Microsoft Word ayten add doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/47
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10053
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

həmrəylik nümayiş etdirməklə Heydər  Əliyevin ruhu qarşısında 
mənəvi borcunu ödəyir, Heydər  Əliyev ideyalarına sonsuz 
sədaqətini ifadə edirdi. 
Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan Heydər 
Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycanın 
hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq aləmdə  cərəyan 
edən proseslərə  təsiri baxımından həmişə seçilən və qlobal 
dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycan rəhbəri 
zəmanəmizin tanınmış siyasi xadimləri sırasında  şərəfli yer 
tutmuşdur. 
Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli 
inkişafı prosesinə qüvvətli təkan verərək, onu daimi yüksəliş 
yoluna çıxaran Heydər  Əliyevin Azərbaycan xalqı  və dövləti 
qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın 
müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik 
ideyasının gerçəkləşdirilməsində  və müasir Azərbaycan 
dövlətinin yaşadılmasında müstəsna rolunu nəzərə alaraq qərara 
alıram: 
1. Azərbaycan Respublikasında Azərbaycan xalqının 
ümummilli lideri Heydər  Əliyevin 85 illik yubileyi dövlət 
səviyyəsində geniş qeyd edilsin. 
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı  və 
Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti 
qurumlarla birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər 
Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını 
hazırlayıb həyata keçirsin. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin.  
 
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti 
   
Bakı  şəhəri, 11 mart 2008-ci il 
 
Azərbaycan.- 2008.- 12 mart.- S. 1. 


Əliyev Q. 
 
Azərbaycançılıq ideologiyasının banisi 
 
Heydər Əliyev: "Mən fəxr edirəm ki, 
azərbaycanlıyam" 
 
Azərbaycan xalqı  qədim tarixə, zəngin mədəniyyətə malikdir. 
Xəzərin sahillərində yerləşən, Qərblə  Şərqin qovuşduğu bir 
məkan olan Azərbaycan qədim dövrlərdən təkcə tükənməz təbii 
sərvətlər mənbəyi və neft diyarı kimi yox, həm də böyük tarixi 
şəxsiyyətlər, elm, mədəniyyət və incəsənət xadimləri yetirən bir 
məmləkət kimi tanınmışdır. Qədim dövrlərdən başlayaraq 
bugünümüzə kimi Azərbaycan xalqının gözəl adət-ənənələrini, 
milli-mənəvi dəyərlərini, etnik psixoloji xüsusiyyətlərini özündə 
yaşadan və birləşdirən bir baxışlar sistemi kimi azərbaycançılıq 
ideologiyası yaranmış və formalaşmışdır. Babək, Koroğlu, Qaçaq 
Nəbi, Mehdi Hüseynzadə kimi qəhrəmanlarımız, Nizami, Füzuli, 
Nəsimi, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd 
Vurğun, Nəsirəddin Tusi, Yusif Məmmədəliyev, Bəhmənyar kimi 
dahi şair və yazıçılarımız, Cavanşir, Məhəmməd Cahan Pəhləvan, 
Şah  İsmayıl Xətai, Nəriman Nərimanov, Fətəli Xan Xoyski, 
Əlimərdan bəy Topçubaşov kimi dövlət xadimlərimiz 
azərbaycançılıq ideyalarının yaranmasında, formalaşmasında, 
qorunmasında və yayılmasında mühüm rol 
oynamışlar.Azərbaycançılıq ideologiyası XX əsrin  
ikinci yarısında özünün daha dinamik və yüksək inkişaf 
mərhələsinə  qədəm qoymuşdur. Bu, bilavasitə XX əsrin ikinci 
yarısından başlayaraq dövlət və siyasət səhnəsinə çıxmış, özünün 
titanik fəaliyyəti ilə dünya siyasətinin korifeylərindən birinə 
çevrilmiş, zəmanəmizin görkəmli ictimai-siyasi və dövlət xadimi, 
böyük tarixi şəxsiyyət və dünya azərbaycanlılarının ümummilli 
lideri olan Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olmuşdur.  


1969-cu il iyul ayının 14-də Azərbaycan rəhbəri seçilən 
Heydər  Əliyev sonrakı 34 illik fəaliyyəti dövründə Azərbaycan 
xalqının və millətinin  şanını,  şöhrətini, qürurunu və iftixarını 
bütün dünyaya tanıtmış  və dünyanın  ən böyük azərbaycanlısı  və 
dünya azərbaycanlılarının ümummilli lideri adını qazanmışdır.  
Dünya  şöhrətli siyasətçi olan Heydər  Əliyev siyasi həyatın və 
dövlət qurulucuğunun digər sahələrində olduğu kimi, 
azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında 
da misilsiz xidmətlər göstərmişdir. 
Bəs azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər 
Əliyevin oynadığı özünəməxsus rol nədən ibarətdir?  
İlk növbədə Heydər  Əliyevin uzun müddət dövlət idarəçiliyi 
sistemində fəaliyyət göstərən bir tarixi şəxsiyyət kimi əldə etdiyi 
nailiyyətlər bütün dünyada "Azərbaycan" və "azərbaycanlı" 
sözlərinin mahiyyətini, dəyərini və tutumunu xeyli artırmışdır. 
Heydər Əliyev dünya siyasətində mühüm rol oynayan və o dövrdə 
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə bərabər səviyyədə götürülən 
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində 20 il fəaliyyət 
göstərdikdən, Azərbaycan DTK-nın sədri olduqdan və  həmin 
sistemdə ilk azərbaycanlı olaraq general-mayor hərbi rütbəsi 
aldıqdan sonra, Azərbaycan Kommunist Partiyası  Mərkəzi 
Komitəsinin birinci katibi kimi və 14 il bu ağır vəzifədə işləyərək 
SSRİ-nin o zaman geridə qalmış aqrar bir respublikası olan 
Azərbaycanı  həmin dövrdə qabaqcıl və inkişaf etmiş bir 
respublika səviyyəsinə  gətirib çıxardıqdan sonra və  ən nəhayət, 
yenə  də dünyada ilk azərbaycanlı kimi SSRİ Nazirlər Soveti 
sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası 
Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü kimi bütün türk-
müsəlman dünyasının təmsilçisi olaraq bu mühüm dövlət və 
partiya postunda Azərbaycan dövlətini və xalqını bütün dünyada 
tanıdandan və  şöhrətini bütün dünyaya yayandan sonra iftixar 
hissi ilə belə demişdir: "Mən həmişə fəxr etmişəm və bu gün də 
fəxr edirəm ki, azərbaycanlıyam". 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə