Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

həssaslıqla duyurdu. Xalq artisti Şəfiqə Məmmədovanın vaxtilə 
mənə söylədiyi fikirlər yadıma düşür. Aktrisa deyir ki, Heydər 
Əliyev 1978-ci ilin əvvəllərində teatra Anarın "Şəhərin yay 
günləri" əsərinin tamaşasına baxmağa gəlmişdi. Pərdə arxasında 
hamımız həyəcanlı idik. Həm əsərin kəskin tənqidi ruhuna, həm 
də onun qarşısında çıxışımıza görə həyəcanımız daha da artmışdı. 
İlk pərdənin ikinci şəklinin axırlarına yaxın mən, eləcə də 
tamaşada oynayan Həsən Turabov, Sofya Bəsirzadə və Səməndər 
Rzayev gözucu Heydər Əliyevin səhnədəki hadisələrə 
reaksiyasını izləməyə çalışırdıq. O qədər heyranlıqla və diqqətlə 
səhnəyə baxırdı ki, tezliklə hamımızın həyəcanı sovuşdu. 
Yadıma Moskvada SSRİ xalq artisti, dünya şöhrətli teatr və kino 
aktyoru Mixail Ulyanovla olan görüşüm düşdü. Onda Heydər 
Əliyev haqsızlığa məruz qalmışdı və SSRİ Nazirlər Soveti 
Sədrinin birinci müavini vəzifəsindən çıxarılmışdı. Söhbət 
hərlənib-fırlanıb Heydər Əliyevin üzərinə gəldi. Mixail Ulyanov 
təəssüflə dedi: Heyf Heydər Əliyeviçdən, çox heyf. Bir 
çətinliyimiz olan kimi ona çıxırdıq və bizi həssaslıqla dinləyib 
bütün müşgül məsələlərimizi, problemlərimizi həll edirdi. Eləcə 
də kino işçilərinin, həkimlərin, bir sözlə, humanitar sahənin 
problemlərinə böyük diqqət və həssaslıqla, nəzakət və ehtiramla 
yanaşırdı. 
Heydər Əliyevin mədəniyyət quruculuğu missiyasının ikinci 
dövrü 1993-2003-cü illəri əhatə edir. İkinci dəfə respublika 
rəhbərliyinə qayıdan Heydər Əliyev tamam yeni siyasi-ictimai, 
sosial-iqtisadi formasiyada fəaliyyətə başladı. Həmin dövrdə 
ölkədə çox kəskin siyasi iqlim vardı və öndər əvvəlki 
rəhbərlikdən ona "miras" qalan mürəkkəb, ziddiyyətli çətinliklərlə 
üzləşmişdi. Lakin inamla dövlət quruculuğunun təməllərini 
möhkəmlətməyə, monolit dayaqlar qurmağa başladı. Eyni 
zamanda qısa müddətdə Heydər Əliyevin mədəniyyət quruculuğu 
konsepsiyasının çevik çarxı işə düşdü. Tez bir zamanda 
mədəniyyət quruculuğu missiyası yeni vüsət aldı. Məhz Heydər 
Əliyevin istedadına, qüdrətinə, dühalığına məxsus əzəmətli 


işgüzarlıq nəticəsində prosesin möhtəşəmliyi hamının diqqətini 
çəkdi.  
Şəxsən bir teatrşünas kimi məni Heydər Əliyevin teatra olan 
xüsusi diqqəti və tələbkarlığı daha çox maraqlandırırdı. Bu 
yaxınlarda böyük alman mütəfəkkiri Hötenin elmi-publisist 
yazılarını vərəqləyirdim. Onun ilk baxışda qəribə səslənən 
aforizmi diqqətimi çəkdi. Höte yazır: "Milləti yaratmaqdan öncə 
teatr yaratmaq lazımdır". Ani çaşqınlıqdan özümə gəlib bu 
aforizmin dərin mənasını anladım. Tarixdən məlumdur ki, 
Almaniya ərazisində yaşayan əhalini vahid xalq səviyyəsinə 
yüksəldən ilk növbədə böyük alman şair və dramaturqlarının 
yaradıcı səyləri oldu. Aydındır ki, bir teatr tamaşasında ədəbi dil, 
milli-mənəvi əxlaqi dəyərlər, bədii-estetik sistemlər bariz şəkildə 
təqdim olunur və duyğu-düşüncənin sintezi halında insanlar 
tərəfindən qavranılır. Qavranılır və onları birləşdirir. Göründüyü 
kimi, Heydər Əliyev bu həqiqəti çox-çox əvvəllər özü üçün 
təsdiqləyib və onu mütləq anlamda həyata keçirməyə çalışıb. 
Heydər Əliyev hakimiyyətə qayıdışdan sonra Akademik Milli 
Dram Teatrında İlyas Əfəndiyevin "Hökmdar və qızı" (20 
sentyabr 1997), Səməd Vurğunun "Fərhad və Şirin" (7 iyun 
1997), Bəxtyar Vahabzadənin "Hara gedir bu dünya?!" (7 noyabr 
1997), "Özümüzü kəsən qılınc" (12 aprel 1998), Nəbi Xəzrinin 
"Burla xatun" (10 dekabr 1999), Cəfər Cabbarlının "Aydın" (7 
may 2000), Elçinin "Ah, Paris...Paris..." (25 iyun 2000), Vilyam 
Şekspirin "Hamlet" əsərlərinin tamaşalarında olub. Opera və 
Balet Teatrında Fikrət Əmirovun "Sevil" operasına (15 noyabr 
1998), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" operettasına (21 
sentyabr 1997), Musiqili Komediya Teatrında Üzeyir bəy 
Hacıbəyovun "Məşədi İbad" (4 dekabr 1998) operettasına baxıb. 
Akademik teatrda tamaşalara baxanda mən də zalda olmuşam. O 
vaxt Akademik teatrda ədəbi hissə müdiri işlədiyim üçün səhnə 
arxasında ulu öndərin əksər tamaşaların yaradıcı heyəti ilə görüş 
və söhbətlərinin də şahidiyəm. Ulu öndərin "Aydın" tamaşasına 
baxdığı günün səhərisi quruluşçu rejissor Mikayıl Mirzə ilə 


görüşdüm. Çılğın ehtirasla, heyranlıqla danışırdı. Dedi ki, Heydər 
Əliyevin Cəfər Cabbarlı fəlsəfəsini, "Aydın" faciəsinin fikir 
yükünü bir neçə cümlədə, böyük psixoloji-estetik heyranlıqla 
təhlil etdi. İnan mənə, "Aydın"ı ikinci dəfə kəşf etdim. Mən 
həmin əsəri tamamilə yeni səhnə təfsirində, məhz Heydər 
Əliyevin yanaşma prinsipləri əsasında bir daha tamaşaya qoya 
bilərəm. 
Başqa bir xatırlama. "Hökmdar və qızı", "Fərhad və Şirin" 
tamaşalarına baxandan sonra oradakı hakimiyyət uğrunda 
mübarizə problemlərini elə qlobal tərzdə açıqladı ki, məhz həmin 
fikir-qənaətlər teatrın uzunmüddətli yaradıcılıq platformasının 
müəyyənləşməsi üçün kifayət idi. Maraqlı cəhət bir də onda idi ki
Heydər Əliyev klassik əsərlərdə hansısa personajdan danışanda 
otuz, qırx, əlli il əvvəlki quruluşlarda həmin rolu ifa edən 
aktyorların da oyunlarına toxunurdu. Yüksək estetik duyumla 
aktyor oyunlarını və rejissor quruluşlarını müqayisə edirdi. 
Hansısa tənqidi fikri elə həssaslıqla, elə ifadəli tərzdə deyirdi ki, 
adam heyran qalırdı. 
Mədəniyyət quruculuğuna böyük əhəmiyyət verən alman filosofu 
Fridrix Engels olduqca dəqiq bir fakt söyləyib. Filosof yazır: 
"Mədəniyyət idarə olunmasa, arxasında külə dönmüş torpaqlar 
qalar". Təbii ki, söhbət təsisatlı mədəniyyətdən gedir. O da 
aydındır ki, burada mədəniyyət sahəsini onun özünəməxsus özəl 
qanunları çərçivəsində idarə etmək nəzərdə tutulur. Azərbaycan 
mədəniyyətinin və incəsənətinin bugünkü uğurlarını düşünərkən 
onların başlıca səbəblərini Heydər Əliyevin mədəniyyət 
quruculuğu missiyasının təcrübəsi kimi dəyərləndirmək olar. 
Obrazlı desəm, Heydər Əiyevin son on ildə yaratdığı, "əkdiyi" 
mədəniyyət faktlarının çoxunun barını dadırıq, bəzilərinin çiçək 
açdığını görürük, bəzilərinin artıq fidan olduğuna şahidik. 
Ən əsası isə odur ki, Heydər Əliyevin əzəmətlə ucaltdığı 
dövlətçiliyin, o cümlədən də milli mədəni quruculuğun tərəqqi 
sükanı bu gün etibarlı və qüdrətli əllərdədir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə