Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

olmasından, öz xalqına və millətinə  nə  qədər bağlı olmasından 
xəbər verirdi.  
Azərbaycan dilinin dövlət dili statusu alması, onun bir ünsiyyət 
vasitəsi kimi bugünkü səviyyədə inkişaf etməsi, qrammatik elmi 
əsaslarının yaradılması, latın qrafikinə keçilməsi məsələləri də 
Heydər Əliyevin birbaşa xidməti sayəsində mümkün olmuşdur. 
Heydər  Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet 
hakimiyyəti dövründə o, qədim tarixi adlarımızın, milli 
ziyalılarımızın qorunub-saxlanmasında mühüm xidmətlər 
göstərmişdir. O zaman Heydər  Əliyevin təşəbbüsü ilə 
Kirovabadın bir hissəsində Yeni Gəncə qəsəbəsi salındı. Şəhərin 
köhnə hissəsi iki inzibati rayona bölündü. Şəhərin qədim hissəsi 
olan bir rayona Kəpəz adı, digər bir rayona isə Nizami adı verildi. 
Milli ziyalılarımızın qorunması sahəsində Heydər  Əliyevin 
göstərdiyi xidmətlər Azərbaycanda milli oyanışın baş verməsinə, 
milli ruhun dirçəlməsinə  səbəb olurdu. Heydər  Əliyev 
uzaqgörənliklə sanki SSRİ-nin yaxın gələcəkdə dağılacağını 
görürmüş kimi ziyalılarımızı  hər cür təzyiqlərdən məharətlə 
qoruyurdu. Bir zaman "Gülüstan" poemasını yazan Bəxtiyar 
Vahabzadə dövlət mükafatı alaraq Azərbaycanın xalq deputatı 
seçilməklə toxunulmazlıq statusu qazandı. Ziya Bünyadov 
Azərbaycanın Rusiya tərkibinə daxil olmasının 150 illiyi tamam 
olarkən müstəmləkəyə çevrildiyimiz tarixi özümüzə bayram 
etdirərək guya Azərbaycanın çar Rusiyası tərkibinə könüllü daxil 
olduğunu yazan alimlərə cavab olaraq bildirmişdi ki, Azərbaycan 
Rusiyanın tərkibinə könüllü deyil, zorakılıqla daxil edilmişdi
daha doğrusu, çar Rusiyası Azərbaycanı  işğal etmişdi. Həmin 
dövrdə Ziya Bünyadov da məhz Heydər  Əliyevin qayğısı 
sayəsində dövlət mükafatı almışdı. 70-80-ci illərdə keçmiş SSRİ 
rəhbərlərindən heç biri milli məsələyə, milli hisslərə Heydər 
Əliyev qədər dərin bələd olmamış və diqqət göstərməmişdir.  
Ümummilli liderimiz Heydər  Əliyevin Azərbaycan xalqı  və 
dövləti, eləcə  də azərbaycançılıq ideologiyası qarşısında 
göstərdiyi çox mühüm əhəmiyyətli məsələlərdən biri də 


Azərbaycan diasporunun inkişaf etdirilməsi və təşkilatlandırılması 
olmuşdur. Dünyanın müxtəlif ölkələrinə  səpələnmiş, on illərlə 
başqa millət və xalqların içərisində yaşayaraq öz milli-mənəvi 
dəyərlərinə yadırğamış olan dilini, dinini, adət-ənənələrimizi 
unutmaq dərəcəsinə  gələn minlərlə soydaşımızın yenidən bir 
araya gəlməsi üçün Heydər  Əliyev kimi dünyada tanınan 
şəxsiyyətə ehtiyac var idi. 
Maraqlıdır ki, xaricə axının statistikasına görə XX əsrin 60-70-ci 
illərinə  qədər Azərbaycan Respublikası  və azərbaycanlılar aşağı 
yerlərdən birini tuturdular. Buna səbəb kimi azərbaycanlıların öz 
vətəninə, torpağa,  əkin-biçinə bağlılığını, habelə  həmin dövrdə 
Azərbaycanın  əsasən geridə qalmış aqrar kənd təsərrüfatı ölkəsi 
olmasını, azərbaycanlıların isə təhsil səviyyəsinin aşağı olmasını, 
rus və başqa Avropa dillərini zəif bilmələrini göstərmək olar. 
Məhz 70-80-ci illərdə Azərbaycan Respublikasının coşqun sosial-
iqtisadi inkişaf sürəti götürməsi, ölkədə  sənayeləşmənin, aqrar-
sənaye komplekslərinin inkişaf etdirilməsi və hər il minə qədər ən 
savadlı Azərbaycan gəncinin SSRİ-nin qabaqcıl təhsil 
mərkəzlərinə oxumağa göndərilməsi nəticəsində bütün SSRİ 
məkanında güclü Azərbaycan diasporunun təşkilatlanması  və 
inkişafı üçün zəmin yarandı. 
Eyni zamanda məhz Heydər  Əliyevin birbaşa rəhbərliyi və 
qayğısı sayəsində Azərbaycanda 70-80-ci illərdə milli 
özünüdərkin yüksəlişi başlandı. Yazıçı  və  şairlərin  əsərlərində, 
milli ruha, millət və xalq anlayışlarına, Azərbaycan dili ilə bağlı 
məsələlərə önəm verildi. Heydər  Əliyevin hakimiyyətinin sovet 
dövründə dünya azərbaycanlılarının təşkilatlanması, onlarla 
Azərbaycan arasında  əlaqələrin qurulması istiqamətində xeyli iş 
görüldü.  
Xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni 
Əlaqələr Cəmiyyətinin yaradılması  həmvətənlərimizin birliyinə 
xidmət edən mühüm bir addım idi.  
Məhz bütün bunların nəticəsində 80-ci illərin sonlarında SSRİ-
nin dağılması  ərəfəsində Azərbaycan xalqının yüksək milli-


azadlıq ruhu özünü qabarıq şəkildə büruzə verdi. 1989-cu ilin 31 
dekabr günündə o taylı-bu taylı azərbaycanlılar Azərbaycan-İran 
və Azərbaycan-Türkiyə sərhədi boyunca uzanan tikanlı məftilləri 
söküb bir xalqın ikiyə bölünməsinə etiraz edərək öz 
həmrəyliklərini bildirdilər. Bu, Azərbaycan tarixində  ən 
əhəmiyyətli hadisələrdən biri idi. Azərbaycanlıların nümayiş 
etdirdikləri bu milli həmrəylik dünyanı  lərzəyə saldı. 
1991-ci il dekabr ayının 16-da o vaxt Naxçıvan Muxtar 
Respublikası Ali Məclisinin Sədri işləyən Heydər  Əliyev 31 
dekabr gününün Azərbaycan tarixinə milli həmrəylik günü kimi 
daxil olmasının təşəbbüskarına çevrildi. Naxçıvan MR Ali 
Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü əsasında milli 
həmrəylik və birlik gününün təsis olunması ilə bağlı qərar qəbul 
edildi. Qərarda deyilirdi: "Çoxəsrlik zəngin tarixə malik olan 
Azərbaycan öz inkişafının müxtəlif mərhələlərində  dəfələrlə 
xarici istilaya məruz qalmış, onun torpaqları  zəbt edilmiş  və 
parçalanmış, dövlət müstəqilliyi və suverenliyi əlindən 
alınmışdır..." 
Qərarda göstərilirdi ki, Naxçıvanda təşkil olunan "Sərhəd 
hərəkatı" Azərbaycanın ikiyə bölündüyü 150 ildən artıq bir dövr 
ərzində ilk dəfə olaraq Arazın o tayında, bu tayında olan 
həmvətənlərin ünsiyyətini yaratdı. 1989-cu il dekabrın 31-i dünya 
azərbaycanlılarının həmrəylik bayramına çevrildi. Odur ki, 31 
dekabr gününün hər il geniş qeyd edilməsi təklifi irəli sürüldü.  
Müstəqillik dövründə Heydər  Əliyev azərbaycançılığın 
bayraqdarı olmuş, müstəqil dövlətimizin simvolu olan üçrəngli 
bayrağımızı BMT-nin, Avropa Şurasının və digər beynəlxalq 
təşkilatların və dövlətlərin  ən görkəmli yerlərində qaldırmış  və 
Azərbaycanın himnini dəfələrlə səsləndirmişdir. Ümummilli lider 
Heydər  Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu 
gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir 
respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə 
kimi qəbul edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə