364.5.9. təqsirləndirilən şəxsin andlı iclasçılara etiraz etmək hüququndan imtina
etməsi digər təqsirləndirilən şəxslərin andlı iclasçılara etiraz etmək hüququnun
məhdudlaşdırılmasına səbəb olmur.
M a d d ə 3 6 5 . A n d l ı i c l a s ç ı l a r k o l l e g i y a s ı n ı n t ə r k i b i n i n
m ü ə y y ə n e d i l m ə s i ü z r ə p ü ş k a t m a n ı n k e ç i r i l m ə s i
365.1. Məhkəmə iclasında andlı iclasçılara dəlilsiz etirazların həllini başa
çatdırdıqdan sonra məhkəmə iclasında sədrlik edən andlı iclasçılar kollegiyasının
tərkibinin müəyyən edilməsi üzrə püşkatma keçirir.
365.2. Andlı iclasçılar kollegiyasının tərkibinə on iki əsas andlı iclasçı və
məhkəmə baxışı zamanı məhkəmənin iclas zalında daimi iştirak etməli olan iki
ehtiyat andlı iclasçı daxildir.
365.3. Andlı iclasçılar kollegiyasının tərkibinin müəyyən edilməsi üzrə
püşkatmanın keçirilməsi zamanı məhkəmə iclasında sədrlik edən etiraz edilməmiş
andlı iclasçıların soyadları yazılmış biletləri qutuya salır, onları qarışdırır və andlı
iclasçılar kollegiyasının tərkibinə daxil edilən andlı iclasçının biletdə qeyd edilmiş
soyadını elan etməklə bir-bir on dörd bilet çıxarır. Püşkatma üzrə birinci seçilmiş on
iki andlı iclasçı əsas, iki axırıncı andlı iclasçı isə ehtiyat andlı iclasçı hesab olunurlar.
M a d d ə 3 6 6 . A n d l ı i c l a s ç ı l a r ı n s e ç i l m ə s i n ə t i c ə l ə r i n i n
t a n ı n m a s ı
366.1. Andlı iclasçılar kollegiyasının tərkibinin müəyyən edilməsi üzrə
püşkatmanı keçirdikdən sonra məhkəmə iclasında sədrlik edən dövlət
ittihamçısının, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), təqsirləndirilən şəxsin və
onun müdafiəçisinin fikrini nəzərə almaqla andlı iclasçıların seçkisini baş tutmuş və
ya etibarsız hesab etməlidir.
366.2. Məhkəmə baxışının keçirilməsi üçün andlı iclasçıların seçilməsi aşağıdakı
hallarda baş tutmuş hesab edilir:
366.2.1. andlı iclasçıların seçilməsi üzrə məhkəmə iclasının keçirilməsi zamanı bu
Məcəllənin 363—365-ci maddələrinin müddəalarının pozulmasına yol verilmədikdə;
366.2.2. qutudan çıxarılmış və qutuda qalmış biletlərin sayı etiraz edilməmiş
andlı iclasçıların ümumi sayına bərabər olduqda.
366.3. Məhkəmə iclasında sədrlik edən andlı iclasçıların seçilməsini etibarsız elan
etdikdə, andlı iclasçılar kollegiyasının yaradılması bu Məcəllənin müddəalarına
uyğun olaraq tam həcmdə və ya qismən yenidən aparılır.
366.4. Seçilmiş andlı iclasçıların soyadları onların püşkatma üzrə qutudan
çıxarıldığı ardıcıllıqla məhkəmə baxışında iştirak etmək üçün məhkəmə iclasının
katibi tərəfindən andlı iclasçılar kollegiyasının tərkibinə daxil edilir. Andlı iclasçılar
kollegiyasının tərkibi məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi
tərəfindən imzalanır. Seçilmiş andlı iclasçıların soyadlarının qeyd edildiyi biletlər
birinci instansiya məhkəməsində icraatın materiallarına əlavə edilir.
M a d d ə 3 6 7 . A n d l ı i c l a s ç ı l a r ı n a n d i ç m ə s i v ə o n l a r a
h ü q u q v ə v ə z i f ə l ə r i n i n i z a h e d i l m ə s i
367.1. Məhkəmə iclasında sədrlik edən məhkəmə baxışında iştirak etmək üçün
andlı iclasçılar kollegiyasının tərkibini elan etdikdən sonra məhkəmə iclasının katibi
məhkəmənin iclas zalında olanlara ayağa qalxmağı təklif edir.
367.2. Məhkəmə iclasında sədrlik edən püşkatma əsasında seçilmiş andlı
iclasçılara aşağıdakı məzmunda and içməyi təklif edir: «Öz vəzifələrimi vicdanla və
qərəzsiz, təqsirkara haqq qazandırmadan və təqsirsizi məhkum etmədən yerinə
yetirəcəyimə and içirəm».
367.3. Sonra məhkəmə iclasında sədrlik edən andlı iclasçılardan hər birinin
soyadını çəkir və onlar «And içirəm» deyərək cavab verirlər. And içmə barəsində
məhkəmənin iclas protokolunda qeyd aparılır.
367.4. Andlı iclasçılar and içdikdən sonra məhkəmə iclasında sədrlik edən
aşağıdakı hərəkətləri yerinə yetirir:
367.4.1. andlı iclasçılara məhkəmənin iclas zalında olan şəxslərdən ayrı olan və
bir qayda olaraq, təqsirləndirilən şəxslərin oturacağının qarşısında yerləşən onlar
üçün ayrılmış yeri tutmağı təklif edir;
367.4.2. andlı iclasçılara bu Məcəllənin 82 və 83-cü maddələrində nəzərdə
tutulmuş hüquq və vəzifələrini izah edir və həmin vəzifələrin pozulmasının
nəticələri barədə xəbərdarlıq edir;
367.4.3. ehtiyatda olan andlı iclasçılara əsas andlı iclasçılardan hər hansı birinin
məhkəmə baxışında iştirakı qeyri-mümkün olduğu halda verdikt çıxarılanadək
onların əsas andlı iclasçılar siyahısına daxil edilə biləcəyini bildirir. Məhkəmə
baxışından çıxmış əsas andlı iclasçıların ehtiyat andlı iclasçılarla əvəz edilməsi
püşkatma üzrə ehtiyatda olan andlı iclasçıların soyadları qeyd edilmiş biletlərin
qutudan çıxarıldığı ardıcıllıqla həyata keçirilir.
M a d d ə 3 6 8 . A n d l ı i c l a s ç ı l a r ı n i ş t i r a k ı i l ə m ə h k ə m ə
b a x ı ş ı n ı n k e ç i r i l m ə s i n i n x ü s u s i y y ə t l ə r i
368.1. Andlı iclasçıların seçilməsindən sonra məhkəmə iclasında sədrlik edən bu
andlı iclasçıların iştirakı ilə məhkəmə baxışına başlayır.
368.2. Andlı iclasçıların iştirakı ilə keçirilən məhkəmə iclası aşağıdakı qaydalara
riayət etməklə aparılır:
368.2.1. bu Məcəllənin 359—380-ci maddələrinin tələbləri nəzərə alınmaqla;
368.2.2. bu Məcəllənin 308—358-ci maddələrində nəzərdə tutulmuş qaydada.
368.3. Dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya),
təqsirləndirilən şəxsə və onun müdafiəçisinə, habelə cinayət prosesinin digər
iştirakçılarına məhkəmə iclaslarının keçirildiyi vaxt və iclaslararası tənəffüslər
zamanı məhkəmə baxışında iştirak edən andlı iclasçılarla ünsiyyətdə olmaq
qadağandır.