Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

yanaşan ulu öndərimiz ikinci dəfə bu kitabxanaya səfər edərkən bu 
elm ocağının ehtiyaclarını diqqətlə dinləyərək xarici ölkələrdə çap 
olunan ədəbiyyatın və dövrü mətbuatın alınması məqsədilə əlavə 
məqsədli vəsaitin ayrılmasını vacib hesab edərək yerindəcə Nazirlər 
Kabinetinə müvafiq göstəriş vermişdir. 
Ulu öndərin bu göstərişinə müvafiq olaraq Azərbaycan 
Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul etmiş və 
həmin ildən başlayaraq hər il M.F.Axundov adına kitabxanaya 
xarici ədəbiyyat və dövrü nəşrlər almaq üçün 5000 ABŞ dolları 
valyuta vəsaiti ayrılmışdır. O dövrün çətinliklərini yaşayan hər kəs 
1995-1996-cı illərdə bu vəsaitin necə böyük bir məbləğ olduğunu 
daha yaxşı hiss edirlər. Müqayisə üçün bildirmək istəyirəm ki, o 
dövrdə heç həmin kitabxananın büdcəsi bütövlükdə 5000 ABŞ 
dolları qədər deyildi. 
Ümummilli liderimiz Milli Kitabxanaya baş çəkərkən çox 
böyük nostalji hissləri yaşadığını söyləyərək və öz çıxışlarında Milli 
Kitabxananın fəaliyyətini yüksək qiymətləndirərək onu 
respublikamızın ən əhəmiyyətli mədəniyyət mərkəzlərindən biri 
hesab edirdi və burada çalışan insanların əməyini çox yüksək 
qiymətləndirirdi: “Bu gün biz buraya - Azərbaycan Respublikasının 
mədəniyyət mərkəzlərindən biri olan Mirzə Fətəli Axundov adına 
Dövlət Kitabxanasına gəlmişik. Mən vaxtilə bu kitabxanaya 
dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından 
keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Bu 
kitabxanaya, buruda çalışan insanlara hörmət və ehtiramımı 
bildirmək istəyirəm”.  
Ulu öndərin kitabxana işinə hədsiz qayğısının ən bariz 
nümunəsi 1998-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş 
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu 
olmuşdur. Bütövlükdə Azərbaycanda kitabxana quruculuğu 
tarixində tamamilə yeni bir mərhələ olan bu qanun müstəqil 
Azərbaycanda kitabxana qanunvericiliyinin və quruculuğunun 
əsasını qoymuşdur.  


MDB ölkələrində kitabxana işinə dair qəbul olunan qanunlar 
içərisində ən mükəmməl qanunlardan biri olan Azərbaycan 
Respublikasının “Kitabxana işi haqqında» Qanunu Dövlət 
Kitabxana Şəbəkəsinin formalaşdırılması, kitabxana sahəsinə dair 
normativ-hüquqi bazanın yaradılmasında, kitabxana işçilərinin 
sosial müdafiəsinin möhkəmləndirilməsində mühüm rol 
oynamışdır. 
Ulu öndərin imzası ilə qüvvəyə minən bu qanunun Milli 
Kitabxananın statusunun formalaşmasında, onun qiymətli 
fondlarının dövlət tərəfindən xüsusi əhəmiyyətli mədəniyyət 
sərvətləri kimi etibarlı mühafizəsində, bina və əmlakının 
toxunulmaz olduğunun təsbit olunmasında, Milli Kitabxananın 
ləğvinin qadağan olunmasının qanunvericilik qaydasında təsdiq 
olunmasında əvəzsiz əhəmiyyəti olmuşdur. 
“Kitabxana işi haqqında” Qanunun bütöv bir bölməsinin Milli 
Kitabxanaya və onun məsələlərinə həsr olunması xüsusilə 
diqqətəlayiqdir. Burada Milli Kitabxananın fəaliyyətinin bütün 
sahələri tam şəkildə əhatə olunmuş, onun inkişafının prioritetləri 
müəyyənləşdirilmişdir. Məhz bu qanunun müddəalarına müvafiq 
olaraq 2000-ci ilin mayında Azərbaycan Respublikasının Nazirlər 
Kabineti “Azərbaycan Respublikasının Milli Kitabxanasının 
Əsasnaməsinin təsdiq olunması barədə” qərar qəbul etmişdir. 
Nəhayət, 2005-ci ildə bu qanunvericiliyin tələbləri əsasında 
M.F.Axundov adına Dövlət Kitabxanasına “Milli Kitabxana” 
statusu verilmişdir. Ümummilli liderimizin xüsusi tapşırığı əsasında 
hazırlanmış və qanunvericilik təşəbbüsü qaydasında onun 
tərəfindən Milli Məclisə təqdim olunmuş “Kitabxana işi haqqında” 
qanun və onun qüvvəyə minməsi barədə ulu öndərin imzaladığı 12 
mart 1999-cu il tarixli sərəncam ölkəmizdə kitabxana şəbəkələrinin 
yenidən qurulması, onların yeni tələblərə uyğun fəaliyyətinin 
təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi 
işində mühüm rol oynamışdır.  
Təsadüfi deyildir ki, ondan sonra qəbul edilmiş heç bir 
qanunun qüvvəyə minməsi barədə sərəncamlar belə əhatəli və 


hərtərəfli olmamışdır. Bu sərəncamı müstəqil Azərbaycanda 
kitabxana quruculuğunun proqram sənədi də adlandırmaq olar.  
Bu gün böyük cəsarətlə demək olar ki, ölkəmizdə kitabxana işi 
sahəsində uğurla aparılan möhtəşəm quruculuq işləri – Milli 
Kitabxananın tamamilə yenidən qurulması, təchizatı və 
modernləşdirilməsi işləri, Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət 
Proqramının təsdiq olunması istiqamətində görülən işlər də bu 
siyasətin məntiqi davamıdır. Ulu öndərimizin Milli Kitabxanamıza 
xüsusi qayğısının bariz nümunələrindən biri 2000-ci ildə 
kitabxanamızın binasında əsaslı yenidənqurma işlərinin aparılması 
və texniki təchizatının gücləndirilməsi barədə verdiyi tapşırıq 
olmuşdur. 2000-ci ilin may ayında Nazirlər Kabinetində bu 
sətirlərin müəllifinin iştirakilə keçirilən müşavirədə Avropa 
Şurasının ayırdığı dövlət qrantı hesabına Ərazilərin Bərpası və 
Yenidən Qurulması Agentliyinin xətti ilə bərpa olunması nəzərdə 
tutulan 3 ən mühüm müəssisə seçilərək ulu öndərə təqdim 
olunarkən ulu öndər “M.F.Axundov adına Dövlət Kitabxanasını 
götürün, Azərenerji və Bakı Şəhər İcra Hakimiyyəti özləri vəsait 
taparlar» dedi. Bu gün Milli Kitabxanada oxucular üçün yaradılan 
bu gözəl şərait, kitabxanamızın saytının, elektron kataloqunun, 
elektron kitabxanasının yaradılması və onun virtual rejimdə bütün 
dünyaya yayılması məhz ulu öndərin kitabxanaya qayğı və 
diqqətinin nəticəsi hesab oluna bilər.  
Ulu öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən 
Prezidentimiz cənab İlham Əliyevin ölkədə kitabxana işinə 
qayğısından danışmamaq mümkün deyil. Hörmətli Prezidentimizin 
2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə 
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» sərəncamı 
Azərbaycanda kitabxana işinin inkişafında xüsusi rol oynadı. Hətta 
mən deyərdim ki, bu sərəncamla kitabların 25 min nüsxə tirajla çap 
olunması və bütün kitabxanalara hörmətli Prezidentimizin hədiyyəsi 
kimi verilməsi oxucuların yenidən kitabxanalara qayıtması üçün 
real şərait yaratdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə