Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş 
tariximiz də bunu sübut edir” — deyən Heydər  Əliyev 70-ci 
illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda 
tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin 
ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin 
nəticəsi idi ki, 70-ci illərdə  Məşədi  Əzizbəyovun, Nəriman 
Nərimanovun, Qəzənfər Musabəyovun,  İmadəddin Nəsiminin, 
Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar 
Bəhlulzadənin və başqa görkəmli soydaşlarımızın abidəsi 
qoyulmuşdu. 1976-cı ildə  Şuşanın sosial-iqtisadi inkişafı 
haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə Xan qızı 
Natəvanın abidəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə 
çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, 
Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri 
yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının — əvvəl 
Mikayıl Müşfiq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı. 
Sonralar Heydər  Əliyev 70-ci illəri yada salaraq deyirdi: “Biz 
1973-cü ildə böyük şairimiz  İmadəddin Nəsiminin 600 illik 
yubileyini yüksək səviyyədə qeyd etdik. Adını əbədiləşdirməkdən 
ötrü Bakının mərkəzi küçələrindən birində  Nəsiminin heykəlini 
ucaltdıq, rayonlardan birinə, bir sıra kolxoz və sovxozlara, institut 
və  məktəblərə, küçələrə onun adını verdik. Açığını deyim ki, 
Nəsiminin məzarını da Azərbaycanda ziyarət etmək arzum olub. 
Mən Suriya səfərimdə — Hələb  şəhərində  Nəsiminin məzarını 
ziyarət etdim, onun nəslindən olan adamlarla görüşdüm. Düzü, 
Nəsiminin məzarının yaxşı  səviyyədə saxlanması, mühafizə 
olunması  məni bu fikrimdən daşındırdı. Xalqımın mənəvi 
pasportu olan Nizamiyə  gəlincə isə, biz onun irsinin öyrənilib 
tədqiq edilməsi, 840 illik yubileyinin beynəlxalq səviyyədə 
keçirilməsi, elmə  və xalqa məlum olmayan əsərlərinin axtarılıb 
tapılması üçün dövlət səviyyəli qərarlar qəbul etmişdik"...  
Ulu öndər mədəniyyətin digər sahələri kimi teatra da böyük 
diqqət və maraq göstərirdi. Onun tövsiyə və tapşırıqları, eləcə də 
şəxsi nəzarəti altında respublikanın  əkasər rayon və  şəhərlərində 


müxtəlif teatrlar açılmış, həmin teatrların  əksəriyyəti üçün yeni 
binalar tikilmişdi. Maraqlı  cəhət o idi ki, təsərrüfat-sənaye 
işlərinin başdan aşdığı 70-ci illərdə Heydər  Əliyev tez-tez teatr 
tamaşalarına gedir, incəsənət xadimləri ilə görüşür, dövlət 
məmurlarının da dövri olaraq teatra-konsertə getməsini tələb 
edirdi. Ölkədə çox yüksək bir mədəni ab-hava yaranmışdı. 1974-
cü ilin iyun ayında Azərbaycan Dövlət Dram Teatrının 100 illik 
yubiley mərasimində  çıxış edən ulu öndər demişdi:  
“...Şərqdə ilk teatr olan Azərbaycan teatrı maarifçilik və azadlıq 
ideyalarının carçısına çevrildi, köhnə dünyanı dağıdıb alt-üst 
etməkdə mühüm rol oynadı. O zamanın qatı qaranlığını yararaq 
parlaq gələcəyə yol açan, insanların  şüurunu, qəlbini oyadan, 
onları azadlıq, səadət naminə hünərlər göstərməyə ruhlandıran bir 
məşəl idi. Görkəmli mədəniyyət xadimləri Mirzə Fətəli Axundov, 
Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov,  Əbdürrəhim bəy 
Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, 
Üzeyir Hacıbəyov ilk dərin  şırım açaraq Azərbaycan teatr 
sənətinin toxumunu səpmiş, onun cücərtilərini köhnə dövrün 
şiddətli qasırğalarından hifz edib qorumuşdular".  
1970-82-ci illərdə Heydər Əliyev Azərbaycan mədəniyyət və elm 
xadimlərinin 10-dan çox nümayəndəsinə Sosialist Əməyi 
Qəhrəmanı adı verilməsinə nail oldu. Süleyman Rəhimov, 
Süleyman Rüstəm, Rəsul Rza, Mirzə  İbrahimov, Fikrət  Əmirov, 
Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Mustafa Topçubaşov, 
Mikayıl Hüseynov kimi görkəmli Azərbaycan övladları  həmin 
böyük ada məhz Heydər Əliyevin sayəsində layiq görülmüşdülər. 
Doğrudur, onlar həqiqətən bu ada layiq idilər. Ancaq həmin 
illərdə Kremldə bir çox siyasətçilər türk övladlarının o qədər də 
irəli getməsini istəmirdilər. Ona görə də ən yüksək ada layiq olan 
sənətkarlarımız belə diqqətdən kənarda qalırdı. Heydər  Əliyevin 
qüdrəti də məhz həmin diqqətdən kənarda qalan soydaşlarımızın 
diqqət mərkəzinə gətirilməsi idi. Məhz həmin qüdrətin nəticəsi idi 
ki, xalqımızın görkəmli mədəniyyət xadimlərindən Mehdi 
Məmmədov, Müslüm Maqomayev, Soltan Hacıbəyov,  İsmayıl 


Osmanlı,  İsmayıl Dağıstanlı, Rauf Hacıyev, Zeynəb Xanlarova, 
Fidan Qasımova, Fərhad Bədəlbəyli, Lütfiyar İmanov və Arif 
Məlikov kimi sənət ulduzları SSRİ xalq artisti, Tahir Salahov isə 
SSRİ xalq rəssamı  fəxri adına layiq görülmüşdü. Mənim yaxşı 
yadımdadır, ulu öndərimiz hələ Azərbaycana birinci dəfə 
rəhbərlik etdiyi illərdə azərbaycançılıq ideyasına böyük önəm 
verir, dünyanın hər yerində olan soydaşlarımızla  əlaqələr 
qurulmasına çalışır, xüsusən, Cənub mövzusunun gündəlikdən 
düşməsinə yol vermirdi. Məhz həmin istəyin nəticəsi idi ki, 70-ci 
illərdə Bakıda yaşayan cənublu  şair və yazıçıların yaradıcılığına 
yüksək qiymət verilirdi. O illərdə ulu öndərin təklifi ilə Balaş 
Azəroğlu Yazıçılar  İttifaqının katibi seçilmiş, ona Azərbaycanın 
xalq şairi fəxri adı verilmişdi. Mədinə Gülgün, Əli Tudə, Söhrab 
Tahir, Hökumə Billuri kimi qələm sahiblərinin yaradıcılığının 
geniş  şəkildə  təbliğ olunması üçün xüsusi göstərişlər verilmişdi.  
Kinematoqrafiya, xalçaçılıq, rəngkarlıq, dekorativ-tətbiqi sənət, 
heykəltaraşlıq — ümumiyyətlə, mədəniyyət və incəsənətin elə bir 
sahəsi yox idi ki, Heydər Əliyevin qayğısı ilə əhatə olunmasın. O, 
gah yazıçıların qurultayında iştirak edir, bəstəkarların yaradıcılıq 
gecəsinə  gəlir, gah heykəltaraşlardan hansınınsa emalatxanasına 
gedir, gah da mədəniyyət və incəsənət xadimlərinə orden və 
medallar verirdi. Ən çox sevdiyi iş isə teatr tamaşasından və ya 
konsertdən sonra səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb 
hal-əhval tutaraq, ifasına qiymət verməsi idi. SSRİ xalq artisti 
Zeynəb Xanlarova Heydər  Əliyevin həmin addımları barədə 
deyirdi: “Mən elə bilirdim ki, Heydər Əliyev yalnız Azərbaycan 
musiqisini dərindən bildiyinə görə bizim ifamızı düzgün 
qiymətləndirir. Sonralar onun Azərbaycana qastrola gəlmiş əcnəbi 
incəsənət ustalarının ifasına qiymət verməsini görəndə isə 
düşündüm ki, Heydər müəllim, ümumiyyətlə, incəsənətin 
xiridarıdır”. SSRİ xalq artisti Müslüm Maqomayev isə  həmin 
məqamı başqa cür ifadə etmişdi: “Heydər Əliyeviç bizim ifamızı 
bizdən yaxşı duyur”. Əlbəttə, bütün bunlar böyük dövlət xadiminə 
Tanrının verdiyi yüksək keyfiyyətlər idi. Ancaq aqillər deyiblər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə