Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

üzvləri və Heydər Əliyev Fondu bu işdə britaniyalı mütəxəssislərə 
böyük kömək göstərmişdir.  
Mum-fiqurun müəllifi, muzeyin əməkdaşı Stiv Sueys (o, 
kraliça II Elizavetin və Kuba lideri Fidel Kastronun fiqurlarının 
da müəllifidir) demişdir: "Mən heykəl-fiqur üzərində  işə 
başlayanda bu şəxsiyyət haqqında geniş informasiya əldə etmək 
üçün Bakıya getdim. Heydər Əliyev Fondunda oldum, xeyli arxiv 
materialını öyrəndim, minlərlə fotoşəklə baxdım. Mən onu şəxsən 
tanıyan adamlarla görüşdüm". Heykəltəraş bildirmişdir ki, Heydər 
Əliyevin xarakterinin müxtəlif xüsusiyyətlərini açmağa, onu həm 
Prezident, həm də adi insan kimi təsvir etməyə çalışmışdır. Fiqur 
üzərində  iş ümumən yarım ilədək çəkmişdir. Ümummilli liderin 
heykəl-fiquru bütün boyu hündürlüyündə hazırlanmışdır. Onun 
əynində smokinq, ağ köynək və yaxasında kəpənək-qalstuk var. 
Heydər  Əliyevin müdrik baxışları uzaqlara dikilmiş, üzündə 
yüngül təbəssüm, qamətində arxayınlıq və  əminlik hiss edilir. 
Qoluna ulu öndərin sağlığında gəzdirdiyi saat taxılmışdır.  
Mərasimdə Milli Məclisin Böyük Britaniyada səfərdə olan bir 
qrup deputatı, Türkiyənin bu ölkədəki səfiri Mehmed Albuğan 
iştirak edirdilər. 
1835-ci ildə fransalı xanım Mari Tüssonun şəxsi mum fiqurlar 
kolleksiyası  əsasında yaradılmış Londonun bu məşhur muzeyi 
Britaniya paytaxtının görməli yerlərindən biri sayılır. Muzeyə və 
onun Vaşinqton, Nyu-York, Las-Veqas, Amsterdam, Hon-Konq 
və Şanxaydakı şöbələrinə hər il on milyonlarla tamaşaçı gəlir.  
 
Azərbaycan.- 2007.- 16 dekabr.- S. 2. 
 
 


2008 
 
Azərbaycan xalqının ümummilli lideri Heydər 
Əliyevin 85 illik yubileyi haqqında 
 
Azərbaycan Respublikası Prezidentinin 
Sərəncamı 
 
2008-ci il may ayının 10-da müasir Azərbaycan dövlətçiliyinin 
banisi Heydər Əliyevin 85 illiyi tamam olur. 
Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq 
bir dövrü Heydər  Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində 
Heydər  Əliyev Azərbaycan dövlətini və millətini zamanın  ən 
çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və 
mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. 
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən 
respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi 
proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal 
dəyişikliklərə  təkan vermişdir. Qısa müddətdə iqtisadiyyat 
sahəsində nailiyyətlər  əldə olunmuş, mədəniyyətin yüksəlişi və 
milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar 
atılmışdır. O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca 
ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən 
sürətli inkişaf strategiyası təşkil etmişdir. 
Heydər Əliyev həmin dövrdə özünün dövlət idarəçiliyi strateji 
proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və 
sənayedəki uğurlarla  əlaqələndirərək, vahid məcrada həyata 
keçirmişdir. 1969-1982-ci illərdə  həyatımızın bütün sahələrində 
baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın 
quruculuq salnaməsində  ən dolğun səhifələri təşkil edir. 
Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin 
inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev 
tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır. 


Heydər  Əliyevin idarəçilik istedadı, tükənməz enerjisi və 
misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından 
biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə  rəhbərlik 
etdiyi vaxtlarda özünü xüsusilə parlaq surətdə təzahür etdirmişdir. 
Həmin dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında 
etiraf olunurdu. O, ölkədə baş verən  ən ekstremal vəziyyətlərin 
aradan qaldırılmasının bilavasitə  iştirakçısı olması sayəsində 
dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi. 
Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən 
kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün 
başlanmasını bildirirdi. O, kommunist partiyası  sıralarından 
çıxmasına dair ərizəsində kommunist rejiminin ölkəni uçuruma 
apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan 
etmişdi. 
Heydər  Əliyevin Azərbaycan parlamentindəki çıxışları, 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən qəbul 
etdiyi qərarlar və Naxçıvan Ali Məclisinin binası üzərində 
üçrəngli bayrağımızı ucaltması suverenliyin qazanılması 
istiqamətində atılmış ilk addımlardandır. 
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra, 
xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində 1993-cü ilin 
iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda 
xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etmişdir. Onun 
təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər  Əliyev siyasi 
təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni 
vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi 
pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa etmiş  və 
cəmiyyəti vahid məfkurə  ətrafında birləşdirmişdir. Heydər 
Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü 
xalq özünün əsl xilaskarı  şərəfinə Azərbaycanın  ən yeni tarixinə 
Milli Qurtuluş günü kimi yazmışdır. 
Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, 
beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət 
quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın  əsas 


qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş 
cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin 
olunması  və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı 
proseslərin müvəffəqiyyətli həlli  şəxsən Heydər  Əliyevin 
xidmətləridir. 
1994-cü ildə Heydər 
Əliyevin neft strategiyasının 
reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması 
Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin 
həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu 
müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın 
təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin 
möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu 
olmayan templə davamlı inkişafı üçün zəmin yaratmışdır. Hazırda 
Heydər  Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri 
xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin 
parlaq təcəssümüdür. 
Müstəqil dövlətçiliyimizin Heydər  Əliyev tərəfindən 
formalaşdırılan mənəvi-ideoloji  əsası dünya azərbaycanlılarının 
həmrəyliyinin möhkəmləndirilməsində  həlledici rol oynamışdır. 
Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş 
problemləri bütöv şəkildə Heydər  Əliyevin fəaliyyəti sayəsində 
strateji dövlət siyasətinə,  əməli siyasi müstəviyə keçmiş  və 
nəticədə azərbaycançılıq məfkurəsi  şüurlara hakim kəsilmişdir. 
İki  əsrin və iki minilliyin qovuşuğunda xalqımız məhz onun 
sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü 
minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün 
bölgədə  və dünyada layiqli mövqe qazanmış Azərbaycan 
dövlətinin rəmzi kimi səslənir. 
2003-cü il dekabrın 12-də  əbədiyyətə qovuşmuş Heydər 
Əliyevi son mənzilə yola salmağa yüz minlərlə soydaşımız 
gəlmişdi. Vida mərasimində ardı-arası  kəsilməyən həmin insan 
seli isə on il əvvəl - 1993-cü ildə Vətən darda ikən millətin nicat 
yolunu Heydər  Əliyevin simasında görənlərin birliyindən 
yaranmışdı. Bu möhtəşəm izdihamı ilə xalq ən kədərli günündə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə