Microsoft Word ayten add doc


Brüsseldə ümummilli lider Heydər Əliyevin 85



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

Brüsseldə ümummilli lider Heydər Əliyevin 85 
illik yubileyinə həsr olunmuş poçt markaları çap edilib 
 
Belçika-Azərbaycan Evi və "Euro Xəbər" qəzeti 
ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə 
Brüsseldə poçt markaları çap etdirmişdir.  
Belçikada dövriyyəyə buraxılmış markaların birinin üzərində 
Azərbaycanın Dövlət bayrağının fonunda ümummilli lider Heydər 
Əliyevin şəkli verilmiş, "1923-2008" və "85 Year" (85 il) sözləri, 
digərinin üzərində isə ulu öndərin və onun siyasi xəttinin layiqli 
davamçısı Prezident İlham Əliyevin şəkilləri və "85 Year" sözləri 
çap olunmuşdur.  
Bu markalardan dünyanın bütün ölkələrinə göndərilən 
məktublarda istifadə oluna bilər. 
Qeyd edək ki, 2004-cü ildə də Belçika-Azərbaycan Evi üzərində 
ümummilli liderimizin və Azərbaycan Prezidenti İlham Əliyevin 
şəkilləri olan poçt markaları çap edərək dövriyyəyə buraxmışdı. 
Bu poçt markaları əhali arasında məmnunluqla qarşılanmış və 
geniş istifadə edilmişdir. 
Belçika-Azərbaycan Evindən bildirmişlər ki, markaların 
Avropanın mərkəzi hesab edilən Brüsseldə çap olunması 
avropalıların Azərbaycanı yaxından tanıması istiqamətində yeni 
bir addım olacaqdır. Markaların Belçika Poçt İdarəsi tərəfindən 
təsdiqi isə onların dünyanın istənilən ölkəsinə göndərilməsinə 
imkan yaratmışdır. 
Yeni poçt markalarını Belçika-Azərbaycan Evinin Bakı 
ofisindən əldə etmək olar. 
 
Azərbaycan.- 2008.- 26 aprel.- S. 3. 
 
 


İnformasiya kommunikasiya texnologiyalarının 
inkişafında Heydər Əliyev siyasətinin rolu 
 
Aprelin 24-də Rabitə və İnformasiya Texnologiyaları 
Nazirliyinin Baki Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) 
müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan 
olmasının 85-cü ildönümü geniş qeyd olunmuşdur. 
Rabitə və informasiya texnologiyaları nazirinin müavini 
İltimas Məmmədov, Milli Məclisin deputatı Siyavuş Novruzov, 
BTRİB-in baş direktoru Beytulla Hüseynov və digər natiqlər 
parlaq və təkrarsız şəxsiyyət, müasir Azərbaycan dövlətçiliyinin 
qurucusu Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, xalqımız 
qarşısında misilsiz xidmətlərindən danışmışlar. 
Qeyd olunmuşdur ki, ümummilli lider informasiya-
kommunikasiya texnologiyalarının əhəmiyyətini daim yüksək 
qiymətləndirmiş, bu sahədə inkişafa nail olmaq üçün ardıcıl səylər 
göstərmişdir. Azərbaycanda mobil rabitənin bugünkü yüksək 
inkişaf səviyyəsi də məhz Heydər Əliyevin səylərinin bəhrəsidir. 
1994-cü ildə "Bakcell", 1996-cı ildə "Azercell" birgə 
müəssisələrinin yaradılması Azərbaycanda mobil rabitənin 
inkişafının əsasını qoymuşdur.  
lkənin rabitə sektoruna ilk investisiyaların cəlb edilməsi də 
ümummilli liderin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanda 
radio-televiziya yayımının dünya standartlarına uyğun təşkili 
istiqamətində lazım olan bütün tədbirləri görmüşdür. Əsası 
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş işlər bu gün 
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, 
informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün 
məqsədyönlü addımlar atılır.  
Tədbirdə birliyin bir sıra əməkdaşına Yeni Azərbaycan 
Partiyasına üzvlük vəsiqəsi verilmişdir. 
 
Azərbaycan.- 2008.- 25 aprel.- S. 5. 
 


Əfəndiyev T. 
 
Ürəklərdə ucalan abidə 
 
Müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər 
Əliyevin əziz xatirəsi hər birimizin qəlbində əbədi ünvan tapıb. 
Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə 
mədəniyyətin, milli-mənəvi dəyərlərin himayədarı olmuşdur. 
Heydər Əliyevin mənəvi dəyərlərin qorunmasında Azərbaycan 
tarixinin unudulmayacaq səhifələrini yazan şəxsiyyətlərin 
qiymətləndirilib üzə çıxarılması istiqamətində göstərdiyi ardıcıl 
fəaliyyət misilsizdir. Heydər Əliyevin mədəniyyətə, incəsənətə, 
eləcə də bu sahədə çalışan insanların dəyərləndirilməsinə 
göstərdiyi diqqət əbədi bir proqramdır. Bu proqramın maddələri
bölümləri elə zəngindir ki, ondan istifadə etdikcə tükənmir, 
əksinə, daha geniş fəaliyyət üçün yeni imkanlar açır. 
1969-cu ildən - ölkəyə rəhbərlik missiyasını yerinə 
yetirdiyi vaxtdan etibarən Azərbaycan xalqı Heydər Əliyevin 
simasında əsl liderini tapdı. Ulu öndərin elə həmin ildə 
Azərbaycan dramaturqu Cəfər Cabbarlının anadan olmasının 70 
illiyinin keçirilməsinə təşəbbüs göstərməsi, az sonra ədibin 
yubileyinin Moskvada İttifaqlar evinin Sütunlu salonunda təşkil 
olunması çox mətləblərdən xəbər verir. Bu, faktdır ki, Heydər 
Əliyevin respublikaya rəhbərliyə başlaması ilə bərabər 
Azərbaycan mədəniyyətinin yeni inkişaf mərhələsinin əsası 
qoyuldu. Təsadüfi deyil ki, tədqiqatçılar ötən əsrin 70-ci illərini 
"Azərbaycan mədəniyyətinin intibah dövrü" adlandırıblar. Həmin 
intibahı şərtləndirən yüzlərlə fakt var ki, onların əsl yaradıcısı, 
təşəbbüskarı, xeyir-dua verəni məhz Heydər Əliyev olub.  
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal 
Atatürkün bir kəlamı var: "Xalqa əfəndilik etmək yoxdur, xalqa 
xidmət etmək vardır, kim xalqa xidmət edə bilirsə, yalnız o, xalqa 
əfəndilik edə bilər". Bu kəlmələrin mahiyyətinə diqqət yetirilsə, 
onu məhz ümummilli lider Heydər Əliyevin fəaliyyətinə aid 


etmək olar. Bu da səbəbsiz deyildi. Bütün xarici ölkə siyasətçiləri 
dəfələrlə söyləyiblər ki, Heydər Əliyev qədər öz vətənini - doğma 
Azərbaycanı sevən ikinci bir liderə rast gəlinməyib. Buna görə də 
xalqın ürəyində Heydər Əliyevin abidəsi əbədi ucalmışdır.  
Könüllərdə öz abidəsinə əbədi yer almış Heydər Əliyev bu 
məhəbbəti qazanmamışdan öncə Azərbaycanın çox məşhur 
simalarının, tarixi şəxsiyyətlərinin, ədib və şairlərinin həm 
heykəllərinin ucalmasına, həm də ev-muzeylərinin yaradılmasına, 
yubileylərinin keçirilməsinə, kitablarının nəşrinə şərait yaratdı.  
1974-cü ildə Azərbaycan teatrının yüz illik yubileyi ilə 
əlaqədar Heydər Əliyevin geniş məruzəsi böyük əks-səda 
doğurdu. Azərbaycan teatrının bir əsrlik inkişaf yolu haqqında ulu 
öndər elə müəkəmməl, səriştəli və parlaq məruzə etdi ki, 
teatrşünaslar da, ömrünü-gününü bu sahəyə bağlamış sənətkarlar 
da, tamaşaçılar da, qonaqlar da heyrət içində qaldılar. Heydər 
Əliyev adi məruzəçi deyildi. Əsl teatrşünas, sənət bilicisi kimi 
danışırdı. Həm tarixin müəyyən məqamlarına toxunurdu, həm 
günün nailiyyətlərindən söz açırdı, həm də tərəqqiyə nail 
olmaqdan ötrü mədəniyyət xadimlərinin qarşısında yeni tələblər 
qoyurdu. Təsadüfi deyildi ki, biz həmin məruzədən bu günə kimi 
universitetimizdə dərslik vəsaiti kimi istifadə edirik. O ildən üzü 
bəri onlarla tədqiqat əsəri yaranıb, dərsliklər meydana çıxıb. 
Amma heç birində problemlər ulu öndərin həmin məruzədə 
toxunduğu kimi mükəmməl şərh edilməyib. Heydər Əliyev 
deyirdi: "Görkəmli mədəniyyət xadimləri Mirzə Fətəli Axundov, 
Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy 
Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, 
Üzeyir Hacıbəyov mədəniyyət tariximizdə ilk dərin şırım açaraq 
Azərbaycan teatr sənətinin toxumunu səpmiş, onun cücərtiləriniE 
şiddətli qasırğalardan hifz edib qorumuşdular. Azərbaycan 
teatrının beşiyi başında dayanan bu mütəfəkkirlər sənət, xalq 
naminə mərdlik, cəsarət, hünər və rəşadət göstərmişlər". 
Dramaturqların, rejissor və aktyorların qarşısında mühüm 
vəzifələr qoyan ulu öndər teatr sənətinin estetik təsir gücündən, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə