Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.

səhifə47/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
1   ...   39   40   41   42   43   44   45   46   47

axıra çatdırdı. Bu alternativ olmasaydı, indi regionumuzun 
Avropaya verdiyi ümidlər də olmazdı. Real olaraq, regionumuzun 
geosiyasəti məhz Heydər  Əliyevin qərarından sonra dəyişdi. Eyni 
zamanda, o, müasir Azərbaycan dövlətinin banisi, müasir 
Azərbaycan millətinin atasıdır. Sıx birləşmiş Azərbaycan, dost 
Azərbaycan, uğurlu Azərbaycan isə Gürcüstanın özünün daxilində 
inteqrasiya və müvəffəqiyyətin, bizim ümumi gələcəyimizin 
rəhnidir. Bu gün strateyi tərəfdaşlar olmaq həmişəlik strateyi 
tərəfdaşlar olmaq deməkdir. Strateyi tərəfdaşlıq məhz uzun müddət 
və həmişəlik tərəfdaşlıq deməkdir. Biz isə öz coğrafi mövqeyimizi 
nəzərə alaraq, belə olmağa borcluyuq. Biz birlikdə olmalıyıq, yeni 
dostlar tapmalıyıq. Bir dünyaya baxın: nə  qədər parçalanma, nə 
qədər münaqişələr, nə  qədər çəkişmələr, nə  qədər həll edilməmiş 
problemlər var. Bizim xalqlarımız isə müdriklik göstərirlər. Mən 
hələ  rəhbərləri demirəm, xalqlarımız bütün bu baş verənlərə 
qarışmamaq üçün müdriklik göstərirlər". Onun sözlərinə görə, 
Gürcüstan azərbaycanlıları Gürcüstan cəmiyyətinə inteqrasiya 
olurlar. Onlar gürcü dilini öyrənir, bu dildə danışırlar: "Kim birliyin 
əleyhinədirsə, hamımızın  əleyhinədir. Bax, burada, arxa tərəfdə 
Azərbaycan məktəbi var, orada azərbaycanlı  uşaqlar təhsil alırlar. 
Onların simasında Gürcüstanın gələcək vətənpərvərləri yetişir. Bir 
sözlə, bu, həqiqətən, hadisələrin sınağından çıxmış dostluq və 
qardaşlıqdır. Çox müxtəlif vədlər, çox müxtəlif təkliflər olub, 
aramızı vurmağa və bizi bir-birimizdən ayırmağa çalışmışlar. 
Amma bütün bunlar baş tutmadı  və baş tutmayacaq. Çünki biz 
birlikdə partikulyar, şəxsi kateqoriyalarla deyil, - hərçənd, bizim 
çox güclü şəxsi münasibətlərimiz var, - ilk növbədə, dövlət 
kateqoriyaları ilə düşünürük. Biz Gürcüstanı, Azərbaycanı bu gün, 
2007-ci ildə görürük, biz Gürcüstanı, Azərbaycanı 2017-ci ildə 
görürük.  Əminəm ki, yaxın illərdə də, yaxın onilliklərdə də bu iki 
qardaş özünün daha yaxşı gələcəyini tapacaq və özlərinin birliyi ilə, 
müdrikliyi ilə, uğurları ilə, nümunələri ilə dünya işlərində daha 
mühüm rol oynayacaq".  
   


İlham  Əliyev: "Ərazimiz üzərində milli suverenliyi 
bərpa edəcəyik"  
   
Prezident  İlham  Əliyev isə öncə ulu öndərin xatirəsinə 
göstərilən ehtirama görə bütün gürcü xalqına, onun prezidentinə 
təşəkkürünü bildirib: "Bu gün mən böyük iftixar hissi keçirirəm ki, 
15 il əvvəl müstəqillik qazanmış xalqlarımız və ölkələrimiz 
arasında çoxəsrlik münasibətlərin tarixində bizi daha da 
yaxınlaşdıran bir hadisə baş verir. Bu gün gözəl bir yerdə, Tbilisinin 
mərkəzində, biz Azərbaycanın ümummilli lideri Heydər  Əliyevin 
büstünü açdıq. Bugünkü mərasim bizim birliyimizin rəmzidir, 
qardaşlığımızın rəmzidir. Onun rəmzidir ki, əvvəlki kimi, 
xalqlarımız bundan sonra hələ çox onilliklər və  əsrlər bir yerdə 
olacaq, yaxın olacaq, bir-birinə kömək edəcək, indi olduğu kimi, 
bir-birinin uğurlarına sevinəcəklər".  İlham  Əliyev vurğulayıb ki, 
Heydər  Əliyev Azərbaycan xalqının tarixində, Azərbaycan 
dövlətçiliyinin tarixində çox böyük rol oynayıb: "Azərbaycanda 
müstəqillik  əldə edildikdən sonra iki il ərzində  mənfi, qeyri-
müəyyən istiqamətdə proseslər baş verirdi. Ümumi xaos, iqtisadi 
böhran, siyasi və  hərbi böhran, vətəndaş müharibəsi, bir sözlə, 
Gürcüstanın da bütün başına gələnlər.  Əgər o zaman Azərbaycan 
xalqı müdriklik göstərib ölkənin idarə olunmasına Heydər  Əliyevi 
dəvət etməsəydi, hələ məlum deyil ki, hər şey nə ilə bitəcəkdi və biz 
müstəqilliyimizi, dövlətçiliyimizi qoruya biləcəkdikmi? O, nəinki 
müstəqilliyimizi qorudu, həm də Azərbaycana rəhbərlik etdiyi 10 il 
ərzində ölkəmizin gələcək uğurlu inkişafının təməlini və ciddi 
bazasını yaratdı. Bu gün bizim nəyimiz varsa, nəyə malikiksə, milli 
nailiyyətimiz kimi nə ilə  fəxr ediriksə, məhz onun müdrikliyi, 
qətiyyəti, cəsarəti və qəbul olunan qərarların doğruluğuna əminliyi 
sayəsində  əldə olunub. Bu gün Azərbaycan öz gücünə güvənən 
ölkədir, dövlət müstəqilliyi artıq sarsılmaz və  əbədi olan ölkədir. 
Buna görə də Heydər Əliyev hər bir azərbaycanlının, xalqımızın hər 
bir vətənpərvərinin xatirəsində daim yaşayacaq. Eyni münasibəti 
qardaş gürcü xalqından da gördük. İndi bu büstün açılışı bunun 


daha bir təsdiqidir".  İlham  Əliyev bildirib ki, əsası Heydər  Əliyev 
tərəfindən qoyulan neft strategiyası olmasaydı, indi hər iki ölkə 
problemlərlə üzləşə bilərdi: "O vaxt bu olmasaydı, indi nəinki 
qonşularımızın - Gürcüstanın eneryi müstəqilliyini təmin edə 
bilərdik, hətta özümüzü də  təmin edə bilməzdik. Regionda nələr 
olacağını, Azərbaycanın başına nələr gələcəyini, onun bugünkü 
vəziyyətinin necə olacağını təsəvvür etmək çətin deyil. Ona görə də 
bu məsələdə biz gürcüləri və azərbaycanlıları  həmişə birləşdirmiş 
olan tarixi yaddaşa və bugünkü nailiyyətlərimizə arxalanmalıyıq. 
Gələcək fəaliyyətimizdə  də biz bu nailiyyətlərə, bu uğurlara, bu 
qardaşlığa, bu qarşılıqlı  dəstəyə  əsaslanmalıyıq.  İndi, Gürcüstanın 
öz yüksəliş, hətta deyərdim, çiçəklənmə dövrünü yaşadığı, çox 
böyük dəyişikliklərin, siyasi və iqtisadi islahatların uğurla həyata 
keçirildiyi bir vaxtda, - insanlar da bunu görürlər, - biz daha da 
güclənirik. Siz nə  qədər çox möhkəmlənsəniz, biz də bir o qədər 
çox möhkəmlənəcəyik. Ümumi tariximiz, qardaşlıq  əlaqələrimizin 
keçmişi, bugünkü vəziyyəti və milli mənafelərimiz tələb edir ki, biz 
birlikdə olaq. Biz birlikdə böyük qüvvəyik. Buraya prezidentlər, - 
onlar sözdə deyil, həqiqətən qardaşdırlar, - arasındakı  şəxsi 
münasibətləri də  əlavə etsək, inkişafımızın çox nikbin, çox 
ümidverici mənzərəsi yaranar".  
Prezident çıxışında hər iki ölkənin qarşıda duran 
problemlərin həllinə nail olacağına  əminliyini də ifadə edib: 
"Əminəm ki, biz qarşımızda duran bütün məsələləri həll edəcəyik. 
Biz separatizmə son qoyacaq, etnik təmizləmələrdən əziyyət çəkmiş 
insanları öz ocaqlarına qaytaracaq, bütün ərazimiz üzərində milli 
suverenliyi bərpa edəcəyik. Bunun üçün biz güclü və birlikdə 
olmalıyıq. Biz bunu edirik. Biz möhkəmlənirik və bir-birimizə daha 
da yaxınlaşırıq. Bugünkü gün Azərbaycan xalqının yaddaşında uzun 
müddət, yəqin ki, həmişəlik qalacaq. Bu, bizim birliyimizin 
günüdür, Azərbaycana olduğu kimi, qardaş Gürcüstana da sədaqətlə 
xidmət etmiş böyük azərbaycanlının xatirə günüdür. Gələcək 
inkişafımızı müəyyənləşdirdiyimiz, regionun geosiyasi inkişaf 
strategiyasını müəyyənləşdirdiyimiz, Gürcüstan və Azərbaycanın 


Avropa və dünya işləri üçün əhəmiyyətinin artdığı gündür. 
Sərhədlərimizin hüdudları  və ya həmvətənlərimizin sayı haqqında 
statistika məlumatını götürsək, biz ərazicə  və  əhalinin sayına görə 
kiçik ölkələrik, ancaq daha mühüm rol oynayırıq. Bu proses gedir 
və davam edəcək. Bu gün, Mixailin dediyi kimi, ağır vaxtda, 
Azərbaycan sizin yanınızda olub, bunda qeyri-adi bir şey yoxdur, 
bu, normadır, belə də olmalıdır. Əgər biz dostuqsa, - biz isə dostuq, 
- həmişə bir olmalıyıq. Bir-birimizin uğurlarına sevinməliyik və dar 
gündə arxa-dayaq olmaq, kömək etmək və birlikdə irəliləmək üçün, 
hətta çağırılmasaq da, birinci gəlməliyik. Ölkələrimizin gələcəyi 
ancaq bu birlikdə mümkündür. Bu, mənim də, Mixailin də  dərin 
inamıdır. Bizim hələ çox-çox planlarımız var və biz onları birgə 
səylərlə həyata keçirəcəyik".  
 
Kaspi.- 2007.-15 may.- S. 2. 
 
 
Kino+ 
 
2007 
 
Lalə 
 
Çağdaş kitabxana quruculuğunun banisi 
 
Milli Kitabxanada “Heydər Əliyev çağdaş kitabxana 
quruculuğunun banisidir” adlı dəyirmi masa keçirildi 
 
Mayın 7-də M.F.Axundov adına Milli Kitabxanada "Heydər 
Əliyev çağdaş kitabxana quruculuğunun banisidir" mövzusunda 
dəyirmi masa keçirildi. 
Tədbirdə  Mədəniyyət və Turizm nazirinin müavini Sevda 
Məmmədəliyeva, Milli Məclisin  İqtisadiyyat komissiyasının sədri, 
akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikası Prezidenti 


İşlər  İdarəsi Kitabxanasının direktoru Mayıl  Əhmədov, BDU-nun 
Kitabxanaçılıq-informasiya fakültəsinin kafedra müdiri, professor 
Abuzər Xələfov, respublikanın aparıcı kitabxanalarının rəhbərləri 
iştirak edirdi. 
Giriş sözünü nazirin müavini Sevda Məmmədəliyeva açaraq 
bildirdi ki, ulu öndərin doğum gününə  təsadüf edən 10 may tarixi 
bütün azərbaycanlılar üçün müqəddəs günə çevrilib. Çünki o, 
müstəqil Azərbaycan respublikamızın tərəqqisi naminə böyük işlər 
görüb. Xalqın tarixində xilaskar missiyasını yerinə yetirən Heydər 
Əliyevin müasir tariximizin ən möhtəşəm simalarından olduğunu 
dedi. 
Sonra iştirakçılara Heydər  Əliyevin 1995-1997-ci illərdə 
M.F.Axundov adına Milli Kitabxanada olarkən çəkilən video-
lentdən qısa nümayiş təqdim olundu. 
Nümayişin ardınca kiçik istedad Nigar Qəhrəmanovanın 
təqdimatında "Bakı-Tbilisi- Ceyhan" mahnısı ifa olundu. 
Sonra Milli Kitabxananın direktoru Kərim Tahirov mərkəzləşmiş 
bitkin kitabxanaların bugünkü səviyyəyə çatmasında Heydər 
Əliyevin mühüm rolundan danışdı. 
2000-ci ildə Heydər  Əliyevin kitabxanaların maddi-texniki 
bazasının yaxşılaşdırılması barədə imzaladığı  fərmandan sonra 
"susuz dəyirmana çevrilən" kitabxanalar dirçəldi. 
Heydər Əliyev indiyədək kitabxananı dörd dəfə ziyarət edib, 
Sonra akademik Ziyad Səmədzadə "Heydər  Əliyev müstəqil 
Azərbaycan dövlətinin qurucusudur" mövzusunda ətraflı çıxış etdi. 
Dəyirmi masa Azərbaycan Respublikası Prezidenti İşlər  İdarəsi 
Kitabxanasının direktoru Mayıl  Əhmədov rəhbərlik etdiyi 
kitabxananın qurucusu olan ulu öndərin kitabxanalara göstərdiyi 
diqqət və qayğıdan söz açdı. 
 
Kino.- 2007.- 11 may.- S. 4. 
 
 


Yaddaş 
 
2007 
 
Ələkbərova M. 
 
Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü 
qeyd edildi 
 
Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Milli 
Kitabxana Heydər  Əliyevin anadan olmasının 84-cü ildönümünə 
həsr olunmuş "Heydər  Əliyev çağdaş kitabxana quruculuğunun 
banisidir" mövzusunda dəyirmi masa keçirdi. 
Tədbiri Mədəniyyət və Turizm nazirinin müavini Sevda 
Məmmədəliyeva açaraq, Heydər  Əliyevin mədəniyyətimizə, 
xüsusilə kitabxanalara qayğısından danışdı: "Bugünkü tədbir artıq 
azərbaycanlılar üçün müqəddəs bir günə çevrilən H.Əliyevin 
doğum günü münasibətilə keçirilir. Ölkəmizin çiçəklənməsində, 
qüdrətlənməsində, firavan gələcəyi, beynəlxalq aləmdə nüfuz 
qazanması, respublikamızın  ərazi bütövlüyünün bərpa olunması 
sahəsində onun misilsiz xidmətləri olub.   Azərbaycan 
Respublikasının tərəqqisi naminə görülən işlər 35 ilə yaxındır ki, 
H.Əliyevin adı ilə bağlıdır. Onun dahiyanə idaraçilik qabiliyyəti və 
strateji təfəkkürü sahəsinde respublikamız böyük inkişaf yolu keçib. 
O, beynəlxalq miqyasda tanınmış siyasi lider, cəmiyyətin inkişafına 
təkan verən fenomen şəxsiyyət, böyük siyasi mədəniyyətə, yüksək 
təşkilatçılıq qabiliyyətinə malik olan insan idi". 
Daha sonra tədbirdə H.Əliyevin Milli Kitabxanaya gəlişləri ilə 
bağlı bir neçə  dəqiqəlik film nümayiş etdirildi. Kitabxananın 
direktoru Kərim Tahirov H.Əliyevin kitabxana sahəsində olan 
xidmətlərindən söhbət açdı: "Azərbaycanda mövcud olan 
kitabxanaların fəaliyyətinin bugünkü səviyyəyə qalxması 
H.Əliyevin sayəsində mümkün olub. Məhz onun səyi nəticəsində 
respublikada mərkəzləşmiş kitabxana sistemləri yaradıldı. Bu gün 


ayrı-ayrı nazirliklərin, AMEA-nın öz kitabxanaları mövcuddur. 
1990-cı illərin  əvvəllərində Sovet ittifaqının bir çox ölkələrində 
olduğu kimi Azərbaycanda da kitabxanalar təhlükə qarşısında idi. O 
dövrdə kitabxanalara "barmaqarası" baxırdılar, "bu boyda bina 
kimin nəyinə lazımdır" ifadəsini işlədənlər də vardı. Lakin 
H.Əliyev kitabxana binalarının özəlləşdirüməsinin qadağan 
olunması ilə bağlı  sərancam verərək, paytaxtda və rayonlarda 
kitabxana binalarının tikilməsinə  şərait yaratdı. O, 1995-1997-ci 
illərdə Milli Kitabxanada 4 dəfə olub. Milli Kitabxanaya xarici 
dillərdə kitabların alınması ilə bağlı 5000$ ptıl vəsaitinin ayrılması 
ilə bağlı  sərəncam imzalamışdı". Tədbirdə  iştirak edən Milli 
Məclisin  İqtisadiyyat komissiyasının sədri Ziyad Səmədzadə 
H.Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu 
bildirdi: "H.Əliyevin 35 illik fəaliyyəti Azərbaycanın iqtisadiyyatı 
ilə bilavasitə bağlıdır. O, hakimiyyətə  gəlməmişdən qabaq dövlət 
büdcəsi 300-400 min $ təşkil edirdi, indi isə bu rəqəm  8 milyard $-
a yaxındır. Onun neft sahəsində  həyata keçirdiyi layihələr 
Azərbaycanın  əbədi kapitalıdır". Tədbirin sonunda iştirakçılar 
H.Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr çlunmuş kitab 
sərgisinə baxış keçirdilər. 
 
Yaddaş.- 2007.- 17 may.- S. 4. 
 
 


Azərbaycan müəllimi 
 
2007 
 
Aynur 
 
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş 
rəsm müsabiqəsinə yekun vuruldu 
  
Ötən gün Səttar Bəhlulzadə adına sərgi salonunda "Heydər 
Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsinin 
yekunlarına hərs edilən tədbir keçirildi.  
Mərasimi açıq elan edən təhsil naziri Misir  Mərdanov dedi ki,  
ümummilli lider Heydər  Əliyevin doğum günü ərəfəsində 
Azərbaycanın  bütün bölgələrində onun əziz xatirəsi yad edilir. O, 
hətta Türkiyədə üçgünlük işgüzar səfəri vaxtı  İstanbul  şəhərində 
milli  liderimizə həsr olunmuş bir neçə  tədbirin iştirakçısı olduğunu  
da vurğuladı.  Təhsil naziri dedi ki, Prezident İlham  Əliyevin 
imzaladığı  "İstedadlı  uşaqların inkişaf proqramı" ilə bu gənclərin 
hamısı öz istedadlarını inkişaf etdirmək imkanı qazanacaqlar. İlk 
dəfə orta məktəb  şagirdləri arasında belə bir rəsm müsabiqəsinin 
keçirildiyini nəzərə çatdıran nazir bütün müəllimlərə, münsiflər 
heyətinə minnətdarlığını bildirdi: - Belə silsilə  tədbirlər 
keçirilməklə, ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin 
qurucusu Heydər  Əliyevin müqəddəs ruhunu yad edirik. Təbii ki, 
bu cür tədbirlər böyüməkdə olan gənc nəslin yaddaşında milli 
liderimiz H.Əliyevin  əziz xatirəsini  əbədiləşdirmək üçün çox 
vacibdir. Müstəqil dövlət qurmuş, bugünkü stabilliyi bizə  bəxş 
etmiş, gənclərimiz üçün  təlim-tərbiyə almaq imkanı yaratmış bu 
böyük insanın adını  və xatirəsini  əziz tutmaq hər birimizin 
borcudur. Nazir  Heydər  Əliyevlə bağlı onu da qeyd etdi ki, bu 
böyük insanın müqəddəs ruhu çox şaddır, ona görə   qurduğu dövlət 
dinamik inkişaf edir, hər yerdə quruculuq, abadlıq işləri gedir, yeni-


yeni məktəblər, mədəniyyət, incəsənət, səhiyyə müəssisələri tikilir. 
Bütün  bunlar Prezident İlham Əliyevin sayəsində həyata keçirilir.  
  
Çalışmalıyıq ki, belə  tədbirlər  ənənəvi hal alsın-deyən nazir 
müsabiqə barədə  məlumat verərək dedi ki, tədbir 3 - 8-10, 11-14, 
15-17 yaş qrupları arasında  keçirilir. Respublika mərhələsində 
keçirilən müsabiqədə 300-dən çox rəsm  əsəri  nümayiş olunub. 
Münsiflər heyəti  onun 108-ni seçib. Nəhayət,  münsiflər heyətinin 
etdiyi seçim nəticəsində 35 rəsm işi  1-ci, 2-ci və 3-cü yerlər 
arasında bölüşdürülüb.  Çıxış edən ombudsman Elmira 
Süleymanova da öz çıxışında qeyd etdi ki, Heydər  Əliyev 
fövqəlşəxs olaraq nəinki Azərbaycanda, bütün dünyada şöhrət 
qazanmış bir şəxsiyyətdir. Onun böyüklüyü isə  əhalinin bütün 
təbəqəsinə qarşı    bərabər münasibətindədir. Heydər  Əliyevin  ən 
böyuk  arzusu Azərbaycanın  ərazi bütövlüyü olub. Ombudsman 
sərgidə  iştirak edən  şagirdlərə bir daha tövsiyə etdi ki, düşmən 
tapdağı altında olan bir qarış torpaq belə unudulmamalı  və    rəsm 
əsərlərinizdə tərənnüm edilməlidir.  
Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 
sədr müavini Sədaqət Qəhrəmanova  qeyd etdi ki, 3-cü, 5-ci sinifdə 
oxuyan şagirdlərin belə rəsm əsərləri yaratması çox böyük istedad 
tələb edir. Bu, uşaqlarımızın geniş  təfəkküründən və 
dünyagörüşündən irəli gəlir.  
Mərasimdə  çıxış edən gənclər və idman nazirinin müavini 
İntiqam Babayevsə nümayiş olunan hər bir rəsm əsərində milli lider 
Heydər Əliyev  fəlsəfəsinin tərənnüm olduğunu dedi. Nazir müavini 
vurğuladı ki, azərbaycanlı uşaqların böyuk potensiala malik olması 
heç kimə sirr deyil. Bütün beynəlxalq müsabiqələrdə Azərbaycanlı 
uşaqların qalib gəlməsi belə deməyə əsas verir.  
Daha sonra münsiflər heyətinin sədri Salxad Məmmədov  
müsabiqə iştirakçılarını təbrik etdi.  
Sonda müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş qaliblərə 
diplomlar və qiymətli hədiyyələr təqdim olundu. Qaliblərin 
əksəriyyəti  Azərbaycanın müxtəlif regionlarının orta məktəb 


şagirdləridir. Onların arasında   Suraxanı rayon  Uşaq Yaradıcılıq 
Mərkəzinin yetirməsi  Kənan Məmmədov, Tovuz rayonu 
Bozalqanlı  kənd orta məktəbinin 4-cü sinif şagirdi Fuad Vəliyev, 
Abşeron rayon Qobu  qəsəbəsi 2 nömrəli məktəbin  11-ci sinif 
şagirdi Nuranə İsmayılova, Lerik rayonu 3 nömrəli orta məktəbin 7-
cı sinif şagirdi Altun Rəcəbli,  Beyləqan rayonu I Şahsevən kənd 1 
nömrəli orta məktəbin 8-ci sinif şagirdi Ziba Səfərova,  Siyəzən 
şəhəri 2 nömrəli məktəbin 9-cu sinif şagirdi  Beytulla Ağadadaşov  
I yeri tutublar.  
 
Azərbaycan müəllimi.- 2007.- 9 may.- S. 4. 
 



Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə