Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

ölkə başçısını yeganə namizəd kimi dəstəkləyəcəklərini 
bildirmişlər. 
 
Xalq qəzeti.- 2007.- 11 may.- S. 3. 
 
 
Leyla Əliyeva: Əvəzedilməz adamların olmaması fikri 
ilə razı deyiləm, Heydər Əliyev əvəzsiz insan idi 
 
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günü 
onun  şəxsiyyətinin, qeyri-adi bacarığının və  bənzərsiz insani 
keyfiyyətlərinin miqyası barədə bir daha dərindən düşünmək üçün 
fürsətdir. Dövlət xadimi və siyasi xadim istedadı, parlaq zəka və 
fenomenal yaddaş, geniş ürək,  ədalətlilik, sədaqət, uzaqgörənlik, 
sevmək qabiliyyəti və bir çox digər mənəvi xüsusiyyətlər bir 
insanın - Heydər Əliyevin simasında cəmləşmişdi. Azərbaycanın 
ümummilli lideri Heydər  Əliyevin nəvəsi, Heydər  Əliyev 
Fondunun Rusiyadakı nümayəndəsi, Moskva Dövlət Beynəlxalq 
Münasibətlər  İnstitutundakı Azərbaycan klubunun prezidenti 
Leyla  Əliyeva AzərTAc-ın müxbirinə  məxsusi müsahibəsində 
demişdir: “Babam haqqında xatirələrim o qədərdir ki, sözlə 
demək mümkün deyildir. Biz Moskvada görkəmli siyasətçi və 
dövlət xadimi Heydər  Əliyevin xatirəsinə  həsr olunmuş gecə 
keçirdik. Mən Heydər  Əliyevin xatirə gecəsini məhz Moskvada, 
Rusiyada təşkil etmək istəyirdim. Düşünürəm ki, gecə yaxşı 
keçdi, mən onun fəaliyyəti barədə,  ən  əsası isə babam, doğma, 
yaxın və sevimli insan haqqında danışdım. O, məni çox istəyir və 
həmişə deyirdi ki, nənəmə çox oxşayıram. Biz onunla saatlarla 
çox  şey barədə söhbət edirdik. O, həqiqətən, qeyri-adi və 
valehedici insan, mənim üçün həm dost, həm baba, həm dəstək və 
həm də dayaq idi. Bir sözlə, o, mənim üçün hər  şey idi və çox 
təəssüflər olsun ki, indi o, bizimlə deyildir. Ancaq onun, əslində, 
xilas etdiyi və yenidən yaratdığı Azərbaycan, onun bütün 
xeyirxah işlərini davam etdirən Heydər  Əliyev Fondu yaşayır”.  


Leyla Əliyeva Heydər Əliyev Fondunun Moskvada necə fəaliyyət 
göstərəcəyi barədə  də danışmışdır: “Biz xalqlarımız arasında 
dostluğun möhkəmləndirilməsi işinə  hərtərəfli kömək edəcək, 
habelə Azərbaycanın mədəniyyətini, tarixini təbliğ edəcək, 
Rusiya cəmiyyətinə müasir Azərbaycanın reallıqlarını 
göstərəcəyik. Bizim gənclərimiz çox fəaldırlar, mən onlarla 
işləməyimə çox şadam, çünki hiss edirəm ki, onların ürəyi 
Azərbaycan xalqı üçün, doğma Azərbaycan üçün döyünür. Bu, 
çox xoşdur. Düşünürəm ki, biz birlikdə çox şeyə nail olacağıq”.  
Leyla  Əliyeva vurğulamışdır ki, Heydər  Əliyevin fəaliyyətindən 
bəhs edən bir çox kitablar yazılmışdır, lakin bu böyük şəxsiyyət 
barədə bir kitabda söhbət açmaq mümkün deyildir. O demişdir: 
“Biz xatirə gecəsinə  gələnlərə ”Görkəmli insanların həyatı” 
seriyasından “Heydər  Əliyev” kitabını payladıq. Düşünürəm ki, 
qonaqların  əksəriyyəti Moskvada işlədiyi dövrdə böyük nüfuza 
malik olmuş və xeyirxah işlər görmüş Heydər Əliyev haqqındakı 
bu kitabı artıq oxumuşlar. Bu kitabda Heydər  Əliyev,  əsasən, 
siyasi xadim və dövlət xadimi kimi təqdim olunur. Mənim isə öz 
ideyam var, ola bilsin, gələcəkdə Heydər  Əliyev haqqında öz 
kitabımı yaza biləcəyəm. Onu baba, ailə başçısı kimi təqdim 
etmək, uşaqları ilə necə ünsiyyət bağlamasından söhbət açmaq 
istəyirəm. Çünki bu ayrıca tarix, onun qeyri-adi insan olmasını 
göstərən ayrıca böyük bir aləmdir. Bu barədə az adam bilir. O, 
çox xeyirxah, düzgün, ədalətli və güclü insan idi. O, bizimlə 
olanda elə bilirdik ki, arxamızda dağ var. Onunla ünsiyyətdən 
alınan zövqü sözlə izah etmək mümkün deyil, çünki bu insanla 
istənilən mövzuda danışmaq olurdu. Nə  qədər məşğul olsa da 
həmişə  mənim məktəb, universitet işlərimlə, dostlarımla 
maraqlanırdı. O, hər  şeyi, hətta mənim dostlarımın, tanışlarımın 
adlarını da bilirdi. Bəzən deyirlər ki, əvəzedilməz adamlar 
yoxdur, mən bu fikirlə razı deyiləm, Heydər Əliyev əvəzolunmaz 
insan idi.   
 
Xalq qəzeti.-2007.-12 may.-S. 3. 


Mükərrəmoğlu M. 
 
Heydər Əliyev və kinematoqraf 
 
Kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin bu 
adda yeni kitabı çapdan çıxmışdır  
Azərbaycan kino sənətinin tədqiqatçılarından olan kinoşünas 
Aydın Kazımzadə milli kinomuzun tarixi və onun ayrı-ayrı 
problemləri ilə bağlı bir neçə kitabın müəllifidir. Onun yenicə 
çapdan çıxmış “Heydər  Əliyev və kinematoqraf” kitabı isə ulu 
öndərin Azərbaycan kinosunun inkişafında çox mühüm 
xidmətlərindən bəhs edir. Kitabda milli kinomuzun hamisi olan 
ulu öndərin müxtəlif illərdə filmlərimizi senzuranın caynağından 
xilas etməsi, kino xadimlərimizin sosial vəziyyətinin 
yaxşılaşması, kinematoqrafın maddi-texniki bazasının 
möhkəmlənməsindəki xidmətləri öz dolğun həllini tapmışdır. Elə 
kitabda bunu kinomuzun məşhur xadimləri də etiraf edirlər.  
Kitab altı  fəsildən ibarətdir. “Milli kinomuzun təəssübkeşi və 
hamisi”, “Heydər  Əliyev kinematoqraf haqqında”, “Heydər 
Əliyev haqqında fikir və düşüncələr”, “Heydər Əliyev şəxsiyyəti 
milli qürur doğurur”, “Sovet kinematoqrafçılarının mübariz 
vəzifələri”, “Heydər  Əliyev kursu ilə” adlı  fəsllərdə bu böyük 
şəxsiyyətin Azərbaycan kinosunun inkişafına və  tərəqqisinə 
göstərdiyi qayğı konkret faktlarla əsaslandırılır.  
Kitabın elmi redaktoru sənətşünas alim Aydın Dadaşovdur. 
Aydın, səlist dillə oxuculara təqdim olunan bu kitab Heydər 
Əliyevin milli kinomuzun inkişafındakı xidmətlərini araşdıran ilk 
tədqiqat əsəridir.  
 
Xalq qəzeti.- 2007.- 15 may.- S. 5. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə