Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

Müstəqil Azərbaycan Respublikasının Prezidenti olduqdan 
sonra artıq daha böyük səlahiyyətləri olan Heydər Əliyev xaricdə 
məskunlaşmış soydaşlarımızla  əlaqələri dövlətimizin xarici 
siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Dünya 
azərbaycanlılarının əsl həmrəyliyinin yaradılması yolunda 1997-ci 
il dekabrın 27-də Respublika sarayında keçirilən toplantı  əsas 
addımlardan biri oldu. Həmin toplantıda ümummilli liderimizin 
dərin məzmunlu çıxışında deyilirdi: "Biz - bu torpaqda yaşayan 
azərbaycanlılar başqa ölkələrdə yaşayan soydaşlarımız haqqında 
həmişə düşünmüşük, onlarla əlaqə yaratmaq istəmişik və onlarla 
həmrəyliyimizi bildirməyə çalışmışıq... Bugünkü müstəqil 
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının 
dayağıdır və bütün dünya azərbaycanlıları üçün örnəkdir... 
Azərbaycan xalqı, Azərbaycan milləti yaşayıb, yaşayır və 
yaşayacaqdır!" Heydər  Əliyev dünya azərbaycanlılarının tarixi 
Vətənlə  hərtərəfli münasibətini, milli özünəməxsusluğunu 
qorumağı, diasporlararası  əlaqələri genişləndirməyi və xaricdə 
yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsini çox önəmli 
hesab edirdi. 2001-ci ilin 9-10 noyabrında Dünya 
azərbaycanlılarının Bakıda keçirilmiş I qurultayı dünya 
azərbaycanlılarının vahid ideya - azərbaycançılıq ideyası ətrafında 
daha sıx birləşməsi yolunda əhəmiyyətli bir addım oldu. 2002-ci 
ilin 5 iyulunda Prezident Heydər  Əliyevin fərmanı ilə Xarici 
Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin 
yaradılması Azərbaycan diasporunun formalaşmasında və 
təşkilatlanmasında müstəsna  əhəmiyyət kəsb etdi. Komitə  qısa 
müddət  ərzində dünya azərbaycanlılarının həmrəyliyinə, 
soydaşlarımızın mənəvi birliyinin yaradılmasına  əhəmiyyətli 
təkan verdi. 
Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin dünya 
azərbaycanlılarının həmrəyliyini öz siyasətinin prioritet 
istiqamətlərindən birinə çevirməsinin daha bir bariz nümunəsi 
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ictimai-siyasi 
şöbəsinin nəzdində xaricdə yaşayan azərbaycanlılarla iş üzrə 


sektorun yaranmasıdır. Bu qurum Azərbaycan diasporunun 
inkişafına dövlət qayğısını nümayiş etdirən növbəti addımdır. 
2002-ci il dekabr ayının 27-də Heydər  Əliyev Azərbaycan 
diasporunun tam formalaşması və təşkilatlanması yolunda növbəti 
bir  əhəmiyyətli addım atdı. "Xaricdə yaşayan azərbaycanlılarla 
bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının 
Qanunu qəbul edildi. Bu qanun xarici ölkələrdə yaşayan 
soydaşlarımız qarşısında çox geniş perspektivlər açdı  və onların 
Azərbaycanın mənafeyi  ətrafında daha sıx birləşməsinə  şərait 
yaratdı. 
Ümummilli liderimiz Heydər  Əliyevin başladığı bu nəcib işi 
indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla 
davam etdirməkdədir. Azərbaycan diasporunun inkişafı  və 
möhkəmlənməsi müasir dövrümüzdə  də öz aktuallığını saxlayan 
əsas məsələlərdən biridir. Prezident İlham  Əliyev Rusiya, 
Qazaxıstan, Türkiyə, Ukrayna, Gürcüstan, Moldova, Özbəkistan 
və digər ölkələrə  səfərləri zamanı Azərbaycan diasporunun 
üzvləri ilə görüşmüş, onların qayğı  və problemləri ilə 
maraqlanmışdır. 
Prezident  İlham  Əliyevin rəhbərliyi altında Azərbaycan 
diasporunun  əldə etdiyi mühüm əhəmiyyətli nailiyyətlərin 
sırasında 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və 
Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya 
Azərbaycanlıları Konqresinin II qurultayını, 2006-cı il mart 
ayının 16-da Bakıda keçirilən Dünya azərbaycanlılarının II 
qurultayını  və 2007-ci il noyabr ayının 17-19-da yenə Bakıda 
keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və 
əməkdaşlıq qurultayını qeyd etmək olar. 
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya 
azərbaycanlılarının I qurultayında Heydər  Əliyev bəyan etdi: 
"Dünyada yaşayan bütün azərbaycanlıların bir Vətəni vardır, o da 
Azərbaycandır". O, bütün dünyada yaşayan 50 milyondan çox 
azərbaycanlını vahid ideya ətrafında birləşərək milli birliyə 
çağırdı. "Azərbaycan xalqı qəhrəman xalqdır. Biz ya ayağa qalxıb 


torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət 
olmadığımızı etiraf etməliyik. Xalqımız çoxəsrlik tarixində milli 
mənliyini, Vətənini qoruyub-saxlamağa qadir olduğunu dəfələrlə 
sübut edibdir" deyən Heydər Əliyevin ən böyük arzusu, niyyəti və 
məqsədi Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanın 
işğal olunmuş  ərazilərini işğaldan azad etmək idi. O, dəfələrlə 
vurğulamışdı ki, "biz nəyin bahasına olursa-olsun, lazım gələrsə 
son damla qanımıza qədər vuruşaraq torpaqlarımızı azad 
edəcəyik". Tale imkan versəydi, Heydər Əliyev, şübhəsiz ki, həlli 
yollarını aydın gördüyü bu problemi də Azərbaycanın  ərazi 
bütövlüyünün qorunub-saxlanması  şərtilə  həll edəcək, tarixi 
torpaqlarımızı erməni işğalından azad edəcəkdi.  Əfsus ki, bu 
tarixi missiya ümummilli liderimiz Heydər Əliyevə nəsib olmadı. 
Lakin müdrik dövlət xadimi Dağlıq Qarabağ probleminin və 
Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün bütün 
siyasi, iqtisadi, hərbi və  mənəvi bazanı yaratmışdır. Onun 
müəyyən etdiyi düzgün xarici siyasət və bünövrəsini qoyduğu, 
qurub-yaratdığı güclü Azərbaycan Respublikasının bu gün 
dünyada olan nüfuzu, Heydər  Əliyev siyasi kursunun layiqli 
davamçısı  cənab  İlham  Əliyevin Prezident olduğu müddətdə 
atdığı  uğurlu addımlar bu ümummilli problemin də tezliklə  həll 
olunacağını deməyə  və azərbaycanlıların milli qürurunun 
tapdalanmayacağına inam yaradır. Heydər  Əliyev təsadüfən 
söyləməmişdir: "...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim 
taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və  dəstəyi ilə 
İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram 
və gələcəyinə böyük ümidlər bəsləyirəm". 
 
Azərbaycan.- 2008.- 11 aprel.- S. 3. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə