında hansı 
daha çox olsa, onu daha çox iddə saxlasın. 
Məsələ 2475: Təlaq iddəsinin əvvəli təlaq siğəsi oxunub tamam olandan sonra başlayır, 
istər qadın ona təlaq verdiyini bilsin, ya bilməsin. Əgər iddə tamam olandan sonra ona 
təlaq verildiyini başa düşsə, təzədən iddə saxlamağı lazım deyil. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
ƏRİ ÖLMÜŞ QADININ İDDƏSİ 
Məsələ 2476: Əri ölmüş qadın hamilə olmasa, gərək 4 ay 10 gün iddə saxlasın, yə`ni ərə 
getməkdən çəkinsin, hərçənd səğirə, ya yaisə, ya siğə olsa, ya kafir, ya ric`i təlaq verilmiş, 
ya iddə halında olsun, əri onunla yaxınlıq etməsə də, hətta əri uşaq və ya dəli də olmuş olsa, 
hökm eynidir. Əgər hamilə olsa, gərək doğana qədər iddə saxlasın. Amma əgər 4 ay 10 gün 
keçməmişdən qabaq dünyaya gəlsə, gərək ərinin ölümündən sonra 4 ay 10 gün gözləsin. Bu 
iddəyə, vəfat iddəsi deyərlər. 
Məsələ 2477: Vəfat iddəsində olan qadına zinət libasları geymək və sürmə çəkmək 
haramdır. Həmçinin zinət hesab olunan başqa işlər də ona haram olar. Amma evdən çölə 
getmək ona haram deyil. 
Məsələ 2478: Əgər bir qadın ərinin öldüyünü yəqin etsə və vəfat iddəsi tamam olandan 
sonra ərə getsə, əgər mə`lum olsa ki, onun əri sonradan ölüb, ikinci əqd də birinci ərinin 
sağlığında və ya həqiqi vəfat iddəsi dövründə baş veribsə, gərək ikinci ərindən ayrılsın və 
vacib ehtiyata görə iki iddə saxlasın. Əgər ikinci ərindən hamilə olubsa, bu halda doğana 
qədər ikinci ər üçün (eynilə təlaq iddəsi kimi olan) vəty-şübhə iddəsi, ondan sonra isə 
birinci ər üçün vəfat iddəsi saxlasın, ya da əvvəlki iddəsini təkmil etsin. Əgər hamilə olmasa 
və birinci əri ikinci ərinin yaxınlıq etməsindən qabaq ölmüş olsa, əvvəlcə birinci ər üçün 
vəfat iddəsi, ondan sonra isə ikinci əri üçün vəty-şübhə iddəsi saxlasın. Əgər yaxınlıq 
vəfatdan qabaq olubsa, onun iddəsi irəlidir. 
Məsələ 2479: Vəfat iddəsinin əvvəli əri qayib, ya qayib hökmündə olan halda, ərin 
ölümündən sonra yox, qadının ərinin ölümündən xəbərdar olmasından başlayır, amma bu 
hökm əgər qadın həddi-büluğa çatmamış, ya divanə olan surətdə məhəlli-işkaldır, ehtiyata 
riayət etmək vacibdir. 
Məsələ 2480: Əgər qadın desə ki, «iddəm tamam olub», ondan qəbul olunar, amma əgər 
qadın töhmət vurulan bir məqamda olsa, bu halda vacib ehtiyata görə ondan qəbul 
olunmaz, məsələn, əgər iddia etsə ki, bir ayda 3 dəfə heyz görüb, onun iddiası təsdiq 
olunmaz. Amma əgər ona yaxın olan qadınlar onun bu adət üzrə heyz görməsini təsdiq 
etsələr, bu halda ondan qəbul olunar. 
RİC`İ VƏ BAİN TƏLAĞI 
Məsələ 2481: Bain təlaq odur ki, təlaqdan sonra kişinin öz arvadına rücu` etməsinə haqqı 
yoxdur, yə`ni əqdsiz onu arvadlığa qəbul etməyə haqqı yoxdur və o, 6 qismdir. 
1. 9 yaşı tamam olmayan qadının təlağı. 
2. Yaisə olan qadının təlağı. 
3. Əqddən sonra əri onunla yaxınlıq etməmiş olan qadının təlaqı. 
4. Üç dəfə boşanmış bir qadının təlaqı (2484-cü məsələdə gələcək). 
5. Xül`i və mübarat təlağı. 
6. Şəriət hakiminin, ərinin nə nəfəqəsini tə`min etməyə və nə də boşamağa hazır olduğu bir 
qadına verdiyi təlaq. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Bunlarla bağlı hökmlər sonrakı məsələlərdə açıqlanacaqdır. Bunlardan başqa olan təlaqlar 
isə ric`i təlaqdır. Yə`ni qadının iddədə olduğu müddətdə əri yenidən ona rücu` edə bilər. 
Məsələ 2482: Arvadını ric`i təlaqla boşayan şəxsə arvadını, boşanma zamanı yaşadığı 
evdən çıxarması haramdır. Amma bə`zi zamanlarda ki, qadının zina etmiş olması 
bunlardan biridir, qadını evdən çıxarmasının eybi yoxdur. Həmçinin qadının ərindən 
icazəsiz lazımsız işlər üçün evdən çıması haramdır. Kişiyə də vacibdir ki, iddə dövründə 
onun xərclərini tə`min etsin. 
RÜCU` ETMƏYİN HÖKMLƏRİ 
Məsələ 2483: Ric`i təlaqda kişi iki yolla öz arvadına rüc`u edə bilər: 
1. Qadını, yenidən öz arvadı qərar verməsini bildirən bir söz desin. 
2. Bir iş görsə ki, o iş ilə rücu` qəsdi olsun. Yaxınlıq etməklə rücu` gerçəkləşir, hərçənd 
rücu` qəsdi olmasa da; amma şəhvətli ləms və öpüş ilə rücu`nun gerçəkləşməsi məhəlli 
işkaldır. Vacib ehtiyata görə əgər rücu` etmək istəməsə, gərək yenidən təlaq versin. 
Məsələ 2484: Rücu` etmək üçün kişinin şahid tutması, ya da arvada xəbər verməsi lazım 
deyil. Hətta əgər heç kəs bilmədən özü rücu` etsə, rücu` etməyi düzdür. Amma əgər 
iddədən sonra kişi desə ki, iddə içərisində rücu` etmişəm, qadın onu təsdiq etməsə, kişinin 
öz iddasını isbat etməsi lazımdır. 
Məsələ 2485: Öz arvadına ric`i təlaq verən kişi əgər ondan bir mal alsa və onunla sülh etsə 
ki, bir daha ona rücu` etməsin, hərçənd bu müsalihə düz olsa da və rücu etməməsi vacib 
olsa da, amma onun rücu` etmək haqqı aradan getmir və rücu` etdiyi surətdə, yenidən 
izdivac bərqərar olur. 
Məsələ 2486: Əgər bir qadına iki dəfə təlaq verib ona rücu` etsə, ya iki dəfə ona təlaq verib 
və hər təlaqdan sonra əqd etsə, ya bir təlaqdan sonra rücu` etsə, o biri təlaqdan sonra əqd 
etsə, üçüncü təlaqdan sonra o qadın ona haramdır. Amma əgər üçüncü təlaqdan sonra 
başqasına ərə getsə, beş şərt ilə birinci ərinə halal olar, yə`ni o qadını təzədən əqd edə bilər: 
1. İkinci ərin əqdi həmişəlik olsun. Əgər onu siğə etsə, ondan ayrılandan sonra birinci ər 
onu əqd edə bilməz. 
2. İkinci ər onunla yaxınlıq etsin və düxul olsun və vacib ehtiyat odur ki, yaxınlıq qadının 
fərcindən olsun. 
3. İkinci ər təlağını versin, ya ölsün. 
4. İkinci ərin təlaq, ya vəfat iddəsi tamam olsun. 
5. Vacib ehtiyata görə ikinci ər yaxınlıq zamanı baliğ olsun. 
XÜL` TƏLAĞI 
Məsələ 2487: Ərinə meyli olmayan və ya ona kərahəti olan qadının mehrini və ya özünə aid 
olan başqa malını özünün boşanması üçün ərinə bağışlayarsa, buna, xül` təlaqı deyilir. 
Xül` təlaqında qadının ərinə qarşı olan meylsizliyi o həddə olmalıdır ki, onun evlilik 
haqqını riayət etmədiyini təhdid etsin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2488: Əgər təlaq siğəsini ər özü oxumaq istəsə, belə ki, qadının adı Fatimə olsa 
qərara alınmış şey verildikdən sonra, gərək desin: 
«Zovcəti Fatimətu xalə`tuha əla ma bəzələt» və ehtiyat müstəhəbbə görə həmçinin desin: 
«hiyə taliqun» yə`ni arvadım Fatiməni verdiyi şey müqabilində xül` təlağı verdim və o 
azaddır. Qadın müəyyən olan halda bu təlaqda və mübarat təlağında onun adını demək 
lazım deyil. 
Məsələ 2489: Əgər bir qadın bir kəsi vəkil etsə ki, onun mehrini ərinə bağışlasın və ər də 
həmin adamı vəkil etsə ki, arvada təlaq versin, belə ki, ərin adı Muhəmməd və qadının adı 
Fatimə olsa, vəkil təlaq siğəsini bu cür oxuyacaq: 
«Ən muvəkkiləti Fatimətə bəzəltu məhrəhə limuvəkkili Muhəmmədin liyəxlə`əha ələyhi», 
ondan sonra deyəcək: «zovcətu muvəkkili xalə`tuha əla ma bəzələt fə hiyə taliqun», əgər 
bir qadın bir kəsi vəkil etsə ki, mehrdən başqa bir şeyi onun ərinə bağışlasın ki, ona təlaq 
versin, vəkil gərək «məhrəha» sözünün yerinə o şeyi desin. Məsələn; 100 tümən versə gərək 
desin: «bəzəltu mi`ətə tuman». 
MÜBARAT TƏLAĞI 
Məsələ 2490: Əgər ər və arvad bir-birlərini istəməsələr, bir-birlərindən ikrah etsələr və 
qadın bir malı ona təlaq verməsi üçün kişiyə versə, bu təlağa mübarat təlağı deyilir. 
Məsələ 2491: Əgər ər mübarat siğəsini oxumaq istəsə, belə ki, qadının adı Fatimə olsa, 
gərək desin: «barə`tu zovcəti Fatimətə əla ma bəzələt» və lazım ehtiyata görə həmçinin 
desin «fəhiyə taliqun», yə`ni mən və arvadım Fatimə, onun verdiyi şeyin müqabilində bir-
birimizdən ayrıldıq və o azaddır. Əgər başqasını vəkil etsə, vəkil gərək desin: 
«Ən qibəli müvəkkili barə`tu zovcətəhu Fatimətə əla ma bəzələt fəhiyə taliqun», hər iki 
halda əgər «əla ma bəzələt» kəlməsinin yerinə, «bima bəzələt» desə, eybi yoxdur. 
Məsələ 2492: Xül` və mübarat təlağının siğəsi gərək imkan olan halda ərəbcə səhih 
oxunsun və əgər mümkün olmasa, onun hökmü 2465-ci məsələdə olan təlağın hökmüdür, 
amma əgər qadın öz malını ərinə bağışlamaq üçün məsələn, azərbaycanca desə ki, təlaq 
üçün filan malı sənə bağışladım, eybi yoxdur. 
Məsələ 2493: Əgər qadın xül`, ya mübarat təlağının iddəsinin əsnasında bəxşiş fikrindən 
qayıtsa, ər rücu` edə bilər və əqdsiz təzədən onu öz arvadı edə bilər. 
Məsələ 2494: Mübarat təlağı üçün ərin aldığı mal gərək mehrdən çox olmasın, hətta vacib 
ehtiyata görə gərək mehrdən az olsun, amma xül` təlağında çox olsa, eybi yoxdur. 
TƏLAĞIN MÜXTƏLİF HÖKMLƏRİ 
Məsələ 2495: Əgər bir kişi naməhrəm qadını öz əyalı güman edib, onun ilə yaxınlıq etsə, 
istər o qadın əri olmadığını bilsin, istərsə də əri olduğunu güman etsin, gərək iddə saxlasın. 
Məsələ 2496: Bir kişi öz arvadı olmadığını bildiyi bir qadınla zina etsə, əgər qadın onun əri 
olmadığını bilsə, iddə saxlaması lazım deyil, amma əri olduğunu güman etsə, vacib ehtiyata 
görə iddə saxlamalıdır. 
Məsələ 2497: Əgər bir kişi, bir qadını onunla evlənməsi üçün ərini boşama 
məcburiyyətində qoymaq məqsədiylə evlilik hüquqlarına riayət etməməsi üçün aldadarsa, 
o qadının təlağı və əqdi səhihdir. Amma hər ikisi də böyük günah etmiş olurlar. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2498: Əgər qadın əqdin zimnində əri ilə şərt etsə ki, xüsusi şərait irəli gəlsə, 
məsələn, əgər ər uzun müddətli səfərə getsə, ya məsələn, 6 ay onun xərcini verməsə, ya 
uzun müddət həbsə məhkum edilsə, təlağın ixtiyarı onunla olsun, bu şərt batildir, amma 
şərt etsə ki, ərinin tərəfindən xüsusi şərtlərdə və ya heç bir qeyd-şərt olmadan özünə təlaq 
vermək üçün vəkil olsa, şərt düzdür və əri sonradan onu vəkillikdən əzl edə bilməz, əgər bu 
halda (vəkil olduğu halda qadın) özünə təlaq versə təlaq səhihdir. 
Məsələ 2499: Əri itmiş qadın, əgər başqasına ərə getmək istəsə, gərək adil müctəhidin 
yanına getsin və «Minhacus-sadiqin» kitabında qeyd etdiyimiz xüsusi şərtlər daxilində 
müctəhid ona təlaq verə bilər. 
Məsələ 2500: Dəlinin ata və ata tərəfindən olan babası, onun arvadına onun məsləhətinə 
olsa, təlaq verə bilərlər. 
Məsələ 2501: Əgər ata, ya ata tərəfindən olan babası öz uşağı üçün bir arvadı siğə etsə, 
uşağın mükəlləf olan vaxtından bir qədəri siğənin müddətində olsa belə, məsələn, 14 yaşlı 
oğlan üçün bir qadını iki illik siğə etsə, belə ki, uşağın xeyrinə olsa, o qadının müddətini 
bağışlaya bilər. Amma onun daimi arvadına təlaq verə bilməz. 
Məsələ 2502: Əgər şər`i höccət üzündən kişi iki nəfəri adil bilsə və öz arvadına onların 
qarşısında təlaq versə, bir başqası ki, onların ədaləti onun yanında sübut deyil, əgər 
ehtimal versə ki, onların ədaləti təlaq verənin yanında sabitdir, o qadını iddə tamam 
olandan sonra özü üçün, ya başqa adam üçün əqd edə bilər. Amma onların ədalətli 
olmadığına yəqin etsə, o qadını əqd edə bilməz. 
Məsələ 2503: Kişinin ric`i təlaq verdiyi qadın, iddəsi tamam olana qədər onun şər`i həyat 
yoldaşı hökmündədir. Belə ki, ərinin ondan hər növ cinsi ləzzət almasına mane olmağa 
haqqı yoxdur. Caiz və hətta müstəhəbdir ki, qadın özünü onun üçün bəzəsin. Onun icazəsi 
olmadan evdən çıxması caiz deyil. Əgər naşizə olmasa, (itaətdən boyun qaçırmasa) 
nəfəqəsini vermək ərinə vacibdir, eləcə də kəfəni, fitrə zəkatı da ərin öhdəsinədir. Hər biri 
ölərsə, digəri ondan irs aparır. Kişi, arvadının iddədə olduğu zaman onun bacısını ala 
bilməz. 
QƏSBİN HÖKMLƏRİ 
Qəsb odur ki, insan zülm ilə başqasının haqqına, ya malına sahib olsun. Bu da əql, Qur`an 
və rəvayətlərin hökmü ilə haramdır. Peyğəmbəri Əkrəmdən (s) rəvayət olunub ki, hər kəs 
başqasından bir qarış yer qəsb etsə, Qiyamətdə o yeri onun 7 mərtəbəsindən zəncir kimi 
onun boynuna atacaqlar. 
Məsələ 2504: Əgər insan hamı üçün tikilmiş məscid, mədrəsə, körpü və başqa yerlərdən 
camaatın istifadə etməsini qoymasa, onların haqqını qəsb etmişdir. Həmçinin, əgər bir kəs 
məsciddə özü üçün bir yer tutsa və başqası da onun oradan istifadə etməsini qoymazsa, 
günah etmişdir. 
Məsələ 2505: Əgər girov qoyan və girov götürən qərar qoysalar ki, o şey ki, girov 
qoyulmuşdur, girov götürənin, ya 3-cü şəxsin əlində olsun, girov verən girov qoyduğu 
əşyanın əvəzini ödəməmiş qoyduğu girovu götürə bilməz. Əgər götürsə, gərək dərhal 
qaytarsın. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2506: Bir kəsin yanında girov qoyulan malı başqası qəsb etsə, mal sahibi və girov 
götürən şəxsin hər biri qəsb edilmiş şeyi tələb edə bilər. Belə ki, o şeyi ondan alsalar, yenə 
də girovdadır. 
Məsələ 2507: Əgər insan bir şeyi qəsb etsə, gərək sahibinə qaytarsın. Əgər o şey aradan 
getsə və qiyməti olsa, gərək onun əvəzini 2515 və 2516-cı məsələlərdə deyilən şərhlə ona 
versin. 
Məsələ 2508: Əgər qəsb edilmiş şeydən mənfəət əldə edilsə, məsələn, qəsb edilmiş qoyundan 
quzu olsa, o mal sahibinindir. Həmçinin, bir evi qəsb etmiş bir kəs orada oturmasa da, 
gərək onun icarəsini versin. 
Məsələ 2509: Əgər uşaqdan, ya dəlidən onların malı olan bir şeyi qəsb etsələr, gərək onu 
onun vəlisinə versinlər. Əgər o şey aradan getsə, əvəzi ödənilməlidir. 
Məsələ 2510: Əgər iki nəfər birlikdə bir şeyi qəsb etsələr, hər ikisi bütünlüklə o şeydən 
istifadə etsələr, hər biri təklikdə o şeyi qəsb etməyi bacarmamasına baxmayaraq onlardan 
hər biri, o şeyə bütünlüklə zamindirlər. 
Məsələ 2511: Əgər qəsb edilmiş bir şeyi digər bir şey ilə qarışdırsalar, məsələn, qəsb 
olunmuş buğdanı arpa ilə qarışdırsalar, belə ki, onları ayırmaq mümkün olsa, əziyyət ilə 
olsa da, gərək ayrılsın və sahibinə qaytarılsın. 
Məsələ 2512: Əgər bir şəxs düzəldilmiş qızıl parçasını məsələn, qəsb etdiyi sırğanı əritsə, 
gərək onu əritdikdən qabaq və sonrakı qiymətinin fərqi ilə sahibinə versin. Əgər 
qiymətinin fərqini ödəməsə, desə ki, onu əvvəlki kimi düzəldəcəyəm, malik məcbur deyil ki, 
qəbul etsin. Həmçinin malik onu, əvvəlki kimi düzəltməyə də məcbur edə bilməz. 
Məsələ 2513: Qəsb edilmiş bir şeyi əvvəlkindən yaxşı olacaq bir şəkildə dəyişdirilsə, 
məsələn, qəsb edilmiş qızıldan sırğa düzəltsə, belə ki, mal sahibi «malı bu halda mənə ver» 
desə, gərək ona versin və ondan çəkdiyi zəhmət üçün muzd ala bilməz. Həmçinin malikin 
icazəsi olmadan onu əvvəlki halına salmağa haqqı yoxdur. Amma malikin icazəsi olmadan 
onu əvvəlki, ya başqa şəklə salsa, iki halət arasında olan qiymət fərqinə zamin olması 
mə`lum deyil. 
Məsələ 2514: Əgər qəsb edilmiş bir şeyi əvvəlkindən daha yaxşı olacaq bir şəkildə 
dəyişdirsələr və mal sahibi desə ki, gərək onu əvvəlki şəklə salasan, əgər bu istəkdə onun 
müəyyən hədəfi olsa, vacibdir ki, qəsb edən onu əvvəlki şəklə salınsın. Belə ki, onun 
qiyməti, dəyişdirmək vasitəsilə əvvəlkindən az olsa, gərək onun fərqini də sahibinə versin. 
Belə ki, qəsb edilmiş qızıldan əgər sırğa düzəldilsə və onun sahibi desə: «onu əvvəlki şəklə 
sal» o halda əridəndən sonra onun qiyməti sırğa düzəltməmişdən qabaqkı qiymətdən az 
olsa, gərək onun fərqini ödəsin. 
Məsələ 2515: Qəsb etdiyi yerdə əkin, ya ağac əksə, o ağacın və əkinin barı onundur. Belə ki, 
torpağın sahibi razı olmasa ki, əkin, ya ağac onun yerində qalsın, qəsb edən şəxs gərək 
dərhal öz ağac, ya əkininin zərəri olsa da, yerdən çıxartsın. Həmçinin ağac, ya əkin o yerdə 
olan müddətdə yerin icarəsini yer sahibinə versin və yerdə olan xarablıqları düzəltsin, 
məsələn, ağacların yerini doldursun. Əgər bunların vasitəsilə yerin qiyməti əvvəlkindən az 
olsa, gərək onun fərqini də versin. O, yer sahibini məcbur edə bilməz ki, yeri ona satsın, ya 
icarə versin. Həmçinin yer sahibi onu məcbur edə bilməz ki, əkin, ya ağacı ona satsın. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2516: Əgər yer sahibi ağacın, ya əkinin onun yerində qalmasına razı olsa, oranı 
qəsb edən şəxs lazım deyil ki, ağacı, ya əkini oradan çıxartsın, amma gərək o yerin icarəsini 
qəsb etdiyi vaxtdan yer sahibi razı olan vaxta qədər versin. 
Məsələ 2517: Əgər qəsb edilmiş şey aradan getsə, o halda ki, inək və qoyun kimi «qiyməti» 
olsa, gərək («qiyməti» o şeyə deyilir ki, tələbatın cəlb olunmasında rol oynayan 
xüsusiyyətləri baxımından onun misli çox deyildir) gərək onun qiymətini versin və əgər 
onun bazar qiyməti istək və təklif vasitəsilə fərq etsə, gərək tələf olduğu vaxtda olan 
qiyməti versin. 
Məsələ 2518: Əgər qəsb edilmiş şey aradan getsə və məsələn, arpa və buğda kimi «misli» 
olsa, qəsb olunmuş şey ödənilməlidir. («Misli» o şeyə deilir ki, tələbatın cəlb olunmasında 
tə`sirli olan xüsusiyyətlər baxımından onun misli çoxdur.) Amma ödənilən şeyin tələbatın 
cəlb olunmasında tə`sirli olan maddə və növ xüsusiyyətləri qəsb etdiyi və aradan getdiyi 
şeyin mislində olsun. Məsələn, əgər ə`la növ düyü qəsb edibsə, ondan aşağı növ düyünü 
qaytara bilməz. 
Məsələ 2519: Əgər «qiyməti» olan bir şey, qəsb edilsə və aradan getsə, belə ki, onun 
yanında olan müddətdə müəyyən bir xüsusiyyət tapıbsa və buna görə də qiyməti artıbsa, 
məsələn, kökəlsə, sonra tələf olsa, əgər bu kökəlmə qəsb edənin yaxşı bəsləməsinə görə 
olmayıbsa, gərək kök olan vaxtın qiymətini versin. Amma əgər yaxşı bəsləməsinə görə 
kökəlibsə, artan hissənin qiymətini verməsi lazım deyil. 
Məsələ 2520: Qəsb edilmiş şeyi əgər başqası ondan qəsb etsə və aradan getsə, mal sahibi 
onların hər birindən onun əvəzini ala bilər, ya da onların hərəsindən əvəzin bir qədərini 
tələb edə bilər. Belə ki, onun əvəzini birincidən alsa, onda birinci də verdiyi şeyi ikincidən 
ala bilər. Amma əgər mal sahibi ikincidən alsa, ikinci qəsb edən sahibinə verdiyi şeyi 
birincidən tələb edə bilməz. 
Məsələ 2521: Əgər satdıqları bir şeydə müamilənin şərtlərindən biri olmasa, məsələn, o şey 
ki, gərək çəki ilə alış-veriş edilsin, çəkisiz müamilə etsələr, müamilə batildir və belə ki, 
satıcı və alıcı müamiləni nəzərə almadan razı olsalar ki, bir-birinin malında istifadə 
etsinlər, eybi yoxdur. Əgər belə olmasa, bir-birlərindən aldıqları şey qəsbi mal kimidir və 
gərək hər biri onu digərinə qaytarsın. Bu halda əgər hər birinin malı o birisinin əlində tələf 
olsa, istər müamilənin batil olduğunu bilsin, istərsə də bilməsin, gərək onun əvəzini versin. 
Məsələ 2522: Əgər satıcıdan görməsi və ya bir müddət onun yanında qalıb bəyənərsə, 
alması üçün bir mal alarsa və o mal tələf olarsa, məşhura əsasən, gərək onun əvəzini 
sahibinə versin. 
İNSANIN TAPDIĞI MALIN HÖKMLƏRİ 
Məsələ 2523: Heyvan qismindən olmayan itmiş malı insan tapsa və sahibi mə`lum olmaq 
üçün heç bir nişanəsi olmasa, istər onun qiyməti bir dirhəm (12,6 noxud sikkəli gümüş) 
olsun, istərsə olmasın, onu özü üçün götürə bilər. Amma müstəhəbb ehtiyata əsasən, onu 
sahibi tərəfindən fəqirə sədəqə versin. Əlaməti olmayan pul da bu hökümdədir. Amma 
əgər məkan və ya zaman xüsusiyyətləri və miqdarı pul üçün bir əlamət olarsa, gərək onu 
2524-cü məsələdəki əsasda e`lan etsin. 
Məsələ 2524: Əgər tapdığı şeydə onunla sahibini tapa biləcək, bir nişanı olsa, hərçənd bilsə 
ki, onun sahibi malı möhtərəm olan kafirdir, o halda o şeyin qiyməti bir dirhəmə çatsa, 
gərək tapdığı gündən bir ilə kimi camaatın yığıldığı yerlərdə e`lan etsin. Əgər qiyməti bir 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
dirhəmdən az olsa, vacib ehtiyat odur ki, onu sahibi tərəfindən sədəqə versin. Hər vaxt 
sahibi peyda olsa, belə ki, sədəqə verməyə razı olmasa, onun əvəzini ona versin. 
Məsələ 2525: Əgər insan özü e`lan vermək istəməsə, əmin olduğu bir kəsə deyə bilər ki, 
onun tərəfindən e`lan etsin. 
Məsələ 2526: Əgər bir ilə qədər e`lan etsə və mal sahibi tapılmasa, belə ki, o malı Məkkə 
hərəmindən qeyri bir yerdə tapıbsa, onu sahibi peyda olan zaman ona vermək üçün 
saxlaya bilər. Bu müddət ərzində malın özünü saxlayıb ondan özü üçün istifadə edə bilər. 
Həm də onu, sahibi tərəfindən sədəqə olaraq fəqirlərə də verə bilər. Vacib ehtiyat odur ki, 
onu özü üçün götürməsin. Əgər malı hərəmdə tapıbsa, vacib ehtiyat odur ki, onu fəqirlərə 
sədəqə versin. 
Məsələ 2527: Əgər bir il e`lan edəndən sonra mal sahibi tapılmasa, malı sahibi üçün 
saxlasa və aradan getsə, belə ki, onu saxlamaqda israfçılıq və səhlənkarlıq etməsə, zamin 
deyil. Amma əgər sahibi tərəfindən sədəqə versə, sahibin ixtiyarı var ki, ya sədəqəyə razı 
olsun, ya malının əvəzini tələb etsin. Sədəqənin savabı sədəqə verənin olar. 
Məsələ 2528: Malı tapan kəs əgər bilərəkdən deyilmiş göstərişlərə əsasən e`lan etməsə, 
günah etməsindən əlavə, əgər faydası olduğunu ehtimal etsə, e`lan etməsi vacibdir. 
Məsələ 2529: Əgər dəli, ya həddi-büluğa çatmayan uşaq, üzərində nişanəsi olan və qiyməti 
bir dirhəmə çatan bir şey taparsa, onun vəlisi e`lan edə bilər. Hətta o şeyi uşaqdan və ya 
dəlidən almışdırsa, e`lan etməsi vacibdir. Əgər bir il e`lan edilsə, malın sahibi peyda 
olmasa, gərək 2526-cı məsələdə deyilənə əməl etsin. 
Məsələ 2530: Əgər insan e`lan etdiyi ilin içərisində sahibinin tapılacağından ümidsiz olsa, 
gərək şəriət hakiminin izni ilə vacib ehtiyata əsasən, onu sədəqə versin. 
Məsələ 2531: Əgər e`lan etdiyi ilin içərisində mal aradan getsə, belə ki, onun 
saxlanmasında səhlənkarlıq və ya ondan istifadə etmişdirsə, onun əvəzini sahibinə 
zamindir. E`lanı isə davam etdirməlidir. Əgər səhlənkarlıq və istifadə də etməyibsə, ona 
heç bir şey vacib deyil. 
Məsələ 2532: Əgər nişanəsi olan və qiyməti bir dirhəmə çatan malı, e`lan verməklə onun 
sahibinin tapılmayacağı mə`lum olan bir yerdə taparsa, onu birinci gün sahibləri 
tərəfindən fəqirlərə şəriət hakiminin izniylə, vacib ehtiyata əsasən sədəqə verə bilər və il 
tamam olana qədər səbr etməməlidir. 
Məsələ 2533: Əgər bir şey tapsa və öz malı bilib götürsə, sonra öz malı olmadığını başa 
düşsə, keçmiş məsələlərdə verilmiş hökmlərə görə əməl etməlidir. 
Məsələ 2534: Tapılan şeyi sahibinin e`lanı eşitdiyi təqdirdə, o şeyi öz malı olduğuna ehtimal 
verəcək şəkildə e`lan etməlidir. Belə ki, bu onu məsələ halın müxtəlifliyi ilə dəyişir. Bə`zi 
hallarda, məsələn; «bir şey tapmışam» – deməsi, kifayət edir. Amma bə`zi hallarda isə 
onun cinsini də müəyyən etməlidir. Məsələn; «bir qızıl parçası tapmışam» – deməlidir. 
Bə`zi yerlərdə də onun müəyyən xüsusiyyətlərini də əlavə etməlidir. Məsələn; «bir qızıl 
sırğa tapmışam» – deməlidir. Amma hər bir halda, o şeyin müəyyən olana qədər bütün 
xüsusiyyətlərini deməməlidir. Elə bir yerdə e`lan etməlidir ki, sahibinə xəbər çatmasına 
ehtimal versin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2535: Əgər bir kəs, bir şey tapsa və başqası «mənim malımdır» – deyərək, onun 
nişanələrini müəyyən edərsə, malı olduğuna xatircəm olduğu halda o malı, ona verməlidir. 
Mal sahibinin çox vaxt bilmədiyi nişanələri demək lazım deyildir. 
Məsələ 2536: Əgər tapdığı şeyin qiyməti bir dirhəm qədər olsa, belə ki, e`lan etməsə, 
məsciddə və ya camaatın toplaşdığı başqa yerdə qoysa və o şey aradan getsə və ya onu 
başqası götürsə, onu tapan adam zamindir. 
Məsələ 2537: Əgər bir ilə qədər qalmayacaq bir şey taparsa, gərək qala biləcək axır 
müddətə kimi, əlbəttə qiymətinə tə`sir edən bütün xüsusiyyətləri ilə bir yerdə saxlasın. 
Vacib ehtiyat odur ki, bütün bu müddət boyu e`lan etsin. Əgər sahibi tapılmasa, onun 
qiymətini müəyyən edib özünə götürə bilər, ya onu satıb pulunu saxlamalı, hər iki halda 
e`lanını davam etdirməlidir. Əgər sahibi tapılsa pulunu ona verər. Əgər bir ilə qədər sahibi 
tapılmasa, gərək 2526-cı məsələdə deyilənlərə əməl etsin. 
Məsələ 2538: Əgər tapdığı şey dəstəmaz aldığı və namaz qıldığı vaxt onunla olsa, hətta 
sahibi tapılan halda o şeyi qaytarmaq istəməsə, dəstəmazı və namazı batil olmur. 
Məsələ 2539: Əgər bir kəsin ayaqqabısını aparsalar və onun yerində başqa ayaqqabı 
qoysalar, belə ki, qalan ayaqqabının onun ayaqqabısını aparan kəsin olduğunu və 
ayaqqabını aparan həmin adamın apardığı ayaqqabının əvəzində öz ayaqqabısını 
götürməyə razı olduğunu bilsə, o ayaqqabını özünkünün yerinə götürə bilər. Onun 
ayaqqabısını haqqsız yerə, zülm olaraq götürüldüyünü bildiyi təqdirdə də hökm eynidir. 
Amma bu halda o ayaqqabının qiyməti öz ayaqqabısının qiymətindən çox olmamalıdır. 
Əgər belə olmasa, artıq qiymət üçün məchulul-malikin hökmü caridir. Bu iki haldan başqa 
halda, məchulul-malikin hökmü o ayaqqabıya cari olacaqdır. 
Məsələ 2540: Əgər insanın əlində olan mal məchulul-malik olsa, yə`ni sahibi namə`lum olsa 
və o mala itirilmiş deməsələr, onun sahibinin həmin insanın o maldan istifadə etməsinə razı 
olduğuna əmin olandan sonra, hansı tərzdə onun istifadəsinə razı olsa, o maldan o cür 
istifadə edə bilər. Əgər belə olmasa onun sahibini tapmağa ehtimal verdiyi vaxta qədər 
axtarmaq lazımdır, sahibinin tapılmasından mə`yus olduqdan sonra gərək o malı fəqirə 
sədəqə versin. Vacib ehtiyata əsasən, sədəqə şəriət hakiminin icazəsi ilə verilməlidir. 
Həmçinin, onun icazəsi ilə malın qiymətini də sədəqə verə bilər. Əgər sonra sahibi tapılsa, 
belə ki, sədəqə verildiyinə razı olmasa, vacib ehtiyata əsasən malın əvəzini ona verməlidir. 
HEYVANLARIN BAŞINI KƏSMƏYİN VƏ OVLAMAĞIN HÖKMLƏRİ 
Məsələ 2541: Əti halal olan heyvanlar, istər vəhşi olsun, istər ev heyvanı əgər onların 
başlarını sonra deyiləcək qayda ilə kəssələr, can verəndən sonra, onun əti halal və bədəni 
pakdır. Amma dəvənin, balığın və çəyirtkənin halal olması üçün başqa yol var ki, sonrakı 
məsələlərdə qeyd olunacaq. 
Məsələ 2542: Əti halal olan vəhşi heyvanlar, məsələn; ceyran, kəklik, dağ keçisi və əti halal 
olub, sonradan vəhşi olan, məsələn; sonradan qaçıb vəhşi olmuş və tutulması mümkün 
olmayan əhli olan öküz və dəvə, əgər sonra deyiləcək qayda ilə onları ovlasalar, pak və 
halaldır. Amma qoyun, toyuq kimi əti halal olan heyvanla, tərbiyə edilərək əhli olmuş əti 
halal vəhşi bir heyvan ovlamaqla pak və halal olmaz. 
Məsələ 2543: Əti halal olan vəhşi heyvan o halda ovlamaqla pak olar ki, qaça bilsin, ya uça 
bilsin. Buna görə də, qaça bilməyən ceyran balası və uça bilməyən kəklik balası ovlamaqla 
pak və halal olmaz. Əgər ceyran və onun qaça bilməyən balasını bir güllə ilə ovlasalar, 
ceyran halal, balası isə haramdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2544: Balıq kimi, sıçrayan qana malik olmayan, əti halal olan bir heyvan özü-özünə 
ölərsə, pakdır. Amma onun ətini yemək olmaz. 
Məsələ 2545: Əti haram olan və qanı sıçramayan heyvanın, məsələn, ilan və kərtənkələ 
ölüsü pakdır. Deməli, onu şikar etməyin və ya başını kəsməyin tə`siri yoxdur. 
Məsələ 2546: İt və donuzu ovlamaqla və başını kəsməklə pak olmaz və onların ətini yemək 
də haramdır. Həmçinin yerdə yuva quran, sıçrayan qanı olan siçan kimi heyvanı baş 
kəsmək və ya ovlamaqla əti və ya dərisi pak olmur. 
Məsələ 2547: Əvvəlki məsələdə deyilmişlərdən başqa əti haram olan heyvanları silah ilə 
ovlamaq, ya başını kəsməklə ətləri və dəriləri pak olur, istər yırtıcı olsunlar, istər qeyrisi. 
Hətta əgər (fiqhi nəzərdə ixtilaflı olan) fil, ayı və meymun olsa belə. Amma əgər əti haram 
olan heyvanı silah, itlə şikar etsələr, pak olması məhəlli işkaldır. 
Məsələ 2548: Əgər diri heyvanın qarnından ölü bala çıxsa, ya onu çıxarsalar, onun ətini 
yemək haramdır. 
HEYVANLARIN BAŞINI KƏSMƏYİN QAYDALARI 
Məsələ 2549: Heyvan kəsməyin üsulu belədir. Onun dörd böyük damarını tamam 
kəsməlidirlər: 1- nəfəs borusu, 2- udlaq (yemək borusu) 3-4- hülqum və udlağın yan 
tərəflərində olan iki yoğun damar. Əgər onları yarsalar və ya təkcə hulqumu kəsərlərsə, 
vacib ehtiyata görə kifayət deyil. Bu dörd damarın kəsilməsi, boğazdakı hulqum ilə udlağın 
ayrıldığı çıxıntının altından kəsilməsə, düz olmaz. 
Məsələ 2550: Əgər dörd damardan bə`zisini kəssələr və gözləsələr ki, heyvan ölsün və sonra 
qalanını kəssinlər, faydası yoxdur. Amma onları can verməmişdən qabaq kəssələr, adi 
qaydada bir-birinin ardınca olmasa, o heyvan pak və halaldır. 
Məsələ 2551: Əgər canavar qoyunun boğazını, boynunda kəsilməli olan dörd damardan bir 
şey qalmayacağı şəkildə yırtsa, o qoyun haram olar və həmçinin əgər hulqumundan da bir 
şey qalmasa, hətta əgər bir miqdar boynundan yırtsa və dörd damar başından asılı qalsa, 
ya bədəninə birləşik qalsa, o qoyun vacib ehtiyata əsasən haram olar, amma əgər bədəninin 
başqa bir yerini yırtsa, əgər qoyun diri olsa və deyilmiş qayda ilə başını kəssələr, halal və 
pak olar. Bu hökm təkcə canavar ilə qoyuna aid deyil. 
HEYVANLARIN BAŞINI KƏSMƏYİN ŞƏRTLƏRİ 
Məsələ 2552: Heyvanın başını kəsməyin bir neçə şərti vardır: 
1. Heyvanın başını kəsən istər kişi olsun, istərsə qadın, gərək müsəlman olsun. Müsəlman 
uşağı əgər müməyyiz olsa, yə`ni yaxşı ilə pisi ayıra bilirsə, heyvanın başını kəsə bilər. 
Amma kitab əhli olmayan kafir, ya kafir hökmündə olan firqələrdən bir kəs, məsələn, 
nəvasib firqəsindən, heyvanın başını kəssə, o heyvan halal olmaz, hətta kitab əhli olan 
kafir, əgər heyvanın başını kəssə, hərçənd «Bismillah» demiş olsa belə, vacib ehtiyata 
əsasən o heyvan halal olmur. 
2. Heyvanın başını imkan daxilində dəmirdən olan şey ilə kəsməlidirlər. Vacib ehtiyata 
əsasən istil bıçaqla kəsmək kifayət deyil. Amma əgər dəmir tapılmasa, onun dörd damarını 
ayıra biləcək iti bir şey ilə, məsələn, şüşə və daş ilə də kəsmək olar, hərçənd onun başını 
kəsməyə münasib zəruriyyət olmasa belə. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
3. Heyvan başı kəsilən vaxtı üzü qibləyə olmalıdır. Deməli, əgər ayaq üstə, ya oturan halda 
olsa, heyvanın üzü qibləyə olmağı insanın namazda üzü qibləyə olan halı kimidir. Əgər 
heyvan sağ, ya sol tərəfində uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun və 
onun ayaqlarının, əllərinin və üzünün qibləyə tərəf olmağı lazım deyil. O kəs ki, bilir 
heyvanın başı gərək üzü qibləyə kəsilsin və bilərəkdən onu qibləyə tərəf çevirməsə, heyvan 
haram olur, amma əgər yadından çıxarsa, ya məsələni bilməsə, ya qibləni səhv salsa eybi 
yoxdur. Əgər qiblənin hansı tərəfdə olduğunu bilməsə, ya başqasının köməyi ilə də olsa, 
heyvanı üzü qibləyə tərəf çevirə bilməsə, belə ki, heyvan ipə-sapa yatmayan olsa, ya bir 
çalaya düşmüş olsa və onu kəsməyə məcbur olsalar, hər istiqamətə zibh etsələr, eybi 
yoxdur. Əgər üzünü qibləyə çevirməkdə yubansalar, heyvan öləcəksə, hökm eynidir. 
Heyvanın üzü qibləyə kəsilməsinə e`tiqadı olmayan müsəlmanın zibh etməsi, üzü qibləyə 
kəsməsə də səhihdir. Heyvanın başını kəsənin də üzü qibləyə olması, ehtiyat müstəhəbbdir. 
4. Heyvanın başını kəsən vaxt, ya bıçağı boğazına qoyduqda onu kəsən şəxsin özü baş 
kəsmək niyyəti ilə Allahın adını çəksin. Əgər kəsən şəxsdən başqası Allahın adını çəksə, 
kifayət deyil. «Bismillah» desə, hətta əgər yalnız «Allah» desə də, ehtiyatın xilafına olsa da, 
kifayətdir. Əgər baş kəsmək qəsdi olmadan Allahın adını çəksə, ya məsələni bilmədiyinə 
görə Allahın adını çəkməsə, o heyvan halal olmaz. Amma əgər yaddan çıxarıb Allahın adını 
çəkməsə, eybi yoxdur. 
5. Heyvan başı kəsildikdən sonra gözünü, ya quyruğunu hərəkət etdirməklə, ya ayağı yerə 
vurmaqla olsa belə, çırpınmalıdır. Bu hökm heyvanın diri olmasına şübhə olduğu 
təqdirdədir. Əgər belə olmasa, heç bir lüzum yoxdur. 
6. Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Əgər qan onun damarlarında 
laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o 
heyvan halal olmur, amma az qanın axması, heyvanın başını kəsməkdən əvvəl qan axması 
olduğuna görə olsa, o halda eybi yoxdur. 
7. Boğazın kəsilməsi zibh etmək qəsdi ilə olmalıdır. Deməli, əgər bıçaq birinin əlindən 
düşsə və ixtiyarsız olaraq bir heyvanın başını kəssə, yaxud başı kəsən adam yuxulu, ya 
məst, ya bihuş, ya uşaq, ya dəli olsa, ya da başqa məqsədlə bıçağı heyvanın başına çəksə və 
təsadüfən kəssə, halal olmaz. 
Məsələ 2553: Vacib ehtiyata əsasən ruh bədənindən çıxmamış heyvanın başını bədənindən 
ayırmaq olmaz. Belə ki, bu iş heyvanın haram olmağına səbəb olmaz. Amma əgər 
bilməməzlikdən olsa, ya bıçaq iti olduğuna görə baş ayrılsa, eybi yoxdur. Həmçinin vacib 
ehtiyata görə heyvanın boynunu sındırmaq və boynundan quyruğuna qədər uzanan və 
nuxa (onurğa beyini) adlanan ağ damarı, ruh bədənindən çıxmamış kəsmək caiz deyildir. 
DƏVƏ KƏSMƏYİN QAYDASI 
Məsələ 2554: Dəvənin, can verdikdən sonra pak və halal olması üçün heyvanları kəsmək 
üçün söylənilən şərtlərlə birlikdə bıçağı, yaxud da dəmirdən düzəldilmiş və kəsici olan aləti 
sinə ilə boyun arasında yerləşən çuxur yerə batırmalıdır. Dəvənin ayaq üstə olması daha 
yaxşıdır. 
Məsələ 2555: Əgər bıçağı dəvənin boynunun çökəkliyinə batırmaq əvəzinə onun başını 
kəssələr, ya qoyun, inək və bu kimi heyvanları kəsmək əvəzinə dəvə kimi boyunlarının 
çökəkliyinə bıçaq batırsalar, onların əti haram, bədənləri isə nəcisdir. Amma əgər dəvəni 
zibh etsələr və ölməmişdən əvvəl bıçağı boynunun çökəkliyinə batırsalar, onun əti halal və 
bədəni pakdır. Həmçinin əgər inək, qoyun və bu kimi heyvanların boynunun çökəkliyinə 
bıçaq batırıb diri ikən başını kəssələr, halal və pakdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2556: Əgər dəvə özbaşınalıq etsə ipə-sapa yatmasa və onu şəriətdə deyilən qayda ilə 
kəsə bilməsələr və ya məsələn; quyuya düşsə və orada öləcəyinə ehtimal verərlərsə və onu 
şər`i qayda ilə kəsmək mümkün olmasa, bədəninin hər hansı yerinə bir yara vurub və o 
yaranın tə`sirindən can verərsə, halal olar, bu halda onun üzünü qibləyə çevirmək də lazım 
deyil. Amma heyvanın başını kəsmək üçün o biri şərtlərin də olması gərəkdir. 
heyvanın kəsilməsində müstəhəbb olan şeylər 
Məsələ 2557: Fəqihlər (Allah onlara rəhmət eləsin) heyvanın başının kəsilməsində bir neçə 
şeyi müstəhəbb bilmişlər: 
1. Qoyun kəsərkən, iki əl və bir ayağını bağlamaq, o biri ayağını isə sərbəst buraxmaq; 
İnək kəsərkən dörd ayağını da bağlayıb, quyruğunu sərbəst buraxmaq; Dəvə kəsərkən 
oturaq halda olsa, iki qabaq ayağını aşağıdan dizə qədər və ya qoltuğunun altında bir-
birinə bağlayıb, arxa ayaqlarını sərbəst buraxmaq, əgər ayaq üstə olsa, sol ayağını 
bağlamaq. Toyuğu, kəsildikdən sonra çırpınması üçün sərbəst buraxılması müstəhəbbdir. 
2. Heyvanı kəsməzdən əvvəl qabağına su qoymaq. 
3. Heyvanın az əziyyət çəkəcəyi şəkildə hərəkət etmək, məsələn, bıçağı yaxşı itiləmək və 
heyvanın boynunu tez kəsmək. 
Heyvanın kəsilməsində məkruh olan şeylər 
Məsələ 2558: Bə`zi rəvayətlərdə heyvan kəsilərkən bir neçə şey məkruh sayılmışdır: 
1. Canı çıxmazdan əvvəl heyvanın dərisini soymaq. 
2. Heyvanı öz cinsindən olan başqa bir heyvanın gözü qabağında kəsmək. 
3.
Heyvanı gecə və ya cümə günü zöhrdən əvvəl kəsmək, amma ehtiyac olduğu halda, 
məkruhluğu yoxdur. 
4. İnsanın özü böyütdüyü heyvanı kəsməsi. 
SİLAH İLƏ OV ETMƏNİN HÖKMLƏRİ 
Məsələ 2559: Əgər əti halal olan vəhşi heyvanı silah ilə ovlasalar və o ölsə, beş şərt ilə halal 
və bədəni pak olar. 
1. Ov silahı bıçaq və qılınc kimi kəsici olsun, ya nizə və ox kimi iti olsun ki, heyvanın 
bədənini parçalasın. İkinci halda, əgər silahın süngüsü olmasa, halal olmasının şərti budur 
ki, heyvanın bədənini yaralasın, ya parçalasın. Əgər süngüsü olsa, yaralamasa da belə, onu 
öldürməsi kifayətdir. Əgər tələ, ağac və ya daş və bu kimi vasitə ilə bir heyvanı ovlasalar və 
o, ölsə, pak olmaz və onu yemək də haramdır. Həmçinin, vacib ehtiyata əsasən, silah 
olmayan iti bir şeylə, məsələn, böyük iynə, kabab şişi və bu kimi şeylə heyvanı ovlasalar, 
hökm eynidir. Əgər bir heyvanı tüfəng ilə ovlasalar, belə ki, onun gülləsi heyvanın 
bədəninə daxil olaraq onu parçalayarsa, pak və halaldır, istər güllə iti olsun, istər olmasın. 
Güllənin də dəmirdən olması lazım deyil. Amma əgər güllə heyvanın bədəninə daxil olmasa 
və təzyiq nəticəsində heyvanı öldürsə, ya onun istiliyi ilə heyvanın bədənini yandırsa və 
yandırmaq nəticəsində heyvan ölsə, onun pak və halal olması işkallıdır. 
2. Ov edən şəxs gərək müsəlman, ya yaxşı və pisi başa düşən müsəlman uşağı olsun. Əgər 
əhli-kitab olmayan kafir, ya kafir hökmündə olan (nəvasib kimi) şəxs bir heyvanı ovlasa, o 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
ov halal deyil. Hətta əgər kitab əhli olan kafir bir heyvan ovlasa və Allahın adını çəksə də, 
vacib ehtiyata əsasən o heyvan halal olmur. 
3. Silahı, heyvan ovlamaq üçün işlətsin. Əgər bir yeri nişan alıb, təsadüfən bir heyvanı 
öldürsə, o heyvan pak deyil və ətini yemək də haramdır. Amma əgər bir heyvanı tuşlayıb 
atsa və başqasına dəyib öldürsə, halal olur. 
4. Silahı işlədən vaxt Allahın adını çəksin, belə ki, hədəfə dəyməzdən əvvəl Allahın adını 
çəksə, kifayət edər. Amma əgər bilə-bilə Allahın adını çəkməsə, ov halal olmaz, lakin 
yaddan çıxarsa, eybi yoxdur. 
5. Heyvana, öldükdən sonra yetişməli və ya diri olarsa da, başını kəsəcək qədər vaxt 
olmamalıdır. Əgər başını kəsəcək qədər vaxtı olduğu halda, heyvanın başını kəsməsə və 
heyvan ölərsə, o heyvan haramdır. 
Məsələ 2560: Əgər iki nəfər bir heyvan ovlasalar, onlardan biri yuxarıda deyilən şərtlərə 
əməl etsə, amma o biri əməl etməsə, məsələn, ikisindən biri Allahın adını çəksə, o biri isə 
bilə-bilə Allahın adını çəkməsə, o heyvan halal deyil. 
Məsələ 2561: Əgər bir heyvan məsələn ox ilə vurduqdan sonra suya düşsə və insan nizə və 
suya düşməklə heyvanın can verdiyini bilsə, halal deyil. Hətta əgər can verməsinin təkcə 
oxdan olmasını bilməsə, halal olmaz. 
Məsələ 2562: Əgər qəsbi it və ya qəsbi silahla bir heyvanı ovlasa, ov halaldır və öz malıdır, 
amma günah etməyi bir tərəfə, gərək silah, ya itin ücrətini sahibinə versin. 
Məsələ 2563: Əgər qılınc kimi ovçuluq aləti ilə heyvanın qol və ayağı kimi üzvlərindən 
birisini ayırarsa, o üzv haram olar. Amma əgər 2559-cu məsələdə deyilən şərtlərə uyğun 
olaraq o heyvanın başını kəsərlərsə, onun bədəninin yerdə qalanı halal olur. Əgər ovçuluq 
aləti keçən şərtlərə uyğun olaraq heyvanın bədəninin boyun və başını bir tərəfə salsa və 
insan heyvanın can verəndən sonra çatarsa, hər iki hissə halal olur. Heyvanın canlı olduğu 
halda başını kəsəcək qədər fürsət olmadığı təqdirdə də hökm eynidir. Amma əgər heyvanın 
başını kəsə biləcək qədər fürsət olub, heyvanın bir müddət canlı qalması mümkün olarsa, 
baş və boyunun üzərində olmayan hissə haramdır, baş və boyun üzərində olan hissə isə 
şəriətdə göstərilən tə`limata uyğun olaraq kəsilərsə halal, əks təqdirdə o da haramdır. 
Məsələ 2564: Əgər ağac, daş, ya onunla ov etmək səhih olmayan başqa şeylə bir heyvanı iki 
yerə bölsələr, üstündə baş və boynu olmayan tərəf haramdır. Baş və boynu olan tərəf isə 
əgər diri olsa və bir qədər diri qalmağı mümkün olsa, şəriətdə müəyyən olunmuş qayda ilə 
onun başını kəssələr, halal olar. Əgər belə olmasa, o hissəsi də haram olar. 
Məsələ 2565: Əgər bir heyvanı ovlasalar, ya başını kəssələr və ondan diri bala çıxsa, belə 
ki, o balanın başını şəriətdə müəyyən olunmuş qayda ilə kəssələr halaldır, əgər belə olmasa, 
haramdır. 
Məsələ 2566: Əgər bir heyvanı ovlasalar, ya başını kəssələr və onun qarnından ölü bala 
çıxarsalar, əgər o bala o heyvanı öldürməzdən əvvəl ölməmiş olsa və həmçinin o heyvanın 
qarnından gec çıxarma səbəbindən də ölməyibsə, belə ki, balanın xilqəti tamamlanmış 
olub, bədəninin tük və ya yunu çıxıbsa, pak və halaldır. 
OV İTİ İLƏ OV ETMƏK 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2567: Əgər ov iti əti halal olan vəhşi bir heyvanı ovlasa, o heyvanın pak və halal 
olmasının altı şərti vardır: 
1. İt elə tərbiyə olunsun ki, onu nə vaxt ovu tutmaq üçün göndərsələr getsin və nə vaxt 
getməyinin qarşısını alsalar, dayansın. Amma ova yaxınlışdığı və onu gördüyü zaman 
qarşısını almaqla dayanmazsa, zərəri yoxdur. Həmçinin sahibi gələnədək ovdan yeməyi 
adət etmişsə eybi yoxdur. Ovun qanını yeməyi adət etmiş olsa da, eybi yoxdur. Amma vacib 
ehtiyata əsasən sahibi ovu ondan almaq istədiyi vaxt mane olmamasının onda adət olması 
şərtdir. 
2. Sahibi onu göndərsin, əgər özü ovun dalınca getsə və bir heyvanı ovlasa, o heyvanı 
yemək haramdır. Hətta əgər it özü ovun dalınca getsə və sonradan sahibi səslənsə ki, iti 
daha tez ova çatdırsın, sahibinin səsi ilə tələssə də vacib ehtiyata əsasən, o ovu yeməkdən 
çəkinsinlər. 
3. İti göndərən şəxs, silahla ovlama bəhsində deyildiyi kimi gərək müsəlman olsun. 
4. Şikarçı iti göndərən vaxt ya it heyvana çatmazdan qabaq Allahın adını çəksin. Əgər bilə-
bilə Allahın adını çəkməsə, ov haramdır. Amma əgər yaddan çıxarsa, eybi yoxdur. 
5. Ov, itin dişindən yaralanaraq ölsün; əgər it ovu boğsa, ya ov qaçmaqdan, ya qorxudan 
ölsə, halal deyil. 
6. İti göndərən şəxs, ora yetişən vaxt heyvan ölmüş olsun, ya əgər diridirsə, baş kəsməyə 
vaxt olmasın (amma ova yetişməkdə gecikmək qeyri-normal cəhətindən olmasın). Amma 
əgər heyvanın başını kəsə biləcək qədər vaxtın olduğu halda yetişsə və heyvan ölənə qədər 
başını kəsməsə, halal deyildir. 
Məsələ 2568: İti göndərən şəxs, ora yetişən zaman heyvanın başını kəsə bilərsə, belə ki, 
bıçağı çıxartmaq kimi hazırlıq görəndə vaxt keçsə və o heyvan ölsə, halaldır. Amma əgər 
heyvanı kəsmək üçün yanında bir şey olmasa və heyvan ölsə, vacib ehtiyata əsasən, halal 
olmaz. Əlbəttə bu halda heyvanı buraxsa və it onu öldürsə, halal olar. 
Məsələ 2569: Əgər bir neçə iti göndərsə və birlikdə bir heyvanı ovlasalar, belə ki, onların 
hamısında 2567-ci məsələdə deyilmiş şərtlər olsa, ov halaldır, əgər onların birində o şərtlər 
olmayıbsa, ov haramdır. 
Məsələ 2570: Əgər iti bir heyvanı ovlamaq üçün göndərsə və it başqa heyvanı ovlasa, o ov 
halal və pakdır. Həmçinin əgər o heyvanı başqa bir heyvan ilə birlikdə ovlasa, onların hər 
ikisi halal və pak olar. 
Məsələ 2571: Əgər neçə nəfər birlikdə iti göndərsələr və onlardan biri bilə-bilə Allahın 
adını çəkməsə, o ov haramdır. Həmçinin əgər göndərdikləri itlərdən biri 2567-ci məsələdə 
deyildiyi kimi tərbiyə olunmasa, o ov haram olar. 
Məsələ 2623: Əgər şahin, ya ov itindən başqa bir heyvan bir heyvanı ovlasa, o ov halal 
deyil. Amma ovlanan heyvana canlı olduğu halda yetişərlərsə və onu İslami qaydalara görə 
kəsərlərsə, halaldır. 
BALIQ VƏ ÇƏYİRTKƏ OVU 
Məsələ 2573: Əgər əsl yaradılışında pulcuqu olan balıq, sonradan hər hansı bir səbəbə görə 
pulcuqu tökülmüş olsa da, sudan diri tutub, sudan kənarda can verərsə, pak və onu yemək 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
halaldır. Belə ki, suda ölsə pak, amma onu yemək haramdır. Hərçənd zəhər kimi bir vasitə 
ilə ölmüş olsa belə. Amma əgər balıqçının torunda suda ölərsə, bu halda onu yemək 
halaldır. Pulcuqsuz balığı sudan diri tutsalar da və sudan kənarda can versə də, haramdır. 
Məsələ 2574: Əgər balıq sudan kənara düşsə, ya dalğa onu kənara atsa, ya su çəkilsə və 
balıq quruda qalsa, belə ki, ölməmişdən qabaq bir kəs onu əl ilə ya başqa bir şey ilə tutsa, 
can verəndən sonra halal olar. Əgər tutmazdan əvvəl ölsə, haramdır. 
Məsələ 2575: Balıq tutan adamın müsəlman olmağı və tutan zaman Allahın adını çəkməsi 
lazım deyil. Amma gərək müsəlman, onun sudan diri tutulduğunu və ya suyun içində 
balıqçının torunda öldüyünü görsün, ya da başqa bir yolla buna xatircəm olsun. 
Məsələ 2576: Sudan diri, ya ölü tutulması mə`lum olmayan balıq müsəlmanın əlində olsa və 
onda halal olmasını göstərən bir təsərrüf etsə, məsələn yemək, ya satmaq kimi, halaldır. 
Əgər kafirin əlində olsa, diri tutduğunu desə də, haramdır. Amma əgər insanın, onun 
sudan diri tutulduğuna və ya suda balıqçı torunda öldüyünə xatircəmliyi olarsa, halaldır. 
Məsələ 2577: Canlı balığı yemək halaldır. 
Məsələ 2578: Əgər diri balığı qızartsalar, ya sudan kənarda can verməmişdən qabaq 
öldürsələr, onu yemək caizdir. 
Məsələ 2579: Əgər balığı sudan kənarda iki yerə bölsələr və onun bir hissəsi diri halda suya 
düşsə, sudan kənarda qalmış hissəni yemək caizdir. 
Məsələ 2580: Əgər çəyirtkəni əl ilə, ya başqa bir şey ilə diri tutsalar, can verəndən sonra 
halaldır. Onu tutan şəxsin müsəlman olması və tutan vaxt Allahın adını çəkməsi lazım 
deyil. Amma əgər ölü çəyirtkə kafirin əlində olsa, onun diri ya ölü tutulması mə`lum 
olmasa, «diri tutmuşam» – deməsinə baxmayaraq, haramdır. 
Məsələ 2581: Qanad çıxarmamış və uça bilməyən çəyirtkəni yemək haramdır. 
YEMƏK VƏ İÇMƏYİN HÖKMLƏRİ 
Məsələ 2582: Şahin, kərkəs, qırğı və qartal kimi yırtıcı və caynaqlı olan hər quşun əti 
haramdır. Vacib ehtiyata əsasən bütün qarğa növləri də haramdır. Qanad çalması 
süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox 
olan hər quşun da əti halaldır. Buna əsasən quşların əti halal olanlarını haram olanlardan 
onların uçma tərzinə baxmaqla ayırmaq mümkündür. Amma əgər bir quşun uçma tərzi 
mə`lum olmasa, əgər onun çinədanı, ya mə`də və ya ayağının arxasında buynuzu varsa, 
halaldır. Əgər bunlardan heç biri onda olmazsa, haramdır. Amma deyilənlərdən başqa – 
toyuq, göyərçin, sərçə, hətta dəvə quşu və tovuz quşu kimi digər quşların hamısı halaldır. 
Amma hüdhüd və qaranquş kimi bə`zi quşları öldürmək məkruhdur. Yarasa kimi, 
uçduqları halda qanadları olmayan heyvanların əti isə haramdır. Həmçinin vacib ehtiyata 
əsasən, arı, milçək və digər uçan həşəratlar da eyni hökmü daşıyır. 
Məsələ 2583: Ruhu olan bir şeyi, canlı bir heyvandan qopararlarsa, məsələn, quyruq və ya 
bir parça əti canlı bir qoyundan ayırarlarsa, nəcis və haramdır. 
Məsələ 2584: Əti halal olan heyvanların bədəninin bə`zi üzvləri haramdır: 
1. Qan. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
2. Fəzlə (nəcis). 
3. Erkəklik yeri. 
4. Dişilik yeri. 
5. Balalıq. 
6. Düşul adlanan vəz 
7. Donbalan adlanan toxum (yumurta). 
8. Noxud əndazəsində beynində olan şey. 
9. Bel sümüyünün içində olan haram beyin. 
10. Vacib ehtiyata əsasən, bel sümüyünün iki tərəfində olan piy. 
11. Öd kisəsi. 
12. Dalaq. 
13. Sidik kisəsi. 
14. Gözün hədəqəsi (bəbəyi). 
Bunların hamısı quş olmayan, əti halal heyvanlarda, haram olan hissələrdir. Quşlara 
gəlincə isə onların qan və ğaiti işkalsız haramdır. Amma bu ikisindən başqa, yuxarıda 
deyilən şeylərdən birisi onlarda olarsa, onun haram olması vacib ehtiyata əsasəndir. 
Həmçinin, vacib ehtiyata əsasən, balığın qan və fəzləsi, çəyirtkənin fəzləsi də eyni hökmü 
daşıyır. Bunlardan başqası onlarda haram deyil. 
Məsələ 2585: Əti haram olan heyvanın sidiyini içmək haramdır. Əti halal olan heyvanların 
sidiyi də hətta lazım ehtiyata əsasən, dəvənin də sidiyi eyni hökmü daşıyır. Amma müalicə 
üçün, dəvə, inək və qoyunun sidiyini içməyin eybi yoxdur. 
Məsələ 2586: Palçığı yemək haramdır. Lazım ehtiyata əsasən, torpaq və qum da, eyni 
hökmü daşıyır. Müalicə üçün, çarəsiz qaldığı halda Dağıstan, Erməni və başqa gilini 
yeməyin, işkalı yoxdur. Şəfa tapmaq üçün Həzrət Seyyidüş-şühədanın (ə.s.) türbətindən 
orta ölçülü noxud qədər yemək caizdir və əgər onu müqəddəs qəbrin özündən və ya 
ətrafından götürməsələr, hərçənd «Hüseyn (ə) türbəti» adlana bilsə də, vacib ehtiyata görə 
gərək bir miqdar suda və bu kimi şeydə həll etsinlər ki, aradan getsin. Sonra o suyu 
içsinlər. Həmçinin türbətin imam Hüseyn (ə)-ın qəbrindən olmasına xatircəm olmasalar, 
bu barədə bir dəlil də olmasa, bu ehtiyata riayət etmək lazımdır. 
Məsələ 2587: Burun suyu və ağıza gəlmiş sinə bəlğəmini udmaq haram deyil və həmçinin 
dişləri təmizləyərkən onun dibindən çıxan yeməyi udmağın eybi yoxdur. 
Məsələ 2588: Ölümə səbəb olan, ya insana mühüm bir zərəri olan şeyi yemək haramdır. 
Məsələ 2589: At, qatır və ulaq ətini yemək məkruhdur. Əgər bir şəxs onlarla yaxınlıq etsə, 
əti haram olar və yaxınlıqdan sonrakı südü və nəsilləri də vacib ehtiyata əsasən haram olar. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Onların sidik və peyini də nəcis olar, gərək onları şəhərdən çıxartsınlar və başqa yerdə 
satsınlar; yaxınlıq edən əgər onun sahibi deyilsə, lazımdır ki, onun qiymətini sahibinə 
versin. Satılmasından əldə edilən pul da yaxınlıq edən üçündür. Əgər əti adətən istifadə 
olunan heyvan ilə (məsələn; dəvə inək və qoyun) yaxınlıq etsə, onların sidik və peyini nəcis 
olar. Onların ətini yemək də haramdır. Vacib ehtiyata əsasən, onların südünü içmək və 
yaxınlıqdan sonra onlardan törəyən nəsil də, eyni hökmü daşıyır. Gərək dərhal o heyvanı 
öldürsünlər və yandırsınlar, onunla yaxınlıq edən şəxs, əgər onun sahibi deyilsə, pulunu 
sahibinə versin. 
Məsələ 2590: Əgər çəpiş donuzdan, ət və sümüyü qüvvət alan miqdarda süd əmərsə, onun 
özü, nəsli və südü haram olar. Amma əgər bundan az miqdarda süd əmərsə, vacib ehtiyata 
əsasən istibra edilməlidir və bundan sonra halal olur. Onun istibrası isə yeddi gün pak süd 
əmməsi ilə olur, əgər süd əmməyə ehtiyacı yoxdursa, yeddi gün ot yeməlidir. Vacib ehtiyata 
əsasən südəmən buzov, quzu və digər əti halal heyvanların balaları da, eyni hökmü daşıyır. 
Nəcis yeyən heyvanın da ətini yemək haramdır. Belə ki, istibra edilərlərsə, halal olar. 
Bunların da istibrasının necəliyi 219-cu məsələdə bəyan olub. 
Məsələ 2591: Şərab içmək haramdır və bə`zi hədislərdə böyük günahlardan hesab edilib. 
Həzrət İmam Sadiqdən (ə.s.) rəvayət olunmuşdur ki, «Şərab pisliklərin kökü və günahların 
mənşəyidir. Şərab içən şəxs, öz əqlini əldən verir və o zaman Allahı tanımır, heç günahdan 
çəkinmir, heç kəsin ehtiramını saxlamır, yaxın qohumlarının haqqına əməl etmir, aşkar 
çirkinliklərdən üz döndərmir. Əgər bir qurtum içsə, Allah, mələklər, peyğəmbərlər və 
mö`minlər ona lə`nət edirlər. Əgər sərxoş olana qədər içərsə, iman və Allah tanımaq ruhu 
ondan uzaqlaşar, onun yerinə nöqsanlı xəbis ruh qərarlaşar. Qırx günə kimi onun namazı 
qəbul olmur. 
Məsələ 2592: Şərab içilən süfrədən bir şey yemək haramdır. Vacib ehtiyata əsasən şərab 
içilən süfrədə oturmaq haramdır. 
Məsələ 2593: Hər müsəlmana vacibdir ki, əgər öz canı təhlükədə olmasa, aclıqdan və ya 
susuzluqdan ölmək ərəfəsində olan başqa bir müsəlmana su və çörək verib, ölümdən nicat 
versin. Həmçinin o şəxs müsəlman olmasa da, amma qətli vacib olmayan bir insandırsa, 
hökm eynidir. 
YEMƏK YEMƏYİN ƏDƏBLƏRİ 
Məsələ 2594: Yemək yeyərkən bir neçə şey müstəhəbbdir: 
1. Yeməkdən qabaq hər iki əli yumaq. 
2. Yeməkdən sonra əlini yuyub dəsmal ilə qurulamaq. 
3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və hamıdan sonra qurtarsın. Yeməkdən 
əvvəl süfrə sahibi öz əlini yusun, sonra onun sağ tərəfində oturan adamdan başlayıb, onun 
sol tərəfində oturan adama qədər tərtib ilə əllərini yusunlar. Yeməkdən sonra süfrə 
sahibinin sol tərəfində oturandan başlayıb süfrə sahibinə qədər əllərini yusunlar. 
4. Yeməyə başlayanda «Bismillah» desin. Amma əgər süfrədə bir neçə cür yemək olsa, 
onların hər birini yeməyə başlayanda «Bismillah» desin. 
5. Yeməyi sağ əli ilə yemək. 
6. Üç barmaq, ya çox barmaqla yemək yemək; İki barmaqla yemək yeməsin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
7. Əgər neçə nəfər süfrə başında otursalar, hər kəs öz qabağındakı yeməkdən yesin. 
8. Tikəni kiçik götürsün. 
9. Süfrə başında çox otursun və yeməyi uzatsın. 
10. Yeməyi yaxşı çeynəsin. 
11. Yeməkdən sonra Allaha həmd etsin. 
12. Barmaqlarını yalasın. 
13. Yeməkdən sonra dişlərini təmizləsin, amma reyhan çubuğu, qamış, nar çubuğu və 
xurma ağacının yarpağı ilə təmizləməsin. 
14. Süfrənin kənarına tökülən şeyi yığıb yesin. Amma əgər biyabanda yemək yeyirsə, 
müstəhəbbdir ki, yerə tökülənləri quşlar və heyvanlar üçün saxlasın. 
15. Günün əvvəlində və gecənin əvvəlində yemək yesin, gecənin ortasında və günün 
ortasında yemək yeməsin. 
16. Yeməkdən sonra arxası üstə uzansın və sağ ayağını sol ayağının üstünə qoysun. 
17. Yeməyin əvvəlində və axırında duz yesin. 
18. Meyvəni yeməmişdən qabaq su ilə yusun. 
YEMƏK YEYƏRKƏN MƏKRUH OLAN ŞEYLƏR 
Məsələ 2595: Yemək yeyərkən bir neçə şey məkruhdur: 
1. Tox olduğu halda yemək yemək. 
2. Çox yemək; Hədislərdə Allahın hər şeydən çox, dolu qarından acığı gəldiyi nəql 
olunmuşdur. 
3. Yemək yeyərkən başqalarının üzünə baxmaq. 
4. Çox isti xörək yemək. 
5. İçdiyi, ya yediyi bir şeyi üfürmək. 
6. Süfrəyə çörək qoyduqdan sonra başqa bir şeyi gözləmək. 
7. Çörəyi bıçaqla kəsmək. 
8. Çörəyi xörək qabının altına qoymaq. 
9. Sümüyə yapışmış əti onda heç nə qalmayacağı şəkildə təmizləmək. 
10. Qabıqlı yeyilən meyvənin qabığını soymaq. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
11. Meyvəni yarımçıq yeyib tullamaq. 
SU İÇMƏYİN QAYDALARI 
Məsələ 2596: Su içməyin bir neçə qaydası vardır: 
1. Suyu sovurub içmək. 
2. Gündüz ayaqüstü su içmək. 
3. Suyu içməmişdən qabaq «Bismillah», sonra isə «Əlhəmdu lillah» demək. 
4. Üç nəfəsə su içmək. 
5. Suya meyli olanda su içmək. 
6. Su içəndən sonra İmam Hüseyn (ə.s.) və onun əhli-beytini yad etmək və onun qatillərinə 
lə`nət göndərmək. 
Su içərkən bəyənilməyən şeylər 
Məsələ 2648: Çox su içmək, yağlı xörəkdən sonra və gecə ayaq üstə içmək bəyənilməz 
hesab edilmişdir. Suyu sol əli ilə, həmçinin qabın sınıq yerindən və onun dəstəsi olan 
yerindən içmək bəyənilməz hesab olunub. 
NƏZİR VƏ ƏHD HÖKMLƏRİ 
Məsələ 2598: Nəzir, insanın Allah üçün, xeyir bir iş etməyi, ya da edilməməsi daha yaxşı 
olan bir işi tərk etməyi özünə vacib etməsinə deyilir. 
Məsələ 2599: Nəzirdə əqd oxunmalıdır. Amma onun ərəb dilində oxunması lazım deyildir. 
Məsələn; «Xəstəm yaxşı olsa, Allah rizası üçün bir fəqirə 10 manat pul verəcəyəm» – 
deyərsə, nəziri səhihdir. Əgər «Allah üçün bu işi görməyi nəzir edirəm»-desə, vacib 
ehtiyata görə əməl etməlidir. Amma əgər Allahın adını çəkməsə, təkcə «nəzir etdim» desə, 
yaxud Allah övliyalarından birinin adını çəkərsə, nəzir səhih deyildir. Əgər nəzir səhih olsa 
və mükəlləf öz nəzrinə qəsdən əməl etməsə, günah etmiş olur və kəffarə verməlidir. Nəzrə 
əməl etməməyin kəffarəsi sonradan deyiləcəyi kimi, and ilə müxalifət etməyin kəffarəsi 
kimidir. 
Məsələ 2600: Nəzir edən, gərək həddi-büluğa çatmış və ağıllı olsun, özü qəsd və ixtiyarla 
nəzir etməlidir. Buna görə də, icbari və ya əsəbilik vasitəsilə, qeyri-ixtiyari və qəsdsiz nəzir 
edərsə, səhih deyildir. 
Məsələ 2601: Malını boş yerə xərcləyən səfeh bir şəxs, əgər fəqirə bir şey verməyi nəzir 
edərsə, səhih deyildir. Həmçinin müfəlləs olmuş bir şəxs, məsələn, istifadə edilməsi qadağan 
olunduğu mallarından bir şeyi fəqirə verməyi nəzir edərsə, səhih deyildir. 
Məsələ 2602: Ərinin əvvəldən icazə vermədiyi, yaxud sonradan icazəsi olmadan, qadının 
ərinin ondan ləzzət alma haqqına zidd olan hallarda, nəzir etməsi səhih deyildir. Hətta əgər 
izdivacdan əvvəl nəzir etmiş olsa, hökm eynidir. Qadının öz malından nəzir etməsi, ərindən 
icazəsi olmadan məhəlli işkaldır. Deməli, ehtiyata riayət olunmalıdır. Amma həcc, zəkat, 
sədəqə, ata-anaya ehsan etmək və sileyi-ərham istisnadır. 
Məsələ 2603: Əgər qadın ərinin icazəsilə nəzir edibsə, əri onun nəzirini poza bilməz və onu 
nəzrə əməl etməsinin qarşısını ala bilməz. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2604: Övladın nəzrində atasının icazəsi şərt deyil. Amma əgər, ata ya anası onu 
nəzr etdiyi əməldən çəkindirsə, onların nəhy etməsi mehribanlıq, ürəyiyananlıq üzündən 
olsa və övladın müxalifət etməsi onların əzab-əziyyətə düşməsinə səbəb olacaqsa, nəzir batil 
olur. 
Məsələ 2605: İnsan, ancaq özü üçün əməl etməsi mümkün olan bir işi nəzir edə bilər. Buna 
görə də, əgər Kərbəlaya piyada gedə bilməyən şəxs, Kərbəlaya piyada getməyi nəzir edərsə, 
onun nəzri səhih deyildir. Əgər nəzir etdiyi vaxt qadir olsa, amma əgər sonradan aciz olsa, 
onun nəzri batil olur, onun üzərinə heç bir şey vacib olmaz. Amma nəzr etdiyi şey oruc 
tutmaq olarsa və onu tutmağa qadir olmasa vacib ehtiyat odur ki, ya bir fəqirə 750 qram 
yemək sədəqə versin, ya da başqa bir kəsə 1,5 kq versin ki, onun əvəzinə oruc tutsun. 
Məsələ 2606: Əgər haram və ya məkruh bir işi etməyi, ya da vacib və ya müstəhəbb bir işi 
tərk etməyi nəzir edərsə, onun nəziri səhih deyildir. 
Məsələ 2607: Əgər mübah bir işi etməyi və ya tərk etməyi nəzir edərsə, əgər o işi etmək və 
etməmək şər`ən hər cəhətdən bərabər olsa, onun nəziri səhih deyildir. Amma əgər onu 
etmək bir cəhətdən şər`ən daha yaxşı olsa və insan da həmin cəhətdən nəzir edərsə, 
məsələn, ibadətdə daha güclü olmaq üçün bir yemək yeməyi nəzir edərsə, nəziri səhihdir. 
Həmçinin onu tərk etmək bir cəhətdən şər`ən daha yaxşı olarsa, insan da həmin cəhətdən 
onu tərk etməyi nəzir edərsə, məsələn, siqaret tüstüsünün zərərli olduğu və şər`i vəzifəsini 
ən gözəl şəkildə yerinə yetirməyə mane olduğu üçün siqaret çəkməməyi nəzir edərsə, nəziri 
səhihdir. Amma əgər sonradan siqareti tərk etməyi ona zərərli olarsa, nəzir batil olur. 
Məsələ 2608: Öz vacib namazını, namazın savabını öz-özlüyündə artırmayan bir yerdə, 
məsələn, bir otaqda qılmağı nəzir edərsə, əgər orada namaz qılmaq bir cəhətdən şər`ən 
daha yaxşıdırsa, məsələn, tənha olmaq vasitəsilə insan hüzuriqəlb taparsa, o da bu 
cəhətdən nəzir edibsə, nəzir səhihdir. 
Məsələ 2609: Əgər bir işi görməyi nəzir edərsə, gərək onu nəzir etdiyi şəkildə etsin. Buna 
görə də əgər ayın birinci günü sədəqə verməyi və ya oruc tutmağı, ya da ayın əvvəlinin 
namazını qılmağı nəzir edərsə, bunları o gündən bir gün əvvəl və ya sonra edərsə, kifayət 
deyildir. Həmçinin «xəstəm sağalarsa, sədəqə verəcəyəm» – deyə nəzir edibsə, xəstəsi 
sağalmazdan əvvəl sədəqəni verərsə, kifayət etməz. 
Məsələ 2610: Oruc tutmağı nəzir etsə, amma vaxtını və miqdarını müəyyən etməsə, bir gün 
oruc tutsa kifayətdir. Əgər namaz qılmağı nəzir etsə, lakin miqdar və xüsusiyyətlərini 
müəyyən etməsə, iki rük`ət namaz, ya vitr namazını qılsa, kifayətdir. Əgər sədəqə verməyi 
nəzir etsə, amma onun növ və miqdarını müəyyən etməsə, «sədəqə verdi» – deyiləcək 
miqdarda bir şey verərsə, nəzirinə əməl etmiş olar. Əgər Allah üçün hər hansı bir işi yerinə 
yetirməyi nəzir edərsə, bir namaz qılıb və ya bir oruc tutub, ya da bir sədəqə verərsə, 
nəzirini yerinə yetirmiş olar. 
Məsələ 2611: Müəyyən bir gündə oruc tutmağı nəzir edərsə, gərək o günü oruc tutsun. 
Qəsdən o günü oruc tutmasa, gərək onun qəzasını tutmaqdan əlavə, kəffarəsini də versin. 
Amma o günü ixtiyarlı halda səfərə çıxa bilər və oruc tutmaya bilər. Səfərdə olsa, iqamət 
qəsdi edib, oruc tutması lazım deyildir. Əgər səfərə çıxmaq səbəbindən, ya xəstəlik və ya 
heyz kimi digər üzr səbəbindən o günü oruc tutmasa, lazımdır ki, o gününün qəzasını 
tutsun, amma kəffarəsi yoxdur. 
Məsələ 2612: Əgər insan ixtiyarlı halda nəzirinə əməl etməsə, gərək kəffarə versin. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2613: Müəyyən bir vaxta qədər bir işi tərk etməyi nəzir edərsə, vaxt keçdikdən 
sonra o işi edə bilər. Əgər vaxtı keçməzdən qabaq unutqanlıq və ya çarəsizlik üzündən o işi 
edərsə, ona bir şey vacib olmaz. Fəqət yenə də, o vaxta qədər gərək o işə əməl etməsin və 
ikinci dəfə müəyyən etdiyi vaxtdan qabaq üzrsüz olaraq o işi edərsə, gərək kəffarə versin. 
Məsələ 2614: Bir şəxs, bir əməli tərk etməyi nəzir etsə və onun üçün müəyyən bir vaxt 
tə`yin etməsə, əgər unutqanlıq, çarəsizlik və ya bilməməzlik və qəflət üzündən o əməli 
edibsə, ya bir kəs onu məcbur etsə, ya qasir cahil olsa, kəffarə ona vacib olmaz. Amma nəzr 
öz yerində qalır. Belə ki, əgər sonradan onu öz ixtiyarı ilə edərsə, gərək kəffarə versin. 
Məsələ 2615: Hər həftə müəyyən bir gündə, məsələn, cümə günü, oruc tutmağı nəzir 
edərsə, əgər cümə günlərindən birisi Ramazan və ya Qurban bayramı gününə düşərsə, ya 
cümə günü səfər və ya heyz kimi oruc tutmasına mane olan bir üzrü olarsa, o gün oruc 
tutmamalı və onun qəzasını tutmalıdır. 
Məsələ 2616: Əgər bir miqdar sədəqə verməyi nəzir etsə və sədəqə verməzdən qabaq 
ölərsə, onun malından o miqdarı sədəqə vermək lazım deyildir. Amma daha yaxşı odur ki, 
varislərdən həddi-büluğa çatanı o miqdarı öz payından və meyyitin adından versin. 
Məsələ 2617: Əgər müəyyən bir fəqirə sədəqə verməyi nəzir edərsə, onu başqa bir fəqirə 
verə bilməz. Əgər o fəqir ölərsə, onun varisinə verməsi lazım deyil. 
Məsələ 2618: İmamlardan birini ziyarət etməyi nəzir edərsə, məsələn, Həzrət Əbu 
Əbdullahın (ə.s.) ziyarətini nəzir edərsə, başqa bir imamın ziyarətinə getmək, kifayət 
etməz. Amma əgər bir üzr səbəbindən o imamın ziyarətinə gedə bilməsə, ona bir şey vacib 
olmaz. 
Məsələ 2619: Ziyarətə getməyi nəzir edən şəxs, ziyarət qüslünü və namazını qılmağı nəzir 
etməyibsə, onları yerinə yetirmək lazım deyildir. 
Məsələ 2620: Əgər bir şəxs, imamlardan və ya imam övladlarından birinin hərəmi üçün bir 
şey nəzir etsə və hansı işdə xərcləməyi nəzərində tutmasa, gərək onu hərəmin tə`mirində, 
işıqlandırılmasında, döşənmə və bu kimi işlərdə xərcləsin. Əgər mümkün olmasa, yaxud o 
hərəmin heç bir ehtiyacı olmasa, o hərəmin yoxsul ziyarətçilərinə sərf etməlidir. 
Məsələ 2621: Əgər Peyğəmbər (s.ə.v.v), ya imamlardan (ə), ya imam övladlarından biri, ya 
keçmiş alimlərdən və bu kimi şəxslərdən biri üçün bir şey nəzir edib müəyyən yerdə 
xərclənməsi qəsd edərsə, gərək ona sərf etsin. Amma müəyyən bir yerdə xərclənməsi qəsd 
etməyibsə, o həzrətə nisbəti olan bir məsrəfə xərcləməlidir, məsələn, onun fəqir 
ziyarətçilərinə və ya onun hərəminə, ya da onun adının daha da ucalmasına səbəb olan 
işlərə xərcləməlidir. 
Məsələ 2622: Sədəqə və ya İmamlardan (ə) biri üçün nəzir edilmiş qoyun, nəzrə sərf 
edilməzdən əvvəl süd versə və ya doğarsa, ümumi qəsd etməyibsə, nəzir edən şəxsin 
malıdır. Amma qoyunun yunu və kökələn miqdarı nəzirə aiddir. 
Məsələ 2623: Əgər xəstəsinin sağalması və ya səfərdə olanı qayıtması üçün bir işi nəzir 
edərsə, sonradan xəstənin nəzir etməzdən əvvəl sağaldığı və ya səfərdə olanın nəzirdən 
əvvəl qayıtdığı mə`lum olarsa, nəzirə əməl etməyi lazım deyildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2624: Əgər ata ya ana, qızını Seyyid olan və ya başqa bir şəxslə evləndirməyi nəzir 
edərsə, qızla əlaqədar bu nəzrin e`tibarı yoxdur və ona bir təklif gəlməz. 
Məsələ 2625: Əgər bir şəxs, şər`i olan hacətinə çatarsa, bir işi etməyi Allahla əhd etsə, 
hacətinə çatmış olsa, gərək o işi etsin. Həmçinin bir hacəti olmadan bir işi görməyi əhd 
edərsə, o işi etmək ona vacib olar. 
Məsələ 2626: Əhddə də, nəzirdə olduğu kimi, gərək əqd oxunsun. Məsələn, desin ki, 
«Allahla əhd etdim ki, belə edəm» yerinə yetrilməsi əhd olunan işin şər`ən daha yaxşı bir iş 
olmasa, vacib deyil. Sadəcə şəriətdə nəhy edilməmiş işdən olmasa və əql sahiblərinin 
nəzərində üstünlüyə malik olması, ya şəxs üçün o işdə müəyyən məsləhət olması kifayətdir. 
Əgər əhd ediləndən sonra o işdə məsləhət olmasa, yaxud şər`ən bəyənilməyən olsa, hərçənd 
məkruh da olsa, ona əməl etmək lazım deyil. 
Məsələ 2627: Əgər öz əhdinə əməl etməsə, günah etmişdir və gərək kəffarə versin. Yə`ni, ya 
altmış fəqiri doydurmalı və ya iki ay ardıcıl oruc tutmalı, ya da bir qul azad etməlidir. 
AND İÇMƏYİN HÖKMLƏRİ 
Məsələ 2628: Əgər bir işi yerinə yetirəcəyinə, ya tərk edəcəyinə and içsə, məsələn, oruc 
tutmağını, ya siqaret çəkməməyini and içsə, belə ki, bilə-bilə andı ilə müxalifət etsə, günah 
etmiş olur və gərək kəffarə versin, yə`ni bir qul azad etsin, ya on fəqiri doydursun, ya 
onları geyindirsin, əgər bunları edə bilməsə, gərək üç gün ardıcıl oruc tutsun. 
Məsələ 2629: Andın bir neçə şərti vardır: 
1. And içən şəxs, gərək baliğ və aqil olsun. Qəsd və ixtiyar üzündən and içsin. Deməli, uşaq, 
dəli məst və məcbur olunan şəxsin and içməsi düzgün deyildir. Həmçinin əsəbi halda, 
ixtiyarsız və qəsdsiz and içsə, düz deyildir. 
2. And içib yerinə yetircəyi iş, gərək haram, ya məkruh olmasın və and içib tərk edəcəyi iş 
gərək vacib, ya müstəhəbb olmasın. Əgər mübah işi tərk edəcəyinə, ya yerinə yetirəcəyinə 
and içsə, onu tərk etmək və ya əmələ gətirmək əql sahiblərinin nəzərində üstünlüyə malik 
olarsa, yaxud onun özü üçün dünyəvi məsləhəti olarsa, andı səhihdir. 
3. Allahın adlarından birinə and içsin ki, Onun müqəddəs zatından başqa o ad heç kəsə 
deyilməz, məsələn; «Allah», «Xuda». Yaxud yalnız Allaha məxsus olan sifət və ya fe`llərlə 
Allahı yad etsin, məsələn asimanları və yeri yaradan kəsə and olsun deyə and içsin. Və ya 
elə bir ada and içsin ki, o ad Allahdan başqasına da deyilər, amma o ad, o qədər Allaha 
deyilib ki, nə vaxt bir şəxs o adı desə, ancaq onun müqəddəs zatı nəzərə gəlir. Məsələn; 
«Xaliq» və «Raziq» adına and içsə, səhihdir. Hətta elə bir ada and içsə ki, yalnız and içmə 
məqamında Allahın zatını xatırlayarsa, (Səmi və Bəsir kimi) andı səhihdir. 
4. Andı dilə gətirməlidir. Amma lal olan bir şəxs işarə ilə and içərsə, səhihdir. Həmçinin 
danışmaq gücünə qadir olmayan bir şəxs, əgər onu yazıb, qəlbində də qəsd edərsə, 
kifayətdir. Hətta əgər danışmağa qadir olsa belə, andı yazarsa, vacib ehtiyata görə ona 
əməl etməlidir. 
5. Anda əməl etmək onun üçün mümkün olmalıdır. Əgər and içdiyi zaman mümkün 
olmasa, amma, sonradan mümkün olsa, kifayətdir. Əgər and içdiyi zaman mümkün olub, 
sonradan ona əməl etməkdə aciz qalsa, aciz qaldığı vaxtdan e`tibarən andı pozular. 
Həmçinin əgər anda əməl etmək dözülməyəcək qədər məşəqqətli olarsa, hökm eynidir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Əgər bu acizlik onun ixtiyarı ilə olsa, yaxud öz ixtiyarı ilə olmasa da, qadir olduğu 
zamandan tə`xirə salmaqda üzrü olmasa, günah edib və kəffarə də vacibdir. 
Məsələ 2630: Əgər ata övladını, ya da əri arvadını and içməkdən çəkindirərsə, onların andı 
səhih deyildir. 
Məsələ 2631: Əgər övlad atasının icazəsi olmadan və arvad ərinin icazəsi olmadan and 
içərsə, ata və ər onların andını poza bilər. 
Məsələ 2632: Əgər insan unutqanlıq, çarəsizlik və ya qəflət üzündən öz andına əməl 
etməsə, ona kəffarə vacib deyildir. Həmçinin, əgər onu andına əməl etməməyə məcbur 
etsələr də bu cürdür. Vəsvəsəli olan şəxs, məsələn; «Allaha and olsun ki, indi namaza 
başlayıram» – deyə and içərsə, sonra da vəsvəsəli olduğuna görə namaza məşğul olmazsa, 
belə ki, onun vəsvəsəsi qeyri-ixtiyari olaraq öz andına əməl etməyəcək şəkildə olarsa, ona 
kəffarə verməsi lazım deyildir. 
Məsələ 2633: Sözünün doğru olduğu üçün and içən şəxsin sözü doğru olarsa, and içməsi 
məkruhdur. Əgər yalan olarsa, haramdır. Hətta mübahisəni sona yetirmək müqabilində 
yalan yerə and içmək böyük günahlardandır. Fəqət özünü və ya başqa bir müsəlmanı bir 
zalımın şərrindən qurtarmaq üçün yalandan and içərsə, eybi yoxdur. Hətta bə`zən vacib də 
olur. Yalnız «tovriyə» etməsi (yə`ni and içdiyi zaman, sözün əsil mə`nasını bir işarə 
qoymadan cümlənin zahirdən ifadə etdiyi mə`nadan başqa bir mə`na qəsd etməsi) 
mümkündürsə, vacib ehtiyat odur ki, tovriyə etsin. Məsələn, bir şəxsə əziyyət etmək istəyən 
bir zalım, insandan onu görüb-görmədiyini soruşarsa, o da onu bir saat qabaq görübsə, beş 
dəqiqə qabaq görmədiyini qəsd edərək «xeyr, görməmişəm» – deyər. 
VƏQFİN HÖKMLƏRİ 
Məsələ 2634: Əgər bir şəxs bir şeyi vəqf edərsə, onun mülkündən xaric olar, özü, ya 
başqaları onu bağışlaya və ya sata bilməzlər, heç kəs o mülkdən irs aparmaz, amma bə`zi 
yerlərdə 2054-cü məsələdə deyildiyi kimi onu satmağın eybi yoxdur. 
Məsələ 2635: Vəqfin siğəsini ərəbcə oxumaq lazım deyildir, hətta məsələn; «bu kitabı 
tələbələrə vəqf etdim» – deyərsə, vəqf səhihdir. Hətta vəqf əməllə də gerçəkləşir, məsələn, 
bir həsiri vəqf niyyətilə məscidə sərərsə və ya bir binanı məscid şəklində, məscid niyyəti ilə 
tikərsə, vəqf olmaq gerçəkləşər. Lakin təkcə niyyətlə vəqf olmağı gerçəkləşmir. Vəqfin 
səhih olması üçün bir şəxsin qəbul etməsi lazım deyildir, istər ümumi vəqf olsun, istərsə 
xüsusi. Həmçinin qürbət qəsdi də lazım deyil. 
Məsələ 2636: Əgər bir mülkü vəqf üçün müəyyən etsə və vəqf siğəsi oxunmazdan qabaq 
peşman olsa ya ölsə, vəqf gerçəkləşmir. Xüsusi vəqfdə də kimə vəqf edilibsə, o, vəqfi 
ixtiyarına keçirməzdən qabaq ölərsə eyni hökmü daşıyır. 
Məsələ 2637: Bir malı vəqf edən şəxs, gərək vəqf etdiyi vaxtdan malı daimi vəqf etsin, əgər 
desə ki, «bu mal mən öləndən sonra vəqf olsun», siğə oxunan zamandan o ölənə qədər vəqf 
olmadığına görə səhih deyildir, yaxud desə ki, 10 ilə kimi vəqf olunsun və ondan sonra vəqf 
olunmasın, ya desə ki, 10 il vəqf olub, sonra 5 il vəqf olmasın və ondan sonra yenə də vəqf 
olsun, vəqf səhih deyil. Amma bu halda o yeri həbs etmək (istifadədən saxlamaq) qəsdi 
olsa, həbsi vaqe olar. 
Məsələ 2638: Xüsusi vəqf o halda düz olar ki, vəqf etdiyi malı, vəqf olunan kəslərin, ya 
onların vəkil və ya vəlisinin istifadəsinə buraxsın. Birinci təbəqədən olanların təsərrüf 
etməsi kifayətdir. Əgər onların bə`zisi təsərrüf etsə, yalnız onların nisbətində səhihdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Amma əgər bir şeyi öz səğir övladı üçün vəqf etsə malın eyni onun əlində olsa, kifayətdir və 
vəqf səhihdir. 
Məsələ 2639: Məscid, mədrəsə və s. bu kimi ümumi vəqflərdə qəbz şərt deyil və vəqf sadəcə 
vəqf etməklə gerçəkləşər. 
Məsələ 2640: Vəqf edən, gərək aqil, baliğ olsun, öz qəsdi və ixtiyarı ilə vəqf etsin və 
həmçinin şər`ən öz malında istifadə edə bilsin. Buna görə də səfehin (yə`ni malını bihudə 
yerdə xərcləyən) öz malından istifadə etməyə haqqı olmadığına görə əgər bir şeyi vəqf etsə, 
səhih deyildir. 
Məsələ 2641: Əgər bir malı ana bətnində olan və dünyaya gəlməmiş bir uşağa vəqf etsə, o 
vəqfin səhihliyi məhəlli işkaldır və lazımdır ki, ehtiyata riayət olunsun. Amma əgər hal-
hazırda mövcud olan şəxslərə və onlardan sonra dünyaya gələn şəxslərə vəqf edərsə, vəqf 
gerçəkləşən zamanda onlar ana bətnində olmasalar da, vəqf mühəqqəq olar. Məsələn; bir 
şeyi uşaqlarından sonra nəvələrinə aid olub, hər bir dəstə əvvəlki dəstədən sonra ondan 
istifadə etməsilə uşaqlarına vəqf edərsə, səhihdir. 
Məsələ 2642: Bir şeyi özü üçün vəqf edərsə, məsələn; dükanının gəlirini öz borclarını 
ödəməyə, ibadətləri üçün əcir tutulmasına xərcləməyi vəqf edərsə, səhih deyildir. Amma 
əgər bir malı fəqirlərə vəqf edərsə və özü də fəqir olsa, orada sakin ola bilər. Amma əgər 
icarə pulu fəqirlərin arasında bölüşdürülsün deyə, vəqf etsə və özü də fəqir olsa, o maldan 
özünün götürməsi məhəlli işkaldır. 
Məsələ 2643: Əgər vəqf etdiyi şey üçün mütəvvəli müəyyən etsə, gərək onun qərar 
qoyduğuna mütabiq əməl etsin. Əgər müəyyən etməsə, belə ki, məxsusi şəxslərə, məsələn; 
öz övladına vəqf etsə, ondan istifadə etmək ixtiyarı onların özü ilə olar. Əgər həddi-büluğa 
çatmamış olsalar, ixtiyar onların vəlisinindir və vəqfdən istifadə etmək üçün şəriət 
hakiminin icazəsi lazım deyil. Amma vəqfi tə`mir etmək və gələcək nəsillərin mənfəətinə 
olaraq onu kirayə vermək kimi, vəqfin və ya gələcək nəsillərin məsləhəti olan məsələlərdə 
ixtiyarı şəriət hakiminin əlindədir. 
Məsələ 2644: Bir mülkü, məsələn; fəqirlərə, yaxud seyyidlərə və ya qazancı xeyir işlərə sərf 
edilmək üçün vəqf edərsə, o mülk üçün bir mütəvəlli tə`yin etməyibsə, onun ixtiyarı şəriət 
hakiminin əlindədir. 
Məsələ 2645: Əgər bir mülkü xüsusi şəxslərə, məsələn; öz övladına vəqf etsə ki, hər bir 
nəsil öz növbəsində ardıcıl ondan istifadə etsin, belə ki, mütəvəlli onu icarəyə versə və ölsə, 
icarə batil olmaz. Amma əgər mütəvəllisi olmasa və onlara mülk vəqf etmiş şəxslərin bir 
təbəqəsi onu icarə versələr və icarənin müddəti əsnasında ölsələr, belə ki, onlardan sonrakı 
təbəqə icarəyə imza qoymasalar, icarə batil olar. Belə halda icarə edən, bütün müddətin 
icarəsinin haqqını veribsə, icarənin haqqını onların öldüyü zamandan icarənin müddətinin 
axırına qədər onların malından götürəcək. 
Məsələ 2646: Əgər vəqf olunan malın eyni mülkü xarab olsa, vəqfliyindən xaric olmaz. 
Amma əgər vəqf olunan şey məxsusi bir ünvana qəsd olunmuşsa və o ünvan aradan 
gedərsə, vəqf batil olur. Məsələn; bir bağçanı, bağça olaraq vəqf etmişlərsə, o bağça xarab 
olduğu təqdirdə, vəqf batil olur. O mülk isə vəqf edənin varislərinə qayıdır. 
Məsələ 2647: Bir qismi vəqf olub, digər bir qismi vəqf olunmayan bir mülk bölünməyibsə, 
vəqfin mütəvvəlisi və vəqf olmayan hissənin maliki vəqf malını ayıra bilərlər. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2648: Əgər vəqfin mütəvəllisi xəyanət etsə, məsələn; vəqfin gəlirini müəyyən 
olunmuş məsrəflərə çatdırmasa, şəriət hakimi inanılmış bir adamı ona qoşacaq ki, ona 
xəyanət etməyə mane olsun. Mümkün olmayan halda isə, onu əzl edib onun yerinə 
inanılmış bir adamı mütəvəlli tə`yin edə bilər. 
Məsələ 2649: Hüseyniyyə üçün vəqf olunan xalçanı namaz qılmaq üçün məscidə, hətta 
məscid Hüseyniyyəyə yaxın olsa belə, apara bilməzlər. Amma əgər Hüseyniyyənin mülkü 
olsa, mütəvəllinin icazəsi ilə başqa yerə aparmaq olar. 
Məsələ 2650: Bir mülkü bir məscidin tə`miri üçün vəqf edərlərsə, əgər o məscidin tə`mirə 
ehtiyacı olmayıb, yaxın bir zamanda da tə`mir ehtiyacı olmağı gözlənilməyən təqdirdə, o 
mülkün gəlirlərini sonradan o məscidin tə`mirlərinə istifadə etmək üçün toplayıb saxlamaq 
mümkün olmasa, lazım ehtiyat odur ki, o mülkün gəlirləri vəqf edən şəxsin niyyətinə ən 
yaxın olan işlərə xərclənsin, məsələn; ondan, o məscidin digər ehtiyaclarında və ya başqa 
bir məscidin tə`mirində istifadə olunmalıdır. 
Məsələ 2651: Əgər bir mülkün gəlirinin məscidin tə`mirinə, imam-camaata və məsciddə 
azan deyən şəxsə xərclənməsi üçün vəqf etsə, əgər hər biri üçün bir miqdar müəyyən etmiş 
olsa, gərək həmin cür xərcləsinlər. Əgər tə`yin etməyibsə, gərək əvvəl məscidi tə`mir 
etsinlər, əgər bir şey artıq qalarsa, mütəvəlli onu məsləhət bildiyi şəkildə imam-camaatla, 
azan deyənin arasında bölər. Yaxşısı budur ki, bu iki nəfər öz aralarında bölən zaman sülh 
etsinlər. 
VƏSİYYƏTİN HÖKMLƏRİ 
Məsələ 2652: Vəsiyyət, insanın ölümündən sonra özü üçün bə`zi işlərin yerinə yetirilməsini 
sifariş etməsinə və ya ölümündən sonra malından bir şeyin başqasının malı olmasını, ya da 
onun malından bir şeyi başqa bir şəxsin mülkiyyətinə keçirmələrini və ya xeyir işlərdə 
xərcləmələrini söyləməsinə və yaxud öz övladı və ixtiyarında olan şəxslər üçün müəyyən bir 
şəxsi qəyyum (başçı) tə`yin etməsinə deyilir. Vəsiyyət edilən şəxsə isə vəsi deyilir. 
Məsələ 2653: Danışa bilməyən şəxs, əgər işarə ilə öz məqsədini başa salsa, hər bir iş üçün 
vəsiyyət edə bilər. Hətta danışa bilən şəxs də, əgər işarə ilə öz məqsədini başa salıb vəsiyyət 
etsə, səhihdir. 
Məsələ 2654: Əgər yazılmış bir şeyi meyyitin imzası ya möhürü ilə görsələr, belə ki, 
mövcud əlamətlərdən onun məqsədini başa düşsələr və mə`lum olsa ki, vəsiyyət etmək üçün 
yazıb, gərək ona uyğun əməl etsinlər. 
Məsələ 2655: Vəsiyyət edən şəxs, gərək ağıllı və həddi-büluğa çatmış olsun, səfeh 
olmamalıdır və öz ixtiyarı ilə vəsiyyət etməlidir. Həddi-büluğa çatmamış uşağın vəsiyyəti 
səhih deyildir. Amma əgər uşaq on yaşında olsa və öz qohumları üçün, ya da ümumi xeyir 
işlərdə sərf edilməsi üçün vəsiyyət edərsə, uşağın bu iki halda olan vəsiyyəti səhihdir. 
Amma əgər qohumlarından qeyrisi üçün və ya yeddi yaşında olan bir uşaq, malından az 
bir şeyi vəsiyyət edərsə, onun vəsiyyətinin nüfuzlu olması məhəlli işkaldır. Bu halda 
ehtiyata əməl etmək lazımdır. Əgər bir şəxs səfeh olsa, onun öz malı üçün etdiyi vəsiyyət 
nüfuzlu deyildir. Amma onun bundan başqa olan vəsiyyəti, məsələn; ölümündən sonra 
cənazə üçün edilən işlər haqqındakı vəsiyyəti nüfuzludur. 
Məsələ 2656: Bir kəs bilə-bilə, özünü öldürmək məqsədi ilə həlak olacağı tərzdə özünü 
yaralayıb və ya ölümə səbəb olan zəhər içsə, əgər malının bir miqdarını bir yerə istifadə 
üçün çatdırmalarını vəsiyyət etsə, sonra ölərsə, onun vəsiyyəti səhih deyildir. (Amma əgər 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
onun işi Allah yolunda cihad olarsa, bu, istisnadır.) Amma mal-dövlətlə əlaqədar olmayan 
şeylərdə vəsiyyəti səhihdir. 
Məsələ 2657: İnsan, malından bir şeyi, bir şəxsin olmasını vəsiyyət edərsə, o şəxs, onu qəbul 
etdiyi halda, istər onun sağlığında, istərsə vəfatından sonra olsun, o şey vəsiyyət edənin 
malının üçdə birindən çox olmasa, həmin şey vəsiyyət edənin ölümündən sonra onun 
mülkiyyətinə keçər. 
Məsələ 2658: İnsan, ölüm nişanələrini özündə görən vaxt, gərək dərhal camaatın 
əmanətlərini sahiblərinə çatdırsın, ya da 2302-ci məsələdə deyildiyi kimi, onlara xəbər 
versin. Əgər xalqa borcu varsa və onun da verilmə vaxtı çatmayıbsa və ya çatıb, amma 
tələbkar da öz alacağını tələb etmirsə, ya tələb etsə də verməyə gücü çatmırsa, ölümündən 
sonra, onun tələbkara veriləcəyinə əmin olacaq bir iş etməlidir. Məsələn; onun başqalarına 
borclu olduğu mə`lum deyilsə, vəsiyyət etməlidir və vəsiyyəti üçün şahid tutmalıdır. Amma 
əgər ödəyə bilərsə və vaxtı da çatıbsa, tələbkar da tələb edibsə, gərək ölüm əlamətlərini 
görməsə belə dərhal ödəsin. 
Məsələ 2659: Ölüm nişanələrini özündə görən kəs, əgər xums, zəkat və məzalimə 
borcludursa və hal-hazırda verə bilmirsə, belə ki, özünün malı varsa ya ehtimal versə ki, 
bir kəs onları əda edəcək, gərək elə bir iş etsin ki, ölümündən sonra ödəniləcəyinə əmin 
olsun. Məsələn, e`timadlı bir adama vəsiyyət etsin. Həmçinin, əgər həcc ona vacib olsa və 
haliyədə naib tuta bilməsə də, bu cürdür. Amma əgər şər`i vergilərdən olan borcunu verə 
bilərsə, hərçənd onda ölüm nişanələri olmasa belə, gərək dərhal versin. 
Məsələ 2660: Ölüm nişanələrini özündə görən şəxsin əgər qəza namazı və orucu varsa, 
gərək elə bir iş görsün ki, ölümündən sonra onun əvəzindən yerinə yetiriləcəyinə əmin 
olsun, məsələn, vəsiyyət etsin ki, öz malından onlar üçün əcir tutsunlar. Hətta əgər malı 
olmasa, amma ehtimal versə ki, bir şəxs bir şey almadan onları yerinə yetirəcək, yenə də 
vacibdir ki, vəsiyyət etsin. Əgər onun oruc və namazının qəzasını etmək üçün bir kəs olsa, 
məsələn böyük oğlu, əgər bilsə ki, ona xəbər versə, qəza oruc və namazlarını yerinə 
yetirəcək, ona xəbər verməsi kifayətdir, lazım deyil ki, vəsiyyət etsin. 
Məsələ 2661: Ölüm nişanələrini özündə görən şəxsin əgər bir nəfərdə malı varsa, ya da 
vərəsənin bilmədiyi bir yerdə gizlədibsə, vacib ehtiyata görə gərək onlara xəbər versin. Öz 
səğir uşaqları üçün qəyyum müəyyən etməsi lazım deyildir, amma qəyyumsuz onların malı 
aradan gedəcəksə, ya özləri tələf olacaqlarsa, gərək onlar üçün bir qəyyum müəyyən etsin. 
Məsələ 2662: Vəsi gərək aqil olsun. Vəsiyyət edənə aid olan işlərdə və həmçinin vacib 
ehtiyata əsasən digərlərilə bağlı işlərdə e`tibarlı olmalıdır. Vacib ehtiyata əsasən 
müsəlmanın vəsisi müsəlman olmalıdır. Habelə ehtiyata əsasən həddi-büluğa yetməmiş bir 
uşağa tək başına olmaq şərti ilə vəsiyyət etmək vacib ehtiyata görə səhih deyildir və onun 
təsərrüf etməsi şəriət hakiminin icazəsi ilə olmalıdır. Əlbəttə bu vəsiyyət edən şəxsin, 
məqsədinin onun uşaqlıq halında vəlisinin icazəsi olmadan istifadə etməsi olduğu 
təqdirdədir. Amma əgər məqsədi, onun həddi-büluğa çatmasından sonra və ya vəlisinin 
izni ilə istifadə etməsi olursa, eybi yoxdur. 
Məsələ 2663: Əgər bir şəxs, özü üçün bir neçə vəsi tə`yin etsə və hər birinə tək başına 
vəsiyyətə görə hərəkət etmə izni versə, vəsiyyəti yerinə yetirmədə bir-birlərindən izn 
almaları lazım deyil. Amma izn verməmiş olsa, istər hamısının birlikdə əməl etməsini 
bildirsin, istər bildirməsin, vəsiyyətə bir-birlərinin fikirlərinə görə hərəkət etmələri 
gərəkdir. Əgər birlikdə vəsiyyətə görə əməl etməyə hazır olmasalar, arada hər birinin 
digəri ilə anlaşmasına qarşı olan bir şər`i maneə yoxdursa, şəriət hakimi onları anlaşmaya 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
məcbur edər. Əgər ona itaət etməzlərsə və ya hər biri üçün anlaşılmağın qarşısını alan şər`i 
bir maneə mövcud olsa, şəriət hakimi onlardan birinin yerinə ayrı bir kimsəni tə`yin edər. 
Məsələ 2664: Əgər insan öz vəsiyyətindən dönərsə, məsələn; malının üçdə birini bir 
kimsəyə verilməsini vəsiyyət etdiyi halda, sonra «ona verməyin» – desə, vəsiyyət batil olur. 
Əgər vəsiyyətini dəyişdirsə, məsələn; əvvəl uşaqları üçün bir qəyyum tə`yin edib, sonra da 
başqa birini onun yerinə qəyyum tə`yin edərsə, onun ilk vəsiyyəti batil olur və ikinci 
vəsiyyətinə görə əməl olunması gərəkdir. 
Məsələ 2665: Bir kimsə vəsiyyətindən döndüyünü mə`lum edən bir iş görərsə, məsələn; 
birinə verilməsinə vəsiyyət etdiyi bir evi satarsa və ya əvvəlki vəsiyyətinə nəzər yetirdiyi 
halda başqa birisinin onu satmaq üçün vəkil tə`yin edərsə, vəsiyyət batil olur. 
Məsələ 2666: Əgər müəyyən şeyi bir şəxsə verməyi vəsiyyət etsə, sonra isə həmin şeyin 
yarısını başqasına verilməsini vəsiyyət etsə, gərək o şeyi iki yerə bölsünlər və o iki nəfərin 
hər birinə onun yarısını versinlər. 
Məsələ 2667: Bir şəxs ölümünə səbəb olan bir xəstəlik halında, malının bir qismini bir şəxsə 
bağışlasa və ölümündən sonra da bir miqdarının başqasına verilməsini vəsiyyət edərsə, 
əgər malının 3/1-i hər ikisinə verməyə kifayət etməsə və varislər də ondan artıq verilməsinə 
icazə verməzlərsə, gərək əvvəl bağışladığı malı, malın 3/1-dən çıxıb sonra da onun yerdə 
qalanını vəsiyyət edilən yerdə xərcləməlidirlər. 
Məsələ 2668: Malının üçdə birinin satılmamasını və gəlirinin bir şeyə sərf edilməsini 
vəsiyyət edərsə, gərək onun dediyinə uyğun olaraq əməl etsinlər. 
Məsələ 2669: Əgər ölümünə səbəb olan xəstəlik halında başqa birinə bir miqdar, borclu 
olduğunu desə, belə ki, «bu sözü vərəsəyə ziyan vurmaq üçün söyləmişdir» – deyə ittiham 
edilərsə, gərək tə`yin etdiyi miqdarı onun malının üçdə birindən verilsin. Əgər ittiham 
olunmasa, onun dediyinin nüfuzu vardır və onun malının əslindən verilməsi gərəkdir. 
Məsələ 2670: İnsan, bir şəxsə bir şey verəcəyini vəsiyyət edərsə, vəsiyyət halında onun 
mövcud olmağı lazım deyildir. Deməli, o kəs vəsiyyət edənin ölümündən sonra mövcud 
olarsa, lazımdır ki, o şeyi ona versinlər. Əgər mövcud olmasa və belə ki, vəsiyyətdən bir 
neçə mətləb istifadə olunarsa, gərək onu vəsiyyət edənin nəzərinə daha yaxın olan başqa 
bir yerə sərf etsinlər. Əks təqdirdə varislər onu öz aralarında bölə bilərlər. Amma əgər 
vəsiyyət etsə ki, onun malından bir şey ölümündən sonra bir kəsin malı olsun, əgər o şəxs 
vəsiyyət edənin ölən vaxtında mövcud olsa, hərçənd bədəndə ruh daxil olmamış uşaq olsa 
belə vəsiyyət səhih, əks təqdirdə isə batildir və onun üçün vəsiyyət edilən şeyi, vərəsələr öz 
aralarında bölərlər. 
Məsələ 2671: Əgər insan, onu bir şəxs vəsi etdiyini bilib, onun vəsiyyətini yerinə yetirməyə 
hazır olmadığını bildirərsə, onun ölümündən sonra vəsiyyətinə əməl etməsi lazım deyildir. 
Amma əgər ölməzdən qabaq onu vəsi etdiyini bilməsə və ya bilib ona xəbər verməsə ki, 
onun vəsiyyətinə əməl etməyə hazır deyildir, ona əziyyət olmadığı halda, gərək onun 
vəsiyyətinə əməl etsin. Həmçinin, əgər vəsi, vəsiyyət edənin ölümündən əvvəl o zaman başa 
düşsə ki, vəsiyyət edən ağır xəstə olduğuna görə ya başqa bir maneəyə görə başqasına 
vəsiyyət edə bilməz, vacib ehtiyata əsasən, gərək vəsi vəsiyyətini qəbul etsin. 
Məsələ 2672: Əgər vəsiyyət edən ölsə, vəsi başqasını, meyyitin işlərini yerinə yetirmək üçün 
vəsi tə`yin edə bilməz və özü də o işlərdən kənara çəkilə bilməz. Amma vəsiyyət edənin 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
məqsədi sadəcə bu işlərin edilməsi olub, yalnız vəsinin etməsi nəzərində olmamasını başa 
düşsə, o zaman başqasını öz tərəfindən vəkil tə`yin edə bilər. 
Məsələ 2673: Əgər bir şəxs, iki nəfəri birlikdə vəsi edərsə, belə ki, onlardan biri ölsə, ya 
dəli, yaxud kafir olsa, vəsiyyətin ibarələrindən başa düşülsə ki, belə hallarda digəri 
müstəqil şəkildə vəsidir, gərək həmin qaydada əməl olunsun, əks halda şəriət hakimi başqa 
bir nəfəri onun yerinə tə`yin edər. Əgər hər ikisi ölsə, ya dəli, yaxud da kafir olsalar, şəriət 
hakimi başqa iki nəfəri tə`yin edər. Amma əgər bir nəfər vəsiyyətə əməl edə bilərsə, iki 
nəfəri tə`yin etmək lazım deyildir. 
Məsələ 2674: Əgər vəsi, ölənin işlərini hərçənd başqasını vəkil və ya əcir tutmaqla da 
təkbaşına yerinə yetirə bilməsə, şəriət hakimi başqasını ona köməkçi tə`yin edər. 
Məsələ 2675: Əgər meyyitin malından bir miqdarı vəsinin əlində tələf olsa, belə ki, onu 
saxlamaqda səhlənkarlıq və ya israfçılıq etsə, məsələn; ölən şəxs, «filan şəhərin fəqirlərinə 
bu qədər ver» – deyibsə, o da malı başqa bir şəhərə apararkən yolda aradan getsə, 
zamindir. Əgər səhlənkarlıq və israfçılıq etməyibsə, zamin deyildir. 
Məsələ 2676: Əgər insan, bir şəxsi vəsi tə`yin etsə və «o şəxs ölsə, filankəs vəsi olsun» – 
deyərsə, birinci vəsinin ölümündən sonra, vəsiyyəti ikinci vəsi yerinə yetirməlidir. 
Məsələ 2677: Ölənə istitaətlə vacib həcc, borclar və ödənməsi vacib olan xums, zəkat, 
məzalim kimi verilməsi vacib olan hüquqlar gərək meyyit onlar üçün vəsiyyət etməmiş olsa 
da, onun malının əslindən versinlər. Amma kəffarələr, nəzirlər, o cümlədən nəzr olunan 
həcc vəsiyyətlə, onun malının 3-də birindən yerinə yetirilməlidir. 
Məsələ 2678: Əgər meyyitin malı borcdan, vacib həccdən və ona vacib olan məzalim, zəkat 
və xums kimi hüquqlardan artıq gəlsə, belə ki, vəsiyyət etmiş olsa ki, malın 3/1-i, ya 3/1-nin 
bir miqdarını bir xərcə çatdırsınlar, gərək onun vəsiyyətinə əməl etsinlər, əgər vəsiyyət 
etməyibsə, qalan şey vərəsənin malıdır. 
Məsələ 2679: Meyyitin tə`yin etdiyi xərc, malın 3/1-dən artıq olarsa, onun malın 3/1-dən 
artıq olan miqdardakı vəsiyyəti, yalnız varislərin bu vəsiyyətə sözlə, ya əməllə icazə 
verdikləri təqdirdə səhihdir. Təkcə onların qəlbdə razı olması kifayət deyildir. Əgər onun 
ölümündən bir müddət keçdikdən sonra da icazə verərlərsə, səhihdir. Əgər varislərdən 
bə`zisi razı olub bə`ziləri isə rədd edərlərsə, vəsiyyət yalnız vəsiyyətə razı olanların 
hissəsində səhih və keçərlidir. 
Məsələ 2680: Əgər meyyitin müəyyən etdiyi xərc onun malının 3/1-dən çox olsa və vərəsələr 
də icazə versələr, öz icazələrindən dönə bilməzlər. Əgər vəsiyyət edənin sağlığında rədd 
ediblərsə, ölümündən sonra icazə verə bilərlər. Amma əgər o öləndən sonra rədd etsələr, 
ondan sonra icazə vermələrinin faydası yoxdur. 
Məsələ 2681: Əgər vəsiyyət etsə ki, malının 3/1-dən xums, zəkat, ya başqa bir borcu 
versinlər və onun orucu və namazı üçün əcir tutsunlar, həmçinin fəqirlərə təam vermək 
kimi müstəhəbb bir iş yerinə yetirsinlər, gərək əvvəl onun borcunu malının 3/1-dən 
versinlər. Əgər bir şey artıq qalsa, onun namaz və orucu üçün əcir tutsunlar. Əgər ondan 
da bir şey artıq qalsa, müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. Belə ki, onun malının 
3/1-i ancaq borcuna çatsa və vərəsələr də onun malının 3/1-dən çox xərclənməsinə icazə 
verməsələr, onun namaz və orucu üçün, həmçinin müstəhəbb işlər üçün etdiyi vəsiyyət 
batildir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2682: Borclarının verilməsini, namaz və oruclarına əcir tutulmasını və müstəhəbb 
bir işin də edilməsini vəsiyyət edərsə və bunların malın 3/1-dən verilməsini vəsiyyət 
etməzsə, onun borcunu malın əslindən verməlidirlər. Əgər bir şey artıq qalsa, onun 3/1-ni 
namaz və oruca, həmçinin müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. Malın 3/1-i onlara 
kifayət etməyən halda əgər vərəsələr icazə versələr, gərək onun vəsiyyətinə əməl olunsun. 
Əgər icazə verməsələr, gərək namaz və orucunu malın 3/1-dən versinlər. Əgər bir şey artıq 
qalsa, müəyyən etdiyi müstəhəbb işlərə çatdırsınlar. 
Məsələ 2683: Əgər bir şəxs, «meyyit bu qədər məbləğin mənə verilməsini vəsiyyət etdi» – 
deyərsə, iki adil kişi onun sözünü təsdiq edərsə və ya and içsə və bir adil kişi onu təsdiq 
etsə, ya bir adil kişi və iki adil qadın onun sözünü təsdiq edərsə, ya da dörd adil qadın onun 
sözünü təsdiq edərsə, söylənilən miqdar ona verilməlidir. Əgər bir adil qadın şahidlik 
edərsə, istədiyi malın 4/1-i ona verilməlidir. Əgər iki adil qadın təsdiq edərsə, onun yarısını, 
əgər üç adil qadın təsdiq edərsə onun 4/3-nü ona verməlidirlər. Həmçinin, şəhadət verəcək 
bir müsəlman tapılmasa öz dinlərində adil sayılan iki kitab əhli olan kafir, onun sözünü 
təsdiq etdikdə də tələb etdiyi şeyi ona verməlidirlər. 
Məsələ 2684: Əgər bir şəxs, «mən meyyitin malını hər hansı bir yerdə istifadə etməkdə 
onun vəsisiyəm»– deyərsə, iki adil kişi onun sözünü təsdiq edən halda, yaxud şəhadət 
vermək üçün bir müsəlman olmazsa, öz dinlərində adil olan iki zimmə əhlinin təsdiqi ilə, 
habelə vərəsənin iqrar etməsi ilə də onun sözü sübut olunur. 
Məsələ 2685: Malından bir şeyin, bir şəxsin malı olmasını vəsiyyət edərsə və o şəxs də qəbul 
və ya rədd etməzdən qabaq ölərsə, onun vərəsələri vəsiyyəti rədd etməyənə qədər o şeyi 
qəbul edə bilərlər. Amma bu hökm, vəsiyyət edənin öz vəsiyyətindən dönmədiyi 
təqdirdədir. Əgər vəsiyyətindən dönərsə, o şeydə haqqları yoxdur. 
İRSİN HÖKMLƏRİ 
Məsələ 2686: Qohumluq vasitəsilə irs aparan şəxslər üç dəstədir: 
1. Meyyitin ata-anası və övladıdır. Övlad olmayanda isə övladın övladı və nə qədər aşağı 
getsə, bunlardan hər kəs ki, meyyitə daha yaxın olsa, irs aparır. Bu dəstədən bir nəfər 
qalana qədər ikinci dəstə irs aparmazlar. 
2. Baba, nənə, bacı və qardaşdır. Qardaş və bacı olmayanda isə onların övladından hər kəs 
ki, meyyitə daha yaxındır, irs aparar. Bu dəstədən bir nəfər qalana qədər üçüncü dəstə irs 
aparmazlar. 
3. Əmi, bibi, dayı, xala və onların övladıdır. Meyyitin əmilərindən, bibilərindən, 
dayılarından və xalalarından biri sağ olana qədər onların övladı irs aparmazlar. Amma 
ölənin fəqət ata tərəfindən olan əmisi ilə həm ana, həm də ata tərəfindən olan əmisi oğlu 
olarsa, dayı və xalası olmazsa, miras, ana və ata tərəfindən olan əmisi oğluna düşər və təkcə 
ata tərəfindən olan əmisi miras almaz. Əgər əmi və əmisi oğlanları bir neçə nəfər olsa, 
yaxud da meyyitin əyalı həyatda olsa, bu hökm işkalsız deyildir. 
Məsələ 2687: Əgər meyyitin özünün əmisi, bibisi, dayısı, xalası, həmçinin onların övladı və 
övladının da övladı olmasa, onda meyyitin atasının və anasının əmi, bibi, dayı və xalası irs 
apararlar. Əgər bunlar da olmasa, onların övladı irs apararlar və əgər bunlar da olmasa, o 
halda babasının və nənəsinin əmisi, bibisi, dayısı və xalası, əgər bunlar da olmasa, onların 
övladları irs apararlar. 
Məsələ 2688: Ər və arvad sonradan deyiləcək təfsil ilə bir-birindən irs apararlar. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Birinci dəstənin irsi 
Məsələ 2689: Əgər meyyitin varisi birinci dəstədən ancaq bir nəfər olsa, məsələn; ata, ya 
anası, ya bir oğlu, ya bir qızı olsa, meyyitin malının hamısı ona çatar. Əgər bir oğlu və bir 
qızı olsa, malı elə bölməlidirlər ki, oğul qızdan iki dəfə artıq aparsın. 
Məsələ 2690: Əgər meyyitin varisi ancaq onun ata və anası olsa, malı üç yerə bölərlər, onun 
iki hissəsini ata və bir hissəsini ana aparar. Amma əgər meyyitin iki qardaşı, ya dörd 
bacısı, ya bir qardaş və iki bacısı olsa ki, onların hamısı müsəlman, azad və onların atası 
meyyitin atası ilə bir olsa, istər onların anası meyyitin anası ilə bir olsunlar, istər 
olmasınlar, və bu şərtlə ki, dünyaya gəlmiş olsunlar, baxmayaraq ki, meyyitin ata-anası 
olana qədər bunlar irs aparmır, amma əgər bunlar olarsa, ana malın 6/1-ni aparır, 
qalanını isə atasına verərlər. 
Məsələ 2691: Meyyitin varisi yalnız ana, ata və bir qız olarsa, əgər meyyitin əvvəlki 
məsələdə deyilən şərtlərlə, qardaşı və ya bacısı olmazsa, malı beş qismə bölərlər, ana və ata 
hər biri bir pay, qız isə üç pay alar. Əgər keçən şərtlərlə qardaş, ya bacısı olarsa, ata beşdə 
bir və ana altıda bir pay, qız isə beşdə üç pay alar. Yerdə qalan üçdə birdə isə vacib 
ehtiyata görə bir-biri ilə sülh etməlidirlər. Belə ki, onun üçdə birinin ananın, 4/3-nün qızın 
və 4/1-in atanın olması ehtimal verilir. 
Məsələ 2692: Əgər meyyitin varisi ata-ana və bir oğul olsa, malı altı yerə bölərlər, ata və 
ananın hər biri onun bir hissəsini, oğul isə dörd hissəsini aparar. Əgər bir neçə oğlu, ya bir 
neçə qızı olsa, o dörd hissəni öz aralarında bərabər bölərlər, əgər həm oğlan və həm də qız 
olsalar o dörd hissəni elə böləcəklər ki, oğul qızdan iki dəfə artıq aparsın. 
Məsələ 2693: Əgər meyyitin varisi ya ata, ya da ana və bir ya bir neçə oğul olsa, malı altı 
yerə bölərlər. Onun bir hissəsini ata, ya ana, beş hissəsini isə oğul aparar. Əgər bir neçə 
oğlu olsa, onlar beş hissəni bərabər halda bölərlər. 
Məsələ 2694: Əgər meyyitin varisi ancaq ata ya ana, bir neçə oğul və qız ilə olsalar, malı 
altı hissəyə bölərlər. Onun bir hissəsini ata ya ana aparar, qalanını isə elə böləcəklər ki, 
oğul qızdan iki dəfə artıq aparsın. 
Məsələ 2695: Əgər meyyitin varisi ancaq ata, ya ana və bir qız olsa, malı 4 hissəyə bölərlər, 
onun bir hissəsini ata ya ana, qalanını isə qız aparar. 
Məsələ 2696: Əgər meyyitin varisi ata, ya ana və bir neçə qız olsa, malı 5 hissəyə bölərlər, 
onun bir hissəsini ata ya ana, qalan dörd hissəsini isə qızlar öz aralarında bərabər bölərlər. 
Məsələ 2697: Əgər meyyitin övladı olmasa, onun oğul nəvəsi qız da olsa, meyyitin oğlunun 
səhmini aparar. Onun qız nəvəsi oğlan da olsa, meyyitin qızının səhmini aparar, məsələn; 
əgər meyyitin öz qızından bir oğlu və oğlundan bir qızı olsa, malı üç yerə böləcəklər, onun 
bir hissəsini qızının oğluna, iki hissəni isə oğlunun qızına verəcəklər. Nəvələrin irs 
aparmasında ata və ananın olmaması şərt deyil. 
İkinci dəstənin irsi 
Məsələ 2698: Qohumluq vasitəsilə irs aparan ikinci dəstə meyyitin babası, nənəsi, qardaşı 
və bacısıdır. Əgər bacı və qardaşı sağ olmasa, onların övladı irs aparar. 
Məsələ 2699: Əgər meyyitin varisi ancaq bir qardaş, ya bir bacı olsa, malın hamısı ona 
çatar. Əgər ata-anadan bir olan bir neçə qardaşı, ya ata-anadan olan bir neçə bacısı olsa, 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
malı öz aralarında bərabər böləcəklər. Əgər ata-anadan bir olan bir neçə bacı-qardaşı olsa, 
hər qardaş hər bacıdan iki bərabər çox aparacaq. Məsələn; əgər ata-anadan bir olan iki 
qardaşı və bir bacısı olsa, malı beş yerə böləcəklər, hər qardaş onun iki hissəsini, bacı isə 
bir hissəsini aparacaq. 
Məsələ 2700: Əgər meyyitin ata-anadan bir olan qardaş və bacısı olsa, atadan bir, anadan 
ayrı olan qardaş və bacısı irs aparmaz. Əgər ata-anadan bir olan qardaş və bacısı olmasa 
və əgər ancaq atadan bir olan bir bacı, ya bir qardaşı olsa, malın hamısı ona çatar. Əgər 
ata tərəfdən bir olan bir neçə qardaş, ya bir neçə bacı olsa, malı öz aralarında bərabər 
böləcəklər. Əgər atadan bir olan həm qardaşı və həm də bacısı olsa, hər qardaş hər 
bacıdan iki bərabər çox irs aparacaq. 
Məsələ 2701: Əgər meyyitin varisi ancaq anadan bir olub, atadan ayrı olan bir bacısı ya bir 
qardaşı olsa, malın hamısı ona çatar. Əgər anadan bir olan bir neçə qardaş ya bir neçə bacı 
ya bacı və qardaş olsa, malı bərabər öz aralarında böləcəklər. 
Məsələ 2702: Əgər meyyitin həm ata-anadan bir olan qardaş və bacısı, həm atadan bir olan 
qardaş və bacısı, həm də anadan bir olan bir qardaş ya bir bacısı olsa, atadan bir olan bacı 
və qardaş irs aparmaz. Malı altı yerə bölərlər, onun bir hissəsini anadan bir olan qardaş və 
ya bacı öz aralarında bərabər böləcəklər. Qalanını isə ata-anadan bir olan qardaş və 
bacıya verərlər ki, hər qardaş hər bacıdan iki dəfə çox aparacaq. 
Məsələ 2703: Əgər meyyitin varisi ancaq ata-anadan bir olan qardaş və bacı, atadan bir 
olan qardaş və bacısı və anadan bir olan bir neçə qardaş və bacısı olsa, atadan bir olan 
bacı-qardaş irs aparmaz, malı üç yerə böləcəklər, onun bir hissəsini anadan bir olan 
qardaş və bacı aparacaq və öz aralarında bərabər şəkildə böləcəklər, qalanını isə ata-
anadan bir olan qardaş və bacıya verəcəklər ki, hər qardaş bacıdan iki dəfə çox aparacaq. 
Məsələ 2704: Əgər meyyitin varisi ancaq atadan bir olan qardaş-bacı və anadan bir olan 
bir qardaş və ya bir bacısı olsa, malı altı yerə böləcəklər, onun bir hissəsini anadan bir olan 
qardaş və bacı aparar, qalanını isə atadan bir olan qardaş və bacıya verəcəklər ki, hər 
qardaş hər bacıdan iki dəfə çox aparacaq. 
Məsələ 2705: Əgər meyyitin varisi ancaq atadan bir olan, bacı və qardaş, anadan bir olan 
bir neçə bacı və qardaş olarsa, malı üç yerə böləcəklər: bir hissəsini anadan bir olan bacı və 
qardaş öz aralarında bərabər böləcəklər, yerdə qalanın atadan bir olan bacı qardaşa 
verəcəklər, hər qardaş iki bacı payı qədər irs aparar. 
Məsələ 2706: Əgər meyyitin varisi ancaq qardaş, bacı və arvadı olsa, arvad ər-arvad 
irsində deyildiyi kimi təfsilatı ilə deyiləcək kimi öz irsini aparacaq, qardaş və bacı isə 
yuxarıda deyildiyi kimi öz irsini aparacaq. Həmçinin əgər bir qadın ölsə və onun varisi 
ancaq qardaş, bacı və əri olsa, əri malın yarısını aparacaq, qardaş və bacı isə əvvəldə 
deyildiyi kimi öz irsini aparacaqlar. Amma ər ya arvadın irs apardığına görə anadan bir 
olan qardaş və bacının səhmindən bir şey azalmaz, amma ata-anadan ya təkcə atadan bir 
olan qardaş və bacının səhmi azalar. Məsələn; əgər meyyitin varisi ər və anadan bir olan 
qardaş və bacı, həmçinin, ata-anadan bir olan qardaş və bacısı olsa, malın yarısı ərinə 
çatacaq və malın əslinin üç hissəsindən bir hissəsi anadan bir olan qardaş-bacının malıdır 
və qalanını ata və anadan bir olan bacı və qardaşın malıdır. Beləliklə, əgər onun malı 6 
manat olsa, üç manat ərinə, iki manat anadan bir olan qardaş-bacısına, bir manat isə ata-
anadan bir olan qardaş-bacısına çatacaq. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2707: Əgər meyyitin bacı-qardaşı olmasa, onların irsdəki payını övladlarına 
verəcəklər və anadan bir olan qardaş və bacısının uşaqlarının səhmi onların arasında 
bərabər bölünəcək, amma atadan, ya ata-anadan bir olan qardaş və bacısının uşaqlarının 
səhmində isə, məşhura əsasən, hər oğlan qızdan iki dəfə çox aparacaq. Amma bunların da 
arasında bərabər bölünmə uzaq deyil, amma vacib ehtiyata əsasən öz aralarında 
razılaşmalıdırlar. 
Məsələ 2708: Əgər meyyitin varisi ancaq bir baba ya bir nənəsi olsa, istər ata tərəfdən 
olsun, istər ana tərəfdən, malın hamısı ona çatacaq. Meyyitin babası ola-ola onun babasının 
atası irs aparmaz. Əgər meyyitin varisi ancaq ata tərəfdən olan babası və nənəsi olsa, mal 
üç yerə bölünər, iki hissəsini baba, bir hissəsini isə nənə aparacaq. Əgər ana tərəfdən olan 
babası və nənəsi olsa, mal onların arasında bərabər bölünəcək. 
Məsələ 2709: Əgər meyyitin varisi ancaq ata tərəfdən bir olan baba ya nənə və ana 
tərəfdən olan bir baba ya nənəsi olsa, mal üç yerə bölünəcək, onun iki hissəsini ata tərəfdən 
olan baba ya nənə, bir hissəsini isə ana tərəfdən olan baba ya nənə aparacaq. 
Məsələ 2710: Əgər meyyitin varisi ata tərəfdən olan baba-nənəsi və ana tərəfdən olan baba-
nənəsi olsa, mal üç yerə bölünəcək, onun bir hissəsini ana tərəfdən olan baba-nənəsi öz 
aralarında bərabər böləcəklər, iki hissəsini isə ata tərəfdən olan baba-nənəsinə verəcəklər 
ki, baba nənədən iki dəfə çox aparacaq. 
Məsələ 2711: Əgər meyyitin varisi ancaq arvadı, ata tərəfindən olan baba-nənəsi, həmçinin 
ana tərəfdən olan baba-nənəsi olsa, arvad öz irsini sonradan deyiləcək kimi aparacaq. Əsli 
malın üç hissəsindən bir hissəsini ana tərəfdən olan baba və nənəyə verəcəklər ki, öz 
aralarında bərabər bölsünlər. Qalanını isə ata tərəfdən olan baba və nənəyə verəcəklər ki, 
baba nənədən iki dəfə çox aparacaq. Əgər meyyitin varisi əri, baba və nənəsi olsa, əri malın 
yarısını aparacaq, baba və nənəsi isə keçən məsələlərdə deyildiyi kimi öz irsini aparacaq. 
Məsələ 2712: Qardaşın ya bacının ya qardaşların və bacıların baba ya nənə, ya babalar ya 
nənələr ilə cəmlənməsinin bir neçə surəti vardır: 
1. Baba ya nənənin hər biri və qardaş ya bacı, hamısı ana tərəfdən olsunlar. Bu halda 
onların arasında kişi və qadın olmaqda müxtəlif olsalar da, bərabər bölünəcək. 
2. Onların hamısı ata tərəfindən olsunlar, bu halda hamısı kişi və ya hamısı qadın olsa, mal 
onların arasında bərabər bölünəcək. Əgər kişi və qadın olmaqda müxtəlif olsalar, hər kişi 
qadından iki dəfə çox aparacaq. 
3. Baba və ya nənədən hər biri ata tərəfdən olsun və bacı ya qardaş ata-anadan olsun. 
Bunun hökmü keçən haldakı hökm kimidir. Mə`lum oldu ki, meyyitin ata tərəfdən olan 
bacı, ya qardaşı əgər ata-anadan bir olan bacı ya qardaşla cəm olsa, ata tərəfdən olanlar irs 
aparmır. 
4. Babalar, ya nənələr, ya hər ikisi həm ata tərəfdən olsun, həm ana tərəfdən olsun, 
qardaşlar ya bacılar, ya da hər ikisi də belə olsalar, bu halda ana tərəfdən qohum olan 
qardaşlar, bacılar, babalar, nənələr, malın 1/3-ni öz aralarında bərabər böləcəklər, kişi və 
qadın olmaqda müxtəlif olsalar da; Ata tərəfdən qohum olanlara isə malın 2/3-dir ki, hər 
kişiyə qadından iki dəfə çox veriləcək. Əgər onların arasında kişi və qadın olmaqda ixtilaf 
olmasa və hamısı kişi, ya hamısı qadın olsa, onların arasında bərabər bölünəcək. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
5. Ata tərəfdən olan baba ya nənə, ana tərəfdən olan qardaş ya bacı ilə cəm olsun. Bu halda 
qardaş ya bacı təkdirsə malın 1/6-ni aparacaq, əgər tək deyilsə, onun 1/3-ni bərabər öz 
aralarında böləcəklər, qalanını isə baba ya nənənin malıdır. Əgər baba ya nənə hər ikisi 
olsa, baba nənədən iki dəfə çox aparacaq. 
6. Ana tərəfdən olan baba ya nənə, ata tərəfdən olan qardaş ya qardaşlar ilə cəm olsun. Bu 
halda baba, ya nənə üçün malın 1/3-dir, əgər hər ikisi sağ olsa, 1/3-i bərabər olaraq 
bölərlər, onun 2/3-si isə qardaş ya qardaşlar üçündür. Əgər o baba ya nənə ilə ata tərəfdən 
bacı olsa, tək olan halda malın yarısını aparacaq, əgər çox olsalar, 2/3-ni aparacaqlar, hər 
halda baba ya nənə üçün malın 1/3-dir. Buna görə də əgər bacı tək olsa, meyyitin malının 
1/6-i onlardan artıq qalır. Bunun da bacıya verilməsi və ya baba ilə nənə arasında 
bölünməsi ehtimalı var. Bu halda vacib ehtiyata əsasən bir-birləri ilə sülh etməlidirlər. 
7. Babalar, nənələr, ya hər ikisi həm ata tərəfdən, həm də ana tərəfdən olsun və onlar ilə 
ata tərəfdən bacı ya qardaş olsun, istər tək olsun, istərsə də çox, bu halda ana tərəfdən olan 
baba ya nənə üçün malın 1/3-dir. Əgər çox olsalar öz aralarında kişi və qadın olmaqda 
müxtəlif olsalar da, bərabər böləcəklər. Ata tərəfdən olan baba ya nənə üçün və ata 
tərəfdən olan bacı ya qardaş üçün qalan malın 2/3-dir. Əgər kişi və qadın cəhətindən 
müxtəlif olsa, kişilər qadından 2 dəfə çox aparacaq. Əgər o babalar ya nənələrlə bir anadan 
olan bacı ya qardaş olsalar, bir anadan olan babaya ya nənəyə, bir anadan olan bacı ya 
qardaş ilə birlikdə 1/3 düşəcək və onların arasında bərabər bölünəcək. Kişi və qadın 
cəhətindən müxtəlif olsa belə və ata tərəfdən olan baba ya nənə üçün 2/3-dir. Baba nənədən 
iki qat artıq pay aparır. 
8. Qardaş ya bacıların bə`zisi ata tərəfdən, bə`zisi isə ana tərəfdən olsun və onlar ilə ata 
tərəfdən olan baba ya nənə olsun, bu surətdə, ana tərəfdən olan bacı ya qardaş üçün tək 
olan surətdə malın 1/6-dir. Əgər çox olsalar, malın 1/3-dir ki, öz aralarında bərabər 
böləcəklər. Ata tərəfdən olan bacı ya qardaş üçün ata tərəfdən olan baba ya nənə ilə 
birlikdə malın qalanıdır. Kişilər qadınlardan iki qat artıq pay aparacaq. Əgər o qardaş ya 
bacılar ana tərəfdən olan baba ya nənə ilə birlikdə olsa, ana tərəfdən olan baba ya nənə 
üçün ana tərəfdən bacı qardaş ilə birlikdə malın 1/3-dir ki, öz aralarında bərabər 
böləcəklər, ata tərəfdən olan bacı ya qardaş üçün irsin 2/3-dir irs aparır. Kişi qadından iki 
dəfə çox irs aparır. 
Məsələ 2713: Meyyitin qardaş və bacısı olduğu təqdirdə meyyitin qardaşının və ya 
bacısının uşağına yetişməz. Lakin bu hökm qardaşın və ya bacının övladının qardaş və 
bacının mirasına bir əngəl təşkil etmədiyi hala aid deyil. Məsələn; əgər meyyitin ata 
tərəfdən olan qardaşı və ana tərəfindən olan babası olursa, ata tərəfindən olan qardaşı 
malın 2/3-ni və ana tərəfindən olan babası malın 1/3-ni miras alır, bu təqdirdə meyyitin ana 
tərəfindən olan qardaşoğlu da olarsa, o qardaşoğlu babası ilə malın 1/3-də şərik olur. 
Üçüncü dəstənin irsi 
Məsələ 2714: Üçüncü dəstə əmi, bibi, xala, dayı və onların övladıdır ki, əgər birinci və 
ikinci dəstədən bir kəs olmasa, bunlar irs aparacaqlar. 
Məsələ 2715: Əgər meyyitin varisi ancaq bir əmi ya bir bibi olsa, istər meyyitlə ata-anadan 
bir olsun, istər atadan bir olsun, istərsə də anadan bir olsun, malın hamısı ona çatar. Əgər 
bir neçə əmisi, ya bir neçə bibisi olsa və hamısı ata-anadan, ya atadan, ya anadan bir olsa, 
malı öz aralarında bərabər böləcəklər. Əgər həm əmi və həm bibisi olsa, əmi bibidən iki 
dəfə çox aparacaq. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 2716: Əgər meyyitin varisi əmi və bibi olsa və onların bə`zisi atadan, bə`zisi anadan, 
bə`zisi isə ata-anadan bir olsa, atadan bir olan əmi və bibi irs aparmaz. Məsələn əgər 
meyyitin ana tərəfdən bir əmisi, ya bir bibisi olsa, malı altı yerə böləcəklər, onun bir 
hissəsini anadan bir olan əmi ya bibiyə, qalanı isə ata-anadan bir olan əmi və bibiyə, onlar 
olmayan halda isə atadan bir olan əmi və bibiyə verəcəklər. Əgər anadan bir olan həm 
əmisi və həm bibisi olsa, malı 3 yerə böləcəklər. İki hissəsini ata-anadan bir olan əmi və 
bibiyə, onlar olmasa, atadan bir olan əmi və bibiyə, bir hissəsini isə anadan bir olan əmi və 
bibiyə verəcəklər. Əmi hər bir halda bibidən iki dəfə çox irs aparır. 
Məsələ 2717: Əgər meyyitin varisi ancaq bir dayı ya bir xala olsa, malın hamısı ona çatar. 
Əgər həm dayı və həm xalası olsa və hamısı ata-anadan ya atadan ya anadan bir olsalar, 
uzaq deyil ki, dayı xaladan iki dəfə çox aparsın. Lakin, bərabərçiliyə də ehtimal edilir, 
buna görə də, vacib ehtiyata görə artıq miqdarda sülh etməlidirlər. 
Məsələ 2718: Əgər meyyitin varisi ancaq anadan bir olan bir ya bir neçə dayısı, ya bir 
xalası, ata-anadan bir olan xalası və dayısı, həmçinin atadan bir olan dayı və xalası olsa, 
atadan bir olan xala və dayının irs aparmaması məhəlli-işkaldır. Hər halda anadan bir 
olan dayı və ya xalası bir nəfər olsa, 1/6-i, əgər bir neçə nəfər olsa, 1/3-i irs aparır, yerdə 
qalanı isə atadan ya ata-anadan bir olan dayı və ya xalaya çatır. Hər bir halda dayının 
xaladan iki dəfə çox irs aparması ehtimal verilir. Amma vacib ehtiyata görə sülh 
etməlidirlər. 
Məsələ 2719: Əgər meyyitin varisi bir ya bir neçə dayı, ya bir ya bir neçə xala, ya xala və 
dayısı və bir ya bir neçə əmi, ya bir və ya bir neçə bibi, ya əmi və bibisi olsa, malı 3 qismə 
böləcəklər. Bir hissəsini dayı ya xala, ya hər ikisi, qalanını isə əmi, ya bibi, ya hər ikisi 
aparar. Hər iki dəstənin malı necə bölüşdürülməsi yuxarıda deyildi. 
Məsələ 2720: Əgər meyyitin əmi, bibi, dayı, xalası olmasa, onların övladına veriləcək. Əgər 
bir bibi qızı və bir neçə dayısı oğlu olarsa, bibisi qızı 2/3-i qədər, dayısı oğlanları isə 1/3-i 
aparır və öz aralarında bölürlər. Bu dəstə (dayının, əminin, bibi və xalanın övladları) 
meyyitin ata və ya anasının əmisi, bibisi, dayısı və xalasından irəlidir. 
Məsələ 2721: Əgər meyyitin varisi, atasının əmi, bibi, dayı və xalası, həmçinin onun 
anasının əmi, bibi, dayı və xalası olsa, malı üç yerə böləcəklər. Onun bir hissəsini meyyitin 
anasının əmisi, bibisi, dayısı və xalası irs aparacaqlar və məşhura əsasən malın, onların 
arasında bərabər bölünəcəyi yoxsa kişinin iki qadın payı aparmasında nəzər ixtilafı vardır. 
Vacib ehtiyat sülh etmələridir. Onun qalan iki hissəsini üç yerə böləcəklər: onun bir 
hissəsini meyyitin atasının dayısı və xalası öz aralarında eyni qayda ilə böləcəklər, o biri iki 
hissəni isə onun atasının əmisi və bibisi eyni qayda ilə böləcəklər. 
ƏR VƏ ARVADIN İRSİ 
Məsələ 2722: Əgər bir qadın ölsə və övladı olmasa, onun bütün malının yarısı ərinə, qalanı 
isə o biri vərəsələrə çatacaq. Əgər həmin ərdən, ya başqa ərdən övladı olsa, bütün malının 
dörddə biri ərinə, qalanı isə o biri vərəsələrə çatacaq. 
Məsələ 2723: Əgər bir kişi ölsə və övladı olmasa, malının 1/4-i arvadına, qalanı isə başqa 
vərəsələrə çatacaq. Əgər o qadından ya başqa qadından övladı olsa, malının 1/8 arvadına, 
qalanı isə başqa vərəsələrə çatacaq. Qadın evin yerindən, bağdan, əkindən və başqa 
yerlərdən irs aparmaz, nə yerin özündən, nə də onun qiymətindən. Həmçinin bina və ağac 
kimi havada (torpaqdan yuxarı) olan malın özündən irs aparmaz, amma onun qiymətindən 
irs aparar. Həmçinin, bağda, əkin sahəsində və başqa yerlərdə olan ağac, əkin və evlərin 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
hökmü də bu cürdür. Amma əri ölən zaman ağacın başında olan meyvələrin özündən irs 
aparır. 
Məsələ 2724: Əgər qadın irs aparmadığı şeylərdən, məsələn; məskunlaşmış evin yerini 
istifadə etmək istəsə, gərək başqa vərəsədən icazə alsın. Həmçinin, vərəsələr arvadın payını 
verməmiş, arvadın qiymətindən irs apara biləcəyi şeylərdən (məsələn; bina, ağac) onun 
icazəsi olmadan istifadə etməsi caiz deyildir. 
Məsələ 2725: Bina, ağac və buna bənzər şeylərin qiymətini müəyyən etmək istərlərsə, dəyər 
müəyyən edən mütəxəssislərin etdiyi kimi, onların olduqları yerin xüsusiyyətini nəzərə 
almadan nə qədər qiymət daşıdıqlarını hesab etməlidirlər. Onları yerdə qoparılmış fərz 
edərək və ya kirayəsiz olaraq o yerdə qalacaqları nəzərə alınaraq qiymətləri hesab 
edilməməlidir. 
Məsələ 2726: Kanal suyunun məcrası və s. yerin hökmünə aiddir, orada işlədilən kərpic və 
digər şeylər tikinti hökmündədir. Amma suyun özündən irs aparır. 
Məsələ 2727: Əgər meyyitin bir neçə arvadı olsa, belə ki, (ərin) övladı olmasa, malın 1/4-ni, 
əgər övladı olsa, malın 1/8-ni şərh olunduğu kimi, o qadınların arasında bərabər 
böləcəklər. Hətta ər onlardan heç biri ilə və ya bə`zisi ilə yaxınlıq etməmiş olsa belə. Amma 
ölümünə səbəb olan xəstəlik zamanı bir qadını nikah etmiş və onunla yaxınlıq 
etməmişdirsə, o qadın irs aparmaz və mehr haqqı da yoxdur. 
Məsələ 2728: Əgər qadın xəstə halında ərə getsə və o xəstəlik ilə ölsə, əri onunla yaxınlıq 
etməsə də, ondan irs aparır. 
Məsələ 2729: Əgər təlaq hökmlərində deyilən tərtib ilə bir qadına ric`i təlaq versələr və 
iddə əsnasında ölsə, ər ondan irs aparar. Həmçinin əgər ər o iddənin əsnasında ölsə, qadın 
ondan irs aparar. Amma əgər iddə keçəndən sonra ya bain iddəsində onlardan biri ölsə, o 
biri irs aparmaz. 
Məsələ 2730: Əgər ər, xəstə halında öz əyalına təlaq versə və on iki hilali ayı keçməzdən 
əvvəl ölsə, qadın 3 şərt ilə ondan irs aparar, istər ric`i təlaq olsun, istərsə bain: 
1. Bu müddətdə başqa ərə getməsin, ərə gedən halda irs aparmır. Hərçənd ehtiyat, sülh 
etmələridir. 
2. Təlaq, qadının istək və razılığı ilə olmamış olsun, əks təqdirdə, istər onun təlağı üçün 
ərinə bir şey vermiş olsun və ya verməsin, irs aparmaz. 
3. Ər qadına təlaq verdiyi vaxtda olan xəstəlik ilə ya başqa bir səbəbdən ölsə, beləki əgər o 
xəstəlikdən yaxşı olub başqa bir səbəbə görə dünyadan getsə, qadın ondan irs aparmaz. 
Amma ric`i təlaq iddəsində vəfat edibsə, irs aparar. 
Məsələ 2731: Ərin, öz qadınının geyməsi üçün aldığı paltar, qadının əynində olsa da, ərin 
ölümündən sonra ərin malındandır. Amma əgər qadının mülkiyyətinə keçiribsə (öz) malı 
olar. Qadının nəfəqə ünvanı ilə ərindən, libasları onun mülkiyyətinə keçirməsini tələb 
etməyə haqqı var. 
İRSİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ 
Məsələ 2732: Meyyitin Qur`anı, üzüyü və qılıncı, həmçinin geydiyi ya geymək üçün 
saxladığı paltarlar böyük oğlunun malıdır. Əgər meyyitin əvvəlki üç şeyi birdən çox olarsa, 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
məsələn; iki Qur`anı ya iki üzüyü çox olsa, vacib ehtiyat odur ki, böyük oğul onlardan 
başqa vərəsələr ilə sülh etsin. Rəhl, (Qur`an qoyulan taxta) tüfəng, xəncər və bu kimi 
silahların, qılıncın qını, Qur`anın qabı da onlara tabedir. 
Məsələ 2733: Əgər meyyitin böyük oğlu birdən çox olsa, məsələn; onun iki arvadından eyni 
vaxtda iki oğlu olsa, gərək yuxarıda deyilən əşyaları öz aralarında bərabər bölsünlər. Bu 
hökm ondan böyük bacıları olsa belə, yalnız böyük oğula məxsusdur. 
Məsələ 2734: Əgər meyyitin borcu olsa, belə ki, borcu onun malı qədər ya ondan çox olsa, 
gərək böyük oğul onun malı olan və yuxarıdakı məsələdə deyildiyi əşyalardan onun 
borcuna versin ya da onların qiyməti qədərincə öz malından versin. Əgər meyyitin borcu 
malından az olarsa, böyük oğula çatan bir neçə əşyadan başqa, yerdə qalan malı, borcunu 
ödəməyə kifayət etməzsə, böyük oğul ya o əşyalardan ya da öz malından onun payına 
düşən nisbətlə gərək onun borcunu versin. Həmçinin lazım ehtiyat odur ki, deyilmiş şəkildə 
böyük oğul meyyitin borcunu ödəməkdə iştirak etsin, məsələn; əgər onun malı 60 manat 
olarsa və ondan 20 manat böyük oğlun malı olan şeylərdən olsa və 30 manat da borcu olsa, 
böyük oğul gərək o dörd şeydən 10 manat miqdarında meyyitin borcuna versin. 
Məsələ 2735: Müsəlman kafirdən irs aparar. Amma kafir, müsəlman meyyitin oğlu ya atası 
olsa da, ondan irs aparmaz. 
Məsələ 2736: Əgər bir şəxs, öz qohumlarından birini bilə-bilə və nahaqdan öldürsə, ondan 
irs aparmaz, amma əgər haqqlı olsa, məsələn, qisas, ya hədd icra olunması və ya müdafiə 
kimi olsa, irs aparar. Həmçinin əgər xəta üzündən olsa, məsələn; daşı havaya atsa və 
təsadüfən qohumlarından birinə dəyib öldürsə, ondan irs aparar, amma qətlin diyəsindən 
aqilənin verdiyi qədərdən irs aparmaz. Əgər qətl şibhi-qəsd olarsa, (yə`ni adətən qətlə 
səbəb olmayan, qətl qəsdi də olmayan, amma o işi öldürülənə nisbətdə yerinə yetirmək 
qəsdində olarsa) bu iş irsə mane olmaz. 
Məsələ 2737: Əgər irsi bölmək istəsələr, ana bətnində olan və diri dünyaya gəldikdə irs 
aparan, uşağın bir ya bir neçə olması, habelə qız və ya oğlan olması mə`lum olsa, hətta elmi 
vasitələrin köməyi ilə olsa belə, gərək onun payını saxlasınlar. Əgər mə`lum olmasa, iki və 
ya üç, olmasına mö`təbər ehtimal verirlərsə, ehtimal verilən uşaqların payını kənara 
qoymalıdırlar. Əgər sonradan, məsələn; bir oğlan və bir qız dünyaya gələrsə, artıq qalanını 
varislər öz aralarında böləcəklər. 
ƏLAVƏLƏR 
1-Banka pul qoymaq-borc almaq. 
Banklar üç növdür: 
1-Xüsusi banklar. Belə ki, onun sərmayəsi bir və ya bir neçə şəxsin sərmayə qoyması ilə 
təşkil olunur. 
2-Dövlət bankları. Onun sərmayəsi dövlət, malından təşkil olunur. 
3-Müştərək banklar. Belə ki, onun sərmayəsi həm dövlət həm də xüsusi sərmayədən təşkil 
olunur. 
Məsələ 1: Xüsusi banklardan borc edilən məbləğdən artıqlaması ilə verilməsi şərti ilə borc 
almaq, riba və haramdır. Əgər bir şəxs bu qaydada borc alarsa borcun özü səhih, şərt isə 
batildir. Şərtə əməl etmək adı ilə əlavə məbləğ almaq, yaxud vermək haramdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Ribadan qurtarmaq üçün müəyyən yollar qeyd etmişlər, o cümlədən: 
1-Borc alan şəxs, misal üçün, bankdan, yaxud onun vəkilindən müəyyən bir malı həqiqi 
qiymətindən on və, yaxud iyirmi faiz artıqlaması ilə alır və, yaxud hər hansı bir malı onun 
həqiqi qiymətindən az qiymətə banka satır və müamilə əsnasında şərt edilir ki, bank iki 
tərəfin razılaşdığı məbləği müəyyən bir müddətdə ona borc versin. Belə vəziyyətdə deyirlər 
ki, bankdan borc götürmək caizdir və riba deyildir. 
Lakin bu məsələ işkalsız deyildir və vacib ehtiyat ondan çəkinməkdir. Həmin məsələ hibə, 
icarə və sülhdə də borc vermək şərti ilə caridir. 
Əgər bir kəs bir mühabati müamilədə (həqiqi qiymətindən az qiymətə satmaq, yaxud 
ondan artıq qiymətə almaq) onun borcunu ödəməkdə möhlət verilməsini şərt edərsə də 
hökm eynidir. 
2-Borcu alverə çevirsinlər. Məsələn, bank müəyyən bir məbləği, misal üçün min manatı, 
min iki yüz manata nisyə olaraq iki aylığa satır. Bu cür hallarda borc verməyin həqiqəti 
ribalı olmadığına baxmayaraq müamilənin səhih olması məhəlli-işkaldır. 
Əlbəttə, bank müəyyən bir məbləği, məsələn min manatı, iki aylıq nisyə olaraq borc 
götürənə sata bilər və onun sonradan əldə edəcəyi qiymətini də başqa puldan min iki yüz 
manata, özü də onun bir puldan başqa pula çevrilməsinə sərf etdiyi əmək müqabilində verə 
bilər. O müddətdən sonra bank ondan borc alan şəxsdən tə`yin olunmuş pulu və, yaxud 
onun manatla olan əvəzini ala bilər ki, öz cinsindən başqası olsun və haram riba lazım 
gəlməsin. 
3-Bank müəyyən bir malı müəyyən məbləğə, misal üçün, min iki yüz manatı nisyə olaraq 
müştəriyə satır və sonra həmin məbləği nağd olaraq ondan az qiymətə, məsələn min 
manata alır. 
Bu formada olan müamilə də, əgər birinci müamilədə bank malı yenidən nağd olaraq onun 
nisyə qiymətindən az qiymətə aldığı halda, yaxud müqavilədən əvvəl şərt etdikləri və 
müqaviləni onun əsasında qurduqları halda səhih deyildir. Lakin əgər belə bir şərt 
qoyulmamış olarsa işkalı yoxdur. 
Qeyd etmək lazımdır ki, bu kimi yollar düz olsalar da belə, bank müamilələrində əsaslı bir 
hədəfi kerçəkləşdirmir. O da bundan ibarətdir ki, bank müəyyən olunmuş vaxtda borcun 
qaytarılması mümkün olmadıqda daha artıq pulu öz haqqının tə`xirə salınmasına görə 
tələb edə bilər. Çünki borclunun öz borcunu ödəməyi tə`xirə saldığı halda əlavə qazanc 
alınması haram ribadır. Hətta onu əqd əsnasında şərt kimi qoymuş olsalar belə. 
Məsələ 2: Dövlət banklarından, əlavə qazanc ödəməklə borc götürmək caiz deyildir. Çünki 
bu ribadır və onda rəhn qoyub-qoymamaq arasında heç bir fərq yoxdur. Əgər bir şəxs bu 
şərtlərlə dövlət banklarından borc götürərsə onun həm borcu, həm də şərti batildir. Çünki 
bank öz əlində olan malların sahibi deyildir ki, onu borc alanın mülkiyyətinə keçirə bilsin. 
Bu işkaldan qurtarmaq üçün borc alan şəxs nəzərdə tutduğu məbləği bankdan məchulul-
malik adı ilə götürə bilər. Əlbəttə, əhvət budur ki, bu işi şəriət hakiminin icazəsi ilə etsin. 
Və onu islah etmək üçün şəriət hakiminə müraciət etdikdən sonra ondan istifadə etsin. Bu 
halda bankın sonradan həmin məbləği və onun əlavə qazancını istər-istəməz əldə edəcəyini 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
bilmək heç bir işkal gətirmir. Əgər bank öz tələbini istəyərsə onu ödəmək caizdir. Çünki 
onu ödəməkdən boyun qaçırmaq olmaz. 
Məsələ 3: Xüsusi banklarda, onlara borc vermək mə`nasına olan əmanət qoyuluşu əlavə 
qazanc şərt olmadan caizdir. Bu mə`naya ki, borc verməyi bankı əlavə qazanc verməyə 
məcbur etməklə əlaqələndirməsinlər. Nəinki şəxsin özünün öz batinində bankın vermədiyi 
halda qazancı tələb etmək məqsədi olmasın; Çünki bir şeyi tələb etməyi nəzərdə tutmaq, 
şərt etməməklə bir yerə cəm ola bilər. Eləcə də tələb etməməyi nəzərdə tutmaq, şərt 
qoymaqla bir yerə yığışa bilər. Bir şəxs hər hansı bir şeyi şərt etmədən onu istəyə bilər, 
yaxud şərt edərək istəməyə bilər. 
Məsələ 4: Xüsusi banklarda, onlara borc vermək mə`nasına olan əmanət qoyuluşu əlavə 
qazanc şərti ilə caiz deyildir. Əgər bir kəs belə eləsə əmanət qoymağın özü səhih, lakin şərt 
batildir. Əgər bank əlavə qazancı ödəyərsə o, onlara malik olmaz. Amma əgər bank 
sahiblərinin, hətta şər`ən malik olmadıqlarını bildiyi halda onun bu qazancda təsərrüf 
etmələrinə razı olduqlarına xatircəm olsa onun təsərrüf etməsinin işkalı yoxdur və əksər 
hallarda da belə olur. 
Məsələ 5: Dövlət banklarında, onlara borc vermək mə`nasına olan əmanət qoyuluşu 
qazanc almağın şərt edilməsi ilə, caiz deyildir və o qazanc ribadır. Hətta, bu kimi banklara 
pul qoymaq, hərçənd qazanc almamaqla olsa belə şər`ən malın tələf edilməsi sayılır. Çünki 
bankdan sonradan alacağı şeylər bankın malı deyil, əksinə məchulul-malikdən sayılır. 
Buna əsasən, şəxsin il boyu əldə etdiyi qazanc və faydaların dövlət banklarına onun 
xumsunu vermədən qoyulması müşküldür (işkallıdır). Çünki onun bu mal-dövlətdən öz 
xərcləri üçün təsərrüf edilməsinin icazəsi vardır və onu tələf etməyə icazə verilmir. Əgər 
onu tələf edərsə onun xumsunu sahiblərinə zamindir. 
Məsələ 6: Qeyd olunan hallarda banklara sabit əmanətlə pul qoymaqda (ki, müddəti vardır 
və bankın onu daim olaraq pul qoyan şəxsin ixtiyarına qoymasına iltizamlı deyil) cari 
hesablar arasında (ki, bank onu pul qoyan şəxsin ixtiyarına verməyə iltizamlıdır) heç bir 
təfavüt yoxdur. 
Məsələ 7: Qeyd olunan hallarda müştərək banklar da dövlət bankları hökmündədir və 
onda mövcud olan mal-dövlətlər məchulul-malik hökmündədir və şəriət hakiminə müraciət 
etmədən onlardan istifadə etmək caiz deyildir. 
Məsələ 8: Xüsusi və dövlət banklarından borc almaq və ora pul qoymaq barəsində qeyd 
olunanlar İslam dövlət bankları ilə əlaqədar idi. Lakin əlavə qazanc əldə etmək məqsədi ilə 
sərmayələri, mal-dövlətləri möhtərəm sayılmayan kafirlərə məxsus olan banklarda 
qoymaq caizdir istər bu banklar xüsusi olsun, istər dövləti, istərsə də müştərək. Çünki 
onlardan riba almaq caizdir. Lakin onlardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq 
haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı ilə deyil, qənimət adı ilə bankdan alıb 
şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan təsərrüf etmək olar. Hərçənd 
onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə. 
2-E`TİBARLAR 
E`tibar iki növdür: 
1-Varidat üçün olan e`tibarlar. 
Xarici malları ölkəyə daxil etmək istəyən bir şəxs banka müraciət edərək e`tibar açılmasını 
istəyir. Nəticədə bank ona iltizam verir ki, ölkəyə gətirilən xarici əmtəələrin sənədlərini 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
e`tibar sahiblərinə təhvil versin və onun məbləğini əmtəəni ixrac edən şəxsin hesabına 
köçürsün. 
Malı ixrac edənlə müamilə yazışma, yaxud ölkədə mövcud olan vəkilə müraciət etməklə 
tamam olduqdan, eləcə də əmtəələrin keyfiyyət və kəmiyyətini bəyan edən listi aldıqdan, 
əmtəənin qiymətinin bir hissəsini bankın hesabına köçürdükdən sonra nəhayət bank 
sənədləri təhvil alır və əmtəələrin məbləğini satıcıya göndərir. 
2-İxracat üçün e`tibar. 
Bunun yuxarıdakı e`tibarla yalnız adda fərqi vardır. O da bundan ibarətdir ki, əmtəəni 
ölkədən xaricə ixrac etmək istəyir, xarici alıcı onunla rabitə bərqərar etmək üçün bankın 
yanında e`tibar açır ki, onun əsasında bank əmtəənin sənədlərini alıcıya təhvil verir və 
onun məbləğini yuxarıdakı mərhələləri keçdikdən sonra malı ixrac edənə verir. 
Bu iki növ e`tibarın nəticəsində həqiqətdə heç bir fərq yoxdur; e`tibar istər idxal üçün 
olsun, istərsə də ixrac üçün və bankın müştərinin borcunu ödəmək barəsində verdiyi 
iltizamdan yə`ni alınmış əmtəələrin qiymətini satıcıya və onun sənədlərini isə müştəriyə 
vermək barədə iltizamından ibarətdir. 
Əlbəttə bir növ e`tibar da mövcuddur. Belə ki, əmtəə ixrac edən şəxs əmtəələrin keyfiyyət 
və kəmiyyətini göstərən bir siyahını, idxal edən şəxslə heç bir müamilə baş vermədən 
banka, yaxud onu ölkə daxilindəki şö`bəsinə göndərir, bank da öz növbəsində o listi 
ehtimal verilən alıcılara göndərir. O şəxs listə qeyd olunan əmtəələri almaq istəyirsə 
bankdan e`tibar açılmasını istəyir və bank da əmtəələrin sənədlərini təhvil verib pulunu 
almağa iqdam edir. 
Məsələ 9: Zahirən yuxarıda qeyd olunan e`tibar növlərinin hamısının banklarda açılması 
və bu əməliyyatın banklar tərəfindən köçürülməsi caizdir. 
Məsələ 10: Bank e`tibar sahibindən iki cür qazanc əldə edir: 
1-Bankla əlaqədar xidmətlərdən əldə edilən qazanclar. Məsələn, borcun ödənilməsinə dair 
verdiyi iltizam, əmtəəni ixrac edənlə rabitə bərqərar etmək və onun sənədlərini alıb alıcıya 
təhvil verməsi və sair kimi xidmətlər. 
Bu cür qazanc əldə etmək caizdir, çünki cüalə əqdi sırasında yerləşir. Yə`ni e`tibar sahibi 
müəyyən bir məbləği etdiyi xidmətlər müqabilində bank üçün tə`yin edir. Həmçinin onu – 
səhih olma şərtlərinə malik olduqda – icarə əqdində də daxil etmək olar. 
2-Bank malın qiymətini müştərinin hesabından deyil, öz malından ödəyir və müəyyən 
müddətə qədər müştərinin onu tələb etməməsi müqabilində ödəmiş olduğu məbləğin 
məcmusundan müəyyən faizi qazanc kimi əldə edir. 
Deyilmişdir ki, bu cür qazanc əldə etməyi belə səhih hesab etmək olar ki, bank e`tibar 
sahibinə pul borc vermir ki, borc əqdi ilə onun mülkiyyətinə keçsin və riba hasil olsun; 
əksinə, bank müştərinin istəyi ilə onun borcunu başqasına ödəyir. Buna əsasən itlaf (tələf 
etmə) qanununa müvafiq olaraq e`tibar sahibinin zəmanəti qəramət zəmanətidir və bu, 
borc zəmanəti deyil ki, qazanc alınması haram olsun. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Amma aydındır ki, e`tibar sahibi yalnız özünün banka olan borcunun əslinə zamindir. 
Deməli, bank tərəfindən onun ödənməsi üçün möhlət verilməsi müqabilində müəyyən 
qədər qazanc alınması haram ribadır. 
Əlbəttə, əgər e`tibar sahibi, bank tərəfindən borcun ödənilməsi müqabilində borcun əslini 
və onun müddətli olan qazancını, misal üçün iki aya, cü`l ünvanı ilə qərar verərsə bu əqd 
cüalə müqaviləsinə daxil olacaqdır və bu surətdə onun səhih olması dəlilsiz (əsassız) 
deyildir. 
Həmçinin bu müamilənin ribalı olmasından qurtarmaq və qazanca səhihlik vermək üçün 
onu bey` (alver) əqdinə daxil etmək olar. Çünki bank malın qiymətini xarici pul dəyərində 
onu ixrac edən şəxsə ödəyir, həmin miqdar xarici pulu da müştərinin zimməsində ölkədə 
yayılmış pul məbləğinə sata bilər ki, o pulun müadili (bərabəri) və qazancı nəzərdə 
tutulmuş olsun. Səmən və müsmənin cinsləri müxtəlif olduğuna görə heç bir işkalı yoxdur. 
Yuxarıda qeyd olunan halların hamısı o yerdədir ki, hesab tərəfi olan bank xüsusi olsun. 
Amma dövlət və, yaxud müştərək bank olarsa borc istəyən e`tibarı məchulul malik 
malından ödədiyinə görə şəxsən özü banka borclu olmur. Buna görə də borcun əslini onun 
qazancı ilə yanışı ödəməyə dair iltizam vermək haram riba qəbilindən sayılmır. 
3-Əmtəənin saxlanması 
Bə`zi vaxtlar bank malın ixrac edəndən idxal edənə çatdırılmasında bir vasitə olur və onu 
idxal edənin hesabına saxlayır. Belə ki idxal edənlə ixrac edən arasında müqavilə 
bağlandıqdan, malın qiyməti ödəndikdən və qəbz alındıqdan sonra bank onun sənədlərini 
idxal edən şəxs üçün göndərir və onu malın çatmasından xəbərdar edir, idxal edən şəxsin 
malı təhvil almaqda tə`xirə yol verdiyi zaman onu həmin şəxsin tərəfindən saxlayır və onun 
müqabilində müəyyən ücrət alır. Həmçinin malı ixrac edən şəxs də idxal edən şəxslə heç bir 
müqavilə bağlmadığı halda bank üçün müəyyən mal göndərir, bank malın göndərildiyi 
siyahını ehtimal verilən alıcı üçün göndərir. Əgər onlar malı almasalar onu saxlaması 
müqabilində ixrac edən şəxsdən müəyyən qədər ücrət ala bilər. 
Məsələ 11: Əgər malın saxlanması bankın qazancından ixrac edən, yaxud idxal edən şəxsin 
istəyi ilə olsa və ya müqavilə əsnasında şərt edilmiş olsa-hətta bu şərt deyilməmiş olsa və 
zehnlərdə olsa belə bank üçün o malları saxlamaq müqabilində ücrət almaq caizdir, əks 
halda belə bir şeyi almağa haqqı yoxdur. 
4-TƏRK OLUNMUŞ MALLARIN SATILMASI 
Bə`zən mal sahibləri bankı malın varlığından xəbərdar etdikdən sonra onu təhvil almaq və 
banka ücrət verməkdən çəkinirlər. Bank həmin malı satır və onun qiymətindən öz haqqını 
götürür. 
Məsələ 12: Yuxarıda qeyd olunan halda bank üçün malı satmaq, başqaları üçün isə onu 
almaq caizdir. Çünki aşkar şəkildə deyilmiş, yaxud zehnlərdə mə`lum olan şərtin tələbinə 
görə bu kimi hallarda mal sahibləri öz malını təhvil alaraq bankın haqqını verməklə 
əlaqədar şərti pozduqda bank onların tərəfindən həmin malı satmağa vəkildir. Əgər onun 
satışı caizdirsə, alınması da caizdir. 
5- BANK VƏKALƏTİ 
Bə`zən bir, ya bir neçə şəxs müştərək olaraq dövlət, ya qeyri-dövlət mərcəyi müqabilində 
razılaşırlar ki, müəyyən bir layihəni işləsinlər. Məsələn, müəyyən bir mədrəsə, yaxud 
poliklinika, yaxud körpü tiksinlər. Belə hallarda bə`zən elə olur ki, kimin üçün iltizam 
verilibsə, iltizam verən şəxsdən istəyir ki bu layihənin icra olunmasına müəyyən zəmanət 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
versin və onun tə`yin olunmuş zamanda icra olunmadığı təqdirdə dəyən xəsarətləri ödəsin. 
Öz verdiyi iltizama riayət edəcəyinə əmin olmaq üçün iltizam verən şəxsdən bu barədə bir 
kəfil də istəyir. Belə olan hallarda iltizam verən şəxs banka müraciət edir ki, kəfil olmaq 
barəsində sənəd versin və onun əsnasında kəfil olsun ki, iltizam verən şəxsin qərara alınmış 
möhlət zamanında icra etmədiyi və tə`yin olunan xəsarəti ödəmədiyi təqdirdə bank o 
xəsarətləri ödəməyi zamin olur. 
Məsələ 13: Bankın iltizam verən şəxsin layihəni icra etməkdən, yaxud dəyən xəsarəti 
ödəməkdən boyun qaçırdığı surətdə layihə sahibinə istədiyi müəyyən bir məbləği verməsi 
əsasında olan iltizamı bir növ mali kəfalətdir (bu, müamilə bölmələrində deyilən istilahi 
kəfalətin müqabilindədir; belə ki, bir şəxs üzərində haqqı olan başqa şəxsi çağırmaqla 
əlaqədar iltizam verir). 
Mali kəfalətin zamin olmaqla fərqi bundan ibarətdir ki, zəmanətdə zamin duran şəxsin 
zimməsi zəmanət verilən malın zamin olunmuş şəxsin xeyrinə təhvil verilməsi əsasında 
məşğul olur. Əgər ona əməl etmədən ölərsə, tərəkəsi (irsini) bölüşdürülməmişdən əvvəl 
ondan götürülür. Halbuki mali kəfilin zimməsi məkfulun ləhin borcunu ödəməklə məşğul 
deyildir. Əksinə onu ödəməyə məşğuldur və əgər onu ödəməzdən əvvəl ölərsə, vəsiyyət 
etdiyi hal istisna olmaqla onun tərəkəsindən heç bir şey götürülməz. 
Kəfalət əqdi, kəfilin icabı (qəbul etməsi), iltizam verməsini göstərən hər bir şeylə istər 
məkfulun ləhin sözü, istərsə yazısı, istər əməli, qəbulu olsun, onun razılığını çatdıran hər 
bir şeylə səhihdir. 
Məsələ 14: Bank üçün layihənin icra olunması əsasındakı kəfalət müqabilində verdiyi 
iltizamdan müəyyən muzd alması caizdir və bu müqaviləni cüalə qəbilindən hesab etmək 
olar. Belə ki, iltizam verən şəxs bankın kəfil olması müqabilində onun üçün bir cüalə tə`yin 
edir və bu halda bank üçün həmin məbləği alması halaldır. 
Məsələ 15: Əgər iltizam verən şəxs təyin olunmuş müddət ərzində layihənin icra 
olunmasına xilaf çıxarsa, sahibkara iqrar etdiyi xəsarətin ödənilməsindən imtina edərsə və 
onun kəfili olan bank istənilən məbləği sahibkara versə bank iltizam verən şəxsə müraciət 
edə bilər. Çünki bankın kəfalət və iltizamı məhz iltizam verən şəxsin istəyi ilə olmuşdur və 
o, öz verdiyi iltizamın nəticəsində banka dəyən xəsarətlərə zamindir. Buna görə də bank 
ona müraciət edib xəsarətləri ondan tələb edə bilər. 
6- SƏHMİYYƏNİN (VAUÇER) SATILMASI 
Bə`zən səhmdar şirkətlər bankları öz səhmlərinin satılmasında bir vasitə qərar verirlər, 
banklar da müəyyən bir ücrət almaq müqabilində qeyd olunan şirkətlərin tərəfindən bir 
nümayəndə kimi onların səhmlərini satmağa başlayır. 
Məsələ 16: Bankla edilən bu cür müamilə caizdir. Çünki həqiqətdə ya icarəyə daxildir, belə 
ki, şirkət bankı müəyyən etdiyi muzd müqabilində bu işi görməyə əcir edir, yaxud da cüalə 
qismindən hesab etmək olar. Hər iki halda müamilə səhihdir və bank bu işi yerinə 
yetirdiyinə görə əmək haqqı (muzd) almağa haqlıdır. 
Məsələ 17: Bu səhmlərin alınıb satılması səhihdir. Əlbəttə, əgər səhmdar şirkətlərin 
müamiləsi haram olsa, məsələn, şərab alverinə, yaxud ribalı müamilələrə girişsələr, onun 
səhmlərini almaq və bu müamilədə iştirak etmək caiz deyildir. 
7-Qərzə (istiqraz) vərəqələrinin satışı 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Qərzə (istiqraz) vərəqələrini əlaqədar qanuni mərkəzlər müəyyən rəsmi qiymətə və 
müəyyən müddətə çıxarır və onu rəsmi qiymətindən ucuz satır. Məsələn, rəsmi qiyməti min 
manat olan bir şeyi doqquz yüz əlli manata nağd olaraq satır, bu şərtlə ki, onu sonrakı il 
min manata alsın. Bə`zən bank müəyyən muzd almaq müqabilində bu vərəqələrin satışını 
öhdəsinə götürür. 
Məsələ 18: Bu müamilə iki mümkün halda baş verə bilər: 
1-Sənədi çıxaran şəxs həqiqətdə onun alıcısından doqquz yüz əlli manatı (yuxarıdakı 
misaldakı kimi) borc alıb müəyyən müddət başa çatdıqdan sonra sənədi alan şəxsə min 
manat qaytarır. Doqquz yüz əlli manat malın əsli, əlli manat isə ona əlavə olunan. Bu iş 
riba və haramdır. 
2-Sənədi çıxaran şəxs min manatlıq bir sənədi (müəyyən müddətdən sonra ödənilə bilər) 
nağd olaraq doqquz yüz əlli manata satır. 
Bu hal baxmayaraq ki, həqiqətdə ribalı borc deyil, lakin qeyd olunduğu kimi, müamilənin 
səhihliyi məhəlli işkaldır. 
Nəticə alınır ki rəsmi mərkəzlərin müamilə etdiyi bu kimi vərəqlərin satışını səhih hesab 
etmək olmaz. 
Məsələ 19: Bankların bu kimi vərəqləri alıb-satması caiz deyildir. Həmçinin bu iş üçün 
əmək haqqı almaq da caiz deyildir. 
8-DAXİLİ VƏ XARİCİ HƏVALƏLƏR 
Məsələ 20: Şəriət fiqhi istilahında həvalə bu mə`nayadır ki, həvalə verən şəxsin boynunda 
olan borclar, o şəxs ki, ona həvalə olunur onun boynuna keçir. Lakin burada daha ümumi 
mə`nada işlənir. Bank həvalələrinin nümunələri aşağıdakılardan ibarətdir: 
1-Bank öz müştərisinə həvalə çıxarmaq əvəzində qəbul edir ki, onun ölkənin daxilində, 
yaxud xaricdə olan vəkilindən müəyyən bir məbləği müştərinin hesabına – əgər bankda 
hesab nömrəsi olsa köçürsün və onun müqabilində müəyyən qədər əmək haqqı alsın. 
Zahirən bu cür əmək haqqını almaq caizdir. Çünki bankın haqqı vardır ki, bankdan qeyri 
yerlərdə öz borcunu müştəriyə verməsin. Buna əsasən öz haqqından keçmək və başqa bir 
yerdə borcu ödəmək müqabilində əmək haqqı almaq caizdir. 
2-Bank elə bir şəxs üçün bir həvalə verir ki, onun əsasında şəxs müəyyən məbləği başqa bir 
bankdan daxildə ya xaricdə müştərinin onda hesab nömrəsi olmadığı bir vaxt borc adı ilə 
götürsün. Bank da bu işi görməsi müqabilində müəyyən qədər muzd alır. 
Zahirən caizdir ki, bank bu cür həvalə vermə müqabilində muzd alsın. Çünki birinci bank 
ikinci bankı birinci bankın ikinci bankın hesabında olan mal-dövlətindən, ya hesabından 
şəxsə borc vermə işi müqabilində vəkil etmək üçün zəhmət haqqı əldə edir. Bu da məhz 
borc verməyin müqabilində zəhmət haqqı almaq deyil ki, haram olsun. Əksinə borc 
verməkdə başqasını vəkil etmək müqabilində müəyyən bir məbləğ almaqdır. Buna görə də 
borc vermək müqabilində əmək haqqı vermək və onunla əlaqədar deyil əksinə borcda vəkil 
tutmaq üçündür, buna görə də heç bir işkalı yoxdur. 
Əgər həvalədə qeyd olunan məbləğ xarici pul olsa bank üçün başqa haqq da yaranır, belə 
ki, borclu şəxsin zimməsi həvalədə qeyd olunan xarici pulun dəyərini ödəməyə məşğul olur 
və onu ödəməyə iltizamlı olur. Buna görə də əgər bank bu haqdan keçsə və borclunun onun 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
qədərincə olan ölkə daxilindəki pullardan verməyini qəbul etsə, caizdir ki, öz haqqından 
belə güzəştə getmə müqabilində müəyyən məbləğdə pul alsın. Həmçinin onu, artıqlaması ilə 
ölkə daxilində olan pula çevirə bilər. 
3-Şəxs müəyyən bir məbləği, məsələn Nəcəfi-Əşrəfdəki bir banka təhvil verib və həvalə alır 
ki, onun əsasında həmin məbləği, yaxud onun dəyərini (bərabərini) Kərbəlada, yaxud 
Livan kimi xarici bir ölkədə başqa bir bankdan alsın. Bank bu xidmət müqabilində 
müəyyən qədər zəhmət haqqı alır. Bu fərz iki cür təsəvvür olunur: 
1-Şəxs ölkə daxilində işlənən pulun müəyyən məbləğini öz pulunun dəyərində olan xarici 
pul məbləğinə satır və həvalə almaq və bank xidmətləri üçün müəyyən qədər əmək haqqı 
da ödəyir. Bu halda işkalı yoxdur və bunun oxşarı yuxarıda qeyd olundu. 
2-Şəxs müəyyən bir məbləği banka borc verir və şərt edir ki, daxildə ya xaricdəki bir 
banka həvalə çıxarmaq müqabilində müəyyən əmək haqqı ödəsin. Bu halda olan işkal 
bundan ibarətdir ki, həvalə vermək möhtərəm bir əməldir və maliyyətə malikdir. Onu borc 
verən şəxs tərəfindən onun borc alan şəxsə icra olunması eynilə o şərt kimidir ki, mali 
dəyəri olsun və şərən haram olsun. Lakin xüsusi rəvayətlərdən aydın olur ki, borc verən 
şəxs borc alan şəxsə belə şərt qoya bilər ki, borcunu başqa bir yerdə ödəsin. Deməli, həvalə 
verməyi də şərt edə bilər. Əgər bu şərt pulsuz olaraq caizdirsə müəyyən qədər əmək haqqı 
vermək müqabilində də sözsüz ki, caizdir. 
4-Bir şəxs, misal üçün Nəcəfi-Əşrəfdə olan bankdan müəyyən bir məbləğ götürür, onun 
müqabilində banka həvalə verir ki, ödənəcək pulun bərabərini başqa bir bankdan – 
daxildə, ya ölkə xaricində götürsün bank da bu həvaləni qəbul etmək müqabilində əmək 
haqqı alır. 
Bu fərz də iki surətdə təsəvvür olunur: 
1-Bank bir şəxsə ölkə daxilində işlənən müəyyən məbləğ pul verir və onun müqabilində 
olan xarici pulu və əlavə olaraq əmək haqqı satır və müştəri də bankı, o pulu almaq üçün 
başqa bir banka həvalə edir. Bu surətdə caizdir. 
2-Bank müəyyən bir məbləği bir şəxsə borc verir, onun borcunu başqasının zimməsinə nəql 
etdirmək və başqa bir yerdə həmin məbləği almaq müqabilində müəyyən qədər əmək 
haqqı almasını şərt edir. Bu halda ribadır. Çünki borcdan artıq almağı şərt etmək 
qəbilindədir, hətta həvalə vermə əməliyyatı müqabilində olsa belə. 
Əlbəttə, əgər bu hadisə əvvəldən şərt olmadan olarsa, belə ki, əvvəlcə şəxs bankdan 
müəyyən qədər borc alsın, sonra öz borcunu ödəmək üçün bank, ona əvvəlcədən pul verən 
şəxsi başqa bir banka həvalə versin və bank bu həvalə vermək müqabilində əmək haqqı 
tələb etsin. Bu surətdə onun verilməsi caizdir. Çünki bankın borcu başqa bir banka nəql 
etdirmək və borc alanın şərtini qəbul etməkdən imtina etməyə haqqı vardır. Buna görə də 
bu haqqdan güzəştə getmək müqabilində müəyyən məbləğ ala bilər. Bu tələbkarın öz 
pulunun tə`xirə salınması müqabilində aldığı məbləğ qəbilindən deyildir ki, riba olsun; 
əksinə, bank bu məbləği (borcu) başqasının zimməsinə nəql etdirmək və onu başqa bir 
yerdə almaq müqabilində əldə edir, buna görə də işkalı yoxdur. 
Məsələ 21: Bə`zən bir həvalənin əsnasında iki həvalə olur. Məsələn, borclu şəxs öz 
tələbkarını onun adına bir çek yazmaqla banka həvalə edir və bank da həmin çekdə dərc 
olunan məbləği tələbkarın yaşadığı şəhərdəki şö`bəyə, yaxud başqa bir banka göndərir ki, 
tələbkar qeyd olunan məbləği orada alsın. Burada həqiqətdə iki həvalə ilə rastlaşırıq: 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
1- Birincisi budur ki, borclu şəxs öz tələbkarını banka həvalə edir, beləliklə də bank o şəxsə 
borclu sayılır. 
2-İkincisi budur ki, bank qeyd olunan məbləği almaq üçün tələbkarı öz şö`bələrindən 
birinə, yaxud başqa bir banka göndərir. 
Birinci həvalədəki bankın rolu həvaləni qəbul etmək, ikincidə isə həvalə çıxarmaqdır. Hər 
iki həvalə də şər`ən səhihdir, lakin əgər bankın öz şö`bəsinə həvalə verməsi eynilə həvalə 
verən bankın zimməsi olsa, fiqhi istilahda ona həvalə deyilməz, çünki onda borcun bir 
yerdən başqa yerə nəql olunması baş verməmiş olur, əksinə həqiqətdə bank öz vəkilindən 
istəmişdir ki, şəxsin tələbini nəzərdə tutulan yerdə versin. 
Hər halda caizdir ki bank yuxarıdakı işləri yerinə yetirdiyinə görə hətta bankda hesabı 
olan şəxsin həvaləsini qəbul etmək qarşısında belə, əmək haqqı tələb etsin. Çünki bu həvalə 
borcluya həvalə vermək qəbilindəndir ki, onu qəbul edə bilər. Bu halda əmək haqqı almağa 
icazəlidir. 
Məsələ 22: Həvalənin qismləri və onun şər`i hökmlərində qeyd olunanlar eynilə şəxslərə 
verilən həvalədə də doğrudur. Belə ki, şəxs müəyyən bir məbləği bir şəxsə verib və ondan 
başqa bir şəhər üçün həvalə ala bilər və onun müqabilində də müəyyən qədər əmək haqqı 
ala bilər, yaxud müəyyən bir məbləği bir kəsdən alıb, onu başqa bir şəxsə həvalə verə bilər 
ki bunun müqabilində də əmək haqqı alsın. 
Məsələ 23: Qeyd olunanlarda həvalənin borclu şəxsə, ya qeyrisinə olması arasında heç bir 
fərq yoxdur. Birincisi belə ola bilər ki, həvalə edilən şəxsin yanında mali hesabı olsun, 
ikincisi odur ki, belə olmasın. 
9-Bank mükafatları. 
Bə`zən banklar ona əmanət olaraq qoyulan pul sahibləri arasında püşk atır və onları 
banka daha çox pul qoymağa təşviq etmək üçün adları çıxan şəxslərə müəyyən mükafat və 
hədiyyələr verir. 
Məsələ 24: Görəsən bankların bu işi düzdürmü? Bu məsələnin bir qədər izaha ehtiyacı 
vardır. Belə ki, əmanət qoyan şəxs əmanət qoyma işini püşk atmaya şərtləndirməyibsə və 
banklar sadəcə olaraq onların təşviq edilməsi, banklara daha çox pul qoyulması və 
başqalarının hesab açmağa təşviq edilməsi üçün bu işi görmüş olarsa, bu iş caizdir eləcə də 
püşkdə adları çıxanların həmin mükafatları alması da caizdir. Amma əhvətə əsasən əgər 
müştərək, yaxud dövlət bankları olarsa, məchulul-malik mal ünvanı ilə onları alıb təsərrüf 
etmək üçün şəriət hakimindən icazə almalıdır. Amma bank xüsusi olarsa hədiyyələri alıb 
onlardan istifadə etmək caizdir və şəriət hakiminə müraciət etməyə ehtiyac duyulmur. 
Lakin banka pul qoyanlar öz pul qoymalarını əqd və başqa şey əsnasında püşk atmaqla 
şərtləndirmiş olsalar, bank da bu şərti icra etmək məqamında püşk atmış olarsa bu iş caiz 
deyildir. Eləcə də bu halda adına püşk çıxmış şəxsin hədiyyələri alması əgər şərtə əməl 
etmək ünvanı ilə olsa caiz deyil amma bu şərt olmazsa caizdir. 
10-Səftənin KÖÇÜRÜLMƏSİ. 
Bank xidmətlərindən biri də öz müştərisinin nümayəndəsi olaraq səftənin hesaba 
köçürülməsidir. Belə ki, onun vaxtı çatmazdan qabaq bank, səftəni imza edən şəxsi, vaxtın 
çatmasından və onun miqdarından xəbərdar edir ki, onu ödəmək üçün hazırlaşsın. Bank, 
səftənin məbləğini əldə edəndən sonra onu öz müştərisinin hesabına köçürür, yaxud nəqd 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
olaraq ona verir, əvəzində isə əmək haqqı alır. Həmçinin bank öz müştərisinin 
nümayəndəsi kimi, çekin də hesaba köçürülməsi ilə əlaqədar onun şəhərində, yaxud başqa 
şəhərdə bu işi görür, çek əlində olan şəxs onun hesaba köçrülməsini istəmədiyi vaxt onun 
tərəfindən nümayəndə kimi hesaba tökür və bu xidmətin müqabilində də muzd alır. 
Məsələ 25: Səftənin hesaba köçürülməsi və bunun müqabilində əmək haqqı alınmasının bir 
neçə forması vardır: 
1-Səftədən istifadə edən onu, həvalə edilmədiyi bir banka verir, müəyyən qədər əmək haqqı 
vermək müqabilində həmin məbləğin hesaba köçürülməsini istəyir. 
Zahirən bu xidmət və onun müqabilində əmək haqqı almaq cizdir, bu şərtlə ki, bank yalnız 
səftəni hesaba köçürsün. Lakin onun ribalı qazancını hesaba köçürmək caiz deyildir. Bu iş 
müqabilindəki əmək haqqını fiqhi nəzərdən cüalə hesab etmək olar ki, bunun əsasında 
tələbkar öz tələbinin hesaba köçürülməsini bank yolu ilə istəyir. 
2-Səftədən istifadə edəni onu, həvalə edildiyi banka təqdim edir, lakin bank onu imza edən 
şəxs qarşısında borclu deyil və, yaxud ona həvalə edilən puldan başqa bir pul borclu olur. 
Belə olan halda caizdir ki, bank bu həvaləni qəbul etmə müqabilində (əvvəlki halda qeyd 
olunan şərtlərlə yanaşı) əmək haqqı alsın. Çünki borclu olmayan şəxsə həvaləni qəbul 
etmək və, yaxud həvalədə qeyd olunan şeydən başqa bir cinsə borclu olsa vacib deyildir. 
Buna görə də bu haqqdan güzəştə getmək və xidmət işlərini yerinə yetirmək üçün bir şey 
almağın işkalı yoxdur. 
3-Səftəni imza eləyən şəxs o pulu bankın nəzdində olan hesabından verməyə işarə edərək 
onu banka həvalə edir ki, vaxtı çatan zaman onun hesabından çıxılsın və o məbləğ səftəyə 
malik olan şəxsin hesabına köçürülsün, yaxud nəqd olaraq ona verilsin. Belə olan halda 
səftəni imzalayan öz tələbkarını, özünün borclu olduğu banka həvalə etmiş olur. Buna görə 
də borcluya həvalə etmə qəbilindəndir. Həvalə edilən şəxsin (bankın) bu həvalə ilə 
razılaşmaması lazım deyildir və bank tərəfindən onun qəbul olunmadığı halda da nüfuzlu 
deyildir. Buna görə də bank üçün caizdir ki, bu həvalənin, eləcə də həvalə verənin borcunu 
ödəmək müqabilində müəyyən qədər zəhmət haqqı alsın. 
11-Pul alveri 
Bankların işlərindən biri də pul alveri, eləcə də öz müştərilərinin, xüsusilə xarici mal 
gətirən müştərilərin ehtiyaclarını tə`min etmək üçün kifayət qədər pulu dəyişdirmək və pul 
alveri işlərini yerinə yetirməkdir ki, nəticədə pulun alış və veriş qiymətlərinin fərqli 
olmasından qazanc əldə edir. 
Məsələ 26: Pulun bazar qiymətinə və, yaxud ondan az, ya daha çox qiymətə alveri istər 
nəqd olsun, istərsə də müddətli, səhihdir. 
12-ARTIQ GÖTÜRMƏK 
Hər kəsin banklarda cari hesabı olsa, oraya qoyduğu puldan artıq olmayan bir məbləği 
oradan götürə bilər. 
Bə`zən bank e`timad etdiyi bə`zi hesab sahiblərinə icazə verir ki, malik olduqları puldan 
artıq götürsün. Bu işə «artıq götürmə» deyilir. Bank bu yolla özü üçün müəyyən məbləğdə 
qazanc nəzərdə tutur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 27: Artıq götürmək həqiqətdə əlavə qazanc qaytarmaq məqsədi ilə bankdan borc 
götürməkdir və nəticədə ribalı və haram borcdur. Bankın əlavə məbləğdən götürdüyü 
qazanc ribalı və haram qazanclardan sayılır. 
Əlbəttə, əgər bank dövləti, ya müştərək bank olsa onların əlavə götürmələri borc ünvanı ilə 
deyil, əksinə məchulul-malikin malını əldə etmək üçün olsa (əvvəlki məsələdə deyilən yolla) 
işkalı yoxdur. 
13-Tənzili bərat 
Bir neçə müqəddimə 
1-Alverin borc vermə ilə müxtəlif fərqləri vardır, o cümlədən: 
1-Bey` (alver) bir əvəz müqabilində malın eynini alıcının mülkiyyətinə keçirməkdir. 
Halbuki, borc misli olduqda malın mislini, qiymi olduqda isə qiymətini ödəməyə iltizam 
verməsi müqabilində malı mülkiyyətə keçirməyə deyilir.[8] 
2-Ribalı bey` ümumiyyətlə batildir, amma ribalı borcda onun əsli səhihdir, lakin artıq 
alınan hissə batildir. 
3-Borcda əlavə alınması şərt olunan hər bir şey riba və haramdır. Amma bey`də belə 
deyildir, ölçü və çəki ilə satılan şeylərdə (peymanə, yaxud çəki ilə müamilə olunan 
əşyalarda) əgər bir cinsdən olsalar, artıq alınan miqdar mütləq şəkildə haramdır. Amma 
cinsləri müxtəlif olsa, yaxud ölçü və çəki ilə satılanlardan olmasa, bu halda əgər müamilə 
nəqdi olarsa artıq alınan riba deyil, müamilə də səhihdir. Lakin əgər müamilə müddətli 
olsa məsələn yüz yumurtanı sonradan təhvil verəcəyi yüz on yumurtaya satsa, yaxud iyirmi 
kilo düyünü bir aydan sonra təhvil alacağı qırx kilo buğdaya satsa bu mümilənin ribalı 
olmamasında işkal vardır, ehtiyat vacib ondan uzaq olmaqdır. 
İkincisi; Əskinaslar sayılanlardan (mə`dud) hesab olunduğuna görə onların artığına ya 
əskiyinə satılması, yaxud dəyişdirilməsi bir cinsdən olmazsa və nəqdi və nisyə olarsa 
caizdir. Lakin əgər bir cinsdən olsalar onların artığına satılması yalnız nəqd olduqda 
caizdir. Amma onların nisyə satılması yuxarıda da qeyd olunduğu kimi, işkalsız deyildir. 
Buna əsasən, misal üçün, on İraq dinarı borc verən şəxs öz borcunu ondan az məsələn 
doqquz nəqd dinara sata bilər. Həmçinin caizdir ki, onu öz qiymətindən az başqa pula 
məsələn doqquz İordoniya dinarına nəqd ya nisyə olaraq satsın. 
Üçüncüsü; Bazar tacirləri arasında geniş yayılmış səftələrin (əskinaslar kimi) mali e`tibarı 
yoxdur və sadəcə olaraq borcunu isbat etmə sənədi hesab olunur. Və bunu göstərir onda 
dərc olunan məbləğ onu imza edən şəxsin zimməsində və o kəs üçündür ki, səftə onun 
adına çıxarılmışdır. Buna əsasən müamilələr onların özləri üzərində cərəyan etmir, əksinə 
o malların üzərində cərəyan edir ki, bu vərəqlər onların göstəricisidir. Həmçinin əgər 
müştəri satıcıya bərat, yaxud səftə verərsə malın qiymətini də ödəmiş olur. Buna görə də 
əgər o sənəd itərsə, yaxud satıcının yanında tələf olarsa onun malından tələf olmamışdır və 
müştərinin zimməsi borcdan xilas olmamışdır. Amma əgər əskinas hər bir qiymətə verilmiş 
olsa tələf olduqda bayenin (satıcının) malından tələf olur. 
Məsələ 28 : Səftələr iki cürdür. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
1-Həqiqi borcları göstərən səftələr. Belə ki, onu imza eləyən şəxs səftə kimi adına 
yazılmışsa, o şəxsə borclu olur. 
2-Qeyri-vaqei və zahiri borcun göstəricisi. 
Birinci halda tələbkar borclunun zimməsində olan öz müddətli tələbini naqd olaraq ondan 
az məbələğə sata bilər. Məsələn, əgər onun alacağı yüz manat olsa və onu doxsan manata 
nəqd olaraq satsa (əlbəttə, onun müdətli satışı caiz deyildir, çünki borcun borca satışıdır) 
və bundan sonra bank, yaxud başqa şəxs borcludan (səftəni imza edəndən) almağa haqlı 
olduğu zamanda onun qiymətini tələb edə bilər. 
Amma ikinci halda qeyri-həqiqi olan tələbkar üçün səftəni satmaq caiz deyildir, çünki 
həqiqətdə heç bir borc mövcud deyil və onu imzalayan şəxsin zimməsi də məşğul deyil, 
sadəcə olaraq tənzil üçün çıxarılmışdır. Buna görə də «dostluq səftəsi» adı ilə məhşurdur. 
Bununla belə, onun tənzilini də başqa şəkildə qanuni hesab etmək olar. Belə ki, səftəni imza 
eləyən şəxs istifadə edən şəxsi vəkil edir ki, səftənin miqdarını imza edənin zimməsində, 
başqa pula və onun qiymətindən ucuzuna satsın. Məsələn əgər səftə 50 İraq dinarı 
dəyərində olsa və onun həqiqi dəyəri 1100 manat olsa, istifadə edən imzalayan şəxsin 
tərəfindən vəkil olaraq əlli dinarı onun zimməsində 1000 manata satır. Bu müamilədən 
sonra səftəni imza edən şəxsin zimməsi əlli dinara məşğul olur və imza edənin mülkü olan 
min manatdan istifadə edən, onu alır. Sonra istifadə edən şəxs min manatı imza edənin 
vəkili olaraq öz boynunda olan əlli dinarın müqabilində onun özünə satır. Nəticədə onun 
zimməsi imza edən şəxs üçün, imza edənin banka borclu olduğu əlli dinar miqdarında 
borclu olur. 
Lakin bu yolun az faydası vardır. Çünki yalnız o hallarda faydalı olur ki, tənzil xarici pulla 
baş vermiş olsun. Amma ölkə daxilində işlənən pullara gəldikdə isə heç bir tə`siri yoxdur. 
Çünki onun bey ilə təshih olunması (sayla alverdə artığına satmanın işkalına diqqət 
yetirməklə) mümkün deyildir. 
Amma zahiri səftənin qiymətinin banka borc olaraq qoyulması, belə ki, borc alan və 
səftədən istifadə edən səftənin rəsmi qiymətindən az olan bir məbləği bankdan borc alsa və 
bankı səftəni imzalayana (ki, borclu deyildir), onun bütün qiymətinin hamısını köçürmək 
üçün həvalə etsə, bu haram ribadır. Çünki bankın səftənin məbləğinin bir miqdarının 
azaldılması şərti həqiqətdə artıq qazanc almadır və haramdır. Hətta, bu artıq alınan hissə 
möhlət verilməsi müqabilində olmasa, əksinə müəyyən bank əməliyyatları icrası 
müqabilində olsa, məsələn, borcun qeydə alınması və onun əldə edilməsi olsa belə. Çünki 
borc verənin haqqı yoxdur ki, borc alan şəxsə, onda onun özü üçün mali bir mənfəət olan 
şərt qoysun. 
Yuxarıdakı hökm xüsusi banklarla əlaqədardır. Amma dövləti, yaxud müştərək banklara 
gəldikdə isə riba müşkülündən xilas olmaq üçün belə əməl etmək olar ki istifadə edən, 
səftəni tənzil edərkən satmaq və borc etmək qəsdi olmasın, əksinə onun məqsədi məchulul 
malik olan bir malı əldə etmək olsun. Bu halda əhvət nəzərə əsasən şəriət hakiminin icazəsi 
ilə onu götürmək, sonra onda təsərrüf etmək və islah etmək üçün hakimə müraciət etmək 
olar. Hərgah müddətin axırında bank səftəni imza edənə müraciət etsə və onun qiymətini 
ödəməyə vadar etsə imza edən də ödədiyi şeylərin əvəzini almaq üçün istifadə edənə 
müraciət edə bilər. Belə ki, əgər onun istəyi ilə imza etmiş olsa. 
14-BANKDA İŞLƏMƏK 
Bank əməliyyatı iki cür olur: 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
1-Haram bank əməliyyatı; bu, ribalı müamilələrlə əlaqədar olan əməliyyatdır. Məsələn, 
onların icra olunmasında nümayəndəlik, onların qeydə alınması və onlara şəhadət 
verilməsi, alanın xeyrinə olaraq artıq ribalı qazanc almaq. Həmçinin, ribalı müamilələri 
olan şirkətlərin müamilələri ilə əlaqədar olan əməliyyatlar, yaxud şərab ticarəti ilə məşğul 
olanlar, onların səhmlərini satmaq, onlar üçün e`tibar açmaq haram əməliyyatlardan 
hesab olunur. 
Bu əməliyyatların hamısı haramdır və belə bölmələrdə işləmək caiz deyildir, ücrət almağa 
haqlı olmağa səbəb olmur. 
2-Caiz olan bank əməliyyatları; bu, yuxarıda qeyd olunan əməliyyatdan tamamilə 
fərqlənir, orada işləmək və əmək haqqı almaq caizdir. 
Məsələ 29: Əgər ribalı müamilədə artıq verən tərəf malı möhtərəm olmayan kafir olsa, 
istər xarici bank olsun, istər başqası, bu halda, qeyd olunduğu kimi, bu artıq hissəni almaq 
müsəlman üçün caizdir. Nəticədə belə ribalı müamilələrin icrası ilə əlaqədar bank 
əməliyyatları bölməsində və sair yerlərdə işləmək caizdir. 
Məsələ 30. İslam ölkələrindəki dövlət banklarında, yaxud müştərək banklarda mövcud 
olan sərmayə məchulul-malik malındandır ki, şəriət hakiminə müraciət etmədən onlarda 
təsərrüf etmək caiz deyildir. Buna əsasən, bu cür banklarda işləmək, eləcə də mallarını 
(sərmayələrini) islah etmək üçün şəriət hakiminə müraciə etməyib onlarda təsərrüf edən 
müştərilərə mal (sərmayə) vermək və ya onlardan mal almaq işkallıdır. 
Məsələ 31: Cüalənin, icarənin həvalənin və islam ölkələrinin dövlət banklarında mövcud 
olan sair müamilələrin səhih olması şəriət hakiminin icazəsinə bağlıdır və onun icazəsi 
olmadan bu müamilələr səhih deyildir. 
15-SIĞORTA MÜQAVİLƏSİ 
Sığorta bir müqavilədir ki, onun əsasında sığorta olunan şəxs iltizam verir ki, aylıq, illik, 
yaxud birdəfəyə olaraq müəyyən bir məbləği sığorta edənə versin və onun müqabilində 
sığorta edən şəxs də iltizam verir ki, sığortaya üzv olan şəxsə, yaxud adı sığorta 
müqaviləsində müəyyən olunan və müqavilənin onun xeyrinə olduğu üçüncü bir şəxs 
müəyyən məbləğdə pulu, yaxud sabit bir ödənci və yaxud hər hansı başqa bir şeyi həmin 
müqavilədə aşkar şəkildə qeyd olunan hər hansı bir gözlənilməz hadisə baş verdikdə, 
yaxud zərər yetişdikdə ödəsin. 
Məsələ 32: Sığortanın bir neçə növü vardır, o cümlədən: 
1-Şəxsin ölüm, xəstəlik və sair hadisələr müqabilində sığortası. 
2-Mal–dövlətin, o cümlədən, avtomobil, təyyarə, gəmi kimi şeylərin yanğın, qərq olma, 
oğurlanma və sair kimi işlər müqabilində sığortası. 
Sığortanın digər növləri də vardır ki, onun şər`i hökmləri qeyd olunan hallarla heç də 
fərqlənmir buna görə onların qeyd olunmasına ehtiyac duyulmur. 
Məsələ 33: Sığorta müqaviləsinin bir neçə rüknü vardır: 
1 və 2 –Sığorta edən və sığorta olunan şəxslərin icab və qəbulu demələri belə ki, orada 
danışıqları, yazıları, yaxud onlara dəlalət edən hər hansı bir şey kifayətdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
3-Sığorta hansı barədə olsa, istər şəxs, istərsə də mal-dövlət barəsində növü təyin 
edilməlidir. 
4-Sığorta müqaviləsinin əvvəli və sona çatma dövrünün qeyd olunması. 
Məsələ 34: Sığorta müqaviləsində xətər və ziyanın amili məsələn, yanğın, oğurluq, suda 
qərq olmaq, xəstəlik, ölüm və sair kimi şeylər; eləcə də əgər hissə-hissə ödəniləcəksə 
sığortanın illik, yaxud aylıq ödəniş miqdarı tə`yin edilməlidir. 
Məsələ 35: Sığorta müqaviləsindəki tərəflər həddi-büluğa çatmış, ağıllı olmalı qəsd və 
ixtiyar üzərindən bu müqaviləni bağlamalı, onların səfehlik, yaxud müflisləşmə nəticəsində 
məhcur olmamaları (mal-dövlətindən istifadə etməkdən məhrum edilməmələri) şərtdir. 
Əgər hər iki tərəf, yaxud onlardan biri həddi-büluğa çatmayan, dəli, bu işə məcbur edilmiş, 
yaxud mal-dövlətində təsərrüfdən qadağan edilmiş olsalar, yaxud ciddi məqsədləri olmasa, 
müqavilə səhih deyil. 
Məsələ 36: Sığorta müqaviləsi lazım əqdlərdən sayılır və iki tərəfin razılığı olmadan pozula 
bilməz. 
Əlbəttə, əgər müqavilədə şərt edilsə ki, sığorta edən və sığorta olunan, yaxud hər ikisinin 
müqaviləni pozma hüquqları vardır, bu şərtə əsasən sığorta müqaviləsini pozmaları 
caizdir. 
Məsələ 37: Əgər sığorta edən öz verdiyi iltizamına əməl etməsə, sığorta olunan şəxs şəriət 
hakiminə və, yaxud ondan başqasına müraciət etməklə onu öz vəzifəsini yerinə yetirməyə 
vadar edə bilər. Həmçinin müqaviləni poza da bilər və sığorta haqqı adı ilə verdiyi 
məbləğin geri qaytarılmasını tələb edə bilər. 
Məsələ 38: Əgər sığorta müqaviləsində müəyyən olunsa ki, sığorta olunan şəxs müəyyən bir 
məbləği sığorta haqqı adı altında hissə-hissə ödəsin və, bu razılaşmanın icrasında istər 
miqdar baxımından, istərsə də ödəniş zamanı baxımından və`dəsinə xilaf çıxsa, sığorta 
edənə vacib deyildir ki, müəyyən hadisə və ya zərər büruz etdikdə müəyyən məbləği 
ödəməklə əlaqədar verdiyi iltizama əməl etsin və sığorta olunan da ödənmiş sığorta 
haqqının qaytarılmasını tələb edə bilməz. 
Məsələ 39: Sığortada xüsusi bir müddətin tə`yin edilməsi şərt deyildir, əksinə müqavilədəki 
tərəflərin yə`ni sığorta edən və sığorta olunanın razılığına tabedir. 
Məsələ 40: Əgər bir neçə nəfər öz müştərək mallarından əldə etdikləri sərmayə ilə bir 
şirkət tə`sis etsələr və onlardan hər biri şirkət (şəriklik) müqaviləsi əsnasında başqasına 
şərt etsə ki, onun özünə, yaxud mal-dövlətinə müəyyən bir hadisə baş verdiyi təqdirdə 
(onun növünü də şərtin əsnasında müəyyən etsələr) şirkət vəzifəlidir ki, şirkətin 
sərmayəsindən, yaxud qazancından istifadə edərək dəymiş xəsarətləri aradan qaldırsın; bu 
halda müqavilənin qüvvədə qaldığı dövrdə bu şərtə əməl edilməsi vacibdir. 
16-Sərqüfli 
Tacir və bazar işçiləri arasında geniş yayılmış müamilələrdən biri də sərqüfli, yaxud irəli 
olmaq haqqı adlı müqavilədir. Məqsəd budur ki, icarə edən şəxs özünün icarə etdiyi və 
ixtiyarında olduğu məhəlli iki tərəfin razılığı əsasında alınmış məbləğ müqabilində 
başqasına həvalə edir, yaxud malik aldığı müəyyən məbləğ müqabilində icarə müddəti 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
sona çatdıqdan sonra icarəçini, icarə etdiyi yerdən çıxarmaqdan, yaxud icarə haqqını 
artırmaqdan çəkinsin. 
Məsələ 41: Kəsb-ticarət yeri (sadəcə) kimi bir yerin icarə edilməsi icarəçi üçün orada heç 
bir haqq gətirmir və o, icarə müddəti qurtardıqdan sonra oranın malikinin öz mülkündə 
təsərrüf etməsinə, oranı boşaltmasına, yaxud əvvəlki icarə məbləğinin artırılmasına mane 
ola bilməz. Həmçinin icarəçinin müəyyən bir məhəldə uzun müddətli olması, həmin 
məhəllin müəyyən dəyər və, yaxşı ticarət mövqeyi qazanması və sair kimi şeylər onun üçün 
həmin yerdə qalmağa heç bir haqq gətirmir. İcarə müddəti qurtardıqdan sonra həmin yeri 
boşaldaraq malikinə təhvil verməsi vacibdir. 
Əgər icarəçi dövlət qanunundan (belə ki, bu qanun malikin icarəçini zorla icarə etdiyi yeri 
boşaltmağa vadar etməsinin və yaxud icarə miqdarını artırmasının qarşısını alır) istifadə 
etsə və həmin yeri boşaltmaqda, yaxud icarə haqqının artırılmasından imtina etsə bunun 
işi haramdır və onun həmin yerdə malikinin razılığı olmadan təsərrüf etməsi qəsb sayılır. 
Əgər həmin yeri boşaltmaq işi müqabilində müəyyən məbləğ alsa haramdır. 
Məsələ 42: Əgər malik bir yeri məsələn bir il müddətində on min manata icarəyə versə, 
bundan əlavə, əlli min manat məbləğində ondan alsa və müqavilə əsnasında şərt etsə ki, hər 
il həmin məbləği artırmadan onun icarə müddətini uzatsın, yaxud həmin məbləğə, amma 
icarəçinin o məhəlli həvalə etdiyi şəxs (ikinci icarəçiyə) icarəyə versin, həmçinin, ikinci 
şəkildə üçüncü icarəçiyə və sair... belə olan halda caizdir ki, icarəçi malikə verdiyi məbləğ 
qədər və ya ondan çox, yaxud ondan az məbləğ alaraq belə bir şərtdən əldə olunan 
razılaşma əsasında həmin yeri başqasına həvalə etsin. 
Məsələ 43: Əgər malik bir yeri müəyyən bir şəxsə müəyyən müddət ərzində icarəyə versə 
və icarə əqdinin əsnasında özünə şərt etsə ki, müəyyən bir məbləğ almaqla, yaxud 
almamaq, müqabilində müddət sona çatdıqdan sonra onun icarəsini birinci ildə 
razılaşdıqları həmin surətdə və ya hər il adi qayda olan şəkildə uzatsın və təsadüfən digər 
bir şəxs icarəçiyə müəyyən məbləğ versə ki, o təkcə icarə yerini boşaltsın, belə ki, daha 
onun orada qalmaq haqqı olmasın və malik oranı boşaltdıqdan sonra həmin yeri istədiyi 
kimi icarə versin, belə olan halda caizdir ki, icarəçi razılaşılan məbləği alsın. Bu sərqüfli 
icarəçinin təsərrüf etmə haqqının ikinci şəxsə nəql olunması müqabilində deyil, yalnız 
oranın boşaldılması üçün olacaqdır. 
Məsələ 44: Malikə vacibdir ki, müqavilə əsnasında özünə etdiyi şərtlərə vəfa etsin. Belə ki, 
42-ci məsələdə fərz olunan halda malikə vacibdir ki, həmin yeri icarəçiyə, yaxud icarəçinin 
onun xeyrinə olaraq kənara çəkildiyi üçüncü bir şəxsə, icarə haqqını artırmadan icarəyə 
versin. Həmçinin 43-cü məsələdə fərz olunduğu kimi malikə vacibdir ki, icarə müddətini, 
icarəçinin qalmağa meylli olduğu müddətə qədər həmin əvvəlki icarə miqdarında, yaxud 
adi qaydada (şərt olunan hər növdə) uzatsın. 
Malik öz şərtinə əməl etməzsə və icarə müddətini uzatmaq istəməzsə, icarəçi şəriət 
hakiminə, yaxud başqasına müraciət etməklə onu öz şərtinə əməl etməyə vadar edə bilər. 
Lakin əgər hər hansı bir dəlilə görə onu öz şərtinə əməl etməyə vadar edə bilməsə, malikin 
razılığı olmadan caiz deyildir ki, icarə olunan yerdə təsərrüf etsin. 
Məsələ 45: Əgər şərt, 42-ci və 43-cü məsələlərdə fərz olunduğu kimi, fel şərtində deyil, icarə 
əqdində qeyd olunsa (nəticənin şərti surətində) yə`ni (bizim fərz etdiyimiz halda) icarənin 
vaxtının uzadılması şərti olsa, belə ki, icarəçi maliklə şərtləşsin ki, o, ya da onun birbaşa, 
yaxud müəyyən yollarla müəyyən etdiyi şəxs həmin məhəlldə, təsərrüf etmək və ondan 
istifadə etmək haqqını illik müəyyən məbləğ vermək müqabilində, yaxud hər ildə adi 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
qaydada verilən qiymət müqabilində olsun, bu halda icarəçi, yaxud icarəçinin tə`yin etdiyi 
şəxs malikinin razılığı olmadığı məhəldə təsərrüf və istifadə etmək haqqına malikdir və 
malikin yalnız razılaşılan məbləği tələb etməyə haqqı vardır. 
17-İqrar və növ`i təqass qaydası barəsində müəyyən məsələlər 
Bə`zi üqud, iyqa [üqud iki tərəfli, (nikah əqdi kimi), iyqa isə bir tərəfli olan (təlaq kimi) 
əqddir] və hüquq məsələləri ixtilaflıdır. Bu barədə şiə alimlərinin rə`yləri sair İslam 
məzhəbləri ilə bə`zi hallarda cüz`i, bə`zi hallarda isə külli şəkildə fərqlənir. Buna görə də 
bu kimi məsələlərlə əlaqədar şiələrin qeyri şiələrlə rəftarı barəsində sual olunur və 
mütəəxxir fəqihlər (Allah onlardan razı olsun!) bu məsəlinin hökmünü «ilzam qaydası» 
əsasında bəyan etmişlər. Yə`ni şiə olmayan şəxsləri öz məzhəblərinin hökmlərinə vadar 
etmək. Lakin bizim nəzərimizdə bu qayda sübuta yetmədiyindən, bu məsələni ilzam 
qaydasının canişini olan müxtəlif qaydalarla, məsələn növ`i təqass qaydası (yə`ni onların 
sünnət və hökmləri əsasında sizdən aldıqları kimi siz də onlardan alın), yaxud iqrar 
qaydası (şiə olmayan şəxslərlə, onların öz məzhəb hökmlərinə əsasən rəftar edərək onları 
öz məzhəb qanunlarına vadar etmək) uyğunlaşdırır və onların hökmünü bəyan edirik. 
Məsələ 46: On iki İmamçı fiqh nəzərindən nikah əqdi şahid tutmadan da səhihdir. Lakin 
sünnü məzhəbləri bu məsələdə ixtilafa düçar olmuşlar. Onların bə`ziləri İmamiyyə ilə 
müvafiq, bə`ziləri isə hənəfilər, şafeilər, hənbəlilər kimi şahid tutmadan olan nikahı fəsad 
(yə`ni batil) hesab edirlər. Malikilər də məxfi şəkildə baş verən nikahı fasid (batil) hesab 
edirlər. Bunun fasid olduğunu idda edənlər özü də iki dəstəyə ayrılır: 
Malikilər və hənbəlilərin çoxu səhih və ya batil olmasında ixtilaf olan bu cür nikahlar 
barəsində inanırlar ki, heç kəsin bu qadınla (yə`ni şahid tutulmadan əqdi oxunan və əqdi 
batil olan qadınla) izdivac etməyə haqqı yoxdur. Nikah əqdi kimin adına oxunubsa yalnız 
onun həmin qadına təlaq verməsindən, yaxud nikahı fəsx etməsindən sonra o qadının ərə 
getməyə haqqı vardır. Deməli, əgər ər bu iki məzhəbdən birinin ardıcılı olsa, belə bir 
qadınla izdivac edə bilməz, yalnız təlaq versə, yaxud nikahını fəsx etsə, (yenidən onunla öz 
məzhəbinə uyğun izdivac edə bilər). 
Şafeilər və hənəfilər bu kimi nikah barəsində inanırlar ki, belə qadınla izdivac etmək olar 
və təlağa, yaxud nikahın fəsx edilməsinə də ehtiyac yoxdur. 
Buna əsasən, əgər ər bu iki məzhəb ardıcılı olsa ilzam qaydasına əsasən ər öz məzhəbinin 
hökmlərinə vadar edilməlidir. Belə ki, əgər qadın onların nəzərində iddə saxlamağa 
ehtiyaclı olarsa, əzhər nəzər iddəsi qurtardıqdan sonra onunla nikahın caiz olmasıdır. 
Həmçinin əgər qadın şiə, onun əri isə bu iki məzhəb ardıcılı olsa belə ki, onların nəzərində 
iddə saxlamağa ehtiyac olsa iddə tamam olduqdan sonra izdivac etməsi caizdir. Amma hər 
iki halda şübhədən xaric olmaq və ehtiyata riayət etmək üçün daha yaxşı olar ki, kişinin 
qadına təlaq verməkdən imtina etdiyi halda şəriət hakiminin vasitəsi ilə olsa belə onun 
təlağını alsınlar. 
Məsələ 47: Sünnü alimlərinin nəzərində bir qadınla onun qardaşı qızı, yaxud bir qadın ilə 
onun bacısının qızını bir yerə cəm etmək caiz deyildir. Bu mənaya ki, əgər hər ikisini eyni 
zamanda (bir nəfərə) əqd edərlərsə, hər iki əqd batildir. Əgər əqdin biri digərindən sonra 
olarsa ikincisi batildir. 
Lakin imamiyyə fiqhi nəzərindən bir qadının əqdi, onun qardaşı uşağının əqdindən sonra 
və eləcə də bir qadının əqdi bacısı qızının əqdindən sonra mütləq şəkildə caizdir. Həmçinin 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
bir qadının əqdindən sonra onun qardaşı qızını əqd etmək və ya bir qadının əqdindən 
sonra onun bacısı qızını əqd etmək bununla şərtlənir ki, əvvəlcə o qızın bibisi və xalası 
razılıq vermiş olsunlar və ya sonradan da razılıq versələr caizdir. 
Buna əsasən, əgər sünnülər bir qadınla onun qardaşı qızını, yaxud bir qadınla onun bacısı 
qızını cəm eləsələr, əgər onların əqdləri eyni zamanda olsa, onların məzhəbinə əsasən hər 
ikisi batil olduğuna görə imamiyyə ardıcıllarının nəzərinə görə onlardan hər biri ilə və ya 
qızın bibi ya xalası razı oluduğu surətdə hər ikisini əqd etməsi caizdir. Əgər sünnü kişinin 
əqdi eyni zamanda olmazsa, qeyd olunan fərzdə ikinci arvadının əqdi onların məzhəbinə 
görə batildir və şiə bir kişi onunla izdivac edə bilər. Hər ikisi imamiyyə şiəsi olduğu zaman 
o iki qadının hər biri barəsində bu hökm caridir. 
Məsələ 48: İmamiyyə məzhəbinə əsasən təlaq verilmiş qadının yaisə və səğirə olsa yaxınlıq 
edilmiş olsa da belə, iddəsi yoxdur. Lakin sünnü məzhəblərinin nəzərinə görə (səğirə qız 
uşağı üçün iddə saxlamağın şərtlərindəki ixtilaflarla yanaşı) onlara da iddə saxlamaq 
vacibdir. Belə ki, əgər ər sünnü olsa, qadın isə yaisə və səğirə olan qadınına səğirə üçün 
iddə saxlamağın lazım olmasına e`tiqad bəsləyərək təlaq versə, öz məzhəbinin təlaq 
verilmiş qadının bacısını almaq və iddə dövründə bir yerə cəm edilməsi haram olan 
qadınların nikahının haram olması kimi qanunlarına riayət etməyə borcludur. 
Şiə olan kişi üçün vacib ehtiyat budur ki, iddəsi tamam olmamışdan qabaq belə qadınla 
evlənməsin. O qadın da əgər şiə olsa, yaxud (sonradan) şiəliyi qəbul etsə iddəsinin axırına 
qədər gərək izdivac etməsin. Həmçinin əhvət nəzər odur ki, iddə dövründə öz ərindən 
nəfəqə almasın, baxmayaraq ki, ərinin məzhəbinə görə onun nəfəqəsini yeyən olsun. Amma 
əgər şərtləri mövcud olduğu zaman növ`i təqass qaydalarını icra etmək qəbilindən olsa o 
nəfəqəni ala bilər. 
Məsələ 49: İmamiyyə fiqhi nəzərindən təlaqın səhih olmasının müxtəlif şərtləri vardır ki, 
sair İslami məzhəblər nəzərindən onun heç biri, yaxud bə`ziləri təlaqın səhihliyində şərt 
sayılmır. Buna görə də əgər şiə olmayan bir şəxs öz qadınına onun məzhəbində səhih 
sayılan qaydada təlaq versə, amma həmin təlaq bizim məzhəb nəzərindən batil olsa, 
imamiyyə məzhəbi ardıcılı üçün, qarşı tərəfi öz məzhəbinin hökmlərinə əməl etməyə vadar 
etmək qanununa əsasən o qadının iddəsi qurtarandan sonra onunla izdivac etməsi caizdir, 
əgər öz məzhəbinə əsasən iddə saxlamalı olan qadınlardan olsa. Həmçinin təlaq verilmiş 
qadın imamiyyə şiəsi olsa başqası ilə izdivac edə bilər. 
İmamiyyə fiqhi nəzərindən təlaqın səhih olmasının bə`zi şərtləri aşağıdakılardan ibarətdir, 
belə ki, sair məzhəblərin nəzərindən onların heç biri, yaxud bə`zisi şərt deyil: 
1-Qadına, onunla yaxınlıq edilməmiş bir paklıq dövründə təlaq verilməlidir. 
2-Təlaq qəti olmalıdır, heç nə ilə şərtləndirilməməlidir. 
3-Təlaq yazılmaqla deyil, deyilməklə olmalıdır. 
4-Təlaq icbar üzündən deyil, ixtiyar əsasında olmalıdır. 
5-Təlaq iki adil şahidin hüzurunda verilməlidir. 
Məsələ 50: Şafei məzhəbinə əsasən bir kəs bir şeyi alsa və onu görsə rö`yət ixtiyarından 
istifadə edə bilər, hətta alınan şey zikr olunan xüsusiyyətlərə müvafiq olsa belə. Halbuki, 
imamiyyə məzhəbi nəzərindən müştəri fərz olunan halda rö`yət ixtiyarından istifadə edə 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
bilməz. Deməli, əgər şafei məzhəbi imamiyyə məzhəbinə nifuzlu olsa, belə ki, müştəri şafei 
məzhəbli olsa, bu kimi hallarda imamiyyə məzhəbində olan satıcıya, bu ixtiyardan istifadə 
edə bilər, imamiyyə şiəsi olan müştəri də bunun əvəzini çıxa bilər və növ`i təqass qaydasına 
əsasən şafei məzhəbli satıcı barəsində bu qaydadan istifadə edə bilər. 
Məsələ 51: Əbu Hənifə və Şafei məğbun üçün ğəbn ixtiyarının olduğuna inanmırlar, 
halbuki bizim məzhəbimizdə bu ixtiyar sübuta yetmişdir. Zahirən bu ixtiyar haqqının 
sübut olub-olmaması o məğbun olmuş şəxsin qərarı qiymətə diqqətsizlik, malın hər 
qiymətə satılıb və alınması olduğu hallara şamil olmur. Fərz olunan bu halda zahirən ğəbn 
ixtiyar haqqı sübuta yetmir. Həmçinin müamilə edən iki tərəfin nəzəri artıq qiymətə deyil, 
bazar qiymətinə uyğun olaraq nəql-intiqal olmasıdır və məğbun olmuş şəxs də ğəbn edən 
şəxsin qiymətin yuxarı olmamasına dair sözünə e`tina etdiyi hallarda şamil olmur. Çünki 
zahirən hamının nəzərində bu kimi yerdə (alveri pozma) ixtiyarı satıcının aldatması 
cəhətindən sabitdir. Həmçinin bu haqq o yerlərə şamil olmur ki, xüsusi ürfün nəzərində 
zehndə olan şərt əsasında-fəsx haqqından başqa-qiymət fərqini tələb etmək kimi sair haqq 
mövcud olsun. 
Hər halda İmamiyyə məzhəbi nəzərindən hər yerdə ğəbn ixtiyarı sübut olsa və sünnü 
məzhəbləri onu inkar etsələr, imami məzhəbində olan şəxs üçün növ`i təqass qəbilindən 
caizdir ki, sünnünü ğəbn ixtiyarının olmamasına vadar etsin. Bu o yerdədir ki, sünnü 
məzhəbi hamıya, həmçinin İmami məzhəb olan şəxsə də nüfuzlu və cari olsun. 
Məsələ 52: Hənəfi məzhəblilərin nəzərində sələm əqdi satılan şeyin əqd zamanında mövcud 
olması ilə şərtlənir, halbuki İmamiyyə fiqhi nəzərindən belə bir şərt mö`təbər deyildir. 
Deməli, əgər hənəfi məzhəbi İmamiyyə məzhəbinə nüfuzlu olsa, belə ki, müştəri hənəfi 
məzhəbli olsa və satıcını bu əqdi batil etməyə vadar etsə İmamiyyə məzhəbli müştəri üçün 
də caizdir ki, növ`i təqass qaydasının tələbinə uyğun olaraq hənəfi satıcını bu əqdin batil 
etməyə məcbur etsin. Halbuki ondan sonra müştəri İmamiyyə məzhəbli olsa, həmin hökm 
caridir. 
Məsələ 53: Sünnülərin nəzərinə görə mirasçıların irs payından artıq qalanlar meyyitin 
qardaşı kimi olan əsəbəsinə verilir. Lakin İmamiyyə məzhəbi bunun əksinədir. Məsələn, 
əgər bir kişi ölsə və yalnız bir qızı və bir qardaşı olsa, İmamiyyə nəzərindən gərək irsin 
yarısı qıza irs səhmi adı ilə verilsin, digər yarısı isə ona qaytarılma adı ilə verilsin, meyyitin 
qardaşına heç bir şey düşmür. Lakin sünnülərin nəzəri budur ki, fərz olunan bu halda 
meyyitin irsinin yarısı onun qardaşına veriləcəkdir. Çünki o, meyyitin əsəbəsindən sayılır. 
Belə ki, əgər sünnü məzhəbli bir şəxs İmami məzhəbdən olan bir şəxsin varisinə nafiz 
olarsa və irs paylarından artıq qalan ona verilməzsə əgər meyyitin əsəbəsi İmami məzhəb 
olsalar, növ`i təqass qaydasına uyğun olaraq irsdən artıq qalan payları sünnü məzhəb 
varisindən ala bilərlər. 
Məsələ 54: Sünnülərin nəzərində qadın öz ərinin tərəkəsinin hamısından istər mənqul 
olsun istərsə torpaq və sair kimi qeyri mənqul irs aparır. Halbuki İmamiyyə məzhəbi 
nəzərindən qadın yerin əslindən, yaxud onun qiymətindən irs aparmır. Yalnız binanın və 
ağacların qiymətindən irs aparır onların əslindən yox. Buna əsasən əgər sünnü məzhəbi 
şiəyə nafiz olarsa, belə ki, sünnü məzhəbli bir qadın yerdən, binanın və ağacların əslindən 
irs aparsa, əgər başqa vərəsəsi də İmami məzhəb olsa İmami məzhəbdən olan qadın da sair 
sünnü vərəsələr kimi, torpaqdan bina və ağacların əslindən ona çatan payı ala bilər. 
18-Təşrihin (bədən yarmağın) hökmləri 
Məsələ 55: Ölü müsəlmanın bədənini yarmaq caiz deyildir. Əgər bir kəs bu işi görərsə, diyə 
kitablarında qeyd olunan təfsilə əsasən, ona diyə vermək vacib olur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 56: Ölü kafirin bədənini yarmaq, hansı qrupdan olsa belə, əgər sağlığında qanı 
möhtərəm deyildirsə caizdir. Lakin əgər zimmi kafir olsa ehtiyat vacib budur ki, onun 
bədənini yarmaqdan çəkinsinlər. Əlbəttə, əgər onun bədəninin yarılması öz şəriətində 
caizdirsə, istər mütləq şəkildə, istərsə sağlığında bu işə icazə vermiş olsun və ya ölümündən 
sonra onun vəlisi icazə versin, bu kimi hallarda onun bədəninin yarılmasının caiz olması 
uzaq deyildir. 
Əgər kafirin qanının həyatında möhtərəm olmasında şəkk edilsə və bu barədə heç bir 
nişanə olmasa onun bədənini yarmaq caizdir. 
Məsələ 57: Əgər bir müsəlmanın canının qorunması digər müsəlmanın bədəninin 
yarılmasına (və ondan müəyyən üzvün götürülməsinə) bağlıdırsa, mümkün olan halda qanı 
möhtərəm olmayan, yaxud şəkkli olan bir kafiri, əgər bu da mümkün olmasa ondan başqa 
(ölü) bir kafiri yarmalıdırlar. Əgər bu da mümkün olmasa müsəlman ölüsünü yarmaq 
caizdir. 
Təlim və başqa məqsədlə müsəlman bədənini yarmaq caiz deyildir. Amma əgər bir 
müsəlmanın hətta gələcəkdə belə canının qorunması buna bağlıdırsa, onda caizdir. 
19-Peyvəndin (üzv köçürmənin) hökmləri 
Məsələ 58: Ölmüş müsəlmanın bədən üzvlərini, məsələn gözünü, əlini və s. diri bir şəxsin 
bədəninə peyvənd etmək üçün kəsilməsi caiz deyildir. Əgər bir kəs bu işi görərsə ona diyə 
vermək lazım olur. Kəsilmiş üzvün dəfn edilməsi də vacibdir. Amma əgər biri peyvənd 
vurarsa və diri insanın bir üzvü sayılarsa onu yenidən kəsmək vacib deyildir. 
Məsələ 59: Əgər bir müsəlmanın həyatının qorunması bir ölmüş müsəlmanın bədən 
üzvünün kəsilməsinə bağlıdırsa onun kəsilməsi caizdir. Lakin onu kəsən şəxsə diyə vacib 
olur. Hərgah bu üzv diri insanın bədəninə peyvənd vurulsa onun bir hissəsi sayılır və diri 
şəxsin bədənində olan hökmlər də ona aid olur. 
Məsələ 60: Əgər diri bir müsəlmanın bədən üzvlərindən birinin sağ qalması meyyitin 
bədənindən bir şeyin kəsilməsinə bağlıdırsa bu iş caiz deyildir. 
Məsələ 61: Əgər bir şəxs vəsiyyət etsə ki, ölümündən sonra üzvlərindən birini diri bir 
şəxsin bədəninə peyvənd etmək üçün kəssinlər, o şəxsin həyatı həmin üzvün kəsilməsinə 
bağlı olmasa, bu vəsiyyətin nüfuzlu olması və nəticədə ölü bədəninin kəsilməsinin caizliyi 
işkallıdır. Lakin bu surətdə kəsən şəxsə diyə vacib olmaz. 
Məsələ 62: Sual: Diri insanın bədənindən hər hansı bir şeyi peyvənd vurmaq üçün 
götürmək, özü ona razı olarsa caizdirmi? 
Bu məsələnin iki forması vardır: 
1-O üzvün kəsilməsi insana mühüm bir ziyan yetirir, o cümlədən gözün, əlin, ayağın və bu 
kimi şeylərin kəsilməsidir ki, bu halda caiz deyil. 
2-Çoxlu ziyanı olmasın məsələn ətinin, yaxud dərisinin bir hissəsinin götürülməsi, bu halda 
caizdir. Onun müqabilində pul almaq da caizdir. 
Məsələ 63: Ehtiyacı olanlara qan hədiyyə eləmək, eləcə də onun müqabilində pul almaq 
caizdir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 64: Qanı möhtərəm olmayan, yaxud şəkkli olan ölmüş kafirin bədən üzvünü 
müsəlmana peyvənd etmək üçün kəsmək caizdir. Peyvənd edildikdən sonra müsəlmanın 
bədəninin hökmləri o üzvə də şamil olur. Çünki onun bədənindən bir hissə kimi hesab 
olunur. Həmçinin it kimi nəcisül-eyn (zatən nəcis olan) heyvanın bədən üzvlərindən birini 
kəsib müsəlmanın bədəninə peyvənd edilməsinin işkalı yoxdur. (Peyvənd edildikdən sonra 
da) müsəlman bədəninin hökmləri ona şamil olur. Çünki artıq diri şəxsin bədən üzvündən 
hesab olunur və o hissədə həyat vardır, pakdır və onunla namaz qılmaq caizdir. 
20-Sün`i təlqih (mayalandırma) 
Məsələ 65: Qadını, ərindən başqasının mənisi ilə mayalandırmaq caiz deyildir, istər ərli 
olsun istər ərsiz, İstər ər və arvad buna razı olsunlar, istər razı olmasınlar, istər bu iş ərinin 
vasitəsi ilə baş versin, istərsə də başqasının vasitəsi ilə. 
Məsələ 66: Əgər bir qadın, öz ərindən başqasının mənisi ilə mayalandırılsa və hamilə olub 
övlad dünyaya gətirsə, bu hadisə səhv üzündən baş vermiş olduğu halda, yə`ni onu ərinin 
mənisi ilə mayalandırmaq istədikləri halda başqasının mənisi ilə səhvə düşübsə, belə olan 
surətdə şübhəsiz övlad məninin sahibinə mülhəq olur. Bu məsəlinin hökmü vəty be şübhə 
kimidir. Lakin əgər belə bir mayalandırma agahlıq üzündən və qəsdən olarsa, yenə də 
övladın məni sahibinə mülhəq olması uzaq deyildir və bütün nəsəb hökmləri, hətta irs belə 
onların arasında sabitdir. Çünki irsdən istisna olunan hallar zinadan əmələ gələn övladdır. 
Nütfənin bağlansamına səbəb olan bir işin haram olmasına baxmayaraq lakin bu məsələ 
zina hökmündə deyildir. 
Həmçinin bu övlad hər iki surətdə anasına mülhəq edilir və onunla sair övladları arasında 
heç bir fərqi yoxdur. 
Əgər qadın öz ərinin nütfəsini müsahiqə və sair yollarla başqa bir qadının bətninə daxil 
edərsə və o qadın hamilə olub övlad dünyaya gətirərsə övlad nütfənin sahibinə və onu 
dünyaya gətirən qadına aiddir, baxmayaraq ki, bu əməl haramdır. 
Məsələ 67: Əgər qadının yumurta hüceyrəsi və kişinin sperması götürülüb 
mayalandırıldıqdan sonra süni bətnə qoyulsa və bu işdən bir övlad dünyaya gəlsə zahir 
budur ki, yumurta hüceyrə və spermanın sahiblərinə aid olur və bu övladla o iki şəxsin 
arasında bütün nəsəb (qohumluq) hökmləri hətta irs hökmü belə cari olur. Əlbəttə, əgər 
mayalandırılma yerinə yetməzdən öncə o ikisindən biri dünyadan getsə övlad ondan irs 
aparmaz. 
Məsələ 68: Əgər bir qadının mayalanmış yumurta hüceyrəsini başqa bir qadının bətninə 
qoysalar və orada inkişaf edib övlad dünyaya gəlsə onun birinci qadına aid edilməsinin bir 
əsası vardır. Amma ehtiyat da tərk olunmamalıdır. 
Məsələ 69: Qadının öz ərinin mənisi ilə mayalandırılması caizdir. Əlbəttə əgər bu iş baxışı 
haram olan yerlərə baxmağı, ləms etməyin haram olduğu yerlərinə ləms etməyi lazım 
tutursa, bu işin yerinə yetirilməsi ərindən başqasına caiz deyildir. Amma zərurət halı 
istisna olunur, məsələn (təbii yolla) uşaq sahibi olmaq onun üçün çox çətin olsa, hətta 
başqalarının danlanması cəhətindən olsa və hamilə olmağı üçün də bundan başqa yol 
olmasa bu cür mayalandırılmadan dünyaya gələn övlad da heç bir fərqi olmadan onların 
sair övladları kimidir. 
21-Əhali artımına nəzarətin hökmləri 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 70: Caizdir ki, qadın ona mühüm bir ziyanı çatmadığı təqdirdə hamiləliyin 
qarşısını alan dərmanlardan istifadə etsin, istər əri bu işə razı olsun, istərsə razı olmasın. 
Məsələ 71: Caizdir ki, qadın ona mühüm bir zərəri olmadığı təqdirdə hamiləliyin qarşısını 
alan cihazlardan və sair kimi şeylərdən istifadə etsin. Amma əgər onun fərcinə bu kimi 
cihazların qoyulması baxılması haram olan yerlərə nəzər salmağa bağlıdırsa, yaxud ləms 
etmək halal olmayan yerlərə ləms etməyini lazım tutursa bu işin ərindən başqası tərəfindən 
yerinə yetirilməsi caiz deyildir. Amma zərurət halı bundan istisna olunur, məsələn, uşaq 
sahibi olmağın onun üçün zərəri olarsa. Bu o haldadır ki, həmin cihazın nütfəni 
mayalandıqdan sonra məhv etməsi mə`lum olmasın. Əgər mə`lum olarsa əhvət onun tərk 
edilməsidir. 
Məsələ 72: Caizdir ki, qadın daha heç bir vaxt övlad sahibi olmayacağı ilə nəticələnən bir 
cərahiyyə əməliyyatına razı olsun. Belə ki, bu iş yumurtalıq kimi bir üzvün kəsilməsi 
nəticəsində ciddi bir ziyana səbəb olmasın. Əlbəttə əgər bu cərrahiyyə əməliyyatı ərindən 
başqasının əli ilə görülərsə və baxışı haram olan yerlərə baxmağa səbəb olarsa, ləms 
edilməsi haram olan bədənin üzvlərinə ləms edilməsini lazım tutarsa, bu halda bu iş caiz 
deyildir. Yalnız zərurət halında caiz ola bilər, məsələn uşaq sahibi olmaq onun üçün zərərli 
olsa. Bu məsələnin hökmü tamamilə kişi barəsində də caridir. 
Məsələ 73: Nütfə bağlandıqdan sonra bətndə olan şeyi saldırmaq caiz deyildir. Amma əgər 
bətndə olan rüşeymin davam etməsi anaya çox ziyan çatdırarsa bu halda əgər ruh daxil 
olmayıbsa, saldırması caiz, amma ruh daxil olduqdan sonra rüşeymi saldırmaq mütləq 
şəkildə caiz deyildir. Əgər ana öz bətnində olanı saldırsa miqdarı diyə kitablarında deyilən 
qədər diyə vermək ona vacib olur və onu uşağın atasına, yaxud bətnindəki uşağın 
vərəsələrinə verməlidir. Əgər ata uşağı saldırsa diyə vermək ona vacib olur və onu anasına 
verməlidir. Əgər birbaşa həkimin vasitəsi ilə saldırılarsa diyə ona vacib olur, amma əgər 
vərəsələr onu güzəştə getsələr onda vacib olmaz. 
Məsələ 74: Caizdir ki, qadın bə`zi vacib əməlləri tamamlamaq üçün adət günlərini tə`xirə 
salan dərmanlardan istifadə etsin. Məsələn oruc, həcc əməlləri və başqa hallarda. Bu şərtlə 
ki, bu iş ona mühüm bir ziyan çatdırmasın. Əgər bu dərmanlardan istifadə etdiyi halda 
ardıcıl olmayan qan görsə adəti dövründə olsa belə, heyz hökmləri ona aid olmayacaqdır. 
22-Dövlətin saldırdığı xiyabanların, küçələrin hökmləri 
Məsələ 75: Əvvəllər camaatın şəxsi əmlakı, evləri olan, sonradan dövlətin öz mülkiyyətinə 
keçirərək yol saldırdığı yerləşən səkilərdə və xiyabanlarda hərəkət etmək caizdir. Əlbəttə, 
əgər bir kəs bu yerlərdən xüsusi bir yerinin dövlət tərəfindən zorla, onun sahiblərinə dəyən 
xəsarəti ödəmədən, yaxud onları razı salmadan istifadə etdiyini bilsə, qəsbi yerlər 
hökmünü daşıyacaq orada hər növ təsərrüf, hətta o yerdən keçmək belə caiz olmayacaq. 
Amma əgər onun malikini, yaxud vəlisini (atası, babası, yaxud o ikisinin tərəfindən tə`yin 
edilən qəyyumu) razı salsa onda eybi yoxdur. Əgər malikini tanımasalar məchulul-malik 
hökmlərinə malik olacaq və bu barədə şəriət hakiminə müraciət edilməlidir. Bu məsələdən 
bu kimi torpaqların yerdə qalan hissələrinin də hökmü aydın olur, belə ki, malikinin 
icazəsi olmadan onlardan istifadə etmək caiz deyildir. 
Məsələ 76: Məscid, hüseyniyyə, qəbiristan və yol üzərində salınmış olan ümumi vəqf 
yerlərində yol getmək, oturmaq və bu kimi qəbildən olan təsərrüflər etmək caizdir. Lakin 
bu cür təsərrüflər xüsusi vəqf yerlərindən olan mədrəsə və bu kimi şeylərin yerindən, kimə 
vəqf olunubsa onlardan başqasında caiz olması işkallıdır. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 77: Xiyabanlarda və səkilərdə yerləşən məscidin torpağı vəqf olmaqdan xaric 
olmur, lakin məscid ünvanı ilə gələn hökmlərə malik deyildir. O cümlədən onu nəcis 
etməyin haram, nəcis olduqda paklamağın vacibliyi, cünub, haiz və nüfəsa qadınların 
orada dayanmağının haramlığı kimi hökmlər ona şamil olmur. 
Amma məscidin qalan yerləri, əgər məscid olmaq ünvanından xaric olmayıbsa məscidlə 
əlaqədar olan bütün hökmlər ona gələcəkdir. Lakin məscid olmaq ünvanından xaric 
olubsa, məsələn hər hansı bir zalım onu dükan, məhəll, yaxud başqa bir evə çeviribsə 
məscid hökmü ona aid olmaz, ondan bütün halal faydalar caizdir. Amma əgər qəsbin 
təsdiq olunmasına səbəb olarsa caiz deyildir. 
Məsələ 78: Məscid uçurulduqdan sonra ondan qalan əsərlər, daşı, taxtaları, dəmirləri və 
onun vasitələri, o cümlədən çıraqları, istilik və soyuqluq verən şeyləri, əgər həmin məscidə 
vəqf olunmuşsa, başqa məscidə sərf olunması vacibdir. Əgər bu iş mümkün olmazsa 
ümumi xalq mənafeyində məsrəf edilməlidir. Onları satmaqdan başqa yolla istifadə etmək 
mümkün olmazsa, gərək mütəvəlli, yaxud onlardan istifadə etmək haqqına malik olan şəxs 
onları sataraq başqa məscidlərə məsrəf etsin. 
Məscidin yerdə qalmış əsərləri onun mülkü olarsa məsələn məscidə vəqf olunmuş malın 
eyninin mənfəətindən məscid üçün alınmışsa bunların özünün başqa məscidlərə sərf 
olunması vacib deyildir. Əksinə caizdir ki, mütəvəlli, yaxud onlarda təsərrüf etmək 
haqqına malik olan bir şəxs məsləhət gördüyü təqdirdə onları satsın və onların pulunu 
başqa məscidə xərcləsin. 
Bu qeyd olunan hökm ümumi vəqf olunan yerlərin, o cümlədən yol üstündə yerləşən 
mədrəsə və Hüseyniyyənin üzərinə də gəlir. 
Məsələ 79: Yol üzərində yerləşən müsəlman qəbiristanlığının, eləcə də şəxsi, ya ümumi 
vəqflərdən olan qəbiristanlığın əmlakının hökmü qeyd olunanlardan aydın olur. Bu o 
haldadır ki, qəbiristanın torpağında gediş-gəliş müsəlman ölülərinin hörmətsizliyinə səbəb 
olmasın, əks halda orada gediş-gəliş caiz deyil. Lakin əgər qəbiristan bir şəxsin mülkü, 
yaxud vəqf olmazsa, hörmətsizlik olmadığı təqdirdə hər növ istifadə etməyin işkalı yoxdur. 
Bu məsələdən qəbiristanlığın yola salınmayan hissələrinin hökmləri aydın olur. Belə ki, 
birinci halda (şəxsi əmlak olduqda) onlardan istifadə etmək və ya satmaq malikinin icazəsi 
olmadan caiz deyildir. İkinci halda isə (ümumi vəqflərdən olarsa) mütəvəllinin, yaxud onda 
təsərrüf etmək haqqına malik olan şəxsin icazəsi olmadan caiz deyildir. Onun pulu sair 
müsəlman qəbiristanlıqlarında istifadə edilməlidir. Vacib ehtiyata görə yaxında olan 
qəbiristanlıq bu işə daha üstündür. Üçüncü halda bir kəsin icazəsinə ehtiyac duyulmadan 
ondan istifadə etmək caizdir. Belə ki, əgər bu iş başqalarının mülkündən – xarab olmuş 
qəbirlərin əsərlərindən istifadə etməyə səbəb olmasın. 
23-Namaz və oruc barəsində müxtəlif məsələlər 
Məsələ 80: Əgər oruc tutan bir şəxs gün batdıqdan sonra öz şəhərində iftarını açmadan 
təyyarə ilə qərb tərəfə səfər etsə və günəşin hələ batmadığı bir yerə çatsa həmin yerdə gün 
batana qədər özünü oruc saxlaması vacib deyildir. Lakin ehtiyat müstəhəb orucunu 
açmaqdan çəkinməsidir. 
Məsələ 81: Əgər mükəlləf öz şəhərində sübh namazını qıldıqdan sonra qərbə tərəf səfər 
etsə və sübhün açılmadığı bir yerə çatsa və sübh açılana qədər orada qalsa; yaxud zöhr 
namazını öz yerində qılıb sonra günorta olmadığı bir yerə səfər etsə və günorta daxil olana 
qədər orada qalsa; yaxud məğrib namazını öz şəhərində qılıb sonradan səfərə getsə və hələ 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
günəşin batmadığı bir yerə çatıb gün batana qədər orada qalsa fərz olunan bu halların 
hamısında namazı yenidən qılmaq vacib deyil. Lakin müstəbb ehtiyat onu yenidən 
qılmaqdır. 
Məsələ 82: Əgər bir şəxs namaz qılmasa, nəticədə onun vaxtı keçsə, sonradan təyyarə ilə 
hələ namaz qılmağa vaxt olan bir yerə getsə ehtiyat vacibə görə gərək namazını ma-
fizzimmə niyyəti ilə, yə`ni əda və qəza niyyəti olmadan yerinə yetirsin. 
Məsələ 83: Əgər mükəlləf təyyarə ilə səfər etsə və orada namaz qılmaq istəsə namaz vaxtı 
üzü qibləyə olmaq, bədənin aramlaşması və sair şərtlərə riayət etməklə namazını qılsa 
namazı səhihdir. Əks halda əgər vaxtı olsa, onda təyyarədən çıxandan sonra şərtlərə malik 
olan namazı qılmağa imkanı olsa ehtiyata əsasən təyyarədə qıldığı namaz səhih deyil. 
Lakin əgər vaxt dar olsa vacibdir ki, namazı təyyarənin içində qılsın, belə olan halda əgər 
qiblənin istiqamətini bilsə həmin istiqamətə qılmalıdır. Zərurət halı istisna olmaqla 
qiblənin şərtlərinə riayət etmədən namazı səhih olmaz. Bu halda gərək təyyarə hər vaxt 
qiblə səmtindən dönsə o qibləyə tərəf dönsün və döndüyü zaman zikr və qiraəti deməsin. 
Qiblənin özünə diqqət yetirə bilməsə sağ əli ilə sol əli arasında olan istiqamətlərə diqqət 
yetirməlidir. Əgər qiblənin istiqamətini bilməsə onu tə`yin etmək üçün çalışmalı və öz 
zənninə əsasən əməl etməlidir. Əgər zənn əldə edə bilməsə namazını qiblə olmasına ehtimal 
verdiyi hər tərəfə qıla bilər. Amma əhvət budur ki, namazı dörd istiqamətdə qılsın. Bu o 
hallardadır ki, qibləni tanımaqla üzü qibləyə dayana bilsin. Və əgər təkbirətül-ehramdan 
başqa bunu yerinə yetirə bilməsə onunla kifayətlənsin əgər ümumiyyətlə bacara bilməsə 
üzü qibləyə dayanmaq şərti qüvvədən düşür. 
Caizdir ki, insan namazın vaxtından əvvəl ixtiyari halda təyyarə ilə səfər etsin. Hərçənd 
bilsə ki, təyyarənin içərisində namazın bədənin aramlaşması və qiblə kimi şərtlərinə malik 
olmayacaq. 
Məsələ 84: Əgər bir şəxs sür`əti yerin fırlanma sür`əti ilə bir olan bir təyyarəyə minsə və 
yerin şərqindən qərbinə doğru hərəkət edib bir müddət yerin ətrafına fırlansa, ehtiyat 
vacib odur ki, hər iyirmi dörd saatda beşlik təşkil edən namazları mütləq qürbət niyyəti ilə 
yerinə yetirsin. Lakin orucun qəzasını etməlidir. 
Əgər təyyarənin sür`əti yerin fırlanma sür`ətindən iki qat artıq olsa təbiidir ki, hər on iki 
saatda bir dəfə yerin ətrafına fırlanacaqdır və iyirmi dörd saatda iki dəfə sübhün açılışını, 
iki dəfə günortanı və iki dəfə qürubu görəcəkdir. Ehtiyat vacib odur ki, hər sübh açılanda 
sübh namazını, hər günorta zamanı zöhr və əsr namazını və hər qürubdan sonra məğrib və 
işa namazını qılsın. 
Əgər daha yüksək sür`ətlə yerin ətrafına fırlansa və məsələn hər üç saat, yaxud daha az bir 
zamanda yerin ətrafına fırlansa hər sübh açılanda, günorta və qürubda namaz vacib deyil. 
Vacib ehtiyat odur ki, hər iyirmi dörd saatda mütləq qürbət qəsdi ilə beşlik namazları 
yerinə yetirsin. Bunu da nəzərə alsın ki, sübh namazını fəcr açılanla günəş doğan vaxt 
arasında, zöhr və əsr namazını günorta ilə qürub arasında, məğrib və işa namazını qürubla 
gecə yarısı arasında qılsın. 
Bu məsələdən aydın olur ki, əgər onun sür`əti yerin hərəkət sür`tinə bərabər olsa və 
məğribdən məşriğə doğru getsə gərək beşlik namazları öz vaxtlarında qılsın. Həmçinin 
əgər onun sür`əti yerin sür`ətindən az olsa da, hökm eynidir amma əgər onun sür`əti yerin 
sür`ətindən daha artıq olsa, məsələn hər üç saatda, yaxud ondan az vaxtda yerin ətrafına 
dolansa, onun məsələsi qeyd olunanlardan aydın olur. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Məsələ 85: Əgər səfərdə vəzifəsi oruc tutmaq olan bir şəxs sübh açılandan sonra öz 
şəhərində oruc niyyəti edib hava yolu ilə səfər etsə və hələ sübh açılmadığı bir şəhərə çatsa 
sübh açılana qədər yeyib içə bilər. 
Məsələ 86: Əgər bir şəxs Ramazan ayında günortadan sonra öz şəhərindən səfər edib hələ 
günorta olmamış bir şəhərə çatsa vacib ehtiyata görə orucunu açmamalı və onu sona 
çatdırmalıdır. 
Məsələ 87: Əgər bir şəxsin vəzifəsi səfərdə oruc tutmaq olsa və öz yerində Ramazan ayının 
hilalını gördükdən sonra üfüqün fərqli olmasına görə hələ hilalın görünmədiyi bir yerə 
getsə həmin günün orucu ona vacib deyildir. Əgər Şəvval ayının hilalını gördüyü bir ölkədə 
bayram keçirib sonra bir yerə getsə ki, üfüqün fərqli oluğuna görə hələlik hilal orada 
görünməyib, vacib ehtiyata görə gərək o günün qalanını orucunu açmasın onun qəzasını da 
yerinə yetirsin. 
Məsələ 88: Əgər mükəlləf ilin altı ayının gecə, altı ayının gündüz olduğu yerdə olsa vacib 
ehtiyata görə namazında ora ən yaxın olan bir məkanı nəzərə almalıdır ki, hər iyirmi dörd 
saatda bir gecə-gündüz olur. Mütləq qürbət niyyəti ilə beşlik namazlarını həmin yerin 
üfüqünə uyğun yerinə yetirməlidir. Oruc barəsində də vacibdir ki, Ramazan ayında elə bir 
şəhərə getsin ki, orada oruc tuta bilsin, yaxud ondan sonra gedib qəzasını etsin. Əgər bunu 
edə bilməsə oruc əvəzinə fidyə verməlidir. 
Lakin hər iyirmi dörd saatında gecə-gündüz olan bir şəhərdə olsa hətta gündüzü iyirmi üç 
saat, gecəsi isə bir saat, ya əksinə olsa onun namazının vaxtı xüsusi vaxtlara tabedir. 
Amma oruca gəldikdə isə mümkün olduğu qədər Ramazan ayının orucunu tutması 
vacibdir. Mümkün olmadığı təqdirdə ondan götürülür. Əgər onun qəzasını yerinə yetirə 
bilərsə qəzası ona vacib olur, əks halda fidyə verməsi lazımdır. 
24- Bəxt yoxlama biletləri (lotoreya biletləri) 
Bəxt yoxlama biletləri bir vərəqədir ki, bə`zi şirkətlər onu müəyyən məbləğə satır və 
iltizam verirlər ki, bu vərəqələri alanların içərisində püşk ataraq püşk kimin adına çıxsa, 
ona müəyyən məbləğdə mükafat versin. Bu iş bir neçə vəch ilə təsəvvür olunur: 
1-Pulu həmin vərəqin müqabilində püşk atmada udmaq və mükafatı əldə etmək ehtimalı 
ilə versin. Bu halda müamilə şəksiz haram və batildir. Əgər bir kəs bu haram işə mürtəkib 
olsa və püşk atanda udsa püşk atan şirkət dövləti olsa hədiyyə ünvanı ilə aldığı məbləğ 
məchulul malikdir və onda təsərrüf etmək şəriət hakiminə müraciət etməklə şərtlənir. Əgər 
o şirkət xüsusi olsa o halda təsərrüf etmək caizdir ki, sahibinin onun təsərrüf etməsinə razı 
olmasını bilsin, hətta malı olmadığını bilsə belə. 
2- Pul verməkdə məqsəd qazanc və mükafat əldə etmək deyil, mədrəsə, məktəb, körpü 
saldırmaq kimi xeyriyyə işlərində iştirak edib maddi kömək etmək olsa, bu halda işkalı 
yoxdur. Bu halda əgər püşk bir adamın adına çıxsa, belə ki, şirkət dövləti olsa, mükafatı 
almaq vacib ehtiyata görə şəriət hakiminin icazəsi ilə və ona müraciət etməklə ondan 
istifadə etməyin işkalı yoxdur. Əgər dövlət şirkəti olmazsa, verilən hədiyyədən istifadə 
etməkdə şəriət hakiminə müraciət etməyə və onun icazəsinə ehtiyac yoxdur. 
3- Pul verməkdə məqsəd şirkətə borc vermək olsun belə ki, vərəqəni alan, müəyyən 
məbləği, misal üçün, altı aylıq şirkətə borc verir, şirkətin də vəzifəsi bu olur ki, qeyd 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
olunan məbləği qaytarmaqdan əlavə, püşk atmaqla adı çıxan şəxsə müəyyən məbləği 
mükafat adı ilə versin. Bu müamilə haramdır. çünki ribalı borcdan hesab olunur. 
İSTİLAHLAR 
Adil – Haram olan şeyləri tərk edib, vacib olan şeyləri yerinə yetirməyə sövq edən 
mələkəyə sahib olan şəxs, ədalətlə davranan adam. 
Axar su – Yerdən qaynayıb axan su – çeşmə, kanal və çay suları kimi. 
Amil – əməl edən, çalışan; zəkatı toplama, bölmə və digər işlər tapşırılmış adam; cu`alə 
qərarına əməl edən kimsə. 
Ariyə (ariyət) – Öz malını geri alıb əvəzsiz olaraq başqalarının istifadəsinə vermək. 
Asi – Üsyan edən, ilahi əmrlərə itaət etməyən. 
Ayət namazı – Zəlzələ qorxulu olduqda, Ay və Günəş tutulduqda və bu kimi təbii hadisələr 
baş verərkən vacib olan iki rük`ət namaz. 
Aybaşı – Heyz, qadının adət halı. 
Az su – Yerdən qaynamayan və kürr sudan az olan su. 
Baliğ – Yetişmiş, həddi-buluğa çatmış oğlan və ya qız. 
Batil – Düzgün olmayan, Allahın istədiyi kimi yerinə yetirilməyən bir əməl. 
Bayram namazı – Fitr və Qurban bayramı günü xüsusi bir şəkildə qılınan iki rük`ət namaz 
(bax: məs. 1528). 
Bid`ət – İlahi hökmlərə yenilik gətirmək, dində olmayan bir hökmü din adına yamamaq. 
Birinci fəcr – Sübh azanına yaxın gündoğandan görünən aydınlıq. 
Böyük hədəs – Qüslü vacib edən şeylər (ihtilam və cima kimi) 
Vacib – Edilməsi Allah tərəfindən əmr olunan əməl. 
Vacib qüsl – Yerinə yetirilməsi gərəkli olan qüsl. 
Vacib qüsllər: 
1. Cənabət qüslü. 
2. Heyz qüslü. 
3. Nifas qüslü. 
4. İstihazə qüslü. 
5. Məss meyyit qüsü. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
6. Meyyit qüslü. 
7. Nəzir, and və başqa yollarla vacib olan qüsl. 
Vədi`ə – əmanət. 
Vəhşət namazı – Ölən şəxs üçün dəfn edildiyi günün ilk gecəsi qılınan iki rük`ət namaz. 
Vəqf – Malı öz istifadəsindən çıxarıb, onun mənfəətini bə`zi fərdlərə və ya xeyir işlərə sərf 
etmək. 
Varis – Ölən adamın malına şər`ən sahib olan şəxs. 
Vəsi – Ölünün vəsiyyət etdiyi şəxs. 
Vəsiyyət – İnsanın ölümündən sonra görüləcək işlər barəsindəki tövsiyyələri. 
Vətən – İnsanın özünə yaşamaq üçün seçdiyi yer. 
Vədi – Bövl etdikdən sonra insandan çıxan su. 
Vəkalət – Bir şəxsi, öz tərəfindən bir işi görməyə vəkil etmək. 
Vəkil – Başqası üçün bir işi görən adam. 
Vəli – Şər`ən başqasının rəhbəri olan şəxs, ata, baba və şər`i hakim kimi. 
Vəzi – Bə`zi vaxtlarda insandan məni gəldikdən sonra çıxan su. 
Vilayət – Rəhbərlik, idarə etmək. 
Vitr namazı – 8 rük`ət gecə namazı və 2 rük`ət şəf` namazından sonra qılınan bir rük`ətlik 
namaz. 
Qaib olmaq – Gözə görünməmək, yoxa çıxmaq. 
Qəsb – Başqasının malını və ya haqqını zalımlıqla istila etmək, zorla almaq. 
Qişş – Xəyanət, hiylə, xalqı aldatmaq məqsədilə dəyəri az olan malı, dəyəri yüksək olan bir 
malla bəlli olmayacaq bir şəkildə qarışdırmaq. 
Qünut – Namazın 2-ci rük`ətində qiraətdən sonra əllərin içini üzün qarşısında tutaraq zikr 
və dua oxumaq. 
Qur`anın vacib səcdəsi – Qur`ani-Kərimdə 15 səcdə ayəsi vardır. Yə`ni insan o 15 ayəni 
oxuyarkən və ya dərhal Allahın əzəməti və böyüklüyü qarşısında səcdə etməlidir. Bu 15 
ayənin dördünün səcdəsi vacib, qalan on birinin səcdəsi müstəhəbbdir. 
Səcdə ayələri aşağıdakılardır 
Səcdəsi vacib olanlar: 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
1. 21-ci cüz, «Səcdə» surəsi, 15-ci ayə 
2. 24-cü cüz, «Fusillət» surəsi, 37-ci ayə 
3. 27-ci cüz, «Nəcm» surəsi, son ayə. 
4. 30-cu cüz, «Ələq» surəsi, son ayə 
Səcdəsi müstəhəbb olanlar: 
1. 9-cu cüz, «Ə`raf» surəsi, son ayə 
2. 123-cü cüz, «Rə`d» surəsi, 15-ci ayə 
3. 14-cü cüz, «Nəhi» surəsi, 49-cu ayə 
4. 15-ci cüz, «İsra» surəsi, 107-ci ayə 
5. 16-cı cüz, «Məryəm» surəsi, 88-ci ayə 
6. 17-ci cüz, «Həcc» surəsi, 18-ci ayə 
7. 17-ci cüz, «Həcc» surəsi, 77-ci ayə 
8. 18-ci cüz, «Furqan» surəsi, 60-cı ayə 
9. 19-cu cüz, «Nəml» surəsi, 25-ci ayə 
10. 23-cü cüz, «Sad» surəsi, 24-cü ayə 
11. 30-cu cüz, «İnşiqaq» surəsi, 21-ci ayə 
Qufeylə namazı – Şam namazından sonra günbatandan qızartı çəkilməmiş qılınması 
müstəhəbb olan iki rük`ətli xüsusi namaz. 
Qüsalə – Yaxantı, bir şeyi yuduqdan sonra ondan öz-özünə və ya sıxmaqla tökülən su. 
Qüsl – Qürbət qəsdilə bədəni xüsusi şəkildə yumaq. 
Dinin zəruriyyəti – Dinin ən mühüm hökmləri (namaz və orucun vacibliyi kimi). 
Diyə – Qan və ya insan bədənində aşkar edilən yaranın, üzvlərinin nöqsanlığının əvəzində 
ödənilən mal. 
Eyni nəcis – Bövl, ğait, məni, murdar, qan, it, donuz, kafir, şərab və pivə kimi nəcis olan 
şeylərin əsli. 
Ədalət – İnsanı haramları tərk edib, vacibləri yerinə yetirməyə sövq edən mələkə. 
Əhd – Öhdəyə alma, söz vermə. Yaxşı bir iş görmək, pis bir işi tərk etmək üçün xüsusi bir 
siğə ilə Allah-təala ilə əhd bağlamaq, Allah-təalaya söz vermək. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Əqdi-daim – Ömrünün sonuna kimi həyat yoldaşı ilə bərabər yaşamaq məqsədiylə qurulan 
evlənmə əlaqəsi. 
Əqd – Bağlılıq, evlənmə bağlılığı. 
Ehtiyat – Həqiqətə yetişdiyinə güvənə biləcək şəkildə hərəkət etmək, Allahın hökmü 
bilinməyən bir yerdə, allahın adını hökmünə görə əməl etdiyindən əmin olacaq şəkildə 
davranmaq. 
Ehtiyat vacib – Fətva ilə bərabər olmayan və edilməsi lazım olan ehtiyat. Vacib ehtiyat və 
lazım ehtiyat deyilən məsələlərdə müqəllid istəsə, başqa bir müctəhidin fətvasına əməl edə 
bilər. 
Ehtiyat lazım – Ehtiyat vacib, edilməsi lazım olan ehtiyat. 
Ehtiyat müstəhəbb – Müctəhidin fətvasından kənar bir ehtiyat, yə`ni fətva ilə birlikdə olan 
ehtiyat. Buna görə də, bu ehtiyata əməl etmək gərəkli deyildir. 
Ehtiyat namazı – Gündəlik namazların rük`ətlərində şəkk edildiyi namazı tamamladıqdan 
sonra şəkk edilən rük`ətləri kamil etmək üçün surəsiz qılınan namaz. 
Ehtiyat tərk edilməsin – Bu termin müctəhidin fətva vermədiyi bir yerdə istifadə edildiyi 
zaman vacib ehtiyat mə`nasındadır. Amma fətva verdiyi bir yerdə ehtiyatın çox yaxşı 
olduğu bildirilir. 
İcarə – Bir malın və ya bir şəxsin işin mənfəətlərini bəlli bir qiymətlə başqasının 
istifadəsinə vermək barədə bağlanan müqavilə. 
İftar – Orucu pozmaq. 
İfza – Açmaq, qadının bövl və haiz məcrasını və ya haiz və ğait məcrasını ya da hər üçünü 
bir eləmək, yə`ni məcralar arasındakı pərdəni yırtmaq. 
İhtilam – İnsandan məni çıxması. 
İqamət qəsdi – Yolçünün bir yerdə on gün qalmağa qərar verməsi. 
İkinci fəcr – Birinci fəcrdən sonra uzununa görünən ağarma, sübh namazı həmin vaxtdan 
görünür. 
İmsaq – Bir şeydən çəkinmək. 
İnşa qəsdi – Alqı-satqı və s. kimi mühüm işləri, bir sıra xüsusi kəlmələri dilə gətirməklə 
vücuda gətirməyi qəsd etmək. 
İrtimas – Suya baş vurmaq. 
İrtimasi-qüsl – Qüsl niyyətilə bir dəfə suya baş vurmaqla yerinə yeirilən qüsl. 
İrtimasi dəstəmaz – Üzü və əlləri suya batırıb-çıxararkən dəstəmaz niyyəti edilərək alınan 
dəstəmaz. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
İrs – Ölən bir şəxsdən varisinə qalan mal. 
İstibra – Murdardan təmizlənməyə çalışmaq, bu söz üç yerdə istifadə olunur: 
1. Bövldən istibra. 
2. Mənidən istibra; belə ki, məni çıxdıqdan sonra məcrada məni zərərlərinin qalmadığına 
əmin olmaq üçün bövl etmək. 
3. Nəcis yeməyə alışmış heyvanın istibrası; yə`ni nəcis yeyən heyvan, öz təbii yeməyinə 
alışana qədər insan nəcasatını yeməkdən qorumaq. 
İstihalə – Bir şeyin başqa bir şey sayılacaq qədər dəyişməsi; ağacın yanıb kül olması və ya 
itin bir duzluğa düşüb duza çevrilməsi. 
İstihazə – Qadınların gördüyü üç növ qandan birinin adı. 
İstimna – Məni çıxmasına səbəb olacaq bir işlə məşğul olmaq (əlilə məni çıxmasına səbəb 
olmaq kimi). 
İstisqa namazı – Yağmur yağması üçün xüsusi bir şəkildə qılınan namaz. 
İstitaət – Vacib həcci yerinə yetirməyə bədən, mal və yol baxımından qüvvəsi çatmaq; 
şəxsin boynuna həcc gəlməsi. 
Zə`f – Qüvvətsizlik, qüdrətsizlik, bir işi görməyə gücü çatmamaq. 
Zamin – Təzminə məcbur olan və ya təzmin etməyi qəbul edən, kəfil. 
Zərurət – Çarəsizlik, məcburluq. 
Zəkat – İnsanın bə`zi mallardan nisab həddinə yetişincə xüsusi yerlərdə məsrəf edilmək 
üçün ayırdığı miqdir. 
Zəkat nisabı – Zəkatı vacib olan şeylərin hər birində tə`yin edilmiş miqdar. 
Zimmət şərtləri – Müsəlman ölkəsində yaşayan kitab əhli olan kafirlərin İslam dövləti 
sayəsində can və mallarının hifz olunması üçün əməl etməli olduqları şərtlər. 
Zimmi – İslam torpaqlarında İslamın ictimai qanunlarına bağlı qalmaları əvəzində İslam 
dövlətinin himayəsi altında yaşayan kitab əhli olan kafirlər, xristianlar və yəhudilər. 
Zina – Kəbindənkənar əlaqə, bir-birinə haram olan kişi və qadının cinsi əlaqəyə girməsi. 
Yaisə – Heyz qanı görməyəcək yaş yetişən qadın. 
Yəqin – Doğru bilgi, yanlışlığına heç bir ehtimal olmayan mə`lumat. 
Kafir – 
1. Allahın varlığını inkar edən kimsə 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
2. Allaha şərik qoşan adam 
3. Nübüvvəti qəbul etməyən şəxs 
4. İmamlardan birinin Allah olduğuna və ya Allahın onlardan birinə hülul etdiyinə inanan 
məxluq 
5. İmamlara qarşı düşmənlik izhar edən xəvaric və nəvasiblər. 
Kitab əhli – Özlərini kitabı peyğəmbərlərdən birinə tabe bilən qeyri-müsəlmanlar (yəhudi 
və xristianlar kimi). 
Kiçik hədəs – Dəstəmazı pozan şərtlər; bövl, ğait, yel xaric etmək, yatmaq, ağıl aparan 
şeylər, istihazə və qüslü lazım etməyən şeylər. 
Gecə namazı – Gecə yarısından sonra qoşa rük`ətlə qılınan 8 rük`ətli namaz. 
Gündəlik nafilələr – Gündəlik müstəhəbb namazlar. Cümə günü 38, qalan günlərdə 34 
rük`ətdir. 
Ləhv alətləri – Əyyaşlıq və digər əyləncə alətləri (saz, nağara və s.). 
Məhrəm – İnsanın evlənməsi əbədi haram olan şəxslər. 
Məzalim – Satıcıdan və alıcıdan, illər ərzində müamilə zamanı bilməyərəkdən pullardan 
qalan qalıqların miqdarının fəqirlər arasında paylanması. 
Məzməzə – Suyu ağızda çalxalamaq. 
Məkruh – Edilməsi haram olmayan, lakin şər`i qaydada edilməməsi daha yaxşı olan iş. 
Məsh – Bir şeyin üstünə əli sürtmək, dəstəmazda əlləri və üzü öz hissəsinə və ayaqların 
üzərinə məsh etmək, sürtmək. 
Meyyit – Ölü, cənazə. 
Məzi – Qadınla oynaşarkən kişidən gələn su (bu məni deyil). 
Milli mürtədd – Qeyri-müsəlman ata-anadan doğulan və kafir olduğunu bildikdən sonra 
müsəlman olub, təkrar kafir olan şəxs. 
Miskin – Fəqir, yoxsul, vəziyyəti fəqirdən də pis olan şəxs. 
Mubah – Şər`i nöqteyi-nəzərdən yaxşı və ya pis olmayan iş, vacib, müstəhəbb, haram və 
məkruhdan qeyri-işlər. 
Mübtədiə – İlk dəfə heyz qanı görən qadın. 
Mudd – Təqribən 10 sir (750 qr.) miqdarında ölçü. 
Muhrim – Həcc və umrə ehramında olan şəxs. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Muhtəzər – Can vermə vəziyyətində olan adam. 
Muhtəlim – Yuxuda ikən cinsiyyət üzvündən məni xaric olan şəxs. 
Muhtərəm mallar – İslami qaydalar üzrə olub, sahibinin icazəsi olmadan başqalarına 
haram olan mallar. 
Müqəllid – Müctəhidə təqlid edən, onun sözlərinə baxan. 
Müməyyiz – Yaxşı və pisi anlayan uşaq. 
Murdar – Öz-özünə ölən və ya qeyri-İslami qaydada öldürülən heyvan. 
Musaqat – Sulamaq, bağ sahibi ilə bağban arasında bağlanan anlaşma. Bu anlaşmaya görə 
bağban ağacları sulayıb, onlara qulluq etməsi müqabilində bağın müəyyən bir miqdarda 
meyvəsindən istifadə edə bilər. 
Mütənəccis – Özlüyündə təmiz olan, lakin nəcis bir şeylə qarışaraq və ya nəcis şeyə dəyərək 
nəcis olan şey. 
Mut`ə – Daimi olmayan əqd ilə bağlanan nigah. 
Mütləq su – Meyvə və ona bənzər şeylərdən əldə edilməyən və başqa bir şeylə qarışmayan, 
əgər qarışarsa su halətindən çıxmayan normal su. 
Muvalat – Namazın bölmələrini ara vermədən dalbadal qılmaq. 
Müvəkkil – Özünə vəkil tutan. 
Muzaf su – Bir şeydən əldə edilən su (qarpız suyu və şərbət kimi). 
Muzariə – Yer sahibi ilə əkinçinin arasında bağlanan anlaşma. Bu anlaşmaya görə 
məhsulun müəyyən miqdarı əkinçinin, qalanı isə torpaq sahibinin olur. 
Müztəribə – Heyz qanı görməsi zamanı normal olmayan qadın. 
Müctəhid – Allahın hökmlərini anlamaqda ictihad dərəcəsinə yetişən, yə`ni Kitab (Qur`an) 
və sünnətdən İslami hökmləri çıxarmağa elmi gücü olan şəxs. 
Mükəlləf – Həddi-buluğa yetişmiş ağıllı insan. 
Münfəridən – Namazı camaatla deyil, tək qılmaq. 
Mürtədd – Əvvəlcə müsəlman olub müsəlmanlıqdan çıxaraq, Allahını, Peyğəmbərini inkar 
etmək mə`nasına gələn zəruri din hökmlərindən birini inkar edən şəxs. 
Müstəhəbb – Yerinə yetirilsə savab, yetirilməsə əzabı olmayan şər`i hökm. 
Müstəhəbb qüsl – Bə`zi günlər və gecələr və ya bə`zi ibadətlər və ziyarətlər münasibətilə 
edilməsi savab olan şeylər (cümə və ziyarət günü). 
Müstəhazə – İstihazə qanını görməkdə olan qadın. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Nafilə – Müstəhəbb namaz. 
Nasiyə – Adət vaxtını unudan qadın. 
Nəcis – Təmiz olmayan şey. 
Nüfəsa – Nifas qanı görməkdə olan qadın. 
Nəfsi-muhtərəmə – Şər`ən qanı muhtərəm olan, halal olmayan şəxs, öldürülməsi caiz 
olmayan şəxs. 
Nəzir – Xüsusi bir niyyətlə yaxşı bir işi görməyi və ya pis bir işi tərk etməyi özünə vacib 
etmək. 
Nifas – Doğumdan sonra qadının bətnindən gələn qan. 
Nigah – Evlənmək. 
Nisab – Tə`yin edilmiş miqdar. 
Nisa – (qadınlar) təvafı – Həcc və ümrəyi-münfəridənin son təvafı. Bu təvafı tərk etmək 
təvaf edən üçün haramdır. 
Rəbəvi borc – Artığı ilə ödənilməsi şərtilə verilən borc. 
Rəca`ən – Həqiqətə çatmaq ümidi ilə bir işi görmək. 
Rəca` qəsdilə – (Rica`ən) bir əməlin həqiqi hökmünü bilmədiyimiz təqdirdə onu həqiqətə 
oxşatmaq ümidilə etmək. 
Rəhn – Borclu şəxsin borc aldığı miqdar əvəzində qoyduğu mal. Tə`yin edilmiş vaxtda borc 
qaytarılmasa, borc verən həmin maldan alacağı miqdar əvəzində istifadə edə bilər. 
Tərəxxüs həddi – İqamət yerindən oranın azanı eşidlməyəcək və divarı görünməyəcək 
qədər uzaq məsafə. 
Rükn – Bir şeyin təməl dirəyi, ibadətlərin təməl üzvü. 
Rüku – Önə doğru əyilmək. Namazda Allahın əzəməti qarşısında əllər dizə çatacaq qədər 
əyilmək. 
Rükuya bitişik qiyam – Rükuya əyilməmişdən əvvəlki sonuncu anda ayağa qalxmaq. Bu 
namazın rüknüdür. 
Sə` – Çəkisi üç kiloqram olan bir ölçü. 
Səfəri – Qəsr, dörd rük`ətli namazların səfərdə iki rük`ət qılınması. 
Səhv səcdə – Namazda səhvən əmələ gələn yanlışlıqlar üçün namzdan sonra edilən səcdə. 
Seyyid – Həzrət Əli və Həzrət Fatimə (s.ə.) nəslindən olan şəxs. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Siğə – 
1. Bir əqdin gerçəkləşməsi üçün işlədiln sözlər, cümlələr. 
2. Müvəqqəti nigahla nigahlanmış qadın. 
Tə`qib – Namazdan sonra zikr, dua və Qur`an oxumaqla məşğul olmaq. 
Təqlid – Müctəhidin fətvalarına əsasən əməl etmək. 
Təlaq – Boşama, evlilik əlaqələrini xüsusi qaydalar üzrə pozmaq. 
Təlaqi-bəin – Kişinin yenidən nigah etməmiş öz qadınının almağa haqqı olmayan təlaq. 
Təlaqi-xul`i – Ərinə meyli olmayan, öz mehrini və ya başqa bir malının ona bağışlayaraq 
boşanmaq istəyən qadının təlağı. 
Təlaqi-ric`i – İddəsi çıxmamış qadının ərinin yanına dönməsinə haqq verən təlaq. 
Tərəxxüs həddi – Bir yerdən oranın azanı eşidilməyəcək və divarı görünməyəcək qədər 
uzaqlıqdakı məsafə. 
Təvaf namazı – Həcc və ümrə mərasimlərində Beytullahul-həramı təvaf etdikdən sonra 
qılınan iki rük`ət namaz. 
Təharət – Təmizlik, dəstəmaz, qüsl və ya təyəmmüm üçün insanda hasil olan mə`nəvi 
vəziyyət. 
Təkbirətul-ihram – Namaza başlamaq məqsədilə söylənən «Əllahu-əkbər». 
Təlqih – Kişinin nütfəsini (spermasını) hər hansı vasitə ilə qadının rəhminə daxil etmək. 
Tərtibi qüsl – Qüsl niyyəti ilə əvvəlcə baş və boynunu, sonra sağ tərəfi, daha sonra sol tərəfi 
yumaq. 
Tərtibi dəstəmaz – Dəstəmaz niyyətilə suyu üzə və əllərə tökərək alınan dəstəmaz. 
Təsəttür – Özünü örtmək, örtünmək, İslami geyimə əməl etmək. 
Təsmiyə – Allah-təalanın adını dilə gətirmək. (Bismil-ləhir-rəhmənir-rəhim) demək. 
Təşrih – Ölülərin bədənini tibbi və digər mə`lumatlar əldə etmək məqsədilə kəsmək. 
Təzkiyə edilmiş – Şər`i ölçülərə əməl edərək kəsilən heyvan. 
Umrə – Allahın evini ziyarət etmək. Beytullahda yerinə yetirilməli olan bə`zi əməllər. Umrə 
müəyyən şərtlər daxilində hər mükəlləfə ömründə bir dəfə vacib olur. Umrə, iki qismdir: 
1. Təməttu` umrəsi; təməttu` həccindən sonra və ya həccsiz yerinə yetirilir. 
2. Mufrədə umrə – Qıran və ifrad həccindən sonra və ya həccsiz yerinə yetirilir. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Bu iki qismin keyfiyyətinə və fərqlərinə «Həcc əhkamları» bölməsində baxın. 
Fəqir – Möhtac, ehtiyacı olan, özünün və ailəsinin illik dolanışığına sahib olmayan şəxs. 
Fətva – Şər`i məsələlərdə müctəhidin nəzəri. 
Fəcr – Sübhə yaxın Günəş doğmamışdan əvvəl üfüqün gündoğan tərəfdən görünən 
aydınlığı, dan yerinin ağarması. 
Fəcri-kazib – Birinci fəcr, sübh azanına yaxın şərqdə, dik şəkildə görünən ağartı. 
Fəcri-sədiq – İkinci fəcr, 1-ci fəcrdən sonra üfüq boyu görünən ağartı, sübh azanının vaxtı. 
Fərc – Qadının övrət yeri (cinsiyyət üzvü). 
Fitr bayramı – Mübarək Ramazan bayramı, Şəvval ayının ilk günü. 
Fitrə – Fitr bayramı günündə bayram münasibətilə fəqirlərə verilməsi və ya zəkatın 
məsrəfi ediləcək yerlərində xərclənməsi lazım olan 3 kq buğda, arpa və ya onların 
miqdarında pul. 
Fitri mürtədd – Müsəlman atadan və ya müsəlman anadan yaxud da müsəlman ata-
anadan doğulan və sonradan kafir olan şəxs. 
Fitriyyə – Fitrə zəkatı. 
Fi səbilillah – Allahı yolunda görülən iş, məscid, körpü, yol tikmək kimi müsəlmanların 
hamısının faydalanacağı iş. 
Xums – Beşdə bir. Xüsusi yerlərdə məsrəf edilməsi lazım olan yeddi şeyin (qazanc, mə`dən, 
xəzinə) beşdə biri. 
Xovf (qorxu) namazı – Döyüş və buna bənzər hallarda xüsusi bir şəkildə qılınan gündəlik 
namaz. 
Həcc-Beytullah – Hərəmi (Kə`bəni) ziyarət etmək və bir sıra xüsusi əməlləri yerinə 
yetirmək. 
Heyz – Aybaşı olan qadın. 
Hakimi şər`i – İslam hökmlərini icra məqamında olan müctəhid və ya onun naibi, başqa 
sözlə, İslami ölçülərə görə hökmü keçərli olan müctəhid və ya naibi. 
Haram – İslama görə edilməsi qadağan olan iş. 
Hərbi kafir – Müsəlmanlarla savaş halında olan kafir. 
Hisbi şeylər – Adil bir müctəhidin və ya onun naibinin baxması lazım gələn işlər 
(yetimlərin mallarına baxmaq). 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Hənut – Ölənin alnına, əllərinin içinə, dizlərinin gözünə və ayaq baş barmaqlarının ucuna 
kafur sürtmək. 
Cahil – Bilməyən (şər`i hökmlərindən xəbərsiz). 
Cahili-Qasir (günahsız cahil) – Bilmədiyinə görə günahı olmayan cahil, yə`ni Allahın 
hökmünü öyrənməyə imkanı olmayan və yaxud özünü cahil bilməyən şəxs. 
Cahili-müqəssir – Bilmədiyinə görə günahı olan cahil, yə`ni məsələləri öyrənməyə imkanı 
olduğu halda, tənbəllik edib öyrənməyən adam. 
Cəbirə – Yara və sairənin üzərinə sürtülən dərman və ya onların üzərinə bağlanan parça, 
sarğı. 
Cəbirəli qüsl – Bədən üzvlərində yara olduğu halda verilən qüsl. 
Cəbirəli təyəmmüm – Təyəmmüm üzvlərində yara olduğu təqdirdə alınan dəstəmaz. 
Cəllal – İnsan ğaitini yeməyə alışmış heyvan. 
Camaat namazı – İki və daha artıq adamın öz sıralarından birinə iqtida ilə qıldıqları 
namaz. 
Cəm kəffarəti – Üç kəffarənin cəmi (60 gün oruc tutmaq, 60 fəqiri doydurmaq və bir qulu 
azad etmək). 
Cənabət – Cünub olma halı. Bir şəxsdən məni çıxması və ya biri ilə cinsi əlaqədən sonrakı 
hal. 
Cima – Cinsi əlaqə. 
Cu`alə – «Kim mənə filan işi görərsə, ona müəyyən bir şey verəcəyəm» – deyə bildirilən 
qərar. Bu qərarı bildirənə «cail», ona əməl edənə «amil» deyirlər. 
Cümə namazı – Cümə günü günorta vaxtı günorta namazı əvəzinə ən azı 5 nəfərdən ibarət 
camaatla qılınan iki rük`ət namaz. 
Cüz` və şərt – Olmaması bir şeyin əslinə zərər verən şey o şeyin cüz`üdür, amma olmaması 
bir şeyin əslinə deyil, istənilən sifətinə zərər verən şey o şeyin şərtidir. Məsələn; rüku və 
sücudun olmaması namazın əslinə zərər verdiyi üçün namazın cüz`ü sayılır. Lakin təharət 
və hüzuri-qəlbin olmaması namazın əslinə deyil, «sihhət» və «kamal» sifətlərini aradan 
qaldırdığı üçün namazın şərti adlandırılmışdır. 
Şaxis – Günorta vaxtını tə`yin etmək üçün yerə sancılmış ağac və s. 
Şərtləri haiz müctəhid – Təqlid mərcəi ola bilmə şərtlərinə sahib olan müctəhid. 
Şəf`i namazı – 8 rük`ət gecə namazlarından sonra qılınan 2 rük`ət müstəhəbb namaz. 
Şəkk – Şübhə, tərəddüd. 
Şər`i zibh – Heyvanları İslami ölçülərə əməl edərək kəsmək. 


www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
www.ehlibeyt.info
@SonUmidTV
www.ehlibeyt-aka.com
WhatsApp +994556099234 
Şükr səcdəsi – Verdiyi ne`mətlər əvəzində Allah-təalaya şükr məqsədilə alnı yerə qoymaq. 

Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə