Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

Tamaşadan sonra pərdə arxasına keçərək teatr bilicisi kimi 
məsləhət və tövsiyələrini verərdi. Ya dərhal, ya da bir neçə 
gündən sonra dövlət başçısı kimi sənət adamlarının əməyini 
yüksək dəyərləndirərdi. Bu teatrın aktyor, rejissor və rəssamları 
arasında onlarla insanı nümunə gətirə bilərəm ki, məhz Heydər 
Əliyevin sərəncamı ilə müxtəlif fəxri adlara, mükafatlara layiq 
görülüb. Yaradıcı kollektivimizin mənzil şəraitinin 
yaxşılaşdırılması naminə Heydər Əliyevin göstərdiyi diqqəti ömrü 
boyu yaddan çıxarmarıq. 
Mən bir hadisəni heç unuda bilmirəm. Böyük bəstəkarımız Qara 
Qarayev Moskvada vəfat etmişdi. Bakıdan böyük bir dəstə oraya 
yollanmışdıq. Müəyyən qanqaraldıcı söhbətlər də var idi. Dünya 
şöhrətli bəstəkar haqqında "Pravda" qəzetində nekroloq 
çıxmamışdı. Nəhayət, Brejnevin imzası ilə bu nekroloq qəzetdə 
işıq üzü gördü. O zaman SSRİ Bəstəkarlar İttifaqının sədri 
N.Xrennikov mənə pıçıltı ilə dedi: "Bu işin səbəbkarı Heydər 
Əliyev oldu. O, güclü şəxsiyyətdir". Qara Qarayevin cənazəsinin 
xüsusi təyyarədə Bakıya gətirilməsi də Heydər Əliyevin sayəsində 
mümkün oldu. Bu hadisə bizə həm də qürur gətirirdi. Dünya 
şöhrətli mədəniyyət xadimləri gül-çiçək dəstələri və çələnglərlə 
Azərbaycan bəstəkarını böyük ehtiramla vətəninə yola salırdılar. 
Mən ümummilli lider Heydər Əliyev haqqında fikirləşəndə 
həmişə deyirəm, yaradıcı surətdə düşünən insanın həyatının 
mənası ondadır ki, o, hər yerdə hamıya lazım olmaq üçün 
qətiyyən dəyişməyən, təkrarolunmaz yol keçmiş olsun. Heydər 
Əliyev hər yerdə Azərbaycandan pərvazlanan insanların pənahı 
idi.  
Qürur və sevinc hissləri keçiririk ki, ulu öndərin keşməkeşli 
illərdən üzü bəri çətinliklə saldığı, lakin inamla inkişaf etdirdiyi o 
böyük yol bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən 
ləyaqətlə davam etdirilir. Yenə də həmin missiyaların müntəzəm 
olaraq mükəmməl şəkildə yerinə yetirildiyinin şahidiyik. 
Mədəniyyət xadimlərinin qayğıları öyrənilir, müxtəlif dövlət 
mükafatlarına, adlara layiq görülür, yaradıcı fəaliyyətləri üçün hər 


cür şərait yaradılır. Bu yaxınlarda teatr haqqında qəbul olunmuş 
qanun da bir daha təsdiqləyir ki, mədəniyyət sahəsi daim dövlətin 
diqqətindədir. Teatr ocaqlarının təmirə dayanması, onların dünya 
standartları səviyyəsində fəaliyyət göstərməsi üçün yeni texniki 
avadanlıqlarla təmini, bu məqsədlə müəyyən proqramların 
hazırlanması, sərəncamların imzalanması sübut edir ki, Heydər 
Əliyevin böyük məhəbbətlə kapitanlıq etdiyi mədəniyyət 
gəmisinin sükanı etibarlı əllərdədir! 
 
Azərbaycan.- 2008.- 4 may.- S. 6. 
 
 
Heydər Əliyev irsinin elektron sənədlər toplusu 
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 
anadan olmasının 85 illik yubileyi münasibətilə Prezident 
Kitabxanasında hazırlanmış “Heydər Əliyev. Elektron Sənədlər 
Toplusu” internet resursu istifadəçilərə təqdim edilmişdir. 
Geniş oxucu kütləsinin və tədqiqatçıların ümummilli liderin 
zəngin irsini öyrənməyə çox böyük marağını nəzərə alaraq, 
internet resursda Heydər Əliyevin Azərbaycan Respublikasının 
Prezidenti olduğu dövrdəki nitqlərinin, çıxışlarının, 
məruzələrinin, bəyanatlarının, müsahibələrinin elektron 
versiyaları hazırlanmış və illər üzrə qruplaşdırılmışdır. 
Kitabxananın elektron kataloqunda Heydər Əliyev haqqında olan 
400-dən çox kitab və 1000-dən çox dövri mətbuat materialı 
haqqında biblioqrafik informasiya internet resursun 
“Biblioqrafiya” bölməsində yerləşdirilmişdir. 
“Xronologiya” bölməsində ilk dəfə olaraq dahi şəxsiyyətin həyat 
və fəaliyyətinin əsas sahələri, şərəfli bir ömrün ən vacib 
məqamlarının Prezident Kitabxanası tərəfindən tərtib olunmuş 
xronologiyası internet istifadəçilərinə təqdim edilmişdir. 
Ölkəmizin xarici siyasət kursunun, müstəqil beynəlxalq 
münasibətlərimizin və diplomatiyamızın formalaşmasında 


misilsiz xidməti olan Heydər Əliyevin Azərbaycan 
Respublikasının Prezidenti olduğu dövrdə xarici ölkələrə etdiyi 
səfərlərin, bu səfərlər zamanı dövlət rəhbərləri, beynəlxalq 
təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlərin də tam 
xronologiyası tərtib edilərək resursun “Xarici siyasət fəaliyyətinin 
xronikası” bölməsində istifadəçilərə təqdim olunmuşdur. 
Təməli ümummilli liderimiz tərəfindən qoyulmuş və Prezident 
İlham Əliyevin uğurla inkişaf etdirdiyi, müasir Azərbaycan 
iqtisadiyyatının əsasını təşkil edən neft strategiyasına, “Əsrin 
müqaviləsi”nə, neftimizin dünya bazarlarına nəqlinə, Neft 
Fonduna, beynəlxalq neft-qaz sərgilərinə dair rəsmi materialların 
tam mətnləri müvafiq sahələr üzrə qruplaşdırılaraq internet 
resursun “Neft strategiyası. Əsrin müqaviləsi” bölməsində 
verilmişdir. 
İstifadəçilər üçün çox əhəmiyyətli sənədli mənbə hesab edilən 
bölmələrdən biri də Prezidentin İcra Aparatının rəhbəri, akademik 
Ramiz Mehdiyevin buraxılışına məsul olduğu “Müstəqilliyimiz 
əbədidir” çoxcildliyinin (22 cild) kitabxananın əməkdaşları 
tərəfindən hazırlanmış elektron versiyasıdır. Mövzu-axtarış 
sistemi tətbiq edilmiş bu çoxcildlik Heydər Əliyevin Azərbaycan 
Respublikasının Prezidenti olduğu dövrdə misli görünməmiş 
fəaliyyətini əks etdirən materialların xronoloji toplusudur. 
İnternet resursun təqdimatı zamanı ümummilli liderin Prezident 
Kitabxanasındakı büstü önünə gül-çiçək dəstələri qoyulmuş, 
həyatının müxtəlif dövrlərini əhatə edən fotoşəkillərdən ibarət 
slayd göstərilmiş, yubiley münasibətilə təşkil olunmuş zəngin 
kitab sərgisinə baxış keçirilmişdir.  
 
Azərbaycan.- 2008.- 7 may.- S. 11. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə