Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.

səhifə34/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

Həmin dövrdə Azərbaycanda kitabxana binalarının məhz ayrı-ayrı 
kolxoz və sovxozların vəsaiti hesabına inşa olunması daha çox 
yayılmışdı və bu iş ulu öndərimizin şəxsi nəzarəti altında həyata 
keçirilirdi. Astarada, Bərdədə, Salyanda, Dəvəçidə, Qusarda, 
İsmayıllıda və respublikamızın digər şəhər və rayon mərkəzlərində 
rayon və şəhər mərkəzi kitabxanalarının yerləşdiyi müasir tipli 
binalar məhz həmin dövrdə tikilmişdir. 
Müasir dövrdə müstəqil Azərbaycanda kitabxana 
quruculuğunda mühüm amil olan mərkəzləşdirilmiş kitabxana 
sistemləri 70-ci illərdə təşkil olunmuşdur. 1974-cü ildə ulu öndərin 
imzaladığı qərəra əsasən yaradılan mərkəzləşdirilmiş kitabxana 
sistemləri həmin dövr üçün ən mütərəqqi bir iş üsulu idi və 70-80-ci 
illərdə Azərbaycanda kitabxana işinin inkişafında yeni bir mərhələ 
olmuşdur. Heydər Əliyevin iradəsi ilə respublikada bu çox vacib iş 
keçmiş SSRİ-də ön yerlərdə həyata keçirilmişdi. Bu gün mövcud 
olan Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin
AMEA-nın, həmkarlar ittifaqları təşkilatlarının kitabxana şəbəkələri 
məhz həmin dövrdə bitkin bir sistem kimi formalaşmışdır. İndi 
ölkəmizdə uğurla fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana 
sistemləri də məhz həmin dövrdə yaranmışdır. 
Bu dövrdə respublikamızda kitabxana şəbəkələrinin inkişafı və 
formalaşması istiqamətində xeyli işlər görülmüş, ayrı-ayrı 
nazirliklərin kitabxana şəbəkələri formalaşmış, kənd kitabxana 
şəbəkəsi xeyli genişlənmişdir. Faktlara müracət etsək görərik ki, 
əgər 1970-ci ildə Azərbaycanda bütün idarə və sistemlərin 
kitabxana şəbəkəsinə cəmi 7,5 min kitabxana daxil idisə, 1981-ci 
ildə onların sayı 9 minə çatmışdı. Kitabxana fondlarının 
formalaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü 
tədbirlər nəticəsində kitabxana fondlarının həcmi də xeyli artaraq 
1970-ci ildəki 54,3 min nüsxədən xeyli artaraq 1981-ci ildə 93,0 
min nüsxəyə çatmışdı. 
        90-cı illərin əvvəllərində respublikada yaranan xaos 
və səriştəsizlik şəraitində Azərbaycan ərazisində kitabxanalar da 
böyük təhlükələrlə üzləşmişdi. Elmin, mədəniyyətin inkişafında və 


mədəni sərvətlərimizin mühafizəsində buraxılmış səhvlər təbii ki, 
ölkə kitabxana şəbəkələrini də dağılmaq təhlükəsi ilə üz-üzə 
qoymuşdu. 
Məhz bu dövrdə ulu öndərimizin xalqın tələbi ilə yenidən 
Azərbaycana rəhbərlik etməyə başlaması bötövlükdə elmimizi, 
mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana 
şəbəkələrinin də məhvinin qarşısını almış oldu. Ulu öndərin 
qətiyyəti nəticəsində bir çox keçmiş sovet respublikalarından fərqli 
olaraq, Azərbaycanda kitabxana şəbəkələri nəinki dağıldı və ixtisara 
düşdü, əksinə qismən də olsa inkişaf etdi, möhkəmləndi, ən 
başlıcası isə onlar mühafizə olunaraq saxlanıldı. 
Bu gün böyük fəxrlə demək olar ki, hazırda özünün sürətli və 
möhtəşəm yenidənquruculuq və modenrnləşmə dövrünü yaşayan 
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının sürətli 
inkişafı konsepsiyasının əsası da 90-cı illərin ortalarında ümummilli 
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. 
Ulu öndərimiz ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı 
ilk illərdə yəni 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya baş 
çəkmişdir. 
- 1995-ci ilin iyunun 3-də Azərbaycan Qadınları Milli 
Komitəsinin, Respublika “Kitab” Cəmiyyətinin və ABŞ-ın “Stark 
enterprauz” firmasının təşəbbüsü ilə çap olunan “Vətənə, dövlətə, 
xalqa sədaqət andı” kitabının təqdimat mərasimində iştirak etmişdir. 
- 1996-cı il mart ayının 5-də İsraildə çıxan “Heydər Əliyev: 
Siyasi portretin cizgiləri» kitabının təqdimat mərasimində iştirak 
etmişdir. 
- 1997-ci il noyabrın 5-də “Azərbaycan qaçqınları» 
fotoalbomunun təqdimat mərasimində iştirak etmişdir. 
- 1997-ci il noyabrın 20-də Amerikada nəşr edilən “Azərbaycan 
interneşnl» jurnalının 5 illiyinə həsr olunmuş təqdimat mərasimində 
iştirak etmişdir. 
Azərbaycan xalqının dünyaya bəxş etdiyi dahi şəxsiyyətin bu 
kitabxanaya hər bir gəlişi bu möhtəşəm elm və mədəniyyət, 
ocağının inkişafında mühüm rol oynamış və onun gələcək inkişafı 


perspektivlərinin müəyyən olunmasında ən vacib amilə 
çevrilmişdir.  
Belə ki, 1995-ci ilin iyununda “Vətənə, xalqa, dövlətə sədaqət 
andı» kitabının təqdimatı mərasimində iştirak etmək üçün 
M.F.Axundov adına Milli Kitabxanaya gələn ulu öndərimiz bu 
mədəniyyət məbədinin qayğıları ilə yaxından maraqlanmış və onun 
fondlarında köhnə nəşrlərin daha çoxluq təşkil etdiyini xüsusilə 
vurğulamışdır. 
Bu amili nəzərə alan ulu öndərimiz Milli Kitabxanaya öz şəxsi 
kitabxanasından 400-ə qədər yeni kitab hədiyyə etmiş və hamını bu 
mədəniyyət məbədinə kömək etməyə çağırmışdır: “Mən indi 
kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar 
fondda öz yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli 
olan ayrı-ayrı mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim 
özümün deyil, müxtəlif müəlliflərin kitablarıdır və kitabxananın 
böyük xəzinəsində öz yerini tutarlar. Zənnimcə, gələcəkdə bu 
təşəbbüs də davam edə bilər. Elə imkanı olan ayrı-ayrı adamlar 
kitabxanamızı zənginləşdirmək üçün yəqin ki, ona kitab 
bağışlayacaqlar”. 
Xalqımızın böyük oğlunun “Bu kitabxanaya kömək etmək 
hamının borcudur” kimi müdrik fikrinə diqqətlə yanaşan ölkəmizin 
ziyalıları, alimləri, yazıçı və şairləri bir-birinin ardınca Milli 
Kitabxanaya yeni-yeni kitab kolleksiyaları hədiyyə etməyə 
başladılar və tezliklə kitabxanamızın fondu əhəmiyyətli dərəcədə 
yeni kitablarla zənginləşməyə başladı. 
Təkcə, 1995-ci ildə M.F.Axundov adına kitabxananın fonduna 
11,5 min nüsxə yeni ədəbiyyat daxil olmuşdu. Milli Kitabxanaya öz 
şəxsi kitabxanasından kitablar hədiyyə edən müəlliflərdən xalq 
yazıçısı Elçinin, xalq şairi Bəxtiyar Vahabzadənin, xalq yazıçısı 
Çingiz Abdullayevin, akademik Ziya Bünyadovun və digər yazıçı 
və şairlərimizin, alim və ziyalılarımızın adlarını çəkmək olar. 
90-cı illərin ortalarında respublikamızın Dövlət büdcəsinin nə qədər 
məhdud olması, təbii ki, hamının xatirindədir və ciddi çətinliklərə 
baxmayaraq, Milli Kitabxananın problemlərinə böyük qayğı ilə 




Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə