Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

səviyyəsindən məzmunlu söz açaraq bildirirdi: "Teatr dərin 
düşüncələr, böyük hisslər, güclü dramatik vəziyyətlər 
yaratmalıdır. Əgər teatrımızın tarixinə nəzər salsaq, fərəhlə deyə 
bilərik: Azərbaycan dramaturgiyası həmişə böyük ictimai 
konfliktlərə, əhəmiyyətli mövzulara dərindən meyil edib. Teatr 
tamaşası həmişə bayrama çevrilib. Elə bir insan çətin tapılar ki, 
səhnə sənəti onun taleyində, dünyagörüşünün, estetik zövqünün 
formalaşmasında böyük rol oynamasın. Şübhə etmirik ki, 
incəsənətin formaları daim nə qədər zənginləşirsə-zənginləşsin, 
televiziya və kino nə qədər yayılır və kütləvi hal alırsa-alsın, 
cəmiyyət inkişaf etdikcə teatrın rolu da artacaqdır. Səhnənin 
bilavasitə tamaşa salonu ilə ünsiyyəti prosesinə əsaslanan, 
tamaşaçılarla birlikdə həyəcan keçirən teatr həyatın özü qədər 
əbədidir".  
Heydər Əliyev hələ 34 il öncə təəssüf edirdi ki, tamaşa 
salonları heç də həmişə adamla dolu olmur. Ulu öndər bunun 
səbəbini həm bəzi pyeslərin və tamaşaların keyfiyyətində, həm də 
əsərlərin səhnə təcəssümünün forma və üsullarının daha 
rəngarəng olmasına imkan verən müasir texniki vasitələrə 
münasibətdə axtarmağın lazım gəldiyini qeyd edirdi. Həm 
mətbuatın, həm də pedaqoji ictimaiyyətin qarşısında bir vəzifə 
olaraq tapşırırdı ki, teatr sənəti düzgün təbliğ olunmalı, uşaqlara 
həm ailədə, həm məktəbdə bu sənətə məhəbbət yaradılmalıdır. 
Elə bu kamil münasibətin və qayğının nəticəsində respublikanın 
müxtəlif bölgələrində qısa müddət ərzində 14-dən artıq dövlət 
teatrı yaradıldı. Ulu öndərin qayğısı nəticəsində yeridilən 
mədəniyyət siyasəti öz bəhrəsini verirdi. Münbit zəmin, əlverişli 
şərait nəticəsində dünya şöhrətli sənət adamlarının yetişməsi və 
hərtərəfli fəaliyyət göstərməsi sadəcə istedadın gücü deyildi. 
Həmin şəxsiyyətlər üçün məhz Heydər Əliyev tərəfindən yaşıl 
işıq yandırılmışdı. Xatırladaq ki, Azərbaycan o zaman sovet 
imperiyasının tərkibində kiçik bir respublika idi. Amma həmin 
vaxt on yazıçı, şair, memar, rəssam və müğənnimizin Sosialist 
Əməyi Qəhrəmanı kimi yüsək ad alması sadə bir iş deyildi. Bu 


nailiyyətlər o zaman Azərbaycana rəhbərlik edən ulu öndərin 
nüfuzunun, sənətə münasibətinin, ən başlıcası isə millətinə olan 
sevgisindən doğan qeyri-adi cəsarətinin nəticəsi idi. Müqayisə 
üçün deyək: o zaman Ukrayna kimi bir respublikanın cəmi iki 
Sosialist Əməyi Qəhrəmanı var idi. Qara Qarayev, Fikrət Əmirov, 
maestro Niyazi, Mirzə İbrahimov, Süleyman Rüstəm, Süleyman 
Rəhimov, Rəsul Rza, Rəşid Behbudov, Mikayıl Hüseynov, Tahir 
Salahov kimi görkəmli insanların soyadlarının yanında yazılmış o 
fəxri ad hər bir azərbaycanlının ürəyində qürur hissi doğururdu. 
Heydər Əliyevin bu fədakarlığı sanki 1937-ci ildə köksünə yaralar 
vurulmuş Azərbaycanın repressiyalardan zillət çəkmiş ovqatına 
təskinlik gətirirdi. Cavidləri, Müşfiqləri gedər-gəlməzə aparan 
yollar ulu öndərin cəsarəti nəticəsində Azərbaycanın sənət 
aləminə indi də dünya şöhrəti, yeni fəxri adlar, mükafatlar 
gətirirdi. Tarixin müəyyən qaranlıq məqamları haqqında 
fikirləşəndə istər-istəməz Heydər Əliyevin həqiqətən misilsiz 
qəhrəmanlıq missiyasını ləyaqətlə yerinə yetirdiyinin şahidi 
olursan.  
Hələ sovet dövründə ən cəsarətli ədəbiyyat Azərbaycanda 
yarandı. Yazıçılar tərəfindən cəmiyyətdə olan neqativ hallara 
kəskin ədəbi-bədii münasibət göstərildi. Sovet rejimində 
Azərbaycanda dissident ədəbiyyatının yaradılması Heydər 
Əliyevin uzaqgörənliyi və onun daxilən demokratik ruhlu 
şəxsiyyət olmasını təsdiqlədi. Bu faktı heç kəs inkar edə bilməz 
ki, Azərbaycan ədəbiyyatında ilk demokrat yazıçı əgər Mirzə 
Cəlildirsə, ilk demokrat ölkə rəhbəri də Heydər Əliyev olub. 
Rusiyada dissident ədəbiyyatına cəhd göstərənlər təqib edilirdi, 
təzyiqə məruz qalırdı, son anda ünvanı zindanlar olurdu. 
Azərbaycanda isə Heydər Əliyev belə ruhlu insanları həmişə 
himayə edirdi. Məsələn, Bəxtiyar Vahabzadə, Abbas Zamanov, 
Xəlil Rza Uluturk, İlyas Əfəndiyev, Anar və başqaları. Bəzi 
misallara fikir verək. Bəxtiyar Vahabzadə "Gülüstan" poemasını 
yazdı. Məzmunundan bəllidir ki, sovet dövründə bu cür müəllifi 
nə gözləyərdi. Amma onun xilaskarı Heydər Əliyev oldu. "Cənubi 


Azərbaycan" sözünə görə adamı ciddi cəzalandırardılar, amma 
professor Abbas Zamanov həm ədəbiyyata, həm də mətbuata 
"Cənubi Azərbaycan" mövzusu gətirdi. O da Heydər Əliyevdən 
dəstək alırdı. Xəlil Rzanın bütün fəaliyyəti məlumdur. Onun da 
kürəyində Heydər Əliyevin əli var idi. İlyas Əfəndiyev "Natəvan" 
pyesində müstəqil Azərbaycan ideyasından danışırdı. 1976-cı ildə 
bu pyes tamaşaya qoyulanda xalq artisti Amalya Pənahovanın 
(Natəvan) üzünü salona tutaraq: "Biz müstəqil Azərbaycanı 
mütləq görəcəyik!" nidası səslənəndə çoxu eyhamlı baxışlar ulu 
öndərə sarı boylanırdı. Onun sifətində isə qəribə bir razılıq və nur 
var idi. O gecənin müdhiş olacağı haqqında çoxları bədgüman idi. 
1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev 
"Natəvan"a tamaşa edəndə o hadisəni xatırlatmışdı. Xalq yazıçısı 
Anarın 60 illik yubileyində ulu öndər bir qaranlıq məqama da işıq 
saldı: "Yaxşı yadımdadır. O vaxtlar Anar haqqında Azərbaycan 
MK-ya nələr yazıb göndərmirdilər? Pantürkistdir, sovet 
hökumətinin düşmənidirE Amma biz bunlara fikir vermədik".  
Heydər Əliyev bu sözləri elə sadə və səmimi ifadə edirdi 
ki, sanki heç nə olmamışdı. Halbuki bu fikirlərin arxasında 
repressiyaya tuş gələ biləcək insan taleyi dayanırdı. Bu taleyi 
yaşayanlardan biri də Heydər Əliyev ola bilərdi. Ümummilli lider 
təkcə siyasi karyerasını, vəzifəsini deyil, həm də həyatını 
millətinin xoş gələcəyi uğrunda təhlükə altında qoymuşdu. Onu 
qalib edən də məhz bu keyfiyyəti və nüfuzu idi. Bugünkü dövlət 
müstəqilliyimizin əsası məhz 1970-ci illərdə qoyulub. Bunu sübut 
etmək üçün yüzlərlə misal gətirmək olar. Azərbaycan 
mədəniyyəti və incəsənəti həmişə Heydər Əliyev şəxsiyyətinin 
himayəsində olub.  
Azərbaycan mədəniyyətinin müxtəlif sahələri üçün ixtisaslı 
kadrlar hazırlayan universitetin fəaliyyətinin genişlənməsində, 
çoxprofilli ixtisasların yaradılmasında, maddi-texniki bazasının 
möhkəmlənməsində ulu öndərin çox böyük xidməti var. Bu ali 
məktəbdə rəngkarlıq, heykəltəraşlıq, qrafika ixtisasları yox idi. 
Sovet dövründə bu ixtisaslar mütləq Moskva tərəfindən müəyyən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə