Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   2   3   4   5   6   7   8   9   ...   47

sərəncamların bir qismi də  məhz milli-mənəvi dəyərlərimizlə 
bağlı oldu. Möhtərəm Prezident İlham Əliyev mədəniyyətimiz və 
ədəbiyyatımız üçün vacib əhəmiyyət daşıyan bir sərəncam 
imzaladı. "Milli ensiklopediyanın və latın qrafikasında kütləvi 
nəşrlərin həyata keçirilməsi" ilə bağlı olan yeni sərəncam bütün 
ədəbiyyatsevərlərin, yazıçıların, oxucuların ürəyincə oldu. 
Məlumdur ki, yeni əlifba ilə  əlaqədar olaraq müasir oxucular, 
xüsusilə də gənclər Azərbaycan ədəbiyyatının gözəl nümunələrini 
oxumaqda bir növ çətinlik çəkirdilər. Bu səbəbdən də müstəqillik 
dövründə  təhsil alan uşaqların folklorumuzdan, dünya 
ədəbiyyatının incilərindən mükəmməl xəbərdar olmaları üçün 
kütləvi nəşrlərin latın qrafikasında həyata keçirilməsi böyük 
əhəmiyyət daşıyır. Çünki müasir və  gələcək nəsillər 
mədəniyyətin,  ədəbiyyatın  ən gözəl nümunələrindən layiqincə 
bəhrələnmək, tərbiyə almaq üçün mütləq onları oxumalıdırlar. 
Sərəncam həyata keçirildi. Azərbaycanın tanınmış yazıçı  və 
şairlərinin, folklorşünaslarının kitabları yeni qrafikada işıq üzü 
gördü. Məhz bu sərəncamın davamı kimi 2007-ci ildə dünya 
ədəbiyyatı incilərinin bir qisminin latın qrafikasında çap edilməsi 
üçün ölkə başçısı növbəti sərəncam verdi. Ədəbiyyata, 
mədəniyyətə göstərilən bu xüsusi diqqət və qayğı yenə  də 
ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Məlumdur ki, 
ümummilli lider Heydər Əliyev İçərişəhərin mühafizəsi ilə bağlı 
vaxtilə bir neçə sərəncam imzalamışdır. 2006-cı il avqustun 18-də 
Prezident İlham Əliyev bu işin uğurlu davamı kimi "Azərbaycan 
Respublikasının paytaxtı Bakı  şəhərində tarixi memarlıq 
abidələrinin bərpası  və qorunması haqqında" sərəncam verdi. 
İçərişəhərlə bağlı imzalanan bu sərəncamda Bakının nadir tarixi 
memarlıq abidələri ilə bağlı bir sıra ciddi məsələlər qaldırılaraq 
əlaqədar təşkilatların diqqətinə çatdırıldı. Cənab İlham Əliyevin 2 
aprel 2007-ci ildə imzaladığı "Azərbaycan Respublikasında 
monumental heykəltəraşlıq abidələri, xatirə, monumental və 
memarlıq kompleksləri haqqında" imzaladığı sərəncamda deyilir: 
"Monumental heykəltəraşlıq xəzinəmizin qızıl fonduna daxil 


olmuş bütün abidələr, xatirə memorial və memarlıq kompleksləri 
öz plastik forma rəngarəngliyi, koloriti və estetik təsir gücü ilə 
səciyyələnir. Həmin əsərlər insanların tarixini - mənəvi dəyərlərə 
hörmət və  məhəbbət ruhunda tərbiyə olunmasında, onlarda 
vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük əhəmiyyət 
kəsb edir". Bu sərəncamla əlaqədar müəyyən strukturlar, aidiyyəti 
təşkilatlar ölkə başçısının tövsiyələrini yerinə yetirmək üçün 
həqiqi mənada fəallıq göstərdilər. Bu sahədə maraqlı müqayisələr 
də aparmaq olar. Məlumdur ki, Azərbaycan Dövlət Filarmoniyası 
fəaliyyətə başladığı (XIX əsrin  əvvəllərində) gündən XX əsrin 
sonlarınadək o qədər də ciddi təmir edilməmişdi. Bu mədəniyyət 
ocağının bu gün şəhərin qızıl tacına çevrilməsi ümummilli 
liderimiz Heydər Əliyevin birbaşa zəhmətidir. Filarmoniya məhz 
ulu öndərin sərəncamı  əsasında yenidən həyata qaytarıldı. 
Filarmoniyaın yaxınlığında yerləşən Yaşıl Teatr da baxımsızlıq 
ucbatından, demək oalr ki, tamamilə  sıradan çıxmışdı. Vaxtilə 
şəhərin çox qaynar və sevilən mədəniyyət ocaqlarından biri olan 
Yaşıl Teatrın yenidən tamaşaçıların ixtiyarına verilməsi məhz 
İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində mümkün 
oldu. Yaşıl Teatr bu gün dünya standartlarına cavab verən açıq 
səma altında yerləşmiş,  əsrarəngiz gözəlliyə malik bir konsert 
salonudur. Burada təkcə azərbaycanlı  sənətçilər deyil, xarici 
ölkələrdən gəlmiş ifaçılar da böyük məmnuniyyətlə konsert 
verirlər. 
Mədəni irsin qorunması  və  təbliğ olunması  işində muzeylərin 
rolu  əvəzsizdir.  Ən qədim zamanlardan müasir dövrədək 
xalqımızın tarixini və  mədəniyyətini  əks etdirən nadir sənət 
incilərinin muzeylərdə hifz olunması, nümayiş etdirilməsi ənənəsi 
illərdir ki, öz ahəngindədir. Dövlət müstəqilliyimizi bərpa 
etdikdən sonra Azərbaycanda muzey işinin inkişaf etdirilməsi 
istiqamətində lazımi tədbirlər həyata keçirilir. Ulu öndərimiz 
hakimiyyətə qayıtdıqdan sonra bu sahədə əsaslı dönüş yarandı. İlk 
növbədə bu qiymətli incilərin, mədəniyyətlə, tarixlə bağlı 
eksponatların, etnoqrafik əşyaların qorunub saxlandığı muzeylərin 


özünün qorunması diqqət mərkəzinə  çəkildi. Ölkə Prezidenti 
cənab İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. 18 dekabr 
2006-cı ildə "Azərbaycan Respublikasının paytaxtı Bakı 
şəhərində  İstiqlal muzeyinin yaradılması  və  İstiqlal abidəsinin 
ucaldılması haqqında" sərəncam imzaladı. Dövlət başçısı bungan 
bir gün sonra "Müasir İncəsənət muzeyinin yaradılması haqqında" 
növbəti sərəncama imza atdı. Bu, muzey işinə dövlət qayğısının 
aydın təzahürü və yeni çalarlarıdır. Maraqlıdır ki, bu sərəncamlar 
həyata keçdikcə qarşıya yeni problem və  vəzfiələr də 
çıxmaqdadır. Bu səbəbdən cənab  İlham  Əliyev 6 mart 2007-ci 
ildə "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" 
növbəti sərəncam imzaladı. Həmin sərəncamda deyilir: "EÖlkə 
muzeylərinin mövcud vəziyyəti bu sahədə  təxirəsalınmaz  əlavə 
tədbirlərin həyata keçirilməsi zərurətini doğurmuşdur. Bir çox 
muzeylərin yerləşdiyi muzey mərkəzinin hazırkı mənzərəsi onun 
son dərəcə ciddi təmirə ehtiyacı olduğunu göstərir. 40 il əvvəl 
dünyada ilk dəfə olaraq yaradılan, unikal eksponatlarla zəngin 
Azərbaycan Xalçası  və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi 
müasir, beynəlxalq standartlara cavab vermir". Ölkəmizin mədəni 
həyatının inkişafı baxımından çox əhəmiyyətli olan bu 
sərəncamda  əlaqədar təşkilatlara, xüsusilə  də Azərbaycan 
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə bir vəzifə 
olaraq tapşırıldı ki, muzeylərin fəaliyyətinin müasir prinsiplər 
əsasında dünya standartlarına müvafiq olaraq yenidən qurulması, 
nümayiş etdirilən eksponatların azərbaycançılıq məfkurəsinə 
uyğunlaşdırılması  təmin edilsin. Hazırda Azərbaycan tarixi və 
Azərbaycan  ədəbiyyatı muzeylərində  əsaslı yenidənqurma və 
təmir işləri getməkdədir. Cənab  İlham  Əliyevin özü şəxsən həm 
muzeylərin təmiri ilə, həm də Heydər Əliyev adına sarayda gedən 
yenidənqurma işləri ilə tanış olaraq orada çalışan insanlara lazımi 
məsləhətlərini vermişdi. 
Tarixin maraqlı və yaddaqalan səhifələrinə çevrilən son dörd il 
müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində  də 
diqqətçəkən hadisələrlə  zəngindir. Hər dəfə ötən illərə  nəzər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə