Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

ki, Tanrı hamıya istedad və qabiliyyət vermişdir. Həmin istedad 
və bacarığı hərtərəfli  şəkildə inkişaf etdirib cəmiyyətin sərvətinə 
çevirmək isə hamıya müyəssər olmur. Bunun öhdəsindən ancaq 
Heydər  Əliyev kimi fenomenal şəxsiyyət gələ bilərdi. Heydər 
Əliyevin Azərbaycan mədəniyyətinə 
və milli-mənəvi 
dəyərlərimizə misilsiz himayədarlıq etməsinin ikinci mərhələsi 
onun 1993-cü ilin yayında ölkə  rəhbərliyinə ikinci dəfə 
qayıdışından sonra başlandı. Bu mərhələ barədə söz açmazdan 
əvvəl qeyd edək ki, ulu öndərin 1969-82-ci illərdə Azərbaycanda 
yaratdığı bütün ənənələr kimi mədəniyyətə dövlət qayğısı da 
sonralar yaddan çıxmış, bu sahə demək olar ki, unudulmuşdu. 
Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və  Əbülfəz Elçibəy 
ölkəyə rəhbərlik etdikləri dövrdə öz hakimiyyətlərini qorumaqdan 
başqa heç nə düşünə bilmirdilər. Ona görə  də bütöv xalq, o 
cümlədən də elm, incəsənət, mədəniyyət xadimləri Heydər 
Əliyevin siyasi olimpə qayıdışını çox böyük səbirsizliklə 
gözləyirdi. Hələ 1992-ci ilin yanvarında ulu öndərin 
Naxçıvandakı otağında olan tribun şairimiz Xəlil Rza Ulutürk 
“Azadlıq Allahı  tək  əyləşib öz yerində” — misrası ilə başlayan 
“Heydər dədə — Atatürk” şeirində yazırdı: “Dörd tərəf qar-
qiyamət, sərt qış... O, güllü yazdır.  
Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.  Ərzrumdan Xəzərə 
şığıyan Xan Arazdır, Uçur nəhr  əzəmətli Heydər dədə — 
Atatürk".  
Ulu öndərin millətə qurtuluş  gətirən qayıdışından sonra isə 
məşhur publisist Elmira Axundova “Pravda” qəzetində (4 avqust, 
1993-cü il) “Əliyevin qayıdışı” adlı mükəmməl bir analitik yazı 
vermişdi. Həmin məqalədən riqqətə gələn şair Həmid Abbas cəmi 
iki gün sonra — avqustun 5-də “Qayıdışın mübarək” adlı şeirində 
yazırdı: “Qar, boran ötüşdü, dayandı külək, Boylandı Günəşə 
milyon gül-çiçək. Bu isti nəfəsi duydu daş, kəsək, İkicə söz dedi 
sinəmdə ürək:  
Qayıdışın mübarək!" Bu, millətin başının üstünü kəsdirən dərd-
bəlanın — qar-boranın ötüşməsinə, ölkəyə qan iyi gətirən 


küləklərin ötüşməsinə  vətəndaş münasibəti idi. Diqqət yetirin, 9 
bəndlik şeirin heç yerində Heydər Əliyevin adı çəkilmir. Ona görə 
də bu şeir Azərbaycana, xalqımıza gözaydınlığı vermək, 
mübarəkbadlıq etmək kimi səslənirdi: “Ey Vətən, ey xalq, sənə 
qurtuluş 
gətirən böyük qayıdışın mübarək!”  
Bu qayıdışa sevinən bütün soydaşlarımız haqlı idilər. Çünki 
Heydər  Əliyevin qayıdışı ilə Azərbaycan dövləti və dövlətçiliyi 
məhv olmaqdan qurtuldu, xalqımız vətəndaş müharibəsindən xilas 
oldu, elm, incəsənət,  ədəbiyyat və  mədəniyyətimiz xaos və 
anarxiya girdabından çıxdı. Bütün bunları indi dilə gətirmək çox 
asandır. Heydər  Əliyevin bu bəlaları  dəf etmək üçün təkbaşına 
mübarizəyə girişdiyi illərin dəhşətləri isə çox dözülməz idi. 
Amma, tarixin bütün dönəmlərində, bütün ölkələrdə olduğu kimi, 
1993-cü ilin yayında Azərbaycanda da lider qətiyyəti, öndər 
səriştəsi milləti ağ günə çıxardı. Həmin illər Bəxtiyar Vahabzadə 
demişdi ki, Azərbaycan xalqının dövləti ilə, dövlətçiliyi ilə 
bərabər 
ədəbiyyatı, mədəniyyəti də xilas oldu. 
 
Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər 
ölkədə ictimai-siyasi, iqtisadi, ideoloji-mənəvi həyatın 
normallaşmasına nail olmaqla yanaşı, ölkəyə birinci dəfə 
rəhbərlik etdiyi dövrdəki bir çox ənənələri yenidən canlandırdı. 
“Kitabi-Dədə Qorqud” dastanının 1300, Məhəmməd Füzulinin 
500 illik yubileyləri ilk baxışda yubiley tədbiri idi. Amma əslində 
Heydər Əliyev həmin tədbirləri Azərbaycan həqiqətlərinin dünya 
ictimaiyyətinə çatdırılması üçün çox mühüm bir vasitə kimi 
düşünmüşdü və öz istəyinə nail oldu. Heydər  Əliyevin yenidən 
hakimiyyətə  gəlməsi müstəqil Azərbaycanın mədəniyyəti 
qarşısında geniş inkişaf üfüqləri açdı. Ulu öndər belə düşünürdü 
ki, müstəqilliyi  əldə etmək nə  qədər vacib olsa da, həmin 
müstəqilliyin ömrünü uzun edə biləcək nəslin yetişdirilməsi 
ondan ikiqat çox vacibdir: “Bu isə  gənc nəslin fiziki cəhətdən 
sağlam, mənəvi cəhətdən zəngin, elmi-intellektual cəhətdən 
inkişaf etmiş, ən başlıcası, Azərbaycan tarixini, mədəniyyətimizi, 
ədəbiyyatımızı  dərindən bilən bir vətəndaş kimi yetişməsi 


nəticəsində mümkün olacaqdır”.  
Heydər  Əliyev 70-ci illərdə gündəliyə  gətirdiyi Azərbaycan dili 
məsələsini hakimiyyətə qayıdışının ilk illərində yenidən 
canlandırdı.  
Heydər  Əliyevin qayıdışı Azərbaycan dilinin dövlət dili kimi 
aparıcı rolunu təmin etdi, təhsilin, elmin, ədəbiyyatın, ümumən, 
mədəniyyətin inkişafına dövlət tərəfindən maksimum şərait 
yaradıldı, milli mədəniyyətimizin daşıyıcıları olan sahə 
mütəxəssislərinin sosial-rifah halının yaxşılaşdırılması üçün 
mühüm dövlət tədbirləri reallaşdırıldı. Onlarca ədəbiyyat və 
incəsənət xadimlərinə  fəxri adlar verilməsi, gənc istedadlara və 
yaşlı  nəslə  mənsub təcrübəli sənətkarlara Prezident təqaüdləri 
ayrılması, test imtahanları zamanı dövlət ali məktəblərinə yüksək 
balla daxil olan tələbələrə Prezident təqaüdü verilməsi, xaricdə 
təhsil alan gənclərin dövlət qayğısı ilə  əhatə olunması müstəqil 
Azərbaycan elminin və  mədəniyyətinin inkişafına göstərilən 
böyük qayğı 
və diqqətin təzahürüdür.  
Azərbaycan xalqı məmnundur ki, ulu öndərin siyasi kursunu çox 
böyük uğurla davam etdirən cənab Prezident İlham  Əliyev də 
cəmiyyət həyatının digər sahələrində olduğu kimi mədəniyyətə və 
milli mənəvi dəyərlərə münasibətdə  də Heydər  Əliyev yolunu 
davam etdirir. Daha bir fəxr etməli məqam ondan ibarətdir ki, 
ümummilli liderimizin adını daşıyan Heydər  Əliyev Fondu
xüsusən, fondun prezidenti, YUNESKO-nun xoşməramlı  səfiri 
Mehriban xanım  Əliyeva da tariximizə  və  mədəniyyətimizə çox 
böyük ehtiramla yanaşır. Bilavasitə onun təşəbbüsü ialə “Qarabağ 
xanəndələri” albom-kitabı buraxılmış, Bakıda Muğam Mərkəzinin 
təməli qoyulmuş, dünyanın müxtəlif ölkələrində görkəmli 
Azərbaycan sənətkarlarının yubileyləri keçirilmiş, Qobustan 
qayaüstü rəsmləri və  İçərişəhər Qoruq Muzeyi YUNESKO-nun 
mühafizə olunan mədəni irs siyahısına salınmışdır.  
Bütün bunlar müasir Azərbaycan tarixinin “Heydər  Əliyev 
epoxası” adlı konkret bir dövrünün həqiqətləridir. O həqiqətlər ki, 
onlardan bütün dünya danışır, dostlarımız sevinir, düşmənlərimiz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə