Microsoft Word az criminal Procedure Code



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə73/190
tarix14.02.2018
ölçüsü4,18 Mb.
#26859
1   ...   69   70   71   72   73   74   75   76   ...   190

215.3. İbtidai istintaq aşağıdakı hallarda prokurorluq tərəfindən aparılır: 

xcix[99]


   

215.3.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100—113, 120—125, 126.3, 

135—138,  145,  146,  149,  154—164,  165.2,165-2,  165-3,  166.2,  167-168,  179,  189-1,190, 

191, 193-1, 195, 195-1, 202 - 203-1, 208, 210—212, 222, 223, 262, 268, 286—288, 290—

302, 304, 307—315, 316-2.1, 317, 317-1.2, 321, 323-cü maddələrində nəzərdə tutulmuş 

cinayətlərə dair işlər üzrə; 

c[100]

 

215.3.2.  cinayətin  törədilməsində  Azərbaycan  Respublikası  Prezidentinin,  Milli 



Məclisin  deputatlarının,  Baş  nazirin,  Azərbaycan  Respublikasının  İnsan  hüquqları 

üzrə  müvəkkilinin  (ombudsmanın),  Məhkəmə-Hüquq  Şurasının  üzvlərinin, 

hakimlərin,  prokurorluq  orqanları  əməkdaşlarının,  Azərbaycan  Respublikasının 

xaricdəki 

diplomatik 

idarələrinin 

və 

xarici 


dövlətlərin 

Azərbaycan 

Respublikasındakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının, habelə ədliyyə, 

polis,  təhlükəsizlik,  miqrasiya,  vergi  və  gömrük  orqanları  əməkdaşlarının  vəzifə 

səlahiyyətlərindən  sui-istifadə  etməklə  törədilməsində  təqsirləndirilməsi  ilə  bağlı 

cinayət işləri üzrə. 

ci[101]

 

215.4.  Müharibə  cinayətlərinə  və  hərbi  xidmət  əleyhinə  olan  cinayətlərə  dair, 



habelə  hərbi  qulluqçular  tərəfindən  törədilmiş  cinayətlərə  dair  işlər  üzrə  ibtidai 

istintaq  hərbi  prokurorluq  tərəfindən  aparılır  (göstərilən  cinayətlər  hərbi  qulluqçu 

olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində cinayət işi üzrə ibtidai istintaq 

da hərbi prokurorluq tərəfindən aparılır). 

cii[102]

 

215.5. Bu Məcəllənin 215.3 və 215.4-cü maddələrində nəzərdə tutulmuş hallardan 



başqa, digər cinayət işləri üzrə ibtidai istintaq Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanları tərəfindən aparılır. 

215.6. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həmin işin bir neçə istintaq 

orqanına  aid  olduğu  müəyyən  edildikdə,  ibtidai  istintaqın  hərtərəfli,  tam  və 

obyektiv  aparılması  üçün  Azərbaycan  Respublikası  Baş  prokurorunun,  onun 

müavinlərinin,  habelə  Azərbaycan  Respublikasının  Baş  prokuroru  tərəfindən 

müvafiq səlahiyyət verilmiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən 

prokurorun əsaslandırılmış qərarı əsasında: 

ciii[103]

 

215.6.1.  prokurorluğa  və  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 



orqanlarına  aid  olan  cinayət  işi  üzrə  —  prokurorun  və  ya  prokurorluğun 

müstəntiqinin rəhbərliyi ilə birgə istintaq qrupu yaradılır; 

215.6.2. Azərbaycan Respublikasının bir neçə müvafiq icra hakimiyyəti orqanına 

aid  olan  cinayət  işi  üzrə  —  cinayətin  ağırlıq  dərəcəsindən  asılı  olaraq  həmin 

orqanların  müstəntiqlərindən  ibarət  birgə  istintaq  qrupu  yaradılır  və  onun  rəhbəri 

müəyyən edilir. 

215.7. Cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam obyektiv aparılması üçün 

işin aidiyyəti olan istintaq orqanından digər istintaq orqanına verilməsinə aşağıdakı 

müstəsna  hallarda  Azərbaycan  Respublikası  Baş  prokurorunun  əsaslandırılmış 

qərarı əsasında yol verilir: 




215.7.1. cinayət işinin istintaqı aid olan orqan tərəfindən cinayətin qeydiyyatdan 

gizlədilməsi  müəyyən  edildikdə  (Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanının  rəhbəri  tərəfindən  zəruri  tədbirlər  görülməmişdirsə,  o 

cümlədən göstərilən hallar aradan qaldırılmamışdırsa və təqsirli şəxslər məsuliyyətə 

cəlb olunmamışdırsa); 

215.7.2.  cinayət  işinin  istintaqı  aid  olan  orqan  tərəfindən  işin  istintaqı  zamanı 

təqsirləndirilən  şəxsin  qanunsuz  həbsdə  saxlanılması  və  ya  ona  işgəncə  verilməsi 

müəyyən edildikdə; 

215.7.3.  cinayət  işinin  istintaqı  aid  olan  orqan  tərəfindən  bu  Məcəllənin  92.3-cü 

maddəsində  nəzərdə  tutulmuş  hallarda  şəxsin  müdafiəçi  ilə  təmin  edilməməsi 

müəyyən olunduqda; 

215.7.4.  cinayət  işinin  istintaqı  aid  olan  Azərbaycan  Respublikası  müvafiq  icra 

hakimiyyəti  orqanının  rəhbəri,  yaxud  onun  yaxın  qohumu  həmin  iş  üzrə  zərər 

çəkmiş,  şübhəli  və  ya  təqsirləndirilən  şəxs,  mülki  iddiaçı,  yaxud  mülki  cavabdeh 

olduqda. 

215.8.  Azərbaycan  Respublikası  Baş  prokurorunun  özü  və  ya  yaxın  qohumu  iş 

üzrə  zərər  çəkmiş,  şübhəli  və  ya  təqsirləndirilən  şəxs,  mülki  iddiaçı,  yaxud  mülki 

cavabdehdirsə, istintaqı prokurorluğa aid olan işin digər istintaq orqanına verilməsi 

Azərbaycan  Respublikası  Baş  prokurorunun  birinci  müavininin  əsaslandırılmış 

qararı əsasında həyata keçirilir. 

215.9. Bu Məcəllənin tələblərinə uyğun olaraq, başlanmış cinayət işi üzrə istintaq 

aparan  orqanın  səlahiyyətinə  aid  olmayan  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş 

əməllərin  əlamətləri  sonradan  aşkar  edildikdə,  toplanmış  materialların  həcminin 

böyüklüyü  və  ya  təqsirləndirilən  şəxslərin  sayının  çoxluğu  işin  istintaqını 

gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda cinayət təqibinin 

səmərəliliyini  və  istintaq  müddətlərinə  riayət  olunmasını  təmin  etmək  məqsədi  ilə 

Azərbaycan  Respublikası  Baş  prokurorunun  əsaslandırılmış  qərarı  ilə  istintaqın 

davam etdirilməsi həmin orqana həvalə edilə bilər. 

civ[104]

 

M a d d ə   2 1 6 .   İ b t i d a i   a r a ş d ı r m a n ı n   a p a r ı l d ı ğ ı   y e r



 

216.1. İbtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) 

aparılır. 

216.2.  Cinayət  işi  üzrə  məhkəməyədək  icraatın  hərtərəfli,  tam,  obyektiv  və 

vaxtında  aparılmasını  təmin  etmək  məqsədi  ilə    ibtidai  araşdırma  Azərbaycan 

Respublikası  Baş  prokurorunun  ,  Naxçıvan  Muxtar  Respublikasının  ərazisində 

həmçinin  Naxçıvan  Muxtar  Respublikası  prokurorununqərarı  əsasında  cinayətin 

aşkar  olunduğu,  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin,  habelə  şahidlərin 

əksəriyyətinin olduğu yer üzrə də aparıla bilər. 

cv[105]


 

216.3.  İbtidai  araşdırma  zamanı  ayrı-ayrı  istintaq  hərəkətlərinin  başqa  ərazidə 

aparılması  zərurəti  yarandıqda  müstəntiq  aşağıdakı  hərəkətləri  yerinə  yetirmək 

hüququna malikdir: 




Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə