Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   39   40   41   42   43   44   45   46   47

Kitaba, həmçinin həmin sənədlər üçün yazılmış tarixi arayışlar, 
indekslər, qeyd olunan zirvə görüşlərinin bəyannamələrindən 
çıxarışlar, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə  əlaqədar 
qətnamələri, fotosənədlər əlavə olunmuşdur. Kitabın "Təcavüzkarın 
dəst-xətti" bölümündə isə erməni təcavüzünün nəticələrini  əks 
etdirən fotoşəkillər verilmişdir. 
"Heydər  Əliyev irsi" Beynəlxalq Elektron Kitabxananın icraçı 
direktoru Fuad Babayev kitabxana barədə  ətraflı  məlumat 
vermişdir. Bildirmişdir ki, o, dünyada geniş yayılmış 25 dildə 
fəaliyyət göstərir. Yeri gəlmişkən, internet məkanında elektron 
kitabxananın 25 dildə  fəaliyyət göstərməsi nadir haldır. Yuxarıda 
adları  çəkilən elektron kitabxanaların hamısı birdilli və ya 
ikidillidir. 
Fuad Babayev slaydların köməyi ilə kitabxananın strukturu, ona 
daxil olmaq üçün dillər üzrə axtarış sistemi, daimi oxucularının 
olduğu ölkələr və s. haqqında ətraflı məlumat vermişdir. 
Yeni Azərbaycan Partiyası  sədrinin müavini, icra katibi Əli 
Əhmədov, sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər 
nazirinin müavini Xələf Xələfov, Milli Məclisin deputatları Zahid 
Oruc, Gültəkin Hacıyeva, Qənirə Paşayeva,  Şuşa Rayon icra 
Hakimiyyətinin başçısı Nizami Bəhmənov, internet forumunun 
rəhbəri Osman Gündüz, AMEA-nın A.Bakıxanov adına Tarix 
İnstitutu direktorunun müavini Cəbi Bəhramov çıxış edərək kitabın 
məziyyətlərindən, onun həsr olunduğu sammitlərin tarixi 
əhəmiyyətindən söz açmışlar. Qeyd olunmuşdur ki, Heydər 
Əliyevin iştirak etdiyi bu üç sammit Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə  əlaqədar danışıqlar prosesində 
mühüm mərhələ olmuşdur. 1994-cü ilin dekabrında Budapeştdə 
keçirilən ATƏT-in dördüncü sammitində Heydər  Əliyevin səyi və 
təşəbbüsü ilə ATƏT-in Minsk qrupunda həmsədrlik institutu təsis 
edilmişdir. Bu institut vasitəçilərin fəaliyyətindəki rabitəsizliyi 
aradan qaldırmağa və ATƏT üzvlərinin münaqişənin sülh yolu ilə 
həllinə yönəldilmiş səylərini nizamlamağa imkan yaratmışdır. 


Natiqlər xüsusi vurğulamışlar ki, ümummilli liderimiz Heydər 
Əliyevin ATƏT-in Lissabon sammitindəki fəaliyyəti hələ uzun illər 
siyasətçilər üçün örnək olacaqdır. O, zirvə görüşündəki çıxışında 
"Biz Azərbaycan  ərazisində ikinci bir erməni dövlətinin 
yaranmasına yol verə bilmərik" deyərək, respublikamızın 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki 
mövqeyini ATƏT tribunasından bütün dünyaya bəyan etmişdir. 
Münaqişənin sülh yolu ilə həlli prinsiplərinin əks olunduğu bəndin 
sammitin yekun sənədinə salınmasına Ermənistan prezidenti veto 
qoyduqdan sonra, Heydər  Əliyev ATƏT sammitlərində  hələ heç 
kəsin etmədiyi bir işi edir. O, bütövlükdə ATƏT-in yekun 
bəyannaməsinə veto tətbiq edir. Yalnız sammitin yekun iclasında 
ABŞ nümayəndə heyətinin rəhbəri, vitse-prezident A.Qor qeyd 
edilən  prinsiplərin ATƏT sədrinin bəyanatında səsləndirilməsini və 
həmin bəyanatın zirvə görüşünün yekun sənədləri sırasına daxil 
edilməsini təklif etdikdən sonra, Heydər  Əliyev öz vetosunu geri 
götürmüşdür. Adı  çəkilən kitaba daxil olan Lissabon zirvə 
görüşünün yekun iclasının stenoqramı  vəziyyətin dramatikliyini 
aydın göstərir. 
Çıxışlarda qeyd edilmişdir ki, məhz Lissabon zirvə görüşündə 
Heydər  Əliyevin sərt mövqeyi və  qətiyyəti nəticəsində sammitin 
yekun sənədləri sırasına daxil olan ATƏT sədrinin bəyanatında 
Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdir. 54 ATƏT üzvündən 
Ermənistan istisna olmaqla 53-nün lehinə  səs verdiyi bu qərarın 
qəbul edilməsi yolunda Heydər  Əliyev zirvə görüşünün gedişində 
14 ölkənin nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirmişdir. 
1999-cu il noyabrın 18-19-da keçirilən ATƏT-in  İstanbul 
sammitində isə Avropa Təhlükəsizliyi Haqqında Xartiya, Avropada 
adi silahlar haqqında müqavilə,  İstanbul zirvə görüşünün yekun 
bəyannaməsi qəbul olunub. Yekun bəyannaməsinin ayrıca bir bəndi 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə  həsr 
olunub. 
Xatırladılmışdır ki, son aylar ərzində bir neçə dəfə, o cümlədən 
bu il sentyabrın 19-da Türkdilli dövlətlərin və topluluqların 10-cu 


dostluq, qardaşlıq və  əməkdaşlıq qurultayındakı  çıxışında 
Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə ümummilli liderimizin 
söylədiyi Biz Azərbaycan  ərazisində ikinci bir erməni dövlətinin 
yaranmasına yol verə bilmərik fikrini bir daha qətiyyətlə 
təsdiqləyərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsində ölkəmizin mövqeyinin dəyişmədiyini, bir qarış 
torpağımızın da düşmənə güzəştə gedilməyəcəyini bəyan etmişdir. 
Natiqlər yekdilliklə bildirmişlər ki, kitaba daxil olan bütün bu 
materiallar oxucularımız, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsində  ədalətin zəfər çalmasını arzulayan hər kəs üçün 
maraqlı olacaqdır. Onların fikrincə, "Heydər  Əliyev: biz 
Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol 
verə bilmərik" kitabı elektron kitabxananın növbəti uğurudur. 
Əbilov, Zeynalov və  oğulları  nəşriyyatında çap olunmuş 472 
səhifəlik kitabın elmi məsləhətçisi akademik Asəf Nadirovdur. 
 
Respublika.- 2006.- 13 oktyabr.- S. 4.  
 
 
2007 
 
"Heydər Əliyev irsinin tədqiqinin təbliği" 
mövzusunda kitab sərgisi 
 
Mayın 8-də Vergilər Nazirliyi yanında iri vergi ödəyiciləri ilə iş 
üzrə departamentdə Azərbaycan Milli Elmlər Akademiyasının 
Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə ümummilli lider 
Heydər  Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə 
"Heydər Əliyev irsinin tədqiqinin təbliği" mövzusunda kitab sərgisi 
keçirilmişdir. 
Sərgidə ulu öndərin həyat və  fəaliyyətini, zəngin idarəçilik 
təcrübəsini, respublikamızın sosial-iqtisadi inkişafı  və beynəlxalq 
aləmdəki nüfuzunun artırılması  məqsədilə apardığı ardıcıl, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə